Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-745/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Əkbərovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı X3, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçiləri Müdafiəçi2 Çəzəddin qızının və Müdafiəçi1, Zərərçəkmiş şəxs4 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi dalan 1, ev 9, mənzil 16-da qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Fikrət Qəribov hakimlər Telman Hüseynov və Əli Məmmədov) 01 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 07(yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hazırki iş üzrə həbsdə olduğu 1 (bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 07 (yeddi) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin başlanğıcı 12 avqust 2021-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən, zərər çəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünün guya bir ədədinin dəyəri 900 ABŞ dolları olan orijinal “İphone 6S” markalı mobil telefonların Azərbaycan Respublikası ərazisində pərakəndə qaydada satışı ilə məşğul olduğunu bildirib həmin işə pul vəsaiti yatıracağı təqdirdə hər 1000 ABŞ dollarına görə ona maya dəyərindən əlavə 75 (yetmiş) manat gəlir verəcəyini vəd edərək aldatmış, etibarından suiistifadə edərək ondan 2016-cı ilin mart ayından 24 iyul 2016-cı il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ayrı-ayrı vaxtlarda və yerlərdə özü əlbəəl, eləcə də Şahid3 vasitəsilə, sonuncu dəfə isə 24 iyul 2016-cı il tarixdə ünvan 2 ünvanın qarşısında Şahid3 vasitəsilə 2000 ABŞ dolları olmaqla, ümumilikdə 55.500 ABŞ dolları və 900 AVRO pul almış, həmin pulun 18.000 ABŞ dolları və 900 AVRO olmaqla bir hissəsini qaytarsa da qalan, həmin dövrdə məzənnəsi 61.563,6 manat təşkil edən 37.500 ABŞ dollarını geri qaytarmayaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmiş, nəticədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 61.563,6 (altmış bir min beş yüz altmış üç manat altmış qəpik) manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, təkrarən, Zərərçəkmiş şəxs2 özünün guya bir ədədinin dəyəri 900 ABŞ dolları olan orijinal “İphone 6S” markalı mobil telefonların Azərbaycan Respublikası ərazisində pərakəndə qaydada satışı ilə məşğul olduğunu bildirib həmin işə pul vəsaiti yatıracağı təqdirdə hər 1000 ABŞ dollarına görə ona maya dəyərindən əlavə 100 (yüz) manat gəlir verəcəyini yalandan vəd edərək aldatmış, etibarından sui-istifadə edərək guya həmin işə sərf edəcəyi adı ilə ondan 07 iyun 2016-cı il tarixdə ünvan 3 ünvanın qarşısında Şahid3 vasitəsilə həmin dövrdə məzənnəsi 32.301,6 (otuz iki min üç yüz bir manat altmış qəpik) manat təşkil edən 21.500 ABŞ dolları, 10 iyun 2016-cı il tarixdən 24 iyul 2016-cı il tarixədək olan müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi ev 66 saylı binanın həyətində və ünvan 3 ünvanın qarşısında hissə-hissə olmaqla bir neçə dəfəyə, həmin dövrdə məzənnəsi 118.873,44 (yüz on səkkiz min səkkiz yüz yetmiş üç manat qırx dörd qəpik) manat təşkil edən 75.600 ABŞ dolları pul alıb ələ keçirmiş, lakin verdiyi vədlərə əməl etməyərək ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 151.175,04 (yüz əlli bir min yüz yetmiş beş manat dörd qəpik) manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, təkrarən, Zərərçəkmiş şəxs1 özünün guya bir ədədinin dəyəri 900 ABŞ dolları olan orijinal “İphone 6S” markalı mobil telefonların Azərbaycan Respublikası ərazisində pərakəndə qaydada satışı ilə məşğul olduğunu bildirib həmin işə pul vəsaiti yatıracağı təqdirdə hər 1000 ABŞ dollarına görə ona maya dəyərindən əlavə 80 (səksən) manat gəlir verəcəyini və onu inandırmaqdan ötrü verəcəyi pulların zəmanəti olaraq ona orijinal “İphone 6S” markalı mobil telefonları girov qismində verəcəyini yalandan vəd edərək onu aldatmış, etibarından sui-istifadə edərək 13 iyul 2016-cı il tarixdə ünvan 4 ünvanda orijinal “İphone 6S” markalı mobil telefon kimi təqdim etdiyi əslində isə orijinal olmayan 59 ədəd Çin Xalq Respublikasında istehsal olunmuş, həssas təzyiqlə (sensorlu) çalışan, respublika ərazisində satışı qadağan olunmuş kontrafakt məhsullar olan, faktiki olaraq qiymətləndirilməsi aparılmayan üzərində “İphone S A 1688” yazıları olan smartfonları pul əvəzində girov qismində verməklə guya həmin işə sərf edəcəyi adı ilə Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs4 vasitəsilə həmin dövrdə məzənnəsi 78.833,43 (yetmiş səkkiz min səkkiz yüz otuz üç manat qırx üç qəpik) manat təşkil edən 50.700 ABŞ dolları və guya həmin mobil telefonları Azərbaycan Respublikasına idxal edən şəxsə verəcəyi adı ilə hər bir ədəd mobil telefona görə 20 manat olmaqla 1.180 manat, sonuncu dəfə isə 21 iyul 2016-cı il tarixdə ünvan 4 ünvanda orijinal “İphone 6S” markalı mobil telefon kimi təqdim etdiyi əslində isə orijinal olmayan 55 ədəd Çin Xalq Respublikasında istehsal olunmuş, həssas təzyiqlə (sensorlu) çalışan, respublika ərazisində satışı qadağan olunmuş kontrafakt məhsullar olan, faktiki olaraq qiymətləndirilməsi aparılmayan üzərində “İphone S A 1688” yazıları olan smartfonları pul əvəzində girov qismində verməklə guya həmin işə sərf edəcəyi adı ilə Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs4 vasitəsilə həmin dövrdə məzənnəsi 77.052,63 (yetmiş yeddi min əlli iki manat altmış üç qəpik) manat təşkil edən 49.100 ABŞ dolları pul alıb ələ keçirmiş, lakin verdiyi vədlərə əməl etməyərək, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 157.066,06 (yüz əlli yeddi min altmış altı manat altı qəpik) manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə, təkrarən, Zərərçəkmiş şəxs4 özünün guya bir ədədinin dəyəri 900 ABŞ dolları olan orijinal “İphone 6S” markalı mobil telefonların Azərbaycan Respublikası ərazisində pərakəndə qaydada satışı ilə məşğul olduğunu bildirib həmin işə pul vəsaiti yatıracağı təqdirdə hər 1000 ABŞ dollarına görə ona maya dəyərindən əlavə 80 (səksən) manat gəlir verəcəyini və onu inandırmaqdan ötrü verəcəyi pulların zəmanəti olaraq orijinal “İphone 6S” markalı mobil telefonları ona girov qismində verəcəyini yalandan vəd edərək onu aldatmış, etibarından suiistifadə edərək orijinal “İphone 6S” markalı mobil telefon kimi təqdim etdiyi, əslində isə işlək vəziyyətdə olmayan istifadəyə yararsız olduğundan qiymətsiz 02 ədəd “iPhone 6S” markalı “A1688” modelli, 01 ədəd “iPhone 6S” markalı “A1700” modelli, hər birinin dəyəri 100 manat təşkil edən 13 ədəd “iPhone 6S” markalı “A1688” modelli, 01 ədəd “iPhone 6S” markalı “A1700” modelli və 01 ədəd “iPhone 6S” markalı “A1633” modelli üzərlərində olan markalanma göstəricisinə əsasən Çin Xalq Respublikasında istehsal edilmiş, həssas təzyiqlə (sensorlu) çalışan, kontrafakt smartfonları pul əvəzində girov qismində verməklə guya həmin işə sərf edəcəyi adı ilə Zərərçəkmiş şəxs4 21 iyul 2016-cı il tarixdə ünvan 4 ünvanda həmin dövrdə məzənnəsi 16.634,58 (on altı min altı yüz otuz dörd manat əlli səkkiz qəpik) manat təşkil edən 10.600 ABŞ dolları və sonuncu dəfə 29 iyul 2016-cı il tarixdə eyni ünvanda həmin dövrdə məzənnəsi 8.559,54 (səkkiz min beş yüz əlli doqquz manat əlli dörd qəpik) manat təşkil edən 5.400 ABŞ dolları pul alıb ələ keçirmiş, lakin verdiyi vədlərə əməl etməyərək ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 25.194,12(iyirmi beş min yüz doxsan dörd manat on iki qəpik) manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 apellyasiya şikayətləri verib hökmdən narazı olduqlarını, cinayət işinin obyektiv araşdırılmadığını, cinayətkara verilmiş cəzanın yüngül olduğunu qeyd edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2022-ci il tarixli hökmünün qismən ləğv olunaraq Təqsirləndirilən şəxs daha ağır cəza verilməsini və tərəflərindən verilmiş mülki iddianın təmin edilməsi barədə yeni qərr qəbul edilməsini xahiş etmişlər. Həmçinin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib qadın olduğunu və ağır xəstəliklərdən əziyyət çəkdiyini qeyd edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 fevral 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, dövlət ittihamçısının zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin mülki iddiaya dair hissədə təmin edilməsi, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, məhkum edilmiş şəxs və müdafiəçilərinin zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, məhkum edilmiş şəxs apellyasiya şikayətinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, hökm mülki iddiaya dair hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya protestinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətlərindən görünür ki, verilmiş apellyasiya şikayətlərində məhkum edilmiş şəxsin təqsirliliyi məsələsi və ya törətdiyi cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində göstərilən cinayət əməlini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması özünün ibtidai istintaq zamanı və məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, kompleks-məhkəmə əmtəəşünaslıq, məhkəmə kompüter-texniki və kontrafakt məhsulların məhkəmə ekspertizasının rəyi, Nəsimi RPİ-nin dəftərxanasında saxlanılan HK-1/264/16 saylı rədd materialında olan Təqsirləndirilən şəxs tərəfindən yazılmış əlyazma vərəqinə baxış protokolu, "xxxx" MMC-dən götürülmüş və həmin məlumatlara baxış, zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında keçirilən üzləşdirmələr və işə aid biri digərinə kifayətqədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci i tarixli, 7 №-li qərarında göstərilmişdir ki, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yənicinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyatı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 hökmün qismən dəyişdirilərək ona ağır cəza verilməsi barədə qərar çıxarılmasını xahiş etsələr də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilmiş cəzaların ağırlaşdırılması üçün əsaslar görmür və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq onlara təqsirli bilindiyi AR CM-nin sanksiya daxilində cəza təyin etmənin ümumi prinsiplərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş cəzanı cəzanın məqsədlərini təmin etmək baxımından yetərli hesab edir. Həmçinin məhkəmənin hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etsə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmiş və cəzanın yüngülləşdirilməsi üçün əlavə əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 8, 9, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi və cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəzanı AR CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Ona görə də apellyasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mülki iddiaya dair hissəsinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki iddiaların baxılmamış saxlanılması barədə gəldiyi nəticəni düzgün hesab etmir. Belə ki, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində göstərilmişdir ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs vurduğu maddi zərərə görə 25.194,12 (iyirmi beş min yüz doxsan dörd manat on iki qəpik) manat; Zərərçəkmiş şəxs1 157.066,06 (yüz əlli yeddi min altmış altı manat; Zərərçəkmiş şəxs3 37.500 (otuz yeddi min beç yüz) manat məbləğində pulun tutularaq müvafiq olaraq hər birinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki iddialara baxılmamış saxlamaqla düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsindəə göstərilir ki, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Belə ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs 25.194,12 (iyirmi beş min yüz doxsan dörd manat on iki qəpik) manat məbləğində pulun dəymiş zərər kimi tutulub Zərərçəkmiş şəxs4 ödənilməsini, Təqsirləndirilən şəxs 157.066,06 (yüz əlli yeddi min altmış altı manat məbləğində pulun dəymiş zərər kimi tutulub Zərərçəkmiş şəxs1 ödənilməsini və Təqsirləndirilən şəxs 37.500 (otuz yeddi min beç yüz) manat məbləğində pulun dəymiş zərər kimi tutulub Zərərçəkmiş şəxs3 ödənilməsini əsaslı sayır Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən Məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Azərbaycan Respublikası CPM-nin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 403.0.1-ci maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Odur ki, verilmiş məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs AR CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair 01 fevral 2022-ci il tarixli hökmü mülki iddiaya dair hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıdakılara əsasən, AR CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L I R : Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri mülki iddiaya dair hissədə qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs AR CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair 01 fevral 2022-ci il tarixli hökmü mülki iddiaya dair hissədə dəyişdirilsin. Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin olunsun. Onun iddiasının ona dəymiş maddi zərəri təşkil edən 25.194,12 (iyirmi beş min yüz doxsan dörd manat on iki qəpik) manat tam həcmdə Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs4 ödənilsin. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin olunsun. Onun iddiasının ona dəymiş maddi zərəri təşkil edən 157.066,06 (yüz əlli yeddi min altmış altı manat tam həcmdə Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin olunsun. Onun iddiasının ona dəymiş maddi zərəri təşkil edən 37.500 (otuz yeddi min beç yüz) manat tam həcmdə Təqsirləndirilən şəxs tutulub Zərərçəkmiş şəxs3 ödənilsin. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Çəzəddin qızı tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 81 saat üçün cəmi 426 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 19 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 Çəzəddin qızına dövlət büdcə vəsaiti hesabına 426 manat işlədiyi Bakı şəhəri 19 saylı hüquq məsləhətxanasının hesabına köçürülsün. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-745/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-745/2022
17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver