Məhkəmə qərarları › İş №1(103)-767/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-767/2022

13.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-767/2022 13.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası X2 Əkbərovun sədrliyi və məruzəsi ilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 Qulamhüseyn oğlunun iştirakları ilə xx xxxxxx 1977-ci ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmayan, Gəncə şəhəri, Kəpəz rayonu, H.Şəh-83, ev 403, mənzil 22-də qeydiyyatda olan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2 Qulamhüseyn oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim İlham Mahmudov hakimlər Faiq Qəniyev və Səbuhi Hüseynov) 24 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 05 fevral 2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Həmçinin həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 1(009)- 83/2019 nömrəli 01 iyul 2019-cu il tarixli hökmü ilə təyin olumuş 6500 (altı min beş yüz) manat cərimə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə tamamilə birləşdirilmiş və Təqsirləndirilən şəxs2 qəti olaraq 08 (səkkiz) il müddətə adlıqdan məhrumetmə və 6500 (altı min beş yüz) manat cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 05 fevral 2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə şəxsiyyətləri istintaqa məlum olmayan Türkiyə Respublikası vətəndaşları “Sezar”, “Sadık Polat” və tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Türkiyə Respublikası vətəndaşı “Sezer” adlı şəxsin qabaqcadan müəyyən etdiyi cinayətkar plana uyğun olaraq Təqsirləndirilən şəxs1 Türkiyə Respublikasında fəaliyyət göstərən “HSBC” bankı tərəfindən qrupun üzvü “Sadık Polat”-a verilmiş 4059- 1970-2246- 2226 nömrəli bank kartını əldə edərək 05 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş, burada cinayətkar niyyətlərini həyata keçirmək üçün qrupun digər üzvü Təqsirləndirilən şəxs2 direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən 08 dekabr 2020-ci il tarixdə Posterminalın quraşdınlmasına nail olduqdan sonra Türkiyə Respublikası vətəndaşı “Sezer” adlı şəxs Təqsirləndirilən şəxs1 “Sadık Polat”-a məxsus “HSBC”-nin kartına təxminən 50 000 manatdan artıq pul mədaxil etmiş, Təqsirləndirilən şəxs1 həmin kartla Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən, “Qızıl Tac” şadlıq sarayının qarşısındakı kirayə yaşadığı mənzildə "xxxx" MMC-nin hesabına post-terminal vasitəsilə 22 dekabr 2020- ci il tarixdə 8,653.75 manat və 24 dekabr 2020-ci il tarixdə 42,032.50 manat pul köçürtmüş, bundan sonra Qabil Məmmədov həmin pulu "xxxx" MMC-nin kart hesabına köçürməklə 2020-ci ilin dekabr ayının sonlarında bir hissəsini özü, qalan məbləği isə cinayətə aidiyyəti olmayan tanışı Şahid vasitəsi ilə nağdlaşdıraraq ələ keçirib öz aralarında bölmüşlər, bundan sonra cinayətkar plana uyğun olaraq qrupun üzvü “Sadık Polat” Türkiyə Respublikasında “HSBC” bankına müraciət edib onun icazəsi olmadan ona məxsus 4059-1970-2246-2226 nömrəli bank kartından ödəniş edildiyini bildirdiyindən həmin bank tərəfindən Zərərçəkmiş şəxs ASC-yə etiraz əməliyyatları sorğuları göndərilməklə 50,686.25 manat məbləğində pul vəsaiti “VİSA” beynəlxalq ödəniş sisteminin qaydalarına uyğun olaraq Zərərçəkmiş şəxs ASC-nin hesabından “Sadık Polatın” xeyirinə tutulmuş, bununlada Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs ASC-yə külli miqdarda 50,686.25 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verib ona kifayət qədər ağır cəza təyin edildiyini, ilk məhkumluğunun olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ona münasibətdə olan hissəsini ödəməyə hazır olduğunu, himayəsində 1 azyaşlı və 1 xəstə övladının olduğunu, ondan başqa ailəsinə gəlir gətirənin olmadığını qeyd edərək hökmün dəyişdirilməsini, ona daha yüngül cəza edilməsini xahiş etmişdir. Həmçinin hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 Qulamhüseyn oğlu apellyasiya şikayəti verib Təqsirləndirilən şəxs1 səmimi etirafını, onun peşmançılığını, zərərin bir qismini ödəmək niyyətinin olmasını, İİ qrup əlil olmasını və xəstə övladının olmasını qeyd edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, məhkum edilmiş şəxsin və müdafiəçisinin apellyasiya şikayətlərinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, məhkum edilmiş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2 Qulamhüseyn oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, hökm məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və həmçinin iş üzrə digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalara münasibətdə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.5-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. Apellyasiya şikayətlərindən göründüyü kimi apellyasiya şikayətində məhkum edilmiş şəxslər tərəfindən törədilmiş cinayət əməlinin hüquqi tövsifi, onun cinayət əməlində təqsirlilik məsələsi mübahisələndirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət işindən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, Zərərçəkmiş şəxs ASC-dən daxil olmuş 30 avqust 2021 -ci il tarixli PB/PBL-OUT-01356- 2021 nömrəli arayış, sənədlərə baxış keçirilməsi haqqında, təqdim etmə və götürmə haqqında protokollarla və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci i tarixli, 7 №-li qərarında göstərilmişdir ki, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yənicinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyatı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalara münasibətdə məhkum edilmiş şəxslərin, şəxsiyyətini, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi səmimi etirafını, ilk məhkumluğunun olmasını, onun peşmançılığını, zərərin bir qismini ödəmək niyyətinin olmasını, İİ qrup əlil olmasını və xəstə övladının olmasını, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmədiyini, səmimi etirafını və onun peşmançılığını, cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxslərə təyin edilmiş cəza ağır olmaqla ədalətsiz cəzadır. Belə ki, işə baxan birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların barəsində olan yüngülləşdirici halları nəzərə almamış və məhkum edilmiş şəxslərə ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası törədilmiş məhkum edilmiş şəxslərin şəxsiyyətini, təyin ediləcək cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda sadalanan yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daha az müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə də islah edilmələri mümkündür. Belə ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini 07 (yeddi) il və digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini 07 (yeddi) il müəyyən etməklə həmin cəzanı cəzanın məqsədlərini təmin etmək üçün yetərli hesab edir. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkum edilmiş məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2 Qulamhüseyn oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməli, hökm cəza hissədə dəyişdirilməli, məhkum edilmiş şəxslərə təyin edilmiş cəza yüngülləşdirilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 07 (yeddi) il müddətə və Təqsirləndirilən şəxs2 təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 07 (yeddi) il müddətə endirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsini rəhbər tutaraq QƏRARA ALİR: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2 Qulamhüseyn oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunsun. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilmələrinə dair 24 fevral 2022ci il tarixli hökmü cəza hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 07 (yeddi) il müddətə endirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 07 (yeddi) il müddətə endirilsin. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 1(009)- 83/2019 nömrəli 01 iyul 2019-cu il tarixli hökmü ilə təyin olumuş 6500 (altı min beş yüz) manat cərimə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə tamamilə birləşdirilsin və Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il müddətə adlıqdan məhrumetmə və 6500 (altı min beş yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən məhkum ediliş şəxs Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 20 saat üçün cəmi 120 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 6 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi3 dövlət büdcə vəsaiti hesabına 120 manat işlədiyi Bakı şəhəri 6 saylı hüquq məsləhətxanasının hesabına köçürülsün. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar