Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-84/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X2, Məhkum edilmiş şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi– Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2022ci il tarixli 1(101)-1298/2022 saylı hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 Adığözəl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.H.Əkbərov, hakimlər F.Ə.Qəniyev və İ.A.Mahmudovdan ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkməsinin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi hökm edilmişdır. Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 17,399 qram çəkidə narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 21 fevral 2022-ci il tarixdə saat 01.55 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən İsmət Qayıbov adına olan stadionun yaxınlığında Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilib həmin şöbənin inzibati binasında üstünə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qısaqol gödəkçəsinin sol yan cibindən selofana bükülmüş bir bükümdə içərisində külli miqdarda 17,399 qram çəkidə kustar usulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 Adığözəl oğlu apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək məhkum edilməsi haqqında Bakı Ağır Cinayətfər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 1(101)-1298/2022 saylı hökmünün ləğv edilib, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs harada, nə vaxt və hansı şəraitdə saxlanmasının iş üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə istintaqı başlayarkən xx.xx.2022- ci ildə vəsatət verərək, həmin əməliyyatda iştirak edən polis əməkdaşlarının 21,02.2022-ci il, saat 01-55 radələrində Maştağa qəsəbəsində olub-olmamalarını (mobil telefonlarının yerləşdiyi anten dairəsi (lokeyşn) müəyyən etmək üçün müvafiq mobil operatorlara sorğu verilməsini xahiş edilmiş, lakin vəsatət təmin olunmamışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, özünə məxsus maşınla Şahid6la birlikdə İ.Qayıbov adına stadionun yanına gələndən sonra Şahid6 düşüb getmiş, özü isə “rahat şəkildə” narkotik vasitə heroin qəbul etməsi üçün “Binə atçılıqda” olan bağ evinə getmək üçün oradan aralanmışdır. Onu da polis əməkdaşları təqib edib Maştağa qəsəbəsində tanımadığı dalanda tutmuşlar. Onun maşınında olan Şahid6 da ifadə verib ki, Təqsirləndirilən şəxs maşını ilə həmin günü İ.Qayıbov adına stadionun yanına çatanda yüngül zəruri tələbatını təmin etmək üçün maşından düşüb, kənara çəkilib zəruri tələbatını təmin etdikdən sonra geri qayıdıb maşına tərəf gələndə maşına çatmamış polislər onu tutmuş, Təqsirləndirilən şəxs isə bunu görən kimi maşını işə salıb oradan qaçmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən əməliyyat qrupu tərəfindən tutulması şəraitini hər üç halda Sizin diqqətinizə çatdırdım. Hər üç halda da sübüt olunur ki, xx.xx.2022-ci ildə, saat təqribən 01-55 radələrində İsmət Qayıbov adma stadionun yanına gələndən və Şahid6 maşından düşəndən sonra Təqsirləndirilən şəxs ilə Şahid6 bir araya gəlməmiş, yəni bir daha görüşməmişlər. Əgər Şahid6 ehtimal edilən narkotik vasitə heroin olsa da və onu ehtimal edilən kimi stadionun yanından götürsə də belə, onun həmin narkotik vasitədən Təqsirləndirilən şəxs vermək imkanı olmamışdır. Çünki maşından düşəndən və ehtimal olunan narkotik vasitəni stadionun yanından götürəndən sonra onun yanına gəlib çatmamışdır. Əksini götürəndə də, yəni Təqsirləndirilən şəxs həmin narkotik vasitədən özü üçün götürmə imkanı da ola bilməzdi. Belə bir vəziyyətdə Təqsirləndirilən şəxs aşkar olunmuş 17.399 qram çəkidə olan narkotik vasitə heroin Şahid6 aşkar olunması ehtimal edilən narkotik vasitə heroinlə eyni tərkibli ola bilməzdi. Hətta Təqsirləndirilən şəxs etiraf etsə də, hadisənin şəraiti elədir ki, ondan “aşkar olunan” narkotik vasitə heroinlə, Şahid6 “aşkar olunan” narkotik vasitə heroinlə eyni tərkibli ola bilməz. Bundan başqa, istintaq sənədlərinə və polis əməkdaşlarının ifadələrinə inansaq və onların gəldiyi nəticəni əsas götürsək belə, yenə də Təqsirləndirilən şəxs üzərindən 17.399 qram heroin narkotik vasitəsi olmadığı tam sübuta yetirilir. İş materiallarında olan polis əməkdaşı Şahid2 verdiyi ifadədən aydın olur ki, əməliyyat qrupu əvvəldən həmin yerə gəlmiş, Təqsirləndirilən şəxs Şahid6la birlikdə sonradan oraya gəlmişdir. Onlar maşından düşəndən sonra Şahid6 maşından aralanmış, Təqsirləndirilən şəxs isə maşının yanında qalmışdır. Şahid6 yenidən qayıdıb Təqsirləndirilən şəxs yanına çatmamış polis əməkdaşları onların hər ikisini ayrı-ayrılıqda saxlamışlar. İşin faktiki hallarına görə, Təqsirləndirilən şəxs “aşkar olunmuş” heroin narkotik vasitəsi, Şahid6 “aşkar olunmuş” heroin narkotik vasitəsi ilə eyni tərkibli ola bilməzdi. Təqsirləndirilən şəxs üzərindən 17.399 qram narkotik vasitə heroin aşkar olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs deməsinə görə polis əməkdaşları onu saxlayarkən üzərində axtarış aparmış və 3-4 qram narkotik vasitə heroin aşkar edib götürmüşlər. Lakin həmin narkotik vasitə isə işə əlavə olunmamışdır. Nə qədər ki, iddia olunan həmin heroin narkotik vasitəsi maddi sübut kimi tanınıb işə əlavə olunmamış, onunla bağlı məhkəmə kimyəvi ekspertizasının rəyi alınmamışdır, Təqsirləndirilən şəxs şifahi sözü ilə onda heroin narkotik vasitəsi olması qənaətinə gəlmək mümkün deyildir. Başqa sözlə Təqsirləndirilən şəxs sözü ilə ona ittiham vermək qanuni hesab edilə bilməz. Çünki iddia olunan başqa tərkibli narkotik vasitə faktiki olaraq işdə yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkibi olmadığından ona bəraət verilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101 )-1298/2022 saylı hökmü ilə məhkəmə Təqsirləndirilən şəxs istinad etdiyi əməli maddi hüquq normalarını pozmaqla düzgün tövsüf etməmiş, nəticədə onun barəsində ağır cinayətə görə qanunsuz və ağır cəza təyin etmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkibi olmamı şdır. Yalnız narkotik vasitənin çəkisinə görə onu ağır cinayətə görə məhkum edilməsi qanunsuz və əsassız hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs “aşkar olunması” ehtimal olunan narkotik vasitə cəmi bir bükümdə olmuşdur. Yəni çəkilib ayrı-ayrı bükümlərdə qablaşdırılmamışdır. Təqsirləndirilən şəxs 41.605 qram çəkidə deyil, cəmi 17.399 qram çəkidə narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitə isə çəkilib xırda bükümlərə ayrılmamış, cəmi 1 bükümdə özünün istifadəsi üçün əldə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitə heroindən istifadə etməsini səmimi etiraf etmişdir. Həm də, onun narkotik vasitədən asılılığı var. O, narkomaniya xəstəsidir. Bu fakt Narkoloji ekspertizasının rəyi ilə də təsdiq olunmuşdur. İstintaq prosesində Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən hər hansı fakt aşkar olunmamış, onun kiminləsə telefon danışığı, SMS yazışması da olmamışdır. Başqa sözlə Təqsirləndirilən şəxs narkotik vasitəni satmasını və ya satmaq istəməsini təsdiq eədn istehlakçı, həmin şəxs, yəni istehlakçı ilə hər hansı sövdələşmə və ya başqa formada razılıq olmasını təsdiq edən hallar, eyni zamanda hər hansı şəxs, yəni istehlakçı ilə telefon danışığı və sair xüsusatlar da müəyyən olunmamışdır. Məhkəmə kollegiyasının iclasında Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək müdafiəçisi ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı hökmün dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası məhkumun apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdıraraq, ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifinə dair hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Cinayət işi üzrə toplanmış sübutlar – şahid ifadələri, məhkəmə ekspertizasının rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol və maddi sübut, yəni aşkar edilmiş heroinin özü yalnız Təqsirləndirilən şəxs 17,399 qram heroinin aşkar etməsi və götürməsi faktını təsdiq edən sübutlardır. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut cinayət işinə əlavə edilməmişdir. Məhkum olunmuş şəxsdə aşkar edilmiş narkotik vasitə heroinin miqdarı da (17,399) həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi barədə nəticəyə gəlmək əsas vermir. Məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini hər hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi halları müəyyən edilməmiş, onun narkotik vasitəni satmaq niyyəti olmaması qanunla nəzərdə tutulmuş qaydada toplanılmış, məhkəmədə tədqiq edilmiş və qiymətləndirilmiş (Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq) sübutlarla təsdiq edilmişdir. Birinci instansiya məhkəməsində məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəli olmaqla, hazırki iş üzrə tutulmamışdan əvvəl ünvan 2 ünvanında yaşamışdır. Sonuncu iş yeri olmuş “SOCAR PETROLEUM QSC”-nin 1 saylı Bakı Neft terminalı bazasında satış xidməti sahəsinin böyük ekspert vəzifəsində işləmişdir. Bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 2022-ci ilin fevral ayında tanışı Qafur ona Bakıxanov qəsəbəsindən yerdən bir bağlama tapıb həmin bağlamada təxminən 50-60 qram heroin olduğunu bildirmişdir. Həmin vaxt Qafur tapdığı heroini özünün istifadə edəcəyini bildirmiş, o da Qafurdan ona da həmin heroindən biraz istifadə etməsi üçün verməsini xahiş etdikdə, Qafur razılaşmış və əl verişli təhlükəsiz şəraitdə ona narkotik vasitəni pay verməyi söz vermişdir. 21 fevral 2022-ci il tarixdə gecə saat 01:00 radələrində o, Bakıxanov qəsəbəsində Qafurla görüşmüş və onlar Qafur maşını ilə Bakıxanov qəsəbəsində yerləşən İ.Qayıbov adına olan stadiona getmişlər. Orada Qafur ondan maşında gözləməsini xahiş etmiş, Qafur isə çıxıb getmiş və 5 dəqiqədən sonra qayıdıb ona bir bükümdə narkotik vasitə heroini vermişdir. Qafurun ona verdiyi bükümdə təxminən 3 qram heroin olmuşdur. Həmin heroini o, öz istifadəsi üçün Qafurdan pay kimi götürmüş, Qafura buna görə pul verməmiş və heroini götürdükdən sonra Qafurdan ayrılmışdır. Bundan sonra o, idarə etdiyi avtomobili ilə Binə Sovxozunda yerləşən bağına narkotik vasitəni qəbul etmək üçün getmişdir. Zabrat yolunda avtomobili ilə hərəkət edən zamanı o , arxasında bir mülkü maşının onu izlədiyini və işıqları ilə ona işarə etməsini görmüşdür. Həmin vaxt o, avtomobili saxlamaqdan ehtiyyat etdiyinə görə yolunu davam etmiş və həmin şəxslərdən yayınmağa cəhd etdikdə idarə etdiyi avtomobili ilə təsadüfən Maştağa qəsəbəsində dalanların birində dirənmiş və avtomobili saxlamışdır. Bu zaman avtomobildən düşən iki nəfər şəxs özlərini polis kimi təqdim edib kiməsə zəng vurmuşlar. Bir neçə dəqiqədən sonra bir nəfər tanımadığı şəxs onun avtomobilini 12-ci polis bölməsinə aparmış, o isə həmin iki nəfər şəxslə onların “Niva” markalı maşına əyləşərək onlarla birlikdə 12-ci polis şöbəsinə getmişdir. Avtomobildə polis əməkdaşları tərəfindən ona fiziki zor göstərilmişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilmiş və sonuncular tərəfindən gödəkçəsinin cibindən bir ədəd bükümdə çəkisi təxminən 3 qram olmuş narkotik vasitə heroin aşkar olunmuşdur. Polis şöbəsinə çatdıqda o, Qafurun da orada olduğunu görmüşdür. Həmin vaxt Qafur ona polis əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsində tutularaq bölməyə gətirildiyini bildirmişdir. Bölmədə olan zaman polis əməkdaşları onlara təzyiq edib, döyüb bildirmişlər ki, onlar təqdim olunmuş sənədləri imzalamalıdırlar. Bölmədə olduqları zaman Qafurun əlində heçnə olmamış, onun isə cibində bir büküm təxminən 3 qram heroin olmuşdur. Həmin vaxt polis əməkdaşları həmin heroini ondan götürərək bir müddət sonra videoçəkiliş aparıldıqdan öncə ona qaytarmışlar. Polis əməkdaşları heroini ona qaytardıqda o, hiss etmişdir ki, büküm böyüdülmüşdür. Qafurun üzərində keçirilmiş axtarış nəticəsində üzərində heçnə çıxmamış, həmin vaxt o, Qafurun qarşısında sarı rəngdə paket görmüş, Qafur da polislərə həmin paketin ona aid olmadığını bildirmişdir. Polis əməkdaşlarının çoxsaylı təzyiqlərindən sonra Qafur heroini öz üzərinə göturməyə razılaşmış və baxış keçirilməmişdən əvvəl polis əməkdaşları onlara həqiqətə uyğun olmayan məzmunda ifadə vermələrini demişlər. Həmin vaxt polis əməkdaşları guya Qafurdan götürülmüş və Qafurun ona verməli olduğu narkotik vasitə heroinin ona İran İslam Respublikasının vətəndaşı Vahid adlı şəxs tərəfindən göndərildiyini bildirməsini demişlər, o da Qafurla birlikdə təzyiq altında olduğuna görə videoçəkiliş aparıldığı zaman Qafurla birlikdə polis əməkdaşlarının dedikləri məzmunda ifadə vermişlər. Vahid adlı İran İslam Respublikasının vətəndaşı olan şəxsi tanımır, onunla heç bir əlaqəsi yoxdur. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində yalnız 3 qram heroin olmuşdur. O heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Son olaraq özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edib, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilərək barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis polkovnikleytenantıdır. Hazırda xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş şifahi əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə BNMİ-nin əməkdaşları tərəfindən ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs və həmin vaxt yanında olan Şahid6 tərəflərindən saxlanılaraq yaxınlıqda yerləşən Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət edilmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid6 şübhəli şəxs qismində saxlanıldığından onların hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və onların üzərinə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış həyata keçirilmişdir. Həmin vaxt Şahid6 sağ əlində olan sarı rəngli sellofan torbanı və əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra həmin sellofan torbaya baxış keçirimiş və torbanın içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi aşkar edilmişdir. Bundan sonra təhqiqatçı digər şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi təklif etmiş, Təqsirləndirilən şəxs da əynindəki qara rəngli qısaqol gödəkcənin sağ yan cibindən bir ədəd mobil telefon, sol yan cibindən bir ədəd sellofan bükümü və digər hazırda xatırlamadığı əşyaları masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilmiş və içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi aşkar edilmişdir. X3 üzərindən həmin vaxt aşkar olunmuş narkotik vasitələrin çəkisini hazırda xatırlamır. Şifahi sorğu zamanı Şahid6 təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs verməsi üçün saxlanılmadan bir neçə dəqiqə öncə Sabunçu rayonu ərazisindəki İ.Qayıbov adına stadionun yaxınlığından götürdüyünü, bunun müqabilində Təqsirləndirilən şəxs ona istifadəsi üçün narkotik tərkibli maddə verməli olduğunu, özünün təxmnən 6-7 aydır ki, psixotrop maddə metamfetamin istifadəçisi olduğunu, bu əməlindən başqa heç kimin xəbərinin olmamasını, avtomobil baxış keçirilməsinə etirazının olmamasını və saxlanılan zaman ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı isə üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələni öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat sonuncunun narkotik vasitələrin dövriyyəsi ilə bağlı olmuşdur. Keçirilmiş əməliyyat axtarış fəaliyyəti nəticəsində saxlanılan Təqsirləndirilən şəxs qarşı heç bir zor və təziq göstərilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi üçün Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə idarə rəhbərliyinə raportla müraciət etmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunduqdan sonra əməliyyat qrupu təşkil edilmişdir. 21 fevral 2022-ci il tarixdə keçirilmiş tədbirlər nəticəsində Bakıxanov qəsəbəsi ərazisində yerləşən İsmət Qayıbov adına stadionun yaxınlığında Təqsirləndirilən şəxs və Şahid6 tərəflərindən saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə dəvət edilmişlər. Polis bölməsində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs və Şahid6 üzərinə baxış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısaqol gödəkcənin sol yan cibindən bir ədəd sellofan bükümüvə hazırda xatırlamadığı digər əşyaları masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilmış və içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan şəxsdən alaraq sonuncunun dediyi yerə qoymalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisini hazırda xatırlamır. Keçirilmiş əməliyyat axtarış fəaliyyəti nəticəsində saxlanılan Təqsirləndirilən şəxs qarşı heç bir zor və təziq göstərilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin BNMİ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələri əldə etməsi, saxlaması və onun qəbulu ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 21 fevral 2022-ci il tarixdə BNMİ-nin əməkdaşları tərəfindən ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş tədbirlər nəticəsində xx.xx.2022-ci il tarixdə saat 01:55-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən İsmət Qayıbov adına stadionun yaxınlığında ağ rəngli, **-PH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs Şahid6 tərəflərindən saxlanılmış və yaxınlıqda yerləşən Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət edilmışdir. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid6 şübhəli şəxs qismində saxlanıldığından onların hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və onların üzərində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Həmin vaxt Şahid6 sağ əlində olan sarı rəngli sellofan torbanı və əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra həmin sellofan torbaya baxış keçirilmiş və içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi aşkar edilmişdir. Daha sonra təhqiqatçı digər şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs da əynindəki qara rəngli qısaqol gödəkcənin sağ yan cibindən bir ədəd “İphone” markalı mobil telefonu, sol yan cibindən bir ədəd sellofan bükümü, əynindəki tünd göy rəngli üst idman geyiminin sağ yan cibindən 1 ədəd avtomobil açarını, 2 ədəd digər açarları, 1 ədəd alışqan, əynindəki şalvarın sağ yan cibindən 100 (yüz) manat 20 (iyirmi) qəpik pul vəsaitini təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirildi və içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi aşkar edilmişdir. Şifahi sorğu zamanı Şahid6 təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs verməsi üçün saxlanılmadan bir neçə dəqiqə öncə Sabunçu rayonu ərazisindəki İ.Qayıbov adına stadionun yaxınlığından götürdüyünü, bunun müqabilində Təqsirləndirilən şəxs ona istifadəsi üçün narkotik tərkibli maddə verməli olduğunu, özünün təxmnən 6-7 aydır ki, psixotrop maddə metamfetamin istifadəçisi olduğunu, bu əməlindən başqa heç kimin xəbərinin olmamasını,avtomobil baxış keçirilməsinə etirazının olmamasını və saxlanılan zaman ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı isə üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, Şahid6 dediklərinin doğru olmasını, buna görə Şahid6 narkotik vasitə verməli olduğunu, həmin maddəni Qafurdan götürdükdən sonra İran İslam Respublikasının vətəndaşı olan şəxsin dediyi yerlərə qoymalı olduğunu bildirmişdir. Keçirilmiş əməliyyat axtarış fəaliyyəti nəticəsində saxlanılan Təqsirləndirilən şəxs qarşı heç bir zor və təzyiq göstərilməmişdir. Birinci instansiya məhkəməsində ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələri əldə etməsi, saxlaması və onun qəbulu ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 21 fevral 2022-ci il tarixdə BNMİ-nin əməkdaşları tərəfindən ibarət əməliyyat qrupu təşkil olundu. Sonra keçirilmiş tədbirlər nəticəsində xx.xx.2022-ci il tarixdə saat 01:55-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən İsmət Qayıbov adına stadionun yaxınlığında ağ rəngli, **-PH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yanında Təqsirləndirilən şəxs Şahid6 tərəflərindən saxlanıldı və yaxınlıqda yerləşən Sabunçu RPİnin 12-ci PŞ-nə dəvət edildi. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid6 şübhəli şəxs qismində saxlanıldığından onların hüquqlarının müdafiəsi üçün vəkil dəvət edildi və onların üzərində vəkilin iştirakı ilə video çəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi bildirildi. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs və Şahid6n bölməyə gətirilməsinin səbəbi izah edilərək onlara hüquq və vəzifələri izah olundu. Təhqiqatçı Şahid6 üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirdi. Şahid6 sağ əlində olan sarı rəngli sellofan torbanı və əynindəki göy rəngli cins şalvarın sol arxa cibindən bir ədəd “Samsung” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoydu. Həmin sellofan torbaya baxış keçirildi və içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi aşkar edildi. Daha sonra həmin kütlənin çəkisinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkildi və çəkisi qablaşdırma ilə biriikdə 01 (bir) kq 49 (qırx doqquz) qram olması müəyyən edildi. Sonra həmin sellofan torba içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi. Bundan sonra təhqiqatçı digər şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirdi. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısaqol gödəkcənin sağ yan cibindən bir ədəd “İphone” markalı mobil telefonu, sol yan cibindən bir ədəd sellofan bükümü, əynindəki tünd göy rəngli üst idman geyiminin sağ yan cibindən 1 ədəd avtomobil açarını, 2 ədəd digər açarları, 1 ədəd alışqan, əynindəki şalvarın sağ yan cibindən 100 (yüz) manat 20 (iyirmi) qəpik pul vəsaitini təqdim edərək masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirildi və içərisindən qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi aşkar edildi. Daha sonra həmin kütlənin çəkisinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkildi və çəkisi qablaşdırma ilə 21 (iyirmi bir) qram olması müəyyən edildi. Sonra həmin sellofan büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi. Şifahi sorğu zamanı Şahid6 təqdim etdiyi sellofan bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs verməsi üçün saxlanılmadan bir neçə dəqiqə öncə Sabunçu rayonu ərazisindəki İ.Qayıbov adına stadionun yaxınlığından götürdüyünü, bunun müqabilində Təqsirləndirilən şəxs ona istifadəsi üçün narkotik tərkibli maddə verməli olduğunu, özünün təxmnən 6-7 aydır ki, psixotrop maddə metamfetamin istifadəçisi olduğunu, bu əməlindən başqa heç kimin xəbərinin olmamasını,avtomobil baxış keçirilməsinə etirazının olmamasını və saxlanılan zaman ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini bildirdi. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı isə üzərindən aşkar edilmiş maddənin narkotik vasitə heroin olduğunu, Şahid6 dediklərinin doğru olmasını, buna görə Şahid6 narkotik vasitə verməli olduğunu, həmin maddəni Qafurdan götürdükdən sonra İran İslam Respublikasının vətəndaşı "Vahid" adlı şəxsin dediyi yerlərə qoymalı olduğunu və buna görə də, özünün istifadəsi üçün narkotik vasitə əldə etməsini, həmin Vahid adlı şəxslə 3 aya yaxındır ki, sosial şəbəkədə tanış olduğunu, üzərindən aşkar edilmiş maddəni də 1 həftə öncə Sabunçu rayonu ərazisindən əldə etdiyini və saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsı keçən il əməliyyat axtarış tdbirləri həyata keçirilərkən tanımış, daha əvvəllər tanımamışdır. BNMİnin təhqiqat qrupunun tədbirləri keçirilmişdir. Əməliyyat nəticəsində Qafur və Sənan maşının yanında saxlanılarkən idarəyə gətirilmişdirlər. Qafurun əlində selofan bağlama var olmuş, içərisində heroin olmuşdur. Dedi ki, Sənana verəcəkdi. Sənan da etiraf etmişdir ki, ona verəcəkdi. Sənanın da üzərinə axtarış keçirilmiş, üzərindəm 1 bükümdə narkotik tapılmışdır. Saxlanılan zaman ona heç bir təzyiq olmamış, müdafiəçi ilə də təmin edilmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu saat 2-də tutublar, saat 5-də üzərinə baxış keçirmişlər. Onlarda narkotik vasitə olmamış, idarədə təzyiq altında olduğundan etiraf etmişdir. Həmin vaxt müdafiəçisi olmuş, lakin çəkilişdə polis əməkdaşlarının dediklərini təkrarlamışdır. Sənana narkotik vasitə verməmiş, həmin vaxt özü istifadə etmişdir. Cinayət işi materiallarında olan, “şübhəli şəxsin tutulması haqqında” 21 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 21 fevral 2022-ci il tarixdə, saat 03:30 dəqiqədə Sabunçu RPİ-nin 12-ci PBnin inzibati binasında müdafiəçi “Mərkəz” Vəkil Bürosunun vəkili X6 iştirakı ilə tutulmuş, tutulmanın əsasları kimi Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 21 fevral 2022-ci il tarixdə, saat 01:55 dəqiqədə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən İsmət Qayıbov adına stadionun yaxınlığında ağ rəngli **-PH-*** dövlət qeydiyyat nişanlı ağ rəngli AzSamand markalı vatomobilin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinə gətirilməsi göstərilmiş, Təqsirləndirilən şəxs tutulduğu vaxt azadlığının məhdudlaşdırıldığı 21 fevral 2022-ci il tarixi, saat 01:55 olaraq nəzərə alınmışdır. Cinayət işi materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokol və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı Şahid5 12-ci PŞ-nə gətirilmiş saxlanılan şəxslər Təqsirləndirilən şəxs və Şahid6 hüquq və vəzifələri izah olunduqdan sonra Şahid6 üzərinə 12-ci PŞ-nin xidməti otağında baxış keçirilir və baxış zamanı Şahid6 sağ əlində saxladığı sarı rəngli sellofan torbanı təqdim etmişdir. Həmin selofan torbasının içərisində olan bükümə baxış keçirilən zamanı icərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər olan maddə aşkar olunaraq götürülür və qablaşdırılır. Təqsirləndirilən şəxs isə əynində olan qara rəngli qısaqol gödəkçəsinin sol yan cibindən selofana bükülmüş bir bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar olan maddə aşkar olunmuşdur. Şahid6 bildirmişdir ki, ondan aşkar olunaraq götürülmüş maddə narkotik vasitə heroindir və o həmin narkotik vasitəni onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs verməsi üçün saxlanılmadan bir neçə dəqiqə öncə Sabunçu rayonu ərazisində yerləşən İ.Qayıbov adına olan stadionun yaxınlığından götürdüyünü, bunun muqabilində Təqsirləndirilən şəxs ona istifadəsi üçün narkotik vasitə verməli olduğunu, özünün 6-7 ayldır ki, psixotrop maddə metamfetaminin istifadəçisi olduğunu, bu əməlindən başqa heçkimin xəbəri olmadığını bildirir. Təqsirləndirilən şəxs videoçəkiliş zamanı Şahid6 dediklərini təsdiq edib bildirmişdir ki, Şahid6 narkotik vasitə verməli olduğunu, həmin narkotik vasitəni Qafurdan götürdükdən sonra İran İslam Respublikasının vətəndaşı «Vahid» adlı şəxsin dediyi yerlərə qoymalı olduğunu buna görədə özünün istifadəsi üçün narkotik vasitə əldə etməsini, həmin Vahid adlı şəxslə 3 aya yaxındır ki, sosial şəbəkələrdə tanış olduğunu, üzərindən aşkar edilmiş maddənidə narkotik vasitə heroinin olduğunu və 1 həftə öncə Sabunçu rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Şahid6 və Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələr qablaşdırıldı və möhürlənmişdir. Məhkəmə kimyəvi ekspertizasının 21 fevral 2022-ci il tarixli 6/1058 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…» sözləri olan 1 №-li paketdəki bir ədəd bükümdə təmiz çəkisi 17,399 qram olan qəhvəyi rəngli maddə və üzərində «…Şahid6 üzərindən aşkar edilmiş…» sözləri olan 2 №-li paketdəki bir ədəd bağlamada təmiz çəkisi 885 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisisndə dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Ekspertizanın tədqiqatından sonra Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin qalan xalis çəkisi 17,399 qrama bərabərdir. Məhkəmə-narkoloji ekspertizanın 2609 saylı xx.xx.2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yararan asilliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında kompüter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntüyə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürülmə aparılması haqqında” 21 fevral 2022-ci il tarixli protokolun və “Videogörüntüyə baxış keçirilməsi haqqında” 23 fevral 2022-ci il tarixli protokolun (hökmdə yalnışlıqla 13 oktyabr 2021-ci il və 14 oktyabr 2021-ci il qeyd edilmişdir.) məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üstündə aşkar olunmuş narkotik vasitələrin onun tərəfindən satış məqsədi ilə əldə edilməsi və saxlanılması, habelə onun narkotik vasitələrin satışı ilə məşğul olmaması cinayət işi üzrə toplanmış sübutlarla öz təsdiqini tapsa da, lakin cinayət işi üzrə toplanmış sübutlar – özünün və şahid ifadələri, məhkəmə ekspertizasının rəyi, şəxsi axtarış və götürmə aparılması haqqında protokol və maddi sübut, yəni aşkar edilmiş heroinin özü Təqsirləndirilən şəxs 17,399 qram heroinin aşkar etməsi və götürməsi faktını təsdiq edən sübutlar hesab olunur. Qanunvericiliyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların əvəzli və ya qazanc əldə etmək məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birinci instansiya məhkəməsi isə qeyd olunanlara, istifadəsində olan mobil telefonundakı danışıqlarda da onun narkotik vasitə satışı ilə məşqul olduğuna dəlalət edən hər hansı bir məlumatın aşkar edilmədiyinə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu təsdiq edən ekspert rəyinə əhəmiyyət verməmiş və ittihamın məhz tam şəkildə təsdiq olunduğu barədə əsassız nəticəyə gəlmişdir. Həmin məhkəmə belə qənaətə gələrkən hətta “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə istinad etsə də, həmin izahın müddəaları faktiki olaraq nəzərə belə almamışdır. Həmin bənddə izah olunmuşdur ki, “... Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır...”. Cinayət işinin materiallarından göründüyü kimi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini hər hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi yaxud faktiki olaraq buna cəhd etməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində Təqsirləndirilən şəxs verilən ittihamda təqsiri olmaması, bəraət verilməli olması iddia olunsa da, məhkum olunmuş şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsiri məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, dindirilmiş şahid ifadələri, ekspert rəyi, istintaq hərəkətləri protokolları və digər sübutlarla tam sübuta yetirilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması və daşıması məhkəmədə qanunla nəzərdə tutulmuş qaydada tədqiq olunaraq yoxlanılmış sübutlarla təsdiq olunur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə də əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxsin narkotik vasitə əldə edib saxlaması və daşımasının təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası yuxarıdakılara əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığına, həmin tərkiblə tam əhatə olunduğuna görə Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinin tələblərinə əsasən onun əməli həmin maddəyə (CM-nin 234.1-ci maddəsinə) tövsif edilməli və ona bu maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası belə nəticəyə Azərbaycan Respublikası CPM-nin 25.3-cü maddəsinin tələblərinə riayət etməklə gəlir. Həmin normada birmənalı olaraq təsbit edilmişdir ki, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alır. Məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində sadalanan cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və ailəli olmaqla ailəsinin yeganə qazanc mənbəyi olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətlədirib, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli biindiyi maddənin sanksiyası həddində cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmü dəyişdirilməli, məhkum Təqsirləndirilən şəxs əməli AR CMnin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmaqla həmin maddənin sanksiyasına uyğun həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 1(101)-1298/2022 saylı hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Hökm məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada Bakı Apellyasiya məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-84/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-84/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver