Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-82/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi –X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Məhkum - Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi5, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında qismən məhkəmə istintaqı aparmaqla baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü ilə (Sədrlik edən X11, hakimlər X5 və X1 ibarət tərkibdə) xx.xx.1978-ci ildə Salyan şəhərində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, məhkumluğu olmayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilnərək 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs1 iş üzrə Xətai RPİ-nin X8 20 fevral 2020-ci il tarixdən 21 fevral 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulsun və həmin müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmə əsasən Təqsirləndirilən şəxs3 Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində 21.02.2020-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq G.Şıxlinski küçəsi 49 saylı ünvanda yerləşən Xətai RPİ-nin 35-ci polis bölməsinə gətirilərək şəxsi axtarış aparılan zaman əynindəki tün boz rəngli şalvarın sağ yan cibindən 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri külli miqdarda 13,067 qram, 0,308 qram, 1,382 qram, ümumi çəkisi külli miqdarda 14,757 qram maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,620 qram ağ rəngli kristallardan ibarət maddə metafetamin, 06 ədəd təsiredici maddəsinin miqdarı 0,24 qram olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon adlı dərman preparatı və bir ədəd bükümdə təmiz çəkisi 2,894 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüş, əməliyyat axtarş tədbirlərinin davamı olaraq sonuncunun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xasməmmədov küçəsi, 33 saylı binanın 13 nömrəli mənzilində axtarış aparılan zaman mənzilin otağında olan plastik siyirtmənin içərisindən 01 ədəd sellofan bükümündə və 01 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri külli miqdarda 13,308 qram, külli miqdarda 33,985 qram, ümumi çəkisi külli miqdarda - 47,293 qram olan olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi külli miqdarda - 7,504 qram olan ağ rəngli kristallardan ibarət maddələr metafetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs3 apelyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmünün ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla apelyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tərəfləri dinləyib hesab edir ki, məhkum Təqsirləndirilən şəxs3 verdiyi apelyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 birinci instansiya məhkəməsində ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayət əməllərini düzgün tövsif etmişdir. Onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, o cümlədən bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir: İş materiallarında olan “Şəxi axtarış və götürmə aparılması haqqında” 21.02.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xətai RPİ-nin 35-ci Polis BÖlməsinin təhqiqatçısı tərəfindən, PB-nin digər əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs3 şəxsi axtarışı aparılmış, bu zaman Təqsirləndirilən şəxs3 əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan iççindən 6 ədəd metadon tabletkası, 5 ədəd bükülünü təqdim edərək bildirmişdir ki, həmin əşya narkotik vasitə heroin və psixotrop maddə metafetamindir. Həmin bükülü açılaraq içərisində spesifik ili, qəhvəyi rengli toz şəkilli narkotik maddə hesab olunan heroinə və ağ şəffaf rəngli kristal şəkilli metafetaminə oxşar maddə götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs3 bildirmişdir ki, büş ədəd bükülmüş maddənin heroin və metafetamin olduğunu bildimriş, həmin vasitələri dörd gün bundan əvvəl Səbail rayonu ərazisində yerləşən milli bulvarda üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxsən özü istifadə etmək və satmaq üçün bir neçə büküm narkotik maddə olan heroin və metafetamini 200 manata aldığını bildirmişdir. Bir neçə bkümünü istifadə etmiş, qalanını da əynindəki tünd rəngli boz cins şalvarının sağ yan cibinə qoymuş və 21.02.2020-cii l tarixdə, təxminən saat 10.00 radələrində ünvan 4 ünvanda satmaq istəyərkən saxlanılaraq Xətai RPİ-nin 35-ci Polis Bölməsinin inzibati binasına gətirilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmış və özünün təqdim etdiyi predmetlərdən başqa, üzərində olan asma çantanın içindən bir ədəd mətbəx alışqanı, 1 ədəd KENT markalı siqaret qutusu içində 3 ədəd siqaret, bir ədəd fanar, bir ədəd siqaret qabı, dörd ədəd alışqan, snikers şokoladı, üç ədəd vint açan, kəsilmiş falqalar, beş ədəd qələm, bir ədəd saat, bir ədəd ictimai nəqliyyat üçün nəzərdə tutulmuş kart, bir ədəd bank kartı, bir ədəd “Huawei” markalı mobil telefon aşkar edilmiş, həmin əşyalar iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün şübhəli şəxs Təqsirləndirilən şəxs3 qaytarılmışdır. Təqsirləndirilən şəxs3 könüllü təqdim etdiyi maddə zərfə qablaşdırılmış, və möhürlənərək zərf iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılarkən video yazan texnii vasitə olan “Panasonic” markalı video kameradan istifadə edilərək və bir ədəd “CD” diskə yazılaraq materiala əlavə edilmişdir. “Mobil telefona baxış keçirilməsi barədə” 20.02.2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhər Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs3 və müdafiəçisinin iştirakı ilə, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş bir ədəd “Huawei” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin mobil telefon qara rənglidir, mobil telefonun üzərində iki ədəd “Azerfon” və "xxxx" MMC-yə aid nömrələr vardır, həmin nömrə yoxlanıldıqda ***-***-**-** və ***-***-**-** saylı olması aşkarlanmış, mobil telefonun içərisində hər hansı bir şəxs ilə danışığı, səs yazısı, sms mətnləri, fotoşəkillər və iş üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 mobil telefonun və içərisindəki nömrələrin kimə məxsus olması barədə sual verilərkən, cavab olaraq həmin telefon və mobil nömrələrin özünə məxsus olmasını bildirmişdir. Protokol 21.02.2020- ci il tarixdə, saat 12.30-dan saat 12.40-a qədər Bakı şəhəri, Xətai RPİ-nin 35-ci PB-də xidməti otaqda tərtib edilmişdir. “Axtarış aparılması və maddi sübutların götürülməsi haqqında” 21 fevral 2020-ci il tarixli protokol və həmin protokola əlavə olunmuş fotocədvəllərdən görünür ki, həmin tarixdə saat 11.30- dan 12.20-dək olan müdddət ərzində Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Xəlil Allahverdiyev tərəfindən, Təqsirləndirilən şəxs3 könüllü razılığı və Xətai RPİ-yə ünvanladığı 21.02.2020-ci il tarixli ərizəsi əsasında Xətai RPİ-nin CAŞ-nin rəisi, polis polkovnikleytenantı Şahid13 Araz oğlu, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Xətai RPİ-nin 35-ci PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid10 və hal şahidləri Şahid14 və Şahid15 iştirakları ilə, X3 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xasməmmədov küçəsi 33 saylı binanın 13 nömrəli mənzilinə baxış keçirilmişdir. Bu zaman mənzilin otağında olan divanın qarşısında olan üst-üstə quraşdırılmış plastik materialdan hazırlanmış sürmələrin 3-cü sürməsindən içərisində narkotik vasitə heroinə oxşar iri həcmdə sellofan paket, həmin otaqda sol tərəfdə olan döşəyin altından üzərinə “Scale” sözləri yazılmış bir ədəd elektron tərəzi, kiçik ölçülü plastik qutunun içərisindən limon duzuna bənzər maddə, içərisində şüşə adlanan metafetamin psixotrop maddəyə oxşar bir ədəd büküm və içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd qəhvəyi rəngli sellofan paketdə büküm aşkar edilmişdir. Mənzilə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmiş. Mənzildə aşkar edilmiş tərəzi və digər bükümlər müstəntiq tərəfindən götürülərək hal şahidlərini iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Mənzildə axtarış və götürmə istintaq hərəkəti keçirilməzdən əvvəl mənzildə olan vətəndaş Təqsirləndirilən şəxs4 narkoti vasitələrin istifadəsi və saxlanmasında şübhəli bilindiyi üçün polis əməkdaşları ilə birlikdə Xətai RPİ-yə göndərilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertıza Mərkəzi məhkəmə kimyəvi ekspertizasının 21 fevral 2020-ci il tarixli, 4771saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vəkil P.Musayev/ baş Ə/M Şahid10/ Ə/M Şahid2” sözləri və imzalar olan bir ədəd zərfdəki 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri - 13,067 qram; 0,038 qram; 1,382 qram; ümumi çəkisi 14,757 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, 01 ədəd bükümdə təmiz çəkisi 0,620 qram olan ağ rəngli kristallardan ibarət maddə metafetamindir, 06 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon adlı dərman preparatlarıdır, (metadon adlı preparat Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra №6) daxildir) və 01 ədəd bükümdə təmiz çəkisi 2,894 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Metafetamin adlı preparat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ). Metafetaminin təmiz çəkisi- 0,620 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq 0,570 qram qalmışdır. Metadon 6 ədəd tədqiqata sərf edildi 1 ədəd, qalıq 5 (beş) ədəd qalmışdır. Tiryəkin təmiz çəkisi- 2,894 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq 2,844 qram qalmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında hal şahidi qismində dindirilmiş Şahid15 cinayət işinin materiallarındakı olan 21.02.2020-ci il tarixli “Axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokolda və 16.07.2020-ci il tarixli “Şahidin dindirilməsi haqqında” protokolda olan ifadələri ifadədə göstərilən məzmunda vermədiyini və imzalarının onun tərəfindən icra olunmadığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertıza Mərkəzinin məhkəmə xətşünaslıq-ekspertizasının 4/335 nömrəli, 4 ” aprel 2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-cildinin 188-189-cu vərəqlərində olan 21 fevral 2020-ci il tarixli Axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolun "Hal şahidləri:” qrafasında “Şahid15” yazıları qarşısındakı, protokolun aşağı hissəsində “2” rəqəmi qarşısındakı imzalar, 2-ci vərəqində "iştirak etdi:” qrafasında "Şahid15” yazıları qarşısındakı imza; cinayət işinin 3-ci cildinin 91-93cü vərəqlərində olan 16 iyul 2020-ci il tarixli şahidin dindirilməsi haqqında protokolun 1-2-ci vərəqlərində "İmza" qrafalarındakı İmzalar və həmin imzalardan aşağıdakı imzalar, 3-cü vərəqində “İmza” qrafasında "Şahid15” yazıları qarşısındakı imza - Şahid15 tərəfindən icra olunmuşdur Beləliklə Təqsirləndirilən şəxs3 cinayətin digər iştirakçıları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddəni başqa şəxsə çatdıraraq qazanc əldə etməsi tam sübut olunmuşdur. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il 2 nömrəli qərarının 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Həmin qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin tövsiyyələri, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını qarşılıqlı şəkildə tədqiq və təhlil edərək, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməyərək onun narkotik vasitə və digər dövriyyəsi qadağan edilmiş vasitələrin qanunsuz dövriyyəsi (satışı) ilə məşğul olmadığı, narkotik vasitə satmadığı barədə məhkəmədə verdiyii ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu kimi ifadələri Təqsirləndirilən şəxs3 öz məsuliyyətini yüngülləşdirmək və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmişdir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.11-maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunvericiliyin qeyd edilən normasını əsas tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 məqsədi ümumi çəkisi külli miqdarda 14,757 qram maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd bükümdə təmiz çəkisi 0,620 qram ağ rəngli kristallardan ibarət maddə metafetamini, 06 ədəd təsiredici maddəsinin miqdarı 0,24 qram olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon adlı dərman preparatı, bir ədəd bükümdə təmiz çəkisi 2,894 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və külli miqdarda 13,308 qram, külli miqdarda 33,985 qram, ümumi çəkisi külli miqdarda - 47,293 qram olan olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi külli miqdarda - 7,504 qram olan ağ rəngli kristallardan ibarət maddələr metafetamini başqa şəxsə çatdıraraq qazanc əldə etmək olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs3 barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların və cəzanı ağırlaşdıran halların olmamasını əsas götürərək məhkum Təqsirləndirilən şəxs3 ittiham olunduğu maddələrin sanksiyası həddində, şəxsiyyətinə və törətdiyi əmələ uyğun, qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Göründüyü kimi birinci instansiya məhkəməsi "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il 4 nömrəli qərarında qeyd olunmuş tələbləri nəzərə alaraq Təqsirləndirilən şəxs3 ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin apellyasiya şikayətinin dəlili kimi göstərdiyi hallar Təqsirləndirilən şəxs3 cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınaraq ona daha yüngül cəza təyin edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmünün qanuniliyi və əsaslılığını yoxlayaraq hesab edir ki, hökm qanuni və əsaslıdır, hökm qəbul edilərkən hər hansı bir maddi və ya prosessual hüquq normasının tələbləri pozulmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.4 və 405.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L İ R: Məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Faiq Qasımov Hakimlər: Elmar Rəhimov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-82/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-82/2022
06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver