Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-785/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X19, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X27, Müdafiəçilər Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi1, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2, Bəraət almış şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1975-ci il tarixdə Saatlı rayonunun Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Naxçıvanski küçəsi, 79 nömrəli evin 17 nömrəli mənzilində qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsində nömrəsiz evdə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə bəraət almasına dair Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 1(010)-6/2022 nömrəli hökmündən Zərərçəkmiş şəxs1 və vəkili Müdafiəçi3, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına əsasən, Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, yem satışı sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs əsassız varlanmaq məqsədilə ünvan 1 ünvanda yerləşən yem dükanında satdığı arpa yarmasının tərkibində olan talk (Mg3Si4O10(OH)2) və kaolin (Al2Si2O5(OH)4) mineral birləşmələrinin tərkibinə xlorid turşusunda həll olmayan külün (qum, gil, torpaq, daş tozu, silisius-oksid və s.) miqdarını standart normadan (standarta əsasən 0.7% çox olmamalı) qəsdən 1.6-3% (normadan 2 dəfə) artıq edərək, göstərilən səbəbdən heyvan orqanizminin kəskin arıqlamasına, mədə bağırsaq pozğunluğuna, sutkalıq verilən südün azalmasına və nəticədə heyvan ölümünə səbəb olan həmin arpa yarmasını 2018-ci ilin sentyabr ayından 2019-cu ilin may ayına qədər fiziki şəxs Zərərçəkmiş şəxs2, 2019-cu ilin dekabr ayında isə fərdi təsərrüfatla məşğul olan Zərərçəkmiş şəxs1 satmış və həmin arpa yarması ilə bəsləndiyindən sonuncunun ünvan 2 ünvanında yerləşən fərdi təsərrüfatında saxladığı ümumi dəyəri 2.624 (iki min altı yüz iyirmi dörd) manat olan 02 baş smental cinsli, orta diri çəkisi 250 kq olan dananın ölməsinə səbəb olmaqla Zərərçəkmiş şəxs1 aldatmış, həmçinin Zərərçəkmiş şəxs2 Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi ərazisində yerləşən heyvandarlıq təsərrüfatında saxlıdığı 1.018 manat qiymətində 04 ay 25 günlük, diri çəkisi 200 kq olan dananın, 1.120 manat qiymətində 5 aylıq, diri çəkisi 220 kq olan dananın, 3.360 manat qiymətində 02 yaşında, diri çəkisi 600 kq olan damazlıq dişi dananın, 28.000 manat qiymətində 8 baş boğaz inəyin, 3.500 manat qiymətində 01 baş boğaz inəyin və 7.800 manat qiymətində 12 baş 2-3 aylıq damazlıq buzovun, 1.120 manat qiymətində 5 aylıq, diri çəkisi 220 kq olan dananın, 3.080 manat qiymətində 02 illik diri çəkisi 550 kq olan damazlıq dişi dananın, 1.273 manat qiymətində 06 aylıq diri çəkisi 250 kq olan dananın, cəmi 27 baş iribuynuzlu heyvanının ölməsinə səbəb olmaqla ona külli miqdarda, yəni ümumilikdə 50.271 (əlli min iki yüz yetmiş bir) manat maddi ziyan vurmaqla aldatmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən hakim Elnur Nuriyev) 07 fevral 2022-ci il tarixli, 1(010)-6/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilərək əməlində cinayət tərkibi olmadığına görə Təqsirləndirilən şəxs bəraət verilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. İş üzrə ekspertizaların keçirilməsinə xərclənmiş cəmi 760 (yeddi yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərərin və əldən çıxmış faydanın əvəzi qismində ümumilikdə 131.471 (yüz otuz bir min dörd yüz yetmiş bir) manat məbləğində vəsaitin tutulması barədə iddiası rədd edilməsi, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılma yerinə təhvil verilmiş, 05 ədəd kağız torbalarda qablaşdırılmış arpa və qarğıdalı yarmaları dəyəri olmadığına görə məhv edilməsi hökm edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 1(010)-6/2022 nömrəli hökmündən Zərərçəkmiş şəxs1 və vəkili Müdafiəçi3 apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı zərərçəkmişlər, habelə şahidlərin hamısı, Təqsirləndirilən şəxs məxsus yem dükanından alınmış arpa və qarğıdalı yarması ilə heyvanları yemlədikdən dərhal sonra xəstəliyin baş verdiyini və nəticədə heyvanların məhz bu səbəblərdən tələf olduqları barədə göstərdikləri ifadələrini təsdiq etmiş, iş materallarına əlavə olunmuş məhkəmə ekspertizası ilə müəyyən edildiyi hallara dair əlavə yaxud da təkrar ekspertzanın aparılması barədə təqsirləndirilənin özü yaxud da müdafiəçisi sözügedən ekspertiza rəylərini mübahisələndirməmişlər. Məlumat üçün bildirirəm ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə məyyən olunmuşdur ki, ölmüş heyvanlara görə mənə 2.624 manat ziyan vürülmüşdür. İş materiallarında olan AR X7 03 iyun 2019- cu il tarixli, 837-337-19/NQ/BP nömrəli sınaq protokolı ilə müəyyən edilib ki, təqsirləndirilənin dükanından alınmış 01 kq arpa yarmasının tərkibində talk və kaolin aşkar edilmişdir. Digər tərəfdən, Zərərçəkmiş şəxs2 ilə təqsirləndirilən Təqsirləndirilən şəxs arasında ibtidai araşdırmada üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı, sonuncu özünə məxsus yem dükanından heyvanların tələf olduğu müddətlərdə yəni 2019cu ilin may ayında həqiqətən də arpa və qarğıdalı yarması satdığını etiraf etmişdir. Əfsuslar olsun ki, həmin xüsusatlar məhkəmədə hərtərəfli , tam və obyektiv araşdırılmamış və uyğun hüquqi qiymətini verməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 1(010)-6/2022 nömrəli hökmündən zərərçəkmiş şəxs-müliki iddiaçı Zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi2 apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair yeni ittiham hökm çıxarılmasını, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərərin və əldən çıxmış faydanın əvəzi qismində ümumilikdə 131.471 (yüz otuz bir min dörd yüz yetmiş bir) manat məbləğində pul vəsaitin Təqsirləndirilən şəxs tutulması barədə mülki iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işinin materillarmdan göründüyü kimi, məhkəmənin cinayət tərkibinin əlamətləri olmadığına görə Təqsirləndirilən şəxs bəraət verməsi əsassız olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs qəsdən tamah məqsədi ilə istehlakçıların qanunla qorunan mənafelərinə qəsdən tamah məqəsdi ilə istehlakçıları aldatmaq və varlanmaq məqsədi ilə özünə məxsus dükanda arpa yarmasının tərkibinə normadan artıq kaolin və talk (qum, gil, torpaq və daş tozu) qataraq məhsulun daha artıq çəki almasına nail olmuş, bununlada istehlakçıları aldatmış, nəticədə Zərərçəkmiş şəxs2 50271 manat Zərərçəkmiş şəxs1 isə 2624 manat maddi ziyan vumuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində AR Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsinin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti olmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində yem məhsullarını Azərbaycan Respublikasının müxtəlif rayonlarından aldığını və yem aldığı adamların adını xatırlamadığını bildirsədə, məhkəmə istintaqı zamanı Şahid4 adlı şəxsdən yem məhsullarını aldığını bildirmiş və həmin şəxs məhkəmə iclasında şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, “Həmidağanı 5-6 ildir tanıyır, 19 ildir yem sahəsində işləyir. 2018-ci ildə Həmidağaya arpa yarması satmışdır. Məhsullar xaricdən gəlir, eyni malı Həmidağadan başqa şəxslərə də satmış, lakin heç bir problem yaşanmamışdır. Yemləri hazır kisədə satırlar, Həmidağa malları tək ondan almır. Arpanın əkilməsinə müdaxilə ola bilər, lakin əkiləndə heç bir zərərli qatqı ola bilməz. Gələn arpa qatqı olmadan üyüdülüb satılır. Satdığı mala cavabdehdir və heyvanlar yemdən ölə bilməz. Şahid4 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, onlarda yemin içərisinə işçi tərəfindən əlavə nəyinsə qatılması mümkün deyil. Onlar arpanı üyüdüb satırlar və heç bir qatqı əlavə etmirlər. Xammal olaraq alırlar və qalanını da istehsal edirlər. Kənd Təsərrüfatı Nazirliyindən sertifikat alırlar. Xaricdən aldıqları mallara sənəd tələb olunur, lakin daxili mallara tələb olunmur. Arpa yarması 46 qəpikdir. 2018-ci ildə qiyməti nə qədər olub yadında deyil. Arpanı üyüdəndə əlavə olaraq heç nə qatmırlar. Həmidağa 2018-ci ildən ondan yem alır və hal-hazırda da almağa davam edir. 2019-2020-ci illərdə yemi xaricdən alırdılar”. Şahid4 adını Təqsirləndirilən şəxs öz ifadəsində (ibtidai istintaq və məhkəmə istintaqı zamanı) çəkməmiş, sonradan onun məhkəmədə dindirilməsi barədə vəsatət vermişdir. Qeyd olunanlardan görünür ki, Şahid4 cinayət işi üzrə hər hansı bir faktı təsdiq etməmiş və onun ifadəsinin cinayət işinə heç bir aidiyyəti olmamışdır. Bu səbəbdən həmin ifadə sübutların siyahısından çıxarılmalıdır. Məhkəmə zərərçəkmiş şəxs və Mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki iddiasını qanunsuz olaraq təmin etməmişdir. Cinayət işinin materiallarında olan Müstəqil Məhkəmə Ekspertizası MMC-nin məhkəməəmtəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 56 saylı rəyində göstərilmişdir ki, zərərçəmiş Zərərçəkmiş şəxs2 məxsus tələf olmuş cəmi 27 baş iri buynuzlu heyvanın orta bazar qiymətilə ümumi dəyəri təxminən 50271,00 manat müəyyən edilir. O, cümlədən 9 baş sağılan inəyin dəyəri- 31500,00 manat, 18 baş dananın dəyəri 18771,00 manat təşkil edir. Bundan başqa mən 2018-ci ilin sentyabr ayından 2019-cu ilin may ayının 15-nə qədər hər ay təxminən 9000-9500 kq arpa yarmasını Təqsirləndirilən şəxs almışdır. Arpanın tonunun 38-40 qəpikdən olduğundan, hər ay arpa yeminə 3800-4000 mant olmaqla 9 ay 15 gün ərzində 34200 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin arpa yarması zərərçəkmişin 27 baş heyvanlarımın ölümünə səbəb olduğu üçün ona əlavə olaraq 34.200 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmişə dəymiş 34.200 manat maddi ziyan Təqsirləndirilən şəxs alınaraq ona ödənilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş mənəvi ziyana görə 20.000 AZN (iyirmi min manat) ödənilməlidir. Bundan başqa məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, mənə məxsus tələf olan 9 baş inəy xüsusi cins inək olub hər gün hər biri 20 litr süd vermək iqtidarında idi. Hər bir inəkdən sağılan 20 litr südün 10 litri onun balasına və xərclərinə sərf olunduğunu nəzərə aldığım zaman hər bir inəkdən günə Zərərçəkmiş şəxs2 5 manat (10 litr*0,5 qəpik=5 manat) pul qazanırmış. Ümumilikdə tələf olan 9 inəyə görə zərərçəkmiş günə 45 manat, ayda isə 1350 manat olmaqla pul qazanırmış. Hər bir inəyin aylıq gəliri 150 manat, 9 inəyin aylıq gəliri isə birlikdə 1350 manat təşkil edir. 2019-cu ilin mart ayından başlayaraq zərərçəkmişin 27 baş heyvanım 2019-cu ilin may ayınadək öldü. Nəticədə zərərçəkmişə hər ay 1350 manat gəlir gətirən inəklərin ölməsi nəticəsində o aylıq stabil gəlirimdən məhrum olmuşdur. 2019-cu ilin mart ayından başlayaraq 2020-ci ilin oktybar ayınadək 20 ay ərzində Şaəfıyev Eldar 27000 manat məbləğində gəlirindən məhrum olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 1(010)-6/2022 nömrəli hökmündən Dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə hökmdə qeyd etmişdir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2, onun etibarnamə üzrə nümayəndəsi və vəkilini, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs və mülki cavabdehi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz elan edilməli və əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilməlidir. Bu qənaətə gələrkən məhkəmə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham yalnız iş üzrə onun verdiyi ifadələrinə və mülahizələrə əsaslanmış, şəxsin təqsirliliyinə dair digər konkret və mötəbər sübutlar ümumiyyətlə toplanmamış, onun tərəfindən cinayətin törədilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir və məhkəmə istintaqı zamanı da müəyyən edilməmişdir. Məhkəmə əsassız olaraq hesab etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 200.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə heç bir dəlilə istinad edilməmiş və iş materiallarında olan sübutlar təqsirləndirilən şəxsin həmin əmələ görə təqsirli bilinməsi üçün kifayət etmir, eləcə də məhkəmədə təqsirləndirilən şəxs tərəfindən qeyd edilən cinayət əməlinin törədilməsinə dair ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları külli miqdarda aldatma cinayətini özündə ehtiva edir. Belə ki, Təqsirləndirilən şəxs həmin cinayətin törədilməsi ibtidai istintaq zamanı, həmçinin məhkəmə istintaq zamanı cinayət işi üzrə dindirilmiş zərərçəkmiş şəxslər, yəni Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, şahidlər Şahid3, Şahid2, Şahid1, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri Gülşən Hümmətovanın və Pərvanə Rüstəmovanın, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı şəhər baytarlıq İdarəsinin mütəxəsissi X21, Bakı şəhər Suraxanı Baytarlıq sahəsinin müdiri Süleyman Əhmədovun ifadələri, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 yanvar 2020-ci il tarixli, 995 saylı məhkəmə-bioloji ekspertizasının rəyi, 07 avqust 2019- cu il tarixli, 17717/18 saylı məhkəmə-fiziki-kimyəvi ekspertizasının rəyi, 26 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akt, 03 dekabr 2019-cu il tarixli, 65/243-06 saylı məktub, Bakı şəhər Suraxanı Baytarlıq sahəsinin müdiri Süleyman Əhmədov tərəfindən Zərərçəkmiş şəxs2 məxsus danaların və inəklərin ölməsini təsdiq edən aktlar, Azərbaycan Respublikası Qida X5 tədqiqatlar laboratoriyası tərəfindən verilmiş 03 iyul 2019-cu il tarixli, 887-337/NQ/BP saylı sınaq protokolu, Müstəqil Məhkəmə Ekspertiza MMC- nin 14 may 2020-ci il tarixli, 56 nömrəli rəyi, məhkəməəmtəşünaslıq və məhkəmə-bioloji ekspertizasının 04 avqust 2020-ci il tarixli, 222 saylı rəyi və digər sübutlar əsasında öz təsdiqini tapmışdır. Məhkəmə hökmdə göstərmişdir ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən yem dükanında satdığı arpa yarmasının tərkibində olan talk və kaolin mineral birləşmələrinin tərkibinə xlorid turşusunda həll olmayan külün (qum, gil, torpaq, daş tozu, silisius-oksid və s.) olmasının təsdiq olunmasına baxmayaraq, həmin mineral birləşmələrinin yemin tərkibinə məhz Təqsirləndirilən şəxs özü tərəfindən əlavə qatqılar qatmaqla istehlakçını aldatması, bu zaman əməlinin ictimai təhlükəli olduğunu dərk etməsi, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsinə dair hər hansı bir mötəbər sübut yoxdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs başqa şəxslərdən kisələrdə alaraq sonradan satışını həyata keçirdiyi yemlərdə talk və kaolin mineral birləşmələrinin olması, həmin mineral birləşmələrinin Təqsirləndirilən şəxs özü tərəfindən əlavə edilməsi kimi qiymətləndirilə bilməz. Hətta Təqsirləndirilən şəxs xeyrinə həll edilməli olan, yuxarıda qeyd edilən şübhələri nəzərə almayıb, yemin tərkibinə talk və kaolin mineral birləşmələrini elə Təqsirləndirilən şəxs əlavə etdiyini fərziyə etsək belə, yemin tərkibində olan həmin mineral birləşmələrin miqdarının normadan 0.9-1% artıq olması (standarta əsasən 0.7%-dən çox olmamalı) faktı artıq, zərərçəkmiş şəxslərin mal qarasının məhz yemin tərkibinə olan talk və kaolin mineral birləşmələri səbəbindən tələf olmasını şübhə altına alır. Məhkəmə öz hökmwndə də Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən yem dükanında satdığı arpa yarmasının tərkibində olan talk və kaolin mineral birləşmələrinin tərkibinə xlorid turşusunda həll olmayan külün (qum, gil, torpaq, daş tozu, silisius-oksid və s.) olmasının təsdiq edir, lakin sonradan fərziyə edərək, yemin tərkibində olan həmin mineral birləşmələrin miqdarının normadan 0.9-1% artıq olması (standarta əsasən 0.7%-dən çox olmamalı) faktı artıq, zərərçəkmiş şəxslərin mal qarasının məhz yemin tərkibinə olan talk və kaolin mineral birləşmələri səbəbindən tələf olmasını şübhə altına alır. Göründüyü kimi, məhkəmə özü fərziyələrə əsaslanmış, halbuki, CPM-nin 350.3cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Məhkəmə həmçinin iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 17 yanvar 2020-ci il tarixli, 995 nömrəli rəyini mötəbər sübut hesab etməmişdir. Belə bir mötəbər sübutu hansı əsasla sübutlar siyahısından çıxarılmasını məhkəmə hökmdə əsaslandırmağa çalışsa da, düzgün nəticə gəlməmişdir. Hesab edirəm ki, iş üzrə tam sübutlara əsaslanaraq təyin edilmiş məhkəməbioloji ekspertizasının 17 yanvar 2020-ci il tarixli, 995 nömrəli rəyini şübhə altına alan hər hansı hal məhkəmə istintaqında müəyyən edilmədiyindən qeyd edilən rəy sübutlar siyahısından çıxarıla bilməz. Bundan başqa, məhkəmə hökmdə Təqsirləndirilən şəxs fiziki şəxs Zərərçəkmiş şəxs2 2018-ci ilin sentyabr ayından 2019-cu ilin may ayına qədər, fərdi təsərrüfatla məşğul olan Zərərçəkmiş şəxs1 isə 2019-cu ilin dekabr ayında yem satdığını göstərmişdir. Hökmdə əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin arayışlarından görünür ki, ********** VÖEN əsasında fərdi sahibkar kimi fəaliyyət göstərmiş Təqsirləndirilən şəxs fəaliyyəti 27 iyun 2014-cü ildən 27 iyun 2019-cu ilədək dayandırılmış, 07 yanvar 2019-cu il tarixdə Təqsirləndirilən şəxs fəaliyyətini bərpa edilmiş, 03 oktyabr 2019-cu ildən 03 oktyabr 2024-cü il tarixədək isə yenidən dayandırılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs iribuynuzlu heyvanlar üçün yem satarkən, həmin dövrdə fərdi sahibkar kimi fəaliyyətini faktiki olaraq dayandırmış, bununla da sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Lakin məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən dövrdə fəaliyyət göstərməməsini əsaslandırmağa çalışsa da, faktiki olaraq Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan ünvanda iri buynuzlu heyvanlar üçün yem satışı ilə məşğul olduğu müəyyən edilmiş, özü də bu barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmiş, buna baxmayaraq məhkəmə yuxarıda göstərilən əsassız nəticəyə gəlmiş və ziddiyyət yaratmışdır. Bundan başqa, xüsusilə vurğulanmalıdır ki iş üzrə şahid X20 bildirmişdir ki, iribuynuzlu heyvanlar üçün yemi Təqsirləndirilən şəxs və digər alıcılara satmış, hər hansı bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs də, qeyd ediləni ifadəsində təsdiq etmişdir. Qeyd edilən hal özlüyündə təsdiq edir ki, Təqsirləndirilən şəxs şahid X6 iribuynuzlu heyvanlar üçün yem aldıqdan sonra əsassız varlanmaq məqsədilə yem dükanında satdığı arpa yarmasının tərkibində olan talk və kaolin mineral birləşmələrinin tərkibinə xlorid turşusunda həll olmayan külün miqdarını standart normadan qəsdən artıq etmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmədə verdikləri ifadələrinin araşdırılmasını göstərsə də, həmin sübutları düzgün tədqiq etməyərək iş üzrə əsassız nəticəyə gəlmiş, ittiham tərəfinin təqdim etdiyi sübutların rədd edilməsinin motivlərini hökmdə əsaslandırmağa çalışsa da, bu əsaslandırma işin faktiki halları ilə ziddiyyət təşkil etmişdir. Məhkəmə kollegiyası iş üzrə qismən məhkəmə istintaqı aparmaqla apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdıraraq, məhkəmə iclasında iştirak etmiş şəxslərin çıxışlarını dinləyərək, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxs-mülki iddiaçının və şahidlərin ifadələrinə, hazırkı apellyasiya icraatı gedişində məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək, cinayət işi üzrə ziddiyyətli məqamları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə Zərərçəkmiş şəxs1 və onun vəkili Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə elan olunan ittiham üzrə əməlində cinayət tərkibi olmadına görə bəraət verilməsinə dair 07 fevral 2022-ci il tarixli, 1(010)-6/2022 saylı hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs yeni əsasla, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsinə dair yeni hökm çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya icraatı zamanı bəraət almış şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Yem məhsullarını hazır tikili yem kisələrində satdığını, həmçinin kisələri açaraq kilo ilə də satdığını bildirmişdir. Mahiyyəti üzrə bildirir ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 heyvanlarının tələf olması onun satdığı heyvan yemi ilə heç bir əlaqəsi olmamışdır. Heç vaxt satdığı arpa və ya qarğıdalı yarmasının tərkibinə zərərli qatqılar qatıb satmamış və satdığı arpa yarması heç bir iri və ya xırda buynuzlu heyvanın ölümünə səbəb ola bilməz. Zərərçəkmiş şəxs2 sadəcə ehtimal edir ki, heyvanların tələf olması onun satdığı yemlə əlaqədar olmuşdur. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 01 oktyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində fərdi sahibkar kimi qeydiyyata alınmaqla fəaliyyət göstərmiş və fəaliyyəti yem (yarma) satışı ilə bağlı olmuşdur. Fərdi qaydada yemi, yəni yarmanı müxtəlif satış yerlərindən alıb Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi. Dənizkənarı küçədə yerləşən yem dükanına gətirib və oradan da satışını həyata keçirmişdir. Kisələrdə aldığı yarmanı, həm kisə şəklində, həm də kiloyla satmışdır. O, fəaliyyətini Azərbaycan Respublikası Vergilər Nazirliyinə ilkin olaraq 2014-cü ilin iyun ayında müraciət edərək 2019-cu ilin iyun ayının 27-nə kimi dayandırmış, 2019-cu ilin oktyabr ayında isə təkrar müraciət edərək 2024-cü ilin oktyabr ayına kimi dayandırmışdır. Zərərçəkmiş şəxs2 təxminən 2018-ci ilin yaz aylarından ondan arpa aldığı vaxtdan tanıyır. Sonradan isə Eldar özü ondan arpa və qarğıdalı yarması almağa başlamışdır. Zərərçəkmiş şəxs2lə aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Dəqiq xatırlamadığı vaxtda, təxminən 2019-cu ilin may ayında Eldar ümumilikdə 750 (yeddi yüz əlli) manat məbləğində pul ödəməklə ondan iyirmi kisə arpa yarması və iyirmi kisə qarğıdalı yarması almışdır. 2019-cu ilin iyun ayında, dəqiq xatırlamadığı gündə Eldar yaxınlaşaraq bildirmişdir ki, özünə məxsus buzovlardan bir neçəsi ölmüşdür və buna görə ondan aldığı yarmadan şübhələnmişdir. Lakin Eldara yemdə elə bir problemin ola bilməyəcəyini demiş, bundan sonra sonuncu çıxıb getmişdir. 09 iyul 2019-cu il tarixdə məlum olmuşdur ki, Eldar onun barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bundan sonra 30-cu Polis Şöbəsinin təhqiqatçısı, onun işlətdiyi yem dükanına gələrək onun və hal şahidlərinin iştirakı ilə satdığı arpa və qarğıdalı yarmasından nümunələr götürmüşdür. Həmçinin Eldarın fermasında olan arpa və qarğıdalı yarmasından da nümunələr götürülmüşdür. Eldarın fermasında iribuynuzlu heyvanlarının tələf olmasının ona satdığı arpa və qarğıdalı yarması ilə heç bir əlaqəsi yoxdur. Belə ki, müxtəlif rayonlardan ona yem məhsulları gəlir, həmçinin özü də rayonlara gedərək yem məhsulları alır. Zərərçəkmiş şəxs2 satdığı yem məhsullarını konkret olaraq kimdən aldığını xatırlamır. Zərərçəkmiş şəxs1 isə istintaq zamanı görmüşdür. Ola bilər ki, Zərərçəkmiş şəxs1 onun yem dükanından 1-2 dəfə yem alıb, lakin onu xatırlamır. Heç vaxt satdığı arpa və ya qarğıdalı yarmasının tərkibinə zərərli qatqılar qatıb satmamış və satdığı arpa yarması heç bir iri və ya xırda buynuzlu heyvanın ölümünə səbəb ola bilməz. Təqsirləndirilən şəxs habelə birinci instansiya məhkəməsində ona verilən suallara cavab olaraq yem məhsullarını rayonlardan, o cümlədədn Xırdalan şəhərindən və Sulutəpə qəsəbəsindən alıb-satdığını, yem məhsullarının tərkibində müəyyən miqdarda talk və kaolin mineral birləşmələrinin olduğunu, lakin onun alıb-satdığı yem məhsullarının tərkibindən ümumiyyətlə məlumatının olmadığını, yem məhsullarını aldığı kimi, hər hansı bir qatqı əlavə etmədən müşətrilərə satdığını bildirmişdir. Ona qarşı ittiham tamamilə şər və böhtan əsasında irəli sürülmüşdür. Əgər onun günahı varsa cəzasını çəkməyə hazırdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə ittiham olunmaq onun üçün təhqirdir. Malı qablaşdırılmış formada alır və heç bir qatqı əlavə etmir. Taolin və talk nədirsə onun ölkədə satışı belə yoxdur. O, həmin qeyd edilən maddələri yemə qatsa ayda 400-500 manat ziyan etmiş olar. Arpa yarması yemə qatılır və onun satdığı yemdə bu göstərici 0.2% olub. Zərərçəkmiş şəxslərə ziyan dəydiyini qəbul edir, lakin onun səhvi və ya satdığı məhsul səbəbindən dəyməyib. Sonda Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmadığına görə cinayət məsuliyyətindən azad edilməsini və ona elan edilmiş ittiham üzrə bəraət verilməsini, mülki iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya icraatı zamanı zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, o, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Heyvanlarının tələf olmasının Təqsirləndirilən şəxs aldığı məhsullardan olduğundan şübhələnmiş, ondan aldığı məhsullarda qatqı olub-olmamasını Təqsirləndirilən şəxs soruşduqda isə sonuncu belə halın baş verməsinin qeyri-mümkün olması barədə onu əmin etmişdir. Eyni qayda ilə o, sonuncudan yem məhsulları almaqda davam etmiş, lakin bundan sonra heyvanları eyni qayda ilə tələf olmağa davam etmişdir. Təqsirləndirilən şəxs ona satdığı heyvan yeminin tərkibində talk və kaloin maddələrinin aşkar olunması ekspert rəyi ilə öz təsdiqini tapmışdır və bu hal onun heyvanlarnın tələf olmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2012-ci ildən Suraxanı rayonu, Hövsan qəsəbəsi Quşçuluq Sovxozu ərazisində yerləşən özünə məxsus 70 sot torpaq sahəsində ferması var və həmin fermada iribuynuzlu heyvanların saxlanılması ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən iki-üç ildir tanıyır, onunla münasibətləri normaldır, aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. Mütəmadi olaraq fermada saxladığı iribuynuzlu heyvanlara yarmanı Həmidağadan almışdır. Belə ki, Həmidağanın Hövsan qəsəbəsində yem mağazası var və ona yarma lazım olduqda, Həmidağadan alış-veriş etmişdir. Bəzən də elə vaxt olmuşdur ki, heyvanları üçün aldığı yem məhsulları artıq qalmış və həmin artıq qalan yem məhsullarını Həmidağaya satmışdır. 2018-ci ilin sentyabr ayından başlayaraq ancaq Həmidağadan yem almağa başlamışdır. Həmin vaxt kənd camaatından eşitmişdir ki, Həmidağanın satdığı yem məhsullarında təhlükəli qatqı var və bu heyvanlara təsir edir. Bu barədə Həmidağanın özünə bildirmiş və Həmidağa onu arxayın etmişdir ki, belə bir halın olması mümkün deyildir. 2019-cu ilin may ayına qədər Həmidağadan mütəmadi olaraq arpa və qarğıdalı yarması almışdır. 2019-cu ilin mart ayından başlayaraq özünə məxsus irbuynuzlu heyvanlarda ölmə halları baş vermiş və inəklərin döşləri tutulmaqla südvermə qabiliyyətləri azalmağa başlamışdır. Həmin ölüm halları başlayanda, heyvanların yemdən (yarmadan) öldüyünü bilməmişdir və yenidən yarma almaq üçün Həmidağanın dükanına gedən zaman sonuncuya heyvanlarının ölməsini bildirmişdir. Həmidağa isə əmin etmişdir ki, həmin ölüm halları satdığı yem məhsullarından ola bilməz. Bundan sonra fermada iribuynuzlu heyvanların ölüm halları dayanmadan davam etmişdir. Belə ki, 2019-ci ilin mart ayından 2019-cu ilin iyul ayına kimi olan müddət ərzində ona məxsus 9 baş inək və 18 baş dana, yəni 1 baş 4 ay 25 günlük, diri çəkisi 200 kq olan dana, 1 baş 5 aylıq, diri çəkisi 220 kq olan dana, 1 baş 2 yaşında, diri çəkisi 600 kq olan damazlıq dişi dana, 8 baş boğaz inək, 1 baş boğaz inək, 12 baş 2-3 aylıq damazlıq buzov, 1 baş 5 aylıq, diri çəkisi 220kq olan dana, 1 baş 2 illik diri çəkisi 550 kq olan damazlıq dişi dana, 1 baş 6 aylıq diri çəkisi 250 kq olan dana tələf olmuş, həmçinin 03 (üç) baş iribuynuzlu inəyin döşləri tutulmaqla südvermə qabiliyyəti azalmışdır. Bundan sonra Həmidağadan aldığı yem məhsullarını şəxsi vəsaiti hesabına Azərbaycan X18na təqdim etmiş və oradan aldığı rəylə müəyyən edilmişdir ki, Həmidağanın ona satdığı arpa yarmasının tərkibində olan talk və kaloin maddələri aşkar edilmişdir. Heyvanlarının tələf olmasına görə Həmidağa barədə şikayət ərizəsi yazıb 09 iyul 2019-cu il tarixdə Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə vermişdir. Bundan sonra araşdırmanı aparan təhqiqatçı Emin Məmmədov 09 iyul 2019-cu il tarixdə onun, Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs məxsus olan Hövsan qəsəbəsi, Dənizkənarı küçədə yerləşən yem dükanından ekspertizaya təqdim etmək üçün təxminən 50 kq arpa və qarğıdalı yarmasından nümunələr götürərək qablaşdırmışdır. Sonra isə təhqiqatçı Emin Məmmədov hal şahidlərinin iştirakları ilə ona məxsus fermadan Təqsirləndirilən şəxs alıb heyvanlarına verdiyi arpa və qarğıdalı yarmasından müəyyən miqdarda götürüb ekspertizaya təqdim etməsi üçün qablaşdırılmışdır. 2018-ci ilin sentyabr ayının əvvəllərindən 2019-cu ilin may ayının 15-nə kimi hər ay təxminən 9.000-9.500 kq təkcə arpa yarmasını Təqsirləndirilən şəxs almışdır. Arpanın tonu 38-40 qəpik olduğundan o, hər ay təkcə arpa yeminə 3.800- 4.000 manat olmaqla 09 ay 15 gün ərzində təxminən 34.200 (otuz dörd min iki yüz) manat Təqsirləndirilən şəxs pul vermişdir. Həmin arpa yarması heyvanlarının ölümünə səbəb olduğundan aldığı arpa yarmasına görə ona əlavə olaraq da 34.200 manat ziyan dəymişdir. 2018-ci ilin sentyabr ayından 2019-cu ilin may ayına qədər Təqsirləndirilən şəxs başqa şəxsdən arpa və qarğıdalı yarması almamışdır. Yem satan fiziki şəxs kimi Həmidağaya etibar etdiyindən ondan arpa və qarğıdalı yarmasını heç bir sənədləşmə aparmadan dəfələrlə almışdır. Heyvanlarının hər birinin pasport vardır və deyə bilər ki, təxminən 1.000 manat qiymətində 4 ay 25 günlük, diri çəkisi 200 kq olan dananın, 1.100 manat qiymətində 5 aylıq, diri çəkisi 220 kq olan dananın, 3.500 manat qiymətində 2 yaşında, diri çəkisi 600 kq olan damazlıq dişi dananın, 28.000 manat qiymətində 8 baş boğaz inəyin, 3.500 manat qiymətində 1 baş boğaz inəyin və 8.000 manat qiymətində 12 baş 2-3 aylıq damazlıq buzovun, 1.100 manat qiymətində 5 aylıq, diri çəkisi 220 kq olan dananın, 3.000 manat qiymətində 2 illik diri çəkisi 550 kq olan damazlıq dişi dananın, 1.300 manat qiymətində 6 aylıq diri çəkisi 250 kq olan dananın ölməsi nəticəsində ona təxminən 50.000-50.500 (əlli min - əlli min beş yüz) manat ziyan dəymişdir. 09 iyul 2019cu il tarixli şikayət ərizəsində, 2019-cu ilin fevral ayından 14 baş buzov və 2 baş inəyin ölməsini göstərsə də şikayət ərizəsini yazanda hələ 14 baş dana və 2 baş inəyi ölmüşdü. Lakin qalan heyvanları da mərəz düşüb əmələ gəlməmişdir. Bundan sonra da heyvanları məhz Həmidağadan aldığı yarmanı yemələri səbəbindən tələf olmaqda davam etmiş və nəticədə fermada saxladığı 9 baş inək və 18 baş dana tələf olmuşdur. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, onun 60 dan çox heyvanı olmuşdur, heyvanları yoxlanılmışdır və onlarda heç bir xəstəlik aşkar edilməmidşir. Həmidağadan 2017-ci ildən yem almağa başlamış, 2018-cilin sonunda yemdə problem olduğunu hiss etmiş, 2019-cu ilin aprel ayının sonu may ayının əvvəlində sonuncu dəfə Həmidağadan yem almış, 2019-cu ilin fevral-mart aylarında mütəxəssis və həkimlər yemdə problem olduğunu demişlər, Həmidağa isə ona yemdə heç bir problemin olmadığın demiş, tələf olmuş heyvanların sığortası olmadığından ona sığorta ödənişi verilməmiş, lizinqə aldığı, yəni sığortası olan heyvanları Qaradağ rayonundakı fermada ayrı saxlamış, tələf olmuş heyvanların həmçinin qanı yoxlanılmış və heç bir infeksiyon xəstəlik aşkar edilməmiş, ilk heyvanı 2019-cu ilin fevral ayının sonunda ölmüş, həkim onun bağırsağında daş olduğunu müəyyən etmiş, bağırsağın rəngi dəyişmiş, 1-2 baş heyvanı öldükdə heçnədən şübhələnməmiş, sonradan hissə-hissə ölmülər baş verməyə başlamış, birinci dəfə heyvan yarıldıqdan sonra heyvanlarını müalicə etməsi deyilmiş, hər dəfə həkim çağırdıqda müvafiq akt rətib edilmiş və ölümün yemdən olduğu qeyd edilmişdir. Sonda zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 məhkəmədən mülki iddianın təmin edilməsini, maddi ziyanın əvəzi qismində 84.471 manat, mənəvi zərərin əvəzi qismində 20.000 manat, ədlən çıxmış faydanın əvəzi qismində isə 27.000 manat olmaqla ümumilikdı 131.471 manat məbləğində vəsaitin təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasını və təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi2 bildirdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə təqsirləndirilərək, onun barəsində həmin maddə ilə ittiham elan edilmişdir. Bakı şəhəri Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən ittiham aktı təsdiq edilərək ********* nömrəli cinayət işi baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmiş və Surxanı rayon məhkəməsində cinayət işi üzrə məhkəmə istintaqı aparılmışdır. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, pis keyfiyyətli məhsul sataraq istehlakçılara külli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, yem satışı sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs əsassız varlanmaq məqsədi ilə ünvan 1 ünvanında yerləşən yem dükanında satdığı arpa yarmasının tərkibində olan talk (Mğ3Si4O10(OH)2 və kaolin (AL2Sİi202(0H)4) mineral birləşmələrinin tərkibində xlorid turşusunda həll olmayan külün (qum, gil, torpaq, daş tozu, silisius-oksid və s.) miqdarının standart normadan (standarta əsasən 0.7% çox olmamalı) qəsdən 1,6-3% (normadan 2 dəfə) artıq edərək, göstərilən səbəbdən heyvan orqanizminin kəskin arıqlamasma, mədə-bağırsaq pozğunluğuna, sutkalıq verilən südün azalmasına və nəticədə heyvan ölümünə səbəb olan həmin arpa yarmasını 2018-ci ilin sentyabr ayından 2019-cu ilin may ayına qədər fiziki şəxs Zərərçəkmiş şəxs2, 2019-cu ilin dekabr ayında isə fərdi təsərrüfatla məşğul olan Zərərçəkmiş şəxs1 satmış və həmin arpa yarması ilə bəsləndiyindən sonuncunun ünvan 3 ünvanında yerləşən fərdi təsərrüfatında saxladığı ümumi dəyəri 2.624 (iki min altı yüz iyirmi dörd) manat olan 2 baş, smental cinsli, orta diri çəkisi 250 kq olan dananın ölməsinə səbəb olmaqla Samir Aliyevi aldatmış, həmçinin Zərərçəkmiş şəxs2 Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi ərazisində yerləşən heyvandarlıq təsərrüfatında saxladığı 1.018 manat qiymətində 4 ay 25 günlük, diri çəkisi 200 kq olan dananın, 1.120 manat qiymətində 5 aylıq, diri çəkisi 220 kq olan dananın, 3.360 manat qiymətində 2 yaşında, diri çəkisi 600 kq olan damazlıq dişi dananın, 28.000 manat qiymətində 8 baş boğaz inəyin, 3.500 manat qiymətində, 1 baş boğaz inəyin və 7.800 manat qiymətində 12 baş 2- 3 aylıq damazlıq buzovun, 1.120 manat qiymətində 5 aylıq, diri çəkisi 220 kq olan dananın, 3.080 manat qiymətində 2 illik diri çəkisi 550 kq olan damazlıq dişi dananın, 1.273 manat qiymətində 6 aylıq diri çəkisi 250 kq olan dananın, cəmi 27 baş iribuynuzlu heyvanın ölməsinə səbəb olan külli miqdarda, yəni ümimilkdə 50.271 (əlli min iki yüz yetmiş bir) manat maddi ziyan vurmaqla aldatmış, həmin hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəşünaslıq ekspertizasının 14 may 2020-ci il tarixli, 56 saylı rəyində göstərilmişdir ki, zərərçəmiş Zərərçəkmiş şəxs2 məxsus tələf olmuş cəmi 27 baş iribuynuzlu heyvanın orta bazar qiymətilə ümumi dəyəri təxminən 50.271 manat müəyyən edilir. O, cümlədən 9 baş sağılan inəyin dəyəri – 31.500 manat, 18 baş dananın dəyəri 18.771 manat təşkil edir. Bundan başqa, Zərərçəkmiş şəxs2 2018-ci ilin sentyabr ayından 2019-cu ilin may ayının 15-nə qədər hər ay təxminən 9.000-9.500 kq arpa yarmasını Təqsirləndirilən şəxs almışdır. Arpanın tonunun 38-40 qəpikdən olduğundan, hər ay arpa yeminə 3.800-4.000 mant olmaqla 9 ay 15 gün ərzində 34.200 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin arpa yarması Zərərçəkmiş şəxs2 27 baş heyvanlarına ölümünə səbəb olduğu üçün zərərçəkmişə əlavə olaraq 34.200 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 dəymiş maddi və mənəvi ziyan Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsi üçün məhkəməyə mülki iddia verilmişdir. Belə ki, maddi zərərin əvəzi kimi Təqsirləndirilən şəxs 50.271 (əlli min iki yüz yetmiş bir) manat və 34.200 (otuz dörd min iki yüz) manat olmaqla, ümumilikdə 84.471 (səksən dörd min dörd yüz yetmiş bir) manat məbləğində pul vəsaiti, mənəvi zərərin əvəzi kimi 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyana görə 27.000 (iyirmi yeddi min) manat dəyərində əldən çıxmış fayda olmaqla, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurduğu vurduğu maddi və mənəvi zərərin və əldən çıxmış faydanın əvəzi kimi ümumilikdə 131.471 (yüz otuz bir min dördyüz yetmiş bir) manat məbləğində pulun Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs2 verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bundna başqa, cinayət işinin materialları ilə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 2 baş smental cinsli orta diri çəkisi 250 kq olan danasının ölməsinə səbəb olmuş yem məhsulu satmış, nəticəsə zərərçəkmiş şəxsə 2.624 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıları külli miqdarda aldatma cinayətini özündə ehtiva edir. Həmin cinayətə görə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs təqsiri cinayət işi üzrə məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmişlər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, şahidlər Şahid3, Şahid2, Şahid1, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri Gülşən Hümmətovanm və Pərvanə Rüstəmovanın, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı şəhər baytarlıq İdarəsinin mütəxəsisi X21, Bakı şəhər Surxam Baytarlıq sahəsinin müdiri Süleyman Əhmədovun məhkəmə iclasında verdiyi şahid ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 yanvar 2020-ci il tarixli, 995 saylı məhkəmə-bioloji ekspertizasının rəyi, 07 avqust 2019-cu il tarixli, 17717/18 saylı məhkəmə-fiziki-kimyəvi ekspertizasının rəyi, 26 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akt, 03 dekabr 2019-cu il tarixli, 65/243-06 saylı məktub, Bakı şəhər Surxanı Baytarlıq sahəsinin müdiri Süleyman Əhmədov tərəfindən Zərərçəkmiş şəxs2 məxsus danaların və inəklərin ölməsini təsdiq edən aktlar, Azərbaycan Respublikası Qida X5 tədqiqatlar laboratoriyası tərəfindən verilmiş 03 iyul 2019-cu il tarixli, 887-337/NQ/BP saylı sınaq protokolu, Müstəqil Məhkəmə Ekspertiza MMC-nin 14 may 2020-ci il tarixli, 56 nömrəli rəyi, məhkəmə-əmtəşünaslıq və məhkəmə-bioloji ekspertizasının 04 avqust 2020-ci il tarixli, 222 saylı rəyi və digər sübutlar əsasında öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs təqsirsiz olması barədə gətirdiyi dəlilər özünümüdafiə xarakteri daşıdığı üçün heç bir faktlada öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq Müdafiəçi2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona cəza təyin edilməməsini, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 vurduğu maddi və mənəvi zərərin və əldən çıxmış faydanın əvəzi kimi ümumilikdə 131.471 (yüz otuz bir min dörd yüz yetmiş bir) manat məbləğində pulun Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs2 verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya icraatı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs əvvəllər də yem aldığını, əvvəllər aldığı yem kisələrinin tikili vəziyyəti olduğunu və həmin məhsulların keyfiyyət etibarilə yaxşı olduğunu, lakin sonralar aldığı yem kisələrinin tikili vəziyyətdə deyil, bükülərək bağlanmış vəziyyətdə olduğunu bildirdi. Respublikada elan edilmiş karantin vəziyyəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs yem almağa məcbur olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona satdığı heyvan yeminin tərkibində talk və kaloin maddələrinin aşkar olunması ekspert rəyi ilə öz təsdiqini tapmışdır və bu hal onun heyvanlarnın tələf olmasına səbəb olmuşdur. Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsində 11 yanvar 2022-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, 20 ilə yaxındır öz yaşadığı evin həyətində iribuynuzlu heyvanların saxlaması ilə məşğul olur. Əvvəllər heyvanların yemini qeyri şəxslərdən almışdır və heyvanlara həmin yemi verəndə hər hansı bir problem olmamışdır. 2019-cu ilin dekabr ayının ortalarında saxladığı 16 baş heyvan üçün yemi Hövsan qəsəbəsində yaşayan və yem satışı ilə məşğul olan Təqsirləndirilən şəxs almağa başlamışdır. Həmidağadan təxminən 400-500 kq yem, yəni arpa və qarğıdalı yarması almışdır. Göstərdiyi müddət ərzində Həmidağadan aldığı yemi gətirib heyvanlarına verməyə başlamışdır. Yemi verən günün səhəri heyvanlara baş çəkmək üçün tövləyə girəndə 02 baş heyvanın öldüyünü, 02 baş heyvanın isə halsız vəziyyətdə olduğunu görmüşdür. Vəziyyəti belə gördükdə başa düşmüşdür ki, heyvanlar yemə görə ölüblər. Halsız olan heyvanları isə baytarlıq aptekindən dərmanlar alaraq, onları bir təhər 4-5 günə sağaltmışdır. Heyvanların öldüyünü gördüyü gün, dərhal Həmidağanın yanına gedib yemə nə qatıdığını soruşduqda sonuncu kobud surətdə ona “get ayrı yerdən yem al, yemə heç bir şey qatmamışam” deyə cavab vermişdir. Həmidağadan aldığı yemin qalığını aparıb zibilxanaya tullamış və yemi bir daha heyvanlara verməmişdir. 2019-cu ilin dekabr ayında 2 baş heyvanların ölməsi ilə əlaqədar olaraq ona 2.600 manat məddi ziyan dəymişdir. Hər bir ölən heyvan 1.300 manat dəyərində olmuşdur. 02 baş heyvanın müalicəsi üçün isə 400 manat xərcləmişdir. Beləliklə ona cəmi 3.000 manat məbləğində ziyan vurulmuşdur. Respublikada karantin vəziyyəti elan edildiyindən heç bir yerdən heyvanlar üçün yem ala bilmədiyinə görə, əlacsız qalıb 13 iyun 2020-ci il tarixdə Həmidağanın yanına gedərək iki kisə, yəni 100 kq yem alaraq gətirib heyvanlara verməyə başlamışdır. Həmin vaxt 12 baş heyvanı olmuşdur. Aldığı yemi 5 baş heyvana vermiş və səhəri görmüşdür ki, həmin heyvanlar halsız vəziyyətdədir. Həmidağanın yanına getsə sonuncunun ona yenə də kobud surətdə cavab verəcəyini bildiyinə görə bir də onun yanına getməmişdir. Halsız vəziyyətə düşən heyvanların müalicəsinə isə 300 manat pul xərcləmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinə şikayət ərizəsi yazdıqdan sonra müstəntiq, onun və həmin vaxtı yoldan keçən hal şahidi qismində dəvət etdiyi iki nəfər şəxsin iştirakı ilə təssərufatına baxış keçirmiş və Həminağanın satdığı arpa yarmasından nümunə götürmüşdür. Bundan sonra baxış keçirilməsi və götürmə barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokolun doğruluğu özünün və hal şahidlərinin imzası ilə təsdiqlənmişdir. Ölmüş heyvanlarının məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində qeyd olunduğu kimi 2.624 manat olması ilə razıdır. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, Həmidağadan 10-12 ildir yem alırdı, baytar həkim heyvanların yemdən öldüyünü demiş, habelə müayinə zamanı heyvanların bağırsağının pis vəziyyətdə olduğu müəyyən edilmişdir. Sonda Zərərçəkmiş şəxs1 cinayət nəticəsində ona vurulmuş maddi ziyanın ödənilmədiyini, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun cinayət qanunu ilə nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Heyvan yemi satıışı ilə məşğuldur. Məhsullar xaricdən gəlir, eyni malı Həmidağadan başqa şəxslərə də satmış, lakin heç bir problem yaşanmamışdır. Yemləri hazır kisədə satırlar, Həmidağa malları tək ondan almır. Arpanın əkilməsinə müdaxilə ola bilər, lakin əkiləndə heç bir zərərli qatqı ola bilməz. Onun və işçiləri tərəfindən yemə hər hansı qatqı ola bilməz. Həmidağanın ondan aldığı yemə nəsə qatıb-qatmamasını deyə bilməz və bu barədə hər hansı məlumat da eşitməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, Həmidağanı 5-6 ildir tanıyır, 19 ildir yem sahəsində işləyir. 2018-ci ildə Həmidağaya arpa yarması satmışdır. Məhsullar xaricdən gəlir, eyni malı Həmidağadan başqa şəxslərə də satmış, lakin heç bir problem yaşanmamışdır. Yemləri hazır kisədə satırlar, Həmidağa malları tək ondan almır. Arpanın əkilməsinə müdaxilə ola bilər, lakin əkiləndə heç bir zərərli qatqı ola bilməz. Gələn arpa qatqı olmadan üyüdülüb satılır. Satdığı mala cavabdehdir və heyvanlar yemdən ölə bilməz. Onlarda yemin içərisinə işçi tərəfindən əlavə nəyinsə qatılması mümkün deyil. Onlar arpanı üyüdüb satırlar və heç bir qatqı əlavə etmirlər. Xammal olaraq alırlar və qalanını da istehsal edirlər. Kənd Təsərrüfatı Nazirliyindən sertifikat alırlar. Xaricdən aldıqları mallara sənəd tələb olunur, lakin daxili mallara tələb olunmur. Arpa yarması 46 qəpikdir. 2018-ci ildə qiyməti nə qədər olub yadında deyil. Arpanı üyüdəndə əlavə olaraq heç nə qatmırlar. Həmidağa 2018-ci ildən ondan yem alır və hal-hazırda da almağa davam edir. 2019-2020-ci illərdə yemi xaricdən alırdılar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən etibarən ünvan 4 ünvanında yerləşən özünə məxsus torpaq sahəsində ferması var və həmin fermada təxminən 30 baş iribuynuzlu heyvan saxlayır. Heyvanlar üçün yemi Hövsan qəsəbəsindəki Pirin ətrafında yerləşən Həmid adlı şəxsin işlətdiyi yem dükanından almışdır. Bir neçə müddət Həmid adlı şəxsin işlətdiyi dükandan aldığı yem məhsullarını saxladığı iribuynuzlu heyvanlara verdikdən sonra heyvanlarda qarın ağrıları baş vermiş və bununla əlaqədar, Sovxoz Ramanı qəsəbəsində yaşayan tanışı, baytar həkimi olan Məhəmmədlə məsləhətləşmişdir. Məhəmməd təklifiylə razılışıb ona məxsus fermaya gələrək iribuynuzlu hevanlara baxış keçirmiş və bildirmişdir ki, heyvanların xəstələnməsinin səbəbi yedikləri yemdəndir. Bundan sonra Məhəmməd bildirmişdir ki, Hövsan qəsəbəsində iribuynuzlu heyvanların saxlanılması ilə məşğul olan Eldar adlı şəxsin də saxladığı iribuynuzlu heyvanlarda bu cür problem var və avtomobili olmadığı üçün onu Eldara məxsus fermaya aparmağı xahiş etmişdir. Məhəmmədin xahişini nəzərə alaraq onu idarə etdiyi avtomobillə Eldara məxsus fermaya aparmışdır. Fermaya çatdıqdan sonra Məhəmmədlə birlikdə Eldarla salamlaşıb sonuncuya məxsus fermaya daxil olmuşlar. Fermaya daxil olduqdan sonra görmüşdür ki, Eldara məxsus iribuynuzlu heyvanlarda da qarın ağrısı problemləri vardır. Məhəmməd Eldara da məsləhət bilmişdir ki, heyvanların yeminə fikir versin, çünki yaranmış problem yemdən əmələ gəlmişdir. Həmçinin Məhəmməd məsləhət bilmişdir ki, verdikləri arpa yemini bişirib heyvanlara versinlər. Bundan sonra baytar Məhəmmədin məsləhəti ilə Həmidağadan aldığı arpa yemini bişirərək özünə məxsus heyvanlara yedizdirmişdir. Lakin həmin vaxt arpa yemi bişirilən zaman rəngi qaralmağa başlamışdır. Bir müddət sonra hazırda adını xatırlamadığı şəxs ona məxsus fermaya süd almaq üçün gələn zaman bişirilmiş arpa yeminə baxıb həmin yemi heyvanlara verməməyi məsləhət görmüşdür. O, da həmin şəxsin məsləhəti ilə Həmidağadan yem almağı dayandırmış və Ramanı qəsəbəsindən Nəzər adlı şəxsin satdığı arpa yemindən almağa başlamışdır. Nəzər adlı şəxsdən aldığı arpa yemini gətirib bişirdikdə rənginin sarı olduğunu və Həmidağadan aldığı arpa yemi ilə tamamilə fərqləndiyinin şahidi olmuşdur. Bundan sonra Həmidağanın işlədiyi mağazaya gedərək, ona öz iradını bildirmiş və fermasına dəvət edib ondan aldığı arpa yeminin vəziyyətini özünə göstərmişdir. Bundan sonra Həmidağadan bir daha yem almamış və yemi dəyişdirdiyi üçün heyvanlarda daha oxşar problemlər olmamışdır. Şahid3 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, onun 01 baş inəyi və 02 baş danası ölmüş, Həmidağadan həftə ərzində pulu oldan 600 kq, olmayanda 400 kq yem alırdı, heyvanları Həmidağadan yem aldığı 04 ay müddət ərzində, 2017-ci ilin sonu 2018-ci lin əvvələrində baş vermiş, 2018-ci ildə yemi ancaq Həmidağadan almış, 2018-ci ilin noyabr ayında heyvanların tələfinə səbəb Həmidağadan aldığı yemin olduğunu bilmiş, şikayət edəcəyini dedikdə sonuncu ona “get hara istəyirsən şikayət elə” demiş, yemi dəyişdikdən sonra isə heyvanlar ölməmiş, heyvanların tələfi nəticəsində ona ümumilikdə 5.900 manat ziyan dəymiş, 2018-ci ildə Həmidağadan şikayət etsə də, lakin sonradan şikayətini geri götürdüyündən əlavə araşdırma aparılmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, uzun müddətdir Hövsan qəsəbəsi Quşçuluq Sovxozu ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fermada təsərrüfat işçisi işləyir. Heyvanların bəslənməsi, sağılması və yedizdirilməsinə nəzarət edir. Yemin alınıb fermaya gətiriliməsi və heyvanlara verilməsi ferma müdürü Zərərçəkmiş şəxs2 göstərişi ilə onun tərəfindən icra olunmuşdur. Yemi həmişə Hövsan qəsəbəsində yem satışı ilə məşğul olan Təqsirləndirilən şəxs almışlar. Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs tanıyır və onların arasında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 2019-cu ilin may ayına qədər Həmidağadan mütəmadi olaraq arpa və qarğıdalı yarması almışlar və Zərərçəkmiş şəxs2 məxsus fermadakı iribuynuzlu heyvanlara vermişlər. Zərərçəkmiş şəxs2 2018-ci ilin avqust ayında fermaya 40 baş iribuynuzlu heyvan gətirmişdir və həmin vaxtdan da heyvanlar Təqsirləndirilən şəxs aldıqları yemlə bəslənmişlər. Artıq 2019-cu ilin mart ayından başlayaraq fermaya məxsus iribuynuzlu heyvanlarda ölmə halları baş vermiş və inəklərin döşləri tutulmaqla südvermə qabiliyyətləri azalmağa başlamışdır. Həmin ölüm halları başlayanda, heyvanların yemdən öldüyünü bilməmişlər. Zərərçəkmiş şəxs2 onunla birlikdə yenidən yem almaq üçün Həmidağanın yanına gedən zaman ona heyvanların ölməsini bildirmişdir. Həmidağa isə onu əmin etmişdir ki, həmin ölüm halları onun satdığı yem məhsullarından ola bilməz. Bundan sonra fermada iribuynuzlu heyvanların ölüm halları dayanmadan davam etmişdir. Belə ki, 2019-ci ilin mart ayından 2019-cu ilin iyul ayına kimi olan müddət ərzində Zərərçəkmiş şəxs2 məxsus 24 (iyirmi dörd) baş dana və 02 (iki) baş iribuynuzlu inək tələf olmuş, həmçinin 03 (üç) baş iribuynuzlu inəyin döşləri tutulmaqla südvermə qabiliyyəti azalmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 Həmidağanın yem məhsuluna qatqı qatmasından və heyvanların ölməsinə səbəb olmasından şübhələndiyi üçün ərizə ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müraciət etmişdir. 30-cu Polis Şöbəsində aparılan araşdırma zamanı fermadakı yemdən və Təqsirləndirilən şəxs yem satdığı obyektdəki yem məhsulundan nümunələr götürülmüşdür. Ölən heyvanları fermanın arxa tərəfində özünün nəzarəti altında basdırmışlar. Heyvanlarının ölməsi nəticəsində Zərərçəkmiş şəxs2 təxminən 50.000 (əlli min) manat dəyərində maddi ziyan dəymişdir. Heyvanların ölüm hallarının baş verdiyi müddətdə başqa yerdən yem məhsulu almamışlar, yemi həmişə Təqsirləndirilən şəxs almışlar. Heyvanlar da məhz Təqsirləndirilən şəxs aldıqları yemi yedikdən sonra tələf olmuşlar. Şahid2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, Həmidağadan aldıqları yemlər fərqli-fərqli kisələrdə olmuş, heyvanlar tələf olmağa başladıqdan sonra həkim gəlmiş, tələf olmuş heyvanların qeydiyyatını aparmadığından konkret olaraq nə qədər heyvanın tələf olduğunu bilmir, lakin baytarlıqdan həkim gələndə artıq təxminən 50- 55 baş heyvan tələf olmuş, heyvanlar Həmidağadan aldıqları yemi verdikdən sonra tələf olmağa başlamışlar, heyvanların bağırsaqlarında çürümə gedirdi, Zərərçəkmiş şəxs2 yanında işlədiyi 4-5 il ərzində əvvəllər heyvanların tələfi baş verməmişdir. İş üzrə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məxsus fermada traktor sürücüsü işləyən Şahid1 məhkəmədə, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Şahid1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, heyvanların nə vaxt tələf olduğunu xatırlamır, onları traktorla qazaraq basdırmış, 3-4 dəfə fermaya həkim gəldiyinin şahidi olmuş, yemlərdən 2 dəfə nümunə götürülmüş, təxminən 40-50 baş inək, 20 baş qoyun tələf olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Suraxanı rayon Baytarlıq sahəsinin keçmiş müdiri X24 göstərmişdir ki, sahibkar Zərərçəkmiş şəxs2 Bakı şəhəri Suraxanı rayon Baytarlıq sahəsinə mütəmadi olaraq saxladığı iribuynuzlu mal-qara ilə bağlı müraciət etdiyinə görə ona heyvanlarla əlaqəli mütamadi olaraq müəyyən məlumatlar və tövsiyyələr vermişdir. Eldarın fermasında olan heyvanların tələf olma səbəbləri əsasən 3 amildən asılı bilər və onlardan ən əsası da yemdir. Zərərçəkmiş şəxs2 heyvanları tələf olan zaman onu öz fermasına çağırmış və orada akt tərtib etdiyi zaman tövsiyyə məqsədli qeyd etmişdir ki, heyvanlara verilən yemin tərkinin toksikoloji müayinəsi aparılmalıdır. Həmçinin əvvəllər də həmin fermada profilaktik tədbirlər aparmış, bununla bağlı olan aktlarda da müəyyən qeydlər vardır. Şahid X24 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, təxminən 12-13 dəfə həmin fermada olmuş və müəyyən tövsiyyələr vermişdir. Tam olaraq dəqiq yadında deyil hansı tarixdə tərtib etdiyi aktda bildirmiş, lakin dəfələrlə yemi dəyişməsini məsləhət görmüşdür. Heyvanlar öldükdən sonra, fermanı dezinfeksiya etmişlər və ölən heyvanları basdırmışlar. Nəzarətçi orqan olmadıqlarına görə tələf olmuş heyvanları yandıra bilməzdilər, yalnız məsləhət əsasında həmin heyvanları basdırmışlar. O, aktları tərtib edən zaman fermerin sözlərinə və öz qeydlərini həmçinin fermerin kitabında olan məlumatlara istinad etmişdir. Qida rasionunda artım olduğunu qida təhlükəsizliyinin labarotor analizinin nəticəsinə əsasən qeyd etmişdir. Belə ki, fermadakı yemi əlinə alıb üfürəndə oradan tozdan başqa bir şey görməmişdir. İri buynuzlu malqaranın yemdən zəhərlənməsini heyvan öldükdən sonra müəyyən etmək mümkündür. Çünki, heyvanlarda mədədə qat-qat hissədən ibarətdir və orada yemin tərkibində olan müəyyən maddələr var ki, o özünü müəyyən bir müddət bildirir. O heç bir aktda heyvanların iplə, simlə və yaxud başqa bir şeylə qidalanaraq ölə biləcəklərini qeyd etməmişdir. Qara yara, dabaq vaksinləmə və bu kimi s. tədbirlər görmüş, o cümlədən Eldarın fermasında, mal-qaranın saxlanılması ilə bağlı bəzi məsləhətlər vermişdir. Heyvanlarda köp, həmçinin həzm proseslərində müəyyən prablemlərin olduğunu bu probləmlərin bilavasitə yem və suyun təsirindən irəli gələ biləcəyini nəzərə alaraq Eldara yemi dəyişməyi tövsiyyə etmişdir. Analoji hadisə Suraxanı rayonu Neft şirkətinin təsərrüfatında da baş vermişdir.O, istənilən şəxsin müraciəti əsasında müəyyən nəzarət işləri heyata keçirir. Aktın tərtibi zamanı onunla birlikdə olan ekspertlərdən biri heyvanların qidalandığı yemi əli ilə götürərək üfürdü və yemin keyfiyyətsiz olduğunu düşünmüşdür. Qida təhlükəsizlik idarəsinin rəyində isə yemdə kaolinin faizinin artıq olduğu qeyd edilmişdir. Bir istifadə kaolinin faiz göstəricisinin yüksək olması heyvanı öldürəcək qədər pis təsir etməz, lakin bu müntəzəm olduğu halda isə məhvə gətirib çıxara bilir. Zərərçəkmiş şəxs2 ona yalnız X16 rəyini təqdim etmiş, xəstəliklə bağlı heç bir rəy və yaxud protokol təqdim etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası X18 yanında X3 laboratoriya müdiri X29 göstərmişdir ki, Azərbaycan Reapublikası Qida X5 tədqiqatlar laboratoriyasl baytarlıq preparatlar bölməsi laboratoriya müdiri X25 hal-hazırda həmin vəzifədə çalışmır və ümümiyyətlə harda olması ilə bağlı hər hansı bir məlumatı yoxdur. Laboratoriyada kimyaçı vəzifəsində çalışmış X26 isə analıq məzuniyyətində olduğundan məhkəmə prosesində iştirak edə bilməmişdir. Onlar nümunəni laboratoriya olaraq heç yerdən götürmürlər, nümunəni onlara laboratoriya keçirtmək istəyən şəxs təqdim edir. Rəydə möhürün olmama səbəbini izah edə bilmir, çünki onlar analiz nəticəsini qeyd edirlər və yerdə qalan rəyin formasının hazırlanmasına artıq başqa şöbə tərəfindən baxılır. Talk və kaolinin tam dəqiq miqdarının qeyd edilməməsi ilə bağlı hər hansı bir fikri yoxdur, çünki həmin müayinə onun tərəfindən aparılmamış və nümunə təqdim edilən zaman hansı suallar qoyulmuşdursa ona uyğun cavablandırmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə ekspertizası mərkəzinin fizki-kimyəvi ekspertizalar şöbəsinin böyük eksperti, birinci dərəcəli ekspert, İ dərəcəli ədliyyə qulluqçusu X13 göstərmişdir ki, iribuynuzlu heyvanlar üçün yemin tərkibində kaolinin, yəni xlorid turşusunda həll olunmayan külün (qum, gil və mədə şirəsində həll olmayan digər mineralların qarışığı) miqdarı 0.7 %-dən çox olmamalı olduğu halda, aparılmış nəticəyə əsasən xlorid turşusunda həll olunmayan külün miqdarı arpa yarmasında 0.9%-1% olduğu müəyyən edilmişdir. Heyvanın mədəsinə düşən yem orada xlorid turşusu ilə həzm oluna bilmirsə həmin yem heyvanın mədəsinə ziyan verir. Onun verdiyi rəydə texniki səhvə yol verilərək, xlorid turşusunda həll olunmayan külün miqdarının standart normadan 0.2%- 0.3% əvəzinə 2%-3% faiz olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə ekspertizası mərkəzinin bioloji ekspertizalar şöbəsinin aparıcı eksperti, İİ dərəcəli ədliyyə qulluqçusu X10 göstərmişdir ki, botaniki hissəsi ona aiddir. Mütəxəssis rəyi, kimyəvi maddələr, qida təhlükəsizliyinin rəyi və baytarlıq idarəsinin rəyinə əsaslanıb rəy vermişdir. Cinayət işi tam şəkildə ona təqdim olunmamışdır. Azərbaycan Respublikasının X17nin rəyi daha əsas götürülə bilər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhər Baytarlıq İdarəsinin Heyvan Sağlamlığı və Baytarlıq xidmətləri şöbəsinin aparıcı baytar həkimi X30 göstərmişdir ki, iş üzrə tərtib edilmiş aktlar qanuni və əsaslıdır, buna görə də aktda qeyd etdiklərini təsdiq edir. Normal halda qarışıq yemdə mineral əlavələr ola bilər. Aliminium və maqnezimun davamlı sürətdə qəbul edilməsi heyvanlarda qəbzlik yaradır. Qida rasionlarında, arpa yarmasında əlavə heç nə ola bilməz. Proseslərin əksəriyyətinə X17 nəzarət edir və cavabdehlik daşıyır. Arpa yarması qüvvəli yeməkdir və ağ rəngdədir. Labaratoriya analizində norma göstərilməlidir. Arpa yarmasında “kaolin”, “talk” istifadəsi yolverilməzdir. Qeyd edilən mineral birləşmələrin arpa yarmasına qatılması heyvanlarda infeksion xəstəliklərə, heyvanların süd verməsində problemlərə hətta ölümünə belə gətirib çıxarır. Eldar arpanı onlara təqdim edəndə onlar da öz növbəsində həmin arpanı labaratoriyaya təqdim etmişlər. Yemə baxdığı zaman parçalandığını görmüşdür. İş materiallarında olan Azərbaycan Qida X5 Tədqiqatlar X2 Bölməsinin 03 iyul 2019-cu il tarixli, 887- 337-19/NQ/BP nömrəli sınaq protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 sifarişi əsasında nümunə götürülmüş 01 kq arpa yarmasının tərkibində talk (Mg3Si4O10(OH)2) və kaolin (Al2Si2O5(OH)4) aşkar edilmişdir. İş materiallarında olan təqdim edilmiş maddi sübutun götürülməsi haqqında 09 iyul 2019-cu il tarixli protokollardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində yerləşən yem dükanından Təqsirləndirilən şəxs və eyni ünvanda yerləşən fermadan Zərərçəkmiş şəxs2 könüllü olaraq təhqiqata təqdim etdikləri arpa və qarğıdalı yarmaları, hal şahidlərinin iştirakı ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin təhqiqatçısı Emin Məmmədov tərəfindən götürülmüşdür. İş materiallarında olan heyvan mənşəli məhsulların istehsalı, tədarükü, saxlanılması və ticarəti ilə məşğul olan obyektlərdə dövlət baytarlıq nəzarətinin təmin olunması haqqında Suraxanı rayon Baytarlıq sahəsinin müdiri X24 tərəfindən tərtib edilmiş 20 iyun 2021-ci il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivi ərazisində yerləşən dövlət baytarlıq nəzarəti altında olan heyvandarlıq təsərrüfatında 2019-cu ilin mart-iyun aylarında aparılmış araşdırma zamanı buzovlar arasında ölüm hallarına səbəb kimi sahibkara yemin tərkibinin və toksikoloji müayinələrin aparılması tövsiyyə olunmuşdur. Təsərrüfatda indiyə qədər epizotik tədbirlərdən mart ayında dabaq, aprel ayında qara yara, iyun ayında modulyar dermatitə qarşı peyvənd tədbirləri aparılmışdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 07 avqust 2019-cu il tarixli, 17717/18 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Qarğıdalı yarması Vət Təqsirləndirilən şəxs”(№1) və “Qarğıdalı yarması Zərərçəkmiş şəxs2 məxsus Suraxanı rayonu” (№2) sözləri yazılan zərflərdəki qarğıdalı yarması olub botaniki və orqanoletiki xüsusiyyətlərinə görə eynilik təşkil edirlər. Tədqiqata təqdim olunmuş üzərində “ARPA Vət Təqsirləndirilən şəxs”(№1) və “Arpa yarması Zərərçəkmiş şəxs2” (№3) sözləri yazılan zərflərdəki arpa yarması olub botaniki və orqanoletiki xüsusiyyətlərinə görə eynilik təşkil edirlər. Azərbaycan Qida X5 tədqiqatlar laboratoriyasının baytarlıq preparatları bölməsi tərəfindən verilmiş 03 iyul 2019cu il tarixli, 887-337-19/NQ/BP saylı sınaq protokoluna əsasən Zərərçəkmiş şəxs2 təqdim etdiyi arpa yeminin tərkibində talk (Mg3Si4O10(OH)2) və kaolin (Al2Si2O5(OH)4) aşkar olunmuşdur. Mərkəzdə aparılan lazer spektometriya analizinin nəticələrinə əsasən isə qarğıdalı və arpa yemlərinin tərkibində maqnezium (Mg), kalsium (Ca), aliminium (Al), silisium (Si), natrium (Na) elementləri müəyyən edilmişdir. Yəni göstərilən bu elementlər talk və kaolin mineral birləşmələrinin tərkibində mövcuddur. Təqdim olunmuş arpa yarması nümunələrində xlorid turşusunda həll olmayan külün (qum, gil, torpaq, daş tozu, silisiumoksid və s.) miqdarı 0.9-1% olub, standart normadan (standarta əsasən 0.7% çox olmamalı) 2-3% artıqdır, qarğıdalı yarması nümunələrində isə bu göstərici 0.5%-0.6% olub, norma daxilindədir. İş materiallarında olan təqdim olunmuş sənədlərə baxış keçirilməsi haqqında 21 oktyabr 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “X38” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 16 dekabr 2018-ci il tarixdə 02 baş boğaz düyə hər biri 3.500 manat olmaqla, 10 yanvar 2019-cu il tarixdə 03 baş boğaz düyə hər biri 3.500 manat olmaqla, 11 yanvar 2019-cu il tarixdə 03 baş boğaz düyə hər biri 3.500 manat olmaqla, 25 fevral 2019-cu il tarixdə 02 baş boğaz düyə 11 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 satılmış 02 baş boğaz düyə ilə dəyişdirilərək Zərərçəkmiş şəxs2 satılmışdır. Həmin aktlara əlavə edilmiş Azərbaycan Respubublikası Kənd Təsərrüfatı Nazirliyi damazlıq heyvandarlıq təsərrüfatının attestasiyasından keçməsi haqqında şəhadətnamələrdə isə heyvanların doğum tarixi, doğuşda çəkisi, atası, anası, anasının atası və s. barədə məlumatlar göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Bakı şəhər Baytarlıq İdarəsi Suraxanı rayon Baytarlıq sahəsinin müdiri X14 Azərbaycan Respublikası Qida X8 X9 heyətinin sədri Sadiq Məmmədova ünvanladığı 21 iyun 2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus təsərrüfatda son zamanlar 01 baş iribuynuzlu heyvan və 12 baş buzov tələf olmuşdur. Təsərrüfatda bütün tədbirlərin aparılmasına baxmayaraq olüm hallarının olması yemin keyfiyyəti ilə əlaqələndirilir. Buna görə də yem kütləsinin ümumi analizinin aparılmasına icazə verilməsi xahiş olunmuşdur. İş materiallarında olan 22 oktyabr 2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə-dindirmə istintaq hərəkətləri zamanı Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə deməklə, ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmiş, sonuncu isə Zərərçəkmiş şəxs2 dediyini qismən təsdiq etmiş, yəni sonuncuya həqiqətən də yem satdığını, lakin heyvanların ondan aldığı yemdən tələf olmalarının qeyri mümkün olduğunu demişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 10 noyabr 2019-cu il tarixli protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozunda yerləşən xırda və iribuynuzlu heyvanların saxlanılması, yem hazırlanması, gəzinti sahəsindən ibarət olan fermaya baxış keçirilmişdir. Baxış zamanı fermanın 04 korpusdan (südçülük, heyvanların saxlanılması, yem hazırlanması, gəzinti sahəsi) ibarətdir. Fermanın ümumi sahəsi 2760 kvadrat metrdir. Fermanın ərazisi mişar daşı ilə hasarlanmışdır. Baxış zamanı həmçinin fermada 27 baş inəyin, 32 baş dananın olduğu müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 15 avqust 2018-ci ildə fermaya 40 baş iribuynuzlu heyvan gətirmişdir. Təqsirləndirilən şəxs aldığı yemin tərkibi onun tərəfindən dəyişdirildiyindən heyvanlar ölmüş, cəmi 09 baş qalmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 təsərrüfatında olan sağ qalmış iribuynuzlu heyvanların vəziyyətlərinin yoxlanması və yaranmış suallara bağlı rəy verilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Nizami Məhərrəmovun 25 noyabr 2019-cu il tarixli, 096-28812-12/9 saylı məktubuna Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bakı şəhər Baytarlıq İdarəsinin 03 dekabr 2019-cu il tarixli məktubundan görünür ki, mütəxəssislərin araşdırması zamanı Zərərçəkmiş şəxs2 təsərrüfatında hazırda 27 baş inək, 32 baş dana olduğu məlum olmuşdur. 15 avqust 2018-ci ildə həmin təsərrüfata 40 baş iribuynuzlu heyvan gətirilmiş, ondan hazırda 9 baş sağ qalmışdır. Qalan heyvanların vətəndaş öldüyünü bildirmişdir. Həmin sağ qalan heyvanlarda kəskin arıqlama müşahidə olunmuş, ölən heyvanların ölümünün səbəbini isə vətəndaş verilən yemin tərkibindən şübhələnməsi və bu baxımdan həmin yemdən AQTİ-nin kompleks tətqiqat laboratoriyasına müayinə üçün yem nümunəsi göndərmişdir. AQTİ-nin 03 iyul 2019-cu il tarixli, 887-887 nömrəli məktubu ilə göndərilmiş nümunəyə laboratoriyanın bildirdiyinə görə heyvanlara verilən yemin tərkibində 2,8-3% talk və kaolin aşkar edilmişdir. Rasionda bu maddə 0.7-1% dən artıq olmamalıdır. Bu isə o deməkdir ki, qüvvəli yemin tərkibində kaulin 2 dəfə artıq olmuşdur. Cins heyvanlara rasion sutkalıq verilən südə, boğazdırsa qarında olan balaya və diri çəkinin saxlanmasına müvafiq olmalıdır. Lakin rasionda olan talk və kaolin verilən qüvvəli yemin keyfiyyətini aşağı saldığından, heyvan orqanizmində depolarda olan ehtiyyatı da tükənmiş bu isə həmin heyvanların kəskin arıqlamasına, ikincili infeksiyaların baş qaldırması nəticəsində heyvanlarda mədə bağırsaq pozğunluğu və kəskin arıqlama kimi özünü büruzə verməklə, nəticədə heyvanların ölümünə səbəb olmuşdur. Hazırda sağ qalan heyvanlarda kəskin arıqlama müşahidə edilmiş, həmin heyvanların ölməməsi üçün bəzi metodiki tövsiyələr verilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 17 yanvar 2020-ci il tarixli, 995 nömrəli rəyindən görünür ki, iribuynuzlu heyvanların yedikləri arpa yeminin tərkibində talk (Mg3Si4O10(OH)2) və kaolin (Al2Si2O5(OH)4) olması və həmin maddələrin heyvanların qida rasionunda 2.8-3% (normadan 2 dəfə artıq) olduğundan heyvan orqanizminin kəskin arıqlamasına, mədə bağırsaq pozğunluğuna, sutkalıq verilən südün azalmasına və nəticədə heyvanın ölümünə səbəb ola bilər. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair obyektlərin tədqiqinin 14 may 2020-ci il tarixli, 56 nömrəli rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində qeyd edilən xüsusatlara və ********* №-li cinayət işi materiallarında olan məlumatlara əsasən, nəzəri hesablama yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus tələf olmuş cəmi 27 baş iribuynuzlu heyvanın orta bazar qiymətilə ümumi dəyəri təxminən 50.271 manant müəyyən edilir. O cümlədən: - 9 baş sağılan inəyin dəyəri ----31.500 manat: - 18 baş dananın dəyəri----------18.771 manat. Qeyd: Respublika bazarlarında mövcüd olan qiymətlərdən, tələblə - təklifdən və eləcə də qiymətə təsir göstərən digər amillərdən (tələf olmuş heyvanların cinsindən, diri çəkilərindən, danaların erkək və ya dişi olmasından, sağlamlıq durumundan, köklük dərəcəsindən və sair) asılı olaraq yuxarıda müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. İş materiallarında olan baxış keçirilməsi və götürülmə aparılması barədə 16 iyun 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, ünvan 5 ünvanına baxış keçirilmişdir. Həyətin giriş darvazasından daxil olduqda 12 sot həyətyanı sahə, sol tərəfində 1 mərtəbəli kürsülü ev, evin sol tərəfində isə mişar daşından 15x8 m2 tövlə, tövlədə 12 baş iribuynuzlu heyvan, heyvanlara yem verilməsi üçün axır, habelə tövləyə bitişik olan ot və yem saxlamaq üçün anbar var. Anbarda 01 kisə arpa və 08 kisə kəpək yarması var. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 həmin 1 kisə arpa yarmasını 12 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Buna görə də iş üçün zəruri olduğundan həmin kisədən təxminən 1 kq qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 avqust 2020-ci il tarixli, 222 nömrəli rəyində göstərilmişdir ki, ********* nömrəli cinayət işinin materiallarında olan məlumatlara əsasən, nəzəri hesablama yolu ilə Zərərçəkmiş şəxs1 məxsus olmuş, 2 baş, smental cinsli, orta diri çəkisi 250 kq olan danaların ortabazar qiymətinə 2019-cu ilin dekabr ayına ümumi dəyəri 2.624 (iki min altı yüz iyirmi dörd) manat müəyyən edilir. Qeyd: Respublika bazarlarında mövcüd olan qiymətlərdən, tələblə - təklifdən və eləcə də qiymətə təsir göstərən digər amillərdən (tələf olmuş heyvanların cinsindən, diri çəkilərindən, danaların erkək və ya dişi olmasından, sağlamlıq durumundan, köklük dərəcəsindən və sair) asılı olaraq yuxarıda müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Aparılan laboratoriya analizlərinin nəticələrinə, orqonoleptiki tədqiqata görə, Zərərçəkmiş şəxs1 götürülmüş 5 №-li, Təqsirləndirilən şəxs götürülmüş 3 №-li və Zərərçəkmiş şəxs2 götürülmüş hər 3 nümunənin arpa yarması yeminə aid olması, tərkibindəki maddələrə görə bir-birinə uyğun olması müəyyən edilir. Bundan əlavə, Zərərçəkmiş şəxs1 götürülmüş arpa yarmasının tərkibində olan talk və kaolin maddəsinin normadan 1.6% artıq (yəni normadan 2 dəfədən) olması müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikasının X17 Azərbaycan X18 Publik Hüquqi şəxsin 04 iyun 2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş Azərbaycan X18 X4 nümunə təhvil təslim aktlarından görünür ki, Təqsirləndirilən şəxs yem və iribuynuzlu mal-qaraya aid nümunələrlə Azərbaycan X7 Mərkəzi Baytarlıq Laboratoriyasına müraciət etməmişdir. Zərərçəkmiş şəxs2 müraciəti əsasında Bakı şəhər Baytarlıq İdarəsi tərəfindən 01 baş iribuynuzlu heyvandan götürülmüş patmaterial yoluxucu xəstəliklərə və zəhərlənməyə qarşı yoxlanılması üçün 16 iyun 2020-ci il tarixdə Azərbaycan X18na göndərilmiş və müayinənin nəticəsinə dair 23 iyun 2020-ci il tarixində 0963 saylı sınaq protokolu tərtib edilmişdir. 17 iyul 2020-ci il tarixində Bakı şəhər Baytarlıq İdarəsi tərəfindən 01 baş iribuynuzlu heyvandan götürülmüş patmaterial yoluxucu xəstəliklərə və zəhərlənməyə qarşı yoxlanılması üçün Azərbaycan X18na göndərilmiş və müayinənin nəticəsinə dair 23 iyul 2020-ci il tarixində 1088 saylı sınaq protokolu tərtib edilmişdir. 19 noyabr 2020-ci il tarixində Bakı şəhər Baytarlıq İdarəsi tərəfindən 01 baş iribuynuzlu heyvandan götürülmüş patmaterial yoluxucu xəstəliklərə və zəhərlənməyə qarşı yoxlanılması üçün Azərbaycan X18na göndərilmiş və müayinənin nəticəsinə dair 26 noyabr 2020-ci il tarixində 1616 saylı sınaq protokolu tərtib edilmişdir. İş materiallarında olan X4 07 may 2019-cu il tarixli, 0560 nömrəli, 23 iyun 2020-ci il tarixli, 0963 nömrəli, 23 iyul 2020-ci il tarixli, 1088 nömrəli, 26 noyabr 2020-ci il tarixli, 1616 nömrəli sınaq protokollarından görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında, ona məxsus olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Sovxozunda yerləşən təsərrüfatdakı 01 baş iribuynuzlu heyvandan götürülmüş nümunədə anaerob, botulizm, pasterella aşkar edilməmişdir. İş materiallarında olan Dövlət baytarlıq xidmətinin təmin olunması haqqında 22 may 2019-cu il tarixli aktından görünür ki, Zərərçəkmiş şəxs2 məxsus heyvandarlıq təsərrüfatında son aylar, fevral-may ayları ərzində olan ölüm hadisələri ilə əlaqədar olaraq (08 baş iribuynuzlu) araşdırma aparılarkən müəyyən olunmuşdur ki, təsərrüfatda epizotik tədbirlər vaxtlı vaxtında aparılıb. Heyvanların saxlanılma şəraitinin və qulluğun yüksək səviyyədə olduğu nəzərə alınaraq Zərərçəkmiş şəxs2 yemin tərkibinin yoxlamaq məsləhət görülmüşdür. Belə ki, ölən heyvanların hamısında mədə-bağırsaq pozğunluğu, ifrazat orqanlarının xüsusən böyrəklərin sıradan çıxma halı müşahidə olunmuşdur. Həmçinin heyvanlar arasında süd sağımı azalmışdır. Sahibkara heyvan yemini Respublika X18nda müayinə etdirməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan heyvan mənşəli məhsulların istehsalı, tədarükü, saxlanılması və ticarəti ilə məşğul olan obyektlərdə dövlət baytarlıq nəzarətinin təmin olunması haqqında 19 iyul 2019-cu il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus fermada səhər saat 10 radələrində 01 baş buzovun tələf olunması ilə əlaqədar yarma aparılmışdır. Heyvanın 05 aylıq olmasına, yemlənməsinin və qulluğun normal olmasına baxmayaraq mədə bağırsaqda qaz, hipertrofikləşmə, qan damarlarının şişməsi müəyyən olunmuşdur. Sidik kisəsi şişmiş, dolu idi, yem qarın boşluğunda dolmuş vəziyyətdə müşahidə olunmuşdur. Ümumi qənaət ondan ibarətdir ki, yemin tərkibi dəyişməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının X17nin təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 17 iyul 2021-ci il tarixli, 478 nömrəli sorğusuna 19 avqust 2021-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının X17 tərəfindən yoxlamalar zamanı keyfiyyətsiz yem aşkar olunduğu təqdirdə həmin məhsuldan nümunələr götürülərək təhlükəsizlik göstəriciləri üzrə müayinə məqsədilə müvafiq laboratoriyaya təqdim edilir. Müayinə nəticəsinə əsasən yem məhsulu texniki normativ hüquqi aktların tələblərinə uyğun olınadıqda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq məhsulun satışının qadağan edilməsi, dövriyyədən çıxarılması və ya geri çağırılması ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar" qəbul edilir. Eyni zamanda, yoxlama zamanı keyfiyyətsiz yem aşkar olunduqda Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1.8-ci maddəsinin tələblərinə uyğun olaraq məhsul partiyasının qanunla müəyyən edilmiş qaydada götürülməsi və məhv edilməsi həyata keçirilir. Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən təsərrüfat sahibi Zərərçəkmiş şəxs2 arəfindən heyvanların kütləvi surətdə tələf olunması ilə əlaqədar şikayətinə əsasən özü tərəfindən təqdim edilmiş heyvan yemi (arpa) nümunələri Azərbaycan X7 müvafiq laboratoriyasına təqdim edilmişdir. İnstitut tərəfindən təqdim olunmuş 03 iyun 2019-cu il tarixli, 837-337-19/NQ/BP nömrəli sınaq protokoluna əsasən yemin tərkibində kaolin və talk aşkar edilmişdir. Bundan əlavə, Agentliyin Bakı Regional bölməsinin əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs2 nümayəndəsinin iştirakı ilə Təqsirləndirilən şəxs məxsus yem dükanından yem nümunəsi götürülmüş və toksikoloji sınaqların aparılması üçün Azərbaycan X7 müvafiq laboratoriyasına təqdim edilmişdir. İnstitutun 25 oktyabr 2019-cu il tarixli, 1281 nömrəli protokoluna əsasən yemdə ağır metallar və toksikoloji sınaqlar üzrə göstəricilər normativ sənədin tələbinə uyğun olduğu üçün heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası Qida İnstitutu 837-337-19/NQ/BP saylı sınaq protokolunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs yemin tərkibində kaolinin miqdarı 0,9-1%-dir (standart norma 0,7 %-dir), normadan sadəcə 0.2% çoxdur, belə olan halda yemdə kaolinin miqdarı normadan 0.2% çox olması, yemin keyfiyyətsiz olmasına dəlalət edib etməməsi ilə əlaqədar isə qeyd edilmişdir ki, adı çəkilən protokolda yemin tərkibində kaolinin 0,9-1% təşkil etməsi barədə məlumat öz əksini tapmamış və yalnız onun yemin tərkibində aşkar edilməsi barədə vəsfi analiz nəticəsi verilmişdir (03 iyul 2019-cu il tarixli 887-337- 19/NQ/BP saylı protokol qoşmaya əlavə olunur). Əlavə olaraq qeyd edilmişdir ki, kaolin süxur mənşəli və mineral tərkibli adsorbsiyaedici maddə olaraq yem istehsalında toksinbağlayıcı kimi istifadə olunur. İş materiallarında olan Azərbaycan Respublikasının X17nin ETRQ 006319R saylı rəyindən görünür ki, 07 may 2019-cu il tarixli, 0560 nömrəli sınaq protokolu əsasında X3 iri buynuzlu heyvanın patoloji materialının (daxili orqanlar) bakterioloji müayinələri nəticəsində anaeroblar, o cümlədən Cl. Perfringes və Cl. Septicum, 03 iyul 2019-cu il tarixli, 887-337-19/NQ/BP nömrəli sınaq protokolu əsasında X1 arpa yarması nümunəsində kimyəvi analizlər nəticəsində talk və kaolin aşkar edilmişdir. Nəzərə almaq lazımdır ki, talk - (Mg3Si4O10(OH)2) silikatlar sinifinə aid olan mineraldır. Əsasən kosmetologiyada pudraların, əczaçılıq sənayesində isə həblərin hazırlanmasında istifadə olunur. Sənayedə daha çox keramika məhsullarının istehsalında tətbiq olunur. Kaolin - (Al2Si2O5(OH)4) ağ rəngli gil olub, kaolinit mineralından təşkil olunmuşdur. Əsasən sənayedə farfor istehsalında və əczaçılıq sənayesində adsorbsiyaedici kimi, həmçinin dərman vasitələrinin doldurucusu kimi istifadə olunur. Qarışıq yemlərin tərkibində kaolin və talk az miqdarda rast gəlinə bilən inqrediyent hesab olunmaqla heyvan sağlamlığı üçün təhlükəsiz hesab olunur. Klostridium perfringes (lat. Cl. Perfringes) və Klostridium septikum (lat. Cl. Septicum) qram müsbət, hərəkətsiz, spor əmələ gətirən, anaerob və çöp şəkilli bakteriyalardır. Xarici mühitdə (torpaqda, durğun sularda və s.) uzun müddət qala bilən və xarici mühitin təsirlərinə (fiziki, kimyəvi, termiki və s.) davamlı olan bu mikroorqanizmlər antigen xüsusiyyətlərinə görə heyvan orqanizmində letal və nekrotik toksinlər (neyro-, entero-, hemotoksinlər və s.) ifraz edirlər. Bu hal həmin bakteriyalar heyvan orqanizminin zədələnmiş nahiyyələrinə, məsələn yaralara düşdükdə də baş verir. Nəticə etibarilə heyvanlarda klostridiozlar baş verir ki, bu cür xəstəliklərə emfizamatoz karbunkul, anaerob enterotoksemiya, tetanus, bradzot və s. göstərmək olar. Beləliklə, klostridiumlar heyvanların orqanizmində toxumaların nekrozuna, o cümlədən qaz qanqrenasına və həmçinin sepsisə səbəb olur ki, nəticə etibarilə heyvanların ölümü baş verir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin arayışlarından görünür ki, ********** VÖEN əsasında fərdi sahibkar kimi fəaliyyət göstərmiş Təqsirləndirilən şəxs fəaliyyətini 27 iyun 2014-cü ildən 27 iyun 2019-cu ilədək dayandırmış, 07 yanvar 2019-cu il tarixdə Təqsirləndirilən şəxs fəaliyyətini bərpa etmiş, 03 oktyabr 2019-cu ildən 03 oktyabr 2024-cü il tarixədək isə yenidən dayandırmışdır. Məhkəmə kollegiyasının sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş 18 may 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs fəaliyyətini 07 yanvar 2019-cu uil tarixdə bərpa etmiş, 03 oktyabr 2019-cu uil tarixdən 03 oktyabr 2024-cü il tarixədək dayandırılmışdır. Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməlidir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən istintaq orqanı tərəfindən elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi üzrə istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyini nəticəni işin həqiqi hallarına uyğun hesab etmir, həmin nəticənin tərəflər arasında mövcüd olmuş real münasibətləri əks etdirmədiyini qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 353.2.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri göstərilməlidir. Təsvir olunan normaların işığında zərərçəkmiş tərəfin apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərini baxılan işin materialları, o cümlədən iş üzrə qəbul edilmiş yekun qərarla müqayisə etməklə yoxladıqda aşağıdakılar müəyyən olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərkən ilk növbədə qey edir ki, cinayət-hüquq nəzəriyyəsində talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər əməllərdən, o cümlədən mülki-hüquqi xarakterli pozuntulardan ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.1 və 200.2.3-cü maddələrinin dispozisiyasına görə istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçılara külli miqdarda ziyan vurmaqla törədildiyinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bununla da, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayətin cinayətin subyekti kimi ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxsləri, cinayətin subyektiv cəhəti kimi əməldə birbaşa qəsdin olmasını, cinayətin obyektiv cəhəti kimi isə istehlakçıları malın (xidmətin) ölçüsünə görə; malın (xidmətin) çəkisinə görə; malın (xidmətin) hesabına görə; malın (xidmətin) istehlak xüsusiyyətinə dair; malın (xidmətin) keyfiyyətinə dair aldatmanı nəzərdə tutumuşdur. Lakin cinayət işinin məhkəmə baxışı zamanı işdə olan və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutların tədqiqi nəticəsində Təqsirləndirilən şəxs nə ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınması, nə malın (xidmətin) istehlak xüsusiyyətinə və ya malın (xidmətin) keyfiyyətinə dair istehlakçıları külli miqdarda aldatması (istehlakçıya malın (xidmətlərin) bu və ya başqa xüsusiyyətləri barədə yanlış, yaxud natamam məlumatın verilməsi), nə də ki əməlində birbaşa qəsdin olması öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası prosessual qanunvericliyin tələblərindən çıxış edərək qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən və ya zərərçəkmiş şəxslərin ifadəkəri, eləcə də ekspert rəyi istintaq orqanı və ya məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğun olmamışdır. Prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlləri ilə zərərçəkmişlərə məxsus iribuynuzlu heyvanların ölümü arasında səbəbli əlaqənin olması öz təsdiqini tapmadığını, zərərçəkmiş şəxslərin ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, ittihamı təsdiq edən başqa bir sübutların ümumiyyətlə təqdim olunmadığını, zərərçəkmiş şəxsin ziddiyyətli və uzlaşmayan ifadələrinin şəxsin təqsirli bilinib məhkum olunması üçün yetərli olmadığını, eskpert rəyinin sübut kimi qəbul edilməsinə mane olan kifayət əsaslı şübhələrin mövcüd olduğunu, istintaq orqanının natamamlığının təqsirləndirilən şəxsin hesabına aradan qaldırılmasının yolverilməz olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək onu həmin maddənin sübyektinə çevirmir və iş üzrə üzrə Təqsirləndirilən şəxs kriminal xarakterli niyyətinin olmadığını və təqsirliliyinin sübuta yetirilmədiyini təsdiq edir. Təsvir olunanlardan görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Cinayət Prosessual Məcəllənin 144, 145 və 146-cı maddələrinin tələblərinə əməl etməmişdir. Məhkəmə kollegiyası elan olunmuş ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyinin sübuta yetirilməməsi nəticəsinə gəldiyindən zərərçəkmiş şəxslərin apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərinin işin yuxarıda qeyd edilən halları ilə təkzib edildiyini qeyd edir və əlavə olaraq həmin dəlillərə ayrıca qiymətlə verilməsinə zərurətin qalmadığını qeyd edir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutlarda, zərərçəkmiş şəxslərin və şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi təqsirli bilərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Xüsusi olaraq qeyd edilmişdir ki, hazırkı cinayət işinə baxan birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının səhvlərini təkrarlayaraq zərərəçəkmiş şəxslərin və şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirmişdir. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulması deməkdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Karpenko Rusiya Federasiyasına qarşı”, “Vidal Belçikaya qarşı” və “Edvards İngiltərəyə qarşı” şikayətlərlə bağlı qərarlarında xüsusi qeyd etmişdir ki, milli məhkəmələrin üzərinə düşən əsas vəzifələrdən biri şahidlərin verdikləri ifadələrin doğrulugunu və mötəbərliyini düzgün yoxlamaq, sübutların işin hallarına uyğun olub-olmaması və həmin sübutların mümkünlüyünü qiymətləndirmək, habelə ziddiyyət təşkil edən sübutları sübutlar siyahısından xaric etməkdir. Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Radçikov Rusiya Federasiyasına qarşı” qərarında istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək təqsirləndirilən şəxs haqqında çıxarılmış bəraət hökmünün yuxarı məhkəmə instansiyasında ləğv edilməsinə nail olan prokurorluq orqanlarının hərəkətləri ilə bağlı bildirmişdir ki, şikayətçinin işi üzrə “istintaqın natamam və birtərəfli olması və səhvən bəraətə gətirib çıxarması” haqqında bəyanat mahiyyət etibarı ilə – məhkəmə səhvləri olmadığı, səlahiyyətlərdən sui-istifadə edilmədiyi, maddi hüququn tətbiqində səhvlər olmadığı təqdirdə – məhkəmə araşdırmasında əhəmiyyətli pozuntunun mövcudluğunu göstərmir (“Bratyakin Rusiya Federasiyasına qarşı” şikayətlə bağlı qərar). Əks təqdirdə istintaq orqanları tərəfindən ibtidai istintaqın lazımi səviyyədə keçirilməməsinin nəticələrinin yükü tamamilə şikayətçinin üzərinə qoyulardı və ən əhəmiyyətlisi odur ki, yalnız istintaq prosedurunda qüsurların və ya səhvlərin olması ilə bağlı təkcə mülahizə onların kiçik və əhəmiyyətsiz olduğundan asılı olmayaraq, ittiham orqanları üçün artıq baxılmış və yekun qərar çıxarılmış işlər üzrə icraatın təzələnməsi haqqında vəsatətlər verməklə səlahiyyətlərindən sui-istifadə üçün sərhədsiz imkanlar yaradardı. Bu prosedurdan sui-istifadə imkanının təhlükəli olması hazırkı şikayətə əsas olan işlər kimi işlərdə xüsusilə ciddidir, çünki ittiham tərəfi istintaqın qüsurlarını görərək və məhkəmədən həmin işin əlavə istintaq edilməsi üçün qaytarılması haqqında vəsatət vermək imkanına malik olduğu halda bu imkandan istifadə etməməyə üstünlük vermiş, bunun əvəzinə (kassasiya) nəzarət qaydasında hüquqi müdafiə vasitəsinə müraciət etmişdir. Bu işlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlə, istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı riskləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. Beləliklə, bu işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, şikayətçinin işi üzrə bəraət hökmünün ləğv edilməsi məhkəmə səhvinin və ya ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yol verilən səhvin aradan qaldırılması məqsədini daşımamış, sadəcə, təkrar məhkəmə araşdırması və işin yenidən baxılması məqsədi üçün istifadə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 401-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda, habelə birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 402-ci maddəsinə görə, irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan hallar birinci instansiya məhkəməsinin hökm və ya qərarında mötəbər olmayan, ziddiyyətli, yolverilməz və ya aid olmayan sübutlarla təsdiq edildikdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi məhkəmənin həmin hökmünün ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsi məhkəmə baxışı nəticəsində digər əsaslarla bərabər təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Burada maraqlı bir məqamı qeyd etmək lazımdır ki, birinci instansiyaa məhkəməsi Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət vermişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Göründüyü kimi, işin halları və gəlinmiş nəticə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmamasına görə deyil, təqsirliliyinin sübuta yetirilməməsinə görə bəraət verilməsinə əsas verir. Başqa sözlə, məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutları Təqsirləndirilən şəxs təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verildiyi halda, mülki iddianı rədd etməklə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının tövsiyyələrini nəzərə almamışdır. Odur ki, həmin tövsiyyələrə uyğun olaraq Zərərçəkmiş şəxs2 mülki iddiası baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli, iş üzrə Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 1(010)-6/2022 nömrəli hökmü ləğv edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş qətimkan tədbiri ləğv olunması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılma yerinə təhvil verilmiş, 05 ədəd kağız torbalarda qablaşdırılmış arpa və qarğıdalı yarmaları dəyəri olmadığına görə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə ekspertiza xərci dövlətə aid edilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 21, 42, 55, 344-350, 352, 353, 356-358, 397-402 və 407ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Zərərçəkmiş şəxs1 və onun vəkili Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməsinə dair Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 1(010)-6/2022 nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin birinci instansiya məhkəməsi tərəfindən ləğv edilməsi nəzərə alınsın. İş üzrə ekspertizaların keçirilməsinə xərclənmiş cəmi 760 (yeddi yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərərin və əldən çıxmış faydanın əvəzi qismində ümumilikdə 131.471 (yüz otuz bir min dörd yüz yetmiş bir) manat məbləğində vəsaitin tutulması barədə iddiası baxılmamış saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılma yerinə təhvil verilmiş, 05 ədəd kağız torbalarda qablaşdırılmış arpa və qarğıdalı yarmaları dəyəri olmadığına görə məhv edilsin. Hazırki cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər Zəki Babayev Ziya Şirinov
Məhkəmə qərarları › İş №1(103)-785/2022
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-785/2022
17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver