Məhkəmə qərarları › İş №1(103)-806/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-806/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-806/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əkbərovun sədrliyi və məruzəsilə, Faiq Adil oğlu Qasımov və Elmar Eldar oğlu Rəhimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı X4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, hazırda heç yerdə işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 1(003)- 626/2019 saylı qərarına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli hökmü ilə təyin edilən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qərarı ilə 03 (üç) il 06 (altı) aya endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin 24 iyul 2018- ci il tarixli qərarı ilə 03 (üç) il müddətinə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhər Xətai Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İbrahim İbrahimli) 17 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 1(003)-626/2019 saylı qərarına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli hökmü ilə təyin edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qərarı ilə 03 (üç) il 06 (altı) aya endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qərarı ilə 03 (üç) il müddətinə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli hökmü ilə təyin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qərarı ilə 03 (üç) il 06 (altı) aya endirilmiş, Bakı Apelyasiya Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qərarı ilə 03 (üç) il müddətinə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 16 (on altı) gün hissəsi ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq hökmlərin məcmusu üzrə 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 17 mart 2021ci tarixdən hesablanması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq qərarına gəlib bu məqsədlə 24 oktyabr 2019-cu il tarixdə 12:00 radələrində ünvan 2 ünvanında yerləşən 221 saylı tam orta məktəbə gəlib 1-ci mərtəbədə yerləşən, qapısı örtülmüş vəziyyətdə olan 14 saylı otağa yaxınlaşıb qapını açmaqla daxil olaraq orada masanın üzərində olan Zərərçəkmiş şəxs məxsus 350 manat qiymətində “Xiomi Redmi Note7” markalı mobil telefonu və Zərərçəkmiş şəxs məxsus olan çantadan içərisində 170 manat pul olan 50 manat qiymətinə cüzdanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilkdə 570 (beş yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən məhkum edilmiş şəxs apellyasiya şikayəti verib özünü AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilmədiyini, iş materiallarında olan diskdəki görüntülərdə olan şəxsi başqa şəxs olduğunu qeyd etmiş, apellyasiya baxışı zamanı hökmün ləğv edilərək ona AR CM-nin 177.1-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, müdafiə tərəfin apellyasiya şikayətinin təmin edilməsi, hökmün ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması barədə, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində məhkum edilmiş şəxs özünü AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilmədiyini göstərsə də, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkum edilmiş şəxsin özünün istintaq zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, DVD formatlı diskə baxış keçirilməsi barədə protokol (həmin protokolda Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu təsdiq etmişdir), baxış keçirilməsi və sair istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif etmişdir Məhkəmənin hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək onun AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli olmadığını və videogörüntüdə olan şəxsin başqa şəxs olduğunu göstərsə də, iş materiallarından görünür ki, məhkum edilmiş şəxs birinci instansiya məhkəməsində ifadə verməsə də, ibtidai istintaq zamanı özünü tam təqsirli bilmiş, 01 (bir) ədəd DVD formatlı diskə baxış keçirilməsi barədə protokolda isə videogörüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. Belə ki, cinayət işinin 171-ci vərəqəsində olan 01 (bir) ədəd DVD formatlı diskə baxış keçirilməsi barədə protokolodan görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bilal Bağırovun iştirakı ilə diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əllərinin bir birinə sıxaraq 221 saylı tam orta məktəbdə olan sinif otağının qapısına əynində qara rəngli gödəkçə və göy rəngli cins şalvarla yaxınlaşaraq qapını döyməsi müşahidə olunur. Təqsirləndirilən şəxs bildirmişdir ki, video görüntüdə qeydə alınmış şəxs onun özüdür. Göründüyü kimi, Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirilmişdir ki, apellyasiya baxışı zamanı onun özünü təqsirli bilməməsin dair ifadəsini məhkəmə kollegiyası özünümedafiə xarakterli və cinayət məsuliyyətindən və cəzadan yayınmağa yönələn ifadələr kimi qiymətləndirir. Məhkum edilmiş şəxs təyin edilmiş cəzaya gəlincə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzanı yüngülləşdirən hallar kimi onun ailəli olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olmasını, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhər Xətai Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə məhkum edilməsinə dair 17 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən, AR CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l ı r : Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhər Xətai Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar