Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-83/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Əkbərovun sədrliyi və məruzəsilə, Elmar Eldar oğlu Rəhimov və Faiq Adil oğlu Qasımovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımov Fəxri Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı X4, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə 02.12.1971-ci ildə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsi ev 186-da qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli hökmündən məhkum edilmiş şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim İlham Mahmudov hakimlər Mirzə Xankişiyev və Faiq Qəniyev) 03 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci madəsinə əsasən Bkı Ağır Cinayətlər məhkəməsinin 20 sentyabr 2016-cı il tarixli hökmü ilə 07 (yeddi) il 06 (altı ) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə təyin edilmiş 02 (iki) il şərti sınaq müddəti ləğv edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs 29 mart 2017-ci il tarixdən 31 mart 2017-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 09 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 21 sentyabr 2020-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncunun tanışı X6 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 2014-cü ilin aprel ayının sonunda Bakı şəhəri Nəsimi rayonu ərazisində 4.000 manat və 27 may 2014-cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Neapol” yol dairəsi yaxınlığındakı kafedə 5.000 manatı vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 9.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə Şahid1, şəxsiyyəti istintaqla araşdırılan “Əli" adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib onu Azərbaycan Respublikasının Nazirlər Kabinetində işə düzəldəcəyinə dair yalan vəd verib aldararaq qrup üzvü Şahid1 vasitəsilə 2016-cı ilin aprel ayının təxminən 20-22-də ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Nazirlər Kabinetinin inzibati binasının arxa tərəfində həmin dövrün məzənnəsi ilə 45.384 manat təşkil edən 30.000 ABŞ dolları, 2016-cı ilin aprel ayının axırlarında Bakı şəhəri Yasamal rayonu “20 Yanvar” küçəsində yerləşən “Ailə sağlamlıq mərkəzi”nin qarşısında həmin dövrün məzənnəsi ilə 4.521,6 manat təşkil edən 3.000 ABŞ dollarını vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 49.905,6 (qırx doqquz min doqquz yüz beş manat altı qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə Şahid16 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1 İnstitutuna şöbə müdüri vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldararaq qrup üzvü Şahid16 vasitəsilə 03 may 2016-cı il tarixdə Bakı şəhəri Xətai rayonu Babək prospekti 92N ünvanında yerləşən «X14» klinikasında həmin dövrün məzənnəsi ilə 15.066 manat təşkil edən 10.000 ABŞ dolları, həmçinin Zərərçəkmiş şəxs3 atası Şahid11 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası «Kurort» qapalı səhmdar cəmiyyətinin «Bilgəh» kardioloji sanatoriyasının baş həkimi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq qrup üzvü Şahid16 vasitəsilə həmin ünvanda 16 iyul 2016-cı il tarixdə həmin dövrün məzənnəsi ilə 31.162 manat təşkil edən 20.000 ABŞ dolları, 18 iyul 2016-cı il tarixdə həmin dövrün məzənnəsi ilə 15.600 manat təşkil edən 10.000 ABŞ dolları və 25 iyul 2016-cı il tarixdə həmin dövrün məzənnəsi ilə 15.724 manat təşkil edən 10.000 ABŞ dollarını vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 77.552 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, əvvəllər törətdiyi etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirmə cinayətinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-İn 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına 2 il şərti sınaq müddəti tətbiq edilməklə məhkum edilməsinə baxmayaraq qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə Şahid1, Şahid9, şəxsiyyəti istintaqla araşdırılan “Elçin", “Vüqar” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunun qızı X8 və nəvəsi X7 barəsində Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin İstintaqı şöbəsində istintaqı aparılan cinayət işinin icraatına xitam veriləcəyi və onların həbsdən azad etdiriləcəyinə dair yalan vəd verib aldadaraq qrup üzvü Şahid1 vasitəsilə 2016-cı ilin may ayının sonunda Bakı şəhəri Sabunçu rayonu Məhəmmədi qəsəbəsi ZabratKürdəxanı şossesinin yaxınlığında yerləşən “Göyqurşağı” yaşayış massivində olan “Araz” marketin qarşısında 70.000 manat, 2016-cı ilin avqust ayında ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-nin “Bakıxanov” filialının qarşısında həmin dövrün məzənnəsi ilə 162.800 manat təşkil edən 100.000 ABŞ dolları dəyərində 04 karat brilyant qaşları olan bir ədəd qızıl üzük, həmin dövrün məzənnəsi ilə 162.800 manat təşkil edən 100.000 ABŞ dolları dəyərində 04 karat brilyant qaşları olan bir cüt qızıl sırğa və həmin dövrün məzənnəsi ilə 162.800 manat təşkil edən 100.000 ABŞ dolları dəyərində 04 karat brilyant qaşları olan bir ədəd qızıl üzük, 2016-cı ilin sentyabr ayında ünvan 5 ünvanında yerləşən zərgərlik mağazasında 28.000 manat, həmin günü ünvan 6 ünvanında yerləşən “Mərkəzi Unİvermağ”ın qarşısında X2 2.000 manat, 2016-cı ilin sentyabr ayının axırlarında ünvan 5 ünvanında yerləşən zərgərlik mağazasında 8.000 manat, 2016-cı ilin oktyabr ayında Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları Kürdəxanı- Nardaran şossesində olan dairəvi yolda həmin dövrün məzənnəsinə ilə 75.352,6 manat təşkil edən 46.000 ABŞ dolları dəyərində brilyant qaşları olan bir ədəd qızıl qolbaq, həmin dövrün məzənnəsi ilə 44.228,7 manat təşkil edən 27.000 ABŞ dolları dəyərində safir və brilyant qaşları olan bir ədəd qızıl qolbaq, həmin dövrün məzənnəsi İlə 19.657,2 manat təşkil edən 12.000 ABŞ dolları dəyərində brilyant qaşları olan bir ədəd üzük, həmin dövrün məzənnəsi ilə 39.314,4 manat təşkil edən 24.000 ABŞ dolları dəyərində təbii və brilyant qaşları olan bir ədəd qızıl qolbaq və 15 dekabr 2016-cı ildə ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-nin “Bakıxanov” filialının qarşısında Şahid3 20.000 manatı vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 794.952,9 (yeddi yüz doxsan dörd min doqquz yüz əlli iki manat doqquz qəpik) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verib Təqsirləndirilən şəxs verilmiş ittihamın ümumi işin xarakteri ilə uyğunluq təşkil etmədiyini, ifadələrin səhv qiymətləndirildiyini və hökmün qanunsuz və əsassız olduğunu qeyd edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinə tövsif olunması və bu maddənin sanksiyası daxilində cəza təyin olunması və ya AR CM-nin 70-ci maddəsini tətbiq etməklə şərti cəza verilməsini xahiş etmişdir. Həmçinin həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib birinci instansiya məhkəməsi tərəfindən işin halları obyektiv araşdırılmadan, şahid ifadələrinə və faktlara məhəl qoyulmadan hökm çıxarıldığını qeyd edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli hökmünün ləğv edilməsini, onun əməlinin Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə tövsif olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması, məhkum edilmiş şəxs və müdafiəçisinin isə apellyasiya şikayətlərinin təmin edilməsi, hökmün ləğv edilməsi, ədalətli cəza təyin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Müdafiəçi və məhkum edilmiş şəxs apellyasiya şikayətlərində məhkum edilmiş şəxsin AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyinə istinad edərək Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri və məhkəmədə tədqiq edilmiş digər protokollarla tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Müdafiəçi apellyasiya şikayətində Zərərçəkmiş şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs tanımadığını, ona pul vermədiyini bildirməsini qeyd etsə də məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaqda və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid8 və Şahid9 ifadələri ilə tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə kollegiyası onu da qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 tanımadığını, onun pulunu ümumiyyətlə ələ keçirmədiyini, Zərərçəkmiş şəxs3 pulunun dələduzluqla ələ keçirilməsində iştirak etmədiyini, zərərçəkmiş şəxs Xanımbacı İsmyılovaya məxsus olan Şahid1 aldığı 75.000 manat puldan 35.000 manatını sonuncuya geri qaytarması kimi hissələrdə məhkəmə hesab edir ki, o, özünü müdafiə etmək üçün yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs törətmiş olduğu əməl zərərçəkmiş şəxsləri tanıyıb-tanımamasından asılı olmadan, həmçinin zərərçəkmiş şəxs Xanımbacı İsmyılovaya məxsus olan Şahid1 75.000 manat pulu aldığı andan cinayət bitmiş sayılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri və məhkəmədə tədqiq edilmiş digər protokollarla tam sübuta yetirilmişdir. Məhkəmənin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək məhkum edilmiş şəxs barəsində AR CM-nin 70-ci maddəsinin tətbiq edilməsini və ona təyin edilmiş cəzanın şərti hesab olunmasını xahiş etsə də, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, özünün şəxsiyyətini nəzərə alaraq məhkum edilmiş şəxsin ona təyin edilmiş cəzanı real olaraq çəkmədən islah olunmasını mümkün hesab etməməklə müdafiəçinin apellyasiya şikayətində istinad etdiyi yüngülləşdirici halların məhkum edilmiş şəxs barəsində AR CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas olmadığı qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair 03 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən, AR CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l ı r : Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair 03 sentyabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan qüvvəyə minir. Hazırkı qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-83/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-83/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver