Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-87/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X9, Mülki iddiaçı- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-6/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmdən müdafiəçiləri tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-6/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3- cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbirinin ləğv edilməsi, onun barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddiaçılar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin, 3 saylı Ərazi Vergilər Baş İdarəsinin və 5 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş mülki iddiaları tam təmin edilməsi, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-yə münasibətdə 595.854,71 manat, "xxxx" MMC-yə münasibətdə 1.072.022,23 manat, “PİON-LM" MMC-yə münasibətdə 240.030,56 manat, "xxxx" MMC-yə münasibətdə 847.671,73 manat, "xxxx" MMC-yə münasibətdə 154.342,23 manat, "xxxx" MMC-yə münasibətdə 20.353,56 manat, 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan “TEXNİKİ TECHİZAT 2000" MMC-yə münasibətdə 151.487,50 manat, "xxxx" MMC-yə münasibətdə 72.377,56 manat, "xxxx" MMC-yə münasibətdə 66.044,63 manat, "xxxx" MMC-yə münasibətdə 29.312,48 manat, 3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyatda olan "xxxx" MMC-yə münasibətdə 94.289,43 manat olmaqla, cəmi 3.343.786,62 (üç milyon üç yüz qırx üç min yeddi yüz səksən altı manat altmış iki qəpik) manat məbləğində dövlət büdcəsindən yayındırılaraq ödənilməmiş vergi borcun Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Hökmlə həmçinin maddi sübutların məsələsi də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs təqsirli bilib məhkum edilmişdir ona görə ki, o, bir qrup şəxs ilə qabaqçadan əlbir olub, "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), “TEXNİKİ TECHİZAT 2000" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN:**********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) fəaliyyətinə rəhbərlik edərək, cəmiyyətlərin Nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olub vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.4, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82, 103.1, 105.1, 159.1, 220 və 221-ci maddələrinin tələblərini pozaraq, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə xüsusilə külli miqdar təşkil edən 3.681.626,62 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Təqsirləndirilən şəxs, tanışları Şahid16, X17 və qeyriləri ilə qabaqcadan əlbir olub, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" MMC-nin direktoru vəzifəsinə xx.xx.2017-ci il tarixdən Şahid16 təyin olunmasını təşkil edib, faktiki olaraq cəmiyyətin əmlakının və maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürərək, Şahid16 ilə birlikdə, cəmiyyətin həyata keçirdiyi xarici ticarət və ixtisaslaşdırılmış topdansatış fəaliyyəti üzrə qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif edilmiş məlumatlar daxil edərək, 2018-cı ilin avqust ayı üzrə 102.527,63 manat, oktyabr ayı üzrə 390.303,86 manat, cəmi 492.831,49 manat əlavə dəyər vergisi və 2018-cı ilin yekunu üzrə cəmi 103.023,22 manat mənfəət vergisi olmaqla, ümumilikdə xüsusilə külli miqdar təşkil edən 595.854,71 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs, tanışları X10, Şahid16, X17 və qeyriləri ilə qabaqcadan əlbir olub, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyatda olan "xxxx" MMC-nin direktoru vəzifəsinə xx.xx.2017-ci il tarixdən Ramazan Allahverdiyevin, xx.xx.2018-ci il tarixdən Şahid16 təyin olunmasını təşkil edib, faktiki olaraq cəmiyyətin əmlakının və maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürərək, cəmiyyətin həyata keçirdiyi xarici ticarət və ixtisaslaşdırılmış topdansatış fəaliyyəti üzrə qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif edilmiş məlumatlar daxil edərək, 2017-cı ilin oktyabr ayı üzrə 81.072,77 manat, 2018-ci ilin yanvar ayı üzrə 237.572,84 manat, fevral ayı üzrə 414.719,90 manat, mart ayı üzrə 125.132,84 manat, aprel ayı üzrə 13.077,15 manat və may ayı üzrə 15.371,03 manat, cəmi 886.946,53 manat əlavə dəyər vergisi, habelə 2017-ci ilin yekunu üzrə 283.091,53 manat, 2018-cı ilin yekunu üzrə cəmi 239.824,17 manat, cəmi 522.915,70 manat mənfəət vergisi olmaqla, ümumilikdə 1.409.862,23 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs, tanışı X10 və qeyriləri ilə qabaqcadan əlbir olub, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyatda olan “PİON-LM" MMC-nin direktoru vəzifəsinə xx.xx.2017-ci il tarixdən Ramazan Allahverdiyevin təyin olunmasını təşkil edib, faktiki olaraq cəmiyyətin əmlakının və maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürərək, cəmiyyətin həyata keçirdiyi xarici ticarət və ixtisaslaşdırılmış topdansatış fəaliyyəti üzrə qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif edilmiş məlumatlar daxil edərək, 2017-ci ilin üçüncü rübü üzrə 31.903,96 manat ödəmə mənbəyindən vergi, həmin ilin avqust ayı üzrə 181.261,44 manat əlavə dəyər vergisi və ilin yekunu üzrə 26.865,16 manat mənfəət vergisi olmaqla, ümumilikdə 240.030,56 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs, tanışı X10 və qeyriləri ilə qabaqcadan əlbir olub, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyatda olan "xxxx" MMC-nin direktoru vəzifəsinə xx.xx.2017-ci ildən Şahid15 Abdi oğlunun, xx.xx.2017-ci il tarixdən Ramazan Allahverdiyevin təyin olunmasını təşkil edib, faktiki olaraq cəmiyyətin əmlakının və maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürərək, cəmiyyətin həyata keçirdiyi xarici ticarət və ixtisaslaşdırılmış topdansatış fəaliyyəti üzrə qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif edilmiş məlumatlar daxil edərək, 2017-cı ilin sentyabr ayı üzrə 262.977,52 manat, oktyabr ayı üzrə 152.099,03 manat, cəmi 415.076,55 manat əlavə dəyər vergisi, həmin ilin oktyabrnoyabr ayları üzrə cəmi 26,60 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, həmin ilin yekunu üzrə 432.568,58 manat mənfəət vergisi olmaqla, ümumilikdə 847.671,73 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs, tanışı X10 və qeyriləri ilə qabaqcadan əlbir olub, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyatda olan "xxxx" MMC-nin direktoru vəzifəsinə xx.xx.2017-ci il tarixdən Şahid15 Abdi oğlunun, baş mühasibi vəzifəsinə Ramazan Allahverdiyevin təyin olunmasını təşkil edib, faktiki olaraq cəmiyyətin əmlakının və maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürərək, cəmiyyətin həyata keçirdiyi xarici ticarət və ixtisaslaşdırılmış topdansatış fəaliyyəti üzrə qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif edilmiş məlumatlar daxil edərək, 2018-ci ilin yanvar ayı üzrə 42.141,07 manat, həmin ilin iyul ayı üzrə 47.856,10 manat, cəmi 89.997,17 manat əlavə dəyər vergisi və 2017-ci ilin yekunu üzrə 64.345,06 manat mənfəət vergisi olmaqla, ümumilikdə 154.342,23 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs, tanışı X10 və qeyriləri ilə qabaqcadan əlbir olub, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyatda olan "xxxx" MMC-nin direktoru vəzifəsinə xx.xx.2017-ci il tarixdən Şahid15 Abdi oğlunun, baş mühasibi vəzifəsinə Ramazan Allahverdiyevin təyin olunmasını təşkil edib, faktiki olaraq cəmiyyətin əmlakının və maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürərək, cəmiyyətin həyata keçirdiyi xarici ticarət və ixtisaslaşdırılmış topdansatış fəaliyyəti üzrə qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif edilmiş məlumatlar daxil edərək, 2017-ci ilin iyul ayı üzrə 10.459,11 manat, avqust ayı üzrə 16,20 manat, cəmi 10.475,31 manat əllavə dəyər vergisi, həmin ilin iyul-avqust ayı üzrə 12,20 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, həmin ilin 3-cü rübü üzrə 2.007,06 manat ödəmə mənbəyində tutulan vergi və ilin yekunu üzrə 7.858,60 manat mənfəət vergisi olmaqla, ümumilikdə 20.353,56 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs, tanışı Şahid16 və qeyriləri ilə qabaqcadan əlbir olub, 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyatda olan “TEXNİKİ TECHİZAT 2000" MMC-nin direktoru vəzifəsinə xx.xx.2018-ci il tarixdən Şahid6 təyin olunmasını təşkil edib, faktiki olaraq cəmiyyətin əmlakının və maliyyətəsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürərək, cəmiyyətin həyata keçirdiyi xarici ticarət və ixtisaslaşdırılmış topdansatış fəaliyyəti üzrə qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif edilmiş məlumatlar daxil edərək, 2018-ci ilin avqust ayı üzrə 4,76 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, 2018-ci ilin iyun ayı üzrə 100.823,2 manat, iyul ayı üzrə 20.960,73 manat, avqust ayı üzrə 748,8 manat, dekabr ayı üzrə 28.950,01 manat, cəmi 151.482,74 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə 151.487,50 manat məbləğində vergilər ödənilməkdən yayındırılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs, tanışı X10 və qeyriləri ilə qabaqcadan əlbir olub, 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyatda olan "xxxx" MMC-nin direktoru vəzifəsinə xx.xx.2017-ci il tarixdən Şahid15 Abdi oğlunun, baş mühasibi vəzifəsinə Ramazan Allahverdiyevin təyin olunmasını təşkil edib, faktiki olaraq cəmiyyətin əmlakının və maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürərək, cəmiyyətin həyata keçirdiyi xarici ticarət və ixtisaslaşdırılmış topdansatış fəaliyyəti üzrə qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif edilmiş məlumatlar daxil edərək, 2017-ci ilin dördüncü rübü üzrə 31.448,61 manat sadələşdirilmiş vergi, həmin ilin dekabr ayı üzrə 26.405,09 manat əlavə dəyər vergisi və həmin ilin yekunu üzrə 14.523,86 manat mənfəət vergisi olmaqla, ümumilikdə 72.377,56 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs, tanışı X10 və qeyriləri ilə qabaqcadan əlbir olub, 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyatda olan "xxxx" MMC-nin direktoru vəzifəsinə xx.xx.2017-ci il tarixdən Şahid15 Abdi oğlunun, baş mühasibi vəzifəsinə Ramazan Allahverdiyevin təyin olunmasını təşkil edib, faktiki olaraq cəmiyyətin əmlakının və maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürərək, cəmiyyətin həyata keçirdiyi xarici ticarət və ixtisaslaşdırılmış topdansatış fəaliyyəti üzrə qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif edilmiş məlumatlar daxil edərək, 2017-ci ilin dördüncü rübü üzrə 3.322,95 manat, 2018-ci ilin 3-cü rübü üzrü 62.721,68 manat, cəmi 66.044,63 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs, tanışı X10 qeyriləri ilə qabaqcadan əlbir olub, 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyatda olan "xxxx" MMC-nin direktoru vəzifəsinə xx.xx.2017-ci il tarixdən Şahid15 Abdi oğlunun, baş mühasibi vəzifəsinə xx.xx.2017-ci il tarixdən Ramazan Allahverdiyevin təyin olunmasını təşkil edib, faktiki olaraq cəmiyyətin əmlakının və maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürərək, cəmiyyətin həyata keçirdiyi xarici ticarət və ixtisaslaşdırılmış topdansatış fəaliyyəti üzrə qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif edilmiş məlumatlar daxil edərək, 2017-ci ilin 3-cü rübü üzrə 4,724,25 manat, 2017-ci ilin 4-cü rübü üzrə 4.843,60 manat, 2018-ci ilin 2-ci rübü üzrə 11.847,88 manat, cəmi 21.415,73 manat sadələşdirilmiş vergi, 2017-ci ilin 3-cü rübü üzrə 7.802,73 manat ödəmə mənbəyində tutulan vergi, 2017-ci ilin 4-cü rübü üzrə 48,27 manat, 2018-ci ilin 2-ci rübü üzrə 45,75 manat, cəmi 94.02 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi olmaqla, ümumilikdə 29.312,48 manat məbləğində vergilər ödənilməkdən yayındırılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs, tanışı X10 və qeyriləri ilə qabaqcadan əlbir olub, 3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyatda olan "xxxx" MMC-nin direktoru vəzifəsinə xx.xx.2017-ci il tarixdən Şahid15 Abdi oğlunun, baş mühasibi vəzifəsinə Ramazan Allahverdiyevin təyin olunmasını təşkil edib, faktiki olaraq cəmiyyətin əmlakının və maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürərək, cəmiyyətin həyata keçirdiyi xarici ticarət və ixtisaslaşdırılmış topdan satış fəaliyyəti üzrə qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif edilmiş məlumatlar daxil edərək, 2018-ci ilin avqust ayı üzrə 20.647,20 manat əlavə dəyər vergisi və həmin ilin yekunu üzrə 73.642,23 manat mənfəət vergisi olmaqla, ümumilikdə 94.289,43 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Nəticədə, Təqsirləndirilən şəxs "xxxx" MMC üzrə 595.854,71 manat, “PİON-LM" MMC üzrə 240.030,56 manat, "xxxx" MMC üzrə 1.409.862,23 manat, "xxxx" MMC üzrə 847.671,73 manat, "xxxx" MMC üzrə 154.342,23 manat, "xxxx" MMC üzrə 20.353,56 manat, “TEXNİKİ TECHİZAT 2000" MMC üzrə 151.487,50 manat, "xxxx" MMC üzrə 72.377,56 manat, "xxxx" MMC üzrə 66.044,63 manat, "xxxx" MMC üzrə 29.312,48 manat və "xxxx" MMC üzrə 94.289,43 manat olmaqla, ümumilikdə xüsusilə külli miqdar təşkil edən 3.681.626,62 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Hökmdən Müdafiəçi2 apellyasiya şikayəti verərək Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-6/2023 saylı hökmünü ləğv edilməsini və Təqsirləndirilən şəxsh İsmayıl oğluna qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə verilmiş ittiham üzrə bəraət hökmü qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC-yə münasibətdə apelyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Təqsirləndirilən şəxs SNART˝ AZPOD˝ MMC-nin faktiki rəhbərlərindən biri kimi təqdim edilməsinə baxmayaraq, təqsirləndirilən şəxsin sözügedən müəssisəyə və onun idarə edilməsinə hər hansı aidiyyatı yoxdur. Belə ki, cinayət işinin materiallarında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, ...˝ 1999-cu ildən hal-hazıradək ijolonxeT˝ Avadanlıq˝ Kiçik Müəssisəsinin direktoru vəzifəsində çalışır. Müəssisənin fəaliyyəti ... əsasən ˝PB˝ şirkətinin sifarişi əsasında çayların içərisi ilə çəkilən boru xətlərinin sahil bərkitmə işlərinin həyata keçirilməsindən ibarətdir... müəssisə ilə snarT˝ Azpod˝ MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli 25-2/18 saylı müqaviləyə əsasən, direktoru olduğu şirkət həmin MMCdən ümumi həcmi 9200 m3 olan ƏDV-siz dəyəri 193200 manat təşkil edən tikinti materialı, yəni qum-çınqıl qarışığı almışdır. snarT˝ Azpod˝ MMC-dən alınmış malların ümumi dəyəri olan 193200 manat pul vəsaiti nağdsız qaydada cəmiyyət tərəfindən həmin MMC-nin bank hesabına, 34776 manat təşkil edən əlavə dəyər vergisi isə ƏDV depozit hesabı vasitəsi ilə tam şəkildə ödənilmişdir... Müqavilənin bağlanmasında o və snarT˝ Azpod˝ MMC-nin direktoru Şahid16 iştirak etmişdir. Belə ki, alınacaq çınqıl-qum qarışığının qiyməti mobil telefon vasitəsilə onunla Aydən Əzizov arasında razılaşdırıldıqdan sonra, o, Aydına şirkət üçün lazım olan miqdarda çınqıl-qum qarışığını sifariş vermişdir. Daha sonra iki müəssisə arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Qeyd etmişdir ki, ijolonxeT˝ Avadanlıq˝ Kiçik Müəssisəsi ilə snarT˝ Azpod˝ MMC arasında aparılmış əməliyyatlara dair xx.xx.2018-ci il tarixli, 25-2/18 saylı müqavilə və digər sənədləri müəssisənin fəaliyyət göstərdiyi ünvana Şahid16 özü gətirmişdir və o, Aydını ... həmin vaxt görmüşdür. Ondan sonra Şahid16la yalnız mobil telefon vasitəsilə əlaqə saxlamışdır...˝ (Cinayət işi İ cild, səhifə 79-83). Həmin ifadənin sonundan görünür ki, Elçin Nəzərov xarici görünüşünü təsvir edərək qeyd etmişdir ki, Aydın təxminən 50-60 yaşlarında, orta boylu, ağbəniz, normal saçları olan, arıq bədənli bir şəxsdir. Diqqətəlayiq məqam həmçinin ondan ibarətdir ki, Şahid16 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində snarT˝ Azpod˝MMC-nin 2017-ci ilin dekabr ayında onun göstərişi ilə Saatlı rayon sakini X7 tərəfindən təsis edildiyini göstərmişdir ( İİ cild səh. 142-146). Bu halı şahid qismində ibtidai istintaqda ifadə vermiş Şahid2 da təsdiq etmişdir (İİ cild, səh. 134-137). Eyni zamanda xx.xx.2020-ci il tarixdə məhkəmədə şahid qismində ifadə verən Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, heç bir zaman görməmişdir. Xəzər adlı şəxs onun uşaqlıq dostu olmuş, sonuncunun şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyindən öz adına mobil nömrə alaraq, ona vermiş, həmin zaman orada Eminağa, Aydın və Elşən olmuşdur. Digər gedişatlardan xəbərsiz olmuşdur. cinayət təqibi orqanı Təqsirləndirilən şəxs xeyrinə ifadə vermiş və müəssisəsinin həqiqi rəhbərinin Şahid16 olmasını göstərən sübutları ittiham aktına əlavə etməmiş və həmçinin adları sonda göstərilmiş şahidlərin ifadələrinə bilərəkdən dəyişiklik edərək, Təqsirləndirilən şəxs danımalarına dair məlumatı ora əlavə etmişdir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə istintaqı zamanı ifadəsi alınmış Şahid16, müəssisələrin faktiki rəhbərlərini tanımadığını, ona gənc yaşlarında olan bir neçə nəfərin göstəriş verdiyini, məhz onların tapşırıqlarını yerinə yetirdiyini, Təqsirləndirilən şəxs tanımadığını bildirmişdir. Məhkəmə iclasında tanınma istintaq hərəkəti keçilmiş və Təqsirləndirilən şəxs başqa dörd şəxslə birlikdə Şahid16 təqdim edilmiş, lakin sonuncu bu şəxslərdən heç kimi tanımadığını bildirmişdir. Şahid16 xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə cinayət təqibi orqanına vermiş olduğu ifadələri məhkəmə iclasında təsdiq etmədiyini bildirməklə yanaşı, istintaqda vermiş olduğu ifadələrə münasibətdə ən˝ deyiblər elə yazmışam˝ qeydini vermişdir. Sadalananlardan göründüyü kimi Təqsirləndirilən şəxs snarT˝ Azpod˝ MMC-nin faktiki rəhbərlərindən biri olması, bu səbəbdən müəssisəyə dair vergiləri ödəməkdə səlahiyyətli şəxs olmasını təsdiq edən mötəbər sübut mövcud deyildir. Şahidlərin Təqsirləndirilən şəxs münasibətdə ibtidai istintaq və məhkəmə istintaqında vermiş olduğu olduğu ifadələr fərqli olmuş, məhkəmə istintaqında snarT˝ Azpod˝ MMC ilə onun əlaqəsi olmasını təsdiq edən ifadə olmamış, faktiki rəhbər Şahid16 özü belə məhkəmədə Təqsirləndirilən şəxs tanımadığını bildirmişdir. Belə olan halda ittiham təqsirləndirilən Təqsirləndirilən şəxs snarT˝ Azpod˝ MMC-də faktiki rəhbərlərdən biri olmasına dair hissədə sübuta yetirilməmişdir, üstəlik bu hal həqiqətə uyğun deyildir. "xxxx" MMC-yə dair münasibətdə apelyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, müəssisəsinin adından ödənilmiş 57 manata münasibətdə təqsirləndirilən Təqsirləndirilən şəxs həmin məbləğin dövlət rüsumu şəkilində ödənildiyini qeyd etmiş və bunun əksi istintaq orqanı tərəfindən nə iddia edilməmiş, nə də sübuta yetirilməmişdir. məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 Semur oğlu ifadəsində göstərmişdir ki, dövlət vergi müfəttişi vəzifəsində çalışır. rotkurtsnoK˝ Test˝ MMC-də çeşid fərqi yarandığından rəhbərliyin göstərili ilə yoxlama aparmışdır. Yoxlama zamanı Allahverdiyev Ramazan idarəyə gəlmiş, onunla ünsiyyətdə olmuş, müəssisəni təmsil etmişdir. Allahverdiyev Ramazan müəssisənin bütün işlərini aparmışdır. Bundan sonra direktor dəyişikliyi olmuş, yoxlama nəticəsin olan AKT ona da təqdim edilmiş, sonuncu qəbul etməmişdir. Təqsirləndirilən şəxs heç bir zaman görməmişdir, tanımır, barəsində eşitməmişdir, birinci dəfə məhkəmə iclas zalında görür. "xxxx" MMC-yə münasibətdə apelyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid13 ifadəsində göstərmişdir ki, o, rəzA˝-Türk Bank˝ ASC-nin əməkdaşıdır. Təqsirləndirilən şəxs tanımır. Məhkəmə tərəfindən ona göndərilmiş bildirişdə olan şirkətlərdən bir qismi ona tanışdır. 2017-2018-ci illərdə ********** mobil nömrəsini işlətmişdir. O, şirkət rəhbərlərini qəbul edir, bu isə sonuncular bunu tələb edəndə və ya güzəşt istəyəndə olur. Şirkətlərdən rotkurtsnoK˝-M˝ MMC və rezaL˝-R˝ MMC onların müştərisi olduğunu xatırlayır, digərlərini xatırlamır. Hər iki şirkətə görə yaşlı kişi ona yaxınlaşmışdır, onu xatırlayır. Şirkət rəhbərləri hesab açarkən şəxsən istirak edirlər. Məhkəmə cinayət işi XİV cild, səhifə 151, İX cild, 171 səhifə olan fotoşəkilləri Şahid13 təqdim etmiş, hər iki halda şahid X6 tanımışdır. Eyni zamandan cinayət işinin İX cild, səhifə 98-də olan fotoşəkillər (Şahid16) Şahid13 təqdim edilmiş, sonuncu bir kimsəni tanımamışdır. Bundan əlavə Şahid13 ifadəsində bankın blanklarına daxil edilən məliumatların müəssisə rəhbərləri tərəfindən daxil edildiyini, həmin məlumatları bankın yoxlamadığını bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, o, bildirişləri yoxlayanda orada mail adresi olmamışdır. Xatırladığı qədər bu şirkətlərin dövriyyəsi az olmuşdur, həmin şirkətlərdən ona hər hansı zəng gəlməmişdir. Şəxsi nömrəsinin istisna hallarda VİP müştərilərə verilə bilərdi. Onun Tale adında müştərisi olmamışdır, adı eşitmiş olsaydı xatırlayardı. "xxxx" MMC-yə münasibətdə apelyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, cinayət işinin materiallarında olan Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2018ci il tarixli, 7377 saylı ekspert rəyinin təsviri hissəsində qeyd edilir ki, qatnitsi...˝ orqanının ekspertiza təyini haqqında qərarında qaimə fakturalar, şəxsi hesab vərəqəsi, bank sənədləri və idxal-ixrac əməliyyatlrına dair sənədlərin iş materiallarına əalvə edilməsi göstərilsə də, iş materiallarında yük gömrük bəyannamələri və vergi ödəyicisinin təqdim etdiyi ƏDV bəyannaməsi öz əksini tapmamışdır. Ekspert qeyd edir ki, iş materiallarında olan xx.xx.2017- ci il tarixli akt və şəxsi hesab vərəqəsində göstərilənlər (vergilərlə bağlı) istintaq orqanı tərəfindən sübuta yetirildiyi təqdirdə NOİP˝-LM˝ MMC tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi borcu 181261,44 manat məbləğində müəyyən oluna bilər, o cümlədən kameral vergi yoxlaması ilə ƏDV 2017/08 – 181261,44 manatdır. "xxxx" MMC, TARAK˝-TT˝ MMC, TANİAK˝-İ˝ MMC, AZ.İMPULS˝ MMC-yə münasibətdə apelyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, qeyd edilməlidir ki, hökmdə şahidlərin ibtidai istintaq zamanı verilmiş ifadələrinin əasas götürülməsi, məhkəmə istintaqı zamanı verdikləri ifadələrin isə hüquqi qiymətləndirmədən kənarlaşdırılmasını qərəzli və əsassız hesab edirik. Belə ki, məhkəmə bütün şahidlərə münasibətdə ibtidai istintaqda vermiş olduqları ifadələri əsas götürərkən yalnız zaman faktoruna əsaslanmış və hesab etmişdir ki, həmin ifadələrin verilmə tarixi hadisələrin baş vermə tarixinə yaxın olduğu üçün daha mötəbərdir. Məhkəmənin bu mövqey ilə qəti şəkildə razılaşmırıq. Belə ki, məhkəmə istintaqı zamanı ittihamın şahidlərinin hər biri ibtidai istintaqda vermiş olduğu ifadədən fərqli ifadə vermişdir. Bu sıradan istisnanı yalnız vergi xidmətinin əməkdaşları təşkil etmişdir, lakin onların da içərisində heç kim təqsirləndirilən Təqsirləndirilən şəxsh İsmayıl oğlunun əvvəllər tanımamış və onun yuxarıda sadalanan şirkətlərlə əlaqəsinin olubolmamasına dair ifadə verməmişlər. Məhkəmə istintaqı zamanı şahidlərin həm ittiham, həm müdafiə, həm də hakimin suallarına geniş cavablar verməsi, bu zaman şahidlərin özünü daha sərbəst hesab etməsi, ibtidai istintaqda ifadə verərkən yalnız müstəntiqlə üz-üzə qalmaları halı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Hesab edirik ki, təqsirləndirilən şəxs Taleh Aşurovun barəsində həbs qətimkan tədbiri seçilməsi əsaslarından birinin onun iş üzrə şahidlərə təsir imkanlarının tam məhdudlaşdırılması olduğundan və məhkəmə istintaqı gedişində bütün şahidlər dindirilənədək Taleh Aşurov barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanıldığından sonuncunun şahidlərə hər hansı təsir etmə imkanı olmamış, üstəlik belə ki, fikiri də olmamış, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı səmimi olmuş, obyektiv həqiqətin üzə çıxırılmasında ibtidai istintaq, o cümlədən məhkəmə orqanına yaxından kömək etmiş, ona məlum olan bütün hallar barəsində məlumat vermişdir. Bununla belə yekunda məhkəmə onun ifadələrini səmimi hesab etməmiş, üstəlik məhkəmədə səsləndirmədiyi fikrin - rəlləvvə˝ Şahid16 tanımaması˝ ona məxsus olması qənaətinə gəlmişdir. Halbuki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində X33 Əzizovu tanıdığını, 2018-ci ilin ilk aylarından sonra şirkətlərə dair yük gömrük bəyannamələrinin doldurulması üçün məhz sonuncunun ona yaxınlaşdığını, bu barədə Ramazan tərəfindən öncədən məlumatlandırıldığını bildirmişdir. Eynilə bu fikri məhkəmə istintaqı zamanı da demiş Taleh Aşurovun hansı səbəbdən Şahid16 əvvəllər tanımaması fikrini hökmə yazmaqla, məhkəmənin yekun mövqeyini əsaslandırmağa, ona obyektivlik donu geyindirməyə çalışması başa düşülən deyildir. Bu halda Taleh Aşurovun fikri sadəcə təhrif edilmişdir. Bundan başqa məhkəmə özünün qərarları əsasında məhkəmə istintaqı gedişində təyin edilmiş, lakin borcun olmaması, o cümlədən rəyin verilməsinin mümkün olmamasına dair məhkəmə-mühasibatlıq ekspertizalarının, habelə kompleks ekspertiza rəylərini hansı səbəbdən mötəbər sübut kimi qəbul etməməsini hökmündə əsaslandırmamışdır. Hesab edirik ki, cinayət işinin materiallarında olan sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, nəticədə təqsirləndirilən şəxs Taleh Aşurov barəsində ittiham hökmü çıxarılmışdır. Hökmdən eyni zamanda Müdafiəçi3 apellyasiya şikayəti verərək Yasamal Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 1(004)-6/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinməsi hissəsində hökm ləğv edilməsini və ona Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 42-ci maddəsinə əsasən ona bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, Aşurov Tale İsmayıl oğlu ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. O, 2017-ci ildə Gömrükdə brokerlik fəaliyyəti ilə məşğul olmuşdur. Ali təhsillidir. Bakı Biznes Universitetinin Beynəlxalq İ idasitq̇ Münasibətlər fakültəsini bitirib. Rəsmi iş yeri olmamışdır. 2016-cı ildə bir neçə dəfə gömrüyə mal rəsmiləşdirilməsi ilə bağlı gedib-gəlib. Ş irkəti xatırlamır, lakin yaxın olduğu bir nəfər var idi, onun mallarını köməklik məqsədilə etmişdir. Gömrükdə belə bir fəaliyyət olduğunu görmüş, bununla da bu işə başlamışdır. Fəaliyyət zamanı insanlar özləri ona yaxınlaşmışlar. Onun kimi orada 100-150 adam olmuşdur. O və həmin fəaliyyətlə məşğul olan digər adamlar gömrüyün ərazisində yerləşən çayxanada olurdular. Danışıqlar faizlə aparılmırdı, hər maşına görə 30, 50, 70, 100 manat kimi qiymətlər dəyişirdi. Müraciət edən şəxsi müştəri adlandırsaq, o müştərinin rahatçılığı üçün fəaliyyət göstərirdi. Əgər müştərinin bu rəsmiləşdirməyə 5- 6 saat vaxtı gedəcəkdisə, o 1-1,5 saata bunu həlledirdi. Rəsmiləşdirilmə zamanı SMR, invoys, müqavilə, sertifikat kimi sənədlər tələb edilirdi. Pul köçürmələrini özləri banka edirdilər, o, iştirak etmirdi. Ona həmin rüsumların qəbzləri lazım olurdu, qəbzlər əsasında o işini görürdü. Gömrüyə daxil olan malların ona aidiyyatı yoxdur. Elə olurdu ki, gedib sürücüdən sənədləri götürürdü. Proses belə baş verirdi ki, ona zəng olunurdu ki, maşın terminala daxil olub, ya maşından sənədləri özləri gətirib ona verirdilər, ya da xarici sürücülərin nömrəsini göndərirdilər ona, o da gedib maşından sənədləri götürürdü. Həmin sənədlər əsasında malların rüsumları ödənilirdi, sənədlər yığılırdı, bəyannamə yazılırdı, bundan sonra sənədləri aparıb inspektorlara verirdi. Hazırlamanı təqdim edilmiş sənədlərə əsasən deklorantlar aparırdı. O yerləri rahat bildiyi üçün tezliyi təmin edə bilirdi. Malların idxal edilməsində, qəbulunda isə iştirak etməmişdir. İ mahitṫ aktında qeyd olunan şirkətlər kimi minlərlə şirkət, Ramazan, Aydın kimi də müştərilər var idi. Ramazanla da gömrükdə tanış olmuşdur. Ramazan fərqli şirkətlərlə bağlı ona müraciət etmişdi. Həmin şirkətlərin heç birinin adı onun yadında qalmamışdır. Ramazana nə qədər rəsmiləşdirmə işlərində kömək etməsini tam dəqiqliklə deyə bilmir. Ç ünki orada olan şirkətlərin sayı çox idi. Ramazan oraya əvllər özü gəlirdi, sonra isə başqa şəxxə tapşırdı. O özünü təqsirli hesab etmir. Ramazanın yanında yalnız bir nəfər sürücüsünü görmüş, başqa heç kimi görməyibdir. Ramazanın ofisi barədə məlumatı yoxdur. Onunla hər hansı bir ofisdə görüşməmişdir. Ancaq gömrükdə görüşmüş. O 2019-cu ildən istintaqa çağırılmış, dəfələrlə gedib-gəlmiş və təzyiq altında ifadə vermişdir. Sonra axırıncı dəfə dekabr ayında əvvəl istintaqdan yayındığı bildirilmişdir, halbuki belə bir şey olmamışdır. Ondan sonra isə 12 dekabr tarixində qərar çıxmış. Baxmayaraq ki, ondan tamam başqa şeylər soruşulurdu. O bildiklərinin hamısını danışmışdır, Ramazanın, Aydının adını vermişdir. Ondan isə əsas rəhbər şəxsin adını istəyirdilər. İ aidḋ edirdilər ki, bunların bir rəhbəri var. Məhkəmə istintaqı vaxtı dindirlən hər bir şəxs Təqsirləndirilən şəxs tanımadığını bildirmişdir. Həmin şəxslər Ramazanın, Aydın adlı şəxslə əlaqədə olduqlarını bildirmişlər. Məhkəmə istintaqı dövrü ifadələrdən də məlum olur ki, Talenin yalnız adından və telefon nömrəsindən istifadə olunmuşdur. Mövcud cinayətlə heç bir əlaqəsi olmamışdır. Verilmiş ittiaham və onun nəticəsində çıxmış hökm tamamilə əsasızdır. Belə ki, mövcud yazılmış hökmdə sübutlara qiymət verilsə şəxsə bəaraət verilməli halda təqsirləndirici hökm çıxarılmışdır. Hesab edirəm ki, ibtidai istintaq və məhkəmə istintaqı obyektiv həyata keçirilməmiş, hadisə tam və hərtərəfli araşdırılmamışdır. Halbuki Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçilərkən Məcəllənin 125,144-146-cı maddələrinin müddəalarının pozulması yol verilməzdir. Həmin məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yəni yeni sübutlar toplanılır,əldə olunmuş sübutların mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə kollegiyasının iclasında Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçinin çıxışı ilə razı olduğunu bildirirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə2 çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməməsini və hökmün mülki iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı verilmiş apellyasiya şikayətlərini dəlillərini əsassız hesab edərək təmin edilməməsini, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası lazimi qaydada məlumatlandırılmış Müdafiəçi3 oğlnun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-6/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2017-ci ildə Gömrükdə brokerlik fəaliyyəti ilə məşğul olmuşdur. Ali təhsillidir. Bakı Biznes Universitetinin X4 fakültəsini bitirib. Rəsmi iş yeri olmamışdır. 2016-cı ildə bir neçə dəfə gömrüyə mal rəsmiləşdirilməsi ilə bağlı gedib-gəlib. Şirkəti xatırlamır, lakin yaxın olduğu bir nəfər var idi, onun mallarını köməklik məqsədilə etmişdir. Gömrükdə belə bir fəaliyyət olduğunu görmüş, bununla da bu işə başlamışdır. Fəaliyyət zamanı insanlar özləri ona yaxınlaşmışlar. Onun kimi orada 100-150 adam olmuşdur. O və həmin fəaliyyətlə məşğul olan digər adamlar gömrüyün ərazisində yerləşən çayxanada olurdular. Danışıqlar faizlə aparılmırdı, hər maşına görə 30, 50, 70, 100 manat kimi qiymətlər dəyişirdi. Müraciət edən şəxsi müştəri adlandırsaq, o müştərinin rahatçılığı üçün fəaliyyət göstərirdi. Əgər müştərinin bu rəsmiləşdirməyə 5-6 saat vaxtı gedəcəkdisə, o 1-1,5 saata bunu həll edirdi. Rəsmiləşdirilmə zamanı SMR, invoys, müqavilə, sertifikat kimi sənədlər tələb edilirdi. Pul köçürmələrini özləri banka edirdilər, o, iştirak etmirdi. Ona həmin rüsumların qəbzləri lazım olurdu, qəbzlər əsasında o işini görürdü. Gömrüyə daxil olan malların ona aidiyyatı yoxdur. Elə olurdu ki, gedib sürücüdən sənədləri götürürdü. Proses belə baş verirdi ki, ona zəng olunurdu ki, maşın terminala daxil olub, ya maşından sənədləri özləri gətirib ona verirdilər, ya da xarici sürücülərin nömrəsini göndərirdilər ona, o da gedib maşından sənədləri götürürdü. Həmin sənədlər əsasında malların rüsumları ödənilirdi, sənədlər yığılırdı, bəyannamə yazılırdı, bundan sonra sənədləri aparıb inspektorlara verirdi. Hazırlamanı təqdim edilmiş sənədlərə əsasən deklorantlar aparırdı. O yerləri rahat bildiyi üçün tezliyi təmin edə bilirdi. Malların idxal edilməsində, qəbulunda isə iştirak etməmişdir. İttiham aktında qeyd olunan şirkətlər kimi minlərlə şirkət, Ramazan, Aydın kimi də müştərilər var idi. Ramazanla da gömrükdə tanış olmuşdur. Ramazan fərqli şirkətlərlə bağlı ona müraciət etmişdi. Həmin şirkətlərin heç birinin adı onun yadında qalmamışdır. Ramazana nə qədər rəsmiləşdirmə işlərində kömək etməsini tam dəqiqliklə deyə bilmir. Çünki orada olan şirkətlərin sayı çox idi. Ramazan oraya əvllər özü gəlirdi, sonra isə başqa şəxxə tapşırdı. O özünü təqsirli hesab etmir. Ramazanın yanında yalnız bir nəfər sürücüsünü görmüş, başqa heç kimi görməyibdir. Ramazanın ofisi barədə məlumatı yoxdur. Onunla hər hansı bir ofisdə görüşməmişdir. Ancaq gömrükdə görüşmüş. O 2019-cu ildən istintaqa çağırılmış, dəfələrlə gedib-gəlmiş və təzyiq altında ifadə vermişdir. Sonra axırıncı dəfə dekabr ayında əvvəl istintaqdan yayındığı bildirilmişdir, halbuki belə bir şey olmamışdır. Ondan sonra isə 12 dekabr tarixində qərar çıxmış. Baxmayaraq ki, ondan tamam başqa şeylər soruşulurdu. O bildiklərinin hamısını danışmışdır, Ramazanın, Aydının adını vermişdir. Ondan isə əsas rəhbər şəxsin adını istəyirdilər. İddia edirdilər ki, bunların bir rəhbəri var. Lakin görmədiyi, eşitmədiyi bir şeyi deyə bilməz. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Bəyannamələr idarəsinin 1-ci şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, xidməti vəzifəsi ilə əlaqədar "xxxx" MMC-nin 2018-ci il üzrə faaliyyəti vergi orqanında olan məlumatları araşdırmışdır. MMCnin təqdim etdiyi elektron vergi hesab fakturaları və ƏDV depozit hesabına gələn məbləğlərin təhlili nəticəsində, xx.xx.2018-ci ildən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə ƏDV tutulan əməliyyatlar üzrə dövriyyəsinin 430.285,0 manat məbləğində olduğu müəyyənləşdirilib və 2018-ci il mart ayında ƏDV üzrə 142 834,0 manat kənarlaşma yarandığı və bu barədə vergi ödəyicisinə xx.xx.2018-cü il tarixli **********441600 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmanın aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədi. Bu halin vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməməsi və vergidən yayınma hallarının olması kimi qiymətləndirilməklə MMC-yə kameral vergi yoxlaması ilə 2018-ci ilin mart ayı üzrə 142.134,0 manat hesablanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maliyyə, sığorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, xidmati vəzifəsi ilə əlaqədar Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2017-ci il tarixli **********33965 nömrali qararına əsasən "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixdan xx.xx.2018-ci il tarixadək olan fəaliyyət dövrü üzrə səyyar vergi yoxlaması aparılmışdır. Yoxlamanın nəticələri xx.xx.2019-cu il tarixli aktla rəsmiləşdirilmişdir. Yoxlanılan 6 dövrdə müassisəyə əlavə olaraq 487.329,48 manat məbləğində vergilərin əlavə hesablandığını göstərdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Vergi auditi idarəsinin ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi Şahid4 ifadəsində göstərmişdir ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2017-ci il tarixli **********134527 nömrəli qərarına əsasən “Lazer-R" MMC-nin (VÖEN: **********) 06.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan fəaliyyət dövrü üzrə səyyar vergi yoxlaması onun tərəfindən keçirilmişdir. Yoxlamanın nəticələri xx.xx.2019-cu il tarixli **********134871 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlanılan dövrdə (xx.xx.2017-cı ildən xx.xx.2017-ci il) müəssisə tərəfindən xarici ölkələrdən 12658851,08 manat (ƏDVilə) o cümlədən (ƏDV-siz) 10734028,08 manat dəyərində mal idxal olunmuş, bundan 33877,54 manat (ƏDV ilə) 28709,78 manat (ƏDV-siz) hissəsi satılmış, qalan 12624973,54 (ƏDV ilə) 10699130,11 (ƏDV-siz ) manat məbləğdə olan hissə isə qalıqda olmalı halda, baxış keçirilən zaman mal qalığının olmaması aşkar edilmişdir. Vergi Məcəlləsinin 159.5 maddəsinə əsasən idxal olunmuş malların 10699130,11 manat məbləğdə əskik gələn hissəsi vergi tutulan əməliyyatlara aid edilməklə 1925843,42 manat əlavə dəyər vergisi hesablanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, şəkər xəstəsidir, təzyiqi var və yaddaşı da zəifdir. Ramazanı tanıyır. Onunla Saatlı rayonunda çay evində təsadüfən tanış olmuş. Onun adına MMC var idi və işlədə bilmədiyi üçün onu Ramazana satdı. Onlara bu işdə Aydın adlı şəxs kömək edirdi. Onu Bakı şəhərinə Aydın adlı şəxs gətirmişdi. Ona Bakıda kirayə ev tutmuşdular. Lakin, heç bir işlə məşğul olmurdu. İşlərin nə ilə əlaqədar olduğunu bilmirdi. Demişdilər ayda 500 azn alacaq. O başqa heç nə ilə maraqlanmamışdır. Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsi tanımır və heç vaxt görməmişdir. Səhv etmirəmsə adına 5 MMC mövcud idi. 5 MMC-ni Ramazana 100 manata satdı. Ona işləmək üçün Aydın kömək etmişdi. Evin kirayəsini Aydıngil ödəyirdi. Ona işləmək üçün Aydın kömək etmişdi və işlə bağlı Nicat adlı şəxsi də tanış etmişdi. Ona işlərin nə ilə bağlı olduğunu deməyiblər. Sadəcə ayda 500 manat verəcəklərini bilirdi. İstintaqda verdiyi ifadələri oxumadan imzalamışdır. Daha sonra öz imzasıyla tanış olmağı barədə imzalamışdır. İstintaq zamanı ondan ifadələri ayrı şəxslər almışdır. İstintaq zamanı ona təzyiq göstərilməyib. Birinci instansiya məhkəməsində ifadəsi elan olunmuş Şahid6n ibtidai istintaq zamanı verdiyi ifadəsində tanışı, Bakı şəhərində kafedə mühafizəçi işləyən Ramazan Allahverdiyevin təklifi ilə müxtəlif adda, o cümlədən də "xxxx" MMC, "xxxx" MMC- 2000” MMC, "xxxx" MMC və qeyri MMC-lərin direktoru və təsisçisi olduğunu, Ramazanın təklifi ilə 2017-ci ilin payız aylarında Bakı şəhərinə gəldiyini, avtovağzalda Ramazan tərəfindən qarşılandığını, birlikdə “Babək” plazaya getdiklərini, “Babək” plazanın 4-cü mərtəbəsində yerləşən ofisdə, onunla işləməyə razılıq verildiyini, bundan sonra o, bir neçə ay ünvan 2 ünvanda kirayə edilmiş 2 otaqlı mənzildə Ramazan, qonşusu Aydın və Nicat adlı şəxslər ilə qaldığını, onun direktoru və təsisçisi olduğu müəssisələriin fəaliyyətinə Taleh Aşurov adlı şəxsin rəhbərlik etdiyini, həmin şəxsi bir dəfə gördüyünü, Talehin 30-35 yaşda, qarasaçlı, qara göz, bığsız, qalın çatma qaşlı bir şəxs olduğunu, onun əmək haqqını Talehin işçiləri gətirib verdiklərini, aylıq əmək haqqının maksimum 200,0 manat təşkil etdiyini, Aydında onun kimi formal direktor olduğunu, təxminən qış aylarında Ramazan Zaqatala rayonunun Mosul kəndinə qardaşının yanına yaşamağa getdiyini, Ramazanı bir daha görmədiyini, bir müddət Bakıda, həmin evdə Aydınla birlikdə kirayədə yaşadığını, sonra isə ayaqlarının şişməsinə görə yeriməkdə əziyyət çəkdiyi üçün, Saatlı rayonuna qayıtdığını, direktoru və təsisçisi olduğu müəssisələrin fəaliyyətindən tam xəbərsiz olduğunu, yalnız sənədlərə imza etdiyini, həmin müəssisələrin fəaliyyətinə Təqsirləndirilən şəxs rəhbərlik etdiyini göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş "xxxx" MMC-nin təsisçisi və direktoru olmuş Şahid7 ifadəsində göstərmişdir ki, 2012-ci ilin avqust ayından MMC-ni təsis edərək, cəmiyyətin direktoru vəzifəsində işləyirdi. Cəmiyyətin asas fəaliyyəti neft-qaz mədənləri üçün tələb olunan malmaterialların alqı-satqısından ibarət olub. “Driling Services"xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən "xxxx" MMC-dən xammal boru alınıb. Malların ƏDV ilə birlikdə dəyəri 24.072,0 manat olub. Alınmış mallara gora "xxxx" MMC tərəiindən xx.xx.2017-ci il tarixda HP seriyalı 741378 nömrəli elektron vergi hesab-fakturası və həmin tarixli elektron qaimə təqdim edilib. Malların dəyərinin 20.400,0 manat pul vəsaiti "xxxx" MMC-nın “Günaybank" ASC-nin 3 sayli filialındakı hesabına, 3 672 0 manat ƏDV-ni isə "xxxx" MMC-nin depozit hesabına köçürüldü. Müqavilədən göründüyü kimi, müqavilani "xxxx" MMC-nin direktoru kimi Telman Xidırov imzalasa da, həmin şəxsi tanımır. Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq Şahid7 bildirmişdir ki, ona Ramazanın şirkətini boru satan şəxslər məsləhət görmüşdü. 050 ***-**-** bu nömrəni ona verdilər ki, mühasibin nömrəsidir onunla əlaqə saxlasın. Həmin nömrə ilə əlaqə saxlamış, amma telefon əlaqəsi saxladığı şəxs Taleh adlı şəxs olmamışdır. Nömrəni ona boru aldığı yerdən verdilər. Həmin nömrə ilə bir neçə dəfə əlaqə saxlamışdır. Həmçinin, qaiməni göndərməsi barəsə mesajda yazmışdır. Lakin, həmin şəxsin adı ona maraqlı olmadığı üçün soruşmamışdır. Təqsirləndirilən şəxs adını heç yerdə eşitməmiş. İkinci ifadəsini verdiyi zaman həmin nömrə ilə əlaqə saxladığını bildirmiş. İstintaqda ona bildirilmişdir ki, həmin nömrə Təqsirləndirilən şəxs adlı şəxsə məxsusdur. Birinci instansiya məhkəməsində ifadəsi elan olunmuş Şahid7 oğunun ibtidai istintaq zamanı verdiyi ifadəsində 2012-ci ilin avqust ayından MMC-ni təsis edərək, cəmiyyətin direktoru vəzifəsində işlədiyini, cəmiyyətin əsas fəaliyyətinin neft-qaz mədənləri üçün tələb olunan mal-materialların alqı-satqısından ibarət olduğunu, "xxxx" MMC ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən "xxxx" MMC-dən VAM, EVE, PİN, BOX yivləri ilə keçiricilər hazırlamaq üçün xammal boru alındığını, malların ƏDV ilə birlikdə dəyəri 24.072,0 manat olduğunu, alınmış mallara görə "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixdə HP seriyalı 741378 nömrəli elektron vergi hesabfakturası və həmin tarixli elektron qaimə təqdim edildiyini, malların dəyərinin 20.400,0 manat pul vəsaiti "xxxx" MMC-nın "xxxx" ASC-nin 3 saylı filialındakı hesablaşma hesabına, 3.672,0 manat ƏDV-ni isə "xxxx" MMC-nin depozit hesabına köçürüldüyünü, müqavilədən göründüyü kimi, müqaviləni "xxxx" MMC-nin direktoru kimi Şahid15 imzalasada, həmin şəxsi tanımadığını, "xxxx" MMC-nin nümayəndəsi kimi Tale adlı şəxs ilə ***-***-**-** nömrəli telefon vasitəsilə zəngləşdiyini, Bakı şəhərində Dərnəgül bazarında malları alarkən, həmin telefon nömrəsinin ona verildiyini, həmin ***-***-**-** nömreli telefon ilə zəngləşib, aldığı mallara dair elektron qaimə və vergi hesab fakturanı tələb etdiyini, bu barədə SMS göndərdiyini, qeyd olunan ***-***-**-** telefon nömrəsinin istifadəçisi olan Tale adlı şəxs ilə yalnız qeyd olunan telefon vasitəsilə, "xxxx" MMC-nin nümayəndəsi kimi əlaqə saxladığını və ondan aldığı malların elektron sənədlərini tələb etdiyini, habelə həmin sənədlər internet vergi idarəsinə daxil olduqdan sonra, malların dəyərini və ƏDV-sini nağdsız qaydada MMC-nin hesabına köçürüldüyünü göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs indi görür. Onun tanıdığı adam yaşlı şəxsdir. Bu adam isə onun oğlu yaşındadır. O, Sumqayıt maşın bazarında işləyir. Hazırki, işlə bağlı bildirə bilər ki, onu istintaq orqanına ifadə vermək üçün çağırdılar və orada adı çəkilən firmaları tanımadığını bildirdi. Daha sonra "xxxx" MMC adlı firmanı tanıdığını və ordan mal aldığını xatırladı. Əlaqə saxladığı telefon nömrəsinin həqiqətdə kimə məxsus olduğunu bilmir, sadəcə o nömrə ilə özünü Tale kimi təqdim edən şəxslə danışmışdır. Bəlkə də, bu şəxs orda işçi olub deyə bilmir. Lakin, onun görüşdüyü şəxs yaşlı biri idi. O ondan Rusiyadan gələn motor yağını almış və pulu nəğd ödəmişdir. Daha sonra isə bir miqdarını Sumqayıt şəhərində yerləşən maşın bazarında satmışdır. Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq Şahid8 bildirmişdir ki, telefon danışıqlarını apardığı şəxs başqa şəxs idi. Özünü Tale kimi təqdim etmişdi. Onların əməkdaşlıq etdikləri şirkət ilə aralarında partnyorluq müqaviləsi var idi və həmin müqavilə üzrə aylıq dövriyyəyə əsasən müəyyən məbləğ ödəniməli idi. Şirkət hesablamanı düzgün aparmırdı və hər ay ondan artıq pul istəyirdi. Ona görə hesabı bağladı. Bazarda işləyir, mal alır-satır və adamları tanıyır. Beləliklə, bu şirkət ilə işləməyə başlamış həmin şəxslə və Gömrükdə deklarasiya şöbəsi vardı. Orada onların malı gələndə ödəniş edib malı bəyan etmiş. Həmin şəxslə orda tanış olmuş. Ona yaxınlaşan şəxs təqsirləndirilən şəxs deyildi. Amma o həmin şəxslə danışmış, ödənişi də ona etmişdir. Onun telefonunda həmin şəxsin adı Tale yazılıb. Çünki, özünü Tale kimi təqdim edib. Həmin şirkət Rusiyadakı zavoda pulu ödədikdən sonra o zavod ödənilməni təsdiq edirdi və o sonra ödəniş edirdi. Mallar gələndə ona zəng olundu, o, şöbəyə getdi və idxal olunan malları o qəbul etmişdir. Ümumi olaraq bu işlərdə orda deklorant məşğul olurdu. Hazırda həmin deklorant orada işləmir. Amma bu firmada bu işlərlə öz işçiləri məşğul olurdu. Ehtimal edir həmin şəxs Ramazandır. Çünki, başqa adam görməmiş. Pulu ona vermiş və sənədləri həmin şəxsə təqdim edib. Gömrükdə sənədləri brokerlər yazırdı və onlar isə malı qəbul edirdi. Tale adlı şəxslə 2017-ci ilin avqust ayında tanış olmuş. O, həmin şəxsi Tale kimi tanımışdır. O, ödənişi əvvəlcədən etmədiyi üçün həmin şəxsin həqiqətən Tale olması ilə maraqlanmamışdır. O, ödənişi malı boşaldandan sora verirdi. Onunla görüşən bu şəxs təqsirləndirilən şəxs deyildi. Onda ona görə inam yaranmışdı ki, şirkət ilkin olaraq Rusiyada olan zavodun balansına ödəniş edib malı alırdı. Daha sonra Rusiyadakı şirkət ödəniş edilməsini təsdiqləyirdi. Sürücü malın Azərbaycana gəlməsi barədə məlumat verirdi. O malı boşaldanda ödənişi edirdi. Ümumi proseslərin heç birində o hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsi görməmişdir. Bəlkə də təqsirləndirilən şəxs orda olub, lakin o fikir verməmişdir. Çünki, ona maraqlı olmayıb. İstintaqa verdiyi ifadəsini ona oxuyublar və o da imzalamışdır. Danışıqlar apardığı şəxs özünü ona Tale kimi təqdim etdiyi üçün ifadəsində o şəxsdən Təqsirləndirilən şəxs kimi bəhs etmişdir. Telefonunda həmin şəxsin adı Tale kimi yazılıb. İstintaq orqanında Telman müəllim bildirdi ki, həmin şəxsin soyadı Aşurovdur. O səbəbdən də ifadəsində həmin şəxsdən Təqsirləndirilən şəxs kimi bəhs etmişdir. Telman müəllim ona heç bir şəkil göstərməyib. Telman müəllim telefon nömrəsini skan etmişdi və orada Taleh yazılmışdı. O da onu Taleh kimi qeyd etmişdir. O ona Tale kimi müraciət edəndə heçnə demirdi. Telefonunda şəxsin adının önünə 2 faiz qeyd etməyinin səbəbi malın ƏDV-si ilə bağlıdır. O yalnız həmin şəxsin adının Tale olduğunu bilmişdir. Soyadını bilməmişdir. Soyadını ona Telman müəllim deyib. Daha sonra o həmin şəxsi Təqsirləndirilən şəxs kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsində ifadəsi elan olunmuş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində 2016-cı ildən sahibkarlıq fəaliyyəti göstərdiyini, əsas fəaliyyətinin mağazalarda malların pərakəndə satışından ibarət olduğunu, Rusiyanın Dzerjinski şəhərində istehsal olunan avtomobil motoru yağlarının idxalı və pərakəndə satışı ilə məşğul olduğunu, avtomobil yağlarını əvvəllər öz adına, yəni fiziki şəxs Şahid8 adına idxal edib, pərakəndə satışı ilə məşğul olduğunu, həmin yağların rəsmiləşdirilməsi zamanı, 2017-ci ilin avqust ayında, Enerji Gömrük İdarəsinin yanında, Deklarasiya Şöbəsində, deklarantlar oturan yerdə Təqsirləndirilən şəxs adlı şəxs ilə tanış olduğunu, söhbət zamanı, həmin motor yağını idxal edib Azərbaycana gətirə biləcəyini Təqsirləndirilən şəxs vəd etdiyini, həmin dövrdə bank hesabına vergi orqanı tərəfindən sərəncam qoyulduğundan, Talenin təklifi ilə razılaşdığını, əvvəllər mal aldığı “OOO Standart” firması ilə müqaviləni Taleyə təqdim etdiyini, Təqsirləndirilən şəxs isə özünün rəhbəri olduğu "xxxx" MMC ilə həmin “OOO Standart” firması ilə müqavilə bağladığını və əvvəlcədən aralarında olan razılaşmaya əsasən 35.000 manat pulu "xxxx"ın 3 saylı filialında pulu konvertasiya edib, həmin zavodun hesabına köçürüldüyünü, həmin konvertasiya faizini və əsas pulu, köçürmə aparıldıqdan sonra, Təqsirləndirilən şəxs nağd qaydada əlbəəl verdiyini, mallar Rusiya Federasiyasında avtomobilə yüklənmək ərəfəsində, həmin avtomobil üçün Təqsirləndirilən şəxs möhürlü vəkalətnamə göndərilməsini xahiş etdiyini, bundan sonra Təqsirləndirilən şəxs tərəfindən həmin sənədlər zavoda göndərildiyini və təxminən 7-8 gündən sonra avtomobil motor yağı Azərbaycana gətirildiyini, burada da, o, Təqsirləndirilən şəxs ilə zəngləşərək, Gömrük İdarəsində görüşdüyünü, idxal edilmiş motor yağının idxal rüsumunu və həmin malın idxalda ƏDV-sini, habelə X19 qeyd olunan ümumi kassa məbləğini və əlavə olaraq həmin məbləğin 2 faiz hesabı ilə vergisini də Təqsirləndirilən şəxs nağd qaydada əlbəəl verdiyini, motor yağının gömrükdən götürülməsi ücün Təqsirləndirilən şəxs etibarnamə aldığını və malları Sumqayıt şəhərində yerləşən öz anbarına boşaltdığını, istifadəsində olan ***-***-**-** nömrəli telefonun yaddaşında, Təqsirləndirilən şəxs ona verdiyi verdiyi ***-***-**-** nömrəni “Taleh MM Firma-2 Faiz“ adı ilə qeyd olunduğunu, Təqsirləndirilən şəxs ofisinin Bakı şəhərində Babək prospektində yerləşən “Babək plaza”da olduğunu, oraya 2 dəfə getdiyini, ümumiyyətlə, idxal olunmuş motor yağlarına dair bütün ödənişləri, o cümlədən 35.000,0 manat malın dəyəri, 110,0 manat konvertasiya xərcini, gömrük rüsumunu, habelə dövriyyənin 18 faiz hesabı ilə 7.000,0 manat ƏDV-ni və həmin dövriyyənin 2 faiz hesabı ilə 840,0 manat sadələşdirilmiş vergini nağd olaraq Təqsirləndirilən şəxs verdiyini, "xxxx" MMC-dən götürülmüş mesajlara dair məlumatlarda qeyd olunan xx.xx.2017-ci il tarixli “Salam Taleh mm. Xahiş ed. E.Maile gönderdiyim doverennosta pecat vurub mene gönderesiniz”, xx.xx.2017-ci il tarixli “Salam Taleh mm. Xahiş ed. E.Maile gönderdiyim doverennosta pecat vurub mene gönderesiniz Tecilidir”, xx.xx.2017-ci il tarixli “Kime yaxınlaşmaq lazımdır de yaxınlaşım” və xx.xx.2017-ci il tarixli “Bildirişi göndərməyi unutma” mesajlar onun tərəfindən motor yağının idxalı və gömrük rəsmiləşdirilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs ünvanlandığını göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, həmin dövrdə onun "Binə Ticarət Mərkəzi"ndə, 6-cı sırada, uşaq paltarları mağazsı olub. Binə Ticarət Mərkəzində bir nəfər şəxs yaxınlaşaraq karqo əməliyyatları həyata keçiridiyini bildirirək, ona vizit kartını verdi. Bir dəfə gömrüyə getmiş və orada ona bir cavan oğlan yaxınlaşaraq sənədləri götürüb. Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq Şahid9 bildirmişdir ki, telefonda o Tale adı işlətmişdir. O vizitka verən şəxs özünü Tale kimi təqdim edib. Amma həmin şəxsin hazırda təqsirləndirilən Taleyə oxşamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Vizit kartı paylayan şəxsi tanımır. Təxmini orta yaşlı 30-a yaxın yaşı olan şəxs idi. Onlar ticarət mərkəzində daimi gəzirdilər. Həmin şəxs ona bir dəfə yaxınlaşmışdır. Vizit kartında ad soyad yazılmamışdı. Vizit kartın üzərindəki nömrəni xatırlamır. Həmin şəxslə mobil nömrə vasitəsilə əlaqə saxlamış. Həmin şəxslə təxmini 2-3 dəfə əlaqə saxlamış. Telefon danışığı zamanı həmin şəxslə ümumi danışmışdır. Vizit kartı verən şəxsi ümumiyyətlə tanımır. Bəlkə də yaxın vaxtlar olsaydı tanıyardı. İndi şəxsən görsə tanıyıb tanımayacağımı bilmir. Birinci instansiya məhkəməsində ifadəsi elan olunmuş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsində 2018-ci ilin yanvar ayından "xxxx" MMC-də menecer vəzifəsində işlədiyini, həmin dövrdə onun “Binə Ticarət Mərkəzi”ndə, 7-ci sırada, uşaq paltarları mağazası olduğunu, mağazanı cəmi 3 ay işlətdiyini, mağazada satmaq üçün bir dəfə Türkiyə Respublikasına gedib uşaq paltarları gətirdiyini, malların rəsmiləşdirmə işlərinidə ona Taleh Aşurov adlı, 30 yaşında, 170-175 sm boylarındaa, qaraşın şəxsin köməklik etdiyini, Taleh ilə “Binə Ticarət Mərkəzi”ndə mağazanı icarəyə götürən zaman tanış olduğunu, Talehin həmin vaxtdı özünün vizitkartını paylayaraq sahibkarlara gömrük rəsmiləşdirmələri ilə məşğul olduğunu bildirdiyini, bu səbəbdən Türkiyə Respublikasından gətirdiyi uşaq paltarlarının rəsmiləşdirməsi üçün Talehə müraciət etdiyini və Talehin ona verdiyi sənədləri imzaladığını, rəsmiləşdirmə sona çatdıqdan sonra 3 kisə malını təhvil götürdüyünü, "xxxx" MMC adlı müəssisəni və təsisci X11 tanımadığını, həmin MMC-nin adından tərtib olunmuş xx.xx.2018-ci il tarixli etibarnamə və xx.xx.2018-ci il tarixli “Ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə haqqında məlumat forması”nın Gömrük İdarəsində Taleh tərəfindən ona təqdim olunduğunu və həmin sənədi oxumadan imza etdiyini göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, 2704, ev 71 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda ailəsi birlikdə yaşayır. Azərbaycan Dövtlət Neft və X2 fakültəsini bitirmiş. Əvvəllər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Rabitə idarəsində və müxtəlif özəl təşkilatlarda işləmiş. Təxminən 7-8 il olar ki, fərdi qaydada mühasibatlıq xidmətləri göstərir. Söhbət əsanasında tanış adamlardan kiməsə qaimə faktura almaqda köməklik lazım olsa köməklik göstərmiş, kimsə qaimə faktura ilə bağlı müraciət etsə həmin şəxsi onu "xxxx" MMC-yə yönləndirmişdir. "xxxx" MMC-nin direktoru X1 uzun illərdir tanıyır. Ona görə də kimsə qaimə faktura lazım olanda o həmin şəxsi Xalıqverdi Həsənovla əlaqələndirmişdir. “Az.lmpuls-M" MMC üçündə qaimə faktura almaq üçün ona Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxsla bir kənddəndirlər. Təqsirləndirilən şəxs atası X28 rayonu, Ağamalı kəndindəndir. Tale özü səhv etmirəmsə Bakı şəhərində anadan olmuşdur. Təxminən iki il bundan əvvəl onlar Bakı şəhərində çay evlərinin birində görüşən zaman Tale ona qaimə fakturalar lazım olduğunu, “həmin qaimə fakturaları haradan ala biləcəyini soruşdu. O da qeyd etdiyi kimi X1 tanıdığı üçün Taleye köməklik edə biləcəyini ona bildirdi. O Xalıqverdi Həsənovla danışaraq qaimə faktura lazım olduğunu bildirdi. Bundan sonra Tale hal-hazırda xatırlamadığı email adresindən onun adil Elektron ünvan 1 email adresinə "xxxx" MMC-nin rekvizitlərini göndərdi. O da həmin rekvizitləri öz email adresindən Xalıqverdi Həsənovun Elektron ünvan 2 email adresinə göndərmiş, ondan sonra o Taleyə həmin mətbəənin adresini vermiş, o "xxxx" MMC üçün qaimə faktura sifariş versə də həmin qaimə fakturaları özü götürməmişdir. Qaimə fakturanıda kimin götürməsini bilmir. Söhbət əsanasında tanış adamlardan kiməsə qaimə faktura almaqda köməklik lazım olsa köməklik göstərmiş, kimsə qaimə faktura ilə bağlı müraciət etsə həmin şəxsi o "xxxx" MMC-yə yönləndirmişdir. Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq Şahid10 bildirmişdir ki, Təqsirləndirilən şəxsyi tanıyır. Onunla qohumluq münasibətləri var. Hər hansı bir düşmənçiliyi və ədavəti yoxdur. Taleyin nədən nə qədər sifariş verdiyini bilmir. Yalnız vasitəçilik etmiş, sonrası barədə məlumatı yoxdur. Taleh həmin materialları kimin üçün istədiyini bilmir. O yalnız Talehi “Yeni Poliqrafist" MMC-yə əlaqələndirilməsinə köməklik etmiş. Təqsirləndirilən şəxsla həftədə və ya 10 gündə bir görüşmüş. O, tikinti materialları icarəyə götürmüşdür, həm də avtoyuyucu işlədirdi. Taleh ona şirkət yaratmaq və ya malların idxalında köməklik etmək barədə təklif verməmişdir. Onların şirkətində bu işlərlə o məşğuldur. Taleyin şirkətlərindən xəbəri olmayıb. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, xx.xx.2016-cı ildən "xxxx" ASC-nin 5 saylı filialında maliyyə nəzarətçisi vəzifəsində işləyir. Əsas vəzifəsi bankda aparılan əməliyyatlar üzrə hesablara nəzarət, köçürmələrə və kassaya nəzarət etməkdən ibarət olub. "xxxx", "xxxx", "Prestij-MM" va "Kainat” MMC-lər tərəfindən "xxxx" ASC-nin 3 saylı filialında bank hesabları açılaraq həmin hesablar üzrə əməliyyatlar aparılıb. Bank hesabları açılarkən təqdim edilən sənədlər onun tərəfindən yoxlanılırdı. MMC-lərin direktoru kimi X10 müraciət edib. MMC-lər adından "xxxx" ASC-nin 3 saylı filialına təqdim edilən ödəniş tapşırıqlarında filialın adından imzalanan birinci imza həmin dövrdə filialın müdiri, 2-ci imzalar isə onun tərəfindən icra olunub. MMC-lərin direktoru Şahid15 tərəfindən, bank hesablarının açılması üçün müraciət edilərkən, X3 həmin cəmiyyətlərə təyin edilməsi barədə əmrlər və lazimi sənədlərin imzalanması götürülməsi barədə etibarnamələr təqdim edilib. Ödəniş tapşırıqlarının, köçürmə ərizələrinin, xanci valyutada alınıb-satılması barədə sifarişlərin həmin etibarnamələr əsasında Ramazan Allahverdiyev tərəfindən banka təqdim edilib. Sənədlər əməliyyatçılar tərəfindən yoxlanıldıqdan sonra onun tərəfindən imzalanırdı. Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq Şahid11 bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımır. Sənədlər şirkətin direktoru tərəfindən banka təqdim edilirdi. Sözü gedən şirkətin direktoru Ramazan Allahverdiyevdirsə, deməli o təqdim edib. Təqsirləndirilən şəxsi görüb görmədiyimi xatırlamır. Birinci instansiya məhkəməsində ifadəsi elan olunmuş Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsində xx.xx.2016-cı ildən "xxxx" ASC-nin 3 saylı filialında maliyyə nəzarətçisi vəzifəsində işlədiyini, əsas vəzifəsi bankda aparılan əməliyyatlar üzrə hesablara nəzarət, köçürmələrə və kassaya nəzarət etməkdən ibarət olduğunu, "xxxx", "xxxx", “Prestij-MM” və "xxxx" MMC-lər tərəfindən "xxxx" ASC-nin 3 saylı filialında bank hesabları açılaraq həmin hesablar üzrə əməliyyatlar aparıldığını, o cümlədən xarici təşkilatların hesablarına pul vəsaitlərinin köçürüldüyünü, bank hesabları açılarkən təqdim edilmiş sənədlər onun tərəfindən yoxlanıldığını, MMC-lərin direktoru kimi X3 müraciət etdiyini, MMC-lər adından "xxxx" ASC-nin 3 saylı filialına təqdim edilmiş ödəniş tapşırıqlarında, xarici valyutanın alınıb/satılması barədə sifarişlərdə və köçürmə ərizələrində filialın adından imzalanan 1-ci imza həmin dövrdə filialın müdiri, 2-ci imzalar isə onun tərəfindən icra olunduğunu, MMC-lərin direktoru Şahid15 Abdi oğlu tərəfindən, bank hesablarının açılması üçün müraciət edilərkən, X3 həmin cəmiyyətlərə mühasib təyin edilməsi barədə əmrlər və lazimi sənədlərin imzalanması, hazır sənədlərin götürülməsi barədə etibarnamələr təqdim edildiyini, ödəniş tapşırıqlarının, köçürmə ərizələrinin, xarici valyutanın alınıb-satılması barədə sifarişlərin həmin etibarnamələr əsasında Ramazan Allahverdiyev tərəfindən banka təqdim edildiyini, sənədlərin əməliyyatçılar tərəfindən yoxlanıldıqdan sonra, onun tərəfindən imzalandığını göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin iyul ayından hazıradək "xxxx" ASC-nin Səbail filialında nazərət şöbəsinin rəisi işləyir. Əsas vəzifəsi filialın fəaliyyəti üzrə mühasibatlıq işlərinin aparılması və filialda aparılan bütün əməliyyatlara nəzarət etməkdən ibarətdir. Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq Şahid12 bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımır. O hüququ və fiziki şəxsin təqdim etdiyi sənədlərin sistemə düzgün işlənməsinə nəzarət edir. Birinci instansiya məhkəməsində ifadəsi elan olunmuş Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsində 2016-cı ilin iyul ayından hazıradək “Bank BTB" ASC-nin "xxxx" filialının Nəzarət şöbəsinin rəhbəri vəzifəsində işlədiyini, əsas vəzifəsi filialın fəaliyyəti üzrə mühasibatlıq işlərinin aparılması və filialda aparılan bütün əməliyyatlara nəzarət etməkdən ibarət olduğunu, "xxxx" MMC-nin 2018-ci ilin yanvar ayından “Bank BTB" ASC-nin "xxxx" filialının müştərisi olduğunu, MMC-nin "xxxx" filialında olan hesablaşma hesabları üzrə aparılmış bütün bank əməliyyatlarında, o cümlədən hesab üzrə köçürmələrin aparılmasında həmin cəmiyyətin direktoru Şahid16 iştirak etdiyini, rəhbəri olduğu şöbənin əsas fəaliyyəti sənədlərlə bağlı olduğundan, müştərilərlə birbaşa əlaqədə olmadığını və buna görə də Şahid16 görmədiyini, MMC-nin "xxxx" filialında olan hesablaşma hesabları üzrə götürülmüş 06, 14, 15 fevral, 02, 06, 07, 09, 12, 14, 15, 16, 19, 27-30 mart və 02 aprel 2018-ci il tarixli xaricə köçürmə üçün ərizələrdə olan məlumatların düzgünlüyü onun tərəfindən yoxlanıldığını və imzalandığını, MMC-nin rəhbəri tərəfindən hesablaşma hesabları açmaq üçün "xxxx" filialına təqdim olunmuş xx.xx.2018-ci il tarixli “Bank hesabının açılması üçün” ərizələrdə müəssisənin məlumatları bölməsində qeyd olunmuş ***-***-**-** mobil telefon nömrəsinin müştəri tərəfindən qeyd olunduğunu, Təqsirləndirilən şəxs bir neçə dəfə filial müdirinin yanına gələndə gördüyünü, Təqsirləndirilən şəxs "xxxx" filialının müştərisi olmadığını göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, 2001-ci ildən bank sistemində işləyir. 2015-ci ilin noyabr ayından “X35” ASC-də işləyir. 2015-ci ilin noyabr ayından "xxxx" ASC-nin "xxxx" filialının əməliyyat şöbəsinin rəisi vəzifəsində işləyir. Lazer-R MMC Azər-Turk Bank ASC-nin Mərkəzi filialının müştərisi olmuşdur. Həmin vaxtın üstündən 2 il keçib. Hazırda hadisələri xatırlamır. Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq Şahid13 bildirmişdir ki, 2017-2018-ci illərdə mən 050 315 02 22 saylı telefon nömrəsini istifadə etmişdir. Təqsirləndirilən şəxs tanımır. O hər hansı problemlə bağlı şirkət rəhbərlərini qəbul edir. Onları dinlədikdən sonra onların istəklərini rəhbərliyə çatdırıram. Konstruktur və Lazer L şirkətləri bankın müştərisi olub. Şirkətlər çoxdur. Hamısını əzbər bilmir. O, tez-tez əməliyyat aparan şirkətləri tanıyır. Həmin 2 şirkət ilə bağlı onlara yaşlı bir kişi yaxınlaşmışdı. Əgər, şəkil təqdim edilsə yadında qalıbsa şirkət rəhbərini tanıyar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Bu 2 il öncə olub. İbtidai istintaq zamanı ona təzyiq edilməyib. Onun dedikləri yazıldı, daha sonra o oxudu və imzaladı. Həmin zamanda ona Taleh Aşurovu göstərmişdilər və üzdən tanımadığını bildirmişdi. 050 257 80 60 saylı telefon nömrəsini xatırlamır. 050 311 02 22 saylı nömrə onun şəxsi telefon nömrəsidir. Hazırda öz istifadəsindədir. Bank üçün maraqlı deyil kim nə qədər hesaba mədaxil edir. Onsuz da hesabdan çıxarışlar təqdim edilən zaman müştəri özü orda kimin nə mədaxil etdiyini görür. Həmin şəxsin hüququdur ki, istənilən əlaqə nömrəsi və əlaqə nömrəsi versin. Çünki, bu şirkətin marağındadır ki, bankla lazım olan anda bank işçiləri olaraq onlarla əlaqə saxlasınıar. Onlar həmin vaxt məlumatların doğruluğunu və əlaqə yaratmağın mümkünlüyünü yoxlamırlar. Bankın email adresləri var lazım olduqda şirkətlər özləri əlaqə saxlayır. Həmçinin əməliyyatçılar əlaqə nömrələri verir. Onlar zərurət olduğu halda müqavilədə qeyd olunan əlaqə nömrələri və email adresləri ilə əlaqə saxlayırlar. Birinci instansiya məhkəməsində ifadəsi elan olunmuş Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsində 2015-ci ilin noyabr ayından "xxxx" ASC-nin Mərkəz filialının Əməliyyat şöbəsinin rəisi vəzifəsində işlədiyini, "xxxx" MMCnin Mərkəz filialının müştərisi olduğunu, cəmiyyətin bank hesabı cəmiyyətin direktoru X10 tərəfindən açıldığını, "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli ******************** müqavilənin 11-ci bəndində poçt (elektron) xəbərnamə ünvanı kimi Elektron ünvan 3, bundan başqa öz müştərini tanı və hüquqi şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi üçün özünü qiymətləndirmə anketində email adresi qrafasında Elektron ünvan 3 email adresi qeyd edildiyini, həmin email adresinin Ramazan Allahverdiyev tərəfindən əlaqə vasitəsi kimi qeyd edildiyini, habelə xx.xx.2017-ci il tarixli ******************** müqavilədə, bank hesab açılması ərizəsində, öz müştərini tanı və hüquqi şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi üçün özünü qiymətləndirmə anketində, əlaqə vasitəsi kimi Təqsirləndirilən şəxs ***-***-**-** mobil telefon nömrəsi də Ramazan Allahverdiyev tərəfindən əlaqə vasitəsi kimi qeyd edildiyini, MMC-nin hesablaşma hesabı üzrə aparılmış əməliyyatlar ilə əlaqədar ***-***-**-** mobil telefon nömrəsi və Elektron ünvan 3 email adresi vasitəsilə əlaqə saxlanıldığını və yazışmalar aparıldığını göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid14 qızı ifadəsində göstərmişdir ki, "xxxx" MMC “Bank BTB" ASC-nin çoxdankı müştərisi olub. Bununla bağlı şirkətin direktoru müraciət edirdi. Lakin hadisənin üstündən çox vaxt keçidiyindən hazırda həmin şirkətlə bağlı əməliyyatları, həmin şirkətlərin rəhbərləri haqqında məlumatları xatırlamır. Təqsirləndirilən şəxsi xatırlamır. Çünki onlara müştəri çox gəlir. Əgər onu görmüş olsada belə xatırlamağı mümkün deyildir. Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq Şahid14 qızı bildirmişdir ki, İbtidai istintaqda verdiyi ifadə zamanı ona hər hansı təzyiq və ya yan təsir olmamışdır. İfadəni özü imzalamışdır. "xxxx" MMC ilə bağlı hesablaşma və digər əməliyyatlarla bağlı kimin mobil nömrəsinin qeyd olunduğunu və kiminlə əlaqə saxlanıldığını bilmir. Təqsirləndirilən şəxs adlı şəxsin şəkilinin, həmçinin şəxsiyyət vəsiqəsinin gətirilib ona göstərilməsini xatırlamır. İfadəsini o hissədə təsdiq etmir. Ona şəkillər təqdim olunmuşdu. O Aydını şəkillərdən tanımışdı. O birinci ifadə verərkən demişdi ki, Aydın adlı şəxsin saçları kürəndir. Müstəntiq dedi ki ağdır. Sonra şəkillərdə baxıb gördü ki, ağdır. Təqsirləndirilən şəxs adını da ona müstəntiq dedi. Müstəntiq həmçinin ondan soruşmuşdur ki, "xxxx" MMC ilə bağlı Təqsirləndirilən şəxs adını eşidibmi, o da təxmini cavab verib ki, eşitmişdir. O, həmçinin 1 il bundan qabaq müdirin yanına gələn müştərinin adını çəkə bilmir. İstintaqda verdiyi ifadədə demişdi ki, Təqsirləndirilən şəxs adını eşitmişdir. İfadəsinin həmin hissəsini təsdiq edir. İstintaqda ifadə verərkən demiş ki, Tale adlı adam gəlib. Bəli düz demişdir. Amma indi isə yadina gəlmir. Çünki üstündən xeyli müddət keçib ona görə xatırlamır. İndi onun hansı tarixlərdə gəldiyi barədə bir söz deyə bilmir. Rəhbərliyin yanına gəlibsə demişdi ki, gəlib. Amma konkret olaraq kimin yanına gəldiyini bilmir. Rəhbərlik deyərkən o müdir, müdir müavini, nəzarət rəhbərini nəzərdə tutmuşdur. İfadəni imzalayarkən göz gəzdirmişdi, imzaladığı üçün də təsdiq edir. İndi üstündən daha çox vaxt keçdiyinə görə bəzi şeyləri xatırlamır. Birinci instansiya məhkəməsində ifadəsi elan olunmuş Şahid14 qızı ibtidai istintaq zamanı verdiyi ifadəsində 2016-cı ilin avqust ayından hazıradək isə “Bank BTB" ASC-nin "xxxx" filialında Müştəri xidmətləri şöbəsinin mütəxəssisi vəzifəsində işlədiyini, bank təlimatına əsasən filiala daxil olan müştəri ilə ilk olaraq ona yaxınlaşdığını və aparacağı əməliyyat barədə məlumat verdiyini, "xxxx" MMC-nin 2018-ci ilin yanvar ayından “Bank BTB" ASC-nin "xxxx" filialının müştərisi olduğunu, MMC-nin hesablaşma hesablarının açılması üçün ərizələr filiala cəmiyyətin direktoru Şahid16 tərəfindən verildiyini, həmin ərizələr onun tərəfindən qəbul edilərək, hesablaşma hesabları açıldığını, həmin hesablar üzrə aparılmış bütün bank əməliyyatlarında, o cümlədən hesab üzrə köçürmələrin aparılmasında həmin cəmiyyətin direktoru Şahid16 iştirak etdiyini, MMC-nin "xxxx" filialında olan hesablaşma hesabları üzrə verilmiş 06 - 15 fevral, 02-30 mart və 02 aprel 2018-ci il tarixli xaricə köçürmə üçün ərizələrdə bankın ştampının üzərində olan imzaların ona məxsus olduğunu, həmin köçürmə ərizələrində müştəri qrafasında olan imzaların Şahid16 tərəfindən icra edildiyini, MMC-nin rəhbəri tərəfindən hesablaşma hesabları açmaq üçün təqdim olunmuş xx.xx.2018-ci il tarixli “Bank hesabının açılması üçün” Ərizələrdə müəssisənin məlumatları bölməsində qeyd olunmuş ***-***-**-** mobil telefon nömrəsinin müştəri tərəfindən qeyd olunduğunu, Təqsirləndirilən şəxs bir neçə dəfə filial müdirinin yanına gələndə gördüyünü, Təqsirləndirilən şəxs "xxxx" filialının müştərisi olmadığını göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsh adlı şəxsi tanımır. O Ramazanı əvvəldən tanımamışdır. Ramazanla ilk dəfə təsadüfən çay evində tanış olmuş. Daha sonra Nərimanov rayonu, Gənclik metrostansiyası ətrafındakı ərazilərdə və digər ərazilərdə görüşləri olmuşdur. Ramazan ona müəssisə direktoru olmağı təklif etdi, bildirdi ki, bütün mühasibatlıq işlərini ona həvalə edəcək, bunun müqabilində isə ona maaş verəcək. O işi bacarmar deyə razılaşmağa tərəddüd edirdi. Onun Ramazandan müəssisənin hansı formada faəliyyət göstərməsi barədə soruşmağa imkanı olmadı. Ramazanla birlikdə “Asan Xidmət” Mərkəzinə gedib və müqavilə bağlayıb. Daha sonra Ramazan onu bir neçə dəfə çağıraraq, işlə bağlı harasa getmək lazım olduğunu bildirdi. O isə xəstə olduğu üçün gedə bilməmişdir. Bir neçə dəfə belə hallar baş verdiyi üçün Ramazan, təxmini sentyabr ayında ona işləri təhvil verməyi barədə sənədlər imzalatdı ki, onunla bu formada işləmək Ramazana sərfəli deyil. Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq Şahid15 bildirmişdir ki, Ramazan ilə kimin vasitəsilə tanış olmağını xatırlamır. O müəssisələrin hansı fəaliyyət ilə məşğul olmağını soruşmamış. Ona bir dəfə 200-300 manat pul verdi və bildirdi ki, sonra işlər daha yaxşı olacaq və aya 500-600 manat pul verəcəkdir. Onun adına hansı şirkətlərin açıldığını xatırlamır. Bildiyinə görə, onun adına 12-15 müəssisə açılmışdır. Bir dəfə "xxxx"a getdiyini və bir neçə sənədə imza etdiyini xatırlayır. Bütün proseslərdə Ramazan yanında olmuşdur. O Ramazandan başqa heç kimi görməmişdir. Müəssəsinin möhürü də Ramazanda olmuşdur. O heç bir işlə məşğul olmamış. Bir dəfə Ramazanın hansısa sənədi möhürlədiyini görmüş. Ramazanın müəssisənin faktiki sahibi olması və yaxud kiminsə vasitəsi ilə məşğul olması barədə məlumatı yoxdur. Zahidov Eminağanı tanıyır. Onu bir dəfə Saatlıda Ramazan vasitəsilə görmüş. Eminağanın fəaliyyətindən xəbəri yoxdur. Təqsirləndirilən şəxsh adını heç bir zaman eşitməmiş. Bütün işlərlə Ramazan məşğul olmuşdur, o isə sənədləri imzalamışdır. Birinci instansiya məhkəməsində hazırkı cinayət işi üzrə ittiham aktında təqsirləndirilən şəxs kimi adı qeyd edilmiş Şahid16 şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, Taleh Aşurovu tanımır. Taleh adında adam eşitsə də onu tanımır. O istintaqda olmamış, xəbəri olmayıb. Hazırki işlə bağlı şahid qismində ifadə verməyini bilmir. O cavan uşaq olan Talehi tanımışdır. Trans Azpod MMC ilə bağlı ifadə verməyini bilmir. Taleh Aşurovu bilmir, yadına düşmür. Görsə bəlkə tanıyar, çoxdan olmuş haqq-hesabdır. X15 tanıyır, onunla Bakı şəhərində bir yerdə qalıb. Kuryerlərin ona yerdə yaşayırdıq. İşiləri isə sənədlərlə bağlı apar-gətir işi idi. Bu işlərdə ona kimin kömək etdiyini bilmir, bircə onu bilir ki, kuryer uşaqlar gələrək sənəd verirdi və onlar da gedib gətirirdi. Ramazan və Nicatı əvvəllər tanımamış, şəhərdə bu işlə əlaqədar tanış olmuşlar. Eminağanı uşaqlıqdan tanımış. Təqsirləndirilən şəxs kim olduğunu bilmir. Ona cavan uşaq bildirmişdi ki, Taledən soruşacam. Həmin cavan uşağı tanımır. Həmin cavan uşaq ona sənəd verərək, hansı ünvana getməli olduğunu bildirirdi. Banklara gedirdi, banklardan Günay banka, BTB bank, Azərtürk banka gedirdi. Digərləri yadında deyil. Həmin bankların yadında qalmasına səbəb gündəlik getdiyi yerlər olmağına görədir. Cavan şəxslərin içərisində Tale adlı şəxs var idi. Mənə hər dəfə 50, 100 manat pulları cavan uşaqlar verirdi gətirdiyi sənədlərlə bağlı şirkətlərlə Nicatın əlaqəsinin olmasını bilmir. Nicat da arada olurdu ki, onunla gedib gəlirdi. Ramazan Allahverdiyevi də onunla bir ay bir yerdə qalıb, sonra çıxıb gedib. Abdulhəsən də onunla qalıb. İşləri ilə bağlı bir yerdə yaşayırdıq. İşiləri isə sənədlərlə bağlı apar-gətir işi idi. Bu işlərdə ona kimin kömək etdiyini bilmir, bircə onu bilir ki, kuryer uşaqlar gələrək sənəd verirdi və onlar da gedib gətirirdi. Ramazan və Nicatı əvvəllər tanımamış, şəhərdə bu işlə əlaqədar tanış olmuşlar. Eminağanı uşaqlıqdan tanımış. Təqsirləndirilən şəxs kim olduğunu bilmir. Ona cavan uşaq bildirmişdi ki, Taledən soruşacam. Həmin cavan uşağı tanımır. Həmin cavan uşaq ona sənəd verərək, hansı ünvana getməli olduğunu bildirirdi. Banklara gedirdi, banklardan Günay banka, BTB bank, Azərtürk banka gedirdi. Digərləri yadında deyil. Həmin bankların yadında qalmasına səbəb gündəlik getdiyi yerlər olmağına görədir. Cavan şəxslərin içərisində Tale adlı şəxs var idi. Mənə hər dəfə 50, 100 manat pulları cavan uşaqlar verirdi. Birinci instansiya məhkəməsində ifadəsi elan olunmuş Şahid16 Yasamal Rayon Məhkəməsinin icraatında olan digər 1(004)-266/2023 saylı cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, icraçı direktoru olduğu bir çox cəmiyyətlərin olduğunu, əksəriyyətinin adını xatırlamasa da, ona elan olunmuş ittihamda adları qeyd olunan "xxxx", “Soft”, "xxxx" MMC-lərin icraçı direktoru olduğunu, müvafiq sənədlərə imza atdığını, bank əməliyyatlarında iştirak etdiyini, lakin həmin cəmiyyətlərdən əldə olunmuş gəlirlərin ona aid olmadığını, həmin cəmiyyətlərdən əldə olunan gəlirlərin və mənfəətin kim tərəfindən mənimsənildiyi barədə məlumatının olmadığını, təxminən ay ərzində 1000-2000 manat vəsait aldığını, adını xatırlamadığı şəxsin onun adına bir çox cəmiyyətlər təsis ediləcəyini və əməliyyatlar aparılacağını və bunun da qarşılığında ona müəyyən vəsaitlər veriləcəyini bildirdiyini, onun sonda hər hansı narahatçılığın olub-olmayacağını soruşduqda, ona heç bir narahatçılıq olmayacağını, ən pis halda bir ya iki il müddətində azadlıqdan məhrum ediləcəyini, əgər belə hal baş verərsə, ona köməklik göstərəcəklərini bildirdiklərini, onun da bu şərtlə razılaşdığını, daha sonra, yaşamaq üçün yerin olmadığına görə, ona Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində Xəzər market deyilən ünvanın arxasında yerləşən dəqiq ünvanı xatırlamadığı hündürmərtəbəli binada kirayə tutulduğunun və binada yaşadığını, həmin ünvanda yaşayarkən onu gündəlik müxtəlif ünvanlara apararaq, müvafiq sənədlərə imzalar atdırdıqlarını, bunların banklar, dövlət orqanları və müxtəlif müəssisələr olduğunu, onu həmin ünvanlara kimlərin apardığını xatırlamadığını, müxtəlif şəxslər olduğunu və gənc olduğunu, həmin şəxslərin kuriyer funksiyalarını daşıdığını və texniki işçilər olduğunu, daha sonra bank əməliyyatlarının birində Təqsirləndirilən şəxs ilə tanış olduğunu, həmin şəxsin çalışdığı cəmiyyətlərdə əlaqəli şəxs olduğunun ona məlum olduğunu, bundan əlavə, adlarını xatırlamadığı bir çox şəxslərdən cəmiyyətlər aldığını, həmin şəxsləri özünün tapmadığını, həmin şəxslərin təsis etdikləri cəmiyyətlərin hazır olduğunu, həmin cəmiyyətləri rəhbərlərinin tapşırığı ilə gedib aldığını, Təqsirləndirilən şəxs cəmiyyətlərdə ona faktiki rəhbərlik etdiyini, lakin sonradan ona Təqsirləndirilən şəxs də üst adamların olduğunun məlum olduğunu, Təqsirləndirilən şəxs bir neçə dəfə tapşırıq və göstəriş aldığını, Taleyə göstəriş verən şəxslərin isə ona məlum olmadığını, çünki ona maraqlı olmadığını, gündəlik pulunu aldığını və onun üçün rəhbər şəxslərin kim olmasının önəmi olmadığını, X16 bir neçə dəfə uzaqdan gördüyünü, Zaidin bütün cəmiyyətlərin faktiki rəhbəri olduğunu ona bildirdiklərini, ona əsasən tapşırıqların tanımadığı şəxslər tərəfindən verildiyini, həmin şəxslərin rəhbərlərin tapşırıqlarını icra edilməli olduğunu bildirdiklərini, cəmiyyətlərdə yaranmış problemlərdən sonra, sanki ev dustağı kimi yaşadığından bu işlərlə əlaqəli, adını xatırlamadığı şəxslərdən birinə bu şəkildə yaşaya bilmədiyini və Rusiyaya getmək üçün ona pul verilməsini tələb etdiyini, bir neçə gün sonra isə məbləğini xatırlamadığı dollar və manatların olduğu pulun ona verildiyini, demək olar hər gün spirtli içki qəbul etdiyini, bu səbəbdən şüurunun tam açıq olmadığını və əksər məlumatları xatırlamadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o vaxtı Ramazanla MMC-lər açıb etiarnamə ilə vermişdilər. Sonradan istintaqa çağırılanda onlara məlum oldu ki, vergi cinayəti olmuşdur. Şirkətləri Ramazan işlətmiş, lakin vergiləri ödəməmişdir. Birinci instansiya məhkəməsində verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs bir dəfə görmüşdür, onunla hər hansı düşmənçiliyi və ya ədavəti yoxdur. Taleh Aşurovun adını Ramazangildən eşitmişdir. Ramazan onun qohumudur. Ramazan işlətmək üçün firma alırdı. O da öz adına firma açmışdı. Təqsirləndirilən şəxs adını eşitmişdir, lakin onu istintaqda üzləşdirmə zamanı görmüşdür, orada bildirmişdir ki, doğrudan da ümumiyyətlə onu daha əvvəl görməmişdir. Birinci instansiya məhkəməsində ifadəsi elan olunmuş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində X10 ilə Neftçilər metrosunun yaxınlığında olan çay evlərinin birində tanış olduğunu, çay evində oturarkən Ramazan Allahverdiyev ona müəssisələr lazım olduğunu, açılmış müəssisələrə görə pul verə biləcəyini bildirdiyini, o da, öz adına müəssisələr açıb Ramazana satdıqdan sonra, Ramazan əlavə müəssisələr istədiyindən tanışlarının adına müəssisələr açaraq satılmasında köməklik göstərdiyini, açılan müəssisəyə görə və hər adama görə Ramazanın ona 50 manat pul verdiyini, Ramazan Allahverdiyevlə hər hansı iş birliyinin olmadığını, həmin cəmiyyətlərin fəaliyyətindən heç bir məlumatı olmadığını, müəssisələrin idarə olunmasında özünün, X13 və X14 heç bir rollarının olmadığını, həmin müəssisələrin sənədləri, pin kodu və şifrəsi Sabirabad ASAN xidmət mərkəzində etibarnamə ilə Ramazan Allahverdiyevə təhvil verildiyini, həmin müəssisələrə Ramazan özünü direktor təyin edərək, direktor kimi qeyd olunan müəssisələrin sənədlərinə imza etdiyini, Ramazan ölkədən getdikdən sonra isə həmin müəssisələrin direktoru vəzifəsinə qonşuları Şahid16, Şahid6 və başqa şəxslər təyin edildiyini, Şahid16 və qeyriləri həmin müəssisələrin formal olaraq direktoru olduqlarını, yalnız sənədlərə imza etdiklərini, həmin müəssisələrin fəaliyyətinə isə, Aydının və Abdulhəsənin deməsinə görə Təqsirləndirilən şəxs adlı şəxs rəhbərlik etdiyini göstərmişdir. Birinci instansiya məhkəməsində ifadəsi elan edildikdən sonra sorğu sual zamanı Şahid5 bildirmişdir ki, Ramazan adlı şəxslə 1-ci dəfə Neftçilərdə görüşdü, daha sonra Ramazan onların rayona gəlirdi. Rayonda görüşürdülər. həmin görüşlərdə Təqsirləndirilən şəxs iştirak etməmişdir. O şirkətin öz adına açılmasına razılıq vermişdir, lakin o şirkətlər nə işi ilə məşğul olması barədə məlumatlı olmamışdır. Müəssisənin vergidən yayınması barədə ibtidai istintaqa çağırılan zaman məlumatı olmuşdur. Bundan sonra Ramazanı axtarmış, lakin onun Rusiya Federasiyasında olduğu bildirilmişdir. Ramazan ona kimin işçisi olduğunu deməyib. Ondan başqa digər şəxslər də Ramazana etibarnamə verib, lakin onun vasitəçiliyi ilə yox. Ramazanı Bakıda çayçıda təsadüfən tanımışdır. Ramazan dedi ki, iş yerləri açılacaq, xaricdən mal vurulacaq, tədarük ediləcək. Açılmış şirkətlərdən heç birinə onu direktor təyin etməyiblər. O sadəcə şirkəti sıfırdan açıb vermiş və ondan sonra da heç nə ilə maraqlanmamışdır. Ramazan Rusiyaya mal vuracağını deyirdi ona görə ona çoxlu şirkət açmağın lazım olduğunu deyirdi. Etibarnamə veriləndən sonra Ramazan rayona gəlməyib özü həll edib hər şeyi; Ramazan ona və qohumlarına etibarnamə verəndə, 200-300 manat civarında pul vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş "xxxx" MMC-nin təsisçisi və direktoru olmuş Şahid2 ifadəsində göstərmişdir ki, köhnə tanışı olan Xəzər ona zəng edərək, özünə yeni azersell nömrə almaq istədiyini, şəxsiyyət vəsiqəsinin vaxtı qurtardığından nömrəni öz adına ala bilmədiyini, ondan öz adına mobil nömrə alıb verməyi xahiş etdi. Aralarında normal münasibət olduğundan etibar etdiyindən, Xəzər ilə birlikdə telefon mağazasına gedib, adına mobil nömrə alaraq, Xəzərə verib. Bir müddət sonra onun mobil telefonuna vergilərlə bağlı mesajlar gəldi, bununla bağlı olaraq Vergi orqanına gedərək, orada ona təqdim olunan sənədləri məzmunları ilə tanış olmadan imzaladı. Eminağa Elşən ona hədə qorxu gəldi ki, nömrə adından çıxmalıdır. O da ASAN xidmətə getdib ki, nömrə adından çıxsın. Vergilər Nazirliyinidən ev ünvanına məktublar gəlir. Valideynləri bu məsələ ilə bağlı həyəcandan xəstəlik tapıb. Onun adına MMC-lər açılmasından xəbəri olmayıb. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin 3 saylı filialında götürülərək cinayət işinin materiallarına əlavə edilmiş, "xxxx" MMC-nin həmin filialda olan hesablaşma hesabına 23,0 manat pulun mədaxil edilməsinə dair 05 sentyabr 2017-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, pulu təhvil verən şəxs Təqsirləndirilən şəxsdur və onun tərəfindən həmin mədaxil orderi imzalanmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə, "xxxx" ASC-dən götürülərək cinayət işinin materiallarına əlavə edilmiş, "xxxx" MMC-nin həmin bankın 3 saylı filialında olan hesablaşma hesabına 57,0 manat pulun mədaxil edilməsinə dair 05 sentyabr 2017-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, pulu təhvil verən şəxs Təqsirləndirilən şəxsdur və onun tərəfindən həmin mədaxil orderi imzalanmışdır. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə "xxxx" ASC-dən götürülmüş, "xxxx" MMC-nin rəhbəri tərəfindən ASCnin Mərkəzi filialına təqdim edilmiş cari (Azərbaycan manatı) hesabı acılması üçün xx.xx.2017-ci il tarixli “Bank hesablarının açılması üçün Ərizə”də, cari (Avro) hesabı açılması üçün həmin tarixli “Bank hesablarının açılması üçün Ərizə”də, cari (ABŞ dolları) hesabı acılması üçün həmin tarixli “Bank hesablarının açılması üçün Ərizə”də və cari (Russiya rublu) hesabın aşılması üçün “Bank hesablarının açılması üçün Ərizə”də "xxxx" MMC-nin Tel/Faks: 994-50-257-80-60 qeyd olunmuşdur. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə "xxxx" ASC-dən götürülmüş "xxxx" MMC-nin bank sənədi olan “Hüquqi şəxsin...cari Hesabı haqqında” xx.xx.2017-ci il tarixli ********************, ********************, ******************** və ******************** nömrəli müqavilələrin 11-ci bəndində "xxxx" MMC-nin “Poçt (electron) xəbərnamə ünvanı” Elektron ünvan 3 email adresi, 13-cü bəndində, “Müştəri” qrafasında Tel/Faks sətirində 994-50-257-80-60 nömrə qeyd olunmuşdur. “Öz müştərini tanı və hüquqi şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi üçün Özünüqiymətləndirmə Anketi”ndə "xxxx" MMC-nin “Elektron poct ünvanı” sətrində Elektron ünvan 3 email adresi qeyd edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə "xxxx" ASC-dən götürülmüş, "xxxx" MMC-nin rəhbəri tərəfindən ASC-nin 5 saylı filialına təqdim edilmiş manat hesabı acılması üçün xx.xx.2017-ci il tarixli “Bank hesablarının açılması üçün Ərizə”də və ABŞ dolları hesabı acılması üçün həmin tarixli “Bank hesablarının açılması üçün Ərizə”də "xxxx" MMC-nin Tel/Faks: 994-50-257- 80-60 qeyd olunmuşdur. “Öz müştərini tanı və hüquqi şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi üçün Özünüqiymətləndirmə Anketi”ndə "xxxx" MMC-nin “Elektron poct ünvanı” sətirində Elektron ünvan 3 email adresi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Mərkəzi filialına təqdim edilmiş xx.xx.2017-ci il tarixli “Bank hesabının açılması üçün Ərizə”də və notariat qaydasında təsdiqlənmiş “İmza və Möhür nümunələri Vərəqəsi”ndə "xxxx" MMC-nin rəhbərinin Tel/Faks: 994-50-257-80-60 qeyd olunmuşdur. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin Promo filialından götürülmüş, "xxxx" MMC-nin rəhbəri tərəfindən ASC-nin Promo filialına təqdim edilmiş cari (EUR) hesabın acılması üçün xx.xx.2018-ci il tarixli “Bank hesablarının açılması üçün Ərizə”də "xxxx" MMCnin Tel: ***-***-**-** qeyd olunmuşdur. İş materiallarında olan"xxxx" ASC-nin Promo filialına xx.xx.2018-ci ildə təqdim edilmiş, notariat qaydasında təsdiqlənmiş 2 ədəd “İmza və Möhür nümunələri Vərəqəsi”ndə "xxxx" MMC-nin rəhbərinin tel. № : 050-50-257-80-60 qeyd olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-dən daxil olmuş xx.xx.2019-cu il tarixli 1778 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-də hesabı mövcud deyildir. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş xx.xx.2019-cu il tarixli 25094 nömrəli məktubda göstərilmişdir ki, ***-***-**-** saylı nömrə xx.xx.2016-cı il tarixdən dən Təqsirləndirilən şəxs adına qeydiyyatdadır, X3 adına qeydiyyatda 050 - 210-31-76 saylı nömrədir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qərarı ilə "xxxx" BM-dən götürülmüş təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zənglər və qısa mesajlar barədə məlumatların, zəng edən və SMS əlaqələri saxlayan abunəçilərin anket məlumatlarının, daxil olan və çıxan SMS-lərin mətnlərinə dair məlumatların əks oluduğu 1 ədəd SD diskə baxış keçirilmiş və müəyyən olmuşdur ki, xx.xx.2017-ci ildən xx.xx.2018-ci il tarixədək olan müddətdə, "xxxx" MMC və qeyrilərinin “Bank BTB" ASCnin "xxxx" filialındakı hesablaşma hesabları üzrə pul köçürmə və konvertasiya əməliyyatı aparıldığı günlərində, həmin filialın Nəzarət şöbəsinin rəhbəri Şahid12 istifadəsində olan 50-373-00-75 nömrəli telefona cəmi 233 (iki yüz otuz üç ) dəfə zənglər olunaraq, əlaqə yaradılıb və hər dəfə 1-7 dəqiqəyədək müddətində danışıqlar aparılmış, "xxxx" MMC-nin "xxxx" ASC-nin "xxxx" filialındakı hesablaşma hesabları üzrə pul köçürmə və konvertasiya əməliyyatı aparıldığı günlərdə, həmin filialın Əməliyyat şöbəsinin rəisi Şahid13 istifadəsində olan 50-311-02- 22 nömrəli telefona cəmi 201 (iki yüz bir) dəfə zənglər olunmaqla, hər dəfə 1-7 dəqiqəyədək müddətində telefon danışıqları aparılmış və 6 halda bank əməliyyatları ilə əlaqədar SMS-lər göndərilmiş, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və qeyrilərinin "xxxx" ASC-nin 3 saylı filialındakı hesablaşma hesabları üzrə pul köçürmə və konvertasiya əməliyyatı aparıldığı günlərində, həmin filialın Maliyyə nəzarətçisi – baş mühasibi Şahid11 istifadəsində olan 55-656-99-55 nömrəli telefona cəmi 463 (dörd yüz altmış üçr) dəfə zənglər olunaraq, telefon əlaqəsi yaradılmış və hər dəfə 1-7 dəqiqəyədək danışıqlar aparılmış, habelə 13 halda MMC-nin əməliyyatları ilə əlaqədar mesajlar göndərilmişdir. İş materiallarında olan "xxxx" BM-dən götürülmüş diskdə olan məlumatlardan görünür ki, "xxxx" MMC ilə Meliorasiya-Mexaniki Təmir Zavodu arasında təsərrüfat əməliyyatları aparıldığı xx.xx.2017-ci ildən xx.xx.2017-ci il tarixədək olan müddətdə, Zavodun baş mühasibi X20 istifadəsində olan 70-242- 53-52 nömrəli telefondan ***- ***-**-** nömreli telefona pul vəsaitinin köçürüldüyü müxtəlif günlərdə, cəmi 71 (yetmiş bir) dəfə zənglər olunaraq, telefon əlaqəsi yaradılmış və hər dəfə 1-3 dəqiqəyədək müddətində danışıqlar aparılmış, "xxxx" MMC və "xxxx" MMC ilə "xxxx" MMC arasında təsərrüfat əməliyyatları aparıldığı xx.xx.2017-ci ildən xx.xx.2017-ci il tarixədək olan müddətdə, pul köçürmə əməliyyatı aparıldığı gündə, "xxxx" MMC-nin direktoru Şahid7 istifadəsində olan 50-200-05-73 nömrəli telefondan 50-257- 80-60 nömreli telefona cəmi 2 dəfə zənglər olunaraq, telefon əlaqəsi yaradılmış və hər dəfə 1-3 dəqiqəyədək müddətində danışıqlar aparılmış, habelə 1 halda SMS göndərilmiş, habelə, fiziki şəxs Şahid8 istifadəsində olan 50-321-44-72 nömrəli telefondan Təqsirləndirilən şəxs istifadəsində olmuş 50-257-80-60 nömreli telefona zənglər edilmiş və aparılmış təsərrüfat əməliyyatları ilə əlaqədar 12 halda SMS-lər göndərilmişdir. İş materiallarında olan "xxxx" BM-dən götürülmüş diskdə olan məlumatlardan görünür ki, 050- ***-**-** nömreli telefondan müxtəlif abunəçilərə Elektron ünvan 3 və Elektron ünvan 4 email adreslər göndərilmişdir. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının verdiyi xx.xx.2019cu il tarixli 19410 №-li rəyində göstərilmişdir ki, 2018-ci il üzrə "xxxx" MMC-nin dövlət büdcəsinə ödənilməmiş vergilərinin məbləği cəmi 595.854,71 manat təşkil edir. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının verdiyi xx.xx.2019cu il tarixli 12404 №-li rəyində göstərilmişdir ki, 2018-cn ilin yanvar-iyun aylarında "xxxx" MMC-nin apardığı əməliyyatlara görə dövlət büdcəsinə ödənilməmiş vergilərin məbləği cəmi 1.409.862,23 manat təşkil edir. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının verdiyi xx.xx.2019cu il tarixli 23172 №-li rəyində göstərilmişdir ki, "xxxx" MMC-nin apardığı əməliyyatlara görə dövlət büdcəsinə ödənilməmiş vergilərin məbləği cəmi 847.671,73 manat təşkil edir. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının verdiyi xx.xx.2019cu il tarixli 30849 №-li rəyində göstərilmişdir ki, “PİON-LM" MMC-nin apardığı əməliyyatlara görə dövlət büdcəsinə ödənilməmiş vergilərin məbləği cəmi 240.030,56 manat, "xxxx" MMC-nin apardığı əməliyyatlara görə dövlət büdcəsinə ödənilməmiş vergilərin məbləği cəmi 154.342,23 manat, "xxxx" MMC-nin apardığı əməliyyatlara görə dövlət büdcəsinə ödənilməmiş vergilərin məbləği cəmi 20.353,56 manat təşkil edir. İş materiallarında olan məhkəmə-mühasibat ekspertizasının verdiyi xx.xx.2019cu il tarixli 1972 №-li rəyində göstərilmişdir ki, "xxxx" MMC-də cəmi 29.312,48 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməmişdir. İş materiallarında olan əlavə məhkəmə-mühasibat ekspertizasının verdiyi xx.xx.2019-cu il tarixli 32329 №-li rəyində göstərilmişdir ki, "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə cəmi 72.377,56 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməmişdir. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının verdiyi xx.xx.2019cu il tarixli 23171 №-li rəyində göstərilmişdir ki, "xxxx" MMC-nin bank sənədlərində, o cümlədən xx.xx.2017-ci il taruixli bank hesab müqaviləsində "xxxx" MMC yazılarından aşağıda olan imza və Ramazan Allahverdiyevin adına verilmiş xx.xx.2017-ci il tarixli vəkalətnamədə “Şahid15” yazılarından aşağıdakı imza Şahid15 Abdi oğlu tərəfindən icra olunmuşdur; xx.xx.2017-xx.xx.2017, xx.xx.2017-xx.xx.2017-ci il tarixli (16 sayda) xarici valyuta alınıb satılması üçün sifariş vərəqlərində “Rəhbər” qrafalarında imzalar, həmin tarixli 16 sayda pul vəsaitlərinin xarici ölkələrə köçürülməsi sənədlərində “İmzalar M.Y” sözünün qarşısındaki imzalar, xx.xx.2017, xx.xx.2017 , xx.xx.2017 və xx.xx.2017ci il tarixli ödəniş tapşırıqlarında "xxxx" MMC sözünün sağında 1 rəqəminin qarşısında olan imza Şahid15 Abdi oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan əlavə məhkəmə-xətşünaslıq ekspertizasının verdiyi xx.xx.2018-ci il tarixli 30849 №-li rəyində göstərilmişdir ki, "xxxx" MMC-nin adından təqdim edilmiş mühasibat və bank sənədlərində, o cümlədən ödəniş tapşırıqlarında və xarici valyuta alınıb satılması üçün sifariş vərəqlərində olan imzalar Şahid15 Abdi oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan "xxxx" MMC, “PİON-LM" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, “TEXNİKİ TECHİZAT 2000" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin mühasibat və bank sənədləri, habelə ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zənglər və qısa mesajlar barədə məlumatları əks etdirən SD diski maddi sübut növü kimi tanınmış, habelə iş üzrə keçirilmiş məhkəməxətşünaslıq ekspertizasnın xx.xx.2018-ci il tarixli 30849 və xx.xx.2019-cu il tarixli 23171 nömrəli, məhkəmə-mühasibat ekspertizasının xx.xx.2018-ci il tarixli 7377, xx.xx.2019-cu il tarixli 32329, xx.xx.2019-cu il tarixli 30849, xx.xx.2019-cu il tarixli 1972, xx.xx.2019-cu il tarixli 18101, xx.xx.2019-cu il tarixli 12404, xx.xx.2019-cu il tarixli 19410 və xx.xx.2019-cu il tarixli 23172 nömrəli rəyləri sübut əhəmiyyətli kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin məhkəmə-mühasibat ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2155 nömrəli rəyinə əsasən Rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən yəni məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən sual üzrə tədqiqat aparmaq mümkün olmadığından və ekspert vəsatətinə cavab olaraq təqdim edilmiş məktubda hazırkı ekspertizanın təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən aparılması qeyd edildiyindən həmin sənədlər və sənədlərdə göstərilənlər (hesablanmış vergilərlə bağlı) məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə hazırkı tədqiqatla (məhkəmə-mühasibat ekspertizası üzrə) "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən dövlət büdcəsinə ödənilənli olan vergi borcunun məbləği ümumilikdə 3.681.626,62 manat məbləğində müəyyən olunur. Həmin 3.681.626,62 manat məbləğində vergi borcunun dövləri və hansı hissəsinin hansı müəssisəyə aid olması təqdim edilmiş iş materiallarında və tədqiqi hissədə öz əksini tapmışdır. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarından göründüyü kimi, 3.681.626,62 vergi borcu məbləğindən 337.840,00 manat məbləğində ödəniş edilmişdir ki, həmin ödəniş məbləği nəzərə alınmaqla müəssisələr tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi borcunun cəmi məbləği 3.343.786,62 manat müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən hazırkı məhkəməmühasibat ekspertizası qarşısında qoyulan suallar üzrə yalnız vergi borcu məbləği müəyyən edildi. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2082/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şahid16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 1(004)- 266/2023 saylı hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair 9 sentyabr 2013-cü il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarında nəzərdə tutulmuşdur ki, vergiləri ödəməkdən yayınma cinayətinin subyektləri sırasına vergi ödəyicisi olan hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirən şəxs (faktiki rəhbər) də aid edilməlidir. Hüquqi şəxsin faktiki rəhbərinin Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi o halda mümkündür ki, həmin şəxs qanunla müəyyən edilmiş müddətdə vergitutmaya məruz qalan gəlirlər haqqında bəyannaməni təqdim etməmiş, bəyannaməyə vergilərin hesablanması üçün uçota alınmalı olan gəlirlər və ya xərclər barədə aşkar şəkildə təhrif olunmuş məlumatlar (verginin gizlədilməsi, azaldılması və ya ondan azad olunması məqsədilə) daxil edərək vergi orqanlarına təqdim etmiş və ya təqdim edilməsinə dair sərəncam vermiş olsun. Hüquqi şəxsin rəsmi rəhbəri, faktiki rəhbər tərəfindən aldadılaraq vergilərdən yayınması barədə məlumatı olmadığı və hüquqi şəxsin fəaliyyətində birbaşa iştirak etmədiyi hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməz. Digər tərəfdən, hüquqi şəxsin rəsmi rəhbəri vergilərdən yayınmasını bilirsə və ya faktiki rəhbərlə cinayət əlaqəsinə girərək, onunla birlikdə vergiləri ödəməkdən yayınmada iştirak edirsə, cinayət məsuliyyətinə cəlb edilə bilər. Belə hallarda rəsmi rəhbər cinayətin iştirakçısı sayılır. Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Hüquqi şəxsin fəaliyyətinə rəsmi rəhbərlik edən şəxs vergi ödəməkdən yayınma cinayətində iştirak etdikdə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq müdafiəçilər tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə hesab edir ki, Təqsirləndirilən şəxsovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, şahid ifadələri, ekpert rəyləri, iş materillarında olan digər mötəbər sənədlərlə TRANS AZPOD” MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), “TEXNİKİ TECHİZAT 2000" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN:**********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyətinə fəaliyyətinə rəhbərlik edərək, cəmiyyətlərin Nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olub vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozaraq, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə xüsusilə külli miqdar təşkil edən 3.681.626,62 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması öz təsdiqini tapmışdır. Odur ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan bəraət hökmünün çıxarılması və birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün hər hansı prosessual əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin sübut növü kimi şahid ifadələrinə qiymət verərkən şahidlərin istintaq zamanı verdiyi ifadələrinə üstünlük verməsini əsaslı sayaraq hesab edir ki, hadisənin baş verdiyi zaman axımı ilə şahidlərin ifadə verdiyi zaman axımı bir-biri ilə yaxınlıq təşkil etmiş və bu da özlüyündə həmin şahidlərin istintaq zamanı həmin hadisənin təfərrüatlarını daha dəqiq xatırlaması və daha həqiqətə uyğun ifadə verməsi deməkdir.Həmçinin cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq həmin şəxlər şahidin dindirilməsi istintaq hərəkətinin qaydalarına uyğun dinirilmiş və ifadə verilməsi zamanı hər hansı təzyiqlərə məruz qalmamışlar və müstəqil ifadə vermişlər. Bundan əlavə Təqsirləndirilən şəxsovun faktiki rəhbər kimi həmin şirkətlərdə fəaliyyət göstərməsi iş materiallarında olan ekspert rəyləri və digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və maddənin sankiyasında nəzərdə tutulan aşağı həddə qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddəsinin tələbləri nəzərə alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-474/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l ı r: Müdafiəçilər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-6/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü müdafiəçilər tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-87/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-87/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver