Məhkəmə qərarları › İş №1(103)-8/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-8/2020

06.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-8/2020 06.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X15 və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, məhkum X6 iştirakları ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2, 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-477/2015 saylı, 30 iyun 2015-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-477/2015 saylı, 30 iyun 2015-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Fikrət Qəribov, hakimlər X23 və X11) 26 sentyabr 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkum olunmayan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru işləmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2, 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.3.1 və 177.3.2-ci maddələri ilə 7 (yeddi) il 06 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmənin hökmünə əsasən, X19 mütəşəkkil dəstə tərkibində, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyəti ilə elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə qəsdən qanunsuz daxil olmaqla xarici ölkə vətəndaşlarına məxsus elektron bank kartları (Visa, Mastercard və sair) barədə məlumatlar əldə etmiş və bu məlumatlar əsasında həmin kartların sahiblərinin bank hesablarında olan pullarını, yəni vahid niyyətlə internet-mağaza vasitəsi ilə onlayn alqı-satqı əməliyyatları aparmış və nəticədə elektron məlumat daşıyıcılarından istifadə etməklə, özgənin əmlakını gizli yolla talayaraq zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, digər şəxslərdən ibarət mütəşəkkil dəstə tərkibində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olaraq vəzifəli şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə 5 sentyabr 2012-cü ildə hüquqi ünvanı Ukrayna, Odessa şəhəri Voljiskiy 10, mənzil 15-də olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Ukrayna vətəndaşı X3 vasitəçilik xidmətlərinin göstərilməsi barədə 01 № AD/BF saylı müqavilə imzalamaqla cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, 28 sentyabr 2012-ci il tarixdə təsisçisi olduğu və müvafiq qaydada Vergilər Nazirliyində qeydiyyatdan keçərək **********dövlət qeydiyyat nömrəli hüquqi ünvanı ünvan 3an "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Qapalı Səhimdar Cəmiyyəti «Bank Standard» KB-da müxtəlif valyuta hesabları açaraq, həmin hesaba Ukraynada fəaliyyət göstərən X3 əvvəlcədən razılaşaraq sonuncuya məxsus “www.kartindom.com” internet-mağazanı qoşdurmaqla elektron ticarət əməliyyatları üzrə hesablaşmaları təşkil etmək və yerinə yetirmək üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Qapalı Səhimdar Cəmiyyəti “Bank Standard” KB və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 4 oktyabr 2012-ci il tarixdə 21 nömrəli üçtərəfli müqavilə imzalayaraq, 2012-ci ilin oktyabr-noyabr ayları ərzində ABŞ-ın "xxxx" bankının müştərilərinə məxsus olan **********085272, **********202210, **********728555, **********340617, **********270270, **********30019, **********213078, **********795937, **********549125, **********678497, **********68660, **********025108, **********136381, **********073867, **********602772, **********752125 nömrəli elektron bank kartları barədə informasiyaya, yəni kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyəti ilə elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə qanunsuz daxil olmaqla “www.kartindom.com” internet-mağaza vasitəsi ilə onlayn alqısatqı əməliyyatları aparmış, lakin 40 “Fraund” (kart sahibinə xidmət göstərən bankların tələbləri nəticəsində kart sahibinin xəbəri olmadan başqa hesablara köçürülmüş pulların geri qaytarılması) əməliyyatı nəticəsində Qapalı Səhimdar Cəmiyyəti “Bank Standard” KB tərəfindən həmin məbləğdə, yəni 187.763,92 (yüz səksən yeddi min yeddi yüz altmış üç manat doxsan iki qəpik) manat əmlakı geri ABŞ-ın "xxxx" bankının müştərilərinin, yəni kart mülkiyyətçilərinin bank hesabına qaytarılmaqla, özgənin, yəni Qapalı Səhimdar Cəmiyyəti «Bank Standard» KB-nın 187.763,92 (yüz səksən yeddi min yeddi yüz altmış üç manat doxsan iki qəpik) manat külli miqdarda əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, o, digər şəxslərdən ibarət mütəşəkkil dəstə tərkibində təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında, Qapalı Səhimdar Cəmiyyəti «Bank Standard» KB tərəfindən ümumi bank siyahılarına Zaur Zülfüqarovun problemli müştəri kimi daxil edildiyindən sonra, o, öz tanışı X1 adına yeni "xxxx" şirkəti yaradaraq eyni ilə, lakin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesab açaraq 28 yanvar 2013-cü il tarixdə müqavilə bağlayaraq əməliyyatlar həyata keçirmiş və nəticədə "xxxx" şirkətinin hesabına keçirilmiş cəmi 12.447.38 (on iki min dörd yüz qırx yeddi manat otuz səkkiz qəpik) manat dəyərində əməliyyat etibarsız hesab edilməsi nəticəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin məbləğdə, yəni 12.447.38 (on iki min dörd yüz qırx yeddi manat otuz səkkiz qəpik) manat əmlakı geri, yəni kart mülkiyyətçilərinin bank hesabına qaytarılmaqla, özgənin, yəni "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 12.447.38 (on iki min dörd yüz qırx yeddi manat otuz səkkiz qəpik) manat külli miqdarda əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Hökmdən Müdafiəçi1 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-477/2015 saylı, 30 iyun 2015-ci il tarixli hökmün ləğv edilməsini və X19 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyi halda təqsirləndirilən şəxs Zaur Zülfüqarov barəsində ittiham hökmü çıxarılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlarla məhkumun ittihamda göstərilən cinayət əməllərini törətmədiyi aşkar olunur. Belə ki, cinayət işi üzrə həm ibtidai istintaq zamanı, həm də məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Zaur Zülfüqarov elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, təxminən 4-5 ilə yaxın vaxtdır ki, o Bayramlı Həsənəli ilə tanış olmuş və dostluq münasibəti olmuşdur. 2012-ci ilin təxminən sentyabr ayının əvvəlləri olardı ki, Həsənəli onu X13 adlı şəxslə tanış etmiş və bildirmişdir ki, Rusiya Federasiyası və Ukrayna ərazisində fəaliyyət göstərən «Filtim» şirkətlər qrupunun rəhbəridir. Eyni zamanda Teymur Atakişiyev bildirmişdir ki, ona məxsus Ukrayna ərazisində fəaliyyət göstərən internet-mağaza şəbəkəsi, yəni internet-elektron saytı vardır. Lakin Ukrayna bank və elektron-ödəniş sistemləri beynəlxalq aləmdə etibarsız hesab edildiyindən həmin internet-mağazanın fəaliyyətində və alınan malların pullarının ödənilməsində müəyyən çətinliklər yaranmışdır. Hazırda Bakı şəhərində olduğundan və Azərbaycan banklarının beynəlxalq miqyasda müəyyən etibar və inam qazandığından, həmin internet-mağazanın fəaliyyətini Bakı şəhərində təşkil etmək istəmişdir. Bundan əlavə o, ona bildirmişdir ki, Bakı şəhərində «Filtim» şirkətinin nümayəndəliyini açmaq istəyir. Eyni zamanda o, ona bir çox sosial layihələrdə iştirak etməyi təklif etmişdir. Bunun üçün də ona Azərbaycan Respublikasında qeydiyyatda olan şirkət lazım olmuşdur. O həmin vaxt Teymur Atakişiyevə bildirmişdir ki, onun təsisçisi olduğu "xxxx" MMC var, lakin onun bu sahədə təcrübəsi olmadığından bu işin öhdəsindən gələ bilməz. Teymur Atakişiyev onu əmin etmişdir ki, artıq sayt hazırdır, lazımı biliklərə malik olan proqramçı var və həmin layihənin üzərində çalışır, bütün texniki işləri görəcək və hətta bunun müqabilində həmin proqramçıya pul vermişdir. Bundan sonra onlar razılaşmış və Teymur Atakişiyev onun üzərinə bankda hesab açmaq və həmin internet-mağazanın saytını proqramlaşdıran proqramçı ilə əlaqə saxlamışdır. Teymur Atakişiyev tərəfindən ona verilmiş qaralama müqavilənin üzərində düzəlişlər edərək, yeni variantda Teymur Atakişiyevə təqdim etmişdir. O, isə öz növbəsində müəyyən əlavələr etdikdən sonra həyat yoldaşı Sevil Atakişiyeva tərəfindən ingilis dilinə tərcümə etdirmişdir. Bundan sonra həmin hazırlanmış müqaviləni X18 Sergey Nikolayeviçə göndərmiş və bir müddət sonra Polivannı tərəfindən elektron ünvanına müqavilə imzalanmış və möhürlənmiş vəziyyətdə göndərilmiş, sonradan isə həmin müqavilənin əsli poçt vasitəsi ilə göndərmirdir. Bundan sonra Teymur Atakişiyevin təkidi ilə QSC «Bank Standard» KB-nm «Neftçilər» metro-stansiyasının yaxınlığında olan filialında hesab açmışdır. Bundan sonra Teymur Atakişiyev bildirmişdir ki, internet-mağazanın fəaliyyəti ilə əlaqədar olaraq üç tərəfli müqavilə imzalanmalıdır ki, ödəniş sisteminə qoşulsun. Lakin o bankın filialına gedərək, həmin üç tərəfli müqaviləni imzalatdırmaq istəsədə, bankda belə bir müqavilədən məlumatları olmadığından o, təkrarən Teymur Atakişiyevlə əlaqə saxlayaraq bankda belə bir müqavilənin hansı qaydada tərtib edilə biləcəyindən məlumatları olmadıqlarını bildirmişdir. Teymur Atakişiyev onunla bir müddət sonra əlaqə saxlayacağını bildirmişdir. Lakin bir müddət sonra Həsən Bayramlı ona zəng vuraraq bildirmişdir ki, bankın baş ofisinə yaxınlaşmaq lazımdır və bu danışıqdan sonra Kamran adlı şəxs onunla əlaqə saxlayaraq bankın baş ofisinə yaxınlaşmasını xahiş etmişdir. O baş ofisə yaxınlaşdıqda Kamran onunla görüşərək artıq hazır olan üç ədəd müqavilə təqdim etmiş və "xxxx" MMCnin möhürü ilə müqavilələri təsdiq edərək müqavilələri Kamran adlı şəxsə qaytarmışdır. Həmin müqavilə təsdiq edildikdən sonra «Azərikart»-ın təlimatı ona göndərilmişdir. Təxminən bir həftədən sonra ilkin ödənişlər başlamış, ilk olaraq dəyəri 1-2 dollar olan ödənişlər gəlmişdir. Bundan sonra günə 200-300 dollar və hətta az bir müddətdən sonra 2- 3 min ABŞ dolları dəyərində ödənişlər gəlmişdir. Bir müddətdən sonra «Standart-bank» SKB-dan ona şirkəti ilə əlaqədar olan müəyyən ödənişlərin problemlərinin yaranmasını bildirmiş və qeyd etmişlər ki, bank təcrübəsində «chargback» kimi adlandırılan əməliyyat ABŞ-nın "xxxx"-ı tərəfindən həyata keçirilmişdir. Bildirdilər ki, həmin ödənişlər üzrə internet-mağazadan alınmış malların sifarişçilərinə çatdırılması barədə rəsmi sənədlər təqdim etmişdir. O bundan sonra öz növbəsində Sergey Polıvannıyla əlaqə saxlamış və o, onun elektron ünvanına həmin məlumatların sənədlərini iki aydan sonra göndərmişdir. O, da öz növbəsində bu sənədləri banka təqdim etmişdir. O, bu barədə Sergeylə danışdıqdan sonra Teymur müəllimədə məlumat vermiş, o, ona Sergey Polıvannıdan bütün sənədləri götürməyi məsləhət görmüşdür. Təxminən 2012-ci ilin noyabr ayının 20-də bank tərəfindən sayt bağlanılmışdır. Həmin vaxt onun hesabında olan təxminən 56000 manat dəyərində olan məbləğ dondurulmuş və sonradan bank tərəfindən aksepsiz qaydada silinmişdir. Bundan sonra onun tərəfindən bankın idarə heyətinin sədr müavini Samir Rzayevlə danışıqları olmuşdur. Lakin həmin danışqlar heç bir nəticə verməmiş, onun hesabında olan həmin qeyd etdiyi məbləğdə pul bank tərəfindən silinmişdir. Bank tərəfindən həmin danışıqlar zamanı ondan «chargback» kimi adlandırılan əməliyyat nəticəsində bankın hesabından onların deməsinə görə silinmiş 131000 manatı tələb etmişlər. O bankdan həqiqətəndə də onların hesabından həmin məbləğin silinməsi barədə rəsmi sənədlər təqdim etməsini dəfələrlə xahiş etsə də, onlar ona "xxxx"-ın hesabına «chargback» kimi adlandırılan əməliyyat üzrə pul köçürülməsi barədə heç bir sənəd təqdim etməmişlər və o belə hesab edir ki, onun hesabında olan məbləğdən 56000 manatı əsassız silmişlər. Onlar ona pulların həqiqətəndə silinməsi barədə heç bir rəsmi sənəd təqdim etməmişlər. O Sergey Pollıvannıy ilə skayp vasitəsi ilə əlaqə saxlamış və danışıq zamanı o ona birgə kommersiya fəaliyyəti ilə məşğul olmaq təklifi vermişdir. O saytı internet vasitəsi ilə reklam etmişdir. O Sergey Pollıvannının mallarını internetdə reklamını həyata keçirməli olmuşdur. X8 ərazisində fəaliyyət göstərən internet-mağaza şəbəkəsi olmuşdur. O, ona demişdir ki, Ukrayna bank və elektron-ödəniş sistemləri beynəlxalq aləmdə etibarsız hesab edildiyindən həmin internet-mağazanın fəaliyyətində və alınan malların pullarının ödənilməsində müəyyən çətinliklər yaranmışdır və hazırda Bakı şəhərində olduğundan və Azərbaycan banklarının beynəlxalq miqyasda müəyyən etibar və inam qazandığından, həmin internet-mağazanın fəaliyyətini Bakı şəhərində təşkil etmək istəmişdir. Onun bu əməliyaytlardan 0.25 faiz qazancı olmuşdur. O «Bank Standard» Kommersiya Bankından 285.000 manat nağd pul çıxarmışdır. İnternet £ sayt qanun çərçivəsində yaradılmış, "xxxx"-ın hesabına «chargback» kimi adlandırılan əməliyyat üzrə pul köçürülməsi barədə bank ona heç bir sənəd təqdim etməmişdir. İntrenet maqazındən "xxxx"-ın müştərisi mal almaq istəyirsə onda onun hesabından pul silinir. Pul silinmələri “Master” “Viza” və “Azəri” kartdan keçirilir. O proqramist olmamış lakin kompyuter istifadəçisi olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Zaur Zülfüqarov ifadəsində göstərilən xüsusatları təkzib edəcək mötəbər sübutlar müəyyən edilməmişdir. Cinayət işi üzrə ittiham tərəfinin təqdim etdiyi sübutlar olan şahid ifadələrində təqsirləndirilən şəxs Zaur Zülfüqarovun irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi təsdiq olunmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 338.1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Cinayət işi üzrə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Zaur Zülfüqarovun irəli sürülmüş ittihamlar üzrə təqsirliliyi sübuta yetmədiyi halda, onun barəsində ittiham hökmü çıxarmış və ittiham hökmü yalnız ibtidai istintaq orqanının öz ehtimalları əsasında ittiham aktına yazdığı sübutlarla əsaslandırılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla təqsirləndirilən şəxs Zaur Zülfüqarova qarşı irəli sürülmüş ittihamlar üzrə ibtidai istintaq orqanının ehtimalları öz təsdiqini tapmamış və araşdırılmış sübutlarla onun təqsirsiz olması sübut olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Bundan əlavə məhkəmədə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Zaur Zülfüqarov ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunur, cavandır, yaşayış yerindən müsbət xarakterizə olunur, cinayət işi üzrə zərərçəkmiş şəxs ASC "xxxx" KB-nin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1038/2015 saylı 02 oktyabr 2015-cı il tarixli qərarı ilə məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2, 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1038/2015 saylı 02 oktyabr 2015-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)- 1038/2015 saylı 02 oktyabr 2015-ci il tarixli qərarının ləğv edilərək cinayət işi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-338/2016 saylı 02 mart 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1038/2015 saylı 02 oktyabr 2015-ci il tarixli qərarı ləğv edilərək cinayət işi baxılması üçün yeni apellyasiya baxışına təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-763/2016 saylı, 06 oktyabr 2016-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmuş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2, 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyun 2015-ci il tarixli hökmü ləğv edilmiş və yeni hökm çıxarılmış, X6 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2, 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-763/2016 saylı, 06 oktyabr 2016-cı il tarixli qərarından dövlət ittihamçısı Rizvan Şəmmədov tərəfindən kassasiya protesti verilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-763/2016 saylı, 06 oktyabr 2016-cı il tarixli qərarının ləğv edilərək, cinayət işini yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-547/2017 saylı, 30 may 2017-ci il tarixli qərarı ilə kassasiya protesti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-763/2016 saylı, 06 oktyabr 2016-cı il tarixli qərarı ləğv edilərək, cinayət işi baxılması üçün yeni apellyasiya baxışına təyin olunmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiə tərəfinin şikayətin təmin edilməsi, dövlət ittihamçısının isə şikayətin təmin edilməməsi haqda çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə Müdafiəçi1 apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-477/2015 saylı, 30 iyun 2015-ci il tarixli hökmü isə dəyişdirilməlidir. Belə ki, məhkum Zaur Zülfüqarov həm ibtidai istintaq zamanı, həm də birinci instansiya məhkəməsindəki icraat zamanı, özünü ona qarşı irəli sürülən ittiham üzrə təqsirli bilməmişdir. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı məhkum Zaur Zülfüqarov ifadə verərkən də bu mövqedən çıxış edərək, ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələrini təsdiq etməklə ittihamda göstərilən cinayət əməllərini törətmədiyini qeyd etmişdir. Apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında dindirilmiş məkum edilmiş X19 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2, 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, təxminən 4-5 ilə yaxın vaxtdır ki, Bayramlı Həsənəli ilə tanış olmuş və onunla dostluq münasibəti olmuşdur. 2012-ci ilin təxminən sentyabr ayının əvvəlləri olardı ki, Həsənəli onu X13 adlı şəxslə tanış etmiş və bildirmişdir ki, Rusiya Federasiyası və Ukrayna ərazisində fəaliyyət göstərən “Filtim” şirkətlər qrupunun rəhbəridir. Eyni zamanda Teymur Atakişiyev bildirmişdir ki, ona məxsus Ukrayna ərazisində fəaliyyət göstərən internet-mağaza şəbəkəsi, yəni internet-elektron saytı vardır. Lakin Ukrayna bank və elektron-ödəniş sistemləri beynəlxalq aləmdə etibarsız hesab edildiyindən həmin internetmağazanın fəaliyyətində və alınan malların pullarının ödənilməsində müəyyən çətinliklər yaranmışdır. Hazırda Bakı şəhərində olduğundan və Azərbaycan banklarının beynəlxalq miqyasda müəyyən etibar və inam qazandığından, həmin internet-mağazanın fəaliyyətini Bakı şəhərində təşkil etmək istəmişdir. Bundan əlavə o, ona bildirmişdir ki, Bakı şəhərində “Filtim” şirkətinin nümayəndəliyini açmaq istəyir. Eyni zamanda o, ona bir çox sosial layihələrdə iştirak etməyi təklif etmişdir. Bunun üçün də ona Azərbaycan Respublikasında qeydiyyatda olan şirkət lazım olmuşdur. O həmin vaxt Teymur Atakişiyevə bildirmişdir ki, onun təsisçisi olduğu "xxxx" MMC var, lakin onun bu sahədə təcrübəsi olmadığından bu işin öhdəsindən gələ bilməz. Teymur Atakişiyev onu əmin etmişdir ki, artıq sayt hazırdır, lazımı biliklərə malik olan proqramçı var və həmin layihənin üzərində çalışır, bütün texniki işləri görəcək və hətta bunun müqabilində həmin proqramçıya pul vermişdir. Bundan sonra onlar razılaşmış və Teymur Atakişiyev onun üzərinə bankda hesab açmaq və həmin internet-mağazanın saytını proqramlaşdıran proqramçı ilə əlaqə saxlamışdır. Teymur Atakişiyev tərəfindən ona verilmiş qaralama müqavilənin üzərində düzəlişlər edərək, yeni variantda Teymur Atakişiyevə təqdim etmişdir. O isə öz növbəsində müəyyən əlavələr etdikdən sonra həyat yoldaşı Sevil Atakişiyeva tərəfindən ingilis dilinə tərcümə etdirmişdir. Bundan sonra həmin hazırlanmış müqaviləni X14 Sergey Nikolayeviçə göndərmiş və bir müddət sonra Polivannı tərəfindən elektron ünvanına müqavilə imzalanmış və möhürlənmiş vəziyyətdə göndərilmiş, sonradan isə həmin müqavilənin əsli poçt vasitəsi ilə göndərmirdir. Bundan sonra Teymur Atakişiyevin təkidi ilə QSC “Bank Standard” KB-nın “Neftçilər” metro stansiyasının yaxınlığında olan filialında hesab açmışdır. Bundan sonra T.Atakişiyev bildirmişdir ki, internet-mağazanın fəaliyyəti ilə əlaqədar olaraq üç tərəfli müqavilə imzalanmalıdır ki, ödəniş sisteminə qoşulsun. Lakin o bankın filialına gedərək, həmin üç tərəfli müqaviləni imzalatdırmaq istəsə də, bankda belə bir müqavilədən məlumatları olmadığından o təkrarən Teymur Atakişiyevlə əlaqə saxlayaraq bankda belə bir müqavilənin hansı qaydada tərtib edilə biləcəyindən məlumatları olmadıqlarını bildirmişdir. Teymur Atakişiyev onunla bir müddət sonra əlaqə saxlayacağını bildirmişdir. Lakin bir müddət sonra Həsən Bayramlı ona zəng vuraraq bildirmişdir ki, bankın baş ofisinə yaxınlaşmaq lazımdır və bu danışıqdan sonra Kamran adlı şəxs onunla əlaqə saxlayaraq bankın baş ofisinə yaxınlaşmasını xahiş etmişdir. O baş ofisə yaxınlaşdıqda Kamran onunla görüşərək artıq hazır olan üç ədəd müqavilə təqdim etmiş və "xxxx" MMCnin möhürü ilə müqavilələri təsdiq edərək müqavilələri Kamran adlı şəxsə qaytarmışdır. Həmin müqavilə təsdiq edildikdən sonra “AzəriKard»-ın təlimatı ona göndərilmişdir. Təxminən bir həftədən sonra ilkin ödənişlər başlamış, ilk olaraq dəyəri 1-2 dollar olan ödənişlər gəlmişdir. Bundan sonra günə 200-300 dollar və hətta az bir müddətdən sonra 2- 3 min ABŞ dolları dəyərində ödənişlər gəlmişdir. Bir müddətdən sonra QSC “Standartbank” KB-dan ona şirkəti ilə əlaqədar olan müəyyən ödənişlərin problemlərinin yaranmasını bildirmiş və qeyd etmişlər ki, bank təcrübəsində «chargback» kimi adlandırılan əməliyyat ABŞ-nın "xxxx"-ı tərəfindən həyata keçirilmişdir. Bildirdilər ki, həmin ödənişlər üzrə internet-mağazadan alınmış malların sifarişçilərinə çatdırılması barədə rəsmi sənədlər təqdim etmişdir. O bundan sonra öz növbəsində Sergey Polıvannıyla əlaqə saxlamış və o, onun elektron ünvanına həmin məlumatların sənədlərini iki aydan sonra göndərmişdir. O da öz növbəsində bu sənədləri banka təqdim etmişdir. O bu barədə Sergeylə danışdıqdan sonra Teymur müəllimə də məlumat vermiş, o, ona Sergey Polıvannıydan bütün sənədləri götürməyi məsləhət görmüşdür. Təxminən 2012-ci ilin noyabr ayının 20-də bank tərəfindən sayt bağlanılmışdır. Həmin vaxt onun hesabında olan təxminən 56000 manat dəyərində olan məbləğ dondurulmuş və sonradan bank tərəfindən aksepsiz qaydada silinmişdir. Bundan sonra onun tərəfindən bankın idarə heyətinin sədr müavini Samir Rzayevlə danışıqları olmuşdur. Lakin həmin danışıqlar heç bir nəticə verməmiş, onun hesabında olan həmin qeyd etdiyi məbləğdə pul bank tərəfindən silinmişdir. Bank tərəfindən həmin danışıqlar zamanı ondan «chargback» kimi adlandırılan əməliyyat nəticəsində bankın hesabından onların deməsinə görə silinmiş 131000 manatı tələb etmişlər. O bankdan həqiqətəndə onların hesabından həmin məbləğin silinməsi barədə rəsmi sənədlər təqdim etməsini dəfələrlə xahiş etsədə, onlar ona "xxxx"-ın hesabına «chargback» kimi adlandırılan əməliyyat üzrə pul köçürülməsi barədə heç bir sənəd təqdim etməmişlər və o belə hesab edir ki, onun hesabında olan təxminən 56000 manatı əsassız silmişlər. Onlar ona pulların həqiqətəndə silinməsi barədə heç bir rəsmi sənəd təqdim etməmişlər. Onun bu əməliyaytlardan 0,25 faiz qazancı olmuşdur. O QSC “Bank Standard” KB-dən 285000 manat nağd pul çıxarmışdır. İnternet sayt qanun çərçivəsində yaradılmış, "xxxx"-ın hesabına «chargback» kimi adlandırılan əməliyyat üzrə pul köçürülməsi barədə bank ona heç bir sənəd təqdim etməmişdir. İntrenet mağazasından "xxxx"-ın müştərisi mal almaq istəyirsə onda onun hesabından pul silinir. Pul silinmələri “Master” “Viza” və “Azəri” kartdan həyata keçirilir. O proqramist olmamış lakin kompyuter istifadəçisi olmuşdur. Razılaşmaya əsasən bütün bank xərclərinin Sergey Polıvannı tərəfindən ödənilməsini öhdəlik kimi öz üzərinə götürmüş, hesaba köçürülən pulların bank xərcləri çıxıldıqdan sonra 0,25 % ona komission haqqı ödənilməli, qalan hissəsini isə o, Sergey Polıvannının bank hesabına köçürməli imiş, lakin onun xahişi ilə sonradan belə razılaşmışlar ki, pulları o, nəğdləşdirsin və tanışı Ramin adlı şəxsə versin. O, Ramin adlı şəxslə üç dəfə görüşüb ümumilikdə ona 284.000 manat civarında pul vermişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərmişdir ki, o, QSC “Bank Standard” KB-nın hüquq departamentinin hüquqi təminat və ekspertizası şöbəsinin rəisi işləyir. X6 X3 birgə yaratdığı həmin “www.kartindom.com” internet-dükan saxta olmuş, müxtəlif ölkələrdə yaşayan vətəndaşların xəbərləri olmadan onlara məxsus pul plastik kartlarına müdaxilə edilmişdir. Həmin mağazadan müxtəlif əşyalar əldə etmələri ilə əlaqədar plastik kart hesablarından müəyyən məbləğlər silinərək "xxxx" MMC-nin QSC “Bank Standard” KB-da olan hesabına keçirilmiş və sonradan həmin pullar X19 tərəfindən nəğdləşdirilmişdir. Bir qismi Ukrayna Respublikası vətəndaşı X4 göndərilmiş, bir qismi isə özü tərəfindən mənimsənilmişdir. Belə ki, "xxxx" MMC-nin apardığı əməliyyatlar nəticəsində “www.kartindom.com” internet-dükanı vasitəsi ilə iki ay ərzində 339.863,16 AZN məbləğində uğurlu əməliyyatların aparılması müəyyən edilmişdir. Həmin məbləğdən 284.000 AZN hesabdan Zaur Zülfüqarov tərəfindən nəğd şəkilində çıxarılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, 2012-ci ilin dekabr ayında Zaur Zülfüqarov tərəfindən aparılmış əməliyyatlara "xxxx"-dan QSC «Bank Standard» KB-na «chargeback» (kart sahiblərinin ödənişlərə etirazı) göndərilmiş, ümumilikdə "xxxx" MMC tərəfindən keçirilmiş bank köçürmə əməliyyatlarına dair 35 «chargeback» (kart sahiblərinin ödənişlərə etirazı) daxil olmuşdur. Həmin şübhəli əməliyyatlar nəticəsində müxtəlif vətəndaşların plastik bank-kartlarına müdaxilə nəticəsində ümumilikdə QSC «Bank Standard» KB tərəfindən beynəlxalq banklar arası sazişlərə əsasən 187.763,92 manat məbləğində pul tamlığı ilə ödənilmişdir. X34 tərəfindən banka vurulmuş ziyan bu günə qədər ödənilməmişdir. Zaur Zülfüqarov onlayn internet mağaza vasitəsi ilə alqı-satqı etmişdir. Həmin proses zamanı ödənişlər plastik kartlar vasitəsi ilə ödənilir. Alqı-satqı nəticəsində pullar hesaba yığılır və hesabdan nağdlaşdırılaraq çıxarılır.Zaur Zülfüqarov belə edərək hesabdan pulları çıxararaq nağdılaşdırmışdır. «Chargeback» yəni kart sahiblərinin ödənişlərə etirazı daxil olanda hansı bank bu əməliyyatları həyata keçirirsə istənilən vaxt bu əməliyyatı dayandıra bilər. Kart sahibləri ödənişlərə etiraz etdikdə bu müraciətlər banka daxil olmuşdur. Zaur Zülfüqarovla «Chargebacklər» banka daxil olanda bu barədə söhbətlər etmişlər. Daxil olmuş «Chargeback» lər barədə sənədləri Zaura təqdim etmişlər. Zaur Zülfüqarovla bank arasında müqavilə səhv etmirsə xx.xx.2013-cu ildə tərtib olunmuşdur. Onun bankdakı hesabı «Chargeback» lər daxil olandan sonra bağlanmışdır. Zaur Zülfüqarov internet saytında olan məlumatları banka təqdim etməmişdir. Onların Zaurla təxminən 2 aya yaxın «Chargeback»lərlə bağlı söhbətləri olmuş, lakin o barədə banka heç bir sənəd təqdim etməmişdir. «Chargeback» lər banka daxil oduqdan sonra Zaurla dəymiş ziyanın ödənilməsi barədə söhbətlər aparılmış, o da bildirmişdir ki, tezliklə banka vurulmuş ziyan ödəniləcək, lakin bu vaxta qədər ziyan ödənilməmişdir. Zaur Zülfüqarovun ümumi maliyyə dövriyəsi 343.000 manata yaxın olmuş, onlara 187.763,92 manat ziyan dəymiş, həmin puldan 56.000 manatı Zaurun hesabında dondurulmuşdur. Bank tərəfindən MTN-nə müraciət olunmuş, lakin oradan onlara heç bir rəsmi məlumat verilməmiş, ondan sonra onlar DİN-nə müraciət etmişlər. İnternet mağazada alqı-satqı zamanı malların müştərilərə çatdırılması barədə onlarda məlumat olmamışdır. Zaur Zülfüqarov müqavilənin öhdəliklərini pozduğuna görə onunla əməliyyat dayandırılmışdır. Onlar bu barədə hüquq mühafizə orqanlarına müraciət etmişlər. Artıq hüquq mühafizə orqanı pulların oğurlanmasının kimin tərəfindən edildiyini müəyyənləşdirmişdir. «Chargeback»lər banka daxil olanda internetlə alıs-veriş edən şəxslər bildirmişlər ki, onların hesabından pullar silinmiş və bu silinmiş pullar isə Zaur Zülfüqarov tərəfindən nəğdləşdirilmişdir Banka dəymiş ziyanın ödənilməsini xahiş edirlər. İş üzrə zərər çəkmiş "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya baxışı zamanı izahatında göstərdi ki, 2013-cü ilin yanvar ayının əvvəllərində "xxxx" MMC-nin nümayəndəsi həmin banka müraciət edərək bankda hesab açmaq istəmiş və bildirmişdir ki, elektron-ticarət fəaliyyəti ilə məşğul olmaq istəyir. 28 yanvar 2013-cü il tarixdə bankla həmin cəmiyyət arasında hesab açılmasına dair müqavilə bağlanmışdır. Bankda olan sənədlərə əsasən həmin cəmiyyət tərəfindən 2013-cü ilin iyul ayında bir əməliyyat həyata keçirilmiş və cəmiyyətin hesabına 12.447.38 manat köçürülmüş, lakin "xxxx" MMC-nin müraciətinə əsasən pul geri tələb olunduğundan, bank tərəfindən həmin məbləğ "xxxx" MMC-nin hesabından geri qaytarılmışdır. "xxxx" MMC-nin hesabında pul olduğundan həmin hesabdan 12.447,38 manatı tutmaq mümkün olduğundan banka heç bir ziyan dəyməyib, bu səbəbdən də, "xxxx" ASC-nin Zaur Zülfüqarova qarşı heç bir şikayəti və tələbi yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş ifadəsində X21 göstərmişdir ki, o, İqtisadçı-audit” MMC-nin direktoru işləyir. 2012-ci ilin oktyabr ayından dekabr ayına kimi olan müddət ərzində sərbəst auditor fiziki şəxs kimi fəaliyyət göstərmişdir. Həmin vaxt Göyçay rayonunda yerləşən Olimpiya mərkəzinin direktoru vəzifəsində işləyən Həsən Bayramlı vasitəsi ilə Zülfüqarov Zaur adlı şəxslə tanış olmuşdur. Zaur ona bildirmişdir ki, o yaratdığı "xxxx" MMC-nin direktorudur, internet-maqazin fəaliyyəti göstərmək istəyir və bu məqsədlə ona hesabatı apara bilən mühasib lazımdır. Şərtlərini razılaşdırdıqdan sonra o Zaur Zülfüqarovla üç ay müddətinə müqavilə imzalamışdır. Həmin müqavilənin şərtlərinə əsasən o mütəxəssis kimi dəvət etdiyi Tünzalə Kərimova ilə birlikdə Zaur Zülfüqarov tərəfindən təqdim edilmiş sənədlərə əsasən direktoru olduğu cəmiyyətin 2012-ci il üçün İVcü rübünün hesabatını tərtib edərək Vergilər Nazirliyinə elektron poçt vasitəsi ilə təqdim etmişlər. Zaur Zülfüqarov «Bank Standard» KB-da olan hesabına Ukraynada fəaliyyət göstərən internet maqazindən baş vermiş alqı-satqı nəticəsində əldə olunan pullar ödənilmiş və bundan sonra həmin pullar onun tərəfindən Ukraynaya göndərilmişdir. Ukraynaya pulun göndərilməsi barədə Zaur Zülfüqarov tərəfindən qəbzlər onlara təqdim edilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş ifadəsində X35 göstərmişdir ki, o, təxminən 2000ci ildə Zülfüqarov Zaurla tanış olmuş və həmin vaxtdan dostluq münasibətləri yaranmışdır. Mütəmadi olaraq zəngləşib və görüşmüşlər. 2012-ci ilin noyabr ayında Zaur onunla görüşüb xahiş etmişdir ki, o öz adından Filipinə onun yazıb ona verdiyi Filippin vətəndaşlarının adlarına pul köçürmüş, o səhv etmirsə üç dəfə min ABŞ dolları, cəmi üç min ABŞ dolları məbləğində pul keçirtmişdir. Həmin pulları əgər səhv etmirsə «Kapitalbank» SKB vasitəsilə keçirmişdir. Sonradan pulların ödənilməsi qəbzlərini və Zaur ona yazıb verdiyi kağızları Zaurun özünə vermişdir.O həmin pulları kimlərə göndərdiyini bilmir, sadəcə olaraq Zaurla dost olduğundan Zaurun xahişi ilə bunu etmiş, nə səbəbə və nəyə görə həmin pul köçürmələri olması barədə heç maraqlanmamış və bilməmişdir. O pulları ödəməyə getdikdə tək getmiş, sadəcə olaraq sonradan həmin kağız və qəbzləri Zaura vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş ifadəsində X16 göstərmişdir ki, təxminən 2011-ci ildə o «X36 Kompleksi» MMC-nin direktoru işləmişdir. Həmin vaxt onun yanına istirahət məqsədi ilə uzaq qohumları qonaq gəlmişlər. Onlar bir neçə gün qaldıqdan sonra o qonaqların Bakıya Bilgəh kəndində bağına gətirmişdir. Təsadüf nəticəsində onların bağında kirayə qalan Teymur Atakişiyevlə və onun həyat yoldaşı Sevil xanımla tanış olmuşdur. Bu tanışlıq onda xoş bir təsurat yaratmışdır. Tanışlıq zamanı Teymur Atakişiyev ona bildirmişdir ki, o, Azərbaycanda sosial proektlərin keçirilməsində ona köməklik göstərsin. Lakin o, Göyçayda işlədiyindən yolunun uzaq olmasını və onun bu kimi işlərin görülməsinə vaxtının olmamadığını bildirmişdir. Bu işlə Zaur adlı dostunun olduğunu və ondan Teymur Atakişiyevə kömək edə biləcəyini soruşacağını bildirmişdir. Zaur onlara kömək etməyinə etiraz etməmiş və o onları tanış etmişdir. Bir müddət onun ümumiyyətlə bu işlərdən xəbəri olmamışdır. Bir müddət keçəndən sonra Zaur ondan xahiş etmişdir ki, Standart bankda hesab açsın. Burada internet mağazasının açılması və işlənilməsi üçün o internet mağazasının açılmasında heç bir problem görmədiyiynə görə bankla əlaqə saxlamışdır. Bununla kimin məşğul olmasını öyrənmış Zauru bu barədə məlumatlandırmışdır. Ondan sonra bu işlərin gedişatında onun məlumatı olmamışdır. Bir müddətdən sonra Zaur ona demişdir ki, Standart bank onu aldadır və bankda ona deyilənləri başa düşmür. O bir neçə dəfə Zaurla banka getmişdir. Lakin bu bir nəticə verməmişdir. Bankın rəsmi işçisi ilə o, bir iki dəfə görüşmüş və o Zaurun banka 170.000 manat borcunun olmasını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş ifadəsində X5 göstərmişdir ki, o, Beynəlxalq Təhsil Mərkəzində İT-meneger vəzifəsində işləməklə yanaşı "xxxx" şirkətinin rəhbəri kimidə fəaliyyət göstərir. Şirkətin fəaliyyəti «veb»-saytların yığılması, internet xidmətləri, domen satışı və hostinq icarəsi ilə məşğuldur. 2012-ci ilin təxminən avqust ayının əvvəlləri olardı ki, onun mobil telefonuna bir nəfər zəng vuraraq özünü Teymur Atakişiyev kimi təqdim edərək, sayt işlərinin görülməsi ilə əlaqədar onunla görüşmək istəməsini bildirmişdir. Onlar razılaşmış və o onunla görüşmüş və görüş zamanı bir neçə veb-saytın düzəldilməsi və işlərinin tamamlanması ilə bağlı sifariş qəbul etmişdir. Bundan sonra onlar Teymur müəllimlə bir neçə dəfə görüşmüşlər, lakin ikinci görüşləri zamanı Teymur müəllim onların şirkətlə bağlamaq istədiyi müqaviləni ona təqdim etmiş, lakin müqavilə rus dilində tərtib olunduğundan o onunla razılaşmamış və bildirmişdir ki, mövcud qanunvericiliyə əsasən müqavilələr Azərbaycan Respublikasının dövlət dili olan azərbaycan dilində tərtib olunmalıdır. Bununla əlaqədar Teymur müəllim növbəti görüşdə ona Zaur Zülfüqarovu təqdim edərək müqavilələri həmin şəxslə bağlayacağını bildirmişdir. Eyni zamanda Teymur müəllim Zauru ona öz işçisi kimi təqdim edərək, həmin gündən etibarən, onun bir başa Zaurla əlaqə saxlayacağını bildirmişdir Bundan sonra əksər hallarda Zaur onların ofisinə gəlib sifarişləri vermişdir. Zaur 2012-ci ilin avqust ayının axırlarında internet-maqazin saytının ödəmə sisteminə qoşulub fəaliyyət göstərməsi barədə müraciət etmişdir. O hansı prosedur qaydalara riayət olunması barədə ona izah etmiş və bununla əlaqədar sənədləşmə və qoşulma təxminən iki aya yaxın vaxt çəkmişdir. Bu iki ay ərzində mütəmadi olaraq Zaurla və ara-bir Teymur müəllimlədə görüşmüşdür. O Zaurla görüşləri ilə əlaqədar mütəmadi Teymur müəllimlə zəngləşmış və internet-maqazin təklifindən sonra sifarişi və ödənişin məbləğini təsdiqləmək üçün Teymur müəllimə zəng vuraraq dəqiqləşdirmişdir.Teymur müəllim bildirmişdir ki, xəbəri var və ödənişidə öz üzərinə götürmüşdür. Onlar işi görüb Zaura təhvil vermiş və bundan sonra həmin internetmaqazinin fəaliyyətindən heç bir məlumatı olmamışdır. Teymur Atakişiyevlə olan razılşmaya əsasən 2012-ci ilin avqust ayının axırlarında internet-maqazin saytını yaratmışdır. O özü proqram təminatçısdır. Zaur Zülfüqarov tərəfindən hansısa hesabdan pul silinmələrin təşkil etmək texniki cəhətdən mümkün deyildir. Hesabdan pul silinməsini təşkil etmək üçün internet-maqazin saytının yaradılması mühüm amillərdən biridir. İnternet-maqazin vasitəsi ilə bir hesabdan digər hesaba pul köçürülə bilər. Bunun üçün plastik kartda olan məlumatlar iştifadəçilər tərəfindən sayta yüklənilməlidir. O il ərzində 30-40 sayt yaradır və 15-ə yaxın internet-maqazin saytını yaratmışdır. “.Kartondom.com”saytı Teymur Atakişiyevə məxsus olmuşdur. Həmin şirkət Azərbaycanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərmişdir. Bir mütəxəssis kimi onu deyə bilər ki, internet-maqazin saytında malların müştərilərə çatıb-çatmaması barədə məlumat əldə edilməsi mümkün deyildir. Lakin pulların dövriyyəsini bilmək mümkündür. Alınan mala görə pullar hesaba keçir. Artıq pul hansı şəxsin hesabına keçirsə, o həmin pul vəsaitlərini istədiiyi kimi davrana bilər. Teymur müəllim Zaur Zülfüqarovu ona öz işçisi kimi təqdim edərək, bildirmişdir ki, internet-mağazanın işləri ilə Zaur məşğul olacaq, belə ki, lazımi xərclərin ödənilməsi üçün o Teymur müəllimə müraciət etmiş və o, Zaur vasitəsi ilə ona göndərmişdir.İlkin olaraq həmin internet-mağazanın xostinqi yəni (faylların yerləşdiyi məkan) Rusiya Federasiyasına aid olmuş, sonradan isə Azərikard ödəniş sistemi Rusiya serverlərini güvənsiz hesab etdiyi üçün, həmin serverlərə qoşulmur, bu səbəbdən daha güvənli olması üçün o həmin xostinq ABŞ serverlərinə keçirtmişdir, əks halda ödəniş sistemi qurulması mümkün deyildir . Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq olunmuş ifadəsində X7 göstərmişdir ki, o, müxtəlif kompyuter proqramlarının yazılması və veb-dizaynla məşğul olur. 2012-ci ilin axırlarında ona sonradan adının və soyadının Zaur Zülfüqarov kimi bildiyi şəxs müraciət edərək «Filtim Ko» şirkətinin saytının yaradılmasını xahiş etmişdir. Bununla əlaqədar olaraq o Zaur Zülfüqarovla «Molokan bağı» adlanan yerin yaxınlığında görüşmüş və həmin görüş zamanı Zaur həmin «Filtim Ko» şirkətinin uşaqlar üçün xeyriyyəçiliklə məşğul olması barədə məlumatlandırmışdır. Bundan sonra həmin şikrət barədə məlumatlar Zaur tərəfindən elektron variantda ona təqdim edilmişdir və həmin məlumatları saytda yerləşdirmışdır. Zaur Zülfüqarovla birlikdə Bilgəh qəsəbəsində bağ evində olmuş və orada Teymur Atakişiyev adlı şəxslə tanış olmuşdur. O onun həmin «Filtim Ko» şirkətinin saytının zahiri görünüşü ilə maraqlanmışdır. Bundan sonra o mütəmadi olaraq Zaur Zülfüqarovla və Teymur Atakişiyevlə saytın tərtibatı ilə əlaqədar elektron poçt vasitəsi ilə əlaqə saxlamışdır və az bir müddət sonra saytın tərtibatı başa çatdıqdan sonra həmin şəxslərlə əlaqəsi başa çatmışdır. Onlarla bundan başqa heç bir əlaqəsi olmamışdır. «Filtim Ko» şirkəti Zaura məxsus olmamışdır. Həmin şirkət Teymur Atakişiyevə məxsus olmuşdur.Zaur ona şirkətin yaradılması ilə bağlı müraciət etmiş, saytla bağlı bütün məsələləri Teymur Atakişiyevlə görüşüb söhbət etmişdir.Zaur özü onu Teymur Atakişiyevin yanına aparmışdır ki, ona internet maqazin yaratsın.Teymur Atakişiyev barəsində əvvəllər onda məlumat olmamışdır. Həmin sayt xeyriyyə fondu kimi yaradılmamışdır.Saytda bank rekvizitləri qeyd edilməmişdir. O kompyuter praqramçısıdır, o özü üçündə internet mağaza acmışdır. Lakin maliyyə problemləri üzündən bu məsələni başa çatdıra bilməmişdir, Zaur Zülfüqarovu “xaker” adlandırmaq olmaz. O Azərbaycanda belə bir adam tanımır ki, o internet maqazin vasitəsi ilə müştərilərinin hesabından pul silə bilər. Ən azından həmin şəxslərə məxsus bank kartları haqqında məlumat olmalıdır. Həmin məlumatlar olmazsa kartdan pul silmək mümkün deyil. İş materiallarında olan məhkəmə-kompyuter ekspertizasının 11995 nömrəli 24 iyul 2014-cü il tarixli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd üzərində “Shark” yazıları olan kompüter sistem bloku və ona qoşulmuş “Western Digital” markalı “WD3200AAJS” modelli “WMAT10098255” seriya nömrəli sabit yaddaş daşıyıcısı hal hazırda işlək vəziyyətdədir və istifadə üçün yararlıdır. Kompüter sistem blokunda internet çıxış imkanları vardır, bu halları həm sistemdə olan cihazların (şəbəkə kartı) sazlığı həm də internet şəbəkəsinə çox saylı çıxışlar təsdiq edir. Tədqiq olunan sistemin yaddaşında “Teamviewer” məsafədən idarəetmə üçün nəzərdə tutulmuş proqram təminatı müəyyən edilmişdir. Proqram təminatının istifadə edilməsi haqqında qeydlər 27 iyul 2013-cü il tarixdən müəyyən edilmişdir. Həmin proqram təminatının istifadə edilməsini təsdiq edən izlər “Browser” tipli proqram təminatının yaddaşında, qısayol tipli fayllarda ( link files –istinad edici fayllar) və “Windows” əməliyyat sisteminin fəaliyyəti haqqında hesabatlarda öz əksini tapmışdır. Həmin proqram təminatı vasitəsi ilə tədqiq olunan kompüter sistemini idarə etmək və yaxud diqər kompüter sistemini idarə etmək mümkündür. Tədqiq olunan yaddaş daşıyıcısında Browser Activity (“Browser” tipli proqram təminatının aktivkiyi haqqında), X31 History (İnternet Explorer proqram təminatının tarixçəsi), X26 (Fayl sistemi haqqında məlumatlar), X27 History (İnternet Explorer proqram təminatının gündəlik hesabatı), Pictures (Fototəsvirlər), İE İnPrivate/Recovery URLs (İnternet Explorer proqram təminatında izsaxlamayan qaydada yığılmış sətrlər), Carved Video (başlıqlara uyğun müəyyən edilmiş videoməzmunlu fayllar), Chrome/360 X41 Session/Tabs (Chrome proqram təminatında izsaxlamayan qaydada yığılmış sətrlər), Flash Cookies (Flash video tipli fayllara aid məlumatlar), X45 (Opera proqram təminatında açılmış səhifələrin hesabatı), LNK Files (qısayollar) ,Videos (video məzmunlu fayllar), Excel Documents (Excel sənədləri əks edən fayllar), Word Documents (Word sənədləri əks edən fayllar), PDF Documents (PDF sənədləri əks edən fayllar), X37 (Axtarış sorğuları əks edən mətnlər), Malware/Phishing URLs (ziyanverici və “Phising” tipli istinadlar (URL)), Startup Fayllar (Sistem ilə işləməyə başlayan proqram təminatlarına aid fayllar), X28 URLs (internet Explorer proqram təminatında yığılmış sətrlər), X32 (izə salınmış proqramların izləri), PowerPoint Documents (rezentasiyalara aid olan fayllar), Facebook URLs ( facebook sosial media resursuna aid olan sorğular),Social Media URLs (ümumi sosial media resurslarına aid olan sorğular), User Accounts (sistem istifadəçilərin qeydiyyat məlumatları), X9 (əməliyyat sistemi haqqında məlumatlar), USB Devices (qoşulmuş “USB” cihazlar haqqında məlumatlar), X44 (əməliyyat sistemində baş vermiş hadisələr haqqında toplanmış məlumatlar), Skype İP Addresses (Skype proqram təminatında yazışmalarda müəyyən edilmiş İP ünvanlar), Outlook Emails (Outlook elektron poçt proqram təminatında poçt yazışmaları), Skype Calls (Skype proqram təminatı vasitəsi ilə icra olunmuş zənglər), Skype Contacts (Skype proqram təminatında müəyyən edilmiş kontaktlar), X42 (Skype proqram təminatında müəyyən edilmiş mesajların məzmunları), Skype Accounts (Skype proqramında qeydiyyat yazısı), Google Maps (Google map servisinin xəritələri), Facebook Chat (facebook sosial media servisində mesajlar), X43 (Google maps servisinə aid olan sorğular), Facebook Pages (facebook sosial media servisinin səhifələri) və digər ümumi sayda 69985 ədəd 2.95 Gb həcmli müxtəlif məzmunlu və formatlı məlumatlar “DVD” tipli diskə köçürülərək ekspert rəyinə əlavə edilmişdir. Tədqiq olunan sistemin yaddaşında Zaur Zulfugarov adlı istifadəçi internet şəbəkəsində “online” hesabların açılmasında öz qeydiyyat məlumatlarını daxil etmişdir, eyni zamanda “Facebook” sosial şəbəkəsində müəyyən edilmiş yazışmalarda “http://whitecherry. info”,“http: //littleturtle. info/”, “http://maqazinchik.info/”, http://tvoykapriz.biz/ və diqər internet mağazaların idarəedilməsi üçün şifrələr və adlar müəyyən edilmişdir (mesajların yaranma tarixlərini müəyyən edilmədi). “Online” satışlar sahəsində fəaliyyət göstərən “amazon.com” saytında 16 avqust 2013-cü il tarixlərdə ödəmə əməliyyatların izləri müəyyən edilmişdir. Tədqiq olunan kompüter sisteminə qoşulmuş sabit yaddaş daşıyıcısında seçilmiş internet (“bookmark”) resursların mənbəyləri beynalxalq şəbəkəsindən yüklənilmiş fayllar müəyyən edilmişdir. Tədqiq olunan kompüter sistem blokunun yaddaşında (“WesternDigital” markalı “WD3200AAJS” modelli “WMAT 10098255” seriya nömrəli sabit yaddaş daşıyıcısında) 24 və 25 avqust 2013-cü il tarixdə “http: //www. csavenue. com/cms/? menu=login” adlı ünvana daxil olmalar müəyyən edilmişdir. “http://www. csavenue. com” saytın idarəetmə bölməsinə (admin paneli) çıxış yuxarıda qeyd olunan ünvana daxil olmaqla əldə olunur. Həmin saytın idarəetmə sistemində əks olunan məlumatlara əsasən “//www. Kartindom.com” internet saytı ilə ortaq olması müəyyən edilmişdir. Ümumi baxışdan və saytın məzmununun analizindən sonra elə nəticəyə gəlindi ki tədqiq olunan saytda yerləşdirilmiş məlumatlar müxtəlif xarakterlidir və əsasən idman xəbərlərindən ibarətdir. Eyni zamanda saytda müxtəlif malları yerləşdirmək və onları satmaq xüsusiyyətləri vardır. Sayt hər hansı əşyanı alan istifadəçinin şəxsi məlumatlarını qeyd edir, o cümlədən hesab nömrəsini və diqər fərdi məlumatları. “http://www.csavenue.com/4/oformit» adlı internet resursun www. kartindom.com.” adlı internet resursu ilə ortaq əlaqələri vardır. Buna əsas “Prodaveü poluçaet informaüiö ob ip-adrese posetitelə sayta www.kartindom.com. Dannaə informaüiə ne ispolğzuetsə dlə ustanovleniə liçnosti posetitelə.” məzmunlu yazılardır.Müəyyən edilmiş məlumatlarda online mağazaların alınması, online satış mağazalara daxil olmalar, “*.doc”, “*.xls” formatlı sənədləri əks edən fayylardan və Skype yazışmaların məzmunlarını əks edən fayllardan kifayət qədər elektron ticarətin təşkil edilməsinə dair məlumatlar toplanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyul 2016-cı il tarixli 14148 saylı rəyindən görünür ki, məhkum edilmiş şəxs X6 ittihamda göstərilən «Citi Bank» bankının müştərilərinin plastik bank kartlarına dair məlumatlara malik olmadan onlardan xəbərsiz hesablarından pul köçürmələri aparmaq imkanında olmamışdır, həmçinin məhkum edilmiş şəxs X6 ittihamda göstərilən «Citi Bank» bankının müştərilərinin plastik bank kartlarına dair məlumatlara malik olmadan onlardan xəbərsiz hesablarından pul köçürmələri aparması texniki cəhətdən mümkün deyil. "xxxx" ASC-nin Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 14 sentyabr 2015-ci il tarixli 10/H3360 saylı məktubunda qeyd edilir ki, Zaur Zülfüqarovun barəsində cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış "xxxx" ASC-nin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Belə ki, "xxxx" MMC-nin adına bankın baş ofisində **********1990000 saylı, 28 yanvar 2013-cü il tarixli bank hesabı açılmışdır. "xxxx" MMCnin hesabında olan 12.447,38 AZN məbləğində pul vəsaiti "xxxx" MMC-nin 02 yanvar (əslində sentyabr) 2013-cü il tarixli müraciətinə əsasən 09 sentyabr 2013-cü il tarixdə "xxxx" MMC-nin hesabına geri qaytarılmışdır. "xxxx" MMC-nin "xxxx" ASC-yə ünvanlanmış GP xx-xx/2013 nömrəli 02 sentyabr 2013-cü il tarixli məktubunun surətindən görünür ki, GoldenPay onlayn ödəmə sistemi vasitəsilə "xxxx" MMC-nin bankda olan hesabına köçürülmüş 12.447,38 AZN məbləğinin "xxxx" MMC-nin hesabına geri qaytarılması xahiş olunmuşdur. MasterCard-ın "xxxx" QSC-nə ünvanlanmış 13 may 2015-ci il tarixli məktubunda qeyd edilir ki, QSC "xxxx" KB-yə (ekvayer) “kartindom.com” ticarət obyekti üzrə 238.205,50 ABŞ dolları məbləğində 38 əməliyyat etirazları 01 oktyabr 2012 - 30 iyun 2013-cü il tarixləri arasında daxil olmuşdur. Əməliyyat etirazlarına baxılması nəticəsində, yuxarıda qeyd edilən məbləğ bu müddət ərzində ekvayerin hesablaşma hesablarından silinərək emitentin hesablaşma hesabına oturdulmuşdur. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, X6 mütəşəkkil dəstə tərkibində, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək niyyəti ilə elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə qəsdən qanunsuz daxil olmaqla xarici ölkə vətəndaşlarına məxsus elektron bank kartları (Visa, Mastercard və sair) barədə məlumatlar əldə etməsi və bu məlumatlar əsasında həmin kartların sahiblərinin bank hesablarında olan pullarını, yəni vahid niyyətlə internet-mağaza vasitəsi ilə onlayn alqısatqı əməliyyatları aparması və nəticədə elektron məlumat daşıyıcılarından istifadə etməklə, özgənin əmlakını gizli yolla talayaraq zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla oğurluq etməsi zərərçəkmiş şəxslərin nümayəndələrinin izahatları, şahidlərin ifadələri, məhkəmə-kompyuter ekspertizasının rəyləri və digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və iş üzrə toplanmış başqa sübutlarla tam təsdiq edilir. İş üzrə "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 məhkum Zaur Zülfüqarovun hərəkətlərindən bankın zərər çəkmədiyini qeyd etsə də, məhkəmə kollegiyası bildirir ki, Zaur Zülfüqarov saxta əməliyyatlar apararaq 12.447,38 manat məbləğində pulun "xxxx" MMC-nin hesabına keçirilməsinə nail olmuş və bununla da, cinayət nəticəsində əldə olunmuş pul vəsaitinə dair sərəncam vermək imkanını əldə etmişdir ki, bununla da, artıq cinayət əməli bitmiş hesab olunur. "xxxx" ASC-nin isə "xxxx" MMC-nin hesabında pul olmasından istifadə edərək "xxxx" MMC-nin müraciətinə əsasən həmin pulu geri qaytarması yalnız cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası belə hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Zaur Zülfüqarovun ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2, 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayətində Müdafiəçi1 məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsində isə göstərilmişdir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın məhkum Zaur Zülfüqarovun əməllərində aşkar edilməməsi və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, onun barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsində göstərilmişdir ki, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda sadalananları hazırki iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək, təqsirkarın şəxsiyyətini, cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirci hal kimi zərərçəkmiş şəxs "xxxx" KB-nin ondan şikayətinin və tələbinin olmamasını, QSC "xxxx" KB-na dəymiş ziyandan 56.045.53 manat ödənilməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə almaqla belə nəticəyə gəlir ki, məhkum X19 daha az müddətə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah oluna bilər. Belə olan halda, birinci instansiya məhkəməsinin cəzanı ağırlaşdıran hallar olmadan şəxsə ağır cəza təyin etməsi, cəza təyini diferensasiyası baxımından da qəbul edilən deyildir. Belə ki, cəzanın məqsədi təqsirli bilindiyi cinayət əməlinə münasibətdə şəxsə daha ağır cəza təyin etmək deyil, əksinə Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə təyin etdiyi cəzanı qanuni və ədalətli saymır və ona görə də hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü cəza təyini hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, müdafiəçinin apellyasiya şikayəti təmin edilməməli, Zaur Zülfüqarov haqqında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-477/2015 saylı, 30 iyun 2015-ci il tarixli hökmü cəza təyini hissəsində dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4, 399.1.5, 404 və 405.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Müdafiəçi1 apellyasiya şikayəti təmin edilməsin. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2, 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-477/2015 saylı, 30 iyun 2015-ci il tarixli hökmü dəyişdirilsin. Həmin hökmlə X12 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2-ci maddələri ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) ilə endirilsin, bu qərarla təyin edilmiş cəza həmin hökmlə Cinayət Məcəlləsinin 271.2.1, 271.2.2 və 271.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X6 19 may 2014-cü il tarixdən 06 oktyabr 2016-cı il tarixədək həbsdə olduğu müddət, yəni 02 (iki) il 04 (dörd) ay 16 (on altı) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 10 (on) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəində çəkməklə, cəzasının əvvəli 07 noyabr 2019-cu il tarixdən hesablansın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən imza Hakimlər imzalar Əsli ilə düzdür Sədrlik edən H.Ç.Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar