Məhkəmə qərarları › İş №1(103)-775/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-775/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-775/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi–X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi- Bakı şəhəri, 09 saylı Vəkil bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhəri, “Union” Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: Samir Əliyev) xx xxxxxx 1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu nömrəsiz fərdi yaşayış evində yaşamış, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində olan 25 yanvar 2023-cü il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs2, onun müdafiəçiləri- Müdafiəçi1 və Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib cəzasının əvvəlinin 19 may 2022-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən, ona narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Məhkəmənin həmin hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzasının əvvəli 19 may 2022-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 93-1.1-ci madddəsinə əsasən, narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Məhkəmənin eyni hökmü ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən, hər biri barəsində cinayət təqibinə xitam verilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışları-Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı “Ağa” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə «Ağa» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 10150 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra sonuncu tanışı Təqsirləndirilən şəxs2la birlikdə bu kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən «Ağa» adlı şəxsin və qeyrilərinin göstərişi ilə pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq, satış məqsədi və tamah niyyəti ilə qanunsuz əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitəni Təqsirləndirilən şəxs1 rol bölgüsünə əsasən, öz üzərində saxlamaqla Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən Bakı-Ələt yolun 40-cı kilometriliyi yaxınlığına daşımış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən 18 may 2022-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 23.50-də həmin ünvanda saxlanılıb üzərlərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı bir ədəd qara rəngli idman çantasından Təqsirləndirilən şəxs2la birlikdə əldə etdikləri beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-2250 qram, 2000 qram, 1800 qram, 1900 qram və 2200 qram, cəmi 10150 qram olan komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmənin eyni hökmü ilə Təqsirləndirilən şəxs2 satış məqsədi və tamah niyyətilə qanunsuz külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışları Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı “Ağa” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə «Ağa» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 10150 qram olan narkotik vasitə heroini istintaqa məlum olmayan ünvanda yerləşdirib bu barədə Təqsirləndirilən şəxs1 məlumat verdikdən sonra, sonuncu tanışı Təqsirləndirilən şəxs2la birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə qeyd olunan yerdən «Ağa» adlı şəxsin və qeyrilərinin göstərişi ilə pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq, satış məqsədi və tamah niyyəti ilə qanunsuz əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitəni Təqsirləndirilən şəxs1 rol bölgüsünə əsasən, öz üzərində saxlamaqla Bakı şəhəri Qaradağ rayonu ərazisindən keçən Bakı-Ələt yolun 40-cı kilometriliyi yaxınlığına daşımış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən 18 may 2022-ci ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 23.50-də həmin ünvanda saxlanılıb üzərlərinə baxış keçirilərkən, Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı bir ədəd qara rəngli idman çantasından Təqsirləndirilən şəxs2la birlikdə əldə etdikləri beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-2250 qram, 2000 qram, 1800 qram, 1900 qram və 2200 qram, cəmi 10150 qram olan komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə hökmündən narazı qalan məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baxış və götürmə aparılarkən, təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiə hüququ pozulmuşdur. Belə ki, CPM-nin 90.7 və 90.7.2-ci maddələrinə görə, şübhəli şəxs tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçı, müstəntiq və prokurordan hüquqları barədə yazılı bildiriş alma hüququna malikdir. Həmin Məcəllənin 147.4 maddəsinə görə barəsində tutma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Beləliklə qanunun mahiyyətinə və cinayət işindəki göstərdiyi protokollara və Qərarlara görə Təqsirləndirilən şəxs2 azadlıq hüququ 18 may 2023-cü illə saat 23:50-dən məhdudlaşdırıldından həmin vaxtdan tutulmuş hesab edilmiş, Qanunun tələbinə görə, 18 may 2023-cü il saat 23:50 radələrdən başlayaraq, onun şübhəli şəxs kimi müdafiəçinin hüquqi yardımından istifadə etmək və hüquqları barədə yazılı bildiriş almaq hüququ yaranmış, lakin bu hüquqdan məhrum edilmiş və cinayət işinin protokollarından görünür ki, hüquqlarına dair tərtib edilmiş qərar və protokollar 19 may 2022-ci ildə gecə saatlarda tərtib edilmiş, dövlət hesabına müdafiəçi ilə təmin edilməsinə dair ərizəsi (c-1,i.v. 26) vəkillərin siyahısının təqdim edilməsi haqqında protokol (c-1,i.v. 28), hüquq və vəzifələrə dair yazılı bildiriş və protokol (c-1, i.v. 38-39), etiraz edilə bilən şəxslər barədə protokol (c-1,i.v. 40) və sair prosessual sənədlər 19 may 2022-ci ildə tərtib edilərək, Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. CPM-nin 90.7.2 maddəsinə görə, şübhəli şəxs tutulduğu halda, tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqüiqatçı, müstəntiq və ya prokurordan hüquqları barədə yazılı bildiriş almaq hüququna malikdir. Axtarış və götürmə protokolundan görünür ki,şübhəli şəxslər 23:50 radələrində saxlanılır və 23:56 radələrində onların şəxsi axtarışı keçirilir, ən azı 02:15 dəqiqədən isə başlayaraq hüquq və vəzifələri etiraz ediləcək şəxslər, vəkillərin siyahısı və vəkillə təmin olunduqdan sonra hüquqlarına dair yazılı bildiriş alırlar. CPM-nin 125.2. maddəsinə görə şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqların pozulması ilə və həmin Məcəllənin 125.2.4-cü maddəsinə görə, cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi nəticəsində hüquq və vəzifələri yanlış başa düşməsindən istifadə etməklə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmənin istinad etdiyi baxış və götürmə protokolu, həmin vaxt şübhəli şəxs statusunda olmuş, sonra isə təqsirləndirilən şəxs statusunda olarkən Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrinə dair tərtib edilmiş sənədlər formal xarakter daşımış, onun müdafiə hüququnu təmin etməyib real vəziyyəti əks etdirməmiş, onun müdafiəçisi kimi təyin edilmiş Cavid Abbasov tərtib edilmiş protokollarda (c- 1, i.v. 40 və 51) imzalarının olmaması müdafiəçinin ümumiyyətlə istintaq hərəkətlərində iştirak etməməsi, protokollara sonradan imza atması anlamına gəlir ki, bu hal da Təqsirləndirilən şəxs2 müdafiə hüquqların pozulduğunu deməyə əsas yaradır. İşin digər halları da Təqsirləndirilən şəxs2 müdafiə hüququnun pozulduğuna dəlalərt edir. Belə ki, cinayət işinin 5ci vərəqindən görünür ki, BMCMİ-nin rəisi X14 Eyvazov və digərlərinə münasibətdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə 18 may 2022-ci il tarixli Qərarını qəbul edir. Həmin Qərara əsasən, 18 may 2022-ci il tarixli "əməliyyat qrupunun yaradılması barədə" ƏMR imzalanır (c-1, i.v.7-8). Əməliyyat qrupa digər zabit heyəti ilə birlikdə İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı X6 da daxil edilir. X11 Eyvazovun saxlanılmasında iştirak etmiş və ilkin ibtidai araşdırmanı aparmışdır. Onun vəzifə borcuna görə tutulmuş şəxsin müdafiəçinin yardımından istifadə hüququnu təmin etmək əvəzinə, bunu etməmiş, məhkəmədə sərbəst ifadə verən digər təqsirləndirilən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, narkotik satıcısı rolunda çıxış etmiş Ağa adlı İran vətəndaşı ilə özü telefon əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus telefonlara baxış keçirilərkən, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 telefonu ilə İranın mobil telefon operatorlarına məxsus +98(914) ******* telefon nömrəsindən 27 telefon danışığının aparıldığı müəyyən edilmişdir. İttiham hökmünə görə, telefon əlaqələri əsasən WhatsApp proqramı üzərindən aparılmış, məhkəmə proqram üzərindən əlaqəni həqiqətən İranla əlaqə kimi qiymətləndirməməlidi, yəni internet bağlantısı olduğu halda bu proqramla və yuxarıda göstərilmiş İran mənşəli telefon nömrəsi ilə Azərbaycan ərazisindən əlaqə yaratma mümkündür. Məhkəmə aşkar edilmiş bütün telefon əlaqələrin (danışıqlar) anten dairəsini müəyyən etdikdən sonra, telefon bağlantılarının sübut kimi istifadə olunma mümkünlüyünə hüquqi qiymət verməli idi ki, bunu da etməmişdir. Təqsirləndirilən şəxs2 gəldikdə isə ona məxsus telefonda belə hal aşkarlanmamış, üstəlik nə cinayət işində, nə də məhkəmə araşdırması zamanı hadisənin Təqsirləndirilən şəxs2 qəsdi ilə əhatə edildiyi sübuta yetirilmir və subyektiv mülahizələrlə əsaslandırılmışdır. Bundan başqa, məhkəmə hökmü ilə razılaşmayan təqsirləndirilən Təqsirləndirilən şəxs2 digər müdafiəçisi Müdafiəçi1 da apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından göründüyü kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hələ istintaqda verdiyi izahatda müəyyən olunur ki, Anarın “iranlı" ilə əlaqəsi olmamış, Anara həmin əraziyə getməyi-"yol yoldaşlığı" etməyi Təqsirləndirilən şəxs1 təklif etmiş, buna görə bir çəkimlik istifadəyə metamfetamin verəcəyini vəd etmiş, cinayət işinə əsasən, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Xiaomi” markalı mobil telefon aparatlarına baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefonun yaddaşının "Kİşiler" bölümündə İranın mobil telefon operatoruna məxsus +98(914)286-39-14 nömrənin “Tt” adı altında qeydiyyata alındığı aşkar edilmişdir. Bundan başqa, telefonun menyusunda olan “WhatsApp” proqramın “Aramalar" bölümdə 18 may 2022-ci ildə “Tt” adı altında qeydiyyata alındığı İranın mobil telefon operatorlarına məxsus +98 (914) ***-**-** telefon nömrəsindən 27 telefon danışığın aparıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Xiaomi” markalı mobil telefonun yaddaşının “Kişiler” bölümündə İranın mobil telefon operatorlarına məxsus +98 (914) ***-**-** nömrəsinin “Tt” adı altında qeydiyyata alındığı aşkar edilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs1 həmin əraziyə gedərkən, yol boyu “whatsapp” proqramı ilə "iranlı" ilə səsli göndərişlərlə əlaqə qurmuş, həm Təqsirləndirilən şəxs2 və həm Təqsirləndirilən şəxs1 ifadələrində bildirmilər ki, Əsgər Anarın telefonun- dan istifadə edib iranlı şəxslə bir neçə dəfə danışıq aparmamışdır. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs1 məxsus ''Samsung"markalı mobil telefonun və Təqsirləndirilən şəxs2 məxsus "Xinomi” markalı mobil telefonun yaddaşının-mobil telefonlardakı məlumatların, o cümlədən whatsapp proqramı ilə aparılan yazışma və səsli göndərişlərin bərpa edilməsinə məhkəmə-texniki ekspertizasının təyin edilməsi barədə verdiyi vəsatət, məhkəmə tərəfindən "hadisə vaxtı təqsirləndirilən şəxslərin hansı telefondan istifadə etdiklərini müəyyən etmək mümkün deyil" "əsası” ilə təmin edilməmiş, halbuki, təqsirləndirilən şəxslərin istifadəsində olan mobil telefonlardakı məlumatlar, o cümlədən whatsapp proqramı ilə aparılan yazışma və səsli göndərişlərin bərpa edilməsinə iş üçün əhəmiyyətli faktların ortaya çıxmasına gətirib çıxaracağı məhkəmə kollegiyasına gün kimi aydın idi. Təqsirləndirilən şəxs1 təhqiqatçının "sən necə gəlmişdin bura, kimin göstərişi ilə?” suala "iranlı whatsappdan səsli mesaj göndərmiş” deyib "Necə göstərmişdi sizə buranı?” sualına isə "telefon vasitəsi-whatsappla” deyib cavablandırmışdır. Müstəntiqin 20 iyun 2022-ci il tarixli 189629 nömrəli mobil telefonlara baxış keçirilməsi barədə protokolu da formal xarakter daşımış, Təqsirləndirilən şəxs1 ifadələrinə əsasən müəyyən edilir ki, Ağa adlı şəxsdən bir neçə dəfə istifadəsi üçün psixotrop maddə "metamfetamin” almış, hadisə günü də həmin günlərdən biri olmuşdur. Əldə edəcəyi maddənin satış məqsədilə küllü miqdarda heroin yox, yalnız şəxsi istifadəsinə əldə etmək istədiyi 05 qram "metamfetamin” olduğunu sübut edəcək dəlio bu mesajlar ola bilərdir. Təqsirləndirilən şəxs2 "Xiaomi” markalı telefonun yaddaşının-mobil telefonlardakı məlumatlar, o cümlədən whatsapp proqramı ilə aparılan yazışma və səsli göndərişlərin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsi onu deməyə əsas verir ki, məhkəmənin obyektiv araşdırma aparmaq niyyəti olmamışdır. Şahid5 təqsirləndirilən şəxslərlə münasibəti aydınlaşdırarkən videogörüntüdə və istintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəl tanımadığı desə də, məhkəmədə dəfələrlə sorğu-sualdan sonra onları tanıdığını bildirmişdir. Bu hal hadisə vaxtı təqsirləndirilən şəxslərə təziqin bariz göstəricidir. Təqsirləndirilən şəxs1la Şahid5 istifadələrində olan mobil telefon nömrələri ilə 18 may 2022-ci il tarixədək aralarında telefon danışığın olması barədə məlumatların əldə edilməsi barədə verdikləri vəsatətlər əsassız olaraq təmin edilməmişdir. Məhkəmə hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs2 özü apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini və ona daha az cəza təyin olunmasını xahiş etmişdir. Bununla yanaşı, məhkəmənin hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi tərəfindən ümumiyyətlə apellyasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397-ci maddəsinin tələblərinə əsasən, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi, cinayət qanunu və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallar apellyasiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayəti və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsinin cinayət qanunu və bu Məcəllənin normalarına əməl etməsi apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası verilmiş apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesinin iştirakçılarının fikirlərini dinləməklə hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin olunmamalı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzasının yüngülləşdirilməklə dəyişdirilməlidir. Digər tərəfdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlinin tövsifi məsələsini müzakirə edərək əməlin tövsifinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, cinayət işinin materialından və məhkəmə iclasların protokollarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 özünü cinayəti törətməkdə təqsirli bilməsə də, onun tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayətin törədilməsi ibtidai istintaqda və məhkəmədə dindirilmiş digər təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadələri ilə; istintaq vaxtı və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə; narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və satılması barədə əməliyyat məlumatının daxil olması və bu əməliyyat məlumatları əsasında əməliyyat tədbirlərinin hazırlanması və keçirilməsinə dair toplanmış ilkin sənədlərlə; maddi sübutların aşkar edilib götürülməsinə dair şəxsi axtarış və götürmə aparılması barədə protokollarla; şəxsi axtarış və götürmə aparılması haqqında protokolla və həmin axtarışın videoçəkilişlə aparılmaqla bir ədəd disk üzərinə köçürülmüş videogörüntülərə baxış keçirilməsi barədə protokolla; keçirilmiş məhkəməkimyəvi və məhkəmə-bioloji ekspertizalarının rəyləri ilə; Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması barədə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə; başqa istintaq hərəkətlərinin protokolları ilə; toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı digər mötəbər sənədlərlə sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda özünü təqsirli bilməməklə verdiyi ifadəsində göstərmişdir ki, hadisə günü Binədə yerləşən kafelərin birində dostları ilə oturub çay içmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 ona zəng edib ondan Primorski adlanan yeri tanıyaraq tanımadığını soruşduqda tanıdığını bildirib çay içməyə davam etmiş, 12-13 dəqiqə sonra Əsgər yenidən zəng edib ondan telefonunu bir neçə saatlıq verməsini istəmiş, tez-tez ondan internet üçün telefonunu istədikdə vermişdir. Əsgərə işlə bağlı zənglər olacağı və həmin zənglərə cavab verməli olduğundan, telefonu verə bilməyəcəyini deyəndə, Əsgər ona onunla gedib qayıdaraq bir nəfəri görməli olduğunu deyəndə razılaşıb yolun qırağında onu gözləsin, gəlib onu götürəcəyini demişdir. Əsgər taksi ilə gəlib onu götürüb arxada əyləşmiş, onun özü isə qabaqda oturmuş, arxada oturarkən işlə bağlı zənglər etmiş və getdikləri yerin boş sahə olduğunu görəndə Əsgərdən kimlə görüşəcəyini və nə üçün getdiyini soruşduqda, Əsgər ona bir nəfərlə görüşüb istifadəsi üçün mal götürəcəyini demiş, sonra Əsgərdən ayrılaraq ayaqyoluna getmiş, birdən qışqırıq qopmuş və çoxsayda mülki geyimli şəxslər toplaşmışdır. Yerə uzanmış, əvvəlcə həmin şəxslərin polis olduğunu başa düşməmiş, polis əməkdaşları ona demişlər ki, çəkiliş vaxtı istifadəçi olduğunu desin, əgər belə desə səhəri gün onu buraxacaqlarını demişlər. Ona görə də çəkiliş zamanı onların dediyi kimi ifadə vermişdir. Polis əməkdaşları ona heç bir sual verməmişlər və xəbəri olub-olmadığını da soruşmamışlar. Sanksiyaya aparılarkən məhkəmədə öz etirazını bildirmişdir ki, polislər onu aldatdığı üçün çəkiliş zamanı onlar dediyi kimi danışmışdır. Lakin, məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 20 may 2022-ci ildə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmiş, həmin ifadəsində bildirmişdir ki, özünü təqsirli bilib ilk araşdırma zamanı izahatında və şübhəli şəxs kimi ifadəsində göstərdiyini təsdiq edib bildirmişdir ki, təxminən 3-4 aya yaxın psixotrop maddə melamfetamindən çəkmək yolu ilə istifadə etmişdir. Təqsirləndirilən şəxs1la iki ildir dostluq münasibəti olmuş, ədavəti və ya düşmənçiliyi olmamış, Əsgər də onun kimi psixotrop maddə metamfetaminin aludəçisi olmuş, söhbətlərin birində Əsgər ona demişdir ki, “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə adını bilmədiyi İran vətəndaşı ilə tanış olmuş və həmin şəxsin Bakıya göndərdiyi psixotrop maddədən almaq olar. Əsgərlə birlikdə “Kubinka” deyilən yerdən iranlının göndərdiyi malı götürərək istifadə etmişlər. 18 may 2022-ci ildə Əsgər ona demişdir ki, iranlı “Whatsapp” ani mesajlaşma ilə ona zəng edib Bakı şəhəri Qaradağ rayonu ərazisində narkotik vasitə qoyduğunu deyib götürməyi və götürəndən sonra onunla əlaqə yaratmağını tapşıraraq deyilən ünvana çatdırdıqda, ona 500 manat göndərəcəyini dediyini bildirdikdə, Əsgər ona demişdir ki, onunla birlikdə getdiyi halda ona istifadəsi üçün bir az narkotik verəcəkdir. Əsgərlə razılaşmış, həmin gün saat 20 radələrində “Azsamand” markalı taksi ilə Əsgərlə birlikdə iranlının izah etdiyi Bakı şəhəri Qaradağ rayonu Lökbatan dairəsi yaxınlığında olan yerə getmiş, lakin iranlı sonra başqa yer demiş, onlar yeri axtaranadək xeyli vaxt keçmişdir. İranlı ilə heç vaxt telefonla danışmamış, bütün danışıqları Əsgər aparmış və narkotikin miqdarından xəbəri olmamışdır. Beləliklə saat 23.45 radələrində iranlının izah etdiyi yerdən Əsgər bir çantada narkotik vasitəni götürüb taksiyə doğru gedəndə, Əsgərlə birlikdə polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları onlara xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra onlar özlərini təqdim etmişlər. Barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair” qərarla tanış edilmişlər. Qərara əsasən də onlara bildirilmişdir ki. daxil olmuş məlumatla bağlı üzərlərinə, daşıdıqları əşyalara baxış keçirilməsi zəruridir. Əsgərlə üzərlərinə, daşıdıqları əşyalara polis işçiləri tərəfindən baxış keçirilməsinə etiraz etmədiklərini, videoçəkilişlə baxış keçirilməsinə razı olduqlarını bildirmişlər. AzSamand markalı **-PZ-*** nömrəli taksi avtomobilin sürücüsü də özünü təqdim edib Şahid5 olduğunu bildirmişdir. Baxış keçirilməzdən əvvəl onlara hüquq və vəzifələri izah edilmiş, baxış vaxtı onlara üzərində və daşıdıqları əşyada olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü təqdim etmək təklif edildikdə, ilk olaraq Əsgər sağ əlində saxladığı çantanın içində narkotik vasitə heroin olduğunu deyib həmin çantanı açıb əlavə sarı rəngli kisəni və kisənin içindəki üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 05 ədəd bağlamanı təqdim etmişdir. Əsgər təqdim etdiyi 05 ədəd bağlamanın içində narkotik vasitə heroin olduğunu bildirmiş, həmin 05 ədəd bağlama iştirakçıların şahidliyi ilə açıldıqda bağlamaların içərisində spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr aşkar edilmiş, sonra Əsgərin üzərinə baxış keçirilərkən, əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonu təqdim etmiş, sonra Əsgərin üzərindən sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Əsgərin təqdim etdiyi 05 ədəd bağlamalarda olan narkotik vasitə heroinə oxşar maddə bir ədəd çantada qablaşdırılıb möhürlənərək imzalanmışdır. Aşkar edilmiş “Samsung” markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülmüş, daha sonra onun üzərinə baxış keçirilmiş, üzərində narkotik vasitələr və psixotrop maddələr olmadığını bildirib əynindəki qara rəngli şalvarın sağ yan cibindən “Xiaomi” markalı mobil telefonu, şalvarının sol yan cibindən 01 ədəd alışqan, 01 ədəd siqaret qutusunu, 02 ədəd açarı, əynindəei şalvarının sağ arxa cibindən 01 ədəd Özünə məxsus şəxsiyyət vəsiqəsini, “Bakı kart” plastik kartı və həmin şalvarının sol arxa cibindən doxsan qəpik pulu təqdim etmişdir. Baxış zamanı üzərindən sübut əhəmiyyətinə malik ola bilən digər əşya və predmetlər aşkar edilməmiş, üstündən aşkar edilmiş 01 ədəd alışqan və 01 ədəd siqaret qutusu, 2 ədəd açar və qəpiklər özünə geri qaytarılmış, aşkar edilmiş “Xiaomi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra Şahid5 üzərinə və idarə etdiyi AzSamand markalı **-PZ-*** nömrə nişanlı avtomobilə baxış keçirilmiş, Amin üzərində və idarə etdiyi avtomobildə qanunla dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitə və psixotrop maddə, o cümlədən qanunsuz digər əşya və predmetlər olmadığını deyib əynindəki şalvarın sağ yan cibindən 01 ədəd təsbehi və 3 manat altmış qəpik pulu çıxardıb təqdim etmişdir. Ardınca Şahid5 razılığı ilə idarə etdiyi “AzSamand” markalı avtomobilə baxış keçirilmişdir. Şahid5 idarə etdiyi avtomobildən və üzərindən sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmiş, aşkar edilmiş 1 ədəd təsbeh və 3 manat altmış qəpik Şahid5 geri qaytarılmışdır. Sorğu zamanı Əsgər üzərindən aşkar edilmiş 05 ədəd bağlamada olan narkotik vasitə heroini anket məlumatlarını dəqiq bilmədiyi İranlının göstərişi ilə onunla birlikdə taksi ilə gəlib götürdüyünü, ona bu işi görməsində köməklik göstərməsi müqabilində şəxsi istifadəsi üçün narkotik vasitə heroin verəcəyini vəd etdiyini, İran vətəndaşının dediyi ünvana çatdırılması məqsədi ilə saxlandıqları ünvanda olduqları və bunun müqabilində İran vətəndaşı tərəfindən ona 500 manat veriləcəyini bildirmiş, taksi sürücüsü Şahid5ın hazırki ünvana hansı məqsədlə gəlməsindən məlumatlı olmadığı və onunla heç bir münasibəti olmadığını bildirmişdir. Bundan sonra Əsgər onun dediklərini təsdiq edib hazırki ünvana gəlməsində məqsədi Əsgərin İran vətəndaşından əldə etdiyi narkotik vasitənin daşınmasına kömək etməyi əvəzində Əsgər tərəfindən həmin narkotik vasitədən şəxsi istifadəsi üçün ona veriləcəyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsində dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs2 öz ifadəsində birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərilən xüsusatları eyni bir daha təsdiq etməklə yanaşı, əlavə olaraq öz ifadəsində təqsirləndirilən Təqsirləndirilən şəxs1 kimi psixotrop maddə metamfetamin aludəçisi olduğundan Əsgərlə birlikdə istifadə etdiyi, 18 may 2022-ci ildə Əsgərin iranlı tanışı ilə “Whatsapp” ani mesajlaşma proqramı ilə zəngləşib Bakı şəhəri Qaradağ rayonu ərazidə narkotik vasitə qoyduğunu deyib götürməyini Əsgərə deyəndə, Əsgərin “Ağa” adlı İranlı ilə danışmaq üçün onun mobil telefonuna ehtiyacı olduğundan ona onunla birlikdə getdiyi halda, həmin narkotik vasitədən ona verəcəyini vəd etdiyindən, Əsgərlə birlikdə getməyə razılıq verdiyini və polis əməkdaşlarının ona qarşı fiziki zor və təzin tədbiq edilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş digər Təqsirləndirilən şəxs1 özünü cinayəti törətməkdə qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə edir və metamfetamini “Ağa” adlı şəxsdən əldə etmiş, onunla “Whatsapp" proqramı ilə danışmış, həmin şəxsi telefonunda “Tt” kimi qeyd etmişdir. “Ağa” adlı şəxsin iranlı olub olmadığını bilmir, ancaq yazışdığı nömrə iran nömrəsi olmuş, ondan daha öncə də bir neçə dəfə öz istifadəsi üçün psixotrop maddə metamfetamin almışdır. Ağadan metamfetamini ya əlbəəl götürmüş və ya ona şəklini atdığı yerdən malı gedib götürdükdən sonra şəklini atdığı bank kartına ödəniş etmiş və Ağa ilə şəhərdə tanış olmuşdur. Bildiyi kimi 20 Yanvar dairəsində yaşayır, narkotiki haradan gətirdiyi barədə məlumatı yoxdur. Axırıncı dəfə tutularkən Binədən Primorski deyilən əraziyə 5 qram metamfetamin dalınca getmiş, 5 qram metamfetamin üçün 100 manat ödəniş edib pulu karta atacaq. Telefonunda internet olmadığından dostu Anarın telefonunda özünə internet açmaq üçün malı götürməyə onunla getmiş, onları aparan taksi tanış idi, həmin taksi sürücüsü ilə eyni məhəllədə qalırdılar, nə üçün getdiyini bilmir, Anar da onun mal almağa getdiyini bilməmişdir. Malın olduğu yerə təxminən 10-15 metr qalmış polis işçiləri onları saxlamış, təxminən 17-18 nəfər olmuş, qaçmamaqları üçün havaya atəş açdılar. Anar ondan bir qədər aralıda olmuş, onu tutub gətirdilər. Adidas sumkanı gətirib qabağına qoydular ki, boynuna götürsün. Polis əməkdaşlarına etiraz edib demişdir ki, mal onun deyil, 5 qram metamfetamin əldə etmək üçün gəlmiş, ona təziq göstərdilər. Təziqlərə dözmədiyindən çəkiliş vaxtı adidas sumkadakı heroinin ona məxsus olduğunu demiş, ona zorla məzmununu oxumadığı sənədlərə imza etdirildi, yolda Anarın telefonu ilə iranlı ilə danışmış, malı götürməyə getdiyini demiş, danışığı Anar eşitmiş, taksi şoferi Aminin eşitdiyini bilmir. Saxlanılarkən narkotikin olduğu yerin şəkilləri və yazışmaları telefonundan silmiş, Anara işlə bağlı zəng gələcəyi üçün telefonu ona verə bilmədi, özü də onunla gəlməli oldu. Anarın yanında cəmi 1 dəfə narkotik istifadə etmiş, Anar narkotik istifadəçisi deyil. Lakin, məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq, Təqsirləndirilən şəxs1 istintaq zamanı 20 may 2022-ci ildə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi dindirilərkən, verdiyi ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmiş, həmin ifadəsində özünü təqsirli bilib ilkin araşdırma zamanı verdiyi izahatında və şübhəli şəxs qismində ifadəsində göstərdikdərini təsdiq etməklə bildirmişdir ki, təxminən 5-6 ildir psixotrop maddə metamfetamini çəkmək yolu ilə istifadə etmiş, həmin maddəni təsadüfi şəxslərdən almış, heç bir yerdə işləməmiş və bu səbəbdən maddi çətinlik çəkmiş, təxminən 5 ay əvvəl İnstaqram sosial şəbəkəsi vasitəsi ilə İran vətəndaşı ilə tanış olmuş, adını ona demədiyindən həmin şəxsi “Ağa” deyib çağırmış, onunla “Whatsapp" ani mesajlaşma proqramı ilə danışmağa başlamış, şəxsin nömrəsini telefonunda “Tt” kimi qeyd etmiş, danışıqlarda iranlının Azərbaycana keçirdiyi psixotrop maddə metamfetaminin alveri ilə məşğul olduğunu bilmiş və ondan bir neçə dəfə istifadəsi üçün metamfetamin almışdır. Belə ki, Ağanın ona şəkilin göndərdiyi xatırlamadığı bank plastik kartının hesabına pul göndərdik- dən sonra onun izah etdiyi “Kubinka” adlanan ərazidə gizlədilmiş psixotrop maddə metamfetamin alıb istifadə etmişdir. Ağadan ən çoxu 10 qram psixotrop maddə almış, son üç ayda maddi çətinlik çəkdiyi üçün iranlı ilə əlaqə yaratmamış, təxminən 17 may 2022-ci ildə iranlı onunla əlaqə yaradıb nəyə görə ondan mal almadığını soruşduqda, imkanı olmadığını bildirmişdir. Bu zaman Ağa ona demişdir ki, narahat olmasın deyəcəyi yerdən gedib götürsün, pulunu sonra verər, razılaşmışdır. Təqsirləndirilən şəxs2la iki ildir dostluq münasibəti olmuş, ədavəti və ya düşmənçiliyi olmamışdır. Anar da onun kimi psixotrop maddə metamfetaminin aludəçisi olmuş və iranlıdan aldığı metamfetamindən Anarla birlikdə istifadə etdiyindən, Anarın həmin şəxsdən məlumatı olmuşdur. “Kubinka” deyilən yerdən iranlının göndərdiyi malı götürəndə bir neçə dəfə Anar yanında olmuşdur. Beləliklə 18 may 2022-ci ildə saat 17 radəfərində iranlı “Whatsapp” ani mesajlaşma proqramı ilə zəng edib Bakı şəhəri Qaradağ rayonu ərazidə narkotik vasitə qoyduğunu deyib götürməyini və götürəndən sonra onunla əlaqə yaratmağını tapşırıb deyilən ünvana çatdırılacaqda 500 manat ona göndərəcəyini bildirdikdə bu barədə Anara dedikdə onunla birlikdə getməyə razılıq vermiş, bunun müqabilində Anara həmin narkotikdən istifadə etmək üçün verəcəyini vəd etmiş, həmin gün saat 20 radələrində evdən çıxıb Binə qəsəbəsində mərkəzə 01 manata işləyən əvvəllər tanımadığı heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmadığı sürücü idarə etdiyi “Azsamand" markalı taksiyə oturmuş, yol üstü Binə qəsəbəsində Anarı da götürüb birlikdə iranlının izah etdiyi Bakı şəhəri Qaradağ rayonu Lökbatan dairəsi yaxınlığında olan yerə getmişlər. Lakin iranlı sonra başqa yer demiş və onlar yeri axtaranadək xeyli vaxt keçmişdir. Həmin taksi sürücüsündən də xahiş etmişlər ki, onları axıra kimi aparsın, yol haqqını artıqlaması ilə ödəyəcəklər və sürücü razılaşmışdır. Saat 23:45 radələrində iranlının izah etdiyi yerdən bir çantada narkotik vasitəni götürüb taksiyə doğru gedəndə Anarla onu polis əməkdaşları saxlamışlar. Onlara xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra onlar da özlərini təqdim etmişlər. Barələrində qəbul edilmiş '‘Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarla tanış edilmişlər və qərara əsasən onlara bildirilmişdir ki, daxil olmuş məlumata görə üzərlərinə və daşıdıqları əşyalara baxış keçirilməsini deyəndə Anala üzərlərinə və daşıdıqları əşyalara polis işçiləri tərəfindən videoçəkilişlə baxış keçirilməsinə etiraz etməmişlər. Bundan sonra "AzSamand” markalı 99-PZ- 268 nişanlı taksi avtomobilin sürücüsü özünü təqdim edib Şahid5 olduğunu bildirmişdir. Baxış keçirilməzdən əvvəl onlara hüquq və vəzifələri izah edilmiş, baxış vaxtı ilk öncə ona üzərində və daşıdığı əşyada olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri və qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və maddələri könüllü təqdim etməsi təklif edildikdə, sağ əlində saxladığı çantanın içində narkotik vasitə heroin olduğunu deyib həmin çantanı açıb əlavə sarı rəngli kisəni və kisənin içində olan üzəri sarı rəngli yapışqan lentlə bağlanmış 05 ədəd bağlamanı təqdim etmiş, təqdim etdiyi 05 ədəd bağlamanın içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin 05 ədəd bağlama İştirakçıların şahidliyi ilə açıldıqda, bağlamaların içində spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə aşkar edilmiş, sonra üzərinə baxış keçirilərkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibində olan bir ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Baxış zamanı üzərindən sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi 05 ədəd bağlamalarda olan narkotik vasitə heroinə oxşar maddələr bir ədəd çantada qablaşdırılmış, aşkar edilmiş "Samsung' markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş, Anar üzərində narkotik vasitə və psixotrop maddə olmadığını deyib əynindəki qara rəngli şalvarın sağ yan cibindən “Xiaomi” markalı mobil telefonu, həmin şalvarının sol yan cibindən 01 ədəd alışqan, 01 ədəd siqaret qutusunu və 02 ədəd açarı, əynində olan şalvarının sağ arxa cibindən 01 ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, “Bakı kart” plastik kartı və şalvarının sol arxa cibindən doxsan qəpik pulu təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 üzərindən sübut əhəmiyyətinə malik ola bilən digər əşya və predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd alışqan, 01 ədəd siqaret qutusu, 02 ədəd açar onun özünə geri qaytarılmışdır. Aşkar edilmiş “Xiaomi” markalı mobil telefon və şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Amin Zülfuqarlının üzərinə və idarə etdiyi “AzSamand” markalı **-PZ-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, Amin Zülfuqarlı üzərində və idarə etdiyi avtomobildə qanunla dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitə və psixotrop maddə, o cümlədən qanunsuz digər əşya və predmetlər olmadığını bildirib əynində olan şalvarının sağ yan cibindən 01 ədəd təsbehi və 3 manat altmış qəpik pulu çıxarıb təqdim etmişdir. Amin Zülfuqarlının sonra razılığı ilə onun idarə etdiyi “AzSamand" markalı **-PZ-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, Amin Zülfuqarlının idarə etdiyi avtomobildən və üzərindən baxış zamanı cinayət işi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd təsbeh və 3 manat altmış qəpik pul Amin Zülfuqarhya geri qaytarılmışdır. Şifahi sorğu zamanı Amin üzərindən aşkar edilmiş 05 ədəd bağlamada olan narkotik vasitə heroini anket məlumatlarını dəqiq bilmədiyi İran vətəndaşının göstərişi ilə dostu Təqsirləndirilən şəxs2la birlikdə taksi sifariş edib gəlib götürdüyünü, Təqsirləndirilən şəxs2 bu işi görməsində kömək göstərməsi müqabilində şəxsi istifadəsinə narkotik vasitə heroin verəcəyini vəd etmiş, İranlının dediyi ünvana çatdırılması məqsədi ilə hazırda saxlanıldığı ünvanda olduğunu və bunun müqabilində İranlı tərəfindən ona 500 manat veriləcəyini bildirmiş, taksi sürücüsü Amin Zülfuqarlının hazırki ünvana hansı məqsədlə gəlməsindən məlumatlı olmadığı, onunla hər hansı münasibətinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onun dediklərini təsdiq edib hazırki ünvana gəlməsində məqsədi onun İran vətəndaşından əldə etdiyi narkotik vasitənin daşınmasına kömək etməsi əvəzində onun tərəfindən həmin narkotik vasitədən şəxsi istifadəsinə veriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 taksi sürücüsü Aminin hazırki ünvana hansı məqsədlə gəlməsindən məlumatlı və onunla münasibəti olmadığını demiş, sorğu zamanı X15 Eyvazovla və onunla münasibəti olmadığını və hazırki ünvanda nə üçün olmasından məlumatlı olmadığını, onlara taksi xidməti göstərdiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə və birinci instansiya məhkəməsində verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və onun ibtidai istintaqda verdiyi ifadələrinin sübutlarla uyğunluq təşkil etməklə daha inandırıcıdır. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, baş əməliyyat müvəkkili Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə18 may 2022-ci ildə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə daşımaları və saxlamalarına dair əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradılmış, digər polis əməkdaşları ilə onlar Bakı şəhəri Qaradağ rayonu Bakı-Ələt yolunun 40-cı kilometrliyinə gəlib orada gözləmişlər. Əsgər və Anarı saxlayıb onları qərarla tanış etmiş, Əsgərin əlində çanta olmuş, Əsgərdən əlindəki çantada nə olduğunu soruşduqda narkotik vasitə olduğunu demişdir. Sonra təhqiqatçı gəlib onların üzərinə şəxsi axtarış keçirilmiş, Əsgər narkotik vasitəni İran vətəndaşından əldə etdiyini və dediyi yerə qoyacağını və müqabilində 500 manat ona pul veriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2ı 18 may 2022-ci ildə gecə saat 12:00 və 01:00 aralığında Əsgərin yolda əlində çanta ilə gedərkən saxladılar. Əməliyyat məlumatı onlara gözləmə nöqtəsinə getməzdən 1-2 saat əvvəl daxil olmuş, Əsgəri əlində çanta ilə görəndə onunla aralarında 3-4 m məsafə olmuş, əməliyyat məlumatda narkotik vasitəni kimdən götürəcəyi barədə məlumat olmamış, Təqsirləndirilən şəxs1 təziq göstərilməmiş, özü əməlini könüllü etiraf etmişdir. Məhkəmədə dindirilmiş şahidlər-Şahid3, Şahid4 və Şahid2 öz ifadələrində Şahid1 verdiyi ifadəsində göstərilən xüsusatları eyni ilə bir daha məhkəmədə öz ifadələrində təsdiq etmişlər. Məhkəmədə dindirilmiş Şahid5 öz ifadəsində göstərmişdir ki, taksi fəaliyyətilə məşğul olur və təqsirləndirilən şəxsləri hadisə baş verən gün təyinat nöqtəsinə daşımış, Anar və Əsgər adlı şəxslər səhv etmirsə, bir yerdə ona yaxınlaşmış, Anar və Əsgəri ona sifariş etdikləri yerə aparmış, onlar gediş haqqı kimi 25 manatı götürüb ona verəcəklərini demişlər, hadisə yerinə gəldikdən sonra onları gözləmiş, bu vaxt polis əməkdaşları gəlməklə Anarla Əsgərin cinayətkar olduğunu bildirmişlər və onları tanıyıb-tanımadığını soruşduqda, onlara Anarla Əsgəri tanımadığını demiş, onun telefonunu əlindən aldılar və həmin yerə necə gəldiyini soruşduqda, naviqasiya proqramı ilə həmin şəxsləri gətirdiyini və ərazini tanımadığını bildirmişdir. Polis işçiləri onun əl-qolunu bağlayaraq öz avtomobilinin arxa oturacağına otuzdurmüş, Anar və Əsgər ilkin olaraq Binə qəsəbəsi ərazisində avtomobilinə əyləşmiş, onları Lökbatan qəsəbəsi ərazisi tərəfə aparmış, həmin vaxt gecə saat 11 radələrində Anarla Əsgər onları Lökbatan qəsəbəsi ərazisindən başqa yerə apamağını istədiklərindən, onları Bakı-Ələt yolunun 40-cı kilometriliyinə aparmış və Terminal restoranı ilə üzbəüz onları düşürmüş, Anar və Əsgər avtomobildən düşdükdən sonra orada olan hasarın içərisinə daxil olmuşlar, folun kənarında Terminal restoranı ilə üzbəüz yerləşən hasar olmuş, Anar və Əsgər hasarın içinə daxil olduqdan 2-3 dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşmış, Anar və Əsgər avtomobilinə əyləşəndə onların əllərində hər hansı bağlama olmamış, polis əməkdaşları ona yaxınlaşanda onların yanında Anarla Əsgər olmamışdır. Polis əməkdaşları videoçəkiliş olacağını və bundan sonra onu buraxacaqlarını demişlər. Bu vaxt Anar və Əsgər adlı şəxslər polis əməkdaşları yanında olmuşlar. Anar və Əsgər adlı şəxslər videoçəkiliş vaxtı həmin yerə hansı məqsədlə gəlmələri barədə polis əməkdaşının sualına şəxsi istifadələri üçün narkotik vasitə götürmək üçün gəldiklərini bildirmişlər. Videoçəkiliş zamanı Əsgər sellofan torbanı təqdim edib onun olduğunu, səhv etmirsə iranlı şəxsə veriləcəyini demişdir. Təqsirləndirilən şəxs2 üzərində heç nə aşkar edilməmiş və polis əməkdaşlarına heç nə təqdim etməmişdir. Əsgər və Anara polis əməkdaşlarının təziq etdiyini görməmiş və eyni yerdən, yoxsa müxtəlif yerlərdə ayrılıqda götürüb-götürmədikləri və Bakı- Ələt yolunun 40-cı kilometriliyinə saat neçədə çatdıqlarını xatırlamır. Şahid5 Azərbaycan Respublikasının ərazisindən kənarda, xarici dövlətin ərazisində olduğundan, onun istintaq dövründə və birinci instansiya məhkəməsində verdiyi həmin ifadələri məhkəmədə elan olunaraq tərəflərin iştirakları ilə tədqiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsində dindirilmiş şahidlər - Şahid1, Şahid3, Şahid4 və Şahid2 öz ifadələrində ibtidai istintaq dövründə və birinci instansiya məhkəməsində göstərdikləri xüsusatları eyni ilə bir daha olduğu kimi təsdiq etməklə yanaşı, əlavə olaraq öz ifadələrində onların hər hansı biri tərəfindən təqsirləndirilən şəxslərə qarşı, o cümlədən Təqsirləndirilən şəxs2 qarşı fiziki zor, psixoloji təziq və hər hansı bir digər qanunsuz hərəkətlərə yol verilməmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ rayonunun ərazisindən keçən Bakı-Ələt yolunun 40-cı kilometriliyi yaxınlığında Respublika əhəmiyyətli yolun yaxınlığında saxlanmışlar və təhqiqatçının gəldikdən sonra, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, habelə sürücü Amin Zülfuqarlının üzərlərinə və sonuncunun idarə etdiyi “AzSamand” markalı **-PZ-*** nömrə nişanlı avtomobilinə videoçəkilişlə xüsusi axtarış və baxış keçirilmiş, videogörüntüdən göründüyü kimi onların hər hansı birinin üzündə və bədəninin görünən müxtəlif hissələrində xəsarətin və xəsarətin izləri müşahidə edilmir və hər biri axtarış zamanı sərbəst qaydada və halda etirafedici ifadələr vermişlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizanın 6\2879 nömrəli 19 may 2022-ci il tarixli rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində: "Təqsirləndirilən şəxs1 üzərindən aşkar" yazısı və imzalar olan qara rəngli idman çantasındaki 05 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri-2250 qram, 2000 qram, 1800 qram, 1900 qram və 2200 qram, ümumi təmiz çəkisi 10 kq 150 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkibləri və xarici əlamətlərinə görə eyni olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq və Təhqiqat idarəsinin Təhqiqat bölməsinin təhiqatçısı X2 tərtib etdiyi baxış və götürmə aparılması barədə 18 may 2022-ci il tarixli protokola əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 23.50-də saxlanılıb üzərlərinə baxış keçirilərkən, Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı bir ədəd torbada Təqsirləndirilən şəxs2la birlikdə əldə etdikləri 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2250 qram, 2000 qram, 1800 qram, 1900 qram və 2200 qram olmaqla, cəmi təmiz çəkisi 10.150 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Baxış və götürmə videoçəkilişlə aparılmış, videogörüntü 01 ədəd DVD diskə köçürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 3697 saylı 02 iyul 2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs2 psixostimulyatorların qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona məcburi müalicə təyin edilməlidir. Müayinə zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, 01 ildir metamfetamindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir. İş materialından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Xiaomi” markalı mobil telefonlara baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus olan “Samsung” markalı mobil telefonun yaddaşının "Kİşiler" bölümündə İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98(914) ***-**-** nömrəsinin “Tt” adı altında qeydiyyata alındığı aşkar edilmişdir. Bundan başqa, həmin telefonun menyusunda olan “WhatsApp” proqramın “Aramalar" bölümündə 18 may 2022-ci ildə “Tt” adı altında qeydiyyata alındığı İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98(914)286-39-14 mobil telefon nömrəsindən 27 telefon danışığın aparıldığı müəyyən edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 məxsus olan bir ədəd “Xiaomi” markalı mobil telefonun yaddaşının “Kişiler” bölümündə İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus olan +98(914) ***-**-** nömrəsinin “Tt” adı altında qeydiyyata alındığı aşkar edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr «Narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası 25 iyun 2005-ci il tarixli Qanunun izah və tələbləri baxımından əsaslıdır. Belə ki, həmin Qanunun tələbinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozub narkotİk vasitələr və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı bir digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrinin və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin tabeçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmadan qanunvericiliklə müəyyən edilmiş qaydaları pozaraq narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitə və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər - narkotik vasitələrin və psixotrop laddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrinin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin satın alınması, başqa əmlak və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi və tapılmış narkotik vasitənin mənimsənilməsi də başa düşülməlidir. Qeyd olunan Ali Məhkəməsinin Plenumunun qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələrinin və psixotrop maddələrinin saxlanılması, həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama və istehsal etmə, emal etmə və daşıma, göndərmə və həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Plenum qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlar və narkotik vasitələrin miqdarı ilə yanaşı, onun istehlakçı ilə əvvəldən razılıq əldə edilməsi, çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və həmin sübutlar bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş yeni sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olmuş onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə cinayət işinin faktiki hallarının hərtərəfli öyrənilməsini və cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli qərarında tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən, o cümlədən narkotik vasitənin külli miqdarda olmasını nəzərə alaraq yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin əsas dəlillərindən və mübahisələndirdikləri əsas hallardan biri odur ki, heç vaxt cinayətin iştirakçısı olmamış, onun mobil telefonundan əslində həmin vaxt (taksidə olan vaxt) Təqsirləndirilən şəxs1 istifadə etmişdir. ilk olaraq onun həmin dəlilləri onun və digər təqsirləndirilən Təqsirləndirilən şəxs1 istintaq zamanı verdikləri ifadələri ilə təsdiq olunur. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi məşğul olduğunu bilən Təqsirləndirilən şəxs2 özü də əvəzli və şəxsi maraq xatirinə (götürüləcək narkotik vasitələrdən istifadə etmək qarşılığında) Təqsirləndirilən şəxs1la birlikdə və hətta öz telefonunu bu məqsədlə ona istifadəyə verməklə bir qrup şəxs halında narkotik vasitələri götürməyə getmişdir. Bundan əlavə məhkəmə kollegiyası əməliyyat-axtarış tədbiri keçirilərkən, Təqsirləndirilən şəxs2 müdafiə hüququnun pozulması barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib qeyd edir ki, əməliyyat-axtarış fəaliyyət keçirilərkən vaxtında Təqsirləndirilən şəxs2 müdafiəçi ilə təmin edilmiş, əməliyyat-axtarış və istintaq hərəkəti brbaşa müdafiəçinin iştirakı ilə keçirilmiş, müdafiəçinin fəaliyyətinə onun heç bir etirazı daxil olmamış, bununla da onun milli qanunvericilik və Avropa Konvensiyası ilə təminat verilən müdafiə hüququnun pozuntusuna yol verilməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmadan hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, toplanmış digər sübutlarla müqayisəli qiymətləndirilməlidir. Cinayət işinə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğun olmaqla inandırıcıdır. Bundan başqa, istintaqda və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması və iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddə- lərinin tələblərinə əsasən şübhəli və ya təqsirləndirilən şəxslər ifadə (izahat) vermək, özünə və ya yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ifadə (izahat) verməkdən imtina etmək, təqsirləndirilən şəxs onun haqqında irəli sürülən ittihamla əlaqədar ifadə (izahat) vermək və yaxud ifadə (izahat) verməkdən və sənədləri imzalamaqdan imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə birbaşa ona dəlalət edir ki, təqsirləndirilən və ya şübhəli şəxs istədiyi kimi özünün müdafiəsini mümkün və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə edərək qurmaqla həyata keçirmək hüququna malikdir. Yəni ifadə vermək və ya ifadə verməkdən imtina etmək, hər hansı bir sənədə imza etmək və ya imza etməkdən imtina etmək onun vəzifəsi deyil, hüququdur və buna görə də məsuliyyət nəzərdə tutulmamışdır. Belə olan halda məhkumun ibtidai istintaq dövründə və məhkəmə baxışında hər hansı sənədi imzalamaqdan imtina etməsinə yalnız onun müdafiə hüququ kimi qəbul olunaraq qiymətləndirməklə nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayətin törədilməsi toplanmış və tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan tövsiyyələrini, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi barədə» Azərbaycan Respublikası 28 iyun 2005-ci il tarixli Qanunun müddəalarını və işin faktiki hallarını, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə və məhkəmədə verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına dair iş materialları ilə uzlaşan, onun özünün ibtidai istintaq və məhkəmədə faktiki verdiyi ifadələrinin məzmunu ilə yanaşı; keçirilmiş şəxsi axtarış zamanı videgörüntülərdən istifadə edilməklə yanaşı həmin videogörüntülərə baxış keçirilməsinə dair protokollarla; toplanmış və tədqiq edilmiş digər mötəbər sübutlarla əlaqəli tədqiq və təhlil etməklə hesab etmişdir ki elan olunmuş ittiham üzrə onun cinayət əməlini törətməsi, eləcə də polis əməkdaşlarının qanunsuz hərəkətlər törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş, onun məhkəmədə heç bir mötəbər sübutlara əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Beləliklə də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 bəraət verilməsini xahiş etməsi onun yalnız cinayət məsuliyyətindən yayınmağa və ya cəzasının yüngülləşdirilməsi məqsədi ilə cəhdi kimi qiymətləndirilməklə nəzərə alınmalıdır. Eyni zamanda, təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiəçiləri apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından və iş üzrə əhəmiyyətli olan hallar sübuta yetirilmədiyindən, cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Məhkəmə baxış iclasında ibtidai istintaqın nöqsanları və ittihamın əsassız olması ilə bağlı verdikləri vəsatətləri təmin olunmamışdır. Məhkəmə kollegiyası müdafiəçilər tərəfindən verilmiş apellyasiya şikayətlərində irəli sürülən dəlillərin məhkəmənin hökmünün ləğv olunması üçün əsas olmadığından, həmin dəlillərlə aşağıda göstərilənlərə görə razılaşmır və müdafiəçilər tərəfindən verilmiş vəsatətlərin məhkəmə tərəfindən təmin olunmamasını məhkəmənin hökmün ləğvi üçün əsas hesab edilə bilməz. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə məhkəmə-texniki ekspertizasının təyin edilməsi iş üzrə əhəmiyyət kəsb etməyəcəkdir. Təqsirləndirilən şəxsin özü təsdiq etdiyi kimi işin mübahisəsiz halından biri odur ki, Təqsirləndirilən şəxs2 telefonundan bəzi hallarda, o cümlədən cinayət hadisəsi törədilən gün Təqsirləndirilən şəxs1 istifadə etmişdir. Bundan başqa, yuxarıda göstrilən mötəbər sübutların məcmusu ilə Təqsirləndirilən şəxs2 təqsirliliyi kifayət qədər təsdiq olunduğundan, ekspertizanın təyin edilməsi cinayət işinin icraatının əsassız və əhəmiyyətsiz yubadılmasına səbəb olacaq və işin “ağlabatan” müddətlərdə baxılması mümkün olmayacaq. Bu o halda əhəmiyyətli olar ki, Təqsirləndirilən şəxs2 təqsirliliyinə dair əsaslı şübhələr mövcüd olmaqla, bu şübhələrin aradan qaldırılması zərurəti yaranmış olardı. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs2 həmin ifadələri həqiqət kimi qəbul edilsə, onda X8 təhvil veriləndən sonra onun müayinəsi zamanı üzərində xəsarətlər aşkarlanmalı idi, yəni buna kimi saxlanılandan sonra dərhal videoçəkilişlə hadisə yerində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərinə hadisə yerində üzərlərinə şəxsi axtarış və baxış keçirilmiş, onların hər biri sərbəst ifadələr verərək, aşkar edilmiş narkotik vasitənin onlara aid olmasını və əməli törətməkdə təqsirli olmalarını etiraf etmişlər, yalnız bundan sonra təqsirləndirilən şəxslər polis idarəsinə aparılmaqla X8 təhvil verilmişlər. Lakin, iş materialında olan sənədlərdən göründüyü kimi, X7 müayinə zamanı üzərlərində hər hansı bir xəsarət və ya xəsarətin izi aşkar edilməmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxslərin saxlanılarkən və üzərlərinə şəxsi axtarış keçirilməzdən qabaq və şəxsi axtarış prosesində, daha sonra X8 təhvil verilənə kimi onların hər birinə qarşı təziq, təsir və işgəncə verilmədiyindən, hər birinin üzərində xəsarət və xəsarətin izləri aşkar edilməmişdir. Bu isə ona dəlalət edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 şəxsi axtarış və götürmədən daha sonra istintaq zamanı verdiyi etirafedici ifadələri təsir və təziq nəticəsində verilməmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası cinayət işi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, ibtidai istintaq zamanı ona qarşı qanunsuz hərəkətlərə yol verilməmişdir. Digər tərəfdən, təqsirləndirilən Təqsirləndirilən şəxs2 şəxsən verdiyi apellyasiya şikayətində əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən bu Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etdiyini, başqa sözlə bununla da cinayət əməlinin törədilməsində öz iştirakını təsdiq etdiyini və qabaqcadan əlbir olan ir qrup şəxs halında onun cinayət məsuliyyətinə cəlb edilməli şəxs olduğu toplanmış sənədlərlə sübuta yetirilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin müdafiəçiləri öz apellyasiya şikayətlərində İstintaq orqanı tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadığına baxmayaraq, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini və iş üçün əhəmiyyət kəsb edən digər halları nəzərə almadan, yalnız ibtidai istintaqın topladığı və mötəbərliyi şübhə doğuran, cinayət işinin halları ilə ziddiyyət təşkil edən materallar əsasında hökm çıxarmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 digər təqsirləndirilən Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılarkən birbaşa hadisə yerində onların üzərinə şəxsi axtarış keçirilərkən, külli miqdarda narkotik vasitə aşkar edilmişdir. Bundan əlavə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin hər birinin yaşadığı və qeydiyyatda olduğu ünvanlarda baxış keçirilməməsi müstəntiqin vəzifə səlahiyyətlərinə aiddir və istintaq zamanı təqsirləndirilən şəxslər və onların müdafiəçiəri müstəntiqə vəsatətlə müraciət etməmiş və iş materialına əsasən, onların hər biri ibtidai istintaqda etirafedici ifadələr vermişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs2 müdafiəçiləri verdikləri apellyasiya şikayətlərdə göstərmişlər ki, cinayət işi üzrə müdafiə etdikləri şəxsin əməlinin tövsifi ilə bağlı kifayət qədər sübutların toplanılmamasına baxmayaraq, istintaq orqanı ittiham aktı tərtib etməklə və prokurorluqla razılaşdırmaqla, cinayət işini baxılması üçün məhkəməyə göndərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, göstərilən məsələ yalnız təqsirləndirilən şəxsin müdafiəçilərinin verdikləri apellyasiya şikayətlərində irəli sürdükləri dəlillər mübahisənin predmeti olmadığından və cinayət işinin materialları ilə təkzib edildiyindən müdafiəçilərin hər birinin subyektiv mülahizələri kimi qiymətləndirilməklə nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsin müdafiəçiləri öz apellyasiya şikayətlərində qeyd etmişlər ki, təqsirləndirilən şəxslər saxlanıldıqdan sonra, onların üzərlərinə hadisə dərhal şəxsi axtarış keçirilməmiş və yalnız bir saatdan artıq müddət keçdikdən sonra aparılmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında toplanmış sənədlərdən görünür ki, əməliyyatı keçirmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən 18 may 2022-ci ildə gecə saat 24 radələrindən sonra əməliyyat keçirməklə təqsirləndirilən şəxslər saxlanıldıqdan sonra, əməliyyatda iştirak etmiş polis əməkdaşları Baş idarə ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış və keçirilmiş əməliyyat barədə əlavə məlumat verdikdən sonra, hadisə yerinə təhqiqatçının göndərilməsini xahiş etdiklərindən, yalnız gecə saat 01 radələrdən sonrakı aralığında təhqiqatçı gəldikdən sonra təqsirləndirilən şəxslərin üzərlərinə və sürücü Amin Zülfuqarlının üzərinə və avtomobilinə təhqiqatçı tərəfindən videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarışın və baxışın sənədləşməsi şəraitlə bağlı Baş idarədə aparılmışdır. Birinci instansiya məhkəməsi göstərilənləri işin materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq etməklə, mötəbər və mümkün sübutlara əsaslanaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdikləri cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edildiyindən, təqsirləndirilən şəxslərin cinayəti törətməkdə təqsirli olduğundan, həmin maddələrlə təqsirli bilinib müvafiq qaydada cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, həmçinin onların külli miqdarına görə» Siyahılarında narkotik vasitələrin siyahısında heroinin xalis çəkisinin 0.15 qramı və ondan artıq hissəsi şəxsi istehlak miqdarından artıq cinayət məsuliyyəti yaradır; 02 qramdan artıq hissəsi isə külli miqdar hesab edilir. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə özlərini cinayət əməli törətməkdə təqsirli bilməmələrinə baxmayaraq, onların Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətmələri istintaq zamanı hər birinin özünü verdikləri ifadələri ilə yanaşı; ibtidai istintaq dövründə və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə, şəxsi axtarış və götürmə aparılması barədə və şəxsin axtarışın videoçəkilişlə aparılmasına dair videogörüntülərin öz əksini tapmış bir ədəd disklə; keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, cinayət işi üzrə toplanmış digər sübutlarla onların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması, daşıması və satması cinayət işi üzrə toplanmış və iəlqiq edilmiş çoxsaylı mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxslərdən aşkar edilmiş narkotik vasitə heroinin külli miqdarda olması onlar tərəfindən satış məqsədi ilə əldə edib saxlaması, daşıması və satması qənaətinə gəlməyə toplanmış sübutlar əsas verir. Beləliklə də, birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusuna qiymət verərək hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi və onun həmin cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyindən, təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinməklə cəzalandırılmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsləri, şahidləri dinləyib və iş materialını nəzərdən keçirərək əldə edilmiş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab etmişdir ki, təqsirləndirilən X4 cinayəti törətməkdə təqsirli olması özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, həmin ifadələrinin iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı sübutların məcmusuna uyğun olması ilə; Həmin ifadələrində hadisənin baş vermə yeri, mexanizmi və vaxtı barədə iş materialı ilə uzlaşan faktlarla; tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə; istintaqda və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri ilə, üzərində şəxsi axtarış və götürmənin videoçəkilişlə aparılması barədə istintaq hərəkətlərinin protokolları ilə və həmin protokollara əlavə olunmuş videodiskdə olan videogörüntülərlə; məhkəmədə tədqiq edilmiş digər mötəbər sübutlarla ibtidai istintaq dövründə və məhkəmədə onun təqsirli olması öz təsdiqini tapmışdır. Eyni zamanda birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı özünü cinayəti törətməkdə təqsirli bilib məhkəmədə bilməməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitənin əldə etməməsi və satışı ilə məşğul olmaması barədə məhkəmədə ibtidai istintaqda verdiyi ifadələrini təziq və təsir altında verməsi barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab etmişdir ki, onun məhkəmədə öz ifadəsində irəli sürdüyü dəlillər özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı; dindirilmiş şahidlərin ifadələri, çoxsaylı mötəbər sübutlarla təkzib edildiyini və işin faktiki hallarına uygun olmadığını nəzərə alaraq hesab etmişdir ki, onun məhkəmə iclasında verdiyi ifadəsində irəli sürdüyü dəlillər yalnız özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirilməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları ilə tamamilə təkzib edilən ifadə kimi qiymətləndirərək, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etməmişdir. Eyni zamanda, iş materiallarında olan sənədlərə əsasən, istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs2 cinayət işinin ibtidai istintaq materialı ilə müdafiəçisi ilə birlikdə tanış olduqdan sonra, tərtib edilmiş tanış etmə protokolunda müdafiəçisi ilə birlikdə tanış olması barədə qeyd etməklə, irad, etiraz və narazılıqları olmadığını bildirməklə, həmin protokolu imzalamışlar. Eləcə də, istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs2 hüquqlarının pozulması və ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya hər hansı bir dövlət qurumuna şikayətlərlə müraciət etməklə, qanunsuz olaraq pozulmuş hüquqlarının bərpasını tələb etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan tövsiyyələrini, Narkotik vasitələrinin, psixotrop maddələrinin və onların prekursorlarının qanunsuz dövriyyəsi barədə» Azərbaycan Respublikası 28 iyun 2005-ci il tarixli Qanunun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətinin aparılmasına dair protokolların məzmunu ilə, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmədə müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində hadisənin baş vermə yeri və vaxtı barədə cinayət işinin materialı ilə uzlaşan və onlardan narkotik vasitə heroinin aşkar olunması; məhkəmə baxış iclasında nümayiş etdirilməklə tədqiq edilmiş CD diskə köçürülən görüntülərlə; şəxsi axtarış aparılması vaxtı tərtib edilmiş protokolun məzmununda həmin halların öz əksini tapması kimi obyektiv təsdiq olunmuş halları və digər sübutları əlaqəli şəkildə tədqiq və təhlil etməklə hesab edir ki, onun cinayəti törədilməsi və polis əməkdaşlarının qanunsuz hərəkət etməsinə şübhə yarada biləcək əsaslı dəlillər müəyyən edilmədiyindən, onun məhkəmədə verdiyi ifadəsində və müdafiəçilərinin apellyasiya şikayətlərində mötəbər sübutlara əsaslanmayan əməlin tövsifinə və ya ona bəraət verilməsinə dair verilmiş apellyasiya şikayətlərində irəli sürülən dəlillər ona elan edilən ittihamı təkzib edən sübutlar qismində qiymətləndirilməklə nəzərə alına bilməz. Qeyd olunan sübutlara əsaslanmaqla, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmədə verdyi ifadəsində irəli sürdüyü dəlillər özünü və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərdə irəli sürülən dəlillər müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun olmamasını nəzərə alaraq, məhkəmədə verdiyi ifadəsində və apellyasiya şikayətlərində irəli sürülən dəlillər yalnız onun cinayət məsuliyyətini yüngülləşdirmək və ya cinayət məsuliyyətində azad olunması məqsədlərini daşımaqla yanaşı, toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən, apellyasiya şikayətlərinin təmin olunması istisna edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiəçiləri tərəfindən ona bəraət verilməsi barədə verilmiş apellyasiya şikayətlərdə irəli sürülən dəlillərə istinad olunmaqla, təşkil edilmiş müdafiəsi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxsin cinayət əməlini törətməməsi barədə irəli sürülən dəlillər yalnız cinayət məsuliyyətini yüngülləşdirilməsi kimi qiymətləndirilməklə nəzərə alınmalıdır. Beləliklə də, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış mötəbər sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması ibtidai istintaq dövründə və məhkəmədə tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə yanaşı, toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər sənədlərlə sübuta yetirilmişdir. Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdikləri cinayətdə təqsirli olması özünün ibtidai istintaq zamanı verdiyi etiraf edici ifadələri ilə yanaşı; digər təqsirləndirilən Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ifadələri ilə; ibtidai istintaq və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə; videoçəkilişlə keçirilmiş şəxsi axtarışın aparılması barədə protokollar və videogörüntü ilə; məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və başqa ekspertizalarının rəyləri ilə; digər baxış və müayinə protokolları ilə, Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitələrin maddi sübut qismində tanınması barədə qərarlarla; toplanmış və tədqiq edilmiş başqa sübutlarla öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətində onun əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmasına və onun müdafiəçiləri tərəfindən ona bəraət verilməsi barədə verilmiş apellyasiya şikayətlərində irəli sürülən dəlillər cinayət işi üzrə toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən və işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq, əməlinin tövsif edilməsi və ya bəraət verilməsinə əsaslar yoxdur. Beləliklə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsaslanmış və iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, məhkəmənin gəldiyi nəticələr isə işin faktiki hallarına uyğun olmaqla, təqsirləndirilən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi iş üzrə toplanmış və tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla öz təsdiqini tapdığından, onun özü və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməlidir. Göründüyü kimi, cinayət işinin apellyasiya baxışında Təqsirləndirilən şəxs2 bəraət verilməsi və ya əməlinin tövsifinin dəyişdirilməsi üçün hallar müəyyən edilmədiyindən, ona bəraət verilə və əməlinin tövsifi dəyişdirilə bilməz, bu barədə apellyasiya şikayətlərin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, onun cinayət məsuliyyətindən yayındırmaq məqsədi daşıyır. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş cəza tədbiri məsələsi məhkəmənin hökmündən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ona ağır cəza təyin edilmiş və cinayəti törətməkdə onun iştirakçılıq dərəcəsi və xarakteri faktiki olaraq kifayət qədər nəzərə alınmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, ona təyin olunmuş cəzanın islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 04 nömrəli 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni törədilmiş cinayət əməlinin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar və həmçinin də başqa şəxslər tərəfindən yeni cinayət əməllərinin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən, məhkəmələr, şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “İnsan Hüquqları və X5 haqqında” 03 sentyabr 1953-cü il tarixli Konvensiyanın 6-cı maddəsinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ona cinayət ittihamı irəli sürülərkən qanunla yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddət ərzində işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ədalətli və humanizm prinsiplərinə uyğun cəza təyin edilmədiyindən, həmin cəza ilə razılaşmır. Belə ki, mübahisələndirilən hökmə əsasən, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin olunarkən, iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında hər birinin iştirakının əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. İş materialında olan tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış; subaydır, işləməyən, ünvan 1-də qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yaşamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 təyin olunacaq cəza məsələsini müzakirə edərkən, cəzasını ağırlaşdıran halın olmaması ilə; ilk məhkumluğunu Cinayət Məcəlləsinin 59.2-ci əsasən, onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə hökmlə təyin edilmiş 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti bir il müddətinə endirilməklə, ədalət və hümanizm prinsiplərinə uyğun hesab edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsinin tələbinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnız toplanmış sübutlara əsasən müəyyən edilir. Göstərilən Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, sərtliyi və həm yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinə əsasən, cəzanın sərtliyinə görə cinayətin ağırlığı və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab olunmaqla cəza yüngülləşdirildiyi hallarda, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsə təyin edilən cəza cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmadığı halda apellyasiya instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənləri kıları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs2 sərt cəza təyin edildiyindən dəyişdirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası, q ə r a r a a l ı r: Təqsirləndirilən şəxs2 özü və onun müdafiəçiləri-Müdafiəçi4 və Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayət Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs2 münasibətdə cəza hissəsində dəyişdirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 01 (bir) il endirilməklə, onun üzərində qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkəmənin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov

2. Qədim Babayev

3. Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar