Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-75/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X20, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Müdafiəçi "Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Məhkum edilmiş Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.5, 170.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azırbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2022ci il tarixli, 1(101)-129/2022 nömrəli hökmündən Dövlət ittihamçısı4 tərəfindən verilmiş apellyasiya protestinə, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə (bundan sonra apellyasiya şikayəti) əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilir ona görə ki, o, 25 aprel 2020-ci il tarixdə, saat 02 radələrində tanışı Qanuni nümayəndə1 bir neçə saatlığına istifadə etmək məqsədi ilə aldığı mobil telefonu geri qaytarmaq üçün ünvan 3 ünvanına gələrək qapını möhkəm döyüb, uca səslə qışqırmış, bu zaman qapını Qanuni nümayəndə1 qızı Şahid8 açaraq ona qapını möhkəm döyməməsini və qışqırmamasını deyib, haqlı iradını bildirdikdə, o, Lidiya ilə uca səslə danışdığına görə sonuncunun qonaq gəlmiş nişanlısı, 04 dekabr 1986-cı ildə ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 5, mənzil 72-də yaşayan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yanına gələrək ona nişanlısı ilə yüksək səslə danışmamasını deyərək, Lidiyanı evin içinə ötürən zaman aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı o, cəmiyyətdə birgə yaşayış normalarına zidd olaraq, öz şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub, faktiki olaraq heç bir səbəb olmadan Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla iki zərbə vuraraq, ona hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığın uzun müddətli itirilməsinə səbəb olan döş qəfəsinin sol yarısının ön divarının plevra boşluğuna nüfuz edərək ürəyin sol mədəciyinin kəsilmişdeşilmiş 01 ədəd yara və döş qəfəsinin sağ yarısının arxa divarının sağ plevra boşluğuna nüfuz edən 01 ədəd yara sağlamlığa ağır dərəcəli zərər vurmağa aid edilən xəsarətləri yetirməklə Ülvü Hüseynova xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2023-cü il tarixli, 1(101)-129/2022 nömrəli hökmünə əsasən (hakimlər Hüseynov Cavid İbadulla oğlunun sədrliyi ilə, X26 və X7 ibarət tərkibdə ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli tutulduğu 19 dekabr 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2023-cü il tarixli, 1(101)-129/2022 nömrəli hökmündən narazı qalan Dövlət ittihamçısı4 apellyasiya protesti verərək hökmün Təqsirləndirilən şəxs əməlinin CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edildiyi hissədə ləğv edilməsini, onun CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı hədlərdə cəza təyin edilməklə barəsində yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqında tədqiq edilmiş, mötəbərliyi, mümkünlüyü heç bir şübhə doğurmayan ifadələrdən də göründüyü kimi, Təqsirləndirilən şəxs şahid qismində dindirilmiş Şahid8, eləcə də sonuncunun nişanlısı olmuş Zərərçəkmiş şəxs müvəqqəti yaşağıdı evin girişinə gələrək, qanunvericiliklə qadağan edilmiş saatda ( saat 2 radələrində ) səs-küy salmış, bununla da, həmin yaşayış evində yaşayan şəxslərin, konkret halda Lidiya Ruslanovna, Zərərçəkmiş şəxs, Şahid1 rahatlığını pozaraq, istirahət hüquqlarına mane olmuş, bundan sonra təqsirləndirihən şəxs Təqsirləndirilən şəxs qeyd edilən törətmiş olduğu qanunvericiliklə qadağan edilmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya öz haqlı etirazını bildirmiş şəxslərlə sözlü mübahisə etmiş, həmin şəxslərin haqlı iradlarına cavab olaraq onları təhqir etmiş, bununla da kifayətlənməyib həmin şəxslərin haqlı irad bildirməsi ilə bağlı olan cuzi səbəbə görə ona irad bildirmiş Zərərçəkmiş şəxs təhqir edərək ona xəsarətlər yetirmişdir. Qeyd edilən işin həmin faktiki halları Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan ona ümumi qəbul olunmuş formada, haqlı iradını bildirən şəxsləri (konkret halda X33 Hüseynovu) təhqir etməsi, neqativ hərəkətlərinə davam edərək bıçaqla xəsarət yetirməsi onun ətrafdakılara hörmətsizliyini göstərən eqoizmini nümayiş etdirməklə bərabər, özünün ictimai qaydaya qarşı qoymasını, gücünü nümayiş etdirməsini, heç bir əsaslı səbəb olmadan qalmaqal salmağa meylli olmasını göstərən xuliqanlıq niyyətini ilavasitə təcəssüm etdirir. İşin hallarından görünür ki, baş vermiş mübahisənin təşəbbüskarı qismində Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri olmuş, hadisə zamanı xəsarət yetirilməsi ilə bağlı ilk addım da məhz təqsirləndirilən şəxs tərəfindən atılmışdır. İstintaq materialları ilə təsdiq olunur ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında yuxarıda baş vermiş hadisəyə kimi hər hansı ədavət, düşmənçilik, qisas almaq üçün əsas ola biləcək konflikt olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən də Təqsirləndirilən şəxs və yaxud yaxınlarına qarşı əhəmiyyətli qanunsuzluq, yaxud digər əhəmiyyətli hərəkətlərə yol verilməmişdir. Əksinə Zərərçəkmiş şəxs onun Lidiya lllarionova X30 Babaşov tərəfindən təhqir olunması ilə bağlı mübahisəyə müdaxilə etmiş, həmin mübahisənin davam etmədiyi şəraitdə Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ona bel nahiyəsində deşici kəsici alətlə xəsarət yetirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2023-cü il tarixli, 1(101)-129/2022 nömrəli hökmündən məhkum edilmiş şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını, apellyasiya baxışının tam məhkəmə istintaqı ilə aparılmaqla zərəçəkmiş Zərərçəkmiş şəxs ürəyində cərrahiyyə əməliyyatının aparılıb- aparılmamasının müəyyən edilməsi üçün onun özünün şəxsən iştirakı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilməsini, ekspert qismində Zərərçəkmiş şəxs xəstəxanadan çıxdıqdan sonra müayinə edərək onun ürəyi üzərində hər hansı bir cərrahiyyə əməliyyatının aparılmaması barədə rəy vermiş həkimlər - Bakı Dəmir Yol xəstəxanasının kardioloqu Tahir Süleymanov, Akad. C.Abdullayev adma X1 professoru, tibb elmləri doktoru Şahid11 Şahmar oğlu və N.Tusi adına Klinikadan həkim- kardioloqü Şahid12 ekspert qismində cəlb edilmələrini, təqsirləndirilən şəxsə, zərəçəkmişə və şahidlərə işgəncə verməklə onları təhqir etmiş Suraxanı RPİ-nin 31-ci RPİ-nin rəis müavini Əli Həsənovun və Sabunçu 3 saylı Klinik Xəstəxanasının həkimi X12 zərəçəkmiş Zərərçəkmiş şəxs xəstəlik tarixçəsinə hansısa şəxsi marağı üzündən saxta məlumatları daxil etməsi və bununla təqsirləndirilən şəxs Babaşov Paris Mahir oğlunun ağır cinayətdə ittiham olunaraq ağır cəza almasına səbəb olmasına görə barələrində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə Baş Prokuror Kamran Əliyevin adına yazdığı ərizənin onun tərəfindən yazıldığını, məzmununun döğru olmasını təsdiq edərək Farisin valideynlərinin ondan həqiqəti yazmasını tələb etdiklərini bildirdi. Ərizədə 24 aprel 2020-ci il tarixə keçən gecə saat 02.00. radələrində Suraxanı rayonu ərazisində onun Faris adlı şəxslə münaqişəsinin olması və bu münaqişənin nəticəsində əlbəyaxa olmaları və necə oldusa sol döş nahiyyəsində kəsilmiş yaranın yaranması, sonra Farislə aralanmaları, təxminən 40 dəqiqə sonra təxminən 200 metr məsafədə olan qonşusu Ramingilə getmələrini, oradan isə hər ehtimala qarşı təxminən bir km.məsafədə yerləşən təcili yardıma getməsi, oradan da onu müayinə etmək üçün Sabunçu qəsəbəsindəki 3 saylı xəstəxanaya gətirmələri, orada evindən çağırılandan sonra xəstəxanaya gələn Səbuhi həkimin onu müayinə etdikdən sonra ona adı məlum olmayan iynə vurması nəticəsində huşunu itirməsini, özünə gələndə artıq reanimasiya şöbəsində olmasını, ona demələrindən guya ürəyindən əməliyyat olunmasını bilmişdir. Səbuhi həkim belə bir fikir yaradırdı ki, guya o ürəyindən xəsarət almış, əməliyyat olunmasaydı ölə bilərdi. Səbuhi həkimin ona etdikləri sonradan məlum oldu. Belə ki, o xəstəxanaya özü gəlmiş, ürəyində də heç bir ağrı yox idi. 7.05.2020-də xəstəxanadan çıxmış və səhhətindən doğru məlumat almaq üçün başqa üç həkimə müraciət etmiş və həkimlər ona ürəyində heç bir cərrahiyyə əməliyyatı aparılmadı ğını bildirmişlər. O hər üç həkimin rəyini də əlavə etməklə onun əlavə ekspertizadan keçirilməsini xahiş etməsini göstərmişdir. Məhkəmə araşdırmasında müəyyən edildi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs istintaq zamanı altı dəfə ifadə vermiş, Təqsirləndirilən şəxs onu bıçaqla vurmaması barədə 2 dəfə ərizə verərək ondan heç bir şikayətinin, tələbinin olmamasını göstərmişdir. Zərərçəkmiş şəxs istintaqa verdiyi 29 aprel 2020- ci il tarixli ilkin ifadəsində göstərimşdir ki, hadisə gecə vaxtı olmuş, o nişanlısı Lidiyanın səsinə giriş qapısına yaxınlaşarkən orada Lidiyanın qapım möhkəm döyməsinə görə Farislə yüksək səslə mübahisə etməsini görüb, Lidiyanı içəri otağa salmaq istəyərkən arxasına nəsə toxunduğunu hiss edib, arxaya çönərkən Fatisin əlində iti uclu balaca bıçaq (Təqsirləndirilən şəxs ifadəsində əlində dırnaq təmizləyənin pilkası olması və özünün həmin pilka ilə Ülvinin hücumundan qorumaq üçün hərləməsi göstərilir) görməsini bildirərək yerdən taxta parçası götürüb Farisi badalaq verərək yerə yıxaraq vurmaq istəməsi, lakin vurduğu taxtanın ona dəyməməsi, ikinci dəfə isə Farisi taxta parçası ilə vurmaq istəyərkən taxta parçasının həyətdə paltar sərmək üçün çəkilmiş ipə ilişməsinə görə müvazinətini itirərək Farisin üzərinə yıxılması, həmin zaman sinəsinə nəyinsə batmasını hiss etməsini, bundan sonra Farisin çıxıb getməsini, özünün isə içəri girərək sinəsində çızıq olmasını görməsini demiş, sonra isə Lidiya və sonradan hadisə yerinə gəlmiş Raufla birlikdə Raminin evinə gedərkən Farisi də orada gördüyü üçün hirslənərək ona ayaqqabı atmasım, oradakıların isə Farisi evdən çıxarmasını göstərmişdir. Zərərçəkmiş şəxs həmin ifadəsində hadisənin şahidinin yalnız Lidiya olması, Rafun və digərlərinin hadisəni görməməsini bildirmişdir. Bu ifadədən də görünür ki, baş vermiş hadisə nəticəsində Faris tərəfindən heç bir ictimai qayda pozulmamış, o, heç kəsi təhqir etməmiş, özünün şəxsiyyətini heç kəsin şəxsiyyətindən üstün tutmamışdır. Əksinə Təqsirləndirilən şəxs hadisə baş verən gün Lidiyanın anası Eteridən müvəqqəti aldığı mobil telefon aparatını ona qaytarmaq məqsədilə evinə gələrək evin çöl dəmir qapısını döymüşdür ki, qapını açsınlar. Etcrinin qızı Lidiya Farisin qapının döyməsini möhkəm döyülmə kimi qiymətləndirərək qapıya gəlib, uca səslə qışqırıb Farisi təhqir etmişdir. Lidiyanın qışqırıq səsinə gələn Zərərçəkmiş şəxs da Farisi təhqir edərək badalaq verib yerə yıxaraq taxta parçası ilə onun vurarkən Faris də özündə olan dırnaqtutanın pilkasını Ülvinin zərbələrindən qorunmaq üçün ora- bura hərləmişdir. Ona görə də zərəçəkmiş tərəfindən real hücuma məruz qalan və özünü müdafiə edən Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq niyyətinin olması tam istisna olunur. Bundan başqa zərərəçəkmiş Zərərçəkmiş şəxs ilkin ifadəsindən də aydm görünür ki, Təqsirləndirilən şəxs ona qəsdən bədən xəsarəti yetirməmiş, Zərərçəkmiş şəxs olan xəsarət o Farisi vuarkən müvazinətini itirərək Farisin üzərinə yıxılması zamanı ehtiyatsızlıqdan yaranmışdır. Zərəçəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ehtiyatsızlıqdan yetirlmiş bədən xəsarətinin ağırlıq dərəcəsinin müəyyən edilməsi üçün isə təkrar məhkəmə-tibbi ekspertizasının keçirilməsi zərurət yaransa da bu barədə verdiyimiz vəsatətlər məhkəmə tərəfindən əsassız olaraq təmin edilmədi. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmədə verdiyi bu ifadəsi hökmdə təhrif olunmuş formada göstərilmişdir. Belə ki, Ü. Hüseynov ifadəsində ümumiyyətlə bel nahiyyəsindən xəsarət almasını bilmədiyini dediyi halda, hökmdə guya bel nahiyəsindən nəyləsə vurulmasını hiss etməsi yazılmışdır. Hökmdə guya zərəçəkmişin nəfəs almasının çətinləşməsinə görə X53, oradan da xəstəxanaya getməsi və buna görə rentgenə salınması yazılsa da, əslində zərəçəkmiş məhkəmədə belə ifadə verməmiş, əksinə hər ehtimala qarşı ona həkimə müraciət etmələrini dediklərinə görə o yoxlama məqsədi ilə həkimə getmişdir, xəstəxanada iki saat gözlədikdən sonra adının Səbuhi olduğunu sonradan bildiyi həkim gəlmiş və guya onu əməliyyat etmişdir. Səhər Reanimasiya şöbəsində olanda həkim Səbuhi ona guya ürəyində cərrahiyyə əməliyyatı etdiyini demişdir. O indi də inanmır ki, onun ürəyində cərrahiyyə əməliyyatı edilmişdir. Çünki ürəyində heç bir ağrı hiss etməmişdir. Xəstəxanadan çıxandan sonra ürəyində cərrahiyyə əməliyyatının olub- olmamasım öyrənmək üçün üç müxtəlif həkimə özünü yoxlatmış, onların üçü də təsdiq etmişdir ki, ürəyində heç bir cərrahiyyə əməliyyatı aparılmamışdır. Ona görə də prokurorluğa ərizə verərək barəsində əlavə məhkəmə tibbi ekspertizasının təyin edilməsini tələb etmişdir. Lakin hökmdə Ü Hüseynovun adından təhrif olunaraq yazılmışdır ki, «onun aldığı xəsarətlər onu əməliyyat edən həkimlər və ekspertlər tərəfindən olduğu kimi düzgün qiymətləndirilmişdir. Onun aldgı xəsarətlərə uyğun olaraq rəy verilmişdir. Halbuki Zərərçəkmiş şəxs məhkəmədə belə bir ifadə verməmişdir. Zərərçəkmiş şəxs ona müdafiəçi tərəfindən verilən suala cavab olaraq bildirdi ki, onun məhkəmədə verdiyi ifadəsi düzdür, istintaq zamanı adından yazılan ifadələrini qismən təsdiq edir, məhkəmədə verdiyi ifadəsinin əsas götürülməsini xahiş edir. Məhkəmə baxışında ifadə verən Şahid8 bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 02 radələrində yaşadıqları evin dəmir qapısı möhkəm döyüldüyü üçün gəlib qapını açanda Farisi görmüşdür. Farisin üstünə qışqırmışdır ki, qapım niyə bərk döyürsən, onsuz da qonşular bizdən şikayətçidir. Faris də mənə qışqırdı ki, qapını bərk döymür. Onlar qışqıra- qışqıra danışanda səsə onlarda olan nişanlısı Ülvi də gəlmiş və bizim hər ikimizə irad bildirmişdir. Ülvi elə hesab etdi ki, Faris məni vurmaq istəyir, buna görə onların arasında mübahisə başladı, sonra əlbəyaxa oldular. Lakin kimin kimi vurmasım görməmişəm. Hadisə cəmi beş dəqiqə davam etmiş, hadisə yerinə qonşular gəlməmişlər. Onlar özləri aralanmışlar, Faris çıxıb getmiş, Ülvi isə onunla evə girmişdir. Baş vermiş mübahisə zamanı heç kəs tərəfindən söyüş söyülməmiş və Təqsirləndirilən şəxs əlində bıçaq görməmmişdir. İstintaq zamanı onunn adından yazdan ifadələrini - guya Farisin əlində bıçaq görməsi, Farisin söyüş söyməsi və Farisin bıçaqla Ülvini vurmasını görməsi hissədə təsdiq etmir. O həmçinin bildirdi ki, gecə olduğuna və həyətdə işıq yanmadığına görə qarnalıq olduğu üçün Farisin əlində bıçaq və ya nəyinsə olmasını görə bilməzdi. xx.xx.2020-ci il tarixli ifadəsi elan olunan Şahid8 bildirdi ki, ifadəsinin qarşısındakı imza ona məxsus deyil, o belə imza etmir, eyni zamanda onun dindirilməsində nə anası, nə də tərcüməçi iştirak etməmişdir. O istintaq zamanı adından yazılan həmin ifadəni təsdiq etməyərək müstəntiqə belə ifadə verməməsini bildirdi. Şahid həmçinin 18 may 2021-ci il tarixli ifadəsindəki imzanın ona məxsus olmasını, lakin müstəntiq tərəfindən dindirilərkən anasının və tərcüməçinin iştirak etmədiyini, həmçinin Farisin anası Laləni cəmi bir dəfə gördüyünü, Lalənin ifadəsini dəyişmək üçün ona pul təklif etmədiyini, əksinə istintaqa düzgün ifadə verməsini, əks təqdirdə ondan şikayət edəcəyini dediyini bildirdi. O həmçinin bildirdi ki, azərbaycanca yazıb oxuya bilmir, müstəntiqə belə ifadə verməmiş, ona inanıb ifadəni imzalamışdır. Hökmdə isə şahidin məhkəmədə verdiyi ifadəsi təhrif olunaraq yazılmışdır ki, guya müstəntiq onu dindirərkən yanında tanımadığı bir kişi olmuş, müstəntiq ifadəsini ona oxuyandan sonra ifadəsini imzalamış. Farisin anası Lalədən xoşu gəlmədiyini bildirmişdir. Əksinə Lidiya məhkəmədə bildirdi ki, o müstəntiq tərəfindən dindirilərkən yanlarında heç kəs, nə anası, nə də tərcüməçi olmamış, onlar ikisi olmuş, müstəntiq onun adından yazdığı ifadəni ona oxumadan imzalatmışdır. Azərbaycan dilində yazıb-oxuya bilmir. Farisin anası Lalə ilə cəmi bir dəfə görüşmüş, onda da o ona hər şeyi düz danışmasını demiş, əks halda ondan şikayət edəcəyini bildirmişdir. Hökmdə isə şahidin ifadəsinin bu hissəsinə heç bir münasibət bildirilməmiş, istintaqçı tərəfindən saxtakarlıq edilərək dindirmə protokoluna guya yetkinlik yaşına çatmayan şahidin dindirilməsində anasının və tərcüməçinin iştirak etməsi barədə qeydlərin aparılmasına, ifadəyə tərcüməçi deyilən şəxsin sonradan guya dindirmədə iştirak etməsini protokola öz əli ilə yazaraq imzalamasına, Lidiyanın əvəzinə protokolu başqa şəxsin imzalamasına, bununla da prosessual hüquq normalarının tələblərinin kobud surətdə pozulmasına heç bir münasibət bildirilməyərək müstəntiqin və tərcüməçinin barəsində xüsusi qərardad çıxarılmamışdır. 11 yaşlı Şahid1 məhkəmədə ifadə verərək bildirdi ki, Farisi yaxşı uşaq kimi tanıyır. Hadisə günü Faris dəmir qapını bərk döydüyü üçün Lidiya ona dedi ki, qapını bərk döymə. Bunun üstündə dava düşdü, gedib anasını durğuzmuş, lakin anası gələndə dava qurtarmışdı. Hadisədən sonra Rauf gəlmişdi. Suallara cavab verən Şahid1 bildirdi ki, Farisin cibindən çıxardığı şey balaca idi, bıçağa oxşamırdı, dırnaqtutan kimi bir şeyə oxşayırdı. Açıldı, dırnaqtəmizləyən idi, yumru idi, Fariz Özü açdı, pilkası var idi. Dindiriləndə tərcüməçi olmayıb. İfadəsində yazılan «Faris bir tərəfi sınıq olan açılıb bağlanan bıçağı çıxarıb Ülvinin üzərinə hücum etmiş, Ülvinin əvvəl kürəyindən, daha sonra sinəsindən bıçaq zərbəsi vurmuşdur» cümləsini təsdiq etmir. O belə bir şey görməmişdir. Belə ifadə verməmişdir. Dindirilməsində nümayəndə və tərcüməçi olmamışdır. Hakimin bıçağı tanıması ilə bağlı suallarına cavab verən azyaşlı şahid Lilliya bildirdi ki, o nəinki açılıbbağlanan, hətta knopçnı, habelə kəpənək formalı bıçaqları yaxşı tanıyır və onları birbirindən ayıra bilir. Onun Farisin əlində gördüyü bıçaq deyil, yumru dırnaqtutan idi. Hökmdə bu şahidin də məhkəmədə verdiyi ifadəsi təhrif olunaraq yazılmışdır ki. hadisə vaxtı Faris pis söyüşlər söymüşdür. Həmin vaxt Faris cibindən nəsə çıxarıb Ülvini belindən bir dəfə, bir dəfə isə ürəyindən vurmuşdur. Bundan sonra Rauf gəlmiş, onları aralamış və Ülvini xəstəxanaya aparmışdır. Yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində daha sonra göstərdi ki, hadisə vaxtı Farisin əlində dəmir rəngində nəsə olmuşdur (şahid əli ilə təxminən 10-15 santimetr ölçüdə olduğunu göstərdi). Əsil həqiqətdə isə Farisin əlindəki əşya dırnaqtutana oxşamış, bıçağa oxşamamışdır. Hadisə vaxtı Faris cibindən çıxardığı dırnaqtutana oxşayan əşyanı əli ilə açmış və Ülvini vurmuşdur. Ülvinin yarasından qan axmamışdır. İbtidai istintaq zamanı ona heç kim təsir göstərməmiş, o, yalnız gördüklərini demişdir. Halbuki şahid məhkəmədə belə ifadə verməmiş, onun ifadəsi yuxarıda qeyd etdiyim kimi olmuşdur. Sonra Şahid1nm istintaq zamanı verdiyi ifadələrinin elan olunması göstərilsə də, hökmdə şahidin məhkəmədəki ifadəsi ilə həmin ifadələr arasındakı ziddiyyətlərlə bağlı verdiyi cavablar hökmdə əks olunmamışdır. Halbuki şahid məhkəmədə həmin ziddiyyətlərlə bağlı bildirdi ki, onun adından istintaq zamanı yazılan ifadələri təsdiq etmir, o hadisə vaxtı Təqsirləndirilən şəxs əlində «kəpənək» adlanan bıçaq görməmiş və Farisin həmin bıçaqla Ülviyə xəsarət yetirməsini görməsini təsdiq etmir, o belə ifadə verməmişdir, ifadəsini müstəntiq yazaraq oxumadan ona imzalatmışdır. Şahid5 məhkəmədə ifadə verərək bildirdi ki, hadisə günü onlara əvvəl Faris, sonra Ülvigil gəldi və Ülvi Farisi görüb söydü. Sonra Faris çıxıb getdi. Farisin əlində bıçaq görməyib. Ülvinin sinəsində balaca cızıq var idi. Şahid həmçinin ifadəsində «Ülvinin sinəsində iki bıçaq yarasınını görməsi, habelə Farisin əlində bıçaq onlara gəlməsini görməsi barədə ifadəsində yazılanları təsdiq etməyərək» bildirdi ki, o belə ifadə verməmiş, adından müstəntiq tərəfindən yazılan ifadəni oxumadan imza etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs qeyd olunan hadisə zamanı şəxsi münasibətləri zəmnində aralarında baş vermiş mübahisə zamanı zərəçəkmiş Zərərçəkmiş şəxs taxta parçası ilə onu dəfələrlə vurduğu üçün üzərində olan dırnaq tutanın pilkasını açaraq hərləyib özünü qoruması, Ülvinin sinəsinin döş nahiyyəsindən aldığı xəsarətin isə Ülvi öz müvazinətini itirərək onun üzərinə yıxıldığı vəziyyətdə ehtiyatsızlıqdan ala bilməsi Təqsirləndirilən şəxs ifadəsindən başqa hadisənin bilavasitə şahidləri olan zərəçəkmiş və şahidlər tərəfindən də təsdiq olundu. Ona görə də zərəçəkmiş Zərərçəkmiş şəxs ürəyinin alt mədəciyində kəsilmiş- deşilmiş xəsarətin olması, həqiqətən də ürəyinin alt (sol) mədəciyində cərahiyyə əməliyyatı apanlaraq tikilməsi və yetirilən xəsarətin guya ağır bədən xəsarəti olması barədə şəxsən Zərərçəkmiş şəxs müayinə etmədən verilən ekspert rəyləri tam şübhə doğurduğu üçün mötəbər sübut kimi qəbul edilə bilməzdi. Ona görə də, 26 noyabr 2021-ci il tarixdə məhkəməyə əsaslandırılmış vəsatət verərək xx.xx.2020-ci il tarixli, T 221/2020 N-li ekspert rəyi tədqiq edilərkən rəyi vermiş ekspert X6, zərərçəkmiş X13 xəstəxanadan çıxdıqdan sonra tibbi müayinəsini aparmış "xxxx" MMC-nin kardioloqu doktoru Şahid12, akad. C.Abdullayev adma Elmi X4 professoru, tibb elmləri doktoru Şahid11 Şahmar oğlunun və Bakı Dəmir Yol xəstəxanası kardioloqu Tahir Süleymanovun verdikləri rəylərlə bağlı məhkəmədə şahid qismində dindirilmələrini və iş üzrə həmin professorların iştirakı ilə təkrar məhkəmə- tibbi ekspertizası təyin edilərək ekspertlərə zərəçəkmiş Zərərçəkmiş şəxs də şəxsən təqdim olunmasını və onun sinəsində olan kəsiyin ölçüsünün müəyyən edilməklə həmin kəsikdən istifadə etməklə Zərərçəkmiş şəxs ürəyinin hər hansı bir hissəsində, əsasən də ürəyinin sol mədəciyində cərrahi əməliyyatın aparılmasının mümkün ola bilinməsi, habelə ürəyin sol mədəciyində cərrahiyyə əməliyyatının aparıhb-aparılmaması barədə müvafiq ekspert rəyi alınmasım xahiş etmişdik. Məhkəmə ekspert X6 növbəti məhkəmə iclasında şahid qismində dindirilməsi barədə qərar qəbul etməklə vəsatəti əsassız olaraq qalan hissədə təmin etmədi. Halbuki vəsatətimdə 3 nəfər görkəmli tibb professorunun verdikləri ayrı-ayrı rəylərdə zərəçəkmiş Zərərçəkmiş şəxs ürəyi üzərində hər- hansı cərrahiyyə əmaliyyatının aparılmasının inkar olunması göstərdiklərini bildirmişdim. Belə olan halda məhkəmənin vəzifə borcu idi ki, rəsmi rəyi vermiş ekspertlə yanaşı, həmin tibb professorlarını da şahid qismində dəvət edib dindirərək əsl həqiqəti ortaya çıxarsın. Ziddiyyət yaranacağı halda isə iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin etsin. Ona görə də hesab etmişdim ki, ekspert X8 şahid qismində dindiriləndən sonra o yenidən adlarını qeyd etdiyim tibb professorlara ilə birlikdə növbəti məhkəmə iclasına şahid qismində dəvət edilib verdikləri rəylərini əsaslandırmaları və rəylərdəki ziddiyyətlərin aydınlaşdırılması üçün dindirilsinlər. Lakin məhkəmə öz qərarını pozaraq ekspert F.Abbasovu deyil, ilkin rəyi vermiş ekspert Şahid10 şahid kimi məhkəməyə dəvət edərək dindirdi. Onların dindirilmələrini tərəfimizdən verilmiş sorğuya N.Tusi adına Kilinikadan verilən xx.xx.2022-ci il tarixli 18 NQ-Ü cavab məktubu da zəruri edirdi. Cavab mətubunda da göstərilir: «xx.xx.2022-ci il tarixli 78 saylı müraciətinizə cavab olaraq bildirmək istəyirik ki, vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2020-cı il tarixində N.Tusi adma Klinikada həkim-kardioloq Şahid12 tərəfindən exokardioqrafiya müayinəsi olunmuşdur. Müayinənin nəticəsi Sizin müraciətinizdə də öz əksini tapmışdır. Əlavə olaraq bir daha bildiririk ki, həmin müayinəyə əsasən pasiyentin ürəyində hər hansı patoloji dəyişiklik və zədə əlamətləri qeydə ahnmamışdır». Göründüyü kimi, rəyi vermiş həkimkardioloq Şahid12 rəsmi (daraq zərərçəkmiş Zərərçəkmiş şəxs ürəyində hər hansı patoloji dəyişiklik və zədə əlamətləri qeydə alınmadığım bir daha təsdiq etmişdir ki, bu da iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilməsini qaçılmaz edirdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs 2020-ci ilin may ayının 7-də xəstəxanadan çıxandan sonra onu 3 nəfər tibb elmləri doktoru, professorun şəxsən müayinə edərək verdikləri diaqnozlardan rəylərdən də görünür ki, Zərərçəkmiş şəxs ürəyi üzərində hər hansı cərrahiyyə əməliyyatı aparılmamış, ürəyin tamlığı pozulmamışdır. Belə ki, "xxxx" MMC-nin kardioloq doktoru Şahid12 verdiyi 18 may 2020-ci il tarixli «rəngli doppler cxokardioqrafiya» müayiənsi zamanı verdiyi resumedə göstərilir: «Mitral qapağın ön tayının qapanma sürəti normaldır, arxa tayın hərəkət amplitudu pozulmayıb. Qapaq taylarında dəyişiklik yoxdur. Aorta kökü normaldır, qapaq taylarında dəyişiklik yoxdur. Trikuspidal qapaq normaldır. Ürək boşluqları təmizdir. Perikard boşluğunda maye yoxdur. Sol mədəciyin divarları normaldır, seqmentar hərəkət pozğunluğu yoxdur. Sol mədəciyin diastolik funksiyası normaldır. 18 mart 2022~ci il tarixdə keirilən məhkəmə baxışında şahid qismində ifadə verən ekspert Şahid10 386 saylı 18 may 2020-cı il tarixli ekspert rəyinin onun tərəfindən verildiyini təsdiq edərək rəyin doğruluğunu əsaslandırmağa çalışdı. Ekspert tərəfimizdən verilən suallara cavab olaraq bildirdi ki, o zərərçəkmiş Zərərçəkmiş şəxs şəxsən müayinə etməmiş, o rəyini ona təqdim edilən stasionar xəstənin tibbi kartasında yazılanlara əsaslanaraq vermişdir, ona təqdim edilən materiallarda cərrahiyyə əməliyyatının aparılmasını əks etdirən videodısk təqdim edilməmişdir. O cərrah Səbuhi Xəlilovun xəstəlik tarixçəsində və ekprizdə qeyd etdikləri əsasında belə bir nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs ürəyinin sol mədəciyinin ön divarını keçən 0,5x0,5 sm kəsilmiş deşilmiş yarası ohnuş və həmin yara tikilmişdir. Ekspert həmçinin Zərərçəkmiş şəxs əynində olmuş gödəkçənin ön səthində olan xəsarətin ekspert rəyinə əsasən ölçüsü İ sm-ə qədər olduğu halda, lakin Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətin isə 2x0.5 sm. qeyd olunmasını, habelə Zərərçəkmiş şəxs ürəyinin sol mədəciyində hər hansı xəsarətin və tikilmə izinin olmamasını əsaslandıra bilmədi. Həmçinin tərəfimdən göndərilmiş sorğuya AR Tibbi Sığorta Üzrə X31 Planlama Departamentinin rəhbəri Hikmət İbrahimlinin verdiyi 18 mart 2022-ci il tarixli cavab məktubu və ona əlavə edilmiş «X51»in direktoru Fikrət Zeynalovun 17 mart 2022-ci il tarixli, 253 saylı məktubunda göstərilir: «"X52" X55 müdiriyyəti Sizin məktubunuza cavab olaraq bildirir ki, xəstəxanamızda kardiocərrahiyyə şöbəsi olmadığına görə ürək əməliyyatları icra olunmur. Cərrahiyyə şöbəsində ancaq təcili təxirə salınmaz ağciyər, ürəyi dəlib keçən kəsilmiş deşilmiş yaralarla və odlu silahla yaralanmış xəstələrə təcili tibbi yardım göstərilir. Xəstəxanamızda kardiocərrahiyyə şöbəsi olmadığına görə Cərrahiyyə şöbəsinin həkim ümumi cərrahı X27 planlı kardiocərrahiyyə əməliyyatları icra ctmir». Məktubdan da görünür ki, X36 müvafiq tibbi avadanlıqlar olmadığına və həkim Səbuhi Xəlilov ümumi cərrah olduğuna görə onun zərərçəkmiş Ülvi Hüseynzadənin üzərində ağır ürək cərahİyyə əməliyyatı aparması tamamilə şübhə doğurur. Belə bir vəziyyətdə o xəstəyə ilkin tibbi yardım göstərdikdən sonra onu mütləq ürək cərahiyyəsi üzrə ixtiaslaşmış tibbi klinikaya göndərməli idi. Lakin həkim S.Xəlilov öz şəxsi marağı üzündən xəstəni ixtisaslaşdırılmış klinikaya göndərəməyərək 11 gün xəstəxanada saxladıqdan sonra evə buraxmışdır. Həkimin saxtakarlığı ondan da görünür ki, bütün cərrahi əməliyyatların aparılması müasir aparatlarla çəkilərək videodiskə köçürüldüyü halda, həkim S.Xəlilov nədənsə Zərərçəkmiş şəxs üzərində apardığı cərrahiyyə əməliyyatının aparılması prosesini çəkərək videodiskə köçürməmişdir. Bütün bu qeyd edilənlərə əsasən hesab etmişdik ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ürək nahiyyəsində hər hansı bir xəsarət olmamış və ürəyində cərahiyyə əməliyyatı aparılmamışdır. Bu iş üzrə verilmiş məhkəmə tibbi ekspert rəyləri də zərərçəkmiş Zərərçəkmiş şəxs şəxsən müayinəsi aparılmadan, yalnız həkim Səbuhi Xəlilov tərəfindən tərtib edilən stasionar xəstənin tibbi kartasmda yazılanlara əsaslanaraq verilmişdir ki. bu da onların mötəbərliyini tam şübhə altına almaqla iş üzrə təkrar məkəmə tibbi ekspertizasının təyin edilməsini zəruri edirdi. Birinci instansiya məhkəməsi iş üzrə təkrar məhkəmə- tibbi ekspertizası təyin edib zərəçəkmiş Zərərçəkmiş şəxs ürək nahiyyəsində cərrahiyyə əməliyyatının aparılıb apanlmamasını müəyyən etməməklə tam şübhəli ekspert rəyləri əsasında Təqsirləndirilən şəxs AR CM-nin 126.1 maddəsi ilə təqsirli bilərək onu həddən artıq ağır cəzaya məhkum etmişdir. Ona görə də bu qeyd olunan uyğunsuzluğun aradan qaldırılmas üçün apelyasiya baxışında zərrəçəkmiş Zərərçəkmiş şəxs ürəyi üzərində cərrahiyyə əməliyyatının aparılmasını müəyyən etmək üçün təkrar məhkəmə-tibbi ekspertizasının təyin edilməsi qaçılmazdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2023-cü il tarixli, 1(101)-129/2022 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsi onun heç bir fakt və sübutlarını qəbul etməmişdir. Həmin hökm ədalətsiz və əsassız olduğundan onun işinə yenidən baxılmasını xahiş etmişdir. İşin ilkin apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinə əlavə verərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hərtərəfli, tam, obyektiv araşdırma aparılmadan, şahid ifadələri təhrif edilməklə, eləcə də cinayət təqibi əhəmiyyət kəsb edəcək məlumatlara malik olan əlavə şahidlərin dindirilməsi təmin edilmədən və təqsirləndirilən şəxsin əməlinə cinayət əməlinin tövsifi, hüquqi qiymət verilməsi baxımdan zəruri olan həkim Səbuhi Xəlilovun dindirilməsi təmin edilmədən hökm çıxarılmışdır. Birinci instansiya məhkəməsində işə baxılan zaman zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında sərbəst ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 02-dən, yəni xəsarət aldıqdan sonrakı hərəkət traektoriyası dəqiq müəyyən edilməmişdir. Şahid ifadələri, zərərçəkmiş şəxsin hadisədən sonnrakı hərəkət traektoriyası, eləcə də hadisədən qısa müddət sonra Zərərçəkmiş şəxs almış olduğu xəsarətə münasibətdə exokardioqrafiyası zamanı tamamilə fərqli nəticələrin ortaya çıxmasına baxmayaraq məhkəmə kifayət qədər ziddiyyətlərin olması fonunda iş materiallarına əlavə edilmiş exokardioqrafiya müayinəsi keçirmiş həkimlərin əlavə şahid qismində dindirilməsini təmin etməmiş və ya həmin halın mümkün olub-olmamasını müəyyən etməmişdir. Yuxarıda qeyd edilənlərə münasibətdə müdafiə tərəfinin təqdim etdiyi exokardioqrafiya və rəngli dopler arayışları, habelə iş materiallarında mövcud olan həkim epikrizi arasında mövcud olan ziddiyyətlərə aydınlıq gətirilməsi üçün həkimkardioloqun mütəxəssis qismində cinayət prosesinə cəlb edilərək mövcud vəziyyəti izah etməsi üçün dindirilməsini zəruri hesab edirəm. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, şahid qismində dindirilmiş Lidiya lllarinova Azərbaycan dilində oxuyub-yazmaqda çətinlik çəkdiyini, lakin onun dindirmə zamanı tərcüməçi ilə təmin edilmədiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 yetkinlik yaşına çatmayan şəxs olmaqla eyni məzmunlu məlumat vermişdir. Şahid qismində dindirilmiş Şahid2 ona işgəncə verildiyini, polis əməkdaşları tərəfindən hadisə barədə yalan ifadə verilməyə məcbur edildiyini, istintaq zamanı verdiyi ifadənin məzmunundan ümumiyyətlə məlumatsız olduğunu bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılan zaman önəmli ziddiyyətlərdən biri də şahid qismində dindirilmiş 3 saylı klinik xəstəxananın həkimi X10 ifadəsində göstərdiyi hallardır. Belə ki, Zahid Hacıyev xx.xx.2020-ci il tarixdə zərərçəkmiş şəxsin saat 03 radələrində xəstəxanaya qəbul edilməsi, Səbuhi Xəlilovla birlikdə onu rentgen edərək daxili qanaxmanın olmasını müəyyən etməsi, dərhal əməliyyat edilməsi, sonra reanimasiya otağına köçürülməsi, 28 aprel 2020-ci il tarixədək olan müddət ərzində süni nəfəs aparatına qoşulması, bu müddət ərzində nəzarət saxlanılmasını bildirmişdir. Halbuki, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində ifadə erən Zərərçəkmiş şəxs məhkəmənin ibtidai istintaqla ziddiyyətli ifadələr verməsinə səbəb kimi, hadisədən 1 gün sonra prokurorluğun müstəntiqi "Atəş" adlı şəxsin onun yanına gəldiyini, hadisə barədə söhbət etdiyini, ona "Atəş müəllim"in bıçaqla xəsarət alması barədə deməsini bildirmişdir. Göründüyü kimi, süni nəfəs aparatına qoşulmuş şəxsin ifadə verməsinin :eyri-mümkün olması, şahid ifadəsinin mötəbərliyini şübhə altına almasına baxmayaraq məhkəmə həkim-anestezeoloq və həkim-cərrahın ifadələrini yalnız əlan etməklə kifayətlənmişdir. Halbuki, xx.xx.2020-ci il tarixdə səhər saatlarında, eləcə də növbəti günlərdə həkim-cərrah Səbuhi Xəlilovun təqsirləndirilən şəxsin anası Şahid9 ilə aralarında olan danışığa dair səs yazıları da məhkəməyə təqdim edilmişdir. Həmip səs yazılarında həkim Səbuhi Xəlilov təqsirləndirilən şəxsin anasından 1000 manat rüşvət istəmiş, həmin puldan 500 manatın yuxarıya" çatacağını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X35 apellyasiya protestinin təmin edilərək hökmün Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edildiyi hissədə ləğv edilməsini, onun Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı hədlərdə cəza təyin edilməklə barəsində yeni ittiham hökmü çıxarılmasını, müdafiə tərəfinin apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs və onun müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini, Dövlət ittihamçısı4 tərəfindən verilmiş apellyasiya protestinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum olunmuş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3 hər biri ayrı ayrılıqda apellyasiya şikayətinin təmin edilərək hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini, Dövlət ittihamçısı4 tərəfindən verilmiş apellyasiya protestinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya protestinin və apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, zərərçəkmiş şəxsin, məhkum edilmiş şəxsin və onun müdafiəçinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2023-cü il tarixli hökmü dəyişdirilməli, həmin hökmdən və elan olunmuş ittihamdan “döş qəfəsinin sol yarısının ön divarının plevra boşluğuna nüfuz edərək ürəyin sol mədəciyinin kəsilmiş-deşilmiş 01 ədəd yara” bəndi xaric edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həmin maddənin sanksiyası həddində yüngülləşdirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsili bilinib məhkum edilməsi barədə apellyasiya protestinin, eləcə də ona bəraət verilməsi barədə müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Apellyasiya baxışı zamanı dindirilmiş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi və Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərdi ki, o, hadisədən 5-10 gün əvvəl tanışı Şamil vasitəsi ilə Eterini tanımışdır. O, atası ilə əlaqə saxlamaq üçün, Eteriden telefon almışdır. Öz telefonunun şəbəkəsində problem olduğuna görə Eteridən telefonu istəmişdir. Nömrəni telefona keçirib atası ilə əlaqə saxlamışdır. Müstəntiqə də bu nömrəni demişdir. ***-***-**-** möbil nömrə onların ev nömrələridir. Amma ittiham aktında qeyd edilib ki, həmin nömrəni guya ki, xatırlamır. Halbuki, həmin nömrə onların ev nömrələri olmuşdur. Bu necə mümkün ola bilər ki? Atası ilə danışmışdır. Daha sonra 25 aprel 2020-ci il tarixdə gecə saat 02 radələrində Eteriyə telefonu qaytarmaq üçün onların evinə getmişdir. Qapını döymüş, lakin Eterinin qızı Lidiya qapını açmadan qışqırmağa başlamışdır. Onun ünvanına qarşı nalayiq sözlər işlətmişdir. Lidiyanın üstünə qışqırmasının, nalayiq ifadələr işlətməsinin səbəbini bilməmişdir. O, Lidiyaya "əvvəlcə qapını aç, gör kimdir, niyə söyüş söyürsən?” sözlərini demişdir. Bundan sonra Lidiya həyət qapısını açmış və onu görüb "neyniyim ki, sənsən” cavabını verərək, yenidən qapını döyməyinə görə ona söyüşlər söyməyə başlamışdır. O, Lidiyaya səsini ucaltmamasını, ucadan danışmamasını demiş, əlavə olaraq qız olduğunu, yerini bilməsini, hörmətsizlik etməməsini və ayıb olduğunu demişdir. Elə həmin vaxt Lidiyanın sevgilisi Ülvi, yəni baxılan iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Ülvi İsmayılov içəridən, ev tərəfdən həyətin qapısına doğru qaçaraq onların yanılarına gəlmiş, onların yanına çatan kimi Ülvi əlinin içi ilə onun sağ çiyninə bir dəfə zərbə vuraraq onu geriyə itələmişdir. Ülvi ona demişdir ki, "sənə sakit qal deyirlərsə sakit qal”. O, Ülvini itələdikdən sonra Ülvi, yerdə olan taxtaların içərisindən bir taxtanı götürüb onu vurmağa başlaməşdır. Həmin vaxt taxta paltar ipinə ilişmişdir. O, da sağ cibində, olan dırnaq tutanının pilkasını çıxarmış, özünü qorumaq və Ülvini qorxutmaq üçün Ülviyə doğru nizamsız olaraq atmağa başlamışdır. Bunu etməkdə məqsədi Ülvinin ondan uzaqlaşması üçün olub. O, pilkanı nizamsız atanda ona müstəntiqin deyilənə görə Ülvinin kürəyinə dəymişdir. O, amma bunu hiss etməmişəm. Daha sonra bir-birilərindən aralaşmışlar. Sonra, Ülvi ona doğru qaçıb kəllə vurmaq istədikdə, O, da pilkanı yenidən sağ-sol hərəkət etdirmişdir. Daha sonra o, çıxıb getmiş, yolda Raufa rast gəlmişdir. Rauf ondan soruşanda ki, "üst-başın niyə belədir”, o, da cavab olaraq bildirmişdir ki, Ülviylə dalaşmışlar. Daha sonra o, Ramilgilə getmiş, təxminən 30-40 dəqiqə sonra Ülvi ora gəlmişdir. Ülvi ikinci dəfə üzərinə gəlmiş, orda da dalaşmışlar. O, həmin evdən də çıxıb getmişdir. Guya ki, Ülvinin ürəyində 3 tikiş qoyulub, ürəyindən qan çəkilib. Bu necə ola bilər ki, Ülvi 1 kilometrlik yolu köməksiz hərəkət edib. Sol ürək mədəciyinə 3 tikiş qoyulduğu yazılıb. Onun Ülvinin sol ürək mədəcəyinə vurmağı üçün gərək bıçağı altdan vursun. Amma tikiş izi onun sinəsinin üzərindədir. Necə ola bilər ki, o, sağ ürək mədəciyini vurmadan sol ürək mədəciyini vurmuşdur? Bu qeyri-mümkündür. Həmçinin, bu cür ağır əməliyyatın çəkiliş aparmadan keçirilməsi mümkün deyil. Həmdə ki ekspert də özü demişdir ki, o, Ülvini müayinə etməmişdir. Ekspert sadəcə kağıza baxıb rəy verib. Bu da qanunsuzdur. Bütün bunları nəzərə alaraq apellyasia şikayətlərinin və apellyasiya şikayətinə əlavənin təmin edilməsini, apellyasiya protestinin təmin edilməməsini xahiş edir. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq göstərdi ki, üzərində dırnaq tutan olub. Dırnaqtutanın uzunluğu təxminən 2-3 sm. olub. Ülvi İsmayılovun həyatına təhlükə yaradacaq xəsarət olmayıb. Ülvi İsmayılovun paltarına xəsarət yetirməyib. Onların video görünütləri var. Paltarın üzərində deşik 1 mm idi. Ekspertizaya gedib-gələndən sonra 2 sm deşik olmuşdur. Bu da necə mümkün ola bilər ki? Zərərçəkmiş şəxsin üzərində olan paltarlarının rəngi ya boz, ya da qara sport dəst idi. Zərərçəkmiş şəxs Ülvi İsmayılovun üzərində qan ləkəsini görməyib. Amma o, Ülvinin üzərindəki yarasını görüb. Həmin yara həddən artıq balaca yara idi. Hadisənin baş verdyi evlə Ramilin evi arasında təxminən 250-300 metr məsafə var. Şamil, Əfsanə, Eteri və Cahan orda Ramingildə olublar. Zərərçəkmiş şəxs Ülvi İsmayılovun şüuru evdə yerində olub. Hətta, üzərinə yenidən gəlmiş, ona kəllə vurmaq istəyib. O, vəziyyətin yaxşı olmasını görüb evdən getmişdir. Evdə olanda Ülvi üzərinə gəlmiş, amma başqa otağa keçmişdir. Yarasına baxmış, sonrada evdən getmişdir. Eterigilin evindən X53 qədər 600-700 metr məsafə olardı. Həmin zaman kamera görünütlərini də çıxarmaq olardı. Hadisə günü Eterigilin evinin işıqları yanmırdı. Eterigilin evində onları heç kim ayırmayıb. Ülvi də, Lidiya da məhkəmədə təsdiqləyiblər ki, özləri ayrılıb gediblər. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cavabı: Ülvi qaça-qaça üzərinə gəlmişdir ki, kəllə atsın, o, da pilkayla ona sağa-sola hərəkət etmişdir. Bu xəsarət sayılmır axı. Özünü müdafiə etmişdir. Üzərinə gəlirdi deyə o, da özünü müdafiə etmişdir. Hadisə 25 apreldə baş verib, o, isə dekabrın 18-də tutulub. Həmin vaxta qədər çox yerdə olmuşdur. O, əvvəllər tutulduğuna görə əsassız olaraq yenidən tutulacağından qorxmuşdur. Həmin müddətdə o, müxtəlif ünvanlara bu barədə məktublar yazmışdır. İşinə qanunsuz baxıldığına görə qaçmışdır. 31ci Polis Bölməsinin müavini var idi, evlərinə gəlib demişdir ki, guya ki, o, cavan uşağa qarşı zorlama hərəkəti etmişdır. Evdəkilər də onunla əlaqə saxlamışlar. Demişdir ki, "belə bir şey yoxdu”. Bilirdi ki, buna görə istintaq təcridxanasına göndərilsə vəziyyəti yaxşı olmayacaqdır. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisəyə qədər tanımamışdır. Hadiəsədən 10 gün əvvəl tanımışdır. Aralarında mübahisə olub. Mübahisənin səbəbi qapı döyülməsinə görə olub. Hadisə olan gün 25 aprel 2020-ci il tarixdə o, nişanlısı Lidiyagildə olub. Gecə saat 02 radələrində qapı döyüləndə Lidiya əsəbləşmişdir ki, qapını Faris möhkəm döyür. Çölə çıxmışdır ki, soruşsun ki, niyə qapını bərk döyür. Sonra o, da çölə çıxmışdır. Beləliklə dava başlanmışdır. Konkret nə xəsarət aldığını xatırlamır. Xəstxanaya gedəndən sonra xəsarətlərini bilmişdir. Farisin onu vurduğunu və nə ilə vurduğunu görməmişdir. Amma həkimlər demişlər ki, guya bıçaqla xəsarət alıb. Həm kürəyindən, həm də ürək nahiyyəsindən xəsarət aldığını ona demişlər. Məhkəmədə verdiyi ifadəni təsdiq edir. Apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əlində kəsici-deşici alət görməyib. Ola bilsin ki, yıxılanda xəsarət almışdır. Konkret necə aldığını xatırlamır. Birinci instansiya məhkəməsində "Təqsirləndirilən şəxs valideynlərinin xahişlərini nəzərə alıb, onların diqtəsi ilə ərizə ilə Azərbaycan Respublikasının Baş prokurorluğuna, Bakı şəhər Prokurorluğuna və Bakı şəhər Suraxanı rayon prokurorluğuna müraciət etmişəm" deməyib. Belə bir ifadə verməyib. Xəstəxanada müalicə xərclərini kimin ödəməsini bilmir, maraqlanmayıb. 3 dəfə rentgen olunmasının xərclərini yəqin ki, valideynləri ödəyib. İstintaq zamanı ona nəyə imzalatdırdıqlarını xatırlamır. İfadələrini yazıblar o, da imzalayıb. Amma eyni məzmunda ifadə verib. Lidiyanın evində qalmamış, gediş-gəlişim olmuşdur. Həmin evlə Raminin evinin arasında 1 km məsafə olardı. O, həmin evdən Raminin evinə piyada getmişdir. Raminin evində dava- dalaş olmuş, amma aralaşmışlar. Davanı davam etdirmək istəmiş, alınmamışdır. Raminin evində olanda ürəyində ağrı hiss etməmişdir. Raminin evindən X53 qədər olan məsafə 600-800 metr olardı. 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılmağını xatırlayır. Əməliyyat olmağını ona həkim demişdir. Həkimin adı Səbuhi idi. Əməliyyat olunmağı barədə üzərinidə iz var idi. Rövşən İsmayılovu tanımır. Həkimlər onu aparatla müayinə etmişlər. Ona demişlər ki, ürəyində problem yoxdur. Əməliyyat olunması ilə maraqlanmış, ürəyində zədə olmamışdır. X53 Lidiya ilə getmişdir. Hansı ağrıları olması yadında deyil. Hadisə vaxtı yanlarında heç kim olmamış və onları heç kim ayırmamışdır. Hadisə olandan bir gün sonra yanına Farisin anası və müstəntiq gəliblər. Hansınıln birinci gəlməsini xatırlamır. Təqsirləndirilən şəxs onu nə ilə vurmasını görməyib. Təqsirləndirilən şəxsla barışıblar. Təqsirləndirilən şəxsla bir məhəllədədirlər, yoldaşlıq etmişlər. Bədənində həm kürəyində, həm də sinə nahiyyəsində əməliyyat izləri qalıb. Sinənizdə 3-4 tikiş olub. Təqsirləndirilən şəxs Lidiyagilin qapısını döyəndə o, evdən çıxmışdır ki, Lidiya Farisə deyir ki, "qapını yavaş döy”. Həmin an yüksək səslə danışmışlar. Lidiya Farisi də təhqir etmirdi. Daha sonra o, Farisə yaxınlaşmış demişdir ki, "qapını yavaş döy”. Farislə bir birilərini itələmişlər. Yerdən ağacı dava etmək üçün götürmüşdür. Yəqin ki, Farizi ağacla vurub. Yadında deyil. Ramingildə ona tibbi yardım göstərən şəxsin adı yadında deyil. Ramingildə Təqsirləndirilən şəxs üzərinə külqabı atıb. 3 saylı Şəhər Klinik Xəstəxanasında 10-12 gün müalicə olunub. Onu əməliyyat edən həkim deyirdi ki, "yaxşılaşmısan, tez buraxacam səni”. Daxili qanaxmanı götürmək üçün həkimlər ürəyinə nəsə qoşmuşlar. Amma fikir verməmişdir. 2-3 il olar ki, narkotik vasitədən istifadə edir. Bütün növ narkotik vasitələrdən istifadə edir. Hadisə olan ərəfələrdə narkotikdən istifadə edib. Çox təsadüfən olardı ki, istifadə etməmişdir. Narkotik vasitələri gəzdirdiyinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həbs olunub məhkəmənin hökmü ilə məhkum edilmişdir. Apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş "N.Tusi" adına klinikanın kordioloq- həkimi Şahid12 verilmiş suallara cavab olaraq, cinayət işinin materiallarına əlavə edilmiş həkim müayinə arayışını onun tərəfindən tərtib edildiyini, o, iş üzrə Zərərçəkmiş şəxs exokardioqrafiya müayinəsini həyata keçirmiş, onun ürək nahiyyəsində hər hansı pataloji dəyişiklik və ya zədə əlaməti aşkar etməmişdir. Zərərçəkmiş şəxs ürək nahiyyəsində hər hansı zədə əlaməti və ya cərrahi əməliyyat izləri olsa idi o, özünün həyata keçirdiyi ultrasəs və exokardioqrafiya müayinəsi vasitəsi ilə bunu mütləq müəyyən edər və bu barədə arayışında qeyd edərdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin bədən nahiyyəsinə baxış keçirərək "əməliyyat çapığına münasibətdə ürək nahiyyəsinin sol mədəciyinin həmin hissədən əməliyyat edilməsinin elmi və təcrübi baxımdan mümkün olmadığını, 00.30-da cinayət işinin materiallarında göstərilmiş xəsarətləri almış Zərərçəkmiş şəxs 90 dəqiqə müddətində fiziki cəhətdən hərəkətlər edərək təxminən 2 km məsafəni qət etməsi, eyni zamanda hadisədən 30-40 dəqiqə sonra ona xəsarət yetirmiş şəxsi görərək ona hücum çəkərək dava etməsinin qeyri-mümkün olduğunu, ürəyin sol mədəciyinin kəsilmiş deşilmiş yarası xəsarəti alması üçün ürəyin daha əvvəl sağ mədəciyin, mədəciklərarası çəpərin, daha sonra ürəyin sol mədəciyinin xəsarət almalı olduğunu, bildirərək, ürəyin sol mədəciyinin cinayət işinin materiallarında göstərildiyi şəraitdə və cinayətin aləti hesab edilən "dırnaq tutan" pilkası ilə törədilməsinin mümükün olmadığını, həmçinin xəsarətin lokalizasiyasının onun törədilmə şəraiti ilə tərs mütənasibliyini, eyni zamanda dırnaq tutan pilkasının ölçüsü həmin şəraitdə xəsarət yetirilməsinə uyğunsuzluğunu, göstərilən şəraitdə ürəyin sol mədəciyinin xəsarət alması üçün cinayətin alətin minimum 9-10 sm ölçüyə malik olmasını, hazırki vəziyyətdə sol mədəciyinin xəsarət almasının ürəyin fizioloji və anatomik vəziyyəti ilə üst-üstə düşmədiyini bildirdi. Apellyasiya baxışı zamanı təkrar dindirilmiş Şahid12 verilmiş suallara cavab olaraq göstərmişdir ki, onun verdiyi rəylə Səbuhi doktorun verdiyi rəy necə üst-üstə düşə bilər? O demişdir ki, orda heç bir şey yoxdur, nə bıçağın izi var, nə də ki, cərrahi işləm var, ekspertər onu hardan bilir. Bunlar vurulmuş bıçaq zədələnməsinin əlamətləri deyil, onun üçün spesifik deyil, bu adamın sağ mədəciyinin sərbəst divarının distal hissəsi, distal hissəsi deyəndə nəyi nəzərdə tutur, sağ mədəciyin sərbəst divarının distal hissəsi deyilən anlayış yoxdur, ekspert bunu hardan götürüb ki, burda çapıq var? Bu çapıqlar keçirilmiş hər hansı bir iltihabi prosesdən ola bilər, çünki bu hadisənin üstündən 4 il keçib, 4 il ərzində bu adam lokal pnevmaniya keçirdə bilər, ondan qala bilər, başqa spesifik xəstəliklər, qeyri-spesifik xəstəliklər keçirdib, ondan qala bilər, bu yazılmış exonun ifadəsi deyil, bu MRT-yə uyğun gələn ifadədir, götürüb yazıb bura və bu yazılan da bıçaq zədələnməsi üçün spesifik əlamət deyil, o ki, qaldı sol tərəfli çapıq məsələsinə, çapığın olması qeyri-adi məsələ deyil ki, bədənində çapıq var, indi o çapıq nədən yaranıb mən onu deyə bilmərəm, amma konkret ürəkdən gedirsə söhbət bu ürəyin vurulmasına dəlalət etmir, xüsusilə də sol mədəciyin divarı, yadınızdadırmı bizim keçən məhkəmə iclasında sol mədəcikdən gedirdi, həmçinin epikrizi də oxuyanda sol mədəciyin kəsilmiş-deşilmiş yarasından gedirdi söhbət. Bıçaq yaralanmasını təyin etmək üçün ürəyin görüntüləmə metodlarından istifadə olunmalıdır, bu görüntü metodları da ürəyin ultrasəs müayinəsidirexokardioqrafiya və ürəyin maqnit-rezonans tomoqrafiyasıdır, düzdür bıçaq yarası ilə gələnləri ilkin olaraq rentgendən keçirilməlidir, kardioqramması çəkilməlidir, kompyuter tomoqrafiyası varsa o da olunmalıdır, indi bunlar KT müayinəsi aparıblar, keçən dəfə söhbət də getdi ki, onun ürəyindən 500 mq maye-qan çıxarılıb, onu da deyim ki, dünya statistikasının göstəricilərinə əsasən bıçaq zədələnmələrində 30% vurulanlar yerindəcə keçinirlər, ürəyin bıçaq zədəsindən, kəsilmiş ya da deşilmiş, yerdə qalan 30% xəstəxanaya aparılan zaman yolda keçinirlər, sağ qalan, xəstəxanaya çatdırılanlar isə baxmayaraq ki onlara da tibbi yardım göstərilir, onların da 25%-i ölürlər, o 30%-in 75%-i sağ qalır amma, o da nədən asılıdır, ürəyin hansı nahiyəsinə dəyən bıçaqdan və ölümün də 80%-85%-i düşür qanaxmaya, ürək kisəsinin içərisinə qanın yığılmağına, ürəyi tomponada eləyib, yəni ürəyi salır blokadaya, şokdan həmin insanlar ölürlər və ürəyə yığılan qan ki, var o, sürətlə yığıldığına görə 150 ml-dən sonra başlayır tomponada əlamətləri, 200-ü keçəndə artıq tomponadadır, 250 artıq həyatla uyğun deyil, bu adamın getməsi, gəzməsi mümkün deyil. Burda da döş qəfəsinin KT müayinəsini aparıblar, yazılıb ki, sol hemitoroksda, hemitoroks yəni döş qəfəsindən gedir söhbət, minimal miqdarda sol hemitoroksda ən qalın yerində 10 ml-yə çatan sərbəst plevral maye var, yəni ağciyər kisəsində maye var və ağciyərlərin hansısa səbədən büzüşməsi, iltihabdanmı büzüşür, vaxtilə keçirdiyi hansısa xəstəlikdənmi büzüşür, ürək kisəsi haqqında heç nə yazılmayıb, hansı ki, Leyla xanım da təsdiq edər, KT-ni aparan mütəxəssis 500 mq qan yığılbsa ora ürək bilirsiniz nə boyda olur, onu görməyə bilməz, o mümkün deyildir. Qan yığılır ağciyər kisəsinə, bu ordan qanı atsozla çıxardır, yerdə qalan laxtaları da xüsusi məhlulla yuyub təmizləyirlər. Əgər ürəyinə vursaydı ola bilərdi, ürəyini vurubsa, deməli qan axmalı idi. Aparılan protokolun axrında da hər şeyin üstündən nöqtə qoyan belə bir cümlə var, LV miokardında ödem əlamətləri və ya patoloji kontrast akkumlyasiyası izlənilmir (çapıq/fibroz əlamətləri nəzərə çarpmır). Şar üfürdükcə divar nazikləşir e, elə bir şey olur. Orda plevra zədələnməsini falan o, görə bilməzdi. Ağciyər kisəsindən gedir, əgər orda ürəyin perekardında bir zədələnməsi və miokardında bir zədələnməsi olsaydı o, onu görərdi. Apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya institutunun kordioloq- həkimi Şahid11 verilmiş suallara cavab olaraq cinayət işinin materiallarına əlavə edilmiş həkim müayinə arayışının onun tərəfindən tərtib edildiyini, iş üzrə Zərərçəkmiş şəxs müayinəsini həyata keçirdiyini, ürək daxilində hər hansı bir ağırlaşma, dəyişiklik olmadığı üçün patoloji dəyişikliklər aşkar edilmədiyini, perikarda zərər vurmadan sol mədəciyə zərər vurulmasının mümkün olmadığını, sol mədəciyin zədələnəcəyi təqdirdə sağ mədəciyin xəsarət almasının qaçınılmaz olduğunu, ürək nahiyəsi və ürək boşluğu anlayışlarının fərqli olduğunu, ürək nahiyəsində kəsiyin olub-olmamasının ürək daxilində problemin olub-olmadığına dəlalət etmədiyini, əgər patoloji dəyişikliklər yoxdursa, xəsarət almadığını bildirmiş, həmçinin məhkəmə baxışı zamanı ünvanlanmış bəzi suallara cavab verə bilməmiş və bunu onunla izah etmişdir ki, o çalışdığı institutda kardiocərahiyyə olmadığı üçün cavablandırması qeyri-mümkündür. Apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-nin Diaqnostika bölməsinin şüa diaqnostikası üzrə həkimi X16 verilmiş suallara cavab olaraq cinayət işinin materiallarına əlavə edilmiş həkim müayinə arayışının onun tərəfindən tərtib edildiyini, iş üzrə Zərərçəkmiş şəxs Exokardioqrafiya müayinəsini həyata keçirdiyini, müayinə zamanı hər hansı patoloji dəyişiklik və zədə əlamətlərini müşahidə etmədiyini bildirdi. Apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş kordioloq-cərrah X43 verilmiş suallara cavab olaraq verdiyi rəyi təsdiq etdiyini, xəstəlik tarixçəsi, əməliyyat protokolu, bir sözlə sənədlər əsasında rəy verdiyini, sol tərəfdən döş ucundan xəsarət yetirilməsi zamanı sol mədəcəyin xəsarət almasının və qeyd olunan əməliyyatın ümümi cərrah tərəfindən aparılmasının mümkün olduğunu, xəstənin arıq olacağı təqdirdə qeyd olunan alətin həmin zədəyə səbəb olmasının teorotik olaraq mümkünlüyünü, tikişlərin teflon platkalar vasitəsilə aparıldığı təqdirdə, teflonun sorulmaması, həmçinin parıldaması səbəbindən exokardioqrafiya zamanı görünmə imkanın olduğunu, lakin sənədlərdə qeyd olunan formada sapla tikildiyi təqdirdə, həmin sapın toxumanın içində qaldığı üçün görünməyəciyini, bunun yalnız həmin hissənin açıldığı təqdirdə görünməsinin mümkün olduğunu bildirdi. Həmçinin əlavə olaraq apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş digər həkimlərin ürəkdaxilində problem olmayacağı təqdirdə onu görməmələrinin normal olduğunu, onun sənət etibarilə kardioloq deyil, kardiocərrah olması səbəbindən belə hallarla təcrübi baxımdan rastlaşdığını, sol mədəciyə xəsarətin yetirilməsinin yalnız sağ mədəciyin, mədəciklərarası çəpərin zədələnməsindən sonra olmasına dair səslənmiş fikirlərin yanlış olduğunu, həmin şəxslərin yalnız vizual olaraq baxdıqda, yəni şəkil formasında düşündükləri üçün belə nəticəyə gəldiklərini, əslində isə sol tərəfdən döş ucuna birbaşa xəsarət edildiyi təqdirdə sol mədəciyin praktiki baxımdan zədə almasının mümkünlüyünü qeyd etdi. Apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X32 və X21 verilmiş suallara cavab olaraq verdikləri rəyi təsdiq etdiklərini bildirdilər. Apellyasiya baxışı zamanı mütəxəssis qismində cəlb edilmiş X17 verilmiş suallara cavab olaraq göstərmişdir ki, yəni konkret olaraq sol mədəcikdə zədələnmə yoxdur. Sol mədəcikdə mümkün deyil. Saplar görünmür, sap onsuz MR-da görsənmir, MR-da biz ürək zədələnməsini görünür, adi bir miokardid keçirtmiş insanda artıq çapıq qalır, onu onla kontrast toplama ilə görürnür və fibroz kimi dəyərləndirilir. Zərərçəkmiş şəxs sol mədəciyində bir xəsarət yoxdur, həm də sol mədəciyin döş qəfəsində gördüyü çapıqı o, ancaq MR ilə görmüşdür. Sol mədəcik ordan uzaq məsafədədir. O, radioloq olaraq bir məsafə, çapığı görmüşdür, yəni döş sümüyündən bir az sol tərəfə, amma sol mədəcik bu insanda çox güman ürək qüsurundan şübhələnmiş, çünki sağ kameralar genişdir, sağ kameraların geniş olma səbəbi anadangəlmə ürək qüsuru, ağciyər xəstəlikləri və.s səbəblər ola bilər, sağ mədəcik böyük olduğundan sol mədəcik bunda normal yerindən itələnib, sırf bu pasiyentdə bu hissədən sol mədəcikdən xəsarət almaq olmaz. Döş qəfəsində olan çapıq narkotik vasitə ilə əlaqəli deyil, sağ mədəcikdə olan incəlmə və perikardda qalınlaşma hər hansı bir səbəbə ola bilər, sadəcə sağ mədəcik divarı olduqca incədir, bu insanda onun içində artıq təzyiq artdığına görə, sol mədəcikdə qalınlığı biz tam dəqiq deyə bilirik, çünki onun qalınlığı 8-9 mm, sağ mədəcikdə elə deyil, normada 2-3 mmdir, bu insanda təzyiq artdığına görə içində yükləmə var, 3 Tesla da MR olaraq olsa o, onu görə bilməzdi. MR olaraq xəsarət görsənmir. Sağ mədəciklə olsaydı o, heç bu xəstəni qəbul etməyəcəkdi, çünki sağ mədəciyin divarı elə nazikdir ki, 7 Tesla aparatı da olsa belə o, tam dəqiqliklə deyə bilməzdi. Bu zədələnmə nəyin hesabınadır, sual sol mədəcik idi deyə o xəstəni qəbul etdi, müayinə etdi, sol mədəciyi müayinə edəndə gördü ki, çapıq başqa nahiyədədir, o çapıq nahiyəsinə də əlavə kəsiklər nə qədər lazım idi götürmüş və orda incəlmə, qalınlaşma nə qədərdir. Sual sağ mədəcik diaqnozu ilə olsaydı, o xəstəni qəbul etməyəcəkdi. Çünki o, görürdü ki, sağ mədəciyin divarında incəlmə var, nəyin hesabına yaranıb, o, köhnə komputer tomoqrafiyasını görmədən, tam dəqiqliklə orda həmin zədələnməni görsəydi deyərdi bəlkə də onun hesabına yaranıb, o sadəcə incəlmə görür. İncəlmə nəyin hesabınadır hal-hazırda o, onu deyə bilməz. Lakin, sağ mədəciyin divarı o qədər incədir ki, ondan bir şey demək çox çətindir, solda yoxdur. Apellyasiya baxışı zamanı ekspert qismində ifadə vermiş X9 verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, iş üzrə verdiyi 305/MEŞ saylı məhkəmə-tibbi ekspertiza rəyini müdafiə edir. İlkin ekspert rəyində tibbi sənədlər barədə bütün məlumatlar ətraflı verilib, ətraflı verilən məlumatlar tam tərəfindən oxunub. O məhkəmə-tibb ekspertidir, məhkəmətibb ekspertinin də səlahiyyətlərinə aid olan suallardır və ətraflı da cavablandırılmışdır rəydə. O, bütün sənədlərdən istifadə etmək şərti ilə ekspert rəyi tərtib edir, yəni, bütün sənədlərən və sənədlərdəki hansı uyğunsuzluqların da hansı ardıcıllıqda sonlanmasını da izləyir, burda birinci olaraq şəxsin özünün məhkəmə-tibbi müayinəsi aparılır, şəxsin müayinəsi zamanı onun bədənin döş qəfəsinin ürək nahiyəsindən olan hissəsində çapıq toxuması aşkar olunur və çapıq toxumasının, eləcə də cərrahi işlənmək nahiyəsidir, deməli ürək nahiyəsində olan xəsarətin nəticəsi olan çapıq toxuması hansı treyoktoriyada hansı üzvləri, gedib orda bağırsağı zədələyə bilməz ki, və yaxud da böyrəyi zədələyə bilməz ki, deməli bu birbaşa ürək nahiyəsinə uyğundur və ürəyin özü də dörd kameradan ibarətdir, iki qulaqcıq, iki mədəcik, hər sahəsinin funksiyası eynilə qiymətləndirilir, yəni eynilə ürəyin hansı tərəfinə toxunması, ürəyin zədələnməsi o funksiyanın pozulmasına gətirib çıxarır. Ürək yerləşdiyi nahiyəyə görə, yəni anomaliya yoxdur bu insanda əgər anomaliya olsaydı dekstra kardio olardı, yəni ürək sağda yerləşərdi. Bunda ürək soldadır və solda yerləşdiyinə görə də əvvəl ürəyin özünün perikard var kisəsi, perikardın, yəni döş qəfəsinin ön səthinə yaxın hissədir və onun zədələnməsi baş vermişdir. Ürəyin sol mədəciyində həmin divarda zədələnmə yoxdur. Sol mədəciklə sağ mədəcik yan-yanadır, bu tərəfi olmadı, bura oldu nəyisə dəyişmir axı ürəkdir, cərrah yazıb da həmin anda düşünə bilməyib ki, bura düşə bilər. Sol mədəcikdə xəsarətin olması düzgün deyil. Sağdadır. Perikardda yox, plevra boşluğunda yığılıb, ilk öncə qeyd edir ki, o, morfoloqdur, onun birbaşa səlahiyyətinə aiddir, ürək nahiyəsində zədələnmələr, ürəyin açıq nahiyəsində tomponada baş vermir, çünki açıq yara var, açıq yaradan qan plevra boşluğuna yığılır, əgər ürəyin özündə hər hansı bir patoloji proseslə bağlı tac damarların cırılmaları baş verərdisə, onda ürək kisəsinə dolur və ürəyin distal assiatal hissəsində başlayır yığılma və tomponada baş verir, burda baş verməməsinin səbəbi açıq yaranın olmasıdır, deməli perikard qişasından qan sızılır plevra boşluğuna, plevra boşluğunda yazılıb. O, bir daha deyir rəy düzgün verilib, Tesla aparılıb. Soldadır da, döş qəfəsinin sol yarısı. Xəsarət kardioloqun səlahiyyətinə aid deyil, xəsarət ekspertin səlahiyyətinə aiddir. O, döş qəfəsinə keçir və orada da hemopnevmotoroks törətdiyinə görə ağır xəsarət hesab olunur. Apellyasiya baxışı zamanı ekspert Elnur Nuriyev e-mail vasitəsi ilə məhkəməyə məktub ünvanlayaraq iş həcminin çoxluğu və mürəkkəbliyi ilə əlaqədar olaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, tərəfindən imzalanmış 305/MEŞ saylı məhkəmə-tibbi ekspertiza rəyini təsdiq etdiyini və məhkəmə iclasında çıxış etmiş məhkəmə-tibb eksperti Ceyhun Allahverdiyevlə eyni mövqedə olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 24 aprel 2020-ci il tarixdə axşam tərəfi o, tanışı Şamil adlı oğlanla birlikdə yaşadığı evdən çıxıb digər tanışları Ramingilə gedərkən yolda o, Şamilə Ramingilə getməsini demiş, özünün isə Eterigilə gedib sonuncudan telefonu götürüb Ramingilə gələcəyini bildirmişdir. Belə ki, atası ilə əlaqə saxlamaq istəmiş, özündə mobil nömrə olsa da, istifadə edə bilməsi üçün telefon aparatı olmamış, həmin vaxt özünə məxsus mobil telefon nasaz vəziyyətdə olmuşdur. O, hadisəsindən 5-10 gün əvvəl tanışı Samirin vasitəsi ilə Eterini tanımışdır. Odur ki, o, özü tək olaraq Eterinin yaşadığı evə gedib ondan istifadəsində olan «Nokia» markalı sadə mobil telefonu müvəqqəti istifadə üçün ona verməyi xahiş etmişdir. O, hazırda xatırlamadığı mobil nömrəni telefona daxil edib atası ilə əlaqə saxlayacağını Eteriyə izah etdikdə Eteri etiraz etməmiş, bacısının və bacısı qızının yanında telefonu ona vermişdir. Təxmini bildiyinə görə Eteri narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Belə ki, baxılan iş üzrə baş vermiş hadisədən sonra Eteri narkotikə görə tutulmuşdur. O, Eterinin evində olanda evdə sonradan Eterinin qızı Lidiya və işdə adı zərərçəkmiş şəxs kimi gedən Ülvi İsmayılov evdə olmamışlar. O, telefonu götürdükdən sonra özü təkcə Ramingilə getmişdir. Ramingildə olduğu müddətdə o, telefonla hazırda xatırlamadığı şəxslərlə müxtəlif məzmunda danışıqlar aparmışdır. Artıq 25 aprel 2020-ci il tarixə keçən gecə, saat 00:22- də atası ona zəng edib evə gəlməsini tələb etdikdə o, Ramingildən tək çıxıb evlərinə getməzdən əvvəl müvəqqəti istifadə üçün aldığı telefonu ilk olaraq sahibi Eteriyə qaytarmağı fikirləşmiş və bu düşüncə ilə Eterigilin yaşadığı evin qarşısına getmişdir. O, içəridən bağlı olan dəmir həyət qapısını əvvəllər olduğu kimi astadan döymüş, lakin o, qapını döyən kimi Eterinin qızı Lidiya qapını açmadan, ev qapısını açmaqla onun qapını döyməsinə görə qışqıraraq ünvanına «nə var, niyə qırırsan qapını, ay eşşək» kimi nalayiq sözlər işlətmişdir. O, Lidiyanın onun üstünə qışqırmasının, nalayiq ifadələr işlətməsinin səbəbini bilməmişdir. O, Lidiyaya «əvvəlcə qapını aç, gör kimdir, niyə söyüş söyürsən?» sözlərini demişdir. O, Lidiyaya bu sözləri deməkdə məqsədi o olmuşdur ki, yəni o, onların evinə tez-tez gələn adam olduğunu bilsin və Lidiya bunu nəzərə alsın. Bundan sonra Lidiya həyət qapısını açmış və onu görüb “neyniyim ki, sənsən” cavabını verərək, yenidən qapını döyməyinə görə ona söyüşlər söymüşdür. O, Lidiyaya səsini ucaltmamasını, ucadan danışmamasını bildirmiş, əlavə olaraq qız olduğunu, yerini bilməsini, hörtmətsizlik etməməsini və ayıb olduğunu demişdir. O, ümumiyyətlə söyüş söyməyi xoşlamamış və həmin vaxt Lidiyanı da söyməmişdir. Elə həmin vaxt Lidiyanın sevgilisi kimi tanıdığı Ülvi, yəni baxılan iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Ülvi İsmayılov içəridən, yəni ev tərəfdən həyətin qapısına doğru qaçaraq onların yanına gəlmiş, onların yanına çatan kimi Ülvi əlinin içi ilə onun sağ çiyninə bir dəfə zərbə vuraraq onu geriyə itələmiş, o, xəsarət almasa da, bir qədər arxaya çəkilmişdir. O, Ülvinin bu hərəkətinə görə sağ əli ilə onun sinəsindən tutaraq həyətin içərisində, həyətə girdikdə sol divara doğru onu itələyib özündən kənarlaşdırmış və ona «ağıllı ol» demişdir, yəni mübahisəyə və ya dalaşmağa gərək olmadığını demək istəmişdir. Həmin vaxt onlar artıq Lidiyagilin həyətində darvazadan təxminən 5-10 metr içəri tərəfdə olmuşlar. Lidiyagilin həyətinin eni təxminən 3- 4 metr olmuşdur. O, Ülvini itələdikdən sonra sonuncu yerdə olan taxtaların içərisindən təxminən 2 metr uzunluğunda, adi, qalın və uzun, bərk bir taxtanı götürüb onu vurmaq istəmiş, o, bu hücumdan sonra özünü müdafiə etmək istəsə də, Ülvi onun qolundan, başından və kürəyindən bir neçə dəfə taxta ilə zərbələr vurmuşdur. Artıq özünü qoruya bilmədiyini görüb sağ cibində, olan dırnaq tutanı çıxartmış və həmin dırnaq tutanın içərisində olan dırnaq təmizləyən pilasını açaraq özünü qorumaq və Ülvini qorxutmaq üçün Ülviyə doğru nizamsız olaraq atmışdır. Həmin vaxt taxta paltar ipinə ilişdiyindən o, pilka ilə Ülvinin belindən vurmuşdur. Həmin vaxt Lidiya Ülvinin onu vurmaması üçün sonuncunu tutub saxlamış, lakin Ülvi əlindəki taxtanı yerə atıb Lidiyanı bir kənara itələyərək təkrarən onun üzərinə doğru qaçmış, hətta bir dəfə yerə də yıxılmışdır. Həmin vaxt o, dırnaq tutanın pilkasını açıq vəziyyətdə əlində tutmuş və elə həmin vaxt Ülvi ona doğru qaçıb kəllə atmaq istədikdə, o, pilkanı qabağa tutmuş, Ülvinin ona tərəf gəlmiş və onun əlində tutduğu dırnaq tutuanın pilkası onun ürək nahiyəsinə batmışdır. Ülvi ikinci dəfə onun üstünə gələrkən taxta artıq onun əlində olmamışdır. Lakin o, pilkanın Ülviyə xəsarət yetirdiyini bilməmişdir. Bundan sonra Lidiya Ülvini tutub arxaya doğru çəkmiş, o isə oradan çıxıb getmişdir. O, Ülviyə həyati təhlükə törədən xəsarətlər yetirməmiş, onun aldığı xəsarətlər ağır olmamışdır. Belə ki, onlar dava edib ayrıldıqdan sonra o, Ülvinin bədənindən qan axdığını görməmişdir. Ülvinin guya iki xəsarət aldığını sonralar eşitmişdir. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, hadisədən sonra həyətdən təxminən 5-10 metr aralaşmış yolda tanışı, işdə adı şahid qismində keçən Şahid2 görmüş, sonuncu onun üstbaşının batdığını görüb ona «bu nə vid-fasondur?» sualını vermiş, o isə Raufa Ülvi ilə dalaşdığını demiş, lakin geniş izah vermədən təkrarən Ramingilə getmişdir. Belə ki, evlərinə getməmiş, səbəbi isə baş vermiş hadisəni Şamilə danışmaq istəməsi olmuşdur. Ramin əsasən evində tək yaşamışdır. O, Ramingilə daxil olduqda evdə Lidiyanın anası Eterini, Raminlə birgə qalan Əfsanə adlı qız və Ceyhunə adlı qızları və Şamili orada görmüşdür. O, Eteriyə onun telefonunu qaytarmaq üçün onlara getdiyini, bir tərəfdən qızının onu söydüyünü, digər tərəfdən isə Ülvinin taxtanı götürüb onun üstünə cumduğunu demişdir. Bundan təxminən 15-20 dəqiqə sonra Ülvi, Rauf, Lidiya da Ramingilə gəlmiş, Ülvi içəri girdikdə onu görmüş və qaçaraq onun üstünə gəlib sağ böyrünə bir təpik zərbəsi vurmuşdur. X58 Ülvini tutub saxlamış, onu vurmasına mane olmuşlar. Həmin vaxt Ülvi fürsət tapıb yerdən bir ayaqqabı tayı götürüb onun üzərinə atmış, ancaq ayaqqabı ona dəyməmişdir. Bundan sonra Eteri Ülvinin əsəbi olduğunu bildirib, oradan çıxıb getməsini olndan xahiş etmiş və buna görə o, Ramingildən çıxıb getmişdir. Hadisə zamanı onda olan özünə məxsus dırnaq tutan pilkası ilə birlikdə hadisədən sonra Ramingildə qalmışdır. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, istəmədən Ülviyə dırnaq tutanla xəsarət yetirmişdir. O, Ülviyə qəsdən xəsarət yetirməmişdir. Bıçaq barəsində bildirilənlərlə isə ümumiyyətlə razı deyildir. Hadisə vaxtı onun üzərində ümumiyyətlə bıçaq olmamışdır. Onun Zərərçəkmiş şəxs öldürmək imkanı olsa da, onun belə bir niyyəti olmamışdır. Belə ki, onun Ülvi ilə arasında adam öldürmək qədər böyüdüləcək bir məsələsi olmamışdır. Hadisə yerində onun özündən, Ülvi və Lidiyadan başqa yanlarında kimsə olmamış, hava edərkən onları kimsə ayırmamışdır. Hadisə parel ayının 25-də olmuş, lakin o, dekabr ayının 28-də tutulmuşdur. Belə ki Suraxanı RPİ-nin 31-ci polis bölməsinin rəis müavini kimi bildiyi Əli müəllim hadisədən sonra onların evinə axtarış keçirməyə gəlmiş, eşitdiyinə görə orada onların blokunda guya onun qız zorlamasını bildirmişdir. O da bir dəfə məhkum olduğuna görə boynuna zorlama qoyacaqlarını düşünüb qaçıb gizlənmişdir. Gizləndiyi müddətdə isə Bakı və Nabran şəhərlərində olmuş, arada evlərinə də gedib gəlmişdir. Ona qarşı irəli sürülən ittiham yalandan şişirdilmişdir. Buna səbəb müstəntiq Atəş müəllim və yalan rəy vermiş ekspertlər olmuşdur. Onun 3 başqa rəyləri vardır ki, ekspert rəylərinin yalan olduğu həmin rəylərlə təsdiq olunur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Şahid8 bir ilə yaxın müddətdə tanımış və ailə qurmaq üçün nişanlanmışlar. Hadisə günü Lidiyagildə evdə olmuş və gecə vaxtı, saat təqribən 01-02 radələrində həyətin dəmir qapısını kiminsə əlləri ilə bərk döydüyünü eşitmişdir. Qapı döyüləndə Lidiya bərk əsəbləşmiş, “qapını kimdi belə döyür?” demiş, maraqlanmaq üçün qapıya çıxmış, o, isə evdə iş görmüşdür. Çöldən səs-küy gəldiyini eşidib çölə çıxmış və baxılan iş üzrə təqsirləndirilən şəxs Faris Babayevin də, nişanlısı Lidiyanın da bir-birinə qarşı hündür səslə danışdığını görmüşdür. Yaxına gedib Faris əli ilə yüngül itələyib «ə, bura bax, asta danışa bilmirsən, qonşulardan ayıbdır axı” deməklə ona iradını bildirmişdir. Qarşılığında Faris də onu itələmiş, o da Farisi itələdikdə aralarında mübahisə yaranmışdır. Bundan sonra aralarında dava başlamış, birbirinə yumruq atmışlar. Çəkişmə zamanı bel nahiyyəsindən nəyləsə vurduğunu hiss etmiş və həmin vaxt o, Farisin əlində nəsə başqa bir kiçik ucluqlu əşya görmüşdür. Hava qaranlıq olduğundan Farisin əlindəkinin nə olduğunu dəqiq görə bilməmişdir. Odur ki, qorunmaq üçün həyətdən bir ədəd taxta götürmüş, həmin taxta ilə Farisi vurmaq istəmiş, lakin taxta ipə ilişdiyindən vura bilməmişdir. Sonra taxtanı buraxıb onunla süpürləşmiş, Lidiya onları aralamış və Faris çıxıb getmişdir. Lakin Farisin hara getməsini o, bilməmişdir. Farislə olan insident ümumilikdə təqribən 5 dəqiqə çəkmişdir. Faris getdikdən sonra onlar mənzilə qayıtmış, mənzildə olarkən o, köynəyində ürəyinə yaxın hissədə deşik görmüş, açıb baxdıqda həmin hissəyə nəyinsə batıb deşik açdığını görmüşdür. Sinəsindən xəsarət aldığını yalnız köynəyini soyunduqdan sonra bilmişdir. Evdə eyni bir yaranın kürəyində də olduğunu görmüşlər. Lakin yaralardan qan gəlməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında izah verib göstərdi ki, hələ hadisədən əvvəl Lidiyanın xalası Şahid6 və sonuncunun azyaşlı qızı Liliya evdə olmuş, Regina yatmış, Liliya isə oyaq olmuşdur. Təqsirləndirilən şəxs mənzilin qapısını bərk döyən zaman Regina oyanmamışdır. Lakin hadisədən sonra evdə yaranmış səs-küyə Regina oyanmış, onun maykasını qaldıraraq xəsarətlərinə baxmış, qanaxmanın içəri verdiyini və buna görə də çölə az qan çıxdığını bildirmiş, həkimə getmək lazım olduğunu demiş və təkrarən gedib yatmışdır. Xəstəxanaya getmək istəmədiyindən Lidiya onun yaralarına yod vurmuşdur. Lakin az sonra tənəffüsü ağırlaşmış, boğulmağa başlamışdır. Odur ki, xəstəxanaya getmək qərarına gəlmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, hadisə vaxtı hadisə yerində o, Faris və Lidiya olmuş, sonra isə Lidiyanın evdə yatmış xalası qızı oyanıb çölə çıxmış, lakin hadisəni təfsilatı ilə görüb görməməsini o, bilməmişdir. Hadisə vaxtı Lidiyanın anası Eteri evdə olmamış, bildiyinə görə təqribən 200 metr aralı məsafədə yaşayan Ramingildə olmuşdur. Xəstəxana məsələsini həll etmək mənsədilə Lidiya ilə birlikdə saat təqribən 02-03 radələrində Ramingilə getmişlər. Gedərkən yolda Raufu görmüş, lakin bu barədə ona heç nə deməmişlər. Ramingilin həyətinə girəndə orada Eterini, Əfsanə və Ceyhunə adlı qızları və Farisi görmüşdür. O, Farisi görəndə onu vurmaq üçün onun üstünə getmiş, lakin onu tutub imkan verməmişlər. Bundan sonra Faris çıxıb getmişdir. Ramingildə hadisə barədə Lidiya və o, danışmış, Ceyhunə yenə də onun yaralarına yod vurmuşdur. Yaralarından yenə də qan gəlməmişdir. X18 telefonunu qaytarmaq üçün sonuncunun evinə gəldiyini öyrənib bilmişdir. Ramingildə artıq vəziyyəti get-gedə pisləşdiyindən Təcili Tibbi-Yardıma (bundan sonra: TTY) getmək qərarına gəlmiş, “desyatının kruqu” deyilən yerədək piyada, oradan isə taksi ilə TTY-yə getmişlər. Oradan isə onu Sabunçuda yerləşən 3 saylı şəhər Klinik Xəstəxanasına göndərmişlər. Xəstəxanada müayinə edildikdən sonra nəfəs ala bilmədiyini görüb onu rentgenə aparmışlar. Səhərisi gün isə ayılanda reanimasiyada olduğunu bilmişdir. Həkimlərin deməsinə görə, onun kürəyindən batan əşya ciyərə yaxınlaşmış, sinəsindən batan əşya isə ürəyinin mədəciyini cızmışdır. Beləliklə o, 5 gün reanimasiyada, 7 gün isə palatada qalıb müalicə almışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində daha sonra göstərdi ki, o, Faris Babayevlə hadisədən təxminən 1 həftə əvvəl tanış olmuş, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. Belə ki, Lidiyanın anası Eteri evinə internet çəkdirmək istəmiş, internetin çəkilməsini isə Farisin dostu Şamilgil çəkməli olmuş və bu minvalla həm Eteri və həm də o, Farisi tanımışdır. Hadisədən sonra, o, xəstəxanada müalicə alarkən Farisin valideyinlərinin ona aid xəstəxana xərclərini ödəməyə cəhd etmələrini eşitmiş, lakin sonradan ödəyib-ödəmədiklərini bilməmişdir. Amma onun yanıma tez-tez müxtəlif ərzaq məhsulları alıb gətirmişlər. Lakin o, xəstəxanadan çıxdıqdan bir müddət sonra təqsirləndirilən şəxs Faris Babayevin valideynləri oğlanlarına kömək məqsədilə dəfələrlə ona müraciət etmiş, onunla görüşmüş və öz xərcləri hesabına onu 3 müxtəlif xəstəxanaya kardeoloq həkimlərin yanına aparmış, müxtəlif müayinələrdən keçirmiş və onda ürəklə bağlı hər hansı zədələrin olmaması, aldığı yaraların ürəyə zərəri olub-olmaması ilə bağlı cavablar almışlar. Odur ki, Faris Babayevin valideynlərinin xahişlərini nəzərə alıb, onların diqtəsi ilə o, ərizə ilə Azərbaycan Respublikasının Baş prokurorluğuna, Bakı şəhər Prokurorluğuna və Bakı şəhər Suraxanı rayon prokurorluğuna müraciət etmiş, ərizəsində ilk dəfə olunduğu cərrahi əməliyyatın nəticələrinin həkimlər tərəfindən ağır xəsarət kimi qeyd edildiyini, buna görə cinayət əməlinin ağır cinayət kimi qiymətləndirildiyini və bunun düzgün olmadığını bildirmiş və buna görə də barəsində yenidən məhkəmə-tibbi ekspertizası keçirilməsini qeyd etmiş və hətta elan edilmiş sonuncu ifadəsində bunun açıqlamasını vermişdir. Onun aldığı xəsarətlər onu əməliyyat edən həkimlər və ekspertlər tərəfindən olduğu kimi düzgün qiymətləndirilmişdir. O, aldığı xəsarətlərin ağır dərəcəli xəsarətlər kimi yazılmasını heç kimdən xahiş etməmiş və yazdırmamışdır. Onun aldığı xəsarətlərə uyğun olaraq da rəy verilmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaq mərhələsində vermiş olduğu 29 aprel 2020-ci il tarixli ifadəsində göstərmişdir ki, o, hadisədən təxminən 15 gün əvvəl nişanlısı Lidiyanın onunla əlaqə saxlaya bilməsi üçün o, bir ədəd “Honor 9X” markalı mobil telefon alıb Lidiyaya vermişdir. Hadisədən 3-4 gün əvvəl isə Lidiya ilə telefonla danışarkən sonuncu onun aldığı telefonu lombarda qoyub pul götürdüyünü ona demişdir. O, telefonun hansı sənədlə, kimin adına lombarda qoyulub pul götürdüyünü öyrənmək üçün 22 aprel 2020-ci il tarixdə Lidiyagilə, yəni onun anasıgilə getmiş və iki gün olarda qalmışdır. O, əvvəllər də bir neçə dəfə Lidiyanın anasının evinə gedərək orada qalmışdır. Farisi hadisədən bir neçə gün əvvəl Lidiyanın anasının yanında görmüş, Farisin Lidiyanın anası ilə münasibəti olmuş, lakin nə kimi münasibətlərinin olmasını bilməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 25 aprel 2020-ci il tarixdə, saat 02 radələrində Lidiya ilə birlikdə evdə olmuş, lakin Lidiyanın anası Eteri evdə olmamış, onun harada olmasını bilməmişdir. Həmin vaxt qəfil bərkdən qapı döyülmüş, Lidiya qapını açdıqdan sonra sonuncunun bir nəfər oğlanla qarşılıqlı qışqırdığını eşidib çıxdıqda Lidiyanın Farislə yüksək səslə mübahisə etdiyini görmüşdür. Mübahisənin səbəbi Farisin gecə vaxtı qapını möhkəm döyməsi və Lidiyanın buna etiraz etməsi olmuşdur. O, da Farisə demişdir ki, “sənə deyirlər sakit dur, nə qışqırırsan”. Faris onu itələmiş, o, bir az arxaya çəkilmiş, o, da Farisi itələmiş, sonuncu bir qədər arxaya getmişdir. O, Lidiyanın qolundan tutub içəri salarkən Faris kürəyindən nə iləsə zərbə vurmuş, sonradan bıçaqla vurduğunu bilmişdir. O, çevrilib Farisi qucaqlayıb yerə yıxmaq istəyərkən sol tərəfinə nə isə batdığını hiss etmişdir. Həmin vaxt Faris geri çəkilmiş, sonuncunun əlində ucu balaca bıçaq görmüşdür. O, Farisin əlində bıçaq gördükdən sonra özünü müdafiə etmək üçün yerdə olan taxta parçasını götürmüşdür. Lidiya onları ayırmağa çalışmış, qışqırıq saldığından səsinə əvvəllər qonşu kimi gördüyü Rauf gəlib Farisi itələyib ayırmış, onu da həyətə salmışdır. Sonra qanı axdığını görüb Raufla Lidiya onu qonşu Ramingilə aparmışlar. O, Lidiya və Raufla birlikdə Ramingilin evinə getdikdə Faris də orada olmuş, o, Farisi görüb onu söyüb təhqir etmiş, lakin həmin vaxt Lidiya və digərləri Farisi evdən çölə çıxarmışlar. Həmin vaxt Ramin özü evdə olmamış, evdə qalan bir qadın və təmizliyə gələn başqa bir qadın orada olmuş, sonradan Lidiyanın anası da ora gəlmişdir. O, əvvəlcə xəsarətin yüngül olduğunu fikirləşib özü özünə yardım etmək istəmiş, qapıya çatdıqda halsız olmuş, evdə kimin olmasını bilməmiş, kimsə yaraya yod töküb sarımışdır. Sonra yara ağır olduğuna görə Lidiya ilə Rauf onu həkimə aparmaq lazım olduğunu demiş və üçü birlikdə dəmir yolu xəttinə doğru getmiş, Rauf yoldan keçən maşını saxladıb maşınla birlikdə təcili tibbi yardım stansiyasına getmiş, oradan isə onu xəstəxanaya aparmışlar(iş vərəqə: cild İ, səh.56-60). Bundan başqa, birinci instansiya məhkəməsində tədqiq olunan Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi 11 may 2020-ci il tarixli ifadəsində göstərmişdir ki, 2019-cu ilin qış aylarında Lidiya ilə “həri” (burada: nişanlanmışlar) eləmişlər. 2020-ci ilin təxminən aprel ayının əvvəllərində Lidiyanın anası Eterinin evinə getdikdə orada Farisi görmüş, Eteri Farisin qonşu olduğunu demiş, o, Farisi qonşu kimi tanımışdır. Farisin Eterinin yanına gəlib-getdiyini görmüş, lakin nə danışdıqlarını bilməmişdir. Lidiyanın telefonu olmadığından onunla istədiyi vaxt əlaqə saxlaya bilməsi üçün 2020-ci lin aprel ayının əvvəllərində Lidiyaya “Honor 9X” markalı mobil telefon almışdır. Bir müddət sonra Lidiya on zəng edərək telefonu lombarda qoyduğunu demiş, lakin Lidiyadan telefonu nə səbəbə lombarda qoyduğunu soruşmamışdır. Hadisədən 3-4 gün əvvəl lombard sənədlərini Lidiyadan alıb telefonu geri qaytarmaq üçün Lidiyanın yaşadığı evə getmiş, orada sənədləri axtarmış, lakin tapa bilməmiş, başı söhbətə qarışdığından orada qalmışdır. 25 aprel 2020-ci il tarixdə, saat 02 radələrində evdə olarkən evin qapısı bərk döyülmüş, qapını açan Lidiya ilə Faris arasında mübahisə yaranmışdır. O, qapıya yaxınlaşdıqda Farisin Lidiyanı vurmaq istədiyini fikirləşmiş və onlara yaxınlaşaraq Farisə “sənə demədilər ki, qışqırma, niyə qışqırırsan” sözlərini demişdir. Faris onu itələmiş, sonra o da Farisi itələdiyindən sonuncu geri çəkilmişdir. Bundan sonra o, Lidiyanı çəkərək evə qayıtmaq istəmiş və həmin vaxt arxasını Farisə çevirmişdir. Faris onun belindən zərbə vurmuş, çevriləndə əlində iti alətin olduğunu görmüşdür. Farisin əlində bıçaq olduğunu görüb yerdə olan taxta parçasını götürərək özünü müdafiə etməyə cəhd etmişdir. Farisi yerə yıxmaq istəyən zaman bıçağın sinə nahiyyəsinə daxil olduğunu hiss etmişdir. Bundan sonra Rauf gələrək onları aralamışdır. Bundan sonra evə daxil olaraq ev şəraitində özünə ilkin tibbi yardım göstərməyə çalışmış, lakin yaralarından qan daxilə nüfuz edərək onu boğduğundan bunu edə bilməmişdir. O, Lidiya və Raufla birlikdə qonşu Raminin evinə getmiş, Farisi orada görmüşdür. O, və Lidiya Farisi təhqir etmiş, o, yerdə olan ayaqqabını götürüb Farisə atmışdır. Orada olarkən Farisin əlində nə olmasına fikir verməmişdir. Farisi Raminin evindən çıxardıqdan sonra Lidiya və Raufla birlikdə X53 getmiş, oradan isə onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Daha sonra birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi 07 sentyabr 2020-ci il tarixli ifadəsində göstərmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs istifadə etdiyi bıçaq açılıb-qatlanan və bir hissəsi sınıq bıçaq olmuş, bıçaq alüminium rəngdə olmaqla uzunluğu təxminən bağlı vəziyyətdə 15-17 sm, açıq vəziyyətdə isə 22-23 sm olmuşdur. Lakin Farisin valideyinlərinin xahişinin nəzərə alıb əvvəlki ifadəsində bıçağı təsvir etməmişdir. Təqsirləndirilən şəxs anası Şahid9 əvvəllər bir neçə dəfə ona yalan ifadə verməyə görə pul təklif etmişdir. Xəstəxanadan çıxdıqdan sonra dəfələrlə ona yaxınlaşaraq “Polisə, prokurorluğa 15-20 min verəcəyimə, hazır sənə verim, oğlumun xeyrinə ifadəni ver” sözlərini desə də, o, bu təkliflə razılaşmamışdır. Yalnız bir ana kimi Laləyə yazığı gəldiyindən bu günə qədər istintaqa verdiyi ifadələrində Farisin əlində olan bıçağı təsvir etməmişdir. Şahid9 onun zərərçəkmiş şəxs olduğu cinayət işi üzrə şahidləri pulla ələ almağa cəhd göstərməsindən şikayətçidir və bu barədə tədbir görülməsini xahiş etmişdir(iş vərəqə: cild İ, səh.90-93). Bundan başqa, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi 12 mart 2021-ci il tarixli ifadəsində əvvəlki ifadələrində qeyd etdiyi xüsusatları bir daha təsdiq edərək ifadəsində göstərmişdir ki, 25 aprel 2020-ci il tarixə keçən gecə Lidiyagildə olarkən onların qapısı qəflətən möhkəm döyülmüş, Lidiya çölə çıxaraq qapını döyən Farisə iradını bildirərək gecə vaxtı qapını bərk döyməsinin səbəbini soruşmuş, Faris də Lidiyaya nə isə cavab qaytarmışdır. Bu zaman o, çölə çıxaraq nə üçün qapını bərk döydüyünü, uca səslə danışdığını Farisə deyəndə, Faris əli ilə onu kənara itələmişdir. O, Faris və Lidiya artıq həyətdə olmuş, o, Lidiyanı evə ötürmək istəyərkən kürək nahiyyəsi Farisə tərəf olanda qəfldən kürəyinə nəsə batdığını hiss etmişdir. O, arxaya çönərək yerdə olan ağac budağını götürüb özünü müdafiə etməyə başlamış, əlidə olan budaq Farisə dəyməmişdir. O, Farislə üzbəüz qaldığı üçün onun əlində bıçaq olduğunu ani olaraq görmüş, Farisi budaqla vurmaq istədikdə isə bıçaq ani olaraq onun sinəsinə batmışdır. Hadisə yerinə gələn qonşular Farisin qolundan tutub aralamışlar. Bundan sonra o, Lidiya və Raufla birlikdə yaxınlıqda yaşayan qonşu Ramingilə getmiş, Farisi orada görüb əsəbiləşmiş və yerdən götürdüyü ayaqqabını Farisə atsa da, ayaqqabı Farisə dəyməmişdir. Faris Raminin evindən getmişdi. Orada yaraya yod vurub şərflə sarımışlar. Raufla birlikdə Ramingilə getdiyi vaxtdan sona qədər Rauf onun yanında olmuş, sonra o, Rauf və Lidiya kruqa kimi gələrək oradan tanımadığı taksi maşınına oturub xəstəxanaya getmişlər. Amma Raufun da taksi ilə onlarla xəstəxanaya gedib-getməməsini unutmuşdur. Birinci instansiya məhkəməsində tədqiq olunan 12 mart 2021-ci il tarixli həmin ifadəsində Zərərçəkmiş şəxs daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs axtarışda olan vaxtlarda onun anası Şahid9 dəfələrlə onun, Lidiyanın, Liliyanın, Reginanın, Eterinin yanına xahişə gələrək, hətta pul təklif edərək istintaqa verdikləri ifadələri dəyişdirməyi demişdir. Farisin ona bıçaqla xəsarətlər yetirməsinə baxmayaraq, onu bağışladığına görə Farislə üz-üzə gələndə onu bağışladığını bildirmək əlaməti olaraq onun dediklərini təsdiq etdiyini demişdir. Əslində isə Faris ona bıçaqla xəsarətlər yetirmişdir. Hadisədən təxminən bir həftə əvvəl, yəni Farisi tanıdığı ilk günlərdə onun əlində «kəpənək» adlanan bıçaq görmüş, amma Farisin onu məhz həmin bıçaqla vurub-vurmamasına fikir verməmişdir. Amma Faris onu vuranda əlində bıçaq olduğunu görmüşdür. Hadisədən sonra Raufla Ramingilə gələrkən o, əlini sinəsinə tutduğundan yolda Rauf ondan nə olduğunu soruşmuş, o, da Raufa Farisin onu vurduğunu demiş, hətta onun yarasına yod tökən zaman Rauf da orada olmuş və onun sinəsində olan yaranı görmüşdür. Lakin Rauf da tutulmuş və hazırda Farislə birlikdə 3 saylı istintaq təcridxanasında saxlanılırlar. Ola bilsin ki, Rauf Farisin cəzasına kömək etmək məqsədi ilə əvvəlki ifadəsini dəyişmişdir (iş vərəqə: cild İİ, səh.167-169). Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı verdiyi ifadələrlə məhkəməyədək icraat mərhəlsində vermiş olduğu ifadələr arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında daha sonra göstərmişdir ki, hadisənin növbəti günü reanimasiya şöbəsində olarkən müstəntiq Atəş müəllim izahat almaq üçün onun yanına gəlmiş, ona hadisə vaxtı Farisin əlində olmuş əşya barədə sual vermişdir. O isə müstəntiqə hadisənin gecə baş verdiyini, görmək mümkün olmadığını, bıçaq, dırnaqtutan, mıx və ya s. əşya olduğunu dəqiq görə bilmədiyini demişdir. Lakin Atəş müəllim ona dırnaqtutan yox, bıçaq dəydiyini bildirmişdir. Atəş müəllimin deməsinə görə o, həkimlə söhbət edərkən həkim ona dırnaqtutanın belə deşməsinin mümkünsüz olduğunu demiş, bıçaq xəsarəti olduğunu bildirmişdir. Atəş müəllim deməsinə əsasən də o, ifadəsində Faisin onu bıçaqla vurmasını göstərmişdir. O, əvvəl Farisdə bıçaq görmüş, lakin hadisə günü onun əlində bıçaq görməmişdir. Ola bilsin ki, o, ibtidai istintaq zamanı müstəntiqə ifadə verərkən Farisidə əvvəllər gördüyü bıçağı təsvri etmişdir. Birinci instansiya məhkəməsində elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşməyə dair protokoldan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs onu vurub xəsarət yetirən şəxsin məhz Təqsirləndirilən şəxs olduğunu bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh.115-117). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, onun atası Ruslan onun 10 yaşı olan zaman ölmüş və o, anası Eteri ilə birlikdə Bakı şəhəri, S.Bəhlulzadə döngə 17, mənzil 11-də yaşamışdır. Anası narkotik vasitə istifadəçisi olmaqla Maştağa qəsəbəsində narkoloji dispanserdə qeydiyyatda olmaqla müalicə almışdır. Anası Eteri narkotik vasitə istifadəçisi olması ilə əlaqədar onunla əlaqəsi olan şəxslərin böyük əksəriyyəti elə tüfeyli həyat tərzi sürən adamlar olduğundan qonşular dəfələrlə onlardan polisə şikayət etmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla bir-birini hadisədən təqribən bir il əvvəl tanımış, onlar bir-birini sevib nişanlanmışlar. O, Ülvinin Yasamalda yaşadığı evində də olmuş, onlarda qalmış, sonuncunun valideynləri də onu tanımışdır. Zərərçəkmiş şəxs da də onun yaşadığı evdə olmuş, sərbəst yaşamışdır. O, Təqsirləndirilən şəxs hadisədən bir neçə ay əvvəl tanımış, sonuncu onların yaşadığı məhəlləyə tez-tez gəlib-getmiş, lakin gəlməsinin səbəbini bilməmişdir. Hadisədən təxminən 2-3 gün əvvəl Ülvi bazarlıq edib onlara gəlmiş, 2-3 gün onlarda qalmışdır. 25 aprel 2020-ci il tarixdə, saat 01 radələrində anası Eteri evdən özünə siqaret almaq üçün çıxmış, lakin evə qayıtmamışdır. Xalası Şahid6 onlarda olmuş, o, yatmışdır. Reginanın qızı azyaşlı Liliya isə evdə olmuşdur. Həmin gün gecə saat 02-də Ülvi ilə birlikdə evdə olan zaman evlərinin dəmirdən olan darvaza qapı möhkəm döyülmüşdür. Qapının bərk döyülməsinə hirslənmiş, anasına görə qonşuların onlardan şikayə etmələrini nəzərə alıb, qapını döyənin kimliyi ilə maraqlanmaq üçün bayıra çıxmışdır. Həmin vaxt onların 3 ilə yaxın işığa borcları olduğundan işıq kəsilmiş, evlərində, həyətlərində işıq yanmamış, hər yer qaranlıq olmuşdur. Həyət qapısı dəmir qapı olduğundan qapı yavaş döyülsə də, səs dərhal eşidilmişdir. Qapı bərk döyüldüyündən, gec olduğundan və qonşular yatdığından o, qəzəblənərək qapını açmadan qapı döyən şəxsin ünvanına kobud sözlər demiş, qapını açdıqda isə qapı döyənin Təqsirləndirilən şəxs olduğunu görüb üstünə qışqırmış, “gecə vaxtı qapını niyə möhkəm döyürsən? Onsuz da qonşular bizdən şikayətçidir, bu vaxt belə qapı döyməzlər” sözlərini deməklə ona iradını bildirmiş, onun ünvanına kobud sözlər demişdir. Farizlə onun arasında mübahisə başlamış, onların arasında səs-küyü eşidən nişanlısı Ülvi də qapıya çıxmış, Farisin onu döymək istədiyini fikirləşib yaxına gəlib Farisi itələmiş, onun isə qolundan tutub bir kənarna çəkmişdir. Ülvi Farizə tərəf qayıtdıqda onunla Fariz arasında mübahisə başlamışdır. Lakin Faris onu döymək istəməmiş, ona qarşı söyüş etməmişdir. İşıq olmadığından heç nə görünməmiş, hadisənin necə başladığını görməmiş o, kiminsə yıxıldığını başa düşüb yaxına gəldikdə Ülvi ilə Farizin dava etdiklərini görmüş, lakin kimin kimi vurduğunu görməmişdir. O, onları ayırmaq istəmiş, lakin tək bacarmayacağını fikirləşib xalası Reginanı çağırması üçün sonuncunun qızı Liliyanı çağırmışdır. Liliya ora gəlmiş və qaranlıqda çətinliklə olmuş olsa da, savaşanları ayırmağa kömək etmiş və sonra Fariz çıxıb getmişdir. Ülvi ilə Fariz arasında davaları təqribən 5-6 dəqiqə çəkmişdir. Hadisə yerinə Liliyadan başqa heç kəs gəlməmişdir. Şahid8 ifadəsinin davamında göstərmişdir ki, Fariz getdikdən sonra Ülvinin çətin nəfəs aldığını görmüş, onu işıqlı tərəfə apardıqda onun sinəsindən və kürəyindən balaca yaralandığını görmüş, hətta Ülvinin yıxıldığı üçün xəsarət aldığını fikirləşmişdir. Ülvinin nəfəsi az qala kəsilmiş, fanarla işıq salıb bir az qan gəldiyini görmüş və qorxmuşdur. Ülviyə yardım göstərmək istəmiş, lakin onlarda spirt, bint və başqa ləvazimat olmadığı üçün o, Ülvini qonşu Əfsanəgilə aparmışdır. Əfsanə qonşu Raminlə bir evdə yaşayan qız olmuşdur. Ülvini Ramingilə apararkən onun halı çox pis olmuş, çətin nəfəs almışdır. Əfsanəgildə, həmçinin ev təmizliyi ilə məşğul olan Ceyhunə adlı qız və anası Eteri də olmuşdur. Fariz Ramingildə olsa da, orada təkrarən dava düşdüyünü görməmişdir. Əfsanəgildə Ülvinin yaralarını spirtlə təmizləyib bintlə bağlamış, lakin sonra onun tənəffüsü ağırlaşdığından o, özü qorxuya düşmüşdür. Ülvini həkimə aparmaq üçün evdən çıxarkən tanışları Raufla rastlaşmış, Rauf nə baş verdiyini soruşduqda Ülvinin yıxıldığını və ondan qan gəldiyini demişdir. Dava olan zaman o, Raufu hadisə yerində görməmişdir. Bundaq sonra yol maşını ilə Ülvini həkimə aparmış və orada Ülvinin ürəyinin biraz zədələndiyini öyrənib bilmişdir. Şahid8 ifadəsinin davamında göstərdi ki, hadisədən 2-3 gün qabaq Fariz əlində bıçaq oynatdığını görsə də, sonralar onda heç vaxt bıçaq görməmişdir. Hadisə zamanı da qaranlıq olduğundan o, Farisin əlində bıçaq olduğunu, onun Ülvini bıçaqla vurduğunu görməmişdir. Hadisədən sonra Fariz Ramingilə gəlsə də, onun orada bıçaq oynatdığını görməmişdir. Şahid qismində dindirilən Şahid8 birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Şahid8 ibtidai istintaq mərhələsində verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Şahid8na məhkəməyədək icraat mərhəlsində verdiyi 25 aprel 2020-ci il tarixli ifadəsində göstərmişdir ki, o, uşaqikən atası ölmüş, anası Eteri ilə birlikdə yaşamışdır. Anası narkotik vasitə istifadəçisi olmuş, Maştağa qəsəbəsində dispanserdə müalicə də almışdır. Farisi bir neçə ay ərzində tanımış, sonuncu onların yaşadığı məhəlləyə tez-tez gəlib-getmiş, lakin gəlməsinin səbəbini bilməmişdir. Raufla anasının yaxın dost münasibəti olmuş, onlar yaxınlıqda yaşamışlar. Ülvini isə bir ildir tanıyır, onlar bir-birini sevib nişanlanmışlar. O, Ülvigilin yaşadığı Yasamaldakı evlərinə gedib onlarda qalmış, sonuncunun ata-anası da onu tanımışdır. Ülvi də onun yaşadığı evə gəlmişdir. Ramini və onun evində yaşayan kimsəsizlər evində böyümüş Əfsanəni də tanımış, onlarla yaxşı münasibətləri olmuşdur. Ceyhunə də onun xalası Reginanın rəfiqəsi olmuşdur. Reginanı qısa olaraq hamı Rəna kimi çağırmışdır. Ceyhunə son bir neçə gün ərzində onlarda qalmış, 24 aprel 2020-ci il tarixdə isə Raminin evini təmizləmək üçün onlara getmişdir. Şahid8na tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, Ülvi təxminən hadisədən 2- 3 gün əvvəl bazarlıq edib onlara gəlmiş, 2-3 gün onlarda qalmışdır. Ülvinin onlarda qaldığı vaxtlar çox olmuşdur. Anası narkotik vasitə istifadəçisi olduğundan onunla əlaqəsi olan şəxslərin böyük əksəriyyəti də tüfeyli həyat tərzi sürən adamlar olmuş, buna görə də qonşuluqda yaşayanlar dəfələrlə onlardan polisə şikayətlər etmişlər. 25 aprel 2020-ci il tarixdə, saat 01 radələrində anası Eteri özünə siqaret almaq üçün evdən çıxmış, geri qayıtmamışdır. Həmin gün gecə saat 02-də evdə olan zaman qapı möhkəm döyülmüş, qapını açdıqda Faris olduğunu görüb ona qışqıraraq “gecə vaxtı qapını niyə möhkəm döyürsən? Onsuz da qonşular bizdən şikayətçidir, bu vaxtı belə qapı döyməzlər” sözlərini demişdir. Bunun üstündə Faris də onun üzərinə qışqırmış və onunla mübahisə etmişdir. Faris əlini qaldırmış, onu vurmaq istəmişdir. Səsə çölə çıxan nişanlısı bunu Ülvi görmüş və onu vurmaq istədiyinə görə Farislə mübahisə etməyə başlamışdır. Ülvi Farisə “Lidanı vurmaq istəyirsən?” sualını verdikdə Faris Ülvinin ünvanına nalayiq ifadə işlətmişdir. Həmin vaxt o, onları ayırmağa çalışmış, Ülvi isə onu aradan çəkib evə doğru yola salmaq istəmişdir. Həmin vaxtı Ülvinin bel hissəsi Farisə tərəf olmuş, Faris əlində bıçaqla Ülvinin belinə bir zərbə vurmuş, bu vaxtı Ülvi özünü müdafiə etmək üçün əyilib yerdən nə isə taxta parçası götürmüş və onlar bir-biri ilə dalaşmağa başlamışlar. Faris sağ əlində tutuduğu bıçaqla Ülvinin sinə hissəsinə zərbələr atmışdır. O, qışqıraraq onları ayırmağa çalışmış, lakin gücü çatmamışdır. Səsinə təsadüfən yoldan keçən Rauf gəlib Farisi oradan aralaşdırmışdır. Bundan sonra Rauf Ülvinin sinə hissəsindən qan gəldiyini görüb ona tibbi yardım göstərmək üçün yaxınlıqdakı qonşuları Ramingilə aparmışdır. Evə çatdıqda Ceyhunə, Əfsanə, Əfsanənin tanışı olan Şamil, anası Eteri orada olmuş, onlar içəri girərkən Farisi əlində yenə də bıçaq otaqda olduğunu görmüşdür. Amma Faris otaqdan çıxmış, ardınca evə daxil olub-olmamasına fikir verməmişdir. Ülvi Farisi görən kimi onu söyməyə başladığından orada olan hamı Farisi aralaşdırıb evdən çıxıb getməsini bildirmişlər. Bundan sonra Farisə tibbi yardım göstərmək üçün onun yarası sarınmış, lakin Ülvinin yarasından qan az gəldiyindən Rauf və Şamil qanının daxilə axmasından ehtiyyat etdikləri üçün həkimə getmək lazım olduğunu bildirmişlər. Raufla o, Ülvini köməkli yaxınlıqdakı dəmiryolu xəttinin yanındakı yola çıxardaraq yoldan keçən tanımadığı maşını saxladaraq yaxınlıqdakı təcili tibbi-yardım stansiyasına aparmışlar. Bundan sonra Rauf elə həmin maşınla da geri qayıtmış, o, isə Ülvi ilə təcili-tibbi yardım stansiyasına getmiş, orada həkimlər Ülvini xəstəxanaya aparmışlar. Hadisə zamanı qaranlıq olduğu üçün Farisin əlindəki bıçaq onun yadında qalmamış, Ülvi və Farisi Rauf aralaşdırmış, əgər Rauf aralaşdırmasa, Faris bıçaqla zərbələr vurmaqda davam edəcəkmiş. Hadisə vaxtı Faris bıçaq zərbələri vurduqdan sonra Ülvi yerdən taxta parçası götürmüş, lakin Farisi həmin taxta ilə vura bilməmişdir. Farisi uzaqlaşdırmasaydılar, o, Ülvini öldürəcəkdi. Belə ki, Ülvi nəfəs ala bilməmişdir. Farisin əlindəki bıçaq açılıb-bağlanan olmuş, bıçağın bir hissəsi sınıq olmuş, bıçaq alüminium rəngdə olmaqla uzunluğu təxminən 15-17 sm olmuş, qatlananda isə uzunluğu iki dəfə azalmışdır(iş vərəqə: cild İ, səh.49-51, 124-126). Bundan başqa, Şahid8 birinci instansiya məhkəməsində tədqiq olunan 02 sentyabr 2020-ci il tarixli ifadəsində göstərmişdir ki, hadisə zamanı xalası Regina evdə yatdığına görə hadisəni görməmişdir. Farisin anası Lalənin xalasına yalan ifadə verməsinə görə pul verdiyini güman edir. Lalə və əri Mahir Babaşov dəfələrlə ona və anasına yalan ifadə verməyə görə pul təklif etmişlər. 2020-ci ilin iyul ayının təxminən axırlarında anası ona Lalənin onların yaşadıqları evə gələrək oğluna qarşı verdiyi ifadələri dəyişməsi üçün pul təklif etdiyini demiş, lakin anası razılaşmamışdır. Təxminən iki həftə əvvəl yaşadıqları evdə olarkən Farisin anası Lalə qapını döymədən evə daxil olmuş, həmin vaxt əri Mahir Babaşov evin yaxınlığında yerləşən «Sağlamlıq və Bərpa Mərkəzi»nin qarşısında dayanmışdır. Həmin vaxt xalası Regina və onun qızı Liliya da evdə olmuşlar. Xalası Regina ona “Farisin anası gəlib, səni istəyir” demişdir. O, Lalənin yanına getdikdə Lalə onunla danışmaq istədiyini bildirmiş, telefonları kənara qoymasını istəmiş və ona anası Eterinin onunla razılaşdığını, onun da razılaşmalı olduğunu söyləmişdir. Lalə ona “pul, nə istəyirsən, hər şey sənə verəcəm” demiş və pul qabını açaraq pullarını göstərmişdir. Lalə ona anasının qəsdən polis tərəfindən tutulduğunu, anasının həbsdən çıxardacağına köməklik edəcəyini demiş, lakin o, Laləyə güvənmədiyindən onunla söhbəti yekunlaşdıraraq evə getmiş, sonra onunla əlaqə saxlamamışdır(iş vərəqə: cild İ, səh.256- 258). İfadələr arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Şahid8 birinci instansiya məhkəməsində ifadəsinin davamında göstərmişdir ki, o, azərbaycan dilində azçox başa düşsə də, bu dili mükəmməl bilməmiş, azərbaycan dilində yazıb oxuya bilməmişdir. İstintaq zamanı 2 və ya 3 dəfə ifadə vermiş, ifadə verərkən müstəntiq 8 və tanımadığı bir kişi otaqda olmuşlar. Yekunlaşdıqdan sonra ifadəsini müstəntiq özü ona oxumuş, o da imzalamışdır. Lakin o, dindirilərkən anası onun yanında olmamışdır. Məhkəmə baxışı zamanı verdiyi ifadə doğrudur. Belə ki, hadisə zamanı qaranlıq olduğu üçün onun Farisin əlində bıçaq görə bilməsi mümkün olmamışdır. Farisin anası tərəfdən ifadəsinin dəyişdirilməsinə görə ona pul və ya hədiyyə təklif olunmamışdır. Farisin anası Lalə bir dəfə onlara gəlmiş, ondan hadisənin necə baş verdiyini soruşmuş, o isə hadisəni olduğu kimi ona da danışmışdır. O, Farisin anası Laləni hər gördüyündə həmişə üz-üzə gəlməməyə çalışmış və rastlaşmamaq üçün yolunu dəyişmişdir. Çünki həmin qadından onun xoşu gəlməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid1 göstərmişdir ki, o, anası Regina, xalası Eteri, onun qızı Lidiya ilə birlikdə eyni ünvanda yaşamış, özü üçüncü sinif şagirdidir. Ülvini Lidiyanın nişanlısı kimi son iki il ərzində tanımışdır. Təqsirləndirilən şəxs isə hadisədən iki həftə əvvəl tanımışdır. Yetkinlik yaşına çatmayan Şahid1 ifadəsinin davamında göstərdi ki, 25 aprel 2020-ci il tarixdə, gecə saat təxminən 2 radələrində xalası qızı Lidiya kosmetika çəkərkən Faris qapını bərk döydüyündən Lidiya çıxıb ona qapını bərk döyməməsini demiş və buna görə onların arasında sözlə mübahisə baş vermişdir. Sonra Ülvi ora gəlmiş və Ülvi ilə Faris arasında dava düşmüşdür. Hadisə vaxtı Faris pis söyüşlər söymüşdür. Həmin vaxt Faris cibindən nəsə çıxarıb Ülvini belindən bir dəfə, bir dəfə isə ürəyindən vurmuşdur. Bundan sonra Rauf gəlmiş, onlaprı aralamış və Ülvini xəstəxanaya aparmışdır. Yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində daha sonra göstərdi ki, hadisə vaxtı Farisin əlində dəmir rəngində nəsə olmuşdur (şahid əli ilə təxminən 10-15 santimetr ölçüdə olduğunu göstərdi). Əsil həqiqətdə isə Farisin əlindəki əşya dırnaqtutana oxşamış, bıçağa oxşamamışdır. Hadisə vaxtı Faris cibindən çıxardığı dırnaqtutana oxşayan əşyanı əli ilə açmış və Ülvini vurmuşdur. Ülvinin yarasından qan axmamışdır. İbtidai istintaq zamanı ona heç kim təsir göstərməmiş, o, yalnız gördüklərini demişdir. bilmişdir. Şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid1 birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Şahid1 ibtidai istintaq mərhələsində verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Şahid1 birinci instansiya məhkəməsində tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 25 aprel 2020- ci il tarixdə, gecə saat təxminən 2 radələrində Faris onların yaşadıqları evin qapısını döymüş, Faris qapını aqressiv döydüyünə görə Lidiya Farislə mübahisə etməyə başlamışdır. Xalasının yanına gecələr narkomanlar gəldiyindən qonşular onlardan şikayət etdiyinə görə Lidiya Farisin gecə vaxtı qapını bərk döyməsindən əsəbləşmişdir. Lidiya cavab verdikdən sonra Faris söyüş söyməyə başlamış və onlar birbirini təhqir etmişlər. Buna görə də Ülvi evdən çıxaraq Farisi itələyib getməsini ona demiş, lakin Faris getməyib mübahisə etməyə davam etmişdir. Həmin vaxt Faris Ülviyə “Kişisən gəl çıx danışaq, kişi kimi” demiş, Ülvi əsəbi olaraq çölə çıxmış, o, da Lidiya ilə birlikdə Ülvinin arxasınca getmişdir. Faris bir tərəfi sınıq olan açılıb bağlanan bıçağı çıxarıb Ülvinin üzərinə hücum etmiş, Ülvinin əvvəl kürəyindən, daha sonra sinəsindən bıçaq zərbəsi vurmuşdur. O, nə qədər çalışsa da Farislə Ülvini ayırmağa gücü çatmamış, Lidiyanın qışqırıq səsinə qonşuları Rauf gələrək onların arasına girmiş, o da anasını çağıraraq Farisin Ülvini bıçaqladığını demişdir. Rauf onları aralaşdırmayacağı təqdirdə, Faris bıçaq zərbələri vurmaqda davam edəcəkmiş. Bundan sonra anası çölə çıxmış, Ülvi isə həyətdə olan ağacın budağını götürərək Farisin üstünə hücum etmək istəyərkən yerə yıxılmışdır. Bundan sonra onlar evə getmiş, Faris isə çıxıb getmişdir. Ülvi evdə maykasını çıxarıb yarasını onlara göstərmiş, lakin yaralardan qan gəlməmişdir. Anası Ülviyə təcili yardıma zəng etməyi məsləhət görsə də Ülvi ilə Lidiya razılaşmayıb evdən çıxıb getmişlər. Şahid1 birinci instansiya məhkəməsində tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, Farisin əlində olan bıçaq açılıb-qatlanan olmaqla, bir hissəsi sınıq olmuş, bıçaq alüminium rəngdə olmaqla uzunluğu təxminən 12-13 sm olmuşdur. Hadisədən üç gün əvvəl o, evdə olan zaman həmin bıçağı Farisin əlində görmüşdür. Bıçağın həmin bıçaq olmasını onun sağ tərəfinin yarısının sınıq olmasından bilmişdir. Faris onlarda evdə olan zaman mütəmadi olaraq həmin bıçaqla oynamışdır. Farisin anası Lalə onunla və anası ilə danışarkən ona “Ülvinin Farisi taxta ilə vurduğunu pokurorluqda müstəntiqə ifadəndə deyərsən” demiş, lakin o, həqiqəti söyləyəcəyini bildirmişdir. Daha sonra Şahid1 birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunan 21 aprel 2021-ci il tarixli ifadəsində göstərmişdir ki, 24 aprel 2020-ci il tarixdə günorta saatlarında Faris onların yaşadığı evə gələrək xalası Eterinin mobil telefonunu özündə olan sim kartı telefona qoyub danışması üçün bir neçə saatlağına almışdır. Belə ki, Farisin özünün mobil telefonu olmamışdır. 25 aprel 2020-ci il tarixə keçən gecə, saat 02 radələrində Faris onların yaşadığı evə gələrək, həyət qapısını möhkəm döyməyə başlamış və Lidiyanı çağıraraq, «Lida aç qapını» deyib, uca səslə küçədə qışqırmışdır. Həmin vaxtı evdə Lidiya, onun nişanlısı Ülvi, anası Regina və o özü olmuşdur. Xalası Eteri qonşuya qonaq getdiyi üçün evdə olmamışdır. Gecə vaxtı olduğu üçün Ülvi Lidiyanı qapını açmağa qoymamış, Ldiya bir dəfə pəncərədən Farisə qapını açmayacağını, çıxıb getməsini demişdir. Amma Faris daha da əsəbiləşərək, səsini daha da ucaldaraq «Lida aç qapını» deyib, küçədə qışqırıb, qapını möhkəm döyürmüş. Bundan sonra Lidiya çölə çıxaraq Farisə «niyə qapını qırırsan, niyə qışqırırsan, sənə dedim axı qapını açmayacam». Faris cavabında Lidiyaya «sənə dedim aç qapını, gəlmişəm telefonu qaytarım anova» demişdir. Həmin vaxtı anası Regina mətbəxdə olan kresloda yatmış, o isə evin girəcək qapısının kandarında dayanıb, Faris və Lidiyaya tamaşa etmişdir. Farislə Lidiya arasında olan mübahisə daha da qızışmış və bu zaman Ülvi həyətə çıxaraq Farisə iradını bildirib, nə üçün gecə vaxtı qapını bərk döydüyünü, qışqırdığını dedikdə, Faris «yaxşı edirəm» deyib, Lidiyanın ünvanına nalayiq ifadə işlətmişdir. X28 nişanlısı olduğunu, nə üçün nalayiq söz dediyini irad tutanda, Faris Ülviyə «voobşe sən kişisən? Çıx çölə danışaq» deyib, Ülvini əli ilə itələmiş və Ülvi də Farisi itələmişdir. Ümummilikdə hadisə evin həyətində baş vermişdir. Ülvi Lidiyaya «gedək evə» demiş, artıq Faris Lidiya ilə evə doğru gələndə, Faris Ülviyə «hara gedirsən ə? Çıx kişi kimi danışaq» demiş, Ülvinin kürəyi Farisə tərəf olduğundan, Faris bel tərəfindən çıxartdığı açılıb-qatlanan bıçaqla Ülviyə ilk olaraq arxadan, sonra isə öndən cəmi iki bıçaq zərbəsi vurmuşdur. O, Farisin əlində bıçağı görmüş, Faris bıçağı iki əli ilə açmamış, bıçağı belindən çıxarıb, bir əli ilə təkan verən kimi bıçaq açılmış və həmin bıçaq «kəpənək» deyilən bıçaq olmuşdur. Faris bıçaq zərbələrini vurandan sonra, Ülvi çevrilib əli ilə Farisi itələmiş və özünü müdafiə etmək üçün yerdən taxta götürmüşdür. Ülvi taxtanı yerdən götürən kimi taqəti olmadığı üçün arxası üstə yerə yıxılmışdır. Həmin vaxt onun anası Regina həyətə çıxaraq, Ülvini evin içinə salmış və Farisə «nə istəyirsən bu uşaqlardan, çıx get» demişdir. Elə həmin vaxt «nakolka Rauf» kimi tanıdığıqları şəxs gələrək Farisi həyətdən çölə çıxartmışdır. Həmin vaxt Rauf Farisin əlində olan bıçağı görmüş, Rauf gələndən bir neçə dəqiqə sonra Faris bıçağı qatlayıb belinə qoymuşdur. Onun anası və Rauf gəlmədiyi təqdirdə, Faris Ülviyə yenə əlavə zərbələr vurmaq istəmiş, Ülvinin yaxınlığına getməyə cəhd etmişdir. Bundan sonra Faris çıxıb getmişdir. O, Lidiya, Ülvi və anası Regina evə girmiş, Rauf isə həyətdə dayanmışdır. Evdə Ülvinin sinəsinə baxdıqda yara olduğunu görmüşlər. Bundan sonra Lidiya və Ülvi evdən çıxaraq Raufla birlikdə getmişlər. Şahid1 məhkəmə baxışı zamanı tədqiq olunan 21 aprel 2021-ci il tarixli həmin ifadəsinin yekununda göstərmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs əlində dırnaq tutan və ya «pilka» olmamış, sonuncu bu barədhə yalan ifadə vermişdir. Farisin əlində «kəpənək» adlanan bıçaq olmuş və o, həmin bıçaqla Ülvmyə xəsarət yetirmişdir (iş vərəqə: cild İ, səh.276-282, 207-210). Bundan başqa, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə günü o, DYP idarəsinin yanında Ülvini görüb salamlaşmış, kefini soruşmuş, sonuncu özünü pis hiss etdiyini bildirmişdir. Ona görə Ülvini həkimə aparmışdır. Səhəri günü o, polis bölməsinə çağrılmış, bölmədə oğurluqda ittiham olunmuş, polisin ona dediyi ittihamla razılaşmış, həbs olunmuş və Şüvəlana göndərilmişdir. Mən oradan bəraət alıb çıxmışdır. Onu prokurorun çağırması bəhanəsi ilə prokurorluğa deyil, bölməyə aparmış, beysbol taxtası ilə onu döymüş və ona “sən deməlisən ki, bu işi Fais edib” tələbi qoyulmuşdur. O, isə onlara hadisəni görmədiyini bildirmişdir. O, Faislə Ülvinin mübahisə etməsini, onların üzərində qan və ya kiminsə yaralanmasını görməmiş, o, Ülvinin yarasını sarımamışdır. 25 aprel 2020-ci il tarxidə Ülvi ilə Fəridin savaşmasını, Lidiyanın isə orada olmasını o, görməmişdir. O, Ülvini görən zaman o, tək olmuşdur. O, Ülvini kruqa qədər piyada, oradan isə taksi ilə təcili yardıma aparmış, həmin vaxt Lidiya da onunla birlikdə olmuşdur. Ülvi ona heç nə deməmiş, o, Ülvinin üstündə qan görməmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, Farisin işi ilə bağlı ona işgəncə verildiyindən o, bəzi sənədlərə imzalar etmişdir. Lakin istintaq zamanı o, Farisin üzünə durmamışdır. Farisin işi ilə bağlı o, heç nə yazmamış, ifadəsi müstəntiq tərəfindən komputerdə yazılmışdır. İstintaq zamanı ifadəsində yazılan sözlər ona məxsus deyildir. Onun ifadəsində savadlı cümlələr işlədilmişdir ki, hansı ki, o, belə ifadə verməmişdir. O, hadisə barədə bölmədə eşitmiş, hadisədən sonra isə Ülvini görməmişdir. Şahid qismində dindirilən Şahid2 birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Şahid2 ibtidai istintaq mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid2 birinci instansiya məhkəməsində tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, fərdi qaydada fəhləliklə məşğul olur. O, əvvəllər narkotik vasitə istifadə etdiyinə görə iki dəfə məhkumluq həyatı yaşamışdır. Eterini 5 ildən artıq bir müddətdə tanımış, onun evi ilə Eterinin yaşadığı evin arasında piyada bir neçə dəqiqəlik məsafə olmuş, Eteri ilə dostluq edib evinə gedib-gəlmişdir. Eterinin qızı Lidiyanı da tanımış, sonuncu ilə heç bir münasibəti olmamış, Lidiyanın Ülvi adlı oğlanla nişanlı olduğunu eşitmişdir. Ülvini Eterigilə gedib-gələndə tanımış, bir neçə dəfə orada görmüşdür. Farisi oxuduğu 114 saylı orta məktəbdən tanımış, o, onun oxuduğu sinifdən iki sinif aşağı oxumuşdur. Farisin narkotik istifadə edib-etmədiyini bilməmişdir. O, əsasən gündüzlər yatmış, gecələr isə çöldə bayırda olmuş, Eterigilə gedib-gəlmiş, sonuncu da onun kimi gec saatlarında yatmışdır. 25 aprel 2020-ci il tarixdə, saat 02 radələrində məhəllədən çıxıb Eterigilə gedərkən onların evinə çatmağa bir neçə metr qalmış Eterinin qızının «kömək edin» deyə qışqırıq səsini eşitmiş, tez onların yaşadığı evin qarşısına getdikdə Farislə Ülvinin qarşılıqlı dalaşdıqlarını, Lidiyanın qışqırıb onları aralaşdırmağa çalışdığını görmüşdür. O, Ülvi ilə Farisi aralaşdırarkən Lidiya Ülvini bıçaqladığını demişdir. O, Ülvinin sinəsində qanı görüb Farisin sinəsindən tutub kənara itləyərək oradan uzaqlaşdırmışdır. Bundan sonra Lidiya ilə birlikdə köməkli Ülvini qonşuluqda yaşayan Raminin evinə ilkin tibbi-yardım göstərmək üçün aparmışlar. Onlar Raminin evinə gəldikdə Eteri də onların ardınca evə daxil olmuşdur. Həmin vaxt Ramin evdə olmamış, orada Raminin evində yaşayan Əfsanə və birdə həmin evdə bir neçə dəfə gördüyü Ceyhunə olmuşdur. O, Ülvinin yarasının dərin olub-olmamasına, qanaxmanın içəri verib-verməməsinə baxmaq və yarasını sarımaq istəmişdir. Paltarında qan az olmuşdur. O, divanın üzərində Ülvinin yarasını sarımaq istəyərkən Faris əlində bıçaq otağa daxil olmuş, bunu görən Ülvi Farisi söyməyə başlamış və bir-birini qarşılıqlı söymüşlər. Eteri Farisi itələyib qapıdan çölə çıxarıb qapını bağlamışdır. O, evdə olan yodu yaraya töküb yaranı sarıdıqdan sonra Ülvini həkimə aparmaq üçün Lidiya ilə birlikdə Ülvini yola çıxarmışlar. Lidiyanın telefonu olmamış, onun da telefonunda kontur olmadığına görə həkimə məlumat verə bilməmişlər. Suraxanı rayonu «10-cu dairə» adlanan yerdə dəmir yol xəttinin üzərindən keçən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı maşını uzaqdan qışqıraraq əl edib saxlatmış və tanımadığı sürücüyə Ülvinin yıxıldığını və həkimə çatdırmaq lazım olduğunu bildirib kömək istəmişdir. Ülvinin bıçaqlandığını deməməkdə məqsədi sürücünün bunu bilib həkimə aparmaqdan çəkinə bilmə ehtimalı olması olmuşdur. O, Lidiya ilə birlikdə Ülvini maşına mindirmiş və yaxınlıqdakı təcili tibbi yardım stansiyasına aparmış, Lidiya ilə Ülvini maşından düşürdükdən sonra özü evə qayıtmışdır. Şahid2 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, O, hadisə yerində gələndə Ülvi ilə Farisin qarşılıqlı davalarını görmüş, Ülvinin Farisdən onu vurmaması barədə heç bir söz eşitməmiş, Farisin əlində bıçaq görməmiş, qaranlıq olmuş, fikir verməmişdir. O, hadisə yerinə gələndə Ülvi ilə Faris bir-birlərini söymüşlər. Hadisə yerində və Ülviyə Raminin evində yardım göstərən zaman Lidiya qışqırıq salmış, Ülvinin bıçaqlanmasına görə narahatçılıq keçirdiyinə görə həmin vaxt hadisənin nə səbəbdən baş verdiyini soruşmamış, Ülvi də hadisənin baş vermə səbəbini deməmişdir. O, hadisənin nə səbəbə baş verdiyini bilməmiş, Raminin evində olan zaman başı Ülviyə tibbi yardım göstərməyə qarışdığından Ülvinin və Farisin bir-birinə ayaqqabı atmasını görməmiş, buna fikir verməmişdir. Raminin evində olanda Farisi Eteri itələyib çölə çıxarmış, Farisin Ülvini vurmaq üçün konkret nə isə hərəkət etdiyini görməmişdir. Farisin Raminin evini tanıması, sonuncu ilə münasibəti olub-olmaması barədə məlumatı olmadığını, Farisi sonuncu dəfə nə zaman gördüyünü xatırlamadığını, hadisə zamanı gördüyünü, sonuncu ilə telefon danışığı olmadığını bildirmişdir (iş vərəqə: cild İ, səh. 41-44). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, Əmircan qəsəbəsində hadisənin baş verdiyi ünvanda o, qızı Lidiya, el arasında Rəna adı ilə tanınan özün bacısı Şahid6 və sonuncunun azyaşlı qızı Liliya yaşamışlar. Əvvəllər “kakos” adlanan narkotik vasitədən istifadə etsə də, sonralar tərgitmiş, istifadə etməmişdir. Hazırda narkotik satışı ilə əlaqədar məhkum olunmuşdur və cəza çəkməkdədir. Lakin ona qarşı çıxarılmış hökmü qanunsuz və ədalətsiz hesab edir. 22 aprel 2020-ci il tarixdə isə bacısı Rənanın rəfiqəsi Ceyhunə adlı qız yaşadığı Hövsan qəsəbəsindəki evində bacısı ilə aralarında mübahisə yarandığına görə 2-3 günlük onlara qonaq gəlmiş, elə həmin gün Ceyhunədən təqribən 2-3 saat sonra qızı Lidiyanın nişanlısı Ülvi də bazarlıq edib onlara gəlmiş və hadisə baş verən günə kimi onlarla birlikdə yaşamışdır. Hadisə günü, yəni 25 aprel 2020-ci il tarixdə, saat təxminən 13 radələrində qonşuluqda Raminlə birlikdə kirayə yaşayan Əfsanə adlı qız onlara gəlib 15 manat müqabilində ev işlərində ona köməklik etməsini bacısı Rənadan xahiş etdikdə, Ceyhunə bu işdə Əfsanəyə özünün kömək edəcəyini Rənaya bildirmiş və sonuncunun razılığı ilə Əfsanəgilə gedərək ona kömək etmiş, gecəni isə orada qalmışdır. Həmin gün axşam o, evdə olarkən qəsəbə sakini kimi tanıdığı, baxılan iş üzrə Təqsirləndirilən şəxs gəlib ona harasa zəng etməli olduğunu, lakin özünün telefonunun olmadığını bildirmiş və ondan müvəqqəti telefon istəmişdir. O, telefonunu Farisə verdikdən sonra yatmış və gecə saat 1dən sonra durub qonşu Ramigilə getmişdir. Onların evindən Ramingilə piyada olaraq təqribən 2 dəqiqəlik yol olmuşdur. O, qonşuda olduğu vaxt Faris günün gec saatlarında onlara (E,Xəlilovagilə) gəlib ondan aldığı telefonu qaytarmaq istəmiş, lakin həmin vaxt Faris həyətin dəmir qapısını bərk döydüyündən qızı Lidiya da ona sərt cavablar vermişdir. O, qızına həmişə özündən böyüklərə cavab qaytarmamağı tapşırmış, lakin görünür ki, həmin gün Lidiya Farisə çox sərt cavablar vermişdir. Buna görə də Faris də əsəbi cavablar qaytardığından qızının nişanlısı Ülvi hadisə yerinə gəlmiş və bundan sonra onların arasında mübahisə başlamış və nəticədə də məlum hadisə baş vermişdir. Bunu o, gecə saat təqribən 02 radələrində Ramingilə onların yanına gələn qızı Lidiyadan eşitmişdir. Belə ki, hadisədən ümumiyyətlə onun xəbəri olmamış, hadisə vaxtı onu heç kim ora çağırmamışdır. Gecə Faris də Ramingilə gəlib onun telefonunu qaytarmaq istəmiş, lakin hadisə barədə ona heç nə deməmişdir. Faris Ramingilə gələndə o, Farisin əlində bıçaq və ya sair alət görməmişdir. O, Ramingildə başqa otaqda olduğundan Farislə Ülvinin dava etmələrini görməmişdir. Farisdən 5-10 dəqiqə sonra qızı Lidiya və Ülvi də ora gəlmiş, X49 bıçaqla vurduğunu ona danışmışdır. Qarışıqlıq düşdüyünə görə hadisənin səbəbini nə o, soruşmamış və nə də kimsə ona danışmamışdır. Ramingildə o, Ülvinin bədənindəki yaralara baxmamış, yaralarına yod vurmamış, bədənində, yaxud paltarında qan görməmişdir. Həmin vaxt Ramingildə olan, qonşuluqda yaşayan Rauf adlı oğlan onun bədəninə baxmış, daxili qanaxması ola biləcəyini demiş və xəstəxanaya getməsini məsləhət görmüşdür. Bundan sonra Rauf, qızı Lidiya və Ülvi xəstəxanaya getmişlər. Şahid Qanuni nümayəndə1 ifadəsinin davamında göstərdi ki, o, ibtidai istintaq zamanı da məhkəmədə dediklərini demiş, lakin ifadəsini oxumamışdır. D/i.s.c. Mən Odur ki, ibtidai istintaqdakı ifadəsində nə yazılmasından xəbərsizdir. O, birinci dəfə prokurorluqda dindirilmiş, olanları danışmış, imza etmək təklif olunduqda, o, inanıb oxumadan imza etmişdir. Lakin polis bölməsində heç bir sənədə imza etməmişdir. Onun Azərbaycan dilində danışmaqda az probleimi olmuş, lakin ibtidai stintaq zamanı ona tərcüməçi təyin olunmamışdır. Şahid qismində dindirilən Qanuni nümayəndə1 birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı şahid Qanuni nümayəndə1 ibtidai istintaq mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid Qanuni nümayəndə1 birinci instansiya məhkəməsində tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 25 aprel 2020- ci il tarixdə, gecə saat 02 radələrində qəsəbə sakini kimi tanıdığı Faris onlara gəlib evin qapısını bərkdən döyərək özündə olan telefon nömrəsi kartını telefon aparatına yerləşdirib telefonla danışmaq üçün Lidiyadan telefon aparatı istəmiş və bu zaman yüksək səs tonu ilə danışdığından evdə olan Lidiyanın nişanlısı Ülvi söhbətə müdaxilə etmiş və mübahisə zamanı Faris özündə olan bıçaqla Ülvinin sinə nahiyyəsindən iki dəfə bıçaq zərbəsi vurmuşdur. O, həmin vaxt siqaret almaq üçün çıxdığından evdə olmamış, qayıtdıqda qızı Lidiya və həmin vaxt Ülvi ilə Farisi aralaşdırmış qəsəbə sakini Raufla birlikdə Ülvini qonşuları Raminin yaşadığı evə aparmışlar. Evdə Əfsanə və Ceyhunə olmuş, Ramin evdə olmamışdır. Bu vaxt onların arxasınca gələn Faris əlində bıçaq mənzilə daxil olmuş və Ülvidən onun ünvanına nalayiq sözlər işlədib-işlətmədiyini söruşaraq yerdən götürdüyü kişi ayaqqabısını otaqdakı stolun üzərinə atmışdır. Bundan sonra həmin ayaqqabını deyəsən Ülvi götürüb Farisə tərəf tullamışdır. O, Farisi əli ilə itələyərək mənzildən çölə çıxarıb qapını bağlamış və hamılıqla Ülviyə yardım göstərmək üçün sonuncunu divanın üzərinə uzadıb sol döş və arxa kürək nahiyyəsində olan iki ədəd bıçaq yarasına yod məhlulu töküb parça ilə yaranı sarımışlar. Bundan sonra qızı Lidiya ilə birlikdə Ülvini mənzildən çölə çıxarmış və Lidiya Ülvini taksi ilə 3 saylı şəhər klinik xəstəxanasına aparmışdır. Şahid Qanuni nümayəndə1 birinci instansiya məhkəməsində tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 24 aprel 2020- ci il tarixdə, gecə saatlarında qızı Lidiya Farisin onların evin qapısını səbəbsiz yerə bərkdən döyməsinə etirazını bildirmiş, Lidiyanın deməsinə görə həmin vaxt Faris Lidiyanı vurmaq üçün əlini havaya qaldırmış, yaranmış səs-küyə Ülvi çıxmış və bununla da aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Faris əlində olan bıçaqla Ülvinin ürək və kürək nahiyyəsindən iki dəfə bıçaqla vurmuşdur. Farisi qəsəbə sakini kimi çoxdan tanımış, qızı Lidiya ilə Farisin arasında qonşu kimi dostluq münasibətləri olmuşdur. Lidiyanın deməsinə görə Faris özündən razı, dikbaş, tərs və əvvəllər məhkum olunmuş biri olmuşdur. Farislə istər Lidiya, istərsə də Ülvi arasında əvvəllər mübahisə və dava-dalaşın olması barədə eşitməmiş, görməmişdir. Hadisə vaxtı Ülvidən başqa heç kim xəsarət almamış, hadisə yerində qızı Lidiya və qonşuluqda yaşayan Raufdan başqa heç kimin olmamışdır. Şahid qismində dindirilən Şahid6 ifadəsinin davamında göstərmişdir ki, təqribən 23 aprel 2020-ci il tarixdə, Faris onların evinə gələrək bacısı Eteridən müvəqqəti istifadə üçün onun mobil telefonunu istəmiş, Eteri də sadə “Samsung” markalı mobil telefonu Farisə vermişdir. Həmin ərəfələrdə Ülvi də, rəfiqəsi Seyhunə də onlarda qalmışdır. Seyhunə qonşu Əfsanəyə ev işlərində kömək etmək üçün gedib onlarda qalmışdır. Hadisə günü axşam o, evdə yatmış, ailə üzvlərindən kimin harada olmasından məlumatsız olmuşdur. Səsə oyanmış və həmin vaxt qızı ona Farisin Ülvini vurduğunu demişdir. Odur ki, o, yerindən qalxmış və Ülvinin həyətdə yıxıldığını görmüşdür. Farislə Ülvi uşaq kimi dalaşmış və sonra da özlər aralaşmışlar. X59 yerdən qaldırmaq üçün onu çağırmışdır. O, hadisə yerinə gələndə artıq dava qurtarmış, Ülvinin qapıda, Farisin isə ondan aralıda dayandığını, onlar arasında məsafə olduğunu görmüşdür. Farislə Ülvinin savaşmalarını və ya söyüş söymələrini, kiminsə əlində bıçaq olmasını o, görməmişdir. Bundan sonra Ülvinin otağa keçdiyini və paltarını dəyişdirməyə başladığını görmüşdür. Qızının deməsinə görə Faris Lidiya ilə kobud danışdığına görə dava başlamış, davada Ülvi ağacı götürüb Farisi vurmaq istəyəndə özü yıxılmışdır. Farisin Ülviyə bıçaqla xəsarət yetirməsini o, qızından eşitmişdir. Qızının deməsinə görə Faris Ülvini vurarkən bıçaq az qala ona dəyəcəkmiş. Qızı hadisəyə görə, o isə qızına görə bərk qorxmuşdur. O, Ülvinin yaralarını görməmiş, ona yardım etməmişdir. Hadisədən sonra Lidiya Ülvini də götürüb harasa getmişdir. Bundan başqa olanlardan onun məlumatı olmamışdır. Şahid qismində dindirilən Şahid6 birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Şahid6 ibtidai istintaq mərhələsində verdiyi 25 aprel 2020-ci il tarixli ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid6 birinci instansiya məhkəməsində tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, hadisə günü, yəni 24 aprel 2020-ci il tarixdə o, qızı Liliya, Ülvi, Eteri və Lidiya evdə olmuş, saat 23 radələrində Eteri evdən çıxaraq qonşuya getmişdir. Gecə saat təxminən 02 radələrində Faris onların yaşadığı evin qapısını döymüş, sonuncu bacısıgilin tanışı olduğundan o, qapını açmamışdır. Lidiya gedib qapını açdıqdan sonra söyüş söyməyə başlamış, sonra Faris telefonu verməyə gəldiyini demişdir. Ülvi də Lidiya ilə birlikdə Farislə mübahisə etməyə başlamış və Ülvi Farisin getməsi üçün sonuncunu itələmiş, lakin Faris orada qalmışdır. Bundan sonra Lidiya ilə Ülvi Farisi söymüş, Faris və Ülvi bir-birini itələmişlər. Daha sonra Ülvi həyətə gələrək böyük taxta parçasını yerdən götürüb Farisin üstünə hücum etməyə cəhd etmiş, lakin gücü çatmadığından yıxılmışdır. Sonra o, Farisi hadisə yerindən uzaqlaşdırmış, Faris ona hörmət etdiyi üçün oradan uzaqlaşdığını demişdir. Onlar evə qayıtdıqda Ülvi Farisin onu vurduğunu demişdir. Qaranlıq olduğundan nə baş verdiyini görməmiş, lakin Ülvi maykasını qaldırdıqdan sonra sinəsində və kürəyində cızıqlar olduğunu görmüşdür. O, təcili yardıma zəng etməyi məsləhət etmiş, lakin Ülvi özünü yaxşı hiss etdiyini deyərək təcili yardımdan imtina etmişdir. Bundan sonra Ülvi və Lidiya onun bilmədiyi istiqamətə çıxıb getmişlər. Şahid6 birinci instansiya məhkəməsində tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, hadisə yerində olduğunu, onun Farislə Ülvini ayırdığını o, görməmişdir. Farisin həmin gün onlara iki dəfə onlara gəlməsini o, dəqiq bilməmiş, hadisə vaxtı Farisin əlində heç nə görməmişdir. Farisin anası Lalə dəfələrlə onların yaşadıqları evə Ülvi ilə barışmağa gəlmişdir. Şahid6 birinci instansiya məhkəməsində tədqiq olunan 14 sentyabr 2020-ci il tarixli ifadəsində isə əvvəlki ifadəsini qismən təsdiq edərək göstərmişdir ki, hadisə 25 aprel tarixdə baş versə də, o, ilkin ifadəsində günləri səhv saldığından 24 aprel kimi göstərmişdir. Həmin gün mübahisə Farisin əsəbi halda qapını döyməsindən sonra başlamışdır. Hadisə vaxtı o, mətbəxdə kresloda uzanmış vəziyyətdə olmuşdur. Lidiya qapını açmadan Farislə mübahisə etməyə başlamış, Farisə “Niyə gec gəlmisən, qapını niyə bərk döyürsən, onsuzda qonşular bizdən şikayət edir” sözlərini demişdir. O, yatmaq istədiyindən Lidiyaya sakit olmasını demişdir. İlkin olaraq o, kimin söyüş söydüyünü bilməmişdir. Həmin vaxt Ülvi Lidiyanın arxasınca evdən çıxmış, Faris Ülviyə “Kişisən çıx çölə” demişdir. Qızı Liliya da çölə çıxmış, bir müddət sonra qızı ona Farisin Ülvini bıçaqladığını demişdir. O, çölə çıxaraq qızı Liliyanı evə gətirmişdir. Hadisə baş verdikdən sonra çölə çıxarkən dəqiq olaraq nə baş verdiyini görməmişdir. Lakin o, çölə çıxanda Ülvi həyətə girərək böyük taxta parçasını yerdən götürüb Farisin üstünə hücum eməyə cəhd etmiş, lakin gücü çatmadığından yerə yıxılmışdır. Ülvi yerə yıxılanda Lidiya ilə birlikdə onu evə gətirmişlər. O, məhəlləyə çıxanda Rauf orada olmamış, Faris bu vaxt yenidən hücum etməyə cəhd etmişdir. Həmin vaxt o, və qızı qapının qarşısında olmuşlar. Faris Ülviyə yenidən bıçaq zərbəsi vurduqda, az qala bıçaq qızına dəymişdir. Həmin vaxt o, Farisə sakit olmasını demiş, sonuncu da oradan uzaqlaşmışdır. Həmin vaxt onlar Ülvini içəri salmayacaqları təqdirdə, Faris Ülvini öldürəcəkmiş. Belə ki, Faris dəfələrlə Ülvini bıçaqlamağa cəhd etmişdir. Şahid6 birinci instansiya məhkəməsində tədqiq olunan 14 sentyabr 2020-ci il tarixli ifadəsində daha sonra göstərmişdir ki, hadisədən sonra Farisin anası Lalə dəfələrlə onlara gəlib bacısı Eteri və onun qızı Lidiyaya pul təklif edərək oğluna tərəf ifadə verməyi xahiş etmişdir. 2020-ci ilin avqust ayının əvvəllərində Lalə onların yaşadığı evə gələrək Ülvini axtardığını, Ülvinin yenidən cinayət işi başlatdığını və hadisə vaxtı oğlunun əlində bıçaq olduğunu dediyini bildirmişdir. O, Laləyə bıçağı görmədiyini, lakin qızı Liliyanın gördüyünü demişdir. Həmin vaxt Lalə pul müqabilində yalandan ifadə verib, hadisə vaxtı Farisdə bıçaq olmadığını deməyi istəmiş, lakin o, razılaşmamışdır. O, ifadəsində Laləyə kömək etmək və qızının ifadə verməsini istəmədiyindən qızını ifadə verməkdən azad etmək istədiyinə görə bəzi məqamları fərqli formada demişdir. Bundan başqa, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Şahid6 Qayfatulla qızının ibtidai istintaqa verdiyi 21 aprel 2021-ci il tarixli ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid6 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 24 aprel 2020-ci il tarixdə günorta saatlarında Faris mobil telefonu olmadığı üçün onların yaşadığı evə gələrək özündə olan sim kartı telefona salıb danışması üçün bacısı Eterinin mobil telefonunu bir neçə saatlağına almışdır. Bundan sonra Eteri evdən çıxıb qonşuya qonaq getmiş və gedəndə onlara Farisin ondan telefonu aldığını, telefonu gətirib qaytaracağını demişdir. 25 aprel 2020-ci il tarixə keçən gecə saat 02 radələrində Faris onların yaşadığı evə gələrək, həyət qapısını möhkəm döymüş və qışqırıb Lidiyanı çağıraraq, «Lida aç qapını» deyib, uca səslə küçədə qışqırmağa başlamışdır. Həmin vaxt evdə Lidiya, nişanlısı Ülvi, özü və onun 11 yaşlı qızı Liliya olmuşdur. Faris gələndə o, mətbəxdə yatmış, Farisin gəlib qapını döyməsini, Ülvi ilə aralarında mübahisə baş verməsini və ya Ülvini necə bıçaqladığını görməsə də, sonradan qızı Liliya və bacısı qızı Lidiya ona hadisə barədə danışmışlar. Belə ki, gecə vaxtı olduğu üçün Ülvi Lidiyanı qapını açmağa qoymamış, Ldiya pəncərədən Farisə qapını açmayacağını, çıxıb getməsini, sabah gəlməsini dedikdə, Faris daha da əsəbləşmiş, uca səslə «Lida aç qapını» deyib, küçədə qışqırmış, qapını möhkəm döymüşdür. Bundan sonra Lidiya çölə çıxaraq Farisə «niyə qapını qırırsan, niyə qışqırırsan, sənə dedim axı qapını açmayacam» demişdir. Faris cavabında Lidiyaya «sənə dedim aç qapını, gəlmişəm telefonu qaytarım anova» demişdir. Həmin vaxt qızı Liliya da orada olmuş, yəni qapının kandarında dayanıb, həyətdə Lidiya ilə Farisin mübahisəsinə tamaşa etmişdir. Farislə Lidiya arasında olan mübahisə daha da qızışmağa başlamış və bu zaman Ülvi həyətə düşərək Farisə iradını bildirib, nə üçün gecə vaxtı qapını bərk döydüyünü, nə üçün qışqırdığını deyəndə, Faris «yaxşı edirəm» deyib, Lidiyanın ünvanına nalayiq ifadə demişdir. X48 nişanlısı olduğunu, nə üçün nalayiq söz dediyini irad tutanda, Faris Ülviyə «voobşe sən kişisən? Çıx çölə danışaq» deyib, Ülvini əli ilə itələmiş və Ülvi də Farisi itələmişdir. Bundan sonra Ülvi Lidiyaya «gedək evə» demiş və artıq Lidiya ilə evə doğru gedəndə, Faris Ülviyə «hara gedirsən ə? Çıx kişi kimi danışaq» demiş, Ülvinin kürəyi Farisə tərəf olduğundan, Faris bel tərəfindən çıxartdığı açılıbqatlanan bıçaqla Ülviyə arxadan və öndən ard-arda cəmi iki bıçaq zərbəsi vurmuşdur. Bütün bu olanları ona qızı Liliya və bacısı qızı Lidiya danışmışdır. X60 əlində bıçaq olduğunu, bıçağı belindən çıxartdığını görmüşdür. Faris bıçaq zərbələrini vurandan sonra, Ülvi çevrilib əli ilə Farisi itələmiş və özünü müdafiə etmək üçün yerdən taxta götürmüş, lakin Ülvinin taqəti qalmadığı üçün arxası üstə yerə yıxılmışdır. Bu zaman o, həyətə çıxaraq Farisə acıqlanıb, «nə istəyirsən bu uşaqlardan, çıx get» demişdir. Farisin əlində nə isə olduğunu hiss etmiş və Faris Ülviyə hücum etmişdir. Lakin o, Farislə Ülvinin arasında dayanıb, Farisin Ülviyə yaxın gəlməsinin qarşısını almaq üçün Farisi əli ilə saxlamış, Farisin əlində olduğu əşyaya diqqətlə fikir verməmişdir. Elə bu zaman Rauf adlı şəxs gələrək Farisi həyətdən çölə çıxartmışdır. Bundan sonra Faris getmişdir. O, qızı Liliya, bacısı qızı Lidiya və Ülvi evə girmişlər, Rauf isə həyətdə dayanmışdır. Evdə Ülvinin sinəsinə baxanda yara olduğunu görmüş, Lidiya və Ülvi evdən çıxaraq Raufla birlikdə həyətdən çıxıb getmiş, lakin hara getdiklərini bilməmişdir. O, Rauf və Lidiyaya Ülvini təcili xəstəxanaya aparmalarını demişdir (iş vərəqə: cild İİ, səh. 202-206). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Şahid6 Qayfatulla qızı birinci instansiya məhkəməsində ifadəsinin davamında göstərmişdir ki, o, ibtidai istintaq zamanı bir dəfə ifadə vermiş, ikinci dəfə isə təsdiq üçün bəzi əlavələr etmək istəmiş və müstəntiq ikinci dəfə verdiyi ifadəsində dəyişiliklər etmişdir. Farisin anası Lalə ilə prokurorluqda görüşmüş, Lalə ondan nə ifadə verdiklərini soruşmuş, o, Laləyə özü və qızı nə görüblərsə, onu da dediklərini bildirmişdir. Lalə tərəfindən ona pul təklif olunmamış, Farisin valideynləri ona təsir və ya təzyiq göstərməmişlər. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X55 Suraxanı rayon Şöbəsinin canlı şəxsin məhkəmə-tibb ekspertizasının 07 may 2020-ci il tarixli, 386 saylı (Ekspert Şahid10) rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə qeyd olunanlara əsasən, qərarda göstərilən məlumatları nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşagıdaki nəticəyə gəlirəm: 1. Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: perikardın və ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa divarının sağ plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş- kəsilmiş yarası. 2. Qeyd edilən xəsarətlər deşici-kəsici alətin (alətlərin, ola bilsin bıçaq) təsirindən törənmişlər, qeyd olunan xəsarətlər qərarda göstərilən 25 aprel 2020-ci il tarixdə, yəni cinayət hadisəsinin baş verdiyi tarixdə alınmaları məmkündür, hər biri ayrı- ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. 3. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur (cild 1, iş vərəqəsi 116-119). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X55 canlı şəxsin təkrar məhkəmə-tibb ekspertizasının 28 avqust 2020-ci il tarixli, T 221/2020 saylı (X15 və Hafiz Kazımov) rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - perikardın və ürəyin sol mədəcəyinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz edən və sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa divarının sağ plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlərin) ola bilsin ki, baçağın təsirindən törənmiş, törənmə müddətləri qərarda göstərilən 25 aprel 2020-ci il tarixə, yəni hadisənin baş verdiyi tarixə uyğun gəlir və dərəcəsinə görə istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. 2. 3 saylı şəhər kilinik xəstəxanasında zərər çəkmiş Zərərçəkmiş şəxs adına tərtib edilmiş xəstəlik tarixində qeyd edilənlərlə Birliyin Suraxanı rayon şöbəsindən verilmiş 07 may 2020-ci il tarixli, 386 saylı rəydə göstərilənlər tam uyğunluq təşkil edir. 3. Zərərçəkmiş şəxs tibb müəssisələrində müayinəsi zamanı çəkilmiş rəngli doppler exokardioqrafiyası ilə ekspertiza rəyi arasında hər hansı ziddiyət mövcud deyildir.4. Zərərçəkmiş şəxs ilkin məhkəmə-tibbi ekspertizası zamanı hər hansı təlimat pozğunluğuna yol verilməmişdir (cild 1, iş vərəqəsi 225-230). Birinci instansiya məhkəməsində dindirilmiş məhkəmə tibb eksperti Şahid10 ifadəsində göstərmişdir ki, o, 1984-cü ildən məhkəmə-tibb eksperti işləyir. 07 may 2020-ci il tarixdə onun tərəfindən Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası keçirilmişdir. Müayinə olunan Zərərçəkmiş şəxs deməsinə görə 25 aprel 2020-ci il tarixdə, saat 02 radələrində evdə Faris adlı şəxs iti əşya ilə onun bədəninə zərbələr vurmuşdur. Sənədlərlə isə müəyyən edilmişdir ki, o, saat 3:10 radələrində 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilmiş, onun adına xəstəlik tarixi açılmışdır. O, həmin ekspertizanı keçirmiş, xəstəni şəxsən özü müayinə etmiş, tibbi sənədlərdə qeyd olunan xəstəlik tarixini nəzərə alaraq və qərarda eksperiza qarşısında qoyulmuş suallara cavab olaraq belə nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs perekardın və ürəyin sol mədəciyinin zədələnməsi ilə müşaiyət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd, və sağ tərəfli hematoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa divarının sağ plevra boşluğuna nüfuz edən bir ədəd - cəmi iki ədəd deşilmiş-kəsilmiş yaralardan ibarət bədən xəsarətləri almışdır. Həmçinin müəyyən etmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsatəldər deşici kəsici alətin təsirindən əmələ gəlmişdir və xəsarətlərin bıçaqla yetirilməsi inkar olunmamışdır. Qeyd olunan xəsarətlər ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş məhkəmə-tibb ekspertizası keçirmək barədə qərarda göstərilən hadisənin baş verdiyi 25 aprel 2020-ci il tarixə uyğun gəlmişdir. Yetirilmiş xəsarətlərin hər biri həm ayrı-ayrılıqda və həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər olmuşdur. O, xəstə Zərərçəkmiş şəxs xarici müayinəsinə və xəstəlik tarixində olan tibbi sənədlərə əsasən həmin rəyə gəlmişdir. Xəstəlik tarixinə nəzər saldıqda müəyyən olunurdu ki, narkoz altında Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön divarında olan deşilmiş kəsilmiş yaraları cərrahi işlənilib, yara genişləndirilib və aydın olunub ki, yara kanalının istiqaməti öndən arxaya, bayırdan içəriyə və yuxarıdan aşağıya doğrudur. Tibbi ekspert Şahid10 ifadəsinin davamında göstərdi ki, Zərərçəkmiş şəxs üzərində keçirilən cərrahi əməliyyatda iştirak etməmiş, hər hansı videoçəkiliş aparmamışdır. Cərrahi əməliyyat xəstəxanada aparılmış, ekspert isə xəstəlik tarixinə əsasən rəy vermişdir. Lakin Zərərçəkmiş şəxs üzərində cərrahi əməliyyat aparılmış və əməliyyatın bütün gedişatı xəstəlik tarixində də qeyd edilmişdir. Xəstəlik tarixindən görünür ki, döş qəfəsi hissəvi açılmış və həmin hissədən ürək əməliyyatı aparılmışdı. Sol mədəciyin özündə də xəsarət müəyyən edilmiş, sol mədəcik tikilmişdir. Perikard zədələnmiş, perikard boşluğunda az miqdarda qan olmuşdur ki, həmin qan döş bohluğuna dolmuşdur. Perikardın zədələnməsi isə ürəyin sol mədəciyinin zədələnməsi ilə nəticələnmişdir. Cərrahi əməliyyatla döş boşluğunda olan təxminən 300 ml qan və qan laxtaları təmizlənmişdir. O, rəydə də bunu aydın qeyd etmişdir. Ekspertiza tədqiqatı zamanı onlara hər hansı bıçaq və ya başqa kəsici-deşici alət təqdim edilməmişdir. Ona görə də bıçağın daxilə nüfuz etmə istiqaməti ilə ürəyin sol mədəciyinə çatıb-çatmamsını müəyyən etmək mümkün olmamışdır. Bıçağın tiyəsinin uzunluğunun 5 sm olması insanın dərisinin ön səthindən sol mədəciyə qədər məsafədə ürəyi zədələyə bilməsi üçün kifayətdir. Hətta kəsici-deşici alət dırnaqtutan olmuş olsa belə, pilkasının ölçüsündən asılı olaraq eyni xəsarətin yetirilməsi mümkün ola bilərdi. Lakin bu halda xəsarətin ölçüləri, lokalizasiyası həmin xəsarətlərin dırnaqtutanla yetirilmədiyini deməyə əsas verir. Zərərçəkmiş şəxs ürəyinin sol mədəciyində zədə çox kiçik olduğundan kiçik olmuş, ürək boşluğuna keçməmişdir. Ona görə qan döş boşluğuna dolmuşdur və bu vəziyyətdə xəstə 1 saatdan çox müddət ərzində yaşaya bilərdi. Əks təqdirdə spontan ölüm baş verməli idi. Amma 07 may 2020-ci il tarixdə Zərərçəkmiş şəxs kafi vəziyyətdə həmin xəstəxanadan evə buraxılmışdır. Müdafiə tərəfinin Zərərçəkmiş şəxs məxsus geyim əşyasının - gödəkçənin üzərində olan zədənin ölçüsünün mübahisələndirməsi ilə bağlı suallara cavab olaraq göstərdi ki, deşici alətin qalınlığının ölçüsü parça materialın növündən asılı olaraq olduğu kimi qala bilər. Lakin insan dərisində və əzələlərdə elastiklik olduğundan eyni ölçülü əşya daxil olduqda insan dərisində və əzələlərində genişlənmə baş verməsi və ölçünün böyüməsi mümkündür. Exokardioqrafiya müayinəsi zamanı ürək istiqamətində olan zədələrin və ya əmliyyat aparılmasının nəticələri görünməyə bilər. Zərərçəkmiş şəxs adına onun tərəfindən verilmiş 07 may 2021ci il tarixli, 386 saylı rəyi təsdiq edir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə (xəsarətlərin kənarlarının hamar, uclarının iti olması, eləcə də yara kanalının dərin olmasına daxili orqanlarının zədələnməsinə) əsasən həmin xəsarətlər deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq) təsirindən törənməsinə xarakterikdir və xəsarətlərin dırnaq tutanın pilkası təsirindən alınmaları inkar olunur (iş vərəqə: cild İ, səh. 211-213). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X55 canlı şəxsin maddi sübutların məhkəmə-tibbi kriminalistik ekspertizasının 19 iyun 2020-ci il tarixli, 235-MTKŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus idman jaketinin sol döş nahiyəsində bir ədəd və arxa hissəsinin yuxarı-orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Həmin zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin bir alətlə və ya qeyri konstruktiv xüsusiyyətlərə malik digər alətlərlə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus idman jaketinin üzərində aşkar edilmiş zədələrin xətti ölçülərinə əsaslanaraq demək olar ki, bu zədələri yetirən alətin daxil olma səviyyəsində eni 0,9 sm-ə qədər olmuşdur (cild 1, iş vərəqəsi 174-176). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X55 canlı şəxsin maddi sübutların məhkəmə-tibbi-bioloji ekspertizasının 19 iyun 2020-ci il tarixli, 377/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-/İİ/-dir. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus jaket üzərində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrupu ABO sistemi üzrə təyin edildikdə A antigeni, həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri ABO sistemi üzrə A-beta (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqəsi 177-180). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X55 canlı şəxsin maddi sübutların məhkəmə-tibbikriminalistik ekspertizasının 05 avqust 2020-ci il tarixli, 315-MTKŞ/2020 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin sol döş nahiyəsində bir ədəd arxa hissəsinin yuxarı-orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kesici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin bir alətlə və ya eyni konstruktiv xüsusiyyətlərə malik alətlərlə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin üzərində aşkar edilmiş zədələrin xətti ölçülərinə əsaslanaraq demək olar ki, bu zədələri yetirən alətin daxil olma səviyyəsində eni 1 sm-ə qədər olmuşdur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman jaketinin sol döş nahiyyəsində bir ədəd və arxa hissəsinin yuxarı orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr gödəkcənin həmin nahiyələrində olan deşilmiş-kəsilmiş zədələrlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər və eyni zədə kimi qiymətləndirilirlər və bu zədələrin eyni alətlə törədilməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin və idman jaketinin sol döş nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısının ön divarında olan; gödəkcənin və idman jaketinin arxa hissəsinin yuxarı-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sağ yarısının arxa divarında olan eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər (cild 1, iş vərəqəsi 199-202). İş materiallarında olan N.Tusi adına Klinikanın həkim-kardioloqu Şahid12 və direktoru A.Q.Qurbanov tərəfindən imzalanaraq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ünvanlanmış 18 saylı, 16 mart 2022-ci il tarixli məktubundan göstərilmişdir ki, "vətəndaş X29 xx.xx.2020-ci il tarixində N.Tusi adına Klinikada həkimkardioloq Şahid12 tərəfindən exokardioqrafiya müayinəsi olunmuşdur. Müayinənin nəticəsi Sizin müraciətinizdə də öz əksini tapmışdır. Əlavə olaraq bir daha bildiririk ki, həmin müayinəyə əsasən pasiyentin ürəyində hər hansı patoloji dəyişiklik və zədə əlamətləri qeydə alınmamışdır”. (cild 5, iş vərəqəsi 77). İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Ağentliyi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X61 "X52” X55 direktoru X34 Tibbi Sığorta üzrə X42 Heyətinin sədrinə ünvanladığı 17 mart 2022-ci il tarixli, 253 saylı məktubundan göstərilmişdir ki, "xəstəxanamızda kardiocərrahiyyə şöbəsi olmadığına görə ürək əməliyyatları icra olunmur. Cərrahiyyə şöbəsində ancaq təcili təxirə salınmaz ağciyər, ürəyi dəlib keçən kəsilmiş deşilmiş yaralarla və odlu silahla yaralanmış xəstələrə təcili tibbi yardım göstərilir. Xəstəxanamızda kardiocərrahiyyə şöbəsi olmadığına görə Cərrahiyyə şöbəsinin həkim ümumi cərrahı X12 planlı kardiocərrahiyyə əməliyyatları icra etmir”. (cild 5, iş vərəqəsi 231). Apellyasiya məhkəməsi tərəfindən komisyon məhkəmə-tibbi ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X55 canlı şəxsin təkrar məhkəmə-tibb ekspertizasının 17 yanvar 2023cü il tarixli, 703.1/KEŞ saylı (X19, Ramil Əliyev və Rafik Nuriyev) rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2.9. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər perikardın və ürəyin sol mədəciyinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön divannın sol plevra boşluğuna nüfuz edən və sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa divarının sağ plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaraları-deşici-kəsici alətin (alətlərin) ola bilsin ki, biçağın təsirindən törənmiş, törənmə müddətləri qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə istər ayrı-ayrılıqda, istərsədə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə 3 saylı Şəhər Klinik Xəstəxanasma daxil olmuş, aparılmış müvafiq müayinələrdən sonra ona “Döş qəfəsinin sol yarısının ön divannın sol plevra boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası, perikardın kəsilmiş-deşilmiş yarası, ürəyin sol mədəciyinin kəsilmiş-deşilmiş yarası, sol tərəfli hemotoraks, döş qəfəsinin sağ divarının sağ plevra boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası, sağ tərəfli hemopnevmo-toraks” diaqnozu təyin edilmiş və “Sol tərəfli ön-yan topakotomiya. Sol mədəciyin yarasının tikilməsi. Perikardın yarasının tikilməsi. Sol plevra boşluğunun Bülau üsulu ilə drenə edilməsi. Yaraların İ cərrahi işlənməsi. Sağ plevra boşluğunun Bülau üsulu ilə drenə edilməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə N.Tusi adına klinikada həkim-kardioloqun (exokardioqrafiya) müayinəsindən keçmiş və onun ürəyində hər-hansı bir patoloji dəyişiklik və zədə aşkar edilmədiyi qeyd edilmişdir. Daha sonra Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə Akademik C.Abdullayev adına X2 və xx.xx.2020-ci il tarixdə Bakı Dəmir Yolu Xəstəxanasında yenidən exokardioqrafiya müayinəsində olmuş, müayinə nəticələrində patologiya qeyd edilməmişdir. Beləliklə, aparılmış instrumental müayinələrin göstəricilərini nəzərə alaraq ürəyin funksional fəaliyyətinin norma daxilində olduğunu göstərir. Lakin, onun ürək nahiyəsində keçirdiyi cərrahiyyə əməliyyatının keçirməsini inkar etmir. Belə ki, tərtib edilmiş tibbi sənədlərdə və məhkəmə-tibbi müayinə zamam cərrahiyyə əmaliyyatına uyğun tibbi müdaxilə izlərinin olduğu müəyyən edilmişdir. 4.5. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs 3 saylı şəhər Klinik xəstəxanasının Cərrahiyyə şöbəsində cərrahi əməliyyat icra edilmiş, əməliyyat protokolunda sol mədəciyinin ön divarında 0.5x0.3 sm olan kəsilmiş-deşilmiş və perikard yarası seyrək tikişlərlə tikilmiş, sag plevra boşluğuna nüfuz edən yara Bülau üsulu ilə drenə edilmişdir. 6.Zərərçəkmiş şəxs “Perikardın və ürəyin sol mədəcəyinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz edən və sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının arxa divarının sağ plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralarından ibarət xəsarətlər”lə qısa müddət ərzində hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərlə əlaqədar adekvat tibbi yardım göstərilmiş və o, kafi vəziyyətdə evə yazılmışdır. 7. Zərərçəkmiş şəxs tibb müəssisələrində müayinəsi zamanı ona çəkilmiş rəngli doppler exokardioqrafiya müayinəsi ilə tərtib edilmiş ekspertiza rəyləri arasında hər-hansı ziddiyyət mövcud deyildir. 8.Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər cərrahi profilə aid olub və təxirəsalınmaz operativ müdaxilənin aparılması həyati göstəriş əsasında düzgün yerinə yetirilmişdir. Göründüyü kimi əlavə şahid qismində dindirilmiş kardioloq və cərrah-kardioloqun fikirləri arasında ziddiyyətlər yaranmışdır. Həmin vəziyyətdə zərərçəkmiş şəxsin ürək nahiyyəsində hər hansı xəsarət olub-olmaması, onun Bakı şəhəri, Sabunçu rayonu, 3 saylı şəhər kliniki xəstəxanasının həkimi Səbuhi Xəlilov tərəfindən əməliyyat edilibedilməməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə kollegiyasının 05 iyul 2023-cü il tarixli, 1(103)-75/2023 nömrəli qərarı ilə iş üzrə təkrar komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Mərkəzi Klinikanın kardiologiya Şöbəsinin 10 avqust 2023-cü il tarixli Kardiak MRT-nin cavabından görünür ki, xəstə Ülvi Hüseynzadədə konkordant atrioventrtikular və ventrtikuloarterial anatomiya nəzərə çarpır. RA və RV ciddi dilyatasiya olunub. Ürəyin sol kameraları genişlənməmişdir. Ürək kameraları daxilində həcmli patologiya aşkar edilmir. İnterial septum orta hissələri incələnmiş izlənir (kiçik sekundum ASD inkar edilə bilməz), sağ superior pulmonar venanın SVC-ya yaxın açılış göstərir, superior sinus venosus defekt şübhəsi var - ExoKq ilə korrelyasiya tövsiyə edilir). İVS intaktdır. Pulmonar truncus bir qədər genişdir, diametri 24 mm (Ра/Ao ratio 1 (N<1). RPA 20 mm, LPA18 mm (pulmonar hipertenziya əlamətləri güman edilir). Perikardial boşluqda maye yığıntısı izlənilmir. Döş qəfəsinin ön divarının sol distal parasternal nahiyədə deformasiyası və dərialtı yumşaq toxumalarda çapıq /fıbroz əlamətləri nəzərə çarpır. Bu səviyyədə sağ mədəciyin sərbəst divarənın distal hissələrinə yanaşı perikardın lokal qalınlaşması nəzərə çarpır. Bu səviyyədə RV divarın lokal incəlməsi qeyd edilir. LV EDD bazal 33 mm LA 42mm/10 cm2 RV EDD bazal 55 mm RA 58 mm/29 cm2 Ao.asc. 24 mm Septum (bazal) 9 mm Ao arcus 20 mm Lateral divar (bazal) 7 mm Ao desc. 18 mm STİR (ödem analizi): 2CH və 4CH STİR sekvensiyalarda LV divarlarında miokardial ödemə uyğun siqnal artması qeyd edilmir (relative ödem < 2). CİNE MR-fsol mədəcik divarlarında nəzərə çarpacaq hərəkət qüsuru aşkar edilmir. İnterventrikulyar septum yaşıllaşmışdır (D-shaped LV- RV overload). Sağ mədəcik divarların hərəkəti saxlanılıb. Sol mədəcik funksiyası parametrləri: LV EDV 82 ml, LV SV 45 ml, CO 2.3 1/min LVESV 37 ml, LVEF 55 %, LV divarların əzələ həcmi 80 gr. (LV miokardial maşsa avg.83± 7) Sağ mədəcik funksiyası parametrləri: RVEDV 157 ml, RV SV 75 ml, CO 5.1 1/min RVESV 82 ml, RVEF 48 %, LGE (gec kontrast maddə toplanması): Kontrast maddənin İV yeridilməsindən 10’sonra PSİR sekvensiyack LV divarlarında kontrast maddənin patoloji akkumulyasiyası nəzərə çarpmır. LV daxilində tromb lehinə görüntü izlənilmir. Döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz etməklə perikardın, ürəyin sol mədəciyini zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası diaqnozu əlaqədər cərrahi müdaxilədən sonraki status Əməliyyat epikrizi, öncəki müayinələr görüntüləri təqdim edilməmişdir. RA və RV ciddi dilyatasiyası İVS yastılaşması (D-formalı LV) - RV yüklənməsi əlamətləri. Pulmonar arteriyaların minimal dilyatasiyası (pulmonar hipertenziya). İnteratrial septum orta hissələrinin incələnməsi (kiçik sekundum ASD inkar edilə bilməz), sağ superiror pulmonary venanın SVC-ya yaxın acılış göstərməsi və sinus venosus defect şübhəsi-ExoKq ilə korrelyasiya tövsiyə edilir. Döş qəfəsinin ön divarının sol distal parastenal nahiyyədə deformasiyası və dərialtı yumşaq toxumalarda çapıq/fibroz əlamətləri. Bu səviyyədə RV sərbəst divarın distal hissəsində local incələnməsi və yanaşı perikardın local qalınlaşması. Əvvəlki tomoqramlarla/görüntülərlə birgə dəyərləndirilməlidir. LV miokardında ödem əlamətləri və ya patoloji contrast akkumulyasiya izlınilmir (çapıq/fibroz əlamətləri nəzərə çarpmır). Apellyasiya məhkəməsi tərəfindən təkrar komissiyon məhkəmə-tibbi ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X55 canlı şəxsin təkrar komissiyon məhkəmə-tibb ekspertizasının 7 sentyabr 2023-cü il tarixli, 105/MEŞ saylı rəyindən görünür ki; 1.2.4.9.10.13. Zərərçəkmiş şəxs aşağıdakı xəsarət və morfoloji dəyişikliklər müəyyən edildi: - döş qəfəsinin sol yarısının ön divarının sol plevra boşluğuna nüfuz edən, ürək kisəsinin (perikard) və ürəyin sağ mədəciyinin əzələ qatının (sağ mədəcik boşluğuna keçməyən) zədələnməsi, sol tərəfli hemotoraks ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarasından sonrakı döş qəfəsinin sol yarısının ürək nahiyəsinə uyğun sahədə çapığı və həmin səviyyədə sağ mədəciyin (RV) sərbəst divarının distal hissəsində lokal incəlməsi və perikardın lokal qalınlaşması ilə ifadə olunan çapığı; - Döş qəfəsinin sağ yarısının arxa divarının paravertebral xətt üzrə sağ plevra boşluğuna nüfuz edən sağ tərəfli hemopnevmotoraksla müşayiət olunan deşilmiş- kəsilmiş yarasından sonrakı çapığı. Qeyd olunan döş qəfəsinin sol yarısının ön səthinin deşilmiş-kəsilmiş yarasının yara kanalının trayektoriyasına uyğun olaraq perikardın l,0x0,3sm və sağ mədəciyin əzələ qatının 0,5x0,3sm ölçüdə zədələnməsi ilə əlaqədar yara kanalı sağ mədəcik boşluğuna nüfuz etmədiyindən, həmçinin tac arteriyaların zədələnməsi baş- vermədiyindən və perikardda açıq yara olduğundan ürəyin tamponadası baş verməmişdir. Bu halda qeyd olunan xəsarətlər müəyyən vaxt ərzində ürəkdə funksiya pozğunluğu yaratmadığından zərərçəkmiş fiziki yüklənmələri dəf etmək iqtidarında olma xüsusiyyətlərinə malik olmuşdur. Beləliklə, təyin edilmiş diaqnoz və məhkəmə- tibbi meyarların uyğunsuzluğu yoxdur. Zərərçəkmiş şəxs tərəfindən göstərilən izahatlarda həmin məsafələri, eləcə də daha artıq fiziki yüklənmələri icra edə bilərdi.
3. Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənədlərin təhlilindən görünür ki, onun almış olduğu xəsarətlərlə əlaqədar kliniki, laborator və instrumental müayinələrin nəticələrini nəzərə alaraq demək olar ki, təcili cərrahi müdaxilənin aparılması zəruru olmuşdur.
5. Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin sol yarısının ön tərəfində yara proyeksiyasına uyğun qabırğaarası sahədən torakotomiya icra edilmişdir.
6. Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthində yerləşən deşilmişkəsilmiş yarasının yara kanalının trayektoriyası ilə əlaqədar perikardın və ürəyin sağ mədəciyinin zədələnməsi, sol tərəfli hemotoraks; döş qəfəsinin arxa səthinin sağ paravertebral xətt üzrə yerləşən deşilmiş-kəsilmiş yarasının yara kanalının trayektoriyası ilə əlaqədar sağ plevra boşluğunda hemopnevmotoraks əlamətləri ilə müşayiət olunduğu tibbi sənədlərdə öz əksini tapmışdır. 7.11. X22 bədəni üzərində qeyd olunan xəsarətlə, təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixə və şəraitə uyğun gəlir və təyin olunmuş diaqnoz tibb müəssisələrində müayinəsi zamanı icra edilmiş rəngli exokardioqrafıyasının cavabları ilə ziddiyyət yaratmır. 8.12. Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkimi ümumi cərrah X27 tərəfindən 25 aprel 2020-ci il tarixdə X14 ürəyində aparılmış cərrahi əməliyyat qanunidir və onun peşə səlahiyyətlərinə aiddir.
13. Zərərçəkmiş şəxs döş qəfəsinin “MRT 3,0 Tesla” müayinəsinin nəticələrinə əsasən təsdiq edilmiş ürək nahiyəsinin sol plevra boşluğuna nüfuz edən perikardın, miokardın (mədəcik əzələsinin) zədələnməsi və hemotoraksla müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası və döş qəfəsinin arxa səthinin sağ yarısının sağ plevra boşluğuna nüfuz edən hemopnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin (əşyanın) təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə, həm ümumilikdə, həm də ayn-ayrıhqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir, cərrahi əməliyyat takiti və texniti cəhətdən yaraların lokalizasiyalarına uyğun düzgün icra edilmişdir. Apellyasiya baxışı zamanı mütəxissis kimi cəlb edilmiş X17 və ekspert kimi dindirlmiş Ceyhun Allahverdiyev vermiş olduğu 7 sentyabr 2023-cü il tarixli, 105/MEŞ saylı rəyi bir daha müdafiə etməklə Zərərçəkmiş şəxs döş qəfəsinin “MRT 3,0 Tesla” müayinəsinin nəticələrinə əsasən onun həyat üçün təhlükəli olan sağlamlığın uzun müddətli itirilməsinə səbəb olan döş qəfəsinin sol yarısının ön divarının plevra boşluğuna nüfuz edərək ürəyin sol mədəciyinin kəsilmiş-deşilmiş 01 ədəd yara müəyyən olunmadığını bir daha təsdiq etdi. Birinci instansiya məhkəməsində cinayət işinə məhkəmə baxışı zamanı, eləcə də hazırda baxılan apellyasiya şikayətində eyni dəlillərlə çıxış edən müdafiə tərəfi təqsirləndirilən şəxsin müdafiəçiləri, təqsirləndirilən şəxsin özü çoxsaylı vəsatətlər və şikayətlərlə məhkəməyə müraciət edib Təqsirləndirilən şəxs təqsirsiz olmasını, məhkəməyədək icraat mərhələsində hadisənin baş verdiyi ilk gündən sübutların onun əleyhinə saxtalaşdırıldığını, Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs bıçaqla deyil, üzərində gəzdirdiyi kiçik ölçülü dırnaqtutanın komplektinə daxil olan pilkası (burada: yiyəsi) ilə vurduğunu, pilka ilə yetirilmiş zədənin zərərçəkmiş şəxsə ağır dərəcəli bədən xəsarəti yetirməsinin mümkünsüz olduğunu, yetirilmiş xəsarətin zərər çəkmiş Zərərçəkmiş şəxs ürəyi ilə heç bir əlaqəsinin olmadığını, sonuncunun ürəyinin zədələnmədiyini, onun ürəyində cərrahi əməliyyat aparılmadığını, Bakı şəhəri 3 saylı Klinik Xəstəxanasının həkim cərrahı X12 zərər çəkmiş Zərərçəkmiş şəxs üzərində ürək əməliyyatı aparmadığını, cərrah həkim tərəfindən məqsədli şəkildə sonuncunun almış olduğu xəsarətləri ağır bədən xəsarətlərinə uyğunlaşdırdığını, Səbuhi Xəlilovun ürək əməliyyatları aparmağa səlahiyyətlərinin çatmadığını, Bakı şəhəri 3 saylı Klinik Xəstəxanasında ürək əməliyyatları aparılması üçün müvafiq şəraitin olmadığını, Səbuhi Xəlilovun tərtib etdiyi tibbi sənədlər əsasında iş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizası ekspertləri tərəfindən həqiqətə uyğun olmayan, yanlış tibbi rəylər verildyini, nəticədə Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilmədiyini və s. məhkəmənin nəzər diqqətinə çatdırmış, hadisədən sonra zərər çəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs valideynlərinin müşaiyəti altında ayrı-ayrı 3 dövlət və özəl tibb müəssisələrində kardioloji müayinələrdən keçirildiyini, həmin müayinələr nəticəsində Zərərçəkmiş şəxs üzərində açıq ürək əməliyyatı aparılmasının inkar olunduğunu bildirmiş və nəticədə Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı yekun məhkəmə aktı qəbul edilməsini məhkəmələrdən xahiş etmişlər. Lakin birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qarşı istintaq orqanı tərfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması, yəni onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibolunmaz sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə müdafiə tərəfinin qaldırdığı vəsatətləri və təqdim etdiyi dəlil və sübutları ittiham tərəfinin sübutları qarşısında yetərsiz, ittiham tərəfinin sübutlarını təkzib edə biləcək gücə malik olmayan, qeyri-mötəbər, həqiqiliyinə, yaranma mənbəyinə əldə edilməsi hallarına şübhəli sübutlar kimi qiymətləndirir və müdafiə tərəfinin təqdim etdiyi həmin dəlil və sübutları təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması məqsədilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması anınadək olan müddətdə müvəqqəti istifadə üçün aldığı mobil telefonu qaytarmaq məqsədilə sonradan hadisə yeri hesab olunacaq yerə gəlmiş Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid8 və sonuncunun müdafiəsinə qalxmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təhqirə, ünvanına edilmiş nalayiq ifadələrə və sonuncu tərəfindən itələnməklə zorakı təsirə məruz qalması nəzərə alınmamış və onun faktiki əməli qeyri-obyektiv olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə, yəni sağlamlığına qəsdən ağır zərər vurma cinayətinin xüliqanlıq niyyəti ilə törədilməsi kimi ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanununlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə açıq-aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır və ya ağır zərər vurma, habelə həmin niyyətlə qəsdən adam öldürmə əməlləri çox vaxt Buradan aydın olur ki, belə olan hallarda digər motivlər ya olmalıdır, yaxud da cinayətin törədilmə motivi xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Buna görə də, əməlin xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirləndirilən şəxsin davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə olunur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərər çəkmişi öldürmək məqsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Birinci instansiya məhkəməsi əməlin tövsifi ilə bağlı belə yekun nəticəyə gəlmişdir ki, baş vermiş cinayət hadisəsi səbəbsiz və ya cüzi səbəb üzündən baş verməmişdir. Təqsirləndirilən şəxs hadisədən əvvəl təhqirə, ünvanına edilmiş nalayiq ifadələrə və sonuncu zorakı təsirə məruz qalmışdır. Mübahisə və dalaşma əvvəl Şahid8, sonra isə zərər çəkmiş şəxsin təşəbbüsü baş vermiş, təqsirləndirilən şəxs zərər çəkmişşəxsə qəsdən ağır bədən xəsarəti yetirməsi üçün qəsdən münaqişə yaratmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla bərabər qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi ilk öncə Təqsirləndirilən şəxs ilə Şahid8 arasında sözlü mübahisə başlamış, həmin sözlü mübahisəyə yersiz və xüsusi zərurət olmadan, narkomaniya xəstəlyindən əziyyət çəkən Zərərçəkmiş şəxs müdaxilə etməsi və sonuncunun Təqsirləndirilən şəxs qarşı haqsız irad bildirərək daha sonra təhqir etməsi tərəflər arasında mübahisənin daha da gərginləşərək münaqişəyə çevrilməsi ilə nəticələnmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs ilə Şahid8 arasında sözlü mübahisəyə Zərərçəkmiş şəxs müdaxilə etməyəcəyi halda sonuncu ilə Zərərçəkmiş şəxs münaqişə da baş verməyəcəkdir. Göründüyü kimi, istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli olması nəticəsinə gəlsə də, məhkəmə kollegiyası hesab edir ki, onun hadisə zamanı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin əlamətlərinin olması faktı mötəbər sübutlarla təsdiq olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində xuliqanlıq niyyətinin olubolmamasının müəyyən edilməsi üçün aşağıdakı zəruri əlamətlərin mövcudluğunun araşdırılması zəruridir: - şəxsin özünün şəxsiyyətinin başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub-qoymaması; -şəxsin cəmiyyətə, ictimai qaydalara, əxlaq normalarına aşkar laqeydlik, etinasızlıq, hörmətsizlik göstərib göstərməməsi; -şəxsin ətrafdakılara münasibətdə şəxsi eqoizmini, qəddarlığını, azğınlığını nümayiş etdirib-etdirməməsi. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmçinin "Erkapis Xorvatiyaya qarşı" iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013cü il tarixli qərarında göstərilir k, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə deyil, həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs bəraət verilməsi üçün hallar müəyyən edilmədiyindən, ona bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan yayındırmaq cəhdləri daşıyır. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normaları düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Bununla belə, məhkəmə kollegiyası iş üzrə verilmiş məhkəmə-tibbi ekspertizası rəylərini mötəbərliyi üzrə qiymətləndirərək hesab edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs “döş qəfəsinin sol yarısının ön divarının plevra boşluğuna nüfuz edərək ürəyin sol mədəciyinin kəsilmiş-deşilmiş 01 ədəd yara”nın olması həmin rəylərlə təsdiq olunmadığından, qeyd edilən xəsarət Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan və hökmdən xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyası təyin edilmiş cəzanın ədalətliliyini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ona ağır cəza təyin edilmiş və cəzasının yüngülləşdirilməsi üçün hazırda apellyasiya baxışı zamanı əsaslar müəyyən olunmuşdur. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışmışdır, onu bağışlamışdır, ona qraşı hər hansı şikayəti və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs bu barədə müvafiq ərizəsini istər ibtidai araşdırma və istərsə də məhkəmə baxışı mərhələsində təqdim etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsin əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hal hesab olunur. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almış, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin təhlükəli resdivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 2 ədəd bıçaq zərbəsi yetirməsi nəticəsinə gəlinmiş, lakin ittihamın təsvirində həmin bıçaq zərbələrindən birinin zərərçəkmiş şəxsin hansı orqanını zədələdiyi düzgün və dəqiq müəyyən olunmamışdır. Hazırda apellyasiya baxışı zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs “həyat üçün təhlükəli olan sağlamlığın uzun müddətli itirilməsinə səbəb olan döş qəfəsinin sol yarısının ön divarının plevra boşluğuna nüfuz edərək ürəyin sol mədəciyinin kəsilmiş-deşilmiş 01 ədəd yara”nın olması öz təsdiqini tapmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsinin tələbinə əsasən cəzanı yüngülləşdirən halın mövcüdluğu cinayət təqibi üzrə sübut edilməli hallara aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyini, əsaslığını və ədalətliliyini müzakirə edərək ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində cəzasının bir qədər yüngülləşdirilməsinə mane olan hər hansı bir halın olmadığını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş cəza həmin maddənin sanksiyası həddində bir qədər yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X55 ekspertləri Ceyhun Allahverdiyev və Elnur Nuriyevin barələrində xüsusi qərar çıxarılması barədə Təqsirləndirilən şəxs vəsatəti ilə bağlı qeyd edilməlidir ki, bunun üçün apellyasiya baxışı zamanı əsaslar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.5 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l ı r: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-129/2022 saylı, 05 avqust 2022-ci il tarixli hökmü dəyişdirilsin. Həmin hökmdən və elan olunmuş ittihamdan “döş qəfəsinin sol yarısının ön divarının plevra boşluğuna nüfuz edərək ürəyin sol mədəciyinin kəsilmiş-deşilmiş 01 ədəd yara” bəndi xaric edilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) il 04 (dörd) aya endirilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən İbrahim İbrahimli
Hakimlər: Həsən Əhmədov
Ziya Şirinov