Məhkəmə qərarları › İş №1(103)-778/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-778/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-778/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022ci il tarixli hökmündən məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmü ilə (Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər X5 və X2 ibarət tərkibdə) xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1- ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığını məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-295/2019 saylı 08.07.2019-cu il tarixli hökmü ilə təyin olunmuş və çəkilməyən 01 (bir) il 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla 06 (altı) ay 08 (səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı cinayət üzrə təyin edilmiş 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə qəti olaraq Təqsirləndirilən şəxs 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədi ilə istintaqa məlum olmayan qeyrisi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2021-ci ilin iyul ayının əvvəllərində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən Akkord şirkətinə məxsus olan asfalt zavodunun yaxınlığında yerdə gizlədilmiş külli miqdarda 5,344 qram çəkidə narkotik vasitə olan heroin və 0,772 qram çəkidə tiryəki, eləcədə külli miqdarda 1240 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq, bükümlərə yerləşdirməklə bir hissəsini üzərində, digər hissəsini yaşadığı evində saxlamış, 22 iyul 2021-ci il tarixdə saat 15:50-də Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şortikin sol yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,772 qram, 3,572 qram ümumi təmiz çəkisi 5,344 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 40,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,772 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürüldükdən sonra həmin gün saat 18:10-da yaşadığı ünvan 4 ünvanda baxış keçirilən zaman evin sol tərəfində yerləşən otaqdan çemodanın içərisindən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 1200,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə olan heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmünün dəyişdirilməsini, ona Azərbaxcan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onun məsuliyyətini yüngülləşdirən halları nəzərə almamış və ətraflı araşdırma aparmadan qanunsuz hökm çıxarmış və ona ağır cəza təyin etmişdir. Hökmdən həmçinin məhkumun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmənin gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə qəbul edilmiş, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, Azərbaycan Respublikası CPM-nin 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, məhkəmə cinayət tərkibinin əlamətləri olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri üzrə ittiham hökmü çıxarmış, həmçinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi nəticəsinə gəlməsinin əsası kimi istintaq zamanı şahidlərin ifadələrini əsas götürmüş, ümumi sözlərlə «Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən edilmədi» qənaətinə gələrək ona sərt cəza təyin etmişdir. Lakin hesab edirəm ki, qeyd edilən sübutlar şəxsin təqsirli bilinməsi üçün yetərli deyildir və şəxsin təqsirini müəyyən etmir. Birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan, məhkəmə İstintaqı zamanı toplanmış sübutlara hüquqi qiymət vermədən yanlış mövqe nümayiş etdirərək təqsirləndirilən şəxsə həddən artıq ağır cəza təyin etmişdir. İstintaq araşdırma orqanı Təqsirləndirilən şəxs qarşı ittihamı mötəbər sübutlara və dəlillərə yox, öz mülahizələrinə və ehtimallarına əsaslanaraq qərəzli olaraq qurmuş və çox təssüf ki, məhkəmə də eyni əsasla Təqsirləndirilən şəxs qarşı ittiham hökmü çıxardaraq ədalətsiz nəticəyə gəlmişdir Hökmdən cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdırmış, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspert rəyi və işin digər obyektiv halları ilə tam təsdiq olunmuş, həmin sübutlara əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkumun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin və yaşadığı evə baxış keçirilməsinin görüntüsü köçürülmüş 01 ədəd CD diskə baxış keçrilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şortikin sol yan cibindən külli miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,772 qram, 3,572 qram ümumi təmiz çəkisi 5,344 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 40,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,772 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülməsi, Təqsirləndirilən şəxs razılığı ilə yaşadığı ünvan 5 ünvana polis əməkdaşları tərəfindən baxış keçirilən zaman evin sol tərəfində yerləşən otaqdan çemodanın içərisindən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 1200,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd üzərində narkotik vasitə olan heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdı İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, ekspertizanın 23.07.2021-ci il tarixli, 6/3027 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, 3 ədəd zərfdə olan, 1№- li zərfdə üzəri yapışqan lentlə bağlanmış bir ədəd sellofan bükümdə təmiz çəkisi 1200,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. 2N-li zərfdə iki mədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 1,772 qram, 3,572 qram ümumi təmiz çəkisi 5,344 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub , kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 40,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Bir ədəd bükümdə təmiz çəkisi 0,772 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. 3№-li zərfdə bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş heroin ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxildir İş materiallarında olan məhkəmə-narkoloji ekspertizası təyin edilmiş, ekspertizanın 29.09.2021-ci il tarixli, 3680 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Müalicənin əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Marixuana və heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan məhkəmə-ambulator psixiatrik eksperizasının 29.09.2021-ci il tarixli 2268 saylı rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlammətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur Həmin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in qanunun İ və İİ siyalarını əsas tutaraq Təqsirləndirilən şəxsnın üzərində və avtomobində aşkar olunan külli miqdarda, yəni şəxsi istehlak miqdarından artıq miqdarda marixuanın olması iş materiallarında olan sübutlarla təsdiq edilir. Bundan əlavə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il 2 nömrəli qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.11-maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunvericiliyin qeyd edilən normasını əsas tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın məqsədi külli miqdarda 5,344 qram çəkidə narkotik vasitə olan heroini və 0,772 qram çəkidə tiryəki, eləcədə külli miqdarda 1240 qram çəkidə psixotrop maddə olan metamfetaminı başqa şəxsə çatdıraraq qazanc əldə etmək olmuşdur. Məhkumun apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iş üzrə bütün halları nəzərə almadan Təqsirləndirilən şəxs sərt cəza təyin etməsinə dair göstərdiyi dəlilini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları (himayəsində 2 azyaşlı övladının olması) və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək məhkuma ittiham olunduğu maddənin sanksiyası həddində, onun şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Binəqədi rayon məhkəməsinin 08.07.2019cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur Birinci instansiya məhkəməsi "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 qərarında qeyd olunmuş tələbləri nəzərə alaraq Təqsirləndirilən şəxs düzgün cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətlərinin dəlili kimi göstərdiyi hallar onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407-ci maddələrini rəhbər tutaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2022ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Yekun qərar qəbul edildiyi andan qüvvəyə minir. Yekun qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar