Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-844/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X3 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin prokuroru X4, Məhkum - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Məhkum - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1976-cı il tarixdə Ermənistan SSR-in Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1978-ci il tarixdə Ermənistan SSR-in Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 barələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(101)-438/2022 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 Məhərrəm oğlu və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(101)-438/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində CM-nin 46-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkmə müddətinin başlanğıcının 19 oktyabr 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində CM-nin 46-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkmə müddətinin başlanğıcının 19 oktyabr 2021-ci il tarixdən hesablanması, maddi ziyanın tam ödənilməsinin nəzərə alınması, Baş prokurorluğun depozit hesabında saxlanılan Cəmiyyət İnformasiya Agentliyi” MMC-nin ofisində axtarış aparılarkən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 4.991 manat və 100 ABŞ dolları xüsusi müsadirə edilərək dövlət nəfinə keçirilməsi, məhkəmə məsrəfini təşkil edən 300 (üç yüz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 150 (bir yüz əlli) manat tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi, maddi sübut olan 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgə əmlakını təkrarən hədəqorxu ilə tələb etməklə almışdır. Belə ki, o, xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin - “cia.az” xəbər portalının (VÖEN № **********) 100 faiz payla təsisçisi, eyni zamanda, həmin Cəmiyyətin direktoru olmaqla, faktiki redaktor vəzifələrini icra edən Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2020-ci ilin mart ayının ortalarında X24 Dram Teatrın direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumunun redaksiyasına guya teatrın saxlanmasına dövlət tərəfindən ayrılan pul vəsaitlərini mənimsəməsi, teatrın balansında olan müxtəlif avadanlıqları qanunsuz satması və digər qanunsuzluqlar törətməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək, qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra, habelə bu mövzu ilə bağlı özü və Təqsirləndirilən şəxs2 tərəfindən edilən bir neçə telefon zənglərindən sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə, habelə Təqsirləndirilən şəxs2 müraciət etmiş Zərərçəkmiş şəxs5la istifadəsində olan ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları da yayacağı hədəsini Təqsirləndirilən şəxs2la birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs5 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 3.000 (üç min) manat məbləğində pul vəsaitinin verilməli olmasını deyib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədəqorxu ilə tələb edib, sonuncu həmin məbləğə maddi cəhətdən imkanı çatmadığını bildirdikdə isə cinayətkar əməllərini davam etdirməklə, həmin məbləği 500 (beş yüz) manata razılaşıb, 2020-ci ilin mart ayının ortalarında müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs5 Bakı şəhərində yaşayan qardaşı X7 ilə Bakı metropoliteninin “Qara Qarayev” stansiyası yaxınlığında görüşüb Zərərçəkmiş şəxs5 məxsus 500 (beş yüz) manat pulu ondan almaqla Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində 500 (beş yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-də faktiki redaktor kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq, 2020-ci ilin avqust ayında Bakı şəhər X22 stansiyasının 15 saylı TTY bölməsinin müdiri vəzifəsində işləyən X8 xidməti istifadəsində olan ***-***-**-** saylı telefonuna zəng edərək rəhbərlik etdiyi mətbuat qurumunun redaksiyasına guya dövlət tərəfindən ayrılan pul vəsaitlərini mənimsəməsi, işçilərdən qanunsuz pullar toplaması, özbaşınalıqlar törətməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmaçı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək, bu məsələlərin aydınlaşdırılması üçün onu “cia.az” xəbər portalının Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529 ünvanında “Azərbaycan Nəşriyyatı”nın 4-cü mərtəbəsindəki ofisinə dəvət edib Təqsirləndirilən şəxs2la birlikdə qəbul edərək əllərində onu qəsdən hörmətdən salan rüsvayedici məlumatların olmasını və həmin məlumatları yayacağı hədəsini sonuncu ilə birlikdə təkrarən bildirdikdən sonra “cia.az” internet səhifəsində barəsində heç bir məqalənin yazılmamasına dair özünə və Təqsirləndirilən şəxs2 müraciət edən Arif Yusifova həmin görüş zamanı qeyd edilən məqalənin mətbuatda yazılmamasından ötrü 1.000 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini ondan hədə-qorxu ilə tələb edib, 2020-ci ilin avqust ayında müəyyən edilməyən gündə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529 ünvanında “Azərbaycan Nəşriyyatı”nın 4cü mərtəbəsindəki ofisində Arif Yusifova məxsus 1.000 (bir min) manat pulu almaqla Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində 1.000 (bir min) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-də faktiki redaktor kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2020-ci ilin yay aylarında X16 Toksikologiya şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs3 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə sonuncunun istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumun redaksiyasına guya dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, ayrı-ayrı şəxslərdən rüşvət alması barədə şikayətlərin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra, habelə bu mövzu ilə bağlı Təqsirləndirilən şəxs2 tərəfindən edilən bir neçə telefon zənglərindən sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə Təqsirləndirilən şəxs2 müraciət etmiş Zərərçəkmiş şəxs3la ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları da yayacağı hədəsini Təqsirləndirilən şəxs2la birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs3 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 300 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədə-qorxu ilə tələb edib, sonuncu həmin məbləğə maddi cəhətdən imkanı çatmadığını bildirdikdə isə cinayətkar əməllərini davam etdirməklə, həmin məbləği 200 manata razılaşdırıb, 2020-ci ilin yay aylarında ünvan 5 ünvanında yerləşən X16 girişində olan gözətçi otağından xəstəxananın gözətçisinə Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş sonuncuya məxsus 200 (iki yüz) manat pulu almaqla Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində 200 (iki yüz) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-də faktiki redaktor kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2020-ci ilin yay aylarında X20 Teatrının direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs6 istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumun redaksiyasına guya teatrın saxlanmasına dövlət tərəfindən ayrılan pul vəsaitlərini mənimsəməsi, teatrın balansında olan müxtəlif avadanlıqları qanunsuz satması və digər qanunsuzluqlar törətməsi barədə şikayətlərin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra, habelə bu mövzu ilə bağlı aralarındakı bir neçə telefon zənglərindən sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə müraciət etmiş Zərərçəkmiş şəxs6la telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları da yayacağı hədəsini Təqsirləndirilən şəxs2la birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs6 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 500 (beş yüz) manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini ondan Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-də faktiki redaktor kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin mart ayının əvvəlində Xızı rayon Təhsil şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumun redaksiyasına guya rayonun Sitalçay kənd sakinlərinin Təhsil şöbəsinin müdiri kimi dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, həmin pulların hesabına nikahdan kənar münasibətdə olduğu qadın üçün qeyd edilən kənd ərazisində fərdi yaşayış evi tikdirməsi və dəbdəbəli həyat tərzi keçirməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə cia.az xəbər portalında məqalə dərc edəcəyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən bir neçə gün sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə müraciət etmiş Zərərçəkmiş şəxs1lə istifadəsində olan ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları yayacağı hədəsini Təqsirləndirilən şəxs2la birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs1 barəsində olan məlumatları cia.az xəbər portalında dərc edilməməsindən ötrü 1.000 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədəqorxu ilə tələb edib, cinayətkar əməllərini davam etdirməklə, sonuncu həmin məbləğə maddi cəhətdən imkanı çatmadığını bildirdikdə isə həmin məbləği 500 (beş yüz) manata razılaşdırıb, xx.xx.2021-ci il tarixdə, saat 17:46-da zəng etdiyi ***-***-**-** nömrəsindən sms vasitəsi ilə istifadəsində olan plastik bank kartının 16 rəqəmli nömrəsini (4169 7579 1225 3717) göndərib pulun həmin kart hesaba göndərilməsini tələb edib həmin gün Oktay Səfərli tərəfindən 500 (beş yüz) manat pulun həmin hesaba göndərilməsinə nail olmaqla Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində 500 (beş yüz) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-də faktiki redaktor kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin aprel ayında Sabirabad rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumunun redaksiyasına guya dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, işçilərdən qanunsuz pullar tələb etməsi və bu pullar hesabına dəbdəbəli həyat tərzi keçirməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc edəcəyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra və bu barədə aralarındakı bir neçə telefon danışıqlarından sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə müraciət etmiş Zərərçəkmiş şəxs4la istifadəsində olan ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları yayacağı hədəsini Təqsirləndirilən şəxs2la birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs4 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 200 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədə-qorxu ilə tələb edib, cinayətkar əməllərini davam etdirməklə, bir neçə gündən sonra Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529 ünvanında “Azərbaycan Nəşriyyatı”nın 4-cü mərtəbəsindəki ofisində Zərərçəkmiş şəxs4 qardaşı Şahid 200 (iki yüz) manat almaqla Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs4 məxsus 200 (iki yüz) manat məbləğində pul vəsaitini təkrarən hədəqorxu ilə tələb etməklə almışdır. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgə əmlakını təkrarən hədəqorxu ilə tələb etməklə almışdır. Belə ki, o, xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin – “cia.az” xəbər portalının (VÖEN № **********) faktiki redaktoru olmaqla həmin Cəmiyyətin təsisçisi və direktoru olan Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2020-ci ilin mart ayının ortalarında X24 Dram Teatrın direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs1la birlikdə sonuncunun istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib işlədiyi mətbuat qurumunun redaksiyasına guya teatrın saxlanmasına dövlət tərəfindən ayrılan pul vəsaitlərini mənimsəməsi, teatrın balansında olan müxtəlif avadanlıqları qanunsuz satması və digər qanunsuzluqlar törətməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra, habelə bu mövzu ilə bağlı özü və Təqsirləndirilən şəxs1 tərəfindən edilən bir neçə telefon zənglərindən sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə, habelə Təqsirləndirilən şəxs1 müraciət etmiş Zərərçəkmiş şəxs5la ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları da yayacağı hədəsini Təqsirləndirilən şəxs1la birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs5 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 3.000 (üç min) manat məbləğində pul vəsaitinin verilməli olmasını deyib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədə-qorxu ilə tələb edib, sonuncu həmin məbləğə maddi cəhətdən imkanı çatmadığını bildirdikdə isə cinayətkar əməllərini davam etdirməklə, həmin məbləği 500 (beş yüz) manata razılaşıb, 2020-ci ilin mart ayının ortalarında müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs5 Bakı şəhərində yaşayan qardaşı X7 ilə Bakı metropoliteninin “Qara Qarayev” stansiyası yaxınlığında görüşüb Zərərçəkmiş şəxs5 məxsus 500 (beş yüz) manat pulu ondan almaqla Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində 500 (beş yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə almışdır. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2020-ci ilin yay aylarında X16 Toksikologiya şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib işlədiyi mətbuat qurumun redaksiyasına guya dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, ayrı-ayrı şəxslərdən rüşvət alması barədə şikayətlərin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra, habelə bu mövzu ilə bağlı tərəfindən bir neçə telefon zənglərindən sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə müraciət etmiş Zərərçəkmiş şəxs3la ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları da yayacağı hədəsini Təqsirləndirilən şəxs1la birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs3 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 300 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədəqorxu ilə tələb edib, sonuncu həmin məbləğə maddi cəhətdən imkanı çatmadığını bildirdikdə isə cinayətkar əməllərini davam etdirməklə, həmin məbləği 200 manata razılaşdırıb, 2020-ci ilin yay aylarında ünvan 5 ünvanında yerləşən X16 girişində olan gözətçi otağından xəstəxananın gözətçisinə Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş sonuncuya məxsus 200 (iki yüz) manat pulu almaqla Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində 200 (iki yüz) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2020-ci ilin yay aylarında X20 Teatrının direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs1 tərəfindən istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumun redaksiyasına guya teatrın saxlanmasına dövlət tərəfindən ayrılan pul vəsaitlərini mənimsəməsi, teatrın balansında olan müxtəlif avadanlıqları qanunsuz satması və digər qanunsuzluqlar törətməsi barədə şikayətlərin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc etmək istədiyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra, habelə bu mövzu ilə bağlı aralarındakı bir neçə telefon zənglərindən sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə və Təqsirləndirilən şəxs1 müraciət etmiş Zərərçəkmiş şəxs6la telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları da yayacağı hədəsini Təqsirləndirilən şəxs1la birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs6 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 500 (beş yüz) manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini ondan Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin mart ayının əvvəlində Xızı rayon Təhsil şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 tərəfindən istifadəsində olan ***-***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumun redaksiyasına guya rayonun Sitalçay kənd sakinlərinin Təhsil şöbəsinin müdiri kimi dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, həmin pulların hesabına nikahdan kənar münasibətdə olduğu qadın üçün qeyd edilən kənd ərazisində fərdi yaşayış evi tikdirməsi və dəbdəbəli həyat tərzi keçirməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə cia.az xəbər portalında məqalə dərc edəcəyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini Təqsirləndirilən şəxs1la birlikdə dedikdən bir neçə gün sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə və Təqsirləndirilən şəxs1 müraciət etmiş Zərərçəkmiş şəxs1lə ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları yayacağı hədəsini Təqsirləndirilən şəxs1la birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs1 barəsində olan məlumatları cia.az xəbər portalında dərc edilməməsindən ötrü 1.000 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədə-qorxu ilə tələb edib, cinayətkar əməllərini davam etdirməklə, sonuncu həmin məbləğə maddi cəhətdən imkanı çatmadığını bildirdikdə isə həmin məbləği 500 (beş yüz) manata razılaşdırıb, Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 17:46-da ***-***-**-** nömrəsindən sms vasitəsi ilə istifadəsində olan plastik bank kartının 16 rəqəmli nömrəsini (4169 7579 1225 3717) göndərib pulun həmin kart hesaba göndərilməsini tələb edib həmin gün Oktay Səfərli tərəfindən 500 (beş yüz) manat pulun həmin hesaba göndərilməsinə nail olmaqla Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində 500 (beş yüz) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Bundan başqa, o, təkrarən, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin aprel ayında Sabirabad rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs4 qabaqcandan əlbir olduğu Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** saylı telefonla zəng edib rəhbərlik etdiyi mətbuat qurumunun redaksiyasına guya dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, işçilərdən qanunsuz pullar tələb etməsi və bu pullar hesabına dəbdəbəli həyat tərzi keçirməsi barədə şikayətin daxil olduğunu, bir araşdırmacı jurnalist kimi bu barədə “cia.az” xəbər portalında məqalə dərc edəcəyini bildirərək qarşı tərəf kimi bu məsələyə münasibət bildirməsini dedikdən sonra və bu barədə aralarındakı bir neçə telefon danışıqlarından sonra dövlət qurumunun vəzifəli şəxsini qəsdən hörmətdən salan rüsvayedici həmin məqalənin mətbuatda dərc edilməməsi barədə özünə və Təqsirləndirilən şəxs1 müraciət etmiş Zərərçəkmiş şəxs4la ***-***-**-** nömrəli telefonla danışarkən sonuncu barəsində xidməti iş və şəxsi həyatı ilə bağlı özlərində başqa rüsvayedici məlumatların da olduğunu və həmin məlumatları yayacağı hədəsini Təqsirləndirilən şəxs1la birlikdə bildirib, qeyd edilən xəbər portalında Zərərçəkmiş şəxs4 barəsində olan məlumatları “cia.az” xəbər portalında dərc edilməməsindən ötrü 200 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədə-qorxu ilə tələb edib, cinayətkar əməllərini davam etdirməklə, bir neçə gündən sonra Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529 ünvanında “Azərbaycan Nəşriyyatı”nın 4-cü mərtəbəsindəki ofisində Zərərçəkmiş şəxs4 qardaşı Şahid 200 (iki yüz) manat almaqla Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs4 məxsus 200 (iki yüz) manat məbləğində pul vəsaitini təkrarən hədəqorxu ilə tələb etməklə almışdır Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 Məhərrəm oğlu apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(101)-438/2022 saylı hökmünü dəyişdirib Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan alternativ cəza təyin edilməsi və ya maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində cəza təyin edilərək həmin cəzanın CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi barədə və Baş Prokurorluğun depozit hesabında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 4.991 manat və 100 ABŞ dollarının onun özünə qaytarılması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs1 elan olunan ittiham üzrə özünü qismən təqsirli bilmiş, onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir, məhkumluğu yoxdur. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 6 ünvanında qeydiyyatlı yaşamaqla ünvan 6rindən müsbət xarakterizə olunur, barəsində əvvəllər MKİS-nə heç bir şikayət daxil olmamışdır, Nəsimi Rayon Polis İdarəsinin və onun bölmələrində barəsində əvvəllər şikayət, təqsirləndirici material olmamışdır. Təqsirləndirilən şəxs1 fəal və dövlətçililiyə sadiq olan səmərəli, öz üzərində daim işləyən, araşdırmaçı jurnalist kimi fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Mətbuat Şurasının, Yeni Azərbaycan Partiyasının üzvü olmaqla Prezident təqaüdçüsü, Prezident Mükafatçısıdır. Azərbaycanın Ulu Öndəri, Prezidenti və Birinci vitse prezidenti haqqında “Xalqla Prezidentin birliyi”, “Yeni Azərbaycanın yaradıcısı”, “Dövlətə və Xalqa Xidmət Məramı”, “Azərbaycan Respublikasının birinci vitse prezidenti”, “Zəfər Səlnanıəsinin 44 günü” və digər 10-a yaxın kitabın tərtibatçı müəllifidir. Səmərəli fəaliyyətinə görə “İlin jurnalisti”, “Qızıl Qələm” mükafatlarına da layiq görülmüşdür, Təqsirləndirilən şəxs1 ailəli olmaqla himayəsində arvadı X9, 81 yaşlı xəstəlikdən əziyyət çəkən atası X5, subay bacısı X6 və 2010-cu il təvəllüdlü Polad, 2011-ci il təvəllüdlü Nərmin adlı 2 azyaşlı övladı vardır. Eyni zamanda ailədə tək işləyən və yeganə qazanc gətirən şəxsdir, məcburi köçkündür. Həmin hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022ci il tarixli, 1(101)-438/2022 saylı hökmünü dəyişdirib Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan alternativ cəza təyin edilməsi və ya maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində cəza təyin edilərək həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə Təqsirləndirilən şəxs2 tərəfindən real hədənin həyata keçirilməsi məhkəmə tərəfindən müəyyənləşdirilməli idi. Belə ki, Təqsirləndirilən şəxs2 "Cəmiyyət" qəzetinin redaktoru olmamaqla, oradaki məsul işçi deyildir. Yəni, həmin qəzetdə məhz hansı məqalələrin dərc olunacağı və ya olunmayacağı qərarına gəlmək səlahiyyətinə malik deyildir. Belə olan halda, təqsirləndirilən şəxs tərəfindən əgər hər hansı hədə olmuş olsa belə, real olmadığı aşkardır. Məhkəmə hökmündən də müəyyən olunduğu kimi, "xxxx"MMC-də axtarış aparılarkən Təqsirləndirilən şəxs2 üzərindən pul vəsaiti aşkar edilməsi faktı da mövcud deyildir. Qeyd olunan hallardan əlavə olaraq bildirir ki, Təqsirləndirilən şəxs2 əvvələr hər hansı bir cinayət törətmədiyini, məhkumluğunun olmaması, əməlində onun məsuliyyətini ağırlaşdıran halların olmamasını, həmçinin himayəsində biri psixi, biri isə epilepsiya xəstəliyindən əziyyət çəkən 2 azyaşlı uşağının olmasını nəzərə çatdırır. Təqsirləndirilən şəxs2 ailədə yeganə işləyən şəxsdir. Bundan əlavə, yaxınları tərəfindən zərərçəkmiş şəxslərə dəymiş olan maddi ziyan da ödənilmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 Məhərrəm oğlu məhkəmə kollegiyasına apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(101)- 438/2022 saylı hökmünü dəyişdirib Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan alternativ cəza təyin edilməsi və ya maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində cəza təyin edilərək həmin cəzanın CM-nin 70ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsi barədə və Baş Prokurorluğun depozit hesabında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 4.991 manat və 100 ABŞ dollarının onun özünə qaytarılması haqqında qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 məhkəmə kollegiyasına apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(101)-438/2022 saylı hökmünü dəyişdirib Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan alternativ cəza təyin edilməsi və ya maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində cəza təyin edilərək həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin prokuroru X10 çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli, l(101)- 438/2022 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(101)-438/2022 saylı hökmü məhkumlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində dəyişdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət əməlini törətməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nın 182.2.1 və 182.2.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Cinayət işinin 1-ci cildinin 252-269 vərəqində olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsinin xx.xx.2021-ci il tarixli, 02/5-956çıx-21 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs2 barəsində CMnin 178.2.4-cü maddəsi ilə başlanmış cinayət işinə Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xitam verilmiş, əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 206-249-cu vərəqində olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər azyaşlı uşağı - xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2010-cu il təvəllüdlü X12 var. Birinci instansiya məhkəməsi əsaslı olaraq himayəsində iki nəfər azyaşlı uşağının olması, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam ödəməsi, zərərçəkmiş şəxslərlə barışması və zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmaması, əvvəllər məhkum olmaması CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Birinci instansiya məhkəməsi əsaslı olaraq zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanı tam ödəməsi, zərərçəkmiş şəxslərlə barışması və zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmaması, əvvəllər məhkum olmaması CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Həmçinin hər iki məhkumların CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən hallar məhkəmə tərəfindən nəzərə alınmalı idi və məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daha aşağı müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədə müvafiq olardı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1.1-ci maddəsinə görə, cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 Məhərrəm oğlu və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(101)-438/2022 saylı hökmü dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2 və 398.1.4-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(101)-438/2022 saylı hökmü məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində onların müdafiəçilərinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(101)-438/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 əsas cəza kimi təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2022-ci il tarixli, 1(101)-438/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 əsas cəza kimi təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 Məhərrəm oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X3 X9
Məhkəmə qərarları › İş №1(103)-844/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-844/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver