Məhkəmə qərarları › İş №1(103)-82/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-82/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-82/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs2 və müdafiəçisi– Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi6 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-477/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər X9 və X1 ibarət tərkibdə) 08 avqust 2023-cü il tarixli, 1(101)-477/2023 saylı hökmü ilə xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, 265də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, məktəb küçəsi, ev 62, mənzil 4-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Xudayat oğlu CM-in 234.4.1, 234.4.3, 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin ounmuş cəzalar qismən toplanılmış və Təqsirləndirilən şəxs1 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 iyul 2022-ci il tarixdən hesablanması; xx.xx.1998-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Yevlax şəhəri, R.Rzayev küçəsi ev 5-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, M.Ə. Şərifli küçəsi, ev 9 A, mənzil 111-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 CM-in 234.4.1, 234.4.3, 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona CM-in 234.4.1, 234.4.3- cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin ounmuş cəzalar qismən toplanılmış və ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 iyul 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin, CM-in 234.4.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilmiş, qətimkan, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 Xudayat oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsiredici maddələrin əldə edilməsi barədə tanışı Təqsirləndirilən şəxs2, istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında narkotik vasitənin, psixatrop, güclü təsiredici maddələrin satışından əldə edilən pulun öz aralarında bölüşdürülənədək qrup üzvü Təqsirləndirilən şəxs1 narkotik maddələri əldə etdikdən sonra əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq sonuncu narkotik maddələrin qoyulacaq ünvanlar barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra 26 iyul 2022-ci il tarixdə Abşeron rayonu Masazır dairəsi deyilən yerdən iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1200 qr. 2500 qr. ümumi təmiz çəkisi 3700 qram (3 kq 700 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd torbada təmiz çəkisi 480 qram, bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,466 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd elektron tərəzini götürüb həmin çəkidə narkotik vasitəni əldə edib daşımaqla Bakı şəhərinə gətirib, satışının həyata keçirilməsi üçün hissələrə bölərək bir hissəsini özü götürməklə qalan hissəsini yaşadığı ünvan 1 ünvanda yerləşən, binanın 4 nömrəli mənzilində saxlamış, həmin günü qrupun digər üzvü Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 deməsi əsasında «Azneft» dairəsi deyilən yerdə üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,401 qr, 36,283 qr. 0.563 qr. ümumi təmiz çəkisi 37.246 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,465 qr, 0,397 qr, 0.455 qr, 0,395 qr. ümumi təmiz çəkisi 5.712 qram külli miqdarda ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 7.2 qram olan külli miqdarda “Preqabalin Kpka 300 mq” markalanma göstərici olan 2 ədəd konvalyutda ümumilikdə 24 ədəd üzərlərində “P 300” yazısı olan ağ- qəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman preparatı, təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram olan üzərində “Alyse 150 mq preqabalin” markalanma göstəricisi olan bır ədəd kəsilmiş konvalyutda 4 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman pereaparatını əldə edib daşımış, 26 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2, üç ədəd bükümdə ümumi təmiz çəkisi 37,246 qram narkotik vasitə heroini, dörd ədəd bükümdə isə ümumi təmiz çəkisi 5,712 qram psixotrop maddə metamfetamini tanışı Nicat Bayraova satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 27 iyul 2022-ci il tarixdə saat 10:15 dəqiqədə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən Neapol dairəsi yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilib üzərində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş kibrit qulusunda təmiz çəkisi 1.466 qram olan narkotik vasitə qurudulmuş marixuana, elə həmin gün Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanda yerləşən, binanın 4 nömrəli mənzilinə baxış keçirilən zaman evin qonaq otağında olan divanın alt hissəsindən bir ədəd seillofan bükümdə təmiz çəkisi 480 qram narkotik vasitə qurudulmuş marixuana, mənzilin digər qonaq otağında olan çarpayının altındakı dolabdan iki ədəd sellofanda ayrı-ayrılıqda çəkiləri 1200 qram. 2500 qram, ümumi təmiz çəkisi 3700 qram (3 kq 700 qr) narkotik vasitə heroin, otaqda olan masanın üzərindən bir ədəd üzərində "SF-400 (100gx 1g/353 oz..)” yazısı olan ağ rəngli elektron tərəzi aşkar edilərək götürülmüş, davam edən əməliyyat tədbirləri nəticəsində həmin günü saat 14:10 dəqiqədə Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofanda 28 ədəd kpsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 7.8 qram olan dərman preparatı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsiredici maddələrin əldə edilməsi barədə tanışı Təqsirləndirilən şəxs1 Xudayat oğlu ilə istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında narkotik vasitənin, psixatrop, güclü təsiredici maddələrin satışından əldə edilən pulun öz aralarında bölüşdürülənədək o, narkotik maddələri əldə etdikdən sonra əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq sonuncu narkotik maddələrin qoyulacaq ünvanlar barədə İran İslam Respublikası vətəndaşından məlumat aldıqdan sonra 26 iyul 2022-ci il tarixdə Abşeron rayonu Masazır dairəsi deyilən yerdən iki ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1200 qr. 2500 qr. ümumi təmiz çəkisi 3700 qram (3 kq 700 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd torbada təmiz çəkisi 480 qram, bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,466 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd elektron tərəzini götürüb həmin çəkidə narkotik vasitəni əldə edib daşımaqla Bakı şəhərinə gətirib, satışının həyata keçirilməsi üçün hissələrə bölərək bir hissəsini özü götürməklə qalan hissəsini yaşadığı ünvan 1 ünvanda yerləşən, binanın 4 nömrəli mənzilində saxlamış, həmin günü qrupun digər üzvü onun deməsi əsasında Təqsirləndirilən şəxs2 «Azneft» dairəsi deyilən yerdə üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,401 qr, 36,283 qr. 0.563 qr. ümumi təmiz çəkisi 37.246 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, dörd ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 4,465 qr, 0,397 qr, 0.455 qr, 0,395 qr. ümumi təmiz çəkisi 5.712 qram külli miqdarda ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 7.2 qram olan külli miqdarda “Preqabalin Kpka 300 mq” markalanma göstərici olan 2 ədəd konvalyutda ümumilikdə 24 ədəd üzərlərində “P 300” yazısı olan ağqəhvəyi rəngli kapsul preqabalin tərkibli dərman preparatı, təsiredici maddəsinin ümumi miqdarı 0,6 qram olan üzərində “Alyse 150 mq preqabalin” markalanma göstəricisi olan bır ədəd kəsilmiş konvalyutda 4 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman pereaparatını əldə edib daşımış, 26 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2, üç ədəd bükümdə ümumi təmiz çəkisi 37,246 qram narkotik vasitə heroini, dörd ədəd bükümdə isə ümumi təmiz çəkisi 5,712 qram psixotrop maddə metamfetamini tanışı Nicat Bayraova satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 27 iyul 2022-ci il tarixdə saat 10:15 dəqiqədə o, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən Neapol dairəsi yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilib üzərində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş kibrit qulusunda təmiz çəkisi 1.466 qram olan narkotik vasitə qurudulmuş marixuana, elə həmin gün onun yaşadığı ünvan 1 ünvanda yerləşən, binanın 4 nömrəli mənzilinə baxış keçirilən zaman evin qonaq otağında olan divanın alt hissəsindən bir ədəd seillofan bükümdə təmiz çəkisi 480 qram narkotik vasitə qurudulmuş marixuana, mənzilin digər qonaq otağında olan çarpayının altındakı dolabdan iki ədəd sellofanda ayrı-ayrılıqda çəkiləri 1200 qram. 2500 qram, ümumi təmiz çəkisi 3700 qram (3 kq 700 qr) narkotik vasitə heroin, otaqda olan masanın üzərindən bir ədəd üzərində "SF-400 (100gx 1g/353 oz..)” yazısı olan ağ rəngli elektron tərəzi aşkar edilərək götürülmüş, davam edən əməliyyat tədbirləri nəticəsində həmin günü saat 14:10 dəqiqədə Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofanda 28 ədəd kpsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 7.8 qram olan dərman preparatı aşkar edilərək götürülmüşdür. Hökmdən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs2 barəsində CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verib hökmün ləğv edilməsini, ona qarşı ədalətli cəza müddətinin təyin edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətlərinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs2 tərəfindən sözügedən cinayət əməllərinin törədilməsini təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. İstintaq orqanı zoraki və psixoloji təzyiq vasitəsi ilə ilkin etiraf edici ifadəni almış, bununla da istintaq araşdırmasını yekunlaşmış hesab etmişdir. Əslində isə hazırki cinayət işində bir çox prosessual və maddi pozuntular mövcuddur. Lakin, birinci instansiya məhkəməsi mövcud pozuntulara ümumiyyətlə hüquqi qiymət verməmişdir. İstintaq orqanının aşkar surətdə yol verdiyi pozuntulardan birincisi cinayət işinin materiallarında sonradan edilmiş maddə əlavəsi və ya dəyişikliyidir. Belə ki, iş üzrə istintaq dövründə müqavilə üzrə iştirak edən vəkilə imza etdirildikdən sonra bir çox sənədlərin birinci səhifələrini müstəntiq tərəfindən qəsdən dəyişdirilmiş, maddələrin yazıldığı səhifələrdə qələmlə və ağardıcı düzəliş aparılmış və 234.4.4-cü və 240.3.2-ci maddələr həmin sənədlərə daxil edilmişdir. İlk başda Təqsirləndirilən şəxs2 əməlinin tövsif olunduğu maddələrdə həmin maddələr mövcud olmamışdır. Cinayət işinin 228-ci, 245-ci, 259-cu, 266-cı səhifələrində aparılmış qaralamalar bunun bariz nümunəsidir. İkinci bir məqam isə son vaxtlar narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərdə istintaq orqanının mütəmadi olaraq yol verdiyi pozuntu ilə bağlıdır (təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraitinin fərqli göstərilməsi). Belə ki, Təqsirləndirilən şəxs2 fərqli vaxtda, fərqli ərazidə tutulsa da, həqiqi məlumatlar təhrif edilərək tutulma protokolu tərtib edilmişdir. Belə ki, tutulma protokolundan görünür ki, protokol 27 iyul 2022-ci il tarixdə saat 14:30-da tərtib edilmiş, Cavidan Eşqin oğlu həmin gün 14:10-da tutulmuşdur. Lakin ilk gündən Cavidan özünün 2022-ci ilin 26 iyulundan 27 iyuluna keçən gecə, gecə saat 2-3 radələrində Qala cərimə meydançasının qarşısında tutulduğunu bildirmişdir. Bu məlumatın həqiqiliyini yoxlamaq məqsədilə məhkəmə tərəfindən Cavidanın istifadəsində olmuş telefonun anten dairəsi ilə bağlı mobil operatorlara sorğu verilmişdir. Verilmiş sorğulara cavabdan görünür ki, o, 2022-ci ilin 26 iyulundan 27 iyuluna keçən gecə, gecə saat 02:47-də Qala qəsəbəsində olmuş, həmin gecə 04:02-dən etibarən telefonun anten dairəsi Xətai rayonu, General Şıxlınskiy küçəsini göstərmişdir. Qeyd edilən küçədə Xətai rayonu 35-ci polis bölməsi yerləşir. Təsadüfə baxın, Təqsirləndirilən şəxs2 tutulması həmin polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş və Təqsirləndirilən şəxs2 tutulduqdan sonra həmin polis bölməsinə göndərilmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi qeyd olunan faktın təkzib edilməsi bir yana, həmin fakta ümumiyyətlə hüquqi qiymət verməkdən çəkinmişdir. Həmçinin nəzərinizə çatdırır ki, cinayət işinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər ifadələrində bildirmişlər ki, onların tutulduqları gecə polis əməkdaşları onların yaşadıqları (şahid Arzu və Şahid2 bacılarına məxsus olan) evdə bir gecə qalmışlar. Qeyd edilən məlumatın həqiqiliyini müəyyən etməkdən ötrü şahid Arzu və Şahid2 məhkəmədə dindirilmişdir. Onlar ifadələrində 3 polis əməkdaşının onların evində 2022-ci ilin 26 iyulundan 27 iyuluna keçən gecə qalmalarını təsdiq etmişdir. Belə ki, onlar bildirmişlər ki, polis əməkdaşları bir gecə evlərində qalmış, daha sonra səhər saatlarında evi tərk etmiş, 3-4 saat sonra çəkiliş üçün yenidən gəlmişlər. Qeyd edilən məlumatın həqiqiliyini yoxlamaqdan ötrü məhkəmə tərəfindən mobil operatorlara anten dairə məlumatlarının əldə edilməsi üçün sorğular verilmişdir. Verilən cavablardan görünür ki, məhkəmədə dindirilmiş, digər Təqsirləndirilən şəxs1 tutulmasında iştirak etmiş polis əməkdaşı Şahid3 sorğu edilmiş zaman aralığının yalnız 2022-ci ilin 26 iyulundan 27 iyuluna keçən gecəsində Xətai rayonu Zığ şossesində olmuşdur. Müxtəlif saatlarda, təxminən 8-9 saat ərzində Şahid3 Zığ şosseində (şahid Arzu və Şahid2 bacılarına məxsus ev Zığ şossesində yerləşir) olması onun bir ünvanda sabit qalmasını göstərir. Belə ki, ilk dəfə Zığ şossesində anten dairəsi onu 26 iyul 2022-ci il, saat 23:33-də göstərir. Sonrakı müxtəlif saatlarda (23:50,01:32, 01:51,02:12,03:06,03:14,09:35,09:40,09:48,09:54, 09:56,09:57,10:02 və sonuncu dəfə 10:07-də) polis əməkdaşı Şahid3 anten dairəsi onu Zığ şosseində göstərmişdir. Sonra 27 iyul 2022 il tarixində, saat 12:34 və 12:51 radələrində Şahid3 həmin ünvanda olmuşdur. Bu saatlar Şahid3 çəkiliş üçün şahid Arzu və Şahid2 bacılarına məxsus evə gəldiyi saatdır. Bunun sübutu olaraq maddi sübutlara baxış keçirilməsi üçün çəkilmiş videogörüntüyə baxdıqda görmək olur ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları Arzu və Şahid2 bacılarına məxsus evə gətirirlər və evin qapısında Şahid3 telefonuna zəng gəlir. Həmin zəngin tarixi ilə anten dairəsində göstərilən zəngin tarixi üst üstə düşür. Digər məqam isə ölkə qanunvericiliyinə narkotik vasitələrlə bağlı cinayət əməlləri ilə əlaqədar bir çox dəyişikliklərin edilməsi əlaqədardır. Belə ki, həmin dəyişikliklərə əsasən Cinayət Məcəlləsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar vasitələrin xeyli, külli və xüsusilə külli olmaqla kateqoriyalaşdırılması nəzərdə tutulur. Hazırkı mərhələdə Milli Məclis tərəfindən müvafiq icra hakimiyyəti orqanına həmin bu miqdarların ayrı-ayrı narkotik vasitələrdə nə qədər hesablanacağı ilə bağlı hüquqi akt hazırlamaq göstərişi verilmişdir. Belə olan halda guya Təqsirləndirilən şəxs2 məxsus olduğu bildirilən narkotik vasitənin hansı kateqoriyaya daxil edilməsi də işlə bağlı mühüm əhəmiyyət kəsb edir. Göründüyü kimi qanunvericilik hakimiyyətinin hüquqi siyasəti narkotik vasitələri ölkəyə idxal edən və pərakəndə satışını həyata keçirən şəxslərin daha ağır cəza almaq, təsadüf nəticəsində və ya qurulmuş ssenari əsasında narkotik vasitə ilə əlaqədar ittiham olunan şəxslərin isə daha ədalətli və yüngül cəza ilə cəzalandırılmaqlarına yönəlmişdir. Qeyd etmək zəruridir ki, birinci instansiya məhkəməsi sübut kimi təqdim olunan bu qədər faktın heç birinə lazımi hüquqi qiymət verməmişdir. Hətta iş üzrə çıxarılmış kifayət qədər primitiv hökmə də nəzər yetirdikdə məhkəmənin əsl ittihamçı mövqeyindən çıxış etməsini müşahidə etmiş oluruq. Birinci instansiya məhkəməsinin hökmündə istintaq orqanının təqdim etdiyi heç bir mötəbər sübuta istinad edilməmişdir. Sözsüz ki, bu da ittihamın istintaqın saxta ssenarisi olmağından irəli gəlir. Halbuki birinci instansiya məhkəməsi çıxardığı hökmü əsaslandırmalı və müdafiə tərəfinin təqdim etdiyi, həmçinin məhkəmə araşdırması zamanı meydana çıxan ittihamın əsaslılığına şübhə doğuran faktları araşdırmalı və yekun hökmdə bunlara düzgün hüquqi qiymət verməli idi. Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmü qismən ədalətsiz hesab edir. Onun törətdiyi əməl 481 qram qurudulmuş marixuana olmuş, qalanı polis əməkdaşlarının qərəzli törətdikləri əməllərdir. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı X4 apellyasiya şikayətlərinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 1(101)-477/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş materiallarında olan sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, müdafiə tərəfinin apellyasiya şikayətlərində əsaslandırdığı halları artıq hökmündə tədqiq etməklə, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onları CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilmişdir. Təqsirləndirilən şəxslərin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə tədqiq edilməklə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum yoxdur, verilmiş şikayətlərin dəliləri yoxlanılmaqla münasibət bildirilməlidir. İttiham tərəfi və birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin elan olunmuş ittihamda təqsirli olmaları qənaətinə gələrkən istinad etdiyi sübutlardan biri də onların istintaq zamanı vermiş olduqları ifadələr olmuşdur. Cinayət işinin materiallarından görünür ki, həqiqətən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilkin istintaq zamanı ittihamın məzmununa uyğun ifadələr vermişlər. Onlar məhkəmə istintaqı zamanı ifadələrini dəyişmiş, bunu polis əməkdaşları tərəfindən göstərilmiş təzyiqlə izah etmişlər. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin ifadələrinin dəyişməsinin səbəbini araşdırmış, bunun əsaslı olmaması qənaətinə gəlmiş, zorakılıqla bağlı birinci instansiya məhkəməsinin araşdırması Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının və İnsan Hüquqları üzrə Avropa Konvensiysının 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmuşdur. Məhkəmə kollegiyası nəzərə alır ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində verdikləri ifadələrində onlara fizki zorakılıq edilməsini göstərməmiş, əməliyyatçılar tərəfindən təhdid edildiklərini iddia etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş polis əməkdaşları isə təqsirləndirilən şəxslərin psixi təzyiqlə bağlı göstərdiklərini inkar etmişlər. Eyni zamanda, onların həbs edilərkən xəsarət almaları barədə sənədlər olmamış və qeydə alınmamışdır. Digər tərəfdən, müdafiə tərəfinin qeyd olunan məsələni məhkəməyə qədər icraat zamanı qaldırmaması da, diqqətdən yayınmır. Məhkəmə kollegiyası nəzərə alır ki, təqsirləndirilən şəxslər və onların müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişlər. Təqsirləndirilən şəxslər istintaq zamanı izahat və ifadələrinin sonunda fiziki və ya psixi zorakılığın olmamasını göstərmişlər. Bunu daha çox iddia edən Təqsirləndirilən şəxs2 istintaqın sonrakı mərhələsində özünün seçdiyi və müqavilə bağladığı müdafiəçi ilə təmsil olunmuş və ifadələr vermişdir. O, həmin ifadələrdə belə xüsusi olaraq ona qarşı polis əməkdaşlrının zorakılıq etdiyini göstərməmişdir. Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və digərləri Bolqarıstana qarşı” 28 October 1998-ci il tarixli qərarı). Bununla belə, Avropa İnsan hüquqları Məhkəməsi qərarlarında dəfələrlə vurğulamışdır ki, pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır (bax: “Pirs Yunanıstana qarşı” iş üzrə qərar. Hazırkı işin hallarına gəlincə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxslərin polis tərəfindən pis rəftara məruz qoyulmasını təsdiq edən sübutlar açıq şəkildə məlum deyildir. Onlar polis tərəfindən pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün kifayət qədər güclü sübutlar təqdim edə bilməmişlər. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxslərin saxlanılması, tutulması və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda onların polis bölməsinə gətirilməsindən əvvəl və sonra üzərilərində xəsarətlərin olması ilə bağlı hər hansı qeyd olmamışdır. Belə olan halda, hər hansı sənədə və sübuta dayanmayan həmin iddianın əsaslı olmadığı görünür. Bundan əlavə, təqsirləndirilən şəxslər aşkar edilərək götürülmüş narkotik vasitənin və psixatrop maddələrin onlara məxsus olmamasını da iddia etsələr də, bu hal da iş materialları təkzib edilməkdədir. Əvvala, bu hal, təqsirləndirilən şəxslərin istintaq zamanı verdikləri ifadələri ilə uzlaşmır. Çünki, onlar həmin ifadələrində narkotik vasitənin və psixatrop maddənin özlərinə məxsus olduğunu göstərmişlər. Digər tərəfdən, şəxsi axtarış və götürmə protokolu, baxış keçirilməsi və maddi sübutun götürülməsi protokolu, şahid ifadələri ilə həmin narkotik vasitənin və psixatrop maddənin təqsirləndirilən şəxslərə aidiyyəti müəyyən edilir. Məhkəmə kollegiyası nəzərə alır ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə narkotik aşkar edilməsini mübahisələndirmir. O, məhkəmə istintaqı zamanı 480 qram qurudulmuş marixuana aşkar edilməsini etiraf etmiş, Təqsirləndirilən şəxs2 isə avtomobilinin daxili saxlanc yerindən 09 ədəd «lirika» preparatı aşkar edildiyini bildirmiş, qalan hissənin isə polis əməkdaşları tərəfindən qoyulduğunu göstərmişlər. Bunlardan əlavə, təqsirləndirilən şəxslərin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri, narkotik vasitəni və psixatrop maddəni satış məqsədi ilə əldə etməməsi barədə iddia da əsaslı olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı vermiş olduğu ilkin ifadələrdən görünür ki, onlar ifadələrində narkotik vasitənin və psixatrop maddənin satışı ilə məşğul olduqlarını göstərmişlər. Bu hal, Nicat Bayramovun ifadəsi ilə də təsdiq edilmişdir. Çünki o, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni Təqsirləndirilən şəxs2 aldığını göstərmişdir. Maraqlıdır ki, Təqsirləndirilən şəxs2 özünün seçdiyi və müqavilə bağladığı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində belə, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məğul olmasını, sonuncunun ona narkotik vasitə verdiyini və dediyi yerə qoymasını tapşırdığını, Səxavətin deməsi əsasında həmin bükümü xatırlamadığı yerə qoyduğunu göstərmişdir. Təqsirləndirilən şəxs1 da ifadələrində hazırkı cinayət əməlini Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmələrini göstərmişdir. CPM-in 91.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. CPM-in 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin “Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə” müddəası şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin cinayətdə iştirakı barədə bilə-bilə yalan məlumatların verilməsini nəzərdə tutur. Belə hərəkət özünü müdafiənin qanuni üsulu kimi qəbul edilə bilməz və bu əməl CM-nin 296-cı maddəsi ilə bilə-bilə yalan xəbərçilik etmə cinayətinə görə məsuliyyət yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verdiyi ifadələrə görə üzərlərinə məsuliyyət qoyulmuş, onlar birlikdə narkotik vasitələrin satışı ilə məğul olmasına dair ifadələr vermişlər. Təqsirləndirilən şəxslərin qeyd edilən çəkidə narkotlik vasitəni və psixatrop maddənin şəxsi istifadə məqsədi ilə üzərilərində saxlamaqla daşıması da inandırıcı olmamışdır. Həmçinin, məhkəmə kollegiyası nəzərə alır ki, aşkar edilmiş narkotik vasitənin və psixatrop maddənin miqdarı külli miqdar təşkil etməklə bükümlərə bölünmüş halda olmuş, istehlak miqdarından dəfələrlə çox olmuş, bununla yanaşı elektron tərəzi aşkarlanmışdır ki, qeyd olunan hallar da narkotik vasitəni və psixatrop maddəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edən hallardandır. Bunlardan əlavə, təqsirləndirilən şəxslər sonrakı ifadələrində özlərini narkotik vasitənin satışını həyata keçirmədiyi kimi təsvir etdiyi halda, iş materiallarında olan sms yazışmalarından onların özündə və hətta başqalarına da verə biləcək qədər narkotik vasitə və psixotrop maddəyə sahiblik etmələrinin müəyyən edilməsi ilə təkzib olunur. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş telefona baxış zamanı «WhatsApp» proqramında müxtəlif şəxslərə zəngləşməsi və yazışmalarının olduğu görünür. Nurəddin adı yazılmış səhifədə “Sen verib gözleyirsen pulu? men goturub dağıdardım, pulunu ele platit eleyerdim, bildim M40 var?”, +**********47 saylı nömrə yazılmış səhifədə "yarım lazimdi, suvelandayam, keccsen bu tereflere, 1 saata, heşne xeber edersen”, +**********65 saylı nömrə yazılmış səhifədə “mal lazm olacax”, Elvin adı yazılmış səhifədə "Salam dede necesen, dede otun var, alo, dede o gun dediyim qalir sende. ay dede” və s məzmunlu sms mətinləri aşkar edilmişdir. Eynilə Təqsirləndirilən şəxs1 məxsus telefona baxış keçirilmiş, onun “WhatsApp” proqramı vasitəsilə danışıqlar həyata keçirdiyi və yazışmalar etdiyi görünür. Həmin nömrələrdən biri Cavidan sözləri yazılmış ***-***-**-**-dur, həmin nömrə ilə 055-918 95-95 nömrə arasında gündəlik olaraq müxtəlif vaxtlarda danışıqlar olmuş, telefonun kişilər olar bölməsində "Menimi Kola” sözləri yazılmış ***-***-**-** saylı nömrə, “Milat” sözləri yazılmış +98 914-954-1765 saylı İran İslam Respublikası nömrə, "Paris Kola” sözləri yazılmış ***-***-**-** saylı nömrə, “28 Kola” rəqəmləri və sözləri yazılmış 077 ***-**-** saylı nömrə aşkar olunmuşdur. Telefonun «WhatsApp» proqramına daxil olduqda orada Allahu Ekber” adı yazılmış səhifədə ***-***-**-** saylı nömrə ilə çoxsayda səslər olmuş, həmin səslərin içərisindən 01 dəqiqə 39 saniyədən və 49 saniyədən ibarət olan səslər bir ədəd “CD” diskə köçürülərək götürülmüşdür. "Milat” sözləri yazılmış +98 914 ***-**** saylı nömrə ilə səhifəsində “Gaga ge iran ge dolana, gaga gozde haa 4.5 gon monan gabax senin wakli bir gorseti dedi bo adam istamir iw gore deirdiki blka iwcisen, bir nafar ver jamat yazx olmasn hemde pol alax cox mal satan tanyram”, "orxan” sözləri yazılmış ***-***-**-** saylı nömrə ilə səhifədə "gardawim sabahin ceyir. ata hara var, 50 gram isdiye var varsa, bir bawa naxdiybalir”, "yox qaga. qara yoxdu, gujdu ot var cek basin getsin”, “neciya deyiler 1 qr pulu jecedi 50 lazimdi neysa eger”, "nesq cek basib getsin, 70 manatdi karopkasi”, “bawa duwdum dedim bidde litıka yaxwi metadon normal vermek olaraq olsa de, “var metadon”, "gaga lezegelib yaxsidi. yaxin adamdı e varsa hel edim melini naxdi” və s məzmunlu sms mətinləri aşkar edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 məxsus mobil telefona baxış keçirilən zaman «WhatsApp»dan aşkar edilmiş səslərdə "Bir kəllə. 8. 10 gün «dar qaqa. arada bır zəng vururdum, pul para bundanda qaqa. uşaqlardan götürürdüm, götürürdüm bundan, keçən dəfə zəng vurdum, dedi qaqa tez bazar pulu göndər tez bazar göndərdim pulu, saat 2-də zəng vurdum telefonu götürmür, mənim yanımda başqa adam var mağazaya gedirdim, telefonu götürmədi. götürmədi, zəng çatmır, zəng çatmır, dedim heç nə brat başqa yerdən mən uşaq var ona demişəm, pul da yoxdu, gecə saat 2 də uşaq var ona ağız açdım, sağolsun. bır kəlməyə dedi hardasan 30 manat gəl götür. İkinci fayıla baxış zamanı "Allaha and olsun mən ona hələ bilirsən nəyə zəng vururdum, deyəcəkdim ki, yəqin ki. əlində pulu yoxdur, dedim ki. əlində nəyinsə var yüngülvarı, o qədər bizim yanımızda istəyən uşaqlar var ki, qaqa, mən onu retqi-retqı arada bir riqlovka edirəm, deyəcəkdim brat heç olmasa varsa pulun yoxdusa yüngülvarı bır şey. görüşək mən götürüm uşaqlara verim, uşaqlardan mən o. pulu alacam, yanımızda uşaqlar çoxdu cavan uşaqlar, buda ele aqressiv danışır kı. nə bilim sabah imkanın olsa danışda". Üçüncü fayıla baxış zamanı "heç nə qadan alım ata. danışsan mənə bir xəbər edənən, yox ey beh yenə deyirəm kimdənsə qorxacağımız yox. çəkinəcəyimiz yox şükür allaha, neçə ildir çəkılımış qırağa dururuq, hamı elə bilməsin kı. çəkilmişik sakitcə dururuq, sakit uşaqdı nədi, şükür allaha indi nə bilim, heç nə ürəyim gözləyəcəm. ehtiyatlı ol dədə" Dördüncü fayıla baxış zamanı aşağıdakılar müəyyən edildi "o uşaq dedi, o uşağı, həmin icmadan gəlib koladan, patıdan gəlib, yəni etsən deyərsən 20 dən verir sən öl qaqa bombadı allaha and olsun, imkanın var götür və s məzmunlu səs yazıları aşkar edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 070 ***-**-** nömrəyə daxil olan və çıxan sms-lərə baxış zamanı xx.xx.2022-ci il tarixli saat 03:17:17-də ***-***-**-** nömrə ilə "Brat tərəzini ötür gedim həll edim”, “Bimaata evi bislatsinlar doze biomirem uje kart at onun pulunuda vurum fso day qelet eledim oldu mene”, xx.xx.2022-ci il tarixdə saat 00:02:20-də ***- ***-**-** nömrə ilə "Qaqulya M 40 lazimdi Dostun canı ağrıyır nasazdi Sene arxeyindi Dünennen gəlirəm-gəlirəm Seni gözləyirik yeni X8, acdır həmdə güclüsunncn birdeki M40 Telefona cavab ver hörmətsiz' və s məzmunlu sms mətinlər, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəyə daxil olan və çıxan sms-lərə baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 03:17:17 ********** nömrə ilə "Brat tərəfini ölür gedim həll edim”, saat 22:48:30-da ***-***-**-** nömrə ilə "Ot tapmağ olar" eve gelde, men tək getməy istəmirəm, qız var ora gedəcəm klubda patım da yoxdu, qızda isdiyir qalıb səndə bir şey» və s məzmunlu mətnlər aşkar olunmuşdur Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 077 ***-**-** nömrəli mobil telefona daxil olan və çıxan zənglərin siyahısının olduğu "xxxx" MMC-dən daxil olmuş bir ədəd "CD" diskə baxış keçirərkən müəyyən olunmuşdur ki, qeyd edilən nömrəli mobil telefonla müxtəlif vaxtlarda müxtəlif nömrələrdə çoxsaylı sayda zənglər getmiş və həmin nömrəyə zənglər daxil olmuş, müxtəlif dəqiqə və saniyədən ibarət danışıqlar aparılmış, ***-***-**-** saylı nömrə Bakı şəhərinin müxtəlif ərazilərində aktiv olmuşdur. Telefonda çoxsayda sms mətnləri aşkar edilmiş və sms-lərə baxış zamanı xx-xx-2022-ci il tarixdə saat 14:13:08 də 051-232- 41-27 nömrə ilə “otda hamsini goturecem 5 in yarsi”. “gozde otur gellem 1 dq” 02-06- 2022-ci il tarixdə saat 19:52:32-də ***-***-**-** nömə ilə “qaqa masin surem qaqa 100 aramiz var idi 5 p 3 k 160 edir cemi 260 sendede 100 var onu”. “150 elemek olar? meni ac qoyursuz”. “brat menede deyir mene ordan qalan cemi pulda 25 azndı, "qaqa qurban sene men demiremki sen pul vermirsen mene denen itoq obsi neden ne qeder goturecem”, “qaqa 50 manala 2 p 1 k”, “yaxsi qaqa”, xx-xx-2022-ci il tarixdə saat 15:21:48-də ***-***-**-** nömə ilə “qaqa gel hezi aslanova masin yatdi qaldı 2 list m40 di 1 qr kola 1 pati cemi 260 veresen. ay qa masin yatdi qalmisdim burda”. xx-xx-2022-ci tarixdə saat 15:22:19-də ***-***-**-** nömə ilə “qaqa elaqe saxliyacam dunen dalaşdım mal yiyesiynen hoqqa dusmusdu ona gore elaqe saxliyanmadim”, xx-xx-2022-ci il tarixdə saat 15:25.02-də ***-***-**-** nömə ilə “salam muəllim men konferansdayam 1382 dollar deyirdi 1000 dollar elemek olur evvel deyirdi 2380 manatdır. 1700 manata elemek olar isdesez", xx-xx-2022-ci il tarixdə saat 15:28:46-də 070-310 nömə ilə “telefonuda malida bir torbaya qoyacam cox qalmiyacam ataw“. xx-xx-2022-ci il tarixdə saat 15.53:26-də ***-***-**-** nömə ilə “oldu qaqam", xx-xx-2022-ci il tarixdə saat 23:50:01-də ***-***-**-** nömə ilə “terezinu gotur gel yaninda eliyecem problem yoxdu ya sen evde teksense terezini onan al getir gelim sizde duzeldek verim”, 09-06 2022-ci il tarixdə saat 23:50:21-də ***-***-**-** nömə ilə “qaqa salamatciliqdi? menem cavidan”, xx-xx- 2022-ci il tarixdə saat 21:07:20-də ***-***-**-** nömə ilə “qaqa menem cavidan ac Ehed”, xx-xx- 2022-ci il tarixdə saat 18:34:11-də ***-***-**-** nömrə ilə “asmam tundj salbutamol aerazol", xxxx-2022-ci il tarixdə saat 14:12:22-də 051-232-41 27 nömrə ilə “5 dene k gotur 6-7 dene p gotur ama pul men sa axwam genciyc satım 100 vuracam 100 sabah qalanda gelende goruwerik ama nolar ma ot ver cehmeye", "Olsun qaqa itoq men saat 6_7 dide gedejem genciye prablen doy ama nolar ot varsa usdunde bir paproz ver cekeh ya bas cekeh”. “Ayqa men idim yigan xeyaleden yox cukim bilmir yani sako zad bilmir sen men bilirik itoqda bele xeyale hewneye deqiqliyinnen kurs doy bidene m40 kursdu”, xx-xx-2022-ci il tarixdə saat 19:55:23-də 055-689-84 99 nömrə ilə "Qaqa lanbarda çatsam he taksideyem ama itoq dostumada lazimdi ona gore teli qoyajax lanbarda 3 dene o isdiyir yoldayam men gel qarayeve bidene bawa salaja”, “Sen kolani 15 den hesab edisen? Ayqa piti indi budefe ozum heçne demedim 20 den ey brat bawna donum sen cox jest eledin deye ma 6 dene peti gotur 4 dene kola", "100indi verejem sa.2dene peti 1 denede kola bir gotu onu” və s məzmunla sms mətnləri müəyyən olunmuşdur. Daxil olmuş əməliyyat məlumatı da təqsirləndirilən şəxslərin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı olmuşdur. Sonradan istintaq zamanı verilmiş əməliyyat tapşırığına cavabdan da həmin xüsusatın təsdiq edildiyi görünür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bütün sadalanlar müdafiə tərəfinin iddia etdiklərinin əksinə olaraq təqsirləndirilən şəxslərin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri, narkotik vasitəni və psixatrop maddəni satış məqsədi ilə əldə etmələrinə dalələt edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə qabaqcadan əlbir olan bir qrup şəxs ittihamının verilməsi ilə də razılaşır. CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə birbirini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri isə odur ki, birincisi iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi də cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etmələrini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 11-ci bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxslərin ifadələri, yuxarıda sadalanan sms-lərin tədqiqi həm də ona da əsas verir ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 əlbir olmuşdur. Təqsirləndirilən şəxs1 istintaq zamanı vermiş olduğu ifadələrindən görünür ki, o, narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşından aldığını göstərmişdir. Həmçinin, onlar ilkin ifadələrində narkotik vasitəni və psixotrop maddəni satmaları barədə razılaşdıqlarını göstərmişlər. Təqsirləndirilən şəxslərin telefonuna baxış zamanı da İran İslam Respublikasına məxsus nömrələrin aşkar edilməsi məhkəmə kollegiyasında onların həm özləri, həm də digəri ilə əlbir olmalarına dair qənaətini möhkəmlədir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2, həmçinin digər şəxs arasında qabaqcadan əlbirlik olmasını, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsini müəyyən edir və qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməsində hər hansı pozuntu müyyən etmir. Müdafiə tərəfi dindirilmiş polis əməkdaşlarının ifadələri arasında ziddiyyətin olduğunu vurğulamış, lakin, bu ziddiyətin nədən ibarət olması açıqlanmamışdır. Polis əməkdaşlarının istintaq zamanı vermiş olduğu ifadələrlə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri təhlil etdikdə müdafiə tərəfinin iddiasının əksinə hər hansı ziddiyyətin olmadığı görünür. Bundan əlavə, müdafiə tərəfi Təqsirləndirilən şəxs2 2022-ci ilin 26 iyulundan 27 iyuluna keçən gecə, gecə saat 2-3 radələrində Qala qəsəbəsindən aparıldığını göstərmiş, bu dəlilini təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, istifadəsində olan telefon nömrəsinin antenn məlumatı ilə əsaslandırmışdır. Halbu ki, o, istintaq zamanı saxlanıldığı yeri və vaxtı mübahisələndirməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 ifadəsinin dəyişməsinin səbəbini əsaslı qəbul etmədiyindən və bu qənaətini yuxarıda əsaslandırdığından təkrarlamağı lüzum bilmir. Onun 26 iyulundan 27 iyuluna keçən gecə, gecə saat 2-3 radələrində Qala qəsəbəsindən aparılması ilə bağlı ifadəsi digər sübutla uzlaşmır. Antenn məlumatları da, müdafi tərəfinin iddia etdiyi şəkildə olmamışdır. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil nömrənin məlumatlarından görünür ki, həmin nömrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 23:10:21-də aktiv olmuş, həmin vaxt nömrənin aktiv olma yeri Sergey Yesenin 102A Mardakan qesebesi Xazar” göstərilmişdir. Eyni zamanda, antenn məlumatlarının xüsusi texniki vasitə tərəfindən müxtəlif metodlar əsasında qeydə alınması göz önünə alınaraq dəyərləndirilməlidir. Məhkəmə təcrübəsində həmin məlumatların dəqiqliyi ilə bağlı ünvanlana sorğulara cavablar onu deməyə əsas verir ki, telekommunikasiya xidmətlərindən istifadə zamanı konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, kənar manelərin təsirinə məruz qalmalardan, cihazın istifadəsi zamanı yerləşdiyi nöqtədə əngəl törədən hər hansı maneənin (dağ, bina və s) olmasından aslı olaraq danışıq daha uzaq məsafədə yerləşən stansiyadan davam etdirlə və bu zaman siqnalın ötürülmə radiusu təqribi 300 m - 32 km qədər ərazini əhatə edə bilər. Bunlardan əlavə, Arzu və Suat Quliyevaların ifadələrini dəyərləndirən məhkəmə kollegiyası nəzərə alır ki, ifadə maddi faktlara dair qaynağı insan olan bu səbəbdən də xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Proses iştirakçılarının yaxınları tərəfindən verilmiş ifadələrdə əksər hallarda özlərinin lehinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimallar mövcud olur. Şahidlərin təqsirləndirilən şəxslərlə qeyri-rəsmi birlikdə yaşaması da onların tərəfsiz olması ehtimalını azaldır. Bu zaman şahidlərin hissləri ilə hərəkət edə biləcəyi, həqiqətdə baş verməmiş hadisəni mənfəət təmini kimi səbəblərlə doğru olmayan ifadə verə biləcəyini göz önünə alaraq ifadəsi dəyərləndirilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 istintaq zamanı vermiş olduğu ifadələrində saxlanılması vaxtı və yeri barədə istintaq sənədlərində əks edilən qaydada ifadə verməsini, daha sonra ifadəsini dəyişməsini, ifadəsini dəyişməsinin səbəblərinin əsaslı olmadığını da nəzərə alır. Eyni zamanda, müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər təqsirləndirilən şəxslərin qeyri-rəsmi birlikdə yaşadığı şəxslər olduğundan onların təqsirləndirilən şəxslərin mənafeyinə uyğun ifadə verməsi də gözlənilən olmuşdur. Həmçinin, Arzu və Suat Quliyevaların istintaqın ilkin mərhələsində verdikləri ifadələr ittihamın məzmununa uyğun olmuş, həmin ifadələr çap üsulu ilə deyil əl yazma yazıldığından onların oxumadan imza etmələri barədə dəlillər əsaslı görünməmişdir. Beləliklə də, Arzu və Suat Quliyevaların sonrakı ifadələri artıq cinayət işi materiallarda mövcud olan digər sübutlarla uzlaşmadığından, həmin ifadələrin obyektiv, həqiqəti əks etdirən sübut kimi qəbul edilməsi istisna olunur. Məhkəmə kollegiyasının qənaətinə görə Təqsirləndirilən şəxs2 27 iyul 2022-ci il tarixdə saat 14:10 dəqiqədə Xətai rayonu, P.Həşimov küçəsində saxlanılmış, bu hal, raport, şahid polis əməkdaşlarının ifadələri ilə yanaşı, Təqsirləndirilən şəxs2 özünün ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri ilə təsdiq edilməkdədir. Məhkəmə kollegiyası bir daha xatırladır ki, o, özünün seçdiyi və müqavilə bağladığı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində də 27 iyul 2022-ci il tarixdə saxlanıldığını göstərmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini, güclü təsiredici maddələri əldə edib saxlayaraq daşımasının müəyyən edilmiş sayılmasına dair qənaəti müdafiə tərəfinin göstərdiklərinin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı verdiyi ifadələrə, şahidlərin ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına əsaslanır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apelyasiya şikayətlərinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində təqsirləndirilən şəxslərin ifadələrində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onların əməlini CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxslərə təyin edilmiş cəza məsələsinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəzanın təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, təyin ediləcək cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq onlara təqsirli bilindikləri maddələrin sanksiyasında müəyyən edilmiş həddə ədalətli olmaqla şəxsiyyətlərinə, törətdikləri cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun cəza təyin etmişdir və məhkəmə baxışı zamanı onların cəzasının yüngülləşdirilməsi üçün əlavə hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-477/2023 saylı, 08 avqust 2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 1(101)- 477/2023 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi6 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar