Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-744/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Abbasov Mirzəli Əbdüləli oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun iştirakı ilə xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq eyni ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 126.1, 127.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarına əsaksən cəzasının 03 il 03 aya endirilməsinə və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən 7,274 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini naməlum mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN, BMCMİ-nin) əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün, saat 22:50-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3da yerləşən DİN-nin BMCMİ-nin inzibati binasına aparılaraq xx.xx.2023-cü il tarixdə saat 00:50-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda - 7,274 qram çəkidə narkotik vasitə heroin əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanması, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması və Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməsi müəyyən edilərək ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması müəyyən edilmişdir. Hökmlə maddi sübut və məhkəmə xərci məsələsinə də qiymət verilmişdir. Həmin hökmdən narazı qalan məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün dəyişdirilərək ədatli qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanından heroin istifadəçisi olması barədə cavab çıxmasına baxmayaraq ona əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ittiham verilmişdir. Halbuki, narkotik vasitə ilə əlaqəsi olmamışdır. Bu səbəbdən apellyasiya şikayətinin təmin olunaraq ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X4 yekun çıxışında verilmiş apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya icraatı zamanı məhkəmə iclaslarında məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 oğlu apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, əməliyyat-axtarış fəaliyyətinin qanuniliyi Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən yoxlanılmamışdir. Polis əməkdaşları ifadələrində narkotik vasitənin metamfetamin olmasını qeyd etmişlər. “Şəxsi axtarış və götürmə aparılması haqqında” videoyazıda isə narkotik vasitənin çəkisinin ölçülmədən qablaşdırılması müəyyən olunmuşdur. Bundan başqa, məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3512 nömrəli rəyində əks olunmuş spektral cədvəlin hazırkı cinayət işi üzrə olan heroinin cədvəli deyildir. Məhkum edilmiş şəxsin müdafiəçisi yekun çıxışında apellyasiya şikayətini müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs son sözündə apellyasiya şikayətini müdafiə edərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, apellyasiya baxışını qismən məhkəmə istintaqı aparmaqla proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikası CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair apellyasiya şikayətinin dəlillərini, eləcə də apellyasiya icraatı zamanı məhkum edilmiş şəxs və müdafiəçisinin məhkəmə çıxışlarında göstərdikləri dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi müvafiq olaraq xx.xx.2023-cü il tarixli ifadələrində özünü qismən təqsirli bilərək ifadəsində şəxsiyyəti və məşbuliyyəti ilə bağlı məlumatlar verib göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə adını “Vüsal” kimi tanıdığı, anket məlumatları ona məlum olmayan şəxsdən 50 manata narkotik vasitə heroin almış, məqsədi isə ondan gələcəkdə istifadə etmək olmuşdur. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, yalnız şəxsi istifadəsi üçün əldə edərək üzərində saxlamaqla daşımışdır. xx.xx.2023-cü il tarixdə, saat təxminən 22:50 radələrində o, ünvan 4 ünvanının yaxınlığında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib, DİN-nin BMCMİ-nin əməkdaşları olduqlarını bildirmiş, eyni zamanda özünü təqdim etməyini ondan xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edərək hazırda üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu baş polis idarəsinə dəvət etmiş, o, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə BMCMİ-nə getmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman cibində heroin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoyaraq təqdim etmiş, təqdim etdiyi 01 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə heroin aşkarlanmışdır. Bundan sonra narkotik vasitə heroin polis əməkdaşı tərəfindən qablaşdırılaraq möhürlənmiş və imzalanıb götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə cinayət işinin ibtidai istintaqı zamanı müqavilə əsasında işdə iştirak etmiş müdafiəçisi Rasim Almuradovun iştirakı ilə vermiş olduğu xx.xx.2023-cü il tarixli ifadəsi elan edilməklə birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində də şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2023-cü il tarixli ifadələrində göstərdiyi xüsusatları eynilə təsdiq edib aşkar edilib götürülən narkotik vasitəni şəxsi istifadəsi üçün alıb əldə etdiyini göstərmişdi. - Birinci instansiya icraatı zamanı şahid qismində dindirilən BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı şəxsən ona daxil olduğundan o, məlumat barədə raportla rəhbərliyə məruzə etmiş və Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün müvafiq qərar qəbul edilmişdir. Müvafiq əmrə əsasən onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, qrupa Baş İdarənin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və Şahid4 daxil edilmişlər. xx.xx.2023cü il tarixdə, saat 22:50 radələrində hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında müşahidə olunmuş, ona yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs də özünü təqdim etmiş, bundan sonra o, barəsində qəbul edilmiş qərarla tanış edilmiş və onu BMCMİ-yə dəvət etmişlər. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarışdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Onun təqdim etdiyi 01 ədəd büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Təhqiqatçının şifahi sorğularına əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroini olduğunu, həmin maddəni həmin gün “Vüsal” kimi tanıdığı, adı və anket məlumatları ona məlum olmayan şəxsdən 50 manata aldığını və üzərində daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmənin həyata keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və düzgün tərtib olunduğundan bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ifadəsinin davamında göstərmişdir ki, BMCMİ-nə daxil olmuş ilkin məlumatda Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması göstərilsə də, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən hər-hansı bir fakt aşkar edilməmiş, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən hər hansı qanun pozuntusuna yol verilməmiş, sonuncuya qarşı istər psixoloji və ya istərsə də fiziki təzyiqlər göstərilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, ittihamda göstərilən narkotik vasitənin təzyiqlər göstərilməklə onun boynuna qoyulması, onun üzərində ümumiyyətlə narkotik vasitə olmaması ilə bağlı göstərdikləri qeyri-səmimi olub, özünü müdafiə etməsi üçün gətirdiyi yalan dəlillərdir. Cinayət işinin birinci instansiya məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş BMCMİ-nin digər əməliyyat müvəkkilləri Şahid3, Şahid4 və Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarları Şahid1 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan: - Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3512 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN, Zərflər üçün № 6” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təmiz çəkisi 7,274 qram təşkil edir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, ümumi təmiz çəkisi 7,274 qram təşkil edən heroin narkotik vasitəsinin 0,050 qramı ekspertiza tədqiqatına sərf edilmiş, 7,224 qram qalıq qalmışdır - Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4087 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olmuş, lakin, halhazırda, yəni ekspertiza tədqiqatı mərhələsində Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, onun narkomaniya xəstəliyindən əzab çəkmədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, lakin ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 2330/K nömrəli rəyindən görünür ki, tədqiqat zamanı Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Tədqiq olunan rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqat obyektlərinin tiərkibində barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanılmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla, məhkum edilmiş şəxslərin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiya baxışı qismən məhkəmə istintaqı ilə keçirilərək təqsirləndirilən şəxs dindirilmiş, “Şəxsi axtarış və götürmə aparılması haqqında” videoya baxış keçirilmiş və narkoloji rəyi vermiş ekspert məhkəmə iclasında dindirilmişdir. Məhkəmə kollegiyası ilk öncə məhkəmə iclasında baxış keçirilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” videoyazı ilə bağlı bildirir ki, görüntüdən göründüyü kimi Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22.50-də ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqların birində saat 00:50-dən etibarən saxlanılmış şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs təhqiqatçının təklifinə əsasən əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd içərisində şübhəli maddə olan sellofan bükümü, bir ədəd siqaret qutusunu, bir ədəd «İPhone» markalı mobil telefonu çıxarıb təqdim etmiş, üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə yəni protokol tərtib olunan gün “Vüsal” kimi tanıdığı, adı və anket məlumatları ona məlum olmayan şəxsdən 50 manata aldığını, narkotik vasitələrdən istifadə etmədiyini, lakin idman üçün yararlı ola biləcəyini fikirləşib üzərində daşıdığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən bir bükümdə aşkar edilmiş şübhəli maddə 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin «zərflər üçün № 6» möhürü ilə möhürlənmiş, qablaşdırmanın üzəri iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Nəzərə alınmalıdır ki, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3512 nömrəli rəyində Azərbaycan Respublikası DİN-nin «zərflər üçün № 6» möhürü ilə möhürlənmiş kağız zərfin tamlığının pozulmasına dair hər hansı qeyd olunmamışdır. Göründüyü kimi müdafiəçi tərəfindən maddi sübuta kənar müdaxilənin edilməsi ilə bağlı məhkəmə iclasında irəli sürülmüş dəlillər əsassız olmaqla iş materialları ilə tam təkzib edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası müdafiəçi tərəfindən irəli sürülmüş “məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/3512 nömrəli rəyində spektral cədvəlin saxta olması” ilə bağlı dəlininə də münasibət göstərməyi zəruri hesab edir. Belə ki, qeyd edilmiş halın araşdırılması üçün rəyi vermiş ekspert X2 məhkəmə iclasında iştirakı təmin edilmişdir. Apellyasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən ekspert Nərminə Sadıqova verilmiş sualları cavablandırarkən bildirmişdir ki, infraqırmızı spektral analiz dedikdə infraqırmızı şüanın maddənin içində keçərkən onun tərkibindəki moleykulların yaratdığı dalğalarla maddənin tərkibinin müəyyən edilməsi başa düşülür. Cihaz kustar üsulla hazırlanmış maddənin tərkibinə başqa maddənin əlavə edilməsini müəyyən edə bilmir. Heroin və kokainin spektoru eyni ola bilmir. Fərqli maddələrin spektoru eyni ola bilməz. Dalğaların tezliyi fonunda müəyyən funksionalar qruplar eyni dalğalar ola bilər. Heroinin tədqiqatı aparılması üçün kitabxanada hazır standart nümunə üzrə spektral yaradılmışdır. Tədqiqat apardıqları maddə nümunə spektral ilə uyğun gəlirsə bu həmin maddənin heroin olmasını anlamına gəlir. Rəydəki spektor kitabxanada heroin üçün nəzərdə tutulmuş standart, yəni müqayisə edilmiş nümunə formasıdır. Yəni, hazırkı narkotik vasitə rəydə göstərilmiş spektaqramdakı aralıqda olan dalğaların piklərinə uyğun gəlmişdir. Həmin spektor hazırkı cinayət işində adı çəkilən narkotik vasitənin spektralı kimi başa düşülməməlidir. X3 ifadəsindən də göründüyü kimi rəyə əlavə edilmiş spektral cədvəlin tədqiq edilmiş heroinin deyil, məhz heroin üçün nəzərdə tutulmuş nümunə forması olması qəbul edilir. Yəni, tədqiq edilmiş maddə məhz bu standart forma kimi təqdim edilmiş spektral cədvəldə göstərilmiş dalğaların piklərinə uyğun gəldiyi halda həmin vasitənin heroin olması müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi ekspert rəyinin saxta olması ilə bağlı müdafiəçinin bu dəlili də öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə kollegiyası əməliyyat-axtarış fəaliyyətinin qanuniliyinin yoxlanılmaması ilə bağlı müdafiəçi tərəfindən irəli sürülmüş dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərarı məhkəmə nəzarəti qaydasında yoxlanılmış və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən qanuni hesab edilməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası şahid ifadələrində “narkotik vasitənin metamfetamin” kimi qeyd edilərək ziddiyyət olması dəlilinə də münasibət göstərməyi zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, məhkəməyədək istintaq zamanı BMCMİ-nin əməkdaşları olan Şahid3, Şahid4, Şahid2 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs “üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymasını” qeyd etmişlər. Lakin həmin ifadələrdə müstəntiqin sonuncu sualı cavablandırılarkən “Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə olan metamfetaminin şəxsi istifadəsi üçün əldə etməsinin müəyyən edilməsi” məzmununda cümlə əks olunmuşdur. Məhkəmə kollegiyası qeyd edilmiş halın texniki səhv kimi qəbul edərək bu səhvin iş üzrə əməlin tövsifinə hər hansı bir təsiri olmamasını qeyd edir. Bundan başqa nəzərə alınmalıdır ki, həmin şəxslər məhkəmə istintaqı zamanı da “Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymasına” dair eyni məzmunlu ifadə vermişlər. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təzyiq edilməsi ilə bağlı irəli sürülmüş dəlilləri də əsassız hesab edir. İş materiallarnda olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 261/MEŞ saylı rəyi ilə müəyyən edilir ki, ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs bədəni səthində hər hansı xəsarət aşkar edilməmişdir. Bundan başqa, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 nömrəli qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən, müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası işə baxan məhkəmənin mövqeyi ilə razılaşaraq bildirir ki, məhkum edilmiş şəxsin bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, eləcə də barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri, istintaq protokolları ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona aid olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edilməlidir ki, üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olması işin mübahisəsiz halıdır. Bundan başqa, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyini və əsaslığını müzakirə edərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Belə ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından, müvafiq məhkəmə hökm və qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1, 127.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3cü maddəsi tətbiq olunmaqla 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən «Azərbaycan Respublikasın CM-ə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanunu tətbiq olunmaqla onun cəzası 03 il 03 aya endirilmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən təyin edilmiş cəzanın çəkilməmiş 11 (on bir) ay 08 (səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cəza müddəti bitdiyi üçün Sumqayıt şəhər Probapsiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Qeyd olunan demoqrafik məlumatlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan ağır cinayəti törətməyə görə olan məhkumluğu, onun cəzadan azad olunduğu vaxtdan yeni cinayətin törədildiyi xx.xx.2023-cü il tarixədək altı il keçmədiyindən ödənilməmiş və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülməmişdir Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən etməyərək cinayətlərin residivi məhkum edilmiş şəxsin əməlində cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələbləri nəzərə alınaraq birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə cinayət əməlinin tövsifi məsələsi düzgün həll edilməklə, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58, 59, 61 və 65-ci maddələrinin tələblərinə düzgün əməl edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası hüdudlarında apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslı cəza təyin edilmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş 40 (qırx) iş saat hüquqi xidmətə görə Müdafiəçi2 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398 və 399-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş 40 (qırx) iş saat hüquqi xidmətə görə Müdafiəçi2 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qaraqurbanlı Hakimlər Mirzəli Abbasov Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(103)-744/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-744/2024
02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver