Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-754/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, X1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 1(004)-38/2024 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 1(004)-38/2024 nömrəli hökmü ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olmayan, barmen işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, yeni tikilmiş fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 27 sentyabr 2022-ci il tarixdən 29 sentyabr 2022-ci tarixədək, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 05 fevral 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində "həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manatın Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə eyni zamanda maddi sübutlar məsələsi həll edilmişdir. İşin halları: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, alkoqol sərxoşluğu vəziyyətində 15 sentyabr 2022-ci il tarixdə saat 22:30-da nasaz elektroskuteri təmir etmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində Akademik Milli Dram Teatrının qarşısına gəldikdə həmin yerdə qeyri rəsmi avtomobillərin parklanmasına nəzarət edən Zərərçəkmiş şəxs onlara nasaz elektroskuteri göstərib “bu kabriolet sənindir?” deməsini bəhanə edib insanların sıx gedib gəldiyi həmin yerdə heç bir əsaslı səbəb olmadan sonuncu ilə mübahisə yaradıb ünvanına nalayiq ifadələr işlədərək cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq həmin vaxt orada olan şəxsiyyəti istintaqa məlum olmayan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs əlində olan avtomobillərə işarə vermək üçün istifadə etdiyi istintaqa məlum olmayan plastik materialdan olan aləti alıb sonuncunun baş və çiyin nahiyyələrinə bir neçə dəfə vuraraq ona «başın təpə nahiyyəsinin hematoması sol qaş nahiyənin səthi əzilmiş yarası, döş qəfəsinin sol yarısının qançırı» kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qimsində əşyadan istifadə etməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 1(004)-38/2024 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm təqsirləndirilən şəxsin verdiyi ifadə ilə, həm də şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadə ilə öz təsdiqini tapmışdır ki, tərəflər arasında mübahisə təqsirləndirilən şəxsin təşəbbüsü ilə deyil məhz zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi təhqir etməsi nəticəsində aralarında yaranan mübahisəyə görə olmuşdur. cinayət işinin materiallarında olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, hazırda sonuncuya qarşı hər hansı şikayət, tələb və mülki iddiası yoxdur. Belə olan təqdirdə hətta məhkəmə təqsirləndirilən şəxsi təqsirli saysa da belə barışığı nəzərə alıb ona qarşı daha humanist yanaşıb Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edə bilərdi ki, bunu da etməmişdir. Təyin olunmuş cəza cinayət qanunvericiliyinin humanizm prinsipinə və Azərbaycan Respublikasının başçısı cənab İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi barədə 10 fevral 2017-ci il tarixli fərmanına da uyğun gəlmir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxs apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 1(004)-38/2024 nömrəli hökmünün ləğv edilməsini və bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı2 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 1(004)-38/2024 nömrəli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin, müdafiəçinin apellyasiya baxışı zamanı şikayətin dəlilləri barədə çıxışlarından görünür ki, cinayət əməlinin sübut olunmaması əsası ilə şəxsə bəraət verilməsi xahiş edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə tövsif etmiş, həmçinin əməlin törədilməsinin tam sübuta yetirilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən aşağıdakı sübutları ətdqiq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş F.YAbbasov ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, dostu Şahid2 və Eminin iş yoldaşı Vladimirlə bir yerdə qış parkında oturub söhbət etmiş və hərəyə 2-3 ədəd 8 faizlik spirt olan dəmir bankada "GO” kokteyli içmişlər. Həmin vaxtı o, Akademik Milli Dram teatrının qarşısında bloklanmış skuteri saxlamışdır. Onlar ayağa qalxıb həmin yerə gələndə orada yolun kənarında əynində narıncı gödəkçə geyinmiş tanımadığı, adını sonradan İntiqam kimi bildiyi şəxs onlara yaxınlaşaraq kobud danışmış və o, da sonuncunu söydüyünə görə aralarında mübahisə yaranmışdır. Onun yanında olan Vladimir İntiqamı sakitləşdirməyə çalışırmış, daha sonra İntiqam onun yaxasından tutub dartanda o, əsəbləşmiş və İntiqamın əlində təxmini 35- 40 sm uzunluğunda olan plastik materialdan olan əşyanı alıb İntiqamın baş nahiyyəsinə bir neçə dəfə vurmuşdur ki, onları söyməsin. Həmin vaxtı kənarda olan şəxslər də onları aralamış və sonra İntiqam qəflətən çantasından çıxartıdığı bıçaqla Eminin qarnına vurub qaçıb getmişdir. O, da əlindəki həmin plastik materialdan olan aləti yolun kənarına atıb İntiqamın arxası ilə qaçmış, lakin tanımadığı şəxslər onu tutub saxlamışlar, İntiqam isə binaların arasından qaçıb getmişdir. Orada olan kimsə TTYX-na zəng etmiş, 5-6 dəqiqə sonra həkim briqadası gəlib Emini xəstəxanaya aparmışlar. O, və Vladimir isə izahat vermək üçün yaxınlıqdaki 27-ci PB-nə getmişlər. Sonradan eşitmişdir ki, Şahid2 Kliniki Tibbi mərkəzə aparıblar. Eminin İntiqama «çumo» sözü demişdir. Hadisə vaxtı Vladimir İntiqamı vurmamış sadəcə onları bir birindən ayırmış lakin Emin İntiqamı əlləri ilə itələmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal rayonu, Mirzağa Əliyev küçəsində Akademik Milli Dram Teatrı və sağ tərəfdən «Şaurma №1» kafesinin qarşısında yolun kənarında avtomobillərin park olunmasında köməklik edərək çörək pulu qazanırdı. 15 sentyabr 2022-ci il tarixdə saat 22:30 radələrində həmişə olduğu kimi qeyd olunan yerdə dayandığı zaman üç nəfər şəxs yölun kənarına yaxınlaşmışlar, onlardan iki nəfəri samakatla gəlmişlər üçüncü şəxs isə piyada ona yaxınlaşmışlar. Həmin vaxtı bir samakat isə, o, dayandığı yerdə olmuşdur. Üç nəfər ona yaxınlaşan kimi zarafat olaraq həmin üç nəfərə üzünü tutaraq samakatı göstərərək «bu kabrialet sizindi?» sualını verəndə, sonuncular da gülüşmüşlər və ona «bəli bizimdi» deyə cavab vermişlər, sonra o, sonunculara samakatı həmin yerdən götürmələrini və orada avtomobil saxlayacağını deyəndə, əvvəllər tanımadığı başında kepkası olan uzun saçlı, hadisədən sonra adını Fikrət kimi bildiyi oğlan təhqir edəndə, o, da sonuncuya rus dilində cavab qaytarmış, daha sonra həmin şəxs ona yaxınlaşaraq bıçaqla vurduğu oğlanla, sonradan adını Emin kimi bildiyi, bir yerdə əlləri ilə biri boynundan digəri isə əllərindən tutmuş, həmin üç nəfərin arasında olan uzun boylu göy idman köynək geyinən oğlan isə sonuncuları sakitləşdirməyə çalışmış. Fikrət onun əlindən təxmini 35-40 sm olan plasmas əşyanı alıb bir neçə dəfə onun başına və sağ və sol çiyin nahiyələrinə zərbələr vurmuşdur. O, həmin alətlə avtomobillərin hansı istiqamətə dönməsini göstərmək üçün əlində saxlayırmış. Bu zaman kənarda olan tanımadığı bir neçə nəfər şəxs həmin iki nəfəri sakitləşdirmək istəsələr də sonuncular daha da aqressiv formada onu nəlayiq ifadələrlə təhqir etmişlər, təbii ki, o, da sonuncuları söymüşdür. Mübahisə zamanı bıçaqla vurduğu keçəl oğlan rus dilində onun anasına söyəndə o, sonuncuya «anam rəhmətə gedib ona söymə» demiş, lakin həmin şəxs anasının qəbrinə söyəndə və ona “çmo” deyəndə o, artıq dözə bilməmiş və çiynindən asılmış vəziyyətdə olan çantasında kalbasa çörək və digər ərzaqları doğramaq üçün saxladığı təxmini 12-13 sm ölçüdə dəstəyi plastikdən olan qara rəngli bıçağı onu söyən keçəl adını sonradan Emin kimi bildiyi tanımadığı şəxsin qarın nahiyəsinə bir dəfə vurmuş, sonra isə oradan çıxıb getmişdir. Kənarda tanımadığı insanlar bu hadisənin şahidi olmuşlar Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, hazırda ona qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, DVD diskdə olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Cinayət işinin 97-98-ci vərəqələrində olan məhkəmə-tibb ekspertizasının 30 sentyabr 2022ci il tarixli 973 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - başın təpə nahiyəsinin hematoması, sol qaş nahiyəsinin səthi əzilmiş yarası, döş qəfəsinin sol yarısının qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan şəraitdə və müddətdə, xx.xx.2022-ci il tarixdə qeyd olunan hadisə nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin 143-152-ci vərəqələrində olan maddi sübutların məhkəmə-tibbi, məhkəmətibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizalarının 500-2022/MTKŞ, T614/2022 nömrəli xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, vətəndaş Şahid2 qarının divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, nazik bağırsağın (4 ədəd), müsariqənin və parietal peritonun zədələnməsi olmuşdur. Qeyd edilən xəsarətbr iti uclu və iti kənarlı alətin təsirindən törənmiş, qərarda göstəribn vaxtda vəşəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla vurulan bir zərbə nəticəsində yarana bilərdi, dərəcəsinə, görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. 1. Xəsarətlər birincili cərrahi işlənməyə məruz qaldığmdan, onlarm ekspertizaya təqdim edilmiş bıçaqla yetirilib-yetirilməməsi haqqmda fikir söymək mümkün deyil. Lakin Birliyə təqdim edilmiş bıçağm ölçüsünə, quruluşuna, eləcə də geyim əşyaların üzərindəki zədələrin forması, quruluşu, istiqaməti, xarakteri, ölçüsü və s. əlamətlərinə görə, bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin (o cümlədən, təqdim edilmiş bıçaq və ya ona bənzər hər hansı bir alətin) təsirindən yaranması inkar edilmir. 2. Ekspertizaya təqdim olunmuş və Şahid2 məxsus köynəyin və maykanın ön səthinin aşağı hissəsində 01 (bir) ədəd deşilmişkəsilmiş zədə vardır. Bu zədə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. 3. Ekspertizaya təqdim edilmiş və Şahid2 məxsus köynək və maykanın üzərində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağm tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətli alətin (abtbrin) təsirindən əməb gəlməsi inkar olunmur. 4. Ekspertizaya təqdim edilmiş və Şahid2 məxsus köynək və maykanın üzərində olan deşilmişkəsilmiş zədə onun bədəni üzərində olan qarının ön divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası ilə yerbşməsinə görə, nisbi olaraq uyğun gəlir. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatı, deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim edilmiş bıçağın üzərində sonradan düzəliş edilməmişdir. Cinayət işinin 274-281-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 01 (bir) ədəd DVD disk sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, hazırda sonuncuya qarşı hər hansı şikayət, tələb və mülki iddiası yoxdur. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə "TŞ2-007 3-2022-09-15_22h25min00s000ms” və "TŞ2-119 2- 2022-09- 15_22h25min00s000ms” adlı fayllar vardır. Həmin fayllar MP4 formatlıdır. "TŞ2-007 3- 2022-09-15_22h25min00s000ms” adlı fayl açıldıqda faylın 10:02 dəqiqə davamlı videogörüntüdən ibarət olması və həmin videogörüntünün yollar kəsişməsində yerləşən TŞ kamerası ilə qeydə alınması müşahidə olunur. Görüntüdə kəsişmə tinində avtomaşınların saxlanılması və avtomobillərin arasında bir ədəd elektroskuterin dayanması, orada Zərərçəkmiş şəxs əlində ağ-qara rəngli əşya və əynində narıncı rəngli jilet olması və avtomobillərin park edilməsinə köməklik göstərməsi müşahidə olunur. Görüntünün 01:08 dəqiqəsində ilk olaraq hadisə yerinə Şahid1 idarə etdiyi digər elektroskuterlə əvvəlcədən avtomaşınlar arasında saxlanılmış elektro skuterə yaxınlaşması, daha sonra Təqsirləndirilən şəxs piyada olaraq həmin yerə yaxınlaşması və sonda Şahid2 idarə etdiyi elektro skuterlə yaxınlaşması müşahidə olunur. Hər üç şəxsin Zərərçəkmiş şəxsla dialoqa qoşulması müşahidə olunur və ani olaraq Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs aralarında mübahisə yaranması, Şahid2 əlləri ilə İntiqamı sakitləşdirmək üçün itələməsi görünür və Şahid1 isə sonuncuları sakitləşdirməyə çalışması, ətrafda olan şəxslərin həmin yerə toplaşması, Şahid2 Zərərçəkmiş şəxs kənara çəkməsi, bu anda Təqsirləndirilən şəxs Şahid2 qarşısına keçərək Zərərçəkmiş şəxs itələyərək kənara aparması, ətrafda olan şəxslərin Şahid2 ilə dialoqa girmələri və daha sonra həmin şəxslərin də sonuncuların ardınca həmin istiqamətdə getmələri müşahidə olunur. Görüntünün 03:01 dəqiqəsindən sonra hadisə ilə bağlı heç bir görüntü müşahidə edilmir. TŞ2-119 2-2022- 09- 15_22h25min00s000ms” adlı fayl açıldıqda faylın 10 dəqiqə davamlı videogörüntüdən ibarət olması və həmin videogörüntünün yollar kəsişməsində yerləşən TŞ kamerası ilə qeydə alınması müşahidə olunur. Görüntüdə kəsişmə tinində avtomaşınların saxlanılması və avtomobillərin arasında bir ədəd elektroskuterin dayanması, orada Zərərçəkmiş şəxs əlində ağ-qara rəngli əşya və əynində narıncı rəngli jilet olması və avtomobillərin park edilməsinə köməklik göstərməsi müşahidə olunur. Görüntünün 00:49 dəqiqəsində ilk olaraq hadisə yerinə Şahid1 idarə etdiyi digər elektroskuterlə əvvəlcədən avtomaşınlar arasında saxlanılmış elektro skuterə yaxınlaşması, daha sonra Təqsirləndirilən şəxs piyada olaraq həmin yerə yaxınlaşması və sonda Şahid2 idarə etdiyi elektro skuterlə yaxınlaşması müşahidə olunur. Hər üç şəxsin Zərərçəkmiş şəxsla dialoqa qoşulması müşahidə olunur və ani olaraq Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs aralarında mübahisə yaranması, Şahid2 ilə Şahid1 sonuncuları sakitləşdirməyə çalışması, ətrafda olan şəxslərin həmin yerə toplaşması, Şahid2 Zərərçəkmiş şəxs sinə və sifət nahiyyələrindən əlləri ilə itələmələri aydın görünür və bu anda Təqsirləndirilən şəxs Şahid2 qarşısına keçərək Zərərçəkmiş şəxs itələyərək kənara aparması, ətrafda olan şəxslərin Şahid2 ilə dialoqa girmələri və daha sonra həmin şəxslərin də sonuncuların ardınca həmin istiqamətdə getmələri müşahidə olunur. Bu zaman Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında əlbəyaxa dava olması və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlində olan ağ-qaralı rəngli əşyanı alaraq Zərərçəkmiş şəxs baş və bədən nahiyyələrinə bir neçə zərbələr vurması, həmin zaman digər şəxslərin onları sakitləşdirməyə çalışması və ani olaraq Zərərçəkmiş şəxs üzərindən, daha dəqiq qeyd edilsə arxa hissəsi müşahidə kamerasına olduğundan dəqiq görünməyən yerdən çıxardığı əşya ilə qarşıda olan və digər şəxslərlə danışan Şahid2 vuraraq geriyə çəkilməsi, həmin zaman Şahid2 dayanmış avtomobillər arasında yerə oturması, Zərərçəkmiş şəxs hadisə yerindən uzaqlaşması, Təqsirləndirilən şəxs isə sonuncunu təqib etməsi müşahidə olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına ağır zərər vurmada ifadə olunur. X5 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün dax Təqsirləndirilən şəxs ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurması kifayət qədər sübuta yetirilir, o təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirinin tam sübuta yetirildiyi barədə birinci instansiya məhkəməsinin qənaətini əsaslı və qanuni hesab edir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sübutlar, eyni zamanda onun özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərəçəkmiş şəxsin ona qarşı hər hansı şikayət, tələb və mülki iddialarının olmamasını nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddələrinin sanksiyası daxilində 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmişin şəxsiyyətini səciyyələndirən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları müzakirə edərək, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkumun cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 1(004)-38/2024 nömrəli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Şərh edilənlərə əsasən və Azərbaycan RespFublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, qərara aldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, 1(004)-38/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-754/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-754/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver