Məhkəmə qərarları › İş №1(103)-821/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-821/2022

15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-821/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Əkbərovun sədrliyi və məruzəsi ilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə Fəxri Vidadi oğlu Qasımovun katibliyi ilə, Dövlət ittihamçısı X2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 azyaşlı uşağı olan, orta-ixtisas təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Telman Hüseynov, hakimlər Əli Məmmədov və Səbuhi Hüseynov) 15 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 01 (bir) ay 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 04 (dörd) il 10 (on) ay 29 (iyirmi doqquz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2021-ci il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar vahid niyyətlə qeyrisinin xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə şəxsən özü vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin may ayında internet vasitəsi ilə əlaqə nömrəsini əldə etdikdən sonra uşağı X1 dayəlik etməsi üçün yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 2-də yerləşən 158 nömrəli mənzilinə dəvət etdiyi Şahid1 özünü geniş əlaqələrə malik, bütün dövlət və sair qurumlarda çoxsaylı vəzifəli şəxslərlə münasibəti olan şəxs kimi yalandan təqdim etməsi ilə əlaqədar Şahid1 məcburi köçkün olmadığı halda Yasamal rayonu İcra Hakimiyyətində adının məcburi köçkün kimi sənədləşdirilməklə Yasamal rayonu ərazisində mənzil verilməsinə köməklik göstərilməsini ona təklif edərək sonuncuya özünün Yasamal rayon İcra Hakimiyyətinin yüksək səlahiyyətli vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək onun adının məcburi köçkün kimi Yasamal rayon İcra Hakimiyyətində siyahıya salınmaqla güzəştli qaydada Yasamal rayonu ərazisində mənzil verilməsini təmin etmək imkanına malik olmasını yaşadığı həmin mənzildə aralarındakı söhbət zamanı Şahid1 yalandan deyib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Yasamal rayonu İcra Hakimiyyətinin yüksək səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib sonuncunun razılığını alaraq onunla sövdələşib, həmin adla 11 iyul 2019-cu il tarixdə yaşadığı həmin mənzildə 1000 (bir min) manat məbləğində pul vəsaitini Şahid1 anası Şahid2 almaqla, həmin məbləği, habelə, eyni niyyətlə, Şahid1 Azərbaycan Respublikası Daxil işlər Nazirliyinin Baş Mühafizə İdarəsində mühafizəçi kimi işə qəbul olunmasında köməklik göstərə biləcəyini bildirib, qısa müddətə işə çıxacağını, lakin xidməti geyim formasının alınması üçün 300 (üç yüz) manat məbləğində pul vəsaiti verməsinin zəruri olmasını yalandan bildirib, həmin adla 11 iyul 2019-cu il tarixdə yaşadığı həmin mənzildə Şahid2 300 (üç yüz) manat məbləğində pul vəsaitini almaqla, həmin məbləği, habelə, eyni niyyətlə, Şahid1 itirdiyi şəxsiyyət vəsiqəsinin alınmasında köməklik göstərilməsini təklif edərək sonuncuya özünün "ASAN Xidmət Mərkəzi"ndə səlahiyyətli şəxs olan tanışının olmasını, həmin tanışı vasitəsilə qeydiyyatda olduğu Masallı rayonuna getmədən "ASAN Xidmət Mərkəzi”ndə onun şəxsiyyət vəsiqəsinin hazırlanaraq Bakı şəhərinə göndərilməsi imkanına malik olmasını yalandan bildirib, bunun üçün həmin mərkəzdə işləməklə vəzifəli şəxs olan tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla şəxsən maddi nemət olan 80 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya yalandan bildirərək, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edib sonuncunun razılığını alaraq onunla sövdələşib, həmin adla 11 iyul 2019-cu il tarixdə yaşadığı həmin mənzildə Şahid2 80 (səksən) manat məbləğində pul vəsaitini almaqla, həmin məbləği, ümumilikdə vahid niyyətlə Şahid2 məxsus 1380 (bir min üç yüz səksən) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxslərə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid2 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu İlə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid1 vasitəsi ilə tanış olduğu Şahid3 ilk öncə özünün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsinin işçisi olmasına inandırmaqla himayəsində olan 29.04.2012-ci il təvəllüdlü X5 və 03.06.2014-cü il təvəllüdlü X3 hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla aylıq 280 (iki yüz səksən) manat sosial yardım almağı təmin edəcəyini yalandan vəd verərək, bununla bağlı özünün geniş imkanlara malik olmasına Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasəmal-1, ev 2-də yerləşən 158 nömrəli mənzilində görüşdükləri vaxt onu inandırıb, həmin məsələni özünün yaxın münasibətdə olduğu Dövlət Sosial Müdafiə Fondunda işləyən yüksək səlahiyyətli vəzifəli şəxs vasitəsilə həll edəcəyini yalandan bildirərək, bunun üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə müəyyən məbləğdə pul vəsaitinin, yəni maddi nemətin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib, aralarında yaranmış münasibətlərə görə özünə olan inam və etibardan sui-istifadə etməklə sonuncunun razılığını alaraq onunla sövdələşib, həmin adla Şahid3 2019-cu ilin iyul ayında yaşadığı ünvan 2 ünvanında 400 (dörd yüz) manat, həmçinin müəyyən məbləğdə pul verməsi müqabilində Yasamal rayonu ərazisində onun, anası Şahid4 və qardaşı Şahid6 hər birinin ayrılıqda aztəminatlı ailə kimi mənzil almasına köməklik etmək imkanına malik olmasını, bunu özünün yaxın münasibətdə olduğu Yasamal rayon İcra Hakimiyyətinin yüksək səlahiyyətli vəzifəli şəxsi vasitəsilə edəcəyinə onu inandırıb, bunun üçün həmin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3, Şahid4 və Şahid6 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə hər mənzil üçün maddi nemət olan 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasım yalandan bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Şahid3 razılığını almaqla onunla sövdələşib, həmin adla 2019-cu ilin iyul ayında Bakı Metropoliteninin İnşaatçılar stansiyasının yaxınlığında, ünvan 3 ünvanında yerləşən "KFC" restoranının qarşısında Şahid3 ilə görüşüb ondan iki dəfəyə cəmi 3000 (üç min) manat məbləğində pulu almaqla, eyni niyyətlə, 19 iyul 2019-cu il tarixdə Şahid3 qardaşı Şahid6 tərəfindən "xxxx" MMC vasitəsilə göndərilmiş (göndəriş Nö********************338) 500 (beş yüz ) manat pulu Bakı şəhəri, Yasamal rayonu, X9 küçəsi 239 ünvanında yerləşən 2 saylı poçt filialının 138 saylı poçt şöbəsindən 19 iyul 2019-cu il tarixdə çıxarıb götürməklə, eyni niyyətlə, 2495,6 (iki min dörd yüz doxsan beş manat altmış qəpik) manat dəyərində Şahid3 və anası Şahid4 məxsus qızıl-zinət əşyalarını ünvan 5 ünvanında görüşləri zamanı Şahid3 almaqla, əldə etdiyi həmin pul vəsaiti və qızıl-zinət əşyalarını şəxsi ehtiyaclarına sərf edərək, sonunculara və Şahid6 məxsus cəmi 6395,6 (altı min üç yüz doxsan beş manat altmış qəpik) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui- istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirib həmin şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxslərə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3, Şahid4 və Şahid6 xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncuları vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid3 vasitəsi ilə tanış olduğu Şahid7 ilk öncə özünün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsinin işçisi olmasına inandırmaqla müəyyən məbləğdə pul verməklə Yasamal rayonu ərazisində onun aztəminatlı ailə kimi mənzil almasına köməklik etmək imkanına malik olmasına Şahid3 vasitəsi ilə və “WhatsApp" tətbiqi vasitəsi ilə aralarında olan danışıqlar zamanı Şahid7 inandırıb, onun adını aztəminatlı ailə kimi Yasamal rayon İcra Hakimiyyətində siyahıya salmaqla güzəştli qaydada Yasamal rayonu ərazisində mənzil verilməsini təmin etmək imkanına malik olmasını sonuncuya yalandan deyib, həmin məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu Yasamal rayonu İcra Hakimiyyətinin yüksək səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan müəyyən məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək sonuncunun razılığını almaqla onunla sövdələşib, həmin adla 19 iyul 2019-cu il tarixdən 31 iyul 2019-cu il tarixədək olan müddətdə cinayətdən xəbərsiz olan Şahid3 vasitəsi ilə Bakı Metropoliteninin Memar Əcəmi stansiyasının çıxışında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Mc Donalds” restoranının qarşısında Şahid7 1800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaitini almaqla, həmçinin, eyni niyyətlə Bakı şəhər Yasamal rayon İcra Şöbəsində hərraca çıxarılmış 2014-cü il istehsallı, “Hyundai Sonata" markalı avtomaşını dəyərindən ucuz qiymətə almaq üçün özünün geniş imkanlara malik olmasına "WhatsApp" tətbiqi vasitəsi ilə aralarında olan danışıqlar zamanı Şahid7 inandırıb, həmin məsələni özünün yaxın münasibətdə olduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal rayon icra və probasiya şöbəsinin səlahiyyətli vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan müəyyən məbləğdə pul vəsaiti verilməsi müqabilində həll edəcəyini yalandan bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Şahid7 razılığını almaqla onunla sövdələşib, həmin adla 2 avqust 2019-cu il tarixdə Şahid7 həmin “Mc Donalds" restoranında 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini almaqla, həmçinin, eyni niyyətlə, sonuncunu müəyyən məbləğdə pul vəsaiti verməsi müqabilində hər ay ödədiyi 120 manat alimentin 50 manata qədər azaldılmasına köməklik etmək imkanına malik olmasına "WhatsApp" tətbiqi vasitəsilə aralarında olan danışıqlar zamanı Şahid7 inandırmaqla, həmin məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Zərdab rayon İcra və Probasiya şöbəsinin vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan müəyyən məbləğdə pul vəsaiti verilməsi müqabilində həll edəcəyini yalandan bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Şahid7 razılığını almaqla onunla sövdələşib, həmin adla 2019-cu ilin iyul ayı ərzində Bakı Metropoliteninin Memar Əcəmi stansiyasının çıxışında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Mc Donalds” restoranının qarşısında sonuncudan 500 (beş yüz) manat məbləğində, ümumilikdə qeyd edilən qaydada aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid7 məxsus cəmi 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb ələ keçirərək ona xeyii miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid7 vasitəsi ilə tanıdığı Şahid8 özünün vəzifəli və geniş əlaqələrə malik şəxs olmasına inandırmaqla müəyyən məbləğdə pul vəsaiti verməsi müqabilində Yasamal rayonu ərazisində şəhid ailələri və aztəminatlı ailələrə verilən mənzillərdən 4 otaqlı mənzil almasında ona köməklik etmək imkanına malik olmasına cinayətdən xəbərsiz olan Şahid7 vasitəsi ilə, daha sonra isə 2 avqust 2019-cu il tarixdə Bakı Metropoliteninin Memar Əcəmi stansiyasının çıxışında Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllədə yerləşən “Mc Donalds" restoranında görüşləri zamanı inandırıb, həmin məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu Yasamal rayon İcra hakimiyyətinin vəzifəli şəxsinə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan müəyyən məbləğdə pul vəsaiti verilməsi müqabilində həll edəcəyini yalandan bildirib, özü barəsində formalaşdırdığı inam və etibardan suiistifadə edərək Aris Məmmədovun razılığını almaqla onunla sövdələşib, həmin adla 2 avqust 2019- cu il tarixdə sonuncudan cinayətdən xəbərsiz olan Şahid7 vasitəsilə həmin "Mc Donalds1 ’ restoranında 1800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Aris Şəmmmədova məxsus 1800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxslərə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəza ilə hazırki hökmlə təyin edilmiş cəza cinayətlərin məcmusu üzrə CM-nin 66.5-ci maddəsinə əsasən toplanmaqla qəti cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 15 mart 2021-ci il tarixli hökmü cinayət qanununun norması düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestindən göründüyü kimi apellyasiya protestində məhkum tərəfindən cinayət əməlinin hüquqi tövsifi, onun cinayət əməlində təqsirlilik məsələsi mübahisələndirilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəzanı çəkib qurtarmamışdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmündən göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki iş üzrə təqsirləndirildiyi cinayət əməllərini 2019-cu il tarixlərdə, yəni Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin olunarkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq, yəni cinayətlərin məcmusu qaydasında qəti cəza təyin olunmalı olduğu halda, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmü cəza təyini zamanı nəzərə alınmamış və nəticədə cinayət qanununun norması düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən Məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Azərbaycan Respublikası CPM-nin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 403.0.1-ci maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməli, hökm dəyişdirilməli, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2020ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il müddət azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla cəzası təyin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 398.1.4, 405.1.4-cü və 407.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L İ R : Apellyasiya protesti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə məhkum edilməsinə dair 15 mart 2021-ci il tarixli hökmü dəyişdirilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il müddət azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 01 (bir) ay 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar