Məhkəmə qərarları › İş №1(103)-83/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-83/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-83/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X21 Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qədirov Şahrud Rafiq oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-162/2022 saylı, 08 avqust 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-162/2022 saylı, 08 avqust 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Cavid Hüseynov, hakimlər Eldar İsmayılov və Samir Əliyev) xx xxxxxxx 1971-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşamış, Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 21 fevral 2015-ci il tarixdə şübhəli şəxs qismində tutulub 23 fevral 2015-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılaraq cəza çəkməsi üçün üzərində qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəlinin axtarış nəticəsində tutulduğu 16 iyul 2022-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq etibardan sui-istifadə etmə və ya atdatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, həmçinin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi nemətin təklif olunması, vəd edilməsi və ya verilməsinə təhrik etmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, tanışı Zərərçəkmiş şəxs2 külli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq hissə-hissə öz mülkiyyətinə keçirməkdən ötrü Zərərçəkmiş şəxs2 müxtəlif vədlərlə aldadaraq sonuncunun etibarından sui-istifadə edib hissə-hissə olmaqla, yəni əvvəlcə 05 iyul 2014- cü il tarixdə ünvan 4 ünvanında bir həftə ərzində geri qaytaracağına dair yalan vəd verərək borc adı ilə özündən əlbəəl 10 000 (on min) manat, 15 iyul 2014-cü il tarixdə Tərtər şəhəri, Ə.Paşayev küçəsində yerləşən “Elektromexanika” zavodunun yaxınlığında guya xarici ölkədən gətirdiyi malların gömrük rüsumlarına, nəqliyyat və sair xərclərinə sərf edəcəyini, həmin malları sataraq ondan ilkin olaraq aldığı 10 000 manat pul ilə birlikdə qısa müddətə geri qaytaracağına dair yalan vəd verib, əks təqdirdə pullarını geri qaytara bilməyəcəyini yalandan bildirib özündən əlbəəl 12 000 (on iki) manat, 25 iyul 2014-cü il tarixdə Tərtər şəhəri, Ə.Paşayev küçəsində yerləşən “Elektromexanika” zavodunun yaxınlığında guya xarici ölkədən gətirdiyi malların gömrük rüsumlarına, nəqliyyat və sair xərclərinə sərf edəcəyini, həmin malları sataraq ondan daha əvvəl aldığı 22 000 manat məbləğində pullar ilə birlikdə qısa müddətə geri qaytaracağına dair yalan vəd verib, əks təqdirdə pullarını geri qaytara bilməyəcəyini yalandan bildirib Zərərçəkmiş şəxs2 sonuncunun tanışı X13 vasitəsilə 7 000 (yeddi) manat, 03 avqust 2014cü il tarixdə tanışı ünvan 4 ünvanında guya xarici ölkədən gətirdiyi malların gömrük rüsumlarına, nəqliyyat və sair xərclərinə sərf edəcəyini, həmin malları sataraq ondan aldığı 29 000 manat məbləğində pullar ilə birlikdə qısa müddətə geri qaytaracağına dair yalan vəd verib, əks təqdirdə pullarını geri qaytara bilməyəcəyini yalandan bildirib Zərərçəkmiş şəxs2 sonuncunun tanışı Cavid Əliyevin vasitəsilə 8000 (səkkiz min) manat, 10 avqust 2014-cü il tarixdə tanışı ünvan 4 ünvanında guya xarici ölkədən gətirdiyi malların gömrük rüsumlarına, nəqliyyat və sair xərclərinə sərf edəcəyini, həmin malları sataraq ondan aldığı 37 000 manat məbləğində pullar ilə birlikdə qısa müddətə geri qaytaracağına dair yalan vəd verib, əks təqdirdə pullarını geri qaytara bilməyəcəyini yalandan bildirib Zərərçəkmiş şəxs2 sonuncunun tanışı Cavid Əliyevin vasitəsilə 4.000 (dörd min) manat, 20 avqust 2014-cü il tarixdə ünvan 4 ünvanında guya xarici ölkədən gətirdiyi malların gömrük rüsumlarına, nəqliyyat və sair xərclərinə sərf edəcəyini, həmin malları sataraq ondan aldığı 41.000 manat məbləğində pullar ilə birlikdə qısa müddətə geri qaytaracağına dair yalan vəd verib, əks təqdirdə pullarını geri qaytara bilməyəcəyini yalandan bildirib Zərərçəkmiş şəxs2 sonuncunun tanışı Şahid13 Əlövsət oğlunun vasitəsilə 7.000 (yeddi min) manat, sonuncu dəfə isə 24 avqust 2014-cü il tarixdə ünvan 4 ünvanında guya xarici ölkədən gətirdiyi malların gömrük rüsumlarına, nəqliyyat və sair xərclərinə sərf edəcəyini, həmin malları sataraq ondan aldığı 48.000 manat məbləğində pullar ilə birlikdə qısa müddətə geri qaytaracağına dair yalan vəd verib, əks təqdirdə pullarını geri qaytara bilməyəcəyini yalandan bildirib Zərərçəkmiş şəxs2 sonuncunun qızı Şahid11 vasitəsilə 2600 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 2039,44 (iki min otuz doqquz manat qırx dörd qəpik) vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 50039,44 (əlli min otux doqquz manat qırx dörd qəpik) manat məbləğində pulu alıb ələ keçirmiş, verdiyi vədlərə əməl etməyərək Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, təkrarən, tanışı X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət təqibi aparılmasını və Bakı şəhər Yasamal rayon Məhkəməsinin 24 oktyabr 2014-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsini bilib, sonuncunun arvadı Zərərçəkmiş şəxs3 xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməkdən ötrü, Zərərçəkmiş şəxs3 hüquq-mühafizə və məhkəmə orqanlarında işləyən səlahiyyətli vəzifəli şəxslərdən tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə X25 rayon Məhkəməsində cəzadan azad etmək kimi imkana malik olduğunu yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Fərrux Bayramovun xeyrinə edəcəkləri bilə-bilə qanunsuz hərəkətə görə, yəni cəzadan azad edilməsi üçün birbaşa yolla özü vasitəsilə maddi nemət olan 2.500 manat pulun verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, Zərərçəkmiş şəxs3 aldadaraq, sonuncunun xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməkdən ötrü özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sözügedən işləri müvəffəqiyyətlə icra edə biləcəyinə dair obyektiv gerçəkliyə uyğun olmayan fikir formalaşdırmış, həmin məqsədlə hissə-hissə olmaqla, yəni 2015-ci ilin fevral ayının əvvələrində müəyyən edilməmiş gündə Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Təzə məhəllə”də fərdi yaşayış evində 2.500 (iki min beş yüz) manat pulu özündən əlbəəl, daha sonra cinayət əməlini davam etdirərək vahid niyyətlə əhatə olunan qəsdlə hiss-hissə olmaqla, 2015-ci ilin mart ayının əvvələrində müəyyən edilməmiş gündə həmin fərdi yaşayış evində 5.500 (beş min beş yüz) manat pulu özündən əlbəəl, 2015-ci ilin mart ayının sonlarında müəyyən edilməmiş gündə həmin fərdi yaşayış evində 8.000 (səkkiz min) manat pulu özündən əlbəəl, 2015-ci ilin aprel ayında istintaqla müəyyən edilməmiş gündə həmin fərdi yaşayış evində 5900 (beş min doqquz yüz) manat pulu özündən əlbəəl, 29 may 2015-ci il tarixdə Zərərçəkmiş şəxs3 sonuncunun oğlu X7 adından "xxxx" ASC-nin Bərdə rayon filialından öz adına pul köçürmə sistemi vasitəsilə göndərilmiş 4.100 (dörd min yüz) manat pulu, sonuncu dəfə isə 06 avqust 2015-ci il tarixdə Zərərçəkmiş şəxs3 sonuncunun tanışı X6 adından "xxxx" ASC-nin Bərdə rayon filialından öz adına pul köçürmə sistemi vasitəsilə göndərilmiş 3.000 (üç min) manat pulu, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 29.000 (iyirmi doqquz min) manat məbləğində pulu ələ keçirib, verdiyi vədlərə əməl etməyərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş və vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar Fərrux Bayramovun xeyrinə edəcəyi biləbilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi nemət olan 29.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Zərərçəkmiş şəxs3 təhrik etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə, təkrarən, tanışı Zərərçəkmiş şəxs1 xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməkdən ötrü, guya dayısının Bakı şəhəri və Abşeron rayonu ərazisində müxtəlif ünvanlarda bina tikintisi ilə məşğul olması barədə həqiqətə uyğun olmayan məlumat verib Zərərçəkmiş şəxs1 inandırdıqdan sonra sonuncuya oğlu Şahid1 üçün Bakı şəhərində və Abşeron rayonunda yeni tikilən binalardan real bazar dəyərindən daha ucuz qiymətə mənzil almağa köməklik edəcəyinə dair yalan vəd verib aldatmış, etibardan sui-istifadə edərək həmin məqsədlə hissə-hissə olmaqla, əvvəlcə 2015-ci ilin dekabr ayında istintaqla müəyyən edilməyən gündə ünvan 6 ünvanda yerləşən “Diqlas” ticarət mərkəzində ilkin ödəniş adı ilə 7.000 manat əlbəəl özündən, daha sonra eyni məqsədlə 2017-ci ilin yay aylarına qədər olan müddət ərzində müxtəlif vaxtlarda və yerlərdə hər dəfə 1800 manat olmaqla 21.000 manat əlbəəl özündən, sonuncu dəfə isə 2017-ci ilin avqsut ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Atəş” restoranında Zərərçəkmiş şəxs1 sonuncunun oğlu Şahid1 vasitəsilə 15.000 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 43.000 (qırx üç min) manat məbləğində pulu alıb ələ keçirmiş, verdiyi vədlərə əməl etməyərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Hökmdən Müdafiəçi1 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməldə cinayət tərkibi və ümumiyyətlə cinayət hadisəsi mövcud olmadığından bəraət verilməsi, və ya bəraət verilməyəcəyi təqdirdə 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif edilməsi və ona maddənin sanksiyasında mövcud olan azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi və həmin cəzanın məhkumun övladının 14 yaşına çatana qədər icrasının təxirə salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edib şikayətin təmin edilməməsi haqda dövlət ittihamçısının çıxışını, müdafiə tərəfinin apellyasiya şikayətinin təmin edilməsi barədə xahişini dinləyərək, belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 162/2022 saylı, 08 avqust 2022-ci il tarixli hökmü dəyişdirilməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittihamın 2-ci epizodu üzrə və Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayətlər hesab olunduğundan, həmin cinayətlərin törədildiyi 2015-ci il tarixdən CM-nin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittihamın 2-ci epizodu üzrə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə baxmayaraq, cinayət məsuliyyətindən azad olunmalı (CM-75, CPM-39.1.3) və cinayət işi üzrə icraata qeyd olunan hissədə xitam verilməlidir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o, iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 təxminən 10-15 il müddətində tanımışdır. Almazgilin yaşadığı ünvan mərhum həyat yoldaşı Elşad Quliyevin qardaşı Tofiqin qonşusudur. Təxminən 5-6 il əvvəll ilk dəfə o, kredit paltar, qabqaşıq və sair mallar gətirərək bəzi binaların qarşısında və mənzillərində satırmış. Almaz da ondan bir neçə dəfə xırda mallar almış və bundan sonra yavaş-yavaş onunla Almaz arasında münasibətlər yaranmışdır. Bundan sonra, təxminən 2- 3 il əvvəl alver edəndə, Almazdan borca (sələmə) pul götürmü və razılaşmaya əsasən aldığı pulların aylıq faizini ona vermişdir. Bir neçə il əvvəl həyat yoldaşı Elşad Quliyev avtomobil qəzasına düşdüyü üçün onlara pul lazım olmuş, o, Zərərçəkmiş şəxs2 yanına gedərək 2200 manat üstü 240 manat sələmələ borca pul almışdır. Həmin pulun üstünü və 1100 manatını qaytardıqdan sonra həyat yoldaşı Elşad Quliyev üzərində narkotik vasitə saxladığı üçün həbs olunmuşdur. Buna görə də Zərərçəkmiş şəxs2 guya ona yaxşılıq edərək təmannasız olaraq Elşad həbsdən çıxdıqdan sonra onun pulunu özü, yəni aralarında qalan 1150 manatı qaytarmasını ona bildirmişdir. O da Almaza təşəkkür edərək razılığını bildirmişdir. 7 aydan sonra Elşad həbsdən çıxmış və o, Almaza onu lotereyaya salıb borclu olduğu 1150 manatı lotereyadan götürməsini təklif etmiş, Almaz da onunla razılaşmışdır. Sonra isə lotereya vasitəsi ilə borclu olduğu 1150 manatı Zərərçəkmiş şəxs2 götürmüşdür. Bundan sonra onların münasibətləri daha da yaxşılaşmışdır. təxminən bir il əvvəl Şəhla adında Tərtər şəhər sakini ondan sələmə pul istəmiş, o da Almazdan sələmə 800 manat pul götürüb Şəhlaya vermiş, əvəzində isə özünə məxsus qızıl əşyaları və bankomat kartını girov qoyulmuşdur. Xeyli müddət sonra, 2014-cü ilin təxminən aprelmay aylarında o, toyuq alverinə başlamaq qərarına gəlmiş, buna görə də Almazdan borca üstü 300 manat olmaqla 3000 manat pul almışdır. Alveri baş tutmuş və o, həmin pulu alver hesabına qaytarmışdır. Daha sonra o, Bakıda Sabunçu bazarında alver etmək məqsədi ilə Almazdan 1200 manat sələmə pul almışdır. Sonra alverin yaxşı getdiyini görüb, yenə də Almazdan üstü 100 manat olmaqla 1000 manat pul götürmüşdür. Toyuqları Tərtər rayon sakinləri Ramin və Maarif adlı şəxslərdən alaraq rayon avtobusu ilə Bakı şəhərinə gətirmiş, lakin yay ayı olduğundan toyuqların hamısı avtobusda tələf olmuşdur. Ramin ona yayda toyuq alveri etməməyi tövsiyyə edib ziyana düşə biləcəyini desə də o, Raminin sözünə baxmayaraq yenə də toyuq alveri ilə məşğul olmaqda davam etmişdir. Axırıncı dəfə 200 ədəd toyuq və 70 ədəd hinduşka apararkən toyuqların hamısı Tərtər və Bərdə rayonu ərazisində istidən ölmüşdür. Xeyli sayda da toyuqları isə sürücülər kəsmiş, o, kəsilmiş toyuqları götürüb Bakıya aparmışdır. 2-3 ay toyuq alveri ilə məşğul olduqdan sonra təmiz ziyana düşdüyünü görüb bu alveri dayandırmışdır. Amma hər ay Almazdan aldığı pulların üstünü, yəni Almaza verəcəyi xeyiri ödəmişdir. Daha sonra o, meyvə alveri ilə məşğul olmağı fikirləşmiş və bu məqsədlə 2014-cü ilin iyun ayının ortalarında yenə də Almazın yanına gedərək ona meyvə alveri etdiyini bildirmiş və ondan həftəlik 5500 manat borc almış, ona həftəlik 10 faiz, yəni 550 manat ödəyəcəyinə söz vermişdir. Bundan sonra o, Goranboy rayonunun Goran qəsəbəsindən ərik, gilas, gilənar meyvələri alaraq aparıb Bakı şəhərində “Vasmoy” adlanan bazarda satmışdır. Alverdən sonra Tərtər rayonuna gedərək Almazdan götürdüyü 5500 manat pulu aparıb yaşadığı evdə ona qaytarmışdır. Onun Almaza təkcə toyuq alverindən 2200 manat borcu qalmış, lakin hər ay ona 220 manat faiz məbləği ödəmişdir. Bir neçə gün sonra o, yenədə Almazdan borca 7500 manat bir həftəlik pul almış və həftəlik 750 manat ona əlavə qazanc verəcəyinə söz vermişdir. O, yenədə Goranboy rayonunun Goran qəsəbəsindən müxtəlif meyvələr alaraq həmin meyvələri yenə də “Vasmoy” adlana bazarda topdan satmış, yenə də alverdən qayıdan kimi Tərtərdə Elektromexanika zavodunun yanında Almaza zəng edərək, götürdüyü 7500 manat pulu və 750 manat faiz borcunu tam şəkildə qaytarmışdır. Toyuq alverindən borclu qaldığı 2200 manatın aylıq 220 manatını Almaza ödəməkdə davam etmişdir. 2-3 gün sonra o, yenə də Almaza mobil telefonla zəng edərək ondan 8500 manat pul istəmiş, əvvəlcədən razılaşdıqları kimi ona həftəlik 850 manat, yəni 10 fiiz xeyir verəcəyinə söz vermişdir. Almaz heç vaxt xeyirindən qaçmamış, bu dəfə də Tərtər rayonunda Elektromexanika zavodunun yanında ona 8500 manat pul vermişdir. Yenə də müxtəlif meyvələr alıb Bakıya aparıb “Vasmoy” adlanan bazarda topdan satmışdır. Təxminən 1 həftə sonra həmin pulu yəni Almaz xaladan götürdüyü 8500 manat pulu və üstü 850 manatı Tərtər rayonunda Elektromexanika zavodunun yanında Almaz xala ilə görüşərək ona qaytarmışdır. Ancaq toyuq alverindən 2200 manat əsas məbləği borclu qalmış, lakin 220 manat faiz borcunu hər ay ödəmişdir. Bəzi meyvələrin sezonu qurtardığından, o, Bakı şəhərində “Vasmoy” adlana bazarda aylıq kirayəsi 700 manat olmaqla bir mağaza götürmüş, 2014-cü ilin təxminən sentyabr ayının əvvəllərində o, Almaza mobil telefonla zəng edərək alver etmək məqsədilə ona pul göndərməsini xahiş etmişdir. Almaz imtina etməmiş, 2-3 dəfə ümumilikdə 15000 manat pulu ona qonşusu kimi tanıdığı, taksi fəaliyyəti ilə məşğul olan Cavid adlı şəxsin vasitəsi ilə “Kapital” və “Texnika" bankların Tərtər rayon filialı vasitəsi ilə həmin bankların Bakı şəhərində yerləşən filiallarına göndərmişdir. O, da Cavidin vasitəsi ilə Almaza bir dəfə 5000 manat, bir dəfə isə 7000 manat qaytarmış, lakin həmin pulları təkrarən Almazdan istəmiş, sonuncu yenə də eyni qaydada Cavidin bank vasitəsi ilə ona göndərmişdir. Sonra o, meyvə alverində soyuducu malı götürdüyü üçün 15000 manatın hamısını batırmışdır. Belə ki, soyuducu malını uzun müddət saxlamaq mümkün olmamışdır. Lakin o, bu barədə Almaza heç nə deməmişdir. Sonra o, batırdığı pulu çıxarmaq üçün Amilin vasitəsi ilə Almazdan 10.000 manat pul almış, Amil həmin pulu ona Tərtər şəhəri, Ə.Paşayev küçəsində, kirayədə yaşadığı evin yanında vermişdir. Bundan sonra yenə də kirayə götürdüyü mağazaya meyvə alaraq satmaq istəmiş, lakin yenə də bütün malları xarab olduğu üçün batırmışdır. Bundan sonra o, çarəsiz qaldığı üçün Almaza zəng edərək pulların hamısını alverdə batırdığını demiş, başına gələnləri ona danışmışdır. Almaza ona 27 min manat borcu qaldığını xatırlatdıqda, sonuncu bunu qəti şəkildə qəbul etməmiş, ona 48 min manat verəcəyi olduğunu demişdir. O, Bakı şəhərində olarkən, Almazın qızı Nahidə ona zəng edib onu təcili Tərtərə dəvət etmişdir. Aradan 2 gün keçdikdən sonra o, Tərtər şəhərinə getmiş, Almaza zəng edərək onunla onların yaşadığı binanın qarşısında görüşmüşdür. Söhbət əsnasında o, Almaza nə qədər pul verdiyini bildirib, 48 min manat borcu izah etməyi tələb etdikdə, Almaz bilmədiyini demiş, yalnız Tofiqin, yəni ərinin biləcəyi təqdirdə öləcəyini demişdir. O, borclarını qaytara bilməsi üçün işləyəcəyini demiş, yenə də Almazdan borca pul istəmişdir. Lakin Almaz pul olmadlığını, nə varsa ona verdiyini demişdir. Aradan qısa bir müddət keçdikdən sonra Almazın qızı Nahidə ona zəng edərək evlərinə dəvət etmiş, o, növbəti gün Almazgilə getmişdir. Almazgildə Nahidə ona qəzəbli şəkildə 48.000 manat pulu verməyəcəyi təqdirdə qızının başına oyun açacağı, övladlarından hansınısa özünün öldürəcəyi iəl hədələmişdir. O da qorxusundan Nahidəyə “nə deyirsiznizsə edərəm, təki mənim övladlarımla, ailəmlə işiniz olmasın” sözlərini demiş, hətta ona müəyyən miqdarda yenə də pul verərlərsə, təzədən «fura»lardan mal götürüb, alver edib, yerdə qalan pulları da qaytara biləcəyini onlara demişdir. Həmin vaxt razılıq əldə olunduqdan sonra o, Nahidədən 2600 ABŞ dolları pul götürmüş, Bakıya gəlib şəhərinə qayıtdıqda o, yerdə qalan meyvələrin də xarab olduğunu görmüşdür. Həmin 2600 dollara yenə də mal vurmuş, lakin həmin malı da batıraraq Tərtər şəhərinə qayıtmış və bu barədə də Almaza və Nahidəyə demişdir. Bundan sonra da Nahidənin ona, onun uşaqlarına qarşı hədə və təhdidləri davam etmiş, sonuncu artıq hirsini cilovlaya bilmədiyini demişdir. O da Nahidəyə ölənəcən işləyib borclu olduğu pulu qaytaracağına söz vermişdir. Nahidə isə atası xəbər tutmamış pulu az-az verməyi bildirmişdir. Bundan sonra Almazla qızı ona notariusa gedib borcu qəbul edib qol çəkməyi təklif etmiş, əks təqdirdə çox pis olacağını demişlər. O, da möhlət götürməsi üçün 48 min deyil, lap 100 min manata da qol çəkə biləcəyini demiş, təki övladlarını bu işə qatmamalarını istmişdir. Odur ki, məcbur qalıb öz ərinin, Almazın ərinin bilməməsi, uşaqlarına bir şey olmaması üçün onların dediyi kimi etmiş, Almaz və Nahidə ilə notariusa gedib müqavilə bağlamış, yazdırdıqları kimi 48.000 manat borcu qəbul etmişdir. Notarius Nahidəgildən ona bir az vaxt verilməsini xahiş etmiş, əks təqdirdən həmin müddətdə onun qeyd olunan məbləği qaytara bilməyəcəyini demişdir. Nahidə isə ona “burada nə var ki, bunları atama sübut etmək üçün istəyirik. Sən də hissə-hissə ödəyərsən” demişdir. Buna görə də o, məcbur qalaraq həmin müqaviləni imzalamışdır. Sonra Nahidə ona yenə də “özün öz sözlərinlə telefonun kamerası qarşısında denən, mən də çəkib atama göstərəcəm” demişdir. O da Nahidə ilə razılaşaraq heç bir tərəddüt etmədən kamera qarşısında onun dediyi kimi 48 min manat və 2600 dollar pulu etiraf etmişdir. Tofiq bunları bildikdən sonra onun barəsində şikayət etmişlər. Onun Zərərçəkmiş şəxs2 cəmi 27 min manat, qızı Nahidəyə isə 2600 dollar borcu qalmışdır. O, Zərərçəkmiş şəxs2 olan borcundan 13900 manat bir dəfə, 2000 manat bir dəfə qaytarmış, Bir dəfə isə çox bahalı olan qızıllarını ona pul əvəzinə vermişdir. Almaz qızıllara cəmi 800 manat dəyər qoymuş, o da məcburiyyət qarşısında qəbul edəsi olmuşdur. O, Almaza cəmi 16700 manat pul qaytarmış, 10300 manat isə borclu qalmışdır. Ancaq Zərərçəkmiş şəxs2 onun qaytardığı pulları öz dəftərinə yazmamış, borcunun üstünə isə 27 min manat əlavə gəlmişdir. 48.000 manat və 2600 dollar borcu isə ona hədə-qorxu gəlməklə etiraf etdirmişlər. Təqsirləndirilən şəxs verilmiş ittihamın 2-ci epizodu üzrə ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 onun həyat yoldaşı Fərrux Bayramova görə tanımışdır. Belə ki, Fərrux Bayramov əvvəllər tez-tez onun yanına falına baxdırmaq üçün gəlib-gedən zaman tanımış və münasibətləri yaxşı olmuşdur. 2015-ci ilin fevral aylarının təxminən əvvəllərində ona Fərruğun vergi cinayəti ilə bağlı həbs olunduğu məlum olmuşdur. O, həmin məsələ ilə maraqlanmaq üçün onun yaşadığı Bərdə şəhəri, Bakı küçəsi, təzə məhəllədə yerləşən evinə getmişdir. Həmin vaxtı onun evində həyat yoldaşı Kifayət və baldızı Şəhla da olmuşdur. O, onlarla Fərruxun işi barəsində maraqlanan zaman Kifayət ona Fərruxa kömək etmək üçün adam lazım olduğunu demişdir. O, isə Kifayətə belə bir adam olduğunu demiş, bu işi qurtarmağın mümkün olduğunu bildirmişdir. Həmin vaxtı o, onlardan ilk olaraq 2500 manat pul almış, yerdə qalan məbləği də danışıb onlara xəbər edəcəyini bildirmişdir. Bundan sonra o, onlardan çıxıb Bakı şəhərinə getmiş, orada bir nəfər tanışı ilə danışmış, həmin şəxs də ona “qoy işi danışım, kimə nə çatacaq sənə deyəcəm”demişdir. Sonra isə adını çəkmək istəmədiyi həmin şəxs ona bu işi 29 min manata qurtarmağın mümkün olduğunu demişdir. O da zəng edib bu barədə Kifayətə demiş, sonra isə Bərdə şəhərinə gələrək, Kifayətdən onun yaşadığı evdə 5500 manat pul almışdır. Sonra isə işin həll olunması üçün 2015ci ilin mart ayının axırlarında Kifayətin yaşadığı Bərdə şəhəri, Bakı küçəsində yerləşən evdə 8000 manat, yenə də 2015-ci ilin aprel ayının ortalarında ekspertiza xərci üçün 10000 manat pul almışdır. Qalan 3000 manatı isə o, 2015-ci ilin avqust ayının əvvəllərində Kifayətin qayını Bədir ona Kapital bank vasitəsi ilə göndərmişdir. O, Fərrux Bayramovu həbsdən qurtarmaq məqsədilə 2015- ci ilin fevral ayının əvvəllərindən 2015-ci ilin avqust ayının əvvəllərinə kimi Fərruxun həyat yoldaşı Zərərçəkmiş şəxs3 ümumilikdə 29 min manat pul almışdır. Sonra isə o, Kifayətə Ramin adlı şəxsin ona dediklərini, yəni məhkəmə prosesini iyul ayının 6-a kimi saxlanılmasını tapşırmışdır. Onlar isə ona prosesin dayanmasının qeyri-mümkün olmasını demişlər. 02 iyul 2015ci il tarixdə isə Fərruxa məhkəmənin qərarı ilə 4 il müddətində azadlıqdan məhrum edilmişdir. Sonra isə onlar, yəni Kifayət və Bədir 29 min manat pullarını ondan tələb etməyə başlamış, əvvəl 10 min manatını nəğd istəmiş, sonrasına isə baxacaqlarını demişlər. O, da onlara ekspertizaya verilən 10 min manatı geri qaytaracağına söz vermişdir. Sonradan Ramin onların verdiyi 29000 manatdan 26000 qaytarmış, o, da həmin pulu Kifayətgilə vermişdir. Cəmi 3000 manat borcu qalmışdır. Həyat yoldaşı rəhmətə getdiyinə görə isə Kifayətin əri həmin 3000 manat pulu ona bağışlamışdır. Təqsirləndirilən şəxs verilmiş ittihamın 3-cü epizodu üzrə ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 tanışı Nübar vasitəsilə tanımışdır. Belə ki, Validə Cəlilabad rayonunda həkim kimi fəaliyyət göstərmiş, o, da həmin vaxtlar “Vipline” şirkətində işləmiş, həmin şirkətin müxtəlif məhsullarını satmaqla məşğul olmuşdur. Validə də onun müştərisi olmuşdur. Validə ondan müxtəlif məişət əşyaları, kosmetik vasitələr və s. almışdır. Validə ilə tanış olduqdan sonra onunla münasibətləri çox yaxın olmuşlar. O, ticarətlə məşğul olduğu üçün 2015-ci ilin dekabr ayında Validəyə müraciət edərək ondan borc istəmiş, ticarətlə məşğul olmaq üçün ona pul lazım olduğunu demişdir. Əlində kifayət qədər vəsait olmadığından o, Validədən borc götürməyə başlamışdır. O, təxminən 2015-ci ilin sonlarından 2017-ci ilin avqust ayına qədər 2 il müddətində Validədən onun Cəlilabad rayonunda yerləşən evində borc almışdır. Validə ondan həmin pulları tələb etmədiyindən o, Validəyə ödəniş etməmişdir. Validədən aylıq 300, 500 manat kimi müxtəlif məbləğlərdə borc pullar alırmış. 2017-ci ilin avqust ayına qədər o, Validədən ümumilikdə 21.000 manat məbləğində borc pul almışdır. Validə də ondan həmin pulu istəməmişdir. 2017-ci ilin dekabr ayında özünün həyat yoldaşı vəfat etdiyi üçün onun mobil telefonları müvəqqəti bağlı olmuşdur. Validə onunla əlaqə saxlaya bilmədiyi üçün barəsində şikayət etmiş, şikayətində guya ondan onlara ev almaq məqsədilə 43.000 manat pul aldığını bildirmişdir. Onun Validə ilə arasında ev məsələsi olmamış və Validədən ev almaq üçün pul almamışdır. Əsil həqiqətdə isə məsələ başqa cür olmuşdur. Validə ona bir nəfər baxıcıya 40000 manat pul verdiyini bildirmiş, lakin bunu uşaqlarından gizlətdiyini demişdir. Övladları isə onun əlaqələrini kəsmişlər. Validə ona ümumilikdə 21000 manat pul vermiş, başqabaşqa şəxslərə əməl etdirməyi tapşırmışdır. O da tapşırıq üzrə Validənin pullarını Tərtərdə tanıdığı cindara vermiş, cadular yazdırmışdır. Ona 43000 manat pul verdiyini isə Validə yalandan bildirmişdir. Onunla aralarında ev alqı-satqısı olmamışdı. O, Validəyə həmin puldan 5600 manat pul qaytarmış, 15400 manat borcu qalmışdır. O, hətta həmin puldan ödəniş etmək istəmiş, lakin Validə telefonlarıma cavab verməmişdir. Məhkəməyədək icraat mərhələsində isə əsil həqiqəti deməmiş, Zərərçəkmiş şəxs1 ona verdiyi 21.000 manat pulu borc məqsədilə ona verdiyini bildirmişdir. Həqiqətən də Validə oğluna ev almaq istəmiş və münasib bir ev olduğu təqdirdə, ona deməyi də xahiş etmişdi. O da Xırdalanda münasib ev olduğunu Validəyə demişdir. Validənin oğlu, yeznəsi, Validə özü və o, birlikdə gedib evə baxmışlar. Ev “Kristal Abşeron” şirkətinin binasında olmuş, lakin Validəgil baxıb evi bəyənməmişlər. Nə ev göstərmişsə, onlar bəyənməmişlər. Həmin vaxt Validə oğluna onu xəstəsi kimi təqdim etmişdir. Lakin “Kristal Abşeron” şirkətinin sahibi ilə onun heç bir tanışlığı olmamış, Validəgil ev almaq üçün ona heç bir məbləğdə pul verməmişlər. Birinci instansiya mərhələsində məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şahid11 onun doğma qızı olmaqla ailəlidir və Abşeron rayonununda yaşayır. Baxılan iş üzrə təqsirləndirilən şəxs X8 isə təxminən 2012-2013-cü ildən tanımış, onu qonşusu Tolik adlı şəxsə görə tanımışdır. Sevinc Tolikin qardaşı Elşadın həyat yoldaşı olmuşdur. Tanıdığı vaxtlardan Sevinc kredit paltar, qab-qaşıq və sair mallar gətirərək yaşadıqları binanın mənzillərində satmışdır. O, da bir neçə dəfə Sevincdən xırda mallar almışdır. Bundan sonra yavaş-yavaş onun Sevinclə münasibətləri yaranmağa başlamışdır. 2013 və 2014cü ildə Sevinc bir dəfə ondan 300 manat pul alaraq ona alverlə məşğul olduğunu, onun pulunu bir həftəyə artıqlaması ilə qaytaracağını ona demişdir. O, da Sevincə birinci dəfə 300 manat, sonralar isə 400 manat, 700 manat və 1000 manat nəğd pul vermişdir. Sevinc hər dəfə ondan aldığı pulu deyilən vaxtda qaytarmış, verdiyi pulun qarşılığında ona 50, 30 və sair manat məbləğlərdə əlavə pul verirmiş və bununla da onun etibarını qazanmışdır. Onların aralarında çox səmimi münasibət yaranmış, hətta o, Sevinci öz qızı kimi çox istəməyə başlamışdır. Aradan bir il keçdikdən sonra təxminən 2014-cü ilin iyul ayının əvvəllərində bir dəfə Sevinc onun yaşadığı evə gələrək xaricdən mal almaq istədiyini və 10 min manat borc pula ehtiyacı olduğunu bildirmişdir. Sevinc pul istəyərkən ona həyat yoldaşının bunları bilməməsini xahiş etmiş, biləcəyi təqdirdə ailələrinin dağıla biləcəyini demişdir. O, bu qədər pulu ona verə bilməyəcəyini dedikdə, Sevinc ona yalvararaq “sən məni tanıyırsan, mən etibarlı adamam, nə vaxt səndən pul almışamsa, dediyim vaxtda da gətirib sənə qaytarmışam” deyərək cəmi bir həftəyə aldığı pulu geri qaytaracağını və üstəlik ona hörmət edəcəyini, yəni ona əlavə pul verəcəyini də bildirmiş, malının gömrükdə olduğunu, fura ilə keçirəcəyini, ancaq pulunun çatmadığını” demişdir. O, əvvəllcə razı olmamış, istədiyi pulun məbləği çox olduğu üçün həyat yoldaşından ehtiyat etmiş və na fikirləşəcəyini demişdir. Aradan bir gün keçdikdən sonra Sevinc yenə də onun yaşadığı ünvana gələrək çox yalvardıqda o, razılaşaraq pulu ona verəcəyini, lakin tez bir müddət ərzində pulu qaytarmalı olduğunu demişdir. Sevinc də ona narahat olmamağı demiş və bir həftəyə pulu artıqlaması ilə qaytaracağına söz vermişdir. Pulu verdikdən sonra bir həftə ərzində Sevincə tez-tez zəng edərək pulu ona xatırlatmış, Sevinc əvvəl bildirdiyi kimi həftə sonu 10 min manatı artıqlaması ilə qaytaracağını demişdir. Bir həftə sonra Sevinc özünün ***-***-**-** saylı mobil nömrəsindən onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək “Almaz xala mallar tamaojnudadır, mənim pulum yenə də çatmır, 15 min manat əlavə pul lazımdır ki, malları sərhəddən keçirəm və malları paylayıb səndən aldığım pulları qaytarım. Mənə əgər pul verməsən əvvəl verdiyin pullar batacaqdır” demişdir. O, da bu işə çox pis olaraq çarəsiz vəziyyətdə bilməmişdir ki, nə etsin. Əlacsız qalaraq Sevincin istəyini yerinə yetirmək qərarına gəlmiş və ona 15 min manat pulu düzəldə bilmədiyimi lakin birtəhər 12 min manat verə biləcəyini demişdir. Sevinc ona mobil telefonda “Almaz xala mən sizə gəlməyim ki, məni qohumlarım sizdə görməsinlər. Sən pulu götür bəri tərəfə çıx mən də yavaş-yavaş o tərəfə gəlirəm” demişdir. O da halal zəhməti ilə qazandığı, evdə ehtiyat üçün saxladığı 12 min manat pulu həyat yoldaşından xəbərsiz olaraq götürərək Sevinc deyən tərəfə doğru hərəkət etmişdir. O, Elektromexanika zavodunun qarşısında Təqsirləndirilən şəxs ilə qarşılaşmışdır. Onlar görüşən vaxtı o, cibinə qoyuduğu 12 min manat pulu Sevincə vermişdir. Sevinc də pulu götürərək bir azını sayaraq ona inandığını və gerisini saymağın mənasız olduğunu demişdir. Sevinc ona Bakıya gedib malı gömrükdən keçirəcəyini və 3-4 günə kimi onun pullarını qaytaracağını deyib getmişdir. Aradan 2-3 gün keçdikdən sonra günorta vaxtı Sevinc yenədə ona zəng edərək Bakı şəhərində olduğunu, malların gömrükdən keçirmək üçün yenədə pul lazım olduğunu demiş və ona yalvararaq yenə də ona 12 min manat pul verməyini xahiş etmişdir. O, Sevincə pulunun olmadığını bildirdikdə Sevinc ona “Almaz xala, özün bil, əgər yenədə mənə pul verməsən əvvəlki pulların batacaqdır, çünki mallar gömrükdədir, onun da müddəti var, əgər deyilən vaxtda man pulu ora ödəməsəm, mallar batacaqdır” demişdir. O da Sevincə and-aman edərək onlarda pul olmadığını, lakin qaynı Natiqdən öz adına pulu alib verəcəyini demişdir. Sevinc hər dəqiqə ona zəng edərək Natiqdən pulu alıb-almaması ilə maraqlanmışdır. Sevincin bu sözlərindən sonra o, aldadıldığını hiss etmiş, lakin bu barədə kiməsə bir söz deməyə qorxmuşdur. Bir az fikirləşdikdən sonra Sevincin tələbini əlacsız qalaraq ödəmək məcburiyyətində olmuşdur. Sevinc isə ona ardı arası kəsilməyən zənglər etmişdir. Həmin günü onunla birinci dəfə danışdıqdan taxminan 3-4 saat sonra o, yenə də zang edən zaman ona yalandan Natiqdən 12 min manat pul aldığını və pulun onda olduğunu demişdir. Sevinc təxminən bir saat sonra taksi sürücüsü - qonşusu Çingizin oğlu Cavidi Elektromexanika zavodun yanına göndərmişdir. O da Sevinc deyən yerə getdikdə qonşuları Cavidi avtomobilində əyləşib onu gözlədiyini görmüş və 12 min manatı Cavidin avtomobilinin sol yan şüşəsinin açıq yerindən ona vermişdir. Cavid də pulu alıb avtomobilin içərisində sayaraq 12 min manat olduğunu demiş və oradan evə qayıtmışdır. Təxminən 4-5 saat sonra isə Sevinc ona zəng edərək 12 min manat pulu Caviddən götürdüyünü bildirmişdir. Sonuncu 12.000 manatı verdikdən 2 gün sonra o, Sevincə zəng edərək, Natiqin onun üstünü kəsdiyini və pulunu ondan istədiyini demişdir. Sevinc də ona narahat olmamağı tapşırmış və növbəti gün hələlik poçtla ona 5 min manat pul göndərəcəyini demişdir. O, Sevincdən pulun yerdə qalanını soruşan zaman sonuncu ona pulunun tam yığılmadığını demiş, 5-6 günə ondan götürdüyü pulların hamısını verəcəyini bildirmişdir. Səhəri günü Sevinc ona zəng edərək 5 min manat pulu Texnika bankın Tərtər filialı vasitəsi ilə köçürdüyünü və onun həmin pulu gedib götürə biləcəyini ona bildirmişdir. O da Texnika bankın Tərtər filialıına gedərək Sevincin onun adına göndərdiyi 5 min manat pulu götürmüşdür. Növbəti gün isə Sevinc yenə də ona zəng edərək yenə də 10 min manat pul istəmiş, ona malın Goranboy rayonu ərazisində olduğunu va pulu verəcəyi halda malın ona çatacağını demiş, həmin maldan xeyli qazanc götürəcəyini bildirmişdir. O, bu günə kimi 29 min manat pulunu aldığını, həyat yoldaşı Tofiqin biləcəyi təqdirdə çox pis olacağını bildirmişdir. dedikdə ona narahat olmamağını ona “sən niyə narahat olursan, məni tanımırsan? Sənin yaxşılığına görə mən səni heç darda qoyarammı? bir də gördün pulun hamısını bir gündə gətirib verdim” cavabını vermişdir. O, Sevincə inandığından ona 10 min deyil, yenə də taksi sürücüsü Cavidin vasitəsi ilə 8 min manat göndərmişdir. Səhəri gün Sevinc yenə də ona zəng edərək gömrükdən mal götürdüyünü 10 min manat pul lazım olduğunu dedikdə, o, əvvəllki pulları tələb etməyə başlamış, lakin Sevinc əlli min bəhanələrlə onu inandıra bilmişdir. Odur ki, o, yenə də qonşusu Cavidlə ona 10 min manat pul göndərmişdir. Sonuncu dəfə Cavidlə 10.000 manat göndərdiyi günün səhərisi Sevinc ona zəng edərək, Cavidin adına 6 min manat pul köçürüldüyünü və sonuncunun gətirib ona verəcəyini demişdir. Aradan 1-2 saat keçdikdən sonra Cavid maşınla onların həyətinə gəlmiş, o, həyətə düşərək 6 min manat pulu Caviddən götürmüşdür. Aradan 2 gün keçdikdən sonra Sevinc onun mobil telefonuna yenə də zəng edərək, 10 min manat pul lazım olduğunu bildirdikdə, o, Sevincə “axı sənə indiyə kimi 41 min manat pul vermişəm, bu nə oyundur sən çıxarırsan?” sözlərini deyib ona iradlarını bildirmişdir. Sevinc isə ona yenə də malın gömrükdə olduğunu, pul olmayacağı təqdirdə malın batacağını və nəticə etibarı ilə onun verdiyi 41 min manat pulu qaytara bilməyəcəyini demişdir. O, yenə də əlacsız qalaraq Sevincə pul göndərəcəyini demişdir. Aradan az sonra Sevinc ona zəng edərək Cavidin rayonda olmadığını bildirmiş, aşıq Arifin oğlu Amini göndərəcəyini demiş, pulu ona verməyi tapşırmışdır. Bir az sonra Sevinc ona zəng edərək Aminin binanın yanında onu gözlədiyini demişdir. O da evdə olan axırıncı 10 min manat pulu aparıb Sevincə çatdırması üçün qonşuları Aminə vermişdir. Amin də pulu sayaraq ondan götürmüşdür. Aradan 3-4 saat sonra isə Sevinc onun mobil nömrəsinə zəng edərək 10 min manat pulu Amindən götürdüyünü təsdiqləmişdir. Aradan 2-3 gün sonra isə Sevinc həyat yoldaşının maşını ilə onların məhəlləsinə gəlmiş, təklikdə görüşüb ona başına iş gəldiyini, evinin yıxıldığını, puldan əksik geldiyini, malların hamısının xarab olduğunu bildirmiş, soyuducunu işlətməyə pul lazım olduğunu, əgər 2-3 günə əlavə pul tapılmasa, yerd qalan malların da xarab olub batacağını bildirmişdir. O, axırıncı manata kimi pulları ona verdiyini, daha pul qalmadığını dedikdə, Sevinc özünü döyə-döyə çıxıb getmişdir. O, evə girən zaman vəziyyətinin çox pis olduğunu qızı Nahidə görərək ondan nə baş verdiyini soruşmuşdur. O da qızına Sevincin onun başına gətirdiyi bütün oyunları danışmışdır. Həmin ərəfədə Sevinc ona zəng edən zaman qızı Nahidə onun telefonunu açmış, Nahidə Sevincə “mənim anamın başına nə oyun açmısan? dur bizə gəl, səninlə işim var” demişdir. Aradan yarım saat keçdikdən sonra Sevinc onlara gəlmişdir. Nahidə baş verənlər barədə maraqlandıqda Sevinc Nahidəyə and içərək pulların hamısını qaytaracağını demiş və əlavə olaraq 9 min manat pul lazım olduğunu, furaların tamaojnuda qaldığını demiş, əgər 9 min çatmazsa malların batacağını bildirmişdir. Sevinc onları inandıması üçün zəng edib guya gömrükdə olan hansısa adamla danışmış və sonra onlara “4 minlədə yola gedər” demişdir. Nahidə onların bir qəpiyinin olmamasını, onları pis vəziyyətə saldığını bildirmiş və Sevinc çıxıb getmişdir. Lakin, əl çəkməmiş, 2-3 gün ərzində tez-tez onlara zəng edib pul istəmişdir. Bir gün də Sevinc ona zəng edən zaman qızı Nahidə ona “2600 dollar tapmışam, bu pulla yerdə qalan pulumuzu qaytara biləcəksinizmi” dedikdə, Sevinc bir az tərəddüt edib “qoy bir iki yerə zəng edim sizə deyəcəm” demişdir. Aradan bir az keçdikdən sonra Sevinc zəng edərək “elə bil ölmüşəm, yerdən məni götürürsünüz, 2600 dollar bəs edir” demişdir. Səhəri günü yəni, 2014-cü ilin avqust ayının 24 də qızı Nahidə həmin 2600 dollar pulu aparıb zavodun yanında Sevincə vermişdir. Sevinc isə qızına və ona 2014-cü ilin avqust ayının 27-də pulların hamısını qaytaracağına söz vermişdir. 2014-cü ilin avqust ayının 27-də onlar Sevincə zəng edərək pulu istədikdə, Sevincə ona sabah gələcəyini demişdir. Səhəri günü Sevinc yenə də ona zəng edərək “her şey yaxşıdır, əladır, pullarda düzəlibdir, bir azdan yola çıxıram” dedikdə onlar da bu işə şad olmuşlar. Həmin günü Sevinc gəlib çıxmadıqda onlar Sevincə zəng etmiş, Sevinc guya 4-5 nəfərin Kamal adlı şəxsə pul verdiyini, şəxsən özünün əli ilə Kamala 41 min manat pul verdiyini, lakin Kamalın aradan çıxdığını demiş, ona 1-2 gün vaxt verilməsini istəmiş, guya Kamal adlı şəxsi axtarışa verdiklərini bildirmişdir. Bundan sonra Sevinc çox vaxt onların telefonuna cavab verməmişdir. Təxminən 3-4 gün sonra Sevinc Tərtər şəhərinə, onların yaşadığı evə gəlmişdir. Sevinc ona və qızı Nahidəyə “Naxçıvanlı uşaqlar bu işin dalına düşübdür, 2-3 günə Kamal üzə çıxaçaq və mən də sizin pulunuzu verəcəm, Naxçıvanlı uşaqlar deyib ki, Kamal tapılan zaman birinci sənin pulun ödəniləcək” demiş, həmçinin həyat yoldaşının bunu bilməməsini xahiş etmiş, əks təqdirdə onu öldürə, onu şikəst edə biləcəyini demiş, onların pulunu qəpiyinə kimi qaytaracağına söz vermişdir. Artıq Sevinc min bir bəhanə ilə onları aldatmaqda davam etdiyindən qızı Nahidə həyat yoldaşı Tofiqə demiş, sonuncu bundan çox əsəbləşmişdir. Lakin, onlar Toviqə narahat olmamağı, Sevincin pulu qaytarcağını dedikdə, Tofiq qızına Sevincin pulu etiraf etməsini telefonla çəkməyi tapşırmışdır. Nahidə Sevinci evə dəvət etmiş və Sevinc onda aldığı ümumilikdə 50 min manat olduğu halda 48 min manatı və qızından aldığı 2600 ABŞ dollarını kamera qarşısında etiraf etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan məbləğlərə görə hətta notariat qaydasında müqavilə də bağlamışdır. Təqsirləndirilən şəxs 2014-cü ilin iyul ayının əvvəllərindən 2014-cü ilin avqust ayının 24-nə kimi olan müddət ərzində ondan ümumilikdə 62.000 manat və 2.600 ABŞ dolları pul almış və həmin puldan 14.000 manatını geri ödəmişdir. Onun Sevincə pul verərkən hər hansı bir maddi marağı olmamış, o, Sevinci öz qızı kimi çox istəmişdir. Sevinc Kerimovanın ona vurduğu maddi ziyanı ödəməsini tələb edir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş, apellyasiya baxışı mərhələsində zərərçəkmiş kimi tanınaraq, ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2014-cü ilin oktyabr ayının 21-də onun həyat yoldaşı X17 Azərbaycan Respublikası CM-in 213-cü madəsi ilə həbs edilmişdir. Təxminən 2014-cü ilin fevral ayının sonlarında adının Sevinc olmasını öyrəndiyi bir qadın ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək həyat yoldaşı Fərruxu tanıdığını, onun həbs edildiyini eşidib pis olduğunu, ona kömək edəcəyini bildirmişdir. Ona üz-üzə görüşməklərini dedikdə, o da evlərinin ünvanını demişdir. Təxminən həmin gün saat 16- 17 radələrində Sevinc onun yaşadığı Bərdə şəhəri, Bakı küçəsində yerləşən təzə məhlələrdə olan evinə gəlmişdir. Həmin vaxtı baldızı Şəhla da onlarda imiş. Sevinc əyləşib söhbət edən zaman həyat yoldaşı Fərruxla tanış olduğunu, onu yaxşı bir insan kimi tanıdığını bildirərək onun həbsdən çıxmağına kömək edəcəyini və özünün yuxarı dövlət orqanlarında tanışının olduğunu bildirmişdir. Sevinc bu işi qurtarmaq üçün Ramin adlı şəxslə tanış olduğunu bildirib, əvvəli ondan 2500 manat pul istəmişdir. O, da Sevincin danışıqlarına inanıb 2500 manat pulu baldızı Şəhlanın yanında gətirib Sevincə vermişdir. Sevinc pulu aldıqdan sonra çıxıb getmişdir. Təxminən mart ayının əvvəllərində Sevinc onun mobil nömrəsinə zəng edərək işi düzüb qoşduğunu və 8000 manat pula başa gəldiyini, verdiyi 2500 manatın hal-hazırda özündə olduğunu bildirib, ondan 5500 manat pul istəmişdir. O, da bu işə şad olaraq, pulu gəlib götürməyini demişdir. Təxminən saat 16- 17 radələrində Sevinc həyat yoldaşı ilə-sonradan adını bildiyi, taksi sürücüsü kimi fəaliyyət göstərən Elşad adlı şəxslə sonuncuya məxsus olan “Kia Rio” markalı avtomobillə onlara gəlmişdir. Həmin vaxt Elşad həyətdə gözləmiş, Sevinc isə evə daxil olaraq, onunla bir az söhbət etmişdir. Söhbətdən sonra o, Sevincə yenə də inanıb 5500 manat pul gətirib oğlu Fəxrinin yanında Sevincə vermişdir. Sevinc pulu aldıqdan sonra ona narahat olmamağını, bu işin düzələcəyini və 2015-ci ilin mart ayının 15-də həyat yoldaşı Fərruxun azad olunacağını bildirmişdir. Sonra Sevinc çıxıb getmişdir. Mart ayının 15-i gəldikdə, o, zəng edib danışan zaman Sevinc ona başqa adama da pul verilməli olduğunu bildirərək, 8000 manat pul lazım olduğunu demişdir. O, Fərruxa məsləhət etməyini Sevincə bildirmişdir. Sevinc 2015-ci ilin mart ayının sonlarında onlara gəlmişdir. Onlara birlikdə X22 RPŞ-də MSY-də cəza çəkdiyi yerə getmişlər. Həyat yoldaşı Fərruxla danışan zaman Fərrux Sevinclə şərt kəsmişdir ki, əgər bu pulu versə məhkəməyə göstəriş gələcək ki, onu buraxsınlar. Sevinc də işi düzüb qoşduğunu və 100 faiz arxayın olmaqlarını onlara bildirmişdir. Həyat yoldaşı Fərrux ona bildirmişdir ki, 8000 manat pulu Sevincə versin. Onlar oradan çıxaraq birbaşa yaşadıqları evə gəlmişlər və o, pulu oğlu Fəxrinin yanında sayaraq Sevincə vermişdir. Sevinc də çıxıb getmişdir. Aprel ayında həyat yoldaşı Fərruxun məhkəməsi olan zaman o buraxılmadığını görüb məhkəmədən çıxdıqdan sonra Sevincə zəng etmiş və bu barədə ona demişdir. Sevinc ekspertiza xərci üçün 15000 manat lazım olduğunu dedikdə, o da Sevincə əvvəl verdikləri pulla həll olunacağına söz verdiyini xatırlatmışdır. Sevinc də ona demişdir ki, ekspertiza əsasdır. Əgər ekspertizaya pul verilməsə, bütün pullar Fərruxun ayağında qalacaqdır. O, da bu barədə heç nə deməyərək, Fərruxla məsləhət edəcəyini bildirmişdir. Həmin gün o, Fərruxun yanına gedərək bu barədə ona dedikdə, Fərrux 15 min manatın çox olduğunu, 10 minə razılaşacağı təqdirdə, verməyi tapşırmışdır. O, da evə gələrək, Sevincə zəng edib 15 minə gücləri çatmadığını və 10 min verə biləcəklərini bildirmişdir. Sevinc də demişdir ki, “qoy tanışım və yaxınım Raminlə danışım, sənə xəbər edəcəyəm”. Bir neçə gün sonra Sevinc zəng edərək, 10 mini göndərməyini demişdir. O, da həmin pulu bir neçə günə düzəldəcəyini bildirmişdir. Təxminən 2 gün sonra Sevinc ona zəng edən zaman pulun 5900 manatının hazır olduğunu demişdir. Sevinc həmin gün həyat yoldaşı Elşadla onlara gələrək, 5900 manat pulu ondan almışdır. Təxminən 2 gün sonra o, 4100 manat pul düzəltdiyini Sevincə dedikdə Sevinc həmin pulu bankla ona göndərməyini demişdir. O, da Bərdə şəhərində yerləşən “Kapital bankdan” 4100 manat pulu Sevincin adına göndərmişdir. Bundan sonra o, Sevinclə əlaqə saxlayaraq işlə bağlı maraqlanan zaman Sevinc ona narahat olmamağını və işin düzələcəyini bildirmişdir. Sonra Sevinc ona tanışlarının başının qarışıq olduğunu və məhkəmənin vaxtının yubadılmasını demişdir. İyun ayının 28-də olimpiyada qurtardıqdan sonra onlar işlə maraqlanan zaman Sevinc işin düzəldiyini və məhkəmədə Fərruxun buraxılacağını bildirmişdir. 2015-ci ilin iyul ayının 1-də məhkəmə prosesi olan zaman həyat yoldaşı Fərrux Bayramova 4 il müddətində azadlıqdan məhrumetmə cəzası verilmişdir. Həmin vaxt o, bu işə təəcüblü qalaraq Sevincə zəng edən zaman, Sevinc ona “siz məhkəmənin vaxtını gərək uzadaydız” sözlərini demişdir. Sonradan Sevinc ona ekspertiza xərcinin 15 min olduğunu bəhanə etmişdir. O, aldadıldığını başa düşərək, bu barədə qaynı Şahid4 demiş, Bədir ona Sevinci evə çağırmağı tapşırmış, onunla söhbət edəsəyini bildirmişdir. O, da Sevinci yaşadığı evə dəvət etmişdir. Sevinc həyat yoldaşı Elşada məxsus olan avtomobillə onlara gəlmişdir. X34 bu günə kimi onlardan 26 min manat pul aldığını və heç bir iş görmədiyini dedikdə, Sevinc pulların vaxtında verilmədiyini demişdir. Onlar Sevincə verdikləri 26 min manatın qaytarılmasını tələb etdikdə, Sevinc onlara “3 minini siz verin, 13 minini isə özüm qoyub, Fərruxu 2015-ci ilin avqust ayının 30-a kimi azad edəcəm və Fərrux çıxdıqdan sonra 13 min manat pulumu geri alacağam” sözlərini onlara demişdir. Həmin vaxtı Sevinc 40 min manatın tanışlarına verəcəyini, qalan iki min manatın isə özünün zəhmət haqqısı kimi götürəcəyini demişdir. Onlar da onunla razılaşmışlar. Bədir ona pulu bir günə düzəldəcəklərini bildirmişdir. Sevinc də razılaşıb çıxıb getmişdir. Təxminən 5-6 gün sonra, yəni 2015-ci ilin avqust ayının əvvəllərində qaynı Bədir 3 min manat pulu Bərdə şəhərində yerləşən Kapital Bank vasitəsi ilə Sevincə göndərmişdir. 30 avqust 2015-ci il tarixdə onlar heç bir nəticə əldə ediməməsini görüb, Sevincə zəng etmişlər. Sevinc pulu aidiyyatı şəxslərə payladığını və ondan asılı olmadığını bildirmişdir. Sevincə şikayət edəcəklərini dedikdə, Sevinc şikayət etməmələrini xahiş etmiş, 10 min manat pulu 2015-ci ilin sentyabr ayının 6-da onlara qaytaracağını və sonra isə həmin pulun hamısını yavaş-yavaş onlara qaytaracağını bildirmişdir. Sonradan qaynı Bədir Sevincin barəsində maraqlanan zaman, Sevincin barəsində Tərtər RPŞ-də Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət işi olduğunu, onun bu əməllərinin çox olduğunu öyrənmişdir. Onlar da məcbur qalaraq, bu barədə Tərtər RPŞ-ə ərizə ilə müraciət etmişlər. O, birinci dəfə 2015-ci ilin fevral ayının əvvəllərində 2500 manat pulu baldızı Şəhlanın yanında, ikinci dəfə mart ayının əvvəllərində 5500 manat pulu oğlu Fəxrinin yanında, üçüncü dəfə 2015-ci ilin ortalarında 8000 min manat pulu oğlu Fəxrinin yanında, dördüncü dəfə mart ayının sonlarında 10000 min manat pulun 5900 manatını oğlu Fəxrinin yanında vermiş, 4100 manatını isə Kapital bank vasitəsilə göndərmişdir. Sonuncu dəfə 3000 min manat pulu isə qaynı X35 vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən Cəlilabad rayon X3 həkim kimi fəaliyyət göstərir. 2015ci ilin yay aylarında tanışı Nubar Həsənova ona müraciət edərək, Sevinc adlı bir tanışının olmasını və ona müalicə olunmaqda köməklik etməyini ondan xahiş etmişdir. O, da problem olmadığını, əlindən gələn köməkliyi göstərə biləcəyini bildirmişdir. Nubar onu Təqsirləndirilən şəxs ilə tanış etmiş, o, bir həkim kimi Sevincə köməklik etməyə və onu evində yaxını kimi müalicə etməyə başlamışdır. Sevinc də hər dəfə gəldikdə bir pasiyent kimi ondan çox razı qaldığını bildirmiş, hər dəfə onun borcudan necə çıxacağı ilə bağlı fikirlər bildirmişdir. Sevinclə onun münasibətləri yaxşıya doğru getmişdir. Bir dəfə Sevinc onun yanına gəldikdə onunla söhbət zaman o, oğlu Şahid1 Bakı şəhərində işlədiyini və kirayə yaşadığını bildirmiş, Elvinə Bakı şəhərində mənzil almaq fikri olduğunu demişdir. Həmin vaxt Sevinc ona dayısı Bəylər adlı şəxsin Bakı şəhərində "xxxx" MTK-nın sahibi olduğunu, lazım olacağı təqdirdə ucuz qiymətə evlər təşkil edə biləcəyini demişdir. Hətta Sevinc onun yanında olan zaman kimlərəsə zəng vuraraq onlara ucuz qiymətə ev təşkil etdiyini bildirmişdir. Həmin şəxslər də ona təşəkkür etmişlər. O da buna görə Sevincə çox inanmışdır. Sevinc dayısının Əhmədli qəsəbəsində, Günəşli qəsəbəsində, Qara Qarayev metrosunun yaxınlığında və Xırdalan şəhərində binalar tikdiyini bildirmişdir. Sevinc onlara həmin mənzillərin qiymətlərini siyahı şəklində təqdim etmişdir. Onlara ən münasib qiymət Xırdalan şəhərində olduğu üçün, o, Xırdalan şəhərində mənzil almağı qərarlaşdırmışdır. Sevincin onlara təqdim etdiyi siyahıda göstərilən qiymətlərlə dediyi qiymətlər arasında fərqlər olduğu üçün Sevincin həqiqətən də onlara köməklik edəcəyini fikirləşmişlər. Buna görə Sevinci oğlu Elvinlə əlaqələndirmiş, sonuncu Sevinclə birlikdə Xırdalan şəhərində olan yeni tikiliyə baxmağa getmiş və baxdıqları binada 2 otaqlı mənzil bəyənmişdir. Həmin mənzilin ümumi qiyməti 88.000 manat təşkil etmişdir. Bundan sonra onlar həmin mənzili almağı qərarlaşdırmışlar. Bundan sonra ilkin ödəniş olaraq o, 2015-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Diqlas” ticarət mərkəzində faəliyyət göstərən kafelərin birində görüşüb ona 7.000 manat pul vermişdir. Həmin pulun qarşılığında Sevinc ona evin alınması ilə bağlı müqavilə təqdim etmişdir. Lakin həmin müqavilənin möhürü olmamışdır. Sevinc ona möhürün vuralacağını demiş, narahat olmamağı bildirmişdir. Bundan sorna o, Sevincə aylıq 1800 manat olmaqla pul ödəməyə başlamışdır. Bəzi hallarda pulları taksi sürücüləri vasitəsilə də göndrmişdir. Beləliklə o, 2015-ci ilin dekabr ayından 2017-ci ilin avqust ayına qədər Sevincə ümumilikdə 21.000 manat, ümumilikdə isə 28.000 manat pul ödəmişdir. Daha sonra oğlu Elvinin toy olmuş, mənzilin pulunu tez ödəyə bilməsi üçün toydan yığılmış 15.000 manat pulu Sevincə verməyi fikirləşmişdir. Odur ki, oğlu Elvin 2017-ci ilin avqust ayında Bakı şəhəri, Nərimanov rayonu ərazisində Sevinclə görüşmüş və 15.000 manat pulu Sevincə vermişdir. Daha sonra o, Sevinclə əlaqə saxlayaraq mənzili 2 otaqdan 3 otağa dəyişmək istədiklərini bildirmişdir. Sevinc problem olmadığını ona bildirmişdir. Ona görə də Sevinc ondan özünün verdiyi möhürsüz müqaviləni geri almış, müqaviləni dəyişdirəcəyini və yeni müqaviləyə möhür vurduracağını bildirmişdir. O da Sevincə inanıb müqaviləni ona təqdim etmişdir. Sorna oğlu Elvinin deməsinə görə artıq mənzilin yarı pulu verilmiş, lakin hələ də o, mənzilə baxmamışdır. Müqavilənin də alınmasından şübhələndiyi üçün Elvin ona "xxxx" MTK-nın inşa etdiyi binalara gedib maraqlanmağı təklif etmişdir. Onlar bunu etdikdə ona məlum olmuşdur ki, həmin MTK-nın inşa etdiyi heç bir binada onların adına mənzil olmadığını müəyyən etmişdir. Artıq həmin vaxt Təqsirləndirilən şəxs ev almaq adı ilə ondan ümumilikdə 43.000 manat pul alıb ələ keçirdiyini, onları aldatdığını öyrənmişdir. Bundan sonra o, Sevinclə əlaqə saxlamaq istəsə də, buna nail ola bilməmişdir. Daha sorna isə Sevincin onlara yalan dediyini, onun ümumiyyətlə həmin MTK-nın sahibi ilə əlaqəsi olmadığını bilmişdir. Sevinc aldığı pullardan cəmi 5600 manat qaytarmış, qalan hisəssini qaytarmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, 2014-cü ilin təxminən iyun ayından o, ailə vəziyyəti ilə əlaqədar olaraq atası və anasının yaşadığı Tərtər şəhəri, M.Hüseynzadə küçəsi, bina 10, mənzil 10 Q-də yaşamışdır. Baxzılan iş üzrə Təqsirləndirilən şəxs təxminən 2014-cü ildən qonşuları Tolik adlı şəxsə görə tanımışdır. Sevinc Tolikin qardaşı Elşadın həyat yoldaşı olmuşdur. Tanıdığı ilk vaxtlarda Sevinc kredit pal-paltar, qabqaşıq və sair mallar gətirərək onun valideyinlərinin yaşadığı binanın sakinlərinə satmışdır. O da Sevincdən bir neçə dəfə xırda mallar almış və yavaş-yavaş onların Sevinclə münasibətləri yaranmışdır. 2014-cü ilin avqust ayının təxminən 19 və 20-də anası sevincək bayıra çıxdığını, lakin qayıdarkən vəziyyətinin çox pis olduğunu görərək ondan nə baş verdiyini soruşmuş, anası da ona Sevincin onun başına gətirdiyi bütün oyunları, yəni Sevincin ondan 50.000 manat civarında pul aldığını, onu aldadaraq qaytarmadığını ona danışmışdır. Elə bu mövzuda söhbət edərkən Sevinc anasına zəng etmiş, lakin telefonu o, götürmüş və anasının dedikləri ilə bağlı Sevincə iradlarını bildirib onu öz evlərinə çağırmışdır. Aradan yarım saat keçdikdən sonra Sevinc onlara gəlmişdir. O, Sevincə yenə də “anamın başına nə oyun açmısan” dedikdə, Sevinc ona and içərək pulları qaytaracağını bildirmiş və əlavə olaraq onlardan 9 min manat pul istəmiş, furaların tamaojnuda qaldığını demiş, 9 min çatmayacağı təqdirdə malların və pulların batacağını demişdir. O, Sevincə inanmadığını dedikdə, sonuncu guya gömrükdə olan hansısa adama zəng etmiş, danışdıqdan sonra isə onlara “4 minlə də yola gedər” demişdir. Onlar Sevincə pul verməmiş və o, çıxıb getmişdir. Lakin Sevinc əl çəkməmiş, 2-3 gün ərzində tez-tez onlara zəng edib pul istəmişdir. Bir gün o, Sevincə 2600 dollar təklif edib, həmin pulla yerdə qalan pullarını qaytara bilibbilməyəcəyini ondan soruşmuşdur. Sevinc də bir az tərəddüt edib haralarasa zəng etmiş və 2600 dollar pulun bəs etdiyini demişdir. Növbəti gün, yəni 2014-cü ilin avqust ayının 24-də o anası ilə birlikdə həmin 2600 dollar pulu aparıb Elektromexanika zavodunun yanında Sevincə vermişdir. Sevinc pulu götürüb saymaq istəməmiş və onlara inandığın desə də, onun təkidi ilə Sevinc pulu sayaraq 2600 dollar olduğunu təsdiqləmişdir. Sevinc ona və anasına 2014-cü ilin avqust ayının 27-də pulların hamısını qaytaracağına söz vermişdir. 2014-cü ilin avqust ayının 27- də o və anası Sevincə zeng edərək pulları tələb etdikdə, Sevinc her şeyin əla olduğunu bildirmiş və bir azdan yola çıxacağını demiş, buna görə onlar da şad olmuşlar. Həmin günü Sevinc gəlib çıxmadıqda onlar Sevincə zəng etmiş, Sevinc guya 4-5 nəfərin Kamal adlı şəxsə pul verdiyini, şəxsən özünün əli ilə Kamala 41 min manat pul verdiyini, lakin Kamalın aradan çıxdığını demiş, ona 1-2 gün vaxt verilməsini istəmiş, guya Kamal adlı şəxsi axtarışa verdiklərini bildirmişdir. Bundan sonra Sevinc çox vaxt onların telefonuna cavab verməmişdir. Təxminən 3-4 gün sonra Sevinc Tərtər şəhərinə, onların yaşadığı evə gəlmiş, ona və anasına “Naxçıvanlı uşaqlar bu işin dalına düşübdür, 2-3 günə Kamal üzə çıxaçaq və mən də sizin pulunuzu verəcəm, Naxçıvanlı uşaqlar deyib ki, Kamal tapılan zaman birinci sənin pulun ödəniləcək” demiş, həmçinin həyat yoldaşının bunu bilməməsini xahiş etmiş, əks təqdirdə onu öldürə, onu şikəst edə biləcəyini demiş, onların pulunu qəpiyinə kimi qaytaracağına söz vermişdir. Artıq Sevinc min bir bəhanə ilə onları aldatmaqda davam etdiyindən o, atası Tofiqə demiş, sonuncu bundan çox əsəbləşmişdir. Lakin, onlar Toviqə narahat olmamağı, Sevincin pulu qaytarcağını dedikdə, Tofiq ona Sevincin pulu etiraf etməsini telefonla çəkməyi tapşırmışdır. Odur ki, o, Sevinci evə dəvət etmiş və anasından aldığı pulun 48 min manatını və ondan aldığı 2600 ABŞ dollarını kamera qarşısında etiraf etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan məbləğlərə görə hətta notariat qaydasında müqavilə də bağlamışdır. Şahid11 ifadəsinin yekununda Təqsirləndirilən şəxs öz adından vermiş olduğu 2.600 ABŞ dolları pul da anasına məxsus olmuş, sonuncu həmin pulu Sevincə verməyi ona tapşırmış, Sevincin ondan ehtiyat edərək digər pulları da qaytara biləcəyini fikirləşmişdir. Nəticədə 2.600 ABŞ dolları maddi ziyan da anası Zərərçəkmiş şəxs2 vurulmuşdur. Bildiyinə görə Təqsirləndirilən şəxs 2014-cü ilin iyul ayının əvvəllərindən 2014-cü ilin avqust ayının 24-nə kimi olan müddət ərzində anasından ümumilikdə 62.000 manat və 2.600 ABŞ dolları pul almış və həmin puldan yalnız 14.000 manat qaytarmışdır. Onlar Təqsirləndirilən şəxs zorla notariusa aparmamış, onu ailə üzvləri ilə hədələməmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, zərər çəkmiş Zərərçəkmiş şəxs1 oğludur və Bakı şəhərində bərbər kimi fəaliyyət göstərir. Kirayə yaşadığı üçün Bakı şəhərində özünə ev almaq istəmişdir. 2015-ci ilin təxminən payız aylarında anası ona zəng vuraraq Sevinc adlı bir tanışının olmasını və onun dayısının Bakı şəhərinin müxtəlif yerlərində bina inşa etdiyini bildirmişdir. Anasının deməsinə görə həmin qadının ev almaqda onlara köməklik edə biləcəyini demişdir. O, həmin qadının kimliyi ilə maraqlandıqda, anası Sevincin onun pasiyenti olduğunu və yaxşı qadın olduğunu bildirmişdir. Daha sonra anası onu Sevinclə əlaqələndirmiş, onunla görüşüb evlərə baxmağa getməsini tapşırmışdır. Bundan sonra o, Sevinclə onun istifadəsində olan 050-74-34-26 saylı mobil nömrə ilə əlaqə saxlayıb görüşmüş və onunla birlikdə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən "xxxx" MTK-nın inşa etdiyi binaya baxmağa getmişlər. Həmin vaxt qardaşı Röyal da onunla birlikdə olmuşdur. Onlar binaya daxil olub baxdıqda onun quruluşunu bəyənmiş və buna görə də həmin binadan mənzil almaq qərarına gəlmişlər. Sevinclə görüşən zaman sonuncu ona anasının ona çox yaxşılıqlar etdiyini və ona görə də onlara köməklik edəcəyini bildirmişdir. Sevinc hətta mənzilin qiymətinin baha olduğunu, anasına görə isə bunu xeyli ucuz edəcəyini bildirmişdir. Buna görə də o, Sevincə minnətdarlığını bildirmişdir. 2015-ci ilin dekabr ayında anası ilə əlaqə saxladıqda, anası ona Sevincin mənzilin qiymətini onlara xeyli ucuz edəcəyini bildirmişdir. 2015-ci ilin dekabr ayında anası Validə Bakı şəhərində Sevinclə görüşərək ona ilkin ödəniş üçün 7.000 manat pul vermişdir. Sevinc də anasına mənzilin alqı-satqısı ilə bağlı müqavilə vermişdir. Bundan sonra bildiyinə görə anası hər ay Sevincə mənzilə görə 1.800 manat ödəniş etmişdir. Onlar isə Sevincə güvəndikləri üçün mənzilin taleyi ilə maraqlanmamış, sadəcə vaxtlı vaxtında ödənişləri etmişlər. Anası Sevincə 2015- ci ilin dekabr ayından 2017-ci ilin avqust ayına qədər olan müddət ərzində hər ay 1.800 manat olmaqla ümumilikdə 21.000 manat, ilkin ödənişlə birlikdə isə 28.000 manat pul ödəmişdir. 2017-ci ilin avqust ayında anası ona 15.000 manat pul göndərərək, həmin pulu mənzil almaq üçün Sevincə verməsini ondan xahiş etmişdir. O, da Sevinclə əlaqə saxlayıb, onunla Bakı şəhəri, Nərimanov rayonu ərazisində görüşmüş və mənzillə bağlı 15.000 manat pulu ona vermişdir. Həmin vaxt dostu İslam da onun yanında olmuşdur. Lakin, sonradan evin quruluşunu 3 otaqlı etmək qərarına gəlmiş və anası bu barədə Sevincə bildirdikdə Sevinc sənədləşdirmə işlərini həll etməsi üçün müqaviləni anasından almışdır. O, bundan şübhələnmiş və anasına Sevincə məlumat vermədən mənzilə gedib baxmalarını təklif etmişdir. Onlar Bakı şəhərində "xxxx" MTKnın inşa etdiyi bütün binalarla maraqlandıqda onların adına ümumiyyətlə mənzil qeydə alınmadığı və ödəniş edilmədiyi onlara məlum olmuşdur. Həmin vaxt buna görə anasının səhhəti də pisləşmişdir. Elə həmin vaxt Təqsirləndirilən şəxs mənzil almaq adı ilə onlardan ümumilikdə 43.000 manat pul alıb onları aldatdığı onlara aydın olmuşdur. Bundan sonra onlar Sevinclə əlaqə saxlamaq istəsələr də, buna nail ola bilməmişlər. Təqsirləndirilən şəxs verilən pullar anası Zərərçəkmiş şəxs1 məxsus olmuş, Sevinc onlardan mənzil almaq adı ilə ümumilikdə 43.000 manat pul almışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsinə oxşar ifadə verib, 2017-ci ilin avqust ayında tanışı Şahid1la birlikdə onun yaşadığı evin yaxınlığında Bakı şəhəri, Nərimanov rayonu ərazisində kafelərin birində sonuncunun bir qadınla görüşdüyünü, söhbətlərindən həmin qadının adının Sevinc olmasını öyrəndiyini, Elvinin onun iştirakı ilə həmin qadına pul verdiyini, hər iki tərəfin pulu saymalarını, pulun 15.000 manat olduğunu, kafeni tərk etdikdən sonra Elvinin həmin qadın anasının tanışı olduğunu və onlara ev alınmasında köməklik edəcəyini deməsini, 2017-ci ilin təxminən noyabr ayında Elvinlə təkrar görüşləri zamanı sonuncunun ona 15.000 manat pul verdiyi qadının onları aldatdığını və ev almaq adı ilə onlardan ümumilikdə 43.000 manat pul almasını dediyini bir daha təsdiq etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, o, 2013-cü ilin iyun ayından Ədliyyə Nazirliyi Tərtər rayon dövlət notariat kontorunun dövlət notariusu vəzifəsində işləmişdir. Tərtər şəhər sakinləri Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Şahid11 əvvəllər tanımamışdır. 09 yanvar 2015-ci il tarixdə iş yerində olarkən 3 nəfər sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Şahid11 onun iş otağına daxil olaraq öz aralarında borc müqaviləsi bağlamaq istədiklərini bildirmişlər. Onlar şəxsiyyət vəsiqələrini verdikdən sonra onlardan kimin borc verən və kimin borc alan olması barədə soruşduqdan və ona tərəflər məlum olduqdan sonra o, həmin şəxslərə ərizə yazmalarını təklif etmişdir. Hər üç şəxs könüllü olaraq ərizələr yazmışdır. Belə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 48 min manat, Şahid11 isə 2000 manat borclu olmasına dair müqavilə bağlamalıdır. O da həmin sənədləri kargüzar X9 verərək müqavilənin məzmununu komputerdə tərtib etməyi tapşırmışdır. Müqavilə hazır olduqdan sonra digər kargüzar X19 həmin müqaviləni reyestr kitabına işləmişdir. Bütün prosedura əməl edildikdən sonra o, müqaviləni götürərək müqavilənin mətnini tərəflərə ucadan oxumuşdur. Hər birinə hüquq və vəzifələrini izah etmiş və müqavilənin imzalanmasını təklif etmişdir. Onlar müqaviləni imzaladıqdan sonra o, möhürlə həmin müqaviləni təsdiq edərək bir nüsxəsini tərəflərə digər nüsxəsini isə sənədlərə əlavə edərək özündə saxlamışdır. Bundan sonra tərəflərə müqavilənin rüsumunu ödəməyi demişdir. Qanuna uyğun olaraq müqavilənin rüsumunu borcalan ödəməli imiş. Müqavilənin dövlət rüsumu isə hər bir müqaviləyə görə 92 manat imiş. Həmin vaxtı belə məlum olmuşdur ki, borcalan yəni, Təqsirləndirilən şəxs pulu yoxdur, buna görə də dövlət rüsumunu borcverən Şahid11 ödəmişdir. Hər iki müqaviləyə görə ümumilikdə 184 manat dövlət rüsumu ödənilmişdir. Şahid qismində dindirilən Şahid10 ifadəsinin davamında göstərdi ki, müqavilə bağlanan vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Şahid11 tərəfindən hər hansı bir psixoloji təziqin olmasının şahidi olmamışdır. Bütün tərəflər könüllü şəkildə müqavilə bağlamağa razı olmuşlar. O, müqavilə bağlanan zaman Zərərçəkmiş şəxs2 X10 48 min manat və X32 qizinin X10 2000 manat pulların verməsinin şahidi olmamışdır. X1 Nahida Tofiq qızından 2000 manat və Zərərçəkmiş şəxs2 qıznıdan 48 min manat pulu nə vaxtsa almasını həm yazılı formada, həm də şifahi formada etiraf etdiyi üçün o, qanuna müvafiq olaraq həmin müqaviləni tərtib etdirərək təsdiq etmişdir. O, müqavilənin tərəflərin həqiqi niyyətinə uyğun olub-olmamasını müəyyən etmək qənaətinə gəlməmişdir. Ona görə də, müqavilənin bağlanmasından imtina etməmişdir. Həmin pulu Sevinc Karimova onun yanında almamışdır. Amma o, pulu aldığını etiraf etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış cinayət işinin 1-ci cildinin 75-77-ci vərəqlərində olan şahid Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşməyə dair protokoldan görünür ki, üzləşmə istintaq hərəkəti zamanı şahid Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat mərhələsində sərbəst ifadəsində göstərdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış cinayət işinin 1-ci cildinin 236-237-ci vərəqlərində olan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək ona qarşı dələduzluq faktlarını Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış cinayət işinin 1-ci cildinin 238-239-cu vərəqlərində olan Şahid11 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid11 Tofiq qızı sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, ona qarşı dələduzluq faktlarını Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış cinayət işinin 1-ci cildinin 71-74-cü vərəqlərində olan Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid1 sərbəst ifadəsində göstərdiyi, daha sonra məhkəmə baxışı zamanı təkrarən təsdiq etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış cinayət işinin 2-ci cildinin 26-cı vərəqəsində olan ibtidai istintaq orqanının 05 mart 2015-ci il tarixli «götürmə haqqında» qərarından görünür ki, Şahid11 tərəfindən istintaqa təqdim edilmiş, video və audio yazılarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 50 039,44 maddi ziyan vurmasını etiraf etməsi və yaxın zamanlarda pulu ödəyəcəyinə dair vədlər verməsi təsdiq olunmuşdur. Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan 09 yanvar 2015-ci il tarixli borc müqaviləsinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 və Şahid11 arasında ayrı-ayrılıqda Tərtər rayon Dövlət Notariat kontorunda həmin müqavilə bağlanmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında elan edilərək araşdırılmış "xxxx"- ın Tərtər rayon filialından daxil olmuş 14 mart 2015-ci il tarixli 59-80 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X18 xx.xx.2014- cü il, xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixlərdə müvafiq olaraq 4200 manat, 8000 manat və 11300 manat, Şahid8 isə xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixlərdə müvafiq olaraq 7700 manat və 8800 manat pul göndərmişdir. Bundan başqa, Şahid8 Təqsirləndirilən şəxs xx.xx.2014- cü il, xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixlərdə müvafiq olaraq 1984 manat, 2976 manat və 3095 manat pul göndərmişdir. Bundan başqa X2 Sevinc Sultan qızına xx.xx.2014-cü il tarixdə 700 manat pul göndərmişdir. Apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ona verilmiş ittihamın 2-ci epizodu, yəni özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs3 xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirərək dələduzluq etməsi və Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə özünü təqsirli bilərək, nəzərdə tutulan ictimai təhlükəli əməllərin törədildiyi gündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittihamın bu epizodu üzrə və AR CM-nin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş əmələ görə cinayət məsuliyyətindən azad edilərək, cinayət təqibinə xitam verilməsini, verilmiş ittihamın digər epizodları üzrə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsində verdikləri ifadələrindəki xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması məhkum edilmiş şəxslərin ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər mötəbər sübutlarla tam təsdiq edilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalananları ümumiləşdirərək belə qənaətə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair 17 aprel 2023-cü il tarixli Qərardadında qeyd olunmuşdur ki, təqsirkarın əməlinin dələduzluq və rüşvət verməyə təhrik cinayətlərinin məcmusu kimi Cinayət Məcəlləsinin 178 və 32.4, 312-ci maddələri ilə tövsif edilməsi ilə bağlı müraciətdə qaldırılan məsələyə dair göstərilməlidir ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Vədinə əməl etmək niyyəti olmadan səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlak predmetini alaraq mənimsəyən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. Yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz, yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətləri alır, lakin faktiki olaraq alınanları mənimsəyərək, dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvətvermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır. Beləliklə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, vasitəçinin hərəkətləri və niyyəti rüşvət predmetini rüşvət alan şəxsə təhvil vermək deyil, onları ələ keçirmək məqsədi daşıyırsa, əməl dələduzluq kimi qiymətləndirilməlidir. Yəni, lap əvvəlcədən təqsirləndirilən şəxsin rüşvət vermək niyyəti, dövlət orqanlarının, dövlət idarəetmə aparatının və yerli özünüidarə orqanlarının normal və qanuni fəaliyyətinin təmin edilməsi sahəsində qanunla qorunan ictimai münasibətlərə xələl gətirmək niyyəti olmamışdır. Bununla belə, qanunvericinin aşağıdakı faktlarla bağlı heç bir hüquqi mövqeyi yoxdur: təhrikçi rüşvət predmetinin yalnız bir hissəsini rüşvət alana təhvil verərsə və bir hissəsini də mənimsəyərsə, onun hərəkətləri necə tövsif edilməlidir? Və ya, təhrikçi rüşvət predmetini rüşvət alan şəxsə verdiyini və işin alınmadığı səbəbindən geri qaytardığını iddia edirsə, və bu işin digər halları ilə öz təsdiqini tapırsa, onun əməli necə qiymətləndirilməlidir? Hüquq nəzəriyəsində belə hallarda şəxsin əməlinin dələduzluq kimi təsnif etməklə yanaşı, cinayətlərin məcmusu üzrə rüşvətə təhrik etmə kimi də təsnif edilməsinə dair mövqelər mövcuddur. Yalançı təhrikçinin hərəkətləri o, zaman bu şəkildə təsnif edilir ki, o, əmlakı ələ keçirmək niyyətinən əlavə, rüşvət verəni rüşvət verməyə meyl edir, rüşvət verəni yanıldır və ya rüşvət predmetini rüşvət alan şəxsə vermək imkanının olmaması barədə susur, yaxud da rüşvət predmetini rüşvət alan şəxsə verir və işin alınmadığı səbəbindən geri qaytarmağa məcbur olur. Bu cür hərəkətlər dələduzluq və rüşvət verməyə təhrik kimi qiymətləndirilməlidir. Onu da nəzərə almaq lazımdır ki, rüşvətxorluqda vasitəçilik vədi və ya təklifi, təhrikçilik stimulları təhrikçiliyə hazırlıq mərhələsini deyil, cinayət törətmək niyyətinin aşkarlanması mərhələsini təmsil edir. Burada meyar müvafiq vədi verən şəxsin faktiki olaraq vasitəçi kimi çıxış etmək və ya etməmək istəyinin olmasıdır. Məhkum Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, Fərrux Bayramovun vergi cinayəti ilə bağlı həbsdən azad olunması ilə bağlı zərərçəkmişi rüşvət verməyə təhrik etmiş, sonuncudan pul alaraq, Bakı şəhərində bir nəfər tanışı ilə danışmış, Ramin adlı həmin şəxs də ona “qoy işi danışım, kimə nə çatacaq sənə deyəcəm”demiş, sonra isə adını çəkmək istəmədiyi həmin şəxs ona bu işi 29 min manata qurtarmağın mümkün olduğunu demiş, Fərrux Bayramovu həbsdən qurtarmaq məqsədilə 2015-ci ilin fevral ayının əvvəllərindən 2015-ci ilin avqust ayının əvvəllərinə kimi Fərruxun həyat yoldaşı Zərərçəkmiş şəxs3 ümumilikdə 29 min manat pul almış, sonra isə Kifayətə məhkəmə prosesini iyul ayının 6-a kimi saxlanılmasını tapşırmış, 02 iyul 2015ci il tarixdə isə Fərruxa məhkəmənin qərarı ilə 4 il müddətində azadlıqdan məhrum edilmiş, sonra isə Kifayət 29 min manat pullarını ondan tələb etməyə başlamış, əvvəl 10 min manatını nəğd istəmiş, sonrasına isə baxacağını demiş, o, Kifayətə ekspertizaya verilən 10 min manatı geri qaytaracağına söz vermiş, sonradan Ramin adlı şəxs onların verdiyi 29000 manatdan 26000 qaytarmış, o, da həmin pulu Kifayətə qaytarmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş, apellyasiya baxışı mərhələsində zərərçəkmiş kimi tanınaraq, ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs3 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Həmçinin, məhkum edilmiş şəxs və onun müdafiəçisi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittihamın 1-ci və 3-cü epizodları üzrə bəraət hökmünün çıxarılmasını xahiş etsələr də, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin hazırki cinayət işində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1ci maddəsində qeyd edilən halların hər hansı biri mövcud deyil, Müdafiəçi1 apellyasiya şikayəti formal mülahizələrə əsaslandığından, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 8, 9.2, 41.2, 58.3-cü maddələrinin tələblərinə riayət etməklə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almış, o cümlədən cəzasını yüngülləşdirən halları, yəni, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərə vurulmuş maddi zərəri qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cu maddəsinə, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və “xroniki virus hepatiti C” diaqnozu ilə xəstə olmasını və cəzasının ağırlaşdıran halların olmamasını əsas götürərək, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan, qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya şikayətinə məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hər hansı bir hal müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin ikinci epizodu üzrə və Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə törədilmiş cinayətlər az ağır cinayətlər kateqoriyasına aid olduqlarından, onun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi səbəbindən Təqsirləndirilən şəxs həmin hissədə cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə qeyd olunan hissədə xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs3 xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirərək dələduzluq etməsi və vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar pul vəsaitinin rüşvət qismində verilməsinə təhrik edilməsi epizodları üzrə təqsirləndirildiyi sonuncu cinayət əməlini xx.xx.2015-ci il tarixdə törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs bu epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti bitmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür; Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur; Həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur; Həmin Məcəllənin 75.5-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Bu səbəbdən məhkəmə kollegiyası belə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-162/2022 saylı, 08 avqust 2022-ci il tarixli hökmü dəyişdirilməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittihamın 2-ci epizodu üzrə və Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlləri az ağır cinayətlər hesab olunduqlarından, həmin cinayətlərin törədildiyi 2015-ci il tarixdən CM-nin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittihamın 2-ci epizodu üzrə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad olunmalı (CM-75, CPM-39.1.3) və cinayət işi üzrə icraata qeyd olunan hissədə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.3 və 403.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə məhkum olunmasına dair 1(101)-162/2022 saylı, 08 avqust 2022-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs3 xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirərək dələduzluq etməsi epizodu üzrə və Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməllərin törədildiyi gündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittihamın bu epizodu üzrə və AR CM-nin 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş əmələ görə cinayət məsuliyyətindən azad edilərək, cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 fevral 2015-ci il tarixdə şübhəli şəxs qismində tutulub 23 fevral 2015-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılaraq cəza çəkməsi üçün üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Anar İbrahimov Hakimlər: Mirzəli Abbasov Ramin Qaraqurbanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar