Məhkəmə qərarları › İş №1(103)-851/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-851/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-851/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, X29 və X15 ibarət tərkibdə, Məhkəmə iclas katibi X11, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X18, Məhkum Təqsirləndirilən şəxs, müdafiəçiləri Bakı şəhəri “Sirius” Vəkil Bürosunun Müdafiəçi3, Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olan), fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Bakı İstintaq Təcridxanasında saxlanılan Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(002)-8/2024 saylı hökmündən məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(002)-8/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddətin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılması və ona qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının əvvəlinin həbsə alındığı gündən, yəni 15 fevral 2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmə əsasən müəyyən edilmişdir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 mart 2023-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 233 saylı orta məktəbin qarşısında saxlanılıb, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilərək həmin tarixdə saat 01:35 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,315 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,316 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib sənədləşdirilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən narazı qalan məhkum olunmuş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(002)-8/2024 saylı hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə şahid qismində dindirilmiş X1 ifadəsi ilə tanış olan zaman məlum olur ki, müdafiəçisi olduğu şəxsin saxlanılması ilə bağlı Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 və Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid2 vermiş olduqları ifadələr həqiqəti əks etdirmir. Eyni zamanda bu hal onu da təsdiq edir ki, müdafiəçisi olduğu Təqsirləndirilən şəxs saxlanılması və polis bölməsinə gətirilməsi ilə bağlı hadisələrin baş vermə mexanizmi istintaq orqanının əməkdaşları tərəfindən saxtalaşdırılmışdır. Təqsirləndirilən şəxs, polis əməkdaşı Rəfail İmamverdiyevin və müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Pirəli Rəhimovun məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələr bir daha təsdiq edir ki, müdafiəçisi olduğu şəxsin saxlanılması və polis bölməsinə gətirilməsi ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə səhər saatlarında saxlanılaraq polis bölməsinə aparılmasını təsdiq edən kifayət qədər mötəbər sübutlar mövcuddur. Qaradağ Rayon Məhkəməsində müdafiəçisi olduğu Təqsirləndirilən şəxs qohumlarının şahid qismində dindirilməsi ilə bağlı verilmiş vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Halbuki, müdafiəçisi olduğu şəxsin qohumları iş üzrə şahid qismində dindirilsəydi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə səhər saatlarından polis bölməsində olması tək qohumların vermiş olduğu ifadə ilə deyil, həmçinin həmin şəxslərin məhkəməyə təqdim etmək imkanında olduqları digər mötəbər sübutlarla da öz təsdiqini tapmış olacaqdı. Tərəfindən izahatı alınmış Təqsirləndirilən şəxs qardaşı X26 izahatında qeyd etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023 -cü il tarixdə səhər saatlarında saxlanılaraq polis şöbəsinə aparılmışdır və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində saxlanılaraq polis bölməsinə aparılması ilə bağlı qeyd olunanlar həqiqəti əks etdirmir. Eyni zamanda Azad Hüseynov dediklərini təsdiq edən hal kimi qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində polis bölməsinin qarşısında olan zaman qardaşını saxlayan polis əməkdaşlarından X4 ona yaxınlaşaraq qardaşı Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin şəklini ona göndərməsini xahiş etmiş, bundan sonra Azad Hüseynov istifadəsində olan telefonunun “vatsap” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin şəklini xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Rəfail İmamverdiyevə göndərmişdir və aralarında keçən yazışma hal-hazırda telefonunda saxlanılmaqdadır. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti təmin olunmuş olsa idi, Azad Hüseynovun telefonuna məhkəmədə baxış keçirilər və xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin polis əməkdaşına göndərilməsi öz təsdiqini tapardı. Azad Hüseynovun qeyd olunan tarixdə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin şəklini polis əməkdaşına göndərməsini nəzərə alsaq, deyə bilərik ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə səhər saatlarında saxlanılaraq polis bölməsinə gətirilmişdir. Tərəfindən izahatı alınmış Təqsirləndirilən şəxs anası X23 izahatında qeyd etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:30 da polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, o, oğlunun səhər saatlarında saxlanılmasını qızı Anna Qruşkodan xəbər almış, daha sonra istifadəsində olan telefonundakı “vatsap” mobil tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs arvadı X5 yollayaraq bu barədə maraqlanmışdır. Eyni zamanda Lyubov Hüseynova öz izahatında həmin səs fayllarının telefonunda saxlanıldığını və həmin səs yazılarını məhkəməyə təqdim etmək istədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs anası X23 şahid qismində dindirilmiş olsa idi, məhkəmə sonuncunun istifadəsində olduğu telefona baxış keçirdikdən sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə səhər saatlarında saxlanılaraq polis bölməsinə aparıldığı qənaətinə gələrdi. Tərəfindən izahatı alınmış Təqsirləndirilən şəxs arvadı X20 izahatında qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saat 07:45 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək polis əməkdaşlarının yaşadıqları ünvana gəldiklərini bildirmiş və övladlarını məktəbə apardıqdan sonra polis bölməsinə gedəcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs həmçinin ondan qardaşı Azad Hüseynova zəng etməsini və polis bölməsinə yaxınlaşmasını istəmişdir. X33 Hüseynovun xx.xx.2023-cü il tarixdə 00:30-da saxlanılması ilə bağlı bildirmişdir ki, qeyd olunanlar həqiqəti əks etdirmir. Belə ki, Təqsirləndirilən şəxsla polis bölməsinə çatmamışdan öncə son dəfə telefon əlaqəsi saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs anası Lyubov Hüseynova səhər saatlarında “vatsap” proqramı vasitəsilə ona səs ataraq Temur Hüseynovun saxlanılaraq polis bölməsinə aparılması barədə məlumat vermiş və həmin səs yazıları hal-hazırda telefonunda saxlanılmaqdadır. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs arvadı X17 da şahid qismində dindirməmiş və onun istifadəsində olan mobil telefona baxış keçirməmişdir. Natamam aparılmış məhkəmə istintaqının nəticəsidir ki, ona elan olunmuş ittiham üzrə heç bir təqsiri olmayan Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmışdır. Belə ki, iş üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılması birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuş olsa idi, müdafiəçisi olduğum Təqsirləndirilən şəxs guya xx.xx.2023-cü il tarixdə saat 00:30-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 233 saylı orta məktəbin qarşısında saxlanılması ilə bağlı istintaq orqanının qurmuş olduğu hadisələrin saxta baş vermə mexanizmi tam şakildə ifşa olardı və müdafiəçisi olduğu şəxsin həmin saatlarda artıq Qaradağ RPİ-nin 10-cu PB-də olması öz təsdiqini tapardı. Hökmdən apellyasiya protesti verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs, onun müdafiəçiləri apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etdi. İşin hüquqi məsələləri: Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayətprosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403- 405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, lakin Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(002)-8/2024 saylı hökmü təyin edilmiş cəzanın növü hissəsində dəyişdirilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadə etməmiş, nə də üzərində daşımamışdır. 29 mart 2023-cü il tarixdə səhər saat təxminən 8 radələrində 10-cu Polis bölməsinin Rafael və Hüseyn adlı əməkdaşları yaşadığı ünvana gələrək onu polis bölməsinə dəvət etmişlər. O, uşaqlarını məktəbə apardığını bildirərək xahiş etmişdir ki, uşaqları məktəbə qoyduqdan sonra bölməyə getsinlər. Polis əməkdaşlarıda onunla razılaşmışlar. Uşaqları məktəbə qoyduqdan sonra bu zaman əvvəllər tanıdığını Rafael adlı polis əməkdaşı onun maşınına əyləşərək birlikdə polis bölməsinə gəlmişdirlər. Polis bölməsində onun telefonunu və saatını götürmüş və ilk olaraq rəis müavininin otağına gətirmişlər. Orada ondan 28 mart 2023-cü il tarixdə harada olduğunu soruşmuşlar. O, 28 mart 2023-cü il tarixdə oğlu ilə birlikdə “Sədərək” ticarət mərkəzindən təsərrüfat materialları alıb qardaşının Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən bağına apardığını demişdir. Bundan sonra onu bölmə rəisinin otağına aparmışlar. Orada onunla sorğu-sual aparıldıqdan sonra onu bölmədə inzibati otaqların birində saxlamışlar. Daha sonra əl-barmaq izlərini çıxarmışlar. Axşam saatlarına kimi bölmədə oturmuşdur. Axşam saat təxminən 23-24 radələrində bölmənin İbrahim, Hüseyn və Rafael adlı əməkdaşları ondan narkotik vasitələri boynuna götürüb ifadə verməyini və çəkilişdə iştirak etməyini tələb etmişlər. Əks halda onu hədələyərək evində axtarış aparılacağını, meşoxla narkotik tapılacağını, bandaddelin əməkdaşlarının gəlib onun başına torba keçirərək aparıb döyəcəkləri ilə hədələmişlər. Buna görədə o qorxaraq narkotik vasitənin ona məxsus olmasının boynuna almış və bu barədə video çəkiliş aparılmışdır. İbrahim adlı əməkdaş ona narkotik vasitə verərək ifadə verməyini və çəkilişdə iştirak etməyini bildirmişdir. O, polis əməkdaşları ilə razılaşıb dəvət olunmuş müdafiəçinin iştirakı ilə keçirilmiş araşdırma zamanı narkotik vasitələrin onun olduğunu bildirmiş və çəkilişdə polis əməkdaşlarının dedikləri kimi ifadə vermişdir. Bundan sonra onu Qaradağ Polis İdarəsinə gətirmişlər. Burada da o, bölmədə verdiyi kimi ifadə vermişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zorakılıq tətbiq edilməmiş, sadəcə sözlə hədələnmişdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, 31 mart 2023-cü il tarixdə polis tərəfindən sərbəst buraxıldıqdan sonra 01 aprel 2023-cü il tarixdə öz təşəbbüsü ilə Bakı şəhərində yerləşən “Referans” klinikasında norokolji testdən keçmiş və onda hər hansı bir narkotik və ya psixotrop maddələrdən istifadə etmə halları aşkar edilməmişdir. O öz ifadəsində heç bir cinayət hadisəsi törətmədiyini və buna görədə məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə baş verən ərəfədə 10-cu PB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyirdi. Əməliyyat yolu ilə məlum, qərəzsiz mənbədən xx xxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişdir. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması məqsədilə əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü tərəfindən PBnin rəhbərliyinə raportla müraciət etmiş, məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra onun rəhbərliyi altında PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat zamanı qrup üzvlərinə davranış xətti izah olunmuşdur. Bundan sonra onun rəhbərliyi altında qrup üzvü Hüseynlə birlikdə 30 mart 2023-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 233 saylı orta məktəbin qarşısında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəsi ilə əlaqədar şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmasından ötrü Qaradağ RPİ-nin 10-cu PB-nə təmin etmişlər. Tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Bəybala Cəbrayılovun iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Video çəkiliş onun tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üstünə qoyaraq, həmin bükümlərdə olan maddələrin “kakos” və “patı” olduğunu, həmin bükümləri “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 200 manat öz istifadəsi üçün aldığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bükümlər açıldıqda, birinin içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, digər bükümdə isə ağ rəngli, kristal şəkilli kütlələr aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Keno” markalı siqaret və 1 ədəd alışqan özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşyaların aşkar edilməsi yadında qalmnamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümü zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. O öz ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və sonradan polis bölməsində olarkən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq, o cümlədən hər hansı hədə-qorxu olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş 10-cu PB-nin əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, əməliyyat yolu ilə məlum, qərəzsiz mənbədən xx xxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması məqsədilə əməliyyat qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü Şahid1 tərəfindən PB-nin rəhbərliyinə raportla müraciət edilmiş, məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra Şahid1 rəhbərliyi altında əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat zamanı qrup üzvlərinə davranış xətti izah olunmuşdur. Bundan sonra Şahid1 rəhbərliyi altında 30 mart 2023-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 233 saylı orta məktəbin qarşısında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb yaxınlaşmışlar. Özlərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəsi ilə əlaqədar şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmasından ötrü Qaradağ RPİ-nin 10-cu PB-nə təmin etmişlər. Tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Bəybala Cəbrayılovun iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdur. Video çəkiliş Şahid1 tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üstünə qoyaraq, həmin bükümlərdə olan maddələrin “kakos” və “patı” olduğunu, həmin bükümləri “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 200 manat öz istifadəsi üçün aldığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bükümlər açıldıqda, birinin içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, digər bükümdə isə ağ rəngli, kristal şəkilli kütlələr aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Keno” markalı siqaret və 1 ədəd alışqan edilib özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümü zərfə qoyularaq qablaşdırıldı. Möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. O öz ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində mobil telefon olmuş, həmin mobil telefonun götürülməsi onun səlahiyyətinə aid olmadığından həmin mobil telefonun taleyi ilə maraqlanmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və sonradan polis bölməsində olarkən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq, o cümlədən hər hansı hədə-qorxu olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili X4 öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Lökbatan sakini kimi tanımışdır, hadisə uzun müddət bundan qabaq olduğu üçün hadisəni tam dəqiq xatırlamır. Teymuru Lökbatan qəsəbəsində yerləşən 233 saylı orta məktəbin qabağında saxlayıb ordan bölməyə gətirmişlər. Onlar Teymuru saxlayan zaman Hüseyn onunla birlikdə olmuş ancaq Şahid1 onlarla birlikdə olubolmamasını tam xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs təxminən səhv etmirsə günün birinci yarısı saxlamışlar ancaq ayın tarixini dəqiq xatılamır. Onlar Teymuru 233 saylı məktəbin qarşısında saxlamışlar, polis əməkdaşı Hüseyn Teymurun maşınına minmiş oda Hüseynin maşınını sürərək 10-cu PŞ-nə gəlmişlər. Teymuru polis bölməsinə gətirən zaman üzərində olan mobil telefonu növbətçi hissəyə təhvil vermişdir. Daha sonra təqsirləndirilən şəxsi təhqiqatçının otağında təhvil vermiş və video çəkilişi zamanı orada iştirak etməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və sonradan polis bölməsində olarkən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq, o cümlədən hər hansı hədə-qorxu olmamışdır. O öz ifadəsində daha sonra əlavə olaraq bildirmişdir ki, hadisədən uzun müddət keçdiyinə görə hadisəni dəqiq xatırlamır. Birinci instansiya məhkəməsində tərəflərin razılığı ilə şahid X1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, öz ifadəsində göstərmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-də CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparmışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi Lökbatan qəsəbəsində sakini kimi tanımış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Teymur 30 mart 2023-cü il tarixdə PB-də saxlanılarkən görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Teymur narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb və şəxsi axtarış zamanı üzərindən narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs PB-nin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkil Şahid2 tərəfindən saxlanılıb PB-yə gətirilmişdir. O həmin vaxtı xidmətdə olsa da, həmin tədbirdə iştirak etməmişdir. O sadəcə Təqsirləndirilən şəxs saxlanılarkən PB-də görmüşdür. Onun tərəfindən Teymura heç bir təzyiq və ya hədə-qorxu edilməyib. İfadəsin oxumuş, sözləri düzgün yazılmışdır. Heç bir əlavəsi olmamışdır və öz imzası ilə təsdiq etmişdir. Birinci instansiya məhkəməsində müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 öz ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 4 ünvanında yaşayır. Teymurla sinifyoldaşı olublar sonra bu münasibətləri dosdluq münasibət kimi davam etmişdir. Teymurun qardaşı Azadlada dosdluq münasibəti vardır. O, əvvəllər FHNnin yanğından mühafizə idarəsinin, Yasamal Rayon Dövlət X12 işləmişdir. Daha sonra 2023-cü ilin noyabr ayında rəsmi olaraq pensiyaya çıxmışdır. Mart ayının 29-u günorta saatlarında Teymurun qardaşı Azad ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə təxminən günorta saatlarında zəng edərək Teymurun polislər tərəfindən tutularaq 10-cu Polis Bölməsinə aparıldığını, axşam işdən çıxdıqdan sonra onunla görüşə getməli olduqlarını bildirmişdir. Daha sonra onlar birlikdə axşam saat 8-9 radələrində Teymura yemək və siqaret vermək üçün 10-cu PŞ-nə getmişlər. Ancaq apardıqları yemək və siqareti gecə saat on bir-on ikidə Teymura verə bilmişlər. Teymurla mart ayının otuzu və ya otuz biri polis bölməsindən çıxdıqdan sonra görüşmüşlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023-cü il tarixli 6/1831 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs üzərindən.." sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,315 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi- 0,316 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı"na daxildir (İ siyahı). Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasinin ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"-in İ siyahisina daxildir. Heronin təmiz çəkini 0,315 qram, tədqiqata sərf olundu-0,10 qram, qalıq 0,215 qram. Metamfetaminin təmiz çəkini 0,316 qram, tədqiqata sərf olundu-0,10 qram, qalıq 0,216 qram. Ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X34 Şəxsi Ambulator X3 20 aprel 2023-cü il tarixli, 2359 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərdən və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “X13 Mərkəzi və Poliklinikası” tərəfindən verilmiş 01 aprel 2023-cü i tarixli analizin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə narkotesti (kart-test) aparılmış və AMP-Amphetamines 1000 ng/ml, BAR-Barbiturates 300 ng/ml BZD-Benzodiazepines 300 ng/ml, COCCocaine 300 ng/ml MDMA- Methylenedioxymethamphetamine 500 ng/ml, MOP-Morphine 300 ng/ml MTD Methadone 300 ng/ml, PCP Phencyclidine 25 ng/ml, TCATricyclic antidepressants 1000 ng/ml, THC-Cannabinoids 50 ng/ml və TML-Tramadol 200 ng/ml maddələri üzrə testin nəticəsi neqativ olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə qalıq çəkisi 0,215 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə qalıq çəkisi 0,216 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilməsi barədə Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi X21, Azərbaycan Respublikası CPM-nin 51 və 85ci maddələrini rəhbər tutaraq, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X7 iştirakı ilə tərtib edilmiş protokoldan görünür ki, icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar 30 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən saxlanılıb Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunmuş və sonuncu əynində olan boz rəngli şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümü, sol cibində olan "Keno" markalı siqaret qutusunu və alışqanı masanın üstünə qoyaraq, bükümlərdən birində narkotik vasitə heroin, digərində isə metamfetamin olduğunu, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün Bakı şəhərində Papanin deyilən yerdən tanımadığı şəxsdən 200 manata aldığını bildirmişdir. Həmin bükümlər açılarkən birində tünd qəhvəyi rəmgli, toz şəkilli maddə, digərində isə ağ rəngli, kristal şəkilli kütlə aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heçnə aşkar olunmamışdır. Aşkar edilmiş iki ədəd sellofan bükümdə olan maddələr zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Siqaret və alışqan isə özünə qaytarılmışdır. İş materiallarında olan “əməliyyat-axtarış tədbirini aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” Bakı şəhəri, Qaradağ Rayon Məhkəmənin 31 mart 2023-cü il tarixli qərarından aydın olur ki, yuxarıda qeyd olunan cinayət işi ilə əlaqədar əməliyyat-axtarış tədbirinin aparılması barədə Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfində qəbul edilmiş və həmin bölmənin rəisi polis polkovniki Ramil Salayev tərəfindən təsdiq edilmiş 30 mart 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələyinin 11 aprel 2023cü il tarixli № 174 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələyi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli № 12 saylı xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə və şikayət materialının daxil olmadığı qeyd edilmişdir. İş materiallarında olan 16 yanvar 2007-ci il tarixdə doğulmuş X24, 7 dekabr 2008-ci il tarixdə doğulmuş X8 və 12 yanvar 2014-cü il tarixdə doğulmuş X6 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edərkən himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqlarının olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmış, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, qeyd edir ki, cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hələ ilkin saxlanılarkən 30 mart 2023-cü il tarixdə öz xətti ilə yazdığı və müdafiəçinin təsdiq etdiyi ilkin izahatında, müdafiəçisinin iştirakı ilə 30 mart 2023-cü il tarixli şübhəli şəxs kimi dindirilmədə və 31 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxs kimi dindirilmədə yuxarıda qeyd olunan cinayət əməlini törətdiyini etiraf etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində iş üzrə etirafedici ifadələrini verərəkən və video çəkiliş aparılarkən törətdiyi əməlini etiraf etməsinin səbəbi kimi saxlanılarkən polis bölməsində ona sözlə hədə-qorxu gəlinməsi ilə izah etmişdir. Lakin məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsə qarşı hər hansı bir formada zorakılıq hərəkətlərinin törədilməsi öz təsdiqini tapmamış və bununla bağlı məhkəməyə hər hansı sübutda təqdim edilməmişdir. Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdə polis tərəfindən sərbəst buraxıldıqdan sonra müstəqil şəkildə tibbi müayinələrdən və yoxlamalardan keçmək imkanına malik olmuşdur. Birinci instansiya məhkəməsində müdafiə tərəfi təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrələrin anten dairələrinin əldə edilməsi ilə bağlı vəsatət vermiş və vəsatət təmin edilərək Qaradağ Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrənin kimin adına olması, 28 mart 2023- cü il tarixdən-31 mart 2023-cü il tarixədək həmin nömrələrə daxil olan və çıxan zənglərin və nömrələrin siyahısı, daxil olan və çıxan zənglərin anten dairəsi, “sms” lərin mətnləri və həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatların "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsi qərara alnmışdır. Birinci instansiya məhkəməsində "xxxx" MMC-dən və "xxxx" MMC-dən təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrələrin 28 mart 2023-cü il tarixdən 31 mart 2023-cü il tarixdək olan müddətdə anten məlumatlar tədqiq olunardən müəyyən olunmuşdur ki, qeyd olunan ərəfələrdə anten dairələr əsasən təqsirləndirilən şəxsin yaşadığı ev ilə 10-cu polis bölməsi aralığındakı məsafələri göstərir. Yəni həmin ərazilərdə təqsirləndirilən şəxsin yaşadığı ev, o cümlədən uşaqlarının təhsil aldığı orta məktəb və 10-cu PB-i yerləşir. Birinci instansiya məhkəməsi şahid X2 verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab etmişdir ki, həmin ifadədə qeyd edilmiş zidiyyətli hallar təqsirləndirilən şəxsin xeyrinə həll edilə bilməz. Əməliyyat müvəkkilləri tərəfindən eyni xarakterli tədbirlər demək olar ki, mütəmadi olaraq həyata keçirildiyindən yuxarıda qeyd olunan hadisəyə dair epizotların dəqiq yadda qalmaması mümkündür. Məhkəmə təqsirləndirilən şəxsin narkotik və psixotrop maddələrindən istifadə etməməsi ilə bağlı “Referans” klinikasının təqdim etdiyi arayışa münasibətdə isə hesab etmişdir ki, şəxsin öz təşəbbüsü ilə 01 aprel 2023-cü il tarixdə müayinədən keçərkən onda narkotik və psixotrop maddələrdən istifadə etmə hallarının olmamasının müəyyən edilməsi mümkündür. Belə ki, tibbi ədəbiyyatlardan da aydın olduğu kimi narkotik və psixotrop maddələrdən istifadə etmə halları, onun miqdarından və istifadə etmə mütəmadiliyindən asılı olaraq müxtəlif müddətlərdə özünü büruzə verir. Misal üçün tibbi ədəbiyyatlarda narkotik vasitə sayılan heroinin izlərinin aşkar edilməsi üçün lazım olan vaxt, onun istifadəsindən sonra qanda 12 saat, sidikdə 14 gün, metamfetaminin izlərinin aşkar edilməsi onun istifadəsindən sonra qanda 37 saat, sidikdə 9 gün göstərilir. Göründüyü kimi təqsirləndirilən şəxsin 01 aprel 2023-cü il tarixdə tibbi müayinədən keçərkən onda narkotik və psixotrop maddələrin izlərinin aşkar edilməməsi mümkündür. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkməməsi və narkomaniydan məcburi müalicəyə ehtiyacının olmaması qeyd edilmişdir. Yəni yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddələrdən mütəmadi və davamlı istifadə etməməsini göstərir. Təsadüfü deyil ki, təqdirləndirilən şəxs ilkin öz xətti ilə 30 mart 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə verdiyi izahatında bir neçə ilə əvvəl bir iki dəfə çəkmək üsulu ilə narkotik qəbul etdiyini, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarında isə əvvəllər bir neçə dəfə narkotik vasitə olan heroin və metamfetamindən istifadə etdiyini, lakin son bir neçə aydır ki, ümumiyyətlə istifadə etmədiyini göstərmişdir. Göründüyü kimi təqsirləndirəln şəxs Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı da təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsi üçün əsaslar müəyyən edilmədi. Lakin məhkəmə kollegiyası hazırkı vəziyyətdə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza ilə əvəz edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır və cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, lakin Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(002)-8/2024 saylı hökmü təyin edilmiş cəza hissəsində dəyişdirilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 1(002)-8/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, həmçinin təyin edilmiş cəzadan çəkdiyi 03 (üç) ay 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulmanın, çəkdiyi cəzanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesabı ilə hesablanmaqla, 06 (altı) ay 6 (altı) gün hazırki qərarla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində çəkməsi üçün 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, qərarın surəti Təqsirləndirilən şəxs davraşına nəzarəti həyata keçirilməsi üçün qeydiyyatda olduğu yer üzrə Bakı Şəhəri Probasiya İdarəsinə göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsinə görə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticəsi üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 399 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 1(002)-8/2024 saylı hökmü təyin edilmiş cəza hissəsində dəyişdirilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 1(002)- 8/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün, həmçinin təyin edilmiş cəzadan çəkdiyi 03 (üç) ay 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulmanın, çəkdiyi cəzanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə hesabı ilə hesablanmaqla, 06 (altı) ay 6 (altı) gün hazırki qərarla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində çəkməsi üçün 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Qərarın surəti Təqsirləndirilən şəxs davraşına nəzarəti həyata keçirilməsi üçün qeydiyyatda olduğu yer üzrə Bakı Şəhəri Probasiya İdarəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu mddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar