Məhkəmə qərarları › İş №1(103)-778/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-778/2020

14.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-778/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğu DİMİ-nin apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, Məhkum edilmiş Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli hökmündən şikayət verilmə müddətinin bərpa edilməsi barədə vəsatətinin təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək m ü ə y y ə n e t d i: Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Hökmdən narazı qalan Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə birinci instansiya məhkəməsinə vəsatət verərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatət təmin olunmamışdır. Qərardan Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv olunmasını və apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə baş verən zaman o, yetkinlik yaşında olmadığı üçün barəsində olan bu hökmdən onun heç vaxt xəbəri olmayıb. Valideynlərindən də soruşanda deyirdilər ki, “həmin vaxt günahın olmadığı üçün səni buraxdılar”. Bu səbəbdən də apelyasiya şikayəti də verməyiblər. Bu yaxınlarda xarici pasport almaq istəyəndə ona bildirdilər ki, yetkinlik yaşına çatmadığı vaxt cinayət törətdiyinə görə məhkum olunmuşdur.Ona görə də Bakı şəhər Suraxanı Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək sözügedən hökmün ona verilməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsindən həmin hökmü o, xx xxxxxx 2020-ci ildə almış, prosessual müddətə riayət etməklə hökmdən apellyasiya şikayəti vermişdir. Eyni zamanda Suraxanı Rayon Məhkəməsinə apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatət də vermişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatəti rədd olunmuşdur. O isə sözügedən qərarı qəbul etmir. Hökmdən şikayət etmək hüququndan istifadə etmək istəyir. Hesab edir ki, sözügedən hökm çıxan vaxt onun yetkinlik yaşında olmadığı, barəsində olan hökmdən onun və valideynlərinin xəbərinin olmaması nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında dövlət ittihamçısı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və məhkum edilmiş şəxsin fikirlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci ildə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə birinci instansiya məhkəməsinə vəsatət ünvanlayaraq barəsində ittiham hökmü çıxarılan zaman yetkinlik yaşına çatmadığından heç bir şeydən xəbərinin olmadığını və hökmü xx xxxxxx 2020-ci il tarixdə tarixdə aldığını nəzərə alaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli 1-285/2003 saylı hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası vəsatətdə göstərilən dəlilləri müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2003-cü il tarixli məhkəmə iclasında iştirak etmişlər, məhkəmə iclasında onlara hüquq və vəzifələri izah olunmuş, məhkəmə iclasında hökm elan olunduqdan sonra məhkuma şikayət vermək huququ və qaydaları izah edilmişdir. Bundan əlavə apellyasiya şikayətinin bərpasına dair verilmiş vəsatətdə müddətin üzürlü səbəbdən buraxılması qeyd olunsa da, üzürlü səbəbləri təsdiq edəcək hər hansı bir sübut vəsatətə əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. İş materiallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 20 günlük prosessual müddətin üzrlü səbəblərə görə buraxıldığını təsdiq edən heç bir sübut vəsatətə əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Həmin Məcəllənin 386.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmə kollegiyası göstərilən hallara qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətini üzürlü səbəblər olmadan buraxdığından bu müddətin bərpa olunması üçün heç bir əsas yoxdur. Belə olаn hаldа, məhkəmə kollegiyаsı hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalıdır. Şərh olunаnlаrа əsаsən və Azərbаycаn Respublikаsı Cinayət Prosessual Məcəlləsinin 386 və 391-ci mаddəsinin rəhbər tutаrаq məhkəmə kollegiyаsı q ə r a r a a l ı r: Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətinin təmin edilməməsi haqqında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar