Məhkəmə qərarları › İş №1(103)-87/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-87/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-87/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər “A.İ.N” Vəkil Bürosunun vəkili Müdafiəçi3 və “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi6 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-640/2022 saylı, 28 iyun 2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi “A.İ.N” Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən, həmçinin Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Siyavuş Hacıyev, hakimlər Rahib Salmanov və Mahmud Ağalarovdan ibarət tərkibdə) 1(101)-640/2022 saylı, 28 iyun 2022-ci il tarixli hökmü ilə 30 avqust 1991-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 2A saylı evin 19 saylı mənzilində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 16 sentyabr 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş; xx xxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3 maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 16 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı X3, “Abasət” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qazanc əldə etmək müqabilində mütəmadi olaraq "Abasət” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 2021-ci ilin sentyabr ayının əvvəllərində Abşeron rayonu Masazır qəsəbəsi “Masazır dairəsi” adlanan ərazinin yaxınlığına şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda ümumi çəkisi 875,558 qram qətranabənzər maddə, kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, külli miqdarda ümumi təmiz çəkisi 518,840 qram qəhvəyi tozşəkilii maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda ümumi təmiz çəkisi 228,665 qram ağ rəngli kristalşəkiili maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi 150 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd «Methadone 40» yazısı olan konvalyutda təsiredicı maddənin ümumi miqdarı 1,2 qram olan ümumi sayı 30 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər sintetik narkotik vasitə metadon əldə edib yaşadığı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2A saylı evin 19 saylı mənzilinə daşımaqla saxlamış, Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 sentyabr 2021-ci il tarixdə saat 21:05 radələrində ünvan 3 ünvanın yaxınlığında o və qrupun digər üzvü X19 birlikdə şübhəli şəxs kimi saxlanılaraq ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublikası DİN-in BNMİ-nə gətirilmiş, idarədə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 1 ədəd bükümdə, külli miqdarda təmiz çəkisi 66,240 qram qəhvəyi rəngli tozşəkilii maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, X20 üzərinə keçirilmiş şəxsi axtarış zaman isə əynində olan şalvarın sol yan cibindən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə onun üzərindən və yaşadığı mənzildən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroinlə eynilik təşkil edən, 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 96,400 qram qəhvəyi rəngli tozşəkiili maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 100,265 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq 17 sentyabr 2021-ci il tarixdə saat 00:35 radələrində Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən yaşadığı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 2A saylı evin 19 saylı mənzilinə keçirilmiş baxış zamanı mənzilin giriş qapısı ilə üzbə-üz yerləşən dolabdan 2 ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 385,558 qram və 490 qram olmaqla ümumi çəkisi 875,558 qram qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 356,200 qram qəhvəyi tozşəkiili maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə kulli miqdarda təmiz çəkisi 128,400 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 150 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd «Methadone 40» yazısı olan konvalyutda təsiredici maddənin ümumi miqdarın 1,2 qram olan ümumi sayı 30 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər sintetik narkotik vasitə metadon və üzərində narkotik vasitə heroin izləri olan iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1, “Abasət” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qazanc əldə etmək müqabilində mütəmadi olaraq “Abasət” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib, 2021-ci ilin sentyabr ayının əvvəllərində Abşeron rayonu Masazır qəsəbəsi “Masazır dairəsi” adlanan ərazinin yaxınlığına şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda ümumi çəkisi 875,558 qram qətranabənzər maddə - kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, külli miqdarda ümumi təmiz çəkisi 518,840 qram qəhvəyi tozşəkiili maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda ümumi təmiz çəkisi 228,665 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi 150 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd «Methadone 40» yazısı olan konvalyutda təsiredici maddənin ümumi miqdarı 1,2 qram olan ümumi sayı 30 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər sintetik narkotik vasitə metadon əldə edib Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 2A saylı evin 19 saylı mənzilinə daşımaqla saxlamış, Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 16 sentyabr 2021-ci ıl tarixdə saat 21:05 radələrində ünvan 5 ünvanın yaxınlığında o, və qrupun digər üzvü Təqsirləndirilən şəxs1 birlikdə şübhəli şəxs kimi saxlanılaraq ünvan 6 ünvanda yerləşən Azərbaycan Respublikası DİN-in BNMİ-nə gətirilmiş, idarədə Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 66,240 qram qəhvəyi rəngli tozşəkilii maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynində olan şalvarın sol yan cibindən xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı mənzildən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroinlə eynilik təşkil edən 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 96,400 qram qəhvəyi rəngli tozşəkilii maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 100,265 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq 17 sentyabr 2021-ci il tarixdə saat 00:35 radələrində Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 2A saylı evin 19 saylı mənzilinə keçirilmiş baxış zamanı mənzilin giriş qapısı ilə üzbəüz yerləşən dolabdan 02 ədəd bükümdə külii miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 385,558 qram və 490 qram olmaqla ümumi çəkisi 875,558 qram qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 356,200 qram qəhvəyi tozşəkilii maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə külii miqdarda təmiz çəkisi 128,400 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 150 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd «Methadone 40» yazısı olan konvaiyutda təsiredici maddənin ümumi miqdarın 1,2 qram olan ümumi sayı 30 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər sintetik narkotik vasitə metadon və üzərində narkotik vasitə heroin izləri olan iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Hökmdən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi “A.İ.N” Vəkil Bürosunun vəkili Müdafiəçi3 apellyasiya şikayəti verib Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-640/2022 saylı, 28 iyun 2022-ci il tarixli hökmünü ləğv edərək bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Hökmdən, həmçinin Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verib işinə yenidən ədalətli baxılmasını xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə çıxarılmış hökm tamamilə əsassızdır və heç bir sübut növü ilə təsdiqini tapmır. Birinci instansiya Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamların əsassız olmasını və həmin ittihamların verilmiş ittihamlardan xaric edilməli olması zərurətini nəzərə almamış və Təqsirləndirilən şəxs1 törətmədiyi cinayətə görə ağır cəza təyin olunması barədə hökm çıxarmışdır. Halbuki, Təqsirləndirilən şəxs1 nə ibtidai araşdırma dövründə, nə də məhkəmə araşdırması zamanı narkotik vasitələrin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etməsini, saxlamasını və ya satmasını təsdiq edən heç bir mötəbər sübut növü müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 sentyabr 2021-ci il tarixdə axşam saatlarında tanışı X3 ilə birlikdə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 2A saylı evin 19 saylı mənzilindən çıxaraq binanın lifti ilə aşağı düşərkən lift açılan kimi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onları saxlayaraq təzyiqlər altında baş İdarəyə aparmışlar, orada onun üzərinə keçirilən baxış zamanı tutulmamışdan bir neçə gün qabaq tapdığı və öz istifadəsi üçün üzərində saxaldığı az çəkidə narkotik vasitə heroin aşkar olunmuş, onun üzərində başqa heç bir qanunsuz maddə və vasitə olmamış, bundan sonra onun yaşadığı mənzil keçirilən baxış zamanı guya mənzilindən külli miqdarda narkotik vasitələr və psixotrop maddə aşkar edilmiş, əslində isə onun evində də qanunsuz heç bir maddə olmamış, evində heç vaxt narotik vasitələr və psixotrop maddələr saxlamamışdır. İbitidai istintaq zamanı verdiyi izahat və ifadələrini təsdiq etmir, həmin izahat və ifadələrini polis əməkdaşlarının təsiri və təzyiqi altında oxumadan imzalamış, həmin ifadə və izahatarda nə yazıldığından xəbəri və məlumatı olmamışdır. Cinayət işinin materiallarında Tehran Mustfayevin guya cinayət əməli törətməsini yalnız iş üzrə təqsirləndirilən şəxslərin təzyiq altında verdikləri ifadələr və işdə maraqlı tərəf olan polis əməkdaşlarının şahid qismində verdikləri ifadərdən başqa heç bir sübut növü ilə təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin hökmdə istinad etdiyi sübutlar ibtidai araşdırma dövründə qanunu pozmaqla əldə edilmiş sübutlar olduğundan həmin sübutlar mötəbər sübut növü kimi hökmün əsasına qoyula bilməzdi. Belə olan halda Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülməsi və barəsində məhz həmin maddələrlə ittiham hökmü çıxarılması qanunvericiliyin tələblərinə zidd olmaqla əsaslı hesab edilə bilməz. Bundan başqa 1-ci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən cinayət hüququnun prinsipi kimi təsbit edilən ədalətlilik və humanizm prinsipləri də kobudcasına pozulmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə kifayət qədər yüngülləşdirici hallar olmasına baxmayaraq hökmdə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halların müəyyən edilmədiyini qeyd etməklə CM-in 59-cu maddəsinin tələblərini pozmuşdur. Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası çıxardığı hökmü heç bir araşdırma aparmadan yalnız bir tərəfli olaraq ittiham aktına və ittiham tərəfinin tələblərinə əsaslanaraq qəbul etmişdir. Hansı ki, ibtidai istintaq araşdırması zamanı, eləcə də məhkəmə iclasları zamanı o, bu cinayət işi üzrə təqsiri olmadığını bildirsə də, onun bu səmimi ifadələri nəzərə alınmamışdır. Barəsində çıxarılmış hökm fərziyyələr əsasında və təqsiri sübuta yetirilmədən çıxarılmışdır. Eləcə də, məhkəmə icraatı zamanı aşkarlanan şübhəli hallar onun xeyrinə hesablanması olduğu halda, cinayət kollegiyası tərəfindən nəzərə alınmamışdır. O, heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, həmçinin narkotik vasitənin istifadəçisi və aludəçisi olmamışdır. xx.xx.2021-ci il tarixində tanışı X3 ilə onun yaşadığı evin lifti ilə aşağı düşərkən liftin qarşısında onları gözləyirmişlər kimi bir neçə əməkdaş tərəfindən saxlanılaraq Baş Narkotiklə Mübarizə İdarəsinə gətirilmişlər. Əməkdaşlar onları saxlayan zaman heç bir sənəd göstərmədən güc tətbiq etmişlər. İdarəyə gətirildikdən sonra üzərlərinə baxış keçirilmiş, bir neçə gün öncə tapdığı kiçik bükümü aşkarlayaraq götürmüşlər. Əməkdaşlar tərəfindən fiziki gücə məruz qaldıqdan sonra yaşadığı ünvana gətirilərək baxış keçirilmiş, ona məlum olmayan halda polis əməkdaşları evdə baxış apararkən guya külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkarlamaqları barədə protokol tərtib etmişlər. İstintaq araşdırması zamanı müstəntiq və əməkdaşlar tərəfindən saxtalaşdırılmış sənədləri öz imzası ilə təsdiqləmədiyinə görə işgəncəyə məruz qalmışdır. Onun hüquqi savadsızlığından istifadə edən müstəntiq onu azad edəcəyini bildirərək aldatma yolu ilə hazırladığı sənədləri imzalamağına nail olmuşdur. Odur ki, barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin qərarından narazıdır. Ona qarşı irəli sürülən ittiham ibtidai istintaq və məhkəmə istintaqı zamanı tam sübuta yetirilməmişdir, çünki o, narkotik istifadəçisi deyil. Əlavə olaraq bildirir ki, onun ilk məhkumluğudur, ailəlidir və iki azyaşlı övladlarının olmasını nəzərə alıb Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edib barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək bəraət hökmünün çıxarılmasını, bəraət verilmədiyi halda cəzanın azaldılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi6 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək bəraət hökmünün çıxarılmasını, bəraət verilmədiyi halda cəzanın azaldılmasını xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətlərinin əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-640/2022 saylı, 28 iyun 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində təqsirləndirilən şəxslərə bəraət verilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onların həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Məhkum edilmiş şəxslərin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, onlar liftin qarşısında tutulublar, amma itthamda yazılıb ki, guya onlar, Neftçilər ərazisində tutulmuşdur. Halbuki, belə bir şey olmamışdır. Bundan əlavə olaraq, ittihamda onun guya Masazır ərazisindən gedib mal götürməsi də qeyd olunmuşdur ki, bu da düz deyildir. O, həmin gün Qara Qarayevdən gedib Mir Museyibi götürüb işə aparmışdır. Onun üstündə heçnə olmamış, sadəcə öz istifadəsi üçün nəşə olmuşdur. İttihamda yazılan müxtəlif cür narkotik vasitələr onda olmamış, döyülmüş, ailəsi-uşağı ilə hədələnmiş, məcbur qalıb deyilənlərələ razılaşıb qol çəkmişdir. Verilən suallara cavab olaraq üzərində az miqdarda narkotik vasitə olduğunu, heç kimə narkotik vasitə satmadığını, elan olunan sms-lərdən xəbərinin olmadığını, onların nə vaxt yazılmasını bilmədiyini, döyülmə ilə bağlı müraciət etmədiyini göstərmişdir. Apellyasiya baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, tutulanda üzərində narkotik vasitə olmamışdır. O, liftin qabağında tutulmuşdur. Onu tutduqdan sonra polislər qardaşı ilə rastlaşıb, onu da aparmışlar. Liftin qabağında tutulduqlarından orda kamera olmuş, onlar həmin kamera görüntülərini əldə etmək istəsələr də, mümkün olmamışdır. Həmin vaxtı evdə də axtarış edilmiş, amma evdən də heç nə çıxmamışdır. O, döyülmüş, qardaşını tutacaqları ilə hədələnmiş, məcbur qalıb sənədlərə qol çəkmişdir. Verilən suallara cavab olaraq döyülmə ilə bağlı bədənində xəsarətlər olduğunu və təcridxanada qeydiyyata alındığını, heç kəsə narkotik satmadığını, döyülmə ilə bağlı onun yox, qardaşının müraciəti olduğunu, işin nəticəsindən məlumatsız olduğunu göstərmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, hadisə günü işdən gəlmiş, qapını döymüş, qapı açılmamış, qardaşına qapını açmasını yazmışdır. 2 nəfər mülki geyimdə ondan hara getdiyini soruşmuş, 5-ci mənzil deyəndə onu mənzilə aparmışlar. Sonra qardaşı gəlmiş, onların polis olduğunu, sakit durmalı olduğunu demişdir. Onu liftin qarşında, liftin içində, binanın həyətində döymüşlər. Onları Baş Narkotiklərlə mübarizə idarəsinə aparmışlar. Qardaşının aylıq 2000 manatdan çox gəliri var. Onun narkotik vasitənin satışı ilə məşğul olmasına ehtiyacı yoxdur. Verilən suallara cavab olaraq qardaşının narkotik vasitə istifadə etdiyini bilmədiyini, döyülmə ilə bağlı məhkəmə zamanı müraciət etdiyini, istintaq müddəti ərzində döyülmə ilə bağlı müraciət etmədiyini, qardaşını da, Tehranı da onun gözünün qarşında döyüldüyünü, polis əməkdaşları paketı Tehranın evinə qoyduğunu, Museyibi ilk dəfə görəndə xəsarət göründüyünü bildirmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 sentyabr 2021-ci il tarixdə axşam saatlarında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 2A saylı evin 19 saylı mənzilindən çıxaraq binanın lifti ilə aşağı düşərkən lift açılan kimi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onları saxlayaraq təzyiqlər altında baş İdarəyə aparmışlar, orada onun üzərinə keçirilən baxış zamanı tutulmamışdan bir neçə gün qabaq tapdığı və öz istifadəsi üçün üzərində saxladığı az çəkidə narkotik vasitə heroin aşkar olunmuş, onun üzərində başqa heç bir qanunsuz maddə və vasitə olmamış, bundan sonra onun yaşadığı mənzilə keçirilən baxış zamanı guya mənzilindən külli miqdarda narkotik vasitələr və psixotrop maddə aşkar edilmiş, əslində isə onun evində də qanunsuz heç bir maddə olmamış, evində heç vaxt narotik vasitələr və psixotrop maddələr saxlamamışdır. İbitidai istintaq zamanı verdiyi izahat və ifadələrini təsdiq etmir, həmin izahat və ifadələrini polis əməkdaşlarının təsiri və təzyiqi altında oxumadan imzalamış, həmin ifadə və izahatarda nə yazıldığından xəbəri və məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 sentyabr 2021-ci il tarixdə axşam saatlarında tanışı Təqsirləndirilən şəxs1 birlikdə sonuncunun yaşadığı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 2A saylı evin 19 saylı mənzilindən çıxaraq binanın lifti ilə aşağı düşərkən lift açılan kimi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onları saxlayaraq təzyiqlər altında baş İdarəyə aparmışlar, orada ona qardaşının da tutulduğunu, əgər onların dedikləri ifadələri və izahatları verməsə qardaşının da cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirdiklərindən və ona qarşı fiziki təzyiqlər göstərildiyindən polis əməkdaşlarının dediyi etirafedici ifadələri vermiş, videoçəkiliş zamanı da üzərindən narkotik vaitə aşkar olunmasını etiraf etmiş, həqiqətdə isə onda narkotik vasitə və psixotrop maddə olmamış, Təqsirləndirilən şəxs1lə narkotik vasitələrin və psixotrop maddələrin əldə olunmasında və saxlanmasında iştirak etməmiş, Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə aşkar edilmiş narkotik vasitələrdən və psixotrop maddədən xəbəri olmamış, ibtidai istintaq zamanı verdiyi ifadə və izahatlarını təsdiq etmir, həmin ifadə və izahatlarının hamısını polis əməkdaşlarının təsiri və təzyiqi ilə yazaraq imzalamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində verdikləri ifadələrini onların istintaq zamanı vermiş olduqları ifadələrlə, iş materiallarında olan və biri digərini təsdiq etməklə uzlaşan sübutlarla əlaqəli şəkildə təhlil edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni satmadığı, narkotik vasitənin onlara məxsus olmadığı, satış məqsədi ilə əldə etmədikləri barədə verdiyi ifadələrin özünü müdafiə xarakteri daşıması, törətdikləri cinayət əməlinə münasibətdə məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə olması, həmçinin həmin ifadələrin iş materialları ilə təkzib olunması qənaətinə gəlməklə həmin ifadələrinə tənqidi yanaşır. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, 16 sentyabr 2021-cı ıl tarixdə saat təxminən 21:05 radələrində tanışı Təqsirləndirilən şəxs2 yaşadığı ünvanın, yəni Bakı şəhəri, Nizamı rayonu, Ş.Mirzəyev küçəsi, ev 8995 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada hərəkət edən zaman 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrim göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu və Mir Museyibi Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun və tanışı Mir Museyibin üzərinə şəxsi axtarış aparıİmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarın sol yan cibindən 1 (bir) bükümdə narkotik vasitə olan heroin kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlə çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş və heroin kütləsinin çəkisi qablaşdırma ilə birlikdə 70,58 (yetmiş tam yüzdə əlli səkkiz) qram olmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 2 ədəd açar və 20 manat pul, həmin şalvarın arxa sağ cibidən 1 ədəd "İphone” markalı, 1 ədəd “Sony" markalı, ona məxsus şəxsiyyət vəsiqəsi və **********224711 nömrəli plastik bank kartı aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. 1 ədəd “İphone” markalı, 1 ədəd "Sony" markalı, ona məxsus şəxsiyyət vəsiqəsi və **********224711 nömrəli plastik bank kartı bu barədə ona izah verildikdən sonra götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün isə 2 ədəd açar və 20 manat pul özünə geri qaytarılmışdır. Sonra isə Mir Museyibin üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər və 1 (bir) bükümdə, ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlələr çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə heroinə bənzər kütlənin çəkisi 100,66 (yüz tam yüzdə altmış altı) qram, metamfetaminin çəkisi isə 103,63 (yüz üç tarn yüzdə altmış üç) qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 1 ədəd "F+” markalı mobil telefon, şalvarın arxa sol cibindən Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, içərisində 1 ədəd Umico plastik kart, 1 ədəd Bakıkart plastik kartı, 1 ədəd Spar plastik kart, 1 ədəd **********311845 nömrəli plastik bank kart, 142 manat məbləğində pul olan pul kisəsi, həmçinin 1 ədəd Samsung markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlər içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. 1 ədəd "F+“ markalı mobil telefon, şalvarın arxa sol cibindən Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd **********311845 nömrəli plastik bank kart və 1 ədəd "Samsung” markalı mobil telefon bu barədə Təqsirləndirilən şəxs2 izah verildikdən sonra götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün isə içərisində 1 ədəd Umico plastik kart, 1 ədəd Bakıkart plastik kartı, 1 ədəd Spar plastik kart və 142 manat pul olan pul kisəsi şübhəli şəxs Təqsirləndirilən şəxs2 gen qaytarılmışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin və metamfetaminin özünə məxsus olduğunu, həmin kütlələri təxminən 15 gün bundan əvvəl Sabunçu rayonu ərazisindən tapdığını, polis orqanlarına təhvil verməq məqsədi ilə üzərində gəzdirdiyini, lakin ehtiyyat etdiyi üçün təhvil vermədiyini, əvvəllər məhkum olunmadığını, narkotik vasitə aludəçisi olmadığını, başqa yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni instagram sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı "Abasət” adlı şəxsin vasitəsi ilə tutulmağından 15 gün əvvəl "Masazır dairəsi” yaxınlığından əldə etdiyini, sonradan isə həmin narkotik maddəm Abasət adlı şəxsin göstərişi ilə müəyyən ünvanlara qoyacağını, gördüyü işin qarşılığında sonuncunun ona müəyyən məbləğlərdə pul verəcəyini, əvvəllər məhkum olunmadığını, narkotik vasitə aludəçisi olmadığını, həmçinin yaşadığı mənzildə də narkotik maddə saxladığını, həmin ünvana baxış keçirilməsinə etirazının olmadığını, baxış zamanı həmin narkotik maddələri təqdim edə biləcəyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra polis əməkdaşları ilə yaşadığı ünvana yollanmışlar. Yaşadığı ünvan 8anında giriş ilə üzbəüz yerləşən ağ rəngli qapıları olan taxta konstruksiyalı dolabın içərisindən 2 ədəd sellofan bağlama və 1 ədəd tərəzini polis əməkdaşlarına təqdim etmiş və bağlamaların içərisində narkotik maddələr olduğunu bildirmişdir, həmin bağlamalar içərilərinə əlverişli şəraitdə baxış keçirilməsi üçün mənzilin qonaq otağında olan masanın üzərinə qoyulmuşdur. Təqdim etdiyi sellofan bağlamalara baxış zamanı sellofan bağlamalardan birincisinin içərisində qurudulmuş marixuana kütləsi, ikinci bağlamanın içərisindən isə 1 bükümdə heroin kütləsi, 1 bükümdə metamfetamin kütləsi, 2 bükümdə narkotik maddə olan tiryək kütləsi, 3 ədəd konvolyudda ümumilikdə 30 ədəd Metadon 40 həbi və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə qurudulmuş marixuanaya bənzər kütlə 178 (yüz yetmiş səkkiz) qram, tiryəkə bənzər kütlə 896 (səkkiz yüz doxsan altı) qram, metamfetaminə bənzər kütlə 127 (yüz iyirmi yeddi) qram, heroinə bənzər kütlə isə 428 (dörd yüz iyirmi səkkiz) qram olmuşdur. Daha sonra aşkar olunmuş kütlələr və ümumilikdə 2 ədəd tərəzi içərisi boş olan sellofan bağlamaya qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. O, baxış zamanı da aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri "instagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Abasət” adlı şəxsin vasitəsi ilə tutulmağından 15 gün əvvəl "Masazır dairəsi“ yaxınlığından əldə etdiyini, sonradan isə həmin narkotik maddəni ‘‘Abasət’’ adlı şəxsin göstərişi ilə müəyyən ünvanlara qoyacağını, gördüyü işin qarşılığında sonuncunun ona müəyyən məbləğlərdə pul verəcəyini, onunla birlikdə saxlanılmış Təqsirləndirilən şəxs2 təxminən 8 ildir ki, tanıdığını, yaşadığı mənzildə narkotik maddə saxlamağı barədə heç kimin məlumatı olmadığını, həmin mənzildə tək yaşadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, 16 sentyabr 2021-ci il tarixdə saat təxminən 21:05 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə onun yaşadığı ünvanın, yəni ünvan 9likdə piyada hərəkət edən zaman 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun və Tehran Mustayevin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barələrində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu və Tehran Musayevi Baş Narkotikiərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun və tanışı Tehran Musayevin üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı Tehran Musayevə üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Tehran Musayev, əynində olan şalvarın sol yan cibindən 1 (bir) bükümdə narkotik vasitə olan heroin kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur, həmin kütlə çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş və heroin kütlənin çəkisi qablaşdırma ilə 70,58 (yetmiş tam yüzdə əlli səkkiz) qram olmuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və Tehran Musayevin əynində olan şalvarın sol yan cibindən 2 ədəd açar və 20 manat pul, həmin şalvarın arxa sağ cibidən 1 ədəd "İphone” markalı, 1 ədəd "Sony” markalı, ona məxsus şəxsiyyət vəsiqəsi və **********224711 nömrəli plastik bank kartı aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi uçun 1 ədəd "İplnone" markalı, 1 ədəd "Sony” markalı, Tehran Musayevə məxsus şəxsiyyət vəsiqəsi və **********224711 nömrəli plastik bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün isə 2 ədəd açar və 20 manat pul Tehran Musayevə geri qaytarılmışdır. Sonra isə onun üzərinə şəxsi axtarış keçirilmişdir, o, əynində olan şalvarın sol yan cibindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər və 1 (bir) bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlələr çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə heroinə bənzər kütlənin çəkisi 100,66 (yüz tam yüzdə altmış altı) qram, metamfetaminin çəkisi isə 103,63 (yüz üç tam yüzdə altmış üç) qram olmuşdur. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən 1 ədəd “F+" markalı mobil telefon, şalvarın arxa sol cibindən Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, içərisində 1 ədəd “Umico” plastik kart, 1 ədəd Bakıkart plastik kartı, 1 ədəd Spar plastik kart, 1 ədəd **********311845 nömrəli plastik bank kart, 142 manat məbləğində pul olan pul kisəsi, həmçinin 1 ədəd Samsung markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi bükümlər içərisi boş olan ağ rəngli kağız zədə qoyularaq qablaşdırılmışdır, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri tədqiqatçı, müdafiəçi və özü tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “F+” markalı mobil telefon, şalvarın arxa sol cibindən ona məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd **********311845 nömrəli plastik bank kart və 1 ədəd Samsung markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün isə içərisində 1 ədəd Umico plastik kart, 1 ədəd Bakıkart plastik kartı, 1 ədəd Spar plastik kart və 142 manat pul olan pul kisəsi ona geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin və metamfetaminin özünə məxsus olduğunu, həmin kütlələri təxminən 15 gün bundan əvvəl Sabunçu rayonu ərazisindən tapdığını, polis orqanlarına təhvil vermək məqsədi ilə üzərində gəzdirdiyini, lakin ehtiyyat etdiyi üçün təhvil vermədiyini, əvvəllər məhkum olunmadığını, narkotik vasitə aludəçisi olmadığını, başqa yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Tehran Musayev verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olduğunu, həmin kütləni instagram sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı "Abasət’' adlı şəxsin vasitəsi ilə tutulmağından 15 gün əvvəl "Masazır dairəsi" yaxınlığından əldə etdiyini, sonradan isə həmin narkotik maddəni "Abasət" adlı şəxsin göstərişi ilə müəyyən ünvanlara qoyacağını, gördüyü işin qarşılığında sonuncunun Təqsirləndirilən şəxs1 müəyyən məbləğlərdə pul verəcəyini, əvvəllər məhkum olunmadığını, narkotik vasitə aludəçisi olmadığını, həmçinin yaşadığı mənzildə də narkotik maddə saxladığını, həmin ünvana baxış keçirilməsinə etirazının olmadığını, baxış zamanı həmin narkotik maddələri təqdim edə biləcəyini, verilən sualları tam başa düşdüyünü, Tehran Musayevə qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra Tehran Musayevin yaşadığı ünvana yollanmışlar Təqsirləndirilən şəxs1 ünvan 8anında yaşadığı evin girişi ilə üzbəüz yerləşən ağ rəngli qapıları olan taxta konstruksiyalı dolabın içərisindən 2 ədəd sellofan bağlama və 1 ədəd tərəzini təqdim etmiş və bağlamaların içərisində narkotik maddələr olduğunu bildirmişdir. Həmin bağlamalar içərilərinə əlverişli şəraitdə baxış keçirilməsi üçün mənzilin qonaq otağında olan masanın üzərinə qoyulmuşdur. Tehran Musayevin təqdim etdiyi sellofan bağlamalara baxış zamanı sellofan bağlamalardan birincisinin içərisində qurudulmuş marixuana kütləsi, ikinci bağamanın içərisindən isə 1 bükümdə, heroin kütləsi, 1 bükümdə metamfetamin kütləsi, 2 bükümdə narkotik maddə olan tiryək kütləsi, 3 ədəd konvolyudda ümumilikdə 30 ədəd Metadon 40 həbi və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə qurudulmuş marixuana ya bənzər kütlə 178 (yüz yetmiş səkkiz) qram, tiryəkə bənzər kütlə 896 (səkkiz yüz doxsan altı) qram, metamfetaminə bənzər kütlə 127 (yuz iyirmi yeddi) qram, heroinə bənzər kütlə isə 428 (dörd yüz iyirmi səkkiz) qram olmuşdur. Daha sonra aşkar olunmuş kütlələr və ümumilikdə 2 ədəd tərəzi içərisi boş olan sellofan bağlamaya qoyularaq qablaşdırılmış. DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri Tehran Musayev, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Tehran Musayev baxış zamanı aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri instagram sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Abasəf adlı şəxsin vasitəsi ilə 15 gün əvvəl Masazır dairəsi yaxınlığından əldə etdiyini, sonradan isə həmin narkotik maddəni “Abasət” adlı şəxsin göstərişi ilə müəyyən ünvanlara qoyacağını, gördüyü işin qarşılığında sonuncunun ona müəyyən məbləğlərdə pul verəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, sonuncu ilə heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır, 16 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yaşayan "Tehran” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələri üzərində saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat barədə aidiyyatı üzrə raportla Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin rəisinə məruzə olunaraq, alınmış əməliyyat məlumatının yoxlanılmasına razılıq əldə edildikdən sonra, yaradılmış əməliyyat qrupu üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, 16 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində ünvan 3 ünvanın yaxınlığına gəldikdə orada xarici əlamətləri “Tehran" adlı şəxslərin xarici əlamətləri ilə üst-üstə düşən şəxsi və onun yanındakı sonradan adının Təqsirləndirilən şəxs2 olduğunu bildikləri şəxsi görüb sonunculara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək, həmin şəxslərə özlərini təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs2 özünü təqdim edərək, xx xxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi. B.Dadaşov küçəsi, döngə 1, ev 8-də qeydiyyatda olub, ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 olmasını, "Tehran” adlı şəxs isə 30 avqust 1991-ci ildə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olub, Bakı şəhəri, Nizami rayonu, Şorifli küçəsi 2A saylı evin 19 saylı mənzildə yaşayan Təqsirləndirilən şəxs1 olmasını bildirmişlər. Bundan sonra T. Mustafayevin narkotik vasitələri üzərində saxlamaq, daşımaq və satmaqda şübhəli olması ve onlarla birlikdə Azərbaycan Respublikası DİN-in BNMİ-nə getməli olmaları barəsində məlumat verib, Tehran və Mir Museyib adlı şəxsləri Azərbaycan Respublikası DİN-in BNMİ-nə dəvət etmişlər. İnzibati binanın xidməti otağında təyin edilmiş müdafiəçilərin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş əşyalar varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlə çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilmiş və həroinə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 70,58 (yetmiş tam yüzdə əlli səkkiz) qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 2 ədəd açar və 20 manat pul, həmin şalvarın arxa sağ cibidən 1 ədəd "İphone" markalı, 1 ədəd “Sony" markalı, Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi və **********224711 nömrəli plastik bank kartı aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “İphone" markalı, 1 ədəd “Sony" markalı, Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi və **********224711 nömrəli plastik bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün isə 2 ədəd açar və 20 manat pul şübhəli şəxs Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş əşyalar varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sol yan cibindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər və 1 (bir) bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlələr çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə heroinə bənzər kütlənin çəkisi 100,66 (yüz tam yüzdə altmış altı) qram, metamfetaminin çəkisi isə 103,63 (yüz üç tam yüzdə altmış üç) qram oldu. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirildi və əynində olan şalvarın sağ yan cibindən 1 ədəd F+ markalı mobil telefon, şalvarın arxa sol cibindən Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, içərisində 1 ədəd Umico plastik kart, 1 ədəd Bakıkart plastik kartı, 1 ədəd Spar plastik kart, 1 ədəd **********311845 nömrəli plastik bank kart, 142 manat məbləğində pul olan pul kisəsi, həmçinin 1 ədəd "Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmamış hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlər içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar və tərəfindən imzalanmıdşır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd F+ markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd **********31 1845 nömrəli plastik bank kart və 1 ədəd Samsung markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, iş üzrə əhəmiyyət kəsb etmədiyi üçün isə içərisində 1 ədəd Umico plastik kart, 1 ədəd Bakıkart plastik kartı, 1 ədəd Spar plastik kart və 142 manat pul olan pul kisəsi şübhəli şəxs Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşları, şübhəli şəxslər, müdafiəçilər və o həmin gün T. Mustafayevin yaşadığı Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2 A saylı evin 19 saylı mənzilinə yollanmışlar. Orada Təqsirləndirilən şəxs1 sözügedən ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra şəxs Təqsirləndirilən şəxs1 ünvan 8anında mənzilin giriş qapısı ilə üzbəüz yerləşən ağ rəngli qapıları olan taxta konstruksiyalı dolabın içərisindən 2 ədəd sellofan bağlama və 1 ədəd tərəzini təqdim etmiş və bağlamaların içərisində narkotik maddələr olduğunu bildirmişdir, Həmin bağlamalara əlverişli şəraitdə baxış keçirilməsi üçün mənzilin qonaq otağında olan masanın üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bağlamalara baxış zamanı sellofan bağlamalardan birincisinin içərisində açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasit olan qurudulmuş marixuanaya bənzər kütlə, ikinci bağlamanın içərisindən isə 1 bükümdə, açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik maddə olan heroinə bəzər, 1 bükümdə, ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər, 2 bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik maddə oilan tiryəkə bənzər, 3 ədəd konvalyutda ümumilikdə 30 ədəd “Metadon 40” həbi və 2 ədəd elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkildi və qablaşdırma ilə birlikdə qurudulmuş marixuana ya bənzər kütlə 178 (yüz yetmiş səkkiz) qram, tiryəkə bənzər kütlə 896 (səkkiz yüz doxsan altı) qram, metamfetaminə bənzər kütlə 127 (yüz iyirmi yeddi) qram, heroinə bənzər kütlə isə 428 (dörd yüz iyirmi səkkiz) qram oldu. Daha sonra aşkar olunmuş kütlələr və ümumilikdə 2 ədəd tərəzi içərisi boş olan sellofan bağlamaya qoyularaq qabşaldırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxslər, müdafiəçilər, təhqiqatçı və tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs1 yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 baxış zamanı aşkar olunmuş kütlələrin sonuncuya məxsus olduğunu, həmin kütlələri instagram sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Abasət” adlı şəxsin vasitəsi ilə 15 gün bundan əvvəl Masazır dairəsi yaxınlığından əldə etdiyini, sonradan isə həmin narkotik maddəni “AbasəT” adlı şəxsin göstərişi ilə müəyyən ünvanlara qoyacağını, gördüyü işin qarşılığında sonuncunun Təqsirləndirilən şəxs1 müəyyən məbləğlərdə pul verəcəyini, sonuncu ilə birlikdə saxlanılmış Təqsirləndirilən şəxs2 təxminən 8 ildir ki tanıdığını, yaşadığı mənzildə narkotik maddə saxlaması barədə heç kimin məlumatı olmadığını, həmin mənzildə tək yaşadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 Nürəddin oğlu və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və birinci instansiya məhkəməsində ifadəsi elan edilərək tədqiq edilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Şahid5 ifadəsində göstərmişdir ki, o, proses iştirakçıları ilə birlikdə 17 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşamış olduğu ünvan 11 ünvanına baxış keçirərkən onun mənzilindən aşkar edilmiş metamfetaminin çəkisi onların orada istifadə etdikləri elektron tərəzidə 127 qram olması müəyyən edildiyi üçün protokolda da metamfetaminin çəkisinin 127 qram olmasını qeyd etmişdir. Ola bilər ki, həmin metamfetamıni çəkərkən həmin vaxt elektron tərəzidə nasazlıq olmuş və səhv rəqəm göstərmişdir. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əməliyyat müvəkkilləri və müdafiəçisinin iştirakı ilə ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur. Həmin kütlə çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilir və heroinə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 70,58 (yetmiş ytam yüzdə əlli səkkiz) qram oldu, sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilir və əynində olan şalvarın sol yan cibindən 2 ədəd açar və 20 manat pul, həmin şalvarın arxa sağ cibindən 1 ədəd "İphone” markalı, 1 ədəd “Sony” markalı, Təqsirləndirilən şəxs1 məxsus şəxsiyyət vəsiqəsi və **********224711 nömrəli plastik bank kartı aşkar olunaraq götürülür. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, DİN-in möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs2 əməliyyat müvəkkilləri və müdafiəçisinin iştirakı ilə hüquqları izah edildikdən sonra paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir. Yaqubov X2 olaraq əynində olan şalvarın sol yan cibindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər və 1 (bir) bükümdə, ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur. Həmin kütlələr çəkisinin müəyyən edilməsi üçün elektron tərəzidə çəkilir və qablaşdırma ilə birlikdə heroinə bənzər kütlənin çəkisi 100,66 (yüz tarn yüzdə altmış altı) qram, metamfetaminin çəkisi isə 103,63 (yüz üç tam yüzdə altmış üç) qram olur. Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilir və əynində olan şalvarın sağ yan cibindən 1 ədəd F+ marklaı mobil telefon, şalvarın arxa sol cibindən X21 məxsus şəxsiyyət vəsiqəsi, içərisində 1 ədəd Umico plastik kart, 1 ədəd Bakıkart plastik kartı, 1 ədəd Spar plastik kart, 1 ədəd **********311845 nömrəli plastik bank kart, 142 manat məbləğində pul olan pul kisəsi, həmçinin 1 ədəd Samsung markalı mobil telefon aşkar olunaraq götürülür. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlər içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, DİN-in möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanır. İş materiallarında olan 17 sentyabr 2021-ci ıl tarixli mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, əməliyyat müvəkkilləri və müdafiəçilərinin iştirakı ilə hüquqları izah edildikdən sonra Təqsirləndirilən şəxs1 sözü gedən ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilir. Bu təklifdən sonra şəxs Təqsirləndirilən şəxs1 ünvan 12 ünvanında giriş ilə üzbəüz yerləşən ağ rəngli qapıları olan taxta konstruksiyalı dolabın içərisindən 2 ədəd sellofan bağlama və 1 ədəd tərəzini təqdim etdi və bağlamaların içərisində narkotik maddələr olduğunu bildirir. Həmin bağlamalar içərilərinə əlverişli şəraitdə baxış keçirilməsi üçün mənzilin qonaq otağında olan masanın üzərinə qoyulur, Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bağlamalara baxış zamanı sellofan bağlamalardan birincisinin içərisində açıq yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə , ikinci bağlamanın içərisindən isə 1 bükümdə, açıq qəhvəyi rəngli, narkotik maddə olan heroinə bənzər, 1 bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər, 2 bükümdə tünd qəhvəyi rəngli, narkotik maddə olan tiryəkə bənzər, 3 ədəd konvolyudda ümumilikdə 30 ədəd Metadon 40 həbi və 1 ədəd elektron tərəzi aşkar olunur. Aşkar olunmuş kütlələr çəkilərinin müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilir və qablaşdırma ilə birlikdə qurudulmuş marixuanaya bənzər kütlə 178 (yüz yetmiş səkkiz) qram, tiryəkə bənzər kütlə 896 (səkkiz yüz doxsan altı) qram, metamfetaminə bənzər kütlə 127 (yüz iyirmi yeddi) qram, heroinə bənzər kütlə isə 428 (dörd yüz iyirmi səkkiz) qram olur. Daha sonra aşkar olunmuş kütlələr və ümumilikdə 2 ədəd tərəzi içərisi boş olan sellofan bağlamaya qoyularaq qabşaldırılır, DİN-in möhürü ilə möhürlənir və üzəri iştirakçılar imzalanır. Sonra Təqsirləndirilən şəxs1 yaşadığı evin digər hissələrinə baxış keçirilir və ış üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertiza üzrə 17 sentyabr 2021-cı il tarixli 6/4103- 7/947 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №7” möhür əksi Təqsirləndirilən şəxs2 yazı və imzalar olan zərfdə bir ədəd bağlamada, təmiz çəkisi 96,400 qram qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, bir ədəd bağlamada təmiz çəkisi 100,265 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metarnfetamindir. Üzərində '“Təqsirləndirilən şəxs1...” yazı və imzalar olan zərfdə bir ədəd bağlamada təmiz çəkisi 66,240 qram qəhvəyi rəngli, tozşəkilü maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Üzərində "Təqsirləndirilən şəxs1.,..yazı və imzalar olan paketdə iki ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 385,558 qram və 490,0 qram olmaqla ümumi çəkisi 875,558 qram qətranabənzər maddə kustar üsulla hazırlanmış, narkotik vasitə xairici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub tiryəkdir. Bir ədəd bağlamada təmiz çəkisi 356,200 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd bağlamada təmiz çəkisi 128,400 qram ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Həmin zərfdə olan bir ədəd bağlamada təmiz çəkisi 150,0 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin zərfdə 03 ədəd “Methadone 40” yazısı olan konvalyudda ümumi sayı 30 ədəd qəhvəyi rəngin dairəvi formalı həblər sintetik narkotik vasitə-metadondur. Ümumi sayı 30 ədəd həbin tərkibində rnetadonun təsiredici maddənin ümumi miqdarı 1,2 qramdır. (Həbin üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadon təsir maddəsindin miqdarı 0,04 qramdır.) tədqiqata təqdim edilmiş bır ədəd ağ rəngli üzərində “SP-400” yazılan elektron tərəzinin və bir ədəd gümüşü rəngli elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Təqsirləndirilən şəxs1 şəxsi axtarış və baxış zamanı təqdim etdiyi heroin ilə Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroin və Təqsirləndirilən şəxs1 şəxsi axtarış və baxış zamanı təqdim etdiyi metamfetamin ilə Təqsirləndirilən şəxs2 təqdim etdiyi metamfetamin xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin və tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “‘Azərbaycan Respublikasının Ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrin İ siyahısına daxildir. Metamfetamin 23 iyun 2005-cı ıl tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Ərazisində dövriyyəsi qadağan edilən “psixotrop maddələrfin İ siyahısına daxildir. İş materiallarında olan 16 dekabr 2021-ci il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən 157000\2-6491 nömrəli 07 dekabr 2021- ci il tarixli müşaiyət məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs1 adma olan 4169 73 ** **** 4711 , Təqsirləndirilən şəxs2 adına olan 4169 74 ** **** 1845 nömrəli plastik kartlardan pul köçürmələrə aid çıxarışlara baxış zamanı Təqsirləndirilən şəxs1 adına olan 4169 73 ** **** 4711 nömrəli, Təqsirləndirilən şəxs2 adına oları 4169 74 ** **** 1845 nömrəli plastik kartlardan müxtəlif banklara məxsus hesab nömrələrinə müxtəlif məbləğlərdə pul köçürülmələri və ya daxil olmaları, həmçinin müxtəlif mobil nömrələrə pul köçürmələri, kommunal ödəniş pul köçürmələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda elan edilməklə tədqiq edilmiş ibtidai araşdırma zamanı vermiş olduqları izahat və ifadələrdən göründüyü kimi, onlar özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilmiş, ittihamın məzmununa oxşar ifadə vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Təqsirləndirilən şəxslər əvvəl verdiyi ifadələrini zorakılığın təsiri altında alınması ilə əlaqələndirmiş, lakin, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmiş, bu məsələ təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırmamışlar. Eləcə də, təqsirləndirilən şəxslər həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılması üçün məhkəmə qarşısına çıxarıldıqda onların döyülmələri ilə bağlı hər hansı məlumat verməməklə yanaşı, təqdimat və vəsatətdə göstərilən xüsusatları təsdiq etdiklərini bildirmişlər. Apellyasiya baxışı zamanı hər iki təqsirləndirilən şəxslərin xəsarət alıb-almaması, işgəncələrə məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılmış, onların şəxsi iş materialları tələb edilərək tədqiq edilmiş, Bakı İstintaq Tərcridxanası məktubunda Təqsirləndirilən şəxs1 bədəninə baxış keçirilən zaman xəsarət aşkar olunmadığını göstərmişdir. Şəxsi iş materiallarında da Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən döyülməsi, işgəncələrə məruz qalması, xəsarətlərinin olması ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. Düzdür, apellyasiya baxışı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs2 tibb kitabçasından görünür ki, o, istintaq təcridxanasına daxil olarkən onun bədənində xəsarətlər aşkar edilmişdir. Lakin, həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatlarla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılmış, 16 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı hər hansı xüsusat müəyyən edilmədiyindən CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 döyülməsi, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı dəlilləri əsassız olmaqla təkzib edilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsinə dair 16 dekabr 2022-ci il tarixli qərar nə təqsirləndirilən şəxs, nə də onların müdafiəçiləri tərəfindən məhkəmə nəzarəti qaydasında mübahisələndirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxslərin birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verdiyi ifadəsini işdə toplanmış sübutlarla - istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək onların ibtidai istintaq zamanı verdiyi ifadələri inandırıcı, işin hallarına uyğun hesab edir, həmin ifadələrinin iş materiallarında olan digər sübutlarala uzlaşdığını nəzərə alaraq həmin ifadələri əsas götürür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı vemiş olduğu ifadələri həm özü özlüyündə, həm də digər şahid ifadələri və iş materialları ilə üst üstə düşməməklə ziddiyyətli olmuşdur ki, belə olan halda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı vemiş olduğu ifadələri arasındakı uyğunsuzluq və ziddiyyətlər həmin ifadələrin mötəbərliyini və sübuti əhəmiyyətini şübhə altına alınması üçün əsas yaradır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin hər ikisi əvvəlcə üzərlərində dövriyyəsi qadağan olunmuş heç bir maddə olmamasını bildirsələr də, Təqsirləndirilən şəxs1 sonradan üzərlərində öz istifadələri üçün yalnız nəşə olduğunu bildirmiş, ittihamda irəli sürülən digər növ narkotik vasitə və psixotrop maddədən xəbərsiz olduqlarını, onların narkotik vasitə satmasını təsdiq edən heç bir sübut olmadığını, istifadələrində olan mobil nömrələrin antenn məlumatları və daxil olan və çıxan sms-lərlə bağlı sorğu verildiyi təqdirdə qeyd etdikləri halın aşkara çıxacağını bildirsələr də, müvafiq sorğulara cavab əldə olunduqdan sonra daxil olan və çıxan sms-ləri belə izah edə bilməmiş, həmçinin həmin sms-lərdən xəbərsiz olduqlarını deməklə özü-özünü təkzib edən, biri-digərinə zidd ifadələr vermişlər. Bundan əlavə olaraq, müdafiə tərəfi ittihamın əsasını yalnız polis əməkdaşlarının ifadələrinin təşkil etdiyini, onların isə həqiqəti əks etdirmədiyini, təqsirləndirilən şəxslərlə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri arasında ziddiyyət olduğu, birinci instansiya məhkəməsinin heç bir əsas olmadan şahid ifadələrinə üstünlük verdiyi, məhkəmənin hazırkı qənaətə gələrkən yalnız polis ifadələrinə əsaslanmaqla təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarmaqda qanunsuzluğa yol verdiyini qeyd etsələr də, məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, şahidlərin ifadələrinə sübut kimi istinad etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, təqsirləndirilən şəxslərə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Təqsirləndirilən şəxslərin narkotik vasitələrin və psixatrop maddələrin satışı ilə məşğul olmasına dair sübutların olmaması, həmçinin təqsirləndirilən şəxslərin narkotik istifadəçisi olmamaları barədə də müdafiə tərəfinin dəlilləri əsaslı olmamışdır. Məhkəmə kollegiyası nəzərə alır ki, təqsirləndirilən şəxslərin üzərində və yaşadığı evdə aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin miqdarı külli miqdar təşkil etməklə, istehlak miqdarından dəfələrlə çox olmuşdur ki, qeyd olunan hallar da narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak məqsədilə deyil, məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edən hallardan biridir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan çəkidə narkotik vasitə və psixotrop maddəni şəxsi istifadə məqsədi ilə əldə etməsi, həmin zaman ərzində saxlamaqla daşıması inandırıcı olmamışdır. Eyni zamanda, daxil olmuş əməliyyat məlumatı da qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı məqsədilə əldə edib Bakı şəhəri Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satışı məqsədilə əldə edib Bakı şəhəri Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 yaşadığı evdən iki ədəd elektron tərəzi də aşkar edilmişdir. Bundan əlavə, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə ekspert rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunsa da, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri belə olmamışdır. Belə olduğu təqdirdə, onun narkotik istifadəçisi olmadığı təqdirdə üzərində şəxsi istehlak miqdarından dəfələrlə çox narkotik vasitə və psixotrop maddə gəzdirməsi onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması ehtimalını doğruldur. Bunlardan əlavə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 ifadəsində özünü narkotik vasitənin satışını həyata keçirmədiyi kimi təsvir etdiyi halda, iş materiallarında olan sms yazışmalarından sonuncunun özündə və hətta başqalarına da verə biləcək qədər narkotik vasitə və psixotrop maddəyə sahiblik etməsinin müəyyən edilməsi ilə təkzib olunur. Belə ki, iş materiallarında olan Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon nömrələrinə daxil olan və həmin nömrədən göndərilən SMS-lərin siyahısı əks olunmuşdur. Həmin siyahıya baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən fərqli mobil nömrələrdən aşağıdakı məzmunda SMS mətnlərin daxil olması və göndərilməsi müəyyən olunmuşdur. “Qaqa imkan varsa axşam gedasi yerim var mana birdana 10 şey duz qoş eyer imkan varsa”, “Emi çox ela” Qaqaw”, “Qaqas menem eli Gagash salam. 10emi, 5tor paq, 5 daw ag” və s məzmununda yazışmalar mövcuddur. Bunlardan əlavə, iş materiallarında olan 14 dekabr 2021-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, mobil telefon aparatına baxış keçirilərkən “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə “Miri” adlı şəxslə iş üzrə Təqsirləndirilən şəxs2 şəkili olan (+99477) ***-**-** mobil nömrəsi ilə 23 avqust 2021-ci il tarixdə, saat 13:49 aşağıdakı məzmunda sms məzmunu olması müəyyən edilmişdir: Miri adlı kontakt: Dede; Təqsirləndirilən şəxs1: He;"Miri" adlı kontakt: Birazdan gedecuy, xeber gelib; Təqsirləndirilən şəxs1: ok, “Mirı" adlı kontakt: He birdə, evdesen; Təqsirləndirilən şəxs1: He dede; “Miri” adlı kontakt: Ot götürersen 5 qram; Təqsirləndirilən şəxs1: Rayon meselesin ne edek; “Miri” adlı kontakt: Gederik ıstesen; Təqsirləndirilən şəxs1: Bugün; “Miri” adlı kontakt: dede gel gedey; Təqsirləndirilən şəxs1: Geçmə, lazim deyilkı, geçrrıe; “Miri”' adlı kontakt: Bawa düşmedim dede: Təqsirləndirilən şəxs1: 5 dene durmasan ot; Bundan sonra “Miri” adlı kontaktdan Təqsirləndirilən şəxs1 səs formasında sms göndərilmiş və həmin səsdə “Dədə başqa uşaqla görüşürəm, prosta onu götürəcəklər ha axşam, Qalmayıb ki ondan? Qalmayıbsa deyim gəlməsin.” Bundan dərhal sonra Təqsirləndirilən şəxs1 “Miri” adlı kontakta “dədə vare demirəm yoxdu, deyirəm yəni evdən çıxıram da, daha bir də gəlmiyim, götürüm ya götürməyim? Daha sonra Miri” adlı kontakt: yox hele qalsun. Dede cıxmamısansa götür; Təqsirləndirilən şəxs1: ok; “Miri” adlı kontakt: Qalsun masinda birazdan gelecek vererem; Təqsirləndirilən şəxs1: 5 dene; “Miri” adlı kontakt: He; Həmçinin daha sonra 25 avqust 2021 -ci ıl tarixdə saat 18:44-də Təqsirləndirilən şəxs1, 524375 ****** 5956 nömrəli hesaba 30 manat pul göndərilməsi barədə şəkli “Miri” adlı konta göndərmişdir. Təqsirləndirilən şəxs1: Ok; “Miri” adlı kontakt: He bırde, evdesen? Təqsirləndirilən şəxs1: He dede; Bundan sonra isə 01 sentyabr 2021 -ci il tarixdə saat 19:29-də Təqsirləndirilən şəxs1 arxa fonda “Koroğlu” Olıpiya Kompleksi olan, öndə isə böyük borular iki şəkli “Miri“ adlı konta göndərmişdir. Təqsirləndirilən şəxs2 əlavə dindirmə proktolundan görünür ki, sonuncu bildirmişdir ki, Mustafayevin “İphone” markalı mobil telefonunda “Miri'’ adlı kontakt onun özüdür. O, Təqsirləndirilən şəxs1 5 qram marixuana götürməyini istəmişdir. Telefonun “Whatsapp” tətbiqindəki səslər ona və Təqsirləndirilən şəxs1 məxsus olmuş və o? Təqsirləndirilən şəxs1 5 qram marixuana istəmiş və o da 5 qram marixuana götürmüşdür. Həmin marixuananı o özü istifadə etmək üçün Təqsirləndirilən şəxs1 istəmişdir. Təqsirləndirilən şəxs1 ona göndərdiyi arxa fonda “Koroğlu” Olimpiya Kompleksi olan, öndə isə böyük borular olan şəkillərdə isə Təqsirləndirilən şəxs1 olduğu yeri ona göstərmək üçün göndərmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1lə görüşməli olmuş və Təqsirləndirilən şəxs1 ona evdən çıxdığını göstərmək üçün həmin şəkilləri göndərmişdir. Təqsirləndirilən şəxs1 əlavə dindirilməsi protkolundan da görünür ki, sonuncu bildirmişdir ki, “İphone” markalı mobil telefonunda “Miri” adlı kontakt dostu Təqsirləndirilən şəxs2dur, sonuncu ondan 5 qram marixuana götürməyini istəmişdir. Telefonun “Whatsapp” tətbiqindəki səslər ona və Təqsirləndirilən şəxs2 məxsus olmuş və Təqsirləndirilən şəxs2 ondan 5 qram marixuana istəmiş və o da 5 qram marixuana götürmüşdür. Təqsirləndirilən şəxs2 onun bildiyi qədəri ilə həmin marixuanını özü istifadə etmək üçün istəmişdir. O, Təqsirləndirilən şəxs2 marixuananı pulsuz vermişdir. Həmçinin adını hazırda xatırlamadığı bir nəfər şəxs Təqsirləndirilən şəxs2 30 manat pul göndərmiş və Təqsirləndirilən şəxs2 isə pulun gəlməməsini bildirmişdir. Həmin şəxs İsə Təqsirləndirilən şəxs2 hesab kartına 30 manat pul göndərməsi şəklini ona göndərmiş və o da həmin şəkli Təqsirləndirilən şəxs2 göndərmişdir. Təqsirləndirilən şəxs2 göndərdiyi digər arxa fonda “Koroğlu” Olipiya Kompleksi olan, öndə isə böyük borular olan şəkilləri isə Təqsirləndirilən şəxs2 göndərmişdir ki, olduğu yeri Təqsirləndirilən şəxs2 dəqiq bilsin. Həmin vaxt Təqsirləndirilən şəxs2la görüşməli olmuş və ona evdən çıxdığını göstərmək üçün həmin şəkilləri göndərmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxslər ittihamda göstərilən ünvanda saxlanılmadıqlarını göstərsələr də, bu xüsusat apellyasiya baxışı zamanı yoxlanılmış, məhkəmə kollegiyası tərəfindən təqsirləndirilən şəxslərin istifadəsində olan telefon nömrəsinin antenn məlumatları götürülmüşdür. Həmin məlumatlardan görünür ki, 16 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxslərin istifadəsində olan antenn məlumatları Bakı şəhəri Nizami rayonu ərazisini göstərmişdir ki, bu da təqsirləndirilən şəxslərin iddiasının əsassız olmasına dəlalət edir. X4 ifadəsinə gəldikdə, o, Təqsirləndirilən şəxs2 qardaşı olmuş, sonuncunun mənafeyinə uyğun ifadə verməsi gözlənilən olmuşdur. Digər tərəfdən, o, hadisələrdə biləvasitə (axtarış və götürmədə) iştirak etməmiş, qardaşından eşitdiklərini demiş, sonuncunun ifadələri isə yuxarıda qeyd edilənlərə əsasən mötəbər olmamışdır. Məhkəmə kollegiyası nəzərə alır ki, təqsirləndirilən şəxslərin birinci instansiya və apellyasiya baxışı zamanı vermiş olduqları ifadələri artıq mövcud olan digər sübutlarla uzlaşmayana qədər həqiqətdən uzaq qəbul edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin miqdarını, müxtəlif növlərdə olmasını, tərəzinin aşkar edilməsini, ibtidai araşdırma zamanı vermiş olduqları izahat və ifadələri və iş üzrə toplanmış digər sübutları nəzərə alaraq hesab edir ki, onların üzərindən və evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə məhz satış məqsədi ilə əldə edilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə bəraət vermək və bu qərardan fərqli qərar qəbul etmək üçün hər hansı əsas görmür. Eyni zamanda, müdafiə tərəfi apellyasiya şikayətlərində təqsirləndirilən şəxslərə bəraət verilməsini xahiş etsələr də, cəzanın ağırlığı məsələsini də vurğulamış və mübahisələndirmişlər. Təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaya münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə cəza təyini zamanı cəzanın fərdiləşdirilməsi prinsipini, yəni məhkum edilmiş şəxslərin şəxsiyyətini, o cümlədən, barələrində cəzanı yüngülləşdirən halları, həmçinin təqsirləndirilən şəxslərə təyin edilən azadlıqdan məhrumetmə cəzasının həddinin diferensiallaşdırılmasını kifayət qədər nəzərə almamışdır. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət – hüquqi normaları işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, hər ikisinə münasibətdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 isə təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. CM-in 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Hər iki təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olduğunu bildirmişlər. Həqiqətən də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində şəxsin qohumluq məlumatları ilə bağlı sorğudan məlum olur ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2017-ci il təvəllüdlü Mustafayeva Əsmanur adlı və xx.xx.2020-ci il təvəllüdlü Mustafayeva Ayla adlı iki azyaşlı uşağı, Təqsirləndirilən şəxs2 himayəsində isə xx.xx.2013-cü il təvəllüdlü Yaqubov Mirhəsən adlı və xx.xx.2015-ci il təvəllüdlü Yaqubova Mirmuseyib adlı iki azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əvvəllər məhkum olunmamışlar. Təqsirkar şəxsin ilk dəfə məhkum olunması onu kriminal meyilli, əvvəllər məhkum olunmuş şəxslərdən fərqləndirmək üçün ağlabatan əsasdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından göstərilmiş hüquqi mövqeyi hazırkı iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək məhkum Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxslərin cəzasını yüngülləşdirən hallar qismində (birinci instansiya məhkəməsində nəzərə alınmamışdır) CM-in 59.1.4-cü maddəsinə əsasən himayələrində iki azyaşlı uşaqlarının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmayaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmlə müəyyən edilmiş həddən daha az müddətə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah olunması mümkündür. Cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə CM-in 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini endirməklə də həmin cəzanı məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair 1(101)-640/2022 saylı, 28 iyun 2022-ci il tarixli hökmü təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməli və onlara təyin edilmiş cəza yüngülləşdirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri (“Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi6 münasibətdə) Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 399.1.5 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs2 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-640/2022 saylı, 28 iyun 2022ci il tarixli hökmü təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilsin. Həmin hökmlə Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 09 (doqquz) ilə endirilsin. Hökmlə Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 08 (səkkiz) ilə endirilsin. Hökm qalan hissələrdə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi6 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 50 (əlli) saat üçün cəmi 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar