Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-831/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Murquzov İlqar Mustafa oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Müdafiəçi – "Verdiktum" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş,
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-37/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,
MÜƏYYƏN ETDİ:
2. Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə va aldatma yolu ilə zərərçəkmiş şəxslərə məxsus xeyli miqdarda əmlakı ələ keçirərək təkrarən dələduzluq etmişdir.
3. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə **-YY-*** dövlət qeydiyyat nişanını Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirəcəyi barədə qəsdən yalan məlumat verərək onu aldatmış, etibarından sui istifadə edərək xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qİİ-nin həyətində sonuncunun ümumilikdə 5100 manat məbləğində pul vəsaitini ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə **-VV-*** dövlət qeydiyyat nişanını Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirəcəyi barədə qəsdən yalan məlumat verərək aldatmış, etibarından sui istifadə edərək sonuncunun tanışı Zərərçəkmiş şəxs1 tərəfindən ona verilməsi üçün gətirilmiş 5500 manat məbləğində pul vəsaitini xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qİİ-nin həyətində ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə Zərərçəkmiş şəxs3 Almaniya Federativ Respublikasından öz istifadəsi üçün gətirdiyi "Merсedes Benz" markalı avtomobilin gömrük rəsmiləşdirilməsini həyata keçirəcəyi barədə qəsdən yalan məlumat verərək aldatmış, etibarından sui istifadə edərək xx.xx.2022ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin qarşısında 10800 manat məbləğində pul vəsaitini ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-37/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X1 şübhəli şəxs qismində tutulduğu 09 sentyabr 2022-ci il tarixdən 10 sentyabr 2022-ci il tarixədək, 01 (bir) gün müddət nəzərə alınmaqla, X1 üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 23 yanvar 2023-cü il tarixdən hesablanması, X1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin ləğv edilərək “həbs” qətimkan tədbirinin seçilməsi iş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunası əmlakın olmaması, X1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir.
5. Hökmdə həmçinin sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır.
6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-37/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib ona bəraət verilməsini xahiş etmişdir.
7. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir.
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
9. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
10. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı T.Qəhrəmanov apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxslər apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
12. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-37/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
14. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.
15. Birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Meyvəli” bazarının yaxınlığında "xxxx" MMC-də işləyir, onun vəzifəsi daxil olmuş müştərilərə gömrük bəyannaməsi yazmaqdan ibarət olmuşdur. Bundan əlavə qazanc əldə etmək məqsədilə avtomobillərin rəsmiləşdirməsinə köməklik edərək hər bir müştəridən 30-50 manat zəhmət haqqı aldığını bildirmişdir. Növbəti dəfə sənədləşmə işləri apararkən o, Elnur adlı şəxslə müştəri kimi tanış olmuş, ona bir neçə dəfə avtomobillərinə BDYPİ-nin Qİİ-də qeydiyyat nişanı alınmasında və sənədləşdirilərək rəsmiləşdirməsində köməklik etmişdir. 2022-ci ilin fevral ayında isə Elnur ona **-YY-*** və **- VV-*** dövlət qeydiyyat nişanları satışda olarsa əgər əldə etmək istədiyini bildirmişdir. Onlar görüşərək bu barədə danışmış, o da Elnura həmin qeydiyyat nişanlarının növbəsinin çatmadığını, növbə çatdığında həmin qeydiyyat nişanları onun adına rəsmiləşdirə biləcəyini bildirmişdir. Azyaşlı qızı xəstə olduğu üçün Naxçıvan Muxtar Respublikasına getməli olduğundan Elnurdan 1000 manat pul borc istəmiş, Elnur ona həmin məbləği vermişdir. Naxçıvan Muxtar Respublikasından qayıtdıqdan sonra həmin qeydiyyat nişanları onun adına rəsmiləşdirəcəyini bildirmiş, bundan sonra Naxçıvan şəhərində uşağının müalicəsi ilə məşğul olmuş, Naxçıvan şəhərində olan zaman Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları ona zəng edərək onu polis bölməsinə dəvət etmiş, lakin, Naxçıvan şəhərində olduğundan onlara gələ bilməyəcəyini demişdir. Bir müddətdən sonra Bakı şəhərinə qayıtdıqdan sonra polis bölməsinə getməmiş, Elnurla əlaqə saxlamamış, Bakı şəhərinə qayıtdıqdan sonra Binəqədi rayonunda yerləşən Turan adlı şəxsdən icarəyə avtomobil götürdüyündən onunla münasibətləri yaranmağa başlamışdır. 2022-ci ilin aprel ayında Turanın avtomobil icarə verdiyi ofisdən Ramiz ona zəng edərək tanışı X5 Respublikasından gətirdiyi "Mercedes Benz" markalı avtomobili gömrükdə rəsmiləşdirilməsinə köməklik etməyini xahiş etmişdir. Həmin gün təxminən saat 09:00 radələrində əvvəllər tanımadığı Surxay adlı şəxs ona yaxınlaşmış, o da Surxaya onun maşınını nəqliyyat vasitələrinin gömrük orqanlarında rəsmiləşdirilməsi üçün müəyyən olunmuş məbləğdən 3000 manat ucuz qiymətə rəsmiləşdirəcəyinə söz vermişdir. Həmin gün saat 18:00 radələrinədək Surxayla birlikdə avtomobilin rəsmiləşdirilməsi üçün çalışsa da rəsmiləşdirməni həyata keçirə bilməmişdir. Naxçıvan şəhərinə getmək üçün bileti olduğunu Surxaya bildirmiş, sənədləri kafeyə qoymasını, ona borc olaraq 1000 manat pul verməsini xahiş etmişdir. Surxay da onun sözlərindən sonra ona 1000 manat pul vermiş və sənədləri kafeyə qoymuşdur. Naxçıvan şəhərinə getmiş və geri qayıtdıqdan sonra Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1la heç bir əlaqə saxlamadığını, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 hərəsindən 1000 manat olmaqla ümumilikdə 2000 manat pulu borc şəklində aldığını, Zərərçəkmiş şəxs2 isə ümumiyyətlə tanımadığını bildirmişdir. Əlavə olaraq məhkəmə iclasında ona ünvanlanmış suala cavab olaraq bildirmişdir ki, borc formasında aldığı 2000 manat pulu Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qaytarmamışdır.
16. Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində icraat zamanı da birinci instansiya məhkəməsində verdiyi izahatın məzmununa uyğun izahat vermişdir.
17. Zərərçəkmiş şəxs1 birinci instansiya və apellyasiya instansiyası məhkəməsində icraat zamanı izahatında göstərmişdir ki, 2021-ci ilin sentyabr ayının ortalarında X4 özünün istifadə etməsi üçün "Toyota Prius" markalı avtomobil almış, həmin avtomobilin Azərbaycan Respublikasında qeydiyyata alınması üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə gəlmiş və orada olan zaman bir nəfər sonradan adını Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona yaxınlaşaraq avtomobilinin onun işlədiyi "xxxx" firması vasitəsilə dövlət qeydiyyatına alınmasında ona köməklik edə biləcəyini demişdir. Təqsirləndirilən şəxsla danışdıqdan sonra ona 25 manat verərək avtomobilə bəyənnamə yazdırmış, bundan sonra avtomobilini qeydiyyatdan keçirmişdir. Həmin gündən etibarən Təqsirləndirilən şəxsla münasibəti yaranmış, **-ZZ-*** dövlət qeydiyyat nişanının təqribən hansı qiymətə əldə edə bicəyini ondan soruşmuş, Təqsirləndirilən şəxs isə cavabında həmin qeydiyyat nişanının satılması işlərinin Orxan adlı şəxsə aid olduğunu bildirmişdir. Bu səbəbdən Orxan adlı şəxslə danışdıqdan sonra ona məlumat verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs Orxan adlı şəxslə mobil telefonda danışdıqdan sonra onun istədiyi dövlət qeydiyyat nişanının satışa çıxarıldığını demişdir. Təqsirləndirilən şəxs həmin dövlət qeydiyyat nişanının qiymətini soruşmasını istədikdə isə Təqsirləndirilən şəxs ona Orxan adlı şəxsin ***-***-**-** mobil nömrəsini verərək özünün Orxanla əlaqə saxlamasını bildirmişdir. Bir neçə gündən sonra Orxanla əlaqə saxlamış, dövlət qeydiyyat nişanının satış qiymətinin 10300 manat olmasını öyrəndikdə satış qiyməti yüksək olması səbəbindən və həmin vaxt ona deyilən məbləği ödəyə bilməyəcəyinə görə **- ZZ-*** dövlət qeydiyyat nişanını ala bilməmişdir. 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs onu yeni il bayramı münasibətilə təbrik edərkən ona istədiyi dövlət qeydiyyat nişanını qiymətinin yüsək olması səbəbindən ala bilmədiyini demişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 16:00 radələrində evdə olduğu zaman Təqsirləndirilən şəxs ona zəng edərək yeni qeydiyyat nişanlarının, yəni **-YY-*** və 77-VV222 qeydiyyat nişanlarının satışa çıxarıldığını bildirmişdir. O, dərhal dövlət qeydiyyat nişanlarının qimətlərini soruşmuş, Təqsirləndirilən şəxs isə ona hər birinin 6000 manat olduğunu demişdir. O, **-YY-*** dövlət qeydiyyat nişanını almaq istəmiş, Təqsirləndirilən şəxsın zəngindən sonra dostu X6 zəng edərək **-VV-*** dövlət qeydiyyat nişanının satılması barədə məlumat vermiş, o da həmin dövlət qeydiyyat nişanını almaq istədiyini demişdir. Mirəlinin razılığından sonra Təqsirləndirilən şəxs zəng edərək hər iki dövlət qeydiyyat nişanını alacağını demiş, Təqsirləndirilən şəxsla **-YY-*** dövlət qeydiyyat nişanını 5100 manata, **-VV-*** dövlət qeydiyyat nişanını isə 5500 manata alacağını razılaşmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 17:00 radələrində Təqsirləndirilən şəxsla əvvəlcədən razılaşdığı kimi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin yaxınlığında olan “Osmanlı” restoranının qarşısına gəlmiş, orada Təqsirləndirilən şəxsla görüşmüş və dövlət qeydiyyat nişanlarının onların adına rəsmiləşdirilməsi işlərinə başlanması üçün idarə etdiyi "Toyota Prius" markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə ona ilkin olaraq 1700 manat beh vermişdir. Təqsirləndirilən şəxs ondan beh olaraq aldığı pulu götürmüş və Orxanla əlaqə saxlaya bilmədiyini bildirmiş, həmin məbləği özünün aparıb Orxanın evində verəcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs da ona növbəti gün üçün eyni yerə həmin dövlət qeydiyyat nişanlarını taxacaqları nəqliyyyat vasitələri ilə gəlmələrinin və razılaşdıqları məbləğin qalan hissəsinin gətirilməsinin vacib olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 10:00 radələrində o, dostu Mirəli və Mirəlinin atası Manaf Seyidli ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Meyvəli" bazarının yaxınlığında olan Azərbaycan Respublikası DİNnin BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin qarşısına gəlmişlər. O, qeyd olunan yerə özünə məxsus "Toyota Prius" markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Mirəli ilə atasının idarə etdiyi "Mersedes GL" markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişlər. Onları orada əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs qarşılamışdır. Təqsirləndirilən şəxs, onun tanımadığı şəxsləri çağıraraq avtomobillərin ön hissəsinə sarı rəngli kağızlar yapışdırmış və ona pulun qalan hissəsinin verilməsini demişdir. İdarə etdiyi avtomobildə Mirəlinin iştirakı ilə 8900 manat pulu Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs ondan pulu və avtomobillərin texniki şəhadətnamələrini aldıqdan sonra əynində olan paltosunun iç cibinə qoyaraq avtomobildən düşmüş və binaya tərəf getmişdir. Təqsirləndirilən şəxs binaya daxil olduqdan təxminən 15 dəqiqə sonra çıxmış və onlara tərəf gələrək 40 dəqiqəyə, rəis gəldikdən sonra dövlət qeydiyyat nişanlarının onların adına rəsmiləşdiriləcəyini demişdir. Onlar avtomobillərin yanında dayanaraq söhbət edən zaman Təqsirləndirilən şəxs siqaretini avtomobilindən götürmək adı ilə onların yanından aralanaraq kənarda "Osmanlı" restoranının qarşısında saxladığı avtomobilinə tərəf getmiş və sonra avtomobilinə əyləşərək sürüb getmişdir. O da dərhal Təqsirləndirilən şəxsın mobil telefonuna zəng edərək hara getdiyini soruşmuş, Təqsirləndirilən şəxs isə ona cavabında Orxan adlı şəxsin aksizsiz siqaret çəkdiyini, bu səbəbdən həmin siqaretdən Orxana məxsus avtomobildən götürməli olduğunu bildirmişdir. Təxminən 30 dəqiqə gözlədikdən sonra Təqsirləndirilən şəxs geri gəlmədiyini, eyni zamanda mobil nömrəsinə zənglərin daxil olmamasını gördükdə, aldanıldığını başa düşmüş və dərhal «102» xidməti zəng mərkəzinə bu barədə məlumat vermişdir. Bundan əlavə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilmədiyini, aralarında barışıq əldə olunmadığını bildirmişdir.
18. Zərərçəkmiş şəxs2 birinci instansiya və apellyasiya instansiyası məhkəməsində icraat zamanı izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə dostdur, onların münasibətləri normaldır. xx.xx.2022-ci il tarixdə təxminən saat 16:00 radələrində evdə olduğu zaman dostu Elnur ona zəng edərək **-YY-*** və **-VV-*** dövlət qeydiyyat nişanlarının satışa çıxarıldığını, qiymətini soruşduqda **-VV-*** dövlət qeydiyyat nişanının qiymətinin 5500 manat olduğunu bildirmişdir. O, Elnurla razılaşmış, xx.xx.2022-ci il tarixdə təxminən saat 10:00 radələrində idarə etdiyi "Mersedes GL" markalı **-MR-*** dövlət nömrə nişanlı avtomobildə atası Manafla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin qarşısına gəlmiş, onları orada sonradan tanıdığı Təqsirləndirilən şəxs adlı şəxs qarşılamışdır. Təqsirləndirilən şəxs tapşırığı əsasında onun tanımadığı şəxslər avtomobillərin ön hissəsinə sarı kağız yapışdırmış, Təqsirləndirilən şəxs da Elnura pulu verməyini demiş, Elnur da ona məxsus avtomobildə onların işrtirakı ilə 8900 manat pulu sayaraq Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs Elnurdan pulu və avtomobillərin texniki şəhadətnamələrini aldıqdan sonra əynində olan paltosunun iç cibinə qoyaraq avtomobildən düşmüş və binaya tərəf getmişdir. Təqsirləndirilən şəxs binaya daxil olduqdan təxminən 15 dəqiqədən sonra çıxmış və onlara tərəf gələrək 40 dəqiqəyə rəisin gələcəyini və o, gəldikdən sonra qeydiyyat nişanlarının onların adına rəsmiləşdiriləcəyini bildirmişdir. Onlar avtomobillərin yanında dayanaraq söhbət edən zaman Təqsirləndirilən şəxs siqaretini avtomobilindən götürmək adı ilə onların yanından aralanaraq kənarda "Osmanlı" restoranının qarşısında saxladığı avtomobilinə tərəf gedərək avtomobilə əyləşib sürüb çıxıb getmişdir. Elnur Təqsirləndirilən şəxs mobil telefonuna zəng edərək hara getdiyini soruşmuş, Təqsirləndirilən şəxs isə Orxan adlı şəxsin siqaretini onun avtomobilindən götürüb geri qayıdacağını bildirmişdir. Elnur təxminən 30 dəqiqə gözlədikdən sonra təkrar Təqsirləndirilən şəxs zəng etdikdə onun mobil nömrəsinə zənglərin daxil olmadığını görmüş və aldanıldıqlarını başa düşmüşdür. O, dərhal «102» xidməti zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs2 bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadədə atasının da onlarla bərabər BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin həyətində gözlədiyini bildirmişdir, lakin atası ilə bərabər getsələr də atası onlarla gözləməmiş və getmişdir. Həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs **-VV-*** dövlət qeydiyyat nişanının onun adına rəsmiləşdirilməsi ilə əlaqədar verdiyi 5500 manat ona geri qaytarılmamış, aralarında barışıq əldə olunmamışdır.
19. Zərərçəkmiş şəxs3 birinci instansiya və apellyasiya instansiyası məhkəməsində icraat zamanı izahatında göstərmişdir ki, 3 il 9 ay ərzində yaşadığı Almaniya Federativ Respublikasından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıdarkən özünün idarə etməsi məqsədi ilə "Mersedes Benz E220" markalı avtomobili alaraq gətirmişdir. Həmin avtomobili Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində qeydiyyatdan keçirməsi ilə bağlı tanışı Turanla məsləhətləşərkən Turan ona Təqsirləndirilən şəxs tövsiyə etmiş və onun əlaqə nömrələrini vermişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxsla mobil telefonla danışaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə gəlmiş, orada Təqsirləndirilən şəxsla həmin gün saat 10:00 radələrində görüşmüş, Təqsirləndirilən şəxsla danışdıqda onunla avtomobili 10800 manata rəsmiləşdirəcəyi barədə razılığa gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs 1000 manat beh vermiş, o da avtomobilin sənədlərini həmin idarənin yaxınlığında yerləşən yeməkxanada işləyən Etibar adlı şəxsə verməsini və Etibara "Sənanın işçisi gəlib sənədləri götürəcək" deməsini ondan xahiş etmiş, qalıq pulu isə ona zəng etdikdə poçt vasitəsi ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin hesabına köçürməsini bildirmişdir. O da həmin yeməkxanaya gedərək orada Etibar adlı şəxsi tapmış, sənədləri ona vermişdir. Həmin gün saat 15:30 radələrində Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək Rəsulzadə qəsəbəsinə gəlməsini və birlikdə Gömrük İdarəsinə gedərək avtomobili onun adına rəsmiləşdirəcəklərini demişdir. O da qalan 9800 manat pulu üzərində götürərək Rəsulzadə qəsəbəsinə Təqsirləndirilən şəxs əvvəlcədən ona bildirdiyi yerə getmiş və orada təxminən saat 16:00 radələrində görüşmüşlər. Təqsirləndirilən şəxs avtomobilini “Osmanlı restoranı”nın qarşısında saxlamış, qalan 9800 manat pulu ona verməsini bildirmişdir. Üzərində olan 9800 manat pulu Təqsirləndirilən şəxs verdikdən sonra Təqsirləndirilən şəxs ona restorana gedərək çay sifariş etməsini və onu orada gözləməsini bildirmişdir. Təqsirləndirilən şəxs razılaşdıqları formada onun olduğu yerə geri gəlmədiyini görüncə təxminən saat 17:00 radələrində ona zəng edərək işlərin nə yerdə olduğunu soruşmuş, o da cavabında bu gün işləri yekunlaşdıra bilmədiyini demiş, səhər saat 10:00 radələrində gəlib avtomobilini Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən çıxarmasını ona bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində həmin idarənin qarşısına gəlmiş, orada Təqsirləndirilən şəxs zəng etmiş, Təqsirləndirilən şəxs saat 11:00 radələrində qeyd olunan ünvanda olacağını bildirmişdir. Təqsirləndirilən şəxs göstərişi ilə sənədləri təhvil verdiyi yemekxanaya su almaq üçün gedərkən Etibar adlı şəxsə verdiyi sənədlərin qoyduğu yerdə olduğunu gördükdə Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək onu aldatdığını başa düşmüşdür. O, dərhal tanışı Turana zəng edərək baş verənlər barədə məlumat vermiş və sonra yenidən Təqsirləndirilən şəxs zəng etdikdə onun mobil nömrəsinə zənglərin daxil olmadığını görmüşdür. Tanışı Turanın avtomobillərin icarə məntəqəsinə getmiş və orada Təqsirləndirilən şəxs icarə əsasında götürdüyü "Haval" markalı avtomobilin Nəsimi rayonu, 7-ci mkrn ərazisində olması GPS vasitəsi ilə müəyyən edilmişdir. Turanla bərabər dərhal həmin yerə getdikdə, Təqsirləndirilən şəxs avtomobili maşınyuma məntəqəsinə açarları ilə birlikdə təhvil verərək getdiyi onlara məlum olmuşdur. xx.xx.2022-ci il tarixdə Qaradağ RPİnin 10-cu PB-yə gələrək baş verənlər barədə məlumat vermiş və ərizə yazmışdır. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində verdiyi 1000 manat, həmin gün saat 16:00 radələrində verdiyi 9800 manat pulun ona geri qaytarılmaması səbəbindən şikayətçidir, onunla barışmamışdır.
20. Cinayət işinin 1-ci vərəqəsində olan 31 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 şikayətləri əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanmışdır.
21. Cinayət işinin 76-cı vərəqəsində olan 04 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan olunması üçün barəsində axtarış elan edilmişdir.
22. Cinayət işinin 77-ci vərəqəsində olan 04 iyul 2022-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraatın təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənədək dayandırılması qərara alınmışdır.
23. Cinayət işinin 85-ci vərəqəsində olan 09 sentyabr 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-da Binəqədi rayonu, A.Kunanbayev küçəsində saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-yə gətirilmişdir.
24. Cinayət işinin 86-cı vərəqəsində olan 09 sentyabr 2022-ci il tarixli cinayət işinin istintaqının təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə istintaq təzələnmiş və icraata qəbul edilmişdir.
25. Cinayət işinin 110-cu vərəqəsində olan 10 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirlənidirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrlə ona ittiham elan edilmişdir.
26. Cinayət işinin 132-139-cu vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 sentyabr 2022-ci il tarixli, 4(002)-162/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir.
27. Cinayət işinin 140-cı vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında 10 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir.
28. Cinayət işinin 151-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən 22 oktyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Naxçıvan Hərbi Məhkəməsinin 19 fevral 2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.1 və 333.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli “Amnistiya” qərarının 2.3-cü bəndinə əsasən azad edilmişdir.
29. Cinayət işinə əlavə edilmiş olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü Çimnaz adlı və xx.xx.2012-ci il təvəllüdlü Cəsur adlı yetkinlik yaşına çatmayan övladları var.
30. Cinayət işi materialına əlavə olunmuş 10 sentyabr 2022-ci il tarixli üzləşdirmə dindirmə protokollarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılarkən zərərçəkmiş şəxslər verdikləri ifadələri təsdiqləmişlər.
31. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində icraat zamanı verdiyi ifadəsinə uyğun izahat verərək, özünü təqsirli bilməmiş, törətməkdə ittiham olunduğu dələduzluq cinayətini etmədiyini bildirmişdir.
32. Kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi dələduzluq əməli iş materialları, özünün, zərərçəkmiş şəxslərin məhkəmə iclaslarında verdikləri izahatları, məhkəməyədək istintaq dövründə aparılmış üzləşdirmə protokolları və digər iş materialları ilə ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir.
33. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlləri özünün hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına uyğun ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində icraat zamanı verdiyi ifadəsi ilə yanaşı, üzləşdirmə protokolları, istintaq hərəkətlərinin aparılması haqqında protokolları və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir.
34. Kollegiya qeyd edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəməyədək istintaq dövründə aparılmış üzləşdirmə protokolları və digər iş materialları ilə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə məxsus xeyli miqdarda əmlakı ələ keçirərək təkrarən dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməlinin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməsi və onun həmin maddələrin sanksiyası həddində cəzalandırılması əsaslı olmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir.
35. Təqsirləndirilən şəxs verdiyi ifadə və izahatlarında zərərçəkmiş şəxslərlə avtomobilin dövlət qeydiyyatına alınması və nömrə satılması ilə bağlı danışıqlarının olmasını inkar etməmiş, lakin onlardan pulu borc olaraq aldığını qeyd etmişdir.
36. Kollegiya bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər bir-birlərini öncədən tanısalar da yaxın münasibətdə olmamışlar. Bu səbəbdən də onların borc münasibətinin yaranması üçün aralarında etimadın olması inandırıcı deyildir. Bundan başqa, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 dost olsa da, digər Zərərçəkmiş şəxs3 onları tanımamışdır. Zərərçəkmiş şəxs3 ona qarşı törədilmiş dələduzluq əməli barəsində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nə məlumat vermiş, toplanmış material istintaq aidiyyəti üzrə Qaradağ Rayon Polis İdarəsinin İŞ-nə göndərilmişdir. Bu hal zərərçəkmişlərin qərəzli şəkildə təqsirləndirilən şəxsə qarşı ifadə vermələri ehtimalını istisna edir.
37. Kollegiya hesab edir ki, zərərçəkmiş şəxslərin hər birinin həm məhkəməyə qədər icraat dövründə, həm də məhkəmə icraatı zamanı verdiklər ifadə və izahatlar bir-biri ilə uyğunluq təşkil edir və bir-birini tamamlayır.
38. Kollegiya qeyd edir ki, Cinayət Prosessual Məcəllənin 124.2.1-ci maddəsinə əsasən, şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur. Təqsirləndirilən şəxs isə, zərərçəkmiş şəxslərdən qeyd edilən məbləğdə deyil, ümumilikdə 2000 manat borc pul aldığını bildirməklə, zərərçəkmişlərin ifadələrinin mötəbərliyini mübahisələndirmiş olur.
39. Cinayət Prosessual Məcəllənin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
40. Göründüyü kimi, təqsirləndirilən şəxs verdiyi ifadənin mötəbərliyini mübahisələndirdiyindən, həmin ifadənin həqiqətən də yalan olmasını və bu səbəbdən də mötəbər olmamasını özü sübuta yetirməlidir. Lakin, iş materillarında və birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilən araşdırmalarda zərərçəkmiş şəxslərin yalan ifadə verməsi öz təsdiqini tapmamış və təqsirləndirilən şəxs tərəfindən sübuta yetirilməmişdir.
41. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, işə appellyasiya instansiyası məhkəməsində icraat zamanı zərəçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona zərərin əvəzi qismində 3000 manat ödəməyi təklif etdiyini bildirmiş, təqsirləndirilən şəxsin müdafiəçisi də bunu təsdiq etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs həm 2000 manat aldığını, həm də 3000 manat ödəməyi təklif etdiyini bildirməklə ziddiyyətli mövqe nümayiş etdirmişdir. Bu hal onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən ümumilikdə 2000 manat almasını deməkdə səmimi olmamışdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs əməlini CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir.
43. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə, məhkəmə iclasında və apellyasiya şikayətində zərərçəkmiş şəxslərdən borc olaraq ümumilikdə 2000 manat pul almasını bildirmişdir.
44. Kollegiya bununla bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin bununla bağlı dəlilləri yalnız cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır və işin həqiqi halları ilə də uyğunluq təşkil etmir.
45. Odur ki, kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və onun həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılması cinayət qanununun tələblərinə uyğun olmuşdur.
46. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun əməlində ağırlaşdırıcı halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir.
47. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs ifadələri, maddi sübutların mövcudluğu, istintaq hərəkətləri protokolları, üzləşdirmə protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur.
48. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs himayəsində iki övladının olmasını, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hal qismində nəzərə almaqda haqlı olmuşdur.
49. Azərbaycan Respublikası CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
50. Kollegiya, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab edir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür.
51. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir.
52. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir.
53. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair 1(002)-37/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır.
54. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair 1(002)-37/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Sədrlik edən Anar Tanrıverdiyev
Hakimlər Qədim Babayev
İlqar Murquzov