Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-83/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Hidayət oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mustafayeva Taclı Əbdüləhəd qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Müdafiəçilər – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, “Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi7, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 iştirakları ilə, xx xxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 32.5, 206.2, 228.4, 234.1, 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinib Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Qobustan Həbsxanasında cəza çəkən Təqsirləndirilən şəxs1, xx xxxxxx 1981-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən ünvansız fərdi evdə yaşamış, barəsində "həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx xxxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 4 ünvanında yaşamış, lakin məhkumluğu ödənilmiş, barəsində "həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 və xx xxxx 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, ünvan 5 ünvanında yaşamış, barəsində "həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 1(101)-422/2023 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri, həmçinin Müdafiəçi6 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə, Təqsirləndirilən şəxs2 və müdafiəçisi, Təqsirləndirilən şəxs4 müdafiəçisi, eləcə də Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Leyla Əsgərova-Məmmədova (sədrlik edən), Rasim Sadıxov, Novruz Kərimov) 07 avqust 2023-cü il tarixli, 1(101)-422/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs1 CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il 4 (dörd) ay müddətinə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CMnin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaqla 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, CM-nin 67.1-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini təşkil edən 4 il 8 ay 21 gün azadıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş qəti cəzaya qismən birləşdirilməklə üzərində 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 21 noyabr 2022ci il tarixdən hesablanmış, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaqla 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2022-ci il tarixdən hesablanmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs3 CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaqla 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2022-ci il tarixdən hesablanmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, CMin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs4 CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaqla 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, cəzaçəkmə müddətinin başlanğıcı 24 yanvar 2022-ci il tarixdən hesablanmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1 arvadı, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2, sonuncunun vasitəsi ilə isə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə cinayətkar qrupun İran İslam Respublikasında olan istintaqa məlum olmayan üzvləri tərəfindən Azərbaycan Respublikası gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ondan gizli təmiz çəkisi 1946,4 qram tiryək narkotik vasitəsini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinə və satış məqsədilə həmin narkotik vasitənin Azərbaycan Respublikası ərazisində əldə edilməsinə əvvəlcədən vəd verməklə köməklik etmişdir. Belə ki, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq İran İslam Respublikasında olan istintaqa məlum olmayan üzvlərinin tamah və satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməsi yolu ilə iki ədəd dairəvi formalı, metaldan olan avtomobil ehtiyat hissəsinin içərisinə yerləşdirilmiş, külli miqdarda, 1946,4 qram tiryək narkotik vasitəsinin saxlanılması və daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilib Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və digər şəxslərə çatdırılması üçün 22 yanvar 2022-ci il tarixdə İran İslam Respublikasının Astara şəhərinin Pəyəni qəsəbəsində cinayətlərin törədilməsindən xəbəri olmayan "Mercedes-Benz” markalı, 99HN868/99ZB089 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə beynəlxalq yükdaşımanı həyata keçirən Şahid12 verməklə 23 yanvar 2022ci il tarixdə, saat 13 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara” gömrük postunun yük şöbəsinin İdxal nəzarət xəttində qəsdən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, nəqliyyat vasitəsinə gömrük baxışı keçirilərkən həmin narkotik vasitə yük avtomobilinin dartıcısının iki oturacağının arasında olan avtomobil ehtiyat hissələrinin içərisindən aşkar edilərək götürülmüş, yük avtomobilinin sürücüsü qeyd edilən avtomobil ehtiyat hissələrinin Ələt qəsəbəsində ondan təhvil alınacağını bildirdiyindən Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri davam etdirilərək külli miqdarda narkotik vasitənin olduğu avtomobil ehtiyat hissələri yük avtomobilinin sürücüsünə təhvil verilməklə nəzarət qaydasında təyinatı üzrə Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yerləşən Beynəlxalq Dəniz Ticarət Limanına yola salınmış, Təqsirləndirilən şəxs2 qeyd edilən narkotik vasitəsini götürmək üçün cinayətkar qrupun üzvləri Təqsirləndirilən şəxs3 göstəriş vermiş, sonuncu Təqsirləndirilən şəxs4 idarə etdiyi "Opel” markalı, 77PB806 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə birlikdə qeyd edilən külli miqdarda narkotik vasitənin gizlədildiyi avtomobil ehtiyat hissələrini qəbul etmək üçün həmin gün saat 19 radələrində liman istiqamətindəki yolun əks tərəfinə gəlmiş, Təqsirləndirilən şəxs3 minik avtomobilindən düşərək yük avtomobilinə yaxınlaşıb narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra əməliyyatçılar tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs4 isə idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşmışdır. Hökmdən Təqsirləndirilən şəxs1 və müdafiəçisi tərəfindən apellyasiya şikayətləri, həmçinin Müdafiəçi6 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə, Təqsirləndirilən şəxs2 və müdafiəçisi, Təqsirləndirilən şəxs4 müdafiəçisi, eləcə də Təqsirləndirilən şəxs3 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Təqsirləndirilən şəxs1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hökmündən narazı olduğunu, barəsində ədalətsiz qərar qəbul edildiyini, ona verilmiş ittihamda özünü təqsirli bilmədiyini qeyd edib barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçisi verdiyi apellyasiya şikayətində və şikayətə əlavəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 1(101)- 422/2023-cü il tarixli ittiham hökmünü Təqsirləndirilən şəxs1 məhkum edilməsi hissəsində ləğv edərək onun barəsində bəraət hökmü çıxarilmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 məhkum edilməsi üçün cinayət işində sübutlar qismində yalnız Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi məhkəmə iclasında tədqiq edilmiş zidiyyətli, işin digər halları ilə təsdiq olunmayan ifadələrinə, Təqsirləndirilən şəxs1 ilə onun üzləşdirməsi protokoluna və Təqsirləndirilən şəxs1 ona 03 fevral 2022-ci il tarixli fotoşəkil üzrə tanınmaya təqdim etmə protokoluna istinad etmişdir. Məhkəmə ittiham hökmündə sübutlar qismində məhkəmədə ifadə verməkdən imtina etmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi, məhkəmə iclasında tədqiq edilmiş məhz hansı ifadəsinə istinad edildiyini göstərmir. Hökmdə qeyd olunur ki, Təqsirləndirilən şəxs2 həmin ifadələrində ona elan edilmiş ittihamla özünü təqsirli bilməmiş, məhkəmə iclasında ifadə verməkdən imtina etdiyinə görə Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi elan edilərək tədqiq edilən ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs2n hadisədən təxminən 2-3 gün əvvəl həmin ərəfədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 yanına getmiş, orada onunla görüşən zaman Anar bir şəxsin 23 yanvar 2022-ci il tarixdə İran İslam Respublikasından Ələt qəsəbəsinə traktor ehtiyat hissəsi gətirəcəyini deyib onu götürməyini xahiş etmiş və başqa bir şəxsin də həmin ehtiyat hissəsini ondan təhvil alacağını demişdir. Özü də Anara xəstə olduğunu, evdən çıxa bilməyəcəyini dedikdə Anar ona onda bu işlə bağlı Emillə danışmağını bildirmiş və ehtiyat hissəsini gətirən şəxsin, hazırda xatırlamadığı nömrəsini ona vermişdir. 23 yanvar 2022-ci il tarixdə, günorta vaxtı Emilə zəng edib Anarın deməsinə görə kiminsə Ələt qəsəbəsinə traktor ehtiyat hissəsi gətirəcəyini, ondan həmin ehtiyat hissəsini gedib götürməyini, lakin xəstə olduğu üçün onu götürə bilməyəcəyini dediyini, Anarın isə həmin ehtiyat hissəsini götürmək üçün Emilə deməyini bildirib Emildən Anarın dediyi ehtiyat hissəsini gedib götürməsini xahiş etmiş, Emil də ona problem olmadığını deyib ehtiyat hissəsini götürəcəyini demişdir. Özü də gizli nömrə ilə ehtiyat hissəsini gətirəcək şəxsə zəng edərək ondan ehtiyat hissəsini təhvil alacaq şəxs olduğunu bildirmiş və nə vaxt götürə biləcəyini soruşmuş, həmin şəxs də həmin gün saat 19 radələrində Ələt qəsəbəsində, limanın yaxınlığında olacağını demişdir. Bu barədə Emili məlumatlandırmış, o da həmin istiqamətdə yola düşmüşdür. Həmin gün, saat 19 radələrində Emil ona zəng edərək Limanın yaxınlığında olduğunu, orada heç kimin olmadığını demiş, özü də Emilə ehtiyat hissəsini gətirəcək şəxsin nömrəsini göndərmişdir. Bundan 2 saat sonra Rza ona zəng edərək Anara gələn yükü götürən şəxslərin tutulduqlarını bildirmiş, Rzadan yükü onun göndərib-göndərmədiyini soruşsa da, o, bu suala cavab verməmişdir. Sonradan Rza ilə danışmağa çalışsa da, Rza onun zənglərinə cavab verməmişdir. 24 yanvar 2022-ci il tarixdə, səhər saatlarında qorxduğu üçün yaşadığı evdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni telefondan çıxarıb qırdıqdan sonra salfetə bükərək sanitar qovşağa atıb sifonu çəkmişdir. 1 fevral 2022-ci il tarixdə saat 17 radələrində Anarın saxlanıldığı 15 saylı cəzaçəkmə müəssisənin qarşısında mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib onlarla birlikdə getməli olduğunu bildirmişlər. Bundan sonra Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs2, həmçinin ibtidai istintaqda 01 fevral 2022-ci il tarixdə şübhəli və 03 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, 2019-cu ilin yanvar ayında Nərimanov metrostansiyasının yaxınlığında təsadüf nəticəsində ya 1988, ya da 1989-cu ildə Bakıda anadan olmuş, Bakı şəhərində, Binəqədi rayonunun “Xutor” qəsəbəsi adlanan ərazisində dəqiq bilmədiyi ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və sevgi münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs1la tanış olduqdan 7-8 ay keçdikdən sonra həmin ilin sentyabr ayında onunla birlikdə yaşamağa başlamışdır. Anar həbs edilsə də, onunla münasibətləri davam etmiş, hətta 2021-ci ilin yay ayında Anarla rəsmi vətəndaş nikahına daxil olmuşlar. Təqsirləndirilən şəxs3 Şahid13 vasitəsilə tanımış, ona borc pul verməmiş, Şahid13 isə Təqsirləndirilən şəxs1 tutulmadığı dövrdə onunla tanış etmişdir. Təqsirləndirilən şəxs1 da Emili Şahid13 vasitəsilə tanıyıb. Rza adlı şəxslə və onun həyat yoldaşı ilə telefon əlaqəsini Təqsirləndirilən şəxs1 deməsilə saxlamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə 01 fevral 2022-ci İl tarixli “Şübhəli şəxsin dindirilməsi haqqında” protokolla (cild 2, vər.38-44), 03 fevral 2022-ci il tarixli, 20 iyul 2022-ci il tarixli və 20 oktyabr 2022-ci il tarixli təsirləndirilən şəxsi dindirmə protololları (cild 6, vər. 172-174, cild 4, vər. 226-228 və cild 2, vər. 83-88) ilə dindirilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 01 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 22 yanvar 2022-ci İl tarixdə saat 17-18 radələrində Anar onun istifadəsində olan 055 ***-**-** nömrəli telefonuna zəng edərək sabah, yəni 23 yanvar 2022-ci il tarixdə bir nəfər şəxsin traktor ehtiyat hissəsi gətirəcəyini deyib, onu götürməyini xahiş edib, başqa bir şəxsin də həmin ehtiyat hissəsini ondan təhvil alacağını deyib. O da Anara xəstə olduğunu, evdən çıxa bilməyəcəyini dedikdə Anar onda bu işlə bağlı Emillə danışmağını bildirib və ehtiyat hissələrini gətirən şəxsin hazırda xatırlamadığı nömrəsini ona verib (cild 2, vər.38-44). Cinayət işinə əlavə edilmiş AZ-ll 428998 nömrəli nikah haqqında şəhadətnaməyə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 21 oktyabr 2021-ci il tarixdən nikahlarını qeyd etdirmişlər, ər-arvaddırlar (cild 4, vər.). Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində dindirmə zamanı Cinayət-Prosessual Məcəlləsinin özünü və yaxın qohumlarını ifşa etməkdə sərbəstlik hüququnun olmasına dair 20-ci maddəsində nəzərdə tutulmuş hüquqları ona izah edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 03 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən də şübhəli şəxs qismində verdiyi yuxanda qeyd olunan ifadəsini təsdiq etmiş, yenə bildirmişdir ki, 22 yanvar 2022-ci il tarixdə saat 17-18 radələrində Anar onun istifadəsində olan 055 ***-**-** nömrəli telefonuna zəng edərək sabah, yəni 23 yanvar 2022-ci il tarixdə bir nəfər şəxsin traktor ehtiyat hissəsi gətirəcəyini deyib, onu götürməyini xahiş edib, başqa bir şəxsin də həmin ehtiyat hissəsini ondan təhvil alacağım deyib. O da Anara xəstə olduğunu, evdən çıxa bilməyəcəyini dedikdə Anar onda bu işlə bağlı Emillə danışmağını bildirib və ehtiyat hissələrini gətirən şəxsin hazırda xatırlamadığı nömrəsini ona verib (cild 2, vər. 85-88). Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 22 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 (şahid qismində) ilə üzləşdirmə zamanı 01 fevral və 03 fevral 2022-ci il tarixlərdə verdiyi ifadəni təsdiq edərək təkrar göstərib ki, 22 yanvar 2022-ci il tarixdə saat 17-18 radələrində Anar onun istifadəsində olan 055 ***-**-** nömrəli telefonuna zəng edərək sabah, yəni 23 yanvar 2022-ci il tarixdə bir nəfər şəxsin traktor ehtiyat hissəsi gətirəcəyini deyib, onu götürməyini xahiş edib, başqa bir şəxsin də həmin ehtiyat hissəsini ondan təhvil alacağını deyib. O da Anara xəstə olduğunu, evdən çıxa bilməyəcəyini dedikdə Anar onda bu işlə bağlı Emillə danışmağını bildirib və ehtiyat hissələrini gətirən şəxsin hazırda xatırlamadığı nömrəsini ona verib. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 03 fevral 2022-ci il dindirmə və 22 aprel 2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs1 İlə üzləşdirmə zamanı müstəntiq tərəfindən Cinayət-Prosessual Məcəlləsinin özünü və yaxın qohumlarını İfşa etməkdə sərbəstlik hüququnun olmasına dair 20-ci maddəsində nəzərdə tutulmuş hüququ ona izah edilməmişdir. İstintaq orqanı tərəfindən telefon zəngləri barədə verilmiş sorğuya "xxxx" MMC- dən daxil olmuş 12 aprel 2022-ci il tarixli BKC/LGL-6260/22 nömrəli məktuba əlavə edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 22 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan 055 ***-**-** nömrəsinə zəng etməmiş, Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan 01 və 03 fevral, 22 aprel 2022-ci il tarixli dindirmələr və üzləşdirmə zamanı Anarın cinayətdə iştirakı barədə yalan ifadələr vermişdir. İstintaqda müəyyən edildiyinə görə Təqsirləndirilən şəxs1 həmişə 15 saylı cəzaçəkmə müəssisəsinin telefonlarından istifadə etmişdir. Təqsirləndirilən şəxs2 yalanı ifşa olunduqdan sonra, yəni 20 iyul 2022- ci il tarixdə yenidən təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsini dəyişmiş, „Baksell” MMC-dən daxil olmuş telefon zəngləri məlumatına uyğunılaşdıraraq müstəntiqin sualına cavab olaraq məsuliyyətdən yaxa qurtarmaq, Anarın cinayətin iştirakçısı olmasına inam yaratmaq məqsədilə bu dəfə belə ifadə vermişdir: “Ola bilər ki, mən həyəcandan onun mənə zəng edib Ələt qəsəbəsinə ehtiyat hissəsini götürməyi tapşırdığını demişdim. Amma dəqiq xatırlayıram ki, hadisədən ya 2-3 gün qabaq Anarın yanına gedəndə o, mənə bildirdi ki, İran İslam Respublikasından traktor ehtiyat hissələrinin gələcəyini bildirib, həmin ehtiyat hissəsini gətirən sürücünün nömrəsini verdi, məndən onu götürüb özümdə saxlamağımı və bir nəfərin gəlib onu məndən götürəcəyini dedi. Mən ehtiyat etdiyim üçün ondan təkrar-təkrar birdən narkotik vasitə olub-olmadığını soruşdum, o isə narahat olmamağımı həqiqətən traktor ehtiyat hissəsinin olduğunu və kiminsə gəlib məndən götürəcəyini bildirdi. Mən də ona inanıb razılaşdım, sonra başıma bu hadisələr gəldi. Sonradan yenə onun yanına gedib dediyi traktor ehtiyat hissəsinə görə Emilin tutulduğunu bildirdim. Anar isə dedi ki, ,.tutulubtutulub da, narahat olma sənin adını çəkən deyil”. Mən də ondan “dəmirə görə adam tutmazlar” deyib onun içərisində nə olduğunu soruşdum, o isə təkrar-təkrar “narahat olma” deyib normal cavab vermədi, hətta təkzib etdi ki, gedib bir-neçə gün rayonda qalım və o mənə xəbər edəndə gəlim. 20 oktyabr 2022-ci il tarixdə dindirilərkən 20 iyul 2022-ci il tarixli ifadəsinə oxşar ifadə vermişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 əvvəlki dindirmələrdə və üzləşdirmə zamanı Anarın ona guya traktor ehtiyat hissələrini götürməsini telefonla dediyini bildirsə də yalanının açıldığını gördükdə 20 iyul 2022-ci il tarixli dindirmə zamanı Anarın ona bu barədə guya hadisədən 2-3 gün əvvəl onun yanında olarkən dediyini göstərir. Bu dəfə dəqiq ifadə verdiyini göstərir. Halbuki, əvvəlki ifadələrində də ifadəsinin düzgün yazıldığını və düzgünlüyünü öz imzası ilə təsdiq edib. İnandırıcı deyil ki, hadisədən cəmi 9-12 gün sonra verdiyi ifadədələrini sonradan, yəni 6 ay sonra dəqiqləşdirərək daha düzgün ifadə verib. Əslində Təqsirləndirilən şəxs2 həmin ifadəni verərkən də yenə məsuliyyətdən yaxa qurtarmaq, özünün əvəzinə Anarın cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmaq istəyi əsas rol oynayıb. Görünür ifadəsini “dəqiqləşdirməkdə” müstəntiqin rolu da az olmayıb. Müstəntiqin əsas məqsədi Anara veriləcək ittihamın məhkəmədən keçirilməsinə, ittiham hökmünün keçirilməsinə nail olmaq olub. Ona görə də, müstəntiq cinayət işi üzrə bir sıra məlum xüsusatları Anarın xeyrinə qiymətləndirməyib. Məsələn, Təqsirləndirilən şəxs2 qızı tərəfindən cavab verilmiş ***-***- **-** nömrəli mobil telefonuna baxış keçirilərkən müəyyən edilmişdir ki, 31 yanvar 2023-cü il tarixdə saat 14:00 dan saat 14:06-dək olan vaxt ərzində aparılmış yazışmalar zamanı telefonun nömrə bölməsində adı “Cəmilə bibiqızı” kimi qeyd olunmuş şəxsdən qızına ünvanlanmış “Yaxşı anam. Dedim də ona uzaq ol bu zibillərdən” məzmunlu mesaj daxil olmuşdur. Əslində bu mesajda Təqsirləndirilən şəxs2 özü nəzərdə tutulsa da, Təqsirləndirilən şəxs2 ifadəsində müstəntiqin sualına cavab olaraq guya bu mesajla əvvəllər Anardan uzaq durması barədə ona xəbərdarlıq edilməsinin nəzərdə tutulduğunu bildirilmişdir. İş materiallarında Təqsirləndirilən şəxs2 özünün bilavasitə cinayətdə iştirakını təsdiq edən, təqsiri qəsdən Anarın üzərinə atmağa çalışdığını sübut edən dəlillər vardır. İstintaq orqanı Təqsirləndirilən şəxs1 hazırkı cinayətin iştirakçısı kimi cinayət məsuliyyətinə cəlb etmək üçün prosessual qanunvericiliklə yol verilməyən qaydada sübutların toplanması üsulundan istifadə edib. Belə ki, 03 fevral 2022-ci il tarixli fotoşəkil üzrə tanınmaya təqdim etmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 fotoşəkili arvadı Təqsirləndirilən şəxs2 tanınmaya təqdim edilərkən o, Təqsirləndirilən şəxs1 foto şəklini 3 nəfərin şəklinin arasından tanımış və protokola “ifadələrimdə göstərdiyim, içərisindən narkotik vasitə aşkar olunan ehtiyat hissəsini gedib götürməyi mənə tapşıran Təqsirləndirilən şəxs1 foto cədvəldə 2 rəqəmi ilə nömrələnmiş fotoşəkildəki şəxsdir” deyə protokola qeyd vermişdir (Cild 2, iş vərəqə 91-93). Bu istintaq təcrübəsində görünməmiş istintaq metodudur. Deyərdik ki, bu ədalət mühakiməsini ələ salmaqdır. Təqsirləndirilən şəxs1 kimliyi, 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyi məlum olduğu halda öz arvadına şəkillə tanınmaya təqdim edilib. Qanunsuz yolla əldə edilmiş bu sənəddən həm istintaq, həm də məhkəmə zamanı Təqsirləndirilən şəxs1 cinayətdə iştirakını sübut edən dəlil kimi istifadə olunub. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 cinayətdə iştirakı, işin onunla bağlı halları barədə göstərdiyi bir çox xüsusatlar ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 özünün, digər təqsirləndirilən şəxslərin verdikləri ifadələrlə təkzib edilib, yalan olduğu aydınlaşıb. İstintaq orqanı Təqsirləndirilən şəxs2 istintaqda verdiyi, bir-birini təkzib edən ziddiyyətli, mötəbərliliyi ciddi şübhə doğuran ifadələrindən başqa Anar Namzovun cinayətdə iştirakını təsdiq edən sübutlar müəyyən edilməyib. Təqsirləndirilən şəxs1 digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tanıması ibtidai və məhkəmə istintaqları zamanı mötəbər sübutlarla təsdiq edilməmişdir. İbtidai istintaq dövründə və məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, onun barəsində istintaq düzgün aparılmamışdır. Hazırda o, CM-in 234-cü maddəsi ilə məhkum olunduğuna görə cəza çəkir. Onun hazırki cinayət işindən və 10 ay davam etmiş istintaqdan xəbəri olmamışdır. İttiham olunan cinayətlərlə bağlı heç bir sübut, o cümlədən telefon danışıqlarına dair məlumatlar mövcud deyildir. Tutulanların heç birini tanımır, onlarla heç vaxt telefon danışığı aparmamış, ümumiyyətlə ünsiyyəti olmamışdır. Emilin onun yanına görüşə gəlməsi və hər hansı əşya gətirməsi də həqiqəti əks etdirmir. İstintaq dövründə də araşdırılmışdır ki, bu adda olan adam onun yanına gəlməmişdir. Həbsxanaya gələn istənilən şəxsdən şəxsiyyət vəsiqəsi tələb edilir və bu barədə qeydiyyat aparılır. Həmçinin, Rza adlı şəxsi tanımır və onun yanına gəlməmişdir. Cəza almamışdan əvvəl, İranla əlaqəsi olmuş, orada tutulmuşdur. Lakin Rza adlı şəxsi orada görməmişdir. Cəzaçəkmə müəssisəsində İranla yaxınlığı olan adamı tanımır. Cəzasını 15 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. Təqsirləndirilən şəxslərdən yalnız Baxtiləni tanıyır. Baxtilə görüş günlərində - ayda bir dəfə onun yanına gəlmiş, onunla telefonla danışmışdır. Bəxtilə onun azadlıqda olan işlərinin heç birində kömək etməmişdir. Baxtilənin Emillə tanışlığı Şahid13 vasitəsilə olmuşdur. 2020-ci ildə tutulmuş, Şahid13 isə təzə tutulmuşdur. Onun traktor hissəsi ilə, o cümlədən Baxtilənin həmin ehiyat hissəsini götürməsi, ona zəng gəlməsi və zəngdə İrandan gələn ehtiyat hisssəsi ilə bağlı xəstə olduğuna görə limana gedə bilməməsi barədə məlumatı yoxdur. Baxtilə ilə ədavəti, düşmənçiliyi olmamışdır. Baxtilə ilə bir ildir ki rəsmi qaydada nigaha daxil olmuşdur. Bu müddət ərzində Baxtilə onun yanına gəlmiş,ərzaq gətirmişdir. Baxtilənin onunla ədavətinin olub-olmadığını, nəyə görə İran Respublikasından göndərilən ehtiyat hissəsinin götürülməli olmasını Anarın ona deməsi məzmununda ifadələr verməsinin səbəbini bilmir. Baxtilənin onun olduğu cəzaçəkmə müəssisəsində başqa şəxslə görüşü olmamışdır. Baxtilənin cəzaçəkmə müəssisəndə və ondan kənarda olan tanışlarından Şahid13lə tanışlıq münasibəti var. Şahid13 əslən İranlı olan Rzaya görə tutulmuşdur. Şahid13 vasitəsilə Baxtiləyə nəsə söz çatdırmamışdır. Baxtilə ilə hər gün 10 dəfə danışmışdır. Aralarında narkotik vasitə ilə bağlı heç bir söhbət olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 verilən suallara cavab verərkən bildirmişdir ki, Təqsirləndirilən şəxs2 “Gülüm Gəncə” adlı şəxslə barəsində danışdığı Sevinc xanım Rüfət adlı cəzaçəkmə müəssisəsindən tanıdığı şəxsin yoldaşıdır. Baxtilənin Sevincin tanış etdiyi “Gülüm Gəncə” adı ilə telefonda qeyd etdiyi şəxslə danışıq zamanı bütün bunların Baxtilənin başına onun açmağını qeyd etməsinin səbəbi Şahid14 Baxtiləni Anarın karsdan çıxarılması məqsədilə pul verilməsi üçün oraya çağırtdırması olmuşdur. Nə Təqsirləndirilən şəxs3, nə Təqsirləndirilən şəxs4, nə iranlı şəxsi tanımamışdır. Belə ki, cəzaçəkmə müəssisəsində İran nömrəsi ilə əlaqə saxlanılması imkan xaricindədir, “whats up” tətbiqi proqramı olması üçün də mobil telefonlardan istifadəyə yol verilmir. Həmin şxsləri bir-birilə tanış edən şəxs Şahid13 olmuşdur. O özü də Təqsirləndirilən şəxs2 ilə nikaha girdikdən sonra onun adının Elnarə olmadığını bilmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə üzləşdirmə zamanı da cinayətdə iştirak etmədiyini, Rza adlı şəxsi tanımadığını bildirmişdir. İbtidai istintaqda və məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 “Əxi Anar” vasitəsilə tanıdığını bildirmişdir. “Əxi Anar” dedikdə Təqsirləndirilən şəxs1 nəzərdə tutmur. Təqsirləndirilən şəxs1 ilk dəfə məhkəmədə görmüşdür. Baxtilənin həbsxanada övladı olması səbəbindən ona maddi köməklik göstərirlər. “Əxi Anar” Baxtiləni onlara Elnarə olaraq tanıtmış və Baxtilə ilə tanışlığının xırdalıqları barədə əxi Anarla onun arasında hər hansı söhbət olmamışdır. Zərurət olduğu təqdirdə Baxtilənin oğluna maddi kömək etməklə kifayətlənməmiş, ehtiyacı olan predmetləri də ona təqdim etmişdir. “Əxi Anar” hal-hazırda tutulsa da, Baxtilə ilə onu tanış edən zaman azadlıqda olmuşdur. Belə ki “Əxi Anar” Baxtilə ilə onu tutulmamışdan 7- 8 ay əvvəl tanış etmişdir. Ehtiyat hissəsini ona götürmək lazım olduğunu Baxtilə demişdir, belə ki sonuncu nəvəsinin yanında olduğundan götürməli olduğu ehtiyat hissəsinin arxasınca getməyi ona tapşırmışdır. Baxitlənin nə işlə məşğul olması barədə heç bir məlumata malik deyil, sadəcə insan kimi oğlunun həbsxanada olması ilə əlaqədar ona kömək etmişdir. Özü uzun müddətdir ki, narkotik vasitədən istifadə edir. Narkotik vasitələrdən istifadə etməsi ilə əlaqədar 7 dəfə məhkum olunmuşdur. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və satışla əlaqədar məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxslərdən həmçinin taksi sürücüsü qismində Tariyeli tanımış, onun harada yaşamasından ümumiyyətlə xəbəri olmamışdır. Tutulana qədər “Zavağzalnıda” yaşamış, taksi xidmətinə ehtiyacı olduğu hallarda Tariyellə əlaqə saxlamışdır. Aralarındakı münasibətlər də taksi - müştəri xidmətlərindən kənara çıxmamışdır. Tərəfindən narkotik, vasitəni tanıdığı şəxslərdən əldə edilsə də Azərbaycan Respublikasından kənarda olan şəxslərdən narkotik vasitə almamışdır. “Əxi Anarın” narkotik vasitə istifadə edib-etmədiyini bilmir, “Əxi Anar” onun yanında narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə əldə edib-etmədiyini bilmir. “Əxi Anar” onu Baxtilə ilə tanış etdikdən sonra sərbəst şəkildə Baxtilə ilə əlaqə saxlamışdır. Baxtilə kömək lazım olanda onunla əlaqə saxlamışdır. O da elə olubdur ki, Baxtilədən pul götürmüşdür. Baxtilənin ona dediyi ehtiyat hissəsini axşam saat 6-da Ələtdən, tır şoferindən götürməli idi. Baxtilədən maşın ehtiyat hissəsini hansı səbəblərdən əldə etdiyini soruşmamışdır. Həmin ehtiyat hissəsini görməmişdir. Ələtə onu aparması üçün Tariyeli çağırmış, ehtiyat hissəsi balaca əşya olduğuna görə onun Tariyelin maşınına yerləşəcəyini fikirləşmişdir. Həm də fikirləşmişdir ki, əgər həmin ehtiyat hissəsi böyük ölçüdə olsaydı ona böyük maşınla getməsi tapşırılardı. Gediş üçün xidmət haqqı 60 manat müəyyənləşdirmişlər. Həmin xidmət haqqını Baxtilədən alacağını düşünməmiş, Baxtilənin evinin ünvanını tanımamış, ehtiyat hissəsini Baxtiləyə çatdırılması yerini müəyyən etməmişlər. Ələtə gələn zaman sürücü ilə görüşdükdən sonra yükü götürəndə tutulmuş və onu Gömrük İdarəsinə gətirmişdirlər. Maşın ehtiyat hissəsi yumru dəmir parçasına bənzəmişdir. Maşın ehtiyat hissəsinin mənbəyi və onun haradan gəlməsi ilə bağlı məlumatı olmamışdır. Maşın ehtiyat hissəsini götürməkdə xeyri olmamış, hadisə günü üzərindən aşkar edilmiş pul qəbzi ilə əlaqədar onu qeyd edir ki, həmin pul vəsaiti Baxtilədən aldığı 200 manat borcdan 100 manatının qaytarılması ilə bağlı olmuşdur. Maşın ehtiyat hissəsini götürmək üçün Baxtiləyə kömək etməsinin onun verdiyi borca aidiyyatı olmamışdır. Tır sürücüsü Əkbərlə görüşənə qədər aralarında bir dəfə telefon danışığı olmuşdur. Tır sürücüsü ilə əlaqə saxlamasını Tariyeldən xahiş etmişdir. Getməli olduğu yeri ona tır sürücüsü izah etməli idi. Sürücü ehtiyat hissəsini ona maşının baqajından təqdim etməli idi. Lakin maşın ehtiyat hissəsinin dəqiq tırın hansı hissəsindən çıxarıldığını görməmişdir.Baxtİlənin adının Elnarə olduğunu tutulandan sonra bilmişdir. Sonuncu ilə ictimai yerdə oturmamışdır, Baxtilə ilə əvvəllər öz tanışları ilə 1-2 dəfə görüşmüşdür. Ələtə Tariyellə getməsini ona Baxtilə tapşırmamışdır. Sürücü ilə Tariyelin danışmasının səbəbi onun telefonunda “whats up” tətbiqi proqramının olmaması, bu səbəbdən “whats up” vasitəsi ilə zəng edə bilməməsi, habelə sürücü Tariyel olduğundan yolun başa düşülən şəkildə sonuncuya izah edilməsi olmuşdur. Heybətov X10 Baxtilə ilə 20 iyul 2022-ci il tarixli üzləşdirmə zamanı da istintaqda verdiyi ifadəsinə uyğun ifadə vermişdir. İbtidai istintaqda və məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs4 dərzi işlədiyini, boş vaxtlarında taksi xidməti kimi fəaliyyət göstərdiyini, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs3 tanıdığını, onunla da hadisədən 4-5 ay əvvəl taksi xidməti ilə əlaqədar “28 may” metrostansiyası tərəfdə tanış olduğunu, bundan sonra münasibətlərinin yarandığını, birlikdə “nəşə” çəkdiklərini, Təqsirləndirilən şəxs3la başqa münasibətlərinin olmadığını bildirmişdir. Daha sona qeyd etmişdir ki, Azərbaycan prospektində taksi xidməti kimi dayandığı bazar günü Emil ona 17-18 radələrində zəng edərək ona ehtiyat hissəsi götürmək üçün Ələtə getməli olduğunu, Ələti tanıyıb-tanımadığını soruşmuş, o, da tanıdığını bildirmişdir.Xidmət haqqı kimi əvvəlcə 80 manat, daha sonra 60 manat məbləği razılaşmışlar. Emil yolda yatdığından Ələtə çatana qədər aralarında hər hansı söhbət olmamışdır.Ehtiyat hissəsinin haradan gəlməsini, tır ilə gətirilməsini, niyə Ələtə gətirilməsini bilməmiş, onu ancaq ödəniləcək xidmət haqqının məbləği maraqlandırmışdır. Ələtə çatanda Emildən konkret hara gedəcəyini soruşmuş, sonuncu telefonla kimsə ilə yazışdıqdan sonra ona konturunun olub-olmamasını soruşmuş, o isə konturunun olduğunu bildirdikdən sonra telefon nömrəsinin qeyd edilməsini və həmin nömrəyə zəng edilməsini xahiş etmişdir. Emilin dediyi nömrəyə zəng etmiş, ehtiyat hissəsi götürməyə gəldiyini bildirmiş, nömrənin sahibindən harada olmasını soruşmuş, sonuncu isə onun sualını dəniz limanın yanında olmasını bildirmişdir. Dəniz limanında əlaqə saxladıqları şəxsə yaxınlaşanda 7-8 nəfər Emili yıxmış, o, həyəcandan maşını sürüb getmişdir. Bundan başqa Təqsirləndirilən şəxs4 hadisədən sonra Bakıya qayıtdığını və həmin gün əməliyyatçılardan ona zəng gəldiyini, lakin sonradan ona zəng edən şəxslərin əməliyyatçı olduqlarını bildyini, özünə arxayın olduğundan və bu işlə əlaqəsi olmadığından əməliyyatçılara bir gün sonra gələcəyini söylədiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 tanımadığını, Baxtilə Məmmmədovanı “28 may” metrostansiyası tərəfdə Emilin yanında uzaqdan gördüyünü, Təqsirləndirilən şəxs2 Elnarə kimi tanınmasından xəbəri olmadığını bildirmişdir. Telefonuna baxış keçirilməsi zamanı aşkar edilən bank kartı şəkilləri qızlarına və anasına, bacanaqlarına, habelə Ülvi və Vüsala aid olmuşdur. Emil və Vüsalın kartının onda olmasının səbəbi Vüsaldan nəşə almağı ilə əlaqədar olmuşdur. İranlı şəxsdən heç vaxt heçnə almamışdır.İstintaq zamanı müstəntiqə Emillə nəşə ilə bağlı əlaqəsinin olmasını bildirmiş, Təqsirləndirilən şəxs2 yerini deməsi üçün ona təzyiq edərək döymüşlər. Ehtiyat hissəsinin isə İran ərazisindən gəldiyini bilməmişdir. Hazrkı cinayət işi başlananadək Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə başqa hökmlə azadlıqdan məhrum edilərək həbsdə olması istintaq və məhkəmə orqanının ona qarşı qərəzinin yaranmasına, onların ədalətsiz mövqedə dayanmalarına təsiri olmuşdur. Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində ona verilmiş ittiham üzrə təqsiri olmadığını qeyd edərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi verdiyi apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 1(101)-422/2023-cü il tarixli ittiham hökmünü Təqsirləndirilən şəxs2 təqsirli bilinməsinə dair hissəsində ləğv edərək onun barəsində bəraət hökmünün çıxarilmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında ifadə verməkdən imtina etdiyinə görə Təqsirləndirilən şəxs2 elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisədən təxminən 2-3 gün əvvəl həmin ərəfədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 yanına getmiş, orada onunla görüşən zaman Anar bir şəxsin 23 yanvar 2022-ci il tarixdə İran İslam Respublikasından Ələt qəsəbəsinə traktor ehtiyat hissəsi gətirəcəyini deyib onu götürməyini xahiş etmiş və başqa bir şəxsin də həmin ehtiyat hissəsini ondan təhvil alacağını demişdir. Özü də Anara xəstə olduğunu, evdən çıxa bilməyəcəyini dedikdə, Anar ona bu işlə bağlı Emillə danışmağını bildirmiş və ehtiyat hissəsini gətirən şəxsin, hazırda xatırlamadığı nömrəsini ona vermişdir. 23 yanvar 2022-ci il tarixdə, günorta vaxtı Emilə zəng edib Anarın deməsinə görə kiminsə Ələt qəsəbəsinə traktor ehtiyat hissəsi gətirəcəyini, ondan həmin ehtiyat hissəsini gedib götürməyini, lakin xəstə olduğu üçün onu götürə bilməyəcəyini dediyini, Anarın isə həmin ehtiyat hissəsini götürmək üçün Emilə deməyini bildirib Emildən Anarın dediyi ehtiyat hissəsini gedib götürməsini xahiş etmiş, Emil də ona problem olmadığını deyib ehtiyat hissəsini götürəcəyini demişdir. Özü də gizli nömrə ilə ehtiyat hissəsini gətirəcək şəxsə zəng edərək ondan ehtiyat hissəsini təhvil alacaq şəxs olduğunu bildirmiş və nə vaxt götürə biləcəyini soruşmuş, həmin şəxs də həmin gün saat 19 radələrində Ələt qəsəbəsində, limanın yaxınlığında olacağını demişdir. Bu barədə Emili məlumatlandırmış, o da həmin istiqamətdə yola düşmüşdür. Həmin gün, saat 19 radələrində Emil ona zəng edərək Limanın yaxınlığında olduğunu, orada heç kimin olmadığını demiş, özü də Emilə ehtiyat hissəsini gətirəcək şəxsin nömrəsini göndərmişdir. Bundan iki saat sonra Rza ona zəng edərək Anara gələn yükü götürən şəxslərin tutulduqlarını bildirmiş, Rzadan yükü onun göndərib-göndərmədiyini soruşsa da, bu suala cavab verməmişdir. Sonradan Rza ilə danışmağa çalışsa da, Rza onun zənglərinə cavab verməmişdir. 24 yanvar 2022-ci il tarixdə, səhər saatlarında qorxduğu üçün yaşadığı evdə istifadəsində olan 055-392-30- 24 saylı mobil nömrəni telefondan çıxarıb qırdıqdan sonra salfetə bükərək sanitar qovşağa atıb sifonu çəkmişdir. 01 fevral 2022-ci il tarixdə saat 17 radələrində Anarın saxlanıldığı 15 saylı cəzaçəkmə müəssisənin qarşısında mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib onlarla birlikdə getməli olduğunu bildirmişlər. Bundan sonra Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə gətirilmişdir. Məhkəmə istintaq zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 Baxtilənin yalan danışdığını və guya traktor ehtiyyat hisəəsinin onun tərəfindən götürülməni Baxtiləyə deməmişdir və Baxtilənin adını Elnarə olduğunu sonradan nikaha girərkən adını Baxtilə olduğunu bilmişdir. Halbuki, Təqsirləndirilən şəxs2 Anarın yanına yəni 15 saylı cəza çəkmə müəssisənə gələrkən onun şəxsiyyət vəsiqəsi tələb olunur və orada kimin görüşə gəldiyi barədə məlumat verilir. Daha sonra istintaq zamanı ifadə vermiş Şahid9 məhkəmə istintaqı zamanı ifadə verərkən məlum olmuşdur ki, müstəntiq tərəfindən saxtalaşdırılb və ifadəsini təqsiq etmədi. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci ildə tutulsa da, digər təqsirləndirilən şəxslər xx.xx.2022-ci ildə tululmuşlar. Lakin Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il və xx.xx.2023cü il tarixdə 15 saylı cəza çəkmə müəssisəsinə Təqsirləndirilən şəxs1 yanında olmuşdur və oğlunun yanında yetkinlik yaşına çatmayan şəxslərin saxlanılan cəza çəkmə müəssisəndə olmuşdur. Təqsirləndirilən şəxs1 bu faktı təstiq etmişdir. Təqsirləndirilən şəxs1 dəfələrlə məhkumluq həyatı yaşayıb və sonuncu dəfə CM-nin 206.2, 234.4.1,234.4.3-cü maddələri ilə məhkum olunub. Məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi olmadığı üçün bəraətverici əsaslarla hökm çıxarılmalıdır. Təqsirləndirilən şəxs4 müdafiəçisi verdiyi apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 1(101)-422/2023-cü il tarixli ittiham hökmünü Təqsirləndirilən şəxs4 təqsirli bilinməsinə dair hissəsində ləğv edərək onun barəsində bəraət hökmü çıxarilmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ittiham tərəfi heç bir dəlil və ya sübut gətirmədən, yalniz mülahizə və əsassız şübhə və etimallara söykənərək ağır ittiham irəli sürmüşdür. Həmin ittiham yalnız hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs4 fiziki və mənəvi təsir altında əvvəllər tanıdığı və onun etibarından sui-istifadə edərək istintaqın xeyrinə ifadəni tərtib edən müstəntiq Ülvi Əliyev tərəfindən alınmışdır. İstintaqda verilən ifadələrin Təqsirləndirilən şəxs4 tərəfindən fiziki və mənəvi təsir altında verməsini təsdiq edən kifayət qədər faktlara birinci instansiya məhkəməsi tərəfindən lazımi diqqət yetirilməmiş və münasibət bildirilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində istintaqı aparılan zaman dindirilən təqsirləndirilən şəxs Namazov X17 Tariyeli tanımadığını və onunla heç bir iş birliyi və ya hər hansısa şövdələşməsinin olmadığını təsdiqləmişdir. xx.xx.2023-cü il tarixdə məhkəmə istintaqı aparılan zaman dindirilən təqsirləndirilən şəxs X2, Təqsirləndirilən şəxs4 tanımadığını, bir dəfə uzaqdan Təqsirləndirilən şəxs3 yanında gördüyünü bildirərək Tariyel ilə heç bir iş birliyi və ya hər hansısa şövdələşməsinin olmadığını təsdiqləmişdir. Təqsirləndirilən şəxs2 ilkin ifadələrində Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs3 yaşadığı mənzildə bir neçə dəfə görüşdüklərini və narkotik vasitə qəbul etmələrini yalan olduğunu, müstəntiq tərəfindən uydurulduğunu və onun ifadəni təzyiq altında imzaladığını bildirdi. xx.xx.2023-ci il tarixdə məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs4 güya narkotik vasitə götürməyə getdiklərini təkzib edərək ifadəsinin onun sözlərinə uyğun yazılmadığını və sonuncu ilə taksi sürücüsü və müştəri münasibətləri olduğunu vurğuladı. Hadisə olan gün Təqsirləndirilən şəxs4 ilə 60 manat müqabilində traktor ehtiyat hissəsi götürməyə getdiyini təsdiqlədi. Məhkəmə istintaqı aparılan zamanı 07.04 2023-cü il tarixdə dindirilən şahid Bayramov X20 Tariyel ilə Təqsirləndirilən şəxs2 onun yaşadıqları mənzildə bir neçə dəfə görüşdüklərini və narkotik vasitə qəbul etdiklərini təkzib edərək, istintaq zamanı ifadəsinə yazılanların həqiqət olmamasını və müstəntiq tərəfindən hədə-qorxu gələrək imzalamağa məcbur edilməsini səbəb göstərmişdir. İbtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə birinci instansiya məhkəməsi tərəfindən birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi əsaslı olmamışdır. Həqiqətən təqsirləndirilən şəxsin təhqiqat zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, şübhəli şəxs qismində dindirilərkən ona elan olunmuş ittihamın məzmununa oxşar ifadə vermişdir. Lakin, istintaqın sonrakı mərhələsində təqsirləndirilən şəxs onun hüquqlarını müdafiə etmək əvəzinə ittiham tərəfinin mövqeyindən çıxış edən iki vəkildən imtina etmək məcburiyyətində qalmışdır. Hər iki vəkil təqsirləndirilən şəxsin xeyrinə hər hansı fəaliyyəti ümumiyyətlə olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi və başqa vəsatətləri olmamışdır), onların fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuşdur. Bu səbəbdən yeni müqavilə bağladığı vəkilin iştirakı ilə təkrar dindirilmək istədiyini ərizələrində də qeyd etmişdir. Yalnız yekun ittiham elan olunmamışdan əvvəl müstəntiq onu dindirmək məcburiyyətində qalmışdır. X18 ifadəsində göstərilən vacib məqamlar nə araşdırılmış nə də ki münasibət bildirilmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ifadəsini dəyişmiş, ilkin ifadəsini təzyiq və təsir nəticəsində imzaladığını göstərmişdir. Təqsirləndirilən şəxs3 müdafiəçisi verdiyi apellyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli 1(101)-422/2023-cü il tarixli ittiham hökmünü ədalətsiz hesab etdiyini qeyd edib həmin hökmün dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 apellyasiya şikayətini dəqiqləşdirərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4, eləcə də onların müdafiəçiləri verilmiş şikayətlərə uyğun apellyasiya şikayətlərinin təmin edilməsini, dövlət ittihamçısı təqsirləndirilən şəxslər və onların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilmədən, hökmün isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətlərində göstərilən məsələlərə aydınlıq gətirilməsi məqsədi ilə iş üzrə qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 1(101)-422/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya şikayətlərindən göründüyü kimi, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri hər bir təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək təqsirləndirilən şəxslərin CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli olmaları qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, onun barəsində istintaq düzgün aparılmamışdır. Hazırda o, CM-in 234-cü maddəsi ilə məhkum olunduğuna görə cəza çəkir. Onun hazırki cinayət işindən və 10 ay davam etmiş istintaqdan xəbəri olmamışdır. İttiham olunan cinayətlərlə bağlı heç bir sübut, o cümlədən telefon danışıqlarına dair məlumatlar mövcud deyildir. Tutulanların heç birini tanımır, onlarla heç vaxt telefon danışıq aparmamış, ümumiyyətlə ünsiyyəti olmamışdır. Emilin onun yanına görüşə gəlməsi və hər hansı əşya gətirməsi də həqiqəti əks etdirmir. İstintaq dövründə də araşdırılmışdır ki, bu adda olan adam onun yanına gəlməmişdir. Həbsxanaya gələn istənilən şəxsdən şəxsiyyət vəsiqəsi tələb edilir və bu barədə qeydiyyat aparılır. Həmçinin, Rza adlı şəxsi tanımır və onun yanına gəlməmişdir. Cəza almamışdan əvvəl, İranla əlaqəsi olmuş, orada tutulmuşdur. Lakin Rza adlı şəxsi orada görməmişdir. Cəzaçəkmə müəssisəsində İranla yaxınlığı olan adamı tanımır. Cəzasını 15 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. Təqsirləndirilən şəxslərdən yalnız Baxtiləni tanıyır. Baxtilə görüş günlərində - ayda bir dəfə onun yanına gəlmiş, onunla telefonla danışmışdır. Baxtilə onun azadlıqda olan işlərinin heç birində kömək etməmişdir. Baxtilənin Emillə tanışlığı Şahid13 vasitəsilə olmuşdur. 2020-ci ildə tutulmuş, Şahid13 isə təzə tutulmuşdur. Onun traktor hissəsi ilə, o cümlədən Baxtilənin həmin ehiyat hissəsini götürməsi, ona zəng gəlməsi və zəngdə İrandan gələn ehtiyat hisssəsi ilə bağlı xəstə olduğuna görə limana gedə bilməməsi barədə məlumatı yoxdur. Baxtilə ilə ədavəti, düşmənçiliyi olmamışdır. Baxtilə ilə 1 ildir ki rəsmi qaydada nigaha daxil olmuşdur. Bu müddət ərzində Baxtilə onun yanına gəlmiş, ərzaq gətirmişdir. Baxtilənin onunla ədavətinin olub-olmadığını, nəyə görə İran Respublikasından göndərilən ehtiyat hissəsinin götürülməli olmasını Anarın ona deməsi məzmununda ifadələr verməsinin səbəbini bilmir. Baxtilənin onun olduğu cəzaçəkmə müəssisəsində başqa şəxslə görüşü olmamışdır. Baxtilənin cəzaçəkmə müəssisəndə və ondan kənarda olan tanışlarından Şahid13lə tanışlıq münasibəti var. Şahid13 əslən İranlı olan Rzaya görə tutulmuşdur. Şahid13 vasitəsilə Baxtiləyə nəsə söz çatdırmamışdır. Baxtilə ilə hər gün 10 dəfə danışmışdır. Aralarında narkotik vasitə ilə bağlı heç bir söhbət olmamışdır. Verilən suallara cavab verərkən bildirmişdir ki, Təqsirləndirilən şəxs2 "Gülüm Gəncə” adlı şəxslə barəsində danışdığı Sevinc xanım Rüfət adlı cəzaçəkmə müəssisəsindən tanıdığı şəxsin yoldaşıdır. Baxtilənin Sevincin tanış etdiyi "Gülüm Gəncə” adı ilə telefonda qeyd etdiyi şəxslə danışıq zamanı bütün bunların Baxtilənin başına onun açmağını qeyd etməsinin səbəbi Şahid14 Baxtiləni Anarın karsdan çıxarılması məqsədilə pul verilməsi üçün oraya çağırtdırması olmuşdur. Nə Təqsirləndirilən şəxs3, nə Təqsirləndirilən şəxs4, nə iranlı şəxsi tanımamışdır. Belə ki, cəzaçəkmə müəssisəsində İran nömrəsi ilə əlaqə saxlanılması imkan xaricindədir, "whats up” tətbiqi proqramı olması üçün də mobil telefonlardan istifadəyə yol verilmir. Həmin şəxsləri bir-birilə tanış edən şəxs Şahid13 olmuşdur. Özü də Təqsirləndirilən şəxs2 ilə nikaha girdikdən sonra onun adının Elnarə olmadığını bilmişdir. təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 “Əxi Anar” vasitəsilə tanıdığını bildirmişdir. “Əxi Anar” dedikdə Təqsirləndirilən şəxs1 nəzərdə tutmur. Təqsirləndirilən şəxs1 ilk dəfə məhkəmədə görmüşdür. Baxtilənin həbsxanada övladı olması səbəbindən ona maddi köməklik göstərirlər. “Əxi Anar” Baxtiləni onlara Elnarə olaraq tanıtmış və Baxtilə ilə tanışlığının xırdalıqları barədə “Əxi Anar”la onun arasında hər hansı söhbət olmamışdır. Zərurət olduğu təqdirdə Baxtilənin oğluna maddi kömək etməklə kifayətlənməmiş, ehtiyacı olan predmetləri də ona təqdim etmişdir. "Əxi Anar” hal-hazırda tutulsa da, Baxtilə ilə onu tanış edən zaman azadlıqda olmuşdur. Belə ki "Əxi Anar” Baxtilə ilə onu tutulmamışdan 7-8 ay əvvəl tanış etmişdir. Ehtiyat hissəsini ona götürmək lazım olduğunu Baxtilə demişdir, belə ki sonuncu nəvəsinin yanında olduğundan götürməli olduğu ehtiyat hissəsinin arxasınca getməyi ona tapşırmışdır. Baxitlənin nə işlə məşğul olması barədə heç bir məlumata malik deyil, sadəcə insan kimi oğlunun həbsxanada olması ilə əlaqədar ona kömək etmişdir. Özü uzun müddətdir ki, narkotik vasitədən istifadə edir. Narkotik vasitələrdən istifadə etməsi ilə əlaqədar 7 dəfə məhkum olunmuşdur. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və satışla əlaqədar məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxslərdən həmçinin taksi sürücüsü qismində Tariyeli tanımış, onun harada yaşamasından ümumiyyətlə xəbəri olmamışdır. Tutulana qədər “Zavağzalnıda” yaşamış, taksi xidmətinə ehtiyacı olduğu hallarda Tariyellə əlaqə saxlamışdır. Aralarındakı münasibətlər də taksi-müştəri xidmətlərindən kənara çıxmamışdır. Tərəfindən narkotik vasitəni tanıdığı şəxslərdən əldə edilsə də Azərbaycan Respublikasından kənarda olan şəxslərdən narkotik vasitə almamışdır. “Əxi Anarın” narkotik vasitə istifadə edib-etmədiyini bilmir, “Əxi Anar” onun yanında narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitə əldə edib-etmədiyini bilmir. “Əxi Anar” onu Baxtilə ilə tanış etdikdən sonra sərbəst şəkildə Baxtilə ilə əlaqə saxlamışdır. Baxtilə kömək lazım olanda onunla əlaqə saxlamışdır. O da elə olubdur ki, Baxtilədən pul götürmüşdür. Baxtilənin ona dediyi ehtiyat hissəsini axşam saat 6-da Ələtdən, tır şoferindən götürməli idi. Baxtilədən maşın ehtiyat hissəsini hansı səbəblərdən əldə etdiyini soruşmamışdır. Həmin ehtiyat hissəsini görməmişdir. Ələtə onu aparması üçün Tariyeli çağırmış, ehtiyat hissəsi balaca əşya olduğuna görə onun Tariyelin maşınına yerləşəcəyini fikirləşmişdir. Həm də fikirləşmişdir ki, əgər həmin ehtiyat hissəsi böyük ölçüdə olsaydı ona böyük maşınla getməsi tapşırılardı. Gediş üçün xidmət haqqı 60 manat müəyyənləşdirmişlər. Həmin xidmət haqqını Baxtilədən alacağını düşünməmiş, Baxtilənin evinin ünvanını tanımamış, ehtiyat hissəsini Baxtiləyə çatdırılması yerini müəyyən etməmişlər. Ələtə gələn zaman sürücü ilə görüşdükdən sonra yükü götürəndə tutulmuş və onu Gömrük İdarəsinə gətirmişdirlər. Maşın ehtiyat hissəsi yumru dəmir parçasına bənzəmişdir. Maşın ehtiyat hissəsinin mənbəyi və onun haradan gəlməsi ilə bağlı məlumatı olmamışdır. Maşın ehtiyat hissəsini götürməkdə xeyri olmamış, hadisə günü üzərindən aşkar edilmiş pul qəbzi ilə əlaqədar onu qeyd edir ki, həmin pul vəsaiti Baxtilədən aldığı 200 manat borcdan 100 manatının qaytarılması ilə bağlı olmuşdur. Maşın ehtiyat hissəsini götürmək üçün Baxtiləyə kömək etməsinin onun verdiyi borca aidiyyatı olmamışdır. Tır sürücüsü Əkbərlə görüşənə qədər aralarında bir dəfə telefon danışığı olmuşdur. Tır sürücüsü ilə əlaqə saxlamasını Tariyeldən xahiş etmişdir. Getməli olduğu yeri ona tır sürücüsü izah etməli idi. Sürücü ehtiyat hissəsini ona maşının baqajından təqdim etməli idi. Lakin maşın ehtiyat hissəsinin dəqiq tırın hansı hissəsindən çıxarıldığını görməmişdir. Baxtilənin adının Elnarə olduğunu tutulandan sonra bilmişdir. Sonuncu ilə ictimai yerdə oturmamışdır, Baxtilə ilə əvvəllər öz tanışları ilə 1-2 dəfə görüşmüşdür. Ələtə Tariyellə getməsini ona Baxtilə tapşırmamışdır. Sürücü ilə Tariyelin danışmasının səbəbi onun telefonunda “whats up” tətbiqi proqramının olmaması, bu səbəbdən həmin proqram vasitəsi ilə zəng edə bilməməsi, habelə sürücü Tariyel olduğundan yolun başa düşülən şəkildə sonuncuya izah edilməsi olmuşdur. təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs4 dərzi işlədiyini, boş vaxtlarında taksi xidməti kimi fəaliyyət göstərdiyini, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs3 tanıdığını, onunla da hadisədən 4-5 ay əvvəl taksi xidməti ilə əlaqədar "28 may” metrostansiyası tərəfdə tanış olduğunu, bundan sonra münasibətlərinin yarandığını, birlikdə "nəşə” çəkdiklərini, Təqsirləndirilən şəxs3la başqa münasibətlərinin olmadığını bildirmişdir. Azərbaycan prospektində taksi xidməti kimi dayandığı bazar günü Emil ona 17-18 radələrində zəng edərək ona ehtiyat hissəsi götürmək üçün Ələtə getməli olduğunu, Ələti tanıyıb-tanımadığını soruşmuş, o, da tanıdığını bildirmişdir. Xidmət haqqı kimi əvvəlcə 80 manat danışsalar da, sonra 60 manat məbləğinə razılaşmışlar. Emil yolda yatdığından Ələtə çatana qədər aralarında hər hansı söhbət olmamışdır. Ehtiyat hissəsinin haradan gəlməsini, tır ilə gətirilməsini, niyə Ələtə gətirilməsini bilməmiş, onu ancaq ödəniləcək xidmət haqqının məbləği maraqlandırmışdır. Ələtə çatanda Emildən konkret hara gedəcəyini soruşmuş, sonuncu telefonla kimsə ilə yazışdıqdan sonra ona konturunun olub-olmamasını soruşmuş, o isə konturunun olduğunu bildirdikdən sonra telefon nömrəsinin qeyd edilməsini və həmin nömrəyə zəng edilməsini xahiş etmişdir. Emilin dediyi nömrəyə zəng etmiş, ehtiyat hissəsi götürməyə gəldiyini bildirmiş, nömrənin sahibindən harada olmasını soruşmuş, sonuncu isə onun sualını dəniz limanın yanında olmasını bildirmişdir. Dəniz limanında əlaqə saxladıqları şəxsə yaxınlaşanda 7-8 nəfər Emili yıxmış, buna görə həyəcandan maşını sürüb getmişdir. Hadisədən sonra Bakıya qayıtdığını və həmin gün əməliyyatçılardan ona zəng gəldiyini, lakin sonradan ona zəng edən şəxslərin əməliyyatçı olduqlarını bildyini, özünə arxayın olduğundan və bu işlə əlaqəsi olmadığından əməliyyatçılara bir gün sonra gələcəyini söylədiyini, Təqsirləndirilən şəxs1 tanımadığını, Baxtilə Məmmmədovanı "28 may” metrostansiyası tərəfdə Emilin yanında uzaqdan gördüyünü, Təqsirləndirilən şəxs2 Elnarə kimi tanınmasından xəbəri olmadığını bildirmişdir. Telefonuna baxış keçirilməsi zamanı aşkar edilən bank kartı şəkilləri qızlarının və anasının bacanaqlarına, habelə Ülvi və Vüsala aid olmuşdur. Emil və Vüsalın kartının onda olmasının səbəbi Vüsaldan nəşə almağı ilə əlaqədar olmuşdur. İranlı şəxsdən heç vaxt heçnə almamışdır. İstintaq zamanı müstəntiqə Emillə nəşə ilə bağlı əlaqəsinin olmasını bildirmiş, Təqsirləndirilən şəxs2 yerini deməsi üçün ona təzyiq edərək döymüşlər. Ehtiyat hissəsinin isə İran ərazisindən gəldiyini bilməmişdir. tədqiq edilən, ibtidai istintaq dövründə verdiyi ifadələrində Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisədən təxminən 2-3 gün əvvəl həmin ərəfədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 yanına getmiş, orada onunla görüşən zaman Anar bir şəxsin 23 yanvar 2022-ci il tarixdə İran İslam Respublikasından Ələt qəsəbəsinə traktor ehtiyat hissəsi gətirəcəyini deyib onu götürməyini xahiş etmiş və başqa bir şəxsin də həmin ehtiyat hissəsini ondan təhvil alacağını demişdir. Özü də Anara xəstə olduğunu, evdən çıxa bilməyəcəyini dedikdə Anar ona bu işlə bağlı Emillə danışmağını bildirmiş və ehtiyat hissəsini gətirən şəxsin, hazırda xatırlamadığı nömrəsini ona vermişdir. 23 yanvar 2022-ci il tarixdə, günorta vaxtı Emilə zəng edib Anarın deməsinə görə kiminsə Ələt qəsəbəsinə traktor ehtiyat hissəsi gətirəcəyini, ondan həmin ehtiyat hissəsini gedib götürməyini, lakin xəstə olduğu üçün onu götürə bilməyəcəyini dediyini, Anarın isə həmin ehtiyat hissəsini götürmək üçün Emilə deməyini bildirib Emildən Anarın dediyi ehtiyat hissəsini gedib götürməsini xahiş etmiş, Emil də ona problem olmadığını deyib ehtiyat hissəsini götürəcəyini demişdir. Özü də gizli nömrə ilə ehtiyat hissəsini gətirəcək şəxsə zəng edərək ondan ehtiyat hissəsini təhvil alacaq şəxs olduğunu bildirmiş və nə vaxt götürə biləcəyini soruşmuş, həmin şəxs də həmin gün saat 19 radələrində Ələt qəsəbəsində, limanın yaxınlığında olacağını demişdir. Bu barədə Emili məlumatlandırmış, o da həmin istiqamətdə yola düşmüşdür. Həmin gün, saat 19 radələrində Emil ona zəng edərək Limanın yaxınlığında olduğunu, orada heç kimin olmadığını demiş, özü də Emilə ehtiyat hissəsini gətirəcək şəxsin nömrəsini göndərmişdir. Bundan 2 saat sonra Rza ona zəng edərək Anara gələn yükü götürən şəxslərin tutulduqlarını bildirmiş, Rzadan yükü onun göndərib-göndərmədiyini soruşsa da, o, bu suala cavab verməmişdir. Sonradan Rza ilə danışmağa çalışsa da, Rza onun zənglərinə cavab verməmişdir. 24 yanvar 2022-ci il tarixdə, səhər saatlarında qorxduğu üçün yaşadığı evdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni telefondan çıxarıb qırdıqdan sonra salfetə bükərək sanitar qovşağa atıb sifonu çəkmişdir. 1 fevral 2022-ci il tarixdə saat 17 radələrində Anarın saxlanıldığı 15 saylı cəzaçəkmə müəssisənin qarşısında mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib onlarla birlikdə getməli olduğunu bildirmişlər. Bundan sonra Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə gətirilmişdir. tədqiq edilən, həmçinin 01 fevral 2022-ci il tarixdə şübhəli və 03 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 1998-ci ildə Rahim Məmmədovla ailə həyatı qurmuş, bu nikahdan üç övladı dünyaya gəlmişdir. 2015-ci ildə əri Rahim Məmmədov infarkt keçirdiyi üçün vəfat etmişdir. Bir qızı hazırda ərdədir, digər qızı isə onunla birlikdə yaşayır, 17 yaşında olan oğlu isə 2020-ci ilin noyabr ayında qonşuluqda yaşayan şəxslə dalaşıb ona xəsarət yetirdiyinə görə həbs edilib və barəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə Sumqayıt şəhər prokurorluğunda istintaq aparılaraq məhkəmə məsuliyyətinə verilib. Son olaraq məhkəmə qərarı ilə oğlu 5 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Qeyd etdiyi vaxtdan da oğlu həbsdədir, hazırda yetkinlik yaşına çatmayanların cəzaçəkmə müəssisəsində saxlanılır. 2019-cu ilin yanvar ayında Nərimanov metrostansiyasının yaxınlığında təsadüf nəticəsində Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və sevgi münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs1la tanış olduqdan 7-8 ay keçdikdən sonra həmin ilin sentyabr ayında onunla birlikdə yaşamağa başlamışdır. Həmin vaxt Anar özünə məxsus avtomobillə fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olmuş, özü də dayəlik etməklə pul qazanmış, bu yolla dolanışıqlarını təmin etmişlər. 2020-ci ilin fevral ayında Anarın idarə etdiyi avtomobildən silah və narkotik maddə aşkar edildiyinə görə həbs edilmiş və məhkəmə hökmünə əsasən 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, hazırda Ədliyyə Nazirliyinin tabeliyində olan 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Anar həbs edilsə də, onunla münasibətləri davam etmiş, hətta 2021-ci ilin yay ayında Anarla rəsmi vətəndaş nikahına daxil olmuşlar. 2021-ci ilin iyun-iyul aylarında Anarın görüşünə gedən zaman söhbət əsnasında Anara döş hissəsində şiş olduğu üçün ağrıları olmağından söz açmış, Anar da ona İran İslam Respublikasında tanışları olduğunu, onların yanına gedərək müayinə və müalicə olunmağını, hətta əməliyyat etdirməyi təklif etmişdir. Anara orada tanışları olmadığını dedikdə Anar oradakı tanışının həyat yoldaşı ilə danışmağını, onunla münasibət qurduqdan sonra bu məsələdə yekun qərar verməyini demişdir. Anarla razılaşdığı üçün Anar Rza adlı tanışının +**********92 saylı mobil nömrəsini vermiş, 3 gün sonra Anar zəng edərək Rza ilə danışıbdanışmamağı ilə maraqlanmış, Anara birdən-birə, durduq yerə Rzaya zəng edə bilməyəcəyini demiş, Anar isə Rza ilə danışdığını, bu barədə ona məlumat verdiyini, Rzanın və həyat yoldaşının onun zəngini gözlədiyini bildirmişdir. Bundan sonra "Whatsapp Messenger” vasitəsi ilə Rzanın nömrəsinə zəng edib özünü təqdim etmiş, o isə evdə olmadığını, evə çatdıqda həyat yoldaşı ilə danışdıracağını demişdir. Təxminən iki saat sonra Rzanın istifadəsində olan nömrədən zəng gəlmiş və Rzanın Nigar adlı həyat yoldaşı ilə danışıb problemlərini ona bildirmişdir. Nigar da ona mütləq həkim müayinəsinə gəlməli olduğunu demiş, özü isə ona pandemiya vəziyyəti ilə əlaqədar gələ bilməyəcəyini bildirmişdir. Nigar isə ona xəstəliyi ilə bağlı sənəd ala biləcəyi halda İran İslam Respublikasına səfər edə biləcəyini demiş, bundan sonra da bir neçə dəfə Rza və həyat yoldaşı Nigarla "Whastapp Messenger” vasitəsi ilə danışmışlar. Sonradan isə oğlunun məhkəmələri ilə əlaqədar başı qarışdığı üçün bu işlərlə məşğul ola bilməmişdir. Təqsirləndirilən şəxs3 səhv etmirsə 2021-ci ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımış, belə ki, həmin vaxt Anarla görüşən zaman Anar Emilin cəzaçəkmə yerinə dustaqlar üçün siqaret, lazımi ləvazimatlar göndərdiyini bildirib onunla əlaqə yaratmağını, lazım olduqda onun verdiyi yükləri götürüb cəzaçəkmə müəssisəsinə gətirməyini, hətta özü gələ bilməyəcəyi halda ona göndərəcəyi əşyaları Emilə verməyi bildirmişdir. Özü Emilin istifadəsində olan, hazırda xatırlamadığı mobil nömrəsini götürmüş, bundan bir neçə gün sonra Emilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng edərək Anarın həyat yoldaşı olduğunu demişdir. Emil də ona cəzaçəkmə müəssisəsinə hər hansı bir əşya göndərəcəyi halda onunla əlaqə saxlayacağını bildirmiş, Anarın deməsinə görə onun sinif yoldaşı olmuş Elnarə adlı xanıma bənzətdiyindən özü də ona Elnarə deyə müraciət etmiş, hətta onun vasitəsi ilə tanıdığı adamlara da onu Elnarə kimi təqdim etmişdir. Emillə ilk görüşləri aralarında danışıq olduqdan 10-15 gün sonra olmuşdur. Belə ki, həmin vaxt Bakı şəhərində, Bakıxanov küçəsində, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin yaxınlığında Emillə görüşüb ona içərisində yemək, siqaret, şirniyyat olan çantanı vermiş və o da çantanı əri Anara çatdırmışdır. Bir neçə dəfə də Emil ona oğlunun yanına gedən zaman bir blok siqaret vermiş, aralarında başqa hər hansı bir münasibət olmamışdır. 22 yanvar 2022-ci il tarixdə, saat 17-18 radələrində Anar istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ertəsi gün, yəni 23 yanvar 2022-ci il tarixdə bir şəxsin traktor ehtiyat hissəsi gətirəcəyini deyib, onu götürməyini xahiş etmiş və başqa bir şəxsin də həmin ehtiyat hissəsini ondan təhvil alacağını demişdir. Anara xəstə olduğunu, evdən çıxa bilməyəcəyini dedikdə Anar onda bu işlə bağlı Emillə danışmağını bildirmiş və ehtiyat hissəsini gətirən şəxsin, hazırda xatırlamadığı nömrəsini vermişdir. Emillə bu barədə danışıb xəstə olduğunu, həm də nəvəsinin onlarda olduğunu deyib Anarın dediyi ehtiyat hissəsini götürməsini xahiş etmişdir. Emil də ona problem olmadığını deyib ehtiyat hissəsini götürəcəyini demiş, özü də gizli nömrə ilə ehtiyat hissəsini gətirəcək şəxsə zəng etmiş və ondan ehtiyat hissəsini təhvil alacağını bildirmişdir. Həmin şəxs də həmin gün, saat 19 radələrində Ələt qəsəbəsində, limanın yaxınlığında olacağını demiş, bu barədə Emili məlumatlandırmış, o da həmin istiqamətdə yola düşmüşdür. Həmin gün, saat 19 radələrində Emil ona zəng edərək Limanın yaxınlığında olduğunu, orada heç kimin olmadığını demiş, özü də Emilə ehtiyat hissəsini gətirəcək şəxsin nömrəsini göndərmişdir. Bundan 2 saat sonra Rza ona zəng edərək Anara gələn yükü götürən şəxslərin tutulduqlarını bildirmiş, Rzadan yükü onun göndərib-göndərmədiyini soruşsa da, o, bu suala cavab verməmişdir. Sonradan Rza ilə danışmağa çalışsa da, Rza onun zənglərinə cavab verməmişdir. 24 yanvar 2022-ci il tarixdə, səhər saatlarında yaşadığı evdə qorxduğu üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni telefondan çıxarıb qırmış və sonra salfetə bükərək sanitar qovşağa atıb sifonu çəkmişdir. 1 fevral 2022-ci il tarixdə saat 17 radələrində Anarın saxlanıldığı 15 saylı cəzaçəkmə müəssisəsinin qarşısında mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib onlarla birlikdə getməli olduğunu bildirmişlər. Bundan sonra Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə gətirilmişdir.Emil tutulduqdan sonra ehtiyat hissəsinin içərisində narkotik vasitə olmasını bilmiş, həmin maddənin kimə məxsus olduğunu bilməmiş, amma Anar həmin ehtiyat hissəsini bir nəfər şəxsin gəlib götürəcəyini demişdir. Təqsirləndirilən şəxs3 nə İşlə məşğul olduğunu bilməmiş, lakin narkotik maddələrdən istifadə etdiyini Anarın sözlərinə əsasən bilmiş, özü bunun şahidi olmamış, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını nə görmüş, nə də eşitmişdir. Rzanın istifadəsində +**********92 saylı mobil nömrə olmuş, Təqsirləndirilən şəxs3 içərisində narkotik vasitə olan ehtiyat hissəsini götürməyə ilk əvvəl tək getdiyini bilsə də, Rza ona iki nəfərin tutulduğunu demişdir. Emilin yanında olan adamın kim olduğunu bilməmiş, Təqsirləndirilən şəxs4 tanımamışdır. Təqsirləndirilən şəxs3 izahat və ifadəsində ondan 200 manat və 300 manat olmaqla ümumilikdə 500 manat borc pul aldığını hansı səbəbdən göstərdiyini bilmir, ona hər hansı məbləğdə borc pul verməmişdir. Anar onu Elnarə adlı sinif yoldaşına bənzətdiyi üçün Elnarə deyə xitab etmiş və tanışlarına da bu adla təqdim etmişdir. Məhkumluq həyatı yaşamamış, Emillə də elə hər hansı bir məclisdə görüşməmişdir. Emillə tanışlıqları ifadəsində qeyd etdiyi kimi olmuşdur. Emilin hansı səbəbdən belə ifadə verməsini başa düşə bilmir. Həyəcan keçirdiyi üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni telefondan çıxarıb qırdıqdan sonra salfetə bükərək sanitar qovşağa atıb sifonu çəkmişdir. 23 yanvar 2022-ci il tarixdən, yəni Təqsirləndirilən şəxs3 tutulduqdan sonra Anarla 2 gün ərzində təxminən 10 dəfə danışmış, amma sonradan Anar dava etdiyinə görə dörd nəfərlik, cəza kamerasında olduğu üçün onunla nə danışa, nə də görüşə bilmişdir. Anarla həmin danışıqları qısa müddətli olmuş, şəxsi məsələlərdən danışmışlar. Emilin tutulması ilə bağlı soruşduqda, Anar ona telefonların dinlənildiyini demiş, odur ki, bu mövzuda danışmamışlar. Hər dəfə Anara bu barədə söz demək istəyəndə Anar onun sözünü kəsərək əlaqənin dinlənildiyini xatırlatmış, ona görə də çox söz deyə bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə "Sizin mobil telefonunuza baxış keçirilərkən "Whatsapp” proqramında sizin istifadə etdiyiniz ***-***-**-** saylı mobil nömrənizdən telefonunuzun adlar bölməsində "Lalow” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəyə "Lali, bu Emili tutmamışdılar?, məni sizdən gəlib axtarırdılar axı. Bu günləri, bu gün yox e, dünən aformit elədilər, göndərdilər getdi Kürdəxanıya. Day mənə elə də qorxusu yoxdur, nətər qorxusu yoxdur? Gözə görsənməyəcəyəm da, axtardılaraxtardılar, gördülər çıxmıram ortalığa. Prosto sən ora gedəndə bu nömrə, başqa uşaqdır da kimdirsə tutulub, onun telefonunda olub mənim nömrəm, yaxşı? deyirəm bəlkə heç o deyil, o vaxt əxi var idi ee, Anar gedib telefon-zad götürmüşdü mənim adıma, mənim adıma götürməmişdi e, məni zamin kimi, deyirəm bəlkə ona görə məni axtarırlar, nə isə da axırı. Prosto orada nə badə mənim adımı çəkmə da, demə xalama vermişəm. Çünki xala desən, bildin? Deyəcəklər ki, xalan gəlsin, mən də ora gedən kimi, mənim şəklimi görən kimi vsyo, naxadı getdim. Yaxşı Lalə? Allah haqqı bezmişəm e, belə gəzməkdənsə çöldə, elə gedib tutulmaq hamısından yaxşıdır. Bir dənə Şəfiyə görə qalmışam belə. De ki, itirmişəm, qurtardı. Yaxşı lalə sənə qurban? Birdən səni dilə tutarlar, müstəntiq kimi da, yadındadır, Xəqani kimi, de ki, heç nə, itirmişəm, de ki, o vaxt itib nömrəm, ondan sonra da heç maraqlı olmayıb mənim üçün nömrə. Xalanın adını çəkmə, çəkdin vsyo. P..-p..xa qarışacaq. Çünki mənə zəng elədi, dedilər ki, bəs, Emil uje aformut oldu, sənin məsəl üçün dalınca gələn olmayacaq, amma ortalığa çıxma. Ona görə deyirəm ki, gedəndə de ki, o vaxt itirmişəm, vəssalam. Nə də onlar səni saxlaya bilməzlər. Yaxşı lalə?” məzmunlu səsli mesaj göndərməsi müəyyən edilmişdir. O isə bütün bu olanlar barədə məlumatsız olduğunu bildirmişdir. "Telefonunun adlar bölməsində ***-***-**-** saylı mobil nömrə ilə "Lalow” adı ilə qeyd edilmiş şəxs kimdir və siz nə üçün həmin şəxsə Təqsirləndirilən şəxs3 tutulması barədə məlumat verərək axtarıldığınız zaman həmin nömrəni itirməsi kimi bildirməsini tapşırmışınız və söhbət konkret olaraq hansı mobil telefon nömrəsindən gedir” sualı verilmiş, o, bu suala "Telefonumun adlar bölməsində "Lalow” adı ilə qeyd edilmiş ***- ***-**-** saylı mobil nömrə bacımın qızı Fəxrəndə Hüseynovaya məxsusdur. Mən bu hadisədən təxminən 2-3 gün sonra onlara getmişdim və ağlayırdım. Fəxrəndə məndən nə üçün ağladığımı soruşmuşdu, mən də Anarın mənə ehtiyat hissəsi götürməyi tapşırdığım və sonrada baş verənlər barədə ona danışmışdım. Həmçinin həmin ərəfədə Bakı şəhər Yasamal rayon Polis İdarəsinin müstəntiqi ona məktub göndərərək ***-***-**-** saylı mobil telefon nömrə onun adına olduğu üçün ifadə vermək üçün istintaq şöbəsinə çağırmışdı. Həmin nömrəni isə mən istifadə edirdim. Amma 4-5 ay olar ki, onu işlətmirdi. Ona görə də bacımın qızı Fəxrəndəyə tapşırdım ki, başı ağrımasın və get-gələ düşməsin deyə gedib ifadə verəndə desin ki, nömrəni itirmişəm” cavabını, "Həmçinin sizin mobil telefonunuza baxış keçirilərkən ***-***-**-** saylı mobil telefon nömrəsi ilə telefonun "adlar” bölməsində "Cəmilə Bibiqizi” adı ilə qeyd edilmiş şəxslə xx.xx.2022-ci il tarixdə saat 14:00-dan saat 14:06-dək olan müddət ərzində yazışmadan müəyyən edilir ki, sizin qızınız sizin mobil telefonunuza cavab verərək sizin saxlanıldığınızı bildirmiş, həmin şəxs isə "Yaxşı anam. Dedim da ona uzaq ol bu zibillərdən” məzmunlu mesaj göndərmişdir. Mobil telefonunuzda olan yazışmalar sizə təqdim edilir. Siz xx.xx.2022-ci il tarixdə saxlanılmışdınızsa xx.xx.2022-ci il tarixdə nə üçün telefonunuzun adlar bölməsində "Cəmilə Bibiqizi” adı ilə qeyd edilmiş şəxsə tutulmadığınız halda tutulduğunuz barədə məlumat vermişiniz? və həmin şəxs sizin mobil nömrəyə yazdığı mesajda "Dedim da ona uzaq ol bu zibillərdən” dedikdə nə demək istəmişdir” sualına, "***-***-**-** saylı mobil telefon nömrəsi ilə telefonumun "adlar” bölməsində "Cəmilə Bibiqizi” adı ilə qeyd edilmiş şəxs mənim tanışımdır. Belə ki, onun qardaşı mənim həyat yoldaşım Anarla dost olublar. Cəmilə ona görə də həmişə mənə məsləhət verirdi ki, Anardan uzaqlaşım, tez-tez belə məsləhətlər verdiyindən bezmişdim, ona görə də qəsdən qızımın adından guya tutulduğumu bildirdim ki, bir daha məni narahat etməsin” cavabını, "Mobil telefonunuza baxış keçirilərkən ***-***- **-** saylı mobil telefon nömrəsi ilə "Gulum Gence” adı ilə telefonun adlar bölməsində qeyd edilmiş şəxsə "vatsap” proqramında "gülü mən öldürəcəyəm sevinci”, ondan sizə "niyə?” sizdən ona "ciracam onu, mənimlə oyun oynayır, əri petuxia, Anarin da ölüsünü ...”, ondan sizə "həqi, nə oldu ki”, sizdən ona "... məni əsəbə salıblar Gülü”, ondan sizə "nə edib?”, sizdən ona "...” edirəm Anarı da, elə tutulum gedim qulağım dinc olsun, istəmirəm Anarı da, Allaha tapşırmışam, Allah bəlalarını versin, mənim haqqımı itirdilər, Allah onları bağışlamaz” məzmunlu mesajların göndərildiyi müəyyən edilmişdir. ***-***-**-** saylı mobil telefon nömrəsi ilə "Gulum Gence” adı ilə telefonun adlar bölməsində qeyd edilmiş şəxs kimdir, mesajlarda adı keçən Anar adlı şəxs kimdir? Nə üçün mesajlarda Anar adlı şəxsdən narazılığınızı bildirmişiniz” sualına "***-***-**-** saylı mobil telefon nömrəsi və "Gulum Gence” adı ilə telefonumun "adlar” bölməsində qeyd edilmiş şəxsin adının dəqiq nə olduğunu bilmirəm, onu mənimlə Anarın dostu Rüfətin arvadı Sevinc tanış etmişdi və aramızda normal rəfiqə münasibəti yaranmışdı. Ona görə də hərdən onunla dərtləşirdim. Bu səbəbdən Anarın başıma açdığı bu hadisəni ona da danışmışdım” cavabını, "Təqsirləndirilən şəxs3 saxlanıldıqdan sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən 100 manat pulun "Azərtürkbank” bankının kartı hesabına 100 manat pul köçürülməsinə dair qəbz aşkar edilmiş, Təqsirləndirilən şəxs3 qeyd edilən pulun kimə və hansı məqsədlə köçürdüyünü soruşduqda o, qeyd edilən 100 manat pulun sizin kartınıza köçürdüyünü və sizə borcu olduğu üçün köçürdüyünü bildirmişdir. Bu barədə nə deyə bilərsiniz” sualına "Təqsirləndirilən şəxs3 yalan ifadə veribdir. Onun mənə heç bir borcu yox idi. Mən özüm imkansız adamam, mənim o qədər pulum yoxdur ki, kiməsə borc pul verəm. O, qeyd edilən 100 manat pulu mənim kartıma köçürmüşdü ki, hazırda 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, həyat yoldaşım Təqsirləndirilən şəxs1 yanına gedəndə Emilin adından ona bəzi şeylər alıb aparım” cavabını vermişdir. elan edilərək tədqiq edilən ifadələri ilə əlaqədar verilmiş sualları cavablandırarkən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Anar tutulduqdan sonra sonuncunun yanına gedə bilməsi üçün aralarında nigah bağlamışlar. Oğlu qonşuyla mübahisə etdiyi üçün məhkum edilmiş hal-hazırda cəzaçəkmə müəssəsində cəza çəkir. Anar tutulmamışdan qabaq narkotik vasitə istifadə etdiyini bilməmişdir. Digər təqsirləndirilən şəxsləri demək olar ki, tanımır. Emili Şahid13 vasitəsilə tanımış,Şahid13 isə Təqsirləndirilən şəxs1 tutulmadığı dövrdə onunla tanış etmişdir. Təqsirləndirilən şəxs1 da Emili Şahid13 vasitəsilə tanıyıb. Bildiyi qədər Şahid13 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Şahid13 tanıyarkən o, hələ tutulmamışdı, lakin həmin zaman həm oğlu, həm əri türmədə olmuşdur. Cəzaçəkmə müəssisəsinə isə yalnız Təqsirləndirilən şəxs1la görüşmək üçün getmişdir. Şahid13lə onun tanış olmasında məqsəd həm oğlunun, həm də ərinin türmədə olması, siqaret, pul lazım olanda sonuncuya köməklik edilməsi olmuşdur. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müəssisəsində olanda yalnız Baxtilə ilə əlaqəsi olmuş, başqa şəxslərlə əlaqəsi barədə məlumatsız olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 məişət üçün lazım olan hər şeyin sonuncuya çatdırılmasını ondan istəmişdir. Lakin ehtiyat hissələrinə münasibətdə bildirmək istəyir ki, ilk dəfə idi ki, tanımadığı adamdan nəsə götürmüşdür. Hadisə baş verməzdən 2-3 gün əvvəl və Təqsirləndirilən şəxs3 tutulduqdan sonra Anarın göstərişi ilə onun yanına getmişdir. Anar ona balaca ölçülü traktor hissəsi olan dəmir gətirildiyini, onu Ələtdən götürmək lazım olduğunu, götürdükdən sonra həmin ehtiyat hissəsini özündə saxlamasını, Anarın özünün əlaqə saxlayacağı şəxslər tərəfindən özünün Təqsirləndirilən şəxs2 bildirdiyi vaxtda gəlib ondan götürcəklərini bildirmişdir. Anarla tanışlığı tutulmamışdan əvvəl cəmi 8 ay müddət çəkmiş, sonuncunun azadlıqda olduğu dövrdə hansı fəaliyyətlə məşğul olduğunu bilməmişdir. Həmin ehtiyat hissəsini götürdüyü şəxs Azərbaycanlı olsa da kim olduğunu, hansı nəqliyyat vasitəsi ilə gələcəyini bilməmişdir. Həm xəstə olması, həm nəvəsinin yanında olması səbəbindən Ələt limanına gedə bilməmiş, ehtiyat hissəsinin qeyd etdiyi ünvandan götürülməsini Təqsirləndirilən şəxs1 tapşırığına əsasən Təqsirləndirilən şəxs3 xahiş etmişdir. Emilə zəng edərək ehtiyat hissəsi olduğunu və Anarın xahişi ilə onun götürülməsini xahiş etmiş, o isə cavabında ehtiyat hissəsini götürə biləcəyini bildirmişdir.Emilə təxminən həmin gün axşam saat 5-6 radələrində "whats up” tətbiqi proqramı ilə zəng etmişdir. Emil də ona öz növbəsində Anarın yanına gedib getməyəcəyini soruşmuş, o da pulunun olmadığını dedikdə o, 100 AZN məbləğində pulu Anarın yanına getmək üçün onun kartına atacağını bildirmişdir. Emil həmin əşyanı götürdükdən sonra ona təhvil verməli, səhəri gün tanımadığı şəxs həmin əşyanı ondan götürməli imiş. Ələkbərlə əlaqə saxlayan zaman sonuncu özünün gəlməməsini, başqa şəxsin göndərilməsini xahiş etmişdir. Emil tutulduqdan sonra bilmişdir ki,əşya özündə qeyri-qanuni maddə ehtiva etmişdir. Özünün tutulduğu gün Təqsirləndirilən şəxs1 xahişi ilə sonuncuya pul aparılması üçün 15 saylı cəzaçəkmə müəssisəsinə getmiş, oradan çıxarkən tutulmuşdur. Emil tutulduqdan sonra heç kimlə 1 həftə ərzində danışmamış, heç kimdən gizlənməmişdir. ********** saylı mobil telefon nömrəsi onun istifadəsindədir. Həmin nömrəyə zəng edən xarici vətəndaşı Təqsirləndirilən şəxs1 tanıyır, sonuncu vasitəsilə onunla bir dəfə danışmışdır. Bu nömrə ilə xəstəliyilə bağlı müalicə olmaq üçün İran islam Respublikasına getmək üçün bir dəfə danışmış, amma əvvəlcə oğlunun məhkəməsinin həmin dövrə təsadüf etməsi, həmçinin pandemiya ilə əlaqədar İrana gedə bilməmişdir. Təqsirləndirilən şəxslərdən Tariyeli tanımır, bir dəfə türməyə gedəndə uzaqdan Emilin yanında Tariyeli görmüşdür. Şahid9 də Emilin vasitəsi ilə tanımışdır. 28 mayda Emil və Tariyellə birlikdə Ülvinin mənzilində patı və heroin qəbul etməmişdir. Təqsirləndirilən şəxslərdən Anar onun ünvanını tanıyır. Emil onun yaşadığı məhəlləni tanısa da dəqiq ünvanını bilmir. Anar həmişə telefon vasitəsilə əlaqə saxlaya bilmədiyindən ehtiyat hissələrinin götürülməsini Emildən Təqsirləndirilən şəxs2 özü xahiş etmişdir. Emilin tutulması barədə tanımadığı Rza adlı şəxsdən zəng gələrkən Anarla telefonla danışmışdır. Daha sonra Rza adlı şəxs onu bloka atmışdır. Onun hər iki nömrəsi Təqsirləndirilən şəxs1 tərəfindən Rza adlı şəxsə verilmiş, Rza adlı şəxslə əvvəllər danışmamış, ehtiyat hissəsinin məhz həmin şəxs tərəfindən ona göndəriləcəyi barədə məlumatsız olmuşdur. Emilin 100 manatı ona verilməsində məqsədinin həbsxanaya gedəndə həm Anara, həm də oğluna zəruri əşyaları alıb aparması olması barədə ibtidai istintaq dövründəki ifadəni təsdiq edir. Elnarə adını ona Təqsirləndirilən şəxs1 qoyub. Şahid13 onun adının Baxtilə olduğunu bilirdi. Ehtiyat hissəsini göndərən Rza adlı şəxs onun telefonundan sms-ləri aşkar edilmiş şəxsdir. Anarla telefonda danışan zaman, təxminən axşam radələrində saat səkkiz, səkkizə qalmış zaman Rza adlı şəxs zəng edərək Emilin tutulduğunu ona bildirmişdi. Təqsirləndirilən şəxs1la həmin zaman danışarkən hansı nömrədən istifadə etdiyini xatırlamır. Onu deyə bilər ki, Anarla mobil nömrə ilə danışdığı zaman Rza adlı şəxs ona eyni telefona lakin "whats app” tətbiqi ilə zəng etmişdi. Həmin gündən sonra 24-25 fevral tarixlərində Anarın yanına gedib təqsirləndirilən şəxslərin tutulduğunu və bunun axırının necə olacağını soruşmuş, o isə cavabında heç bir problemin olmadığını və onları iki-üç gün ərzində sərbəst buraxacaqlarını bildirmişdir. Anar ona yenə ehtiyat hissəsinin içərisində narkotik vasitə olmadığını, ehtiyat hissəsinin Azərbaycan ərazisinə girişinin qadağan olduğunu, bu səbəbdən onların tutulduğunu, araşdırmadan sonra onları sərbəst buraxacaqlarını söyləmişdir. Şahid12 mobil nömrəsini tanımadığı üçün ona gizli nömrə ilə zəng vurmuş, istifadəsində olan hər iki nömrəni ayrı-ayrı mobil telefonlarda paralel şəkildə istifadə etmişdir. Rzanın onun hər iki nömrəsini bilməsindən məlumatlı olmuşdur. şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır, terminalda fəhlə işləyir, hadisə ilə əlaqədar hal şahidi qismində iştirak etmişdir. Ona hüquq və vəzifələri izah edilmişdir. Hadisə ilə əlaqədar onu deyə bilər ki, gömrükdən ehtiyat hissəsinin keçirilməsi zamanı it həmin ehtiyat hissəsinə reaksiya vermiş, o hal şahidi kimi dəvət olunmuş, iştirakı ilə həmin ehtiyat hissəsi açılmış və içərisində 2 kiloqram narkotik vasitə aşkar edilmişdir. Daha sonra həmin istintaq hərəkətinin gedişatı protokollaşdırmış və müvafiq protokola iştirakçılar imza etmişdirlər. Həmin maşının sürücüsü ağlayaraq, onun hamin maddədən xəbəri olmadığını, ehtiyat hissəsinin daşınmasına görə ona 30-40 man pul veriləcəyini bildirmişdir. şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tanıyır. Hadisə Astara rayonunun gömrük postunda baş vermişdir. Hadisə baş verdiyi dövrdə əməliyyat İstintaq Baş İdarəsində işləmişdir. Əməliyyat qrupunun rəhbəri Şahid4 olmuş, əməliyyat məlumatı da ona daxil olmuşdur. Bu səbəbdən əməliyyat məlumatının məzmunu barədə məlumatı yoxdur. Rəhbərliyin göstərişinə əsasən daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat tapşırığı üzrə həmin narkotik vasitənin daşınması ilə bağlı onlar Qaradağ rayonu, Ələt qəsəbəsində gömrük postunun qarşısına gedərək gözləmiş, Təqsirləndirilən şəxs4 adlı şəxs avtomobili ilə gəlmiş, Təqsirləndirilən şəxs3 adlı şəxs maşından düşərək yolun əks tərəfinə keçərkən saxlanılmışdır. Sürücü isə avtomobili sürərək hadisə yerindən uzaqlaşmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında 24 yanvar 2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs4 Nəsimi rayonunda telefon mağazasında tutularaq Baş İdarəyə gətirilmişdir. Tədbirlər keçirilərkən mülki geyimdə olmuşdur. Həmin şəxs avtomobilin nömrəsi ilə müəyyənləşdirilmişdir. Tutulan zaman Təqsirləndirilən şəxs3 əlində sürücü tərəfindən təqdim edilmiş narkotik vasitə olan bağlama olmuşdur. şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, inspektor onu çağıraraq şübhəli hal olduğunu bildirmiş, kinoloq dəvət edilmiş və gətirilmiş it ehtiyat hissəsinə reaksiya vermişdir. Həmin itlər yalnız narkotik vasitəyə reaksiya verirlər. Bu səbəbdən ehtiyat hissəsi açılmış, açılan əşya yumru dəmir formasında olmuş, içərisindən tiryəkə oxşayan maddə aşkar edilmişdir. Aşkar olunan maddə eyni idarədə tədqiqata aparılmış orada çəkisi ölçülmüşdür. Baxış zamanı alətlər inspektor tərəfindən "atverka” ilə açılmışdır.Müvafiq hərəkətlər protokollaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır və tutulmalarında iştirak etməmişdir. 23 yanvar 2022-ci il tarixində yük xəttində nəqliyyat vasitələrinə baxış keçirərkən Azərbaycan Respublikasının vətəndaşı Şahid12 yük xəttinə "Mercedes” markalı avtomobillə daxil olmuşdur. Onu yoxlama zamanı sorğu-sual edərkən ondan hər-hansısa əşyanı İran tərəfdən götürülməsi üçün verilib-verilməməsini soruşmuş, həmin şəxs ona traktorun ehtiyyat hissələrini verdiklərini, onları Ələt qəsəbəsinə çatdırmalı olduğunu, orada "Murtuz” adlı şəxsin tanışının onu götürəcəyini bildirmişdirlər. Baxış keçirilən zaman şübhələndiyi üçün sürücüdən ehtiyyat hissələrini yerə qoymasını xahiş etmiş, kinoloqdan it gətirməsini xahiş etmiş, həmin it reaksiya verdiyinə görə protokol tərtib olunmuş, hal şahidləri çağırılmış, birgə baxış zamanı qara rəngli tiryəkə oxşar maddə aşkar edilmiş, çəkilərək tədqiqat şöbəsinə təhvil verilmişdir. şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, prosesin başlama vaxtından bitmə vaxtınadək orada iştirak etmiş, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 tutulmasında şəxsən iştirak etmişdir. 23 yanvar 2022-ci il tarixində İran islam Respublikasından qaçaqmalçılıq yolu ilə narkotik vasitə keçirilməsi barədə məlumat daxil olmuş, keçirilmiş tədbir zamanı Astara Gömrük İdarəsində nəqliyyat vasitəsinə baxış keçirilərkən sürücünün idarə etdiyi nəqliyyat vasitəsinin oturacaq hissəsində iki ədəd bükümdə ümumi çəkisi 2 kiloqram narkotik vasitə olan tiryəkin yerləşdirildiyi ehtiyat hissəsi aşkar olunmuşdur. Daha sonra sürücü ilə əlaqə saxlayan, özünü Elnarə kimi təqdim edən əsl adı isə Təqsirləndirilən şəxs2 olan şəxsin göndərdiyi Emil və Tariyel adlı şəxslər saxlanılmış, bir müddət sonra isə Təqsirləndirilən şəxs2 15 saylı cəzaçəkmə müəssisəsinin qarşısında saxlanılmışdır. Emil adlı şəxs saxlanılarkən Tariyel adlı şəxsi avtomobili sürərək oradan uzaqlaşan zaman onun üz cizgilərini təxmini görmüş, daha sonra həmin şəxs saxlanılan zaman onu tanımış, şəxsiyyətini müəyyənləşdirmişdirlər. Nəqliyyat vasitəsinin kimə məxsus olması ilə bağlı sorğu verilmiş və o müəyyənləşdirilmişdir. Əməliyyat qrupunun rəhbəri Şahid4 olmuş, ehtiyat hissələri onun iştirakı ilə açılmışdır. Sürücünün heç bir məlumatı olmamış, "Murtuz” adlı şəxs həmin ehtiyyat hisslərini ona verərək Ələt qəsəbəsində təhvil verməli olduğunu bildirmişdir. Sürücü onun yanında olarkən özünü Elnarə olaraq təqdim edən şəxs telefonda ona harda olduğunu, nə vaxta çatacağını soruşmuşdur. Nəqliyyat vasitəsində sellofanı götürərək Emil adlı şəxsə təqdim etmişdir. şahid qismində dindirilmiş Şahid12 göstərmişdir ki, İran vətəndaşı Murtuz adlı şəxsin ona çox köməyi dəymiş, onunla maşın üçün avadanlıq almağa getmişdir. Murtuz adlı şəxsin marketi İrana İslam Respublikasına keçən kimi piyada keçidindən təxminən 100 metr uzaqlıqda olmuşdur. Həmin ərazidə kababçı, kafe olduğundan həmin ərazidə yeməkdə yemişdirlər. Murtuza maşın üçün təkər almağa getməyi təklif etsə də təkər ala bilməmişdir. Belə ki, həm təkərin disk satılan yeri bağlı olmuş, həm də gömrükdən tək təkəri keçirtmək mümkün olmamışdır. Təkərin qiyməti barədə məlumatı yoxdur. Sadcə İranda ehtiyat hissələri ucuz olduğu üçün təkəri oradan almaq istəmişdir. Murtuz isə ondan bibisi oğlunun maşın üçün ehtiyat hissəsi aldığını və onu da özü ilə Azərbaycan Respublikasına aparmasını xahiş etmişdir. Ehtiyat hissəsi şübhə doğurmayacaq qədər yeni və sənədləri qaydasında olmuşdur. Həmçinin Murtuza inandığı üçün ehtiyat hissəsini aparmağa razı olmuşdur. Murtuz ona yükü aparmasının qarşılığında nə edə biləcəyini soruşsa da o buna razı olmamışdır. Ehtiyat hissəsini açıq və görülən şəkildə maşına qoymuş, maşını yoxlayarkən onun üzərinə baxış keçirilsə də, heç bir narkotik vasitə aşkar olunmamış, cibində yalnız pul olmuşdur. Onun maşını "Mercedes” markalı yük maşını olmuş, maşında bibər gətirmiş, ehtiyat hissəsini salonda yanına qoymuşdur. Murtuz adlı şəxs ehtiyat hissəsinin Bakıya gedəcəyini bildirsə də o, Qazaxıstana qədər gedəcəyini və ehtiyat hissəsini Ələtə qədər apara biləcəyini bildirmiş, Ələtdə onu qarşılayıb kiminsə ehtiyat hissəsini götürəcəyi ilə razılaşmış, ehtiyat hissəsi barəsində heç bir şübhəsi olmamışdır. O, neytral hissədə 20-30 dəqiqə dayandıqdan sonra, Azərbaycan gömrüyündə gizli nömrədən bir xanım ona zəng edərək, onda olan ehtiyyat hissəsini Bakıya neçə saata çatdıracağını soruşmuş, o isə cavabında təxminən 5-6 saata Bakıya çatacağını bildirmişdir. Gömrük işçiləri maşına baxış keçirərkən ondan ehtiyat hissəsinin nə olduğunu soruşmuş və ehtiyat hissəsini yoxlamağa aparacaqlarını bildirmişdirlər. Onlar ehtiyat hissəsini direllə deşməyə başlayarkən narkotik vasitə direlin üzərinə ip kimi dolanmağa başlamışdır. Əməliyyatçılar ona şübhəli şəxslərin tutulması üçün onlara kömək etməsini xahiş etmişdirlər Bundan sonra əməliyyatçılar onunla birlikdə Ələt qəsəbəsinə gəlmişdirlər. Xanım ona zəng edərkən artıq saat səkkizə işləmiş qeyd olunan ərazidə olmuşdur. Xanım ona tez gəldiyi üçün özünün gələ bilməyəcəyini və başqa şəxsin gəlib qeyd olunan ehtiyat hissəsini götürəcəyini bildirmişdir. Əməliyyatçılardan iki nəfər onun yanında, üç-dörd nəfər isə ərazidə xidmətdə olmuşdurlar. Hava qaralana yaxın bir nəfər ona yaxınlaşmış, ona çatacaq əşya olduğunu bildirmişdir. Ehtiyat hissəsinin dəqiq həmin şəxsə aid olmasını bilmək üçün əşyanın adını soruşmuş, sonuncu cavabında ehtiyat hissəsi götürməyə gəldiyini bildirmişdir. Bundan sonra əməliyyatçılar həmin şəxsi mühasirəyə alaraq saxlamışdırlar. Təqsirləndirilən şəxsin tutulmasından sonra İranlı şəxsə zəng edib hər hansı bir məlumat verməmişdir. 2019- cu ildə İran istiqamətində ardıcıl olaraq on-on iki dəfə hərəkət etmiş, bundan sonra iki-üç il həmin istiqamətdə hərəkət etməmişdir. İran ərazisindən daha öncə Azərbaycan ərazisinə heç bir vasitə keçirməmişdir. Maşında onunla bərabər iki nəfər əməliyyatçı da olmuşdur. Yanındakı əməliyyatçılar digər əməliyyatçılarla əlaqə saxlamışdırlar. Tutulduğu zamandan telefonu artıq əməliyyatçıların əlində olmuşdur. Murtuza zəng edərək gəmiyə gecikdiyini və ehtiyat hissəsini götürəcək şəxsin tez gəlməsini bildirmişdir. Üzərinə baxış keçirilən zaman üzərindən pul aşkar olunmasa da maşınında pulu olmuşdur. O pulu maşında saxlamış və nəyisə almağa gedərkən özünə lazım olan qədər maşından pul götürmüşdür. İran sərhəddindən keçirdiyi həmin ehtiyat hissəsi "skif” adlanır. Şkifin ağırlığı onda hansısa bir şübhə doğurmamışdır. Ehtiyat hissəsinin kitabında “şkifin çəkisi barəsində məlumatı oxumamışdır. Ehtiyat hissəsini onun yanından götürərək, rentgen adlanan hissədə baxışdan keçirdikdən sona həmin ehtiyat hissəsini direllə deşəcəklərini bildirmişdirlər. Onu əməliyyatçılar binada ikinci mərtəbəyə apardıqdan sonra narkotik vasitəni ona göstərmişdirlər. Maşında narkotik vasitə aşkar olunduqdan sonra axtarış üçün maşına it cəlb edilmişdir. Murtuzla ən son gördükdən bir gün yarım sonra gömrük məntəqəsinə gəlmiş və bu müddət ərzində ora çatıb-çatmadığı barəsində kimsə zəng etməmiş, ona ehtiyat hissəsini götürmək üçün Emil adlı şəxs yaxınlaşmışdır. Ehtiyat hissəsinin çatdırılması ilə bağlı xanım onunla gizli nömrə vasitəsilə əlaqə saxlamışdır. Zəng edən xanım hətta ona Əli deyərək müraciət etmişdir. Xanım ona zəng edərkən adını bilsə də o, xanımın adını bilməmişdir. Yükü təhvil verərkən, təhvil alan şəxs ehtiyat hissəsi olan sumkanı ondan istəmişdir. Həmin zaman başqa şəxsə verəcək ehtiyat hissəsi olmamışdır. O da bunun qarşılığında ona öz təşəkkürünü bildirmişdir. Bundan sonra ona zəng gəlmiş, zəng edən şəxsə maşının hansı ərazidə dayandığını bildirmişdir. Həmin şəxs qarşı tərəfdən maşından düşərək onlara yaxınlaşmışdır. Həmin maşının aqibətini və maşının sürücüsünün kim olduğunu bilməmişdir. Maşının sürücüsünün bu işlə bağlılığının olub-olmaması barəsində məlumatı yoxdur. Murtuzun mobil nömrəsi İran nömrəsi olduğundan və rəqəm sayı çox olduğundan onu xatırlamır. şahid qismində dindirilmiş Şahid9 göstərmişdir ki, təqsirləndirilən şəxs Emillə tanışlığı qonşu olmaları ilə əlaqədardır. Xəstə anası ilə birlikdə yaşayır. Emil və Taleh onun evində bir-iki dəfə olmuş, Təqsirləndirilən şəxs2 isə onların evində olmamışdır. Narkotik vasitənin marixuana növündən bir-iki dəfə təkbaşına istifadə etmişdir. Hadisə baş verən günü Təqsirləndirilən şəxs3 zəng etsə də onun mobil nömrəsinə zəng çatmamış, Təqsirləndirilən şəxs4 ilə zəng vasitəsilə əlaqə saxlayarkən sonuncu ona “traktor karopkası” götürmək üçün getdiklərini və polis əməkdaşları tərəfindən tutulduqlarını bildirmiş, Təqsirləndirilən şəxs2 ilə isə əlaqə saxlamamışdır. İbtidai istintaqda verdiyi ifadəsində kiminsə onların evində narkotik vasitə istifadə etməsini bildirməmişdir. Təqsirləndirilən şəxs2 Emilin vasitəsilə tanımışdır. Baxtilə Çapayev tərəfdə işləmiş, uşağa baxmışdır. Emillə Tariyeli küçədə yerləşən avtoyuma məntəqəsində bir maşında olarkən görmüş, zəng etdikdə Ələtə ehtiyat hissəsi götürmək üçün getdiklərini bildirmişdirlər. İbtidai istintaqda verdiyi ifadəsi ilə tam tanış olmamışdır. Baxtilə ilə görüşdüyü zamanlarda Tariyel onların yanında olmamışdır. Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs4 bir yerdə görməmişdir. şahid qismində didirilmiş Şahid4 göstərmişdir ki, əməliyyat qrupuna rəhbərliyini o etmiş, Biləsuvar postunda ehtiyat hissəsinin içərisində narkotik vasitə aşkar olunmuşdur. Həmin maddi sübut əməkdaşların dediyinə görə, avtomobildə iki oturacağın arasında aşkar olunmuşdur. Orada sürücü onlara ehtiyat hissəsinin İran İslam Respublikasından verildiyini və Bakıya çatdırılmalı olduğunu bildirmişdir. Yolda gələrkən sürücüyə xanım tərəfindən gizli nömrə ilə zəng gəlmiş və sürücü Ələtə çatacağını ona bildirmişdir. Bundan sonra aşkar nömrə ilə sürücüyə zəng gəlmiş və sürücü nəqliyyat vasitəsinin harada saxlandığını zəng edən şəxsə bildirmişdir. Bir nəfər ehtiyat hissəsini götürmək üçün gəlmiş, yol ikitərəfli olduğu üçün "Opel” markalı maşının sahibi şəxsin saxlanıldığını gördükdə həmin ərazidən uzaqlaşmışdır. Ələtdə təqsirləndirilən şəxsdən narkotik vasitə aşkar olunmasını görə biləcək qədər məsafədə olmuşdur. Əməliyyat tədbiri zamanı sürücü ilə bir maşında gəlməmişdir, sürücünün yanında Rahil İskəndərov adlı əməkdaş oturmuşdur. Saxladıqları şəxs ilkin olaraq onu Elnarə adlı xanımın göndərdiyini bildirmiş, yaşayış yerini onlara Hövsan olaraq bildirmişdir. şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, Əməliyyat İstintaq Baş İdarəsinə Astara Gömrük Postundan yük maşınının saxlanıldığı və maşının kabinə hissəsində kustar üsulla hazırlanmış narkotik vasitə aşkar olunduğu barədə məlumat daxil olmuşdur. Əməliyyat istintaq qurupunun üzvü olmuş, əməliyyat qurupunun rəhbəri isə Toğrul Şabazov olmuşdur. Sürücü dindirilərkən ehtiyat hissəsinin tanıdığı İran vətəndaşı tərəfindən Ələt istiqamətində tanımadığı şəxsə çatdırılması məqsədilə ona verildiyi bildirmişdir. İdarədən zəng edib onlara bildirmişdirlər ki, Ələt gömrük postunda həmin nəqliyyat vasitəsini gözləsinlər. Yük maşını Astara gömrük postu əməkdaşlarının müşayiəti altında Ələt gömrük postunun yaxınlığına gətirildikdən sonra orada gözləyərkən qırmızı rəngli "Opel Astra” markalı minik avtomobili həmin əraziyə yaxınlaşmışdır. Bundan sonra təqsirləndirilən şəxs Emil maşından düşərək yük avtomobilinin sürücüsünə yaxınlaşıb ehtiyat hissəsini götürərkən əməkdaşlar tərəfindən saxlanılmışdır. Bu məqamda "Opel Astra” markalı nəqliyyat vasitəsinin sürücüsü həmin ərazidən uzaqlaşmışdır. Emil idarədə dindirilərkən onlara bağlamanın Elnarə adlı xanıma məxsus olduğunu bildirmişdir. Hadisə yerinə yaxın olmuşdur. Emil ehtiyat hissəsini götürən zaman əməkdaşlar ona yaxınlaşmış, onları görən kimi müqavimət göstərməyə çalışmış, şəxsin üzərində bıçaq olmuş və onu çıxartmaq istəmişdir. Hadisə zamanı adam sayı çox olduğu üçün ilk olaraq şəxsə kimin yaxınlaşdığını xatırlamır. Hadisə yerində 7-8 nəfər əməkdaş olmuşdur. Bağlamanı götürmək üçün neçə nəfər gələcəyi barəsində nə onların, nə də ki, Şahid12 məlumatı olmamışdır. Sürücüyə bağlamanı götürəcək şəxsin mobil nömrəsi və az miqdarda pul da verilmişdir. Maşında sürücünün yanında kimin olduğunu bilməmişdir. Bağlama kabinka hissədən götürülərkən o görmüşdür. şahid qismində dindirilmiş Şahid8 göstərmişdir ki, təqsirləndirilən şəxslərdən iki nəfəri tanısa da Təqsirləndirilən şəxs2 tanımır. 2022-ci ili yanvar ayının 23-ü idarəyə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirilməsi, həmin narkotik vasitələrin Şahid12 idarə etdiyi nəqliyyat vasitəsində maşının ehtiyat hissəsi olan iki ədəd diskin içərisində olması barəsində əməliyyat məlumatı daxil olmuşdur. Astara gömrük postunda maşına baxış keçirilən zaman iki ədəd ehtiyat hissəsinə bənzər diskin içərisindən hər birində təxminən bir kiloqrama yaxın narkotik vasitə olan tiryək aşkar olunaraq götürülmüşdür. Narkotik vasitələrin aşkar olunması kinoloqlar vasitəsilə aparılmışdır. Əməliyyat axtarış şöbəsinin rəisi olduğundan birbaşa maşına baxış keçirtməmiş, narkotik vasitə aşkar olunandan sonra onu görmüşdür. Baxış keçirilərkən hal şahidləri, inspektor və kinoloqlar da orada iştirak etmişdirlər. Daha sonra sürücü ilə şifahi söhbət aparılarkən o, İran İslam Respublikasında Murtuz adlı şəxsin həmin bağlamanı verərək Ələt ərazisində kiminsə götürəcəyini bildirmişdir. Rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qurupu yaradılmış, o da həmin əməliyyat qurupunun üzvü olmuşdur. Maşın nəzarət altında Ələt qəsəbəsində yerləşən Beynəlxalq Dəniz Ticarət Limanına gətirilmiş, liman yolunda maşını saxlamış, axşam vaxtı təxminən saat 17 radələrində yolun əks istiqamətində “Opel” Astra markalı maşının dayandığını müşahidə etmişdir. Həmin maşından onlara adı sonradan məlum olan Təqsirləndirilən şəxs3 düşərək yükmaşınına yaxınlaşmış və narkotik vasitəni götürərkən əməkdaşlar tərəfindən saxlanılmış, təqsirləndirilən şəxs olan Emil həmin bağlamanı Elnarə adlı xanımın xahişi ilə hadisə yerindən götürməyə gəldiyini bildirmişdir. “Opel” markalı avtomobil ərazidən uzaqlaşdığı üçün onu saxlaya bilməmiş, davam edən əməliyyat tədbirləri nəticəsində həmin avtomobilin sürücüsünün Təqsirləndirilən şəxs4 olduğu məlum olmuş, həmin şəxs Nəsimi rayonu ərazisində, Azadlıq prospektində mobil aksesuarlar dükanında saxlanılaraq istintaqa cəlb edilmişdir. Əməliyyat axtarış tədbirləri nəticəsində Elnarə adlı xanımın adının Təqsirləndirilən şəxs2 olduğu məlum olmuşdur. Fevral ayının biri Təqsirləndirilən şəxs2 15 saylı cəzaçəkmə müəssisəsinə gələcəyi məlum olmuş, o, əməliyyat qurupunun üzvləri tərəfindən saxlanılaraq istintaqa gətirilmişdir. Apellyasiya instansiyasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib həm özü, həm də müdafiəçisi tərəfindən verilən apellyasiya şikayətlərini müdafiə edərək göstərmişdir ki, müstəntiq ondan ifadə alınmamış, təqsirləndirilən şəxs kimi əsassız cəlb edilmişdir. Bu işlə bağlı heç kəslə danışmamış, heç kəsi tanımamış, Emil ilə bir dəfə danışığı olmuş, Tariyeli ümumiyyətlə tanımamış, Baxtiləyə traktor hissələrinin götürülməsi barədə heç bir söz deməmiş, Baxtilə onu şərləyərək təqsirkar kimi qələmə vermiş, Təqsirləndirilən şəxs2 Elnarə kimi tanımış, onu tanıyandan təxminən bir il sonra həbs edilmişdir. Onunla nikahlarını cəza çəkmə müəssəsində olanda bağlamışdır. 2022-ci ilin yanvar ayında dəfələrlə Baxtilə ilə telefon danışıqları olmu, həm özü Baxtiləyə, həm də Baxtilə ona zəng vurmuşdur. Baxtilənin bir neçə telefon nömrəsi olmuş, o cümlədən ***-**-** və ***-**-** nömrələr olub. Baxtilə ilə danışıqları olsa da, traktor ehtiyat hissələrinin götürülməsi barədə ümumiyyətlə, o cümlədən telefon danışıqları olmamışdır. Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib həm özü, həm də müdafiəçisi tərəfindən verilən apellyasiya şikayətlərini müdafiə edərək göstərmişdir ki, tutulmazdan 3-4 ay əvvəl Anarla rəsmi nikah bağlamışdır. Təqsirləndirilən şəxs1 dedikləri yalandır, Anar həm onun əsl adını bilmiş, həm də ailəsini və usağlarını tanımışdır. 2022-ci ilin yanvar ayında Anarın yanına, 15 saylı cəzaşəkmə müəssisəsinə gedəndə Anar ona dedi ki, “ola bilər sənə zəng gələr, traktor zapçastı gələcək, sənə deyəndə gedib götürərsən, gəlib səndən onu götürəcəklər”. Gələn malın narkotik olduğunu bilməmişdir. 2022-ci ilin yanvar ayının 23-də səhər saat 9-dan axşama qədər Anar onunla təxminən 10 dəfə telefonla danışmışdır. İranlı Rza ilə onu Təqsirləndirilən şəxs1 tanış etmişdi. Tariyeli əvvəllər tanımamış, Emili isə tutulmamışdan 5-6 ay əvvəl tanımışdır. Təqsirləndirilən şəxs3la onu Şahid13 tanış emişdir. Hadisə günü Emil ilə Tariyelin getməyini bilməmişdir. Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib müdafiəçisi tərəfindən verilən apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, dərzi işləyirmiş, lakin pandemiya dövründə işlər zəif olduğundan taksi xidməti kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs3 tanıyır. 23 yanvar 2022-ci il tarixdə saat 17:30 radələrində Emil ona zəng vuraraq 60 manat müqabilində Ələt qəsəbəsinə getməyini xahiş etmişdir. Əvvəllər də taksi sürücüsü kimi bir neçə dəfə onu müxtəlif ünvanlara aparmışdır. Yolboyu Emil yatmış, Ələtə çata-çatda Emili oyadıb hara getməklərini soruşmuşdur. Emil telefonda yazışmış, sonra bir nömrəyə zəng vurmasını xahiş etmişdir. Zəng vurduqda sürücü ilə danışmış və hara gəlmək lazım olduğunu soruşmuşdur. Sürücü Ələt qəsəbəsindəki limanın girişində gözlədiyini bildirmişdir. Axşam saat 20-21 radələrində deyilən yerə gəldikdə Emil düşüb orada dayanmış maşına yaxınlaşmış və qəflətən həmin yerdə dava düşmüşdür. Bundan həyacanlanıb sürüb orada uzaqlaşmışdır. Verilən suallara Təqsirləndirilən şəxs4 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, narkotik vasitələrdən yalnız marixuanadan istifadə etmişdir. Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib tərəfindən verilən apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, narkomandır, yeddi dəfə məhkumluq həyatı yaşamış, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 tanıyır, Təqsirləndirilən şəxs1 isə tanımır. Hadisə günü günorta vaxtlarında Şahid13 adlı dustaq yoldaşının vasitəsi ilə tanış olduğu Təqsirləndirilən şəxs2 Ələt qəsəbəsinə gedib traktor ehtiyat hissəsi götürməyi ondan xahiş etmişdir. Baxtilənın xahişinə görə taksi kimi fəaliyyət göstərən tanışı Təqsirləndirilən şəxs4 zəng vurub onu Ələt qəsəbəsinə aparmasını xahiş etmiş və onlar 60 manata razılaşmışlar. Tariyelə arada bir tiryək vermiş və onlar birgə həmin narkotiki istifadə etmişdilər. Ələtə gedəndə də narkotikin təsiri altında olmuş, ona görə yolboyu yatmışdır. Ələtə çatanda Baxtiləyə zəng vurub konkret olaraq onları harada və kim tərəfindən gözləmələrini soruşmuş və Baxtilə bir müddətdən sonra TİR sürücüsünün onları Ələt limanının yanında gözlədiyini deyib sürücünün telefon nömrəsini vermişdir. Sürücü ilə həm Tariyel, həm də özü danışmışdır Tariyelin telefonundan. Axtardıqları TİRı görəndə düşüb ona tərəf getmiş, Tariyel isə maşında qalmışdır. TİRa yaxınlaşanda əməliyyatçılar tərəfindən saxlanılmış, Tariyel isə oradan uzaqlaşmışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs3 göstərmişdir ki, nə özünün, nə də Tariyelin ehtiyat hissə əvəzinə narkotik gətirmək üçün getdiklərindən xəbəri olmamış, Baxtilə bu barədə onlara bildirməmiş, həqiqətən də Təqsirləndirilən şəxs2 kartına pul göndərmişdir ki, Baxtilə ərzaq alıb həbsdə olan oğlu üçün aparsın, həmişə imkanı olanda Baxtiləyə köməklik etmiş, Baxtilə ilə Tariyelin tanışlığı olmamış, Baxtilə ilə məclisdə narkotik barədə söhbətləri olmamış, Baxtilənin narkotik vasitələrdən istifadə etməsi və ya satışı ilə məşğul olması barədə məlumatı olmamış, ehtiyat hissələrini götürəndən sonra Baxtilənin özünə çatdırmalı idi, Tariyel ilə münasibəti olsa da, 60 manat məbləğində yol xərcini Baxtilə verməli olduğundan həmin pulu verməyə Tariyelə söz vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara” gömrük postunda tərtib edilmiş "Malların və nəqliyyat vasitələrinin yoxlanılmasına dair” 23 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şahid12 idarə etdiyi "Mercedes-Benz” markalı, 99HN868/99ZB089 qeydiyyat nişanlı yük avtomobilinə gömrük baxışı keçirilərkən dartıcının kabinasındakı iki oturacağın arasında olan malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə 2 ədəd dairəvi formalı, metaldan ibarət avtomobil ehtiyat hissəsinin içərisində gömrük nəzarətindən gizlədilmiş ayrı-ayrılıqda çəkiləri 1010 qram və 938 qram olmaqla, ümumilikdə çəkiləri 1948 qram təşkil edən tiryək narkotik vasitəsinə bənzər maddə aşkar edilərək götürülmüş, sorğu- sual zaman Şahid12 həmin ehtiyat hissələrinin daxilindəki boşluqdan aşkar edilən maddələrdən məlumatsız olmasını, həmin ehtiyat hissələrini İran İslam Respublikasının Astara şəhərində yerləşən dükanlardan birində satıcı işləyən "Murtuz” adlı şəxs tərəfindən ona verildiyini və Ələt qəsəbəsində ondan təhvil alınacağını bildirmişdir (cild 1, iş vərəqə 09-15). 23 yanvar 2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin rəisi tərəfindən Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsi Narkotiklərlə mübarizə şöbəsinin rəisi Şahid4, həmin şöbənin baş əməliyyat müvəkkili Şahid7, həmin şöbənin böyük əməliyyat müvəkkili Şahid5, Cənub Ərazi Baş Gömrük İdarəsinin əməliyyat şöbəsinin rəisi Şahid8 və həmin idarənin əməliyyat müvəkkili Şahid6 iştirakı ilə əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir (cild 1, iş vərəqə 20-21). 23 yanvar 2022-ci il tarixli "aşkar edilmiş predmetin yerləşdirilməsi haqqında” və "əməliyyat tədbirinin davam etdirilməsi və şəxsin saxlanılması haqqında” protokollarla müəyyən edilmişdir ki, aşkar edilmiş tiryək narkotik vasitəsinə bənzər maddə hal şahidlərinin iştirakı ilə yenidən qablaşdırıldığı bağlamadan çıxarılaraq əvvəlki vəziyyətinə qaytarılmış, nəzarət qaydasında həmin maddəni qəbul edəcək şəxsə çatdırması üçün Şahid12 idarə etdiyi yük avtomobilində Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsinə göndərilmiş, həmin gün saat 19 radələrində sonradan şəxsiyyəti müəyyən edilən Təqsirləndirilən şəxs3 qırmızı rəngli "Opel” markalı, "Astra” modelli, 77PB806 dövlət qeydiyyat nişanlı minik avtomobilindən düşərək həmin bağlamanı Şahid12 təhvil alarkən gömrük əməkdaşları tərəfindən saxlanılmış, həmin avtomobilin sürücüsü isə idarə etdiyi avtomobillə hadisə yerindən uzaqlaşmışdır (cild 1, iş vərəqə 22-25). Qeyd edilən bağlamaya 23 yanvar 2022-ci il tarixdə saxlanılan Təqsirləndirilən şəxs3 iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirildikdə tiryək narkotik vasitəsinə bənzər maddənin qoyulduğu bağlamanın tamlığının pozulmadığı müəyyən edilmişdir (cild 1, iş vərəqə 26-29). 23 yanvar 2022-ci il tarixli "şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs3 əynindəki cins şalvarının arxa cibindən bir ədəd bıçağı çıxararaq gömrük əməkdaşlarına təqdim etmiş, həmçinin üzərindən müxtəlif şəxsi əşyalarla yanaşı xx.xx.2022-ci il tarixdə, saat 15:27-də Bakı şəhəri, Təbriz küçəsində yerləşən "Bolmart” marketində olan ödəniş terminalı vasitəsi ilə "xxxx" AsC-yə məxsus 51236*******2237 plastik kart hesabına 100 manat pul ödənilməsinə dair qəbz aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2022-ci il tarixli, 6/452 saylı ekspert rəyi ilə ekspertizaya təqdim edilmiş 1 ədəd bağlamada olan maddənin ümumi təmiz çəkisinin 1946,4 qram təşkil edən tiryək narkotik vasitəsi olması müəyyən edilmişdir. Ekspert tədqiqatından sonra narkotik vasitə olan tiryəkin qalıq çəkisi 1946,05 qram təşkil etmişdir (cild 1, iş vərəqə 113-114). 26 yanvar 2022-ci il tarixli “Əşyanın maddi sübut qsimində tanınması haqqında” qərardan görünür ki, 23 yanvar 2022-ci il tarixdə Şahid12 idarə etdiyi "Mercedes-Benz” markalı, 99HN868/99ZB089 qeydiyyat nişanlı yük avtomobilinin yoxlanılması zamanı aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 1946,05 qram təşkil edən tiryək narkotik vasitəsi maddi sübut kimi tanınaraq, saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutlar saxlanc otağına təhvil verilmişdir (cild 2, iş vərəqə 1-2). 26 yanvar 2022-ci il tarixli əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs3 şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən avtomobil ehtiyat hissələrinin Bakı şəhərinin Ələt qəsəbəsindən götürülməsini ona tapşıran Elnarə adlı şəxsin müəyyən edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi barədə göstəriş verilmişdir (cild 2, iş vərəqə 34). 02 fevral 2022-ci il tarixli əşyaya (mobil telefona) baxış keçirilməsi haqqında protokola əsasən Təqsirləndirilən şəxs2 Bayram qızından götürülmüş "Mİ A3” modelli üzərində "Bakcell” operatoruna aid "055 418-15-15” saylı möbil telefon nömrəsi olan 1 ədəd "Xiaomi” markalı telefona baxış keçirilmiş, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsinə telefonun "adlar” bölməsində "R” adı ilə qeyd edilmiş İran İslam Respublikası operatoruna aid +**********92 saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə, saat 12:22-də "Taksiyəm, bu nə sözdür, taksiyəm, bunu mənə verib burda gətirəm verəm, Elnarə adlı xanım verib gətirirəm verəm burda, bu nə sözdür?!” məzmunlu, həmin gün, saat 12:25-də 055-418-1515 saylı mobil telefon nömrədən +**********92 saylı mobil nömrəyə "Rza, ürəyim bilirəm e, taksiyəm, demək istəyirəm ki, həm də ki, etibarlı adam olsun, aparan adam, bilirsən nəyə görə deyirəm? inan ki, bu polis məsələsi elə düşüb ortaya ki, ürəyim səksəkədədir, inandığın adam olsun da, ona görə deyirəm ki, İraq olsun, sabahları Allah uzaq eləsin, onlar tutularlar, məni ələ keçirmək üçün, məni tapmaq üçün, deyərlər ki, oğlu türmədədir, oğlumun əli ilə məni taparlar, bildin onu demək istəyirəm Rza? İndi sizdə iranda bilmirəm türmə necədir, burda bir az türməyə ciddi yanaşırlar da, azyaşlı olanda lap qorxurlar, qurban olum ona görə deyirəm bildin? İnanırsan ki, bax bu Emil bilirdi da mən məsəl üçün oğlumun türmədə olduğunu, nə yaxşı ki, tam adını bilmirdi. Ürəyim özüm-özümə fikirləşirəm ki, bax məni onun əli ilə də tapardılar. Deyərdi ki, onun oğlu var türmədə, adı, familyası budur, anasını çağırtdırın, belə tutun, bildin rza? Belə şeylər var e qurban olum, yaxşı ki, adını familyasını bilmirdi. Sən kimi göndərsən ora mənə bir kəlmə de ki, qapıdadırlar, türmənin qapısmdadır, vsyo, Mən orda zəng edəcəyəm, kişiyə deyəcəyəm, rəisə, rəis çıxıb götürəcək onlardan. Əsas odur ki, ora kimsə gedib çatanda, sənə xəbər etsin ki, Rza qapının ağzındayam. Mən də zəng edim, deyim rəisə, rəis çıxsın götürsün. De ki, gedən adama 4 saylı şeydədir da, Xətaidə türmə. Xətai metrosunun arxasında, Xətai metrosunun yanında, özü bilir da” məzmunlu, telefonun "adlar” bölməsində "Lalow” adı ilə qeyd edilmiş ***-***-**-** saylı mobil nömrəyə "Lali, bu Emili tutmamışdılar?, məni sistemdən gəlib axtarırdılar axı. Bu günləri, bu gün yox e, dünən aformit elədilər, göndərdilər getdi Kürdəxanıya. Day mənə elə də qorxusu yoxdur, nətər qorxusu yoxdur? Gözə görsənməyəcəyəm da, axtardılar-axtardılar, gördülər çıxmıram ortalığa, prosto sən ora gedəndə bu nömrə, başqa uşaqdır da kimdirsə tutulub, onun telefonunda olub mənim nömrəm, yaxşı? deyirəm bəlkə heç o deyil, o vaxt əxi var idi ee, Anar gedib telefon-zad götürmüşdü mənim adıma, mənim adıma götürməmişdi e, məni zamin kimi, deyirəm bəlkə ona görə məni axtarırlar, nə isə da axırı. Prosto orada nə badə mənim adımı çəkmə da, demə xalama vermişəm. Çünki xala desən, bildin? Deyəcəklər ki, xalan gəlsin, mən də ora gedən kimi, mənim şəklimi görən kimi vsyo, naxadı getdim. Yaxşı Lalə? Allah haqqı bezmişəm e, belə gəzməkdənsə çöldə, elə gedib tutulmaq hamısından yaxşıdır. Bir dənə Şəfiyə görə qalmışam belə. De ki, itirmişəm, qurtardı. Yaxşı lalə sənə qurban? Birdən səni dilə tutarlar, müstəntiq kimi da, yadındadır, Xəqani kimi, de ki, heç nə, itirmişəm, de ki, o vaxt itib nömrəm, ondan sonra da heç maraqlı olmayıb, de ki, mənim üçün nömrə. Xalanın adını çəkmə, çəkdin vsyo. P..-p..a qarışacaq. Çünki mənə zəng elədi, dedilər ki, bəs, Emil uje aformut oldu, sənin məsəl üçün dalınca gələn olmayacaq, amma ortalığa çıxma. Ona görə deyirəm ki, gedəndə de ki, o vaxt itirmişəm, vəssalam. Nə də onlar səni saxlaya bilməzlər. Yaxşı Lalə?”, ***-***-**- ** saylı mobil telefon nömrəsi ilə "Gulum Gence” adı ilə telefonun adlar bölməsində qeyd edilmiş şəxsə "vatsap” proqramında "elə tutulum gedim qulağım dinc olsun, istəmirəm Anan da, Allaha tapşırmışam, Allah bəlalarını versin, mənim haqqımı itirdilər, Allah onları bağışlamaz” məzmunlu mesajlar göndərilməsi aşkar edilmişdir (cild 2, iş vərəqə 47-72). 03 fevral 2022-ci il tarixli fotoşəkil üzrə tanınmaya təqdim etmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 fotoşəkili Təqsirləndirilən şəxs2 tanınmaya təqdim edilərkən o, Təqsirləndirilən şəxs1 foto şəklini 3 nəfər oxşar şəkilin arasından tanımış və protokola "ifadələrimdə göstərdiyim, içərisindən narkotik vasitə aşkar olunan ehtiyat hissəsini gedib götürməyi mənə tapşıran Təqsirləndirilən şəxs1 fotocədvəldə 2 rəqəmi ilə nömrələnmiş fotoşəkildəki şəxsdir” deyə protokola qeyd vermişdir (cild 2, iş vərəqə 91-93). "Bakcell” MMC-dən daxil olmuş 01 mart 2022-ci il tarixli, BKC/LGL-3598/22 nömrəli məktuba əlavə edilmiş diskə baxış keçirilməsinə dair 09 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan **********55504 İMEİ kodlu mobil telefonda xx.xx.2021-ci il tarixdən (saat 20:35-dən) xx.xx.2021-ci il tarixədək (saat 11:06dək) olan müddət ərzində X7 adına qeydə alınan ***-***-**-** saylı mobil telefon nömrəsinin, xx.xx.2021-ci il tarixdən (saat 14:54-dən) xx.xx.2021-ci il tarixədək (saat 23:03-dək) olan müddət ərzində X5 adına qeydə alınan ***-***-**-** saylı mobil telefon nömrəsinin, xx.xx.2021-ci il tarixdən (saat 04:16-dan) xx.xx.2022-ci il tarixədək, (saat 09:38-dək) olan müddət ərzində X3 adına qeydə alınan 055663-40-76 saylı mobil telefon nömrəsinin, xx.xx.2022-ci il tarixdən (saat 09:42-dən) xx.xx.2022-ci il tarixədək (saat 15:33-dək) olan müddət ərzində X8 adına qeydə alınan, lakin Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadə edilmişdir. beləliklə də baş vermiş cinayət hadisəsindən sonra Təqsirləndirilən şəxs2 əvvəllər istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsini ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əvəz etməsi öz təsdiqini tapmışdır (cild 2, iş vərəqə 212-227). 31 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 götürülmüş bir ədəd mobil telefona iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədi ilə baxış keçirilərkən vatsap proqramında olan mesajların silindiyi müəyyən edilmişdir (cild 3, iş vərəqə 44). Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş 16 mart 2022-ci il tarixli, 06/02-783 saylı məktuba əlavə edilmiş eyni tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 28 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında tibbi müayinəsi zamanı sol saidinin ön tərəfinin 2 yerindən qərtməkli yara izləri aşkar edilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat daxil olmuş, məlumatın araşdırılması zamanı izahat vermiş Təqsirləndirilən şəxs4 gömrük əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi zor tətbiq edilmədiyini, bədəni üzərində aşkar edilmiş xəsarətləri həbs olunmazdan əvvəl nə vaxt və hansı şəraitdə aldığını xatırlamadığını, buna görə də məhkəmə-tibbi ekspertizanın keçirilməsindən imtina etdiyini bildirmiş, bu səbəbdən də həmin faktla bağlı cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqə 45-48). "xxxx" MMC-dən daxil olmuş 12 aprel 2022-ci il tarixli AZF/LGL-7963/22 nömrəli məktuba əlavə edilmiş disk və həmin diskə baxış keçirilməsinə dair 18 aprel 2022-ci il tarixli, "xxxx" MMC-dən daxil olmuş 12 aprel 2022-ci il tarixli, AZF/LGL-6260/22 nömrəli məktuba əlavə edilmiş disk və həmin diskə baxış keçirilməsinə sair 18 aprel 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən Şahid12 Əmərli oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 23 yanvar 2022-ci il tarixdə, saat 12:48-də zəng edilərək 34 saniyə, həmin gün saat 16:38-də zəng edilərək 16 saniyə, həmin gün saat 16:41-də zəng edilərək 53 saniyə, həmin gün saat 16:49-da zəng edilərək 80 saniyə, həmin gün saat 18:38-də zəng edilərək 33 saniyə, həmin gün saat 18:56-da zəng edilərək 15 saniyə, həmçinin Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən həmin gün, saat 18:56- da zəng edilərək 111 saniyə danışıq aparılmış, həmçinin hər üç təqsirləndirilən şəxs, yəni Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 mütəmadi olaraq (Təqsirləndirilən şəxs2 yalnız bir dəfə) X9 adına qeydə alınan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb danışıqlar aparmış, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə saat 18:21-də ***-***-**-** saylı mobil telefon nömrəsindən “Emil san manim canim bida podarka hazirla da mana v jidkom vide ya seycas sdoxnu. Vallah rasscitayemsa. İmkan varsa 10 daygiya çatıram” (tərcüməsi - “Emil bir dənə maye halında hədiyyə hazırla da mənə, indi öləcəyəm, vallah hesablaşacağıq, imkan varsa, 10 dəqiqəyə çatıram”), həmçinin həmin gün, saat 18:25:55-də “Emka umolayu podarok hazirla da mana v jidkom vide.pliz.vallah rasscitayemsa ya sdixayu. 10 dayg çatıram” (“Emka sənə yalvarıram hədiyyə hazırla da mənə, maye halında, xahiş edirəm, vallah hesablaşacayıq, indi öləcəyəm, 10 dəqiqəyə çatıram”) məzmunlu mesajlar göndərilmişdir (cild 3, iş vərəqə 99-210). "xxxx" MMC-dən daxil olmuş 12 aprel 2022-ci il tarixli məktuba əlavə edilmiş diskə baxış keçirilərkən həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən 012 kodu ilə başlayan nömrələrə zəng edilən nömrələrin hansı ünvana aid olması müəyyənləşdirilərkən həmin nömrələrdən bir neçəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsinin olduğu müəyyən edilmişdir (cild 3, iş vərəqə 211-212). 23 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs3 üzərində axtarış aparılarkən üzərindən xx.xx.2022-ci il tarixdə, saat 15:27-də Bakı şəhəri, Təbriz küçəsində yerləşən “Bolmart” marketində olan ödəniş terminalı vasitəsi ilə "xxxx" ASC-yə məxsus 51236*******2237 plastik kart hesabına 100 manat pul ödənilməsinə dair qəbz aşkar edildiyindən, həmin qəbzin üzərində olan ******************** hesab nömrəsi kimin adına və hansı nömrəli plastik kartın qeydə alınması məqsədi ilə "AZƏR- TÜRK BANK” ASC-ə məhkəmə qərarı göndərilmiş, "AZƏR-TÜRK BANK” ASC-dən daxil olan 15 aprel 2022-ci il tarixli, xx/xx- 1518 saylı məktub və məktuba əlavə edilmiş çıxarışla həmin hesab nömrəli plastik bank kartının Təqsirləndirilən şəxs2 məxsus olması, müqavilənin xx.xx.2021 -ci il tarixdə bağlanması və 100 manat pulun xx.xx.2022-ci il tarixdə həmin hesaba keçməsi müəyyən edilmişdir (cild 3, iş vərəqə 213-217). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsindən daxil olmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum edilməmişlər (cild 3, iş vərəqə 232-233, 238). Apellyasiya şikayətlərinin dəlilləri müxtəlif olsa da, ümumən apelyatorlar təqsirləndirilən şəxslərin hər birinin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 göstərilən cinayətlə ümumiyyətlə əlaqəsinin olmaması, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 göndərilən ehtiyat hissəsinin içərisində narkotik vasitənin olmasından xəbərsiz olması barədə məhkəmədə verdiyi ifadələrini iş materialları ilə təkzib olunması əsası ilə onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab etmişdir. Məhkəmə kollegiyası hər bir apellyasiya şikayətinin dəlillərinə, təqsirləndirilən şəxslərin hər birinin əməllərinə dair aşagıdakı qaydada şərh verməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs1 və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərində, apellyasiya şikayətinə verilmiş əlavədə, eləcə də təqsirləndirilən şəxs və müdafiəçisi çıxışlarında Təqsirləndirilən şəxs1 sözügedən cinayətdən ümumiyyətlə xəbərinin olmaması, Baxtiləyə hər hansı bir ehtiyat hissəsinin götürülməsi ilə bağlı tapşırıq vermədiyini, narkotik vasitələrin gətirilməsindən məlumatsız olduğunu vurğulamışdılar. Göründüyü kimi, apellyasiya şikayətlərinin əsasını Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 tərəfindən şərlənməsinə dair fikirlər təşkil etsə də, bu fikirləri təsdiq edən, yəni hansı səbəbdən Təqsirləndirilən şəxs2 rəsmi nikahda olan, davamlı olaraq cəzaçəkmə müəssisəsində ziyarət etdiyi, demək olar ki, hər gün telefon əlaqəsi saxladığı, bir sözlə normal münasibətdə olduğu ərinin haqsız şərlənməsi barədə əsaslar müdafiə tərəfindən təqdim edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs3 keçirilən əməliyyat nəticəsində tutulduqdan sonra, özü tutulmamışdan əvvəl, polis əməkdaşları tərəfindən axtarılmasını bilib bununla bağlı həyacan keçirən Təqsirləndirilən şəxs2 "Gulum Gence” adı ilə telefonun adlar bölməsində qeyd edilmiş, Təqsirləndirilən şəxs1 dostu Rüfətin arvadı Sevincin vasitəsilə tanış olmuş şəxslə yazışmada "elə tutulum gedim qulağım dinc olsun, istəmirəm Anarı da, Allaha tapşırmışam, Allah bəlalarını versin, mənim haqqımı itirdilər, Allah onları bağışlamaz” məzmunlu mesajlar göndərərək məhz Təqsirləndirilən şəxs1 onu bu duruma salmasından onların ümumi tanışlarına gileylənmişdir. Burada diqqət çəkən məqamlardan biri də Təqsirləndirilən şəxs1 barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün mahiyyətidir. Həmin hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 206.3.2, 228.4, 234.1, 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinib cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə istintaqında da verilmiş ittihamlar üzrə özünü təqsirli bilmiş Təqsirləndirilən şəxs1 əməlinin mahiyyətinə nəzər saldıqda müəyyən olunur ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikasında olan qrup üzvünün vasitəsi ilə üç kiloqramdan artıq tiryəki qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətizdirmiş və Beyləqan rayonunun ərazısındə cinayətkar qrupun digər üzvü ilə həmin narkotik vasitəni götürərkən yaxalanmışdır. Bu işdə maraqlı hal odur ki, Təqsirləndirilən şəxs1 qrupun digər üzvü ilə narkotik vasitəni götürərkən yaxalanan zaman onunla birlikdə qeyri rəsmi yaşadığı, törədilmiş cinayətdə əməli sübuta yetirilməmiş, bu səbəbdən də barəsində olan cinayət təqibinə xitam verilmiş X13 da olmuşdur. Hazırki işlə müqayisə etdikdə nəzərə çarpan hal Təqsirləndirilən şəxs1 məhz İran İslam Respublikasında olan şəxslərlə əlaqə yaradaraq əlbir olub külli miqdarda eyni növ narkotik vasitələrin (tiryək) qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətizdirilməsi, bu işdə yaşadığı qadınlardan istifadə etməsi oxşar cəhətlərdir. Müdafiə tərəfi Təqsirləndirilən şəxs2 hadisə baş verən ərəfədə Təqsirləndirilən şəxs1la ünsiyyətdə olmamasını, sonuncunun cəza çəkdiyindən bu cinayətin təşkil etməsinin mümkünsüzlüyünü vurğulasa da, verilmiş sorğuya cavabdan görünür ki, istər hadisədən əvvəl, istərsə də hadisə baş verəndən sonra tutulan günə qədər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrədən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi 15 saylı cəzaçəkmə müəssisənə aid telefon nömrələri ilə uzun müddət danışıqlar aparmış və məhz həmin cəzaçəkmə müəssisənə gələndə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 özlərini təqsirli bilməyərək törədilmiş cinayətdən xəbərsiz olmaları, Təqsirləndirilən şəxs1 xahişi ilə götürüləcək malın narkotik vasitə deyil, traktor ehtiyat hissəsinin olması barədə Təqsirləndirilən şəxs2 ifadəsi, sonuncunun Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs4 məhz traktor ehtiyat hissələrinin Ələt qəsəbəsindən götürmək üçün getmələri barədə ifadələri də inandırıcı deyil. Belə ki, cinayət işnin materiallarından görünür ki, adları çəkilən şəxslər bir-birlərini kifayət qədər yaxşı tanımışlar. Təqsirləndirilən şəxs2 uzun müddət Təqsirləndirilən şəxs1la ər-arvad münasibətində olmaqla sonradan münasibətlərini rəsmləşdirmiş, həmçinin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3la, Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs4 kifayət qədər uzun müddət bir-birlərini tanımışdır. Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 dəfələrlə, o cümlədən narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olduqlarına görə məhkum olunmuş şəxslərin məclisində tanış olub ünsiyyətdə olmuşlar. Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs4 tanışlığı da narkotik vasitələrin istifadəsi ilə bağlı olmuşdur. Hər ikisi istintaq dövründə, Təqsirləndirilən şəxs3 isə həmçinin məhkəmə iclasında bu halı təsdiq edərək bir neçə dəfə Təqsirləndirilən şəxs4 istifadə üçün narkotik vasitələrin verməsini, bəzi hallarda aralarındakı narkotik vasitələrin ödənişini taksi xidməti ilə əvəzləşdirməsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs3 narkotik vasitələrin yayılması ilə məşğul olması yuxarıda qeyd edilmiş sənədlərin tədqiq ilə bağlı hissədə də öz əksini tapmışdır. Yəni nə Təqsirləndirilən şəxs1, nə Təqsirləndirilən şəxs2, nə Təqsirləndirilən şəxs3, nə də ki Təqsirləndirilən şəxs4 nəqliyyat vasitələrinin alqı-satqısı ilə deyil, əksinə məhz narkotik vasitələrin istifadəsi və yayılması ilə məşğul olmaları ən azından bu xəbəri bir-birinə ötürən şəxslərə bəlli olması aşkar surətdə cinayət işinin materiallarıdan görünür. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər istər ibtidai, istərsə də məhkəmə istintaqı zamanı ziddiyyətli, müxtəlif xırda epizodlarda bir-birini təkzib edən ifadələr versələr də, həmin ifadələr həm ayrı-ayrılıqda, həm də şahidlərin ifadələri ilə müqayisəli şəkildə təhlil edilərkən müəyyən edilmişdir ki, nəticə etibarı ilə cəm şəkildə bu ifadələr, həmçinin cinayət işi üzrə toplanmış digər sənədlər bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisənin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqli təsvirini formalaşdırıb təqsirləndirilən şəxslərə verilmiş hər bir ittihamı təsdiq edirlər. Bu səbəbdən məhkəmə, təqsirləndirilən şəxslərin xırda epizodlarda bir-birini təkzib edən qeyri-səmimi ifadələrini özünümüdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətlərinin əsaslandığı dəlillərinin artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə, bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edib, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığını vurğulayıb birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, bu sübutlar əsasında məhkəmə təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməllərini törətmələri barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onların törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələri ilə yanaşı, şəxsiyyətlərini, təyin ediləcək cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini əsas götürərək təqsirli bilindikləri maddələrin sanksiyası daxilində qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin cəzasının daha da yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericilik normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 1(101)-422/2023 saylı hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxslər və onların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 və müdafiəçisi, Təqsirləndirilən şəxs2 və müdafiəçisi, Təqsirləndirilən şəxs4 müdafiəçisi, eləcə də Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 1(101)- 422/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan CPM-nin 408- 412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. X11 (sədrlik edən), Cavid Hüseyn, Habil Məmmədov
Məhkəmə qərarları › İş №1(103)-83/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-83/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver