Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-768/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi- “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-373/2024 nömrəli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-373/2024 nömrəli hökmü ilə (hakimlər Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər X1 və X4 ibarət tərkibdə) xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli , himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübutlar – Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,122 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin məhv edilməsi, iş üzrə məhkəmə xərcləri - ekspertiza tədiqiqatının dəyərini təşkil edən 55 (əlli beş) manat pulun Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroinin satışı məqsədi ilə istintaqla şəxsiyyəti müəyyən edilməmiş “Araş” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, “Araş” adlı şəxsin göndərdiyi külli miqdarda narkotik vasitə heroinin satışını həyata keçirəcəyi barədə razılığa gəlib bunun icrası üçün sonuncunun təşkili ilə istintaqa məlum olmayan vaxt və şəraitdə Bakı şəhəri, Xətai rayonu, Bakı Metropolitenin “Xətai” stansiyasının yaxınlığında şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxsdən 100 manat müqabilində 01 ədəd şəffaf sellofan bükülüdə külli miqdarda təmiz çəkisi 3,222 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq alıb əldə edərək üzərində saxlamaqla daşımış, 08 aprel 2023-cü il tarixdə saat 13:00-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən satış üçün hazırladığı həmin 01 ədəd şəffaf sellofan bükülüdə külli miqdarda təmiz çəkisi 3,222 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri və etirazlar: Həmin hökmdən məhkum olunmuş şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-373/2024 nömrəli hökmünü ləğv edib, bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: 3 övlad atasıdır, ailəsinin yeganə qazanc gətirənidir. Ona ittiham elan edilən cinayətdə özünü təqsirli bilmir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. İşdə iştirak edən şəxslərin çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)- 373/2024 nömrəli hökmünün ləğv edilməsini və müdafiə etdiyi şəxsin barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-373/2024 nömrəli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-373/2024 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş materiallarında olan sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, müdafiə tərəfinin apellyasiya şikayətində əsaslandırdığı halları artıq hökmündə tədqiq etməklə, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilmişdir. Qeyd edilməlidir ki, məhkum edilmiş şəxs özünü ittiham olunduğu müvafiq maddələrlə təqsirli bilməsə də, verilmiş ittihamda göstərilən xüsusatlar şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsi belə qənaətə gələrkən aşağıdakı sübutları tədqiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində meyvə dükanında olan zaman sahə müvəkkili onu çağırmış, Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmiş və ona bəzi suallar ünvanlamışlar. Hal şahidləri ilə birgə müdafiəçinin iştirakı olmadan üzərinə baxış keçirilmiş, qanunla qadağan olunan hər hansı predmet aşkarlanmamışdır. Təxminən saat 14:00 radələrində Polis bölməsində otaqdakı seyfdən narkotik vasitə olan bükümü polis əməkdaşları onun cibinə qoymuşlar. Cibində aşkar olunduğu deyilən narkotik maddələrin ona aid olmadığını və saxlanılan zaman üzərində olmadığını bildirmişdir. Polis əməkdaşları onu dövlətə xəyanətlə ittiham etməklə təhdid etmişlər. Üzərinə narkotik maddələrin qoyulma səbəbinin sahə müvəkkili Şahid2 ilə aralarında olan münaqişə olduğunu düşünmüşdür. Sahə müvəkkili Şahid2, ondan evinin qabağındakı meyvə dükanı ilə bağlı pul istəmiş, lakin o, istənilən pulun qeyri-qanuni olduğunu bildiyindən etiraz etmişdir. İstintaq orqanı əməkdaşları tərəfindən ona fiziki təsir, güc tətbiq edilməmiş, lakin təhqirlərə məruz qalmışdır. Üzərinə keçirilən baxış və şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilməmiş, o, İİR-da olmamış və iranlı tanışı da yoxdur. O, Xətai metrostansiyası tərəflərdə 3 ilə yaxındır ki, olmamış, elan olunmuş, ittihamla da razı olmadığı üçün təqdim edilən sənədlərə də imza etməkdən imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN Binəqədi RPİ-in 6-cı PB-nin sahə rəisi vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Xidmət etdiyi ərazidə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. 08 aprel 2023-cü il tarixdə xidmətdə olduğu zaman xx xxxx 1990-cı il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs “Araş” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışı və dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı raportla rəsmiləşdirilərək rəhbərliyə məruzə edilmiş, müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Həmçinin, həmin tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar təsdiq olunmuşdur. Həmin məlumat tərəflərindən keçirmiş əməliyyat tədbirləri nəticəsində yoxlanılarkən təsdiq olunaraq 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsi Qafur Məmmədov küçəsində yaşadığı məhəllədə bir qədər gizli müşahidə edildikdən sonra əlverişli şərait yarandığı zaman saat 13:00 radələrində saxlanılmışdır. Bu zaman onlar özlərini təqdim edib Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışı və dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onlarla birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-nin 6-cı PB-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs təkliflə razılaşıb onlarla birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nə gəlmişlər. Polis bölməsində bu barədə bölmə rəhbərliyinə raportla məruzə edilmiş, bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması bölmənin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Tural Məmmədova həvalə olunmuşdur. Daha sonra müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bölmənin xidməti otaqlarının birində hal şahidləri dəvət olunmaqla Təqsirləndirilən şəxs razılığı ilə vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs axtarış qərarı elan olunmaqla, ona və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs bir ədəd “Samsung” markalı mobil telefonu təqdim etmiş, başqa əşyaları könüllü təqdim etməmişdir. Odur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofandan olan büküm aşkar olunmuşdur. Daha sonra tərəflərindən aşkar olunmuş bükümün içərisinə baxış keçirilmiş və həmin bükümdə görünüşünə və kəskin iyinə görə narkotik vasitə heroine oxşar maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, həmin maddəni haradan və hansı məqsədlə üzərində gəzdirdiyi barədə soruşulduqda, sonuncu həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirdi, lakin, həmin maddəni o, nə məqsədlə və haradan əldə etməsi barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki maddə zərfə qablaşdırılaraq, möhürlənmiş və axtarışın nəticəsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman, ona qarşı hər-hansı bir fiziki zor və ya psixi təsir göstərilməmişdir. Hazırda Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitəni də sonuncu 100 manat müqabilində “Araş” adlı şəxsin göndərdiyi Bakı şəhəri, Xətai rayonu, metronun “Xətai” stansiyasının yaxınlığındakı yerdən satış məqsədi ilə götürüb əldə etmiş, təcrübəli cinayətkar olaraq ifşa edilməsinin çətinləşdirilməsi məqsədi ilə üzərində həmişə yalnız bir büküm belə vasitə gəzdirmişdir. Onun cinayətkar əlaqələrini, “Araş” adlı şəxsi və qeyrilərinin aşkara çıxarılması, narkotik vasitə heroini və ya psixotrop maddə metamfetamini haradan və kimdən əldə etməsi, kimlərə hansı qiymətə satmasının müəyyən olunması istiqamətində əməliyyat tədbirlər davam etdirilmiş, lakin hazırda müsbət nəticə əldə olunmamışdır. Müsbət nəticələr əldə olunan kimi bu barədə dərhal istintaqa məlumat veriləcəkdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN Binəqədi RPİ-in 6-cı PB-in CA üzrə əməlliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, xidmət etdiyi ərazidə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilir və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülür. 08 aprel 2023-cü il tarixdə xidmətdə olduğu zaman xx xxxx 1990-cı il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, Təqsirləndirilən şəxs “Araş” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışı və dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı raportla rəsmiləşdirilərək rəhbərliyə məruzə edilmiş, müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Həmçinin, həmin tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar təsdiq olunmuşdur. Həmin məlumat tərəflərindən keçirmiş əməliyyat tədbirləri nəticəsində yoxlanılarkən təsdiq olunaraq 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsi Qafur Məmmədov küçəsində yaşadığı məhəllədə bir qədər gizli müşahidə edildikdən sonra əlverişli şərait yarandığı zaman saat 13:00 radələrində saxlanılmışdır. Bu zaman onlar özlərini təqdim edib Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışı və dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib onlarla birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-nin 6-cı PB-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs təkliflə razılaşıb onlarla birlikdə Binəqədi RPİ-nin 6-cı PB-nə gəlmişdir. Polis bölməsində bu barədə bölmə rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması bölmənin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Tural Məmmədova həvalə olunmuşdur. Daha sonra müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bölmənin xidməti otaqlarının birində hal şahidləri dəvət olunmaqla Təqsirləndirilən şəxs razılığı ilə vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs axtarış qərarı elan olunmaqla, ona və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs bir ədəd “Samsung” markalı mobil telefonu təqdim etmiş, başqa əşyaları könüllü təqdim etməmişdir. Odur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofandan olan büküm aşkar olunmuşdur. Daha sonra tərəflərindən aşkar olunmuş bükümün içərisinə baxış keçirilmiş və həmin bükümdə görünüşünə və kəskin iyinə görə narkotik vasitə heroine oxşar maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, həmin maddəni haradan və hansı məqsədlə üzərində gəzdirdiyi barədə soruşulduqda, sonuncu həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, lakin, həmin maddəni o, nə məqsədlə və haradan əldə etməsi barədə məlumat vermədir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki maddə zərfdə qablaşdırılaraq, möhürlənmiş və axtarışın nəticəsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyi üçün sənədlərə imza etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, ona qarşı hər-hansı bir fiziki zor və ya psixi təsir göstərilməmişdir. Hazırda Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitəni də sonuncu 100 manat müqabilində “Araş” adlı şəxsin göndərdiyi Bakı şəhəri, Xətai rayonu, metronun “Xətai” stansiyasının yaxınlığındakı yerdən satış məqsədi ilə götürüb əldə etmiş, təcrübəli cinayətkar olaraq ifşa edilməsini çətinləşdirilməsi məqsədi ilə üzərində həmişə yalnız bir büküm belə vasitə gəzdirmişdir. Onun cinayətkar əlaqələrini, “Araş” adlı şəxsi və qeyrilərinin aşkara çıxarılması, narkotik vasitə heroini və ya psixotrop maddə metamfetamini haradan və kimdən əldə etməsi, kimlərə hansı qiymətə satmasının müəyyən olunması istiqamətində əməliyyat tədbirlər davam etdirilir, lakin hazırda müsbət nəticə əldə olunmamış, müsbət nəticələr əldə olunan kimi bu barədə dərhal istintaqa məlumat veriləcəkdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 08 aprel 2023-cü il tarixdə saat təxminən 14:30 radələrində Binəqədi RPİ-nin 6-cı PB-nin qarşısından keçdiyi zaman, həmin bölmənin əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, bölmədə saxlanılmış şəxsin üzərinə keçiriləcək şəxsi axtarışda hal şahidi kimi iştirak etmək üçün onu bölməyə dəvət etmişlər. O, öz vətəndaşlıq borcunu yerinə yetirərək polis əməkdaşlarına razılıq vermiş və bölməyə daxil olmuşdur. Ondan başqa həmin vaxt digər vətəndaş da hal şahidi kimi dəvət edilmişdir. Orada ona əvvəllər tanımadığı şəxsi təqdim edərək, həmin şəxsin X6 olduğunu və həmin şəxsin üzərinə şəxsi axtarış keçiriləcəyi, bu axtarışda onun da hal şahidi kimi iştirak edəcəyini bildirmişlər. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs axtarış qərarı elan olunmuş, onun və digər hal şahidinin, habelə başqa iştirakçıların hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək qanunsuz saxladığı əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs bir ədəd “Samsung” markalı mobil telefonu təqdim etmiş, başqa əşya təqdim etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofandan olan bir ədəd büküm aşkar olunmuşdur. Sonra polis əməkdaşları aşkar olunmuş bükümün içərisinə baxış keçirmiş və demişlər ki, həmin bükümdə görünüşünə və kəskin iyinə görə narkotik vasitə heroinə oxşar maddədir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, həmin maddəni haradan və hansı məqsədlə üzərində gəzdirdiyi barədə soruşulduqda, sonuncu həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, lakin həmin maddəni o, nə məqsədlə və haradan əldə etməsi barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki maddə zərfdə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunaraq Təqsirləndirilən şəxs başqa bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs isə protokolu imza etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 10 ildir evlidir və bu evlilikdən 3 övladları vardır. Təqsirləndirilən şəxs həyətin qarşısında olan meyvə dükanında işləmişdir. 08 aprel 2023-cü il tarixdə saat 11:20-də evə gəlmiş və üzərində olan pulları, açarları və bank kartlarını evə qoymuş, polis bölməsinə çağrıldığını və gedib qayıdacağını demişdir. Təxminən 3-4 saat sonra Faizin əmisi oğluna zəng edib Faizin evə qayıtmadığı barədə məlumat vermiş, 6-cı polis bölməsinə yaxınlaşanda Faizin narkotik vasitənin dövriyyəsində şübhəli şəxs kimi saxlanıldığını bilmişlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/2056 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,222 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2067 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 134-135) İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 978 nömrəli rəyindən görünür ki, cinayət işinin materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür.(iş vərəqə 139-141) İş materiallarında olan canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli, 640 saylı rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır. (iş vərəqə 137-138) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X10 xx.xx.2023-cü il tarixli 6660 saylı məktubundan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olmayıb. ( iş vərəqə 133) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs 01 ədəd Samsung markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmış və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən satış üçün hazırladığı həmin 01 ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. (iş vərəqə 30-32) İş materiallarında olan Binəqədi rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Buna baxmayaraq əməliyyat-axtarış tədbirləri davam etdirilir. (iş vərəqə 131) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 biribinlərilə üzləşdirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs yalnız narkotik vasitə istifadəçisi olduğunu bildirib, Şahid1 dediklərini təqsdiq etmədiyi üçün başqa ifadə verməyəcəyini, tutulması ilə razı olmadığına görə protokolu imza etməkdən imtina etmişdir. (iş vərəqə 66-69) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 biri-binlərilə üzləşdirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs tutulması ilə razı olmadığına görə ifadə verməmiş və protokolu imza etməkdən imtina etmişdir. (iş vərəqə 70-72) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 biribinlərilə üzləşdirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs tutulması ilə razı olmadığına görə ifadə verməmiş və protokolu imza etməkdən imtina etmişdir. (iş vərəqə 73-76) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 biribinlərilə üzləşdirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs yalnız narkotik vasitə istifadəçisi olduğunu bildirib, Şahid2 dediklərini təsdiq etmədiyi üçün başqa ifadə verməyəcəyini, tutulması ilə razı olmadığına görə protokolu imza etməkdən imtina etmişdir. (iş vərəqə 79-82) Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Məhkəmə kollegiyası hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkum edilmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, məhkum edilmiş şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddələri ilə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası apelyasiya icraatında təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair bildirdiklərinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Göründüyü kimi məhkumun apellyasiya şikayətində istinad etdiyi xüsusatlara dair hər hansı sübut ibtidai istintaq, birinci instansiya məhkəməsində məhkəmə istintaqı və apellyasiya baxışı zamanı təqdim edilməməklə yanaşı, əksinə həmin dəlillərin mövcudluğu cinayət işi materiallarında olan şahid ifadələri, ekspert rəyləri və iş üzrə digər sübutlarla təkzib edilmişdir. Bununla da məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla iş materialları ilə öz təsdiqini tapmadığından və qanunvericiliyin müvafiq müddəaları ilə təkzib olunduğundan məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması üçün AR CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirən olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən edərək, cəzasını ağırlaşdıran halları müəyyən etməyərək, həmçinin Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbini, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin yuxarı həddinin yarısı - 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət hüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edərkən haqlı olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkum edilmiş şəxsin və müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-373/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-373/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edimiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 15 saat üçün cəmi 90 manat dövlət büdcəsindən tutularaq, “Verdiktum” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-768/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-768/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver