Məhkəmə qərarları › İş №1(103)-802/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-802/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-802/2024 29.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), X5 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Nadiq oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2024cü il tarixli, 1(101)-342/2024 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 1(101)-342/2024 nömrəli hökmünə əsasən (hakimlər X8 (sədrlik edən), X15 və X2 ibarət tərkibdə) xx xxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında inzibati binada qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(027)-57/2022 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 02 (iki) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi - 02(iki) il 21(iyirmi bir) gün, Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün bərabər tutulmaqla, həmin müddət -1 (bir) il 10 (on) gün azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 25 oktyabr 2022ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanındakı otaqda kirayədə yaşayan Şahid2 oğlundan 25 oktyabr 2022-ci il tarixdə saat 16:30 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 11,643 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,627qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamini ünvan 4 ünvanında saxlamış və həmin 01 (bir) ədəd bükümdə olan təmiz çəkisi 0,627 qram olan psixotrop maddə-metamfetamini avtomobili ilə müxtəlif ünvanlara apararaq taksi xidmətini göstərməsi müqabilində tanışı Şahid1 25 oktyabr 2022-ci il tarixdə saat 16:30 radələrində ünvan 4 ünvanında qanunsuz olaraq satmış, həmin günü yəni 25 oktyabr 2022-ci il tarixdə, saat 19 radələrində, Bakı şəhəri, Səbail RPİ-nin CAŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı yaşadığı ünvan 5 ünvanında axtarış və götürmə aparılarkən.həmin evin otaqdakı masa üzərində 01 (bir) ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkisi 11,616 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 (bir) ədəd 2 ml həcmli şprisdə 0,5 ml həcmində məhlulda heroinin quru maddəsinin çəkisi 0,027 qram olan, ümumi təmiz çəkisi 11,643 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini aşkar edilib götürülmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 1(101)-342/2024 nömrəli hökmündən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmlə razı olmadığını, isitntaq zamanı adları şahid qismində olanlar ona qarşı ziddiyyətli ifadələri, polis əməkdaşlarının onlara fiziki və mənəvi təsir altında olmuşlar. Onlar məhkəmə istintaqı zamanı ilkin istnitaqda verdiyi ifadələri təkzib etmişlər və həqiqəti söyləmişlər. Narkotik vasitə ona aid olmadığını, polis əməkdaşları tərəfindən onun üzərinə qoymuşdur. Məhkəmə ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin etməli olduğu halda, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cəza təyin edildiyini göstərərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 1(101)-342/2024 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işinin məhkəmə istintaqı obyektiv araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Təqsirləndirilən şəxs əməllə düzgün tövsif edilməmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, məhkəmədə ifadə verən zaman özünü qismən təqsirli hesab edərək bildirmişdir ki, narkotik qəbul edəndir. 2022-ci ilin oktyabr ayının 25-1, saat 6-7 radələrində evdə olduğu zaman polis əməkdaşları həyətə və evə daxil olmuşlar, üzərində yoxlama aparmışlar. Heç nə çıxmadığını görəndə, onu Səbail rayon Polis İdarəsinə aparmışlar. Sonradan qonşusu Yasinə və tanımadığı Səkinə adlı qadına narkotik satdığını bildirmişlər. Mənzildən aşkar olunan narkoyikdən xəbəri olmamışdır və ona məxsus yalnız şəxsi istifadəsi üçün aldıığı 0,2 qram şprisin içində heroin olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs bildirmişdir ki, onu polis əməkdaşları döymüş, işgəncə vermişlər və üzərində bu günə kimi xəsatət izləri var. Şikayətlər edilsədə, məhkəmədə bilmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxmışdır. Verdiyi ifadələr düzgün yazılmadığına görə öz imzası ilə deyil, başqa imza ilə imzalamışdır. Məhkəmədə şahid qismində çıxış edən Şahid2 və Şahid3 Fərman qızı da eyni məzmunlu ifadə verərək bildirmişlər ki, Təqsirləndirilən şəxs narkotik satmamış və mənzildə guya aşkar olunmuş külli miqdarda narkotik maddə , həqiqətdə olmamışdır. Şahid3 bildirmişdir ki, onun azyaşlı oğlunun gözü qabağında Təqsirləndirilən şəxs döyülmüş və halsız vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o istintaqdakı ifadəsini təsdiq etmir. O şahid deyilmiş, ancaq onu şahid kimi yazmışlar. Müstəntiqin nə yazıb, nə pozduğunu bilmir. İstintaqda onun Rzadan narkotik aldığı yazılmışdır. O, Rzadan narkotik almamışdır. Rza uşaqlıq dostu imiş. Onunla birlikdə narkotik alıb qəbul etmişlər. Bu ifadələrin əksinə olaraq məhkəmədə şahid qismində ifadə verən polis əməkdaşları bir nəfər kimi bildirmişlər ki, Şahid1 Şirzad oğlu barəsində əməliyyat məlumatı daxil olmuşdur. O, saxlanılıb idarəyə aparılmışdır. Guya Şahid1 bildirmişdir ki, narkotik vasitəni Rzadan almışdır. Bundan sonra əməliyyat qrupu yaradılmış və Rzanın yaşadığı ünvana gedilmiş, orada Yasin, Səkinə və Təqsirləndirilən şəxs saxlanılmışdır. Aqil narkotik vasitəni Rzagilin olduğu mənzildən aldığını bildirmişdir. Rzanın üzərində şəxsi axtarış evində keçirilmişdir. Rzaya qarşı təzyiq, yaxud, onun müqaviməti olmamışdır. Rza bildirmişdir ki, narkotik vasitə ona məxsusdur. Beləliklə, hökmün əsasına polis işçilıəri Şahid5 və Şahid4 ifadələri qoyulmuş və məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətlərində göstərilən əsaslarla Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 1(101)-342/2024 nömrəli hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməini Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X9 verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 1(101)-342/2024 nömrəli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, oktyabr ayının 25-i axşamüstü saat 6-7 radələri olarmış. Evdə oturduğu vaxt polis əməkdaşları gəlmişlər. Üzərində yoxlanış aparmışlar. Heç nə çıxmamışdır. Ona Səbail rayon Polis İdarəsinə gedəcəklərini demişlər. İdarədə ona Səkinə adında şəxsin telefonuna mesaj gəldiyini, guya narkotiki Səkinənin Yasinə, Yasinin də ona verəcəyini demişlər. İdarədə vəkilin yanında da üstünə baxış keçirilmişdir. Üstündən alışqandan başqa heç nə çıxmamışdır. Ordan sonra onu müvəqqəti saxlama yerinə, ordan da türməyə aparmışlar. Üstündən heç nə çıxmamışdır. Senaryo qurub onun boynuna qoymuşlar. Səkinəni də heç tanımır. İşdə şahid kimi göstərilən Səkinə və Yasin özü də bildirəcəkmiş ki, onun narkotiklə işi olmayıb. Evdə aşkar olunan narkotik “şpris”in içində heroin olmuşdur. Ona məxsus 0,2 qram imiş. Tanımadığı şəxsdən almışdır. Yasinlə Səkinə kirayə qalmırmış, onlara əşyalarını gətirib qoymuşlar ki, ev tutana qədər müvəqqəti orada qalsın. Yasinlə Səkinəni kirayədə qaldıqları evdən çıxarmışlar. Yasini məhəllədən tanıyırmış, Səkinəni isə yox. Nə Yasin, nə də Səkinə ona narkotik verməmişdir. Evə baxış zamanı onlar yox imiş. Aqil dostu olmuş və taksi xidməti ilə məşğul olurmuş. Ona narkotik verməmişdir. İfadəsində etiraf etməmiş, imza da çəkməmişdir. Təkcə M hərfi yazmışdır. Tutula zaman narkotiki 1 ay imiş ki, istifadə edirmiş. Həmin gün, yəni onu tutub aparan zaman narahat imiş. Heç onu 3-cü mərtəbəyə çıxara bilmirmişlər. Döyülməyi ilə bağlı özü yox, anası şikayət ərizəsi yazmışdır. Prokurorluqdan onun ifadəsini almaq üçün gəlmişlər. Həkimlər də onda olan xəsarətləri yazmışlar. Onu döyənlərin, tutanların hamsının adı yox imiş. Onu tutan zaman Səkinənin oğlunu digər otağa aparmışlar. Narkotiki boynuna qoyub 234.1-ci maddə ilə təqsirini boynuna almağını istəmişlər. O da 234.1-1-ci maddə ilə razılaşmışdır. Aqilə heç nə satmamış, hədiyyə də verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onları evdə, dəhlizdə tutmuşlar. Onları tutan əxslər Səbail rayon Polis İdarəsinin əməkdaşları olmuşdur. Onları tutub yalandan narkotik ilə yükləmişlər. İstintaqdakı ifadəsini təsdiq etmir. Müstəntiq həmin ifadəni özü öz istədiyi kimi yazmışdır. Həmin Badamdar qəsəbəsindəki ev Təqsirləndirilən şəxs məxsus olmuşdur. Polis əməkdaşları gəldikdə Səkinə Rza və o evdə olmuşdur. Onlar əşyalarını götürməyə getmişlər. Əşyaları ora 1 günlük qoymuşlar. Onlar Rzanın evində kirayədə yaşamırmışlar. Yaxın münasibətləri olduğu üçün əşyalarını həmin evə aparmışlar. Çünki kirayə qaldıqları evdən əşyalarını boşaldırmışlar. Evdə Aqil olmamışdır. Aqil Rzanın tanışı imiş. O tanımırmış, sadəcə taksi şoferi olduğunu bilirmiş. 1 dəfə istifadə etmiş, Binəqədiyə gedib qayıtmışdır. Ona ödəniş etməmiş, tanış kimi onu pulsuz aparmışdır. Narkotikdən 3-4 il imiş ki, istifadə edir. Mənzildə narkotik çəkməmişdir. Polislər evə girdikdə narkotik olmamışdır. Yalnız 0,5 qram istifadəsi üçün olmuşdur. Təzədən polis əməkdaşları gəlib üstünə qoyub yenidən çəkmişlər. Evdən özləri qoyduqları 450 qram “nəşə” çıxmışdır. Rzanın öz istifadəsi üçün var imiş. İkisində birlikdə 0,5 qram heroin olmuşdur. Polislər gələnədək üstündə var imiş. Onlar gələnədək artıq çəkmişlər. Polislər gəldikdə onları çəkən zaman görmüşlər. O istintaqda ifadə verməmişdir. Nə demişlərsə ona da qol çəkmişdir. Səkinə narkotik istifadə etmir. Öz istifadə etdiyindən başqa evdə narkotik vasitə aşkar olunmamışdır. Orda hansısa büküm görməmişdir. Onu döyüb Səbail Rayon Polis İdarəsinə aparmışlar. Yarım saat orda qalmışlar. Onun üzərində şəxsi axtarış aparmışlar, ancaq heç nə çıxmamışdır. Vəkil olsa da, çəkilişdə iştirak etməmişdir. Təqsirləndirilən şəxs da təzyiq göstərilmişdir. Rzaya nə dediklərini bilməmişdir, o başqa otaqda olmuşdur. Rzanı boynuna qoymaq istədiklərini görmüşdür. Ona qarşı da belə etmişlər. Narkotiki o qəbul edirmiş. Evdə anası, oğlu və o qalırmış. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 Fərman qızı ifadəsində göstərmişdir ki, Rzanı elə tutulan günü tanımışdır. Orda da şahid olmuşdur. Onun tanışı Yasin ondan icazəsiz əşyalarını Rzanın evinə qoyub ki, ev yaxınındı ordan götürsün. O Yasinə zəng edib əşyaların ona lazım olduğunu demiş, Yasin də gəlib götürməyini demişdir. Təzəcə getmişdir ki, mülki geyimli polis əməkdaşları gəlmişlər. O Rzanın evində qalmamışdır. Onun tanışı Yasin əşyaları özbaşına aparıb Rzanın evinə qoymuşdur. Polislər gəlib onu da tutmuşlar. Qucağında da uşağı olmuşdur. İçəridən qışqırıq səsləri gəldiyini eşitmişdir. İçəridəkinin kim olduğunu bilmirmiş. O qapıdan çıxanda görmüşdür ki, Rzanı yerə uzadıblar Sonra onları idarəyə aparmışlar. Rzanı da saxlamışlar. İdarədə çəkiliş aparılmış və onlara 48 saat sonra buraxılacaqlarını demişlər. O, prospektdə yaşayırmış, Rza isə Badamdarda. O Yasinə əşyaları aparıb evlərinə qoymağını demişdir. Birinci Yasinlə onu, sonra isə Rzanı götürmüşlər. Yasin 2 il olar narkotik istifadə edirmiş. O bunu təzəlikcə, tutulmamışdan 5 ay əvvəl bilmişdir. Rzanı tanımırmış, Yasin Rza haqqında ona danışmamışdır. O Rzada narkotik görməmişdir. Rza ilə hər hansı yazışması olmamışdır. Uşağının 9 yaşı var, o da hadisələrə şahidlik etmişdir. Evdən nəsə çıxdığını görməmişdir. Polislər onları evə qaytaranda Rzanı görməmişdir, onu Yasinlə gətirmişlər. O, istintaqda o cür ifadə verməmişdir. İmzanı başqa şeyə görə etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o istintaqdakı ifadəsini təsdiq etmir. O şahid deyilmiş, ancaq onu şahid kimi yazmışlar. Müstəntiqin nə yazıb, nə pozduğunu bilmir. İstintaqda onun Rzadan narkotik aldığı yazılmışdır. O, Rzadan narkotik almamışdır. Rza uşaqlıq dostu imiş. Onunla birlikdə narkotik alıb qəbul etmişlər. O, Rzadan heroin, metamfetamin almamışdır. Onun Rzadan narkotik almağı ilə bağlı ifadəsi yoxdur. Üzləşdirmə protokolunda o, Rzaya ondan narkotik aldığını deməmişdir. O Rza ilə üzləşməmişdir. O istintaqda o cür ifadə verməmişdir. Tanımadığı şəxslərdən narkotik alırmışlar. O Yasini 2-3 gün olardı ki, tanıyırmış. O nə Yasin, nə Rzadan narkotik almışdır. Onu yolda yox, mənzildə qapının ağzında saxlamışlar. O saxlananda Yasin, Səkinə və Rza yanında olmuşdur. Onun maşınında axtarış olmamışdır. Onun üzərindən azca narkotik tapmışlar, sonra da bölməyə aparmışlar. İstintaqda onu təhdid edirmişlər ki, daha ağır maddə ilə ittiham edəcəklər. O da məcbur olub imzalamışdır. İşdə olan 25 oktyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid1 göstərməsinə əsasən onun narkotik vasitəni əldə etdiyi ünvan 6 ünvanına videoçəkilişlə baxış keçirilmiş, həmin evin yataq otağında özlərini Şahid2 oğlu və Şahid3 kimi təqdim etmiş şəxslər müəyyən edilmiş, otaqda Şahid2 oğluna məxsus bir ədəd üzərində “Winchester” yazısı olan siqaret qutusunda bir ədəd gümüşü rəngli folqa bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə, bir ədəd sellofan bükümdə ağ rəngli kristallik şəkildə psixotrop maddə metamfetaminə oxşar kütlə, həmçinin narkotik vasitələri qəbul edilməsi üçün hazırlanmış iki ədəd pul əskinazından düzəldilmiş borucuqlar aşkar edilmiş, sorğu zamanı Şahid2 oğlu bükümlərdəki narkotik vasitə və psixotrop maddələrin ona məxsus olduğunu bildirmişdir. Həmçinin Şahid3 şəxsi əşyalarına baxış zamanı, sonuncunun əl çantasından bir ədəd sellofan bağlamada içərisində yaşıl rəngli ot kütlə, bir ədəd qara rəngli sellofan bükümün içərisində 08 ədəd ağ rəngli sellofan bükümlərdə psixotrop maddə metamfetaminə oxşar kütlə, bir ədəd sellofan bükümdə üzərində “20K” yazısı olan qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlə, bir ədəd elektron tərəzi və bir ədəd plastik qaşıq aşkar edilmişdir. Sorğu zamanı Şahid3 həmin narkotik vasitə və psixotrop maddələrin, həmçinin bir ədəd elektron tərəzi və bir ədəd plastik qaşığın ona məxsus olduğunu bildirmişdir. Bundan başqa həmin evin Təqsirləndirilən şəxs olduğu ikinci otağında masanın üzərində bir ədəd gümüşü rəngli folqa bükümünün içərisində qəhvəyi rəngli narkotik vasitə oxşar kütlə, bir ədəd içərisində narkotik vasitənin məhluna oxşar maye olan şpris və iki ədəd boş şpris, həmçinin bir neçə boş vəziyyətdə narkotik vasitəni qəbul edilməsi üçün hazırlanmış ampulalar və dərman preparatları aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümdəki və şprisdəki narkotik vasitənin ona məxsus olduğunu və evində müvəqqəti yaşayan Yasin adlı şəxs verdiyini bildirmişdir. Baxış zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir. İşdə olan 26 oktyabr 2022-ci il tarixli “cd diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılması video çəkilişlə aparılmış, həmin video görüntü bir ədəd dvd formatlı diskə köçürülmüş, diskdə olan görüntüyə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı sonuncu əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd siqaretin gümüşü kağız parçasının bükülünü, bir ədəd boş şprisi, bir ədəd qırıq vəziyyətdə olan ampulanı, konvalyutda olan bir ədəd həbbi, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd elektron tərəzini və əynindəki qara rəngli cins şalvarın qabaq sağ cibindən şəxsiyyət vəsiqəsini çıxarıb təqdim edərək masanın üzərinə qoyması, həmin iki ədəd siqaretin gümüşü rəngli kağız bükümü açıldıqda içərisində ağ rəngli kristalik şəkildə psixotrop maddəyə oxşar kütlə olması, sorğular zamanı Şahid1 həmin bükümlərin içərisində olan maddələrin “metamfetamin” olmasını həmin günü yəni xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində, Səbail rayonu, Badamdar qəsəbəsində yaşayan Rza və Yasin adlı şəxslərdən almasını, özü qəbul etmək üçün üzərində gəzdirməsini, bir ədəd həbbin isə ağrılarını götürmək üçün dərman olmasını, şpris və ampulanı narkotik vasitələri qəbul edərkən istifadə etmək məqsədi ilə üzərində gəzdirməsini bildirməsi əks olunmuşdur. İşdə olan 26 oktyabr 2022-ci il tarixli “cd diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 5 ünvanında axtarış və götürmə aparılması video çəkilişlə aparılmış, həmin video görüntü iki ədəd dvd formatlı diskə köçürülmüş, diskdə olan görüntülərə baxış keçirilmişdir. 2-ci video-diskdə olan “VİD_20221025_224059.mp4” adlı video-fayl açıldıqda, içərisində “03” dəqiqə “50” saniyə müddətində çəkilmiş olması aşkar edilmişdir. Həmin faylda olan görüntüdə təhqiqatçı əməliyyat qrupunun üzvləri birlikdə ünvan 7 ünvanında yerləşən həyət evinə baxışı davam etdirərkən, həmin evin ikinci otağında olan özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş şəxs müəyyən edilmişdir. Təqsirləndirilən şəxs olduğu otaqda masa üzərində bir ədəd gümüşü rəngli folqa bükümünün içərisində qəhvəyi rəngli narkotik vasitəyə oxşar kütlə olması, bir ədəd içərisində narkotik vasitənin məhluna oxşar maye olan şpris və iki ədəd boş şpris olması, həmçinin bir neçə boş vəziyyətdə narkotik vasitəni qəbul edilməsi üçün hazırlanmış ampulalar və dərman preparatları aşkar edilməsi, bükümdəki ve spristəki narkotik vasitə məhlullarının Təqsirləndirilən şəxs özünə məxsus olması və evində müvəqqəti yaşayan Yasin adlı şəxsin verməsini bildirməsi, masa üzərində olan maddə bükümünü, maye olan şpris, dərman preparatları, boş şpris və ampulalar boş zərfələ yerləşdirib qablaşdıraraq möhürlənib götürülməsi əks olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə fizikikimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6202 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün No 51” dairəvi möhür əksləri olan zərflərdə:-üzərində “...Şübhəli şəxs “imza” Şahid1... ” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd şərti olaraq 2 No-li zərfdəki 2 (iki) ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,873 qram, 0,627qram, ümumi təmiz çəkisi 1,500qram olan ağ rəngli kristaliik maddələr, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, 1 (bir) ədəd konvalyut kəsiyində üzərində “F/M40” göstəricisi olan 1 (bir) ədəd həbin tərkibindəki metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edir.Üzərində “...Şübhəli şəxs “ imza” Şahid1... ” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd bükümdə olan metamfetamin (şərti olaraq 1, 2 No-li obyektlər) xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir.Üzərində “...Şübhəli şəxs “imza” Şahid1... ” sözləri, “Şahid2 oğlundan aşkar olunmuş...” sözləri və “Şahid3 aşkar olunmuş... ” sözləri qeyd edilmiş üç ədəd zərfdəki olan metamfetamin (şərti olaraq 1-11 No-li obyektlər) xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir.Təqdim edilmiş 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohişsəcikləri cüzi miqdarda olduğu üçün onların digər maddə nümunələri ilə müqayisəli tədqiqat aparılmadı.Təqdim edilmiş 1 (bir) ədəd 5 ml həcmli boş şprisin və 1 (bir) ədəd qırıq vəziyyətdə olan ampulanın içərisində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohişsəcikləri cuzi miqdarda olduğu üçün onların digər maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Metamfetamin 2005-ci ii 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu İlə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu itə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Ekspertin rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Qeyd: Metamfetaminin təmiz çəkisi -1,500 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq-1,400 qram". Metadon həblərinin sayı-1 ədəd, tədqiqata sərf edildi-1/2 ədəd, qalıq-1/2 ədəd. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə fizikikimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/6203 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №51" dairəvi möhür əksləri olan zərflərdə:-üzərində “Şahid3 aşkar olunmuş...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd üzərində “20k” yazısı olan sellofan bükümdə təmiz çəkisi 78,702qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd qara rəngli polietilen parçanın içərisində olan 8(səkkiz) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,311 qram, 0,387 qram, 0,336 qram, 0,338 qram, 0,344 qram, 0,307 qram, 0,259 qram, 0,315 qram, ümumi təmiz çəkisi 2,597 qram olan ağ rəngli kristaliik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.-üzərində “Şahid2 oğlundan aşkar olunmuş ...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd üzərində “Winchester” yazısı olan siqaret qutusunda 1 (bir) ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkisi 12,233 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,054 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir.üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkisi 11,616 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, (bir) ədəd 2ml həcmli şprisdə 0,5 ml həcmində məhlul narkotik vasitə heroin məhluludur,heroinin quru maddəsinin çəkisi 0,027 qramdır.-üzərində “Şahid3 aşkar olunmuş...” və “Şahid2 oğlundan aşkar olunmuş..."sözləri qeyd olunmuş iki ədəd zərfdə olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir.Üzərində “Şahid2 oğlundan aşkar olunmuş...” sözləri və “Təqsirləndirilən şəxs aşkar olunmuş... ” sözləri qeyd olunmuş iki ədəd zərfdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir.Üzərində “Şahid3 aşkar olunmuş... ” sözləri qeyd olunmuş zərfdə olan heroin üzərində “Şahid2 oğlundan aşkar olunmuş... ” və “Təqsirləndirilən şəxs aşkar olunmuş... ” sözləri qeyd olunmuş zərflərdə olan heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidir. Üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki (bir) ədəd 2ml həcmli şprisdə olan heroinin məhlul halında olduğundan kimyəvi tərkibi dəyişdiyi üçün onun digər maddə nümunələri ilə müqayisəli tədqiqatını aparmaq mümkün deyildir.Təqdim olunan üzərində göstərici olmayan şəffaf rəngli sellofan paketdə və üzərində “LUNA 25” yazısı olan bir ədəd ağ rəngli plastik qabda olan ağ rəngli maddələrin, üzərində “Trombo ACC 100mq" yazısı olan ağ rəngli dərman həblərin,üzərində “paracetamol" yazısı olan dərman həbinin, üzərində “...ssencia ...orte H” yazısı olan qəhvəyi rəngli dərman kapsulunın tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin maddələr narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir.Təqdim edilmiş 2(iki) ədəd 5ml həcmli boş şprisin, 2(iki) ədəd qırıq vəziyyətdə olan ampulanın, 1 (bir) ədəd sınıq vəziyyətdə olan lampanın şüşə hissəsinin içərisindən, 1 (bir) ədəd çəhrayı rəngli plastik qaşığın üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların digər maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı.Təqdim olunmuş 1 (bir) ədəd qara rəngli elektron tərəzininin üzərində və iki ədəd pul əskinasından düzəldilmiş üzəri polietilen parçası ilə sarılmış borucuğun içərisində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların digər maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı.Təqdim olunmuş çek kağızının və folqa kəsiklərinin üzərində narkotik vasitə və psixotrop maddələrə məxsus izlər aşkar edilmədi.Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Ekspertin rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. İşdə olan 27 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid1 onu idarə etdiyi avtomobili ilə istədiyi ünvanlara aparması müqabilində bir büküm psixotrop maddə metamfetamin verdiyini onun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. İşdə olan 27 oktyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 oğlu ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid2 oğlunun yaşadığı evdə kirayədə qalmasının ödənişinin əvəzinə bir büküm narkotik vasitə heroin verdiyini onun üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1350/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən müəyyən olunur ki, Şahid3 Fərman qızı və Şahid2 oğlu hər biri Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, Şahid3 Fərman qızı 5(beş) il müddətinə, Şahid2 oğlu 7(yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(027)-57/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 02 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən sorğu edilərək əldə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 2 il 21 gün hissəsi icra olunmamışdır. İşdə olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail RPİ-nin CAŞın əməliyyat müvəkkili Şahid5 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 25 oktyabr 2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2022-cü il tarixli, 7360 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.” İşdə olan Bakı şəhəri Səbail rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X10 tərəfindən toplanmış 218-C-22 nömrəli material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 26 dekabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Bakı İstintaq Təcridxanasından sorğu edilərək əldə olunan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 04 sentyabr 2023-cü il tarixli, 3-16-17/38/2-6022/2023 nömrəli məktubdan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar olunmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2024cü il tarixli, 1(101)-342/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki güc tətbiq edilərək, narkotik vasitəni polis əməkdaşları tərəfindən qoyulması barədə dəlillərini əsassız hesab edib qeyd edir ki, həmin məsələ birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılmış və hökmdə buna dair işin faktiki hallarına uyğun olan hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılşaraq qeyd edir ki, Bakı şəhəri Səbail rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X10 tərəfindən toplanmış 218-C-22 nömrəli material əsasında tərtib olunmuş “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 26 dekabr 2022-ci il tarixli qərarından və Bakı İstintaq Təcridxanasından verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması xususatı öz təsdqini tapmamışdır. Onun fiziki təzyiqlərə məruz qalması faktını inkar edən belə mötəbər sübutların mövcudluğu şəraitində müdafiəçi tərəfindən hələ də apellyasiya şikayətlərinin dəlillərinin həmin halla əlaqələndirilməsi (əsaslandırılması) subyektiv mülahizələrə söykənən müdafiə üsulu (taktikası) kimi qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub, ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 1(101)-342/2024 nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2024cü il tarixli, 1(101)-342/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90(doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Zaur Hüseynov Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar