Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-772/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçi – Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1, 234.4.3, 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli hökmündən Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 1(101)-474/2022 saylı hökmü ilə (sədrlik edən İ.A.Mahmudov, hakimlər F.Ə.Qəniyev və S.İ.Əliyevdən ibarət tərkibdə) xx.xx.1990-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmayan, qida çatdırılması platforması ilə tanınan «wolt» texnologiya şirkətində işləmiş, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1, 234.4.3, 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının CM-nin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanması, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi, iş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan-0,711 qram psixotrop maddə metamfetamin, 204 ədəd preqabalin həbləri, 1,649 qram kokain, 59 ədəd MDMA həbləri, 18,126 qram qurudulmuş marixuananın məhv edilməsi, 01 ədəd “Xiaomi” markalı mobil telefon və 01 ədəd plastik kartın Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılması, 03 ədəd DVD diski iş materiallarında saxlanılması, iş üzrə ekspertiza xərcləri 131 (yüz otuz bir) manat 46 (qırx altı) qəpiyin Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi hökm edilmişdir. İşin halları: Hökmə əsasən, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə edib daşımaqla saxlamış, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma və satmaq məqsədi ilə digər şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan cinayətkar razılaşmaya əsasən qrupun digər üzvü istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 18,266 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda – 1,749 qram çəkidə narkotik vasitə kokaini, 0,761 qram çəkidə psixotrop maddə metamfetamini, təsiredici maddəsi preqabalinin ümumi miqdarı – 4,2 qram olan 28 ədəd ağ rəngli kapsulanı, təsiredici maddəsi preqabalinin ümumi miqdarı külli miqdarda – 54,6 qram olan 182 ədəd ağ-qəhvəyi rəngli kapsulanı və təsir maddəsinin ümumi miqdarı külli miqdarda – 9,15 qram olan 61 ədəd çəhrayı rəngli psixotrop maddə MDMA həblərini əldə edib istintaqa məlum olmayan ünvanda gizlədərək bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq qeyd edilən ünvandan külli miqdarda narkotik vasitə və psixotrop maddələri, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 iyul 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 16:10-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə dəvət edilib orada üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 07 ədəd polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,925 qram, 1,924 qram, 1,988 qram, 3,934 qram, 4,526 qram, 2,062 qram və 1,907 qram olmaqla ümumi təmiz çəkisi 18,266 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd kağız paketin içərisində olan 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,761 qram psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,885 qram və 0,864 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda – 1,749 qram olan narkotik vasitə kokain, təsiredici maddəsi preqabalinin ümumi miqdarı – 4,2 qram olan 28 ədəd ağ rəngli kapsul, təsiredici maddəsi preqabalinin ümumi miqdarı külli miqdarda – 54,6 qram olan 182 ədəd ağ-qəhvəyi rəngli kapsul, təsir maddəsinin ümumi miqdarı külli miqdarda – 9,15 qram olan 61 ədəd çəhrayı rəngli psixotrop maddə MDMA həbləri əlində saxladığı 01 ədəd sellofan bağlamada aşkar edilərək götürülmüşdür. Hökmdən Müdafiəçi2 apelyasiya şikayəti verərək məhkəmə baxışının qismən məhkəmə istintaqı keçirilməklə aparılması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 1(101)-474/2022 saylı hökmünün Azərbaycan Resrpublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələrinə münasibətdə qanunsuz və əsasız olduğuna görə ləğv edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Resrpublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələrinin tərkib əlamətləri olmadığına görə ona həmin maddələr üzrə bəraət verilməsi və Azərbaycan Resrpublikası CM-nin 234.1-ci maddəsi üzrə isə, ona Azərbaycan Resrpublikası CM-nin 8, 9, 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Müdafiəçi2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin, 25 fevral 2022-ci il tarixli, 1(101)-474/2022 saylı hökmündə göstərilən nəticə işin faktiki hallarına uyğun gəlmir və birinci instansiya məhkəməsi cinayət qanununun və bu Məcəllənin normalarını düzgün tətbiq etməmişdir. Həmçinin, onu da bildirir ki, birinci instansiya məhkəməsi, məhkəmə istintaqı zamanı deyilməyən məlumatları qərəzli şəkildə təqsirləndirilən şəxsin və şahidlərin adından məhkəmə hökmündə göstərmişdir. Bununla da, birinci instansiya məhkəməsi qərəzli olduğunu, qanunsuz və əsasız verilmiş ittihamı təsdiq etdiyini bir daha sübut etmişdir. Birinci instansiya məhkəməsində, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs baş vermiş hadisə barədə dəqiq ifadə verdiyi halda, birinci instansiya məhkəməsi, qərəzli şəkildə verilmiş ittihamı bərkitmək və ittiham hökmü çıxarmaq üçün Təqsirləndirilən şəxs adından məhkəmənim məlum hökmündə yalan ifadələr yerləşdirmişdir. Bundan başqa, ibtidai istintaq zamanı ziddiyyətli, müxtəlif ifadələr verən polis əməkdaşları, məhkəmə istintaqı zamanı hadisə barədə qısaca bildirdikdən sonra, onların geniş şəkildə dindirilmələrinə, həmin ziddiyyətlərin aydınlaşdırılmasına məhkəmə tərəfindən qərəzli şəkildə imkan verilməmişdir. Lakin, birinci instansiya məhkəməsi, məlum hökmündə həmin şahidlərin adından, ibtidai istintaq zamanı ilkin verdikləri ifadələri olduğu kimi göstərmiş, ziddiyyətli məqamlara toxunmamış və heç bir hüquqi qiymət verməmişdir. Bir daha qeyd etmək istəyir ki, birinci instansiya məhkəməsi öz hökmündə, yuxarıda göstərilən ziddiyyətlər barədə heç bir fikir bildirməmiş, polis əməkdaşlarının ilkin ifadələri ilə sonrakı üzləşdirmə ifadələri arasında olan ziddiyyətləri aydınlaşdırmamış və bu göstərilən faktlara heç bir hüquqi qiymət verməmişdir. Bildirmək istəyir ki, istintaq zamanı "Renat" adlı şəxsin şəxsiyyəti müəyyən edilməmiş, ümumiyyətlə bu barədə heç bir əməliyyat-istintaq hərəkətləri keçirilməmişdir. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs "Renat" adlı şəxsi tanımadığını və onunla cəmi 2 gün işlədiyini, sonradan onun danışıqlarından şübhələndiyi üçün onun telefon zənglərinə cavab vermədiyini, 4-cü gün isə polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxs verilmiş ittiham kifayət qədər ziddiyyətli və sübutetmə baxımından zəif olduğu halda, birinci instansiya məhkəməsi qərəzli olaraq onun barəsində ittiham hökmü çıxarmışdır. Belə ki, Təqsirləndirilən şəxs tutulan zaman onun əlində hər hansı bir paket və bağlamanın olmasını bildirmədikləri halda, polis əməkdaşları müdafiə tərəfinin vəsatəti əsasında onunla üzləşdirilərkən, Təqsirləndirilən şəxs əlində narkotik vasitə və psixotrop maddələrin oduğu paketin tutularkən onun əlində olduğunu bildirmişlər. Lakin, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularkən və BMCMİ-yə aparılarkən həmin vəziyyəti özündə əks etdirən videogörüntüyə baxarkən, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının əllərində hər hansı bir paket və bağlamanın olmaması açıq-aşkar görünür. Birinci instansiya məhkəməsi isə, öz hökmündə bu halların heç birinə hüquqi qiymət verməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs tutularkən, onun yanında olan dosdu Elvin Əliyevin əlavə şahid qismində məhkəməyə dəvət edilib dindirilməsi barədə müdafiə tərəfinin verdiyi vəsatəti birinci instansiya məhkəməsi heç bir əsaslandırma aparmadan rədd etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qərəzli şəkildə nəzərə alınmasa da, cinayət işinin materiallarında olan sübutlarla və həmin sənədlərin təhlil edilməsi ilə bir daha təsdiq edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Resrpublikası DİN BMCMİ-nin əməkdaşları tərəfindən tutularaq həmin idarəyə aparıldıqdan sonra, onun üzərindən hər hansı bir narkotik vasitə və ya digər maddələr aşkar edilməmiş, yalnız ona məxsus motosikletin arxa hissəsində olan və Bahram Abbasova məxsus çantanın içində şəxsi istifadəsi üçün saxladığı 0,764 qram metamfetamin aşkar edilərək götrülmüş, digər maddələr isə, ona hədə-qorxu gəlinərək şər-böhtan nəticəsində onun üzərinə qoyulmuşdur. Göstərdiyi hallarla bir daha təsdiq edilir ki, ittiham tərəfinin təqdim etdiyi qeyri-mötəbər “sübutlar" əsasında Təqsirləndirilən şəxs Azərbaycan Resrpublikası CMnin 234.4.3 və 240.3.2-ci maddələri ilə qərəzli olaraq cəza təyin edilmiş, müdafiə tərəfinin təqdim etdiyi sübutlar isə məhkəmə tərəfindən nəzərə alınmamış və heç bir hüquqi qiymət verilməmişdir. Apelyasiya icraatında müdafiəçi və təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Resrpublikası CM-nin 234.4.3 və 240.3.2-ci maddələrinin tərkib əlamətləri olmadığına görə ona həmin maddələr üzrə bəraət verilməsi və Azərbaycan Resrpublikası CM-nin 234.1-ci maddəsi üzrə isə ona Azərbaycan Resrpublikası CM-nin 8, 9, 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya icraatında dövlət ittihamçısı hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmadığını bildirmiş, apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Proses iştirakçılarının ifadələri: Apelyasiya icraatında təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, tutulanadək "volt" şəbəkələrində kuryer işləmişdir. Əsas işi şirkət tərəfindən verilən sifarişləri qəbul edib onları icra edəndən sonra sifarişçiyə çatdırmaqdan ibarətdir.22 iyul 2021-ci il tarixdə, təxminən saat 16:00 radələrində ünvan 3 ünvanının yaxınlığında yerləşən kafedə dostu X3 ilə çay içərkən, 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərini Azərbaycan Resrpublikası DİN BMCMİ-nin əməkdaşları kimi təqdim etmiş və onu baş idarəyə dəvət etmişdilər.O, polis əməkdaşlarının müşaiyəti ilə onlara məxsus avtomobillə BMCMİ-yə gətirilmişdir. Lakin, istifadəsində olan motosiklet tutulduğu yerdə qalmışdır. Sonradan isə əməliyyatçılar tərəfindən onun motosikleti baş idarəyə gətirilmişdir.Motosikletin konkret olaraq kim tərəfindən gətirilməsini bilməmişdir.Baş idarəyə gətirildikdən sonra, əməliyyatçılar tərəfindən ona deyilmişdir ki, ona məxsus olan motosikletdən narkotik vasitə aşkar edilib, motosiklet onun atasının adına olduğuna görə, atası da baş idarəyə gətiriləcək, atası da cinayət məsuliyyətinə cəlb ediləcək və motosikleti də idarədə qalacaqdır.Ona görə də o, onların dedikləri ilə razılaşmalı olmuşdur.Əməliyyatçılar ona demişlər ki, onlar tərəfindən ona verilən narkotik vasitələri və psixotrop maddələri əynində olan şortikin cibinə qoysun.Sonra isə demişlər ki, sellofan paketə qoy və əlində saxla, şəxsi axtarış zamanı da əlindəki sellofan paketi təqdim et və narkotik vasitələrin onun içində olduğunu de.Daha sonra onu başqa otağa aparmışlar və həmin otaqda video çəkilişlə üzərinə baxış keçirmişlər. Həmin baxış zamanı o, dərmanlardan birinin adını səhv dediyinə görə çəkiliş dayandırılmışdır.O, həmin dərmanın adını öyrəndikdən sonra videoçəkiliş yenidən davam etdirilmişdir.Onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmayıb, yalnız ona məxsus olan motosikletin arxasında yerləşən çantasının içərisində şəxsi istifadəsi üçün saxladığı 0,764 qram metamfetamin olub.Şəxsi axtarış zamanı üzərindən aşkar edilən digər narkotik vasitələr isə baş idarədə əməliyyatçılar və təhqiqatçı tərəfindən məcburən ona verilmişdir.Aşkar olunan metamfetamin isə ona məxsus motosikletin arxa hissəsində olan çantanın içərisində olmuşdur. Apelyasiya icraatında şahid qismində dindirilmiş Şahid1 birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək eyni məzmunlu ifadə verərək bildirmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin dini ekstremizmə qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır.22 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr, psixotrop maddələr və güclü təsir edən maddələr əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat tərəfindən rəsmiləşdirilmişdir.Yaradılmış əməliyyat qrupunun rəhbəri o, üzvləri şöbənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 olmuşdur. ünvan 3 ünvanının yaxınlığında saat 16 radələrində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər və ona qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və güclü təsir edən maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə Daxili İslər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlməsini xahiş etmişlər.Təqsirləndirilən şəxs onlarla birgə Daxili İslər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman yanında olan, "Kuba" markalı motosikleti də idarəyə gətirilmişdir.İdarədə onun üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, bu zaman o, əlində saxladığı 01 ədəd bağlamanı masanın üzərinə qoymuşdur.Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bağlamaya baxış keçirilmiş, baxış zamanı bağlamada 02 ədəd sellofan bükümdə narkotik vasitə olan kokainə bənzər maddələr, 06 ədəd sellofan bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddələr, 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddələr, 20 ədəd konvalyutda 210 ədəd naməlum tərkibli kapsulalar, 05 ədəd sellofan bükümdə 58 ədəd naməlum həblər və 03 ədəd naməlum həblər aşkar olunmuşdur.Daha sonra Təqsirləndirilən şəxs həmin maddələri “Renat” adlı şəxsdən əldə etdiyini, motosiklet idarə etdiyindən həmin maddələri “Renat”-ın dediyi müxtəlif yerlərdən götürərək onun göstərişi ilə müxtəlif yerlərə qoymaqla məşğul olduğunu, təxminən 4 gün əvvəl “Renat” ilə əməkdaşlıq etdiyini, “Renat”-ın isə bunun müqabilində gündəlik ona 35 manat verdiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs motosikletdə hər hansı qanunsuz əşya və ya predmet olub-olmaması soruşulduqda o, motosikletdə qanunsuz əşya və ya predmet olmadığını, həmçinin motosikletə baxış keçirilməsi ilə bağlı hər hansı etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və onun müdafiəçisinin də iştirakı ilə "Kuba" markalı motosikletə baxış keçirilmişdir.Motosikletdən qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bağlamada olan maddələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir.Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Apelyasiya icraatında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Apelyasiya icraatında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs onun işlədiyi restoranın daimi müştərisi olduğundan tanımış, həm də o, “wolt“ şəbəkələrində kuryer işlədiyindən, sifarişlər olanda onları çatdırmışdır. Bəhramla onun nə dostluğu, nə də düşmənçiliyi yoxdur. Hadisə olan günü Bəhram divanda oturduğu vaxt iki nəfər ona irəlidən, bir nəfər də arxadan yaxınlaşmışdır. Bəhramı aparanda nə onun, nə də ki, polis əməkdaşlarının əlində heç bir əşya olmamışdır. O, ofisiant olduğundan adətən adamların əlinə diqqətlə fikir verir. Həmin gün Bəhramın bir əlində telefon, bir əlində isə istəkan olmuşdur. Çayı o, Bəhrama gətirmişdir. Polis əməkdaşları gələndə Bəhramdan başqa orada heç kim olmamışdır. Onlar Bəhramın qoluna qandal vurmamışlar, iki nəfər qoluna girmiş, bir nəfər də onun arxasınca getmişdir. Həmin vaxt polis işçilərinin də əlləri boş olmuşdur. Bəhramın əynində şortik və “wolt“ şəbəkələrinin köynəyi olmuşdur. Bəhramın ora hansı nəqliyyatla gəldiyini bilmir, amma adətən motosikletlə gəlmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, qismən məhkəmə istintaqı aparmaqla, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 392.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Qeyd edilən Məcəllənin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.4.3 və 240.3.2-ci maddələrinin tərkib əlamətləri olmadığına görə ona həmin maddələr üzrə bəraət verilməsi barədə müdafiəçinin apelyasiya şikayətininin dəlillərini əsassız hesab edərək bildirir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan mötəbər sübutları tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək düzgün olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1, 234.4.3, 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olmasının sübuta yetirilməsi və onun törətmiş olduğu cinayət əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 240.3.2-ci maddələri ilə tövsif edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsində iş üzrə sübutlar qanunauyğun qaydada araşdırılmış, düzgün hüquqi nəticəyə gəlinmişdir. Eyni zamanda qeyd edilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının qanununun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən müəyyən edildiyi kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd sellofan bağlamadan 07 ədəd polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,925 qram, 1,924 qram, 1,988 qram, 3,934 qram, 4,526 qram, 2,062 qram və 1,907 qram olmaqla ümumi təmiz çəkisi 18,266 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd kağız paketin içərisində olan 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,761 qram psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,885 qram və 0,864 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda – 1,749 qram olan narkotik vasitə kokain, təsiredici maddəsi preqabalinin ümumi miqdarı – 4,2 qram olan 28 ədəd ağ rəngli kapsul, təsiredici maddəsi preqabalinin ümumi miqdarı külli miqdarda – 54,6 qram olan 182 ədəd ağ-qəhvəyi rəngli kapsul, təsir maddəsinin ümumi miqdarı külli miqdarda – 9,15 qram olan 61 ədəd çəhrayı rəngli psixotrop maddə MDMA həbləri 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar (narkotik vasitə kokain və preqabalin) təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, xırda bağlamalara bükülməsi da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitə, güclü təsir edən və psixotrop maddələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci və 2-ci siyahı, narkotik vasitələr və psixotrop maddələr)» əsasən, kokain narkotik vasitəsinin külli miqdarının aşağı həddi 1 qram müəyyən edilmişdir. «Güclü təsir edən maddələrin və onların külli miqdarının sayahısı»na əsasən, preqabalin (S)-3- (aminometil)-5-metilheksan turşusunun külli miqdarının aşağı həddi 5 qram təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. İşdə olan və yuxarıda qeyd olunan sübutlara əsaslanmaqla birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin ona məxsus olmaması, həmin narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin polis əməkdaşları tərəfindən ona verilməsi barədə ifadəsinə bu hissədə tənqidi yanaşaraq və inandırıcı hesab etməmişdir. Məhkəmə kollegiyası toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3, 240.3.2-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsi ilkin araşdırma materialları ilə, özünün və şahidlərin ifadələri ilə, əməliyyat tədbirlərinin keçirilməsinə dair tərtib edilmiş protokollarla, üzləşdirmə protokolları ilə, ekspert rəyləri ilə, maddi sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiqini tapmışdır. Məhkəmə kollegiyası həmçinin apelyasiya icraatında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsinin qeyri müəyyən olduğunu, işin faktiki hallarına uyğun olmadığını, habelə bu ifadənin iş materialları ilə təkzib edildiyini və işin araşdırılmış, hüquqi qiymət verilmiş hallarına uyğunsuzluq təşkil etdiyini nəzərə alıb sübut kimi tanınmasını mümkünsüz sayır. Məhkəmə kollegiyası apelyasiya icraatında müdafiə tərəfinin istinad etdiyi və məhkəməyə təqdim edilən diskə baxış keçirərkən həmin diskdə olan məlumatların digər qurğu vasitəsilə kompyuter monitorundan təkrar çəkilməklə verilən görüntünün dağınıq və aşkar-stabil olmadığını, eyni zamanda sübut kimi qəbul edilməsi xahiş edilən diskin alınma (əldə edilmə) mənbəyinin müəyyən edilmədiyini və bu baxımdan disk məlumatının sübutlar siyahısına əlavə edilməsini, eyni zamanda məhkəmə baxışında həmin sübutun mənbəyinin mötəbərliyinə əsaslı şübhələr yarandığını, lakin prosessual imkan verilməsinə baxmayaraq onun aradan qaldırılmadığını, habelə sözü gedən məlumatları işin digər halları ilə (işdə olan sübutlarla) müqayisəli təhlil apararkən uyğunluq təşkil etmədiyi əsası ilə həmin diskin və burada əks edilən məlumatın sübut növünə aid edilməsi və müvafiq olaraq diskdə yerləşdirilmiş görüntünün (məlumatların) işin həllində qiymətləndirilməsini qanunauyğun hesab etmir. Cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir (CPM-in 32). Məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar(CPM-in 28.1). Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər (CPM-in 125). Aşkardır ki, müdafiə tərəfi diskdə olan görüntülərin həqiqiliyində israrlı olsa da, əldə edilmə mənbəyini göstərə bilmir, ittiham tərəfi isə bu baxımdan sübutu mümkünsüz sayır, müdafiə tərəfinin istinad etdiyi və məhkəməyə təqdim etdiyi diskdə əks edilən məlumatların həqiqiliyinə, yaranma mənbəyinə məhkəmə baxışında əsaslı şübhələr müəyyən edilir, məhkəmə araşdırmasında həmin məlumatların mənbəyinin müəyyən edilməsi qeyri mümkün olur, eyni zamanda müdafiə tərəfi bu istiqamətdə hər hansı bir aktiv hərəkət etməyi arzu etmir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 234.4.1, 234.4.3, 240.3.2-ci maddələri ilə düzgün tövsif edilmiş və ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut etmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası xatırladır ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri Cinayət Məcəlləsinin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. Müdafiəçi2 apelyasiya şikayətində həmçinin Azərbaycan Resrpublikası CM-nin 234.1-ci maddəsi üzrə təqsirləndirilən şəxsə Azərbaycan Resrpublikası CM-nin 8, 9, 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini qismən etiraf edib peşimançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alıb, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etməyərək ona törətdiyi cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun təqsirli bilindiyi maddənin sanksiyası daxilində cəza təyin etmişdir. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını haqlı olaraq mümkün saymamış, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3, 240.3.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab etməklə onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair hissədə dəyişdirilmədən, Müdafiəçi2 apelyasiya şikayəti təmin edilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Faiq Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-772/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-772/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver