Məhkəmə qərarları › İş №1(103)-800/2022

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(103)-800/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-800/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X9, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X18, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X15, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Yasamal Rayon Məhkəməsinin 1(004)-38/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X16 tərəfindən verilmiş apellyasiya protestinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Yasamal Rayon Məhkəməsinin 1(004)-38/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmü ilə (X38) xx xxxx 1973-cü il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-340/2019 saylı, 31 oktyabr 2019cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzasını çəkib qurtarmış, Laçın rayonu Güləbird kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 1, mənzil 16-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 02 gün müddət (1 gün həbsdə və ya ev dustaqlığında olma müddəti 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 01 il 11 ay 26 gün (bir il on bir ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri, Abşeron rayonu və Bakı şəhəri (Abşeron yarımadası) hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamdakı onun təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, Zərərçəkmiş şəxs2 7.000 (yeddi min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi epizodu üzrə, həmçinin təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid2 vasitəsilə sonuncunun bacısı Zərərçəkmiş şəxs3 43.000 (qırx üç min) manat pulunu etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi epizodu üzrə, həmçinin təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 vasitəsilə Zərərçəkmiş şəxs5 10.000 (on min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etməsi ilə əlaqədar hissədə irəli sürülmüş ittiham epizodları üzrə Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi olmadığından, törədilən əməllərin cinayət olması və təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona həmin zərər çəkmiş şəxslər olan Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 ilə bağlı ittiham epizodları üzrə bəraət verilməsi, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X2 ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülməsi hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, və 178.2.4-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələrlə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin sentyabr ayının əvvəllərində, Quba rayonu Qəçreş kəndi ərazisində tanış olduğu Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 qardaşı oğlu X10 təhsil aldığı Rusiya Federasiyası Dağıstan Respublikası ərazisində yerləşən Universitetdən Azərbaycan Kooperasiya Universitetinə köçürülməsinə köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncunu həmin universitetə köçürülməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs1 aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissəhissə olmaqla 2018-ci ilin sentyabr ayının əvvəllərində Quba rayonu Qəçreş kəndi ərazisində 10.000 (on min) manat, 2018-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 77 ünvanında yerləşən “Alov” zavodunun qarşısında 5.000 (beş min) manat, 2018-ci ilin oktyabr ayının axırlarında ünvan 2 ünvanında yerləşən Koperasiya Universitetinin qarşısında 3.000 (üç min) manat olmaqla, ümumilikdə ona məxsus 18.000 (on səkkiz min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs4 Bakı Dövlət Universitetində təhsil alan bacısı oğlu X19 təhsil aldığı müddətdə yaranmış kəsirlərinin silinməsi ilə əlaqədar köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncunun kəsirlərinin silinməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs4 aldadaraq 2020-ci ilin yanvar ayında Bakı şəhəri Yasamal rayonu X30 küçəsi 23 ünvanında yerləşən Bakı Dövlət Universitetinin yaxınlığında ona məxsus 3.000 (üç min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, və 178.2.4-cü maddələri ilə ona görə ittiham verilmişdirki, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, yuxarıda göstərilənlərdən başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, Zərdab rayonu Bıçaqçı kənd sakini Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2017-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş oğlu Təhməz Şamilovun cəzasının müddətinin azaldılması ilə əlaqədar köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncuya təyin edilmiş cəzanın müddətinin azaldılması məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs2 aldadaraq 2019-cu ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri Xətai rayonu Y.Səfərov küçəsi 14, 1193-cü məhəllədə yerləşən Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasının yaxınlığında 7.000 (yeddi min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid2 vasitəsilə tanıdığı sonuncunun bacısı Zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 150.3.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş həyat yoldaşı X1 göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs3m aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında 2019-cu ilin noyabr ayının əvvəllərində 8.000 (səkkiz min) manat, 2019cu ilin noyabr ayının sonlarında 10.000 (on min) manat, 2019-cu ilin dekabr ayının əvvəllərində 25.000 (iyirmi beş min) manat olmaqla sonuncunun Şahid2 vasitəsilə göndərdiyi ona məxsus ümumilikdə 43.000 (qırx üç min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs5 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə- bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs5 Bakı Dövlət Universitetində təhsil alan qohumu X5 təhsil aldığı müddətdə yaranmış kəsirlərinin silinməsi ilə əlaqədar köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncunun kəsirlərinin silinməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs5 aldadaraq 2020-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti.57Q ünvanında yerləşən “Böyük Fırat” restoranının yanında, sonuncunun Zərərçəkmiş şəxs4 vasitəsilə göndərdiyi ona məxsus ümumilikdə ona məxsus 10.000 (on min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Qeyd olunduğu kimi yuxarıda göstərilən sonuncu üç epizodla bağlı ittiham üzrə birinci instansiya məhkəməsi tərəfindən, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 qarşı həmin dələduzluq əməllərini törətməsinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Apellyasiya protestinin dəlilləri: Həmin hökmdən dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X16 apellyasiya protesti vermiş və apellyasiya protestini onunla əsaslandırmışdır ki, dövlət ittihamçısı qismində iştirak edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini təklif etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 qarşı dələduzluq etməsi epizodlarına bəraət verilməsinə dair hissədə ləğv edilərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda göstərilən cinayət əməllərini tam həcmdə törətməsi ilə bağlı Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair yeni ittiham hökmü çıxarılaraq ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə bəzi epizodlarla bağlı ona bəraət verərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, cinayət qanunvericiliyində qiyabi formada cinayət törətmək, qiyabi formada dələduzluq etmək, yəni qiyabi formada hər hansı bir ünsiyyət və tanışlıq olmadan, hər hansı bir vəd vermədən, etibarı olmadan, aldatmadan, şəxsin yanında etibarı olmaq, aldatmaq və maddi ziyan vurmaq mümkünsüzdür. Məhkəmə qeyd etmişdir ki, dələduzluq cinayətlərində zərərçəkənə münasibətdə təqsirləndirilən şəxsin 2 əməli mövcud olmalıdır, yəni 2 dispozitiv şərt vardır. Birinci təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin etibarını qazanmalı və həmin etibardan suiistifadə etməlidir və ya zərərçəkəni aldatmalıdır, İkinci - təqsirləndirilən şəxs zərərçəkənin etibarından sui-istifadə etməklə və ya aldatmaqla həmin zərərçəkənin əmlakını ələ keçirməli və ya əmlak hüquqlarını əldə etməlidir. Təqsirləndirilən şəxsin bir şəxsin etibarını qazanıb, həmin etibardan sui-istifadə etməklə və ya aldatmaqla, lakin digər başqa bir şəxsin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi dələduzluq cinayətinin tərkibini yaratmır. Yəni etibarından sui istifadə edilən və ya aldadılan şəxslə, əmlakı və ya əmlak hüquqları ələ keçirilən şəxs eyni olmalıdır. Əks halda cinayət tərkibinin bütün əlamətləri mövcud olmur. Çünki bu halda ya aldadılan və ya etibarından sui istifadə edilən şəxsin əmlakı və ya əmlak hüquqları ələ keçirilmir. Və ya əmlakı və ya əmlak hüquqları ələ keçirilmiş şəxsə qarşı aldatma və ya etibarından sui istifadə etmə mövcud deyildir. Məhkəmə qeyd etmişdir ki, konkret olaraq Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tanımamışdır, Təqsirləndirilən şəxs hər hansı bir etibarı olmamışdır, onunla hər hansı bir ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir işin görülməsi üçün ondan pul almamışdır, onu aldatmamışdır. Zərərçəkmiş şəxs2 bütün söhbətləri Elsevərlə etmişdir və Elsevərə etibarı olmuş və Elsevərə inanıb, pulu Elsevərə vermişdir, Elsevərin həmin pulu kimə verəcəyindən də xəbəri olmamış, bilməmişdir ki, Elsevər pulu alıb kimə verəcəkdir. Elsevər ondan Təqsirləndirilən şəxs adı ilə və ya Təqsirləndirilən şəxs vermək adı ilə pul almamışdır. Təqsirləndirilən şəxs sonradan, yəni işlər alınmayandan çox-çox sonra bilmişdir ki, Elsevər pulu alıb Əlibalaya vermişdir. Ona görə də Əlibalaya hər hansı pul vermədiyi üçün pulunu Elsevər qaytarmışdır, qalan pulu da Elsevər qaytaracaqdır. Həmçinin Zərərçəkmiş şəxs3 münasibətdə məhkəmə qeyd etmişdir ki, Adilə Məmmədova Təqsirləndirilən şəxs tanımamışdır, Təqsirləndirilən şəxs hər hansı bir etibarı olmamışdır, onunla hər hansı bir ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir işin görülməsi üçün ondan pul almamışdır, onu aldatmamışdır. O, bütün söhbətləri qardaşı Əspanla etmişdir və Əspana etibarı olmuş və Əspana inanıb, pulu Əspana vermişdir. Əspanın pulu kimə verəcəyindən də xəbəri olmamış, hətta bir dəfə Əspanın yanında Səyyar adlı şəxslə görüşmüşdür. Səyyar özünü əvvəllər polisdə işləmiş adam kimi təqdim etmiş, Səyyarın bu işləri görəcəyini Əspan ona bildirmişdir. Əspan ondan Təqsirləndirilən şəxs adı ilə və ya Təqsirləndirilən şəxs vermək adı ilə pul almamışdır. Təqsirləndirilən şəxs sonradan, yəni işlər alınmayandan çox-çox sonra bilmişdir ki, Əspan pulu alıb Əlibalaya vermişdir. Əlibalanı ilk dəfə məhkəmədə cinayət işinə baxılan zaman görmüşdür. Həmçinin Əspana verdiyi pullardan bir dəfə Əspanın oğlu 7.000 manat bir qaytarıb, sonra Əspan 2.000 manat bir, 1.000 manat bir, 3.075 manat da Əspan poçt vasitəsilə göndərib. Hazırda əspan ona 13.075 manat pul qaytarıb. Zərərçəkmiş şəxs5 münasibətdə məhkəmə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanısa da Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq etməsi baş verməmişdir. Çünki Təqsirləndirilən şəxs hər hansı bir etibarı olmamışdır. Uzun müddətdir ki, onunla hər hansı bir ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir işin görülməsi üçün ondan pul almamış, onu aldatmamışdır. O, bütün söhbətləri Zərərçəkmiş şəxs4lə etmişdir və Məhyəddinə etibarı olmuş və Məhyəddinə inanıb, pulu Məhyəddinə vermişdir. Məhyəddinin pulu kimə verəcəyindən də xəbəri olmamış, bilməmişdir ki, Məhyəddin pulu alıb Əlibalaya verəcəkdir. Məhyəddin ondan Təqsirləndirilən şəxs adı ilə və ya Təqsirləndirilən şəxs vermək adı ilə pul almamışdır. Əgər bilsəydi ki, Əlibalanın iş görməsi üçün Məhyəddin pulu alıb Əlibalaya verəcəkdir, heç vaxtı Məhyəddinə bu pulu verməzdi. Çünki Əlibalanı tələbəlik illərindən tanımışdır, düz adam kimi tanımır, ona qarşı hər hansı bir etibarı yoxdur. Sonradan pul veriləndən və iş alınmayadan sonra Məhyəddin ona bildirmişdir ki, pulu Əlibalaya veribdir. Ona görə də Əlibalaya hər hansı pul vermədiyi üçün pulunu Məhyəddin qaytarmışdır. Belə olduğu təqdirdə ümumiyətlə təqsirləndirilən şəxs nə zərərçəkən şəxs kimi göstərilən həmin şəxslərin yanında etibarı olmamış, nə onların etibarından sui-istifadə etməmiş və ya aldatmamışdır, dələduzluq əməlinin belə bir tövsiedici əlaməti mövcud olmur, nə də onların əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməli mövcud olmur. Məhkəmə qeyd etmişdir ki, zərərçəkmiş şəxslərlə danışıqlarda, zərərçəkmiş şəxslərin etibarının qazanılmasında, zərərçəkmiş şəxslərin aldadılmasında, onlara hansısa işin görülməsi üçün vəd verilməsində, onlardan pulların alınmasında, işlərin yerinə yetirilməsinə söz verilməsində məhz Təqsirləndirilən şəxs bilavasitə iştirakı iş üzrə sübut olunmur. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs həmin zərərçəkmiş şəxslərə qarşı dələduzluq əməlinin törədilməsində birbaşa icraçı qismində çıxış etməsi sübuta yetirilmir. Belə ki, dələduzluq əməlinin birbaşa icraçısı zərərçəkmiş şəxsin birbaşa etibarından suiistifadə etmə və ya aldatma yolu ilə həmin zərərçəkmiş şəxsin əmlakını ələ keçirən və ya əmlak hüquqlarını əldə edən şəxsdir. Hazırkı iş üzrə də birbaşa olaraq Təqsirləndirilən şəxs həmin şəxslərin bilavasitə etibarını qazanması, etibarlarından sui-istifadə etməsi, onları aldatması və bilavasitə həmin şəxslərin pullarını onlardan alıb zərər vurmamışdır, Təqsirləndirilən şəxs qarşı belə bir ittiham da mövcud deyildir. Təqsirləndirilən şəxs özü icraçı kimi həmin əməli törətməmişdir. Həmçinin həmin zərərçəkmiş şəxslərə qarşı törədilmiş əməldə Təqsirləndirilən şəxs hər hansı bir iştirakçı kimi iştirakı da həm sübut olunmur, həm də ümumiyyətlə Təqsirləndirilən şəxs həmin zərərçəkmiş şəxslərə qarşı dələduzluq əməlinin iştirakçılıqla törədilməsinə dair ittiham verilməmişdir. Beləliklə Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxslərlə birbaşa kontaktı olmadığı üçün, ya zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında vasitə rolunu oynamış şəxslər Təqsirləndirilən şəxslə birlikdə həmin cinayəti törətməkdə təqsirləndirilsəydilər, məhz bu zaman Təqsirləndirilən şəxs belə bir formada həmin zərərçəkmiş şəxslərə qarşı dələduzluq əməlinin törədilməsində təqsirli sayıla bilərdi. Həmçinin məhkəmə qeyd etmişdir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. Hazırkı cinayət işindəki qeyd edilən epizodlar üzrə yalnız Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 zərərçəkən şəxs qismində tanındığı halda, vasitəçi rolunu oynamış şəxslər zərərçəkən şəxs kimi tanınmamışdır. Yəni vasitəçi kimi olmuş şəxslərə qarşı da dələduzluq əməlinin törədilməsinə dair ittiham mövcud deyildir. Həmin vasitəçi kimi göstərilən şəxslərin məhkəməyə verilmiş ittiham aktında zərərçəkən şəxs kimi tanınmadığı halda, məhkəmənin həmin şəxsləri zərərçəkən şəxs kimi tanıması, nəticə etibarilə həmin epizodlar üzrə bir nəfərə yox, iki nəfərə zərər vurulması kimi nəticələnər və son nəticədə məhkəməyə verilmiş ittihamdan daha ağır ittiham əmələ gəlir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs bəzi epizodlar üzrə bəraət verilərkən hökmdə tamamilə biri-digərinə ziddiyyətli fikirlər qeyd edilmiş, şəxsin təqsirsiz olması və ya əməlində cinayət tərkibinin olub-olmaması məsələsi tamamilə şübhəli mövqelərlə qeyd edilmişdir. Belə ki, hökmdə göstərilmişdir ki, Təqsirləndirilən şəxs özü icraçı kimi həmin əməlləri törətməmişdir. Həmçinin həmin zərərçəkmiş şəxslərə qarşı törədilmiş əməldə Təqsirləndirilən şəxs hər hansı bir iştirakçı kimi iştirakı da həm sübut olunmur, həm də ümumiyyətlə Təqsirləndirilən şəxs həmin zərərçəkmiş şəxslərə qarşı dələduzluq əməlinin iştirakçılıqla törədilməsinə dair ittiham verilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs törədilmiş cinayətlə hər hansı bir formada əlaqəsi iş üzrə şahid ifadələri, zərəçəkmiş şəxslərin ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş qəbzlər və digər sübutlarla öz təsdiqini tapmışdır. Lakin məhkəmə qeyd etmişdir ki, zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında vasitə rolunu oynamış şəxslər Təqsirləndirilən şəxslə birlikdə həmin cinayəti törətməkdə təqsirləndirilsəydilər həmin əməllərin törədilməsində təqsirli sayıla bilərdi. Hökmdə qeyd olunan halı göstərməklə məhkəmə Təqsirləndirilən şəxs təqsirli olub-olmaması məsələsinə şərtlə yanaşmış, dolayı yolla onun təqsirli olmasını bildirmiş, yalnız vasitəçilərlə birlikdə ona ittiham irəli sürülmədiyi üçün sonuncunun əməlində cinayət tərkibinin olmaması qənaətinə gəlmişdir. Qeyd olunan qənaətə gələrkən məhkəmə cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarda həmin vasitəçilərin əməlinə hansı formada qiymət verilməsinə diqqət yetirməmişdir. Məhkəmə təqsirləndilən şəxsin əməlində cinayət tərkibinin olmaması qənaətinə gələrkən zərərçəkmiş şəxslərdən ittihamda göstərilən məqsədlə pulun alınmasını təkzib etməmişdir. Həmçinin alınmış pulların da birbaşa olmasa da, digər şəxslərin vasitəsi ilə Təqsirləndirilən şəxs çatması iş üzrə şahid, zərərçəkmiş şəxslərin ifadələri və digər mötəbər dəlillərlə öz təsdiqini tapmışdır. Lakin, məhkəmə belə qənaətə gəlmişdir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tanımamış, Təqsirləndirilən şəxs hər hansı bir etibarı olmamışdır, onunla hər hansı bir ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir işin görülməsi üçün ondan pul almamışdır, onu aldatmamışdır. Zərərçəkmiş şəxs2 bütün söhbətləri Elsevərlə etmiş, Elsevərə etibarı olmuş və Elsevərə inanıb pulu vermişdir. Elsevərin həmin pulu kimə verəcəyindən də xəbəri olmamışdır. Elsevər ondan Təqsirləndirilən şəxs adı ilə və ya Təqsirləndirilən şəxs vermək adı ilə pul almamışdır. Təqsirləndirilən şəxs sonradan, yəni işlər alınmayandan çox-çox sonra bilmişdir ki, Elsevər pulu alıb Əlibalaya vermişdir. Ona görə də Əlibalaya hər hansı pul vermədiyi üçün pulunu Elsevər qaytarmışdır, qalan pulu da Elsevər qaytaracaqdır. Məhkəmə qeyd olunan qənaətə gələrkən iş üzrə toplanmış sübutları təhrif etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində oğlunun işinə köməklik edilməsi məqsədi ilə pulu (yəni ittihamda göstərilən 7.000 manatı) Təqsirləndirilən şəxs Elsəvər Abdullayev vasitəsi ilə deyil, öz yeznəsi Şahid1 vasitəsi ilə verməsini bildirmiş, həmçinin məhkəmə istintaqında Şahid1 elan edilmiş ifadəsindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 pulu onun vasitəsi ilə 2019-cu ilin sentyabr ayında Bakı şəhəri, Xətai rayonu ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi Passat markalı maşında birbaşa Təqsirləndirilən şəxs təqdim edilmiş və bundan Zərərçəkmiş şəxs2 xəbəri olmuşdur. Məhkəmə istintaqı zamanı şahid X4 elan edilmiş ifadəsindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 pulu Şahid1 vasitəsi ilə onun yanında Xətai rayonu ərazisində birbaşa Təqsirləndirilən şəxs verilmişdir. İş üzrə şahid qismində dindirilmiş Elsəvər Abduyllayev Zərərçəkmiş şəxs2 yeznəsi Maqsud Sıxməmmədovu təqsirləndirilən Əlibala Abdullayevlə əlaqələndirən şəxs olmuşdur. Elsəvər Abdullayevin zərərçəkmişə məxsus olan 7.000 manat pulu alması iş materiallarında heç bir sübutla təsdiq olunmamışdır. Lakin məhkəmənin hansı şahid ifadəsinə və ya sübut növünə istinad edilərək zərərçəkmiş şəxsin pulunun Təqsirləndirilən şəxs tərəfindən deyil Elsəvər Abdullayev tərəfindən alınması qənaətinə gəlməsi göstərilməmiş və həmin pulun sonradan təqsirləndirilən şəxsə verilib-verilməməsinin mübahisələndirilməsi anlaşılan olmamış, həmin mübahisələndirmənin hansı zərurətdən irəli gəlməsi əsaslandırılmamışdır. Bundan başqa, məhkəmə hökmdə qeyd etmişdir ki, Zərərçəkmiş şəxs3 da Təqsirləndirilən şəxs tanımamış, Təqsirləndirilən şəxs hər hansı bir etibarı olmamışdır, onunla hər hansı bir ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir işin görülməsi üçün ondan pul almamışdır, onu aldatmamışdır. O, bütün söhbətləri qardaşı Əspanla etmişdir və Əspana etibarı olmuş və Əspana inanıb, pulu Əspana vermişdir, Əspanın kimə verəcəyindən də xəbəri olmamışdır. Bilməmişdir ki, Əspan pulu alıb kimə verəcəkdir. Hətta bir dəfə Əspanın yanında Səyyar adlı şəxslə görüşmüş, Səyyar özünü əvvəllər polisdə işləmiş adam kimi təqdim etmiş, Səyyarın bu işləri görədəyini Əspan ona bildirmişdir. Əspan ondan Təqsirləndirilən şəxs adı ilə və ya Təqsirləndirilən şəxs vermək adı ilə pul almamışdır. Əspan söhbətlər zamanı Səyyarın adını çəkib. Təqsirləndirilən şəxs sonradan, yəni işlər alınmayandan çox-çox sonra bilmişdir ki, Əspan pulu alıb Əlibalaya vermişdir. Əlibalanı ilk dəfə məhkəmədə cinayət işinə baxılan zaman görmüşdür. Həmçinin Əspana verdiyi pullardan bir dəfə Əspanın oğlu 7.000 manat bir qaytarıb, sonra Əspan 2.000 manat bir, 1.000 manat bir, 3.075 manat da Əspan poçt vasitəsilə göndərib. Hazırda Əspan ona 13.075 manat pul qaytarıb. Lakin ibtidai və məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadələrində bildirmişdir ki, qardaşı Əspana pulları verməsinə baxmayaraq sonradan ona məlum olmuşdur ki, həmin pulları Əspan Təqsirləndirilən şəxs vermiş, sonuncu da Zərərçəkmiş şəxs3 övladları Nurlan və Şahid8ların yanında pulları Əspandan aldığını təsdiq etmiş və öz şəxsiyyət vəsiqəsinin surətinin arxasında 43.000 manat pulunu aldığını və həmin pulu 15 may 2020-ci il tarixdə qaytaracağını öz xətti ilə yazaraq imzası ilə təsdiq etmişdir. (İ cild vərəqə 135-137, 147-150) Eyni zamanda ibtidai və məhkəmə istintaqında dindirilmiş şahidlər Şahid2 və Şahid5 ifadələrində qeyd edilənləri təsdiq etmişlər. (İ cild vərəqə 20, 38-40, 43-45, 115-177, 169- 172, 178-179, İİ cild vərəqə 15-19) Cinayət işinin istintaqı zamanı, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında video müşahidə altında üzləşdirmə dindirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə dindirmə zamanı Təqsirləndirilən şəxs Şahid2 üzünə, aralarında hər hansı bir razılaşmanın olmamasını, aldığı puldan hər hansı məbləğdə pulu Şahid2 vermədiyini, Zərərçəkmiş şəxs3 aldatdığını və pulunu ələ keçirdiyini Şahid2 gizlətdiyini və bu barədə ona məlumat vermədiyini, hər dəfə Şahid2 yalan məlumatlar verməsini bildirmişdir. Həmçinin, Şahid2 Təqsirləndirilən şəxs üzünə, aralarında Zərərçəkmiş şəxs3 pulunun ələ keçirilməsi ilə əlaqədar hər hansı bir razılaşmanın olmamasını, Təqsirləndirilən şəxs ona ələ keçirdiyini puldan hər hansı bir məbləğdən pulu vermədiyini, Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs3 pulunu ələ keçirməsi və aldatması barədə hər hansı bir məlumat verməməsini bildirmişdir. (V cild, vərəqə 177-187) Zərərçəkmiş şəxs3 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə dindirmə protokolundan görünür ki, o, 2019-cu ilin noyabr ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında Şahid2 vasitəsilə, Zərərçəkmiş şəxs3 məxsus 8.000 manat pulunu, 2019-cu ilin noyabr ayının sonunda Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs3 məxsus 10.000 manat pulunu, 2019-cu ilin dekabr ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs3 məxsus 25.000 manat pulunu, ümumilikdə 43.000 manat pulunu göstərmiş, bu barədə müvafiq protokol və fotocədvəl tərtib edilmişdir. (İ cild, vərəqə 180- 182) Məhkəmə həmçinin hökmdə qeyd etmişdir ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs əvvəllər tanısa da Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq etməsi baş verməmişdir. Çünki Təqsirləndirilən şəxs hər hansı bir etibarı olmamış, uzun müddətdir ki, onunla hər hansı bir ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir işin görülməsi üçün ondan pul almamış, onu aldatmamışdır. O, bütün söhbətləri Zərərçəkmiş şəxs4lə etmiş, Məhyəddinə etibarı olmuş və Məhyəddinə inanıb, pulu vermişdir. Məhyəddinin pulu kimə verəcəyindən də xəbəri olmamış, bilməmişdir ki, Məhyəddin pulu alıb Əlibalaya verəcəkdir. Məhyəddin ondan Təqsirləndirilən şəxs adı ilə və ya Təqsirləndirilən şəxs vermək adı ilə pul almamışdır. Əgər bilsəydi ki, Əlibalanın iş görməsi üçün Məhyəddin pulu alıb Əlibalaya verəcəkdir, heç vaxtı Məhyəddinə bu pulu verməzdi. Çünki Əlibalanı tələbəlik illərindən tanımışdır, düz adam kimi tanımır, ona qarşı hər hansı bir etibarı yoxdur. Sonradan pul veriləndən və iş alınmayadna sonra Məhyəddin ona bildirmişdir ki, pulu Əlibalaya veribdir. Ona görə də Əlibalaya hər hansı pul vermədiyi üçün pulunu Məhyəddin qaytarmışdır. Lakin, ibtidai və məhkəmə istintaqında dindirilmiş Zərərçəkmiş şəxs5 ifadələrində bildirmişdir ki, o, qeyd edilən pulları Zərərçəkmiş şəxs4 vermiş, lakin sonradan Məhyəddinin pulları Təqsirləndirilən şəxs verməsi ona məlum olmuş, bununla bağlı hətta Təqsirləndirilən şəxslə görüşmüş və hətta Məhyəddinin iştirakı ilə olan həmin görüş zamanı Təqsirləndirilən şəxs pullarını qaytarmasını, ona inanmamasını, işini düzəltməyəcəyini bildirmiş, Təqsirləndirilən şəxs isə pulları tezliklə qaytaracağını bildirmişdir. (İİ cild vərəqə 195-199, İİİ cild vərəqə 50-54) Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs dələduzluq əməlləri nəticəsində ziyan çəkmiş Zərərçəkmiş şəxs4 də, zərərçəkmiş şəxs qismində tanınmış və məhkəmə bu hökmlə ona qarşı Təqsirləndirilən şəxs dələduzluq əməlləri törətməsi üzrə epizodlara ittiham hökmü çıxarmışdır. Xüsusən də, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 qarşı törətdiyi dələduzluq əməli Zərərçəkmiş şəxs4 qarşı törədilmiş dələduzluq əməli ilə analoji xarakter daşımışdır. Göründüyü kimi, Yasamal Rayon Məhkəməsinin hazırki iş üzrə olan hökmündə işin faktiki halları ilə onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olmuşdur ki, həmin hallar Təqsirləndirilən şəxs təqsirliliyi məsələsinə təsir göstərməklə işin faktiki hallarına uyğun olmamışdır. Apellyasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmünün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 qarşı dələduzluq etməsi epizodlarına bəraət verilməsinə dair hissədə ləğv edilməsi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda göstərilən cinayət əməllərini tam həcmdə törətməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında yeni ittiham hökmü çıxarılması xahiş olunmuşdur. Apellyasiya protestinə qarşı yazılı etirazlar: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs dövlət ittihamçısı Fəridə Bəhrəmova tərəfindən verilmiş tərəfindən verilmiş apellyasiya protestinə qarşı etiraz verərmiş və etirazını onunla əsaslandırmışdır ki, protestdə prokuror onun zərərçəkmiş Zərərçəkmiş şəxs3 qızna xeyli miqdarda ziyan vurmaqda təkrar dələduzluq etməyi epizodunun sübuta yetirilməməsi barədə məhkəmənin qənaətinin qanunsuz olduğunu qeyd etmiş və həmin epizod üzrə onun dələduzluq əməlinin zərərçəkmiş Zərərçəkmiş şəxs3 və qardaşı Şahid2 ilə üzləşdirilmədə sübuta yetirildiyini bildirmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs3 qardaşı Şahid2 qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Şahid2 əsassız olaraq ondan əldə etdiyi və hazırki vaxtadək geri qaytarmadığı 29.925 manat pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsindən göründüyü kimi, Zərərçəkmiş şəxs3 sözügedən epizod üzrə qeyd edilən pul vəsaitlərini qardaşı Şahid2 vermiş və qaytarmadığı üçün məhkəməyə verərək ondan pulunu tələb edir. Bu iddia Zərərçəkmiş şəxs3 Ədpan Mahmudov vasitəsilə ona pul verməsini təkzib edir. Həmçinin hökmdə də qeyd olunduğu kimi, Zərərçəkmiş şəxs3 izahatında onu tanımadığını, ona pul vermədiyini bildirmişdir. Etirazda Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-38/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Fəridə Bəhrəmova tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, həmin hökmün dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. İşdə iştirak edən şəxslərin çıxışları: Apellyasiya məhkəməsinin iclasında, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X28 birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş X16 tərəfindən verilmiş apellyasiya protestini müdafiə etdiyini bildirərək, apellyasiya protestinin dəlillərinə uyğun çıxış etdi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmünün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 qarşı dələduzluq etməsi epizodlarına bəraət verilməsinə dair hissədə ləğv edilməsini, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda göstərilən cinayət əməllərini tam həcmdə törətməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib cəzanın həddi ilə bağlı birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında yeni ittiham hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs3 dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X16 tərəfindən verilmiş apellyasiya protestini müdafiə etdiyini bildirərək, ona dəymiş ziyanın bu günə kimi Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini qeyd edərək, apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmünün zərərçəkmiş şəxs kimi ona, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 qarşı dələduzluq etməsi epizodlarına bəraət verilməsinə dair hissədə ləğv edilməsini, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda göstərilən cinayət əməllərini tam həcmdə törətməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında yeni ittiham hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs1 müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X25 dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X16 tərəfindən verilmiş apellyasiya protestini müdafiə etdiyini bildirərək, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs şikayətinin olmaması haqqında ərizəni formal olaraq verdiyini, Zərərçəkmiş şəxs1 dəymiş ziyanın bu günə kimi Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini qeyd edərək, apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmünün zərərçəkmiş şəxs kimi ona, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 qarşı dələduzluq etməsi epizodlarına bəraət verilməsinə dair hissədə ləğv edilməsini, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda göstərilən cinayət əməllərini tam həcmdə törətməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında yeni ittiham hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs dövlət ittihamçısı Fəridə Bəhrəmova tərəfindən verilmiş apellyasiya protestinə qarşı etiraz etdiyini bildirərək, verdiyi etirazın dəlillərinə uyğun şəkildə çəxəş etdi, apellyasiya protestinin təmin olunmamasını, Bakı Yasamal Rayon Məhkəməsinin 1(004)-38/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 dövlət ittihamçısı Fəridə Bəhrəmova tərəfindən verilmiş apellyasiya protestinə qarşı etiraz etdiyini bildirərək, apellyasiya protestinin təmin olunmamasını, Bakı Yasamal Rayon Məhkəməsinin 1(004)-38/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, Zərərçəkmiş şəxs2 16 iyun 2022-ci il tarixli, Zərərçəkmiş şəxs5 14 iyul 2022ci il tarixli məhkəmə iclaslarında iştirak etsələr də növbəti məhkəmə iclaslarında onlar və digər zərərçəkmiş şəxslər məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə kollegiyası həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin hüquqi məsələləri: Apellyasiya protestinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmİş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, İşin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada İşin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunların tələbinə uyğun hazırki cinayət işi üzrə həm məhkəməyədək icraat zamanı, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəmə iclasında tədqiq edilmiş sübutları işin faktıkı hallarına uyğun qiymətləndirib, cinayət və cinayət prosessual qanunların tətbiqinin qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları müəyyən etmişdir. Birinci intansiya məhkəmənin hökmü ilə razılaşmayan dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Fəridə Bəhrəmovain apellyasiya protestinin əsas dəlili Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmünün zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 qarşı dələduzluq etməsi epizodlarına bəraət verilməsinə dair hissədə ləğv edilməsindən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda göstərilən cinayət əməllərini tam həcmdə törətməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında yeni ittiham hökmü çıxarılmasından ibarətdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə qarşılıqlı surətdə təhlil edərək, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin göstərişinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunu və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət edilməsini apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlayıb, o cümlədən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 qarşı dələduzluq etməsi epizodlarına görə düzgün olmayaraq bəraət verilməsinə dair dəlilini işin faktiki halları ilə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 qarşı dələduzluq etməsinin sübuta yetirilməməsi, təqsirli olması və əməlində cinayət tərkibinin olmasının iş üzrə sübuta yetirilməməsi kimi qiymətləndirilməsi üçün hüquqi əsaslar olmaması səbəbindən Təqsirləndirilən şəxs qeyd olunan epizodlar üzrə bəraət verilməsi düzgün hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Həmin qərarda həmçinin göstərilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməllərinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 qarşı dələduzluq etməsinin sübuta yetirilməməsi kimi qiymətləndirilməsi və bu əsasla həmin epizodlar üzrə ona bəraət verilməsi ilə birinci instansiya məhkəməsi cinayət qanunu normasının tələblərini pozmuşdur. Belə ki, apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edildiyi maddə üzrə özünü təqsirli bildiyini, bəraət verilən maddə üzrə isə təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərdi ki, birinci instansiya məhkəməsində verdiyi ifadəni təsdiq edir. Seymur və Məhyəddin şikayət etməyiblər. Ziyanı ödəyib. Heç kim ondan narazı deyil. Əspan o vaxt şikayət etmişdi. Onun bacısı Adilənin əri həbs olunmuşdu. Ağır cinayətlər məhkəməsində iş gedirdi. Onun sənədlərini götürmüş, tanış olmuş və kömək etmək fikri olmuşdur. Aldatmaq niyyəti olmayıb. Pulu özü üçün almışdır. Ehtiyacı yarandığı üçün pulu xərcləmişdir. Pulu Əspana qaytarmışdır. Adiləni tanımamışdır. Qardaşı Əspanla ortaq tanış vasitəsilə tanımışdır. İstintaqdakı ifadələrlə qismən razıdır. Məhyəddinin bacısı oğlunun kəsiri var idi. Əlaqələrdən istifadə edib kömək etmək istəmişdir. Pulu özü üçün almışdır. Xidmətinin əvəzi olaraq. Əlixandan pul almamışdır. Elsevərlə görüşmüşdür. Elsevər ona pulu vermişdi. Elsevər cəzanın azaldılmasını istəyirdi. Araşdırandan sonra məlum oldu ki, müddət məsələsidir. İş Ali Məhkəmədə idi. Elsevərdən pulu hüquqi xidmət üçün almışdır. Elsevərdən aldığı pulu heç kimə vermirdi. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs suallara cavab olaraq göstərdi ki, Milli Elmlər Akademiyasında hüquqşünas vəzifəsində çalışmışdır. Eyni zamanda 2017-ci ilə kimi nümayəndəlik fəaliyyəti ilə məşğul olmuşdur. Əlixandan pulu Elsevər alıb. Elsevərdən ona müddətin bərpa edilməsi ilə bağlı hüquqi xidmət üçün pul almışdır. Dekabrda 5.000 manat almışdır. Üçü görüşmüşlər və pulu qaytarmışdır. 2-3 ay xidməti davam etmişdir. Xidməti işin kimə düşməsi və nə vəziyyətdə olmasından ibarət olub. Qiyməti hərə özünə uyğun qoyur. Adam var xidmət üçün 10.000 manat qiymət qoyur. Adiləni tanımır. Dostu Səyyar vasitəsilə Adilənin qardaşı Əspanla tanış olub. Müəyyən adımlar atmışdır. Lakin alınmamışdır. Pulu qaytarmışdır. Əspanla borc müqaviləsi də var. Tofiqdən pulu Məhyəddin almışdı. Bu pulun bir hissəsini kəsirin düzəldilməsi üçün Məhyəddindən almışdır. Sonra qaytarmışdır. Əspanın oğlu Adilənin oğlunu yanına gətirmişdi. Ona deyib ki, mən Əspandan almışam. Əcəb eləmişəm sözünü deməyib. Deyib ki, ondan almamışam pulu. Əspanın kürəkəninin cinayət işində zərərçəkmiş şəxslə danışıb. Lakin razılıq əldə edə bilməyib. Pulu da bu məqsədlə alıb. Şəxsi ehtiyacı yaranıb. Ona görə pulu xərcləyib. Pulu 1 ilə Əspana qaytarıb. O, 43.000 manatı Əspana qaytarıb. İş materiallarında buna dair notarial ərizə var. İstifadə üçün etibarnamə vermişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 epizodları üzrə özünü təqsirli bilir, lakin Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 qarşı dələduzluq əməli üzrə ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. O, ümumiyyətlə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 tanımamışdır, Əlixanın və Adilənin yanında hər hansı bir etibarı yoxdur. Əlixanı və Adiləni aldatmamışdır. Əlixana və Adiləyə hər hansı bir söz verməmiş, bununla bağlı Əlixandan və Adilədən hər hansı bir məbləğdə pul almamış və onları aldatmamışdır. Həmçinin Zərərçəkmiş şəxs5 də əvvəllər tanımış, uzun müddət Tofiqlə münasibəti olmamışdır. Tofiqlə bu işlə bağlı hər hansı münasibəti olmamış, ona hər hansı bir işin görülməsi üçün söz verməmiş, onu aldatmamış, ondan pul almamışdır. İbtidai istintaqa verdiyi ifadəsində bəzi məqamlar düz yazılmışdır. Amma müstəntiq öz bildiyi kimi, öz sözləri ilə yazılmışdır. İttiham aktını oxuyanda görmüşdür ki, ifadələri başqa cür yazılıb. Əslində ümumiyyətlə onun əvvəldən hər hansı bir şəxsin əmlakını ələ keçirmək niyyəti olmamışdır. Zərərçəkmişlərdən 3 nəfərini ünmumiyyətlə tanımamış, yalnız Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4lə tanışlıq və dostluq münasibətləri olmuşdur. Onların yaranmış problemlərinin həllinə kömək etmək istəmişdir. Lakin sonradan işlər alınmamışdır, buna görə də onlara borclu qalmışdır. Lakin sonradan həmin şəxslər mülki qaydada yox, cinayət qaydada şikayətlər etmişlər. Halbuki onlara qarşı hər hansı dələduzluq eləmək niyyəti olmamış, işlər alınmadığından, götürdüyü pulları da qaytara bilmədiyindən, belə bir vəziyyət yaranmışdır. Hazırdı onlara dəymiş ziyan tam ödənilmişdir, bu barədə onların notariat qaydada təsdiq edilmiş ərizələri vardır. Digər epizodlar üzrə isə Zərərçəkmiş şəxs2ı tanımamışdır, onunla hər hansı bir ünsiyyəti olmamışdır. Əlixanla Elsevər danışmış, Əlixandan pulu Elsevər almışdır. Sonradan Elsevər ona müraciət etmişdir ki, Əlixanın qohumunun işinə kömək etsin. Lakin kömək edə bilməmişdir. Əlixanla yalnız Ali Məhkəmənin yanında, onların işləri alınmadıqdan çox çox sonra, Əlixan Elsevərdən şikayət etdikdən sonra Əlixanı tanımışdır. Ona görə də Əlixanın pulunu da Elsevər qaytarır. Əlixana hər hansı bir söz verməmiş, Əlixandan pul almamış, onu aldatmamış, onu ümumiyyətlə tanımamışdır. Zərərçəkmiş şəxs3 də tanımamışdır. Zərərçəkmiş şəxs3 onu yalnız cinayət işi üzrə tutulduqdan sonra tanımış, o vaxta qədər Adilə ilə hər hansı münasibəti olmamışdır. Adiləyə hər hansı bir söz verməmiş, Adilədən pul almamışdır. Adilənin qardaşı Əspanı tanımışdır. Əspan məhkəmə işi ilə əlaqədar ona kömək etməsini xahiş etmiş, lakin iş alına bilmədiyi üçün Əspandan götürdüyü pulu Əspana qaytarıb vermişdir. Hazırda da Adilənin pulunu Əspan qaytarır. Çünki Adilədən pulu Əspan almışdır, Əspanla onların söhbətləri olmuşdur. Zərərçəkmiş şəxs5 də tanısa da, çoxdandır onunla ünsiyyəti olmamışdır. Tofiqə iş görmək üçün hər hansı bir söz verməmişdir, ondan pul almamışdır. Zərərçəkmiş şəxs4 Tofiqlə danışmış, Məhyəddin ondan pul almışdır. Məhyəddin ona müraciət etmişdir ki, Tofiqin işini görmək üçün Məhyəddinə kömək etsin. O, da əvvəl kömək etmək istəmiş, lakin sonradan iş alınmamışdır. Tofiqin pulunu da Məhyəddin qaytarmışdır. Çünki Tofiqlə işlə bağlı hər hansı bir söhbəti olmamışdır. Göstərilənlərə əsasən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 epizodları üzrə özünü təqsirli bildiyini, onlara vurulmuş ziyanı tam ödədiyini, onların şikayət və tələbinin olmamasını nəzərə alaraq yüngül cəza verilməsini, həmçinin Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 epizodları ilə bağlı həmin şəxləri tanımadığını, onlarla hər hansı bir ünsiyyətinin olmamasını, onlara hər hansı bir söz vermədiyini, onları aldatmadığını, onlardan pul almadığını, buna görə də həmin epizodlar üzrə bəraət verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir, evlidir, əvvəllər 17 may 2012-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 320.1, 66.3, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti ilə şərti cəzaya məhkum edilmişdir. Sonradan, Binəqədi Rayon Məhkəməsinin 10 aprel 2015-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.3,178.2.4-cü maddələri ilə təqsirli bilinib 4.000 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2016-cı il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ona təyin olunmuş cərimə cəzası 02 il islah işləri cəzası ilə əvəz edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Onun maddi vəziyyəti ağır olmuş, pula ehtiyacı olmuş, qərara gəlmişdir ki, kiməsə yalan vəd verib aldatsın, pulunu dələduzluq yolu ilə ələ keçirsin. 2018ci ilin sentyabr ayında o, şəxsi işi ilə əlaqədar Quba rayonu Qəçreş adlanan yerdə restoranlardan birinə getmiş, orada Quba hərbi komissarlığında işləyən Seymur adlı şəxslə tanış olmuşdur. Söhbət zamanı Seymur ona demişdir ki, “mənim qardaşım oğlu Rusiya Federasiyası Dağıstan Respublikasında yerləşən universitetin iqtisadiyyat fakültəsində təhsil alır, qardaşım da rəhmətə getmişdir, mən onun üçün narahatam, onun Bakı şəhərində yerləşən universitetlərin birinə köçürmək istəyirəm, istəyirəm ki, mənim gözümün qabağında olsun, ancaq bilmirəm ki, necə köçürüm, bunun üçün nə lazımdır”. O, da Seymurun bu sözünü dinlədikdən sonra, fikirləşmişdir ki, onu aldadsın, pulunu ələ keçirsin, çünki həmin vaxt onun maddi vəziyyəti ağır olmuşdur, ona görə də Seymuru inandırmaq üçün ona demişdir ki, “mən sənin qardaşın oğlunu Bakı şəhərində yerləşən Kooperasiya Universitetinə köçürə bilərəm, bunun üçün pul lazımdı, mənim təhsil nazirliyində tanışlarım vardır, xahiş edərəm, köçürərik, boş şeydi”. Seymur ona inanmış, ondan soruşmuşdur ki, “bu köçürmə neçəyə başa gələcək, nə lazımdırsa, mən edərəm, heç olmasa mənim qardaşım oğlu mənim gözümün qarşısında, mənim nəzarətimdə olsun”. O, da Seymurun ona tam inandığını görmüş, ona demişdir ki, “bu köçürmə üçün 18.000 manat pul lazımdır, həmin puldan həm köçürmə üçün nəzərdə tutulmuş rüsumların köçürülməsi, həm də mənim tanışıma hörmət etmək lazımdır, əgər pulu düzəldə bilsən, mən dərhal üçün köçürmə üçün fəaliyyətə başlayacağam”. Seymur ona demişdir ki, “mənim üzərimdə 10.000 manat pul vardır, həmin pulu sənə verə bilərəm, qalan pulu da təxminən bir həftə - on günə sənə verə bilərəm”. O, Seymurun onu aldatdığından şübhələnməsin deyə, onunla razılaşmış, ona demişdir ki, “sən 10.000 manat pulu ver, mən rüsumları ödəyim, qalan pulu da sonra verərsən”. Onun əslində Seymurun qardaşı oğlunun köçürməsi üçün heç bir fəaliyyət göstərmək niyyəti olmamışdır, həmçinin belə bir tanışı da olmamışdır, heç bir dövlət idarəsinə də müraciət etmək niyyəti olmamışdır. Məqsədi Seymura yalan vədlər və məlumatlar verməklə onu inandırıb və onun etibarından istifadə edib, pulunu ələ keçirmək olmuşdur. Seymur onunla görüşdüyü vaxt, ilkin olaraq 10.000 manat pulu vermiş, həmçinin o, Seymurdan qardaşı oğlunun şəxsiyyət vəsiqəsinin və tələbə biletinin surətini istəmiş, Seymur ona həmin sənədlərin surətini vermişdir. Sonra o, Seymurdan ayrılmış, Bakı şəhərinə gəlmiş, Bakı şəhərində olduğu vaxt Seymurun qardaşı oğlunun Bakı şəhərində yerləşən Kooperasiya Universitetinə köçürülməsi üçün maraqlanmış, tanışı ilə görüşmüş, ona məlum olmuşdur ki, köçürmə mümkün deyilmiş. Çünki köçürmə iyul-avqust aylarında mümkün olurmuş, lakin o, Seymura bu barədə sentyabr ayında danışmışdır. Ona gör də o, bu barədə Seymura heç bir söz deməmişdir. Çünki o, Seymurun pulunu ələ keçirmək istəyirmiş. Sonradan o, Seymura zəng vurmuş, ona demişdir ki, “hər şey yaxşıdı, sənədləri düzəldirəm, inşallah qardaşın oğlunu köçürəcəyik, sadəcə sən qalan pulu da mənə çatdır, mən burada bəzi adamlara pul verməliyəm ki, işi həll edim”. Seymur ona demişdir ki, “mən oktyabr ayının əvvəllərində Bakı şəhərinə gələcəyəm, orada görüşərik, bu barədə ətraflı söhbət edərik, həm də mən pulun bir hissəsini sənə verərəm”. O, da Seymurla razılaşmışdır. 2018-ci ilin sentyabr ayının əvvəllərində Seymur ona zəng vurmuş və demişdir ki, “mən Bakı şəhərindəyəm, görüşə bilərik”. O, da Seymura demişdir ki, “mən bir azdan Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Alov zavodunun yanına gələrəm, orada səni gözləyərəm”. Seymur da onunla razılaşmışdır. O, günorta saatlarında Alov zavodunun yanında olarkən, Seymura zəng vurmuş və ona demişdir ki, “mən Alov zavodunun yanındayam, səni gözləyirəm”. Bir az sonra Seymur deyilən yerə gəlmiş, onunla görüşmüşdür, görüş zamanı Seymur ona 5.000 manat pul vermiş, pulu verəndən sonra ona demişdir ki, “işlər nə yerdədir, düzəlir qardaşım oğlunun işi”. O, da Seymura demişdir ki, “hər şey yolundadır, inşallah bəzi tanışlarında görüşdüm, az qalıb, sən qalan pulu da mənə çatdır”. Seymur ona demişdir ki, “narahat olma, yaxın günlərdə çatdıraram”. O, həmin pulu da öz maddi ehtiyyaclarına xərcləmiş, Seymurun qardaşı oğlunun köçürməsi ilə əlaqədar də heç bir iş görüşməmiş, heç bir şəxslə görüşməmiş, Seymura da yalan məlumatlar vermişdir. Sonradan o, Seymura zəng vurmuş, onu inandırmaq və aldatmağından şübhələnməsin deyə ona demişdir ki, “qalan 3.000 manat pulu da mənə çatdır, mən qardaşın oğlunu Bakı şəhərindəki Kooperasiya Universitetinə köçürmək istəyirəm, mənə deyirlər ki, sən illik təhsil haqqını ödəməlisən, ona görə də pulu mənə təcili çatdır”. Seymur da ona demişdir ki, “narahat olma, mən oktyabr aynın axırlarında Bakı şəhərində olacağam, zəng edib görüşərik”. 2018-ci ilin oktyabr ayının axırlarında o bakı şəhərində olarkən Seymur ona zəng vurmuş, ona demişdir ki, “mən Bakı şəhərindəyəm, harda görüşə bilərik”. O, da onu inandırmaq üçün, Kooperasiya universitetinin qarşısında görüşməyin daha inandırıcı olduğunu düşünmüş, ona demişdir ki, “mən günorta saatlarında Kooperasiya Universitetinin qarşısında olacağam, orada səni gözləyərəm”. Seymur da onunla razılaşmış, ona demişdir ki, “yaxşı, səni orada gözləyərəm”. O, birazdan Kooperasiya Universitetinin qarşısına gəlmiş, orada Seymuru gözləməyə başlamış, bir az sonra Seymur deyilən yerə gəlmiş, onunla görüşmüş, ona 3.000 manat pulu vermiş, ona demişdir ki, “işlər nə yerdədir, düzəldə bilirsən”. O, da Seymura demişdir ki, “hərəkətdəyəm, mənə dedilər ki, qardaşın oğlu Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsinə köçürülərkən onun illik pulu da köçürülməlidir, ona görə də mən bu 3.000 manat pulu illik köçürməyə sərf edəcəyəm, sonra sənin qardaşın oğlunun sənədləri hazır olacaq, nəticədə onu köçürəcəyik”. Əslində o, adığı pulu heç bir yerə köçürmür, Seymura yalan məlumalar verib, həmin pulu öz maddi ehtiyyaclarına xərcləyirmişdir. 2018-ci ilin noyabr ayında Seymur ona zəng vurmuş və ona demişdir ki, “nə oldu, uşağın işi həll olmadı, evimizdə narahatdırlar”, o, da Seymura demişdir ki, “gec müraciət etdiyimizdən uşağın köçürmə işi 2019-cu ilin fevral ayına qaldı, həmin vaxt yüz fayiz həll olunacaq, narahat olma”. Seymur da ona inanmış, demişdir ki, “gözləyirəm, səndən şad xəbər gözləyirəm”. 2019-cu ilin fevral ayında Seymur yenə də ona zəng vurmuş, ondan soruşmuşdur ki, “nə oldu, uşağın işi həll olmadı, evdəkiləri məndən soruşdular, edə bilmirsənsə mənə de”. O, da Seymura demişdir ki, “narahat olma, mən tanışlarında danışmışam, yay ayında bu məsələ həllini tapacaq, tanışlarım mənə belə dedi, səbrli ol, inşallah alınar”. Seymur onunla razılaşmış, ona demişdir ki, “sənə inanıram, səndən şad xəbər gözləyirəm, görüm nə olur”. O, Seymura yenə yalan məlumatlar vermiş, istəmişdir ki, ondan şübhələnməsin ki, o, onu aldadırmış, qoy ona inansın, ona görə ona yenə də yalan məlumatlar verirmişdir. 2019-cu ilin yay ayında da Seymur ona zəng vurmuş, ondan işlərin nə yerdə olmasını soruşmuşdur. O, da əvvəlki kimi ona yalan məlumatlar verməyə davam etmiş, ona demişdir ki, “gözləyirəm, mənə xəbər edərlər”. Seymur da ona artıq inanmamış, ona demişdir ki, “istəmirəm, sən məni aldadırsan, hər dəfə yalan danışırsan, xahiş edirəm sənə verdiyim pulumu qaytar, qoy qalsın”. O, da məcbur qalıb Seymurun ona artıq inanmadığını görüb ona demişdir ki, “narahat olma, sənin pulunu qaytararam”. Bundan sonra Seymur hər dəfə ona zəng edib verdiyi pulunu ondan istəyirmiş, o, da müxtəlif bəhanələr gətirərək, bu gün sabah pulunu verəcəyini deyirmiş. Beləcə o, 2020-ci ilin mart ayına qədər Seymura müxtəlif bəhanələr gətirərək, pulunu qaytaracağını söz verirmiş, amma qaytarmırmış. 2020-ci ilin mart ayının əvvəllərində o, Seymura zəng vurmuş, ona demişdir ki, “istəyirəm verdiyin puldan 500 manatını qaytarım, səninlə necə görüşə bilərik”, Seymur da ona demişdir ki, “mən bank kartımı sənə göndərirəm, həmin karta yüklə”. O, da eləcə də eləmiş, 500 manat pulu Seymurun göndərdiyi bank kartına yükləmişdir. Sonradan bəhanələr gətirərək Seymurun pulunu ödəməmişdir. 2020-ci ilin may ayında o, yenə də Seymura zəng vurmuş, ona demişdir ki, “istəyirəm verdiyin puldan 500 manatını qaytarım, səninlə necə görüşə bilərik”, Seymur da ona demişdir ki, “mən bank kartımı sənə göndərirəm, həmin karta yüklə”. O, da eləcə də eləmiş, 1.500 manat pulu Seymurun göndərdiyi bank kartına yükləmiş, lakin hazırki vaxtadək qalan pulu, yəni 16.000 manat pulu Seymura ödəməmiş, onu aldadaraq pulunu ələ keçirmişdir. Əməlindən peşman olmuşdur, səhvini başa düşmüşdür. Bundan başqa, onun maddi vəziyyəti ağır olmuşdur, pula ehtiyyacı olmuşdur, ona görə qərara gəlmişdir ki, hər hansı bir şəxsin əmlakını aldadaraq ələ keçirsin. Ona görə də bildirmişdir ki, Laçın rayon sakini Şahid10 onun sinif yoldaşıdır, onunla əvvəllər aralarında narazıçılıq, düşmənçilik və ədavəti olmamışdır. Zərdab rayon sakini Zərərçəkmiş şəxs2 isə Elsevər vasitəsilə 2019-ci ilin dekabr ayından etibarən tanımışdır. Əlixanın kürəkəni Maqsudu isə 2019-cu ilin sentyabr ayında Elsevər vasitəsilə tanımışdır. Onlarla da əvvəllər aralarında narazıçılıq, düşmənçilik və ədavəti olmamışdır. 2019-cu ilin avqust-sentyabr aylarında Elsevər ona zəng edərək bildirmişdir ki, “bir nəfər yaxın şəxs var onun işi Ali məhkəmədədir kömək etmək olarmı?” O, da Elsevərdən nə iş olmasını soruşmuşdur. Elsevər də ona demişdir ki, “mənim bir tanışım var, Zərdab rayonundandır, adı Əlixandır. Əlixanın oğlu X3 Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2017-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Əlixan oğlu Təhməzin cəzasının azaldılması ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmiş, Şirvan Apellyasiya Məhkəməsinin 18 may 2017-ci il tarixli qərarı ilə, Əlixanın oğlu Təhməzin cəzasının azaldılması ilə əlaqədar şikayəti təmin edilməmişdir. Hazırda da onlar Ali məhkəməyə müraciət etmişlər. Sənin Ali Məhkəmədə tanışın var, kömək edə bilərik”. O, da Elsevərə kömək edə biləcəyini demiş və bildirmişdir ki, “narahatçılıq yoxdur, mənim Ali məhkəmədə tanışım vardır, kömək edə bilərik”. Belə ki, o, özü ixtisasca hüquqşünasdır, kömək edəcəkdir deməkdə də hüquqi yardım nəzərdə tutmuşdur. O, Elsevərə dəfələrlə bildirmişdir ki, iş haqqında sənədləri gətirsin baxsın. Elsevər həmin işin görülməsi üçün həmin şəxsin atası Əlixanın yeznəsi Maqsudun 7.000 manat pulunun olmasını da demişdir. O, Elsevərə həmin pulu götürməsini və kömək edə bilər demişdir. Belə ki, onun niyyəti və məqsədi həmin işin düzəlməsi olmamışdır. O, həmin pulu ələ keçirmək niyyətində olmuşdur. 2019-cu ilin avqust ayının sonlarında Elsevər ona zəng edərək demişdir ki, “Maqsud poçt vasitəsi ilə 1.000 manat pul göndərib, həmin pulu Fazilə verəcək”. Belə ki, Maqsudu Fazilin vasitəsilə tanımış, sonuncu 1.000 manat pulu vasitəçi olduğu götürmüşdür. O, da heç bir etirazının olmadığını bildirmişdir. Həmin vaxt Fazil özü də onunla telefonla danışmış və 1.000 manat pulu vasitəçi olduğu üçün ona çatacağını demişdir. Elsevər ilkin olaraq iş barədə ona, Fazilin onları Maqsudla tanış edəcəyi üçün pul istəməsini demişdir. 2019-cu ilin sentyabr ayının təxminən 4-də Elsevər ona zəng vurmuş və ona demişdir ki, “hardasan, təcili görüşməliyik, harada görüşə bilərik”. O, da Elsevərə demişdir ki, “mən Həzi Aslanov metro stansiyası yaxınlığındayam, nə olub”. Elsevər ona demişdir ki, “Əlixanın kürəkəni Maqsud gəlir, işin həlli ilə əlaqədar pulu gətirir, biz onunla görüşməliyik, səni Xətai metro stansiyasının yanında gözləyirəm”. O, da Elsevərlə razılaşmış, Xətai metro stansiyasının yaxınlığına getmişdir. Orada Elsevərlə görüşmüş, söhbət zamanı Elsevər ona demişdir ki, “bir azdan Əlixanın kürəkəni Maqsud gəlir, onunla görüşək, görək pulu gətirib, ya yox, hazırda Maqsud 7.000 manat pul gətirər, sən bu işi həll edə bilərsən”. O, da Elsevərin ağzından pulu eşidəndən sonra, fikirləşmişdir ki, pulu əldə edər. Onsuzda Ali məhkəmədə tanışı yoxdur, özünü elə aparar guya işi həll edər. Maqsuda da söz verər ki, işini həll edər, əslində həll etməyəcəkdi, pulu ələ keçirəcəkdi, maddi ehtiyyaclarına xərcləyəcəkdir. Ona görə də Elsevərə demişdir ki, “narahat olma, 7.000 manat puldan 5.000 manatı kimdən xahiş edərəmsə, ona verərəm, sənə də hörmət edərəm, qalan pul da mənim zəhmət haqqımdır”. O, Elsevərə deməmişdir ki, kimdənsə xahiş edər, tanışı olması barədə də Elsevərə yalan demişdir. Əslində nə tanışı olmuşdur, nə də pulu kiməsə verəcəkdi, pulu özünə götürəcəkdi. Həmin şəxslərlə görüşməyə o, özünə məxsus avtomobillə getmişdir. Bir az sonra Maqsud və bir nəfər şəxslə gəlmişlər. Maqsud Elsevərlə ona məxsus avtomobildə əyləşmişdirlər. Maşında Elsevər onu Maqsuda təqdim etmiş, demişdir ki, “bu şəxs Əlibaladır, mənim sinif yoldaşımdır, həm də hüquqşünasdır, onun ali məhkəmədə tanışları vardır, bu işi həll edər, nə söhbətin varsa edə bilərsən”. Sonra Elsevər maşından düşmüş, o, Maqsudla maşında oturmuşdur. Avtomobildə söhbət zamanı Maqsud ona pul vermişdir. Həmin pulun 6.800 manat olmasını bildirib tezliklə 200 manat da Elsevər vasitəsilə çatdıracağına söz vermişdir. Elsevər sonra onun avtomobilinə əyləşmişdir. O, Elsevərə demişdir ki, “sən deyirdin ki, bunlan 7.000 manat pul verirlər, amma 6.800 manat pul verdi, dedi ki, 200 manatı da sənin vasitənlə mənə çatdıracaqlar”. Elsevər də ona demişdir ki, “narahat olma, sən onun işini həll elə, deyibsə, çatdıracaq”. Sonra o, Elsevərə 900 manat pul vermiş, demişdir ki, “sənə xərclik verirəm, onların işini də düzəldərəm”. Təxminən 2-3 gün sonra Elsevər ona zəng vurmuş və ona demişdir ki, “Maqsud gəlir, səni Neftçilər metro stansiyasının yaxınlğında yerləşən çayxanada gözləyərəm, orada görüşək”. O, da Elsevərlə razılaşmış, deyilən yerdə Elsevərlə görüşmüş, Maqsud da bir az sonra gəlmişdir. Söhbət zamanı Maqsud işin nə yerdə olmasını soruşmuş, Elsevər də onu göstərərək, Maqsuda bildirmişdir ki, “Əlibala hüquqşünasdır, çoxlu tanışları vardır, nə lazımdırsa, edəcək”. O, da həmin vaxt Maqsuda demişdir ki, “nə lazımdırsa, edəcəyəm ki, sizin qohumunuzun cəzası azaldılsın”. Sonra Maqsud çıxıb getmiş, o, Maqsuda yalan məlumatlar vermişdir. Əslində heç kimə bu barədə müraciət etməmiş, heç kimdən xahiş etməmişdir. Verdikləri ərizənin də cəzasının azaldılması ilə bağlı olmamasını deməmişdir. Sonra o, Elsevərlə sağollaşmış, yaşadığı evinə getmişdir. 12 sentyabr 2019-cu il tarixdə Ali məhkəmədə məhkəmə prosesi olmuşdur. O, 14 sentyabr 2019-cu il tarixdə Ali məhkməyə getmişdir. İstəmişdir ki, maraqlansın məhkəmə hansı qərarı qəbul edib. Orada ona məlum olmuşdur ki, məhkəmə müddətin bərpası ilə bağlı Əlixanın ərizəsini təmin etməmiş və bu barədə qərar qəbul etmişdir. O, sonra həmin günü Elsevərlə, Neftçilər metro stansiyasının yaxınlığında yerləşən çayxanada görüşmdür, orada o, Elsevərə demişdir ki, “məhkəmədən maraqlandım, mənə məlum oldu ki, Əlixanın ərizəsi ilə əlaqədar qərardan şikayət etmə müddətinin bərpa edilməməsi barədə məhkəmə qərar qəbul etmişdir”. Bundan sonra Elsevər ona demişdir ki, “onda sən pulu qaytar, dərhal qaytarılmalısan, mən başqasından xahiş edərəm, işi düzəldər”. O, da Elsevərə demişdir ki, “mən sənə pulu qaytara bilmərəm, çünki pulu öz maddi ehtiyyaclarıma xərcləmişəm, həmin işlə əlaqədar da sənə dediyim kimi, kiməsə pul verməmişəm, sənə yalan məlumat vermişdim, mənə şərait yarat, həmin pulu sənə hissə-hissə verim, 2-3 günə 1.700 manat pulu verə bilərəm, qalan pulu da sənə hissə-hissə verərəm”. Elsevər onunla razılaşmışdır. O, 2-3 gün sonra Elsevərə zəng vurmuş və ona demişdir ki, “biz görüşə bilərik, pulu sənə verim”. Elsevər ona demişdir ki, “bir azdan Neftçilər metro stansiyasının yaxınlığında yerləşən çayxanaya gəl, orada görüşək”. O, Neftçilər metro stansiyasının yaxınlığında yerləşən çayxanaya getmişdir. Orada Elsevərlə görüşmüş, üzərində olan 1.700 manat pulu Elsevərə vermişdir. Elsevər ondan pulu qəbul etmişdir. Sonra isə 2019-cu ilin dekabr ayınadək o, hissə-hissə 2.200 manat pulu Elsevərə vermiş, ümumilikdə 3.900 manat pulu Elsevərə vermişdir. Həmin vaxtlar da Əlixan Elsevərə dəfələrlə zəng vurmuş və işlə maraqlanmışdır. Bir dəfə Elsevər ona demişdir ki, “Əlixan mənə zəng vurur, işi də həll etməmişik, gəl birlikdə onunla görüşək, onu başa sal”. O, Elsevərlə razılaşmışdır. 2019-cu ilin dekabr ayında Elsevər ona zəng vurmuş və ona demişdir ki, “Əlixan Bakı şəhərinə gəlib o, işlə əlaqədar, onunla Xətai metro stansiyasının yaxınlğında görüşək, onu başa sal, gəl məni götür, birlikdə gedək”. O, da Elsevərlə razılaşmış, onu götürüb Xətai metro stansiyasının yaxınlığına gəlmişdir. Orada Əlixanla görüşmüş, söhbət zamanı Əlixan ondan məhkəmənin qərarını istəmişdir. O, da Əlixana demişdir ki, “işin üzərindəyik, çalışırıq, Allahın köməkliyi ilə yaxşı olar”. Əlixan ona demişdir ki, “hökmün surətini götürmək istəyirəm”. O, da Əlixana demişdir ki, “ağsaqqal hökmün surəti verilmir, göndəriləcək ünvana”. Daha o, Əlixana işin əsl hallarını, yəni müddətin uzadılmasından imtina edilməsi barədə heç bir söz deməmişdir. O, da Əlixana demişdir ki, “inşallah bayramdan sonra, yəni dekabr aynın 31-dən sonra iş həll olunacaq”. Əlixan onun mobil nömrəsini götürmüş, onlarla sağollaşdıb getmişdir. O, görüş vaxtı işin əsl hallarını ona görə deməmişdir ki, Əlixan onu aldatdığından şübhələnməsin. Fikirləşmişdir ki, bəlkə kömək edər. 2020-ci ilin fevral ayında Maqsud ona zəng vurmuş və ona demişdir ki, “biz Elsevərə zəng vururuq, bizim zənglərimizə cavab vermir”. O, da Elsevərə zəng vurmuş, ona demişdir ki, “sən nə səbəbə Maqsudun zənglərinə cavab vermirsən, həm də görüşüb sənə pulun bir hissəsini ödəyim”. Elsevər ona demişdir ki, “səni Neftçilər metro stansiyasının yaxınlığında yerləşən çayxanada gözləyirəm”. O, da deyilən yerə getmiş, orada Elsevərlə görüşmüşdür. Görüş zamanı o, 500 manat pulu da Elsevərə vermişdir. O, ümumilikdə Elsevərə 4.400 manat pulu vermiş, onun Elsevərə 1.500 manat verəcəyi qalmışdır. Həmçinin Elsevərə demişdir ki, “sən onların zənglərinə cavab vermirsən, bəyəm onların işini həll etməmisən, axı sən mənə dedin ki, mən özüm həll edəcəyəm”. Elsevər də ona demişdir ki, “sən pulu qaytar, mən də onların zənglərinə cavab verim, pullarını qaytarım”. 2020-ci ilin fevral ayında Maqsud ona zəng vuranda, o, onlara demişdir ki, “qardaş məni narahat etməyin, mən sizin işinizlə məşqul oluram”. Sonradan istintaq dövründə ona məlum olmuşdur ki, Əlixan ondan və Elsevərdən şikayət edərək, tərəflərindən aldadılmağını və pulunun ələ keçirilməyini qeyd etmişdir. O, əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə hallara yol verməyəcəkdir. Bundan başqa, Şahid5 təxminən on ildir ki, tanıyır, onunla aralarında həmişə normal münasibətlər olmuşdur. 2019-cu ilin oktyabr ayının axırlarında o, Şahid5la birlikdə Bakı şəhəri, Ayna Sultanova heykəlinin yaxınlığında olan çayxanada oturub çay içərkən Səyyarın mobil telefonuna zəng gəlmişdir. Səyyar telefonla danışıb qurtardıqdan sonra ona demişdir ki, telefonla danışdığı Əspan adlı qohumu olmuşdur. Əspan ona yeznəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3 və 234-cü maddələri ilə həbs olunduğunu, hal-hazırda barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığını, yeznəsinin cəzasının yüngülləşdirilməsi üçün ona kömək etməsini xahiş etmişdir. O, Səyyara demişdir ki, o hüquqşünasdır, əlaqələrindən istifadə edib ona kömək edə bilər. Təxminən iki gün sonra o, Səyyar və Əspanla Bakı şəhəri Yasamal rayonundakı H.Cavid adına parkda görüşmüşlər. O, həmin vaxt Əspana demişdir ki, onun tanışı var. Həmin tanışına deyib Elmanın cəzasının yüngülləşdirilməsinə kömək edə bilər. Bunun üçün 8.000 manat pul verilməlidir ki, həmin şəxsə çatsın. Əspan ona demişdir ki, bacısından 8.000 manat pulu götürüb ona verəcək. Səhərisi gün, təxminən 2019-cu ilin noyabr ayının əvvələrində o, Əspanla və Səyyarla həmin parkın yaxınlığında ona məxsus Passat markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində görüşmüşlər. Həmin vaxt Əspan ona 8.000 manat pul verib demişdir ki, bacısı Adilədən yeznəsi Elmanın cəzasının yüngülləşdirilməsinə köməklik etmək məqsədi ilə götürmüşdür. Sonra o, onlardan ayırılıb getmişdir. O, Elmanın cəzasının yüngülləşdirilməsi üçün müəyyən işlər görmək istəmişdir. Lakin onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxıldığı üçün həmin məbləğə köməklik edə bilməmişdir. Əspan ona əvvəlcə təkcə məhkəmədə olan ittihamçı prokurorla danışmaq lazım olduğunu demişdir. Bir necə gündən sonra Əspan onunla görüşən vaxt ona demişdir ki, Elmanın işinə baxan hakimlə də danışmaq lazımdı və ondan həmin hakimlə danışmağını, onun cəzasının yüngülləşdirilməsi işini də öz öhdəsinə götürməsini ondan xahiş etmişdir. O, Əspana demişdir ki, bununla əlaqədər əlavə olaraq 35.000 manat pul da verilməlidir ki, həmin məsələni həll edə bilsin. Bir neçə gündən sonra, təxminən 2019-cu ilin noyabr ayının sonunda Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən H.Cavid adına parkın yaxınlığında ona məxsus avtomobilin içərisində o, Əspanla və Səyyarla görüşmüşlər. Həmin vaxt avtomobilin içərisində Əspan ona 10.000 manat pul vermişdir. Bir neçə gün sonra, yəni 2019-cu ilin dekabr ayının əvvələrində o, yenə də H.Cavid adına parkın yaxınlığında avtomobilin içərisində Səyyar və Əspanla görüşmüşlər. Həmin vaxt Əspan ona 25.000 manat pul vermişdir. O, Əspana demişdir ki, narahat olma, onun yeznəsi Elmanın işinə köməklik etməyə çalışacaq, yəni Elmanın 5 il müddətə azadlıqdan məhrum etmə cəzası almasına köməklik edəcəkdir. Lakin o, Əspana kimin vasitəsi ilə köməklik edəcəyini deməmişdir. O, müxtəlif yollarla ittihamçı prokurora və hakimə çıxış tapıb Elmanın işinə köməklik etmək istəsə də, həmin şəxslərə çıxış tapa bilməmiş və Elmanın işinə köməklik edə bilməmişdir. Həmin vaxt onun banka, həmçinin fərdi şəxslərə borcu olmuşdur. Bank və borclu olduğu şəxslər ondan borcun qaytarılmasını tələb etmişlər. O, işin alınmadığını görüb Əspandan aldığı pulların hamısını öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Yəni 43.000 (qırx üç min) manat pulun bir hissəsini banka olan borcunu ödəmiş, qalan hissəsini isə fərdi şəxslərə olan borcuna qaytarmışdır. xx.xx.2020-ci il tarixdə Əspanın bacısının X43 barəsində 11 il müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında məhkəmə tərəfindən hökm çıxarılmışdır. Bundan sonra Əspan ona verdiyi pulları tələb etməyə başlamışdır. O, Əspana ondan aldığı pulları 2020-ci ilin may ayının 15-dək qaytaracağına söz vermişdir. Bununla əlaqədər öz şəxsiyyət vəsiqəsinin arxasına Əspandan aldığı pulları 15 may 2020ci il tarixədək qaytaracağı barədə qeyd etmişdir. Eləcə də o, və Əspan həmin sənədi imzalamışlar. Onun özünə məxsus Sumqayıt şəhərində təxminən 60.000-70.000 manat dəyərində obyekti vardır, həmin obyekt satılmalıdır. Hətta Elmanın oğlanları Mehman, Nurlan və tanımadığı qohumu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindəki evinin həyətinə gəlmişlər. Onlar ondan nə üçün ataları Elmanın işinə köməklik etmədiyini soruşmuşlar. O, onlara demişdir ki, atalarının cəzasının yüngülləşdirilməsi üçün çalışsa da bu iş alınmamışdır. Lakin ona məxsus obyekt dediyi vaxta kimi satılmadığı üçün o, həmin pulu tam şəkildə geri qaytara bilməmişdir. O, Əspandan aldığı 43.000 manat puldan 2.000 manat 2020-ci ilin may ayında, 1.000 manat isə 2020-ci ilin iyun ayında olmaqla 3.000 manat geri qaytarmışdır. O, Əspana hazırda maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, ondan bacısı, iş üzrə Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanın geri qaytarılmasında ona köməklik etməsini xahiş etmiş, maddi vəziyyəti yaxşılaşan kimi həmin pulu ona qaytaracağına söz vermişdir. Əspan da 7.000 manat pulu bacısı Adiləyə qaytarmışdır. Bu günə kimi ümumilikdə zərəçəkmiş şəxsə 10.000 (on min) manat pul geri qaytarılmışdır. O, qalan 33.000 (otuz üç min) manat pulu da hissə-hissə geri qaytarmağa çalışır. Bundan başqa bildirir ki, onun maddi vəzityyəti ağır olmuş, pula ehtiyyacı olmuş, qərara gəlmişdir ki, hər hansı bir şəxsin əmlakını aldadaraq ələ keçirsin. Ona görə də Bakı şəhər sakini Zərərçəkmiş şəxs4 2020-ci ilin yanvar ayından, Zərərçəkmiş şəxs5 isə tələbəlik illərindən, yəni 1992-1997-ci illərdən etibarən tanıyırmış, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. Məhyəddinin Azərbaycan Respublikası Milli X8 və Qeyri-üzvi Kimya İnstitutunda elmi işçi vəzifəsində işlədiyini onunla tanış olandan sonra bilmişdir. Onun Valeh adlı tanışı olmuş, Valeh Yasamal rayonu 9 saylı seçki məntəqəsinin sədri vəzifəsində işləmiş, hərdən Valehlə gedib görüşmüşdür. 2020-ci ilin yanvar ayında Valehlə Yasamal rayonu ərazisində, yəni Böyük Firat yeməkxanasının yanında görüşdükləri vaxt, onun yanında Məhyəddin də olmuş, Valeh də ona demişdir ki, “tanış ol, bu şəxsin adı Məhyəddindi, tanışımdır, Azərbaycan Respublikası Milli X8 və Qeyri-üzvi Kimya İnstitutunda elmi işçi vəzifəsində işləyir, onun bir problemi vardır, gör kömək edə bilərsən?” Məhyəddin ona demişdir ki, “mənim qohumum Əli Əskərli Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 4-cü kurs tələbəsi idi, onun oxuduğu dövrdə kəsiri var idi, Əlinin ailə üzvləri məndən xahiş etdilər ki, əgər universitetdə tanışın varsa, Əlinin kəsiir məsələsini həll edim, mən də onlara dedim ki, maraqlanaram, əgər tanış adam olsa, xahiş edərəm”. Həmin vaxt da o, Məhyəddinə demişdir ki, “tanış mən, nə lazımdır, edərik, uşağın kəsirlərini yazarıq”. Məhyəddin də ona demişdir ki, “dəqiq həll edərsənsə, mən qohumlarımnan danışım, nə lazımdırsa, etsinlər”. O, da Məhyəddinə demişdir ki, “mən danışaram, adam tapsam, sənə deyərəm”. Fikirləşmişdir ki, nə desə, Məhyəddin ona istədiyini verər, ona görədə Məhyəddinə qohumunun kəsirlərinin həll edilməsindən ötrü 3.500 manat pul istəsin, çünki onun həmin pula ehtiyyacı vardır. Ona görə də Məhyəddinlə telefon əlaqəsi saxlamış, ona demişdir ki, “mən tanış tapmışam, təcili görüşək, bu barədə danışaq”. Məhyəddin də onunla razılaşmışdır. Onlar 2020-ci ilin yanvar ayında yenidən Bakı şəhəri Yasamal rayonu ərazisində, yəni Böyük Firat yeməkxanasının yanında görüşmüşlər. Söhbət zamanı o, Məhyəddinə demişdir ki, “mən adam tapmışam, narahatçılıq yoxdu, sənin qohumunun kəsirlərini həll edəcəyəm, qohumun 2020-ci ilin fevral ayının 18-i dərsə gedəcək, həmin vaxt da bütün kəsirləri silinəcək, bunun üçün də 3.500 manat pul lazımdır, həmin pulu da təcili hazırlamalısan”. Məhyəddin də ona demişdir ki, “narahatçılıq yoxdu, danışım, sənə deyərəm”. Bir gün sonra Məhyəddin ona zəng vurmuş və demişdir ki, “səni Bakı Dövlət Universitetinin yanında gözləyirəm, orada görüşüb söhbət edək”. O, da Məhyəddinlə razılaşmış, bir az sonra deyilən yerdə Məhyəddinlə görüşmüş, Məhyəddin ona demişdir ki, “mən sənə 3.000 manat pul verirəm, kəsirlər tam silinəndən sonra, sənə qalan 500 manat pulu da verəcəyəm”. O, da Məhyəddinlə razılaşmışdır, çünki istəməmişdir ki, Məhyəddin ondan şübhələnsin, onu aldatdığını hiss etməsin, çünki o, Məhyəddinin xahişi ilə əlaqədar heç kimlə danışmamış, ona yalan məlumatlar vermiş, pulu ondan almışdır. Məhyəddin ona 3.000 manat pulu vermiş, o, da ondan almışdır. 2020-ci ilin yanvar ayının axırlarında Məhyəddin ona zəng vurmuş və demişdir ki, “görüşə bilərik, səninlə söhbətim var”. O, da Məhyəddinə demişdir ki, “Bakı şəhəri Yasamal rayonu ərazisində, yəni Böyük Firat yeməkxanasının yanında görüşərik”. O, da deyilən yerdə Məhyəddinlə görüşmüş, görüş zamanı Məhyəddin ona demişdir ki, “mənim bir tanışım var, adı Tofiqdir, mən Tofiqlə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkında görüşdük, söhbət zamanı Tofiq məndən soruşdu ki, “sən bacın oğlunun məsələsini nə etdin, düzəldə bildin?” O, da Tofiqə demişdir ki, “mənim bir tanışım var, həll elədim, kənardan bir nəfər tanış var, ona 3.000 manat pul verdim, o, bacım oğlunun kəsirlərini yazacaq”. Tofiq də ona demişdir ki, “əgər həll edə bilərsənsə, mənim də bir dostumun bacısı qızı var, hüquq fakültəsində oxuyur, kəsirləri var, tanışından soruş gör həmin kəsirləri həll edə bilərsə, mənə de, mən də hazırlığımı görüm”. O, da Tofiqə demişdir ki, “mən həmin şəxsdən soruşuram, düzəldə bilərsə, sənə xəbər edərəm”. Tofiq də ona demişdir ki, “bu kimdi, sən bu şəxsi necə tanıyırsan, onsuzda imtahanların kəsirlərini düzəltmək çətindi, sənin tanışın həqiqətən həll edə bilər, sonra səni aldatmasınlar”. O, da Tofiqə demişdir ki, “mənim bacım oğlunun işini həll edər, mən sənə 100 yox, milyon fayiz deyirəm ki, həll edər, mən həmin şəxsin adını sənə deyə bilmərəm, həmin şəxsi də kiməsə görə tanımışam, əgər o, işi həll etməsə, mənim başqa bir tanışım ona nələr edər, ona görə də narahat olma”. O, da fikirləşmişdir ki, onsuzda pula ehtiyyacı vardır, bu pulu da ələ keçirsin. Ona görə də Məhyəddinə demişdir ki, “narahatçılıq yoxdu, danış, mən də tanışımla danışım, məbləği sənə deyərəm”. Səhərisi, o, Məhyəddinə zəng vurmuş və ona demişdir ki, “tanışına de, onun məsələsini həll etmək üçün 10.000 manat pul lazımdı, təcili düzəltsin”. Məhyəddin də ona demişdir ki, “danışım, deyərəm”. Bir neçə gün keçəndən sonra, o, görmüşdür ki, Məhyəddindən xəbər yoxdur, ona görə də Məhyəddinə zəng vurmuş və ondan soruşmuşdur ki, “nə oldu, xəbər çıxmadı səndən”. Məhyəddin də ona demişdir ki, “mən həmin şəxslə görüşərəm, sənə xəbər edərəm, mənə dediyin məbləğə inanmır”. O, da Məhyəddinə demişdir ki, “narahatçılıq yoxdu, səndən xəbər gözləyirəm, amma bir az tez elə, vaxt daralır, sonra düzəltmək olmaz”. Məhyəddin ona demişdir ki, “mən tanışımla danışdım, tanışım mənə dedi ki, “bu barədə mənim müstəqil qərar vermək ixtiyarım yoxdu, qoy Xəqaniyə zəng vurum, ona bu barədə danışım, sizi görüşdürüm, istəsə, Xəqani özü sənə pulu verər, səndə tanışın vasitəsilə bu məsələni həll edərsən, ona görə də qoy görüşüm, nə olsa sənə xəbər edərəm”. Bir müddət sonra, yəni 2020-ci ilin yanvar ayının axırlarında günorta saatlarında Məhyəddin ona zəng vurmuş və ona demişdir ki, “mən Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkında Xəqani ilə görüşdüm, söhbət zamanı Xəqani Tofiqə dedi ki, “bu adamdır, bacısı oğlunun kəsirlərini tanışı vasitəsilə düzəldir, istəyirsənsə, ətraflı danış, gör həll edə bilərsə, razılaşarsan”. Xəqani də onunla Tofiqin yanında bacısı qızının kəsirləri barədə danışmış, aralarında razılaşmışlar. O, Xəqaniyə demişdir ki, “belə bir tanışım var, o, mənə dedi ki, bacın qızının kəsirlərini həll etməyə 10.000 manat pul istəyir”. Xəqani də ona demişdir ki, “mənim üzərimdə bu məbləğdə pul yoxdur, Tofiq məllimə çatdıraram, o, səninlə görüşər”. 2020-ci ilin fevral ayının əvvəllərində, yəni qış sesiyasının qurtarmasına bir neçə gün qalmış o, Məhyəddinə zəng vurmuş, ona demişdir ki, “sesiya qurtarana kimi iş həll olunacaq, Xəqani pulu verir ya yox, mənim tanışım onun işini yüz fayiz həll edəcəkdir, sadəcə pulu gözləyir, sən Tofıqnən danış, gör istəyir, ya yox”. Məhyəddin də ona demişdir ki, “danışım sənə xəbər edərəm”. Bir az sonra Məhyəddin ona zəng vurmuş və ona demişdir ki, “mən Tofıqlə danışdım, o, mənə dedi ki, yenə də Xəqani ilə danışaram, sənə xəbər edərəm”. Bir az sonra Məhyəddin ona zəng vurmuş və ona demişdir ki, “mən Tofiqlə görüşdüm, Tofiq mənə 10.000 manat pulu Verdi”. Ona demişdir ki, “bax məni kiminsə yanında pis vəziyyətdə qoyma, mən Xəqanidən pulu alıb sənə verirəm, sonra məni biabır etmə, çalış qızın işini həll et”. O, da Tofiqə demişdir ki, “narahat olma, mənim tanışım bu işi həll edər, yüksək səviyyədə, kəsirlər yazılandan solnra, sənə xəbər edərəm. 2020-ci ilin fevral ayının 18-dək, yəni dərs başlananadək həll olunacaq, sən də məni kiminsə yanında biabır etmə, işi həll elə”. Tofiq ona Xəqaninin bacısı qızının hansı kəsirləri olması barədə kağızı təqdim etmişdir ki, o, bilsin qızın hansı fənnlərdən kəsirləri var. Həmin kəsirləri həll etsin. O, da Məhyəddinə demişdir ki, “narahat olma, həll edəcəyəm, səbrli ol, sənin bacın oğlu kimi, bu işi də 2020ci ilin fevral ayının 18-dək, yəni dərs başlananadək həll edəcəyəm, tələbələr dərsə başlayanda artıq kəsirləri olmaz, mənim tanışım var, yaxşı yerdə işləyir”. Məhyəddin də ona inanmış, bir söz deməmiş, onunla sağollaşmışdır. Əslində o, bununla əlaqədar heç kimə müraciət etməmişdir, heç bir tanışı yoxdur, onun məqsədi Məhyəddinə yalan məlumatlar verib pulunu ələ keçirmək olmuşdur. Dediyi müddətdə, kəsirlər həll olunmamışdır, həmin vaxt Məhyəddin ona zəng vurmuş, ona demişdir ki, “sən mənə qış sesiyasının başa çatdığı tarixdən yeni dərs ilinin başlandığı tarixədək, yəni fevral ayının 18-dək olan müddətdə, kəsirləri həll edəcəksən, nə mənim bacım oğlunun kəsirləri həll olunub, nə də Tofıqin qohumunun məsələsi həll olunub, nə səbəbə həll etməmisən?” O, da Məhyəddinə demişdir ki, “bir az problem oldu, 10 gün müddətində həll olunacaq, bütün məsələlər həllini tapacaq, danışmışam, narahat olma, tanışına de, narahat olmasın”. Sonradan 2020-ci ilin fevral ayının axırlarında o, yenə də kəsirləri həll etməmiş, bu vaxt Məhyəddin ona zəng vurmuş və ona demişdir ki, “sən dediyin müddət də gəldi, yenə də kəsirlər həllini tapmamışdır. Tofiq də mənim başımı xarab edib, deyir ki, sənin tanışın məsələni həll etməmişdir, pulunu istəyir, deyir ki, sənin tanışın səni aldatmışdır, sən nə səbəbə məsələni həll etməmisən, adamlar gözləyir axı”. O, da Məhyəddinə demişdir ki, “narahat olma, mən tanışımla konkret danışmışam, yüz fayiz həll olunacaq, səbrli ol, tanışına de”. Sonradan karantin dövrü ilə əlaqədar o, Məhyəddinlə görüşə bilməmiş, həm də universitetlərdə təhsil dayandırılmış, Məhyəddin ona zəng vuranda da, ona deyirmiş ki, “narahat olma, karantin dövrüdü, danışmışam, həllini tapacaq”. O, beləcə hər dəfə Məhyəddinə yalan məlumatlar verməklə, vəd verdiyi işi həll etmək sahəsində heç bir iş görməmiş, sadəcə məhyəddinə yalandan vədlər vermişdir ki, onu aldatdığından şübhələnməsin. 2020-ci ilin aprel ayında Məhyəddin ona zəng vurmuş, ona demişdir ki, “mən Tofiqlə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkında görüşdüm, görüş zamanı Tofiq mənə dedi ki, tanışın Əlibalaya zəng vur, onu bura çağır, ona inanmıram, onunla görüşüm, desin nə səbəbə kəsirləri həll etməmişdir, mənim pulumu qaytarsın, mən də sənə zəng vurdum, səni Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkında gözləyirəm, Tofiq də mənim yanımdadır, mənə inanmır, verdiyi pulunu istəyir, mən telefonu Tofiqə verirəm, özün ona de”. O, Tofiqlə danışanda, Tofiq ona demişdir ki, “mən sənə pul verməmişəm, səni tanımıram, mən pulumu Məhyəddindən alaram”. O, da Tofiqə demişdir ki, “narahat olma, iş düzələcək, düzəlməsə mən sənin pulunu verəcəyəm”. Beləcə o, həm Məhyəddinə, həm də Tofiqə yalan məlumatlar vermiş, amma nə onların ondan istədikləri işi həll etmiş, nə də onların pulunu qaytarmışdır. 2020-ci ilin may ayının əvvəllərində yenədə o, vəd verdiyi məsələni həll etməmişdir. Məhyəddin dəfələrlə ona zəng vurub məsələnin nə yerdə olmasını soruşanda, o, ona müxtəlif bəhanələr gətirərək məsələnin tez bir müddətdə həll edəcəyini demişdir. 2020-ci ilin may ayının əvvəllərində Məhyəddin ona zəng vurmuş və ona demişdir ki, “Tofiq mənə inanmır, pulunu istəyir, səninlə görüşmək istəyir, gəl onunla görüş, özün ona de, məni narahat edir, pulunu istəyir, məndən şübhələnir ki, mən onu aldatmışam, gəl birlikdə görüşək, vəziyyəti ona başa sal, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkına birlikdə gedək, Tofiq bizi orada gözləyəcək”. O, da Məhyəddinə demişdir ki, “narahat olma, sənə xəbər edərəm, görüşərik, birlikdə gedib Tofiqlə görüşərik”. O, zəngləşib Məhyəddinlə görüşmüş, sonra birlikdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkına getmiş, Tofıqin onları orada gözlədiyini görmüşdür. Orada Tofiqlə görüşmüş, söhbət zamanı Tofiq ona demişdir ki, “sən iş düzəldən deyilsən, pulu qaytar, lazım deyil, ikincidəki, bu məsələ belə yolla həll oluna bilməz, sən necə həll edirsən”. O, da Tofiqə demişdir ki, “mənim nazirlikdə adamım var, mən onun vasitəsilə bu məsələni həll edirəm”. Tofiq də ona demişdir ki, “sən o adamın adını mənə ver, görüm o həll etmək imkanı var, yoxsa yox”. O, da Tofiqə demişdir ki, “mən həmin adamın adını sənə verə bilmərəm, narahat olma, həmin şəxs adının hallanmasını istəmir, ancaq sənin məsələni həll edəcəyəm, səbr elə, mənə iyun ayının 01-dək vaxt ver, mən sənin məsələni həll edəcəyəm, olmasa pulunu qaytaracağam”. Tofiq ona demişdir ki, “bu yalan söhbətdir, mən heç səni tanımıram, mən Məhyəddinə pulu vermişəm, ondan da alaram, sən bilərsən Məhyəddinlə, necə razılaşarsan”. Tofiq onunla və Məhyəddinlə sağollaşıb getmişdir. O, da yaşadığı evinə getmişdir. Bir müddət sonra o, Məhyəddini inandırmaq üçün və ondan şübhələnməsin deyə ona zəng vurmuş, ona demişdir ki, “tanışım mənə zəng vurmuşdu, narahat olma, məsələ həllini tapacaq, onsuzda dərslər də yoxdur, Tofıqə də deyərsən, qoy sevinsin, üç günə kəsirlərin həll edilməsini sənədini sənə verərəm”. Yenə də əvvəlki kimi Məhyəddinə yalan məlumatlar vermiş, onların işini həll etməmişdir. Çünki o, bununla əlaqədar heç kimə müraciət etməmişdir. 2020-ci ilin iyul ayının əvvəllərində Məhyəddin ona zəng vurmuş və ona demişdir ki, “Tofiq mənim evimə gəlmişdi, pulunu istəyir, mən də pulu sənə vermişəm, sən nə vaxt pulunu verirsən, telefonu verirəm özün danış”. O, da Məhyəddinə demişdir ki, “ver danışım”. Həmin vaxt bir nəfər şəxs onunla danışmış, ona demişdir ki, “mənim adım Xaqanidir, Məhyəddin sənə nə qədər pul veribsə, həmin pulu qaytar, lazım deyil”. O, da Xəqaniyə demişdir ki, “narahat olma, ya işi həll edəcəyəm, həll edə bilməsəmdə, pulu qaytaracağam”. 2020-ci ilin avqust ayınadək bu məsələ belədə qalmış, həllini tapmamış, avqust ayında onu başqa bir şikayətlə əlaqədar həbs etmişlər. Hazırki vaxtadək o, nə Məhyəddinin, nə də Tofiqin pulunu ödəməmişdir. O, ümumilikdə Məhyəddindən 13.000 manat pul almış, həmin pulu təyinatı üzrə deyil, öz maddi ehtiyyaclarına xərcləmiş, əməlindən peşman olmuş, səhvini başa düşmüşdür. Apellyasiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, əvvəl iş üzrə verdiyi ifadəni təsdiq edir. Əlavə bildirir ki, pulunu almayıb. Qardaşı Əspana qarşı iddia qaldırıb. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs də pulunu tələb edir. 43.000 manat pulu 20 günün içində Əspana verib. Pulu ərinin azad edilməsi üçün verib. O, yüksəsk vəzifəli adamların adın çəkirdi. Əlibalanın adın çəkmirdi. İş uzandı və əri azad olunmadı. Qərar elan olunanda anladı ki, aldanıb. Verdiyi puldan 13.750 manat ona qaytarılıb. Qalanı yox. Pulu ərini qurtarmaq üçün verib. Rüşvət verməyib. Qardaşı pulu kimə verdiyini deməyib. Deyib ki, “yüksəsk vəzifəli şəxslərə verəcəm və işi həll edəcəm”. Əri azad olunmayanda oğlu Əspanın üstünə gedib. Əspanın oğlu oğlunu Əlibalanın yanına aparıb. Görüşdülər. Əlibala deyib ki, “əcəb eləmişəm, ehtiyaclarım üçün pulu xərcləmişəm, kimə şikayət edirsiz edin”. Əlibalanı ilk dəfə Yasamal Rayon Polis İdarəsində müvəqqəti saxlama yerində görüb. Əlibaladan şikayətçidir. Pulu həm Təqsirləndirilən şəxs, həm də qardaşı Əspandan tələb edir. Şikayət etmək hüququdur. Zərərçəkmiş şəxs3 suallara cavab olaraq göstərdi ki, Əspan 10.375 manat pulu ona qaytarıb. Qalanı qaytarılmayıb. İşdə var. Ona görə Əlibaladan və əspandan şikayətçidir. Əspan ona demişdiri ki, pulu Əlibalaya verəcək. Əspan səyyarla gəlirdi və danışırdı. Pul mənimsəniləndə Əspan deyirdi ki, “Qılıcova verəcəm”. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələrində göstərmişdir ki, Şahid2 onun qardaşıdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, həyat yoldaşının işi ilə əlaqədar Əlibalanı Əspan vasitəsilə tanımış, onlarla əvvəllər aralarında narazıçılıq, düşmənçilik və ədavət olmamışdır. Onunla əvvələr aralarında normal münasibətlər olmuşdur. X43 barəsində Nəsimi rayon Pİ-nin İŞ-də 2018ci ilin oktyabr ayında aparılan cinayət işi ilə əlaqədar həbs olunmuş, 2019-cu ilin yay aylarında onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3 və 234.1-ci maddələri ilə aparılan cinayət işinin istintaqı yekunlaşdırılmış və həmin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmədə həmin cinayət işinə hakim Novruz Kərimovun sədrliyi ilə baxılmışdır. Məhkəmədə cinayət işinə baxılarkən əri Elmana elan olunmuş ittiham ağır olduğundan və həmin ittihama görə 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan o, oğlanları Mehman və Nurlan əri Elmanın təqsirli olmasına inanmadıqları üçün onun bəraət alması və ya cəzasının yüngülləşdirilməsi üçün yollar axtarmağa başlamışlar. Bu müddət ərzində o, qızıl zinyət əşyalarını və avtomobillərini satıb 40.000 manata yaxın pul düzəltmişdir. Lakin bu işdə köməklik göstərmək üçün kimə müraciət edəcəklərini bilməmişdir. O, qardaşı Əspanla söhbətlər edən zamanı ona ərini qurtarmaq üçün 43.000 manat pul düzəltdiyini demişdir. O, söhbət əsasında qardaşı Əspandan yuxarı orqanlarda işləyən tanışının olub olmadığını soruşmuşdur. Əspan ona Respublikanın müxtəlif hüquq mühafizə orqanlarında yüksək vəzifələrdə işləyən güclü tanışlarının olduğunu, həmin şəxslərin ərinin cəzadan azad olunmasına və ya cəzasının yüngülləşdirlməsinə köməklik edəcəyini bildirmişdir. O, Əspana qardaşı olduğu üçün inanmışdır. Əspanla aralarında bur barədə olan söhbətləri oğlanları Mehmana və Nurlana bildirəndə onlar demişlər ki, ataları uzun müddət həbs olunmuş, lakin buna baxmayaraq Əspan onun işi ilə bir dəfə də olsun maralanmamışdır. İndi nə səbəbə Əspan ataları üçün can yandırır. Ona görə də onlar dayıları Əspandan şübhələnmişlər. O, oğlanlarına Əspanın onlara ürəkdən kömək etmək istədiyini bildirmişdir. Çünki qardaşı Əspanın onları aldatmasına inanmamışdır. O, və oğlanları Əspandan əri Elmanın işinə köməklik edilməsi üçün nə etmək lazım olduğunu soruşduqda o, demişdir ki, Respublika Prokurorluğunda, Dövlət Təhlükəsizlik Xidmətində yüksək vəzifədə işləyən tanışları var. Onların köməkliyi ilə Elmanın cəzadan azad olunmasına və ya cəzasının yüngülləşdirilməsinə köməklik edəcək. Təxminən 2019-cu ilin noyabr ayının əvvəllərində Əspan onun mobil telefonuna zəng vurub onu Bakı şəhərindəki H.Cavid adına parka dəvət etmiş, orada ərinin işi ilə əlaqədar onunla danışacağını, onun işinə köməklik edilməsi üçün 8.000 manat pul lazım olduğunu bildirmişdir. O, Əspana inandığı üçün evdən 8.000 manat pul götürüb H.Cavid adma parka getmiş, yolla gedərkən Nurlanın mobil telefonuna zəng vurub demişdir ki, Əspan Elmanın işinin düzəlməsi üçün 8.000 manat pul istəmişdir ki, həmin pul Baş Prokurorluğun İttiham İdarəsində işləyən vəzifəli şəxsə veriləcək. Nurlan ona demişdir ki, əgər dayısının tanışı həmin işi görəcəksə 8.000 manat pulu ona versin. Axşam onlar evdə olarkən o, oğlanlarına demişdir ki, H.Cavid adına parkda qardaşı Əspanla görüşmüş, həmin vaxtı Əspanın yanında Səyyar adlı şəxs də olmuşdur. Əspan ona Səyyarı təqdim edərək Elmanın işində onun tanışının köməklik edəcəyini bildirmişdir. Eləcə də Əspan ona Elmanın işinin yüngülləşdirlməsi üçün ilk növbədə Baş Prokurorluğun İttiham idarəsinin razılığının alınmasının lazım olduğunu, bunun üçün həmin idarədən 8.000 manat pul istədiklərini bildirmiş, həmin vaxtı ondan 8.000 manat pul almışdır. Mehman və Nurlan ona demişlər ki, “təki atamıza köməklik olunsun, ona görə də bu işə etiraz etmirik”. Lakin bundan bir həftə sonra Əspan onun mobil telefonuna zəng vurub verdiyi 8.000 manat pulun kifayət etmədiyini və əlavə 20.000 manat da pul lazım olduğunu bildirmiş və onu yenə də H.Cavid adına parka dəvət etmişdir. Bu dəfə o, oğlanları Mehman və Nurlanla birlikdə evdən 20.000 manat pul götürüb Əspanla görüşmək üçün H.Cavid adına parka getmişdir. Əspan oraya özünü Səyyar kimi təqdim edən şəxslə gəlmişdir. Orada Əspan onlara verilən pulun kifayət etmədiyini, digər orqanlara da pul verilməli olduğunu, ona görə də 20.000 manat pul verilməli olduğunu bildirmişdir. Onlar Əspandan həmin pulun kimə çatacağını və Elmanın işinin aqibətinin necə olacağını soruşmuşlar. Səyyar onlara demişdir ki, özü təqaüddə olan polis mayorudur. Bu işlə o, özü və Dövlət Təhlükəsizlik Xidmətində işləyən şəxs məşğul olacaqdır. Həmin şəxslərin adının çəkilməsi təhlükəli olduğu üçün onların adını deməyəcək. Onlar Səyyara inanmışlar. Ona görə də həmin vaxtı o, özü ilə gətirdiyi 20.000 manat pulu çıxarıb sayıb ona Əspana vermişdir. Əspan həmin pulu əynindəki plaşın iç qoltuq cibinə qoymuşdur. Sonra onlar demişlər ki, hər şey yaxşı olacaq, ona görə də narahat olmasınlar. Bu iş barəsində heç bir yerdə heç kəslə danışmasınlar. Onlar yenə də gözləməyə başlamış, məhkəmədə isə Elmanın barəsində olan cinayət işi üzrə proses hər dəfə təxirə salınmışdır. Əspan onlara demişdir ki, bu işi uzatmaq üçün prosesi uzatdırır. 2019-cu ilin noyabr ayının axırlarında Əspan yenə də onun mobil telefonuna zəng vurub Elmanın işinə köməklik edilməsi üçün İttiham İdarəsində işləyən vəzifəli şəxslərə 7.000 manat da pul verilməli olduğunu, ona görə də 7.000 manat pul götürüb Bakı şəhəri, Biləcəri qəsəbəsindəki Beynəlxalq Avtovağzala gəlməsini demişdir. O, kiçik oğlu Müseyiblə birlikdə Beynəlxalq Avtovağzala getmiş, orada Əspanla görüşüb 7.000 manat pulu ona vermişdir. Dekabr ayının əvvələrində Əspan onun mobil telefonuna zəng vurub Elmanın məhkəmə zalından buraxılma məsələsinin həll olunduğunu, bunun üçün yenə də işə baxılan məhkəməyə 8.000 manat pul verilməli olduğunu bildirmişdir. Həmin vaxtı evdə cəmisi 5.000 manat pulları qalmışdır. Bu səbəbdən də oğlu Mehman əmisi İlyasdan atasının işinin həll edilməsi üçün 3.000 manat borc götürmüşdür. Həmin gün Mehman Əspanın yaşadığı Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən mənzilinə getmiş, Əspanın yaşadığı mənzildə 8.000 manat pulu ona vermişdir. Mehman Əspana artıq pullarının qurtardığını, borca düşdüklərini deyərək bu məsələnin nə vaxt həllini tapacağını soruşmuş, Əspan məhkəmədə Elmanın cinayət işi ilə əlaqədar prosesin yekunlaşdığını, həmin pulu da hakimə verdikdən bir müddət sonra Elmanın məhkəmə zalından buraxılacağını bildirmişdir. xx.xx.2020-ci il tarixdə məhkəminin hökmü ilə X43 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onlar qardaşı Əspan tərəfindən aldadıldıqlarını başa düşüb ona verdikləri 43.000 manat pulu geri qaytarmasını istəmişlər. İlk əvvəllər Əspan müxtəlif bəhanələr gətirməyə başlamışdır. Sonra isə onlardan aldığı pulları Əlibala adlı şəxsə verdiyini bildirmişdir. Sonra Əspan onlara demişdir ki, Əlibalanın dostu Ədalət adlı şəxs Baş prokurorluqda atanın işinə köməklik edəcək şəxsin qəbuluna onu və qaynı İlyası yazdıracaq. Bir neçə gün sonra Ədalət qaynı İlyasla Semaşko xəstəxanasının yaxınlığında görüşüb onun şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Həmin vaxtı Ədalət İlyasa demişdir ki, onu Baş prokurorluqda Elmanın işinə kömək edən vəzifəli şəxsin qəbuluna salacaq. X36 mobil telefonuna zəng vurub onlarla görüşmək istədiyini demişdir. Oğlanları Nurlan, Mehman, qaynı İlyas və oğlu Şahsuvarla Bakı şəhərindəki Nərimanov rayonundakı Elit ticarət mərkəzinin yaxınlığındakı çayxanada görüşmüşlər. Ədalət orada onlara demişdir ki, əgər onlar verdiyi pulu tələb etsələr, sonra Elmanın işinə heç bir köməklik etmək mümkün olmayacaq. Onlar bir qədər gözləsinlər. Onların Baş Prokurorluqda işləyən tanışı atasının işinə köməklik edəcək. Oğlanları və qaynı İlyas Ədalətdən onları Əlibala ilə tanış etməsini tələb etdikdə Ədalət onlara Əlibalanın yüksək vəzifədə işlədiyini, ona görə də onlarla görüşə bilməyəcəyini demişdir. Ədalət onlara gözləməsini, Elmanın işinin apellyasiya məhkəməsi vasitəsi ilə həll olunacağını demişdir. Bir neçə gündən sonra Əspan 7.000 manat pulu oğlu Yusifin vasitəsi ilə Mehmana göndərmişdir. Əspan onlara demişdir ki, onlara köməklik etmək məqsədi ilə avtomobilini satıb 7.000 manat pulunu onlara vermişdir. Bundan sonra onlar Əspandan tələb etmişlər ki, onları həmin Əlibala adlı şəxslə görüşdürsün. Əspan Nurlanı, Mehmanı və bacısı oğlu Elbrusu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə aparıb Əlibala adlı şəxslə görüşdürmüş, həmin vaxtı Əlibalanın yanında onun tanışı Ədalət də olmuşdur. X14 verdikləri pulun ona verilib verilmədiyini soruşmuş, Əlibala onlara demişdir ki, verdikləri pulun hamısı ona verilib. Oğlanları Əlibaladan nə səbəbə Elmanın işinin alınmadığını soruşmuş, Əlibala onlara demişdir ki, o, bu işin düzəlməsi üçün çalışsa da Elmanın işi alınmamışdır. Ona görə onların pullarını öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir neçə gündən sonra Əspan Əlibalanın şəxsiyyət vəsiqəsinin surətini gətirib onlara verib demişdir ki, Əlibala öz xətti ilə həmin şəxsiyyət vəsiqəsinin arxasında Əspandan 43.000 manat pul aldığını, həmin pulu xx.xx.2020-ci il tarixdə qaytaracağını qeyd etmiş o, və Əlibala həmin vəsiqəyə imza etmişlər. Ona görə də təqsirləndirilən şəxsin ən ağır formada cəzalandırılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid8 və Şahid9 Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə vermişlər. Apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Əlibalanı tanıyır. Adilə bacısıdır. 20 il onunla yaşayıb. Bacısı yalan ifadə verib. Mühasib işləyirdi. Bacısının yoldaşının tutulduğunu bilirdi. Bir gün zəng edərək onu Bakı Ağır Cinayətlər Məhkəməsinə çağırmışdır. O, da getmişdir. Bacısı demişdir ki, vəkili var. Demişdir ki, prokuror razılıq vermir və ona kömək etsin. O, da Səyyara zəng eləmişdir. Ona demişdir ki, kömək lazımdır. O, həmin günü zəng etmişdir ki, “ittiham aktını gətir baxaq və bir söz deyək”. 2 gündən sonra Cavid parkına gəlmiş və Əlibalanı onunla tanış etmişdir. Əlibala demişdir ki, “danışmışam kömək edəcəm. Bunlar 20.000 manat istədilər”. O, demişdir ki, bir az aşağı etsin. Demişdir və 18.000 manata razılaşmışlar. O, Adiləyə zəng edib demiş, Adilə razılaşmışdır. Adilə 18.000 manatı ona Cavid parkında Səyyarın yanında vermişdir. O, da Səyyarın yanında həmin pulu Əlibalaya vermişdir. Cavid Parkında pulu Əlibalaya verəndən sonra hamı dağılışmış və hərə öz işinin dalınca getmişdir. Bir həftə sonra bacısı onu yenə zənglə Ağır Cinayətlər Məhkəməsinə çağırmışdır. O, da getmişdir. Adilə ona demişdir ki, vəkili hakimlə dil tapa bilmir. Ondan xahiş eləmişdir ki, hakimlə də danışılsın. O, bunlarla yenidən əlaqə saxlayanda 25.000 manat pul istəmişlər. Bacısına demişdir və bacısı bu məbləğlə razılaşmışdır. Bacısı 25.000 manat pulu 2 hissəyə ona vermişdir. O, da X31 ilə görüşüb 25.000 manat pulu ona vermişdir. Əlibala demişdir ki, “narahat olma iş yüz faiz həll olunub”. O, da arxayın qayıtmışdır. Əlaqə saxlayanda demişdir ki, hər şey yaxşıdır. Demişlər ki, 3 ya da 5 il iş kəsiləcək. 23 məhkəmə iclası olmuşdur. Bir gün Adilə ona zəng edib demişdir ki, 11 il iş kəsildi. Ürəyi pis olmuş və əsəbləşmişdir. O, Səyyar və Əlibala ilə görüşmüşdür. Görmüşdür ki, fırladırlar. O, Əlibaladan Yasamal rayon prokurorluğuna müraciət etmişdir. Əlibaladan qol kağızı almışdır. Şikayət edəndən sonra öyrənmişdir ki, Əlibalanın atasının adına olmaqla çayxanası var. O, sənədlərə baxmış, qərara gəlmişdir ki, çayxananı özəlləşdirər, kredit götürülər. Lakin Adilənin vəziyyəti lap pisləşmiş, ona görə də Adiləyə pul qaytarmağa başlamışdır. 43.000 manat Əlibaladadır. 15.300 manatı Əlibaladan alıb Adiləyə vermişdir. 7.000 manat, 6.000 manat, 15.000 manat öz pulunu vermişdir. Əvəzində Əlibaladan çayxananı götürmüşdür. Adiləyə 5-6 min manat borc qalıb. Şahid2 suallara cavab olaraq göstərdi ki, onun pulu qaytarmağının səbəbi odur ki, Adilə onu məhkəməyə verib və ona deyir ki, “səni tanıyıram”. Ona görə təxminən 35- 38.000 manat pulu Adiləyə qaytarmışdır. Öz evlərində vermişdir. Verdiyi pulun əvəzində çayxananı götürmüşdür. Öz adına sənədləşdirmə mərhələsindədir. 6-7 min Adiləyə borcu qalıb. Əlibalanın ona 30 min borcu qalıb. Əvəzində çayxananı verib. Adilədən 18.000 pulu alanda pulu Səyyarın dostu Əlibalaya verməyini Adiləyə demişdir. Adilə demişdir ki, ancaq onu tanıyır. Ona görə Pulu ondan tələb edir. Pulu tam verə bilmədiyinə görə çayxananı əvəzində götürüb. Ona görə notarial ərizə vermişdir ki, Əlibaladan şikayəti yoxdur. Səyyarı tanıyır. Sistemdə işləmiş adam idi. Əlibalanı tanımırdı. Səyyar tanıyırdı onu. Əlibala demişdiri ki, prokuror razı salındı. Əlibala demişdir ki, hakimə pul veriləcək. Apellyasiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs2 ifadə verək göstərdi ki, oğlu həbs olunmuşdur. Türmədə olub. 2-3 il əvvəl oğlunun işi Ali Məhkəmədə olub. Kəndçisi Şahid7 vasitəsilə Elsevəri tanımışdır. Xamis demişdir ki, bu yoldaşlar Elsevər və Əlibala hörmətli yoldaşlardı. Əlibala ilə Bakıda görüşmüş və tanış olmuşdur. Əlibalaya və Elsevərə kürəkəni Maqsud vasitəsilə 8.000 manat pul vermişdir. Pulu kürəkənindən Elsevər və Əlibala istəmişdi. Zərərçəkmiş şəxs2 suallara cavab verərək göstərdi ki, Xamis, Maqsud, Elsevər, Əlibala və o, Bakıda görüşmüşlər. Oğlunun həbsdən azad olmağı ilə bağlı söhbət etmişlər. Pul məsələsi elə bil sonra müzakirə olunub. Demişlər ki, kömək edəcəklər. Məbləğ deməmişlər. Elsevər və Əlibala hər ikisi demişdir ki, “nəyə gücün çatar verərsən”. Şikayətindən sonra Elsevər demişdir ki, pulu o, qaytaracaq. Elsevər Kürəkəninə zəng eləmiş və pul istəmişdir. Demişdir ki, “5-10 min nə varsa gətirin, adam tapmışam işi həll eləməyə”. Kürəkəni hər ikisinə vermişdir pulu. Maqsud kənddədir. 5-6 ay keçdi amma nəticəsi olmadı. Elsevərlə əsas daışırdım. Əlibala ilə az-az danışırdı. Onda arxayınçılıq yaradırdılar. Gördü ki, fırladırlar və şikayət etmişdir. 8.000 manat vermişlər. 6.500 manatı Elsevər qaytarıb. Hər biri 250 manat pulu poçtla göndərdi. 1.000 qaytarmadılar. Elsevərdən şikayətçidir. Əlibaladan qaytarılmayan pulunu istəyir. 1.000 və 7.000 manat pul vermişlər. 1.000 manatı Elsevərə poçtla göndərib. Elsevər 1.000 manat istəyib. Hər ikisi 7.000 manatı ondan istəmişdir. Guya oğlunun azadlığa çıxarılması üçün pulu istəmişlər. İki dəfə görüşmüşlər. Birinci görüş pulu verənə qədər olub. İkinci görüş pulu verəndən sonra olub. İbtidai istintaq zamanı ifadəsində göstərilənlər olub. Həmin arayışın ksereopyasını istəmiş, amma verməmişlər. Arayışda möhür, imza peçat yox idi. O, Əlixanla noyabrda görüşmüşüb. Görüşənə kimi Əlixan onnan əlaqə saxlamamışdır. Arayış məsələsi olmayıb. Müddətin bərpası məsələsi ilə bağlı qərar göstərmişdir. Ali Məhkəmə məsələsi olmayıb. Xətaidə görüşmüşlər. Xamisin vasitəsilə Elsevərlə tanış olmuşdur. İki dəfə Əlibala ilə Bakıda görüşmüşdür. 1.000 manatı göndərəndə Əlibalanı tanımırdı. Kürəkəni demişdir ki, iki nəfərdi onlara verəcək pulu. Ad bilmirdi. Sonradan adının Əlibala olduğunu bildi. Elsevərlə danışırdı. Əlibala ilə alınmayanda telefonla danışmışdır. Yaşlıdır, bəzi şeyləri unudur, düz deməyə bilər. Elsevər pulun çox hissəsini qaytarıb. Əlibala ilə gec-gec danışırdı. İkisi onun üçün eynidir. Oktyabrın 26-da çayxanada görüşmüşdür Əlibala ilə. 1.000 manatı poçtla göndərəndən 1 həftə sonra zəng elədilər ki, “qalan nə topalamısızsa pulu gətirin”. Pulu Xamis və Maqsud gətirib, o, yox. 7.000 pulu verənə kimi Əlibalanı tanımırdı. Danışıqları Xamis və kürəkəni Maqsud aparıb. Əlibaladan şikayətçidir. Apellyasiya məhkəməsinin iclasında Şahid1 ifadəsində göstərdi ki, əvvəlki verdiyi ifadəni təsdiq edir. 2019-cu ildə qaynı tutulmuşdur. Fazil onu Elseverlə tanış etmişdir. Elsevər demişdir ki, kömək edəcək. Bir həftə danışmışlar. 1.000 manat istəmişdir. Poçtla Elsevərə 1.000 manat göndərmişdir. Sonra qalan pulu istəmişdir. Ali Məhkəmənin yanında görüşmüşlər. 7.000 manatı Elsevərə vermişdir. Elsevər demişdir ki, “ver pulu Əlibalaya”. Elsevər demişdir ki, Əlibala Ali Məhkəmənin işçisidir. Şahid1 suallara cavab olaraq göstərdi ki, Şahid7 var, Mingəçevirdə yaşayır, kənddə qonşudurlar. Fazillə onları Xamis tanış eləmişdir. Elsevər demişdir ki, Əlibalanın adamı var. Bilmir kimə pulu verəcəklər. Pulu verəndə maşında Əlibalaya vermişdir. Qaynatasının qanpulusu idi. Elsevər və Xamis çöldə idi. 2-3 il cəza müddəti azalmalı idi. Pulun verilməsində məqsəd bu idi. Əlibalaya pul verməyi bilmirdilər. Pulu verənə kimi Əlibalanı görməmişdilər. Qaynatası da bilmirdi və tanımırdı. Əlibalanı pulu verəndə görmüşlər. Elsevərlə dəfələrlə danışmışdır. Əlibala demişdir ki, “narahat olmayın, kömək edəcəm”. Elsevər onları aldatdı. Elsevər pulu qaytarıb. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində Şahid1 Şıxməmməd oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Apellyasiya məhkəməsinin iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, birinci instansiyada verdiyi ifadəni təsdiq edir. Əlibaladan şikayətçi deyil. Zərərçəkmiş şəxs5 suallara cavab olaraq göstərdi ki, bilsəydi verdiyi pul Əlibalaya çatacaq heç verməzdi. Pulun bir hissəsini Məhyəddin və bir hissəsini Əlibala qaytarıb. Dostunun qızının kəsiri var idi. Ona görə pul vermişdi. Pulu Məhyəddinə vermişdir. Heç birindən şikayət etməmişdir. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Dövlət Universitetinin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsində mühəndis vəzifəsində işləyir. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs 1992-1997-ci illərdə tələbə olduğu dövrdə tanımış, Bakı şəhər sakini Zərərçəkmiş şəxs4 isə təxminən 10 ilə yaxındır ki, tanıyır, onlarla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. Əlibala ilə 2020-ci ilin aprel ayında Bakı şəhəri Yasamal rayonu BDU-nin yanındakı Milli Elmlər Akademiyasının mərkəzi kitabxanasının yanında görüşdükdə, yenidən tanımış, Əlibala ona universitet illərini xatırladanda, həmin vaxtdan tanıdığını bilmişdir. 2019-cu ilin dekabr ayının axırlarında o, tanışı Məhyəddinlə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkında görüşmüşlər, söhbət zamanı Məhyəddin ona demişdir ki, “bacım oğlu Əli Əsgərli BDU-nin Kimya fakültəsində oxuyur, imtahan kəsləri vardır, həmin kəsləri düzəltməkdə, mənə kömək edə bilərsən?” O, da Məhyəddinə demişdir ki, “hazırda imtahanlar başqa sistemlə həyata keçirilir, rəhbərlik də dəyişilib, imtahanlardakı kəsirləri həll etmək olmur, yalnız savadla test imtahanı verdikdən sonra, imtahandan keçirsən, həm də imtahanlarda tələbənin adı yazılmır, şifrələr olur, imtahanın nəticələrini yoxlayan məllimlər hansı tələbənin nəticələrini yoxladıqlarını bilmirlər”. 2020-ci ilin yanvar ayının axırlarında o, tanışı Məhyəddinlə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkında görüşmüşlər, söhbət zamanı o, Məhyəddindən bacısı oğlunun məsələsini həll edibetməməsini soruşmuşdur. Məhyəddin də ona demişdir ki, “mənim bir tanışım var, həll elədim, kənardan bir nəfər tanış var, ona 3.000 manat pul verdim, o, bacım oğlunun kəsilərini yazacaq”. O, da Məhyəddinə demişdir ki, “əgər həll edə bilərsənsə, mənim də bir dostumun bacısı qızı var, hüquq fakültəsində oxuyur, kəsləri var, tanışından soruş gör həmin kəsirləri həll edə bilərsə, mənə de, mən də hazırlığımı görüm”. Məhyəddin də ona demişdir ki, “mən həmin şəxsdən soruşuram, düzəldə bilərsə, sənə xəbər edərəm”. Səhərisi, Məhyəddin ona zəng vurmuş və demişdir ki, “mən tanışımla danışdım, o, mənə dediyin tələbənin kəsirlərini düzəldə biləcəyini bildirdi, əvəzində də 10.000 manat pul istəyir”. O, da Məhyəddinə demişdir ki, “bu barədə mənim müstəqil qərar vermək ixtiyarım yoxdu, qoy Xəqaniyə zəng vurum, ona bu barədə danışım, sizi görüşdürüm, istəsə, Xəqani özü sənə pulu verər, səndə tanışın vasitəsilə bu məsələni həll edərsən”. O, da tanışı Xəqaniyə zəng vurmuş və ona demişdir ki, “bir tanışım var, bacısı oğlunun imtahan kəsirlərini həll edib, sən məndən neçə vaxtdır ki, bacın qızının kəsirlərini həll etməyimi xahiş edirsən, mən isə edə bilmirdim, lakin bu tanışım deyəsən həll edə bilir, istəyirsənsə gəl, onunla səni görüşdürüm”. Bir müddət sonra, yəni 2020-ci ilin yanvar ayının axırlarında günorta saatlarında Xəqani Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkına gəlmiş, Məhyəddin də onun yanında olmuş, Xəqani Məhyəddinlə görüşmüşdür. Söhbət zamanı o, Xəqaniyə demişdir ki, “bu adamdır, bacısı oğlunun kəsirlərini tanışı vasitəsilə düzəldir, istəyirsənsə, ətraflı danış, gör həll edə bilərsə, razılaşarsan”. Xəqani də Məhyəddinlə onun yanında bacısı qızının kəsirləri barədə danışmış, aralarında razılaşmışlar. Məhyəddin Xəqaniyə demişdir ki, “belə bir tanışım var, o, mənə dedi ki, bacınız qızının kəsirlərini həll etməyə 10.000 manat pul istəyir”. Xəqani də Məhyəddinə demişdir ki, “mənim üzərimdə bu məbləğdə pul yoxdur, Tofiq məllimə çatdıraram, o, səninlə görüşər”. Sonra onlar ayrılmışlar, Məhyəddin gedəndən sonra, Xəqani ona demişdir ki, “mənum bu adamdan gözüm su içmir, bu bizi aldadar”. O, da Xəqaniyə demişdir ki, “Vallah bu mənə deyir ki, bacısı oğlunun işini həll edib, səni də çağırdım ki, sənin də işini həll etsin”. 2020-ci ilin fevral ayının əvvəllərində, yəni qış sesiyasının qurtarmasına bir neçə gün qalmış Məhyəddin ona zəng vurmuş və demişdir ki, “sesiya qurtarana kimi iş həll olunacaq, xəqani pulu verir ya yox, mənim tanışım onun işini yüz fayiz həll edəcəkdir, sadəcə pulu gözləyir”. O, da Məhyəddinə demişdir ki, “mən yenə də Xəqani ilə danışaram, sənə xəbər edərəm”. Sonra o, Xəqani ilə danışmış, Xəqani ona demişdir ki, “qardaş bağlışla, mənim bu adamlardan gözüm su içmir, bizi aldadarlar, pulumuz ortada batar, mənum bunlara pul vermək fikrim yoxdu”. Sonra o, öz özlüyündə fikirləşmişdir ki, həqiqətən də Məhyəddinin tanışı kəsirləri həll edə bilər, sonra gec olar, qoy özündə olan 10.000 manat pulu Məhyəddinə versin. O, Xəqaninin bacısı qızının kəsir məsələsini həll etsin, sonra iş alınandan sonra Xaqanidən pulunu alar. Lakin o, özündə olan 10.000 manat pulu verməyi ilə əlaqədar Xəqaniyə heç bir söz deməmiş, ondan xəbərsiz 10.000 manat pulu vermək üçün Məhyəddinə zəng vurmuş, onunla Fizikariyaziyyat təmayüllü litseydə yerləşən seçki məntəqəsində görüşmüş, 10.000 manat pulu Məhyəddinə vermiş, ona demişdir ki, “bax məni kiminsə yanında pis vəziyyətdə qoyma, mən xaqanidən pulu alıb sənə verirəm, sonra məni biabır etmə, çalış qızın işini həll et”. Məhyəddin də ona demişdir ki, “narahat olma, mənim tanışım bu işi həll edər, yüksək səviyyədə, kəslər yazılandan solnra, sənə xəbər edərəm, 2020-ci ilin fevral ayının 18-dək, yəni dərs başlananadək həll olunacaq”. O, da öz növbəsində, Xəqaninin bacısı qızının hansı kəsirləri olması barədə kağızı Məhyəddinə təqdim etmişdir ki, tanışı bilsin qızın hansı fənnlərdən kəsirləri var, həmin kəsirləri həll etsin. Məhyəddinin dediyi müddətdə, yəni qış sesiyasının başa çatdığı tarixdən yeni dərs ilinin başlandığı tarixədək, yəni fevral ayının 18-dək olan müddətdə, o, görmüşdür ki, Xəqaninin bacısı qızının kəsirləri həll edilməmişdir. O, Məhyəddinə işin düzəlməməsi barədə iradını bildirmişdir. Məhyəddin də ona demişdir ki, “mən tanışımla danışaram, sənə xəbər edərəm”. Bir az sonra Məhyəddin ona zəng vurmuş və demişdir ki, “mən tanışımla danışdım, o, mənə dedi ki, bir az problem oldu, 10 gün müddətində həll olunacaq, bütün məsələlər həllini tapacaq”. Sonradan o, yenə də 2020-ci ilin fevral ayının axırlarında kəsirlərin həll olunmadığını görüb yenidən Məhyəddinə zəng vurmuş və ona demişdir ki, «axı nə oldu, sənin tanışın bu məsələni həll etmədi, deyəsən bu bizi aldadır, sən onunla konkret danış, həll edə bilmirsə, pulu qaytarsın”. Məhyəddin də ona demişdir ki, “narahat olma, mən tanışımla konkret danışmışam, yüz fayiz həll olunacaq”. Sonradan o, məsələnin həll olunmayacağını görüb Məhyəddinə demişdir ki, “sənin tanışın kimdir, kim bu məsələni həll edir, səni adın ver, mən araşdırım, görüm kimdir”. Məhyəddin də ona həmin şəxsin adını deməmiş, ona demişdir ki, “narahat olma, məsələ həllini tapacaq”. O, da öz növbəsində dələduzluqla məşqul olan şəxslərin adlarını Məhyəddinə demiş və ondan soruşmuşdur ki, “həmin adamlardı?” Məhyəddin yenə də həmin şəxsin adını ona deməmişdir. Beləcə o, dəfələrlə Məhyəddinə zəng vurub işin nə yerdə olmasını və həll olunub olunmamasını soruşmuşdur, Məhyəddin də ona tanışının işi həll edəcəyini demişdir. Sonra 2020-ci ilin aprel ayının 26da o, fasebook sosial şəbəkəsində olarkən, Əlibala adlı şəxsin şəklini görmüş, şəklini çəkərək Məhyəddinə atmış və ona yazmışdır ki, “bəlkə budur, gör tanıya bilirsən?” Məhyəddin də ona demişdir ki, “hə biridə budur, mən bununla iş görmüşəm”. O, da Məhyəddinə demişdir ki, “bu dələduzdur, sənin pulun getdi, səni bu adam aldatmışdır, pulu da ələ keçirmişdir, mən bu şəxsin dələduzluqla məşqul olmasını və tutulmasını bilirdim”. Məhyəddin də ona demişdir ki, “düz deyirsən, məni də bu şəxslə tanış ediblər, mən də tanımırdım, adı Əlidir”. O, da məhyəddinə demişdir ki, “sən bu adamı yaxşı tanımırsan, onunla iş görürsən, bu adamın adı əlibaladır, neçə dəfə tutulub, sən belə adamnan niyə iş görürsən”. Məhyəddin də ona demişdir ki, “istəyirsənsə, gəl görüşək, sənin yanında mən bu adama zəng vurum, özüm də bu adamla danış və işin nə səbəbə həll olunmamasını soruş”. Bir-iki gün sonra o, Məhyəddinlə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkında görüşmüşdür. Görüş zamanı Məhyəddin Əlibalaya zəng vurmuş və ona demişdir ki, “Tofiq yanımdadır, mənə inanmır, verdiyi pulunu istəyir”. Sonra məhyəddin Əlibalaya demişdir ki, “mən telefonu Tofiqə verirəm, özün ona de”. Sonra Məhyəddin telefonu ona vermiş, o, Əlibala ilə danışan zaman ona demişdir ki, “mən sənə pul verməmişəm, səni tanımıram, mən pulumu Məhyəddindən alaram”. Əlibala da ona demişdir ki, “narahat olma, iş düzələcək, düzəlməsə mən sənin pulunu verəcəyəm”. Bundan sonra da o, dəfələrlə Məhyəddindən verdiyi pulunu geri istəmişdir. Məhyəddin də ona demişdir ki, “narahat olma, səni Əlibala ilə görüşdürərəm, özün də ona deyərsən”. 2020-ci ilin may ayının əvvəllərində Məhyəddin ona demişdir ki, “mən Əlibala ilə danışmışam, günorta saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEAnın parkına gələcək, orada birlikdə onunla görüşərik”. O, da Məhyəddinlə razılaşmış, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkında olarkən, Məhyəddin Əlibala ilə gəlmiş, onunla görüşmüşlər. Söhbət zamanı o, Əlibalaya demişdir ki, “bu iş düzələn deyil, pulu qaytar, lazım deyil, ikincidəki, bu məsələ belə yolla həll oluna bilməz, sən necə həll edirsən”. Əlibala da ona demişdir ki, “mənim nazirlikdə adamım var, mən onun vasitəsilə bu məsələni həll edirəm”. O, da Əlibalaya demişdir ki, “sən o adamın adını mənə ver, görüm o həll etmək imkanı var, yoxsa yox”. Əlibala da ona demişdir ki, “mən həmin adamın adını sənə verə bilmərəm, narahat olma, həmin şəxs adının hallanmasını istəmir, ancaq sənin məsələni həll edəcəyəm, səbr elə, mənə iyun ayının 01-dək vaxt ver, mən sənin məsələni həll edəcəyəm, olmasa pulunu qaytaracağam”. O, da Əlibalaya demişdir ki, “bu yalan söhbətdir, mən heç səni tanımıram, mən Məhyəddinə pulu vermişəm, ondan da alaram, sən bilərsən Məhyəddinlə, necə razılaşarsan”. Bir müddət sonra Məhyəddin sevinə-sevinə onun yanına gəmiş, ona işin həll olunacağını demişdir. O, da Məhyəddinə demişdir ki, “sən hələdə Əlibalaya inanırsan, o iş həll edən deyil, danış pulu al ondan”. Həmin söhbətdən də iki ay keçmiş, yenə də məsələ həllini tapmamışdır. O, sonra Xəqani ilə görüşmüş, ona demişdir ki, “mən bacın qızının işinə görə tanışım Məhyəddinə 10.000 manat pul vermişəm, o, da Əlibala adlı tanışına vermişdir, lakin hələ də kəsir məsələsini həll edə bilməmişdir, indi də pulumu ala bilmirəm, mənə kömək et”. Xəqani də ona demişdir ki, “pulu kimə vermisənsə, gedək onunla görüşək, görək nə məsələdir”. O, Xəqani ilə Məhyəddinin yaşadığı binanın həyətinə getmiş, Məhyəddinə zəng vurmuş, Məhyəddin həyətə düşmüşdür. Onun yanında Xəqani və Xəqaninin tanışı olmuşdur. Həmin vaxt Xəqani Məhyəddinə demişdir ki, “işi düzəltmək lazım deyil, nə qədər pul verilibsə sənə, həmin pulu qəpiyinə qədər qaytarmalısan”. Məhyəddin də ona demişdir ki, “pulu mən Əlibalaya vermişəm, heç bir qazancım da olmamışdır, hamısını Əlibalaya vermişəm, ondan istəyirəm, deyir ki, qaytaracağam”. Həmin vaxt da Məhyəddin Əlibalaya zəng vurmuş və Əlibala cavab verəndən sonra, Məhyəddin Əlibalaya demişdir ki, “buraya pulunun arxasınca gəliblər, verirəm telefonu özün danış”. Məhyəddin telefonu Xəqaniyə vermiş, Xəqani Əlibalaya demişdir ki, “Məhyəddin sənə nə qədər pul veribsə, həmin pulu qaytar, lazım deyil”. Əlibala da Xəqaniyə demişdir ki, “narahat olma, ya işi həll edəcəyəm, həll edə bilməsəm də, pulu qaytaracağam”. X39 ilə razılaşmış, sonra isə biz Məhyəddinlə sağollaşıb getmişlər. 2020-ci ilin avqust ayınadək bu məsələ belədə qalmış, həllini tapmamış, avqust ayında eşitmişdir ki, Əlibalanı başqa bir şəxsi aldatdığına görə Yasamal rayon Polis İdarəsi tərəfindən tutmuşlar. Bundan sonra da o Məhyəddinə demişdir ki, “mən Əlibalanı tanımıram, mənim pulumu qaytar, yoxs mən də şikayət edəcəyəm”. O, pulu Məhyəddinə verərkən onların yanlarında heç kim olmamış, həmçinin Məhyəddinin pulu Əlibalaya verərkən, onların yanında kimin olmasını deyə bilməmişdir. O, Əlibalanın başqa şəxsləri aldatmasını və pulunu ələ keçirməsini eşitmişdir. O, Məhyəddinə ifadəsində qeyd etdiyi puldan başqa hər hansı bir məbləğdə pulu verməmiş, eşitdiyinə görə Məhyəddin də Əlibalaya 3.000 manat pul vermişdir. Onunla Əlibala arasında əvvəlcədən hər hansı bir razılaşma olmamış, Məhyəddinlə Əlibala arasında hər hansı bir razılaşmanın olmasını və ya Əlibalanın aldığı puldan Məhyəddinə hər hansı bir məbləğdə pul verməsini deyə bilmir. Ona dəyən ziyan tam ödənildiyindən şikayət və tələbi yoxdur. O, Əlibalaya birbaşa pul verməyib. Apellyasiya məhkəməsinin iclasında Şahid10 ifadəsində göstərdi ki, onun tanışı Fazil adlı şəxs bildirmişdir ki, bir tanış vardır, onların problemi var kömək lazımdır. O, da Fazilə demişdir ki, “mənim belə işlərdən başım çıxmır, Əlibala adlı sinif yoldaşım var, özü də hüquqşünasdır, istəyirsənsə, danışım”. Fazil də razılıq vermişdir. O, da Əlibayla danışmış, Əlibala da razılıq vermişdir. Daha sonra onlar Xətai metrostansiyasının yaxınlığında görüşüblər. Maşında da Əlixanın kürəkəni də orda idi. O, amma onu tanımırdı. Səhv etmirsə Əlibalaya 6.800 manat pul verildi. Fazil dedi ki, “poçt vasitəsi ilə mənə 1.000 manat göndərəcəklər”. O, pul Fazilə çatmalı pul idi. Həmin pul çıxarılıb Fazilə verildi. Əlixanın kürəkəni də Əlibalaya 6.800 manat pul vermişdir. Ona da 600 manat ya da 800 manat pul verilmişdir. Bunu da Əlibala vermişdir. Təxminən ay yarım sonra, Fazil ona zəng etdi ki, həmin iş alınmayıb, iş qüvvədə qalıb. O, da Əlibalaya zəng edərək məsələnin həll olunmadığını demişdir. Bu hadisədən sonra o, Fazillə problemlər yaşamağa başlamışdır. O, Fazillə Əlibalanı üzbəüz qoymaq istəməmişdir. Daha sonra Əlibala puldan qaytarmağa başlamışdır. Həftədə 300, 500 manat qaytarırdı. O, da Əlibala qaytardıqca Fazilə verirdi. Fazildə özündə qeyd edirdi. Əlibalada da olan pul hardasa 6.000 manata yaxın pul idi. Əlibala pulu qaytarırdı ta ki, 1.500 manatı qalana qədər. Daha sonr ona heç Fazil də zəng etmədi. Düşünmüşdür ki, məsələ həll olub. Bir müddət sonra isə Yasamalın müstəntiqi Pərviz ona zəng etdi ki, bura gəlməlisən. O, da müstəntiqin yanına getmişdir. Ona demişdir ki, pul qaytarılmayıb, şikayət var. Onların da Fazillə əlaqələri bu məsələdən sonra demək olar ki, pisləşmişdir. O, da Fazili axtarmağa başlamışdır. O, da çox yaşlı adam idi. Netçilər ərazisində yaşayırdı. Boks üzrə müəllim idi. Ona dedilər ki, Fazil koronavirusdan dünyasın dəyişib. O, təxminən 2-3 ay xəbər almamışdır. Düşünmüşdür ki, məsələ həll olub. Fazil də dünyasını dəyişəndən sonra bu pul məsələsi üstündə qaldı. Sonra müstəntiq Pərviz ona demişdir ki, “6.500 manat pulu zərərçəkmiş şəxs səndən tələb edir”. Demişdir ki, “6.500 manat pulu ödəməlisən”. O, da Pərvizə demişdir ki, əlində Fazilin pulları almağı barədə sənədlər var. Heç bir borc yoxdur. Müstəntiq ona demişdir ki, “arada sənsən sən ödəməlisən”. O, da pulu birtəhər tapmış, poçta gəlib Əlixanın kəndlərindəki poçt adresinə 6.500 manatı göndərmişdir. Həmin qəbz hazırda üstündə də var. Həmin günü də ordan teleqram vurmuşdur ki, “mənə dəymiş ziyan ödənilib”. Əlibalaya pulu qaytardığını da deməmişdir. Bu söhbət bir müddət sakitləşəndən sonra Xətai RPİ-nin 35-ci PB-nin rəisi onu idarəyə dəvət etmişdir. Bu hadisə keçən il olmuşdur. Ona deyildi ki, müstəntiqin yanına getməlisən. O, da müstəntiqin yanına getmiş, olan hadisələri demiş və əlavə olaraq demişdir ki, heç bir borc yoxdur, teleqram da vurulmuşdur. Ona demişdir ki, işi yenidən bura göndəriblər. Müstəntiqin yanına vaxtaşırı gedib gəlmişdir. Müstəntiq ondan soruşmuşdur ki, “sənin Əlixana borcun var?”. O, da demişdir ki, heç bir boru yoxdur. Daha sonra müstəntiq Əlixanla əlaqə saxlayaraq onun Əlixana borcunun olub olmadığını soruşmuşdur. Əlixan da heç bir borcun olmadığını demişdir. Əlixanı Bakıya çağırmışlarki, gəlib ərizə yazsın ki, onun Əlixana heç bir borcu yoxdur. Amma Əlixan Bakıya gəlməkdən əvvəlcə imtina etmiş, 10-15 gün sonra gəlmişdir. Gəlib ərizəni idarənin rəisinin adına yazmışdır ki, ona qarşı heç bir borcu yoxdur. Əlixan demişdir ki, ortada 1.500 manat pul qalıb. Əlibalanın da maddi vəziyyəti yaxşı deyildi. Buna görə də o, Əlixana demişdir ki, “gücüm çatan qədər ödəyərəm”. Çünki özü kirayədə qalır, himayəsində də iki azyaşlı uşaqları var. Olsa idi, Əlibalanın borcunu bağlayardı, çünki dostudur. Beləliklə ilk ay 100 manat, ikinci ay 100 manat göndərməyə başlamışdır. Əlibala özü də ya 200, ya da 250 manat göndərmişdi. Bunu da məhkəmədə olanda öyrənib. Cəmi 500-600 manat ödənilmişdi. O, Əlixanı da tanımamışdır. Onun səhhətində problem olduğuna görə teleqram vurmuşdur məhkəməyə. Çünki ayaqlarında problem var. Şahid10 suallara cavab olaraq göstərdi ki, Fazil adlı şəxs Qubadlıdan idi. 2015-2016cı ildə təsadüfən tanışlıqları olmuşdur. Təxminən 3-4 ildir tanıyımışdır. Neftçilər ərazisində tez-tez görüşmüşlər. Fazil ona demişdir ki, tanışı var, onların problemi var. Problem o idi ki, Əlixanın oğlunun Ali məhkəmədə cinayət işi var idi. Ona kömək lazım idi. Əlibala hüquqşünasdır, elə onların yanında Əlibalaya zəng edib vəziyyəti izah etmişdir. Əlibala da demişdir ki, kömək edə biləcək tanışı var. Ona əvvəllər bu tipli müraciətlər olmayıb. Əlibaladan sadəcə dost kimi soruşmuşdur ki, köməklik edə bilər ya yox. Əlibala da 2 gün sonra kömək edə bilər deyib. Əlibala Əlixanın oğlunun işini yüngülləşdirəcəkdi, amma prosesi tam dərindən bilmir. Əlibala ilə Fazlin kürəkəni və kürəkəninin dostu danışıb. O, Əlibala ilə telefonda danışa-danışa onlar da eşitmişdir. Əlibala sonra onu yığanda onlar da eşitmişlər. Əlibala demişdir ki, məhkəmə olmamışdan 5-6 gün qabaq onlar Bakıda olsunlar. Onlar da Bakıya gəlmişlər. O, maşında oturmuşdu, amma o,düşmüş, Əlixanın kürəkəni maşına oturmuş 5-10 dəqiqə maşında Əlibala ilə söhbət etmişlər. O, danışıqda iştirak etməmişdir. Əlixanın kürəkənin adı Maksuddur. Fazil o zaman yox idi. Maksud gəlmiş, sonra elə Fazil ona zəng etmişdir ki, necə oldu? O, da demişdir gəldilər, görüşdülər və razılığa gəliblər. Kömək edilməklə bağlı razılıq olub. Amma dəqiqiliklə bilmirəm necə kömək idi. Əlibala sizə qarşılığında ona demişdir ki, işi düzəldib, ona 800 manat verəcək. Əlibalanın işin düzəlməsi ilə bağlı kiminlə danışmasını soruşmamışdır. Sadəcə bilmişdir ki, həll edib. Amma ay yarım sonra bilmişdir ki, alınmayıb. Əlibala söz vermişdi ki, kömək edəcəkdi. O, bu işdən 4 ay aralı durmuşdur. Elə bilmişdir ki, prosess həll olunub. O, 2020-ci ilin mart ayında bilmişdir ki, problem olub, iş düzəlməyib. Maksud Əlibalanı tanımayıb. Əlibalanı ayın 4-ü Bakıya gələndə tanıyıb. Əlixanın pulu olub. Fazil də telefonla danışanda deyib ki, “tanışım Elsevər var, onun tanışı var, kömək edəcək”. Fazil ona etibar edib, o, da Əlibalaya etibar etmişdir. Əlixandan 1.000 manatı avqust ayının sonunda alıb. O, Əlibala ilə dost olmuşlar, aldatmaq olmayıb. İndiyə qədər də soruşmamışdır ki, niyə alınmayıb. Onun bu məsələdən Fazillə münasibətləri pisləşmişdi. Fazil Əlibalanı tanımırdı. O, söz vermişdi. Maksud və Xamisə Fazil söz vermişdi. Fazilə 4.000 manat neçəsə qaytarıb. Hissə-hissə qaytarıb. Aldığı pula görə cəhdlər etdi ki, alınsın. Alınmayandan sonra qaytarmışdır. Yəqin ki ehtiyacları olub deyə xərcləyib. Şahid10 pul qaytardığını bilmir. Araları olmayıb. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs 2018-ci ilin sentyabr ayından etibarən tanıyırmış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. Onun qardaşı oğlu Rusiya Federasiyası Dağıstan Respublikasında universitetlərin birində iqtisadiyyat fakültəsində təhsil almış, atasız uşaq olduğundan onun himayəsində yaşayırmışdır. O, onun hər bir maddi xərclərini çəkirmiş, həm də ona görə narahat olurmuş ki, atasız uşaqdı, xarici dövlətdə oxuyur, istəyirmiş ki, onu Bakı şəhərində yerləşən universitetlərin birinə köçürsün və burada gözünün qabağında təhsil alsın, həm də nəzarət edə bilsin. 2018-ci ilin sentyabr ayında o, Quba rayon hərbi komissarlığında işləmiş, həmin vaxt da istirahət etmək məqsədilə Quba rayonu Qəçreş adlanan yerdə restoranlardan birinə getmiş, orada Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Söhbət zamanı o, Əlibalaya qardaşı oğlunu Bakı şəhərində yerləşən universitetlərin birinə köçürmək istədiyini bildirmişdir. Əlibala da onun bu sözünü dinlədikdən sonra, ona demişdir ki, “mən sənin qardaşın oğlunu Bakı şəhərində yerləşən Kooperasiya Universitetinə köçürə bilərəm, bunun üçün pul lazımdı, mənim təhsil nazirliyində tanışlarım vardır, xahiş edərəm, köçürərik, boş şeydi”. O da Əlibalaya inanmış, ondan bu köçürmənin neçəyə başa gələcəyini soruşmuşdur. Əlibala da ona demişdir ki, “bu köçürmə üçün 18.000 manat pul lazımdır, həmin puldan həm köçürmə üçün nəzərdə tutulmuş rüsumların köçürülməsi, həm də mənim tanışıma hörmət etmək lazımdır, əgər pulu düzəldə bilsən, mən dərhal üçün köçürmə üçün fəaliyyətə başlayacağam”. O, da Əlibalaya üzərində 10.000 manat pul olduğunu, qalan pulu da təxminən bir həftə - on günə ona verə biləcəyini demişdir. Əlibala onunla razılaşmış, ona demişdir ki, “sən 10.000 manat pulu ver, mən rüsumları ödəyim, qalan pulu da sonra verərsən”. O, ilkin olaraq Əlibalayla görüşdüyləri vaxt, ilkin olaraq 10.000 manat pulu vermiş, həmçinin ondan qardaşı oğlunun şəxsiyyət vəsiqəsini və tələbə biletinin surətini istəmiş, o, da Əlibalaya həmin sənədlərin surətini vermişdir. Sonra o, Əlibaladan ayrılmış, Bakı şəhərinə gəlmişdir. Bir müddət sonra Əlibala ona zəng vurmuş və ona demişdir ki, “Bakı şəhərində olduğum vaxt sənin qardaşın oğlunun Bakı şəhərində yerləşən Kooperasiya Universitetinə köçürülməsi üçün maraqlandım, tanışımla görüşdüm, mənə məlum oldu ki, köçürmə mümkün deyil, çünki köçürmə iyul - avqust aylarında mümkündür, hər şey yaxşıdı, sənədləri düzəldirəm, inşallah qardaşın oğlunu köçürəcəyik, sadəcə sən qalan pulu da mənə çatdır, mən burada bəzi adamlara pul verməliyəm ki, işi həll edim”. O, da Əlibalaya demişdir ki, “mən oktyabr ayının əvvəllərində Bakı şəhərinə gələcəyəm, orada görüşərik, bu barədə ətraflı söhbət edərik, həm də mən pulun bir hissəsini sənə verərəm”. Əlibala da onunla razılaşmışdır. 2018-ci ilin sentyabr ayının əvvəllərində o, Bakı şəhərində olduğu müddətdə Əlibalaya zəng vurub görüşmək istədiyini demişdir. O, Əlibala ilə razılaşıb günorta saatlarında Alov zavodunun yanında onunla görüşmüşdür. Görüş zamanı o, Əlibalaya 5.000 manat pul vermiş, pulu verəndən sonra Əlibaladan işlərin nə yerdə olduğunu soruşmuşdur. Əlibala da ona demişdir ki, “hər şey yolundadır, inşallah bəzi tanışlarımla görüşdüm, az qalıb, sən qalan pulu da mənə çatdır”. O, da Əlibalaya qalan pulu yaxın günlərdə çatdıracağını demişdir. Bir müddət sonra Əlibala ona zəng vurmuş, ona demişdir ki, “qalan 3.000 manat pulu da mənə çatdır, mən qardaşın oğlunu Bakı şəhərindəki Kooperasiya Universitetinə köçürmək istəyirəm, mənə deyirlər ki, sən illik təhsil haqqını ödəməlisən, ona görə də pulu mənə təcili çatdır”. O da 2018-ci ilin oktyabr ayının axırlarında o Bakı şəhərində olarkən Kooperasiya Universitetinin qarşısında Əlibala ilə görüşmüş, görüş zaman Əlibalaya 3.000 manat pulu vermişdir. Həmin vaxt Əlibala da ona demişdir ki, “hərəkətdəyəm, mənə dedilər ki, qardaşın oğlu Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsinə köçürülərkən onun illik pulu da köçürülməlidir, ona görə də mən bu 3.000 manat pulu illik köçürməyə sərf edəcəyəm, sonra sənin qardaşın oğlunun sənədləri hazır olacaq, nəticədə onu köçürəcəyik”. 2018-ci ilin noyabr ayında o görmüşdür ki, Əlibaladan xəbər yoxdur, ona görə də Əlibalaya zəng vurmuş və ona uşağın işinin həll olmadığını, evdə narahat olmalarını demişdir. Əlibala da demişdir ki, “gec müraciət etdiyimizdən uşağın köçürmə işi 2019-cu ilin fevral ayına qaldı, həmin vaxt yüz fayiz həll olunacaq, narahat olma”. O, da Əlibalaya inanmış, ona demişdir ki, “səndən şad xəbər gözləyirəm”. 2019-cu ilin fevral ayında o, görmüşdür ki, Əlibaladan xəbər yoxdur, ona zəng vurmuş, ondan uşağın işi həll olunmamasının səbəbini soruşmuşdur. Əlibala da ona demişdir ki, “narahat olma, mən tanışlarımla danışmışam, yay ayında bu məsələ həllini tapacaq, tanışlarım mənə belə dedi, səbrli ol, inşallah alınar”. O, yenə də çarəsiz qalıb Əlibala ilə razılaşmışdır. 2019-cu ilin yay ayında da görmüşdür ki, Əlibaladan xəbər yoxdur, şübhələnmişdir ki, Əlibala onu aldadırmış, ona görə də Əlibalaya zəng vurmuş, ondan işlərin nə yerdə olmasını soruşmuş, Əlibala da əvvəlki kimi ona demişdir ki, “gözləyirəm, mənə xəbər edərlər”. O, artıq Əlibalanın dəfələrlə ona yalan məlumatlar verməsini görüb ona inanmamış, ona demişdir ki, “istəmirəm, sən məni aldadırsan, hər dəfə yalan danışırsan, xahiş edirəm sənə verdiyim pulumu qaytar, qoy qalsın”. Əlibala ona demişdir ki, “narahat olma, sənin pulunu qaytararam”. Bundan sonra o görmüşdür ki, Əlibala ona hər dəfə yalan məlumatlar verirmiş, pulunu nə vaxtsa qaytaracağını demiş, o, da hər dəfə Əlibalaya zəng etmiş verdiyi pulunu ondan istəyirmiş, Əlibala da müxtəlif bəhanələr gətirərək, bu gün sabah pulunu verəcəyini demişdir. Beləcə Əlibala 2020-ci ilin mart ayına qədər ona müxtəlif bəhanələr gətirmiş, pulunu qaytaracağını söz vermiş, amma qaytarmamışdır. 2020-ci ilin mart ayının əvvəllərində Əlibala ona zəng vurmuş və verdiyi puldan 500 manatını qaytarmaq üçün görüşmək istədiyini bildirmişdir. O, da Əlibalaya bank kartını göndərməsini, pulu həmin karta yükləməsini demişdir. Əlibala da eləcə də eləmiş, 500 manat pulu onun göndərdiyi bank kartına yükləmişdir. Sonradan bəhanələr gətirərək onun pulunu ödəməmişdir. 2020-ci ilin may ayında Əlibala yenə də zəng vurmuş və verdiyi puldan 500 manatını qaytarmaq üçün görüşmək istədiyini bildirmişdir. O, da Əlibalaya bank kartını göndərməsini, pulu həmin karta yükləməsini demişdir. Əlibala da eləcə də eləmiş, 1.500 manat pulu onun göndərdiyi bank kartına yükləmiş, lakin hazırki vaxtadək qalan pulu, yəni 16.000 maat pulu ona ödəməmiş, onu aldatmış pulunu ələ keçirmişdir. O, Əlibala barəsində qanuni tədbir görülməsini və ona vurulmuş ziyanın ödənilməsinə köməklik etməyini xahiş edir. O, pulu Əlibalaya vermiş, onun yanında heç kim olmamışdır. O, Əlibalanın başqa şəxsləri aldatmasını və pulunu ələ keçirməsini eşitmişdir. Əlibala ondan 18.000 manat puldan başqa, hər hansı bir məbləğdə pul almamış, həmin pulun da 2.000 manatını ödəmiş, 16.000 manat pulu isə ödəməmişdir. Onunla Əlibala arasında əvvəlcədən hər hansı bir razılaşma olmamışdır, Əlibala aldığı puldan ona hər hansı bir məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur və gələcəkdə də heç bir dövlət orqanları qarşısında iddia qaldırmayacaqdır. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Milli X8 və Qeyri-üzvi Kimya İnstitutunda elmi işçi vəzifəsində işləyir. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs 2020ci ilin yanvar ayından tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. Onun qohumu Əli Əskərli Bakı Dövlət Universitetinin Kimya fakültəsinin 4-cü kurs tələbəsi olmuş, oxuduğu dövrdə kəsiri olmuşdur. Əlinin ailə üzvləri ondan xahiş etmişlər ki, əgər universitetdə tanışın varsa, Əlinin kəsir məsələsini həll etsin. O, da onlara demişdir ki, maraqlanar, əgər tanış adam olsa, xahiş edər. Həmin ərəfə də onun tanışı olan, Bakı Dövlət Universitetində müəllim işləyən Tofiqə bacısı oğlu Əlinin kəsirlərini düzəltməsini xahiş etmiş, lakin Tofiq həll edə bilməyəcəyini ona demişdir. Həmin vaxt, yəni 2020-ci ilin yanvar ayında o, Sumqayıt şəhər sakini Əlibala adlı şəxslə Yasamal rayonu ərazisində, yəni Böyük Firat yeməkxanasının yanında tanışı Valeh vasitəsilə tanış olmuşlar. Valeh Yasamal rayonu 9 saylı seçki məntəqəsinin sədri vəzifəsində işləmişdir. Həmin vaxt söhbət zamanı o, Valehə qohumu Əli Əsgərlinin kəsirinin olması və kömək etmək üçün tanış axtardığını demişdir. Həmin vaxt da Əlibala ona demişdir ki, “tanış mən, nə lazımdır, edərik, uşağın kəsirlərini yazarıq”. Əlibala ona demişdir ki, “mən danışaram, adam tapsam, sənə deyərəm”. Sonradan 2020-ci ilin yanvar ayında yenidən Əlibala ilə görüşmüş, Əlibala ona demişdir ki, “mən adam tapmışam, narahatçılıq yoxdu, sənin qohumunun kəsirlərini həll edəcəyəm, qohumun 2020-ci ilin fevral ayının 18-i dərsə gedəcək, həmin vaxt da bütün kəsləri silinəcək, bunun üçün də 3.500 manat pul lazımdır, həmin pulu da təcili hazırlamalısan”. O, da Əlinin valideynləri ilə danışmış, lakin onlar ona demişlər ki, pulu tez bir müddətdə hazırlaya bilməzlər. Əlibala da onu tələsdirdiyindən, o, özündə olan 3.000 manat pulu götürüb Əlibala ilə zəngləşib, Bakı Dövlət Universitetin yanında görüşmüş, 3.000 manat pulu ona vermiş, qalan 500 manat pulu da verəcəyini bildirmişdir. Əlibala da onunla razılaşmış, 3.000 manat pulu ondan almışdır. 2020-ci ilin yanvar ayının axırlarında o tanışı Tofiqlə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkında görüşmüş, söhbət zamanı Tofiq ondan bacısı oğlunun məsələsini nə etdiyini, düzəldə bilib-bilməməsini soruşmuşdur. O, da Tofiqə demişdir ki, “mənim bir tanışım var, həll elədim, kənardan bir nəfər tanış var, ona 3.000 manat pul verdim, o, bacım oğlunun kəslərini yazacaq”. Tofiq də ona demişdir ki, “əgər həll edə bilərsənsə, mənim də bir dostumun bacısı qızı var, hüquq fakültəsində oxuyur, kəsləri var, tanışından soruş gör həmin kəsirləri həll edə bilərsə, mənə de, mən də hazırlığımı görüm”. O, da Tofiqə həmin şəxsdən soruşub xəbər edəcəyini demişdir. Tofiq də ona demişdir ki, “bu kimdi, sən bu şəxsi necə tanıyırsan, onsuzda imtahanların kəsirlərini düzəltmək çətindi, sənin tanışın həqiqətən həll edə bilər, sonra səni aldatmasınlar”. O, da Tofiqə həmin şəxsin adını deyə bilməyəcəyini demiş, həmin şəxsin işi həll edə biləcəyini demişdir. O, Əlibalaya zəng vurmuş Tofiqin BDU-nın hüquq fakültəsində oxuyan qohumunun kəsirlərinin olmasını deyib, düzəldə biləcəyini soruşmuşdur. Əlibala ona demişdir ki, “boş şeydi, mən həll edərəm, mən tanışımla danışıb sənə deyərəm, bunun üçün hörmət etmək lazımdır, pul lazımdır”. Səhərisi, Əlibala ona zəng vurmuş və ona demişdir ki, “mən tanışımla danışdım, razılıq verdi, bunun üçün 10.000 manat pul lazımdır, sən tanışına de, pulu düzəltsin, mən də kəsirləri həll edim, tanışıma hörmət etmək lazımdı”. O, da Tofiqlə danışıb cavab verəcəyini Əlibalaya demişdir. Bir az sonra o, Tofiqə zəng vurmuş və həmin şəxsin ona dediyi tələbənin kəsirlərini düzəldə biləcəyini bildirdi, əvəzində də 10.000 manat pul istədiyini demişdir. Tofiq də ona bu barədə Xəqaniyə zəng vurub danışacağını, istəsə Xəqaninin pulu ona verəcəyini demişdir. Bir müddət sonra, yəni 2020-ci ilin yanvar ayının axırlarında günorta saatlarında Tofiq ona Xəqani ilə danışmasını, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkına gələcəyini, orada görüşmələrini demişdir. O, parka getmiş, Tofiqlə görüşmüş, bir az sonra Tofiqin tanışı Xəqani parka gəlmiş, görüşmüşlər. Xəqani Tofiqin yanında onunla bacısı qızının kəsirləri barədə danışmışdır. O, da Xəqaniyə kəsirləri düzəldə biləcək tanışının olmasını, bacısı qızının kəsirlərini həll etməyə görə 10.000 manat pul istədiyini demişdir. Xəqani də ona üzərində həmin məbləğdə pul olmadığını, Tofiqə çatdıracağını və onunla görüşəcəyini demişdir. Həmçinin, Əlibalaya zəng vurub bu barədə məlumat vermişdir. 2020-ci ilin fevral ayının əvvəllərində, yəni qış sesiyasının qurtarmasına bir neçə gün qalmış Əlibala ona zəng vurmuş və ona demişdir ki, “sənin tanışın nə oldu, məndən xahiş etmişdin, axı tanışım soruşur, vaxt az qalıb, sonra həll etmək olmaz”. O, da Tofiqə zəng vurmuş və demişdir ki, “sesiya qurtarana kimi iş həll olunacaq, Xəqani pulu verir ya yox, mənim tanışım onun işini yüz fayiz həll edəcəkdir, sadəcə pulu gözləyir”. Tofiq də Xəqani ilə danışandan sonra ona zəng vurub görüşmək istədiyini demişdir. Tofiqlə Fizika-riyaziyyat təmayüllü litseydə yerləşən seçki məntəqəsində görüşmüşlər.Söhbət zamanı Tofiq ona demişdir ki, “mən 10.000 manat pulu sənə verirəm, kəsirləri həll et, səni tanışın aldatmasın, bax məni kiminsə yanında pis vəziyyətdə qoyma, mən xəqanidən pulu alıb sənə verirəm, sonra məni biabır etmə, çalış qızın işini həll et”. O, da Tofiqə tanışının bu işi 2020-ci ilin fevral ayının 18-də, yəni dərs başananadək həll edə biləcəyini demişdir. Tofiq də öz nöbəində Xaqaninin bacısıqızının hansı kərirləi olması barədə kağızı ona tədim etmişir. Bir az sonra Əlibala ilə əlaqə saxlamış, onunla BDU-nın yaxınlğında yerləşən Firat adlanan yeməkxananın yanında görüşmüş, Tofiqin verdiyi 10.000 manat pulu ona vermiş, onu Tofiq müəllimin yanında xəcalətli eləməməsini demişdir. Əlibala da ona narahat olmamasını demişdir. Sonra Tofiqə zəng vurmuş və tanışının dərs ilinin başlandığı tarixədək, yəni fevral ayının 18-dək olan işi həll edəcəyini demişdir. Tofiq də onunla razılaşmışdır. Deyilən müddətdə o görmüşdür ki, Əlibala onun bacısı oğlunun kəsirlərini həll etməmiş, həmçinin Tofiq də ona zəng vurmuş və ona Xaqaninin bacısı qızının kəsirlərinin həll edilmədiyini demişdir. O, da öz növbəsində Əlibalaya zəng vurmuş və ona demişdir ki, “Əlibala mənə sən söz verdin, mən sənə dedim axı, məni kiminsə yanında xəcalətli etmə”. Əlibala da ona demişdir ki, “mən tanışımla danışdım, o mənə dedi ki, bir az problem oldu, 10 gün müddətində həll olunacaq, bütün məsələlər həllini tapacaq”. O, da yenidən bu barədə Tofiqə məlumat vermişdir. Sonradan o, yenə də 2020-ci ilin fevral ayının axırlarında kəsirlərin həll olunmadığını görmüş, həmin ərəfədə Tofiq də ona zəng vurmuş və kəsirlərin düzəlmədiyini deyib pulu qaytarmasını bildirmişdir. O, yenə də Əlibalaya zəng vurmuş və ona kəsirlərin yenə də həll olunmadığını demişdir. Əlibala da ona demişdir ki, “narahat olma, sənə dedim ki, səbrli ol, tanışımda danışmışam, həllini tapacaq”. O, Tofiqə zəng vurub bu barədə demişdir. Lakin Əlibala sonrakı müddətdə də kəsirləri həll etməmişdir. Həmin vaxt Tofiq ona demişdir ki, “sənin tanışın kimdir, kim bu məsələni həll edir, adın ver, mən araşdırım, görüm kimdir?” O, Tofiqə Əlibalanın adını deməmiş, ona narahat olmamasını, məsələnin həllini tapacağını demişdir. O, Əlibalanın adını Tofiqə deməmişdir. Çünki Əlibala ona demişdir ki, onun adını kiməsə desə, işlər alınmayacaq. Beləcə Tofiq dəfələrlə ona zəng vurmuş işin nə yerdə olmasını və həll olunub olunmamasını soruşmuş, o, da Tofiqə tanışının işi həll edəcəyini demişdir. Sonra 2020-ci ilin aprel ayının 26-da Tofiq Əlibala adlı şəxsin şəkilini çəkərək ona atmış və ona yazmışdır ki, “bəlkə budur, gör tanıya bilirsən”. O, da demişdir ki, “hə biridə budur, mən bununla iş görmüşəm”. Tofiq də ona demiş ki, “bu dələduzdur, sənin pulun getdi, səni bu adam aldatmışdır, pulu da ələ keçirmişdir, mən bu şəxsin dələduzluqla məşqul olmasını və tutulmasını bilirdim”. O, da Tofiqə demişdir ki, “düz deyirsən, məni də bu şəxslə tanış ediblər, mən də tanımırdım, adı əlidir”. Tofiq də ona demişdir ki, “sən bu adamı yaxşı tanımırsan, onunla iş görürsən, bu adamın adı əlibaladır, neçə dəfə tutulub, sən belə adamnan niyə iş görürsən?” O, da Tofiqə istəyirsə görüşməyi, özü də həmin adamla danışmasını və işin nə səbəbə həll olunmamasını soruşmasını demişdir. Bir-iki gün sonra o, Tofiqlə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkında görüşmüşdür. Görüş zamanı o, Əlibalaya zəng vurmuş və telefonu Tofiqə verdiyini, cavabı özü ona deməsini bildirmişdir. Sonra o telefonu Tofiqə vermiş, Tofiq Əlibala ilə danışanda ona demişdir ki, “mən sənə pul verməmişəm, səni tanımıram, mən pulumu Məhyəddindən alaram”. Əlibala da Tofiqə işin düzələcəyini, düzəlməsə pulunu verəcəyini bildirmişdir. Bundan sonra da o dəfələrlə Əlibaladan öz pulunu tələb etmiş, həmçinin Tofiq də ondan verdiyi pulunu geri istəyirmişdir. 2020-ci ilin may ayının əvvəllərində də Əlibala nə kəsirləri həll etmiş, nə də pulları geri qaytarmışdır. Ona görə də o, Əlibalaya zəng vurmuş və ona demişdir ki, “Əlibala Tofiq məndən əl çəkmir, gəl birlikdə görüşək, özün ona de, pulunu nə vaxt qaytararsan”. 2020-ci ilin may ayının əvvəllərində günorta saatlarında, Əlibala onunla görüşmüş, birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən MEA-nın parkına getmiş, orada Tofiqlə görüşmüşlər. Söhbət zamanı Tofiq Əlibalaya demişdir ki, “bu iş düzələn deyil, pulu qaytar, lazım deyil, ikinci dəki, bu məsələ belə yolla həll oluna bilməz, sən necə həll edirsən”. Əlibala da Tofiqə demişdir ki, “mənim nazirlikdə adamım var, mən onun vasitəsilə bu məsələni həll edirəm”. Tofiq də Əlibalaya demişdir ki, “sən o adamın adını mənə ver, görüm həll etmək imkanı var, yoxsa yox”. Əlibala da Tofiqə demişdir ki, “mən həmin adamın adını sənə verə bilmərəm, narahat olma, həmin şəxs adının hallanmasını istəmir, ancaq sənin məsələni həll edəcəyəm, səbr elə, mənə iyun ayının 01-dək vaxt ver, mən sənin məsələni həll edəcəyəm, olmasa pulunu qaytaracağam”. Tofiq də Əliblaya demişdir ki, “bu yalan söhbətdir, mən heç səni tanımıram, mən Məhyəddinə pulu vermişəm, ondan da alaram, sən bilərsən Məhyəddinlə, necə razılaşarsan”. Bir müddət sonra Əlibala ona zəng vurmuş və ona demişdir ki, “sənə şad xəbərim var, inşallah işlər alınır, tanışım mənə zəng vurmuşdu, işi həll edir, sən də Tofiqə xəbər ver, üç günə kəsirlərin həll edilməsini sənədini sənə verərəm”. O da sevinə-sevinə Tofiqə bu barədə xəbər vermişdir. Tofiq də ona demişdir ki, “sən hələdə Əlibalaya inanırsan, o iş həll edən deyil, danış pulu al ondan”. Həmin söhbətdən də iki ay keçmiş, yenə də məsələ həllini tapmamışdır. O, özü tam əmin olmuşdur ki, Əlibala onu da, Tofiqi aldatmış, pullarını ələ keçirmişdir. O, da Əlibalaya zəng vurmuş və ona demişdir ki, “lazım deyil, kəsirləri həll eləmə, verdiyim pulu qaytar, Tofiq məni bezdirib”. Əlibala da ona demişdir ki, “tez bir müddətdə sənə zəng edəcəyəm, verdiyin pulu qəpiyinə qədər sənə qaytararam”. Tofiq ona zəng vurmuş və görüşmələrini istəmişdir. Bir az sonra Tofiq Xəqani ilə onun yaşadığı binanın həyətinə gəlmiş, ona zəng vurmuş, o, həyətə düşmüşdür. Həmin vaxt Xəqani ona demişdir ki, “işi düzətmək lazım deyil, nə qədər pul verilibsə həmin pulu qəpiyinə qədər qaytarmalısan”. O, da onlara demişir ki, pulu Əlibalaya verib, heç bir qazancı da olmayıb. Pulun hamısını Əlibalaya verib. Ondan istəyir, deyir ki, qaytaracaq. Həmin vaxt da o, Əlibalaya zəng vurmuş və demişdir ki, “buraya pulunun arxasınca gəliblər, verirəm telefonu özün danış”. O, telefonu Xəqaniyə vermiş, Xəqani Əlibalaya demişdir ki, “Məhyəddin sənə nə qədər pul veribsə, həmin pulu qaytar, lazım deyil”, Əlibala da Xəqaniyə demişdir ki, “narahat olma, ya işi həll edəcəyəm, həll edə bilməsəmdə, pulu qaytaracağam”. X39 ilə razılaşmışdır. 2020-ci ilin avqust ayınadək bu məsələ belədə qalmış, həllini tapmamış, avqust ayında eşitmişdir ki, Əlibalanı başqa bir şəxsi aldatdığına görə Yasamal polis idarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Bundan sonra da Tofiq ona demişdir ki, “mən Əlibalanı tanımıram, mənim pulumu qaytar, yoxsa mən də şikayət edəcəyəm”. Hal-hazırki vaxtda da Əlibala tərəfindən verdiyi pullar qaytarılmamışdır. Sonradan Tofiqin ona verdiyi puldan əlbilananın ona qaytarmadığını görüb, özündən Tofiqə 1.500 manatını qaytarmış, Əlibala tərəfindən verdiyi 13.000 manat ödənilməmiş qalmışdır, ona vurulmuş ziyanın ödənilməsini xahiş edir. O, pulu Əlibalaya verərkən, onun yanında heç kim olmamışdır. O, Əlibalanın başqa şəxsləri aldatmasını və pulunu ələ keçirməsini eşitməmişdir. Əlibala ondan 13.000 manat puldan başqa, hər hansı bir məbləğdə pul almamışdır. Onunla Əlibala arasında əvvəlcədən hər hansı bir razılaşma olmamışdır, Əlibala aldığı puldan ona hər hansı bir məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs4 xx.xx.2021-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizə vermiş və ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmişdir. Gələcəkdə Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmayacaqdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, onunla dostluq münasibətləri vardır. O, Nurlan və Mehmanı tanımamışdır. 2020-ci ilin mart ayının sonlarına yaxın Əlibala ona zəng edib özünün işinin olduğunu bildirmiş və İlyas adlı şəxslə görüşüb onun şəxsiyyət vəsiqəsinin surətini götürüb Əlibalaya çatdırmağını ondan xahiş etmişdir. O, həmin gün saat təxminən 16 radələrində İlyas adlı şəxslə görüşüb onun şəxsiyyət vəsiqəsinin surətini almışdır. Həmin vaxt İlyasın yanında heç kim olmamışdır. O, şəxsiyyət vəsiqəsinin surətini aparıb Əlibalaya vermişdir. Əlibalanın şəxsiyyət vəsiqəsinin surətini hansı məqsədlə aldığını o, bilməmişdir. Təxminən bir həftə keçdikdən sonra İlyas ona zəng edib onunla görüşmək istədiyini demiş və o, da razılaşmışdır. O, onunla Bakı şəhərində yerləşən “Elit” ticarət mərkəzinin yaxınlığında görüşmüşlər. Həmin vaxt adları sonradan ona məlum olan İlyasın qardaşı oğlanları Nurlan və Mehman adlı şəxslər də onunla birlikdə gəlmişlər. Onlar ondan Əlibalanın evinin yerini soruşmuşlar. O, onların hansı məqsədlə Əlibalanın axtardıqlarını bilməmişdir. Ona görə də, o, Əlibalanın evinin yerini onlara deməmişdir. Sonradan o, bu barədə Əlibalaya bildirmişdir. O, Əlibalanın həmin şəxslərdən hansı məbləğdə və hansı məqsədlə pul aldığını bilmir. O barədə heç bir məlumatı yoxdur. Bundan başqa şəxsiyyət vəsiqəsinin surətini götürüb ona verdiyi üçün və ya digər hər hansı məqsədlə Əlibala ona pul verməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhərində təcili tibbi yardım stansiyasında tibb bacısı işləyir. Zərərçəkmiş şəxs3 onun bibisi, Şahid8 və Şahid9 isə bibisi Adilənin oğlanlarıdır. Onlarla münasibətləri həmişə yaxşı olmuşdur, aralarında düşmənçilik, ədavətləri olmamışdır. Atası Əspan adətən gecələr onunla eyni evdə qalır. 2018-ci ildə o, bibisi Adilənin əri Elmanın cinayət törətdiyi üçün həbs olunduğunu bilmişdir. Lakin o, atasının onun işinə köməklik etməsindən xəbəri olmamışdır. Təxminən 2019-cu ilin noyabr ayında dəqiq xatırlamadığı gündə, Mehman yaşadığı evə qonaq gəlmişdir, axşam saatları olmuşdur. Həmin vaxt atası Əspan da evdə olmuşdur. O, yemək hazırlamaq üçün mətbəxə keçmişdir. Təxminən yarım saat sonra o, Mehmanın çıxıb getmək istədiyini görmüşdür. O, Mehmanı saxlamış və ona yemək yeməyi təklif etmişdir. Sonra Mehman onlarla yemək yedikdən sonra çıxıb getmişdir. Sonra o, atasından Mehmanın hansı səbəbə gəldiyini soruşmuşdur. Atası ona Mehmanın bir iş barəsində söz soruşmaq üçün gəldiyini demişdir. O, Mehmanın atasıyla hansı iş barəsində söhbət etdiyini bilməmişdir. Təxminən 2020-ci ilin mart ayında o, atasının Elmanı həbsdən azad etmək üçün bibisinə köməklik etmək istədiyini və bu məqsədlə hissə-hissə onlardan pul alıb Əlibala adlı şəxsə verdiyini, lakin Əlibala adlı şəxsin atasını və bibisini aldatdığını bilmişdir. Bundan başqa onun hadisə barədə heç bir məlumatı yoxdur, atasının bibisi Adilədən pulu harada və nə vaxt alması barədə isə onun heç bir məlumatı yoxdur. Onun Mehmanın atasına pul verib-verməməsindən xəbəri yoxdur, Mehman onun yanında atasına pul verməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə yaşayır. Şahid2 təxminən 10 ildir ki, tanıyır. Onunla münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs isə 10 ildən artıqdır ki, tanıyır. Onunla da aralarında həmişə normal münasibətlər olmuşdur. 2019-cu ilin oktyabr ayının axırlarında o, Təqsirləndirilən şəxslə birlikdə Bakı şəhəri, A.Sultanova heykəlinin yaxınlığındakı çayxanada oturub çay içəkən Əspan onun mobil telefonuna zəng vurub demişdir ki, yeznəsi Elmanın Bakı Ağır Cinayətlər Məhkəməsində işinə baxılır. Onun cəzasının yüngülləşdirilməsi üçün köməklik etmək lazımdır. O, Əspana demişdir ki, onun elə bir tanışı yoxdur. O, Əspanla telefonla danışıb qurtardıqdan sonra Əlibalaya Əspanla olan söhbətini bildirmişdir. Əlibala ona demişdir ki, o, hüquqşünasdır, əlaqələrindən istifadə edib Elmana köməklik edə bilər. Bir gün sonra Əspan yenə də onun mobil telefonuna zəng vurub ondan yeznəsi Elmanın işinə köməklik edə bilib bilməyəcəyini soruşmuşdur. O, Əspana demişdir ki, Əlibala adlı tanışı vardır, Əlibala ona Elmanın işinə köməklik edə biləcəyini demişdir. Səhərisi gün o, Əspanla Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında görüşmüşlər. O, Əlibalanın mobil telefonuna zəng vurub harada olduğunu soruşmuşdur. O, ona Bakı şəhərindəki H.Cavid adına parkda olduğunu demişdir. O, Əspanla birlikdə H.Cavid adına parka getmişdir. Həmin vaxtı o, Əspanı Əlibala ilə tanış etmişdir. Əspan Əlibala ilə söhbət edərək yeznəsi Elmanın işi ilə əlaqədar onunla danışmış, ona demişdir ki, Elmanın cəzasının yüngülləşdirilməsi üçün onlara köməklik etsin. Əlibala Əspana demişdir ki, Elmanın barəsində olan cinayət işinə aid ittiham aktının surətini ona versin. O, Respublika Prokurorluğunun İttiham İdarəsində işləyən tanışı ilə danışıb yeznəsinə köməklik edəcək. İki gün sonra Əlibala onu və Əspanı H.Cavid adına parka çağırmışdır. Orada olan zaman Əlibala Əspana demişdir ki, Elmanın cəzasının yüngülləşdirilməsi üçün İttiham İdarəsində işləyən tanışına pul verilməlidir. Bunun üçün 8.000 manat pul həmin şəxsə verilməlidir. Əspan Əlibalaya demişdir ki, bacısı Adilə ilə danışıb sabah onunla görüşəcəkdir. Səhərisi gün axşam saatlarında Əspan onun mobil telefonuna zəng vurub H.Cavid adına parka gəlməyini demişdir. O, H.Cavid adına parka gəlmişdir. Az sonra Əspan oraya gəlmiş, ona demişdir ki, bacısı Adilə indi oraya gəlib ona pul verəcəkdir. Onlar bir qədər gözlədikdən sonar Adilə bir nəfər adını bilmədiyi oğlu ilə oraya gəlmişdir. Söhbət əsasında Əspan Adiləyə demişdir ki, onun tanışı onun əri Elmanın işinə köməklik edəcəkdir. Adilə ondan xahiş edib demişdir ki, ərini şərləyiblər, ona görə də tanışından xahiş edir, onun ərinə köməklik etsin. O, Adiləyə demişdir ki, tanışına bildirəcəkdir ki, ərinin işinə köməklik etsin. X44 pul vermişdir. Lakin o, bir qədər kənarda dayandığı üçün Əspana nə qədər pul verdiyini bilməmişdir. Sonra o, Əspanla birlikdə Adiləgildən ayrılmışlar. Bir qədər aralıda dayanmış Əlibalanın avtomobilinə tərəf getmişlər. Orada avtomobilin içərisində Əspan Adilədən aldığı pulları Əlibalaya verib demişdir ki, 8.000 manat puldur. Bir neçə gündən Əspan Əlibala ilə telefonda danışaraq ona demişdir ki, Elmanın işinə baxan hakimlə danışsın, onun cəzasının yüngülləşdirlməsini öhdəsinə götürsün. Əlibala Əspana bunun üçün ondan 35.000 manat pul istəmişdir. Sonradan Əlibala və Əspan ona aralarında olan bu söhbəti demişlər. O, Əspana demişdir ki, pulu onsuz Əlibalaya verməsin, çünki Əlibala sonra ondan pul aldığını dana bilər. Bir neçə gün sonra o, Əspanla Bakı şəhərindəki H.Cavid adına parkda görüşmüşlər. Əspan ona demişdir ki, bacısı Adilədən 10.000 manat pul götürmüşdür ki, Əlibalaya versin. Onlar yaxınlıqda avtomobilində gözləyən Əlibalanın yanına getmişlər. Avtomobilin içərisində Əspan 10.000 manat pulu onun yanında Əlibalaya vermişdir. Sonra Əlibala onlardan ayırlıb getmişdir. Onlar da öz evlərinə getmişlər. Dekabr ayının əvvəllərində o, yenə də Əspanla H.Cavid adına parkda görüşmüşlər. Sonra yaxınlıqda avtomobildə gözləyən Əlibalanın yanına getmişlər. Avtomobilin içərisində Əspan onun yanında 25.000 manat pulu Əlibalaya vermişdir. xx.xx.2020-ci il tarixdə Əspanın yeznəsi Elmanın barəsində Baklı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 11 il müddətə azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarılmışdır. O, həmin vaxtı başa düşmüşdür ki, Əlibala Əspanı və qohumlarını aldatmışdır. Əspan bundan sonra onun mobil telefonuna tez tez zəng vurub Əlibalaya verdiyi pulları tələb etməyə başlamışdır. O, Əspana demişdir ki, Əlibala onu aldatmış, getsin pulları ondan tələb edib alsın. Sonradan Əspan ona demişdir ki, Əlibalanın evinə gedib ona məxsus şəxsiyyət vəsiqəsinin arxasına Əlibalanın ondan 43.000 manat pulu almasını yazdırmış, o, özü və Əlibala həmin yazının altına imza etmişlər. Əlibala Əspandan aldığı 43.000 manat puldan ona heç nə verməmişdir. Əspan onunla yaxın olduğu üçün onun yanında iştirak etmişdir ki, sonradan Əlibala ondan pul almasını danmasın. İş materiallarında olan Şahid10 tərəfindən imzalanmış qəbzdə qeyd edilmişdir ki, həmin qəbzi Zərərçəkmiş şəxs2 ona görə yazmışdır ki, Zərərçəkmiş şəxs2 olan 1.500 manat borcunu qaytaranadək hər ay 200 manat ödəməklə bağlayacaqdır. İş materiallarında olan Şahid2 tərtib etdiyi xx.xx.2020-ci il tarixli qəbzdə qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs 500 manat pul alıb. İş materiallarında Təqsirləndirilən şəxs tərəfindən imzalanmış iltizamdan görünür ki, “mən Ağayev X23 və Şahid9 qardaşlarının Şahid2 verdiyi 43 min manat pulu 10 gün ərzində qaytarmağa söz verirəm. Həmin 43.000 manat pulu atasına kömək etmək məqsədilə almışam. 10 gün ərzində qaytarmadığım halda cinayət məsuliyyətinə cəlb olunmağıma razıyam”. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı cinayət məsuliyyətindən və cəzadan yayınmaq, özünü müdafiə etmək üçün işin obyektiv hallarına uyğun gəlməyən ifadələr vermiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 etibarından sui istifadə etməməsi, onların barəsində icraçı kimi həmin əməlləri törətməməsi, həmin zərərçəkmiş şəxslərə qarşı törədilmiş əməldə hər hansı bir iştirakçı kimi iştirakının sübut olunmaması, ibtidai istintaq zamanı ifadəsinin müstəntiq tərəfindən yazılması, həmin ifadələri oxumadan imzalamasını göstərmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 etibarından sui istifadə etməməsi, ibtidai istintaq zamanı verdiyi ifadələrini oxumadan imzalaması barədə xüsusatlar inandırıcı olmadığı halda, habelə Təqsirləndirilən şəxs ələ keçirdiyi əmlaklarının (pulların) zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 məxsus olmasını bilməklə onların etibarlarından sui-istifadə etməsinə, birinci instansiya məhkəməsinin isə həmin halları qəbul etməsinə baxmayaraq Təqsirləndirilən şəxs əməlinin sübuta yetirilməməsi barədə yalnış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməsi şahid ifadələri, zərəçəkmiş şəxslərin ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş qəbzlər və digər sübutlarla öz təsdiqini tapmışdır. Lakin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, zərərçəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında vasitə rolunu oynamış şəxslər Təqsirləndirilən şəxslə birlikdə həmin cinayəti törətməkdə təqsirləndirilsəydilər həmin əməllərin törədilməsində təqsirli sayıla bilərdi. Qeyd olunan qənaətə gələrkən məhkəmə cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarda həmin vasitəçilərin əməlinə hansı formada qiymət verilməsinə diqqət yetirməmişdir. Birinci instansiya məhkəməsi həmçinin məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmaması qənaətinə gəlsə də, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 məxsus pulların ittihamda göstərilən məqsədlə alınmasını təkzib etməmiş, alınmış pulların birbaşa olmasa da, digər şəxslərin vasitəsi ilə məhz Təqsirləndirilən şəxs çatmasının iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə digər mötəbər sübutlarla öz təsdiqini tapmasına isə əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs2 aid epizodla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi həmin epizodla bağlı belə qənaətə gəlmişdir ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tanımamış, Təqsirləndirilən şəxs hər hansı bir etibarı olmamış, onunla hər hansı bir ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir işin görülməsi üçün ondan pul almamış, onu aldatmamışdır. Zərərçəkmiş şəxs2 bütün söhbətləri Elsevərlə etmiş, Elsevərə etibarı olmuş və Elsevərə inanıb pulu vermişdir. Elsevərin həmin pulu kimə verəcəyindən də xəbəri olmamışdır. Elsevər ondan Təqsirləndirilən şəxs adı ilə və ya Təqsirləndirilən şəxs vermək adı ilə pul almamışdır. Təqsirləndirilən şəxs sonradan, yəni işlər alınmayandan çox-çox sonra bilmişdir ki, Elsevər pulu alıb Əlibalaya vermişdir. Ona görə də Əlibalaya hər hansı pul vermədiyi üçün pulunu Elsevər qaytarmışdır, qalan pulu da Elsevər qaytaracaqdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan qənaətə gələrkən iş üzrə toplanmış sübutları təhrif etmişdir. Belə ki, apellyasiya məhkəməsinin iclasında və birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadələrində oğlunun işinə köməklik edilməsi məqsədi ilə pulu (yəni ittihamda göstərilən 7.000 manatı) Təqsirləndirilən şəxs Elsəvər Abdullayev vasitəsi ilə deyil, öz yeznəsi Şahid1 vasitəsi ilə verməsini bildirmiş, həmçinin apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə oxşar məzmunlu ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 pulu onun vasitəsi ilə 2019-cu ilin sentyabr ayında Bakı şəhəri, Xətai rayonu ərazisində Ali Məhkəmənin yanında Şahid10 yanında birbaşa Təqsirləndirilən şəxs təqdim edilmiş və bundan Zərərçəkmiş şəxs2 xəbəri olmuşdur. Apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 pulu Şahid1 vasitəsi ilə onun yanında Xətai rayonu ərazisində Ali Məhkəmənin yanında birbaşa Təqsirləndirilən şəxs verilmişdir. İş üzrə şahid qismində dindirilmiş X6 Zərərçəkmiş şəxs2 yeznəsi Maqsud Sıxməmmədovu məhkum edilmiş şəxs Təqsirləndirilən şəxslə əlaqələndirən şəxs olmuşdur. Elsəvər Abdullayevin zərərçəkmişə məxsus olan 7.000 manat pulu ələ keçirməsi iş materialları ilə təsdiq olunmamışdır. Lakin məhkəmənin hansı şahid ifadəsinə və ya sübut növünə istinad edilərək zərərçəkmiş şəxsin pulunun Təqsirləndirilən şəxs tərəfindən deyil Elsəvər Abdullayev tərəfindən alınması qənaətinə gəlməsi əsaslandırılmamışdır. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs3 aid epizodla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi həmin epizodla bağlı belə qənaətə gəlmişdir ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tanımamış, Təqsirləndirilən şəxs hər hansı bir etibarı olmamışdır, onunla hər hansı bir ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir işin görülməsi üçün ondan pul almamışdır, onu aldatmamışdır. O, bütün söhbətləri qardaşı Əspanla etmişdir və Əspana etibarı olmuş və Əspana inanıb, pulu Əspana vermişdir. Əspanın pulu kimə verəcəyindən də xəbəri olmamışdır. Hətta bir dəfə Əspanın yanında Səyyar adlı şəxslə görüşmüş, Səyyar özünü əvvəllər polisdə işləmiş adam kimi təqdim etmiş, Səyyarın bu işləri görədəyini Əspan ona bildirmişdir. Əspan ondan Təqsirləndirilən şəxs adı ilə və ya Təqsirləndirilən şəxs vermək adı ilə pul almamışdır. Əspan söhbətlər zamanı Səyyarın adını çəkib. Təqsirləndirilən şəxs sonradan, yəni işlər alınmayandan çoxçox sonra bilmişdir ki, Əspan pulu alıb Əlibalaya vermişdir. Əlibalanı ilk dəfə məhkəmədə cinayət işinə baxılan zaman görmüşdür. Həmçinin Əspana verdiyi pullardan bir dəfə Əspanın oğlu 7.000 manat bir qaytarıb, sonra Əspan 2.000 manat bir, 1.000 manat bir, 3.075 manat da Əspan poçt vasitəsilə göndərib. Hazırda Əspan ona 13.075 manat pul qaytarıb. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq zamanı, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadələrində bildirmişdir ki, qardaşı Əspana pulları verməsinə baxmayaraq sonradan ona məlum olmuşdur ki, həmin pulları Əspan Təqsirləndirilən şəxs vermiş, Əlibala da Zərərçəkmiş şəxs3 övladları Nurlan və Şahid8ların yanında pulları Əspandan aldığını təsdiq etmiş və öz şəxsiyyət vəsiqəsinin surətinin arxasında 43.000 manat pulunu aldığını və həmin pulu 15 may 2020-ci il tarixdə qaytaracağını öz xətti ilə yazaraq imzası ilə təsdiq etmişdir. Həmçinin apellyasiya məhkəməsinin iclasında, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadələrində Zərərçəkmiş şəxs3 ifadələrində qeyd edtdiklərini təsdiq etmişlər. Bundan başqa qeyd olunmalıdır ki, ibtidai istintaq zamanı və apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxslə aralarında bacısı Zərərçəkmiş şəxs3 pulunun ələ keçirilməsi ilə əlaqədar hər hansı bir razılaşma olmamaışdır. Bacısı Zərərçəkmiş şəxs3 2019-cu ilin noyabr ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında 8.000 manat pulu, 2019-cu ilin noyabr ayının sonunda Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında 10.000 manat pulu, 2019-cu ilin dekabr ayının əvvəllərində isə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında 25.000 manat pulu, ümumilikdə 43.000 manat pulunu götürmüş, həmin pulları Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs də ifadələrində Şahid2 bacısı Zərərçəkmiş şəxs3 ərinin cinayət işinə köməklik göstərilməsi məqsədi ilə Şahid2 ümumilikdə 43.000 manat pulu aldığını, iş düzəlmədikdən sonra isə həmin pulları Əspana qaytardığını bildirmişdir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs5 aid epizodla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi həmin epizodla bağlı belə qənaətə gəlmişdir ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs əvvəllər tanısa da Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq etməsi baş verməmişdir. Çünki Təqsirləndirilən şəxs hər hansı bir etibarı olmamış, uzun müddətdir ki, onunla hər hansı bir ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir işin görülməsi üçün ondan pul almamış, onu aldatmamışdır. O, bütün söhbətləri Zərərçəkmiş şəxs4lə etmiş, Məhyəddinə etibarı olmuş və Məhyəddinə inanıb, pulu vermişdir. Məhyəddinin pulu kimə verəcəyindən də xəbəri olmamış, bilməmişdir ki, Məhyəddin pulu alıb Əlibalaya verəcəkdir. Məhyəddin ondan Təqsirləndirilən şəxs adı ilə və ya Təqsirləndirilən şəxs vermək adı ilə pul almamışdır. Əgər bilsəydi ki, Əlibalanın iş görməsi üçün Məhyəddin pulu alıb Əlibalaya verəcəkdir, heç vaxtı Məhyəddinə bu pulu verməzdi. Çünki Əlibalanı tələbəlik illərindən tanımışdır, düz adam kimi tanımır, ona qarşı hər hansı bir etibarı yoxdur. Sonradan pul veriləndən və iş alınmayadna sonra Məhyəddin ona bildirmişdir ki, pulu Əlibalaya veribdir. Ona görə də Əlibalaya hər hansı pul vermədiyi üçün pulunu Məhyəddin qaytarmışdır. Apellyasiya məhkəməsinin iclasında, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadələrində bildirmişdir ki, o, qeyd edilən pulları Zərərçəkmiş şəxs4 vermiş, lakin sonradan Məhyəddinin pulları Təqsirləndirilən şəxs verməsi ona məlum olmuş, bununla bağlı hətta Təqsirləndirilən şəxslə görüşmüş, Məhyəddinin iştirakı ilə olan həmin görüş zamanı Təqsirləndirilən şəxs pullarını qaytarmasını, ona inanmamasını, işini düzəltməyəcəyini bildirmiş, Təqsirləndirilən şəxs isə pulları tezliklə qaytaracağını bildirmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq əməlləri nəticəsində ziyan çəkmiş Zərərçəkmiş şəxs4 də, zərərçəkmiş şəxs qismində tanınmış və birinci instansiya məhkəməsi həmin epizodla bağlı Təqsirləndirilən şəxs dələduzluq əməli törətməsi barədə ittiham hökmü çıxarmışdır. Halbuki Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 qarşı törətdiyi dələduzluq əməli Zərərçəkmiş şəxs4 qarşı törədilmiş dələduzluq əməli ilə analoji xarakter daşımışdır. Lakin hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, məhkəmə qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən ziddiyyətli mövqedən çıxış edərək yekunda fərqli qənaətə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 28 yanvar 2022-ci il tarixli hökmü birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, habelə qanunun normasının düzgün tətbiq edilməməmsi səbəbindən ləğv edilməli, onun barəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 aid hissədə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni ittiham hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyasi həmçinin qeyd edir ki, bundan əvvəl Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham aktı prokuror tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Həmin ittiham aktına əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı dələduşluq əməlinin Təqsirləndirilən şəxs tanışı Şahid10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyi göstərilmişdir. Həmin əmələ, yəni iştirakçılığa görə Təqsirləndirilən şəxs əlavə olaraq Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan iş üzrə Zərərçəkmiş şəxs3 işə Yasamal Rayon Məhkəməsində daha əvvəl baxılarkən, Şahid2 da cinayət məsuliyyətinə cəlb edilməsi üçün, işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət vermiş, vəsatətində göstərmişdir ki, ona vurulmuş 43.000 manatın hammısını qardaşı Şahid2 vermişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilənədək Şahid2 Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxslə görüşdürməkdən həmişə qaçmış, Şahid2 Təqsirləndirilən şəxslə arasındakı apardığı sövdələşmədən Zərərçəkmiş şəxs3 uzaq tutmuşdur. Həmin vəsatət üzrə Yasamal Rayon Məhkəməsinin 1(004)-149/2021 saylı, 05 may 2021-ci il tarixli qərarı ilə cinayət işinin baxılmasına xitam verilmiş və Təqsirləndirilən şəxs başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna qaytarılmışdır. Əvvəlki ittiham aktında Təqsirləndirilən şəxs qarşı elan edilmiş ittihama münasibəidə, hazırkı daha yüngül ittiham aktı Yasamal rayon prokuroru tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş və hazırkı ittihamla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilmişdir. Lakin hazırkı ittiham aktında zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı dələduşluq əməlinin yalnız Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təsdiq edilmişdir, Zərərçəkmiş şəxs2 qarşı törədilmiş dələduzluq əməlinin törədilməsində tanışı Şahid10 iştirakı çıxarılmışdır, Şahid10 şahid kimi göstərilmişdir. İş materillarında olan xx.xx.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi qərarlarında” qərardan görünür ki, Şahid2, Şahid3, Zərərçəkmiş şəxs4 və Şahid5 barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş; Təqsirləndirilən şəxs və Şahid10 əməllərində Cinayət Məcəlləsinin 310, 29, 311 və 32.4, 312, 29, 312-ci maddələrinin tərkibi olmadığından barələrində həmin maddələrlə cinayət işinin başlanılması rədd edilmiş; Şahid2 əməlində Cinayət Məcəlləsinin 32.4, 312, 29, 312-ci maddələrinin tərkibi olmadığından barələrində həmin maddələrlə cinayət işinin başlanılması rədd edilmiş; Şahid2, Şahid3, Zərərçəkmiş şəxs4 və Şahid5 barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş; Şahid2 zərərçəkmiş şəxs qismində tanınmasından imtina edilmiş; Şahid2, Şahid3, Zərərçəkmiş şəxs4 və Şahid5 barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş; Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş; Şahid10 və şəxsiyyəti istintaqa məlum olmayan Fazil adlı şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş; Təqsirləndirilən şəxs və Şahid10 əməllərində Cinayət Məcəlləsinin 310, 29, 311 və 32.4, 312, 29, 312-ci maddələrinin tərkibi olmadığından barələrində həmin maddələrlə cinayət işinin başlanılması rədd edilmiş; Şahid2 əməlində Cinayət Məcəlləsinin 32.4, 312, 29, 312-ci maddələrinin tərkibi olmadığından barələrində həmin maddələrlə cinayət işinin başlanılması rədd edilmiş; həmçinin Şahid2 zərərçəkmiş şəxs qismində tanınmasından imtina edilmişdir. Yuxarıda göstərilənlərlə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, 1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. 2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442 və 449-cu maddələrinin tələblərinə görə məhkəmə nəzarətini həyata keçirən məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına yalnız təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisinin, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsinin, habelə qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslərin şikayətləri əsasında baxa bilər. Birinci isntansiya məhkəməsi hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb edən və yuxarıda qeyd etdiyi halları nəzərə almadan, yalnız ümumi ifadələrdən istifadə etməklə ittihamın qismən təsdiq olunmadığı qənaətinə gəlmişdir ki, bu da cinayət prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir və məhkəmənin həmin hallara əsaslanmaqla gəldiyi qənaət qanunsuzdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 aid hissədə Təqsirləndirilən şəxs bəraət verilməsinə dair nəticəyə gələrkən faktiki olaraq yalnız Təqsirləndirilən şəxs vermiş olduğu, işin obyektiv hallarına uyğun gəlməyən ifadələrinə əsaslanmış, işin digər hallarını ümumiyyətlə təhlil etməmiş və nəzərə almamış, gəldiyi nəticəni əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası CPM-nin 353.2.2-353.2.5-ci maddələrinə əsasən ittiham hökmünün təsviri-əsalandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri, təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar, ittihamın bir hissəsi əsasız hesab edildikdə, bunun əsasları, təqsirli şəxsin hərəkətlərinin tövsifi məhkəmə tərəfindən dəyişdirildikdə bunun motivləri göstərilməlidir. Göründüyü kimi hazırki hökmdə məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 aid hissədə iş üzrə toplanmış məhkəmədə tədqiq edilmiş obyektiv sübutların qəbul etməməsinin motivlərini göstərməmiş, tədqiq olunan sübutları düzgün qymətləndirməmiş, məhkum edilmiş şəxsin əməlini tövsif etməsinin motivlərini əsaslandırmamış və iş üzrə qeyri-obyektiv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin mahiyyətindən görünür ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini, eyni əməllər təkrar törədildikdə Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini, xeyli miqdarda ziyan vurmaqla törədildikdə isə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aid olmaqla həmin maddədə nəzərdə tutulan cinayət əməlləri formal tərkibli olmaqla obyektiv cəhətdən fəal hərəkətlərlə, subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutları tam və hərtərəfli araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş və iş üzrə artıq formalaşmış təcrübədən fərqli olan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 5-ci bəndində qeyd olunmuşdur ki məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2018-ci ilin sentyabr ayının əvvəllərində, Quba rayonu Qəçreş kəndi ərazisində tanış olduğu Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 qardaşı oğlu X10 təhsil aldığı Rusiya Federasiyası Dağıstan Respublikası ərazisində yerləşən Universitetdən Azərbaycan Kooperasiya Universitetinə köçürülməsinə köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncunu həmin universitetə köçürülməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs1 aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissəhissə olmaqla 2018-ci ilin sentyabr ayının əvvəllərində Quba rayonu Qəçreş kəndi ərazisində 10.000 (on min) manat, 2018-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 77 ünvanında yerləşən “Alov” zavodunun qarşısında 5.000 (beş min) manat, 2018-ci ilin oktyabr ayının axırlarında ünvan 2 ünvanında yerləşən Koperasiya Universitetinin qarşısında 3.000 (üç min) manat olmaqla, ümumilikdə ona məxsus 18.000 (on səkkiz min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs4 Bakı Dövlət Universitetində təhsil alan bacısı oğlu X19 təhsil aldığı müddətdə yaranmış kəsirlərinin silinməsi ilə əlaqədar köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncunun kəsirlərinin silinməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs4 aldadaraq 2020-ci ilin yanvar ayında Bakı şəhəri Yasamal rayonu X30 küçəsi 23 ünvanında yerləşən Bakı Dövlət Universitetinin yaxınlığında ona məxsus 3.000 (üç min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, Zərdab rayonu Bıçaqçı kənd sakini Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2017-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş oğlu Təhməz Şamilovun cəzasının müddətinin azaldılması ilə əlaqədar köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncuya təyin edilmiş cəzanın müddətinin azaldılması məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs2 aldadaraq 2019-cu ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri Xətai rayonu Y.Səfərov küçəsi 14, 1193-cü məhəllədə yerləşən Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasının yaxınlığında 7.000 (yeddi min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid2 vasitəsilə tanıdığı sonuncunun bacısı Zərərçəkmiş şəxs3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 150.3.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş həyat yoldaşı X1 göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs3m aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkında 2019-cu ilin noyabr ayının əvvəllərində 8.000 (səkkiz min) manat, 2019cu ilin noyabr ayının sonlarında 10.000 (on min) manat, 2019-cu ilin dekabr ayının əvvəllərində 25.000 (iyirmi beş min) manat olmaqla sonuncunun Şahid2 vasitəsilə göndərdiyi ona məxsus ümumilikdə 43.000 (qırx üç min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs5 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə- bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs5 Bakı Dövlət Universitetində təhsil alan qohumu X5 təhsil aldığı müddətdə yaranmış kəsirlərinin silinməsi ilə əlaqədar köməklik göstərməsi barədə ona müraciət etməsindən sonra bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda sonuncunun kəsirlərinin silinməsi məsələsini həll etdirmək imkanına malik olması görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs5 aldadaraq 2020-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti.57Q ünvanında yerləşən “Böyük Fırat” restoranının yanında, sonuncunun Zərərçəkmiş şəxs4 vasitəsilə göndərdiyi ona məxsus ümumilikdə ona məxsus 10.000 (on min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cinayət qanununun normasının tətbiqi zamanı səhvə yol verdiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(004)-38/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Fəridə Bəhrəmova tərəfindən verilmiş apellyasiya protesti həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.1.2-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 401.1.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli iş materialları ilə tam təsdiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm həmin sübutlara, həm də yuxarıda göstərilən hallara əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(004)-38/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Fəridə Bəhrəmova tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli və apellyasiya protestinə əsasən hökm ləğv edilməli və o, verilmiş ittiham üzrə tam həcmdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə kollegiyası dövlət ittihamçısı Fəridə Bəhrəmova tərəfindən verilmiş apellyasiya protestinin, Təqsirləndirilən şəxs cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hissəsində tam təmin edilməsini məqsədəuyğun hesab etmir. Belə ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin olunmalı cəza məsələsini müzakirə edərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnış o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşını almaq məqsədi ilə tətbiq edilir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, cəza çəkmədən islah olunması üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 N-li Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin ediməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsinə əsasən cinayət qanuni ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 320.1, 66.3, 69.3-cü maddələri ilə təqsirli bilinərək təyin olunmuş 07 il 02 ay 08 gün müddətə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti ilə şərti tətbiq edilmiş, cəzasını çəkib qurtarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 aprel 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4.000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli qərarına əsasən təyin olunmuş 4.000 manat cərimə cəzası və 2 il islah işləri cəzası əvəz edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasını çəkib qurtardığına görə qeydiyyatdan çıxarılmış. Bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-340/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını növündə cəzasını çəkib qurtardığı üçün, qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan AZEMİS elektron məhkəmə sistemindən çıxarışa əsasən Təqsirləndirilən şəxs ailəli olmaqla, xx.xx.1997-ci il təvəllüdlü Şəbnəm adlı qızı, xx.xx.1999-cu il təvəllüdlü Hafizə adlı qızı, xx.xx.2003-cü il təvəllüdlü X21, xx.xx.2002-ci il təvəllüdlü X17 adlı uşaqları vardır. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 notariat qaydada təsdiq edilmiş ərizələrinə əsasən Təqsirləndirilən şəxs onlara vurulmuş maddi və mənəvi zərəri tam şəkildə ödəmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Bununla belə Zərərçəkmiş şəxs1 müdafiəçisi X25 apellyasiya məhkəməsinin iclasında çıxış edərkən, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs şikayətinin olmaması haqqında ərizəni formal olaraq verdiyini, Zərərçəkmiş şəxs1 dəymiş ziyanın bu günə kimi Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini qeyd etmiş, apellyasiya protestinin təmin edilməsini Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda göstərilən cinayət əməllərini tam həcmdə törətməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayətləri qismən etiraf edib, əməlindən peşman olması, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsi, onun Laçın rayonundan məcburi köçkün olmasını, ailəli olmasını, himayəsində üç uşağının olması onun cəzanı yüngülləşdirən hallardır. İş üzrə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı onun barəsində xx.xx.2020-ci il tarixədək “ev dustağlığı” qətimkan tədbiri seçilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmişdir, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da o, hökm çıxarılan hazırkı vaxtadək 03 ay 02 gün həbsdə və ev dustağlığında olmuşdur. Beləliklə, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və məhkum edilmiş şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona 02 il 06 ay müddət həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 27 iyul 2020-ci il tarixdən 29 oktyabr 2020-ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclası zalından həbs edilməli, qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanalarına həvalə edilməlidir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.2, 399.1.2 və 401-ci maddələrininin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Hökm etdi: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X16 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-38/2022 saylı, 28 yanvar 2022-ci il tarixli hökmü dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X16 tərəfindən verilmiş apellyasiya protestinə əsasən ləğv edilsin və cinayət işi üzrə yeni hökm çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 iyul 2020-ci il tarixdən 29 oktyabr 2020-ci il tarixə kimi həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 2 (iki) gün müddət ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalından həbs edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanalarına həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik еdən: Zəki Bаbаyеv Hаkimlər: Ziya Şirinov İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar