Məhkəmə qərarları › İş №1(103)-816/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-816/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-816/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi–X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri-Bakı şəhəri “Zəfər” Vəkil bürosunun vəkili Müdafiəçi6 və Bakı şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: Rasim Sadıxov) xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Şuşa rayonu Xəlfəli kəndində qeydiyyatında olan və Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Natavan küçəsi, ev 113-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi 132-də yaşamış, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 barələrində olan 31 yanvar 2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5; təqsirləndirilən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-ci maddələri ilə 10 (on) il müddətinə və Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, ona cinayətlərin məcmusu ilə təyin olunmuş cəzalar qismən toplanılmaqla, cəzasının əvvəli 28 noyabr 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə üzərində qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət Məcəlləsinin 93-1.2-ci madddəsinə əsasən, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilmişdir. Cinayət Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilmişdir. Məhkəmənin eyni hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 234.4.1 və 234.4.3-ci maddələri ilə 09 (doqquz) il müddətinə və Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən, cinayətlərin məcmusu ilə təyin olunmuş cəzalar qismən toplanılmaqla, cəzasının əvvəli 28 noyabr 2021-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, onun üzərində qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin Məcəllənin 93-1.2-ci madddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilmişdir. Cinayət Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından ona bəraət verilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və narkotik vasitələrə və yaxud psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz olaraq əldə etmişlər, daşımışlar və saxlamışlar. Belə ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli qərarı ilə rayon İcra və Probasiya şöbəsinin təqdimatı əsasında ona təyin edilmiş hökmün dəyişdirilərək 01 il 3 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli qərarı ilə 05 ay 07 gün müddətinə vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən tanışı Təqsirləndirilən şəxs2 və barələrində cinayətin haqqında icraat ayrılmış başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən xalis çəkisi 2540 qram narkotik vasitə heroini, külli miqdarda təmiz çəkisi 6470 qram narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxil edilən təsiredici maddəsinin ümumi miqdarının 16 qram olan narkotik vasitə metadonu və Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş külli miqdarda “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxil edilən təsiredici maddə- sinin ümumi miqdarı 27 qram narkotik vasitələr və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalini əldə edib narkotik vasitə heroinin külli miqdarda təmiz çəkisi 60 qram hissəsini Təqsirləndirilən şəxs1 üzərində və külli miqdarda xadis çəkisi 30 qram hissəsini Təqsirləndirilən şəxs2 üzərində, qalan kütlələri Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hundai Elantra” markalı **-TX-*** dövlət nömrə nişanlı avtomobilinin yük hissəsində saxlamışlar, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 28 noyabr 2021-ci il tarixdə saat 01:00-da Bakı şəhəri Səbail rayonu Bibiheybət yolu 2 ünvanın yaxınlığında saxlanılaraq Hundai Elantra markalı **-TX-*** dövlət nömrə nişanlı avtomobillə Baş Narkotiklərlə Mübarizə idarəsinə gətirilib üzərlərinə şəxsi axtarış keçirilərkən, Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 60,0 qram və Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 30,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 28 noyabr 2021-ci ildə saat 06:40-dan etibarən Təqsirləndirilən şəxs1 könüllü razılığı və iştirakı ilə Təqsirləndirilən şəxs2la birlikdə idarə etdiyi “Hundai Elantra” markalı **-TX-*** dövlət nömrə nişanlı avtomobilə Baş Narkotiklərlə Mübarizə idarəsinin həyətində baxış keçirilərkən, avtomobilin yük hissəsində əldə edib saxlayaraq daşıdıqları bir ədəd qara rəngli torbanın içindən 2 ədəd sellofan bağlamada külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1180,0 qram və 1270,0 qram olaraq ümumi çəkisi 2450,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd torbanın içində olan 05 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1350 qram, 1300 qram, 1000 qram, 1420 qram, 1400 qram olan külli miqdarda ümumi təmiz çəkisi 6470 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 16 qram olan 400 ədəd metadon həbləri və təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda, 27 qram üzərində “Preqabalin-150” göstəricisi olan 180 ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin aşkar olunaraq götürülmüşdür. Məhkəmənin hökmündən narazı qalan Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs2 əməlini CM-nin 234.4.1, 234.4.3 və 240.3.2 maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif edib barəsində ədalətli qərar çıxarılmasını, məhkəməyədək icraat üzrə CPM-nin 355.1.2-ci maddəsinin tələbinin kobud pozulmasına yol verildiyindən əməliyyat-axtarış tədbirini həyata keçirən əməliyyat müvəkkilləri barəsində xüsusi qərar çıxarılmaqla aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs2 digər təqsirləndirilən şəxs Ricat Babayevlə qabaqcadan əlbir olmasının konkret hansı hərəkətlə, nədə ifadə edilməsi, «Səxi» adlı şəxslə hər hansı konkret əlaqəsi, həmçinin narkotik vasitənin İİR-dan keçirilməsində, avtomobilin yük yerinə qoyulmasında rolu, Ricat Babayevin idarə etdiyi nəqliyyat vasitəsinin yük yerindən aşkar edilmiş narkotik vasitə barəsində məlumatı iş materialları ilə təsdiq edilmir. Qeyd edilənlərlə bağlı Təqsirləndirilən şəxs2 məhkəmədə ağlabatan ifadə vermiş və müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmədə ifadə verən əlavə şahidlərin ifadələri və digər təqsirləndirilən Ricat Babayev tərəfindən təsdiq edilmişdir. İstintaq zamanı isə Təqsirləndirilən şəxs2 verilmiş əsassız ittihama etiraz kimi ifadə verməkdən imtina etmişdir. Müdafiə tərəfinin mövqeyi ondan ibarətdir ki, hazırkı cinayət işi üzrə üzərindən aşkar edilmiş həddə narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyət daşımağı qəbul etmək məcburiyyətində qalsa da, ittihamı qalan hissədə qəbul etməmişdir. Çünki, avtomobilin yük yerindən aşkar edilmiş narkotik vasitəyə Təqsirləndirilən şəxs2 hər hansı aidiyyəti yoxdur. Bununla bağlı iş materiallarında qanunsuz olsa belə hər hansı bir sübut əldə edilməmişdir. Hətta təqsirləndirilən şəxslər etirafa məcbur edilərkən, «guya narkotik vasitəni qoyulduğu yerdən götürüb deyiləcək yerə qoymaları müqabilində hər hansı bir xeyri, maddi və ya başqa marağı olacağı barədə bir cümlə belə yazdırılmamışdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1lə, ya qeyrisi ilə hər hansı bir əlbirçiliyi yoxdur. Məhkəmədə tədqiq edilmiş və əksi sübutlarla inkar edilməyən işin faktiki halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 Ricat Babayevlə Beyləqana tərəf getməkdə məqsədi İmişli rayonu Otuziki kəndində yaşayan bacısını atasının vəfatının 40 mərasimi ilə bağlı xəstə anasına kömək etmə üçün Ricat Babayevin avtomobili ilə Bakı şəhərinə gətirmək olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxslərin və əlavə şahidlərin verdikləri ifadədən aydın oldu ki, Ricat Babayev əvvəlcə Təqsirləndirilən şəxs2 İmişli rayonu Otuziki kəndinə gətirib düşürmüş, sonra harasa gedib qayıtmış, birlikdə çay-çörək yeyib Bakı istiqamətdə yola çıxmışlar. Təqsirləndirilən şəxs1 məhkəmədə özü verdiyi ifadəsində göstərmişdir ki, İİR-nın vətəndaşı olan şəxslə nə danışmasından Samirin məlumatı olmamış, Samir onunla yol-yoldaşı kimi gedib Samiri İmişli rayoununun Otuziki kəndində bacısıgildə düşürüb təxminən 40 dəqiqə ərzində Beyləqan istiqamətində gedib selofan bükülünü götürüb avtomobilin yük yerinə qoymuş, polis saxlayana kimi Samirin bundan xəbəri olmamışdır. Bu barədə ona heç bir söz deməmişdir. Təqsirləndirilən şəxslərin evlərində ayrı-ayrılıqda axtarış aparılması qanunsuz keçirilmiş, həmdə bu hərəkət gizlədilərək rəsmiləşdirilməmişdir. Axtarış vaxtı şahidlərin iştirakı nəzərdə tutulmamış, yalnız hal şahidlərinin iştirakı nəzərdə tutulur. İndiki halda polis əməkdaşlarının şahidliyi ilə aparılan axtarış bu xüsusiyyətinə görə qüsurludur. İttiham tərəfi hesab edir ki, hazırkı ittiham şahidlərin ifadələri, baxış protokolu, ekspert rəyləri, maddi sübutlar, TŞK-nın görüntüləri və digər sübutların məcmusu ilə təsdiq edilir. Polis əməkdaşlarının şahidliyi qəbul edilməməli, yəni baxış və axtarışda hal şahidlərindən başqa şahidlər nəzərdə tutulmamış, narkotik vasitənin tərkibi və çəkisi ilə bağlı ekspert rəyinə gəldikdə, Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş 30 qram narkotik vasitənin və avtomobilin yük yerindən aşkar edilmiş narkotik vasitənin tərkibi və çəkisi mübahisə edilmir. Lakin avtomobilin yük yerindən aşkar edilən narkotik qanunsuz dövriyyəsi ilə Təqsirləndirilən şəxs2 əlaqəsi iş materialı ilə sübut edilməmişdir. Təqsirləndirilən şəxs2 yalnız avtomobildə olması cinayətdə əlbirçilik kimi qiymətləndirilməməlidir. İş materiallarında olan TŞK-nın görüntülərinin sübut kimi əhəmiyyətinə gəlincə qeyd edilir ki, istintaq zamanı müdafiəçi kimi sorğu verib TŞK-nın nömrəsini və yerləşmə yerinə göstərib Bibiheybət məscidinin yanındakı saat və vaxt göstərilməklə videogörüntülərin təqdim edilməsini xahiş etmiş, lakin saxlanılmadığı əsas gətirilib təqdim edilməmişdir. Lakin iş materiallarındakı TŞK-nın görüntülərinə əsasən, Ricat Babayevin istifadəsində olmuş avtomobil xx.xx.2021-ci ildə saat 15:50 də Bakı-Qazax yolunun 29,5-cu km-də Qazax istiqamətində, xx.xx.2021-ci ildə, saat 16:18-də İmişlİ-Beyləqan yolunun 53-cü km-də Beyləqan istiqamətində, saat 16:27-də həmin istiqamətdə 62-ci km-də, saat 19:06-da həmin istiqamətdə, 108-ci km-də, saat 19:32-də Bedəyan yolu Sabirabad İstiqamətdə 108-ci km-də, saat 22:07-də İmişli-Bakı yolunun 70-ci km-də Sabirabad istiqamətində və saat 23:55-də Sabirabad-Hacıqabul yolun 76-cı kmdə Bakı istiqamətində olması müəyyən edilmiş, bu xüsusat təqsirləndirilən və əlavə şahidlərin məhkmədə bildirdikləri əvvəlcə İmişli rayonun Otuziki kəndinə gedib Samirin orada bacısıgildə düşməsini, sonra Ricatın Beləqana gedib qayıtması barədə deyilən xüsusatı inkar etmir. Təqsirləndirilən şəxslər bu xüsusatı ilkin ifadələrində təsdiq etmək məcburiyyətində qalsalar da sonradan və məhkəmədə qəbul etməmişlər. TŞK-nın görüntülrindən avtomobilin hərəkəti qeyd edilsə də, içində olanlar barədə görüntülər yoxdur. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxslər Bakı şəhərinin girəcəyində Bibiheybət məscidin yanında polis tərəfindən saxlanılarkən üzərləri yoxlandığını göstərsələr də, həmin yerdə TŞK-nın görüntüləri iş materialına əlavə edilməmiş, bu hal bir daha istintaq orqanın qərəzli olmasından, təqsirləndirilən şəxsə bəraət verən halların tədqiq edilməsində məhkəmənin də səy göstərmədiyini təsdiq edir. Təqsirləndirilən şəxslərin məhz saxlandıqları yerdəki TŞK-nın görüntüləri iş materiallarına əlavə edilərdisə onların üzərinin yoxlandığı və hər hansı bir narkotik vasitə aşkar edilmədiyi təsdiq edilmiş olardı. Obyektiv videogörüntülər əlavə edilmədiyindən müdafiə tərəfinin şübhələri əsaslı hesab edilməlidir. Məhkəmənin hökmü ilə razılaşmayan təqsirləndirilən Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, onun işinə düzgün baxılmasını xahiş etmişdir. Məhkəmə hökmündən narazı qalan Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayəti verərək, müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs1 əməlləri tövsif edilən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bağlıdır. İlk əvvəl maddənin dispozisiyasına görə “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən (234.4.1) və küllü miqdarda (234.4.3) satış məqsədi ilə qanunsuz narkotik vasitə və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, ya qanunsuz narkotik vasitələri və ya psixotrop maddələri satma (234.2) və narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək üçün prekursorları satma, ya prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşı- madan (234.3)” ibarətdir. Təqsirləndirilən şəxs1 əməllərində göstərilən maddələrin tərkibinin olmaması görünür. Belə ki, CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin növlərindən biri narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz satmaqdır. Hətta istintaqın ittiham aktına əsasən, Təqsirləndirilən şəxs1 cinayət işində qanunsuz hərəkəti istintaqın ehtimalına görə narkotik vasitəni Təqsirləndirilən şəxs2la götürüb Səxinin dediyi yerlərə qoymaqdan ibarət olub. Belə olan halda istintaq təqsirləndirilən şəxsin əməlində satmanı necə müəyyənləşdirib. Məhkəmənin öz hökmündə sübut kimi əsaslandığı ən əsas dəlillər təqsirləndirilən şəxslərə məxsus telefonların “Whatsup” vasitəsilə apardıqları yazışmalardır. Məhkəmədə araşdırılmış “telefon zəngləri üzrə aparılmış danışıqlara dair məlumatlara baxış keçirilməsi haqqında” yazışmalardan görünür ki, təqsirləndirilən şəxslərin telefonlarına gələn və çıxan yazışmalarda satışı sübut edən heç bir fakt yoxdur. Belə ki, istintaq tərəfindən cinayətin sübutu kimi təqdim edilmiş və məhkəmədə araşdırılmış "xxxx" MMC-dən daxil olmuş giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış vaxtı yazışmasına əsasən, Ricad özü istifadə etmək üçün narkotik vasitəni kimdənsə almaq istəyir, yəni onun əməlində satışla bağlı yox alışla bağlı və istifadəçi kimi cinayət əməlinin tərkibi var. Bu halı sübur edən fakt odur ki, Təqsirləndirilən şəxs1 Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin təqdimatı əsasında hökm dəyişdirilərək 01 il 03 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci ildə Qaradağ rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 05 ay 07 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, yəni narkotik vasitələrin istifadəçisidir. İkinci ən önəmli məsələ təqsirləndirilən şəxslərin üzərinə və avtomobilə keçirilmiş baxışla bağlıdır. Belə ki, CPM-nin 86.8.3-cü maddəsinə görə təhqiqat orqanının əməkdaşı səlahiyyətləri daxilində tutduğu yerdə tutduğu şəxsin üstünü yoxlayır. Lakin, sənədlər və vaxt intervallarına nəzər saldıqda həmin tələbinin kobud surətdə pozulması baş vermiş və məhkəmə bu fakta heç bir önəm verməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397-ci maddəsinin tələblərinə əsasən, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi, cinayət qanunu və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki hallar apellyasiya məhkəməsi tərəfindən yalnız apellyasiya şikayəti və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsinin cinayət qanunu və bu Məcəllənin normalarına əməl etməsi apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq, cinayət prosesi iştirakçıların fikirləri və çıxışlarını dinləməklə hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək, Təqsirləndirilən şəxs2 əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə, Təqsirləndirilən şəxs1 əməlinin isə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməsi barədə apellyasiya şikayətlərinin dəlilləri işin faktiki hallarına uyğun olmadığından, aşağıdakılara görə əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına əsasən, cinayətin tövsifi törədilən konkret əməlinin cəhətləri ilə cinayət-hüquqi normanın dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən edərək, müvafiq prosessual sənəddə əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə cinayət işinin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarından və məhkəmə iclaslarının protokollarından göründüyü kimi Təqsirləndirilən şəxs2 özünü cinayətin törədilməsində təqsirli bilməsə də, onun tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsi istintaqda və məhkəmədə dindirilmiş digər Təqsirləndirilən şəxs1 və şahidlərin ifadələri ilə; narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satılması barədə əməliyyat məlumatın daxil olması və həmin əməliyyat məlumatı əsasında əməliyyat tədbirin hazırlanması və keçirilməsinə dair toplanmış ilkin sənədlər ilə; maddi sübutların aşkar olunaraq götürülməsinə dair şəxsi axtarış və götürmə aparılmasına dair protokollarla; keçirilmiş məhkəməkimyəvi və məhkəmə-bioloji ekspertizalarının rəyləri ilə; Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olması barədə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə; başqa istintaq hərəkətlərinin protokolları ilə; toplanmış və birinci instansiya məhkəməsində elan olunaraq tədqiq edilmiş çoxsaylı digər mötəbər və təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır, bir yerdə Buzovna qəsəbəsində orta məktəbdə oxumuş və həmin qəsəbədə yaşayırlar. neçə ildir narkotik vasitə qurudulmuş marixuana və şüşə kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir. Narkotik vasitə istifadəçisi olduğu üçün məhkum olunmuş, cəzaçəkmə müəssisəsindən adını xatırlamadığı bir iranlı ilə tanış olmuş, iranlı da cəza çəkmiş, həmin iranlı “Səxi” adlı həmyerlisi olduğunu, Səxinin istənilən həcmdə və çeşiddə narkotik vasitə çatdıra biləcəyini demişdir. CÇM-dən azad olunduqdan sonra özünə iş axtarmış, dövlətin verdiyi məvacibi xərcləmiş, lakin bir iş tapa bilməmişdir. Buna baxmayaraq ara-sıra mənzillərdə təmir işləri ilə məşğul olmuşdur. Bu ərəfədə cəza çəkdiyi müəssisədə tanış olduğu iranlı da azad olunaraq ölkəsinə getmiş və bir gün həmin iranlı onun telefonuna Whatsapp mesajlaşma proqramı ilə danışmış və ona Səxinin yanında olduğunu deyib telefonu danışmaq üçün Səxiyə vermişdir. Bu danışıq zamanı Səxi ilə narkotik vasitələrin Azərbaycan ərazisinə gətirib burada ona verəcəyi barədə razılığa gəlmişlər. “Səxi” onun ilkin tapşırığını problemsiz yerinə yetirərək, onun etimadını doğrultduğu halda onunla işləyə biləcəyini bildirmişdir. xx.xx.2021-ci ildə “Səxi” ona Whatsappla zəng edib Beyləqandan çıxan yolun 2-ci yol işarəsinin yanına narkotik vasitələr qoyacağını demiş və ondan həmin narkotik vasitələri oradan götürərək sonra deyəcəyi yerə qoymasını tapşırmışdır. Səxi bu xidmətinə görə ona pul və narkotik verəcəyini demiş, lakin pulun məbləği haqqında bir söz deməmiş, Beyləqana tək getməmək üçün dostu Təqsirləndirilən şəxs2 “Səxi”-nin zəngi barədə demiş, Samirə onunla birlikdə Beyləqana gedib Səxinin dediyi yerdən əşyanı götürüb Bakıya qayıtmağa təklif etdikdə, Samir onunla razılaşmış, xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs2la birlikdə özünün idarə etdiyi Hundai Elentra markalı **-TX-*** nömrə nişanlı avtomobili ilə Beyləqan rayonu istiqamətdə yola düşmüşlər. Yolda Samir ona demişdir ki, onu İmişliyə bacısıgilə aparıb düşürsün, qayıdanda isə götürsün. Samiri İmişlidə düşürüb Beyləqan rayonuna getmiş, Səxinin bildirdiyi yol nişanını altından bir çantanı götürüb maşının yük yerinə qoymuş, çantanı açıb içinə baxmamışdır. Bundan sonra yenidən İmişliyə gedərək Samiri oradan götürüb Bakıya yollanmışlar. Samirə Səxinin dediyi çantanı götürdüyünü və maşının yük yerinə qoyduğunu demişdir. 28 noyabr 2021-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri Səbail rayonu Bibiheybət məscidi yanında avtomobili polislər saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu deyərək onu və Təqsirləndirilən şəxs2 ayrı-ayrı maşınlarda yaşadıqları Buzovna qəsəbəsinə apararaq, evlərinə baxış keçirilmiş, lakin onun evindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Digər polis əməkdaşları isə Samirin yaşadığı ünvanda axtarış etsələr də, heç bir qanunsuz əşya aşkar etməmişlər. Bunu ona görə bilir ki, qəsəbədən yola düşdükdə Samirlə olan polis əməkdaşları onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə idarəsinə getmişlər, orada avtomobilini duracağa yerləşdirmişlər. Bundan sonra təhqiqatçıya təqdim edilmiş, sonuncu müdafiəçinin iştirakı olmadan onu şübhəli şəxs kimi tutmuş, sonra onun üzərinə baxış keçirmiş, polislərin onun cibinə qoyduğu narkotik vasitə heroini özünə məxsus vasitə kimi təqdim etməyə məcbur etmişlər. Eyni məsələ Təqsirləndirilən şəxs2 da başına gəlmişdir. Samirin də üzərinə baxış keçirilmiş və ondan da heroin aşkar edilmişdir. Səhərə yaxın maşına baxış keçirilmiş, Səxinin ona çatdırdığı çantanın içindən bir ədəd polietilen torbanın içindən heroin, qurudulmuş marixuana, 400 ədəd metadon, 180 ədəd pregabalin aşkar edilmişdir. Üzərinə və maşınına baxış keçirilərkən videoçəkiliş aparılmış, müvafiq protokollar tərtib edilmiş və protokolları qorxduğu üçün imzası ilə təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir, məhkəmədən xahiş edir ki, məhkəmədə verdiyi ifadəsini həqiqi ifadə kimi qəbul etsin. Lakin, Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsindən əhəmiyyətli dərəcədə fərqli ifadələri ibtidai istintaq dövründə verdiyindən, onun ibtidai istintaqda verdiyi ifadələri məhkəmədə elan olunaraq tədqiq edilmiş və həmin ifadələrində Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, təxminən 3 ildir narkotik vasitə qurudulmuş marixuana və şüşə kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir, istifadəçisi olduğundan məhkum edilmiş, təxminən 5 ay olar azadlığa çıxmışdır. Cəzaçəkmə müəssisəsində olarkən İran vətəndaşı “Səxi” adlı şəxsin nömrəsini əldə etmiş və lazım olduqda onunla əlaqə saxlayaraq, narkotik vasitənin dövriyyəsi ilə məşğul ola biləcəyini bilmişdir. Azadlığa çıxdıqdan sonra, yəni təxminən 4 ay qabaq İran vətəndaşı “Səxi” adlı şəxslə onun istifadəsində olan +98 919-221-7642 saylı nömrə ilə Whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə danışmış və narkotik vasitənin Azərbaycan ərazisində satışının təşkil olunmasında onunla birlikdə işləyə biləcəyini demişdir. “Səxi” adlı şəxs onun ilkin tapşırığını problemsiz yerinə yetirərək etimadını doğrultduğu halda onunla işləyə biləcəyini demiş, yəni təxminən tutulduğu vaxtdan 04 ay qabaq Səxi adlı şəxsi qiyabi tanımışdır. Təqsirləndirilən şəxs2la 10 ildir dostluq münasibəti var, onunla indiyə kimi aralarında ədavət, düşmənçilik və qərəzli münasibətləri olmamış, hazırdada yoxdur. Samirlə yaxın dost olduğundan gördüyü işlər və sirlərini onunla hər zaman bölüşmüşdür. “Səxi" adlı şəxslə olan münasibəti də ona danışmışdır. Bundan sonra dostu Samiri “Səxi” adlı şəxslə qiyabi telefon vasitəsi ilə tanış etmiş, yəni onlar bir birini tanımışlar və münasibətləri yaranmışdır. xx.xx.2021-ci ildə Samirlə birlikdə olarkən, İranlı “Səxi” adlı şəxs ona qeyd etdiyi nömrəsi ilə Whatsapla zəng edib Füzuli rayonu ərazisinə narkotik vasitlər qoyacağını, onların həmin narkotik vasitələri oradan götürərək dediyi yerlərə qoymalarını bildirmişdir. “Səxi” adlı şəxsində bu işi Samirlə onun birlikdə görəcəkləri barədə məlumatı olmuşdur. Çünki o da “Səxi" adlı şəxdsən qazanc olaraq əldə etdiyi pulun bir hissəsini aralarında olan razılığa əsasən işi görüb qurtardıqdan sonra Təqsirləndirilən şəxs2 verəcəkdir. Onun qeyd etdiyi işi görəcəyləri təqdirdə bunun qarşılığı olaraq müəyyən qədər pul əldə edəcəkdilər. Lakin pulun məbləği barədə Səxi adlı şəxs dəqiq məlumat verməmişdir. Samirlə “Səxi” adlı şəxsin təklifi ilə razılaşmış və onun dediklərini edəcəklərini bildirmişlər. Bu məqsədlə Samirlə birlikdə idarə etdiyi Hundai Elentra” markalı **-TX-*** nömrə nişanlı avtomobil ilə Füzuli rayonu istiqamətində yola düşmüşlər. Yolda olarkən İİR vətəndaşı “Səxi" adlı şəxs ona yeniə zəng edib görəcəkləri işin həmin gün alınmayacağını, onun dediyi başqa bir vaxta görəcəklərini demiş və onların geri qayıtmalarını bildirmişdir. Onlar da iş alınmadığı üçün geri qayıtmışlar. xx.xx.2021-ci ildə İİR vətəndaşı "Səxi” adlı şəxs yenidən zəng edib Beyləqan rayonu istiqamətində hərəkət etmələrini, narkotik vasitələri qoyduğu yeri telefonla onlara tanıdacağını demiş, Təqsirləndirilən şəxs2 və özü bununla razılaşaraq həmin tarixdə saat 15 radələrində idarə etdiyi “Hundai Elentra” markalı avtomobili ilə Beyləqan rayonu istiqamətində hərəkət etmişlər. “Səxi” adlı şəxs telefonla narkotik vasitələri Beyləqan yolunda sürət həddini göstərən tablonun yaxınlığına qoyduğunu onlara demiş, həmin yeri telefonla onlara tanıtmış, onlarda “Səxsi” adlı şəxsin dediyi yerdə narkotik vasitələrin olmasını görmüşlər. Həmin narkotik vasitələrin içərisində 2 ədəd sellofan torbada kiçik ölçüdə olan və “Səxi" adlı şəxs tərəfindən onların özləri üçün nəzərdə tutulan narkotik olmuşdur. Belə ki, “Səxi” adlı şəxs qazanc kimi verəcəyi puldan əlavə pay olaraq həmin bükümlərdə olan narkotik vasitələri onlar üçün nəzərdə tutmuşdur. Həmin 2 ədəd sellofan torbadakı bükümləri götürmüş və onlardan bir qədər çox olanını öz üzərində saxlamış, digər kiçik ölçüdə sellofanda olan bükümü isə Təqsirləndirilən şəxs2 vermiş və Samir həmin bükümü üzərində saxlamış, “Səxi” adlı şəxsin dediyi yerlərə qoymaq üçün nəzərdə tutlan külli miqdarda narkotik vasitələri isə idarə etdiyi avtomobilin arxa yük yerinə qoymuşlar və Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. 28 noyabr 2021-ci ildə saat 01:00 radələrində Bakı şəhəri Səbail rayonun ərazisində tanışı Təqsirləndirilən şəxs2la birlikdə idarə etdiyi Hundai Elantra markalı avtomobilin qarşısında dayanarkən, 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Onların narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Təqsirləndirilən şəxs2 Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət etmişlər və avtomobili duracağa yerləşdirmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra əvvəlcə onun və daha sonra Samirin üzərlərində şəxsi axtarış keçirilməzdən əvvəl qanunla qadağan edilmiş əşya, maddə, narkotik vasitə, narkotik vasitə qalıqları varsa təqdim etmələri təklif olunmuşdur. Bundan sonra əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroini təqdim etmiş, sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol yan cibindən bir ədəd avtomobil açarı, əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd “Samsunq” markalı mobil telefon, bir ədəd **********780284 nömrəli plastik bank kartı, həmin şalvarın sağ yan cibindən 10 manat aşkar edilmiş, heroin elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 64 qram olmuş, sonra Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə, qəhvəyi rəngli və spesifik iyli narkotik vasitə heroini təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində şalvarın sol yan cibindən “REDMİ” markalı mobil telefon və 5 manat aşkar olunmuş, heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 30 qram olmuş, həmin kütlələr qablaşdırılmış, təhqiqatçı, müdafiəçilər, Samir və özünün tərəfindən imzalanmaqla götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyindən mobil telefonlar, plastik bank kartı götürülmüş, bir ədəd açar və pullar aidiyyatı üzrə geri qaytarılmışdır. Aşkar olumuş narkotik maddələri İran vətəndaşı “Səxi” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddələri “Səxi” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını və bu işləri görməkdə Təqsirləndirilən şəxs2la əlbir olduğunu, Hundai Elantra markalı ** TX *** nömrəli avtomobildə narkotik maddə saxladıqlarını, həmin avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı ərizəsi alınmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs2, müdafiəçilərinin və polis əməkdaşlarının iştirakı ilə «Hundai elentra» markalı avtomobilə baxış keçirilməsinə getmişlər. Həmin avtomobilin yük hissəsində üzərini nar meyvələri ilə örtərək gizlətdikləri bir ədəd polietilen torbanı təqdim etmişlər. Həmin torbanın içindən 2 bükümdə qəhvəyi rəngli, spesifik iyli narkotik vasitə heroin, 05 bükümdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuana, 400 ədəd metadon, 180 ədəd pregabalin həbi aşkar edilmiş, heroin elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə çəkisi 2 kq 495 qram olmuş, qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 6 kq 685 qram olmuş, aşkar olunmuş predmetlər qablaşdırılmış üzərində qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Sonra avtomobilə baxış keçirilmiş və əlavə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır (c-1, i.v. 129-133; c-2, i.v 174-177). Birinci instansiya məhkəməsində dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 yaşadığı Buzovna qəsəbəsindən qonşusu kimi tanıyır, onunla dostluq münasibətləri vardır. İİR-sı vətəndaşı Səxi adlı şəxsi tanımamış, lakin Ricadın mobil telefonu bağlı olduğu üçün Ricad onun telefonu ilə Vatsapla Səxi ilə əlaqə saxlamışdır. Ricadın Səxi ilə nə barədə əlaqə saxladığını bilməmişdir. 26 noyabr 2021-ci ildə Ricad ona bildirmişdir ki, Beyləqanda kimdənsə alacağı pul var, rayona getmək istəyir. Ricaddan xahiş etmişdir ki, onu yol üstü İmişli rayonuna aparıb bacısı evinə düşürsün, Beyləqandan qayıdanda isə onu da götürsün. Belə də oldu. Ricad öz maşını ilə onu İmişli rayonunda bacısının yaşadığı kəndə aparıb özü isə yolunu davam etmiş, təxminən 30-40 dəqiqə sonra Ricad qayıdıb onu kənddən götürmüş və ikisi birlikdə Bakı şəhərinə yollanmışlar. Bakı şəhərinin girəcəyində Bibiheybət məscidi yanında onları polis işçiləri saxlamış, bildirmişlər ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələr əldə edib daşımasından şübhəlidirlər. Sonra polis əməkdaşları onu öz maşınlarında, Ricadı özünün maşını ilə Buzovna qəsəbəsinə yaşadıqları ünvanlara aparıb ayrı-ayrılıqda evlərində axtarışlar etmişlər. Hətta polislər onları saxlayan zaman elə Bibiheybət məscidin yanında üzərlərini axtarmış, lakin qanunsuz heç bir şey aşkar etməmişlər. Polislər onun yaşadığı ünvanda da qanunsuz heç bir şey aşkar etməmişlər. Bildiyi qədər, Ricadın ünvanında da qanunsuz heç bir əşya aşkar olunmamışdır. Bundan sonra onu BNMİ-nə aparmışlar. Ricadı orada görmüşdür. Orada tanımadığı polis əməkdaşları onu döyərək cibinə bir büküm narkotik vasitə qoyub tələb etmişlər ki, üzərinə videoçəkilişlə baxış keçirilərkən həmin bükümü ona məxsus əşya kimi təqdim etsin, qorxaraq onlara tabe olmuşdur. Təhqiqatçının videoçəkiliş aparılmaqla keçirdiyi axtarış zamanı bükümü gödəkcənin sağ cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Özünü təqsirli saymır, saxlanıldığı vaxt təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmamış, üzərinə baxış keçirilərkən vəkil iştirak etməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsi ona elan edilmişdir. Həmin ifadəni təziq altında vermişdir. İfadəsində göstərmişdir ki, təxminən 2 ildir qurudulmuş marixuana və şüşə kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir. Təqsirləndirilən şəxs1 təxminən 10 ildir tanıyır və onunla dostluq münasibəti vardır. Aralarında indiyə qədər düşmənçilik, ədavət və qərəzli münasibət olmamış, hazırda yoxdur. Təqsirləndirilən şəxs1 azadlığa çıxdıqdan sonra iranlı “Səxi” adlı şəxs barədə ona danışaraq onunla birlikdə işləyib narkotik vasitənin satışını təşkil edəcəkləri halda qazanc əldə edə biləcəklərini bildirmişdir. Belə olub qiyabi olaraq onu da “Səxi” adlı şəxs ilə telefonla tanış edib həmin vaxtdan “Səxi” adlı şəxslə onunda münasibəti yaranmış, xx.xx.2021-ci ildə Ricad ilə birlikdə olduqları vaxt İİR vətəndaşı “Səxi” adlı şəxs ona +98 919-221-7642 nömrəsi ilə Whatsapda zəng edərək Füzuli rayonu ərazisinə narkotik vasitələr qoyacağını demiş və onların həmin narkotik vasitələri oradan götürərək onun dediyi yerlərə qoymalarını qeyd etmişdir. “Səxi” adlı şəxsində bu işi Ricadın onunla birlikdə görəcəyi barədə məlumatı olmuşdur. Çünki Ricad “Səxi” adlı şəxdsən qazanc olaraq əldə etdiyi pulun bir hissəsini aralarında olan razılığa əsasən işi görüb qurtardıqdan sonra ona verəcəkdi. Onun qeyd etdiyi işi görəcəkləri təqdirdə bunun qarşılığı olaraq müəyyən qədər pul əldə edəcəklərdi. Lakin pulun məbləği barədə “Səxi” adlı şəxs dəqiq məlumat verməmiş, təkliflə razılaşmışdır. Bu məqsədlə Təqsirləndirilən şəxs1lə birlikdə onun idarə etdiyi Hundai Elantra” markalı **-TX-*** nömrə nişanlı avtomobillə Füzuli rayonuna yola düşmüşlər. Yolda olarkən "İİR vətəndaşı “Səxi” adlı şəxs Ricada yenidən zəng edərək görəcəkləri işin həmin günü alınmayacağını, həmin işi onun dediyi başqa bir vaxta görəcəklərini bildirmiş və onların geri qayıtmalarını demiş, onlar da iş alınmadığı üçün geri qayıtmışlar. xx.xx.2021-ci ildə İİR vətəndaşı “Səxi” adlı şəxs yenidən Ricada zəng edib Beyləqan rayonu ərazisi istiqamətində getmələrini və narkotik vasitələri qoyduğu yeri telefonla onlara tanıdacağını demişdir. Təqsirləndirilən şəxs1lə bununla razılaşıb həmin tarixdə saat 15 radələrində Ricadın idarə etdiyi “Hundai Elantra” markalı avtomobil ilə Beyləqan rayonu istiqamətində hərəkət etməyə başlamışlar. “Səxi” adlı şəxs telefonla narkotik vasitələri Beyləqan yolunda sürət həddini göstərən tablonun yaxınlığına qoyduğunu Ricada demiş və həmin yeri telefonla tanıtmış, onlarda onun dediyi yerdə narkotik vasitələr olmasını görmüşlər. Həmin narkotik vasitələrin içərisində 2 ədəd sellofan torbada kiçik ölçüdə olan və “Səxi” adlı şəxs tərəfindən onların özləri üçün nəzərdə tutulan narkotik vasitə olmuşdur. Belə ki, “Səxi” adlı şəxs qazanc kimi verəcəyi puldan əlavə pay kimi həmin bükümlərdə olan narkotik vasitələri onlar üçün nəzərdə tutmuşdur. Ricad həmin 2 ədəd sellofan torbada olan bükümləri götürmüş və onlardan bir qədər çox olanını öz üzərində saxlamış, digər kiçik ölçüdə sellofanda olan bükümü ona vermiş, o da həmin bükümü öz üzərində saxlamışdır. “Səxi” adlı şəxsin dediyi yerlərə qoymaq üçün nəzərdə tutlan külli miqdarda narkotik vasitələri Ricadın idarə etdiyi avtomobilin arxa yük yerinə qoymuşlar və Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. 28 noyabr 2021-ci il tarixdə saat 01:00 radələrində Səbail rayonu ərazisində Riçad Babayevlə birlikdə onun idarə etdiyi «Hundai Elantra» markalı avtomobilin qarşısında dayanarkən 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs1 narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu deyərək onu və Ricadı Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər, avtomobili isə duracağa yerləşdirmişlər. Dəvət edilmiş müdafiəçinin iştirakı şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun və Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçilərinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Ricada və daha sonra ona üzərlərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etmələri təklif edildikdə, Ricad əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1(bir) bükümdə, qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə heroini təqdim etmiş, sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol yan cibindən 01 (bir) ədəd avtomobil açarı, əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən 01(bir) ədəd “SAMSUNG” markalı mobil telefon, bir ədəd **********780284 nömrəli plastik bank kartı, həmin şalvarın sağ yan cibindən 10 manat aşkar olunmuşdur. Heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 64 qram olmuşdur. Sonra özü əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən 1(bir) bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroini təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərində olan şalvarın sol yan cibindən “REDMİ” markalı mobil telefon və 5 manat aşkar edilmiş, heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 30 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, təhqiqatçı, müdafiəçilər, Racid Babayev və onun tərəfindən imzalanaraq götürülmüşdür. Əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar və plastik bank kartı götürülmüş, bir ədəd açar və pullar geri qaytarılmışdır. Ricad aşkar olumuş narkotik maddələri İran vətəndaşı “Səxi” adlı şəxs vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddələri “Səxi” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, işləri görməkdə onunla əlbir olduğunu, «Hundai Elantra» markalı avtomobildə narkotik maddə saxladıqları, həmin avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazlarının olmadığını bildirmişlər. Bununla bağlı onunda ərizəsi alınmışdır. Onlar polis əməkdaşlarının iştirakı ilə «Hyundai Elantra» markalı ** TX *** nömrəli avtomobilə baxış keçirilməsi üçün getmişlər. Ricad həmin avtomobilin yük hissəsində üzərini nar meyvələri ilə örtərək gizlətdiyi bir ədəd polietilen torbanı təqdim etmiş, həmin torbanın içindən 2 bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroin və 05 ədəd bükümdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuana, 400 ədəd metadon, 180 ədəd pregabalin həbi aşkar olunmuşdur. Heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2 kq 495 qram olmuş, qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 6 kq 685 qram olmuşdur. Aşkar edilmiş predmetlər qablaşdırılmış üzərində qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Avtomobilə baxış keçirilmiş və əlavə iş üzrə əhəmiyyət kəsb edən əşya və maddə aşkar edilməmişdir. İfadəsində yalnız özünün əvvəllər narkotik vasitə istifadəçisi olduğunu və Ricadın onun telefonu ilə Səxi adlı şəxslə danışmasını təsdiq edir. Lakin, təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsindən əhəmiyyətli dərəcədə fərqli ifadələri ibtidai istintaq dövründə verdiyindən, onun ibtidai istintaqda verdiyi ifadələri məhkəmədə elan olunaraq tədqiq edilmiş və həmin ifadələrində Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, təxminən 2 il narkotik vasitə qurudulmuş marixuana və şüşə kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir. Təqsirləndirilən şəxs1 təxminən 10 ildir tanıyır və dostluq münasibəti var. Aralarında indiyə qədər düşmənçilik, ədavət və qərəzli münasibət olmayıb və hazırda da yoxdur. Təqsirləndirilən şəxs1 azadlığa çıxdıqdan sonra İranlı “Səxi” adlı şəxs barədə ona danışmış və onunla birlikdə işləyərək narkotik vasitənin satışını təşkil edəcəkləri halda qazanc əldə edə biləcəklərini bildirmişdir. Belə olub qiyabi olaraq onu da “Səxi” adlı şəxs ilə telefon vasitəsi ilə tanış etmiş və həmin vaxtdan “Səxi” adlı şəxs ilə onunda münasibəti yaranmışdır. xx.xx.2021-ci ildə Ricadla birlikdə olduqları vaxt İİR vətəndaşı “Səxi” adlı şəxs ona +98 919-221-7642 saylı nömrəsi ilə Whatsappda zəng edərək Füzuli rayonu ərazisinə narkotik vasitələr qoyacağını bildirmiş və onların da həmin narkotik vasitələri oradan götürərək onun dediyi yerlərə qoymalarını demişdir. “Səxi” adlı şəxsində bu işi Ricadın onunla birlikdə görəcəyi barədə məlumatı olmuşdur. Çünki Ricad “Səxi” adlı şəxdsən qazanc olaraq əldə etdiyi pulun bir hissəsini aralarında olan razılığa görə işi görüb qurtardıqdan sonra ona verəcəkdi. Onun qeyd etdiyi işi görəcəkləri halda bunun qarşılığı olaraq müəyyən qədər pul əldə edəcəklərdi. Lakin pulun məbləği barədə “Səxi" adlı şəxs dəqiq məlumat verməmişdir. Bu təkliflə razılaşmışdır. Bu məqsədlə Təqsirləndirilən şəxs1lə birlikdə idarə etdiyi Hundai Elentra” markalı, **-TX-*** qeydiyyat nişanlı avtomobil ilə Füzuli rayonu istiqamətində yola düşmüşlər. Yolda olarkən “Səxi" adlı şəxs Ricada yenidən zəng edərək görəcəkləri işin həmin günü alınmayacağını, işi onun dediyi başqa bir vaxta görəcəklərini bildirmiş və onların geri qayıtmalarını qeyd etmişdir. Onlar da iş alınmadığı üçün geri qayıtmışlar. xx.xx.2021 -ci ildə İİR vətəndaşı “Səxi” adlı şəxs yenidən Ricada zəng edib Beyləqan rayonu ərazisi istiqamətində getmələrini və narkotik vasitələri qoyduğu yeri telefonla onlara tanıdacağını bildirmişdir. Təqsirləndirilən şəxs1lə razılaşaraq həmin tarixdə saat 15 radələrində Ricadın idarə etdiyi “Hundai Elentra" markalı avtomobil ilə Beyləqan rayonu istiqamətində hərəkət etməyə başlamışlar. “Səxi” adlı şəxs telefonla narkotik vasitələri Beyləqan yolunda sürət həddini göstərən tablonun yaxınlığına qoyduğunu Ricada demiş və həmin yeri telefonla tanıtmış, onlarda onun dediyi yerdə narkotik vasitələrin olmasını görmüşlər. Həmin narkotik vasitələrin içərisində 2 ədəd sellofan torbada kiçik ölçüdə olan və “Səxi” adlı şəxs tərəfindən onların özləri üçün nəzərdə tutulan narkotik vasitə olmuşdur. Belə ki, “Səxi” adlı şəxs qazanc kimi verəcəyi puldan əlavə pay kimi həmin bükümlərdəki narkotik vasitələri onlar üçün nəzərdə tutmuşdur. Ricad həmin 02 ədəd sellofan torbada olan bükümləri götürmüş və onlardan bir qədər çox olanını öz üzərində saxlamış, digər kiçik ölçüdə sellofanda olan bükümü ona vermiş, həmin bükümü öz üzərində saxlamışdır. “Səxi” adlı şəxsin dediyi yerlərə qoymaq üçün nəzərdə tutlan külli miqdarda narkotik vasitələri isə Ricadın idarə etdiyi avtomobilin arxa yük yerinə qoymuşlar və Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. 28 noyabr 2021-ci ildə saat 01:00 radələrində Bakı şəhəri Səbail rayonu ərazisində Təqsirləndirilən şəxs1lə birlikdə onun idarə etdiyi Hundai Elantra markalı ** TX *** nömrəli avtomobilin qarşısında dayanarkən 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu deyərək onu və Təqsirləndirilən şəxs1 Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər, avtomobili isə duracağa yerləşdirmişlər. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs kimi tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun və Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçilərinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Ricada və daha sonra ona üzərlərində qanunla qadağan edilmiş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etmələri təklif edildikdə, Ricad əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə heroini təqdim etmiş, sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki həmin gödəkçənin sol yan cibindən bir ədəd avtomobil açarı, əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd, “SAMSUNG” markalı mobil telefon, bir ədəd **********780284 nömrəli plastik bank kartı, həmin şalvarın sağ yan cibindən 10 manat aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 64 qram olmuş, əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroini təqdim etmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərində olan şalvarın sol yan cibindən “REDMİ” markalı mobil telefon və 5 manat aşkar olunmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 30 qram olmuş, həmin kütlələr qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, Racid Babayev və onun tərəfindən İmzalanaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyindən mobil telefonlar və plastik bank kartı götürülmüş, bir ədəd açar və pullar geri qaytarılmışdır. Ricad bildirmişdir ki, ondan aşkar olumuş narkotik maddələri İran vətəndaşı “Səxi” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, həmin narkotik maddələri “Səxi” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, bu işləri görməkdə onunla əlbir olduğunu, Hundai Elantra markalı avtomobildə narkotik maddə saxladıqlarını, avtomobilə polis işçiləri tərəfindən baxış keçirilməsinə etirazları olmadığını bildirmişlər. Bununla bağlı onunda ərizəsi alınmışdır. onlar polis əməkdaşların iştirakı ilə Hyundai Elantra markalı avtomobilə baxış keçirilməsinə getmiş, Ricad avtomobilin yük hissəsində üzərini nar meyvələri ilə örtərək gizlətdikləri bir ədəd polietilen torbanı təqdim etmiş, torbanın içindən 02 bükümdə qəhvəyi rəngli, spesifik iyli narkotik vasitə heroin, 05 ədəd bükümdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuana, 400 ədəd metadon, 180 ədəd pregabalin həbi aşkar edilmiş, heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2 kq 495 qram olmuşdur. Qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 6 kq 685 qram olmuşdur. Aşkar edilmiş predmetlər qablaşdırılmış üzərində qeydlər aparılmaqla möhürlənib götürülmüşdür. Avtomobilə baxış keçirilmiş və əlavə əhəmiyyətli əşya aşkar edilməmişdir (c-1, i.v. 144- 147). Birinci instansiya məhkəməsində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisə zamanı Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkil olmuş, hazırda həmin idarədə şöbə rəisidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 keçirdikləri əməliyyatla bağlı tanımış, yəni 28 noyabr 2021-ci ildə ona Ricad adlı şəxsin qanunsuz külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs2 barəsində heç bir məlumat olmamışdır. Məlumatın yoxlanılması üçün 4 nəfərdən, yəni ondan əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, polis nəfəri Şahid4 ibarət qrup yaradılmış, qrupa rəhbərlik etmişdir. Məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Ricad” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilməklə olduğu yerinin müəyyən edilməsi üçün tədbirlər keçirilmiş, Əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 Səbail rayonu Bibiheybət yolu 2 ünvanının yaxınlığında Bibiheybət məscidi yanından keçən yol ətrafında tanışı Təqsirləndirilən şəxs2la birlikdə olması müəyyən edilmiş, əməliyyat qrupu dərhal həmin ünvana getməklə xx.xx.2021-ci ildə saat 01:00-da Təqsirləndirilən şəxs1 həmin ərazidə idarə etdiyi “Hyundai Elantra” markalı **-TX-*** nömrəli avtomobilin qarşısında tanışı Təqsirləndirilən şəxs2la birlikdə saxlamışlar. Həmin vaxt onlar özlərini və qərar təqdim edib Təqsirləndirilən şəxs1 qanunsuz külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu və bu məqsədlə Baş idarəyə gedib hər ikisinin üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraz etmədən onlarla razılaşıb Baş idarəyə gəlmişlər. Təqsirləndirilən şəxs1 idarə etdiyi“Hyundai Elantra” markalı avtomobil də idarənin duracağına gətirilmiş, saxladıqları yerdə onların heç birinin üzərinə baxış keçirilməmiş, onları Baş idarəyə gətirib baş təhqiqatçı Nəcəf Aburşuya təqdim etmişlər. Nəcəf Aburşu hər iki şəxsin şübhəli şəxs kimi tutulması barədə qarar çıxarmış, sonunculara vəkil dəvət etmiş, vəkillərin iştirakı ilə bu şəxslərin tutulmasına dair ayrıayrılıqda protokollar tərtib etmiş, hər ikisinə hüquq və vəzifələri izah edilmiş, bundan sonra təhqiqatçının şübhəli şəxslərin barəsində çıxardığı qərarlar əsasında üzərlərinə şəxsi axtarış və götürmə keçirilmiş, həmin hərəkətdə Şahid2, Şahid4 və Şahid3 iştirak etmişlər. Şübhəli şəxslərin vəkilləri üzərlərinə şəxsi axtarış və götürmə iştirak etmişlər. Təhqiqatçı tərəfindən şəxsi axtarışın videoçəkilişlə keçirilməsi təmin edilmişdir. Baş idarədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi təyin edilmişdir. Bundan sonra baş təhqiqatçı şübhəli şəxslərə qanunsuz külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları və üzərlərində külli miqdarda satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr əldə edib saxlayaraq gəzdirməkdə şübhəli bilindikləri və ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onların üstlərinin yoxlanılacağı və üzərlərindəki əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraz etməmiş və yoxlanmasına razı olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının onlara aydın olduğunu bildirmişlər. Təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə videoçəkiliş aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl axtarış və götürmənin aparıldığı şübhəli şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, ya əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildikdə, Təqsirləndirilən şəxs1 əynində qara rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə, qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni təqdim etdikdən sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki həmin gödəkçənin sol yan cibindən bir ədəd avtomobil açarı, əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd “SAMSUNG” markalı mobil telefon, bir ədəd plastik bank kartı, həmin şalvarın sağ yan cibindən 10 manat pul aşkar olunmuşdur. Təhqiqatçı tərəfindən heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 64 qram olduğu müəyyən edilmiş, sonra təhqiqatçı Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə qəhvəyi rəngli spesifik iyli narkotika heroinə bənzər kütləni təqdim etdikdən sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynindəki şalvarın sol yan cibindən “REDMİ” markalı mobil telefon və 5 manat aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 30 qram olduğu müəyyən edilmişdir. Sonra hər iki şübhəli şəxsin təqdim etdiyi kütlələr zərfə qoyularaq qablaşdırılmış, həmin zərflər şübhəli şəxslər, müdafiəçilər, o və digər iştirakçılar tərəfindən imzalanaraq götürülmüş, iş üçün əhəmiyyət kəsb etdiyindən, mobil telefonlar və plastik bank kartı götürülmüş, bir ədəd açar və pullar aidiyyatı üzrə şübhəli şəxslərə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olumuş heroini İran vətəndaşı “Səxi” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisində gizlədilən yerdən götürdüyünü, “Səxi” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, bu işləri görməkdə Təqsirləndirilən şəxs2 ilə əlbir olduğunu, qazanacağı pulun bir qismini Təqsirləndirilən şəxs2 verəcəyini, sonuncunun üzərində aşkar edilən heroini gördüyü işin əvəzində verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 tam səmimi olaraq özü təhqiqatçıya idarə etdiyi Hundai Elantra markalı avtomobildə narkotik maddə saxladıqlarını və saxladığı narkotik maddələri təqdim edə biləcəyini, avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Öz növbəsində Təqsirləndirilən şəxs2 təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmiş, üzərindən aşkar olumuş heroini ona Təqsirləndirilən şəxs1 vermişdir. Üzərlərinə şəxsi axtarış və götürmə aparılmasına dair baş təhqiqatçının tərtib etdiyi protokolu ucadan oxuyandan sonra hamı, o cümlədən şübhəli şəxslər imzalamışlar. Onun və həmkarları tərəfindən təhqiqatçının apardığı şəxsi axtarış və götürmə hərəkətinə heç bir müdaxilə edilməmiş, şübhəli şəxslər səmimi olaraq narkotik vasitəyə bənzər kütlələri təqdim etmiş, tərtib olunmuş protokolun məzmununa etiraz və qeydlər etmədən imzalamışlar. Bundan sonra, bütün şəxslər idarənin duracağına gedərək orada Təqsirləndirilən şəxs1 Hundai Elantra markalı ** TX *** nömrəli avtomobilə baxış keçirmişlər. Təqsirləndirilən şəxs1 həmin baxışa etiraz etmədiyinə dair təhqiqatçıya ərizə təqdim etmiş, maşında narkotik vasitənin, psixotrop maddənin qanunla dövriyyəsi qadağan edilmiş, ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Baxış və götürmə aparılması barədə 28 noyabr 2021-ci il tarixli qərarla videoçəkilişlə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək sözügedən avtomobildə olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, ya sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1, həmin avtomobilin yük hissəsində gizlətdiyi, üzərini nar meyvələri ilə örtdüyü bir ədəd polietilen torbanı təqdim etmiş, torbanın içindən iki bükümdə qəhvəyi rəngli, spesifik iyli narkotik vasitə heroinə bənzər, 5 bükümdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya, çoxlu sayda metadon və preqabalin həblərinə bənzər dərmanlar aşkar olunmuşdur. Təhqiqatçı tərəfindən heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2 kq-dan qurudulmuş marixuanaya oxşar kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 7 kq-a yaxın olmuşdur. Artıq həmin tədbirdən xeyli vaxt keçdiyi və bu tədbirdən sonra bir çox tədbirlər keçirdiyi üçün çəkiləri dəqiq xatırlamır, lakin baxış protokollarında əks olunan bütün halları təsdiq edir. Aşkar edilmiş predmetlər qablaşdırılmış, üzərinə müvafiq qeydlər aparılmaqla möhürlənərək götürülmüşdür. Avtomobildə əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 baş təhqiqatçının verdiyi suallara cavab kimi üzərindən və avtomobildən aşkar olumuş narkotik maddələri İran vətəndaşı “Səxi” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, narkotik maddələri “Səxi” adlı şəxsin deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, bu işləri görməkdə Təqsirləndirilən şəxs2la əlbir olduğunu, qazanacağı pulun bir qismini Təqsirləndirilən şəxs2ə verəcəyini demişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etdiyini, həmin narkotik maddəni Ricadın deyəcəyi yerə çatdırmaq üçün sonuncu ilə birlikdə əldə etdiyini, bu işə görə Ricad ona pul verəcəyini bildirmişdir. Şəxsi axtarış və götürmə aparılmasına dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, irad, təklif və qeydlər daxil olmadığından, həmin protokol hamı tərəfindən könüllü və sərbəst imzalanmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları ünvanlara getməmiş, həmin ünvanlarda axtarış etməmişlər. Həmçinin Baş idarədə bu şəxslərin üzərindən aşkar olunmuş vasitələr onların üzərinə kimsə tərəfindən qoyulmamış, onlara qarşı fiziki zor və təziq edilməmiş, göstərdikləri bu şəxslərin üzərinə və avtomaşina baxışı əks etdirən videoçəkilişlərdə tam olaraq öz əksini tapmışdır. İbtidai istintaq zamanı və məhkəmədə dindirilmiş şahidlər - Şahid4 və Şahid3 eyni məzmunlu ifadələr verərək, ifadələrində məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etmişlər. Məhkəmədə tədqiq edilmiş və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinin adına ünvanlanmış 27 noyabr 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 28 noyabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, şəxsi axtarış və götürmə videoçəkiliş aparılmaqla müdafiəçilərin iştirakı ilə keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 əynində qara rəngli gödəkçənin yan cibindən 01 bükümdə qəhvəyi rəngli spesifik iyli narkotik vasitə heroinə oxşar kütləni təqdim etmişdir. Onun üzərinə şəxsi axtarış zamanı əynindəki həmin gödəkçənin sol yan cibindən 01 ədəd avtomobil açarı, əynində olan göy rəngli şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon, 01 ədəd **********780284 nömrəli plastik bank kartı və şalvarın sağ yan cibindən 10 manat aşkarlanmışdır. Heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş qablaşdırılma ilə birlikdə çəkisi 64 qram olmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən 01 bükümdə qəhvəyi rəngli spesifik iyli narkotik vasitə heroinə oxşar maddə təqdim etmişdir. Onun üzərinə şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən “Redmi” markalı mobil telefon və 5 manat aşkar edilmişdir. Heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş qablaşdırılma ilə birlikdə çəkisi 34 qram olmuşdur. Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik maddəni İİR vətəndaşı “Səxi” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik vasitələri “Səxi”-nin göstərişi ilə müəyyən edilən ərazilərə çatdırıb əvəzində pul alacağını, bu işləri görməkdə Təqsirləndirilən şəxs2la əlbir olaraq qazanacağı pulun bir qismini ona verəcəyini, üzərində aşkar edilmiş heroini ona özünün gördüyü işin əvəzində verdiyini demiş, idarə etdiyi “Hyundai Elantra” markalı avtomobildə narkotik maddə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edib onunla əlbir olduğunu bildirmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, iştirakçılar tərəfindən heç bir şikayət, təklif, irad və qeydlər daxil olmamış və onlar öz imzaları ilə protokolun düzgünlüyünü təsdiq etmişlər. Məhkəmədə tədqiq edilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş 28 noyabr 2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, onun idarə etdiyi “Hyundai Elantra” markalı **-TX-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etməmiş, həmin ərizəsini onun özü və müdafəçisi tərəfindən imzaları ilə təsdiq edilmişdir. Məhkəmədə tədqiq edilmiş “avtomobilə baxış keçirilməsi və götürmə haqqında” 28 noyabr 2021-ci il tarixli protokola əsasən, baxış keçirilməsi nəzərdə tutulan avtomobil “Hyundai Elantra” markalı **-TX-*** dövlət nömrə nışanlı avtomobildir. Baxış və götürmə videoçəkilişlə aparılmış, həmin baxışda müdafiəçilər iştirak etmişlər. Baxış vaxtı Təqsirləndirilən şəxs1 avtomobilin yük yerindən, üzərini nar meyvələri ilə örtdüyü 01 ədəd polietilen torba təqdim etmiş, torbanın içərisindən 02 bükümdə qəhvəyi rəngli, spesifik iyə malik olan, narkotik vasitə heroinə bənzər, 05 bükümdə yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər, 400 ədəd metadon, 180 ədəd pregabalin narkotik həbinə bənzər kütlələr aşkar edilmiş, heroinə bənzər kütlələr tərəzidə çəkilib qablaşdırma ilə birlikdə çəkisi 2 kq 495 qram, qurudulmuş marixuanaya bənzər kütlələr tərəzi ilə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 6 kq 685 qram müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 aşkar edilmiş maddələri İİR vətəndaşı “Səxi” adlı şəxsin vasitəsi ilə Beyləqan rayonunda gizlədilən yerdən əldə etdiyini, həmin narkotik vasitələri “Səxi”nin göstərişi ilə müəyyən edilən ərazilərə çatdırıb əvəzində pul alacağını, bu işləri görməkdə Təqsirləndirilən şəxs2la əlbir olub qazanacağı pulun bir qismini ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dediklərini təsdiq etmiş, protokol tərtib edilib imzalanmış, şikayət, təklif və qeydlər daxil olmamışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 6\5282 nömrəli 28 noyabr 2021ci il tarixli rəyinə əsasən, üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan....” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketi açdıqda içərisində bir ədəd sellofan bükümdə üzərində “Təqsirləndirilən şəxs1” qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 60,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər üzərində “Təqsirləndirilən şəxs2” qeyd edilmiş bir ədəd sellofan bükümdə təmiz çəkisi 30,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd qara rəngli torbada iki ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1180,0 qram, 1270,0 qram, ümumi təmiz çəkisi 2450,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş cəmi 04 ədəd bükümdə heroinlər xarici görünüş əlamətləri və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir. Təqdim edilər ümumi sayı 400 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun üzərindəki göstəriciyə görə təsir maddəsinin ümumi miqdarı 16,0 qram (1 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram) təşkil edir. Üzərində “Preqabalin-150” göstəricisi cəmi 180 ədəd göy-narıncı rəngli kapsulun tərkibində preqabalinin üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 27,0 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) olduğu müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə -narkoloji ekspertizasının 221 nömrəli 17 yanvar 2022-ci il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs1 kannabioidlərinin və psixotrop maddə metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu, yəni narkomaniya xəstəliyi aşkar edildiyindən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə -narkoloji ekspertizasının 224 nömrəli 17 yanvar 2022-ci il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs2 kannabioidlərinin qəbulu nəticəsində yaranan asılılıq sindromu, yəni narkomaniya xəstəliyi aşkar edildiyindən, onun narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. İş materiallarında olan “Təhlükəsiz Şəhər Xidmətinin videoqeydiyyat sistemi vasitəsi ilə qeydə alınmış diskə baxış keçirilməsi haqqında” 26 dekabr 2021-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Hyundai Elantra” markalı **-TX-*** nömrə nişanlı avtomobil xx.xx.2021-ci ildə saat 15:50-də Bakı-Qazax yolu 29.5 km Qazax istiqamətində, xx.xx.2021ci ildə saat 16:18-də İmişli-Beyləqan yolu 53 km Beyləqan istiqamətində, saat 16:27-də İmişli- Beyləqan yolu 62 km Beyləqan istiqamətində, saat 19:06-da İmişli-Beyləqan yolu 108 km Beyləqan istiqamətində, saat 19:32-də İmişli-Beyləqan yolu 108 km Beyləqan istiqamətində, saat 22:07 İmişli- Beyləqan yolu 70 km Sabirabad istiqamətində, saat 23:55 Sabirabad-Hacıqabul yolu 7.6 km Bakı istiqamətdə olduğu müəyyən edilmişdir. xx.xx.2021-ci ildə Fizuli rayonu xx.xx.2021-ci ildə Beyləqan rayonu istiqamətində hərəkət etmələri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri ilə üst-üstə düşdüyündən, tam olaraq təsdiq olunmuşdur. Məhkəmədə tədqiq edilmiş “mobil telefon aparatlarına baxış keçirilməsi barədə” 17 yanvar 2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon aparatına baxış keçirilərkən, ***-***-**-** mobil nömrə altında istifadə edilən telefonun Whatsap ani mesajlaşma proqramına daxil olunduqda, Təqsirləndirilən şəxs1 müxtəlif şəxslərlə narkotik vasitənin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair yazışmaların və səs yazılarının olması müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş “mobil telefon aparatlarına baxış keçirilməsi barədə” 20 yanvar 2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefon aparatına baxış keçirilərkən ***-***-**-** mobil nömrə altında telefonun Whatsapp ani mesajlaşma proqramına daxil olunan zaman Təqsirləndirilən şəxs2 müxtəlif şəxslərlə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair yazışmaların və səs yazılarının olması müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 29 yanvar 2022-ci il tarixli protokola əsasən, "xxxx" MMC-dən daxil olmuş giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış zamanı Təqsirləndirilən şəxs1 ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrənin istifadəçisi tərəfindən “ata neynirsən mənəm Ələkbərdi. Ata əlin çatan yer var yarı daş varsa birdə qiymətini de. Xala oğlu gedib dənizə düşürlər ağız açdı birdənə cavab yazarsanda mənə”. xx.xx.2021ci ildə Təqsirləndirilən şəxs1 070-353- 23-20 mobil nömrəyə ***-***-**-** mobil nömrənin istifadəçisi tərəfindən “Qaqaş ot olacağ yoxsa yox? Bir cavab denən camaat gözləyir məni”. xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs1 ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrənin istifadəçisi tərəfindən “Zarafatsız daş haradan tapa bilərik ,özüm üçün istəyirəm qaqa 5 manat pulum var”. xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs1 ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrənin istifadəçisi tərəfindən “Qaqam gör gələndə imkan elə ot götürdə qardaş”. xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs1 ***-***-**-** mobil nömrəyə ***-***-**-** mobil nömrənin istifadəçisi tərəfindən “Ayqa salam. Ayqa mənə bir-iki daş verə bilərsən”. xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs1 ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrənin istifadəçisi tərəfindən “ata neynirsən nə var nə yox. Ata əlin nəyəsə çatır? Mənəm Ələkbərdi. Ata sabaha qədər yarı daş götürə bilərsən mənə?”. xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs1 ***-***-**-** mobil nömrəyə 070- ***-**-** mobil nömrənin istifadəçisi tərəfindən “Ot lazımdır tez yığ”. xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrədən ***-***-**-** nömrənin istifadəçisinə “Brat 3 dənə 05 elə biri daşdı mənə verərsən, Elçinə bir yarım hazır elə gəlirəm. 15 dənə K, 10 dənə P”. xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrədən ***-***-**-** mobil nömrənin istifadəçisinə “Hə şamama çet var böyük yox” məzmunlu mesaj mətnlərin olması müəyyən edilmişdir. xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs2 ***-***-**-** nömrəyə ***-***-**-** nömrənin istifadəçisi tərəfindən “Ay qaqa varsa mənə birdənə daş verə bilərsən imkan var?” məzmunlu mesaj mətni göndərilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la yuxarıda qeyd edilən mobil nömrələr istifadəçiləri arasında mesajlaşmalar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasını bir daha təsdiq etmişdir. İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi rəisinin 008-3742-1222 nömrəli 10 yanvar 2022-ci il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri külli miqdarda narkotik vasitələri və narkotik vasitələrə və ya psixotrop maddələr aid olmayan güclü təsir edən maddələri-Səxi adlı İİR vətəndaşının şəxsiyyətini, olduğu yerin və Azərbaycan Respublikasında olan əlaqələrin müəyyən edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin, psixotrop maddələrin və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredici vasitələrin satışı və ya istifadəsi ilə məşğul olmasını görə bilən şahidlərin dairəsinin müəyyən olunması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin, psixotrop maddələrin və narkotik vasitələrə və yaxud psixotrop maddələrə aid olmayan güclü təsiredici vasitələrinin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin yoxlanılması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri və narkotik vasitələrə, ya psixotrop maddələrə aid olmayan güclü təsiredici vasitələri əldə etmələri saxlamaları, daşımaları və satmalarında iştirakı olan digər iştirakçılarının şəxsiyyətinin, onların bu cinayətdə rolunun müəyyən edilməsində keçirilmiş tədbirlərlə müsbət nəticə əldə edilməmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğundan məhkəməyə daxil olmuş 05/2436 xid saylı 12 oktyabr 2022-ci il tarixli məktuba əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edidlməsi haqqında» 12 oktyabr 2022-ci il tarixli qərardan müəyyən olunur ki, araşdırma zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin polis əməkdaşları tərəfindən fiziki və psixi formada işgəncəyə məruz qalması barədə məhkəmə baxışında göstərdikləri xüsusatlar cinayət işi üzrə toplanmış materiallarla öz təsdiqini tapmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr «Narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası 25 iyun 2005-ci il tarixli Qanununun izah və tələbləri baxımından əsaslıdır. Belə ki, həmin Qanunun tələbinə görə, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozub narkotİk vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı bir digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla şəxsin tabeçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitə və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər - narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrinin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlak və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi və tapılmış narkotik vasitənin mənimsənilməsi də başa düşülməlidir. Qeyd olunan Ali Məhkəməsinin Plenumunun qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələrinin və psixotrop maddələrinin saxlanılması, həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olmaq deməkdir. Həmin qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlar və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəldən razılıq əldə edilməsi, çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı toplanmış sübutlar qarşılıqlı şəkildə təhlil edilir və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə də, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsləri və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirməklə, əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti törətməkdə təqsirli olmaları özlərinin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, həmin ifadələrinin iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə uyğun olması ilə; həmin ifadələrində hadisənin baş vermə yeri, mexanizmi və vaxtı barədə iş materialları ilə uzlaşan sənədlərlə; tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə; istintaqda və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə ekspertizalarının rəyləri ilə, üzərində şəxsi axtarış və götürmənin videoçəkilişlə aparılması barədə istintaq hərəkətlərinin protokolları, həmin protokollara əlavə edilmiş videodiskdəki videogörüntülərlə; məhkəmə iclasında tədqiq edilmiş digər mötəbər sübutlarla ibtidai istintaq dövründə və məhkəmədə təqsirli olmaları tam öz təsdiqini tapmışdır. Eyni zamanda birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin ibtidai istintaqda özünü cinayəti törətməkdə təqsirli bilib məhkəmədə bilməməklə, məhkəmədə qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrinin və güclü təsiredici maddələrin satışı ilə məşğul olmamaları barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab etmişdir ki, hər birinin məhkəmədə verdiyi ifadəsində irəli sürdüyü dəlillər özünün istintaqda verdiyi etirafedici ifadələri ilə; şahidlərin ifadələri, çoxsaylı mötəbər sübutlarla təkzib edildiyini və işin faktiki hallarına uygun olmadığını nəzərə alaraq hesab etmişdir ki, onun məhkəmə baxış iclasında verdiyi ifadəsində irəli sürdüyü dəlillər yalnız özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirilməlidir. Bu səbəbdən birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələrini iş materiallarına uyğun olmayan və özlərini müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi, cinayət işinin faktiki halları ilə tamamilə təkzib edilən ifadələr kimi qiymətləndirərək hesab etmişdir ki, onların məhkəmədə verdikləri ifadələrini mötəbər sübut kimi qəbul edilə bilməz. Eyni zamanda, iş materiallarında olan sənədlərə əsasən, istintaq zamanı təqsirləndirilən şəxslər cinayət işi üzrə müdafiəçilərinin iştirakı ilə ifadələr verərkən, tərtib edilmiş protokollarda tanış olduqdan sonra, həmin protouolları irad və etiraz bildirmədən imzalamışlar. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan tövsiyyələrini, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi barədə» Azərbaycan Respublikası 28 iyun 2005-ci il tarixli Qanunun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətin aparılmasına dair protokolların məzmunu ilə, təqsirləndirilən şəxslərin istintaq zamanı və məhkəmədə müdafiəçilərinin iştirakı ilə verdiyi ifadələrində hadisənin baş vermə yeri və vaxtı barədə cinayət işinin materialı ilə uzlaşan və onlardan aşkar edilmiş narkotik vasitələr- heroinin və qurudulmuş marixuananın, habelə güclü təsiredici maddələrin aşkar olunması; məhkəmə baxış iclasında nümayiş etdirilməklə tədqiq edilmiş CD diskə köçürülən görüntülərlə; şəxsi axtarış və götürmə aparılması zamanı tərtib edilmiş protokolun məzmununda bu halların öz əksini tapması kimi obyektiv təsdiq olunan halları və digər sübutları əlaqəli şəkildə tədqiq və təhlil etməklə hesab etmişdir ki, onun cinayəti törədilməsinə və polis əməkdaşlarının qanunsuz hərəkətlər etməsinə şübhə yarada biləcək əsaslı dəlillər müəyyən edilmədiyindən məhkəmədə verdiyi ifadələrində və sonra verilmiş apellyasiya şikayətlərində mötəbər sübutlara əsaslanmayan və əməlin tövsifinə dair irəli sürdüyü dəlillər ittihamı təkzib edən sübutlar kimi qiymətləndirilməklə nəzərə alına bilməz. Qeyd edilən sübutlara əsaslanmaqla, birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxslərin məhkəmədə və istintaq dövründə öz ifadələrində üzərlərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroin və qurudulmuş marixuananın, habelə güclü təsiredici maddələrin istifadələri üçün əldə etməsi barədə irəli sürdükləri dəlillər özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun olmadığını, əvvəllər cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs1 məhkum olunduğunu, buna baxmayaraq özü üçün nəticə çıxarmadığını və bu səbəbdən cinayətə meyilli şəxs olaraq, məhkumluğunun ödənilməməsini, cinayətin Təqsirləndirilən şəxs2la qadaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini nəzərə alaraq, məhkəmədə verilmiş ifadələrində irəli sürülən dəlillər yalnız onların hər birinin cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır və toplanmış mötəbər sübutlarla təkzib edildiyindən sübut növü kimi nəzərə alınmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinin tələblərinə əsasən şübhəli və ya təqsirləndirilən şəxslər ifadə (izahat) vermək, özünə və ya yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ifadə (izahat) verməkdən imtina etmək, təqsirləndirilən şəxs onun haqqında irəli sürülən ittihamla əlaqədar ifadə (izahat) vermək və yaxud ifadə (izahat) verməkdən və sənədləri imzalamaqdan imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə birbaşa ona dəlalət edir ki, təqsirləndirilən və ya şübhəli şəxs istədiyi kimi özünün müdafiəsini mümkün və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə edərək qurmaqla həyata keçirmək hüququna malikdir. Yəni ifadə vermək və ya ifadə verməkdən imtina etmək, hər hansı bir sənədə imza etmək və ya imza etməkdən imtina etmək onun vəzifəsi deyil, hüququdur və buna görə də məsuliyyət nəzərdə tutulmamışdır. Belə olan halda məhkumun ibtidai istintaq dövründə və məhkəmə baxışında hər hansı sənədi imzalamaqdan imtina etməsinə yalnız onun müdafiə hüququ kimi qəbul olunaraq qiymətləndirməklə nəzərə alınmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələrinə şübhə ilə yanaşmağa, iş üzrə sübut kimi qəbul edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Belə ki, işdə olan “cinayət işi başlanmasının rədd edilməsi barədə” 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin polis əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalmasına dair təqsirləndirilən şəxslərin müraciətlərində göstərilən xüsusatlarla əlaqədar araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki və psixi işgəncəyə məruz qalması barədə birinci instansiya məhkəməsindəgöstərdikləri xüsusatlar toplanmış materiallarla öz təsdiqini tapmadığından, cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, əməliyyat-axtarış tədbirləri keçirilərkən təqsirləndirilən şəxslərin müdafiə hüquqları vaxtında və zəruri mərhələdə tam təmin olunmuş, əməliyyat-axtarış və istintaq hərəkətləri müdafiəçinin iştirakı ilə keçirilmiş, təqsirləndirilən şəxsin müdafiəçinin fəaliyyətinə dair hər hansı etirazı daxil olmamış, bununla da onun milli qanunvericilik və Avropa Konvensiyası ilə təminat verilən müdafiə hüququnun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, toplanmış digər sübutlarla müqayisəli qiymətləndirilməlidir. Hazırki cinayət işi üzrə birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar cinayət işinin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaqda və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi və məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası Ali Məhkəməsi Plenumun qeyd edilən tövsiyyələrini, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi barədə» Azərbaycan Respublikası 28 iyun 2005-ci il tarixli Qanunun müddəalarını və işin faktiki hallarını, təqsirləndirilən şəxslərin istintaq zamanı müdafiəçisinin iştirakı və məhkəmədə hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına dair iş materialları ilə uzlaşan, ibtidai istintaqda və məhkəmədə faktiki verdikləri ifadələrinin məzmunu ilə yanaşı; keçirilmiş şəxsi axtarış vaxtı video görüntülərdən istifadə olunaraq videogörüntülərə baxış keçirilməsi barədə protokollarla; toplanmış və tədqiq edilmiş digər mötəbər sübutlarla əlaqəli şəkildə tədqiq və təhlil etməklə hesab edir ki, onların elan edilmiş ittiham üzrə cinayəti törətmələri və polis əməkdaşlarının qanunsuz hərəkətlər törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş, onların məhkəmədə sübutlara əsaslanmayan ifadələri ittihamı təkzib edən sübutlar kimi qəbul edilə bilməz. Ona görə apellyasiya baxışı zamanı təqsirləndirilən şəxslərin əməllərinin tövsifinin dəyişdirilməsi üçün hallar müəyyən edilmədiyindən, əməllərinin tövsifi dəyişdirilə bilməz, apellyasiya şikayətilərinin dəlilləri subyektiv mülahizə üzərində qurulduğundan, cinayət məsuliyyətindən yayındırma cəhdi daşıyır. Beləliklə də, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış mötəbər sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayəti törətməklə təqsirli olmaları ibtidai istintaq dövründə və məhkəmədə tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə yanaşı, toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxslərin hər birinin törədilmiş cinayətdə təqsirli olmaları özlərinin ibtidai istintaq dövründə verdiyi etirafedici ifadələri ilə yanaşı; ibtidai istintaq dövründə və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə; videoçəkilişlə üzələrində keçirilmiş şəxsi axtarış və götürmə aparılması barədə protokollarla və videogörüntü ilə; iş üzrə keçirilmiş məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və başqa ekspertizaların rəyləri ilə; baxış, müayinə, götürmə və digər istintaq hərəkətlərinin protokolları ilə, onlardan aşkar olunmuş külli miqdarda narkotik vasitələrin və güclü tsiredici maddələrin maddi sübut qismində tanınması barədə qərarlarla; cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş digər sübutlarla öz təsdiqini tapmışdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs2 əməlinin Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddəsindən həmin Məcəllənin 234.1ci maddəsinə tövsif olunmasına dair onun müdafiəçisi Müdafiəçi1 və təqsirləndirilən Təqsirləndirilən şəxs1 əməlinin Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddəsindən həmin Məcəllənin 234.1.1-1-ci maddəsinə tövsif olunmasına dair onun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş apellyasiya şikayətlərində irəli sürülən dəlillər toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edildiyini və işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq, onların əməlinin tövsif edilməsi, dəyişdirilməsi və ləğvinə əsas ola bilməz və yalnız cinayət məsuliyyətini yüngülləşdirmə kimi qiymətləndirilməlidir. Beləliklə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsaslanmış, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, məhkəmənin gəldiyi nəticələr isə işin faktiki hallarına uyğun olmaqla, təqsirləndirilən şəxslərin hər birinin Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətmələri toplanmış və tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla öz təsdiqini tapdığından, təqsirləndirilən Təqsirləndirilən şəxs2 özü və müdafiəçisi, təqsirləndirilən Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayələrində irəli sürülən dəlillər əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cinayətkarlıqla mübarizə sahəsində vacib vasitə olmaqla lazımi cəzalanma tədbirini təmin edir, şəxsin islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxslərin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəza təyin edilməsi ilk olaraq cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. İş materialında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs1 əvvəllər: Füzuli rayon Məhkəməsinin 9 fevral 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 32.5,29,318.2-ci maddəsi ilə təqsili bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına 2 il sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilmiş və təyin edilmiş həmin cəzadan azad edildiyindən, 02 mart 2018-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 16 iyul 2020-ci ildə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin təqdimatı əsasında hökm dəyişdirilərək, ona təyin edilmiş həmin cəza 01 il 03 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və 04 iyun 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 05 ay 07 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Cəza müddəti başa çatdığından 11 noyabr 2021-ci il tarixdə Bakı şəhər Probasiya idarəsi tərəfindən qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il müddət keçdikdə məhkumluq ödənilmiş hesab olunur, yəni Təqsirləndirilən şəxs1 məhkumluğu 11 noyabr 2023-cü il tarixdə ödənilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən residiv yoxdur, lakin həmin Məcəllənin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 məhkumluğunun ödənilməməsi nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin hər birinə təyin olunacaq cəzaları müzakirə edərkən, hər birinin cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı; təqsirləndirilən Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə görə cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmişdir. Təqsrləndirilən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən, iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakçılığının əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsinin sanksiyasında 04 ildən 8 ilədək, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında 05 ildən 12 ilədək müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza onların şəxsiyyətlərinə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsipləri və Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün əməl edilmiş, onlara şəxsiyyətlərinə, törətdikləri cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.4-cü və 240.3.2-cü maddələrinin sanksiyası hüdudlarında və cinayətlərin məcmusu üzrə cəzanın məqsədlərini təmin edən cəzası təyin etdiyi üçün, həmin cəzanın dəyişdirilməsinə apellyasiya baxışında əsaslar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin hər birinə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxsin barəsində tətbiq edilən cəza ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltma məqsədi daşıya bilməz. Başqa sözlə, cəza bir qayda olaraq «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxma və ya qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda, ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməli törətmiş təqsirləndirilən şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası və məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkar şəxsin şəxsiyyəti, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, həmçinin təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «İnsan Hüquqları və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ona cinayət ittihamı irəli sürülərkən qanunla yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddət ərzində işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlik dərəcəsini, cəza təyin etmənin ümumi əsaslarını, cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları, şəxsiyyətlərini, cəzanın islah edilməsi və ailələrərinin həyat şəraitinə təsirini nəzərə almaqla, onların hər birinə ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbini rəhbər tutaraq, maddi sübutlarla bağlı və digər məsələləri müzakirə edərkən hesab etmişdir ki, cinayət işi üzrə maddi subut kimi tanınmış və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutların saxlama yerində saxlanılan və keçirilmiş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və təmiz çəkisi 2.539,8 qram narkotik vasitə heroin və təmiz çəkisi 6.469,75 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 390 ədəd metadon həbləri, 170 ədəd preqabalin kapsulları məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; 02 ədəd DVD və 01 ədəd CD diskləri; 01 ədəd “Samsunq” və 01 ədəd “Redmi” markalı mobil telefon aparatları cinayət işinin materiallarında saxlanılmalıdır. 153,70 manat təşkil edən keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri – təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər pay üzrə tutulmaqla Məhkəmə Ekspertizası Mərkəzinin bankda olan hesabına keçirilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə baxış iclasında tədqiq edilmiş sübutlara əsaslanmış, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, məhkəmənin gəldiyi nəticələr isə işin faktiki hallarına uyğun olmaqla, təqsirləndirilən şəxslərin hər birinin Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətmələri toplanmış və tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla öz təsdiqini tapdığından, təqsirləndirilən Təqsirləndirilən şəxs2 özü və müdafiəçisi, təqsirləndirilən Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayələrində irəli sürülən dəlillər əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin etmənin ümumi prinsiplərini, habelə onların hər birinin şəxsiyyətini, cəza təyin etmənin ümumi prinsiplərinə və Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərini rəhbər tutaraq hesab etmişdir ki, təqsirləndirilən şəxslərin hər birinə təqsirli bilindikləri maddələrin sanksiyaları həddində cinayətlərin məcmusu üzrə qanuni və ədalətli cəza təyin edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli hökmünün dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün hər hansı bir əsas olmadığından, verilmiş apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qeyd olunan hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası, q ə r a r a a l ı r: Təqsirləndirilən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi5 və Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayət Məhkəməsinin təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində olan 31 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Zəfər” Vəkil bürosunun vəkili Müdafiəçi6 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə, işlə tanışlıqla bağlı, prosessual sənədlərin tərtib edilməsi ilə və məhkmə iclaslarında iştirakı ilə bağlı sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, ümumilikdə 15 saat üçün cəmi 80 ( səksən ) manat dövlət büdcəsindən müvafiq hesaba ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsi ilə göstərilən müddət ərzində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov

2. Qədim Babayev

3. Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar