Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-855/2021 07.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qasımov Faiq Adil oğlunun sədrliyi və məruzəsi ilə, Rəhimov Elmar Eldar oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, Zərərçəkmiş şəxsin müdafiəçisi - Nümayəndə1 Zirəddin oğlunun, Müdafiəçilər - Müdafiəçi1, Müdafiəçi7, X7, Müdafiəçi8 oğlunun və Müdafiəçi10 Məhkumlar – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Mahmudov Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.4 və 182.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3, Mahmudov Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 CM-nin 182.3.2-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs5 və onun müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi7, məhkum Mahmudov Təqsirləndirilən şəxs4, məhkum Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi6, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü ilə (sədrlik edən X5, hakimlər X6 və X8 ibarət tərkibdə) 2 aprel 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkuım olunmamış, Bakı şəhəri Yasamal rayonu, G.A.Abbasov küçəsi, ev 13, mənzil 32-də qeydiyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 182.3.2-ci maddələri ilə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 182.3.2-ci maddəsi ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən 13 oktyabr 2017-ci il tarixdən 13 avqust 2018-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı 10 ay müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 11 (on bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır; 18 avqust 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu, M.Naxçıvani küçəsi, ev 30-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx xxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Xırdalan şəhəri, məhələ 27, ev 3-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Mahmudov Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx xxxxxx 1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 8-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx xxxxxx 1991-ci ildə Naxçıvan MR Ordubad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, korpus 75, ev 35vdə qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmə əsasən Təqsirləndirilən şəxs1 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib yalandan olaraq özünə məxsus Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsini sənədləşdirməsi üçün pul lazım olmasını bildirib, həmin torpaq sahəsini satdıqdan sonra pulunu qaytaracağına vəd verib aldadaraq 29 mart 2016-cı ildə ünvan 1 ünvanda həmin dövrün məzənnəsi ilə 3148 manat təşkil edən 2.000 ABŞ dolları və 11852 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs 15000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs3 və Mahmudov Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək 2016-cı ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən çay evinə dəvət edib, orada yalandan Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsini saxta sənədlərlə sənədləşdirmələrində polisin məlumatı olmasını və bu məsələnin həlli üçün 51.000 manat pul vermək lazım olduğunu bildirib, istənilən pulun bir hissəsini, yəni üzərinə düşən 17.000 manatı vermədiyi təqdirdə, onun da bu cinayətdə iştirakçı olmaqla həmin torpaq sahəsinə saxta sənədin hazırlanması üçün 15.000 manat verməsini polisə deyib onu tutdurmaqla haqqında rüsvayedici məlumatları yayacaqları ilə hədələyərək xeyli miqdar təşkil edən 17.000 manat pulunu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs hədəni real qəbul edib 2 may 2016-cı ildə Bakı şəhəri Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən həmin çay evində tələb olunan 17.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Bundan başqa o, təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə 2016-cı ilin may ayının sonlarında Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən yay evinə dəvət edib, orada yalandan Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsini saxta sənədlərlə sənədləşdirmələrində cəzaçəkmə müəssisələrindən çıxmış kriminal aləmin üzvlərinin də məlumatı olaraq ondan pul istəmələrini bildirib, bu məsələnin həlli üçün 5.000 manat vermədiyi təqdirdə həmin torpaq sahəsinə saxta sənədin hazırlanması üçün 15.000 manat verməsi barədə olan məsələnin yenidən qaldırıb onu tutdurmaqla haqqında rüsvayedici məlumatları yayacağı ilə hədələyərək 5.000 manat pulunu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs də hədəni real qəbul edərək hazırda pulu olmadığını bildirdikdə, Təqsirləndirilən şəxs1 ona həmin pulu özü verəcəyini, əvəzində isə «AGBank» bankından 13 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə götürmüş olduğu 9500 ABŞ dollarının ödəməsini demiş, Zərərçəkmiş şəxs razılaşaraq 6 ay müddətində ümumilikdə 3600 manat olmaqla Təqsirləndirilən şəxs1 əvəzinə bank ödənişi etmişdir. Bundan başqa o, təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma, yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə 2016-cı ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi rayonu, N.Abdullayev küçəsində yerləşən «Eqoist» hotelinə dəvət edib, orada cəzaçəkmə müəssisələrindən çıxmış kriminal aləmin üzvlərinə 16.000 manat vermək lazım olmasını, həmin pulu vermədiyi təqdirdə torpaq sahəsinə saxta sənədin hazırlanmasında onun da iştirakı olması məsələnin yenidən qaldırıb onu tutdurmaqla haqqında rüsvayedici məlumatları yayacağı, həmçinin ona və anasına zor göstərib xəsarət yetirəcəyi ilə hədələyərək xeyli miqdar təşkil edən 16.000 manat pulunu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs də hədəni real qəbul edib 5 iyul 2016-cı ildə Bakı şəhəri Nəsimi rayonu, N.Abdullayev küçəsində yerləşən «Eqoist» hotelində tələb olunan 16.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Bundan başqa o, təkrarən əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxs X1 yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə 2016-cı ilin iyun ayının 10-da Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi rayonu, N.Abdullayev küçəsində yerləşən «Eqoist» hotelinə dəvət edib, orada adını çəkmədiyi qadına 2.000 manat pul borclu olduğunu, həmin pulu vermədiyi təqdirdə yalandan olaraq onun cəzaçəkmə müəssisələrindən çıxmış kriminal aləmin üzvlərinə ödənilməli olduğu 16.000 manat pulunun verməyəcəyini deyib həmin şəxslərin onun anasına zor göstərib xəsarət yetirəcəyini təşkil edəcəyi ilə hədələyərək 2.000 manat pulunu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs hədəni real qəbul edib 15 iyun 2016-cı ildə Bakı şəhəri Nəsimi rayonu, N.Abdullayev küçəsində yerləşən «Eqoist» hotelində tələb olunan 2.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Bundan başqa o, təkrarən əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxs X1 və yaxın qohumunun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə məqsədi ilə 2016-cı ilin sentyabr ayında Zərərçəkmiş şəxs ünvan 4 ünvanda yerləşən evinə dəvət edib, orada adını çəkmədiyi qadına 5.000 manat pul borclu olduğunu, həmin pulu vermədiyi təqdirdə özü va ya cəzaçəkmə müəssisələrindən çıxmış tanışlarının vasitəsi ilə ona və anasına zor göstərib xəsarət yetirəcəyini təşkil edəcəyi ilə hədələyərək 5.000 manat pulunu hədə-qorxıı ilə tələb etmiş, Zərərçəkmiş şəxs hədəni real qəbul edib 2016-cı ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu, Bəsti Bağırova küçəsində yerləşən həmin evində tələb olunan həmin dövrün məzənnəsinə görə 4.914,3 manat təşkil edən 3.000 ABŞ dollarını Təqsirləndirilən şəxs1 vermişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs3, Mahmudov Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs üzərində zor göstərmə hədəsi ilə əmlakını hədəqorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan plan və vəzifə bölgüsünə uyğun olaraq 2016-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs5 Zərərçəkmiş şəxs ilə tanış olub şəxsi münasibət yaratdıqdan sonra 5 noyabr 2016-cı ildə güya intim əlaqədə olmaları üçün əvvəldən günlük kirayə götürdükləri Bakı şəhəri Səbail rayonu, Həsən Abdullayev küçəsi, ev 10, mənzil 1-ə dəvət edərək orada onunla görüşüb intim münasibətdə olmaq üçün şərait yaratdıqdan sonra mənzilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Mahmudov gəlmiş, Təqsirləndirilən şəxs2 guya Təqsirləndirilən şəxs5 əri, Təqsirləndirilən şəxs4 Mahmudov isə Təqsirləndirilən şəxs2 dostu kimi özlərini təqdim edərək namusuna toxunduğu üçün Zərərçəkmiş şəxs zor tətbiq edib öldürməklə hədələmiş, az sonra mənzilə qrupun digər üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 gəlib vəzifə bölgüsünə uyğun olaraq guya Zərərçəkmiş şəxs köməklik etmək adı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 Mahmudovla danışıq apardıqdan sonra Zərərçəkmiş şəxs zor göstərmə hədəsi ilə hədə-qorxu gələrək etdiyi əxlaqsız hərəkətə görə öldürməmək üçün külli miqdar təşkil edən 200.000 manat məbləğində pul tələb etmiş, Zərərçəkmiş şəxs hədəni real qəbul edib tələblə razılaşdıqdan sonra mənzildən sərbəst buraxılmışdır. Bundan başqa o, təkrarən Mahmudov Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs onun və yaxın qohumu anasının şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək 2017-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri Nəsimi rayonu, 28 may küçəsində yerləşən «X19» kafesində Zərərçəkmiş şəxs ilə görüşüb onu Təqsirləndirilən şəxs5 ilə mənzildə tutduqları üçün polisə şikayət etdiyindən 25.000 manat xərcləri çıxdığını, həmin pulu faizlə götürdükləri üçün artıq borclarının 50.000 manat olduğunu deyib, həmin məbləği vermədiyi təqdirdə ona və anasına xəsarət yetirib zor göstərəcəyi ilə hədələyərək xeyli miqdar təşkil edən 50.000 manat pulunu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs hədəni real qəbul edib qorxaraq pulu tapıb verəcəyinə söz verdikdən sonra onu sərbəst buraxmışdır. Bundan sonra 13 oktyabr 2017-ci ildə Zərərçəkmiş şəxs tələb olunan puldan 3.500 manatını Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesində yerləşən «Bazarstore» mağazasının qarşısında Təqsirləndirilən şəxs1 verən zaman Səbail RPİ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 tutularaq Səbail RPİ-nə gətirilmiş və üzərinə keçirilən baxış zamanı aldığı 3.500 manat pul aşkar edilərək götürülmüşdür. Hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi7 ayrı-ayrılıqda eyni məzmunlu apellyasiya şikayətləri verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs1 haqqında bəraət hökmü çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, mühakimə icraatını həyata keçirərkən məhkəmə dəlduzuq və hədə-qorxu ilə tələb etmə cinayəti ilə bağlı Təqsirləndirilən şəxs1 bəraət verən halları nəzərə almamış, müəyyən edılmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və qanunsuz olaraq Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 182.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməyi barədə hokm çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən kredit götürmək istəyən şəxsləri yanına gətirməyi müqabilində, kredit düzəldəndən sonra hər müştəriyə görə Fərman tərəfindən Təqsirləndirilən şəxs1 müəyyən məbləğdə pul verməsi barədə söylədiklərinə baxmayaraq, ondan digər pul vəsaitlərini almağı öz təsdiqini tapmasa da məhkəmə bunu nəzərə almamış, dələduzuq və hədə-qorxu ilə tələb etmə cinayəti törətməyinin sübuta yetirildiyini qeyd etmişdir. Məhkəmənin hökmü mübahisələndirilən hissədə tamamilə qanunsuzdur. Belə ki, məhkəmə iclasında ittiham aktına əlavə edilmiş siyahıda göstərilən şahidlərdən heç biri Təqsirləndirilən şəxs1 Fərmandan pul aldığını gördüyünü bildirməmişdir. Belə ki,. Qasımov X11 razılığa gəlmişdir ki, kredit götürmək istəyən müştəri onun yanına banka gətirməyi müqabilində ona müəyyən məbləğdə pul verəcək. 2014-cü ildən 2016-cı ilə kimi onlar bu qaydada işləmiş və gətirdiyi hər müştəriyə görə kredit düzəldəndən sonra Fərman ona müəyyən məbləğdə pul vermişdir. Daha sonra Fərmanın dayısı Rafik Bədəlov Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Fərmanı yüksək vəzifəlı tanışları vasitəsi ilə banka işə düzəldib. Fərmanın isə ona qoşulub kimə gəldi kreditlər verir, onu işə düzəldən şəxs bunları bilsə, onun qarşısında hörmətini itirəcək və Təqsirləndirilən şəxs1 tələb etmişdir ki, Fərmanla bir də «iş» görsə, onu tutduracaq. 13 oktyabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə gəlib bildirmişdir ki, Fərman ona zəng vurub, onların tanış etdiyi keçmiş müştərisinə kredit verib və paylara düşən pulu götürməkdən ötrü Badamdar qəsəbəsinə çağırır. Fərid Fərmana zəng edib məsələ ilə maraqlanmış və Fərman Təqsirləndirilən şəxs4 dediklərini təsdiq etmişdir. Bundan sonra Fərid Təqsirləndirilən şəxs4lə birlikdə taksiyə əyləşib Fərmanın dediyi ünvana getmiş və Fərmanın həmin ymdə dayanıb bizi gözlədiyini görmüşdür. Taksidən düşüb Fərmanla görüşəndən sonra o. əlindəki pulu Fəridə Qasımova uzatmışdır. Qasımov X12 əlində çox pul olduğunu görüb ona 500 manat pul çatmalı olduğunu bildirmiş və pulu götürməkdən imtina elmişdir. Bui zaman ətrafdan mülki geyimdə bir neçə nəfər polis əməkdaşı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 üstünə gələrək, ауп-ауп avtomobillərdə onları Səbail RPİ-nə gətirmişlər. İdarədə Təqsirləndirilən şəxs1 cibinə zorla 3.500 manat pul qoyub, həmin pulu Fərmandan hədə-qorxu ilə aldığını etiraf etməyini tələb ediblər. Təqsirləndirilən şəxs1 məcburiyyət qarşısında tərtib edilmiş sənədlərə təzyiq altında imza etmişdir. Həmin ərəfələrdə Rafik Bədəlov Təqsirləndirilən şəxs1 anasına hədə-qorxu gələrək ondan 58.000 manat pul tələb etmiş, verməyəcəyi təqdirdə oğluna 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 anasına Fərmandan ümumiyyətlə pul almadığından Rafik Bədəlova pul verməməsini tapşırsa da, anası onun hədələrinə dözməyib, yaşadığı evi satıb Rafik Bədəlova 27.000 manat pul vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs 8 may 2018-ci il tarixdə ona dəymiş maddi ziyanın ödənildiyi tələbi və şikayətinin olmadığı barədə ərizə vermişdir. 09 iyun 2018-ci il tarixdə Səbail rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs1 15 iyun 2018-ci il tarixdə Rafik Bədəlovla görüşmüşdür. O, Təqsirləndirilən şəxs1 əlavə З0000 manat da pul istəmiş və həmin məbləğdə pulun müqabilində Təqsirləndirilən şəxs1 barəsində oian cinayət təqibinə xitam verdirəcəyini bildirmişdir. Hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi6 ayrı-ayrılıqda eyni məzmunlu apellyasiya şikayətləri verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs3 haqqında bəraət hökmü çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlinin törədilməsində təqsirliliyi işdə olan heç bir sübutla təsdiq olunmamış, məhkəmə sadəcə ona qarşı irəli sürülmüş ittihamı heç bir əsaslandırma aparmadan təsdiq etmişdir. Təqsirləndirilən şəxs3 törədilmiş cinayət əməlində iştirakı nə ibtidai istintaq nə də məhkəmə baxışında öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs3 həm istintaqda həm də məhkəmə baxışında verdiyi bütün ifadələrində ümumiyyətlə baş verən bu əməllərdə bu və ya digər şəkildə iştirak etmədiyini, heç kimə hədə-qorxu gəlmədiyini bildirsə də və onun bu ifadəsi həm zərərçəkmiş şəxs, həm digər iştirakçılar tərəfindən təsdiq edilməyinə baxmayaraq məhkəmə bu ifadələri nəzərə almamışdır. Eynilə də digər hadisə şahidləri məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ümumiyyətlə tanımadıqlarını, onun sadəcə Fəridin dostu kimi yanında gördüklərini bildirmişlər. Zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs3 sadəcə Fəridin dostu kimi tanıdığını və onunla kredit verilməsi ilə əlaqədar münasibətinin yarandığını bildirmiş, həmçinin məhkəmədə verdiyi ifadədə Zaurun ona hər hansı hədə-qorxu gəlmədiyini, ondan heç nə tələb etmədiyini göstərmişdir. Bütün bu hallara baxmayaraq məhkəmə nədənsə bu ifadələrə məhəl qoymamış, sadəcə ittihamda göstərilən xüsusatları hökmə köçürməklə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmışdır. İş materialları və məhkəmə istintaqının yekunları ilə əldə olunmuş sübutlardan təqsirləndirilən şəxsin əməlində hər hansı cinayət əməlinin olması sübuta yetirilməmişdir. Məhkəmə baxışı zamanı birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 182.3.2-ci maddəsi İlə təqsirli olması sübuta yetirilmədiyi halda ona qanunsuz olaraq ittiham hökmü çıxarılmışdır. Bununla da məhkəmənin gəldiyi nəticə iş üzrə məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara əsaslanmadan çıxarılmışdır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını, ilk dəfə məhkum olunmasını və s. yüngülləşdirici halların olmasını, eyni zamanda cəzanı ağırlaşdırıcı halların omamasını nəzərə almadan ağır cəza vermişdir ki, bu da təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun cəza hesab edilə bilməz. Hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi5 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, hökm əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Cinayət işinin materiallarından görünür, ki,2016-ci ilin noyabr ayının əvvələrində Təqsirləndirilən şəxs1lə görüşüb. Fərid ona təklif etmişdir ki, tanıdığı Fərmanla oyun qurub plan əsasında pulunu almaq istəyirlər. Fərmanı tanıdıqları bir qızla evdə tutub, hədələyib pulunu almaq lazımdır. Ona təklif etmişlər ki, o, Fərmanla evdə tutulacaq qızın əri rolunu oynasın. O, Təqsirləndirilən şəxs4lə həmin evə getsin, onları evdə tutsun, evdə Fərmanın üstünə cumaraq ki, guya onun arvadı ilə tutmuş, onu otaqdan çıxaracaqlar. Bir sözlə, Təqsirləndirilən şəxs2 öz hərəkətləri ilə Zərərçəkmiş şəxs inandırmalıdır ki, qızn ərinin onu öldürmək niyyəti vardır, yəni Təqsirləndirilən şəxs2 Fərmanzadəni hədələmə üçün əsas yaratmalıdır.. Məhkəmədə bütün təqsirləndirilən şəxslər özünü təqsirli bilməmişlər və məhkəmə bu hökmü məhz ibtidai istintaqın materiallarında və zərərçəkmiş şəxs F. Fərman-zadənin ifadələri əsasında qurmuşdur, hərçənd ibtidai istintaqın materialları kifayət qədər bir birinə ziddir və orada boşluq mövcuddur. Yeganə olaraq məhkum Təqsirləndirilən şəxs4 Mahmudovun ifadələri zərərçəkmiş Fərmanzadənin məhkəmədə verilmiş ifadələri ilə uyğun gəlir. Bu şəxslərin ifadələrindən görünür: Təqsirləndirilən şəxs4lə Elvin mənzilə daxil olublar. Həmin vaxt Fərman Yaqutla birlikdə yataq otağında yarıçılpaq vəziyyətində olmuşlar. Elvin Yaqutun üstünə qışqıraraq “bilmirəm, uşağın müalicə pulunu haradan tapım, sən isə burada öz kefindəsən" demişdir. Elvin qızı tutub otaqdan çıxarmışdır və onlar həyətə çıxmışlar. Məhkəmədə Fərman-zadə göstərib ki, şəxsən Zahidov onu heç bir üsulla hədələməyib. Beləliklə, Təqsirləndirilən şəxs2 digər məhkumlarla olan planlaşdırmış razılığı pozaraq Zərərçəkmiş şəxs hədə-qorxu gəlməsi üçün heç bir əsas yaratmıamışdır və bu hərəkəti yalnız cinayət törətməkdən könüllü imtina etmə kimi qiymətləndirilməlidir. İbtidai istintaqın materiallarda Mahmudov Təqsirləndirilən şəxs4 ifadələrindən görünür ki, cinayət qrupun üzvləri cinayət törətməkdə razılığa gələndə onların planında Fərman-zadədən 50.000 manat hədə-qorxu ilə tələb etmə var idi. Daha sonra zərərçəkmiş şəxsin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs1 ondan 200.000 manat istəyib.Həmin pulun miqdarı məhkəmə tərəfindən qəbul edilmiş və cinayətin tövsifinə təsir etmişdir. Məhkənə nəzərə almamışdır ki, cinayət qrupun digər üzvlərinin 200.000 manatdan həbəri yox idi, yəni ki Təqsirləndirilən şəxs1 ümumi niyyətdən kənara çıxan cinayət törətmişdir və digər cinayət qrupun hərəkətləri AR CM-nin 182.2.1 və 182.2.4-cü maddəsi ilə töfsif etməlidir. Hökmdən narazı qalan məhkum Mahmudov Təqsirləndirilən şəxs4 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmünün ləğv edilməsini və onun haqqında bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökm əsassız və qanunsuzdur. İttiham olunduğu və məşhkum olunduğu maddələrlə özünü təqsirli bilmir. İbtidai istintaqın ilkin mərhələsindən hökmün ona göndərilməsinədək hüquqları kobud surətdə pozulmamışdır. İstər ibtidai sitintaq istər məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs və şahidlər onun barəsində ifadə verməmişlər. Ümumiyyətlə onu tanımadıqlarını bildirmişlər. Eyni ilə digər təqsirləndirilən şəxslər onun qeyd olunan cinayət əməlində aidiyyətinin olmadığını bildirmişlər. Bu da ibtidai istintaq zamanı toplanılmış sübutların mötəbər olmadığını, ittihamın sübuta yetirilməsində şübhələr yarandığını göstərir. Bu şübhələr nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı aradan qaldırılmamış, ümumiyyətlə aradan qaldırılması üçün cəhd edilməmişdir. Onun cinayət əməlini törətməyi barədə mötəbər sübutlar törədilməmişdir. Müstəntiq tərəfindən onun reanimasiyada olduğu vaxt ifadəsinin alınması qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa onuna cəza təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən onun şəxsiyyətini səciyyələndirən hallar nəzərə alınmamışdır. Belə ki, ona cəza təyin edilərkən himayəsində bir azyaşlı uşağının olmasını, Çernobıl əlili olan atasının onkoloji xəstə olmasını, ruhi xəstə olan qardaşının olmasını, ona qaşı heç bir iddia və tələbin olmamasını birinci instansiya məhkəməsi nəzərə almamışdır. Hökmdən narazı qalan məhkum Təqsirləndirilən şəxs5 və onun müdafiəçisi Müdafiəçi1 ayrı-ayrılıqda eyni məzmunlu apellyasiya şikayətləri Təqsirləndirilən şəxs5 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmünün dəyişdirilməsi, yüngülləşdirici hallar nəzərə alınaraq Təqsirləndirilən şəxs5 cəmiyyətdən təcrid olunmadan islah və tərbiyə oluna bilməsi qənaətinə gələrək, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq olunmasını xahiş etmişlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs5 verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. İstintaq aparılarkən qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmiş, qanunvericiliyin tələbləri pozulmuş, lakin məhkəmə tərəfindən bu halların heç birinə hüquqi qiymət verilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs5 ona qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi təqsirli bilinməsi nəticəsinə gəlməsinin əsası kimi zərər çəkmişin və şahidlərin ifadələrini əsas götürmüş, ümumi sözlərlə «təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən edilmədi» qənaətinə gələrək Təqsirləndirilən şəxs5 sərt cəza təyin etmişdir. Təqsirləndirilən şəxs5 bir başa və ya dolayı olaraq bu işdə hər hansı bir iştirak və ya əlaqəsinin olması öz əksini tapmır. Sadəcə Təqsirləndirilən şəxs5 hadisələrin təsadüfi axarı zəminində (maddi problemlərini və məişət qayğılarını həll etmək istəyinin güclü olması) belə addım atdığından, məsələnin mahiyyətinə dərindən qiymət vermədiyi və işin belə sonluqla nəticələnəcəyini düşünməydiyi üçün bu əməlindən peşman olduğunu bildirmişdir. İş üzrə təqsirləndirlən şəxs zərərçəkmiş şəxs ilə barışıq əldə etmişdir. Bununla əlaqədar həm məhkəmə iclaslarında ifadəsində, həm də ərizəsində göstərmişdir. İş üzrə təqsirləndirlən şəxsin cəzasını ağışlaşdırıcı hallar yoxdur. Məhkəmə şəxsə cəza təyin edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət işində cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların isə istisna olunduğunu, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bununla yanaşı onun cəza çəkmədən islah və tərbiyyə olunmasını mümkün saydığı üçün barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini məqsədəuyğun hesab edə bilər. Təqsirləndirilən şəxs5 azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılması üçün heç bir əsas yoxdur, eyni zamanda birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin olmamasını kifayət qədər nəzərə almamış, onun cəza çəkmədən də islah olunması məsələsinə laqeyd yanaşmışdır. Hökmdən qanunvericilklə müəyyən edilmiş qaydada dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla verilmiş apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə məhkum məhkum Təqsirləndirilən şəxs5 və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətləri qismən təmin edilməli, digər məhkumların və onların müdafiəçilərinin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs5 aid hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-in 397-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək, göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 Airf oğlu və Təqsirləndirilən şəxs2 yaşadığı «Sovetski» adlanan ərazidə bir məhəllədə yaşadığına görə tanımışdır. Mahmudov Təqsirləndirilən şəxs4 isə Təqsirləndirilən şəxs3 görə tanımışdır. Mahmudov Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs3 həyat yoldaşının xalası oğludur. Təqsirləndirilən şəxs5 iş üzrə keçən şahidlər Şahid3 və Şahid4 vasitəsi ilə tanımışdır. Sonuncu ilə heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs məktəb illərindən tanıyır. Sonuncu ilə də münasibətləri yaxşı olmuşdur. Fərmanın dayısı Rafik Bədəlov ona zəng etmiş və onlar görüşmüşlər. Sonuncu ona Fərmanı yüksək vəzifəli tanışları vasitəsi ilə banka işə düzəltdiyini, Fərmanın isə ona (yəni Fəridə) qoşulub kimə gəldi kreditlər verdiyini, onu işə düzəldən şəxs bunları bilsə, onun qarşısında hörmətini itirəcəyini bildirib ondan tələb etmişdir ki, Fərmanla bir də «iş» görsə, onu tutduracaqdır. Bundan bir müddət sonar 2017-ci ilin mart ayında Təqsirləndirilən şəxs4lə Mahmudovla birlikdə «Gilavar» restoranında dostunun ad günündə olarkən Fərman onlara yaxınlaşıb üzr istəmiş və baş verənləri unudub, yenidən əvvəlki qaydada işləməyi təklif etmişdir. Təqsirləndirilən şəxs4lə birlikdə Fərmanın təklifi ilə razılaşıb, kredit götürmək istəyən şəxsləri tapıb Fərmanla tanış etməyi öhdələrinə götürmüşdür. Bundan sonra kredit üçün ona müraciət etmiş tanışı X4 veriləcək kreditlə bağlı problem yarandığından sonuncu və Təqsirləndirilən şəxs4lə birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən 175 saylı tam orta məktəbin həyətində Fərmanla görüşmüşlər. Həmin vaxt Fərmanın dayısı Rafik Bədəlov onları kənardan görmüşdür. 13 oktyabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs4 onun yaşadığı mənzilə gəlib bildirmişdir ki, Fərman ona zəng vurub, onların tanış etdiyi keçmiş müştərisinə kredit verdiyini demiş və onları payına düşən pulu götürməkdən ötrü Badamdar qəsəbəsinə çağırır. Təqsirləndirilən şəxs4 dinləyəndən sonra Fərmana zəng edib məsələ ilə maranlanmış və Fərman Təqsirləndirilən şəxs4 dediklərini təsdiq etmişdir. Bundan sonar Təqsirləndirilən şəxs4lə birlikdə taksiyə əyləşib Fərmanın dediyi ünvana getmiş və sonuncunun həmin yerdə dayanıb onları gözlədiyini görmüşdür. Taksidən düşüb Fərmanla görüşəndən sonar sonuncu, əlindəki pulu ona uzatmışdır. Fərmanın əlində çox pul olduğunu görüb, sonuncuya ona 500 manat pul çatmalı olduğunu deyib, pulu götürməkdən imtina etmişdir. Bu zaman ətrafdan mülki geyimdə bir neçə nəfər polis əməkdaşı onunla Təqsirləndirilən şəxs4 üstlərinə cummuş və ayrı-ayrı avtomobillərdə onlar Səbail RPİ-nə gətirilmiş və rəis müavini Orxan müəllimin otağına salınmışdır. İdarəyə gətirilərkən bütün yol boyu əməliyyat qrupunun rəhbəri Bəxtiyar Bayramov tərəfindən döyülmüş və şəxsiyyəti alçaldılmışdır. İdarədə rəis müavininin xidməti kabinetində ondan başqa Mahmudov Təqsirləndirilən şəxs4, Zərərçəkmiş şəxs, Rafik Bədəlov, əməliyyat qrupunun rəhbəri Bəxtiyar Bayramov və tanımadığı başqa bir neçə nəfər polis əməkdaşları olmuşdur. Rafik Bədəlov rəis müavinin kreslosunda əyləşib polis əməkdaşlarına əmrlər vermiş, onun tapşırığına əsasən qollarına qandal vurulmuş, təklif edilmişdir ki, Fərmandan pul aldığı barədə tərtib edilmiş sənədlərə imza etsin. Bunu etməyəcəyini bildirdikdə rəis müavini Orxan şəxsən onu döyməyə başlamışdır. Bütün bunlaraq baxmayaraq sənədlərə imza etməmişdir. Həmin vaxt otaqda olan polis əməkdaşı Bəxtiyar Bayramov tanımadığı «Zuzu» adlı bir nəfəri içəri salıb, onun üzərinə ifraz etməyi tələb etmişdir. Çıxılmaz vəziyyətə düşüb, təqdim etdiyi bütün sənədlərə imza etmişdir. Bundan sonra müstəntiqin otağına aparılmışdır. Orada polis əməkdaşı Bəxtiyar Bayramov zorla onun cibinə 3.500 manat pul qoyub, həmin pulu Fərmandan hədə-qorxu ilə aldığını etiraf etməsini tələb etmişdir. Məcburiyyət qarşısında müstəintiq Emil Abdullayevin tərtib etdiyi sənədlərə təzyiq altında imza etmişdir. Həmin ərəfələrdə Rafik Bədəlov anasına hədə-qorxu gələrək ondan 58.000 manat pul tələb etmiş, verməyəcəyi təqdirdə ona 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etdirəcəyini bildirmişdir. Anasına Fərmandan ümumiyyətlə pul almadığını bildirib, Rafik Bədəlova pul verməməsini tapşırsa da, anası sonuncunun hədələrinə dözməyib, yaşadığı evi satıb Rafik Bədəlova 27.000 manat pul vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs 8 may 2018-ci il tarixdə ona dəymiş maddi ziyanın ödənildiyi, tələbi və şikayətinin olmadığı barədə ərizə vermişdir. 15 iyun 2018-ci il tarixdə Rafik Bədəlovla görüşmüşdür. Sonuncu ondan əlavə 30.000 manat da pul istəmiş və həmin məbləğdə pulun müqabilində barəsində olan cinayət təqibinə xitam verdirəcəyini bildirmişdir. Artıq 8 ay müddətində istintaq təcridxanasında qaldığından, bir də həbs yerinə qayıtmaması üçün dostlarından borc alıb Rafik Bədəlova həmin məbləğdə pul vermişdir. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin bitməsinə az qalmış Rafik Bədəlova zəng etmiş, lakin sonuncu zənglərinə cavab verməmişdir. Bu zaman Rafik Bədəlov tərəfindən aldadıldığını başa düşmüşdür. Etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs əmlakını ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətməmişdir. İttiham aktında qeyd olunan şəxslərlə qabaqcadan əlbir olub xeyli və külli miqdarda əmlak əldə etmək məqsədilə Zərərçəkmiş şəxs və onun anasının şəxsiyyəti üzərində zor göstərmə və haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə təkrarən, hədə-qorxu ilə sonuncunun əmlakını tələb etməmişdir. Apellyasiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, tutulanadək «ATV+» kabel televiziyasında usta işləmişdir. ***-***-**-** mobil nömrə onun adına qeydiyyatdadır və istifadə etmişdir. Adına başqa bir mobil nömrə olmamışdır. Təqsirləndirilən şəxs5 başqa digər təqsirləndirilən şəxsləri tanıyır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir məhlədə yaşamışdır. Mahmudov Təqsirləndirilən şəxs4 isə həyat yoldaşının xalası oğludur. Onunla da münasibətləri normaldır. Təqsirləndirilən şəxs5 əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs X2 ilk dəfə bankda görüb tanımışdır. Belə ki, bacanağı Türkiyə Respublikasının vətəndaşı X15 işlədiyi bankdan «Toyota Prado» markalı avtomobili kreditə götürmüş və sonradan ödəniş zamanı müəyyən problemləri yaranmışdır. Bununla bağlı baldızı ilə birlikdə banka gedən zaman Fərmanı orada görüb tanımışdır. Təxminən bir həftə, on gün sonra Fəridgilin evində olarkən Səbail RPİ-nin 9-cu polis bölməsinin əməkdaşları gəlib onları bölməyə aparmışlar. Bölməyə gətirildikdən sonra Təqsirləndirilən şəxs4lə Elvin də oraya gətirilmişdir. Bu zaman onlar Zərərçəkmiş şəxs şikayətinə əsasən bölməyə gətirildiklərini bilmişdir. Həmin gün Fərmanın dayısı kimi özünü təqdim edən bir nəfər bölməyə gəlmiş və polis əməkdaşları onlardan Fərmanın dayısından üzr istəməyini tələb etmiş və onlar sonuncudan üzr istədikdən sonra sərbəst buraxılmışdır. Zərərçəkmiş şəxs nə o özü, nə də onun yanında başqaları hədə-qorxu gəlməmiş və bu yolla ondan pul tələb etməmişdir. İbtidai istintaq zamanı adından yazılmış ifadələrə müstəntiqin sözünə inanıb, oxumadan imza etmişdir. Həmin ifadələri təsdiq etmir. Həmişə qanun çərçivəsində davranmış və hüquq pozuntusuna yol verməmişdir. Apellyasiya baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Mahmudov Təqsirləndirilən şəxs4 birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək, göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xalası qızının yoldaşı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 isə iş üzrə keçən Şahid3, Zərərçəkmiş şəxs isə xalası qızının həyat yoldaşı Türkiyə Respublikasının vətəndaşı Mehmetə görə tanımışdır. Təqsirləndirilən şəxs5 ilə uzun müddət sevgi yaşamışdır. Hazırda xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs5 ona zəng edib ağlaya-ağlaya evdə atası ilə mübahisə edib yaşadığı evi tərk etdiyini, qalacağı yeri olmadığını bildirib ondan kömək istəmiş, özünə mənzil almaq istədiyini, bu məqsədilə ona bankların birindən 50.000 manat məbləğində kredit alınmasında köməklik göstərilməsini xahiş etmişdir. Fəridin Fərmanla «işbirliyi»ndən məlumatı olduğundan, Fəridə zəng edib görüşmək istədiyini bildirmişdir. Fərid Fərmana zəng edib onu həmin yerə dəvət etmiş və bir qədər sonra Fərman çayxanaya gəlmişdir. Fərmana istədiyi adamlara istədikləri məbləğdə kreditlər verdi barədə məlumatının olduğunu bildirib, ondan xahiş etmişdir ki, münasibətdə olduğu Təqsirləndirilən şəxs5 50.000 manat kreditin verilməsinə köməklik göstərsin. Fərman onunla razılaşıb bildirmişdir ki, səhərisi günü banka gəlib ona yaxınlaşarlar və hansı qaydada köməklik edəcəyini fikirləşər. Aralarında bundan başqa hansısa torpaq səhəsinə sənədi ilə bağlı söhbət olmamışdır. Heç kim Zərərçəkmiş şəxs hədə-qorxu gəlməmiş, onun əmlakını aldatma yolu ilə ələ keçirməmişdir. Kredit götürmək istəyən şəxsləri Fərid və Fərmanla tanış etməyi öhdəsinə götürmüşdür. Fərmanın dayısı X18 Qasımova «dərs» vermək, yəni onu 3-4 günlüyə həbs etdirmək istədiyini bildirib, bu işdə ona köməklik etməsini xahiş etmişdir. Sonuncuya qətiyyətlə etirazını bildirmişdir. Bundan sonra Rafik ona hədə-qorxu gələrək, bu işdə köməklik etməyəcəyi təqdirdə Fərmana Səbail RPİ-nin 9-cu PB-nə ərizə yazdırıb, Fəridi və onu həbs etdirəcəyi və sonda 10 ildən 15 ilədək azadlıqdan məhrum etdirəcəyini bildirmişdir. Rafikin dediklərini real qəbul edib, 15 il cəza almaqdansa, Fəridin 3-4 gün həbsdə qalması ilə razılaşıb, Rafiqə kömək etməyinə razılıq vermişdir. Apellyasiya baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək, göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun sinif yoldaşı Valehə görə tanımışdır, münasibətləri normaldır. Təqsirləndirilən şəxs3 ilə isə bir yerdə hərbi xidmətdə olmuşdur. Mahmudov Təqsirləndirilən şəxs4 onun işlətdiyi mağazanın yanında yerləşən fotostudiyada işlədiyi vaxtdan tanıyır. Təqsirləndirilən şəxs5 Təqsirləndirilən şəxs4 Mahmudovla yaxın münasibətdə olan bir qadın kimi tanısa da, sonuncu ilə hər hansı bir münasibəti olmamışdır. 2016-cı ilin noyabr ayının əvvəllərində Nizami metrostansiyasının yaxınlığında olarkən Mahmudov Təqsirləndirilən şəxs4 yaxınlaşıb, onu Axundov bağının yaxınlığına, deyəcəyi ünvana aparmasını xahiş etmişdir. Yol gedərkən Təqsirləndirilən şəxs4 xahişi ilə ərzaq mağazasının qarşısında avtomobili saxlamışdır. Təqsirləndirilən şəxs4 ona qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs5 üçün kirayə ev tutduğunu və onun üçün üçün mağazadan ərzaq almaq istədiyini bildirmişdir. Birlikdə marketə daxil olub bazarlıq etmiş və bu işdə Təqsirləndirilən şəxs4 köməklik etmişdir. Təqsirləndirilən şəxs4 dediyi ünvana çatdıqda qapının ağzında Yaqutun Fərmanla söhbət etdiklərini görmüşdür. Təqsirləndirilən şəxs4 bunu görüb əsəbi halda Fərmanın üzərinə gedib, burda nə etdiyini və Yaqutla nə barədə söhbət etdiyini soruşmuşdur. Fərman Təqsirləndirilən şəxs4 onun dünən maraqlandığı kredit məsələsinə görə həmin yerə gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs4 Fərmana: «burada kredit verilir, bura bankdır?»-deyə sual etdikdən sonra onlar mübahisə etməyə başlamışlar. Onları sakitləşdirə bilmədiyini görüb Fəridə zəng edib, həmin yerə gəlməsini xahiş etmişdir. Təxminən 15-20 dəqiqədən sonra Fəridlə Zaur onların olduqları həmin yerə gəlmişdir. Təqsirləndirilən şəxs4 Fəriddən: «sənin tanışın Fərmanın bu ünvanda nə işi var? Bu nə hərəkətdir belə?»- deyə soruşduqda Fərid Təqsirləndirilən şəxs4 sakitləşməyi, Fərmanla söhbət edib, məsələyə aydınlıq gətirəcəyini bildirmiş və Fərmanın qoluna girib, onu həmin yerdən uzaqlaşdırmışdır. Hadisə bununla da bitmiş və onlar ayrılıb hərə öz işinin dalınca getmişlər. Bundan 3-4 gün sonra Səbail RPİ-nin 9-cu PB-nə çağırılmışdır. Bölmədə Fərmanın onlardan şikayət etdiyi ona məlum olmuşdur. Həmin vaxt bölmədə Fərmanın qohumu Rafik Bədəlov adlı şəxs də olmuş, sonuncu çox əsəbi halda və yüksək səslə: «mənim işim Fəridlədir, bunlarla yox» deyə narazılıq etdiyini görmüşdür. Bildiyinə görə Təqsirləndirilən şəxs1 bir gün əvvəl bölmədə olmuş və izahatı alınandan sonra sərbəst buraxılmışdır. Müstəntiqin sözünə inanıb adından yazılmış ifadəyə oxumadan imza etmişdir. Həmin ifadələri təsdiq etmir. Apellyasiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edərək, göstərmişdir ki, Təqsirləndirilən şəxs1 Günaya görə, Mahmudov Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 görə tanımışdır. Sonuncuların heç biri ilə yaxın münasibəti olmamışdır. 2016-cı ilin oktyabr ayının axırlarında atasının mağazası ziyana düşmüş və bu səbəbdən ailəsinin pula ehtiyacı olmuşdur. Söhbət əsnasında Günaya ailəsinin çətin maddi durumu barədə danışmışdır. Həmin söhbətdən bir neçə gün sonra Günay ona işdə olarkən Fərid adında tanışına bir nəfərin pul borclu olduğu, həmin şəxsdən pulunu ala bilmədiyi, bu səbəbdən Fəridin səhnə qurub, borclu şəxsdən pulunu almaq istədiyi barədə danışmışdır. Bununla maraqlandıqda Günay ona demişdir ki, Fərid əvvəl həmin təklifi ona etmiş, lakin, ailəli olduğu üçün razılaşmamışdır. Günaydan Fəridin həmin qohum qızının bu işi nə səbəbə görmək istəmədiyini soruqduqda, Gynay həmin qızın da ailələli olduğunu və bu səbəbdən də həmin işi görə bilmədiyini bildirmişdir. Evdə maddi sıxıttıları olduğundan Günayın təklifi ilə razılaşmışdır. Bundan bir neçə gün sonra Fəridin dəvəti ilə yenə də həmin mənzilə getmişdir. Bu zaman mənzildə Fəriddən başqa daha iki nəfər, Mahmudov Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 olmuşdur. Fərid Elvini ona təqdim edib, sonuncunun onun «əri» rolunu oynayacağını demişdir. Bundan bir qədər sonra Fəridlə Zaur onu taksi ilə bir evə aparmış, evi ona göstərib, həmin evə adının Fərman olduğunu sonradan bildiyi şəxsi gətirməli olduğunu demişdir. Danışılmış plana əsasən o, səhəri gün Fərmanın işlədiyi "xxxx"ın «Medi Club» klinikasının yaxınlığında yerləşən filialına gedib, guya kredit götürmək istəyi bəhanəsi ilə Fərmanla tanış olmuşdur. 4 noyabr 2016-cı ildə Fərmana zəng edib evdə tək olduğunu bildirib onu evə dəvət etmişdir. Səhəri gün saat təxminən 18 radələrində Fəridgilin ona açarını verdiyi evdə olan zaman Fərman əlində bir ədəd tortla evə gəlmişdir. Sonuncuya qonşuların görə biləcəyindən ehtiyat etdiyini deyib, onu yataq otağına dəvət etmişdir. Mətbəxə keçib tez Fəridə zəng etdikdən sonra Fərmanla birlikdə yataq otağına keçmişdir. Birlikdə yataq otağına keçəndən sonra Fərman əynindəki köynəyinin qabaq düymələrini açmağa başlamış, o isə əynində olan koftanı yarı çıxarmışdı ki, birdən qapı açılmış, içəri əvvəlcədən danışıldığı kimi Elvin və Təqsirləndirilən şəxs4 daxil olmuşlar. Həmin vaxt Elvin oynadığı rola (əri) əsasən onları görüb qışqırıb bağırmağa başlamış və o da, guya ərinin onu başqa kişi ilə tutulduğuna görə ağlamışdır. Həmin vaxt Elvin qolundan tutub onu digər otağa keçirib demişdir ki, guya o, ilk əvvəl Fərmanı öldürəcək, daha sonra isə onun başını kəsəcəkdir. Fərid ona Fərmanın həqiqətən də inanıb qorxduğunu, pulu verəcəyini, pulu alandan sonra onun da pulunu çatdıracağını demişdir. Fəridə bir söz deməmişdir. Üstündən bir xeyli müddət keçəndən sonra Fərid ona zəng vurub uşaqların 9-cu polis bölməsinin əməkdaşları tərəfindən tutulduğunu, özünün isə hələ çöldə olduğunu bildirib, ondan kömək üçün pul istəmişdir. Odur ki, Fəridin ona verdiyi 1500 manat pulun üstünə 1500 manat da pul qoyub Fəridə vermişdir. Daha sonra onlarla heç bir əlaqəsi olmamışdır. Apellyasiya baxışı zamanı “WhatsApp” mobil tətbiq vasitəsi ilə zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs ilə video görüntü formasında əlaqə saxlanılmış, o, hal-hazırda İsveç respublikasında olduğunu, yaxın 4 ayda Azərbaycan Respublikasına gəlməyəcəyini, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir, İş materiallarında olan şəxsi axtarış və götürmə haqqında 13 oktyabr 2017-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 2016-2017-ci illər ərzində Təqsirləndirilən şəxs1 ondan hədə-qorxu ilə pul tələb etməsinə dair müraciəti əsasında Səbail RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 oktyabr 2017-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən pul verildikdən sonra Təqsirləndirilən şəxs1 saxlanılaraq rayon polis idarəsinə aparılmış və üzərindən Zərərçəkmiş şəxs aldığı 3.500 manat pul aşkar edilərək götürülmüşdür. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 3.500 manat pul maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Mahmudov Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 onun niyyəti 15000 manat xeyli miqdarda pul vəsaitini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona verdiyi vədi yerinə yetirməyərək dələduzluq etmək yolu ilə ona verilmiş pul vəsaitini qanunsuz yolla ələ keçirmək olması təsdiq edilir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, bu hal Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Mahmudov Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib Zərərçəkmiş şəxs 17.000 manat pulunu, daha sonra 3600 manat, 16.000 manat pulu, 2.000 manat pulu ələ keçirmələri təqsirləndirilən şəxslərin özlərini təqsirli bilməmələrinə baxmayaraq onların ittiham olunduqları cinayətləri törətməkdə təqsirli olmaları ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakları ilə verdikləri etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahid ifadələri, maddi sübut, cinayət işi materiallarına əlavə edilmiş protokollar, «AGBank» və "xxxx" ASC-dən götürülmüş sənədlər və işin digər faktiki halları ilə sübuta yetirilir və təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hər hansı hal iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Mahmudov Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib Zərərçəkmiş şəxs 17.000 manat pulunu, daha sonra 3600 manat, 16.000 manat pulu, 2.000 manat pulu ələ keçirməmələrinə dair verilmiş ifadələri iş materialları, şahid ifadələri ilə öz təsdiqini tapmır və məhkumlar həmin ifadələri özünü cinayət məsuliyyətdən yayındırmaq məqsədi ilə vermişlər. Bundan əlavə apellyasiya baxışı zamanı Mahmudov Təqsirləndirilən şəxs4 istifadəsində olmuş (050) 777-25-07, (050) 304-81-91, (055) 304-81-91, X1 istifadəsində olmuş (050) 347-81-80, (077) ***-**-** saylı mobil telefonlara 10 oktyabr 2017-ci il-14 oktyabr 2017-ci il tarixlər aralığında olan müddət ərzində daxil olan və çıxan zənglər, SMS-lər, həmçinin, qeyd edilən müddət ərzində həmin mobil telefon aparatlarının istifadə olunduqları əhatə dairəsi barədə məlumatların "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası Azərcell” MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülmüş CD diskdəki anten məlumatları tədqiq edərək hesab edir ki, iş materiallarında olan sübutlarla və CD diskdə olan məlumatlarla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Mahmudov Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 təqsirləri bir daha təsdiq olunur. Birinci instansiya məhkəməsində məhkəmə iclasında ifadə verən şahidlər Şahid4 Talib qızının, Şahid3, Şahid2, Şahid5 və ibtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1, ifadələrindən də göründüyü kimi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Mahmudov Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 təqsirsizliyinə dəlalət edən hər hansı bir hal movcud deyil və sonuncuların Zərərçəkmiş şəxs əmlakını (pulunu) dələduzluq niyyəti və hədə-qorxu ilə tələb etmə yolu ələ keçirərək mənimsəməsinə dair niyətinin olmamalarına dair hər hansı bir mötəbər sübut eldə edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il-ci il tarixli, 01 nömrəli qərarının 6-cı bəndində göstərilmişdir ki, soyğunçuluq və quldurluq cinayətini əmlakın hədə-qorxu ilə tələb edilməsi cinayətindən (CM-in 182-ci maddəsi) fərqləndirərkən nəzərə almaq lazımdır ki, soyğunçuluq və quldurluqda əmlakın ələ keçirilməsi zor tətbiq edilməsi ilə eyni vaxtda və ya ondan dərhal sonra baş verirsə, özgə əmlakını hədə-qorxu ilə tələb etmə zamanı təqsirli şəxsin əməli əmlakın və ya ona olan hüquqların gələcəkdə əldə edilməsinə yönəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü və 182.3.2-ci maddələri ilə Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Mahmudov Təqsirləndirilən şəxs4 barələrində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq törədilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları (cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənməsini), Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları (cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənməsini, himayəsində iki azyaşlı uşağının olmasını), Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən halları (himayəsində bir azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənməsini) və Mahmudov Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən halları (himayəsində bir azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini), cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkumlara ədalətli cəza təyin etmişdir. Eyni zamanda məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs5 barəsində cəza tədbiri seçilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi öz hökmündə bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini pozaraq Təqsirləndirilən şəxs5 ağır cəza təyin etmişdir. Cinayət işinin materiallarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkum Təqsirləndirilən şəxs5 münasibətdə müəyyən edilməmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarda qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəzanın ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsi isə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini özündə ehtiva edir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, «məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir». Məhkəmə kollegiyası hesab edir ki, müvafiq olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları (cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, xəstə olmasını, qadın olmasını, Təqsirləndirilən şəxs5 apelyasiya baxışında məhkəməyə ifadə verərkən faktiki halları, yəni öz əməlini etiraf edərək digər iştirakçıların cinayətdəki rolunu ətraflı təsvir etməsini, cinayətin açılmasında və cinayətin digər iştirakçılarının ifşa edilməsinə köməklik göstərməsini, peşman olmasını, iş üzrə zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, ilk dəfə cinayət törətməsini, gənc olmasını, cinayətin ağır həyat şəraiti nəticəsində törədilməsi), cəzanı ağırlaşdıran halların olmamasını müstəsna hallar kimi qiymətləndirməyərək məhkum Təqsirləndirilən şəxs5 ağır cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59-cu və 62-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs5 barəsində yuxarıda sadalanan yüngülləşdirici halların məcmusunu onun cinayətinin və şəxsiyyətinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hal kimi qəbul edərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin təqsirli bilindiyi maddənin sanskiyasında nəzərdə tutulmuş aşağı həddən az cəza təyin edilməklə yüngülləşdirilməsini qanunvericiliyin tələbləri baxımından mümkün hesab edir. Məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi7, məhkum Mahmudov Təqsirləndirilən şəxs4, məhkum Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi6, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi5 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü isə məhkum Təqsirləndirilən şəxs5 və onun müdafiəçisi Müdafiəçi1, apellyasiya şikayətinə münasibətdə dəyişdirilməli, Təqsirləndirilən şəxs5 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi barəsində Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla azaldılmalı, hökm onun barəsində qalan hissələrdə, eləcə də digər məhkumlara aid hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.4-cü maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 405.1.1-ci maddəsinin tələbinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək, təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.4 və 405.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L İ R: Məhkum Mahmudov Təqsirləndirilən şəxs4, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi5, həmçinin məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi7, məhkum Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi6 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs5 və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs5 və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətlərinə münasibətdə Təqsirləndirilən şəxs5 barəsində dəyişdirilsin. Təqsirləndirilən şəxs5 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Cəzasının əvvəli 14 mart 2019-cu il tarixdən hesablansın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər Sədrlik edən: Faiq Qasımov Hakim: Elmar Rəhimov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-855/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-855/2021
07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver