Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(103)-853/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X27 Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, Xüsusi ittihamçı X3, Bəraət verilmiş şəxs X9 və onun müdafiəçisi - Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə bəraət verilməsinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(009)-20/2024 nömrəli hökmündən xüsusi ittihamçı X13 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(009)-20/2024 nömrəli hökmü ilə (X33) Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs:
09. avqust 1973-cü ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan
X9 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə ona bəraət verilmişdir. X12 vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməsi, iş üzrə məhkəmə xərci - keçirilmiş məhkəmə-linqvistik ekspertizasının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından ödənilməsi hökm edilmişdir. Belə ki, X13 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən sahəsi 147 kv.m, faktiki 168 kv.m olan qeyri-yaşayış sahəsi qızım X14 mülkiyyətindədir, eyni ünvanda yerləşən sahəsi 12,6 kv.m, faktiki 21.84 kv.m olan qeyriyaşayış sahəsi oğlu X15, ünvan 2 ünvanda yerləşən sahəsi 111.9 kv.m; faktiki 128.9 kv.m olan qeyri-yaşayış sahəsi isə onun özünün, yəni X3 mülkiyyətindədir. 2021-ci ilin may ayında "xxxx" MTK tərəfindən həmin ərazilərdə heç bir qanuni icazəsi olmadan yüksək mərtəbəli yaşayış binası inşa etmək adı ilə söküntü işləri aparmağa başlanılmışdır. Nümayəndəsi olduğu yuxarıda adlarını qeyd etdiyi övladlarını MTK dəvət etməmiş, onunla isə razılığıa gələ bilməmişlər. Belə ki, MTK ona qeyri yaşayış sahəsinin əvəzinə texniki mərtəbə təklif etmişdi. MTK-nın irəli sürdüyü şərtləri haqsız və ədalətsiz hesab edərək mülkiyyətində olan sahələrdən çıxmamışlar. Bununla belə, onların etirazına məhəl qoyulmadan MTK-nın istifadəsində olan ağır texnikalarla yuxarıda qeyd etdiyi əmlakları dağıdılmış, hətta, mülkiyyətində olan sahədən külli miqdar dəyərində əmlaklar oğurlanmış, buna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Hətta MTK ilə onun arasında davam edən mübahisələr məhkəmə və hüquq-mühafizə orqanlarının müstəvisində davam etdiyi halda, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında müxtəlif təhqir və böhtan xarakterli müsahibələr və videoçarxlar hazırlanaraq bu yolla ona təsir edilməyə başlanılmışdır. Belə ki, “Prime TV” youtube kanalında 20 iyun 2023-cü il tarixdə yayımlanmış, müxbir X9 aparıcısı olduğu və MTK-nın nümayəndəsi Camal Hümbətovun iştirakı ilə keçirilmiş “East Residensə mane olan qadını kim himayə edir. Qanun MTK-ları niyə qorumur” adlı verilişdə o, X1 tərəfindən olduqca pis və ağır formada təhqir olunmuş və ona böhtan atılmışdır. Həmin verilişin tam video mətni olan disk məhkəməyə təqdim olunur. Tərəfindən həmin müsahibəyə baxış keçirilərkən onun barəsində jurnalist Aygün Muradxanlı tərəfindən videonun 15:54:56 saniyəsində “bomj” (red - əyyaş, tüfeyli həyat tərzi keçirən şəxs), bir neçə saniyədən sonra “anlaqsız qadın üzündən”, videonun 15:55:32 saniyəsində “reketlik edən”, videonun 15:56:42 saniyəsində “dələduz, anlaqlı olmayan qadın”, videonun 16:04:52 saniyəsində “yaddaşsız, anlaqsız” ifadələri işlətməklə onu təhqir etmiş və böhtan atmışdır. Aygün Muradxanlının onun barəsində işlətdiyi “bomj” ifadəsi də rüs mənşəli söz olub (бомж) Azəbaycan dilinə tərcümədə «əyyaş, tüfeyli həyat tərzi keçirən şəxs» mənasında işlədilir. “Anlaqsız” ifadəsi isə pisixi xəstəlik kimi nəzərdə tutulmaqla öz hərəkətlərinin faktiki xarakterini dərk etməyən mənasında işlədilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında izah edilir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərər çəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. X1 ilə əvvəllər və ya indi hər hansı münasibəti olmamış, və yaxud ortaq tanışları olmamışdır. Belə olan halda, onun MTK-dan özünün və övladlarının xüsusi mülkiyyətində olan əmlakı tələb etdiyinə görə Aygün Muradxanlı yalan olduğunu bilə-bilə, heç bir sübut olmadığı halda onu “bomj”, “anlaqsız” adlandırmaqla onu təhqir etmişdir. Qeyd edilən verilişə youtube kanalında 27 bəyənmə işarələnmiş, müxtəlif şəxslər tərəfindən 520 baxış olmuşdur. Göründüyü kimi, onun xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsi üçün kifayət qədər faktiki və hüquqi əsaslar mövcüddur: Belə ki, cinayət haqqında məlumatı təqdim etmək vəzifəsi onun üzərinə düşür və ittihamın təsviri aşağıdakı kimidir: X19 “Prime Tv” youtube internet televiziya kanalında 20 iyun 2023-cü tarixdə yayımlanmış, aparıcısı olduğu “East Cinayət əməllərinin X19 tərəfindən törədilməsini təsdiq edən maddi sübut: 1 (bir) ədəd CD disk. Avropa Məhkəməsi bu xarakterli işlər üzrə qeyd etmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir. Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir. Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Göründüyü kimi X9 jurnalist olması onun kimi yaşlı qadına böhtan atmaqla və təhqir etməklə öz həddini aşmağa əsas vermir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 299 və 351-ci maddələrini rəhbər tutaraq məhkəmədən, X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hökmə əsasən müəyyən edilmişdir ki, xüsusi ittihamçı X5, “Prime TV” youtube kanalında 20 iyun 2023-cü il tarixdə yayımlanmış verilişdə X19 tərəfindən “bomj”, “anlaqsız qadın üzündən”, “reketlik edən”, “dələduz, anlaqlı olmayan qadın”, “yaddaşsız, anlaqsız” ifadələri işlətməklə onu təhqir etməkdə və böhtan atmaqda ittiham etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, “ada görə” “EAST RESİDENCE-Ə MANE OLAN QADİNİ KİM HİMAYƏ EDİR” başlığı ilə axtarış icra olunmuş, lakin konkret “EAST RESİDENCE-Ə MANE OLAN QADİNİ KİM HİMAYƏ EDİR” başlıq ilə paylaşılan hər hansı bir video fayl yoxdur. Eyni zamanda optik disk daxilində olan video fayılın hər hansı bir kiber hücum zamanı qurğu yaddaşında olan məlumatların digər şəxslər tərəfindən əldə edilməsi də ekspert rəyindən göründüyü kimi, istisna edilməmişdir. Yuxarıda sadalanmış qanunvericiliyin müvafiq normalarından da göründüyü kimi, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilərdi. Xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim edilmiş videoçəkilişin ümumiyyətlə yayımlanmadığı isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. X9 əməlində cinayət tərkibi yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, həmin videogörüntünün yalnız mövcudluğu xüsusi ittiham qaydasında cinayət təqibi aparılmasına əsas ola bilməz. Həmin hökmdən narazı qalan xüsusi ittihamçı X13 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(009)-20/2024 nömrəli hökmünün ləğv edilməsini və X9 (Muradxanova) Azərbaycan Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəmənin hökmü qanunsuz və əsassızdır. Belə ki, məlumat üçün bildirir ki, ona və ailə üzvlərinə məxsus, xüsusi mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin onların razılığı və qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan "EAST Residence” MTK tərəfindən əvvəlcədən planlaşdırılaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qəsdən əmlakları məhv edilmişdir. Belə ki, 2021-ci ilin avqust ayından dekabr ayının sonuna kimi olan müddətdə Baki şəhəri İcra Hakimiyyətinin xx.xx.2021- ci il tarixli 77 nömrəli sərəncamı ilə "xxxx" MTK-nın istifadəsinə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən 1,2351 ha torpaq sahəsi MTK tərəfindən söküntü və tikinti-quraşdırma işlərinin aparılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onun mülkiyyətində olan 111.9; övladları X15 12,6; X14 147 kv.m mülkiyyətində olan qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinin razılığı olmadan (hətta Lalə İbrahimova ölkədən kənarda olduğu vaxt) və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan "xxxx" MTK tərəfindən əvvəlcədən planlaşdırılaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qəsdən əmlakları məhv edilmişdir. 18 noyabr 2022-ci il tarixdə haqlı olaraq Nərimanov Rayon Prokurorluğu tərəfindən fakta görə CM-nin 186.1 və 308-ci maddələri ilə cinayət işi başlanmış və istintaqın gedişində həmin maddələr CM-nin 186.3 və 308.2-ci maddələrinə tövsif edilmişdir. İstintaqdan yayınan MTK-nın sədri Əli Məmmədov axtarışa verilmişdir. 16 avqust 2023-cü il tarixdə həbs edilmişdir. MTK ilə onun arasında davam edən mübahisələr məhkəmə və hüquq-mahafizə orqanlarında davam etdiyi halda, dəfələrlə MTK-nın əməkdaşları tərəfindən fiziki və mənəvi təzyiqlərin mənasız olduğunu görəndə, kütləvi nümayiş etdirilən interrnet informasiya ehtiyatında müxtəlif təhqir və böhtan xarakterli müsahibələr və videoçarxlar hazırladaraq bu yolla ona psixoloji terror etməyə çalışsalar da mənasız olmuşdur. O, özünün və övladlarımın əmlaklarını hansısa əhli-kefə “peşkəş” vermək niyyətində olmamışdır. 2005, 2006 və 2014-cü illərdə özəlləşdirilmiş və onlar tərəfindən 2014, 2015 və 2016-cı illərdə notarial qayda da alqı-satqı yolu ilə öz şəxsi vəsaitləri ilə aldıqları mülkiyyətlərini kommersantlara təslim etmək istəməmişlər və Qanunun Aliliyinə inanmışlar və 24 may 2021-ci il tarixdə onlara məxsus əmlaklarını "xxxx" MMC-yə müraciət edərək naturadan, mövcud vəziyyətdə daşınmaz əmlakların qiymətləndirilməsi barədə mütəxəssis rəyi almışdır. Bundan sonra isə, MTK-nın vəsatəti əsasında Nərimanov Rayon prokurorluğunun qərarına əsasən 2023cü ilin 9 fevral, 31 avqust, 26 sentyabr tarixlərində Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin texniki-tikinti ekspertləri tərəfindən qiymətləndirmə rəyi verilmiş və həm mütəxəssislərin, həm də Mərkəzin ekspertlərinin rəyində məhv edilmiş qeyri-yaşayış sahələri barədə hər üç vəsatətə rəy bir olmuşdur. Hər kv.m 4450 manat. Onlar, yəni mülkiyyətçilər X13, İbrahimova Lalə və X21 zərərçəkmiş şəxs qismində tanınmışlar. Ekspertizanın birinci rəyindən sonra MTK-nın rəhbərliyi hər vəchlə onlarla razılaşmaq istəmir və müxtəlif qanunsuz hərəkətlərə əl atır və hətta 09 fevral 2023-cü il tarixdə subyektiv hüquqları olmadığı halda “sənədlərin etibarsız hesab edilməsi” barədə iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə işi aidiyəti üzrə Xətai Rayon Məhkəməsinə göndərmişdir. Xətai Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(011)-3935/2023 saylı qətnamə ilə iddianı əsassız sayaraq rədd etmişdir, həmin qətnamə hüquqi qüvvəsini almışdır. 20 iyun 2023-cü il tarixdə qızı Lalə İbrahimova çox böyük həyəcanla ona “Prime TV” youtube kanalında yayımlanan, yəni hazırda onun xüsusi ittiham qaydasında şikayətinin predmeti olan müsahibəni göndərmişdir. MTK-nın təmsilçisi və vəkili Camal Hümbətovun iştirakı ilə (Səbail Rayon Məhkəməsinə də Aygünün vəkili kimi 3-cü məhkəməyə gəlmiş və order təqdim etməyinə baxmayaraq, sonrakı proseslərdə iştirak etməmişdir.) “EAST Residensə mane olan qadını kim himayə edir. Qanun MTK-ları niyə qorumur” adlı verilişdə (müsahibədə) o, aparıcı X16 tərəfindən olduqca pis və ağır formada təhqir olunmuş və onun şərəf və ləyaqətini bilərəkdən, qəsdən, məkirli niyyətlərini həyata keçirmək üçün məqsədli şəkildə alçaldılmaqla ona böhtan atılmışdır. Həmin verilişin tam video mətni olan disk, eləcə də qızı tərəfindən verilişin 4-5 dəqiqəsinin videoya köçürülmüş hissəsi olan disk və “Google” axtarış saytında öz əksini tapmış verilişi əks etdirən materialları da məhkəməyə təqdim etmişdir. Onun tərəfindən həmin müsahibəyə baxış keçirilərkən, onun barəsində aparıcı Aygün Müradxanlı video müsahibədə 15:42:46 dəqiqədə “qadın özüdə orada yaşayır”, görün nə qədər “düşüncəsiz” insandır deyərək təhqir edir. 15:54:56 dəqiqəsində “Bomj”, bir neçə saniyədən sonra “anlaqsız qadın üzündən”, 15:55: 32-də “reketlik edən”, 15:56:42 saniyəsində “dələduz, anlaqlı olmayan qadın”, 15: 56:42-İcra hakimiyyəti, məhkəmələr, YAP arxasında durur, (böhtan), 15:57:42-bu vəziyyətdə olan insanın işini məhkəmə icraata qəbul edir, 16:04:52- “yaddaşsız, anlaqsız”, 16:09:19 - “bilirsiniz bomoj yaşayan o Validə bomojlara yer vermiş və özünə əməlli başlı gəlir yeri eləmişdir, (təhqir və böhtan) “dəlinin əlində qalmışıq” işlətmiş, hətta böhtan ataraq verilişin əvvəlində bildirir ki, "xxxx". O, MTK ya belə bir təklif verməmiş, bu böhtandır, bu məlumatı aparıcıya kim verib? Buna dair sübütü məhkəməyə təqdim etməyib. O, bunu hakimə xatırlatsa da, hakim bildirmişdir ki, işə aidiyyəti yoxdur. “Bir binanın bir sakini müqavilə imzalayıb sonra onu məhkəməyə qədər sürüyür”, böhtandır. O, heç vaxt müqavilə imzalamamış və heç vaxt da MTK-nı məhkəməyə verməmişdir. O, məhkəmədə pul saydığı yerdə çəkilən fotoya aydınlıq gətirir ki, bütün sakinlər kimi ona də nəqliyyat xərci veriblər, hansı şəraitdə İradə Məmmədovanın izahatını əlavə edir. Cinayət işinin istintaqı, eləcə də Xətai Rayon Məhkəməsinin araşdırması bir daha sübüta yetirmiş və haqlı qərarlar çıxarmaqla Aygün Muradxanlının, eləcə də MTK-nın vəkilinin sənədləri saxtadır. ““Prime TV” youtube kanalında 20 iyun 2023-cü il tarixdə "xxxx"ə mane olan qadını kim himayə edir. Qanun MTK-lan niyə qorumur” adlı verilişdə söylədiyi böhtanları bir başa təkzib edir. Müsahibədə həm onun, həm Əmlak Məsələləri Dövlət Komitəsinin həm də digərlərinin ünvanlarına söylənilənlərin böhtan olduğunu təsdiqləmiş olur. Bəraət alan Aygün Müradxanlı həmin gün 16 fevral 2024-cü il tarixdə özünün Facebook səhifəsində yazır ki, “İddiaçı Vahidə Əzizova (yəni o,) "xxxx"in Bakı Şəhərinin Nərimanov rayonunun Qarabağ küçəsində yeni bina tikmək məqsədilə 2021-ci ilin oktyabrında sökdüyü binanın zirzəmisinə 2021-ci ilin noyabrında özəlləşdirmə sənədi alıb ... Vahidə Əzizovaya yeni tikili binanın yarımzirzəmisində (verilişdə deyir ki, özülü qazılmayıb) 100 kv.m yer təklif edib, üstəlik təmiri də boynuna götürüb. Qadın isə deyib ki,ona ya Nizami küçəsindən ev almğı, ya da 1 milyon 250 min nağd pul verilməlidir, (yazını əlavə edir) zXksioma’ Bu qədər də uydurma olar? Qadın kimə deyib? MTK-a ilə onların aralarında belə təkliflər olmayıb, bu da bir böhtan, ittiham. Bu faktlar Respublika Prokurorluğu, Bakı Şəhər Prokurorluğu, Nərimanov Rayon Prokurorluğu, eləcə də Xətai Rayon Məhkəməsində araşdırılmış və öz əksini tapmamışdır. Aygün Muradxanlı məhkəmə iclaslarında dəfələrlə belə absurd fıikirlər söyləyir. Ona bəraət hökmü verən hakim onun, yəni Vahidə Əzizovanın “əməlində” cinayət var idisə (veriliş hər bir halda efirə gedib) nədən barəsində Xüsusi qərardad çıxarıb hüquq mühafizə orqanlarına göndərmədi? Verilişdə aparıcı özünü təkzib və ifşa edərək bildirir ki, əmlaklar 2021-ci ilin oktyabr ayında sökülüb, bəs onda 2023-cü ilin 20 iyun tarixində söküldükdən 1 il 8 ay sonra naturada mövcud olmayan “zirzəmini” və “zibilliyi” necə lentə almış və onu nümayiş etdirərək (verilişdə göstərilən digər ərazidəki ev bu gün də durur) ona olunmazın böhtanlar atmaqla, onu təhqir edir. Verilişdə müsahibə verən qadınlar Saray İbrahimova və X22 küçəsi 33 ünvanınıq sakinləridir və aparıcının verilişdə dediyi kimi “Bayraqlı ev” də hazırda da yaşayan qadından danışırlar və aparıcı həmin ünvanın sakinlərinin siyahısını da efirə verir. Mücərrəd bir müsahibəni aparıcı onun ünvanına yönəldir və onu özü təhqir edir. Onun ünvanına veriliş boyu “Bomj” deyən Aygün Müradxanlı elə həmin verilişdə özünü təkzib edərək, 15;45:10 dəqiqəsində bildirir ki, “Validə xanımın qapısımı döydük, onnan danışmaq istıdik, baxdıq ki, zivədə paltarlar var, balkonun qapısı açıqdır, evdə işıq var, amma yəqinki kameraları gördülər, yəqin ki, bizim sakinlərlə etdiyimiz söhbətləri eşitdilər, bizə qapı açmadılar....” ona haqq etdiyindən də artıq baxın bu xaraba zirzəmiyə özünün bundan sonrakı video-verilişlərində də etiraf etdiyi kimi zirzəmi dediyi 2021-ci ilin oktyabr ayında sökülmüşdür. Ancaq o hansısa zibilliyi lentə alır və göstərir ki, güya ona məxsusdur, ona görə ona haqq etdiyində artıq ərazi verilir. Bundan başqa onun orda hələ 2 mənzili də var, yəni 2 mənzil zatən alacaq, (onun orada heç vaxt mənzili olmayıb və yoxdur da). Vahidə Əzizova qeyd edir ki, veriliş MTK-a tərəfindən sifarişlə çəkilmişdir. Məkanda MTK-nın sədrinin iş otağında (müsahibə verənin fotosunu əlavə edirəm). Bu fakt onun onun ünvanına qərəzli, sifarişli, məqsədli böhtan deyilmi? Bir ünvanda 2 mənzili olan adam məgər bomj olur? 14 avqust 2023-cü il tarixində məhkəmə prosesində çıxışında o, onu, yəni Vahidə Əzizovanı daha ağır ittiham etmişdir (o hakimə protokolaşdırın, bildirdi ki, bunlar (başqa kimi nəzərdə tutur bilmirəm) Moskvanın çetesinin üzvləridir. Hakim onun etirazına baxmayaraq heç bir reaksiya vermədi. “Çete” sözünün mənası “mütəşəkkil cinayətkar dəstə deməkdir’’. Göründüyü kimi Aygün Muradxanlı hətta məhkəmə iclasında hakimin qarşısına belə onu təhqir etməkdən və ələ salmaqdan çəkinməmişdir. Hətta məhkəmə zalında, proses zamanı onun şəklini çəkir və təhqiramiz sözlərlə paylaşır. Məhkəmədə təqdim etsə də hakim susur, reaksiya vermir (işin içində var) Aygün Muradxanlı məhkəmədə bildirir ki, sözügedən verilişi hazırlayıb, lakin arxivdə saxlayıb, efirə verməyib, Vahidə Əzizova xaker vasitəsi ilə həmin verilişi onun arxivindən götürüb onun yutube kanalına yerləşdirmişdir. Eləcə də bildirir ki, onlar bir-birlərini heç vaxt tanımamışlar, (bu belədir.) O, Aygün Muradxanlıya sual vermişdir:? “-verilişi efirə verməmisənsə nə üçün hazırlamışdın?, -Mən həmin verilişin hazırlanmasından necə xəbər tutdum və xaker taparaq verilişi həm onun arxivindən götürdüm, həm də özümün əleyhimə böhtan, tərqir dolu verilişi rəhbəri olduğu Aygün Müradxanhnın “Prime TV” youtub kanalına yerləşdirdim? Məntiq! 15 avqust 2023-cü il tarixdə X6 Azərbayca Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə kompüter mühəndislik ekspertizası və məhkəmə-linqvistiq (hakimin təşəbbüsü ilə linqvistiq ekspertiza keçirilir) ekspertizası təyin edilmişdir. Qərara alınanda hakimə də onlara da məlum idi ki, video silinib. Onda nə ehriyac var idi ki, şikayəti məhkəmənin icraatına götürür və ekspertiza təyin edərək, həm onların, həm özünün, həm ekspertlərin 7 ay vaxtını sərf edir. Hakim iş materialları ilə də görünür dərindən tanış olmayıb. Belə olmasaydı, "videoçəkiliş ümumiyyətlə yayımlanmayıb” qənaətinə gəlməzdi. Çünki o, verilişin efirdə olmasını əks etdirən kifayət qədər material əlavə etmişdir Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, ”ada görə” “EAST ESİDENCE-Ə MANE OLAN QADİNİ KİM HİMYƏ EDİR” başlığı ilə paylaşılan hər hansı bir video fayl yoxdur. 2-ci məhkəmədən məlum idi ki, video silinib. Ekspert öz fikrini konkret ifadə edir ki, “fayl yoxdur”. Onun çalışdığı məhkəmə Ekspertiza Mərkəzinin elə bir texniki imkanları yoxdur ki, verilişin yayımlanıb-yayımlanmamasını, kim tərəfindən yayımlanmanı, kim tərəfindən silinməsini müəyyənləşdirə bilsin. Məhkəmə kompüter-texniki ekspertizasının eksperti qeyd edir ki, “Youtube” video paylaşma sisteminə aid serverin ölkə xaricində olması və hal-hazırda həmin serverə qoşulmanın texniki imkanlar çərçivəsində olmamasını nəzərə alaraq ekspert qarşısında qoyulan suala cavab verə bilmir. Bir haldakı ekspertin qeyd etdiyi kimi “youtube “ video paylaşım sisteminə aid server ölkə xaricindədir xaker və ya o, onun “İP” ünvanını yuotube video paylaşım sisteminə aid serverdəki loqları necə əldə edə bilərdik? Bütün bunlar məhkəmə istintaqı zamanı araşdırılması zəruri olduğu halda, heç biri araşdırılmamışdır. 26 iyul 2023- cü il tarixdə məhkəmə hazırlıq iclası başlayarkən hakimin ilk sualı bu oldu ki, veriliş efirdədirmi? O, öz mobil telefonundan verilişin linkini açaraq hakimə göstərmişdir. Videonun 03 avqust tarixinə qədər efirdə olub və məhkəmə başlananda silindiyini hakim bildi, zalda “Googla baxış keçiriliərkən verilişin efirə getdiyi təsdiqini tapdı və bundan sonra ekspertiza keçirilməsini zəruri hesab etdi. Məhkəmədə təqsirləndirilən şəxs və vəkili dəfələrlə bildirir ki, videoçəkiliş yayımlanıb, ancaq onun tərəfindən yox, “Xakerlər” tərəfindən. Bəs onda məhkəməyə təqdim edilən diskdəki videomüsahibə necə əldə edilib? Bəraət hökmü çıxaran məhkəmənin bəraət hökmündə əsaslandırmasına görə “Xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim edilmiş video çəkilişin ümumiyyətlə yayımlanmadığı isə məhkəmə araşdırması zamanı öz əksini tapmışdır” Elədirsə, hakim 2 aydan çox vaxt ərzində yayımlanan video-müsahibənin necə yayımlanmasını nədən araşdırmır? Danılmaz fakt ortadadır. Məhkəmə istintaqı zamanı hakim məhz bu önəmli faktı araşdırıb qiymət verməli idi, lakin hakim nədənsə bunu da etməmişdir. Azərbaycan Dövləti adından Aygün Muradxanövaya bəraət verən hakim qanunsuz, qərəzli, qeyri-obyektiv hökm çıxarmaqla onları, onları zərərçəkmiş kimi tanıyan və MTK-nın sədrinin həbsinə təqdimat verən Nərimanov Rayon Prokurorluğu, onun həbsinə qərar verən həm Nərimanov Rayon Məhkəməsi, həm Apelliyasiya Məhkəməsi, eləcədə MTK-nın əsassız iddiasını rədd edən Xətai RAYON MƏHKƏMƏSİNİ haqsız saymış olur. Hakim bəraət hökmü ilə dikdə etmiş olur ki, bu işdə yeganə “haqlı” varsa, o da Agün Müradxanlıdır (verilişdə də aparcı bildirir ki, (məni) onu məhz hansısa məmurlar idarə edir, icra hakimiyyəti, məhkəmələr, prokurorluq onun dalında durur.) Məhz Muradxanlının “ araşdırmaları” əsaslıdır və haqqını, konstitusion hüququnu tələb edən Vahidə Əzizova isə dəlidir, anlaqsızdır, düşüncəsizdir, reketdir, dələdüzdür və.s. Vahidə Əzizovanın dəli, anlaqsız olması barədə Aygün Muradxanlı məhkəməyə hər hansı bir sənəd təqdim edibmi, yoxsa hakim belə bir qənaətə gəlib ki, haqqını istədiyi üçün ona böhtan da atıla bilər, təhqirdə edilməlidir. Ən azından hakim İnformasiya haqqında qanunlara hörmətlə yanaşardı. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi Haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.3.9-cu maddəsinə əsasən təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi şəxsi həyatın toxunulmazlığımı pozan məlimatlar yayılması qanunla qadağan edilən məlimatlann dairəsinə aid edilmiş, bu səbəbdən qanunvericilikdə həmin məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsinə yol verilməməsi təsbit olunmuşdur. Aygün Muradxanova onun xüsusi ittiham qaydasındakı şikayəti icraata götürüldükdən sonra özünün yazdığı kimi 7 dəfə böhtan dolu, təhqiramiz verilişlər efirə verib. Məhkəmə-linqvistik ekspertizasının rəyinin nəticə hissəsində qeyd edilir ki : “Bununla yanaşı aparıcının bilavasitə özü tərəfindən Vahidə Əzizova haqqında “bir dəlinin əlində qalmaq”, “ anlaqlı olmayan qadın” ifadələr işlədilmişdir. Bu ifadələrin əks etdirdiyi iddialar konkret faktlarla sübüta yetirilmədiyi təqdirdə təhqir faktı kimi səciyyələndirilməlidir.” Aygün Muradxanlı onun barəsində söylədiyi ifadələri sübüt etmədiyi halda X33 ona bəraət vermişdir. Bu video-müsahibənin internet resurslarında kənar şəxs, xaker tərəfindən yerləşdirilibsə iş materiallarında bu barədə kanalın rəhbərliyinin kibercinayətlə bağlı hansısa səlahiyyətli orqana məlumat verməsini təsdiq edən sənəd var? Ona sualına Aygün Muradxanova cavab olaraq bildirdi ki, “xeyr istəməmişəm, etməmişəm”. Məhkəmə istintaqı zamanı araşdırılması vacib olan bu kimi suallar hakimin marağında deyildir və bu tipli suallar verərkən onun sözünü kəsir və bunun işin mahiyyətinə dəxli olmadığını bildirirdi, özünü “araşdırmaçı jurnalist“ kimi təqdim edən Aygün Muradxanlı sözügedən verilişdə 16, sonra 67, son məhkəmədə isə 200 sakinin taleyindən “narahat” qaldığını bildirir. 21 avqust 2023-cü il tarixdə X23 səhifəsində daha “fövqəladə, bir nöqtəsi belə həqiqətə uyğun olmayan yeni böhtan, təhqir dolu yazı yazmışdır. (Ümumiyyətlə söküntü zonasında 67 ailə olub, onlara da şirkət tikilmiş binadan əvəzləmə mənzillər vermişdir, hətta çox mənzili satışa da çıxarmışdır. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X13 apellyasiya şikayətini müdafiə edərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(009)- 20/2024 nömrəli hökmünün ləğv edilməsini və X9 (Muradxanova) Azərbaycan Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsisini xahiş etdi Məhkəmə iclasında iştirak edən bəraət verilmiş şəxs X19 və onun müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətiinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(009)-20/2024 nömrəli hökmü ləğv edilməlidir. Birinci instansiya məhkəməsində xüsusi ittihamçı qismində ifadə vermiş şəxs X13 göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən sahəsi 147 kv.m, faktiki 168 kv.m olan qeyriyaşayış sahəsi qızım X14 mülkiyyətindədir, eyni ünvanda yerləşən sahəsi 12,6 kv.m, faktiki 21.84 kv.m olan qeyri-yaşayış sahəsi oğlu X15, ünvan 2 ünvanda yerləşən sahəsi 111.9 kv.m; faktiki 128.9 kv.m olan qeyri-yaşayış sahəsi isə onun özünün, yəni X3 mülkiyyətindədir. 2021-ci ilin may ayında "xxxx" MTK tərəfindən həmin ərazilərdə heç bir qanuni icazəsi olmadan yüksək mərtəbəli yaşayış binası inşa etmək adı ilə söküntü işləri aparmağa başlanılmışdır. Nümayəndəsi olduğu yuxarıda adlarını qeyd etdiyi övladlarını MTK dəvət etməmiş, onunla isə razılığıa gələ bilməmişlər. Belə ki, MTK ona qeyri yaşayış sahəsinin əvəzinə texniki mərtəbə təklif etmişdi. MTK-nın irəli sürdüyü şərtləri haqsız və ədalətsiz hesab edərək mülkiyyətində olan sahələrdən çıxmamışlar. Bununla belə, onların etirazına məhəl qoyulmadan MTK-nın istifadəsində olan ağır texnikalarla yuxarıda qeyd etdiyi əmlakları dağıdılmış, hətta, mülkiyyətində olan sahədən külli miqdar dəyərində əmlaklar oğurlanmış, buna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Hətta MTK ilə onun arasında davam edən mübahisələr məhkəmə və hüquq-mühafizə orqanlarının müstəvisində davam etdiyi halda, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında müxtəlif təhqir və böhtan xarakterli müsahibələr və videoçarxlar hazırlanaraq bu yolla ona təsir edilməyə başlanılmışdır. Belə ki, “Prime TV” youtube kanalında 20 iyun 2023-cü il tarixdə yayımlanmış, müxbir X9 aparıcısı olduğu və MTK-nın nümayəndəsi Camal Hümbətovun iştirakı ilə keçirilmiş “East Residensə mane olan qadını kim himayə edir. Qanun MTK-ları niyə qorumur” adlı verilişdə o, X1 tərəfindən olduqca pis və ağır formada təhqir olunmuş və ona böhtan atılmışdır. Həmin verilişin tam video mətni olan disk məhkəməyə təqdim olunur. Tərəfindən həmin müsahibəyə baxış keçirilərkən onun barəsində jurnalist Aygün Muradxanlı tərəfindən videonun 15:54:56 saniyəsində “bomj” (red - əyyaş, tüfeyli həyat tərzi keçirən şəxs), bir neçə saniyədən sonra “anlaqsız qadın üzündən”, videonun 15:55:32 saniyəsində “reketlik edən”, videonun 15:56:42 saniyəsində “dələduz, anlaqlı olmayan qadın”, videonun 16:04:52 saniyəsində “yaddaşsız, anlaqsız” ifadələri işlətməklə onu təhqir etmiş və böhtan atmışdır. Aygün Muradxanlının onun barəsində işlətdiyi “bomj” ifadəsi də rüs mənşəli söz olub (бомж) Azəbaycan dilinə tərcümədə «əyyaş, tüfeyli həyat tərzi keçirən şəxs» mənasında işlədilir. “Anlaqsız” ifadəsi isə pisixi xəstəlik kimi nəzərdə tutulmaqla öz hərəkətlərinin faktiki xarakterini dərk etməyən mənasında işlədilir. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında izah edilir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərər çəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. X1 ilə əvvəllər və ya indi hər hansı münasibəti olmamış, və yaxud ortaq tanışları olmamışdır. Belə olan halda, onun MTK-dan özünün və övladlarının xüsusi mülkiyyətində olan əmlakı tələb etdiyinə görə Aygün Muradxanlı yalan olduğunu bilə-bilə, heç bir sübut olmadığı halda onu “bomj”, “anlaqsız” adlandırmaqla onu təhqir etmişdir. Qeyd edilən verilişə youtube kanalında 27 bəyənmə işarələnmiş, müxtəlif şəxslər tərəfindən 520 baxış olmuşdur. Göründüyü kimi, onun xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsi üçün kifayət qədər faktiki və hüquqi əsaslar mövcüddur: Belə ki, cinayət haqqında məlumatı təqdim etmək vəzifəsi onun üzərinə düşür və ittihamın təsviri aşağıdakı kimidir: X19 “Prime Tv” youtube internet televiziya kanalında 20 iyun 2023-cü tarixdə yayımlanmış, aparıcısı olduğu “East Cinayət əməllərinin X19 tərəfindən törədilməsini təsdiq edən maddi sübut: 1 (bir) ədəd CD disk. Avropa Məhkəməsi bu xarakterli işlər üzrə qeyd etmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir. Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir. Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Göründüyü kimi X9 jurnalist olması onun kimi yaşlı qadına böhtan atmaqla və təhqir etməklə öz həddini aşmağa əsas vermir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 299 və 351-ci maddələrini rəhbər tutaraq məhkəmədən, X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir Birinci instansiya məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X19 ifadəsində göstərmişdir ki, o, şikayətə etiraz edir. O, X5 şəxsən tanımır, bilmir, görməmişdir. Məqsədi təhqir etmək olmamışdır. Paytaxtın Qarabağ küçəsində 200 ailə evsiz qalmışdır. Jurnalist kimi araşdırıb vəzifəsini ləyaqətlə yerinə yetirmişdir. Heç kimi təhqir etməmişdir. Videoyayım yoxdur. Veriliş efirə getməmişdir. Bunların nəzərə alınıb, əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş ekspert Şahid ifadəsində göstərmişdir ki, “Youtube” ən böyük video paylaşım sistemlərindən biridir. Bu video paylaşım sistemi istifadəçilərə videoları paylaşmaq üçün kanallar yaratmağa imkanı verir. Beləki, həmin kanalda administrator səlahiyyətli istifadəçi videolar paylaşa bilər, paylaşdıqdan bir müddət sonra videonu silə bilər və əgər paylaşılıbsa həmin video admin panelin texniki imkanlarından istifadə edilərək istifadəçi tərəfindən gizlədilə bilər. “Youtube” kanalında hər hansı bir video paylaşıldıqdan bir müddət sonra silinmişdirsə həmin videonun nə zaman paylaşılması, hansı “İP” ünvan üzərindən kanala əlavə edilməsi, neçə müddət ərzində kütlə ilə paylaşılması kimi bütün izlər “Youtube” video paylaşma sisteminə aid serverdəki loglarda öz əksini tapa bilir. Tədqiqat zamanı adi istifadəçi səlahiyyəti ilə “Youtube” platforması üzərində “ada görə” “EAST RESİDENCE-Ə MANE OLAN QADİNİ KİM HİMAYƏ EDİR” başlığı ilə axtarış icra olunmuş, lakin konkret “EAST RESİDENCE-Ə MANE OLAN QADİNİ KİM HİMAYƏ EDİR” başlıq ilə paylaşılan hər hansı bir video fayl müəyyən edilməmişdir. Eyni zamanda şahid ifadəsində bildirmişdir ki, optik disk daxilində olan video fayılın bir rəqəmsal informasiya olmasını və rəqəmsal informasiyanın hər hansı bir elektron qurğuda saxlana bildiyini nəzərə alsaq həmin elekton qurğuya kənar şəxslərin müdaxiləsi nəticəsində və ya həmin elektron qurğunun internet şəbəkəyə qoşulu olduğu halda hər hansı bir kiber hücum zamanı qurğu yaddaşında olan məlumatların digər şəxslər tərəfindən əldə edilməsi istisna edilmir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş ekspert İlhamə Quliyeva ifadəsində bildirmişdir ki, “East Residensə mane olan qadını kim himayə edir. Qanun MTKnı niyə qorumur?” adlı verilişdə işlənmiş bu tipli ifadələr (“bomj”, “anlaqsız qadın”, “reketlik edən”, “dələduz”) mənfi çalara malik məzmuna malik olması ilə diqqət çəkir və aid edildiyi şəxsin mənfi keyfiyyətlərə malik olduğunu əks etdirməklə böhtan olduğu təqdirdə təhqir faktı kimi dəyərləndirilə bilər. “Bomj” sözü rus dili mənşəli söz olmaqla səfil, didərgin, yeriyurdu olmayan adam deyilir. “Bomj” sözünün açılışı - “bez opredelyonnoqo mesta jitelstva”, mənası isə sabit - daimi yaşayış yeri olmayan deməkdir. Gündəlik həyatda rastlaşırıq - küçədə yaşayan, tapdığı ilə qidalanan, başqasının verdiyi geyimdən istifadə edən, bir sözlə, acınacaqlı sonunu özü üçün seçən. Təqdim edilən materialda “anlaqsız qadın” ifadəsinə nəzər yetirək. “Anlaqsız” söz izahlı lüğətlərdə “düşüncəsiz, qanacaqsız, mərifətsiz, dərrakəsiz” kimi mənalarda izah edilir. Tədqiq olunan verilişin mətninin linqvoüslubi təhlilindən görünür ki, “bomj”, “anlaqsız qadın” ifadələrini aparıcı öz fikri kimi deyil, apardığı jurnalist araşdırmasının nəticəsi üzrə sakinlərin və şirkət təmsilçilərinin dediklərinin xülasəsi kimi işlətmişdir. Verilişin aparıcısı tərəfindən işlədilmiş “reketlik edən”, “dələduz” sözləri V.Əzizovanın ünvanına deyil, sözügedən məsələlərdə ona himayədarlıq etməklə sui-istifadə məqsədi güdən qeyri-müəyyən şəxslərə aid olunmuşdur: “Bu faktiki olaraq həm vəzifə səlahiyyətlərindən sui-istifadədi, həm də açığı elə reketlikdi... Yəni bilirsiz həqiqətən bu bir dələduzluq faktının, anlaqlı olmayan bir qadının üzərinnən şirkətə qarşı çox ciddi bir basqıdı. Yəni məsələnin bu tərəfi də var.” Bununla yanaşı aparıcının bilavasitə özü tərəfindən Vahidə Əzizova haqqında “bir dəlinin əlində qalmaq”, “anlaqlı olmayan qadın” ifadələr işlədilmişdir. Bu ifadələrin əks etdirdiyi iddialar konkret faktlarla sübuta yetirilmədiyi təqdirdə təhqir faktı kimi səciyyələndirilməlidir. “Dəli” sözü tibbi termin olaraq “ağlı və şüuru yerində olmayan, ruhi xəstə” deməkdir. Eyni zamanda izahlı lüğətlərdə “dəli” sözünün “gic, axmaq, sarsaq, ağılsız” kimi mənaları da vardır. Apellyasiya baxışı zamanı xüsusi ittihamçı qismində ifadə vermiş şəxs X13 birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək, verilən suallaraq cavab olaraq göstərmişdir ki, X19 ona dəfələrlə böhtan atmış və təhqir etmişdir. Təhqir etməyi ilə bağlı bildirmişdir ki, X19 onu “anlaqsız, düşüncəsiz, reketlik edən biri, dələduz” adlandırmış, onun barəsində “dəlinin əlində qalmışıq” kimi ifadə işlədib. Böhtan atması ilə bağlı bildirmək istəyir ki, X19 bildirib ki, guya o, MTK-nın söküntü apardığı ərazidə 2021-ci ilin oktyabr ayından sonra sökündü aparıldaıqdan sonra Əmlak Komitəsi tərəfindən hansısa məmurların iştirakı ilə qanunsuz olaraq əmlak əldə etmiş, həmin əmlakda evsiz insanlar saxlamış, dələduzluq etmiş və sakinlərə hədə-qorxu gəlmişdir. Onun haqqında həqiqətə uyğun olmayan və təhqir edici video həm Prime TV” youtube kanalında paylaşılmışdır və “Google” axtarış saytında da 1 ay müddətində həmin video mövcud olmuşdur. Birinci instansiya məhkəməsində məhkəmənin hazırlıq iclasında hakim ondan həmin video paylaşılıb-paylaşılmamasını soruşmuş, o, da telefonda açıb Youtube kanalında həmin videonu hakimə göstərmiş, lakin məhkəmənin sonrakı iclasında qeyd edilən videonun artıq silinməsi görülmüşdür. Həmin video X19 tərəfindən onun Facebook profilində də paylaşılmışdır. Apellyasiya baxışı zamanı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X19 ifadəsində göstərmişdir ki, o, verlişin hazırlamaqlarını və çəkməklərini inkar etmir. O, jurnalistdir və müxtəlif mövzularda verlişlər hazırlayır. X3 qanunsuz hərəkətləri barəsində məlumat daxil olmuşdur, çoxsaylı şikayətlər nəticəsində “Prime Tv” youtube internet televiziya kanalında bu verlişi çəkməyə qərar vermişlər, sonradan həmin videonu paylaşmamağa qərara gəlmişlər və çəkilmiş materialı öz arxivinə yerləşdirmişdir. Orada işlədilən ifadələr sakinlərin həmin qadın haqqında dedikləri rəylərdir. Material heç harda yerləşdirilməmiş və heç vaxt paylaşılmamışdır. Kiberhücum vasitəsilə həmin video “Prime Tv” youtube internet televiziya kanalının arxivindən götürülmüş və məhkəməyə təqdim edilmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş ekspert Şahid ifadəsində göstərmişdir ki, kompyuter texniki ekspertizasının tədqiqat obyekti rəqəmsal izlərdir. Rəqəmsal izlər dedikdə, makcihazlar, kompyuterlər, serverlər və onlardan götürülmüş loqlar başa düşülür, yəni aparılmış əməliyyatlara dair rəqəmsal izlərin təhlili başa düşülür. Kompyuter texniiki ekspertizasının tədqiqat obyektləri hər hansı televiziyada efirə getmiş və ya mobil telefondan çəkilmiş fotolar və ya videolar, həmçinin kağız üzərində olan fototəsvirlər ola bilməz. Göstərdiyi obyektlər üzrə ekspertlər rəy verə bilməz. Youtube portalının belə bir özəlliyi var ki, həmin portalda istənilən istifadəçi kanal aça bilər və burada videolar paylaşa bilər. Həmin videoları paylaşdıqdan müəyyən qədər sonra silə bilər və ya gizlədə bilər və digər istifadəçilər bunu görə bilməz. Ekspertlər tədqiqat zamanı həmin videonu youtube portalında görə bilmr, lakin bu o demək deyil ki, həmin video youtube portalında paylaşılmamışdır. Bununla bağlı qəti olaraq cavab verilməsi üçün mütləqdir ki, ekspertin o serverə qoşulmağı təmin edilsin, ekspertin həmin serverlərə qoşulmağı təmin edilmədikdə isə ən azından həmin kanalda paylaşımlar üzrə “device event”, yəni aparılmış əməliyyatlar üzrə loqlar ekspertə təqdim edilsin. Ekspertlərin o serverə qoşulmağı təmin edilmədiyi və həmin loqlar ekspertə təqdim edilmədiyi üçün ekspert həmin videonun paylaşılıb-paylaşılmaması barədə cavab verə bilməz. Ekspert İİ sual üzrə isə qeyd etmişdir ki, məhkəmə ekspertlərə həmin məsələ ilə bağlı nəzəri sual verdiyi üçün ekspertlər də nəzəri olaraq cavab vermişlər ki, həmin videnonun kiberhücum nəticəsində arxivdən götürülərək paylaşılması istisna deyil. Məhkəmə iclasında ekspert Şahid verilən suallara cavab olaraq bildirmişdir ki, sırf həmin kanalda paylaşılması üçün admin panelin şifrəsini bilmək mütləqdir, lakin youtube portalında hər kəs kanal aça bilər və orada videolar paylaşa bilər. İş materiallarında olan CD diskdən görünür ki, X9 aparıcısı olduğu və MTK-nın nümayəndəsi Camal Hümbətovun iştirakı ilə keçirilmiş “East Residensə mane olan qadını kim himayə edir. Qanun MTK-nı niyə qorumur?” adlı veriliş çəkilmişdir. Həmin video görüntülərdə verilişin aparıcısı sakinlərlə, şirkətin təmsilçiləri ilə apardığı söhbət və araşdırmaların nəticəsində V.Əzizovanın “bomj həyatı” yaşadığını, “anlaqsız” olduğunu bildirir: - “Bu qadın əziz seyircilər elə bil bomj həyatı yaşıyır. Yəni anlaqlı vəziyyətdə də deyil. Və iddia olunur ki, onu orada himayə eliyən məmurlar var.” Eyni zamanda aparıcı iddia edir ki, həmin məmurlar bu qadının vasitəsilə şirkəti sıxma-boğmaya salmaq, onun vasitəsilə şirkətdən böyük pullar qoparmaq istəyirlər: “Bu faktiki olaraq həm vəzifə səlahiyyətlərindən sui-istifadə, həm də açığı elə reketlikdi. Yəni bilirsiz həqiqətən bu bir dələduzluq faktının, anlaqlı olmayan bir qadının üzərindən şirkətə qarşı çox ciddi bir basqıdır. Yəni məsələnin bu tərəfidə var” kimi söhbət öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında baxılan iş üzrə təqsirləndirilən şəxs X9 ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının ifadəsinə, ittiham tərəfinin təqdim etdiyi kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanmış yuxarıda göstərilən məlumata, ekspert rəyinə, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət hadisəsi törədilməmiş, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdur, cinayət əməlininin X19 tərəfindən törədilməsi tam sübuta yetirilmir. Birinci instansiya məhkəməsi hökmdə qeyd etmişdir ki, məhkəmə araşdırılması zamanı xüsusi ittihamçı X3 təqsirləndirilən şəxs X19 tərəfindən təhqir edilməsi, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması, həmçinin X19 tərəfindən ağır və ya xüsusilə ağır cinayətdə ittiham edilməsi öz təsdiqini tapmamışdır. Xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim edilmiş videoçəkilişin ümumiyyətlə yayımlanmadığı isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Həmin videogörüntünün yalnız mövcudluğu xüsusi ittiham qaydasında cinayət təqibi aparılmasına əsas ola bilməz. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. İlk öncə məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, iş materiallarında X9 xüsusi ittihamçı X7 “böhtan” atması öz təsdiqini tapmır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1636-5/1420 saylı rəyindən görünür ki, mətndə işlədilən ifadələrin böhtan olub-olmamasının araşdırılması xüsusi bilik tələb etmədiyindən məhkəmə ekspertinin səlahiyyətinə aid deyildir. Göründüyü kimi linqvistik ekispertizanın həmin rəyində həmin ifadələrin “böhtan” xarakterli işlədilə bilməsi barədə heç bir məlumat göstərilməmişdir. Birinci instansiya məhkəməsi X9 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibinin yaranmamasına dair nəticəni onunla əsaslandırmışdır ki, bu maddə ilə ağır cinayət və ya xüsusilə ağır cinayət ittiham etməklə böhtan atmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmin əməl subyektiv cəhətdən birbaşa qəsdlə törədilir və təqsirləndirilən şəxs yayılan məlumatların yalan olduğunu biləbilə həmin məlumatların yayıldığını dərk etməsində və bunu arzu etməsində ifadə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə təqsirləndirilən şəxs o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, həmin əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə görə ağır və xüsusilə ağır cinayət hesab edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə. idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin mənasına görə, şəxs təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o, halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər və burada mühüm odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Bundan əlavə, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt”da və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində göstərilmişdir ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, X9 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibinin yaranması iş materialları və işdə iştirak edən şəxslərin ifadələri ilə təsdiq olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə iş üzrə dindirilmiş ayrı-ayrı şəxslərin ifadələrinin və ekspert rəyinin məzmunu qeyd olunmaqla sadalansa da, həmin ifadələr təhlil edilməmiş, bir-biri ilə müqayisə edilməmiş və həmin ifadələrin hansının X9 CM-in 148-ci maddəsində göstərilən cinayətin törədilməsində iştirakını təkzib edən sübut kimi qəbul edildiyi göstərilməmişdir. Belə ki, iş materiallarında olan birinci instansiya məhkəməsində təyin olunmuş və məhkəmə istintaqı zamanı araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 noyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1636-5/1420 saylı rəyindən görünür ki, 1. “East Residensə mane olan qadını kim himayə edir. Qanun MTK-nı niyə qorumur?” adlı verilişdə işlənmiş bu tipli ifadələr (“bomj”, “anlaqsız qadın”, “reketlik edən”, “dələduz”) mənfi çalara malik məzmuna malik olduğundan aid edildiyi şəxsin mənfi keyfiyyətlərə malik olduğunu əks etdirməklə böhtan olduğu təqdirdə təhqir faktı kimi dəyərləndirilə bilər. 2. Təqdim olunan verilişin mətninin linqvoüslubi təhlilinə əsasən “bomj” və “anlaqsız qadın” ifadələrini aparıcı öz fikri kimi deyil, apardığı jurnalist araşdırmasının nəticəsi üzrə sakinlərin və şirkət təmsilçilərinin dediklərinin xülasəsi kimi işlətmişdir. Təqdim olunan verilişin aparıcısı tərəfindən işlədilmiş “reketlik edən”, “dələduz” sözləri V.Əzizovanın ünvanına deyil, sözügedən məsələlərdə ona himayədarlıq etməklə sui-istifadə məqsədi güdən qeyri-müəyyən şəxslərə aid olunmuşdur: 4. Təqdim olunan verilişin aparıcının bilavasitə özü tərəfindən Vahidə Əzizova haqqında işlədilmiş “bir dəlinin əlində qalmaq”, “anlaqlı olmayan qadın” ifadələrin əks etdirdiyi iddialar konkret faktlarla sübuta yetirildiyi təqdirdə təhqir faktı kimi səciyyələndirilməlidir. Mətndə xüsusi ittihamçı X13 ilə bağlı neqativ məlumatın mövcudluğunu məlumatda mənəvi keyfiyyətlərin şübhə altına alındığını, bu fikirlərin təsdiq formasında təqdim edilməsini, eləcə də faktoloji səciyyə daşıyan bu məlumatların kütləvi şəkildə yayıldığını nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, linqvistik baxımından yanaşdıqda təqdim olunmuş mətndə xüsusi ittihamçı X13 ilə bağlı onların şərəf və ləyaqətini alçaltmağa xidmət edən məlumatlar mövcuddur. Linqvistik ekispertizanın rəyinə əsasən həmin ifadələr “təhqir” xarakterli işlədilə bilər və hökmdə həmin rəyə istinadən yayılan məlumatların təhqir olduğu əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, X9 “Prime Tv” youtube internet televiziya kanalında işlədilən ifadələrin onun ifadələrinin olmaması, sakinlərin həmin qadın haqqında dedikləri rəylər olması, materialın heç bir saytda yerləşdirilməməsi və heç vaxt paylaşılmaması, kiberhücum vasitəsilə həmin videonun “Prime Tv” youtube internet televiziya kanalının arxivindən götürülməsi və məhkəməyə təqdim edilməsi məzmununda ifadələr verməsinə dair ifadəsinə tənqidi yanaşır, həmin ifadələr X9 özünümüdafiə xarakterli ifadəsi hesab edilməlidir və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmişdir. Belə ki, X9 “Prime Tv” youtube internet televiziya kanalında işlədilən ifadələrin onun ifadələrinin olmaması, sakinlərin həmin qadın haqqında dedikləri rəylər olmasına istinad etməsinə baxmayaraq, qeyd olunmalıdır ki, bu ifadələr bilavasitə X9 aparıcısı olduğu verilişdə ifadə olunmuşlar və birbaşa X3 ünvanına deyilmişlər. Apellyasiya baxışı zamanı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X19 da ifadəsində göstərmişdir ki, o, verlişin hazırlamaqlarını və çəkməklərini inkar etmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin materialın heç bir saytda yerləşdirilməməsi və heç vaxt paylaşılmaması fikirləri ilə aşağıdakılara əsasən razılaşmır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş ekspert Şahid ifadəsində göstərmişdir ki, o, ekspert olaraq tədqiqat zamanı həmin videonu youtube portalında görə bilməmişdir, bunun səbəbini texniki amillərlə izah etmişdir, eyni zamanda qeyd etmişdir ki, lakin bu o demək deyil ki, həmin video youtube portalında paylaşılmamışdır. Məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, iş mareialların olan “Youtube” paylaşım saytından edilmiş foto-çıxarışdan görünür ki, X19 aparıcısı olduğu “Prime Tv” youtube internet televiziya kanalında 20 iyun 2023-cü tarixdə yayımlanmış “East Residensə mane olan qadını kim himayə edir. Qanun MTK-nı niyə qorumur?” adlı veriliş 424 dəfə izlənilmiş, 27 dəfə bəyənilmişdir. Məhkəmə kollegiyası X13 tərəfindən kiberhücum vasitəsilə həmin videonun “Prime Tv”nin arxivindən götürərək, məhkəməyə təqdim edilməsinə dair X9 digər izahatına da tənqidi yanaşır. Belə ki, məhkəmə kompüter-texniki ekspertizasının eksperti qeyd etmişdir ki, “Youtube” video paylaşma sisteminə aid serverin ölkə xaricində olması və hal-hazırda həmin serverə qoşulmanın texniki imkanlar çərçivəsində olmamasını nəzərə alaraq ekspert qarşısında qoyulan suala cavab verə bilməmişdir, Məhkəmə Ekspertiza Mərkəzinin verilişin yayımlanıb-yayımlanmamasını, kim tərəfindən yayımlanmanı, kim tərəfindən silinməsini müəyyənləşdirə bilmək üçün texniki imkanları yoxdur. Ekspertin də qeyd etdiyi kimi, “youtube “ video paylaşım sisteminə aid serverin ölkə xaricində olduğundan və hətta ekspertin belə araşdırma məqsədilə oraya müdaxilə etməsi üçün texnini imkanı olmadığından, xüsusi texniki biliyə malik olmayan X13 tərəfindən X9 “İP” ünvanını yuotube video paylaşım sisteminə aid serverdəki loqları əldə etmək imkanları istisnadır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür.” Həmin qərarın 3-cü bəndində göstərilir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fıkir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulubpozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin X9 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirinin olmamasına dair gəldiyi nəticə kifayət qədər araşdırılma aparılmadığından və mötəbər sübutlara əsaslanmadığından əsassızdır. “İnsan Hüquqlarının və X11 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X24rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərərçəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X19 yuxarıda qeyd edilən kütləvi çıxışında və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında göstərilən məlumatları, ifadələri işlədərək xüsusi ittihamçı cəmiyyət qarşısında onu tanıyanların əhatəsində şərəf və ləyaqətini ləkələmiş, nüfuzdan salmaqla onların ağır psixoloji sarsıntı keçiməsinə səbəb olmuşdur. Göründüyü kimi xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə təqsirləndirilən şəxsin internet “Youtube” ən böyük video paylaşım sistemlərində kütləvi çıxışında səsləndirdiyi söz və ifadələrin təhqir xarakterli olub-olmaması mübahisəli olduğundan, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-linqvistik ekspertizası təyin edilmiş və həmin ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, “East Residensə mane olan qadını kim himayə edir. Qanun MTK-nı niyə qorumur?” adlı verilişdə işlənmiş bu tipli ifadələr (“bomj”, “anlaqsız qadın”, “reketlik edən”, “dələduz”) “bir dəlinin əlində qalmaq”, “anlaqlı olmayan qadın” cümlələrini linqvistik baxımdan təhlil etdikdə işlənən ifadələr ümumilikdə qazilərin, qazi hesab olunduğu təqdirdə isə xüsusi ittihamçı X3 şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan söz və fikirlər hesab olunur. Yəni, təqsirləndirilən şəxs X19 “Youtube” ən böyük video paylaşım sistemlərində kütləvi paylaşımı zamanı xüsusi ittihamçı barəsində səsləndirdiyi söz və ifadələr birbaşa təhqir xarakterli olmuş, yəni ünvanlandığı şəxsin şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzunu ləkələmək xarakteri daşımışdır. Təqsirləndirilən şəxs X19 həmin söz və ifadələrlə onların aid olduğu şəxslərin cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərini alçaltmış, onların cəmiyyətdə tutduqları mövqelərini ləkələmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Qavazov Bolqarıstana qarşı iş üzrə” xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “Əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Göründüyü kimi təqsirləndirilən şəxs X19 tərəfindən xüsusi ittihamçı barəsində təhqir xarakterli söz və ifadələr kütləvi çıxışında yaymışdır. Ali Məhkəmənin Plenum qərarından göründüyü kimi kütləvi çıxışda şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibini yaradır. Birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs X19 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Həmin maddənin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “İnsan Hüquqlarının və X17 Haqqında” Konvensiyasının 10-cu maddəsinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa məlumat və ideyaları almaq və yaymaq azadlığı da daxildir. Bu maddənin digər bəndində isə bu azadlıqların həyata keçirilməsi bir sıra məqsədlər üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilməsi təsbit olunub. Avropa Konvensiyasının 10-cu maddəsi tamamilə, hətta ciddi ictimai narahatlıq doğuran məsələlərin mətbuatda əks olunmasına gəldikdə belə, məhdudiyyətsiz ifadə azadlığını təmin etmir. Maddənin 2-ci hissəsinə görə bu azadlığın həyata keçirilməsi həmçinin mətbuata tətbiq olunan “vəzifə və öhdəliklər” doğurur. Bu işdə olduğu kimi, digər şəxslərin hüquqlarının pozulduğu hallarda bu “vəzifə və öhdəliklər” əhəmiyyət kəsb etməyə başlayır. Qeyd edilməlidir ki, xüsusi ittihamı irəli sürmüş şəxslərin öz şərəfinə və nüfuzunun qorunmasına hüququ həm Milli, həm də Beynəlxalq aktlarla təmin olunmuşdur. İfadə etmək azadlığının həyata keçirilməsinə xas olan “vəzifə və öhdəliklər səbəbindən” Konvensiyanın 10-cu maddəsi ilə ümumi maraq kəsb edən məsələlər barədə məlumat yaymaqla bağlı jurnalistlərə verilən təminat jurnalist etikasına uyğun olaraq dəqiq və etibarlı məlumat təqdim etmək üçün vicdanla hərəkət etmək şərtinə tabe olur ( bax, the Goodwin v. X34. judgment of 27 March 1996. Reports 1996-İİ. P.500/39 və Fressoz and Roire v. France, Reports 1999-1, p. 24/54). “İnsan Hüquqları və X17 Haqqında” Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş söz azadlığı (ifadə vermək hüququ) ilə əlaqədar Avropa Məhkəməsinin təcrübəsində 10-cu maddədə işlədilən “İfadə” anlayışına genişləndirici təsvir verilir. “X10rşı” işdə Məhkəmə göstərir ki, bu, nəinki xeyirxah və zərərsiz qiymətləndirilən və ya etinasız qəbul edilən “məlumat” və “ideyaları”, həm də dövlət və ya əhalinin bir hissəsi tərəfindən həqarətli, utandırıcı və narahatlıq doğuran “məlumat” və “ideyaları” əhatə edir. Bu demokratik cəmiyyətin zəruri elementləri olan plüralizm, dözümlülüyün və baxışların müxtəlifliyinin tələbidir. Məhkəmə qeyd edir ki, X2 və ifadə azadlığı hüququ olsa da, bu hüquqdan istifadə qanuni qaydada olmalıdır, bu zaman məsuliyyətinə və öhdəliklərinə əməl etməlidir, digərlərinin hüququna xələl gətirməməlidir, xüsusi ittihamçıların "İnsan Hüquqlarının və X17 Haqqında" Konvensiya ilə, Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquq və azadlıqlarını pozmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X17 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası baxılan iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq, məhkəmə baxışı zamanı tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X9 xüsusi ittihamçı X5 təhqir etməsi mötəbər və təkzibolunmaz sübutlarla tam təsdiq olunduğundan, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmədə təqsirləndirilən şəxs X12 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs X9 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 399-cu maddəsinin tələbinə əsasən hökm məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdınlmaması ilə, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi ilə çıxaraldığı üçün, birinci instansiya məhkəməsinin hökmünün ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası, xüsusi ittihamçıların şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunan və cəmiyyətdə qınağa səbəb olan cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini nəzərə alaraq, qeyd edir ki, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası növü cəzanın məqsədlərini təmin edə bilər, məhz bu iş üzrə sosial ədalətin bərpası, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqda ağlabatan hesab edilə bilər. Belə bir vəziyyətdə məhkəmə kollegiyası cərimə növündə cəzanın təyin edilməsi ilə cəzanın məqsədlərinə çatmanın mümkün olduğu qənaətinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli, ona həmin maddə ilə 1000 (min) manat məbləğində cərimə cəzası təyin edilməli, iş üzrə maddi sübut 01 ədəd CD disk xüsusi ittiham qaydasında şikayət üzrə materiallarda saxlanılmalı, iş üzrə təyin edilmiş ekspertiza üzrə aparılmış tədqiqatların dəyəri olan 200 (iki yüz) manat X8 tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edirki, təqsirləndirilən şəxs xüsusi ittihamçı X3 tərəfindən verilmiş apellyasiya şikayətində X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair irəli sürülən qeyd edilən dəlillər məhkəmə baxış iclaslarının protokolları və cinayət işi üzrə toplanmış sənədlərlə ümumiyyətlə öz təsdiqini tapmadığından, əksinə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən, habelə işin faktiki halları ilə uyğun olmadığından, əsassız hesab olunmaqla həmin hissədə təmin edilməməli, qalan hissədə apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 353-356, 397.1, 397.2, 398.1.1 və 405-ci maddələrini rəhbər tutaraq,
H Ö K M E T D İ:
X9 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(009)-20/2024 nömrəli hökmü ləğv edilsin. X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə bəraət verilsin. X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, ona həmin maddə ilə 1000 (min) manat məbləğində cərimə cəzası təyin edilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk xüsusi ittiham qaydasında şikayət üzrə materiallarda saxlanılsın. İş üzrə təyin edilmiş məhkəmə-linqvistik ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) manat X8 tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən məhkum X9 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə 20 (iyirmi) saat üçün cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən: Anar İbrahimov
Hakimlər: Mirzəli Abbasov
Ramin Qaraqurbanlı