Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-88/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğu DİMİ-nin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq Şəmşir küçəsi, ev 18-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu 4 ünvanında yaşamış, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli hökmünə əsasən (hakimlər Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, X5 və X2 ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə maddi sübutların taleyi də həll edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan Baba adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 28 yanvar 2022-cı il tarixdə, gündüz saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi yaxınlığında gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq 3,883 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, 5,748 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin və 1,123 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq bir hissəsini üzərində, digər hissəsini isə yaşadığı ünvanda saxlamış, 30 yanvar 2022-ci il tarixdə, saat 20:10-da Binəqədi rayon Polis idarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu 4 ünvanında piyada olan zaman saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən 4cü Polis Şöbəsinə gətirilmiş və orada həmin günü saat 22.35-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sağ yan kiçik və böyük ciblərindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,327 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd şəffaf sellofan bükümdə və 1 ədəd göy qapaqlı şəffaf qutuda ayrı-ayrılıqda təmiz çəkisi 0,434 qram və 0,409 qram, ümumi təmiz çəkisi 0,843 qram olan ağ rəngli kristallik halda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürüldükdən sonra Təqsirləndirilən şəxs verdiyi məlumat əsasında 31 yanvar 2022-ci il tarixdə, saat 00:35-də onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu 4 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı evin telefon təmiri ilə məşğul olduğu otağında masanın altında tünd qəhvəyi rəngli qutuda saxladığı bir ədəd şəffaf plastik qabda 10 ədəd şəffaf sellofan və 1 ədəd gümüşü rəngli kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,934 qram, 0,394 qram, 0,452 qram, 0,444 qram, 0,162 qram, 0,409 qram, 0,459 qram, 0,439 qram, 0,399 qram, 0,397 qram, 0,416 qram, umumi təmiz çəkisi 4,905 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 10 ədəd şəffaf sellofan və 1 ədəd qara rəngli kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,705 qram, 0,269 qram, 0,277 qram, 0,366 qram, 0,388 qram, 0,333 qram, 0,275 qram, 0,315 qram, 0,291 qram, 0,300 qram, 0,037 qram, ümumi təmiz çəkisi 3,556 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 4 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,240 qram, 0,380 qram, 0,263 qram və 0,240 qram, ümumi təmiz çəkisi 1,123 qram bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli hökmündən narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək hüquqlarını müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə (1,123 qram) qurudulmuş marixuana, külli miqdarda (3,883 qram) narkotik vasitə heroin və külli miqdarda (5,748 qram) psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşınması ilə bağlı verilmiş ittiham ehtimallara, mülahizələrə əsaslanmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilməsə də həm istintaq dövründə, həm də məhkəmə baxışı zamanı özünün narkotik vasitələrinin istifadəçisi olduğunu bildirmiş, lakin onun yaşadığı evində narkotik vəsitə qurudulmuş marixuana olmamış, həmin gün onda yalnız təxminən bir qramdan da az çəkidə psixotrop maddə metamfetamin olmuş və həmin psixotrop maddəni yalnız öz istifadəsi üçün əldə etmiş və öz istifadəsi üçün də saxlamışdır. İttihamda göstərilən narkotik vasitələr və psixotrop maddələr mənzilə güman edir ki, polis əməkdaşları tərəfindən yerləşdirilmişdir. Polis əməkdaşları ona təzyiq göstərdikləri üçün həmin narkotik vasitələrin və psixotrop maddələrin hamısının ona məxsus olmasını boynuna almalı olmuşdur. Təqsirləndirilən şəxs həmçinin məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun istifadəsində olan 055 *** ** ** saylı nömrəyə daxil olan və həmin nömrədən çıxan onun müxtəlif şəxslərlə mesajları narkotik vasitələrin satışı ilə bağlı olmamışdır. Belə ki, o, özü psixotrop maddə istifadəçisi olduğu üçün onun ətrafında olan dost-tanışları da narkotik istifadəçiləri olmuş. Onlar adətən özlərində narkotik olmayanda, yəni tapıb ala bilməyəndə dost kimi bir-birilərindən istəmiş və kimdə varsa biri-digərinə təmənnasız olaraq psixotrop maddə vermişdir. Göstərilən mesajlarda da bəzi hallarda o, dostlarından narkotik istəmiş, bəzi hallarda isə dostları ondan narkotik istəmiş və o, vermişdir. Bu işlərdə onun mənfəəti və maddi marağı olmamışdır. Həmçinin o, telefon təmiri və alqı-satqısı ilə məşğul olduğu üçün adına çoxlu nömrələr alıb satmış, müştərilərlə də bəzən telefon təmiri və alqı-satqısı ilə bağlı danışıqları olmuşdur. O, heç vaxt narkotik satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən ona təzyiq edildiyindən istintaq zamanı düzgün ifadə verə bilməmişdir. Təqsirləndirilən şəxsin narkotik maddəni özü istifadə edəcəyi barədə göstərdiyi xüsusatlar heç bir sübutla təkzib edilmir. Əksinə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar cinayət işi üzrə toplanmış digər sübutlarla və həmçinin iş üzrə keçirilmiş ekspert rəyi ilə də Öz təsdiqi tapır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi verilmiş apellyasiya şikayətinin təmin edilməsini, hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 3 ildir ki, X4 ilə rəsmi nikahdadır, valideynləri başqa ünvanda yaşayırlar. 12 ildir kı, «28 May» metrosu yaxınlığında «İphone» mobil servisində telefon ustası kimi işləyir. Bundan əlavə yaşadığı evin yaxınlığında özünə məxsus Bınəqədi rayonu DSK yolu 4 ünvanında yerləşən mobil telefonların təmiri mağazası da olmuşdur. Tutulmamışdan əvvəl son 7 ay qabaq, psixotrop maddə metamfetamindən istifadə etmişdir. O, qeyd olunan vasitələri dəqiq adlarını bilmədiyi şəxslərdən əldə etmiş, hər dəfə metamfetamın almışdır. O, həmin psixotrop maddələri yaşadığı evdə iş otağında saxlamış, ümumiyyətlə həmin psixotrop maddəni yalnız öz istifadəsi üçün əldə etmiş və öz istifadəsi üçün də saxlamışdır. 30 yanvar 2022-ci il tarixdə saat təxminən 18-19 radələrində o, dükanından yaşadığı evə gələrkən həyətdə mülki geyimdə iki nəfər şəxs olduğunu görmüş, onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onu saxlamışlar. Sonra polis əməkdaşları ondan öncə yaşadığı mənzilə daxil olmuş, bir qədər sonra isə onun özünü mənzilə gətirmişlər. Polis əməkdaşları evdən narkotik vasitələri və psixotrop maddələri götürmüş, lakin onda ittihamda qeyd edildiyi kimi, 10 ədəd şəffaf sellofan və 1 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkilən 0,934 qram, 0,394 qram, 0,452 qram, 0,444 qram, 0,162 qram, 0,409 qram, 0,459 qram, 0,439 qram, 0,399 qram, 0,397 qram, 0,416 qram, umumi təmiz çəkisi 4,905 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 10 ədəd şəffaf sellofan və 1 ədəd qara rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,705 qram, 0,269 qram, 0,277 qram, 0,366 qram, 0,388 qram, 0,333 qram, 0,275 qram, 0,315 qram, 0,291 qram, 0,300 qram, 0,037 qram, ümumi təmiz çəkisi 3,556 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 4 ədəd şəffaf sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,240 qram, 0,380 qram, 0,263 qram və 0,240 qram, ümumi təmiz çəkisi 1,123 qram bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vəsitə qurudulmuş marixuana olmamış, həmin narkotik vasitələr və psixotrop maddələr mənzilə güman edir ki, polis əməkdaşları tərəfindən yerləşdirilmişdir. Belə ki, həmin gün onda yalnız təxminən bir qramdan da az çəkidə psixotrop maddə metamfetamin olmuş, daha sonra polislər onu 4-cu Polis Şöbəsinə gətirmişlər. Bölmədə polis əməkdaşlarından biri evindən götürülən bükümlərdən 3 bükümünü şalvarının cibinə qoyması və çəkiliş zamanı təqdim etməsi üçün ona vermişdir. O, da polis əməkdaşlarının təkidi ilə razı olmuş və videoçəkiliş zamanı həmin 3 bükümü cibindən çıxarıb təqdim etmişdir. Bundan sonra yenidən polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmiş, çəkilişdən əvvəl polis əməkdaşları bükümləri qoymuş, sonra çəkiliş başlamış və çəkiliş zamanı həmin bükümlər yenidən aşkar edilmişdir. Evində olan çəkiliş zamanı evdə başqa heç kim olmamış, belə ki, həyat yoldaşı həmin günlərdə ailə vəziyyəti ilə əlaqədar atasının evində qalmışdır. Polis əməkdaşları ona təzyiq göstərdikləri üçün həmin narkotik vasitələrin və psixotrop maddələrin hamısının ona məxsus olmasını boynuna almalı olmuşdur. Polislər tərəfindən ona qarşı zor tətbiqi olmasa da, amma ona qarşı nalayiq ifadə işlədilmiş, həmçinin üst geyimi evdə qaldığı üçün ona soyuq olmuşdur. «Bakcell» şirkətindən daxil olmuş məlumatlarda onun istifadəsində olan 055 *** ** ** saylı nömrəyə daxil olan və həmin nömrədən çıxan onun müxtəlif şəxslərlə mesajları narkotik vasitələrin satışı ilə bağlı olmamaışdır. Belə ki, o, özü psixotrop maddə istifadəçisi olduğu üçün onun ətrafında olan dost-tanışları da narkotik istifadəçiləri olmuş. Onlar adətən özlərində narkotik olmayanda, yəni tapıb ala bilməyəndə dost kimi bir-birilərindən istəmiş və kimdə varsa biri-digərinə təmənnasız olaraq psixotrop maddə vermişdir. Göstərilən mesajlarda da bəzi hallarda o, dostlarından narkotik istəmiş, bəzi hallarda isə dostları ondan narkotik istəmiş və o, vermişdir. Bu işlərdə onun mənfəəti və maddi marağı olmamışdır. Həmçinin o, telefon təmiri və alqı-satqısı ilə məşğul olduğu üçün adına çoxlu nömrələr alıb satmış, müştərilərlə də bəzən telefon təmiri və alqı-satqısı ilə bağlı danışıqları olmuşdur. O, heç vaxt narkotik satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən ona təzyiq edildiyindən istintaq zamanı düzgün ifadə verə bilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Binəqədi rayon Polis İdarəsinin 4-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə 30 yanvar 2022-ci il tarixdə ünvan 6 ünvanında qeydiyyatda olan və Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK 4 nömrəsiz fərdi tikilmiş evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri gəzdirməsi, istifadə etməsi və saxlaması barədə ona əməliyyatı məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı dərhal raportla bölmə rəhbərliyinə məruzə edilmiş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə razılıq verilmişdir. Bundan sonra isə ondan və 4-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Tərəflərindən əməliyyat tədbirləri həyata keçirilərək 30 yanvar 2022-ci ıl tarixdə saat 20:10-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK 4 ünvanında piyada olan zamanı saxlanılmış və onu 4-cu Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Polis Şöbəsində təhqiqatçı tərəfindən lazım olan zəruri prosessual hərəkətlər həyata keçirilmişdir. Bundan sonra isə artıq onların da iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarın sağ yan balaca cibindən 02 ədəd şəffaf selofana bükülmüş bükümləri çıxardaraq masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olduğu soruşulduqda o, həmin bükümlərdən birində narkotik vasitə olan «kakos» kimi tanınan heroin, digərində isə «şüşə» kimi tanıdığı psixotrop maddə metamfetamın olduğunu demişdir. Həmin bükümlərə baxıldıqda onlardan birində ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması, digərində isə qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə olması məlum olmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən göy qapaqlı şəffaf qutunu təqdim edərək həmin qutunun içərisində də «şüşə» kimi tanıdığı psixotrop maddə olan metamfetamın olduğunu bildirmişdir. Həmin kütləyə də baxan zaman ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmiş, həmçinin Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən «Nokia 101» markalı mobil telefonu da təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, başqa hər hansı qanunsuz əşya tapılmamışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs bükümlərdə olan maddənin haradan əldə etdiyini soruşmuş, Saleh də bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, həmin bükümləri İran vətəndaşından “whatsapp" proqramı vasitəsilə danışaraq almış və İran vətəndaşı bükümləri Xırdalan dairəsinə qoymuş və o da götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK 4 ünvanında yerləşən nömrəsiz fərdi tikilmiş evində də narkotik vasitələr və psixotrop maddələr olmasını məlumat vermişdir. Həmin narkotik vasitələr və psixotrop maddələri də İran İslam Respublikasının vətəndaşının "Kapital Bank’a məxsus nömrəsini xatırlamadığı bank hesabına 200 manat pul göndərərək aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər və "Nokia 101” markalı mobil telefon zərfə qoyulub möhürlənmiş və onlar zərfin üzərinə imza etmişlər. Həmçinin şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar protokolu imzalamışlar. Bundan sonra Təqsirləndirilən şəxs özünün yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK 4 ünvanında yerləşən nömrəsiz fərdi tikilmiş evində də narkotik vasitələr və psixotrop maddələr olmasını bildirdiyindən bütün iştirakçılarla və vəkillə birlikdə həmin ünvana getmişlər. Təhqiqatçı tərəfindən lazım olan zəruri prosessual hərəkətlər həyata keçirilmiş, Təqsirləndirilən şəxs da qeyd olunan nömrəsiz fərdi tikilmiş evində baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra isə artıq onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs qeyd olunan evinə baxış keçirilmiş, evə baxış zamanı Təqsirləndirilən şəxs evində olan narkotik vasitələri və psixotrop maddələri özünün könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da fərdi yaşayış evinə daxıl olarkən sol tərəfdə yerləşən mobil telefonları və kompyüterləri təmir etdiyi təmir otağında olan tünd qəhvəyi rəngli qutunun içərisində saxladığı şəffaf plastik qabı təqdim etmişdir. Həmin plastik qabın içərisində olan ümumilikdə 26 ədəd büküm olmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, onlardan 10 ədədi şəffaf selofan və 01 ədəd siqaretin qara rəngli kağız bükümündə narkotik vasitə olan heroin, digər 04 ədəd şəffaf selofan bükümlərdə qurudulmuş marixuana, 10 ədəd şəffaf selofan və 01 ədəd də gümüşü rəngli kağız bükümlərdə isə psıxotrop maddə olan metamfetamın olmuşdur. Bükümlərə baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs heroin olaraq təqdim etdiyi bükümlərdə qəhvəyi rəngli maddə, metamfetamın olaraq təqdim etdiyi bükümlərdə ağ rəngli kristal formalı maddə, marixuana olaraq təqdim etdiyi bükümlərdə yaşıl rəngli kütlə vardır. Bundan sonra baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən başqa hər hansı qanunsuz əşya tapılmamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən götürülən bükümlər zərfə qoyulub möhürlənmiş və onlar zərfin üzərinə imza etmişlər. Həmçinin baxışla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar protokolu imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatları olmuş, onlar Salehin narkotik vasitə və psixotrop maddə satdığı şəxslərin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində 30 yanvar 2022-ci il tarixdə saat təxminən 18-19:00 radələrində o, dükandan yaşadığı evə gələrkən həyətdə mülki geyimdə iki nəfər şəxs olduğunu görməsi, onların özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmələri və ondan evin qapısını açmağı tələb etmələri, polis əməkdaşlarının ondan daha öncə evə daxil olaraq, əlavə olaraq heroin və metamfetamın bükümlərini, marixuananı evə yerləşdirmələri, daha sonra onunla birlikdə 4-cu Polis Şöbəsinə gətirmələri, bölmədə polis əməkdaşlarından birinin evindən götürülən bükümlərdən 3 bükümünü ona verərək şalvarının cibinə qoyması və çəkiliş zamanı təqdim etməsi, onun da razı olaraq videoçəkiliş zamanı həmin 3 bükümü cibindən çıxarıb təqdim etməsi, bundan sonra yenidən polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmələri, çəkilişdən əvvəl polis əməkdaşlarının bükümləri götürdükləri yerə qoymaları, sonra çəkilişin başlaması və çəkiliş zamanı həmin bükümlərin yenidən aşkar edilməsi, polislər tərəfindən ona zor tətbiqi olmasa da, amma nalayiq ifadələr işlədilməsi, həmçinin üst geyimi evdə qaldığı üçün ona soyuq olması barədə göstərdikləri tamamilə yalandır. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılması, üzərinə və evinə baxış keçirilməsi hazırda ifadəsində göstərdiyi kimi olmuş, Təqsirləndirilən şəxs qarşı heç kim nalayiq ifadə işlətməmiş, həmçinin onun üst geyimi də əynində olmuşdur. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını qeyd edərək, narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmasını, şəxsi istifadəsi üçün saxladığını etiraf etmişdir. İş materiallarında olan 30 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd "Nokia 10T' markalı mobil telefonunu çıxarıb stolun üzərinə qoyur, daha sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümü və göy qapaqlı şəffaf qutunu təqdim edir. Həmin bükümlərə baxıldıqda onlardan birində ağ rəngli kristal formalı kütlə, digərində qəhvəyi rəngli kütiə, şəffaf qutuda da ağ rəngli kristal formalı kütlə olduğu məlum olur. Təhqiqatçı bükümlərdə nə olduğunu soruşur. Təqsirləndirilən şəxs həmin bükümlərdə patı və kakos adlandırdığı metamfetamin və heroin olduğunu bildirir. Daha sonra Təqsirləndirilən şəxs suala cavab olaraq bildirir ki, həmin bükümlərdə olan metamfetamin və heroini öz istifadəsi üçün İran vətəndaşından almışdır və evində də əlavə metamfetamin və heroin vardır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, lakın başqa hər hansı əşya tapılmır. (İş vərəqə 33-35) İş materiallarında olan 31 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Binəqədi rayonu. DSK yolu 4 ünvanında yerləşən evində axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən müəyyən edilmişdir ki, təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs evin həyətyanı sahəsinin qapısını açır və iştirakçılar içəri keçir, Təqsirləndirilən şəxs həyət qapısının yanında içəri tərəfdə yerdə gizlədilmiş mənzilin açarını götürür və mənzili açır. İştirakçılar mənzilə daxil olurlar. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs evində axtarış aparılmasına etirazı olmadığını bildirir. Təqsirləndirilən şəxs mənzilə girişdən sol tərəfdə olan telefon təmiri ilə məşğul olduğu otaqdakı masanın altında tünd qəhvəyi rəngli qutuda saxladığı bir ədəd şəffaf plastik qabı təqdim edir və məlum olur ki, həmin qabda 10 ədəd şəffaf sellofan və 1 ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə oxşar ağ kristallik maddə, 10 ədəd şəffaf sellofan və 1 ədəd qara rəngli kağız bükümdə narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddə və 4 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar yaşıl rəngli bitki mənşəli maddə vardır. Həmin bükümlər polis əməkdaşı tərəfindən bir-bir açılıb baxılır və sayılaraq yenidən qaba yığılır. Təqsirləndirilən şəxs həmin bükümlərdə heroin, metamfetamin və marixuana olduğunu bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs götürülmüş ümumilikdə 26 ədəd bükümü ağ zərfə qoyub qablaşdırıb möhürləyir. (iş vərəqə 39-41) İş materiallarında olan «Bakcell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs Ağamırzə oğlunun adına və istifadəsində olan 055 *** ** ** saylı mobil nömrəsinə 01 iyul 2021-ci il tarixdən 31 yanvar 2022-ci il tarixə kimi daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısına, mesajların məzmununa və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilərkən aşağıdakı mesajlar aşkar edilmişdir: xx-xx-2021 05:17:30 1.1.**********48 1.1.**********56 o xeqani bize 2 к 1 p lazımdı. negd gele mene. xx-xx-2021 05:50:15 1.1.**********48 1.1.**********56 qeqanı senda gec alınacaqsa de bilek. 3 к 1 p az deyil ha. alinmirsa deyim getsinlar xx-xx-2021 07:12:41 1.1.**********48 1.1.**********56 qeqani yari к у p isteyen getmak isteyen var.gecsen qaqani xx-xx-2021 08:42:25 1.1.**********48 1.1.**********56 bu nomredan basqa menim yigdiim nomreleri blok ele. xx-xx-2021 21:33:45 1.1.**********48 1.1.**********56 ay qeqani pul duzeldi sen taksıye min gelda.qaqa men 2 teref taksiye pul vermeyim.evdayik ikimiz.1 k.1 p getir gel atam xx-xx-2021 12:20:33 1.1.**********48 1.1.**********56 Qeqani taksi pulunu verecem gel tez.dunennen 30 azn saxlamisam gelmedin.indide seni gozleyir temaya gore uşaqlar xx-xx-2021 01:27 08 1.1.**********14 1.1.**********48 Axwamın xeyir qaqa patya el catir goturmeye qonaq var ona gornarahat edırem imkan varsa elaqe saxlada menen xx-xx-2021 12:58:15 1.1.**********69 1.1.**********48 20 lik duzeler xx-xx-2021 19:21:35 1.1.**********97 1.1.**********48 Qaqa men size gelırdim elcnı gordum qaydım menim paymı gotur sağla onan xx-xx-2021 19:46:19 1.1.**********72 1.1.**********48 Saley sen kisisen (söyüş) xx-xx-2021 10:32:14 1.1.**********72 1.1.**********48 Sales anaslnln canlna and icıb söznün üsdnde durmyub qardaslsan bu xx-xx-2021 10.32:18 1.1.**********72 1.1.**********48 söze ne deye bilersen söz kisinin axznan cxlr telfonda acmlr söz verdiyi gunmen sora 3 gün gelmsem getmsem xx-xx-2021 13 38 06 1.1.**********09 1.1.**********48 Teli ac gelırer qapiviza uzumu yursag gormusen he saley xx-xx-2021 03 52.09 1.1.**********56 1.1.**********48 Yetim bayaqkı' kagizin arasina bir tike qoy pencereden verde mene olurem axi bu getdi xx-xx-2021 16:35:04 1.1.**********55 1.1.**********48 Qaqam ordan mene bir das ayıraa 02-1 1-2021 02 29 28 1.1.**********57 1.1.**********48 Salam qaqa oyagsansa danıwag vacibdi qonağım var xx-xx-2021 18 24:58 1.1.**********55 1.1.**********48 Kolanı yarim yarim ele yoldayam 10dey ordayam xx-xx-2021 00:43:38 1.1.**********20 1.1.**********48 Saleh mənəm Mehman xx-xx-2021 01 03:17 1.1.**********88 1.1.**********48 Qardawim seher saat 9 tamamda yanındayam 10000%heresinen 3~3saxla gelih goturecem xx-xx-2021 01:38:25 1.1.**********06 1.1.**********48 saleh mənm dededi 30 manat pul var hardasan cavap de. xx-xx-2021 20:09 51 1.1.**********88 1.1.**********48 Saleh gagaw agridan oluruk zengde catmir sene saat 1 re dimıwdin saata bax yig meni tecılı xx-xx-2021 01:11:20 1.1.**********65 1.1.**********48 Saleh sene sen istediyinen birdene verim sende o.birisinen ver deyisek olar xx-xx-2021 01:11:35 1.1.**********91 1.1.**********48 onan isdiyən var xx-xx-2021 01.16:22 1.1.**********88 1.1.**********48 qardasim niye hörmətsizlik elıyırsenki Saleh men sene qarsi nece olmusam nece hormet qoymusam ama senin eledıyın herekete bax senede yarasmir qaqaw dostum Huseynde seni o qeder terifliyib mende bir yannan ama bele hereketin gozden salir qaqaw basa duski ehtiyyacdi Saleh ya mennen elaqe saxla ya da usagnan geliriy xx-xx-2021 14:23:35 1.1.**********07 1.1.**********48 Saleh qacmaqn ne adi var qaçmaqla olmaz yoxdur di yoxdur ac teli bir cevab ver ewitdiyme gore bu gun olacaq. eyer meni frladrnaqdrsa meqredin bawqa mesele. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Apellyasiya icraatı zamanı əməlin tövsifinin mübahusələndirilməsi isə onun müdafiə üsulu kimi qiymətləndirilməlidir. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlinin tövsifinin dəyişdirilməsi üçün hallar müəyyən edilmədiyindən, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilə bilməz, bu barədə apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətini və cəzasını yüngülləşdirmək cəhdi daşıyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da, habelə apellyasiya şikayətində göstərilənləri də cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyasının minimum həddinə yaxın azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli hökmü isə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: İlqar Murquzov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №1(103)-88/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-88/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver