Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-863/2025 21.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 1(101)-505/2025 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 1(101)-505/2025 nömrəli hökmünə əsasən (hakimləri X7 (sədrlik edən), X6 və X2 ibarət tərkibdə,) xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvəllər məhkum olunmuş (Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş), məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbir seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 29 mart 2024-cü il tarixdən 31 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 22 aprel 2024-cü il tarixdən hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilmiş və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına görə və hökmə əsasən Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 5,94 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış varkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Suraxanı RPİ-nin KMQ-nın və CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 mart 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, V.Xəlilov küçəsində saxlanılaraq Suraxanı RPİ-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd seloffan bükümündə təmiz çəkisi 5,94 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda ümumi təmiz çəkisi 5010,58 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq 5,58 qramını üzərində gəzdirməklə 5005 qramını isə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsindəki nömrəsiz evinin zirzəmisində saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 aprel 2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic yaşayış massivi ərazisində şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən 14-cü PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd kibrit qutusunda xeyli miqdarda təmiz çəkisi 5,58 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsindəki nömrəsiz evinə keçirilmiş axtarış və götürmə zamanı evin zirzəmisində üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana ilə tərkiblərinə görə eynilik təşkil edən 1 ədəd ağ rəngli kisənin içərisində göy rəngli sellofanda külli miqdarda təmiz çəkisi 5005 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 1(101)-505/2025 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək əməlinin Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrindən 234.1-ci maddəsinə tövsif olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktik hallarına uyğun deyil. Həmçinin irəli sürülmüş ittiham üzrə mühüm əhəmiyyətə malik olan birinci instansiya məhkəməsinin hökmündə ziddiyyətli sübutlarla təsdiq edildiyindən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallar sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi cinayət işində toplanmış hüquqi sənədləri, ekspert rəylərini, şahid ifadələrini, təqsirləndirilən şəxsin ifadələrini tədqiq edərək onlara əhəmiyyət verməmiş, müəyyən edilmiş hallara düzgün qiymət verməmiş və ədalətsiz, qanunsuz, qərəzli, ağır və işin faktiki hallarını əks etdirməyən hökm qəbul etmişdir. Ona görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 1(101)-505/2025 nömrəli hökmü əsassız və qərəzli olduğundan ləğv edilməlidir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətində göstərilən əsaslarla Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 1(101)-505/2025 nömrəli hökmün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrindən 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Dövlət ittihamçısı2 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 1(101)-505/2025 nömrəli hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Maştağa qəsəbəsi, Sabir küçəsi 34A ünvanında yerləşən evinə getdikdə ailə üzvləri polis əməkdaşlarının evə gəldiklərini və onu soruşduqlarını bildirmişlər. Həmçinin ailə üzvləri polislərin onlarla əlaqə saxlamağı üçün telefon nömrəsi də qoyduqlarını demişlər. Telefondan istifadə etmədiyi üçün qonşuluqda yaşayan bir tanışının telefonu ilə onun ailə üzvlərinə verilən 050-563-79- 13 nöməsinə zəng etmişdir. Telefon danışığı zamanı polis əməkdaşı ona qarşı irəli sürülmüş ittiham üzrə onu narahat etdiyini bildirmişdir. O, polis əməkdaşları ilə görüşdükdən sonra birlikdə Sabunçu RPİ-nin 14-cü PB-nə getmişlər. Bölmədə narkotik vasitələrin istifadəçisi kimi ittiham edilməyinə razı olmuşdur. Narkotik vasitələrin istifadəçisi olduğundan və bundan əziyyət çəkdiyi üçün müalicə almaq istəmişdir. Sonra polis əməkdaşları onu Sabunçu RPİnə aparmışlar. Orada ailəsi və həyat yoldaşı ilə hədə-qorxu gələrək onu müxtəlif sənədlərə imza atmağa məcbur etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə evə baxış keçirmək məqsədi ilə öz evinə aparılmışdır. Evə baxış keçirilən zaman ailə üzvləri evdən kənarlaşdırılmışdır. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində ona verilən suallara cavab olaraq göstərmişdir ki, əvvəllər məhkum olunmuşdur. Birinci dəfə onu Suraxanı RPİ-nin əməkdaşları saxlamışdır. Belə ki, bir tanışı türmədən çıxmış və onunla görüşməyə getmişdir. Görüşəndən sonra bir-biriləri ilə sağollaşan zaman polislər hər ikisini də saxlamışlar. Tanışını 1 qram metamfetaminlə, onu da 5 qram marixuana ilə yükləmişlər. Daha sonra müstəntiq onu buraxmışdır. Nə Suraxanı RPİ, nə də Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı narkotik vasitə olmamışdır. Ona ailə üzvlərilə hədə-qorxu gəlmişlər. İbtidai istintaq zamanı ifadə verməmiş, cinayət işinin materiallarında olan ifadə polis əməkdaşları tərəfindən yazılmışdır. Əvəllər narkotik vasitənin kultivasiyası ilə məşğul olmamışdır. Məhkəmədə ifadə verən polis əməkdaşı Şahid3 tanımır. Hadisə şahidlərin dediyi kimi baş verməmiş, onun evindən hər hansı narkotik vasitə aşkar olunmamışdır. Birinci instansiya məhkəməsində tədqiq edilib sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, gündəlik işlərdə işləmişdir. Bir neçə il əvvəl narkotik bitkilər əkdiyi üçün məhkum olunmuş və həmin vaxtdan Maştağa qəsəbəsi, Ləhic bağ massivindəki torpaq sahəsinin yanında gizlin bir yerdə marixuana bitkisinin toxumları qalmışdır. Həbsdən çıxdıqdan sonra həmin toxumları özü istifadə etməsi üçün təxminən 2 il əvvəl Ləhic bağ massivindəki ona məxsus torpaq sahəsinin yaxınlığındakı boş ərazidə əkmişdir. Onlara qulluq edərək 12 ədəd marixuana bitkisi becərmiş və bitkilər tam yetişib böyüdükdən sonra onları həmin əkdiyi yerdən çıxarıb, qurudaraq hissə-hissə olmaqla, gizlin şəkildə yaşadığı evin zirzəmisinə daşımışdır. Orada qurutduğu marixuananı bir ədəd göy rəngli sellofana və onu da bir ədəd un kisəsinin içinə qoyub, zirzəminin ən künc hissəsinə qoymuşdur. Üzərinə də müxtəlif köhnə taxta materialları yığıb kimsənin görməməsi və aşkar etməməsini təşkil etmişdir. Həmin marixuanadan özü istifadə etmək üçün onu zirzəmisində saxlamışdır. Narkotik vasitə qəbul etmək istədikdə adı çəkilən gizlətdiyi həmin narkotikdən bir neçə istifadəlik ayırıb, kibrit qutusuna qoyub və ya sellofana bükülü halda üzərində gəzdirərək onu gizlin yerdə istifadə etmişdir. 29 mart 2024-cü il tarixdə zirzəmisindən kənarda, gizlin bir yerdə istifadə etməyi üçün bir büküm marixuana götürmüş və onu üzərində saxlayaraq, şəxsi işi ilə bağlı Suraxanı rayon ərazisinə getmişdir. Həmin gün təxminən saat 20 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, V.Xəlilov küçəsinin qarşısında olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib və onun şəxsiyyəti barədə maraqlanmışlar. O da özünü təqdim edərək Təqsirləndirilən şəxs olmağını demişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu Suraxanı RPİ-yə dəvət etmişlər. O, razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-yə gəlmişdir. Suraxanı RPİ-də şəxsiyyəti müəyyən olunduqdan sonra hüquqlarını müdafiə etməsi üçün vəkil təyin edilmiş, sonra hüquq və vəzifələri izah edilmiş və bundan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, etiraz etməmişdir. Sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkiliş ilə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən həmin gün evinin zirzəmisindən götürdüyü 1 ədəd şəffaf sellofana bükülmüş içərisində qurudulmuş bitki yarpaqlarına bənzər narkotik vasitə olan çətənəni (kanbis) cibindən çıxarıb təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açmışlar və həmin bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməyi barədə soruşmuşlar. O, həmin bir ədəd bükümün içərisində çətənə olduğunu, evinə gedib, zirzəmisində saxladığı narkotiki aşkar etməsinlər deyə yalandan həmin narkotik vasitələri öz istifadəsi üçün 29 mart 2024-cü il tarixdə Suraxanı rayonunda Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından onlayn qaydada 50 manat məbləğində aldığını, daha sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş həmin 1 ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, protokol və zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onu müvəqqəti buraxmışlar və o, evinə gəlmişdir. Öz şəxsi işləri ilə məşğul olmağa başlamışdır. Bundan sonra yenə də kənar yerdə narkotik istifadə etməsi üçün təxminən 20-21 aprel 2024-cü il tarixdə zirzəmisindəki həmin narkotikdən bir kibrit qutusuna qoyub, üzərində gəzdirməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə Ləhic bağ massivindən çıxıb evinə gəlmək istəyərkən 2 nəfər ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib, xidməti vəsiqələrini göstərib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, onu 14-cü PŞ-nə gətirmişlər. Polis şöbəsində ona vəkil təqdim edilmiş və hüquqları izah edilmişdir. Bundan sonra üzərinə videogörüntü ilə baxış keçiriləcəyi bildirilmişdir. Vəkilinin həmin prosesdə iştirak edərsə üzərindən aşkar olunacaq narkotiklərə şahid olacağını və beləliklə hüquqlarını keyfiyyətli müdafiə edə bilməyəcəyini düşündükləri üçün vəkilinin məsləhəti ilə o, öz istəyi ilə vəkili olmadan üzərinə şəxsi axtarış keçirilməsini xahiş etmiş və bu barədə ərizəsi təhqiqatçı tərəfindən çap olunduqdan sonra ərizəsini imza etmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməsi bildirildikdə o, etiraz etmədən əynində olan qara rəngli gödəkcəsinin yan cibindən bir ədəd içərisində marixuana olan kibrit qutusundaki bitki kütləsini təqdim etmişdir. Üzərindən başqa əşya və predmet aşkar edilməmişdir. O, mobil telefon istifadə etmədiyi üçün mobil nömrəsi də yoxdur. Bu zaman o, düşünmüşdür ki, üzərində narkotik olmasını polislər bildikləri üçün və bir dəfə Suraxanı rayonunda tutulduğu üçün yaşadığı evə də baxış keçirib, axtaracaqlar və beləliklə evindən də narkotik aşkar olunacaq. Buna görə yalan danışmağın mənasız olmasını düşünüb, yaşadığı evin zirzəmisində də narkotik olmasını səmimi etiraf etmiş və evinə keçiriləcək axtarış barədə ərizə ilə müraciət etmişdir. Yəni polis əməkdaşları ilə evinə axtarış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə yaşadığı Maştağa qəsəbəsi, Sabir küçəsindəki nömrəsiz evinə yollanmışlar. Bu proses zamanı da vəkilinin prosesdə iştirakını istəmədiyini bildirmiş və bu barədə ərizəsinə imza etmişdir. Evinin qarşısına gəlib, həyətə daxil olmuşlar. Daha sonra zirzəmiyə getmiş və orada gizlətdiyi, qurudub sellofana yığdığı narkotik vasitə qurudulmuş marixuanının yerini polis əməkdaşlarına demişdir. Həmin marixuana kisəsi aşkar olunmuş və qablaşdırılıb, üzəri yazılaraq o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra evinə daxil olub, orada da polis əməkdaşları axtarış aparsalar da hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Həmin narkotik vasitəni özü istifadə etmişdir, onu kiməsə satmaq məqsədi olmamışdır və əvvəllər də hər hansı şəxsə narkotik vasitə verməmiş və satmamışdır. Həmçinin evinin zirzəmində narkotik olmasından ailə üzvlərinin məlumatı olmamışdır. Ailə üzvləri onun narkotik vasitə istifadə etməsini bilməmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 28 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Sultan oğlunun barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə əlaqədar məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin günün axşam saat 20:00 radələrində Suraxanı rayonu, V.Xəlilov küçəsində zahiri görkəmi barəsində məlumat daxil olmuş şəxsə oxşayan bir nəfərə yaxınlaşıb, şəxsiyyətini müəyyən etdikdən sonra onu Suraxanı RPİ-nə dəvət etmişlər. İdarənin xidməti otaqlarından birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Sonra şəxsin üzərindən narkotik vasitə marixuanaya bənzər bir kütlə aşkar olunmuş və qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Tətqiqatçının narkotik vasitənin hardan əldə edilməsi ilə bağlı sualına Təqsirləndirilən şəxs həmin gün, təxminən hadisədən 2 saat əvvəl İran İslam Respublikasının vətəndaşı ilə əlaqə quraraq ondan 50 manat müqabilində narkotik vasitə aldığını və həmçinin narkotik vasitənin istifadəçisi olduğunu bildirmişdir. Şahid3 birinci instansiya məhkəməsində ona verilən suallara cavablandıraraq göstərmişdir ki, onun iştirak etdiyi epizodda şəxsin üzərindən yanlız bir kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı psixi və ya fiziki təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təstiq edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsindən görünür ki, o, Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla bağlı Sabunçu RPİ-nin 14-cü PŞ-nə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında şəxsin üzərində narkotik vasitəsinin daşıması və özünə məxsus evində narkotik vasitə saxladığı bildirilmişdir. 22 aprel 2024-cü il tarixdə şöbənin əməliyyat müvəkkili Şahid1lə birlikdə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic yaşayış massivi ərazisində tərəfimizdən saxlanılmış və sonra şöbəyə aparılması təmin edilmişdir. Şöbədə, müstəntiqin otağında videoçəkiliş vasitəsi ilə şəxsin üzərinə şəxs axtarış istintaq hərəkəti keçirilmişdir. Axtarış zamanı şəxsin üzərindən içərisində narkotik vasitə marixuanaya bənzər maddə olan bir kibrit qutusu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, narkotik vasitəsinin istifadəçisi olduğunu, əvvəlcədən üzərində aşkar olunan narkotik vasitəsinin əkini ilə məşğul olduğunu və evində narkotik vasitə oluğunu bildirmişdir. Şəxsin üzərindən aşkar olunan bir ədəd kibrit qutusu qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Sonra şəxsə məxsus evə tərəflərindən baxış keçirilmiş, bu zaman evin zirzəmisindən içərisində narkotik vasitə marixuanaya bənzər maddə olan 1 ədəd un torbası aşkar olunmuşdur. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, o, 22 aprel 2024-cü il tarixdə baş verən epizod üzrə iştirak etmişdir. Onun verdiyi ifadədə göstərilən hallar şəxsi axtarış və evə baxış videoçəkilişlərində əks olunmuşdur. İbtidai istintaqda verdiyi ifadəsini təstiq edir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Birinci instansiya məhkəməsində tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri Sabunçu RPİnin 14-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və yaşadığı evin zirzəmisində narkotik vasitələr saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün digər iş yoldaşı ilə 14-cü PŞ-nin rəisinə raportla müraciət olunduqdan sonra yaradılmış əməliyyat qrupu üzvü ilə birlikdə həmin gün saat 21 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic yaşayış massivi ərazisində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və 14-cü PŞ-nə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılana kimi olan müddət ərzində onlar tərəfindən Təqsirləndirilən şəxs müşahidə altında saxlanılmış və bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Təqsirləndirilən şəxs tutulan andan baş təhqiqatçı polis mayoru Samir Allahverdiyev tərəfindən ona hüquqları izah edilib, müdafiəçi ilə təmin olunmuşdur. Onun öz tələbi və rəsmi xahişi ilə müdafiəçinin iştirakı olmadan üzərinə axtarış keçirilməyə başlanılmışdır. O və digər iş yoldaşı da Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı həmin prossesual hərəkətdə iştirak etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirməzdən əvvəl təklif olunmuşdur ki, üzərində olan qeyri-qanuni əşyaları masanın üzərinə qoyaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusunun içərisindən qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin marixuananı təxminən 2 il əvvəl Maştağa qəsəbəsi, Ləhic bağ massivində əkib becərdiyini, qurudub evinin zirzəmisində saxladığını və bir qismini götürüb istifadə etməsi üçün üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində götürülmüş narkotik vasitəyə oxşar bitki mənşəli kütlə açılmış, görünüşündən və qoxusundan marixunaya bənzədiyi hiss olunmuşdur. Həmin bitki kütləsi iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi üçün onunla birlikdə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsindəki nömrəsiz fərdi yaşayış evinə yollanmışlar. Orada Təqsirləndirilən şəxs evinin zirzəmisini göstərmişdir. Həmin zirzəmiyə daxil olub, bir qədər getdikdən sonra küncdə, üzərinə taxtalar yığılmış ağ rəngli un kisəsinin içərisində, göy rəngli sellofanda içərisində spesifik iyə malik, qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar olunmuşdur. Sorğu zaman Təqsirləndirilən şəxs bildirdiyi təxminən 2 il əvvəl Maştağa qəsəbəsi, Ləhic bağ massivində əkib becərdiyi, qurudub evinin zirzəmisində saxladığı həmin qurudulmuş marixuananın aşkar olunmuş marixuana olmasını bildirmişdir. Həmin içərisində bitki kütləsi olan kisə iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Həmçinin zirzəminin digər yerlərinə və evin otaqlarına da baxış və axtarış keçirilsə də hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır. Birinci instansiya məhkəməsində tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 Balaağa qızının ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, oğlu Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsindən bəzən şübhələnsə də sonuncu onun yanında heç vaxt narkotik vasitə barədə danışmamış və ya başqa hər hansı qanunsuz hərəkət etməmişdir. Onların yaşadıqları evin zirzəmisində narkotik vasitə qurudulmuş marixuana saxlamasından məlumatı olmamışdır. O, zirzəminin ön hissəsindən istifadə edir və oraya müstəlif şüşə balonlar qoymuşdur. Lakin zirzəminin arxa hissəsinə heç vaxt keçməmişdir. Buna görə də orada qanunsuz hər hansı əşya və predmet görməmişdir. Birinci instansiya məhkəməsində tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid5 Balaağa qızının ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan 29 mart 2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» və “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokollardan görünür ki, təhqiqatçı Ayaz Meydanov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkilləri iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngdə kristal formalı maddə, 1 ədəd sellofana bükülmüş içərisində qurudulmuş bitki yarpaqlarına bənzər spesifik qoxuya malik bükümü, 60 qəpik pulu və həmin gödəkcənin sağ yan cibindən üzərində “Prima” yazısı olan siqaret qutusu və 1 ədəd sarı rəngli alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 manat pul əskinazı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs, təqdim etdiyi bükümün içərisindəki maddənin «nəşə» kimi tanınan narkotik vasitə marixuana olduğunu, 29 mart 2024-cü il tarixdə saat 18 radələrində İran İslam Respublikasının vətəndaşının yönləndirməsinə əsasən 50 manat pul müqabilində özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 45 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan 22 aprel 2024-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, təhqiqatçı Samir Allahverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkillərinin iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusunun içərisindən qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində götürülmüş narkotik vasitəyə oxşar bitki mənşəli kütlə açılmış və görünüşündən və iyindən mariunaya bənzədiyi hiss olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin marixuananı təxminən 2 il əvvəl Maştağa qəsəbəsi, Ləhic bağ massivində əkib becərdiyini, qurudub evinin zirzəmisində saxladığını və bir qismini götürüb istifadə etməsi üçün üzərində saxlam asını bildirmişdir. Həmin bitki kütləsi iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Cinayət işinin materiallarında olan 22 aprel 2024-cü il tarixli «axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, təhqiqatçı Samir Allahverdiyev tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi üçün əməliyyat müvəkkillərinin iştirakı və onunla birlikdə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsindəki nömrəsiz fərdi yaşayış evinə yollanmışlar. Orada Təqsirləndirilən şəxs evinin zirzəmisini göstərmişdir. Həmin zirzəmiyə daxil olub, bir qədər getdikdən sonra küncdə, üzərinə taxtalar yığılmış ağ rəngli un kisəsinin içərisində, göy rəngli sellofanda içərisində spesifik iyə malik, qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar olunmuşdur. Sorğu zaman Təqsirləndirilən şəxs bildirdiyi təxminən 2 il əvvəl Maştağa qəsəbəsi, Ləhic bağ massivində əkib becərdiyi, qurudub evinin zirzəmisində saxladığı həmin qurudulmuş marixuananın aşkar olunmuş marixuana olmasını bildirmişdir. Həmin içərisində bitki kütləsi olan kisə iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Həmçinin zirzəminin digər yerlərinə və evin otaqlarına da baxış və axtarış keçirilsə də hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-6/623 saylı 23 aprel 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” yazıları və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,58 qram və ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən ...” yazıları və imzalar olan ağ rəngli sintetik torbadakı 1 (bir) ədəd göy rəngli polietilen bağlamada təmiz çəkisi 5005 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir (Qeyd: marixuanaların ümumi çəkisi 5010,58 qram, tədqiqata sərf edildi cəmi 0,25 qram, qalıq 5010,33 qram. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 30 mart 2024cü il tarixli 3-16-16/2-6/509 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Şübhəli şəxs Təqsirləndirilən şəxs ...” sözləri yazılmış zərfdə bir ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 5,94 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Qeyd: marixuanannın təmiz çəkisi 5,94 qram, tədqiqata sərf edildi cəmi 0,04 qram, qalıq 5,90 qram. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 may 2024- cü il tarixli 3227 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannobinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan videogörüntüyə baxış keçirilməsi haqqında 26 aprel 2024-cü il tarixli protokoldan görünür ki, 22 aprel 2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılması barədə və axtarış və götürmə aparılması haqqında prosessual hərəkət həyata keçirilən zaman çəkilmiş videogörüntülərə baxış keçirilən zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı, polis mayoru Samir Allahverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkilləri iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusunun içərisindən qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində götürülmüş narkotik vasitəyə oxşar bitki mənşəli kütlə açılmış və görünüşündən və iyindən mariunaya bənzədiyi hiss olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin marixuananı təxminən 2 il əvvəl Maştağa qəsəbəsi, Ləhic bağ massivində əkib becərdiyini, qurudub evinin zirzəmisində saxladığını və bir qismini götürüb istifadə etməsi üçün üzərində saxlamasını bildirmişdir. Həmin bitki kütləsi iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Digər videogörüntüdə isə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi üçün əməliyyat müvəkkillərinin iştirakı və onunla birlikdə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi Sabir küçəsindəki nömrəsiz fərdi yaşayış evinə yollanmışlar. Orada Təqsirləndirilən şəxs evinin zirzəmisini göstərmişdir. Həmin zirzəmiyə daxil olub, bir qədər getdikdən sonra küncdə, üzərinə taxtalar yığılmış ağ rəngli un kisəsinin içərisində, göy rəngli sellofanda içərisində spesifik iyə malik, qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar olunmuşdur. Sorğu zaman Təqsirləndirilən şəxs bildirdiyi təxminən 2 il əvvəl Maştağa qəsəbəsi, Ləhic bağ massivində əkib becərdiyi, qurudub evinin zirzəmisində saxladığı həmin qurudulmuş marixuananın aşkar olunmuş marixuana olmasını bildirmişdir. Həmin içərisində bitki kütləsi olan kisə iştirakçıların gözü qarşısında qablaşdırılaraq möhürlə möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Həmçinin zirzəminin digər yerlərinə və evin otaqlarına da baxış və axtarış keçirilsə də hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan «CD diskə baxış keçirilməsi haqqında» 19 iyul 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən BKC/LGL-10031\24 nömrəli xx.xx.2024-cü il tarixli müşayiət məktubu ilə daxil olmuş 1 ədəd CD diskə baxış zamanı 1 ədəd CD disk CD oxuyucusuna qoyulmuş və CD açılan zaman 4 ədəd qovluqların olması müəyyən edilmişdir. Baxış zamanı həmin qovluqlar bir-bir açılmış və baxış keçirilmiş, lakin istintaq üçün əhəmiyyət kəsb edən hansı bir məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (cild 1, iş vərəqi 93-94). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 1(101)-505/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası işin faktiki hallarını və Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrindən 234.1-ci maddəsinə tövsif edilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılşaraq iş üzrə tədqiq edilmiş sübutların məcmusuna əsasən yekun nəticəyə gəlir ki, müdafiə tərəfi Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə təqsirsiz olmasını iddia edərək onun əməlinin tövsifini dəyişdirilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və məhkum edilmiş şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən və bəraətin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39 və 42-ci maddələrində nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna və natamamlığa yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası ilə təminat verilən işinin ədalətli və açıq məhkəmə araşdırılması və digər hüquqları hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını ağırlaşdıran halların olub yüngülləşdirən halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1- ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirmiş, cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün cəzaya təsir edən halların Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, eləcə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, Cinayət-Prosessual Məcəllənin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə kollegiyası, qeyd olunan normaların tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyasının həddində, cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 1(101)-505/2025 nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 1(101)-505/2025 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15(on beş) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Faiq Qəniyev Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №1(103)-863/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-863/2025
21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver