Məhkəmə qərarları › İş №1(103)-837/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-837/2024

10.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-837/2024 10.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçisi “Union” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-437/2024 saylı, 02 fevral 2024-cü il tarixli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-437/2024 saylı, 02 fevral 2024-cü il tarixli hökmü ilə (hakimlər Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər X9 və X3 ibarət tərkibdə) xx xxxx 1975-ci il tarixdə Yardımlı rayonu, Perinbel kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 31 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 aprel 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 31 mart 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, hökm edilmişdir. Həmin hökmlə eyni zamanda maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 10,071 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 31 mart 2023-cü il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi, ev 14 ünvanının qarşısında saxlanılaraq, ünvan 3nda yerləşən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə gətirilərək üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, külli miqdarda, təmiz çəkisi 10,071 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-437/2024 saylı, 02 fevral 2024-cü il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddə üzrə bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 31 mart 2023-cü il saat 16:03-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə yaşadığı ünvan 5 ünvanında yerləşən binanın "komendantı" Şahid3 istifadəsində olan ***-***-**-** nömrəli telefonla zəng edərək polis əməkdaşlarının onu axtarmasını və "aşağı düşməsini" xahiş etmiş, Təqsirləndirilən şəxs və arvadı Şahid4 yaşadıqları mənzildən binanın həyətinə düşərək iki polis əməkdaşı ilə söhbət etmiş, polis əməkdaşları bölməyə dəvət edərək, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparmışlar. Psixoloji təsir (hədələmə və qorxu) altında Təqsirləndirilən şəxs özünün əleyhinə ifadə verməsinə nail olmuşlar. Məhkəmə cinayət işinə məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı olduğu halda (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.1-ci maddəsi), birinci instansiya məhkəməsi buna qətiyyən riayət etməmiş, Təqsirləndirilən şəxs təqsirliliyi barədə ittiham aktının əsasını yolverilməz sübutlar təşkil etdiyi halda həmin sübutların həqiqliyini yoxlamağa təşəbbüs göstərməmişdir. İşə baxan məhkəmə kollegiyası müdafiə tərəfinin irəli sürdüyü, ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək halların tədqiqindən əsassız imtina etmişdir. Təqsirləndirilən şəxs ilkin ifadə verərkən "əməlini" etiraf etməsi ilə bağlı qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs istintaq verdiyi sonrakı ifadələrində, o cümlədən məhkəmə istintaqı zamanı dindirilərkən göstərir ki, mart ayının 30-da dostu Hacı İqbalın evinə iftarda olarkən yaşadığı binanın komendantı zəng etmiş, ondan harda olduğunu soruşmuş, o, isə evdə olmadığını, iftarda olduğunu demişdir. Ayın 31-də o, həyat yoldaşı, oğlu və həyat yoldaşının xalası evdə olmuşlar. Saat 16:30 radələrində yenidən komendant ona zəng etmiş, polis əməkdaşlarının gəldiyini, onu axtardıqlarını və aşağı düşməyi xahiş etmiş, həmin gün onun qızdırması olmuş, həyat yoldaşı Aytəkin Xurşudova ilə bərabər aşağı düşüb komendantın otağına getmişlər. Orada iki nəfər mülki formada olan polis əməkdaşı olmuş, 10-15 dəqiqə onlarla danışmış, polis əməkdaşları onu Polis Bölməsinə dəvət etmişlər. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə gəldikdən sonra 2 saata yaxın polis otağında gözləmiş, bölmə rəsinin yanında olmuş, bölmə rəisi onunla tanış olmuş, daha sonra əvvəlki otağa qayıtmış, bir müddət sonra adını bilmədiyi digər bir polis əməkdaşı "artıq bəzi məsələlər var, vəziyyət başqa cürdür, istəsən də istəməsən də bəzi şeylərlə razılaşmalısan. Vəziyyət bunu tələb edir. Ən münasibi narkotikdir, əks halda daha ağır maddə ilə "gedəcəksən”. Çəkiliş aparılacaq, cibindən narkotik vasitəni çıxararaq tanımadığın şəxsdən "Papanin"dən aldığını bildirməlisən.” Etiraz etsə də daha ağır ittihamla tutacaqlarını bildirmişdilər. Xəstəliyi bir yandan, bir tərəfdən də gözləmədiyi təsir və hədə-qorxulu ifadələrə görə çəkilişdə və ifadələrində həmin deyilənləri etməyə məcbur qalmışdır. İttihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edildiyindən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin dindirmədə vermiş olduğu "etirafedici ifadələri” sübut növü kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs əleyhinə ifadə vermiş polis əməkdaşlarının ifadələrinin mötəbərliyinə gəlincə, onlar təqsirləndirlən şəxsə qarşı cinayət, təqibinin təşəbbüskarı olan orqanın əməkdaşlarıdır və ona görə də onlar Təqsirləndirilən şəxs qarşı cinayət təqibinin nəticələrində maraqlıdırlar. Məhkəmə kollegiyası polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrinə istinad edərək həmin şahid ifadələrini mötəbər sübut kimi təqdim etmişdir. Halbuki, Təqsirləndirilən şəxs həm ibitidai, həm də məhkəmə istintaqı zamanı ifadələrində Şahid1 və Şahid2 həmin gün onu polis bölməsinə aparan əməkdaşlar olmamasını bildirsə də məhkəmə kollegiyası buna əhəmiyyət verməmişdir. 21 iyul 2023-cü il tarixdə keçiriləcək məhkəmə prosesinə şahid qismində dəvət edilmiş Şahid1 və Şahid2 məhkəmənin inzibati binasında görən Şahid4 da həmin əməkdaşların 31 mart 2023-cü il tarixdə binanın həyətinə gəlmədiklərini, digər şəxslərin olduğunu bildirmişdir. Şahid3 ifadəsində həmin gün polis əməkdaşları - sahə müvəkkili və bir nəfər polis əməkdaşının komendant işlədiyi "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasına gəldiklərini göstərmişdir. Şəxslərin tanınması istiqamətində heç bir tədbir görməmiş, həmin şəxsləri görən şahidlər Şahid4 və Şahid3 tanınmaya təqdim etmə və ya digər prosessual hərəkətlərin həyata keçirilməsini təmin etməmişdir. Bundan başqa, 21 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə prosesində müdafiə tərəfi şahid qismində dindirilən polis əməkdaşı Şahid1 çoxsaylı suallar ünvanlamış, lakin şahid sualları cavablandıra bilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanıldığı məkanı təsvir edə bilməmişdir. Müdafiə tərəfinin Nərmanov küçəsi ev 14 ünvanın qarşısı deyəndə konkret hansı məkanı nəzərdə tutduğu, binanın giriş hissəsinin hansı küçədən olması, Təqsirləndirilən şəxs saxlanıldığı məkanın təsvir edilməsi, ətrafında hansı obyektlərin olduğu, Təqsirləndirilən şəxs hərəkət istiqaməti barədə, yaşadığı mənzilə doğru və ya mənzildən küçəyə doğru getməsi, kimə məxsus nəqliyyat vasitəsi ilə, hansı markalı, hansı qeydiyyat nişanlı, hansı rəngli avtomobil ilə aparılması barədə suallarına əməliyyat qrupunun rəhbəri Şahid1 cavab verə bilməmişdir. Şahid2 da Təqsirləndirilən şəxs saxlanıldığı məkanın konkret yerini göstərə bilməmişdir. Şahid3 ifadəsində göstərmişdir ki, istintaqda verdiyi ifadə yalandır, müstəntiqin təkidi ilə imzalanmışdır. 31 mart 2023-cü il tarixdə saat 16:30 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları binanın həyətinə gələrək, Ağasəfə zəng edib aşağı çağırmağı tələb etmiş, zəng etdikdə Ağasəf evində olmuş, yoldaşı ilə aşağı düşərək polislərlə söhbət etmiş, sonra Ağasəf həmin əməkdaşlara getmişdir. Nə 30 mart 2023-cü ilin axşamı, nə də 31 mart 2023-cü il tarixindəki Ağasəfə zəngi pul istəməsi ilə bağlı olmuşdur. Hər iki zəngi polislərin tələbi ilə olmuşdur. Binada 6 ədəd kamera olmuş, hadisənin sabahı polis əməkdaşları oğurluq olması adı ilə kamera görüntülərini silmişlər. Məhkəmə kollegiyasının suallarına cavab olaraq istintaqda verdiyi ifadənin təyziq və hədə-qorxu altında olduğunu bildirmişdir. Buna baxmayaraq, məhkəmə şahidin ifadəsini digər sübutlarla yoxlamağa lüzum bilməmiş, nədənsə şahidin polis idarəsində verdiyi ifadəni daha səmimi qəbul etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 31 mart 2023-cü il tarixdə də Ağasəflə yenidən əlaqə saxlamağa çalışmışdır ki, Ağasəflə görüşüb üzbəüz borca pul istəsin. Lakin Ağasəf evdə olmadığını ona bildirmişdir. O da cavabında evə gələn zaman onunla görüşməsini xahiş etmiş, ona sözü olduğunu demiş və bundan sonra onlar mobil telefonda sağollaşmışlar. O, borca pul istəməsi üçün Ağasəfi gözləməyə başlamış, təxminən saat 19:30 radələrində o, binanın həyətində olan zaman Ağasəfin gəldiyini görmüşdür. O, Ağasəfə yaxınlaşmaq istəyən zaman 2 nəfər tanımadığı şəxslər Ağasəfə yaxınlaşmışlar. O, həmin şəxslərin Ağasəflə söhbət edib getmələrini gözləmiş, onlar gedəndən sonra Ağasəfdən borca pul istəməyi nəzərdə tutmuşdur. Lakin Ağasəf həmin şəxslərlə birlikdə çıxıb getdiyindən o da oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanmışdır. Məhkəmə Şahid3 ifadəsinə tənqidi qiymət verib belə nəticəyə gəlmişdir ki, Şahid3 məhkəmə baxışında verdiyi ifadəsi ziddiyyətli olmaqla işin hallan ilə uyğun gəlmədiyindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Sonuncunun məhkəməyədək icraat mərhələsində verdiyi şahid ifadəsi digər sübutlarla təsdiq olunduğundan daha inandırıcı və mötəbər hesab olunmalı və sübut növü kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaəti ona görə tamamilə absurddur ki, əvvəla Şahid3 məhkəmə baxışında verdiyi ifadəsi polis əməkdaşlarının ifadələri ilə ziddiyyətlidir, Təqsirləndirilən şəxs və Şahid4 ifadələri ilə deyil. Məhkəmədə ifadə verən şahid təsir altında təqsirləndirilən şəxsin əleyhinə ifadə verməsini qeyd edirsə bu məhkəmə üçün bir siqnal olmalı idi. Məhkəmədə deyil, əksinə, cinayət təqibini aparan polis idarəsində şəxsə təsir ehtimalı daha inandırıcıdır. Şahid4 ifadəsində göstərdi ki, 30 mart 2023-cü il tarixində həyat yoldaşı Təqsirləndirilən şəxs iftar yeməyində olmuş, iftardan bir neçə saat sonra Ağasəf zəng vurub ona evə adam gələcəyini demiş, geyimli olmağı tapşırmışdır. Onların yaşadıqları binanın iki çıxışı olmuş, Ağasəf dükan tərəfdən evə gəlmiş və kiminsə gəlib-gəlmədiyini soruşmuş, o isə “yox” cavabı vermişdir. Bundan sonra o, uşağın dalınca məktəbə gedərkən komendantdan yoldaşını kimin soruşması ilə maraqlanmış, sonuncu polislərin onu axtardığını bildirmişdir. 31 mart 2023-cü il tarixdə komendant zəng edib Ağasəfi aşağı çağıranda o da Ağasəflə birlikdə düşmüşdür. Komendantın yanında iki nəfər olmuş, onların polis olduqlarını öyrənmişlər. Polis əməkdaşları komendantın otağında Ağasəflə 20 dəqiqə ərzində söhbət etmiş, Ağasəflə xoş danışmışlar. Həmin vaxt o da onların yanlarında olmuşdur. Daha sonra isə bölməyə gedəcəklərini demişlər. Polislər Ağasəflə birlikdə getmiş, gedərkən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə söhbət etməyə getdiklərini demişlər. Sonra Ağasəf qayıdıb gəlmədiyindən o, Ağasəfə zəng vurmuş, onun telefonuna zəng çatmış, lakin zənglərə cavab verməmişdir. Axsam saat 22-dən sonra isə zəng çatmadığından artıq narahat olmağa başlamış və 16-cı bölməyə getmişdir. Orada Ağasəfin narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə həbs olunduğu deyilmişdir. Məhkəmə Şahid4 da ifadələrinə tənqidi qiymət verib qeyd edir ki, Təqsirləndirilən şəxsla Şahid4 ər-arvad münasibətindədirlər, onların birgə nikahdan övladları vardır, ümumi mülkiyyətə sahib olmaqla birgə təsərrüfat idarə etmişlər. Şahid4nm istər işin məhkəməyədək icraatı mərhələsində və ya istərsə də məhkəmə baxışı zamanı ifadələrində göstərdiyi xüsusatlar məhkəmə baxışı zamanı tədqiq olunan sübutlarla inkar olunur. Qeyd olunanlara əsasən məhkəmə Şahid4 ərinə qarşı ifadələrinin müdafiə xarakterli olmasını təbii hal kimi qiymətləndirir. Necə olur ki, məhkəmə Şahid4 ərinə qarşı ifadələrinin müdafiə xarakterli olmasını təbii hal kimi qiymətləndirdiyi halda, polis əməkdaşlarının tabe olduqları orqanın mənafeyinə uyğun ifadə vermə ehtimalını daha ağlabatan hesab etmir?! Cinayət işi üzrə "Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefonun 31 mart 2023-cü il tarixdə olan anten əhatə dairəsinə aid məlumatları tədqiq olunub yoxlanılmamışdır. İttihama əsasən, Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdə saat 19:30 radəsində ünvan 6 ünvanın qarşısında 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Lakin ifadələrə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 31 mart 2022-ci ildə yaşadığı mənzildə olmuş, Şahid3 saat 16:03 radəsindəki zəngindən sonra mənzili tərk edərək, binanın həyətinə düşmüşdür. Təqsirləndirilən şəxs 18:00 radələrində artıq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində saxlanılırdı. Həmin vaxt istifadəsində olan telefon Təqsirləndirilən şəxs üzərində olmuşdur. Anten məlumatlarından görünür ki, 31 mart 2023-cü ildə Təqsirləndirilən şəxs yaşadığı evdə olmuş və həmin ərazini polis əməkdaşlarının bölməyə aparmasından sonra tərk etmişdir. Yerləşdiyi inzibati ərazi vahidi kimi göstərilən Naxçıvani küçəsi, Səttar Bəhlulzadə küçəsi, Şəmsi Rəhimli küçəsi və X11 küçəsi Təqsirləndirilən şəxs yaşadığı Nəcəf Nərimanov küçəsi ilə eyni anten dairəsini əhatə edir. Cinayət işinin şübhəli məqamlarından biri də ondan ibarətdir ki, təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatının daxil olması barədə tərtib olunan 31 mart 2023-cü il tarixli raportla istintaq qrupunun rəhbəri Şahid1 Ağasəf adlı şəxsin 31 mart 2023-cü il saat 19:30 radələrində N.ünvan 7 ünvanını qarşısında olacağı ilə bağlı məruzə edir. Həmin tarixli digər raportla Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdə saat 19:30 radələrində N.ünvan 7 ünvanını qarşısında saxlanıldığı ilə bağlı məruzə edir. Ağasəf adlı şəxsin saat 19:30 radələrində N.ünvan 7 ünvanını qarşısında olacağını ehtimal edən əməliyyatçının həmin dəqiqədə də "şübhəli şəxsi" saxlaması raportların formal tərtibinin göstəricidir. Bundan başqa, Təqsirləndirilən şəxs qeyd olunan dəqiqədə və məkanda olacağını dəqiqliklə bilindiyi halda, "Əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair" 31 mart 2023-cü il tarixli Qərarın 4-cü hissəsində də göstərilməsinə rəğmən əməliyyat tədbiri zamanı video və səs yazı olmadan, fotoşəkillərdən və digər texniki vasitələrdən istifadə olunmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olan telefona baxış keçirildiyi zaman şübhə yaradacaq hər hansı yazışma, foto, video və s material aşkara çıxmamış, sms yazışmalarının əksəriyyətinin məzmunu dini ayinlərin icrası ilə bağlı olmuş və giris-çıxış zənglərində şübhəli məqam müəyyən olunmamışdır. Əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 08 may 2023-cü il tarixli əməliyyat tapşırığının 01 iyun 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə aşkar edilməsi faktı ilə əlaqədar bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvana yaxın ərazilərdə videomüşahidə kameralarında görüntülər müəyyən edilmədiyindən həmin görüntüləri əldə etmək mümkün olmamışdır. Cinayət işi üzrə "toplanmış sübutların" tam, hərtərəfli və obyektiv yoxlanılması üçün X4 və X5 məhkəmə iclasına çağırılıb ifadələrinin alınması ilə bağlı vəsatət əsassız olaraq təmin edilməmişdir. İttiham tərəfi öz mülahizələri ilə cinayət əməlinin törədilməsinin təsdiq edildiyini göstərmiş, istər ittihamı irəli sürərkən, istərsə də ittihamı müdafiə edərkən heç bir mötəbər sübuta istinad edə bilməmiş və işin hallarını subyektiv mülahizələri ilə izah etmişdirlər. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-437/2024 saylı, 02 fevral 2024-cü il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddə üzrə bəraət hökmü çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Dövlət ittihamçısı3 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-437/2024 saylı, 02 fevral 2024-cü il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin və müdafiəçinin apellyasiya baxışı zamanı şikayətin dəlilləri barədə çıxışlarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi inkar edilmiş və şəxsə bəraət verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası müdafiəçinin apellyasiya şikayətində şəxsə bəraət verilməsinə dair mövqeyi ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən aşağıdakı sübutları tədqiq etmişdir: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, reallıqda narkotiklə bağlı deyil, dini inancına görə tutulmuşdur. Tutulmasına səbəb 1993-1996-cı illər arasında İran İslam Respublikasında təhsil alması olmuşdur. Belə ki, o, seyid ailəsində dünyaya gəlmiş, uşaqlıqdan dindar ailədə böyümüşdür. 1996-cı ildə isə İranda təhsilini yarımçıq qoyub Azərbaycanda Respublikasında fəaliyyət göstərən Qafqaz İslam Universitetinə daxil olmuş, 2000-ci ildə oranı bitirmiş və diplomunda göstərilən ixtisas üzrə Azərbaycanda dini sahədə fəaliyyət göstərmişdir. Dini mərasimlərin icrasında və digər sahələrdə fəaliyyət göstərmiş, nə ölkə daxilində və nə də xaricdə heç bir siyasi təşkilatla əlaqəsi olmamışdır. Onun istifadəsində olan mobil nömrələr daima X2 nəzarətində olmuşdur. Vaxtaşırı onlarla əlaqəsi olmuş, çağrılıb dindirilmiş, heç vaxt belə məsələlərlə bağlı narahatlıq ortaya çıxmamışdır. Hətta ziyarətə gedən zaman belə, dövlət təhlükəsilik əməkdaşlarının məlumatı olmuşdur. Nə siyasi təşikatlarda iştirak etməmiş və nə də sosial mediada dini mövzuda çıxışlar aparmamışdır. Onun tutulmasına səbəb 2023-cü ilin mart ayının 29-da yaxınlıqda yaşayan, son vaxtlar Azərbaycanda dini məsələlərlə bağlı nəzarətdə olan dindar bir insan - Xocasəndən olan Azər adlı biri zəng edib onun xəstə yatan, çox əfsuslar olsun ki, o, tutulduqdan sonra vəfat etmiş atasını görmək istəməsi və zəngdən sonra şəxsin gəlib onun atasını görməsi olmuşdur. Belə ki, həmin dindar qonşusunun telefonu nəzarətdə olduğu və həmçinin onun özünün də dindar olduğu üçün zənglə bağldı o, saxlanılmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, mart ayının 30-da «Ramazan» ayında bir nəfər Hacı İqbal adlı ruhani onu Yeni Yasamala evinə iftara dəvət etmişdir. Orada bir tək o, və ailəsi olmuşdur. İftardan bir az sonra ona təqribən 3 ilə yaxın bir müddətdə bütün ailə üzvləri ilə birlikdə yaşadığı binanın komendantı zəng etmiş, ondan harda olduğunu soruşmuş, o, isə evdə olmadığını, iftarda olduğunu demiş, yarım saat sonra evə gələcəyini bildirmişdir. Həmin gecə 16-ci Polis Bölməsinin əməkdaşlarının binanın həyətinə gəldiklərini, neçə saat binanın həyətində gözlədiklərini, özünün binanın digər girişindən girdiyi üçün polislərin onu görmədiklərini sonradan öyrənmişdir. Ayın 31də o, həyat yoldaşı, oğlu və həyat yoldaşının xalası onlarda olmuşlar. Saat 16:30 radələrində təzədən komendanat ona zəng etmiş, aşağı düşməyi xahiş etmişdir, hansı ki, bu barədə səs yazıları da vardır. Həmin gün onun qızdırması olmuş, həyat yoldaşı Aytəkin Xurşudova ilə bərabər aşağı düşüb komendantın otağına getmişlər. O, həyətə düşən zaman üzərində bir ədəd quran, bir ədəd möhür, bir ədəd təsbeh, bir ədəd mobil telefon və 105 və ya 107 manat pul olmuşdur. Orada iki nəfər mülki formada olan polis əməkdaşı olmuş, onlara niyə evin qapısına gəlmədiklərini soruşmuş, onlar evdə uşaqların olmasını, narahatçılıq yaranmasını istəmədiklərini qapıya gəlməmələrinin səbəbi kimi göstərmiş, komendantın yanında görüşmək istədiklərini bildirmişlər. Həmin vaxtı komendant Hüseyn kişi və köməkçisi, həyətə nəzarət edən Mübariz də yanlarında olmuşdur. Binanın qabağında həmin iki nəfər polis özlərini ona polis bölməsinin əməkdaşları kimi təqdim etsələr də, lakin vəsiqə göstərməmiş, adlarını bildirməmiş, o özü də onların adlarını soruşmamışdır. 10-15 dəqiqə onlarla danışmış, polis əməkdaşları onu Polis İdarəsinə dəvət etmiş, 10-15 dəqiqə söhbət edib təzədən qayıdacağını bildirmişlər. Onlar Polis İdarəsinə gəlmiş, Lakin bölməyə çatandan sonra telefonu dərhal ondan alınmışdır. Bölməyə gələndən 1 saat, saat yarım sonra isə ona sözlə təzyiq göstərməyə başlamışlar. Oruc olduğundan iftarı bölmədə açmış, ondan sonra onlardan icazə alıb namazını qılmışdır. Sonra sözlə təzyiqlər davam etmiş, ona onlara yuxarının göstərişi olduğunu, deyilən ittihamları qəbul etməli olduğunu, başqa çarəsinin olmadığını bildirmişlər. Onun cibinə narkotik vasitə qoyulması və çıxarılması məcburi formada olmuş, narkotik məcburi formada onun boynuna qoyulmuşdur. Həmin vaxt yanında vəkili olmadığı üçün ona sözlə edilən təzyiqlər onda qorxu hissi yaratmışdır. Ona narkotik vasitəni tanımadığı şəxsdən 150 manata almasını deməsi ondan tələb olunmuş, o da çəkiliş vaxtı ona deyilənləri təkrar etmişdir. Hansı ki, o, heç narkotik vasitənin rəngini belə, bilməmişdir. O, «48 ildə əlim belə şeylərə dəymiyib, əlimi belə şeylərə vurmayım» kimi bir xahiş etsə də, ona başqa bir yolu olmadığını bildirmiş, onlara belə göstəriş gəldiyini, bu cürə də qəbul etməli olduğunu demişlər. Ona ancaq söz vasitəsiylə təzyiqlər olmuş, vurulmamış, döyülməmişdir. O, təzyiq edən şəxsləri tanımamışdır. Bölmədə ona təzyiq edən şəxslər, onu saxlayıb Polis Bölməsinə gətirən şəxslər deyil, qeyriləri olmuşdur. Evinin yandırıla biləcəyindən, özünə, ailəsinə bir xəsarət yetirilə biləcəyindən qorxduğu üçün, polisin bütün dedikləri ilə razılaşmışdır. Sonra çəkiliş aparılmış, ondan sonra qorxu və təzyiq altında ifadələri alınmış, sonra da məhkəməyə aparmışlar. Video çəkiliş bir neçə dəfə aparılmış, gah telefonu düz çıxarmaması, gah da başqa səbəblər bəhanə olaraq gətirilmiş və bir daha çəkiliş aparılmışdır. Çəkiliş səhərə yaxın baş tutmuş, orada 5-6 nəfər olmuş, onların hansının vəkil, hansının təhqiqatçı və ya müstəntiq olmalarını bilməmişdir. Təhqiqatçı video çəkiliş vaxtı şəxsi təqdim edib vəkili olduğunu demiş, lakin o, anlayışı olmadığı və həyəcanlı olduğu üçün vəkilin işinin nədən ibarət olduğunu bilməmişdir. Ondan götürülən maddə bir ədəd düyüncə formasında klyonkaya bükülmüş bir ədəd büküm olmuşdur. Həmin maddə ona əvvəlcədən verilmiş və cibindən çıxarıb təqdim etməli olduğu ona deyilmişdir. Yadında qaldığı qədər, o, həmin maddəni sağ cibindən çıxarıb təqdim etmişdir. İzahatı alınarkən də yanında vəkil olmamışdır. Video çəkilişdən sonra onu Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X12 aparmış, sonra analiz götürülmüş, sonra yenidən X8ytarmışlar. Prokurorun yanında olmamış, Nərimanov Rayon Məhkəməsində olarkən isə qorxduğu üçün təzyiqlərə məruz qaldığını və ya əməlindən peşiman olduğunu da bildirməmişdir. İlk dəfə məhkəmə qarşısına çıxdığından, nə baş verəcəyini belə bilməmişdir. Vəkil ilə isə heç bir danışığı və əlaqəsi olmamışdır. Hakim ondan nə ilə bağlı tutulduğunu soruşmuş, narkotiklə bağlı tutulduğunu demiş, həmçinin təzyiqlə ona dedizdirilmiş şeyləri də olduğu kimi hakimə demişdir. Stresli halda ayağa qalxıb olanlar barədə məhkəmədə bir kəlimə söz demişdir. Məhkəmədə ona geniş imkan verilməmiş, şərait yaradılmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, onu polis bölməsindən idarəyə aparmış, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində müstəntiq ona hədə-qorxu gəlməmişdir. Vəkilini də o zaman görmüş və həmin şəxsin onun vəkili olduğunu bilmişdir. Vəkilini yalnız bir dəfə görmüş, ona heç bir problemini çatdıra bilməmişdir. Müstəntiq onun ifadəsini yazmış, əvvəlcə ona 234.1-ci maddə ilə ittiham verilmiş və ona həmin ittiham üzrə qol çəkdirilmişdir. İfadəyə qol çəkmiş, lakin məzmunu ilə tanış olmamışdır. İfadəsi alınan zaman içəridə polis əməkdaşları da olmuşdur. Ona 234.1-ci maddə göstərilsə də, daha sonra 234.1 olmadığını görmüş, lakin həmin maddənin nə olduğunu soruşmamış, müstəntiq də ona izah etməmişdir. O, müstəntiqlə yalnız onun şəxsi vəkili təyin olunduqdan sonra o, rahat danışa bilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, yaşadığı binanın komendantı Hüseyin Ağayevlə onun heç bir ədavəti və ya düşmənçiliyi olmamış, bir-birinə çox hörmət və ehtiramla yanaşmışlar. Hüseyin Ağayev heç vaxt ondan borca pul istəməmiş, o, komunal ödənişi 2 ay qabaqdan ödəmişdir. Amma təqribən bir il əvvəl komendant kommunal pulları yığa bilməmiş, onda pul olduğunu komendanta demiş, istəyəcəyi təqdirdə ona pul verə biləcəyini demiş, pulları yığan zaman onun pulunu qaytaracağını bildirmişdir. Komendantın otağında kamera olmuş, polislərlə komendantın otağında təqribən 15 dəqiqə görüşmüş, həyat yoldaşı, Hüseyin müəllim və Mübariz də orada olmuşlar. Onlar kamera çəkilişi olan yerdə danışmışlar. Aldığı məlumata görə ona ittiham veriləndən sonra polislər gedib həmin binanın kameralarını pozmuşlar. Komentant ağsaqqal adam olmuş, həqiqəti ifadə verməkdən qorxmuş, ona şahidlik edəcəyi təqdirdə onun və yaxınlarının da başına belə işlər gələ biləcəyini düşünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edən polis mayoru Şahid1 ifadəsində göstərdi ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, saxlaması və gəzdirməsi barədə şifahi məlumat daxil olmuşdur. Məlumat Nərimanov rayonunun inzibati ərazisində, N.Nərimanov küçəsində yaşayan «Ağasəf» adlı şəxsin barəsində daxil olmuşdur. Məlumatı yoxlamaq məqsədi ilə 31 mart 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərar qəbul olunmuş, onun və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirinə başlandıqdan sonra həmin gün Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsində, 14 saylı binanın qarşısında saat 19-20 radələrində şifahi məlumata əsasən onlara məlum olmuş şəxsə, yəni baxılan iş üzrə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və sonuncunun özünün vasitəsi ilə Təqsirləndirilən şəxs olmasını müəyyənləşdirmişlər. Ağasə Xurşidovu narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli şəxs kimi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə getməyə heç bir etiraz etməmişdir. Polis bölməsinin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofanda içərisində tünd qəhvəyi rəngli maddə olan bir ədəd bükümü, xatırlamadığı məbləğdə pulları və bir ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçının sorğularına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülünün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu, həmin heroini özünün istifadəsi üçün “Papanin” deyilən ərazidə tanımadığı şəxsdən 150 manata aldığını bildirmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, yekunda Təqsirləndirilən şəxs üzəri axtarılmış, lakin qanunla qadağan olunmuş başqa heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs götürülmüş heroin qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Prosesin gedişatı barədə tərtib olunmuş protokol və maddi sübutun qablaşdırıldığı zərfin üzəri bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalarla təsdiqlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində ona qarşı heç bir fiziki zor və ya təzyiq olmamışdır. Təqsirləndirilən şəxs hansı işlə, o cümlədən dini ibadətlə məşğul olmasını, dini sahədə konkret hansı işlərlə məşğul olmasını bilməmiş, sonuncu dini inancına görə saxlanılmamış və ya kimsə tərəfindən onun ibadətlə məşğul olmasına görə saxlanılması ilə əlaqədar göstəriş verilməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, üzləşdirmə zamanı Şahid2 sərbəst ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs üzləşmə prosesində Şahid2 tanımadığını, onu ilk dəfə gördüyünü, üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu bildirmişdir (iş vərəqə: 148-152). Tədqiq olunan həmin protokoldan, həmçinin görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs üzləşmə prosesində Şahid1 tanımadığını, onu ilk dəfə gördüyünü, üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu bildirmişdir (iş vərəqə: 153-157). Şahid3 ifadəsində göstərdi ki, təxminən 14 ildir ki, Təqsirləndirilən şəxs yaşadığı, "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasında komendant vəzifəsində işləmişdir, hazırda isə işləmir, 2023-cü ilin 01 oktyabr tarixindən təqaüddədir. Ağasəflə münasibəti yaxşı olmuş, o, sonuncunu yaxşı bir insan kimi tanımış, onun qonşularla da münasibəti yaxşı olmuş, lakin hansı işlə məşğul olduğunu bilməmişdir. Ağasəfin narkotiklərlə məşğul olmasını ondan gözləməmişdir. Ağasəfin dini inancı olan insan kimi dövlətə qarşı hər hansı çıxışını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təxminən 14 ildir ki, Təqsirləndirilən şəxs yaşadığı, "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasında komendant vəzifəsində işləmişdir, hazırda isə işləmir, 2023-cü ilin 01 oktyabr tarixindən təqaüddədir. Ağasəflə münasibəti yaxşı olmuş, o, sonuncunu yaxşı bir insan kimi tanımış, onun qonşularla da münasibəti yaxşı olmuş, lakin hansı işlə məşğul olduğunu bilməmişdir. Ağasəfin narkotiklərlə məşğul olmasını ondan gözləməmişdir. Ağasəfin dini inancı olan insan kimi dövlətə qarşı hər hansı çıxışını eşitməmişdir. Şahid3 ifadəsinin davamında göstərdi ki, mart ayının 30-u ərazinin polis sahə müvəkkili onun komendantı işlədiyi binaya gəlib Ağasəflə maraqlandığından o, zəng edib Ağasəfdən harada olması ilə maraqlanmış, sonuncu evdə olmadığını bildirdiyindən ondan evə nə vaxt gələcəyini soruşmuşdur. Bundan sonra xatırlamadığı tarixdə, yəni Ağasəf saxlanılan gün polis əməkdaşları - sahə müvəkkili və bir nəfər polis əməkdaşı onun iş yerinə, yəni komendantı işlədiyi "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasına gəlmişlər. O, sahə müvəkkilini əvvəllər görüb tanısa da, digər polis əməkdaşlarını tanımamışdır. Gələn polislər ondan Ağasəfi telefonla çağırmağı tələb etmiş, “biz dediyimizi eləməsən, sənin başına oyun açarıq” kimi sözlərlə onu hədələmişlər. Həmin vaxt işlədiyi üçün onlardan qorxmuş və polis əməkdaşlarının diktəsinə əsasən zəng vurub Ağasəfi aşağı çağırmışdır. Həmin gün onun çağırışından sonra Ağasəf həyat yoldaşı ilə birlikdə aşağı düşmüşdür. O, Ağasəfin yoldaşına polislərin Ağasəfi axtardığını demişdir. Polislərin göstərişinə əsasən o, otaqdan çıxmış, pllislər Ağasəflə danışmış, sonra da Ağasəfi maşina otuzdurub aparmışlar. Hansı mövzuda söhbət etdiklərini o, bilməmişdir. Növbəti gün isə polis əməkdaşları təkrarən onun yanına gəlmiş və guüya oğurluq olması adı ilə binanada olan 6 ədəd kameraları açdıraraq görüntüləri silmişlər. Şahid3 ifadəsinin davamında göstərdi ki, Xurşidov aparılandan sonra istintaqa bir dəfə çağrılmış və ifadə vermişdir. İbtidai istintaq vaxtı komendant işlədiyindən polislərdən qorxduğu üçün doğru ifadə verməmişdir. Hazırda işləmir, təqaüddədir və məhkəmədə verdiyi ifadə doğrudur. Belə ki, istintaqdakı ifadəsində Təqsirləndirilən şəxs ondan borc almaq üçün çağırdığını desə də, əslində o, Ağasəfi polislərin deməsinə görə çağırmışdır. Əvvəllər Ağasəflə onun arasında borc söhbəti olsa da, Ağasəfin saxlanılıb aparılması məsələsi ilə bağlı borc söhbəti olmamışdır. İfadəsi zorla diqtə edilmiş, ifadə vermiş, oxuyub qol çəkmişdir. İfadə verərkən ona zor tətbiq edilməmiş, lakin “sən dövləti müdafiə edirsən, yoxsa Ağasəfi?” kimi bir sual verildikdə o, onlarla razılaşmışdır. İbtidai istintaqda polislərdən ehtiyyat etdiyindən təzyiq altında ifadə verməsi barədə heç yerə şikayət etməmişəm. Lakin məhkəmə ədalət mühakiməsini həyata keçirdiyindən məhkəməyə etibar etmiş, güvənmiş və düzgün ifadə vermişdir. Şahid3 cinayət işinə məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Şahid3 məhkəmyədək icraat mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Sabunçu rayonu, ünvan 9 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq ailəsi ilə birlikdə Suraxanı rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz evdə yaşamışdır. Təxminən 14 ildir ki, "xxxx" MMC-yə məxsus binada komendant vəzifəsində çalışır. Təxminən 3 il bundan əvvəl isə Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxs o, komendantı olduğu binadan mənzil almış və onun sonuncu ilə münasibəti yaranmışdır. Arada Təqsirləndirilən şəxsla telefon vasitəsilə əlaqə saxlamış və sonuncudan aylıq kommunal pulunu istəmişdir. xx.xx.2023- cü il tarixdə o, Təqsirləndirilən şəxsin istifadəsində olan xatırlamadığı mobil nömrəsinə zəng etmiş və sonuncudan harada olmasını soruşmuşdur. Ağasəf də cavabında Yasamal rayonu ərazisində iftar süfrəsində olduğunu bildirmişdir. Onun Ağasəfə zəng etməkdə məqsədi sonuncudan borca pul almaq olmuşdur. Lakin mobil telefon vasitəsilə Ağasəfdən borca pul almağa utandığı üçün sonuncunun halını soruşub sağollaşmışdır. Şahid3 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, 31 mart 2023-cü il tarixdə də Ağasəflə yenidən əlaqə saxlamağa çalışmışdır ki, Ağasəflə görüşüb üzbəüz borca pul istəsin. Lakin Ağasəf evdə olmadığını ona bildirmişdir. O da cavabında evə gələn zaman onunla görüşməsini xahiş etmiş, ona sözü olduğunu demiş və bundan sonra onlar mobil telefonda sağollaşmışlar. O, borca pul istəməsi üçün Ağasəfi gözləməyə başlamış, təxminən saat 19:30 radələrində o, binanın həyətində olan zaman Ağasəfin gəldiyini görmüşdür. O, Ağasəfə yaxınlaşmaq istəyən zaman 2 nəfər tanımadığı şəxslər Ağasəfə yaxınlaşmışlar. O, həmin şəxslərin Ağasəflə söhbət edib getmələrini gözləmiş, onlar gedəndən sonra Ağasəfdən borca pul istəməyi nəzərdə tutmuşdur. Lakin Ağasəf həmin şəxslərlə birlikdə çıxıb getdiyindən o da oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanmışdır. O, həmin saatlarda Ağasəfə zəng etməkdə məqsədi sonuncudan borca pul almaq olmuşdur. Lakin Ağasəf ona evdə olmadığını, gec gələcəyini bildirmişdir. O, Ağasəfi həyətə çağırmamış və onun da yanında polis əməkdaşları olmamışdır. Saat 19:30 radələrində Ağasəfi harasa dəvət edən şəxslərin polis əməkdaşları olduqları sonradan ona aydın olmuşdur (iş vərəqə: 162- 163). Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən Təqsirləndirilən şəxs arvadı Şahid4 ifadəsində göstərdi ki, 30 mart 2023-cü il tarixində həyat yoldaşı Təqsirləndirilən şəxs iftar yeməyində olmuş, iftardan bir neçə saat sonra Ağasəf zəng vurub ona evə adam gələcəyini demiş, geyimli olmağı tapşırmışdır. Onların yaşadıqları binanın iki çıxışı olmuş, Ağasəf dukan tərəfdən evə gəlmiş və kiminsə gəlib-gəlmədiyini soruşmuş, o isə “yox” cavabı vermişdir. Bundan sonra o, uşağın dalınca məktəbə gedərkən komendantdan yoldaşını kimin soruşması ilə maraqlanmış, sonuncu polislərin onu axtardığını bildirmişdir. 31 mart 2023- cü il tarixdə komendant zəng edib Ağasəfi aşağı çağıranda o da Ağasəflə birlikdə düşmüşdür. Komendantın yanında iki nəfər olmuş, onların polis olduqlarını öyrənmişlər. Polis əməkdaşları komendantın otağında Ağasəflə 20 dəqiqə ərzində söhbət etmiş, Ağasəflə xoş danışmışlar. Həmin vaxt o da onların yanlarında olmuşdur. Daha sonra isə bölməyə gedəcəklərini demişlər. Polislər Ağasəflə birlikdə getmiş, gedərkən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində söhbət etməyə getdiklərini demişlər. Sonra Ağasəf qayıdıb gəlmədiyindən o, Ağasəfə zəng vurmuş, onun telefonuna zəng çatmış, lakin zənglərə cavab verməmişdir. Axsam saat 22-dən sonra isə zəng çatmadıgından artıq narahat olmağa başlamış və 16cı bölməyə getmişdir. Orada Ağasəfin narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə həbs olunduğu deyilmiş və onun Nərimanov Polis İdarəsinə aparıldığı bildirilmişdir. O, rəis müavininin qəbuluna girmiş, sonuncu ona yoldaşının cinayətkar olduğunu demişdir. O, inanmamış, dövlətə güvəndiyini demiş və doğru araşdırmağı xahiş etmişdir. Ağasəfin dini inanclarına görə tutulduğunu ona deyən olmamışdır. Ağasəfin komendantla “salam, sağ ol” münasibəti olmuş, Ağasəfin komendanta borca pul verməsi barədə o, heç nə eşitməmişdir. Komendantın otağında 4-5 kamera olmuş və komendantın otağı kameraya düşmüşdür. Sonradan komendantın deməsinə görə Ağasəf aparılandan sonra polislər gəlib kamera görüntülərini silmişlər. Şahid4 ifadəsinin davamında göstərdi ki, müstəntiq Elşən Həsənov ona yoldaşını görmək istədiyi təqdirdə məhkəməyə gəlməsini məsləhət bilmiş, o, Ağasəflə məhkəmədə danışmışdır. Ağasəf onun üstünə narkotik qoyulduğunu, ona basqı edildiyini, ona görə razılaşdığını demiş, məcbur olub imzaladığını bildirmişdir. Ağasəf ona şantaj edilməsi və işnəcə verilməsi barədə heç nə deməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında» 31 mart 2023-cü il tarixli protokoldan görünür ki, 31 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncu təhqiqatçının təklifinə əsasən əynində olan göy rəngli şalvarın sağ yan cibindən içərisində heroin narkotik vasitəsinə bənzər maddə olan 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, şəxsi axtarış zamanı təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu təsdiq etmiş, həmin heroini özünün istifadəsi üçün “Papanin” deyilən ərazidə tanımadığı şəxsdən 150 manata aldığını bildirmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, baxış keçirilməsi və götürmə prosesi videoçəkilişlə müşaiyət olunmuş və videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 30-32). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinə baxış keçirilmiş və videogörüntülərin şəxsi axtarış keçirilməsi və götürmə protokolunun məzmunu ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, tədqiq olunan həmin protokoldan görünür ki, videogörüntülərə baxış zamanı 31 mart 2023-cü il tarixdə üzərinə şəxsi axtarış keçirilmiş Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən içərisində heroin narkotik vasitəsinə bənzər maddə olan 01 ədəd şəffaf rəngli sellofan bükümü təhqiqatçının təklifindən sonra çıxarıb təqdim etməsi, Təqsirləndirilən şəxs təhqiqatçının təklifinə əsasən üzərindən aşkar edilmiş bükülünün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini özünün istifadəsi üçün “Papanin” deyilən ərazidə tanımadığı şəxsdən 150 manata aldığını bildirməsi bir daha təsdiq olunur (iş vərəqə: 58-59). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 01 aprel 2023-cü il tarixli, 6/1906 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 218” möhür əksi, “...Şübhəli şəxs: Təqsirləndirilən şəxs...” və s. ad, soyad, imzalar olan zərfdəki 01 ədəd bükümdə aşkar olunan maddə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir, təmiz kütləsi 10,071 qram təşkil edir. Tədqiq olunan həmin rəydən görünür ki, tədqiq olunan 10,071 qram heroinin 0,1 qram hissəsi ekspertiza tədqiqatına sərf edildilmiş, 9,971 qram hissəsi qalıq qalmışdır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir (iş vərəqə: 39-43). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 23 iyun 2023-cü il tarixli 3994 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: 127-128). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan kompleks məhkəmə- psixolji və məhkəmə-psixiatrik ekspertizasının 03 aprel 2023-cü il tarixli, 860 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda, yəni ekspertiza tədqiqatı mərhələsində hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Tədqiq olunan həmin rəydən görünür ki, Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Tədqiq olunan rəyin məhkəmə-psixolji ekspertizasına dair hissəsindən isə görünür ki, Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. O, törətdiyi əməlin mahiyyətini adekvat olaraq dərk etmək və baş verənləri təsvir etmək iqtidarında olmuşdur. Onun əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar edilmir, inadkarlıq, hirslilik, söz götürməmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun fərdi- psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs baş verən hadisələri adekvat olaraq qavramaq və bu barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. O, hadisə zamanı şüur və davranışlarına təsir göstərə bilən psixi- emosional halda olmamışdır (iş vərəqə: 129-132). Məhkəmə baxışı zamanı tədqiq olunan digər sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 10,071 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 9,971 qram çəkidə narkotik vasitə heroin saxlanış üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 173-183). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanı tərəfindən əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 08 may 2023-cü il tarixli əməliyyat tapşırığının 01 iyun 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə aşkar edilməsi faktı ilə əlaqədar bir sıra əməliyyataxtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur. Tədqiq olunan əməliyyat tapşırığına 01 iyun 2023-cü il tarixli cavab məktubundan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 11 ünvana yaxın ərazilərdə videomüşahidə kameralarında görüntülər müəyyən edilmədiyindən həmin görüntüləri əldə etmək mümkün olmamışdır. Ən nəhayət, tədqiq olunan əməliyyat tapşırığına cavabdan görünür ki, hazırda bu istiqamətdə tədbirlər davam etdirilir və müsbət nəticə əldə olunduğu təqdirdə istintaq orqanına məlumat veriləcəkdir (iş vərəqə: 112-113, 168). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamış və qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 185-186, 188, 189). Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olunmuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu müvafiq olaraq 01 və 02 aprel 2023-cü il tarixli ifadələrində ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ünvan 12 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Tutulmazdan 7-8 ay əvvəl narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Narkotik vasitəni istifadə etməyə başlayanda Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxslə tanış olmuş və həmin şəxs ona narkotik vasitə və ya psixotrop maddə lazım olduğu vaxtlarda ondan ala biləcəyini demişdir. O da narkotik vasitə lazım olanda Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerə gedərək həmin şəxsi tapmış və ondan almışdır. Narkotik vasitəni aldıqdan sonra münasib yer taparaq orada istifadə etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrinin davamında mahiyyəti üzrə göstərmişdir ki, 31 mart 2023-cü il tarixdə, günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerə gedib həmin şəxsi taparaq sonuncu ilə görüşmüş, orada həmin şəxsə 150 manat pul verib ona narkotik vasitə heroin gətirməsini istəmişdir. Təxminən 10 dəqiqə sonra həmin şəxs ona 1 ədəd bükümdə narkotik vasitə heroin gətirib vermiş, o da həmin narkotik vasitə heroini lazım olan zaman istifadə etməsi üçün üzərində saxlayaraq gəzdirmişdir. Elə həmin gün, yəni 31 mart 2023-cü il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi, ev 14 ünvanın qarşısında dayanan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onu Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş, orada ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, sol yan cibindən 01 ədəd 100 manatlıq, 01 ədəd 5 manatlıq, 02 ədəd 1 manatlıq pul əskinaslarını, əynində olan gödəkcənin sağ yan cibindən 01 ədəd “Samsung 12 A” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddəni öz istifadəsi üçün 31 mart 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 150 manata aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş mobil telefon və 107 manat pul ona izah edilməklə götürülmüşdür. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində daha sonra göstərmişdir ki, o, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki zor və ya sair təzyiqlər göstərilməmiş, o, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri istifadə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu 11 may və 06 iyun 2023-cü il tarixli ifadələrindən görünür ki, sonuncu istintaqın ilkin mərhələsində verdiyi ifadələrini təsdiq etməyərək göstərmişdir ki, 30 mart 2023-cü il tarixdə Yasamal rayonunda iftarda olan zaman yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, N.ünvan 7 saylı binanın komendantı Hüseyn onunla əlaqə saxlamış və bir nəfər şəxsin onu görmək istədiyini bildirmişdir. O isə Yasamal rayonunda iftar süfrəsində olduğunu demiş və gələcəyini bildirmişdir. 31 mart 2023-cü il tarixdə, saat 16:30 radələrində yaşadığı evdə olan zaman binanın komendantı Hüseyn onunla əlaqə saxlayıb həyətə düşməsini istəmişdir. O, arvadı ilə birlikdə həyətə düşmüş və həyətdə əvvəllər tanımadığı iki nəfər mülki geyimli şəxslərin olduğunu görmüşdür. Həmin şəxslər özlərini Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları olaraq təqdim etmiş və onu Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə qeyd olunan polis bölməsinə getmişdir. Polis bölməsində xatırlamadığı otaqlardan birində 2 saata yaxın gözləmiş, bundan sonra bir nəfər tanımadığı polis əməkdaşı ona yaxınlaşaraq onunla söhbət etməyə başlamışdır. Həmin polis əməkdaşı ona vəziyyətin başqa cür olduğunu bildirmiş, müəyyən məsələləri etiraf etməli olduğunu, narkotik vasitənin istifadə etməyini yalandan bildirməyini və ona verəcəkləri narkotik vasitəni üzərinə götürməyini istəmişdir. Həmin vaxt polis əməkdaşı ona vəziyyətin kəskin olduğunu və onun mütləq şəkildə tutulmalı olduğunu bildirmişdir. O da ilk dəfə polis bölməsində olduğundan və polis əməkdaşlarından qorxduğundan, həm də səhhətində problemlər olması səbəbindən həmin polis əməkdaşının dedikləri ilə razılaşmışdır. Həmin vaxt onun soyuqdəyməsi olmuş və titrətmişdir. Odur ki, məcbur olub polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Həmin polis əməkdaşı ona Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə barəsində cinayət işi başlanacağını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı bir büküm narkotik vasitəni ona vermiş və o, həmin bir büküm narkotik vasitəni cibinə qoymuş, üzərinə video çəkilişlə baxış keçiriləcəyi ona bildirilmişdir. Budan sonra onlar polis bölməsinin digər otağına keçmiş və orada video çəkilişlə üzərinə baxış keçirilməsinə başlanılmışdır. Polis əməkdaşlarının əvvəlcədən ona bildirdikləri kimi, o, polis əməkdaşlarının ona verdikləri narkotik vasitəni cibindən çıxardaraq masanın üzərinə qoymuşdur. Polis əməkdaşları əvvəlcədən ona bildirmişlər ki, çəkiliş zamanı narkotik vasitəni haradan əldə etməyi barədə sual verilərkən o, narkotik vasitəni “Papanin” adlanan yerdən 150 manata aldığını bildirsin. Odur ki, o, çəkiliş zamanı təqdim etdiyi narkotik vasitəni Papanin adlanan yerdən 150 manata aldığını bildirmişdir. Bundan sonra onu Nərimanov RPİ-nə gətirmişlər və barəsində cinayət işi başlanaraq ona Azərbaycan Respublikası Ctnayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin yekununda göstərmişdir ki, polis bölməsində olan zaman ona heç bir fiziki zor tətbiq edilməmiş, orada ona psixoloji təsir edilmişdir. Polis bölməsində olan zaman o, orada kimin polis kimin müdafiəçi olduğunu bilmədiyi üçün heç kimə heç nə deyə bilməmişdir (iş vərəqə: 55-57, 76-78, 144- 146, 201-203). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, hətta təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarının 25-26-cı bəndlərində qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Kollegiya apellyasiya şikayətinin sübutların mötəbərliliyi barədə dəlillərini formal mülahizələr əsasında və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verildiyi qənaətinə gəlir. Belə ki, məhkum edilmiş şəxsin ibtidai istintaqda təqsirini etiraf etməsi digər sübutlarla uyğunluq təşkil edir. Məhkum edilmiş şəxsin məhkəmədə verdiyi ifadədə göstərdiyi xüsusatlar isə aparılmış araşdırma ilə öz təsdiqini tapmamışdır. Həmçinin məhkəməyədək icraat zamanı psixoloji və ya fiziki təzyiq məsələsi təqsirləndirilən şəxs tərəfindən qaldırılmamış, hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Bu barədə yalnız məhkəmə icraatında bildirilmişdir. Odur ki, ifadələr, şəxsi axtarış və götürmə və digər sübutlar şəxsə bəraət verilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitənin istifadəsi əməlinə dair ittiham tərəfindən təqdim edilən sübutların yolverilməzliyini mübahisələndirən müdafiə tərəfi yalnız ehtimallara söykənmiş və şikayətin aidiyyəti dəlilləri sübutun yolverilməzliyinin əsası qismində çıxış edə bilməz. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayətinin dəlillərində Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmamasına istinad edilsə də, birinci instansiya məhkəməsi cinayət işinin araşdırması zamanı müəyyən etmişdir ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar həm məhkəməyədək və həm də məhkəmə icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi təsdiq edilməmiş, onun narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edən konkret sübutlar mövcud olmamışdır. Məhkəmə qeyd etmişdir ki, məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə barədə” protokolunda da Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülən narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını və üzərində daşımasını təsdiq edə biləcək konkret sübutedici məqam müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun bir ədəd bükümdə aşkar edilib götürülmüş külli miqdarda heroin narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilərək Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. Apellyasiya şikayətində sübutların mötəbər olmamasına və müdafiə hüququnun pozulmasına dair göstərilən dəlillər öz təsdiqini tapmadığından şəxsə bəraət verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, apellyasia şikayətinin dəlillərində mübahisələndirilən məsələlər birinci instaniya məhkəməsi qarşısında da qaldırılmış və məhkəmə tərəfindən həmin dəlillər araşdırılara hüquqi qiymət verilmişdir. Birinci instaniya məhkəməsi Təqsirləndirilən şəxs məhkəmədə saxlanıldığı yeri və şəraiti mübahisələndirib, saxlanılarkən və üzərində şəxsi axtarış keçrilməsi ərəfəsində polis tərəfindən təzyiqlərə məruz qalması barədə ifadələrində göstərdiyi xüsusatları araşdıraraq mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunduğundan özünü müdafiə xarakterli qiymətləndirmişdir. Məhkəmə qeyd etmişdir ki, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2023-cü il tarixli qərarının məzmunundan görünür ki, qətimkan tədbiri ilə bağlı məsələyə həmin məhkəmədə baxılarkən Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitəni Papanin adlanan yerdən 150 manata şəxsi istifadəsi alıb əldə etdiyini və əməlindən peşiman olduğunu bildirmiş və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 aprel 2023-cü il tarixli həmin qərarından təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 07 aprel 2023-cü il tarixli qərarının məzmunundan görünür ki, mahiyyəti üzrə şikayətə baxılarkən Təqsirləndirilən şəxs və onun müdafiəçisi yenə də təqsirləndirilən şəxsə qarşı polis tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə məhkəməyə hər hansı məlumat verməmiş, yalnız sonuncunun ailə vəziyyəti barədə məlumat verilməklə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması xahiş olunmuşdur. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı dindirilmiş, Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olması və bu istiqamətdə keçirilmiş əməliyyat tədbirində iştirak etmiş əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış keçrilməsi ərəfəsində polis tərəfindən təzyiqlərə, hədələrə məruz qoyulması və saxlanıldığı yerlə əlaqədar sərbəst ifadələrində göstərdikləri xüsusatları tam inkar etmiş, hər hansı qanun pozuntusuna yol verilmədiyini bildirmişlər. Kollegiya təqsirləndirilən şəxsin ifadələrinə qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar edilmiş narkotik vasitəni Papanin adlanan yerdən 150 manata şəxsi istifadəsi alıb əldə etdiyini və əməlindən peşiman olduğunu bildirmiş olsa da, məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülməsi qeyd olunan narkotik vasitənin ona aid olmaması, saxlanılarkən onun üzərində heç bir növdən olan narkotik vasitə olmaması, onun qanunsuz saxlanılması və polis tərəfindən psixoloji təzyiqlərə məruz qalması, psixoloji təzyiqlər nəticəsində ittihamda göstərilən külli miqdarda heroin narkotik vasitəsini boynuna götürməyə məcbur edilməsi, etirafedici ifadələr verməyə məcbur edilməsi, ibadətlə məşğul olması və dini inancına görə tutulmasını göstərərək, ifadələrində ziddiyyəti ona qarşı olan ziddiyyətlərlə əlaqələndirmiş, lakin məhkəmə araşdırması zamanı cinayət işi ətraflı tədqiq edilərək təqsirləndirilən şəxsə qarşı hər hansı zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan hal övcud olmamışdır ki, hazırki dəlillər onun cinayət məsuliyyətindən yayınmasına xidmət edir. Eyni zamanda, şikayətin dəlillərində məhkəmə tərəfindən Şahid4 və Şahid3 ifadələrinin tam araşdırılmadığı və düzgün qiymət verilmədiyi göstərilsə də, hökmdən də göründüyü kimi, məhkəmə, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs yaşadığı, "xxxx" MMC tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsində yerləşən 14 saylı evin komendantı vəzifəsində işləmiş Şahid3 və Təqsirləndirilən şəxs arvadı Şahid4 ifadələrinə tənqidi qiymət verib belə nəticəyə gəlmişdir ki, Şahid3 məhkəmə baxışında verdiyi ifadəsi ziddiyyətli olmaqla işin halları ilə uyğun gəlmədiyindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Sonuncunun məhkəməyədək icraat mərhələsində verdiyi şahid ifadəsi digər sübutlarla təsdiq olunduğundan daha inandırıcı və mötəbər hesab olunmalı və sübut növü kimi qiymətləndirilməlidir. Göründüyü kimi, müdafiə tərəfi şikayətin dəlillərində Təqsirləndirilən şəxs əleyhinə ifadə vermiş polis əməkdaşlarının Şahid1 və Şahid2 təqsirləndirlən şəxsə qarşı cinayət, təqibinin təşəbbüskarı olan orqanın əməkdaşlarıdır və ona görə də onlar Təqsirləndirilən şəxs qarşı cinayət təqibinin nəticələrində maraqlı olduqlarını qeyd edərək ifadələrinin mötəbərliyini şübhə altına almışdır. Lakin qeyd edilir ki, müdafiə tərəfinin ifadəsinə istinad etməyə çalışdığı Şahid4 da təqsirləndirilən şəxsə münasibətdə eyni mövqedə olmaqla onun məsuliyyətdən yayınmasında maraqlıdır. Belə ki, təqsirləndirilən şəxs ilə ər-arvad münasibətindədirlər, onların birgə nikahdan övladları vardır, ümumi mülkiyyətə sahib olmaqla birgə təsərrüfat idarə etmişlər. Lakin nəzərə alınmalıdır ki, məhkəmə iş üzrə ifadə verən şahidlərin ifadələrinə onların ittiham və ya müdafiə tərəfinin mövqeyində maraqlı olmaları prinsipinə örə deyil, cinayət işi üzrə digər sübutlarla təsdiqini tapdığı halda mötəbər sübut kimi istinad edir. Bundan başqa, apellyasiya şikayətində 21 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə prosesində müdafiə tərəfi şahid qismində dindirilən polis əməkdaşı Şahid1 sualları cavablandırarkən onun təqsirləndirilən Təqsirləndirilən şəxs saxlanıldığı məkanı təsvir edə bilməməsi əsaslı şübhə kimi qiymətləndirilmiş, lakin kollegiya bildirir ki, polis əməkdaşının gün ərzində keçirdiyi əməliyyat tədbirlərinin sayı nəzərə alınaraq hazırki zamanda Təqsirləndirilən şəxs saxlanıldığı məkanın təsvir edilməsi, ətrafında hansı obyektlərin olması barədə məlumatları hansısa nisbətdə unutması mümkün ola bilər və bu hal əməliyyat tədbirinin qanunsuz aparılması nəticəsinə gəlinməsinə əsas vermir. Bundan başqa, cinayət işi materiallarından göründüyü kimi, məhkəmə baxışı zamanı müdafiə tərəfi vəsatət qaldıraraq "xxxx" MMC tərəfindən inşa edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsində yerləşən 14 saylı binaya quraşdırılmış, onun giriş-çıxışını və binaya aid sair tikililəri əhatə edən bütün təhlükəsizlik kameralarının 31 mart 2023-cü il tarixə saat 15:00-19:00 olan dövrə aid videogörüntülərin tələb olunmasını və məhkəmə baxışı zamanı tədqiq olunmasını məhkəmədən xahiş etmiş, vəsatət təmin edilmişdir. "xxxx" MMC-dən məhkəməyə verilmiş 07 yanvar 2024-cü il tarixli, 01/24 saylı arayışdan görünür ki, binada quraşdırılmış təhlükəsizlik kameraları texniki cəhətdən nasaz olduğundan sorğuda göstərilən tarixdə və vaxtda video müşahidələr qeydə alınmamışdır. Bu səbəbdən yaddaş qeydlərinin məhkəməyə təqdim olunması mümkün olmamışdır. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmamasına təkid etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının və videogörüntülərin, ekspertiza rəylərinin digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və digər sübutlar nəzərə almaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi sanksiyası daxilində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən, ədalət prinsipinin tələbləri gözlənilmişdir. Belə ki, təyin edilən cəza onun şəxsiyyətinə və cinayətin törədilmə şəraitinə uyğundur. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməyib. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-437/2024 saylı, 02 fevral 2024cü il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-437/2024 saylı, 02 fevral 2024-cü il tarixli hökmü Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Elbəy Allahverdiyev Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar