Məhkəmə qərarları › İş №1(103)-779/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-779/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-779/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi–X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyaları məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən Təqsirləndirilən şəxs2 və müdafiəçiləri – “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim: İlham Mahmudov) xx xxxx 1992-ci il tarixdə Ağdam rayonu Maqsudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu A.Novruzov küçəsi ev 25 mənzil 09-da qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Saratov küçəsi ev 44-də yaşamış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və qeyrisinin (Təqsirləndirilən şəxs1) barəsində olan 24 yanvar 2023-cü il tarixli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, cəzasının əvvəlinin 04 iyul 2022-ci il tarixdən hesablanaraq və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin eyni hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, cəzasının əvvəli 04 iyul 2022-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 2017-2020-ci illərdə Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsi 523-cü məhəllədə olan Zərərçəkmiş şəxs yaşadığı 42/3 saylı fərdi yaşayış evində fərdi qaydada usta işləyərkən evdə dəmir seyf gördüyünü bildikdən sonra, gördüyü dəmir seyfdə ev sahibi tərəfindən külli miqdarda pul vəsaitinin saxlanıla biləcəyini güman etdiyindən, 2022-ci ilin iyun ayının sonlarında həmin ünvana qanunsuz daxil olmaqla külli miqdarda əmlakı oğurlamaq barədə Təqsirləndirilən şəxs1la razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ev sahibi və ailə üzvlərinin yaşayış sahəsində olmadıqları münasib vaxtda cinayətkar niyyətlərini həyata keçirmək üçün, bir neçə dəfə həmin ünvana gedib kənardan müşahidə apararaq oğurluq edəcəkləri vaxtı dəqiqləşdirdikdən və oğurluq vaxtı dəmir seyfi kəsmək üçün istifadə edəcəkləri avtogen aparatını və digər əşyaları onların həqiqi niyyətindən xəbəri və cinayətə aidiyyəti olmayan Şahid4ın yaşadığı qonşu həyətdə başqa adla yerləşdirdikdən sonra 30 iyun 2022-ci ildə saat 01 radəiərində Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs yaşadığı 42/3 saylı fərdi yaşayış evinin mişar daşlarından inşa edilmiş hasarını qonşu həyətdən aşmaqla həyətyanı sahəyə qanunsuz daxil olmuş, daha sonra yaşayış sahəsi olan üçmərtəbəli fərdi evin zirzəmisində yerləşən qarajın pəncərəsini əhatə edən dəmir barmaqlıqları özləri ilə gətirdikləri lom aləti vasitəsi ilə əyməklə, həmin yerdən evə qanunsuz daxil olmaqla, ikinci mərtəbədə olan yataq otağına keçib orada yerləşdirilmiş kiçik ölçülü şkafın içindəki dəmir seyfi köməkli hamam otağına daşımaqla, özləri ilə gətirdikləri avtogen aparatı ilə kəsərək içərisindən Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 6.800 manat təşkil edən 4.000 ABŞ dollarını, 2400 manat dəyərində bir ədəd içində “X5”, “X12” yazıları həkk edilmiş qol saatı, 12.288 manat dəyərində bir ədəd içində “Gp:Girard-p- Perregaux” yazısı həkk olunmuş qızıl qol saatı, 11240 manat dəyərində bir ədəd içində “Cartier” yazısı həkk olunmuş qızıl qol saatı, 2200 manat dəyərində bir ədəd içində “Tissot Lelocle” yazısı həkk olunmuş qızıl qol saatı, 19040 manat dəyərində bir ədəd içərisində “Girard-Perregaux” yazısı həkk olunmuş qızıl qol saatı, 9800 manat dəyərində yeddi ədəd “15”-lik qızıl sikkə, 3880 manat dəyərində dörd ədəd “10”-luq qızıl sikkə, 7500 manat dəyərində 15 ədəd “5”-lik qızıl sikkə, 2760 manat dəyərində üç ədəd qulplu “10”-luq qızıl sikkə, 1800 manat dəyərində dörd ədəd qluplu “5”-lik qızıl sikkə, 2400 manat dəyərində bir ədəd üzərində “Georgia 25 X16 % 02 Gold 9999” yazısı həkk edilmiş “25”-lik qızıl sikkə, 9000 manat dəyərində bir ədəd ağ şəffaf brilyant qaş, 3605 manat dəyərində bir ədəd şəffaf brilyant qaş, 4777 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl kolye, 52300 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl kolye, 11261 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl bilərzik, 8355 manat dəyərdə 1 ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan qızıl bilərzik, 2617 manat dəyərində bir ədəd qaş yerləri boş qızıl bilərzik, 5006 manat dəyərində bir ədəd gümüşü rəngli metaldan ortasında yaşıl və kənarlarında ağ şəffaf qaşları olan qızıl sırğa cütü-üzük dəsti, 5127 manat dəyərində bir ədəd kulonu üzərində göy və ağ şəffaf qaşları olan qızıl boyunbağı-üzük dəsti, 23877 manat dəyərində bir ədəd kulonu üzərində bir ədəd ağ şəffaf qaş olan qızıl boyunbağı, 2861 manat dəyərində bir ədəd ürək formalı kulon üzərində ağ şəffaf qaşları olan qızıl boyunbağı, 5109 manat dəyərdə 1 ədəd yarpaq formalı elementləri üzərində ağ şəffaf qaşları olan kulonlu qızıl boyunbağı, 5216 manat dəyərində iki ədəd qızıl boyunbağı, 273 manat dəyərində bir ədəd dairə formalı qızıl kulon, 217 manat dəyərində bir ədəd romb formalı qızıl kulon, 1346 manat dəyərində bir ədəd üzərində “40” rəqəmi həkk olunmuş qızıl sikkə, 1294 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl yaxa sancağı, 2461 manat dəyərdə 1 ədəd üzərində sarı rəngli böyük ölçülü, qırmızı və ağ rəngli şəffaf qaşları olan qızıl yaxa sancağı, 2054 manat dəyərində bir ədəd yarpaq formalı üzərində ağ şəffaf qaşları olan qızıl yaxa sancağı, 3989 manat dəyərində iki ədəd üzərində bir ədəd ağ şəffaf qaşı olan qızıl qol düyməsi, 3305 manat dəyərində bir ədəd üzə- rində ağ şəffaf qaşları olan qızıl qol düyməsi, 189 manat dəyərdə bir ədəd gözmuncuqlu qızıl yaxa sancağı, 2414 manat dəyərində bir ədəd kəmərin 02 hissədən ibarət qızıl kilid yeri, 5735 manat dəyərində bir ədəd “Pasqualebruni” markalı üzərində sədəf rəngli daş, iki ədəd çəhrayı rəngli və ağ şəffaf qaşları olan kulonlu qızıl boyunbağı-üzük dəsti, 5258 manat dəyərində bır ədəd Pasqua- lebruni markalı üzərində mavi rəngli və şəffaf qaşları olan kuloniu qızıl boyunbağı-üzüksırğa cütü, 8130 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl sırğa cütü-üzük dəsti, 7161 manat dəyərində bir ədəd “Bulgari” markalı üzərində ağ şəffaf qaşları olan qızıl sırğa cütü-üzük dəsti, 5823 manat dəyərində bir ədəd “Faberge” markalı üzərində rəngli gül formalı elementləri və ağ şəffaf qaşları olan qızıl sırğa cütü-üzük dəsti, 5374 manat dəyərində Pasqualebruni markalı bir ədəd üzərində böyük bənövşəyi və ağ şəffaf qaşları olan qızıl sırğa cütü- üzük dəsti, 1183 manat dəyərində 1 ədəd tor toxunuşlu qızıl sırğa cütü-üzük dəsti, 4759 manat dəyərində 1 ədəd üzərində göy, bənövşəyi və ağ şəffaf qaşları olan qızıl sırğa cütü-üzük dəsti, 7693 manat dəyərində 01 ədəd üzərində qırmızı və ağ şəffaf qaşları olan qızıl sırğa cütü-üzük-kulon dəsti, 16816 manat dəyərdə bir ədəd üzərində göy və ağ şəffaf qaşları olan qızıl sırğa cütü, 2834 manat dəyərində bir ədəd “Roberto Coin” markalı üzərində göy-ağ şəffaf qaşları olan qızıl sırğa cütü, 42616 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan platin sırğa cütü, 2146 manat dəyərində bir ədəd üzərində mirvari muncuq və ağ şəffaf qaşları olan qızıl sırğa cütü, 795 manat dəyərində bir ədəd üzəridə ağ şəffaf qaşları olan qızıl sırğa cütü, 1405 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl sırğa cütü, 1942 manat dəyərində bir ədəd üzərində sarı və ağ şəffaf qaşları olan qızıl sırğa cütü, 2031 manat dəyərində iki ədəd üzərində mina qatı və ağ şəffaf qaşlı qızıl üzük, 711 manat dəyərində bir ədəd üzərində mina qatı və ağ şəffaf qaşlı olan qızıl üzük, 3483 manat dəyərində bir ədəd üzərində yaşıl və ağ şəffaf qaşları olan qızıl üzük, 3593 manat dəyərində bir ədəd üzərində göy və ağ şəffaf qaşlı qızıl üzük, 1280 manat dəyərində bir ədəd üzərində damla formalı böyük ölçülü tünd yaşıl rəngli daş və ağ şəffaf qaşlı qızıl üzük, 344 manat dəyərində bir ədəd üzərində yaşıl şəffaf qaşları olan qızıl üzük, 478 manat dəyərdə 1 ədəd üzərində qırmızı romb formalı qaşlı qızıl üzük, 1016 manat dəyərində bir ədəd üzərində qırmızı və ağ şəffaf qaşları olan qızıl üzük, 3015 manat dəyərində bir ədəd üzərində qırmızı və ağ şəffaf qaşları olan qızıl üzük, 1712 manat dəyərində bir ədəd üzərində göy və ağ şəffaf qaşı olan qızıl üzük, 1705 manat dəyərində bir ədəd üzərində göy və ağ şəffaf qaşları olan qızıl üzük, 3496 manat dəyərində bir ədəd üzərində mirvari muncuq və ağ şəffaf qaşı qızıl üzük, 1270 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, 474 manat dəyərdə bir ədəd üzərində ağ şəffaf qaşlar olan qızıl üzük, 446 manat dəyərində bir ədəd qızıl nişan üzüyü, 2308 manat dəyərində 04 ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, 925 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl alyans üzük, 683 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşlı qızıl üzük, 980 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları qızıl üzük, 836 manat dəyərində bir ədəd "Cartier” markalı üzərində ağ şəffaf qaşları qızıl üzük, 4643 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, 2627 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, 1670 manat dəyərində 2 ədəd üzərində ağ şəffaf qaşları qızıl üzük, 2113 manat dəyərində bir ədəd üzərində tünd çəhrayı rəngli qaşları qızıl üzük, 1130 manat dəyərində bir ədəd üzərində tünd çəhrayı və bənövşəyi rəngli qaşları qızıl üzük, 1254 manat dəyərində bir ədəd üzərində açıq mavi daş bənöşəyi və ağ şəffaf qaşları qızıl üzük, dəyərində bir ədəd üzərində qırmızı və ağ şəffaf qaşları qızıl üzük, 1195 manat dəyərində bir ədəd üzərində qırmızı və ağ şəffaf qaşları qızıl üzük, 1290 manat dəyərində bir ədəd üzərində qırmızı və ağ şəffaf qaşları olan qızıl üzük, 1931 manat dəyərində bir ədəd üzərində açıq yaşıl və ağ şəffaf qaşları olan qızıl üzük, 1614 manat dəyərində üzərində yaşıl və ağ şəffaf qaşları olan qızıl üzük, 1655 manat dəyərində bir ədəd üzərində göy və ağ şəffaf qaşları olan qızıl üzük, 1334 manat dəyərində bir ədəd “Bulgari” markalı üzərində ağ şəffaf qaşları olan qızıl üzük, 678 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları qızıl üzük, 1396 manat dəyərində üzərində ağ şəffaf qaşları qızıl üzük, 1861 manat dəyərində üzərində ağ şəffaf qaşları ikili qızıl üzük, 23897 manat dəyərində bir ədəd tək qaşlı platin üzük, 536 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşlı qızıl üzük, 521 manat dəyərində bir ədəd üzərində qırmızı və ağ şəffaf qaşları qızıl sırğanın tayı, 74 manat dəyərində bir ədəd ağ şəffaf qaşları qızıl məmulat hissəsi, 2 manat dəyərində bir ədəd ortasında ağ rəngli daş üzərində gül təsviri dəmir məmulat hissəsi və 01 manat dəyərində açar formalı əlvan metal məmulatdan ibarət olan, cəmi 439.196 manat dəyərində müxtəlif çeşidli qızıl-zinət əşyaları qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 445.996 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə hökmündən narazı qalan təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, məhkəmənin xx.xx.2023-ci il tarixli hökmünün dəyişdirilməsi və müdafiə etdiyi şəxs barədə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təyin edilmiş 05 il azadlıqdan məhrum etmə cəzasının 03 ili şərti hesab olunaraq, onun məhkəmə iclas zalından azad olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü hədddindən artıq ağır olduğundan dəyişdirilməli və müdafiə etdiyi şəxsin barəsində şərti cəza təyin olunmaqla onun cəzası yüngülləşdirilməlıdir. Belə ki, cinayət işinin materialına əsasən, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1la 30 iyun 2022-ci ildə zərəçəkmiş X4 məxsus fərdi yaşayış evinə daxil olmaqla oğurluq etməklə ona külli miqdarda maddi zərər vurmuşlar. Lakin hadisədən bir gün sonra evdən götürdükləri qızıl zinət əşyalarını və 6800 ABŞ dollarını qaytarmaqla dəymiş zərəri tam ödəmişlər. Bundan başqa, əməlini səmimi etiraf edərək peşman olduğunu bildirmiş və zərərçəkmiş şəxslə barışmışlar. Onun əməlində CM-nin 59-cu maddəsinə əsasən, yüngülləşdirici hallar mövcud olmaqla CM-nin 60-cı maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar olmamışdır. Məhkəmədə ifadə verən zərərçəkmiş X13 Muradovun barəsidə heç bir şikayətinin və tələbinin olmadığını bildirərək, bu barədə notarial təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etməsinə baxmayaraq, məhkəmə Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə ilə bağlı olan həddindən artıq ağır cəza təyin etməklə ədalətsizliyə yol vermişdir. Halbuki, qanunverici belə hallarda şərti cəzanın tətbiqini nəzərdə tutmuşdur. "Məhkəmələr tərəfindən cinayət cəzaların təyin edilməsi təcrübəsi haqqında" Ali Məhkəməsi Plenumunun 4 saylı 25 iyun 2003-cü il tarixli qərarın 25-ci bəndinə əsasən, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən cəzaların təyin olunduğu şəxslər barədə tətbiq edilə bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkar şəxsin şəxsiyyətini onun ailədə davranışını və sairə halları nəzərə alaraq, onun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Digər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Zərərçəkmiş şəxs və Dövlət ittihamçısı məhkəmənin hökmü ilə tam razılaşaraq onların hər hansı biri tərəfindən birinci instansiya məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmündən müvafiq olaraq apellyasiya şikayətləri və apellyasiya protesti verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397-ci maddəsinin tələblərinə əsasən, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi, cinayət qanunu və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallar apellyasiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayəti və protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsinin cinayət qanununa və bu Məcəllənin normalarına riayət etməsi apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını verilmiş apellyasiya şikayətinin dəlilləri ilə birlikdə əlaqəli şəkildə tədqiq etməklə və cinayət prosesinin iştirakçılarının fikirlərini dinləməklə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin 24 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət İşinin materiallarından və məhkəmə iclasının protokollarından göründüyü kimi, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, hər biri özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində tam təqsirli bilməklə verdikləri etirafedici ifadələri ilə yanaşı; onların hər birinin qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlinin törədilməsində təqsirləri ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadələri ilə; ibtidai istintaq dövründə və məhkəmə iclasında dindirilmiş şahidlər: Şahid2, X6, Şahid4, Şahid1 və qeyrilərinin ifadələri ilə; hadisə yerinə baxış keçirilməsi barədə protokolla; təqsirləndirilən şəxslərin ifadələrinin hadisə yerində yoxlanılması barədə protokollarla; digər baxış, götürmə, müayinə, tanınma, axtarış, üzləşdirmə və başqa istintaq hərəkətlərinin protokolları ilə; cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq olunmuş çoxsaylı digər mötəbər və təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır. Göstərilənlərdən əlavə, məhkəmə kollegiyası xüsusi ilə aşağıda göstərilən digər mötəbər və təkzibedilməz sübutları əlavə olaraq qeyd etməyi zəruri və məqsədə müvafiq hesab edir. Belə ki, məhkəmədə tədqiq edilmiş və ibtidai istintaq zamanı oğurluq hadisəsinin törədildiyi Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsi 523-cü məhəllədə olan 42/3 saylı fərdi yaşayış evində quraşdırılmış müşahidə kamerlarının qeydə aldığı videogörüntüləri əks etdirən, üzərində “Yasama” sözləri yazılmış markasız diskin yaddaşında olan fayllara ibtidai istintaq zamanı baxış keçirilərkən:- “Kamera-1_**********3322(001)” adlı 01 saat 23 dəqiqə 11 saniyə davam edən və fərdi yaşayış evinin dəhlizini qeydə alan müşahidə kamerasının videogörüntülərini əks etdirən fayla baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: -Təqsirləndirilən şəxs2 pilləkənlərlə qalxaraq fərdi yaşayış evinin dəhlizinə gəlib oradan düz istiqamətdə hərəkət edib müşahidə kamerasının görmə sahəsindən kənara çıxır (01:35); - Ardınca Təqsirləndirilən şəxs1 da pilləkənlərlə qalxaraq fərdi yaşayış evin dəhlizinə gəlib Təqsirləndirilən şəxs2 getdiyi istiqamətdə gedərək kameranın görmə sahəsindən kənara çıxır (01:45); - Hər ikisi dəhlizə qayıdıb sağ tərəfdəki qapısı açıq olan otağa daxil olmaqla kameranın görmə sahəsindən kənara çıxırlar (02:11); -Hər ikisi dəhlizə qayıdıb pilləkənlərlə yuxarı doğru qalxaraq kameranın görmə sahəsindən kənara çıxırlar (0:40); - Hər ikisi pilləkənlərlə həmin dəhlizə enib oradan da hərəkətlərini davam etdirməklə aşağıya doğru gedərək kameranın görmə sahəsindən kənara çıxır(22:54);-Təqsirləndirilən şəxs2 biraz enli və kiçik ölçülü balonu, Təqsirləndirilən şəxs1 isə uzunsov formalı və uc hissəsinə boru (şlank) qoşulmuş balonu daşımaqla pilləkənlərlə həmin dəhlizə gəlib, oradan hərəkətlərini davam etdirməklə pilləkənlərə yuxarı doğru çıxaraq kameranın görmə sahəsindən kənara çıxırlar (24:24);-Tacır Muradov bır əlində kiçik ölçülü balonu və sellofan paketi tutub digər əli ilə Təqsirləndirilən şəxs1 ucuna boru qoşulmuş balonu daşımaqda köməklik edib birlikdə pilləkənlərlə dəhlizə, oradan da hərəkətlərini davam etdirməklə pilləkənlərə aşağıya doğru enib kameranın görmə sahəsindən kənara çıxırlar (01:20:03);-“Kamera-2_**********3500” adlı 01 dəqiqə 40 saniyə davam edən və fərdi yaşayış evin dəhlizini qeydə alan müşahidə kameranın videogörüntülərini əks etdirən fayla baxış zamanı aşağıdakılar müəyyən edilmiş:-Təqsirləndirilən şəxs2 dəhlizə gəlib divara doğru yaxınlaşıb əlindəki işıq saçan predmeti orada yerləşdirilmiş şkafa tərəf tuşlayır (00:06); - Təqsirləndirilən şəxs1 digərinin yanına gələrək öz aralarında söhbət edirlər. Hər ikisi gəldikləri istiqamətdə nisbətən iti addımlarla qayıdıb kameranın görmə sahəsindən kənara çıxırlar. (00:30);- “Kamera4_**********3359” adlı, 1 saat 5 dəqiqə 4 saniyə davam edən **********2 (001)” faylda əks olunmuş həmin dəhlizi qeydə alan müşahidə kamerasının videogörüntülərini əks etdirən fayla baxış zamanı aşağıdakılar müəyyən edilmiş: -Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə pilləkənlərlə qalxıb dəhlizə gəldikdən sonra sol tərəfə doğru irəliləyərək qarşısına gəldikləri otağın qapısını açıb içəri daxil olaraq kameranın görmə sahəsindən kənara çıxır(02:20);-Hər ikisi birlikdə həmin otaqdan çıxıb yenidən dəhlizə qayıdaraq orada pilləkənə nisbətdə sağ tərəfdə olan qapısı açıq qalmış digər otağın qarşısına gəlib daxil olaraq kameranın görmə sahəsindən kənara çıxırlar(11:29);- Hər ikisi birlikdə həmin otaqdan çıxıb sağa doğru hərəkətlərini davam etdirməklə kameranın görmə sahəsindən kənara çıxırlar(13:38);- Hər ikisi birlikdə dəhlizə qayıdaraq pilləkənə nisbətdə sağ tərəfdə olan digər bir otağın qarşısına gəlib qapısını açmaqla daxil olaraq kameranın görmə sahəsindən kənara çıxırlar(14:31); -Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sonuncu dəfə daxil olduqları otaqdan bir ədəd seyf çıxarmaqla, əvvəlcə aşırıb, sonra isə dikəlmiş vəziyyətə gətirərək sürütləməklə həmin otaqla qarşı-qarşıya olan digər bir otağa tərəf daşıyaraq kameranın görmə sahəsindən kənara çıxırlar(18:32); -Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 seyfi daşıdıqları otaqda qoymaqla, özləri dəhlizə qayıdıb oradan da pilləkənlərlə aşağıya doğru hərəkət edərək kameranın görmə sahəsindən kənara çıxırlar(22:02); -Təqsirləndirilən şəxs2 əlində biraz enli və kiçik ölçülü balonu, Təqsirləndirilən şəxs1 uzunsov formalı uc hissəsinə boru qoşulmuş balonu daşıyaraq dəhlizə qayıdıb əşyaları seyfi çıxardıqları otağının giriş qapısı qarşısında yerə qoyurlar(24:26); -Təqsirləndirilən şəxs1 gətirdikləri həmin əşyaları quraşdırmağa başlayır(24:27); -Hər ikisi seyfi qoyduqları otağa tərəf gedib kameranın görmə sahəsindən kənara çıxırlar(25:46), (bir qədər sonra kəsilmə səsləri eşidilir və həmin otaqdan işıq saçır). -Təqsirləndirilən şəxs1 otaqdan çıxıb pilləkənlərlə aşağıya doğru hərəkət etməklə kameranın görmə sahəsindən kənara çıxır(32:18); -Təqsirləndirilən şəxs1 əlində lomla qayıdıb həmin otağa daxil olmaqla kameranın görmə sahəsindən kənara çıxır(33:36), (az sonra kəsilmə səsləri eşidilir və həmin otaqdan işıq saçır).-“Kamera-5_**********4738” adlı 7 dəqiqə 30 saniyə davam edən və fərdi yaşayış evin yataq otağını qeydə alan müşahidə kamerasının videogörüntü- lərini əks etdirən fayla baxış zamanı müəyyən edilmişdir: -Əvvəlcə Təqsirləndirilən şəxs1, ardı ilə Təqsirləndirilən şəxs2 otağa qapısını açmaqla daxil olurlar, Təqsirləndirilən şəxs1 sağ tərəfdə yerdə yerləşdirilmiş kiçik ölçülü şkafın qapısını açır(00:58); -Təqsirləndirilən şəxs2 digərinə qapının üzərində quraşdırılmış kameranı barmağı ilə işarə edib göstərir(01:21); -Təqsirləndirilən şəxs2 otaqdakı oturacağı sürütləyərək kameranın quraşdırıldığı divarın tininə tərəf gətirib üstünə çıxaraq asılqanla kameranı yuxarıya doğru istiqamətləndirir, kamera otağın tavanını çəkir (01:26); -“Kamera-6 -**********4450” adlı 04 dəqiqə 21 saniyə davam edən və fərdi yaşayış evinin digər yataq otağını qeydə alan müşahidə kamerasının videogörüntülərini əks etdirən fayla baxış zamanı müəyyən edilmişdir: -Təqsirləndirilən şəxs1 və əlində işıq saçan predmet tutmuş Təqsirləndirilən şəxs2 otağa daxil olduqdan sonra orada yerləşdirilmiş şkafların qapılarını açaraq içərilərində axtarış aparırlar(OT.12);-Hər ikisi heç bir əşya götürmədən otağı tərk edirlər (02:44);-“Kamera-7_20220630 014649” adlı 03 dəqiqə 23 saniyə davam edən və fərdi yaşayış evinin digər bir yataq otağını qeydə almış müşahidə kamerasının videogörüntülərini əks etdirən fayla baxış zamanı müəyyən edilmişdir:-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə otağa daxil olduqdan sonra orada yerləşdirilmiş şkafların qapılarını açıb içində axtarış aparırlar(00:54); -Hər ikisi otağı tərk edirlər(01:38). -“Kamera-8_**********3536” adlı, 10 dəqiqə 25 saniyə davam edən, fərdi yaşayış evinin otağında şkafın üst hissəsində quraşdırılmaqla otağın bir hissəsini qeydə alan müşahidə kamerasının videogörüntülərini əks etdirən fayla baxış zamanı müəyyən edilir:-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin şkafın qapılarını açaraq içində axtarış aparırlar(01:00);-Təqsirləndirilən şəxs2 əlindəki işıq saçan predmeti yaxınlıqda olan şkafa tuşlayıb kameranın görmə qapısını açaraq içində axtarış aparır, sonra hər ikisi görmə sahəsindən kənara çıxırlar (08:53).-“Kamera-12_**********4028” adlı 02 dəqiqə 01 saniyə davam edən, müşahidə kamerasının fərdi yaşayış evinin qarajının giriş hissəsini qeydə alan videogörüntülərini əks etdirən fayla baxış zamanı müəyyən edilir:-Təqsirləndirilən şəxs2 evin həyətyanı sahəsində yerləşən və təxminən 01 metr hündürlüyü olan dəmir barmaqlılqlardan ibarət arakəsməni aşaraq hərəkəti davam etdirib evin darvazasının yanına gəlir, darvaza üzərində quraşdırılmış kameranı naməlum əşya ilə yuxarı doğru itələyir və qarajın giriş hissəsi kameranın görmə sahəsindən itir (01:16); -Kamera-13- 20 **********30 adlı 20 dəqiqə 57 saniyə davam ədən və fərdi yaşayiş evinin həyətyanı sahəsində olan tikilinin içərisi və həyətin bir hissəsini qeydə aıan müşahidə kamerasının videogörüntülərini əks etdirən fayla baxış zamanı müəyyən edilir:-Təqsirləndirilən şəxs2 hasardan aşaraq həyətyanı sahəyə enir, sonra hasarın yuxarısından ona doğru ötürülən çanta, balon və boruya bənzər əşyaları qəbul edib bir neçə dəfə həyətin içinə doğru daşıyaraq yerdən fərdi yaşayış evinin divarına söykəyərək orada qoyur(01:31);-Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 hasardan aşaraq həyəta enməsinə kömək edir, sonuncu endikdən sonra birlikdə yerdəki əşyaların bir hissəsini götürərək daşıyıb kameranın görmə sahəsindən kənara çıxırlar(02:35);-Hər ikisi qayıdıb hasara yaxınlaşır, Təqsirləndirilən şəxs1 köməkliyi ilə Təqsirləndirilən şəxs2 hasarı küçəyə doğru aşıb kameranın görmə sahəsindən kənara çıxır, Təqsirləndirilən şəxs1 orada dayanıb onu gözləyir(07:36);-Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 köməkliyi ilə bu dəfə lomla birlikdə həyətyanı sahəyə qayıdır, sonra onlar yenidən eyni istiqamətdə hərəkət etməklə, kameranın görmə sahəsindən kənara çıxırlar. (09:08);-Təqsirləndirilən şəxs2, ardınca isə Təqsirləndirilən şəxs1 yenidən həyətyanı sahəyə qayıdaraq fərdi yaşayış evinin divarına söykədilmiş çantaları köməkli götürüb daşıyaraq eyni istiqamətdə hərəkət edərək kameranın görmə sahəsindən kənara çıxırlar(11:08); -Təqsirləndirilən şəxs2 yenidən həyətyanı sahəyə qayıdaraq fərdi yaşayış evinin divarına söykədilmiş vəziyyətdə balona bənzər əşyanı götürüb daşıyaraq eyni istiqamətdə hərəkət etməklə kameranın görmə sahəsindən kənara çıxır(12:19); - “Kamera13_**********5833” adlı, 03 dəqiqə 52 saniyə davam edən və “Kamera13_**********1939" adlı faylda əks edilmiş həmin tikilinin içi və həyətin bir hissəsini qeydə alan müşahidə kamerasının videogörüntülərini əks etdirən fayla baxış zamanı müəyyən edilir: -Təqsirləndirilən şəxs2 sellofan paketi və böyük ölçülü çantanı, Təqsirləndirilən şəxs1 balonu əllərində tutmaqla, həyətyanı sahəyə daşıyaraq hasarın tinində yerə qoyurlar, sonra Təqsirləndirilən şəxs2 köməkliyi ilə birinci Təqsirləndirilən şəxs1 hasarı aşaraq kameranın görmə sahədən kənara çıxır və Təqsirləndirilən şəxs2 yerdəki əşyaları hasarın yuxarı başında dayanan Təqsirləndirilən şəxs1 ötürür, sonra özü hasarı aşıb kameranın görmə sahəsindən kənara çıxır(01:56);-“Kamera-15_202- ******* 939” adlı, 17 dəqiqə 26 saniyə davam edən və fərdi yaşayış evinin qarajını qeydə alan müşahidə kamerasının videogörüntülərini əks etdirən fayla baxış zamanı müəyyən edilir:-Təqsirləndirilən şəxs2 sağ tərəfdə nisbətən yuxarıdakı pəncərəni çərçivəsindən çıxarıb yerə qoyduqdan sonra papaqdan hazırlanmış maskasını tam üzünə keçirmədən tək qaraja daxil olaraq əlində işıq saçan predmet tutub kameraya tərəf hərəkət edir(05:23) (əvvəlcə dağıntı səsləri eşidilir);-Təqsirləndirilən şəxs2 maskasını üzünə tam keçirib kameranın alt hissəsinə tərəf gəlib işıq saçan predmeti kameraya tərəf tuşladıqdan sonra geriyə boylanaraq asta səslə “Babək”, “Babək” sözlərini deyib Təqsirləndirilən şəxs1 çağırır(06:13);- Tacır Muradov qaraja daxil olduğu yerdən ona oturuiən lomu alaraq kamera tərəfə gəldikdən sonra iki əli ilə tutaraq lomla kameranı vuraraq yuxarıya doğru itələyir, bundan sonra kamera qarajın tavanın çəkməyə başlayır(06:43). Baxış zamanı müşahidə kameralarının qeydə aldığı hər iki şəxsin oğurluq hadisəni törədərkən əlcəklərdən istifadə etmədikləri görünür. Məhkəmədə tədqiq edilmiş və istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs2 iştirakı ilə oğurluq hadisəsinin törədildiyi Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsi 523-cü məhəllədəki 42/3 saylı fərdi yaşayış evində quraşdırılmış müşahidə kamerlarının qeydə aldığı videogörüntülərə baxış keçirilmiş və Təqsirləndirilən şəxs2 bildirmişdir ki: “Kamera-15_**********1939” adlı faylın 06:13 saniyəsində papaqdan hazırlanmış maskasını tam üzünə keçirmədiyindən sifəti görünən, əynində qısaqol köynək olan şəxs onun özüdür, əynində gödəkçə, başında papaqdan hazırlanmış maska olmuş; digər şəxs tanışı Təqsirləndirilən şəxs1dur. Həmin görüntülərə baxış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, “Kamera-15_**********1939" adlı faylın 06:13 saniyəsində papaqdan hazırlanmış maskasını tam üzünə keçirmədiyindən sifəti görünən və əynində qısaqol köynək olan şəxs tanışı Təqsirləndirilən şəxs2, əynində gödəkçə, başında papaqdan hazırlanmış maska olan isə onun özüdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizanın 6/3823-9/4954 nömrəli 28 iyul 2022-ci il tarixli rəyinə görə, tədqiqata təqdim edilmiş məmulatların metalı, əyarı və çəkisi üzərindəki qaşların təbiəti və digər göstəricilər olmuş, məmulatların üzərində hər iki üsulla (bəziləri kustar, bəziləri zavod) hazırlanmanın xarakterik xüsusiyyətləri vardır. Məmulatlar istifadəyə yararlı hesab edilir (sıra 90 istisna edilir). Ayrı-ayrılıqda göstəricilər cədvəldə göstərilmiş, aparılmış fizikikimyəvi tədqiqatın nəticələrinə əsasən, tədqiqata təqdim olunmuş məmulatların 2022-ci ilin iyun ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 439.196,0 manat müəyyən edilir. Qeyd-750 əyarlı qızılın 01 qramının-105 manat, 585 əyarlı qızılın 1 qramının-80 manat, 950 əyarlı platinin 01 qramının 80 manat olduğu nəzərə alınmaqla qiymətləndirmə aparılmışdır. Bazarlarda olan tələb-təklifdən asılı olaraq, müəyyən edilmiş qiymətləndirmə qismən dəyişiklik olması istisna edilmir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-daktiloskopik ekspertizanın 22/560R saylı 26 avqust 2022-ci il tarixli rəyinə əsasən, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək müddətdə Yasamal rayonu Dadaşov küçəsi məhəllə 523 ev 42/3-də olan Zərərçəkmiş şəxs yaşadığı evdə baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 04 ədəd A4 formatlı kağızın və 12 ədəd kağız parçasının üzərinə yapışdırılmış 33 ədəd şəffaf yapışqanla lent kəsikləri uzərindəki 3 ədəd əl-barmaq və 4 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adına çıxarılmış əl-barmaq və ovuc əksləri (daktiloskopik xəritə) müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərinin 02 ədədi xx xxxx 1992-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin şəhadət və orta barmaqları ilə eynilik təşkil edir. Qalan şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq və 04 ədəd ovuc izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adına çıxarılmış əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-fonoskopik ekspertizasının 4/1041 saylı 12 avqust 2022ci il tarixli rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd optik diksdə olan mübahisəli videofonoqramlarda montaj əlaməti üçün xarakterik olan kəskin səhnə keçidləri və akustik fonun dəyişməsi, həmçinin kadr daxili montaj əlamətləri müəyyən edilməmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi-genetik ekspertizasının 22/611R nömrəli 23 sentyabr 2022-ci il tarixli rəyinə əsasən, xx.xx.2022-ci ildə Yasamal rayonu S.Dadaşov küçəsi 46-da yaşayan Şahid2 evində tördilmiş oğurluq faktı üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 (bir) ədəd "Danmark” yazılı papağın içəri səthində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs2 (xx/xx/1992 Ağdam) və 01 (bir) ədəd naxışlı papağın içəri səthində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs1 (xx.xx.1978 Bakı ş.) məxsusdur. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı "xxxx" MMC-dən AZF/LGL-5851/22 saylı 24 avqust 2022-ci il tarixli məktubla daxil olmuş 01 ədəd markasız, üzərində “nar” və “041-7109” yazıları olan diskin daxilindəki məlumatlara istintaqda baxış keçirilərkən müəyyən edilmişdir ki, 17 iyun 2022-ci ildə saat 14:27:38, 15:18:18, 15:37:05, 15:40:48 və 15:40:48 saniyələrdə Təqsirləndirilən şəxs2 adına və istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsindəki ***- ***-**-** mobil nömrəsinə zəng edilmişdir. 24 iyun 2022-ci ildə saat 20:57:14 saniyədə Təqsirləndirilən şəxs2 ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 055-285- 67-07 mobil nömrəsinə zəng edilmişdir. 25 iyun 2022-ci ildə saat 17:17:23 saniyədə Təqsirləndirilən şəxs2 070-371- 00-79 mobil nömrəsindən Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsinə zəng edilmiş, 27 iyun 2022-ci ildə saat 19:27:05 saniyədə Təqsirləndirilən şəxs2 ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 ***-***-**-** mobil nömrəsinə zəng edilmiş və ***-***-**-** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs2 adına qeydiyyata alınmışdır. "xxxx" MMC-dən BKC/LGL-11591/22 saylı 09 avqust 2022-ci il tarixli məktubla daxil olmuş 01 ədəd markasız, üzərində "xxxx" və “11591/2022” yazıları olan diskin daxilindəki məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, 26 iyun 2022-ci ildə saat 20:31:13 saniyədə Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsindən Şahid4 ***-***-**-** nömrəsinə zəng olunmaqla 53 saniyə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs2 ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəsi arasında 14 iyun 2022-ci ildən 27 iyun 2022-ci ilədək dəfələrlə qarşılıqlı zənglər olmuşdur. ***-***-**-** nömrə Təqsirləndirilən şəxs1 adına qeydiyata alınmış, "xxxx" MMC-dən 14340 saylı 09 avqust 2022-ci il tarixli məktubla daxil olmuş 01 ədəd “Verbatim” markalı CD-R formatlı üzərində 15372 və xx.xx.2022 yazıları olan diskin daxilindəki məlumatlarla müəyyən edilmişdir ki, ***-***-**-** nömrəsi Təqsirləndirilən şəxs2 adına qeydiyyata alınmışdır. İş materialına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi X9 tərəfindən tərtib edilmiş baxış keçirilməsi haqqında 30 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsi 523-cü məhəllədə olan 42/3 nömrəli üçmərtəbəli fərdi yaşayış evinin zirzəmisində olan qarajın pəncərəsini əhatə edən dəmir barmaqlıqlar əyilmiş, pəncərə çərçivəsindən çıxarılıb qarajın içindəki kreslonun üzərinə qoyulmuş, qarajın taxta materialdan qapısının kilidi sındırılmış, bəzi otaqlarda dağınıqlıq aşkar edilmiş, şkafların qapıları açıq qalmış, ikinci mərtəbədə sağdakı otaqda seyf üçün nəzərdə tutulmuş şkafın içindən dəmir seyf götürülüb üzbəüz hamam otağına aparılmış, hamam otağında seyf kəsilərək yarılmış və yerdə qızıl-zinət əşyların qutuları səpələnmiş vəziyyətdə aşkar edilmiş, baxışda iştirak etmiş Bakı şəhəri Yasamal rayon polis idarəsinin Kriminalistik Tədqiqat qrupunun inspektor-kriminalisti X7 tərəfindən evin ikinci mərtəbəsində sol tərəfdəki iş otağından dolabların üzərindən 08 ədəd, zalın qarşı tərəfində yataq otağındakı ağ rəngli paltar şkafının üzərindən 3 ədəd, pilləkənlərdən sağ tərəfdə olan yataq otağında seyfin saxlandığı şkafın üzərindən 17 ədəd, güzgülü şkafın üzərindən 4 ədəd, paltar asılqanın üzərindən 4 ədəd, oturacaq- dan 04 ədəd, paltar dolabın üzərindən 03 ədəd, həmin otaqla üzbəüz olan hamam otağında dəmir seyf üzərindən 4 ədəd, yerdə qızıl qutular üzərindən 7 ədəd, qarajın çıxarılmış pəncərəsi üzərindən 03 ədəd əl-barmaq izi götürülmüşdür. Qarajdan evə keçməyə imkan verən qapının sındırılmış cəftəsi, lom aləti və kameraların yaddaşındakı videogörüntülər diskə köçürülüb götürülmüşdür. İş materialına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi X9 tərəfindən tərtib edilmiş baxış keçirilməsi haqqında 30 iyun 2022-ci il tarixli protokola əsasən, Yasamal rayonu S.Dadaşov küçəsi 523-cü məhəllədə olan 42/3 saylı üçmərtəbəli fərdi yaşayış evinin qonşuluğunda Şahid3 məxsus 41 saylı yaşayış evinin həyətində yaşıllıq sahədən bir ədəd tünd göy rəngli “Jansport” markalı bel çantası, bir ədəd göy rəngli qaz balonu, bir ədəd uzunluğu 80 sm olan balon, bir ədəd “Danmark” markalı tünd göy rəngli qış papağı və bir ədəd qara rəngli papaq aşkar edilərək götürülmüşdür. «Oğurluq, soyğunçuluq və quldurluğa dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması, yəni oğurluq kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və yaxud onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir(7-ci bənd); özgənin əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən bilavasitə özgənin əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayət iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya birbaşa kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapı, cəftə və qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət əməli aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); bu Məcəllənin 177-ci maddəsi “Qeyd” hissəsinin 3-cü bəndinə görə oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin “təkrarlıq” əlamətləri üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 178, 180 və 181-ci maddələri ilə, habelə 179, 182, 183, 184 və 185-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi (hər hansı ardıcıllıqla) əsas ola bilər (15-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan özgənin əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə - oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakının qiyməti müəyyən olunarkən, cinayətin törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil edilir və bir-biri ilə müqayisə olunmaqla, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə də, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, baxış keçirilməsi barədə protokollarla, müşahidə kameralarının görüntüləri ilə, onların özlərinin ibtidai istintaq dövründə və məhkəmə istintaqında vermiş olduqları etirafedici ifadələri və keçirilmiş ekspertiza tədqiqatlarının rəyləri ilə tamamilə öz təsdiqini tapmışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsi əməlin tövsifi məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə tövsif edildiyindən, hər biri həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, təqsirləndirilən şəxslərin hər birinin istintaq zamanı və məhkəmədə verdikləri etirafedici ifadələri ilə, müşahidə kameralarının görüntüləri ilə, ekspertizaların rəyləri və hadisə yerinə baxış protokolu bir daha cinayətin gizli yolla talama məqsədi ilə törədilməsini sübut edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, hər birinin özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayətin törədilməsində tam təqsirli bilməklə verdikləri etirafedici ifadələri ilə yanaşı; onların qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətinin törədilməsində təqsirləri ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadələri ilə; ibtidai istintaq zamanı və məhkəmə iclasında dindirilmiş çoxsaylı şahidlərin ifadələri ilə; hadisə yerinə baxış keçirilməsi barədə protokollarla; təqsirləndirilən şəxslərin ifadələrinin hadisə yerində yoxlanması barədə protokollarla; zərərçəkmiş şəxsin evində quraşdırılmış müşahidə kamerlarının qeydə aldığı videogörüntülərlə; hadisənin baş verdiyi tarixlərdə təqsirləndirilən şəxslərin bir-biri ilə mütamadi olaraq mobil telefonları əlaqə saxlamaları barədə "xxxx" MMC-dən və "xxxx" MMC-dən göndərilmiş məlumatlarla; digər baxış, götürmə, müayinə, tanınma, axtarış və başqa istintaq hərəkətlərinin protokolları ilə; cinayət işi üzrə toplanmış və tədqiq olunmuş çoxsaylı digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmənin hökmündən təqsirləndirilən şəxslərin əməlinin tövsifi və yaxud onlara bəraət verilməsi barədə onların özləri və müdafiəçiləri, zərərçəkmiş şəxs və ya Dövlət ittihamçısı tərəfindən apellyasiya şikayəti və apellyasiya protesti verilməmiş, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 03 ilinin şərti hesab olunaraq, həbsdən azad olunmasına dair onun müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarların şəxsiyyətlərini, törətdikləri cinayətin mülkiyyət əleyhinə olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildiyini, hər birinin cəzasını ağırlaşdıran halın olmaması ilə yanaşı; cəzalarını yüngülləşdirən halların olmasını, onların hər birinə ayrı-ayrılıqda təyin olunacaq cəzanın hər birinin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almışdır. İş materialında olan sənədlərə əsasən təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxslərdir. İş materialında olan Zərərçəkmiş şəxs notarial qaydada məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, cinayət nəticəsində ona vurulmuş maddi ziyan tam şəkildə ödənildiyindən, onun təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq cəza məsələsini müzakirə edərkən, onların hər birinin cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı; Cinayət Məcəlləsinin 59.1.12-59.1.13-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyanın könüllü olaraq tam ödənilməsini; Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ilk dəfə olaraq hər birinin cinayət məsuliyyətinə cəlb olunmasını, törətdikləri cinayəti etiraf edərək əməllərindən səmimi peşiman olmalarını - hər birinin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməsini; eləcə də Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əlavə olaraq Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı övladının olmasını əlavə olaraq onun cəzasını yüngülləşdirən hal qismində qiymətləndirməklə nəzərə almışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın müddəti və ya həcmi Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarından göründüyü kimi, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilmiş, zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbi yoxdur; həmçinin Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, təqsirləndirilən şəxslər tərəfindən cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyan tam ödənilmişdir. Eyni zamanda, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinin əməlində cəzasını ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinə cəza təyin edilərkən, Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə əməl edilməlidir. Beləliklə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayətin törədilməsində təqsirli bilinərək, cəzalarının əvvəli şübhəli şəxslər qismiqdə tutulduqları 04 iyul 2022-ci il tarixdən hesablanmalı və cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onların hər birinə təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasında 05 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərdə tutulmuşdur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd olunur ki, məhkəmələr, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həm yüngüllük və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6cı maddəsinin tələblərinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barədə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakteri və təhlukəlilik dərəcəsinə, təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olaraq lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxslərin yeni cinayətlərin törədilməsinin qarşısını alır. Qanuni cəza təyin edilməsi ilk olaraq cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin hər birinə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin maddəyə əsasən, təqsirləndirilən şəxslərə cəza təyin olunarkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmışdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxslərin hər birinə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ədalət prinsipi baxımından məqsədə müvafiq hesab edilməlidir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təyin edilmiş 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının 03 ilinin şərti hesab olunmaqla, məhkəmə iclas zalından azad olunması barədə onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillər toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən və işin faktiki hallarına uyğun olmadığından, əsassız hesab olunaraq təmin olunmamalı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2023-ci il tarixli hökmü sübutlarla öz təsdiqini tapdığından və işin faktiki hallarına uyğun olduğundan, qanuni, əsaslı və ədalətli hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini özündə əks etdirən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin normalarına əməl etmiş və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının tövsiyyələrini rəhbər tutaraq, şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olmaması ilə yanaşı, yüngülləşdirən halların olmasını, cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayəti etiraf edib peşman olmasını nəzərə almışdır. Birinci instansiya məhkəməsi maddi sübutlar və digər məsələləri həll edərkən, iş üzrə maddi sübutlar qismində tanınmış Bakı şəhər Baş polis idarəsinin Təchizat şöbəsində saxlanılan bir ədəd dəmir lom, bir ədəd tünd göy rəngli “Jansport” markalı bel çantası, bir ədəd göy rəngli qaz balonu, bir ədəd uzunluğu 80 sm olan balon, bir ədəd “Danmark” markalı tünd göy rəngli qış papağı və bir ədəd naxışlı qara rəngli papaq məhv edilməli; - Qızıl-zinət əşyaları, dəmir seyf və qapı cəftəsinin zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı;-Əl-barmaq izlərinin əks olunduğu daktilolentlər cinayət işinin materiallarında saxlanılmalı; 646 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri bərabər pay üzrə, yəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 323 manat məbləğinə pul vəsaiti tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bankda olan hesabına köçürülməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü təqsirləndirilən Təqsirləndirilən şəxs2 münasibətdə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalı və Bakı Ağır Cinayət Məhkəməsinin 24 yanvar 2023-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası q ə r a r a a l ı r: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə, işlə tanışlıqla bağlı, prosessual sənədlərin tərtib edilməsi ilə və məhkmə iclaslarında iştirakı ilə bağlı sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, ümumilikdə 20 saat üçün cəmi 120 ( yüz iyirmi ) manat dövlət büdcəsindən müvafiq hesaba ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsi ilə göstərilən müddət ərzində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər:

1. (sədrlik edən) İlqar Murquzov

2. Qədim Babayev

3. Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar