Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-850/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Zəki Baba oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apelyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 1(003)-16/2021 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim Əkrəm Qəhrəmanov) 18 mart 2021-ci il tarixli, 1(003)-16/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 avqust 2020-ci il tarixdən 18 mart 2020-ci il tarixədək həbsdə və “ev dustaqlığı”nda olduğu 7 (yeddi) ay 17 (on yeddi) gün ona təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 2 (iki) il 4 (dörd) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 2 (iki) il 4 (dörd) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vuraraq xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 noyabr 2019-cu il tarixdə, saat 23 radələrində Bakı şəhər, Xəzər rayonu Türkan qəsəbəsində yerləşən daş karxanasında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla qəsdən bir dəfə vuraraq ona sol əlin kəsilmiş yarası əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuraraq xuliqanlıq etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid olmaqla subyektiv cəhətdən birbaşa qəsdlə törədildiyini, əməlin ictimai təhlükəliliyinin ilk növbədə həmin cinayətin obyekti ilə bağlı olduğunu, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərkən cinayət törədilmə üsulunun, yəni məhkum edilmiş şəxsin qeyd olunan cinayəti zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirməklə törətməsinin nəzərə alınmadığını, bununla da məhkəmənin cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən, törədilmə üsuluna əhəmiyyət vermədiyini, bütün bu halların Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasının mümkün olmamasını və şərti məhkum etmənin onun islah olunmasına cavab vermədiyini göstərməsinə baxmayaraq məhkəmənin bu halları nəzərə almadan hökmlə təyin edilmiş cəzanı şərti olaraq tətbiq etməkdə haqlı olmadığını, Təqsirləndirilən şəxs əvvəllər də xuliqanlıq cinayətinə görə məhkum olunduğunu, onun həmin cinayətə görə məhkumluğu ödənilmiş olsa da, məhkəmə tərəfindən həmin halın Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınmadığını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi səbəblərinin kifayət qədər əsaslandırılmadığını qeyd edərək Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair 18 mart 2021-ci il tarixli hökmünün təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək protestin təmin edilməsini, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair 18 mart 2021-ci il tarixli hökmünün təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya protestinin əsassız olduğunu qeyd edib onun əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olmadığını, zərərçəkmiş şəxslə aralarında mübahisə edərkən hadisə yerində onlardan başqa kənar şəxsin olmadığını bildirib protestin təmin edilməməsini, hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair 18 mart 2021-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməli, AR CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya protestinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya protestinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İbtidai istintaq orqanının və işə baxan birinci instansiya məhkəməsinin mövqeyinə görə Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla qəsdən bir dəfə vuraraq ona sol əlin kəsilmiş yarası əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuraraq xuliqanlıq etmişdir. Məhkəmə kollegiyası ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibinin olmadığı, onun əməlində yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibinin aşkar müəyyən edildiyi halda həm ibtidai istintaq, həm də işə baxan birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlinməsi və məhkum edilmiş şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları ümumiyyətlə nəzərə almadan onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli olması qənaətinə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, 28 noyabr 2019-cu il tarixdə, axşam saat saat 22 radələrində Türkan qəsəbəsindən tanışı Mehdi adlı şəxs ona zəng edərək karyerə gəlməyini və karxanada yanan təkərin yanında olduğunu demişdir. Təminən saat 23 radələrində o, karkanaya getmiş və yanan təkərin yanında bir nəfər şəxsi Mehdiyə oxşatdığı üçün ona “Yolkabaş neynirsən” gəl bura demişdir. Həmin şəxs ona yaxınlaşdıqda onun Mehdi olmadığını görmüş və 5 dəqiqə sözlə mübahisə etdikdən sonra ayrılmışlar. Təxminən 30 metr kənarda Mehdiyə məxsus “Zil” markalı avtomaşını görüb oraya getmiş və sağ tərəfdə oturacaqda Mehdinin yanında oturmuşdur. Mehdi mübahisə etməsinin səbəbini soruşmuş, o isə Mehdi ilə həmin şəxsi səhv saldığını demişdir. Təxminən 10 dəqiqə sonra 5-6 nəfər şəxs avtomobilin yanına gələrək daş parçaları ilə Mehdinin avtomobilinin şüşələrinə atmışlar. Mehdi avtomobildən düşərək getmişdir. O isə avtomobildən yerə düşmüş və həmin şəxslər onu üzü üstə yerə yıxaraq əlini arxadan ip ilə bağlamışlar. Lakin gecə olduğu üçün həmin şəxslərin üzlərini yaxşı görməmişdir. Onunla mübahisə edən şəxsin orada olub-olmaması yadında deyildir. Belə ki, gecə olmuşdur və orada işıq olmamışdır. Təxminən 15-20 dəqiqə həmin şəxslər onu döymüşlər. Bir qədər sonra karxanaya polis əməkdaşları gələrək onun əllərini açmışlar və onu təcili tibbi yardım ilə xəstəxanaya aparmışlar. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 28 noyabr 2019-cu il tarixdə gecə növbəsində o, qardaşı Məmməd, qardaşı Rövşən, xalası nəvəsi İxtiyar, kəndçisi Şahmalı, dayısı nəvəsi Nəcəf və bir nəfər Kamaz markalı avtomobilin tanımadığı sürücüsü olmuşdur. 28 noyabr 2019-cu il tarixdə, axşam saat 23 radələrində hava soyuq olduğu üçün karxanada təkər yandırıb qızınmışdır. İş yoldaşları isə ondan təxminən 300 metr məsafədə işləmişlər. Həmin vaxt tanımadığı, lakin sonradan adının Aydın olduğunu bildiiyi şəxs yaxınlaşaraq onu nalayiq sözlərlə söymüşdür. Həmin şəxs əlində bıçaqla onu vurmaq istəyərkən o, sol əli ilə bıçağı tutmuşdur. Bu zaman Aydın bıçağı geri çəkmiş və onun əli qanamışdır. O, qışqıra-qışqıra dərhal iş yoldaşlarının yanına qaçmışdır. O, iş yoldaşlarına Aydın adlı şəxsin onun əlini bıçaqla kəsdiyini bildirmiş və huşunu itirərək yerə yıxılmışdır. Ayılanda təcili tibbi yardım maşınında olduğunu görmüşdür. O, hadisə zamanı Təqsirləndirilən şəxs vurmamış və onun həmin xəsarətləri hansı şəraitdə alması barədə məlumatı yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə qohumluğu çatır. Atasının idarə etdiyi “Zil” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ilə Türkan qəsəbəsi ərazisində daş daşımışdır. Lakin onun sürücülük vəsiqəsi olmamışdır. 28 noyabr 2019-cu il tarixdə həmin avtomobil ilə qohumu Xaləddinə məxsus daş karxanasından daş yükləmək üçün getmişdir. Həmin vaxt Aydın ilə danışdıqda Aydına karxanada olduğunu demişdir. Saat 22 radələrində “Zil” markalı avtomobilində oturan zaman Aydın onun yanına gələrək sağ oturacaqda oturmuşdur. Aydın həyacanlı olmuş və fəhlənin birini onunla səhv saldığı üçün mübahisələrinin düşdüyünü demişdir. Həmin vaxt Aydının əlində parıldayan nəsə olmuş, bıçağı oxşamışdır. Təxminən 5 dəqiqə sonra 5 nəfər şəxs avtomobilin yanına gələrək Aydına avtomobildən düşməyini demişlər. O, avtomobili işə salmaq istəsə də, avtomobil işə düşməmişdir. Aydın yerə düşmək istəmədikdə onlar yerdən daş parçaları götürərək avtomobilinin şüşəsinə atmışlar və avtomobilin şüşəsi sınmışdır. Lakin şüşə qırıntıları nə Aydına, nə də ki, ona dəyməmişdir. Bu vaxt Aydın və o avtomobildən yerə düşmüşlər. Aydın ilə həmin şəxslər mübahisə etməyə başladıqda o, oradan uzaqlaşmış və nə baş verdiyini görməmişdir. Birinci instansiya məhkəməsində Şahid5 Zərərçəkmiş şəxs ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində ifadəsi elan olunmuş Şahid1 istintaq zamanı göstərmişdir ki, 24 noyabr 2019-cu il tarixdə işləmək üçün Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Amil adlı şəxsə məxsus daş karxanasında getmişdir. 28 noyabr 2019-cu il tarixdə axşam saat 10-11 radələrində karxanada iş yoldaşları Rövşən, Şahmalı, İxtiyar, Məmməd, Ələkbər və o, Kamaza daş yükləmişlər. O, həmin yerdən təxminən 200 metr aralıda olan vaqonda özlərinə içmək üçün çay hazırlamağa getmişdir. Təxminən 30 dəqiqə sonra polka tərəfdən qışqırtı səsi eşidib yoldaşlarının yanına getmişdir. Həmin vaxt Məmməd və digərlərinin bir nəfər şəxsi əli bağlı vəziyyətdə yol tərəfə çıxardıqlarını görmüşdür. Həmin şəxsin ağız burnu qanın içində olmuşdur. O, yoldaşlarından həmin şəxsin kim olduğunu soruşduqda yoldaşları həmin şəxsin Ələkbərin əlini bıçaqla vurduğunu bildirmişlər. Birinci instansiya məhkəməsində ifadəsi elan olunmuş Şahid3 istintaq zamanı göstərmişdir ki, 24 noyabr 2019-cu il tarixdən Xəzər rayonu Türkan qəsəbəsində yerləşən Amil adlı şəxsə məxsus daş karxanasında işləyir. Karxanada gecə növbəsi işləmiş, gündüzləri isə karxanada olan vaqonda istirahət etmişdir. 28 noyabr 2019-cu il tarixdə, axşam saat 23 radələrində karxanada o, iş yoldaşları Məmməd, Rövşən, Şahmalı və Nəcəf ilə Kamaz markalı maşina daş yükləmişlər. İş yoldaşı Ələkbər isə hava soyuq olduğu üçün 300 metr aralıda təkər yandırıb qızışmışdır. Birdən Ələkbər qaçaraq onların yanına gəlmiş və bir nəfər şəxsin bıçaqla əlini kəsdiyini demişdir. Onlar dərhal həmin şəxsi tapmaq üçün təkər yanan yerə getmişlər. Orada Mehdi adlı şəxs özünə məxsus Zil markalı avtomobildə yük üçün gözləmiş və onun yanında kobinkada bir nəfər şəxs oturmuşdur. Onlar həmin şəxsdən Ələkbəri nə üçün bıçaqla vurduğunu soruşmuşlar. Həmin şəxs Zilin yan şüşəsini aşağıya endirmiş və əlindəki bıçağı onlara göstərərək “üstümə gəlsəniz sizidə bıçaqlayaram” demişdir. Onlar həmin şəxsə avtomobildən düşməyini desələr də, həmin şəxs düşməmişdir. Bundan sonra o, və Rövşən yerdən daş parçaları götürüb Zil markalı avtomobilə atmışlar. Zilin sürücüsü Mehdi avtomobili daşladıqlarını görüb həmin şəxsi yerə düşürtmüşdür. Bundan sonra adının Aydın olduğunu bildiyi şəxs onların üstünə hücum etmişdir. Həmin şəxsin bıçaqla onları da, vuracaqlarından qorxduğu üçün hərəsi bir tərəfə qaçmışlar. Bundan sonra Aydının ayağı ilişmiş və yerə yıxılmışdır. O, Rövşən və Məmməd birlikdə Aydının əllərini ip ilə bağlamışlar. Sonra Məmməd DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gəlmişlər və onlar Ələkbəri huşsuz vəziyyətdə polis maşınına tərəf aparmışlar. Zil markalı avtomobilin sürücüsü Mehdi isə onlar avtomobili daşlayarkən avtomobildən düşmüş və sonradan onu görməmişlər. Şahid3 ərizə ilə birinci instansiya instansiya məhkəməsində müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində elan olunmuş şahid X4 istintaq zamanı göstərmişdir ki, 24 noyabr 2019-cu il tarixdən Xəzər rayonu Türkan qəsəbəsində yerləşən Amil adlı şəxsə məxsus daş karxanasında işləyir.O, karxanada gecə növbəsi işləyir, gündüzləri isə karxanada olan vaqonda istirahət edir. 28 noyabr 2019-cu il tarixdə, axşam saat 23 radələrində iş yoldaşları Rövşən, Məmməd, Nəcəf, İxtiyar ilə karxanada Kamaza daş yükləmişlər. İş yoldaşı Ələkbər isə hava soyuq olduğu üçün 300 metr aralıda təkər yandırıb isinmişdir. Birdən Ələkbər qaçaraq onların yanlarına gəlib bir nəfər şəxsin bıçaqla əlini kəsdiyini demişdir. Onlar həmin şəxsi tapmaq üçün təkər yanan yerə getmişlər. Orada Mehdi adlı şəxs özünə məxsus Zil markalı avtomobildə oturmuş, yanında isə bir nəfər şəxs oturmuşdur. Onlar həmin şəxsdən Ələkbəri nə üçün bıçaqla vurduğunu soruşmuşlar. Həmin şəxs Zilin yan şüşəsini aşağıya endirərək əlindəki bıçağı göstərib “üstümə gəlsəniz sizidə bıçaqlayaram” demişdir. Bundan sonra o, yerdən 4-5 ədəd daş parçası götürüb Zil markalı avtomobilə atmışlar. Zilin sürücüsü Mehdi həmin şəxsi yerə düşürtmüş, özü isə oradan çıxıb getmişdir. Bundan sonra adının Aydın olduğunu bildiyi şəxs onların üstünə gəlmişdir. Onlar Aydının onları da, bıçaqla vuracağından qorxduqları üçün hərəsi bir tərəfə qaçmışlar. Bundan sonra Aydının ayağı ilişmiş və yerə yıxılmışdır. O, Rövşən, İxtiyar və Məmmədlə birlikdə dərhal Aydının əllərini ip ilə bağlamışlar. Məmməd DİN 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Birinci instansiya məhkəməsində ifadəsi elan olunmuş Şahid4 istintaq zamanı şahid X1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermiş, 30 oktyabr 2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizasının Xəzər rayon şöbəsinin 28 dekabr 2019-cu il tarixli, 1486 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol əlin kəsilmiş yarası kəsici təsirə malik əşya ((alət)ola bilsin bıçaq) təsirindən törənmiş, törənmə müddəti onun 3 saylı Kiliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 28 noyabr 2019-cu il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyini, Təqsirləndirilən şəxs şəxsə qarşı şikayət və tələbinin olmadığını qeyd edərək Təqsirləndirilən şəxs cəza təyin edilməsini istəmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(103)-297/2021 nömrəli hökmündən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin X2, Şahid3 və Şahid4 AR CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə məhkum edilmələrinə dair 17 sentyabr 2020-ci il tarixli hökmü ləğv edilmiş, X2, Şahid3 və Şahid4 əməllərində AR CM-nin 221.3-cü maddəsinin tərkibi olmadığından onlara həmin maddə ilə bəraət verilmiş, onların hər birinin təqsirli bilindikləri AR CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilmiş, AR CM-nin 73.2-ci maddəsinə əsasən X2, Şahid3 və Şahid4 zərərçəkmiş şəxslə barışdıqlarından və ona dəymiş ziyanı tamamilə ödədiklərindən həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkum edilmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, eksperti rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, məhkum edilmiş şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibi olmamaqla onun yalnız zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurması iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün 28 noyabr 2019-cu il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını əhəmiyyətli hesab edir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, o cümlədən, şahidlər Şahid5, Şahid1, Şahid3, X1 və Şahid4 biri digəri uzlaşan ifadələrindən görünür ki, hadisə baş verən günü, yəni 28 noyabr 2019-cu il tarixdə, axşam saat 23:00 radələrində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən daş karxanasında Rövşən, Məmməd, Nəcəf, İxtiyar Kamaza daş yükləyərkən iş yoldaşları, yəni hazırki iş üzrə zərərçəkmiş şəxs Ələkbər Mənzurzadə hava soyuq olduğu üçün təxminən 300 metr aralıda təkər yandırıb isinmiş, birdən Ələkbər qaçaraq onların yanlarına gəlib bir nəfər şəxsin bıçaqla əlini kəsdiyini demiş və onlar həmin şəxsi tapmaq üçün təkər yanan yerə getmişlər. Bununla yanaşı, şahid qismində dindirilmiş Məsum-X5 ifadəsindən görünür ki, o, “Zil” markalı avtomobilində oturan zaman Aydın onun yanına gələrək sağ oturacaqda oturmuş, Aydın həyacanlı olmuş və fəhlənin birini onunla səhv saldığı üçün mübahisələrinin düşdüyünü demiş, həmin vaxt Aydının əlində parıldayan nəsə olmuş, həmin əşya bıçağa oxşamış və təxminən 5 dəqiqə sonra 5 nəfər şəxs avtomobilin yanına gələrək Aydına avtomobildən düşməsini demişlər. Göründüyü kimi hadisə zamanı qeyd olunan şəxslərdən heç biri hadisəni görməmiş, Şahid5, Şahid1, Şahid3, X4 və Şahid4 yalnız zərərçəkmiş şəxs onların yanına gələrək hadisəni bildirdikdən sonra Təqsirləndirilən şəxs onun əlini bıçaqla kəsməsini bilmişlər, X6 oğlu isə hadisədən sonra Təqsirləndirilən şəxs gəlib onun maşınına oturduqda onun kiminləsə mübahisənin olduğundan xəbər tutmuşdur ki, bu da hadisə baş verən zaman həmin şəxslərdən hər hansı birinin hadisə yerində olmaması və hadisə yerində yalnız məhkum edilmiş şəxslə zərərçəkmiş şəxsin olması qənaətinə gəlməyə əsas verir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ümumiyyətlə özünü cinayət əməlinin törədilməsində təqsirli bilməyərək Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmədiyini qeyd edib sadəcə mübahisə etdiklərini bildirsə də, onun həmin ifadəsindən də görünür ki, həmin mübahisə zamanı hadisə yerində zərərçəkmiş şəxslə onun özündən başqa kənar şəxs olmamışdır. Göründüyü kimi, iş üzrə toplanmış, həm ibtidai istintaq orqanının ittiham aktında, həm də işə baxan birinci instansiya məhkəməsinin hökmdə sadalayaraq istinad etdiyi sübutlarla 28 noyabr 2019-cu il tarixdə, saat 23 radələrində Bakı şəhər, Xəzər rayonu Türkan qəsəbəsində yerləşən daş karxanasında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə əsnasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi silah qismində istifadə etdiyi bıçaqla qəsdən bir dəfə vuraraq ona sol əlin kəsilmiş yarası əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid olan xəsarət yetirərkən hadisə yerində onlardan başqa heç kim olmamış və həmin hadisəni görən bir nəfər şəxs belə müəyyən edilməmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi qeyd olunan xüsusatın üstündən keçərək, həmin hala heç bir münasibət bildirmədən, həmin halı iş materiallarında təkzib edən heç bir sübutun olmadığı halda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vuraraq xuliqanlıq etməsi qənaətinə gəlməklə kifayətlənərək gəldiyi nəticəni əsaslandırmağa lüzum görməmişdir. Halbuki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 6-cı bəndinin 3-cü abzasına əsasən Hökmün təsviri hissəsində həmçinin müttəhimin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Müttəhim tədqiqat və ya ibtidai istintaq dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Göründüyü kimi, nə ibtidai istintaq orqanı, nə işə baxan birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsi xuliqanlıq cinayəti üzrə təqsirli bilərkən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinin nədən ibarət olduğunu açıqlamamış, onun hərəkətində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək onun müvafiq əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişlər. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, hadisə baş verən vaxt hadisə yeri olan Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində yerləşən daş karxanasında məhkum edilmiş şəxslə və zərərçəkmiş şəxsdən başqa kənar şəxslər olmamış, məhkum edilmiş şəxsin Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurması nə daş karxanasının normal fəaliyyətinin pozulmasına, nə də ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olmamışdır. Bununla yanaşı, nəzərə alınsa ki, xuliqanlıq cinayətin dispozitiv əlamətlərindən biri olan “cəmiyyətə açıqca hörmətsizlik etmə” özündə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsini ehtiva edir, hazırki halda isə hadisə vaxtı, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bıçaqla xəsarət yetirərkən hadisə yerində heç kəsin olmaması, həmin hadisəni birbaşa görən şəxsin müəyyən edilməməsi, zərərçəkmiş şəxsin iş yoldaşlarının hadisədən yalnız zərərçəkmiş şəxsin hadisədən sonra onların yanına qaçaraq məhkum edilmiş şəxsin bıçaqla əlini kəsdiyini deməsindən sonra xəbər tutmaları Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərindən biri olan obyektiv cəhətinin mövcud olmadığına dəlalət edir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, həm, istintaq orqanı, həm də işə baxan birinci instansiya məhkəməsi hər hansı cinayət əməlinin törədildiyi yer və şəraitin də, əməlin xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdən biri olduğunu nəzərə almalı olduğu halda təqsirləndirilən şəxsin əməlini tövsif edərkən hadisənin törədildiyi yeri nəzərə almamışlar. Belə ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham elan edərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş, Təqsirləndirilən şəxs əməlini hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsini, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasını, hansı ictimai qaydanı pozmasını və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını irəli sürdüyü ittihamda göstərməməklə ittihamı daha çox ehtimallar üzərində qurmuş, işə baxan birinci instansiya məhkəməsi isə hökmdə ittihamda göstərilən hallara istinad etməklə kifayətlənmişdir. Halbuki, iş materiallarından aşkar şəkildə görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına, bu pozuntunun nədə ifadə olunduğunu göstərən, o cümlədən, cəmiyyətə açıqca hörmətsizlik edilməsinə dəlalət edən konkret hallar nəinki məhkəmədə müəyyən edilməmiş, belə faktlara məhkum edilmiş şəxsə irəli sürülmüş ittihamda da istinad olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsini etiraf etməsə də, onun zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər yetirməsi həm zərərçəkmiş şəxsin özünün, həm yuxarıda göstərilən şahidlərin ifadələri və iş materiallarında olan məhkəmə tibbi ekspertizasının 28 dekabr 2019-cu il tarixli, 1486 nömrəli rəyi ilə tam olaraq sübuta yetirilmiş və məhkəmə kollegiyası məhkum edilmiş şəxsin həmin hissədə verdiyi ifadəni iş materiallarında olan digər sübutlarla uzlaşmayan özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Həmçinin, iş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, o, məhkum edilmiş şəxslə barışmış və Təqsirləndirilən şəxs şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qanunvericiliyin tələblərini rəhbər tutan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə onlara qarşı cinayət təqibinə xitam verilməlidir. Verilmiş apellyasiya protestinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, protestdə məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın şərti hesab edilməsi mübahisələndirildiyindən, hazırda isə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən protestdə istinad olunmuş dəlillərə münasibət bildirilməsi zərurəti aradan qalxmış olur. Beləliklə, məhkəmə kollegiyası ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair 18 mart 2021-ci il tarixli, 1(003)-16/2021 saylı hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya protestinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 399.1.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair 18 mart 2021-ci il tarixli, 1(003)-16/2021 saylı hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməklə ona qarşı cinayət təqibinə xitam verilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-850/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-850/2021
02.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver