Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-849/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi X12, zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi “Verdiktum” Vəkil Bürosunun vəkili Nümayəndə3, Təqsirləndirilən şəxs və müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CMin) 178.3.2, 179.3.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 1(101)-153/2024 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər X8 və X4 ibarət tərkibdə) 19 fevral 2024-cü il tarixli, 1(101)-153/2024 saylı hökmü ilə xx xxxxxx 1990-cı il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, məhkumluğu olmayan, "xxxx" X11 Birliyinin idarə heyətinin sədri, "xxxx" MMC və "xxxx" MMC-nin təsisçi-direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 178.3.2, 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona CM-in 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla, 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 179.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla, 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə CM-in 313-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 308.2-ci maddəsi ittihamdan xaric edilmiş, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 19 dekabr 2022-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Hökmlə, həmçinin qətimkan, maddi sübut, mülki iddia, məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəyərək talamış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi uçota götürülmüş "xxxx" və xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi uçota götürülmüş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərin təsisçisi və direktoru kimi Cəmiyyətlərin təsdiq olunmuş Nizamnaməsinə əsasən, cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən, məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülkihüquqi müqavilələr, vəkalətnamələr vermək, (o cümlədən başqasına etibar etmək hüququ ilə), müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını qulluq mövqeyindən istifadə edərək ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 ASC-nin təklif etdiyi “Onlayn biznes krediti” və “Onlayn biznes kredit xətti” məhsullarının banka getmədən, ərizənin rəsmiləşdirilməsi, digər sənədləşmə işləri və kredit vəsaitinin alınması proseslərinin tamamilə onlayn qaydada həyata keçirilməsi imkanlarının verdiyi sərbəst şəraitdən 2021-ci il ərzində sui-istifadə edərək təsisçisi və direktoru olduğu "xxxx" və "xxxx" MMC-lərin adından həmin müddətdə ayrı-ayrı vaxtlarda Zərərçəkmiş şəxs1 ASC-nin rəsmi vebsaytı olan “pashabank.az” vasitəsilə elektron qaydada müraciət etməklə kredit vəsaitlərinin məqsədlərini formal olaraq “əməliyyat xərclərinin ödənilməsi”, “avadanlıqların alınması”, “mal alışı” və “dövriyyə vəsaitinin artırılması” kimi göstərərək ona kredit vəsaitlərinin ayrılmasına və həmin cəmiyyətlərin Zərərçəkmiş şəxs1 ASC-də olan müvafiq olaraq AZ31PAHA40060AZNHC********** və AZ64PAHA40060AZNHC0100302 883 saylı cari hesablarına pul vəsaitlərinin köçürülməsinə nail olmaqla, o cümlədən, təsisçisi və direktoru olduğu "xxxx" MMCnin adından xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “avadanlıqların alınması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DC00300567-03 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 16,5% dərəcəsi ilə 9436 (doqquz min dörd yüz otuz altı) manat, eyni niyyətlə, "xxxx" MMCnin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “mal alışı”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-05 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 17% dərəcəsi ilə 8108 (səkkiz min bir yüz səkkiz) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “avadanlıqların alıması”seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-08 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 16,5% dərəcəsi ilə 8318 (səkkiz min üç yüz on səkkiz) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “dövriyyə vəsaitinin artırılması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-11 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19,5% dərəcəsi ilə 13288 (on üç min iki yüz səksən səkkiz) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “mal alışı”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-12 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19,5% dərəcəsi ilə 7357 (yeddi min üç yüz əlli yeddi) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “mal alışı”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-13 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19,5% dərəcəsi ilə 6402 (altı min dörd yüz iki) manat, eyni niyyətlə, təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “avadanlıqların alınması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DC00302883-01 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19% dərəcəsi ilə 17536 (on yeddi min beş yüz otuz altı) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “mal alışı”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00302883-02 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19,5% dərəcəsi ilə 16005 (on altı min beş) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “dövriyyə vəsaitinin artırılması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-14 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19,5% dərəcəsi ilə 17725 (on yeddi min yeddi yüz iyirmi beş) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “dövriyyə vəsaitinin artırılması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00302883-03 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19,5% dərəcəsi ilə 16005 (on altı min beş) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “dövriyyə vəsaitinin artırılması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-15 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19,5% dərəcəsi ilə 16792 (on altı min yeddi yüz doxsan iki) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “avadanlıqların alınması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00302883-04 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19,5% dərəcəsi ilə 16088 (on altı min səksən səkkiz) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “dövriyyə vəsaitinin artırılması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-16 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19,5% dərəcəsi ilə 14543 (on dörd min beş yüz qırx üç) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021- ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “dövriyyə vəsaitinin artırılması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00302883-05 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 19,5% dərəcəsi ilə 16005 (on altı min beş) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “dövriyyə vəsaitinin artırılması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00302883-07 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 17% dərəcəsi ilə 16349 (on altı min üç yüz qırx doqquz) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “mal alışı”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00302883-08 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 17% dərəcəsi ilə 15855 (on beş min səkkiz yüz əlli beş) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “avadanlıqların alınması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00302883-09 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 17% dərəcəsi ilə 11469 (on bir min dörd yüz altmış doqquz) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi kimi təklif olunan seçimlərdən “avadanlıqların alınması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00302883-10 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 17% dərəcəsi ilə 10469 (on min dörd yüz altmış doqquz) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “əməliyyat xərclərinin ödənilməsi”-ni seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00302883-11 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 17% dərəcəsi ilə 6469 (altı min dörd yüz altmış doqquz) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “mal alışı”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-24 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 17% dərəcəsi ilə 12000 (on iki min) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “avadanlıqların alınması”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-25 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 17% dərəcəsi ilə 21494 (iyirmi bir min dörd yüz doxsan dörd) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “mal alışı”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-26 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 17% dərəcəsi ilə 21494 (iyirmi bir min dörd yüz doxsan dörd) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “mal alışı”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DCL00300567-27 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 17% dərəcəsi ilə 18000 (on səkkiz min) manat, eyni niyyətlə, "xxxx" MMC-nin adından xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ASC-yə onlayn qaydada müraciət etməklə kreditin məqsədi kimi təklif olunan seçimlərdən “mal alışı”-nı seçməklə bankla özü arasında bağlanmış xx.xx.2021-ci il tarixli DC00302883-23 №-li “kredit müqaviləsi” üzrə Cəmiyyətə 12 ay müddətə, illik 15,5% dərəcəsi ilə 25331 (iyirmi beş min üç yüz otuz bir) manat olmaqla, cəmi 342538 manat məbləğdə pul vəsaitinin "xxxx" MMC-nin Zərərçəkmiş şəxs1 ASC-də olan AZ64PAHA40060AZNHC********** saylı və "xxxx" “MMC”-nin AZ31PAHA40060AZNHC********** saylı cari hesablarına köçürülməsindən sonra pul vəsaitlərinin bir hissəsini görüntü yaratmaq və yeni kreditlərin verilməsinə nail olmaq məqsədilə kredit ödənişlərinin həyata keçirilməsinə, qalan hissəsini isə cinayətdən xəbərsiz tanışı Şahid6 adına olan 530095******5533 nömrəli və öz adına ola 647224******9054 və 547224******2673 nömrəli kart hesablarına köçürüb xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək kart vasitəsilə ödənişlər etməklə və Bakı şəhərində yerləşən "xxxx" ASC və Zərərçəkmiş şəxs1 ASC-yə məxsus müxtəlif bankomatlar vasitəsilə nağdlaşdırıb çıxarmaqla, əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 ASC-yə məxsus cəmi 342538 (üç yüz qırx iki min beş yüz otuz səkkiz) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs1 ASC-nin kredit siyasətinin stabilliyi, kreditləşmə üzrə şəffaflıq və obyektivliyin təmin edilməsi, mümkün risklərin preventiv tədbirlərlə qarşısının alınmasına dair fəaliyyətinə mənfi təsir göstərməklə hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, Azərbaycan Respubikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 30 noyabr 2015-ci il tarixdə ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi uçota götürülmüş “Sabaha Doğru” X10, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçməklə adı dəyişdirilərək "xxxx" X11 Birliyi MMC-nin İdarə heyətinin sədri kimi birliyin xx.xx.2020-ci il tarixdə təsdiq olunmuş Nizamnaməsinə əsasən, birliyi təmsil etmək, birliyin adından müqavilələr bağlamaq, etibarnamələr vermək, Ümumi Yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil etmək, Ümumi Yığıncaq tərəfindən və Nizamnamə ilə onun üzərinə qoyulan digər funksiyaları həyata keçirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək 16 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Gənclər Fondu ilə MKQ-12 nömrəli müqavilə bağlamaqla təşkilatın illik fəaliyyətinin dəstəklənməsi proqramına əsasən "xxxx" X11 Birliyinə 195000 manat, 22 dekabr 2021-ci il tarixdə isə SQ-08 nömrəli müqavilə bağlayaraq struktur qrantına əsasən 158707 manat dəyərində “Maliyyə dəstəyinin göstərilməsi haqqında” müqavilələri imzalayaraq cəmi 353707 manat pul vəsaitinin rəhbərlik etdiyi təşkilata ayrılmasına və daha sonra ilkin mərhələdə Fond tərəfindən "xxxx" ASCdə olan AZ42AİİB******************** nömrəli hesabdan İctimai birliyin "xxxx" ASC-də olan AZ97AİİB******************** nömrəli hesabına xx.xx.2021-ci il tarixli BD1 nömrəli ödəniş tapşırığı əsasında 99008,8 manat və BD2 nömrəli ödəniş tapşırığı əsasında 110330,9 manat olmaqla, cəmi 209339,7 manat pul vəsaitinin köçürülməsinə nail olaraq, öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikasının Gənclər Fonduna məxsus olmaqla ona etibar edilmiş pul vəsaitini mənimsəməklə talamaq məqsədilə 16 dekabr 2021-cil il tarixli MKQ-12 nömrəli müqavilənin pul vəsaitinin ayrılmasına əsas olan, həyata keçiriləcək layihələri özündə əks etdirən 3 nömrəli əlavəsində nəzərdə tutulmadığı halda "xxxx" X11 Birliyi və təsisçisi və direktorunun özü olduğu "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış “Qayıdışın izi ilə” adlı qısametrajlı filmin ssenarisinin hazırlanması, çəkiliş üçün lazım olan texniki avadanlıqların təşkil edilməsi və filmin çəkilişinin həyata keçirilməsi işlərini müqavilənin predmeti kimi tamah niyyətilə bilə-bilə məzmununa yalan məlumatlar daxil etməklə göstərərək “Sədr Şahid4 İmza” qrafalarında həmin dövrdə İctimai birliyin icraçı direktoru vəzifəsində işləyən Şahid4 adını yazmaqla, əvəzindən imzalayıb vəzifə saxtakarlığı yolu ilə hazırladığı formal müqavilələr əsasında İctimai birliyin "xxxx" ASC-də olan AZ97AİİB******************** nömrəli hesabından müxtəlif məbləğlərdə, o cümlədən, İctimai birliklə təsisçisi və direktoru olduğu "xxxx" MMC arasında bağlanmış 15 mart 2022-ci il tarixli 03/2-2022 nömrəli müqavilədə və müqaviləyə 1 nömrəli əlavədə “Sədr Şahid4 İmza” qrafalarında həmin dövrdə İctimai birliyin icraçı direktoru vəzifəsində işləyən Şahid4 adını yazıb, əvəzindən imzalamaqla saxtalaşdırıb formal olaraq qeyd edilmiş EBBT09813 nömrəli qaimə əsasında İctimai birliyin "xxxx" ASC-də olan AZ97AİİB******************** nömrəli hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ25UBAZ**********0050AZN001 nömrəli hesabına 75000 manat, eyni niyyətlə, İctimai birliklə təsisçisi və direktoru olduğu "xxxx" MMC arasında bağlanmış 15 mart 2022-ci il tarixli 03/2-2022 nömrəli müqavilədə və müqaviləyə 1 nömrəli əlavədə “Sədr Şahid4 İmza” qrafalarında həmin dövrdə İctimai birliyin icraçı direktoru vəzifəsində işləyən Şahid4 adını yazıb, əvəzindən imzalamaqla saxtalaşdırıb formal olaraq qeyd edilmiş EBBT097220 nömrəli qaimə əsasında İctimai birliyin "xxxx" ASC-də olan AZ97AİİB******************** nömrəli hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ81BRES******************** nömrəli hesabına 45000 manat, eyni niyyətlə, İctimai birliklə təsisçisi və direktoru olduğu "xxxx" MMC arasında müqavilə olmadığı halda formal olaraq qeyd edilmiş EBBT290212 nömrəli qaimə əsasında İctimai birliyin "xxxx" ASC-də olan AZ97AİİB******************** nömrəli hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ81BRES******************** nömrəli hesabına 35000 manat, eyni niyyətlə, İctimai birliklə təsisçisi və direktoru olduğu "xxxx" MMC arasında formal olaraq bağlanmış 11 mart 2022-ci il tarixli 07/2- 2022 nömrəli müqavilədə və müqaviləyə 1 nömrəli əlavədə “Sədr Şahid4 İmza” qrafalarında həmin dövrdə İctimai birliyin icraçı direktoru vəzifəsində işləyən Şahid4 adını yazıb, əvəzindən imzalamaqla saxtalaşdırıb formal olaraq qeyd edilmiş EBBT357401 nömrəli qaimə əsasında İctimai birliyin "xxxx" ASC-də olan AZ97AİİB******************** nömrəli hesabından "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ81BRES******************** nömrəli hesabına 30000 manat olmaqla, ümumilikdə 185000 manat məbləğində hissəsini özünə məxsus cəmiyyətlərin bank hesablarına köçürməklə Gənclər Fondu tərəfindən "xxxx" X11 Birliyinə ayrılmış pul vəsaitinin guya layihələrin icrası ilə əlaqədar xərclənməsi görüntüsü yaratmaqla, "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ25UBAZ**********0050AZN001 nömrəli hesabına mədaxil edilmiş 75000 manat pul vəsaitinin 16.500 manat olan hissəsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq idarələrinə gəlir vergisi, sosial ödənişlər, icbari tibbi sığorta kimi ödənişlərə sərf edərək, dərhal sonra hesabda qalan 58500 manat və "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ81BRES******************** nömrəli hesabına mədaxil edilmiş 110000 manat pul vəsaitinin 150 manat hissəsini maliyyə əməliyyatlarında istifadə edərək hesabda qalan 109850 manat olmaqla, ümumilikdə 168.350 manat pul vəsaitini əldə etmək məqsədilə xx.xx.2022-ci il tarixdə “X20” MMCnin Zərərçəkmiş şəxs1 ASC-də olan AZ20PAHA40060AZNHC********** nömrəli hesabına köçürməklə 25.250 manat olan hissəsini xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək nağdlaşdırma, kredit ödənişləri və digər xərclərinin ödənilməsinə sərf edərək, qalan 143100 manat olan hissəsini əldə etmək məqsədilə formal olaraq qeyd olunmuş çap materiallarının alınması xidmətinin göstərilməsi məzmunlu 2 saylı müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 3500 manat olan hissəsini köçürərək, həmin tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş çap materiallarının alınması xidmətinin göstərilməsi məzmunlu 1 saylı müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 6000 manat olan hissəsini köçürərək, həmin tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş çap materiallarının alınması xidmətinin göstərilməsi məzmunlu 3 saylı müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 4000 manat olan hissəsini köçürərək, həmin tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş çap materiallarının alınması xidmətinin göstərilməsi məzmunlu 3 saylı müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 4000 manat olan hissəsini köçürərək, həmin tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş çap materiallarının alınması xidmətinin göstərilməsi məzmunlu 1 saylı müqavilə xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 1500 manat olan hissəsini köçürərək, xx.xx.2022-ci il tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş çap materiallarının alınması xidmətinin göstərilməsi məzmunlu 13 saylı müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 2500 manat olan hissəsini köçürərək, həmin tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş çap materiallarının alınması xidmətinin göstərilməsi məzmunlu videoçarxın çəkilməsi məzmunlu 2 saylı müqaviləyə istinadən hazırlanmış qaimə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 9000 manat olan hissəsini köçürərək, həmin tarixdə 7200 manat olan hissəsi qardaşı Şahid2 vasitəsilə, 1800 manat olan hissəsi özü nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş dəftərxana ləvazimatlarının alınması xidmətinin göstərilməsi məzmunlu xx.xx.2022-ci il tarixli müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 6000 manat olan hissəsini köçürərək, həmin tarixdə 1000 manat olan hissəsini özü, 5000 manat olan hissəsini isə Şahid2 vasitəsilə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş dəftərxana ləvazimatlarının alınması xidmətinin göstərilməsi məzmunlu xx.xx.2022-ci il tarixli müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 6000 manat olan hissəsini köçürərək, həmin tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş dəftərxana ləvazimatlarının alınması xidmətinin göstərilməsi məzmunlu xx.xx.2022-ci il tarixli müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 5000 manat olan hissəsini köçürərək, həmin tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş dəftərxana ləvazimatlarının alınması xidmətinin göstərilməsi məzmunlu xx.xx.2022-ci il tarixli müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 3000 manat olan hissəsini köçürərək, xx.xx.2022-ci il tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş dəftərxana ləvazimatlarının alınması xidmətinin göstərilməsi məzmunlu xx.xx.2022-ci il tarixli müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 3000 manat olan hissəsini köçürərək, həmin tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş çap materiallarının alınması xidmətinin göstərilməsi məzmunlu müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 5000 manat olan hissəsini köçürərək, elə həmin tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş dəftərxana ləvazimatlarının alınması xidmətinin göstərilməsi məzmunlu xx.xx.2022-ci il tarixli müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 8000 manat olan hissəsini köçürərək, 6500 manat olan hissəsini nağdlaşdıraraq, qalan hissəsini isə həmin tarixdə həyata keçirmiş olduğu digər əməliyyatlara sərf etməklə, formal olaraq qeyd olunmuş dəftərxana ləvazimatlarının alınması xidmətinin göstərilməsi məzmunlu xx.xx.2022-ci il tarixli müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 2000 manat olan hissəsini köçürərək, xx.xx.2022-ci il tarixdə nağdlaşdırmaqla, heç bir sənədə istinad etmədən xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 11000 manat olan hissəsini köçürərək, 5000 manat olan hissəsini həmin tarixdə, 2500 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş videoçarxın çəkilməsi xidmətinin göstərilməsi məzmunlu müqaviləyə istinadən hazırlanmış qaimə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 12000 manat olan hissəsini köçürərək, elə həmin tarixdə 7300 manat olan hissəsi qardaşı Şahid2 vasitəsilə, 3180 manat olan hissəsini özü nağdlaşdıraraq, qalan hissəsini isə həmin tarixdə həyata keçirmiş olduğu digər əməliyyatlara sərf etməklə, formal olaraq qeyd olunmuş videoçarxın çəkilməsi xidmətinin göstərilməsi məzmunlu müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 11500 manat olan hissəsini köçürərək, 8000 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə, 3500 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş videoçarxın çəkilməsi xidmətinin göstərilməsi məzmunlu müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 19950 manat olan hissəsini köçürərək, 4200 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə özü, 800 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə, 5600 manat olan hissəsi xx.xx.2022-ci il tarixdə və 400 manat olan hissəsi xx.xx.2022-ci il tarixdə qardaşı Şahid2 vasitəsilə, 300 manat olan hissəsi xx.xx.2022-ci il tarixdə və 300 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə özü nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş videoçarxın çəkilməsi xidmətinin göstərilməsi məzmunlu müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 9500 manat olan hissəsini köçürərək, 300 manat, 420 manat, 600 manat və hesabda qalmış digər pul vəsaitləri ilə birlikdə 11.000 manat olan hissəsini özü, 5000 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə qardaşı Şahid2 vasitəsilə nağdlaşdırmaqla, formal olaraq qeyd olunmuş videoçarxın çəkilməsi xidmətinin göstərilməsi məzmunlu müqavilə əsasında xx.xx.2022-ci il tarixdə AZ47AİİB400400C**********105 nömrəli hesabına 10650 manat olan hissəsini köçürərək, 2100 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə, 2000 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə, 1500 manat olan hissəsi xx.xx.2022-ci il tarixdə, 500 manat olan hissəsi xx.xx.2022-ci il tarixdə, 200 manat olan hissəsi xx.xx.2022-ci il tarixdə, 2100 manat olan hissəsi xx.xx.2022-ci il tarixdə, 1500 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə qardaşı Şahid2 vasitəsilə, 205 manat olan hissəsini xx.xx.2022-ci il tarixdə özü Bakı şəhərində yerləşən "xxxx" ASC-yə məxsus müxtəlif bankomatlar vasitəsilə nağdlaşdırmaqla, qalan hissəsini isə xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə həyata keçirmiş olduğu digər əməliyyatlara sərf etməklə, 135505 manat pul vəsaitini nağd şəkildə götürüb özünün şəxsi ehtiyaclarına, 7595 manat pul vəsaitini isə əməliyyat xərcləri, sosial ödənişlər və digər bank ödənişlərinə xərcləməklə ələ keçirərək öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikasının Gənclər Fonduna məxsus olmaqla ona etibar edilmiş cəmi 185000 (bir yüz səksən beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəməklə talamış, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının Gənclər Fonduna məxsus vəsaitlərin prosedur qaydalara uyğun olaraq düzgün sərf edilməsi, həyata keçirilən müxtəlif yönümlü fəaliyyətin məqsədlərinə nail olunması və bununla bağlı nəzarətin həyata keçirilməsi üzrə həmin Fondun fəaliyyətini pozmaqla əmlak hüquqlarına və qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 apellyasiya şikayəti verib hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən apellyasiya protesti, zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki ittiham tamamilə qanunsuz və saxta, habelə siyasi motivli, qisasçılıq zəminində hazırlanmış ittihamdır. İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 4 saylı protokolunun 1-ci maddəsinə əsasən heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. PAŞA BANK ASC xx.xx.2022-ci il tarixdə PB-OUT-04082- 2022/12 saylı məktubla Təqsirləndirilən şəxs müraciət edərək ona zamin (borcalan) kimi müraciət etmiş, kreditin qaytarılması və Kredit müqaviləsinin ləğvi üçün ümumi şərtlər toplusundan irəli gələrək Azərbaycan Respublikasının müfaviq məhkəmə orqanına müraciət edəcəyini bildirmişdir. X24 ASC öz göndərdiyi məktubla etiraf etmişdir ki, hazırki iş mülki məsələdir və məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Belə olan halda Paşa Bank ASC-yə münasibətdə Təqsirləndirilən şəxs qarşı olan ittiham əsassızdır. Müdafiə etdiyi şəxsin əvvəllər məhkumluğu da olmamış, cinayət məsuliyyətinə cəlb olunmamışdır. Paşa Bank Təqsirləndirilən şəxs 24 (iyirmi dörd) kredit xətti açmaqla mülki münasibətlərinin davamlı olduğunu göstərmişdir. Belə olan halda, tərəflər arasında kredit müqaviləsi və zaminlik müqaviləsi varsa dələduzluqdan söhbət gedə bilməz. X23 ASC-nin özü də cinayət mühakimə icraatı qaydasında bu günə kimi mülki iddia irəli sürməmişdir. Hətta Təqsirləndirilən şəxs azadlıqdan məhrumedilməsini istəmir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə təqsirləndirilən şəxs statusu almışdır. 16.000 ödənişi təqsirləndirilən şəxs olmadan qabaq ödəmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qardaşı Şahid8 istintaqda izahat verərək bildirmişdir ki, onun qardaşına 70.000 manat borcu var. Qardaşı Təqsirləndirilən şəxs film çəkilişi üçün texniki avadanlıqların alınması məqsədilə ona 70.000 manat pul vermişdir. Lakin işlər elə gətirmişdir ki, maddi sıxıntılar və borcları ucbatından həmin pulu qardaşına qaytara bilmədi, texnika da ala bilmədi. Qardaşı ona bildirdi ki, Paşa Banka borcu var, onu ödəməlidir. Həqiqətən də qardaşına borclu olduğunu etiraf edir. Yəni, Paşa Banka dair hissədə ittiham tamamilə əsassızdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs heç bir saxtalakarlığa yol vermədən Paşa Bank ASC ilə kredit və zaminlik müqaviləsi bağlamışdır. Təqsirləndirilən şəxs bankla müqavilə bağlayarkən və ondan sonra hər hansı qanunsuz hərəkəti olmamışdır ki, o dələduzluqda ittiham olunsun. Bundan başqa şəxs ittiham olunduğu eyni əmələ görə həm dələduzluqda, həm mənimsəmədə ittiham olunur. Şəxs eyni əmələ görə eyni zamanda həm oğurluqda (gizli talama), həm də soyğunçuluqda (açıq talama) ittiham oluna bilməz. Belə ki, hər iki zərərçəkmiş şəxslə mülki müqavilə bağlamışdır. Lakin, bir əmələ dələduzluq, o birisinə mənimsəmə deyilir. İstintaqın gedişində cinayət işi üzrə icraat aparılan zaman məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 ASC-nin kredit müqaviləsi bağlayarkən etdiyi kobud səhvlərlə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi təqdimat məktubu ilə həmin banka vətəndaşlarla mülki qaydada kredit müqavilələri bağlayarkən kobud səhvlərə yol verilməməsinin tövsiyyə edilməsi ilə bağlı müraciət etmiş və onlara kredit müqavilələri bağlayarkən etdiyi nöqsanların aradan qaldırılması tapşırılmışdır. Ona görə CM-nin 195-ci maddəsi ilə ittiham irəli sürülməyib ki, onun cəzası yüngüldür və şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəza növü də verilə bilərdi. “Gənclər Fondu” na münasibətdə isə onu qeyd etmək olar ki, 185.000 manat vəsaitdən struktur qrantın məbləği 87.000 manatdır. Geri qalan 98.000 manat vəsait onsuz da Təqsirləndirilən şəxs layihələrin həyata keçirilməsi üçün verilmişdir. Yəni, Təqsirləndirilən şəxs ilk növbədə 87.000 manat vəsaiti geri qaytarmalıdır. Belə çıxır ki, şəxsə cəmi 87.000 manat vəsaitə görə 12 il azadlıqdan məhrum edilmə cəzası istənilir. Bu birbaşa İnsan Hüquqları Haqqında Konvensiyaya və Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Həmin pul köçürmələrini "xxxx" X1i təmsilçisi kimi adına olan “Asan İmza” ilə elektron qaydada "xxxx" ASC-nin saytı və tətbiqetməsi vasitəsilə köçürmüşdür. Qeyd olunan vəsait 3-ü mövcud olan, 1-ini isə tapa bilmədiyi 4 müqavilə üzrə köçürülmüşdür. Həmin müqavilələrdə həm «Böyük Qayıdış” X11 Birliyinin sədri qismində Şahid4, həm də "xxxx" MMC və "xxxx" MMC-nin direktoru kimi onun adının qarşısında imzalar onun özü tərəfindən icra edilmişdir. Şahid4 həmin müqavilələrdən məlumatı yoxdur. Qeyd olunan müqavilələrdə hər iki tərəfin adı eyni olmasın deyə "xxxx" X11 Birliyinin sədri qismində Şahid4 adını göstərmişdir. Həmin müqavilələrin hazırki iş üzrə heç bir hüquqi əsası yoxdur, çünki onlar Gənclər Fonduna təqdim edilmək üçün deyil, müdafiə etdiyi şəxsin özü üçün formal hazırlanmış müqavilələrdir. Həmin müqavilələr rəsmi olaraq heç bir quruma heç bir zaman təqdim olunmamışdır. Həmin müqavilələrin surətini qeyri-rəsmi formada Gənclər Fonduna vermişdir. Köçürmələr elektron qaydada həyata keçirilmişdir. Sadəcə olaraq hər ehtimala qarşı gələcəkdə problem olmaması üçün hazırlamışdır. "xxxx" X11 Birliyi ilə "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış müqavilələr hazırda iş üzrə sübut qismində istifadə oluna bilməz. Çünki həmin müqavilələrdən bir dəfə də olsun istifadə olunmamışdır. İttiham aktında və cinayət işinin digər materiallarında həmin müqavilələrə istinad olunması tam qanunsuzdur. Əvvəlki vəsatətlə diski təqdim edərək bildirmişlər ki, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında "xxxx" İctimai Birliyinin hesabından pulu çıxarmışdır. X21 müdafiə etdiyi şəxsin onları ifşa edəcəyi ilə bağlı videonu onlara atandan sonra 2022-ci ilin oktyabr ayında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmişdir. Buradan da görünür ki, məsələ pul məsələsi deyil. Əgər pul məsələsi idisə 7 (yeddi) ay ərzində Gənclər Fondu şikayət ərizəsi ilə müvafiq qurumlara müraciət etməli idi. Lakin onlar bu barədə uzun müddət susmuşlar. X19 Fərzəliyevin onları ifşa etdiyi videoya görə qisas almaq məqsədilə gələcək perspektivdə özlərini sığortalamaq üçün müdafiə etdiyi şəxsdən məqsədli şəkildə qısasçılıq zəminində şikayət etmişdir. Hazırda irəli sürülən ittihamlar müdafiə etdiyi şəxsdən qisas almaq məqsədi daşıyır. Hazırki ittihamın heç bir hüquqi əsası yoxdur. Saxta motivlər əsasında qurulmuşdur. 16) Bundan başqa iş materiallarina əlavə edilməsi üçün verdiyi videonun heç iş materiallarinda olmadiği aşkara çixmişdir. Belə ki, məhkəmədə müstəntiq Asiman Haciyevin iş materiallarina əlavə etdiyi diskdə yalniz səs yazilari mövcud idi. Lakin yazili vəsatətə əlavə şəklində verdiyi video disk əsassiz olaraq geri qaytarilmişdir. Halbuki həmin video heç iş materiallarinda yox imiş. Bundan başqa bildiririk ki, "xxxx" X11 Birliyi hal-hazırda fəaliyyətini davam etdirir. Mühasib yalan danişirdi. Guya onun gənclər fondu ilə heç bir əlaqəsi yox idi. Bu tamamilə yalandır. Həmin mühasib sırf gənclər fondu ilə bağlı bütün ictimai birliklərdə mühasib kimi çalişir. Eləcə də böyük qayidiş ictimai birliyində Təqsirləndirilən şəxs nəzarəti altinda yox, gənclər fondunun nəzarəti altinda xidmət aparmişdir. Digər şahidlər Urba və Şəhla adlı şəxs təqsirləndirilən şəxsin xeyrinə izahat vermiş, qardaşı Şahid2 məhkəmə iclaslarında iştirak etdiyi üçün izahatı alınmamış, digər şahid isə rəhmətə getmişdir. İş materiallarından görünür ki, müdafiə etdiyi şəxsin İlham Fərzəliyev adlı azyaşlı övladı var. Paşa Banka Təqsirləndirilən şəxs tərəfindən təklif edilən aylıq 5000 (beş min) manat vəsaitin ödənilməsi təklifini bank əməkdaşları qəbul etməmişdir. Həmçinin Masallı rayonu, Xıl kəndində yerləşən 90.000 ( doxsan) manatlıq evin bankda girov qoyulması təklifini də bank rədd etmişdir. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən, bu maddədə nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinə əsasən, bu maddədə nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə, beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xüsusi hissənin hər iki maddəsinin dispoziyasından görünür ki, bu əməlləri şəxs öz qulluq mövqeyindən istifadə edərək törətdikdə məhkəmə tərəfindən həmin şəxsə müdafiə etdiyi şəxsin hazırda ittiham olunduğu maddələrdən daha yüngül cəzalar təyin olunur. Habelə istintaq orqanı tərəfindən vəzifəli şəxs hesab olunan Təqsirləndirilən şəxs ittiham olunduğu əməli Cinayət Məcəlləsinin 178.3.2 və 179.3.2-ci maddələri ilə tam əhatə olunur. Yəni hazırda müdafiə etdiyim şəxsə Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə ittiham elan olunması sadəcə olaraq ittihamı “daha güclü” göstərmək xarakteri daşıyır və istintaq orqanı mütəmadi olaraq bu ədalətsiz metoddan istifadə edərək ittihamedici maddələrdə süni yolla, necə deyərlər, “maddələrdə kəmiyyət artıqlığı” yaratmağa çalışır. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Müdafiəçi3 çıxış edərək şikayətin təmin edilməsini, hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi X18, zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi “Verdiktum” Vəkil Bürosunun vəkili Nümayəndə3, dövlət ittihamçısı X9 apellyasiya şikayətinin əsassız olduğunu, bu səbəbdən də şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli, 1(101)-153/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətində Təqsirləndirilən şəxs əməlində dələduzluq və mənimsəmə cinayətinin tərkibinin olmaması iddia edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümyəndəsinin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkəti protokollarını, digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 178.3.2, 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, məhkəmənin hökmündən verilmiş apellyasiya şikayətinin məhkuma bəraət verilməsi üçün əsaslandığı dəlillərinin artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Müdafiə tərəfi apellyasiya şikayətində Zərərçəkmiş şəxs1 ASC ilə Təqsirləndirilən şəxs arasında münasibətlərin mülki xarakterli olması, dələduzluq cinayətinin tərkibinin olmaması göstərsə də, məhkəmə kollegiyası qeyd olunan dəlillər əsassız hesab edir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 5-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ilk öncə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, sonra dələduzluq ittihamı ilə bağlı özünü qismən təqsirliyi bilmiş, mənimsəmə və israf etmə ittihamı ilə bağlı isə özünü təqsirli bilmədiyini söyləmişdir. Təqsirləndirilən şəxs bunu onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs1 ASC ilə aralarında olan kredit və zaminlik müqaviləsi əsasında pul əldə etmiş, həmin pul vəsaitindən 82000 manat pulu təyinatı üzrə istifadə etməmiş, götürdüyü pul vəsaiti hesabına Türkiyə Respublikasından film, video çəkmək üçün avadanlıqlar almış, pulun bir qismini qardaşı Şahid2 versə də, sonuncu pulunu qaytarmamışdır. Həmçinin, Azərbaycan Respublikasının Gənclər Fondunun rəhbərliyi ona çatmalı pulu vermədiyinə görə İctimai Birliyə məxsus “Asan imza”-nın dublikatını çıxartdıqdan sonra sertifikatını aktivləşdirib, hesabda olan 185000 manatı götürərək qeyri-hökümət təşkilatının rəhbərinin müsabiqədənkənar əldə edilmiş vəsaiti istədiyi formada yönəldə bilmək hüququ olduğuna görə iki videoçarx və qısametrajlı filmin çəkilməsi istiqamətində yönəltdiyini göstərmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılmış, sübutların təqdim edilməsi təklif edilmiş, müdafiə tərəfi müxtəlif avadanlıqların fotoşəkillərini məhkəməyə təqdim etməklə kifayətlənmiş, lakin həmin avadanlıqların Təqsirləndirilən şəxs və ya onun təsisçisi və rəhbəri olduğu müəssisələrə aid olduğunu, eləcə də kredit vəsaitini götürdükdən sonra əldə etməsini təsdiq edən hər hansı sənədi təqdim etməmişdir. Təqsirləndirilən şəxs götürülmüş pul vəsaitinin qardaşına və ya digər şəxsə verməsi isə özlüyündə onun əməlinin CM-in 178-ci maddəsinin dispozisyası ilə uzlaşdığını görsədir. Şahid8 də ifadəsində 2021-ci ilin iyun-iyul aylarında ayrı ayrı vaxtlarda ümumilikdə 70000 manat məbləğində pulu digər texnikaların alınması üçün Təqsirləndirilən şəxs aldığını, həmin pul vəsaitlərini hər dəfə aldıqca yaranmış maddi sıxıntıları səbəbindən xərclədiyini, əvvəlcədən həmin pulları xərcləmək kimi bir planı olmadığını, icarələrdən əldə etdiyi gəlirlər ilə əvəzləşdirə biləcəyini düşündüyünü, ancaq işlərinin planladığı kimi olmadığını, Təqsirləndirilən şəxs aldığı 79000 ABŞ dolları dəyərində avadanlıqları satmaq üçün Türkiyə Respublikası apardığını, avadanlıqların Türkiyə Respublikasına quru sərhədi yolu ilə Gürcüstan Respublikasından keçməklə aparıldığını, tır sürücü olan əmisi Şahid7 kömək etdiyini, sonuncunun tır sürücüsü ilə danışaraq bütün məsələləri həll etdiyini, həmin avadanlıqların keçirilməsi üçün tır sürücüsünə 1200 manat pul verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs və Şahid8 ifadələrinin həqiqəti əks etdirib-etdirməməsi də birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmış, hər hansı avadanlığın alınmasına dair heç bir rəsmi sənəd təqdim edilməmiş, təqdim edilmiş fotoşəkillərdə olan avadanlıqların məhz Zərərçəkmiş şəxs1 ASC-dən götürülmüş kredit vəsaitləri hesabına alınması barədə də heç bir təsdiqedici sənəd təqdim olunmamışdır. Təqsirləndirilən şəxs fəaliyyətinə gəldikdə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN**********) xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə xarici ticarət fəaliyyətləri haqqında komitənin məlumat bazasında hər hansı məlumat olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs əmisi Şahid7 məhkəməyədək icraat zamanı ifadəsində Şahid8 göstərdiyi xüsusatların həqiqəti əks etdirmədiyini, bir ildən çoxdur ki, həmin şəxslə əlaqə saxlamadığını, nə işlə məşğul olması haqqında ümumiyyətlə məlumatının olmadığını, ondan ötrü heç bir tır sürücüsü ilə danışmadığını və hər hansı avadanlığın Gürcüstan Respublikasına göndərilməsində iştirak etmədiyini bildirmişdir. Şahid8 sərhədkeçmə barədə məlumatlarından görünür ki, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Heydər Əliyev adına hava limanından Gürcüstan Respublikasına getmiş, xx.xx.2022-ci il tarixdə isə Türkiyə Respublikasından Azərbaycan Respublikasının ərazisinə giriş etmişdir. Şahid7 sərhədkeçmə barədə məlumatlarından görünür ki, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasından Samur postu vasitəsilə Azərbaycan Respublikasının ərazisinə giriş etmişdir. Bundan sonrakı tarixlərdə ölkə sərhədlərini tərk etməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ASC-dən əldə etmiş olduğu kredit vəsaitləri hesabına hər hansı avadanlığın alınması barədə göstərdiyi xüsusatlar həqiqəti əks etdirməmişdir. Onun niyyəti Zərərçəkmiş şəxs1 ASC-nin etibarından sui-istifadə edib hər hansı öhdəliyi yerinə yetirməyərək nəzərdə tutduğu pul vəsaitini götürmək, 24 kredit müqaviləsi əsasında əldə etdiyi pul vəsaitlərini təyinatı üzrə xərcləməmək, şəxsi ehtiyaclarına sərf etmək, bir hissəsini kredit xətlərinin yenidən açılması məqsədilə həmin kreditlərin ödənilməsinə yönəltmək və daha çox pul əldə etmək olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs ifadəsində “Qayıdışın izi ilə” adlı layihəni hazırlamaq üçün Azərbaycan Respublikasının Gənclər Fondundan 185000 manat pul vəsaitini özünün rəhbəri olduğu müəssisələrə köçürdüyünü desə də, cinayət işinin materiallarında olan sübutlarla bunun əksi müəyyən edilir. Çünki, Gənclər Fondu tərəfindən “Qayıdışın izi ilə” adlı layihə tərəflər arasında bağlanmış müqavilədə öz əksini tapmamışdır. "xxxx" X11 birliyinin adından bağlanmış formal müqavilələrdə birlik adından Şahid4 ad-soyadı qeyd edilmiş və Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırılmaqla imza atılmışdır. Qeyd olunan əməllər Təqsirləndirilən şəxs tərəfindən Şahid4 məlumatı olmadan törədilmiş, müqavilələrdə digər tərəfin özünə məxsus cəmiyyətlər olması səbəbindən, birlik adından Şahid4 ad və soyadını qeyd edərək əvəzindən imzalamaqla rəsmi sənədi saxtalaşdırmışdır. Təqsirləndirilən şəxs Gənclər Fondu tərəfindən "xxxx" X11 Birliyinə ayrılmış və birliyin bank hesabına köçürülmüş 185000 manat pul vəsaitini həmin pul vəsaitlərinin guya layihəsinin icrası ilə əlaqədar görüntü yaradaraq özünə məxsus cəmiyyətlərin bank hesablarına köçürmüş, köçürmə zamanı müqavilələrin hər iki tərəfindən öz ad-soyadı olmaması məqsədilə İctimai Birliyin adından Şahid4 adını yazmaqla onun imzasını saxtalaşdırmış, daha sonra həmin pul vəsaitlərinin xərclənmə istiqamətlərinin müəyyənləşdirilməməsi üçün əvvəlcə arvadı Şahid1 adına açdığı cəmiyyətin bank hesabına, daha sonra isə "xxxx" MMC-nin hesabına köçürməklə müxtəlif vaxtlarda ayrı-ayrı məbləğlərdə nağdlaşdırmaqla mənimsəmiş, pul vəsaitlərinin bir hissəsini isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq idarələrinə gəlir vergisi, sosial ödənişlər, icbari tibbi sığorta kimi ödənişlərə sərf etmişdir. Şahid4 də birinci instansiya məhkəməsində verdiyi ifadəsində “Qayıdışın izi ilə” adlı layihənin Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən dəstəklənmədiyini bildirmişdir. Şikayətin əməlin 308-ci maddəsi ilə tövsifin əsassız olması dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi artıq buna hüquqi mövqe bildirildiyindən və CMin 308.2-ci maddəsini ittihamdan xaric etdiyindən, şikayətin müvafiq dəlillərinə münasibət bildirilməsi zərurəti aradan qalxmışdır. Beləliklə, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etməsinin və mənimsəməsinin, vəzifə saxtakarlığı törətməsinin müəyyən edilmiş sayılmasına dair qənaətləri müdafiə tərəfinin göstərdiklərinin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara, o cümlədən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrinə, müvafiq istintaq hərəkətlərinin protokollarına əsaslanır. Hazırkı halda, Təqsirləndirilən şəxs əməlləri CM-in 178.3.2, 179.3.2 və 313-cü maddələri ilə uzlaşmış, hökm “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında göstərilən izaha riayət etməklə qəbul edilmişdir. Təqsirləndirilən şəxs təyin olunan cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət – hüquqi normaların işığında apellyasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Təqsirləndirilən şəxsin törətdiyi həmin əmələ görə cinayət qanununun 178.3.2 və 179.3.2-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət-beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmədən, 313-cü maddəsinin müəyyən etdiyi məhrumiyyət isə müəyyən etdiyi məhrumiyyət min beş yüz manatdan üç min manatadək cərimə və ya bir ildən iki ilədək islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl cinayətlər Məcəlləsinin 15-ci maddəsində ağır (178.3.2 və 179.3.2), böyük ictimai təhlükə törətməyən (313) cinayət kimi təsnif edilmişdir. Təqsirləndirilən şəxs əməlləri nəticəsində zərərçəkmiş şəxslərə ümumilikdə 527538 manat ziyan dəymiş, həmin ziyan tam ödənilməmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən hallar kimi himayəsində bir azyaşlı uşağının olmasını, ziyanın qismən ödənilməsini, əvvəllər məhkum olunmamasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 178.3.2, 179.3.2 və 313-cü maddəsinin sanksiyası daxilində nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin ediləcək cəza məhkum edilən şəxsin islah olunması məqsədinə cavab verməlidir. Əks halda cinayət qanunvericiliyində təsbit edilmiş cəzanın sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq kimi məqsədlərinə nail olunmasını mümkünsüz etməklə, əksinə qeyd olunan cinayət hadisələrini müşahidə etmiş digər şəxslərdə, belə bir cinayət əməlini törətmiş şəxsin yekun etibarı ilə cəzasız qalması düşüncəsi yaratmaqla, sonuncularda zərərli sosial-psixoloji meyillərin və kriminogen xüsusiyyətlərin formalaşmasına yol aça bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CMin 178.3.2, 179.3.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair 19 fevral 2024-cü il tarixli, 1(101)-153/2024 saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 178.3.2, 179.3.2 və 313-cü maddələri ilə məhkum edilməsinə dair 19 fevral 2024-cü il tarixli, 1(101)-153/2024 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 oğlu tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-849/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-849/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver