Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-8/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Azərbaycan Respublikası Baş Prokurorluğu DİMİ-nin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X4, Məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1, 179.3.2, 213.2.1, 213.2.2, 308.2, 313 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2014-ci il tarixli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2014-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 179.3.1, 179.3.2, 213.2.1, 213.2.2, 308.2, 313 və 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci maddələri ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 213.2.1 və 213.2.2ci maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə əlavə cəzaya Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək əlavə cəza təyin edilməməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə Cinayət Məcəlləsinin 313 və 320.2-ci maddələri ilə cəza təyin edilməmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə əlavə cəza təyin edilməməklə 9 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə olduğu 08 ay 10 gün müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq 08 il 03 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. Mülki iddiaçı “Zərərçəkmiş şəxs” ASC-nin Təqsirləndirilən şəxs qarşı mülki iddiası üzrə icraata xitam verilmişdir. Ödənilməmiş mənfəət vergisi ilə əlaqədar 215.848,44 manat pulun Təqsirləndirilən şəxs və qeyrilərindən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Hökmlə həmçinin, Təqsirləndirilən şəxs ümumi ittihamından “Mütəşəkkil dəstənin rəhbəri və digər üzvləri ilə birlikdə təkrarən mənimsəmə yolu ilə taladıqları 3.707.953 manat pul vəsatini "xxxx" Açıq Səhmdar Cəmiyyətinin illik xərcinə müştərilərə verilən bonus adı ilə qanunsuz olaraq daxil etməklə, bankın xərcini artırmaları, nəticədə 3.707.953 manat məbləğində pul vəsaitini bankın mənfəətindən azaltmaqla, külli miqdarda 741.590,60 manat məbləğində mənfəət vergisini ödəməkdən yayınmaları” ittihamı, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, yəni X1, X10, X12, X13, X8, X11, X6 və X9 ümumi ittihamından “mütəşəkkil dəstənin tərkibində cinayətin törədilmə planına uyğun olaraq 2010-cu ilin dekabr ayının 1-dən 2012-ci ilin mart ayının 6-na qədər olan müddət ərzində vahid niyyətlə, təkrarən dələduzluq yolu ilə vətəndaşlardan ələ keçirdikləri külli miqdarda pul vəsaitlərini dəstə rəhbərinin tapşırığı əsasında sonradan ona çatdırılması üçün hər ay dəstənin digər üzvü, bankın “Abşeron” filialının müdiri Zülfüqar Zülfüqarlıya vermələri, sonuncunun isə öz növbəsində bankın filiallarında hər ay 30000 manatdan 90000 manata qədər məbləğdə olmaqla dəstə üzvləri tərəfindən vətəndaşlardan təkrarən dələduzluq yolu ilə ələ keçirilmiş külli miqdarda pul vəsaitlərini özündə toplayaraq, sonradan mütəşəkkil dəstənin rəhbərinə çatdırması” ittihamı xaric edilmişdir. Hökmdən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs 02 aprel 2018-ci il tarixdə apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2014-cü il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 may 2018-ci il tarixli ilkin baxış qərarına əsasən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı 06 iyul 2018-ci il tarixə təyin edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli qərarına əsasən, cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin xəstəliyi ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. Məhkum edilmiş şəxsin müdafiəçisi 19 dekabr 2019-cu il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə icraatın dayandırılmasına əsas olmuş halların aradan qalxdığından icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərarı ilə icraat təzələnmiş və məhkəmə iclası 09 yanvar 2020-ci il tarixə təyin edilmiş, qeyd edilən iş üzrə həmin məhkəmə iclası da 30 yanvar 2020-ci il tarixə təxirə salınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qərarına əsasən cinayət işi üzrə icraat məhkum edilmiş şəxsin xəstəliyi ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış, Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərarına əsasən icraat təzələnmiş və növbəti məhkəmə iclası 28 aprel 2022-ci il tarixinə təyin edilmişdir. Lakin məhkum edilmiş şəxs səhhəti ilə əlaqədar 28 aprel 2022-ci il, 12 may 2022-ci il və 19 may 2022-ci il tarixli məhkəmə iclaslarında iştirak etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1, 179.3.2, 213.2.1, 213.2.2, 308.2, 313 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi uzun müddət ərzində məhkum edilmiş şəxsin ağır xəstəliyi ilə əlaqədar dayandırıldığı üçün məhkum edilmiş şəxsin sağlamlığının hazırki vəziyyətinin və onun məhkəmə iclasında iştirakının mümkün olub-olmamasının müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X2 19 iyul 2022-ci il tarixli rəyinə əsasən məhkum edilmiş Təqsirləndirilən şəxs xəstəlikləri nəzərə alınaraq onun məhkəmə iclasında iştirakı məqsədə müvafiq hesab edilməmişdir. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1, 179.3.2, 213.2.1, 213.2.2, 308.2, 313 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2014-ci il tarixli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinin icraatı məhkum edilmiş Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 14 avqust 2023-cü il tarixli qərarına əsasən qeyd edilən cinayət işi üzrə icraat təzələnmiş, 23 avqust 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1, 179.3.2, 213.2.1, 213.2.2, 308.2, 313 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2014-ci il tarixli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə dair iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Verilmiş ekspertiza rəyinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2023cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1, 179.3.2, 213.2.1, 213.2.2, 308.2, 313 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2014-ci il tarixli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinin icraatı məhkum edilmiş Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar dayandırılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qərarına əsasən qeyd edilən cinayət işi üzrə icraat təzələnmiş, 10 iyul 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1, 179.3.2, 213.2.1, 213.2.2, 308.2, 313 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2014-ci il tarixli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə dair iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmişdir, Bakı Apellyasiya məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli qərarına əsasən cinayət işinin icraatı məhkum edilmiş Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar dayandırılmışdır. Lakin 27 sentyabr 2024-cü il tarixdə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edərək sağlamlığını bərpa etməsi və məhkəmədə iştirak etməsi üçün əlavə zamana ehtiyacı olduğu üçün verilmiş apellyasiya şikayətindən imtina etdiyini bildirirmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı və məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya protestindən imtinanın qəbul edilərək apellyasiya protestinin baxılmasına xitam verilməsinə etirazlarının olmadığını bildirdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, məhkum edilmiş Təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətindən imtinası qəbul olunaraq apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmək üçün təyin edilmiş dövlət ittihamçısı birinci instansiya məhkəməsində həmin icraatda iştirak etmiş dövlət ittihamçısının verdiyi apellyasiya protestinə əlavə etmək, onu dəyişmək və ya geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 390.4-cü maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 391.11-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Həmçinin həmin Məcəllənin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edildiyindən apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 390 və 396-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs verilmiş apellyasiya şikayətindən imtinası qəbul olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1, 179.3.2, 213.2.1, 213.2.2, 308.2, 313 və 320.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2014-ci il tarixli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Sabit Bəhrəmzadə Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(103)-8/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-8/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver