Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-888/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Abbasov Mirzəli Əbdüləli oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçiləri “BM Morrison partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, “Bolt” taksi şirkətində sürücü işləmiş, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana ərazisində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,221 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana ərazisində saxlanılaraq 12-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,221 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikas CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanması, təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmışdır. Bundan başqa, hökmlə maddi sübut və məhkəmə xərci məsələsinə də qiymət verilmişdir. Həmin hökmdən narazı qalan məhkum olunmuş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün ləğv edilməsi və məhkum edilmiş şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisələr ittiham aktında göstərilmiş qaydada olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, səhər saat 9-10 radələrində evində hamam otağında olarkən evin həyətinə kimlərinsə daxil olaraq “Evdə kim var?” sualının verildiyini eşitmişdir. Hamam otağından çıxdıqda evdə təxminən 10 nəfər polis əməkdaşının olmasını görmüşdür. Polis əməkdaşları ona birlikdə gəlmələrini və evdə narkotik vasitə varsa təqdim edilməsini bildirmişlər. O, narkotik vasitə istifadəçisi olsa da, evdə narkotik vasitə saxlamamışdır. Polislər evə baxış keçirdikdə hər hansı narkotik vasitə tapmadıqlarından ailə üzvlərini başqa otağa keçirərək onu döyməyə başlamışlar. Halbuki, o, narkotik vasitəni 2-3 gündən bir almaqla istifadə etməkdədir. Lakin, nə üzərində, nə də evdə narkotik vasitə olmadığı polis əməkdaşlarına bildirilmişdir. Paltarlarını geydikdən sonra isə onu ailə üzvləri ilə görüşmələrinə icazə vermədən mülki avtomobilə əyləşdirmişlər. Bundan başqa, saxlanılan zaman onunla eyni məhlədə yaşayan Şahid5 adlı şəxs də saxlanılmışdır. O, post patrul xidmətinin avtomobilində, Şahid5 isə qara rəngli “Dodge” markalı avtomobildə əyləşdirilmişdir. Polis əməkdaşları evindən təxminən bir km metr məsafə uzaqlıqda onunla eyni adlı Ceyhun adlı başqa bir şəxsin evinə daxil olmuş, lakin Ceyhun pəncərədən tullanıb qaçdığından onu tuta bilməmiş, sonuncunun qeyri-rəsmi münasibətdə olduğu xanım isə tutularaq yanında əyləşdirilmişdir. Polis bölməsinə gətirildiyi gün onunla birlikdə təxminən 30-40 nəfər saxlanılan olmuşdur. Həmin şəxslərin hamısı ilə birlikdə polis rəisinin müavini Süleyman adlı şəxsin otağına gətirildikdən sonra onları sıraya düzərək, sanki nəyisə bölüşdürürlərmiş kimi "5 qram sənə, 8 qram sənə, 10 qram sənə veriləcək" dəyə bildirmişlər. Bundan sonra o, Şahid4 olduğu otağa aparıldıqda ona narkotik vasitə təqdim edilərək üzərinə qoymasını, videoçəkiliş edilərək suallar veriləcəyi bildirilmişdir. Ona videoçəkiliş zamanı üzərində qanunla qadağan olunmuş nə varsa təqdim edilməsi sual edildikdə onların verdikləri narkotik vasitəni cibindən çıxarmaqla masanın üzərinə qoyması öyrədilmişdir. Bununla razılaşmadıqda isə 7-8 nəfər polis əməkdaşı onu yerə uzatmaqla sağ və sol qolunun üzərindən bir nəfər ayağı ilə, başından isə başqa bir nəfər ayağı ilə yerə sıxmış, digərləri isə təpik, yumruq və polis kəməri ilə 15-20 dəqiqə ərzində döymüşlər. Təzyiq və döyülməyinə baxmayaraq polislərin dedikləri ilə razılaşmamışdır. Rəis müavini Süleyman adlı şəxs otağa gəldikdən sonra polislər ona nə baş verdiyini məruzə etdikdə Süleyman sonunculara "Bir ədəd rezin dəyənək və bir ədəd sellofan gətirin, onda razı olacaq" demişdir. Onun az-çox həyat təcrübəsi olduğundan Süleyman adlı şəxsin məqsədini başa düşmüş, məcbur qaldığına görə onlarla razılaşmışdır. Onlar tərəfindən təqdim edilmiş narkotik vasitəni cibinə qoyduqdan sonra videoçəkiliş aparılmış, sənədləşmə işləri həyata keçirilmiş, tərtib olunmuş sənədləri imzalamamaq imkanı olmadığından həmin sənədləri imzalamışdır. xx.xx.2023-cü il tarixdə, axşam saat 6 radələrində vəkil gələrək bütün sənədləri imzalamışdır. Həmin vaxtadək o, vəkili görməmişdir. Ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edildiyi, sonradan "zaminliyə" buraxılacağı deyilmişdir. Belə ki, barəsində həbs qətimkan tədbiri seçildikdən sonra ailə üzvləri onun təzyiqlərə məruz qalaraq döyülməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" xidmətinə və "Ombudsmana" məlumat vermişlər. Eyni zamanda ibtidai istintaq dövründə verdiyi ifadələri təzyiq altında verməsi barədə istintaq təcridxanasına getdikdən təxminən bir ay sonra Azərbaycan Respublikasının Baş Prokuroruna ərizə göndərmiş, ailə üzvləri isə Sabunçu Rayon Prokurorluğuna müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs anası Şahid3 və həyat yoldaşı - Şahid2 da məhkəməyədək icraat zamanı verdikləri ifadələrlə eyni məzmunlu ifadə verərək, yuxarıda qeyd edilmiş faktları bir daha təsdiqləmişlər. Bundan başqa, tutma protokolunda Təqsirləndirilən şəxs tutulduğu yer evinin yaxınlığı göstərilsə də, vəsatətləri əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsi ilə Təqsirləndirilən şəxs məhz yaşadığı evdən tutularaq aparılmasını təsdiqləmişdir. Təqsirləndirilən şəxs istintaqa hadisə baş verən zaman Balaxanı ərazisində olduğunu bildirmişdir. Anten məlumatlarına əsasən Ceyhunun Balaxanı ərazisində olmamasını əsas götürən istintaq belə olan təqdirdə niyə onun bütün ifadəsinin yalan olduğunu əsas götürməmişdir. Əgər ifadəsinin digər hissəsi yalan deyildisə, onda Balaxanıda olması ifadəsi də doğru sayılmalıdır. Bu məsələnin təzad yaradan hissələrindən biridir. Bundan başqa, məhz onların, yəni müdafiə tərəfinin vəsatətilə sms anten məlumatlarının öyrənilməsi xahiş edilmişdir. Əgər Təqsirləndirilən şəxs satış məqsədli narkotik vasitələrin əldə olunması ilə məşğul olması halında onlar tərəfindən belə vəsatətin verilməsi ağılsızlıq olardı. Çünki bu vəsatətlə onun bütün gizli işləri ilə bağlı olan sms məlumatları və açığa çıxa bilərdi. Belə olduğu halda vəsatətlə müdafiə etdiyi şəxsin ələyhinə müraciət etmək məntiqsiz olard. Məhkəmə istintaqı zamanı müdafiəçi tərəfdən polis əməkdaşlarına verilən suallara cavab olaraq polis əməkdaşları həmin gün Pənah Ceyhunun tutulmasından başqa əlavə heç bir əməliyyat keçirmədiklərini bildirmişdir. Lakin Şahid5 işi ilə birbaşa sübut olunur ki, polis əməkdaşları həmin gün bir neçə əməliyyat keçirmişlər. Hətta Taryelin tutulma anının kameraya düşən görüntüsündən də həmin polis əməkdaşlarını aydın şəkildə görmək olur. Bu polis əməkdaşlarının istintaqda və məhkəmədə yalan ifadə vermələrini bariz şəkildə sübut edir. Məhkəmə isə formal, əsassız olaraq bildirir ki, bu fərqli polis əməkdaşları tərəfindən keçirilən fərqli əməliyyatlardır. Bundan əlavə, işin "sms"lərlə bağlı tərəfinə gəldikdə isə nəzərə alınmalıdır ki, bu da məhkəmə tərəfindən düzgün araşdırılmayıb. Həmin yazışmalardan göründüyü kimi Təqsirləndirilən şəxs narkotik alverçisi olmamış və öz telefonunu Vahid adlı şəxsə borcu olduğu üçün girov kimi vermişdir. Apellyasiya icraatı zamanı məhkum edilmiş şəxsin müdafiəçisi bəraət verilməsi ilə bağlı dəlilləri irəli sürsə də, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini dəqiqləşdirərək əməlinin istifadəçi kimi qiymətləndirilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs və müdafiəçiləri apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikası CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə və ya onun əməlin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif olunmasına dair apellyasiya şikayətinin dəlillərini, eləcə də apellyasiya icraatı zamanı məhkum edilmiş şəxs və müdafiəçisinin məhkəmə çıxışlarında göstərdikləri dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 07-09 sentyabr 2022-ci il tarixlərində müdafiəçisinin iştirakı ilə verdiyi izahat və ifadələrində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayan Rövşən adlı şəxsdən şəxsi istifadəsi üçün 20 manat ödəməklə narkotik vasitə kimi tanıdığı “kakos” adlanan narkotik vasitə olan heroin alaraq üzərində daşımışdır. xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramanada yaşadığı evə tərəf hərəkətdə olan zaman polis əməkdaşlarını görüb özünü itirmiş, özündən asılı olmayaraq həyəcanlanmışdır. Həmin şəxslər ona yaxınlaşaraq özlərini Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün (bundan sonra mətndə - Sabunçu RPİnin PPXB) əməkdaşları kimi təqdim edərək üzərində şəxsiyyət vəsiqəsinin olubolmamasını soruşmuşlar. O, üzərində hər hansı sənədinin olmadığını dediyindən Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə (bundan sonra mətndə - PŞ-nə) dəvət edilərək onlarla birlikdə PŞ-yə getmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq və fiziki təsir tətbiq edilməmişdir. 12-ci PŞ-nin binasında 7 saylı Vəkil Bürosunun vəkili dəvət edilərək sonuncunun iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə videoçəkiliş aparılacağı təhqiqatçı tərəfindən bildirilmişdir. O, öz istəyi ilə üzərində şəxsi axtarış aparılmasında vəkilin iştirakının olmasına etiraz etmişdir. Bundan sonra polis əməkdaşları və təhqiqatçının iştirakı ilə üzərində 12-ci PŞ-nin inzibati binasında yerləşən otaqlardan birində şəxsi axtarış aparılmışdır. Üzərində olan narkotik vasitələri şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə tünd-qəhvəyi rəngli maddəni çıxarıb otaqdakı masanın üzərinə qoymuşdur. Üzərində aşkar edilmiş narkotik vasitələr və mobil telefon kağız zərfə qoyularaq 159 saylı möhür vurulmaqla qablaşdırılmışdır. Şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilərək o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş maddəni aldığı şəxslə hər hansı əlaqəsi olmamış, sonuncunu üzdən tanımış, anket məlumatlarını bilməmişdir. Balaxanı qəsəbəsinə tez-tez gedib-gəlmişdir, həmin şəxslə rastlaşan zaman ondan narkotik vasitə almışdır. O, heç vaxt narkotik vasitə satmamış, kiməsə pay verməmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə olduğundan vəkilin onu yaxşı müdafiə edə bilməyəcəyini düşündüyündən sonuncunun istintaq hərəkəti zamanı iştirak etməsini istəməmişdir. Birinci instansiya icraatı zamanı məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən etibarən bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər hər hansı münasibəti, ədavət və düşmənçiliyi olmamışdır. Xidməti zərurətlə əlaqədar olaraq ərazidə polis nəfəri Şahid1 ilə birlikdə xidmətdə olan zaman saat 16 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramana kimi tanınan ərazidə bir nəfərin özünü şübhəli aparmaqla gəzdiyini görmüş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, şəxsiyyət vəsiqəsini təsdiq edən sənədinin olub olmaması barədə soruşmuşdur. Təqsirləndirilən şəxs adlı şəxs şəxsiyyətini təsdiq edən sənədinin olmamasını deyib şübhəli hərəkətlər etmiş, buna görə də onlarla birlikdə 12-ci PŞ-nə getməyi təklif etmişlər. 12-ci PŞ-nə getdikdən sonra xidməti otaqlardan birində baş təhqiqatçı, polis mayoru Fərid Nəsibov tərəfindən dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri elan edildikdən sonra şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərinə keçiriləcək axtarış və baxışda vəkilin iştirak etməsini istəmədiyini bildirmiş, bundan sonra digər polis əməkdaşının və onun iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, eləcə də digər iştirakçılara hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin şəffaf sellofanına bükülmüş bükümdə narkotik vasitə hesab edilən maddəni çıxarıb otaqdakı masanın üzərinə qoymuş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya aşkar olunmamışdır. Qeyd olunan maddəni haradan və nə məqsədlə əldə edib üzərində gəzdirməsini soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə, 10 radələrində Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını və telefon nömrəsini bilmədiyi Rövşən adlı şəxsdən 20 manat ödəməklə aldığını, həmin gündən saxlanıldığı vaxta qədər üzərində gəzdirdiyini, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldığını demişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya aşkar olunmamışdır. Aşkar olunmuş həmin bir bükümdə olan maddə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, axtarışda iştirak edən polis əməkdaşlarının, həmçinin onun iştirakıyla zərfə qoyulub qablaşdırılmış, möhürlənib götürülmüş, təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol və zərfin üzərinə şəxsi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs imza etmiş, o da hamı kimi həmin protokolu və zərfi imzalamış, şəxsi axtarış zamanı, habelə protokol tərtib edilərkən heç bir şikayət daxil olmamışdır. Bundan başqa, verilmiş suallara cavab olaraq şahid qismində dindirilmiş Şahid4 ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs guya yaşadığı evdə saxlanılması ilə bağlı verdiyi ifadəsi tamamilə yalnışdır. Belə ki, onların Təqsirləndirilən şəxs evinə daxil olmaq səlahiyyətləri olmamış, sonuncunu küçədə, sahibsiz evlər deyilən ərazidə xx.xx.2022-ci il tarixdə, təxminən günorta saat 4 radələrində saxlamışlar. Həmin tarixdə başqa şəxsləri, o cümlədən Taryel və digər Ceyhun adlı şəxsləri saxlamamış, o, sonuncuları tanımamışdır. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitəni Balaxanı kəndində tanımadığı şəxsdən 20 manat ödəməklə öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs tanımamış, əvvəllər sonuncunun narkotik vasitə satıb-satmaması barədə məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixdə üzərilərində vətəndaşların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən xüsusi qurğu olmadığından Təqsirləndirilən şəxs şəxsiyyətini saxlanıldığı yerdə dəqiqləşdirə bilməmişlər. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilərkən əlinə qandal vurulmamış, videoçəkiliş keçirilərkən müdafiəçinin iştirak etməsindən özü könüllü imtina etmişdir. Birinci instansiya icraatı zamanı məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu, Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərmişdir ki, xidməti ərazidən tanıdığı Təqsirləndirilən şəxsla “salam-sağ ol” münasibətindən başqa ünsiyyətləri olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həyəcanlı şəkildə onları gördükdə əlini cibinə salaraq üzünü çevirməsi kimi hərəkətlər edərək özünü şübhəli apardığından ona yaxınlaşmışlar. O, Təqsirləndirilən şəxs tanısa da, şübhəli olduğundan polis bölməsinə aparmalı olmuşdur. Təqsirləndirilən şəxsla bağlı cinayət işi aparılarkən sonradan sonuncunun anası onlardan şikayət etmiş, bununla bağlı araşdırma aparılmış, iddialar öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs qarşı hər hansı təsir, təzyiq göstərilməmiş və pis rəftara məruz qalmamışdır. Onlar Təqsirləndirilən şəxs narkotik vasitəni hansı məqsədli əldə etməsi barədə soruşmamışlar. Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Fərid Nəsibov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan və toplanmış materialdan görünür ki, xx.xx.2022-ci il tarixdə Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramanada saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilmiş və şöbənin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 3,221 qram olan narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri, polis serjantları Şahid4 və Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramanada inzibati ərazidə xidmət apararkən bir nəfər şəxsin şübhəli olduğunu görərək onu saxlamışlar. Həmin şəxsə özlərini təqdim edərək şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsini xahiş etdikdə həmin şəxsin sənədlərinin üzərində olmadığını bildirərək onlardan yayınmağa çalışmışdır. Bu onlarda həmin şəxsin nəsə gizlətməsi barədə şübhələr yaratmışdır. Həmin şəxs onlara dağınıq cavablar verdiyindən onun nədənsə narahat olmasını və tez bir zamanda onlardan yayınaraq getmək istədiyini görmüşlər. Onun üzərində qanunla əldə edilməsi, saxlanılması və daşınması qadağan edilən maddə, əşya və ya predmet olmasından şübhələnərək onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. Şöbədə həmin şəxsin xx.xx.1985-ci il təvəllüdlü, Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli bilinərək Sabunçu RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Sovxoz Ramanada saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-yə gətirilmiş, həmin tarixdə, saat 16:50-də Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X10 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdə, 16:00 dəqiqədən tutulmuş hesab edilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 17:20-dən 17:35-dək Sabunçu RPİ-nin 12-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Fərid Nəsibov tərəfindən həmin İdarənin PPXB-nin polis nəfərləri, polis serjantları Şahid4 və Şahid1 iştirakı ilə Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq həmin maddənin narkotik vasitə “kakos” olduğunu, həmin maddəni Sabunçu rayonu, Balaxanı qəsəbəsində Rövşən adlı şəxsdən 20 manata alaraq şəxsi istifadə üçün üzərində saxladığını, 1 il yarımdır narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Götürülmüş maddə qablaşdırılaraq Azəraycan Respublikası DİN-nin “Zərflər üçün” 159 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Protokolda istintaq hərəkəti zamanı “Panasonic” markalı videokameradan istifadə edilməklə çəkilmiş videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə ediləcəyi qeyd olunmuşdur. Tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ, protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Müdafiəçi İlqar Qədirov sonradan həmin protokolla tanış olaraq imzalamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) 6/4900 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159” dairəvi möhür əksi və “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə...saxlanılan şəxs: Təqsirləndirilən şəxs-imza, iştirak etdi-iki imza; Tərtib etdi: Təhqiqatçı - Fərid Nəsibov – imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi – 3,221 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 3,221 qram, tədqiqata sərf edildi –0,05 qram, qalıq – 3,171 qram. Aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-750/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham edilmiş Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmiş, müdafiəçi İ.Qədirov da həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmamasını xahiş etmişdir. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” xx.xx.2022-ci il tarixli, 5879 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi-narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanılmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla, məhkum edilmiş şəxsin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır” Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı ümumilikdə 3,221 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 21 dəfə, külli miqdarından isə təxminən 1,6 dəfə artıq olması, habelə istifadəsində olan mobil telefon nömrəsinə daxil olmuş və çıxmış narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmasına dair sms yazışmaların müəyyən edilməsi və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür Məhkəmə kollegiyası müəyyən sənədlərə imza atması və videoçəkiliş zamanı narkotik vasitənin üzərindən çıxarmasının səbəbini ona edilmiş təzyiq və işgəncələrlə bağlı olması ilə bağlı dəlilləri əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli Sabunçu rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşunas X13 tərəfindən 101-C-23 nömrəli material üzrə qəbul edilmiş qərardan və müvafiq materialdan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı İstintaq Təcridxanasında Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən qeyri-qanuni hərəkətlərə məruz qalması və barəsində olan cinayət işinin gedişatına etiraz əlaməti olaraq özü-özünə xəsarət yetirməsi ilə bağlı aparılmış araşdırma zamanı cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın-təsviri əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs izahatında xx.xx.2022-ci il tarixdə, səhər saatlarında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən nömrəsiz fərdi evində olarkən Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq PŞ-yə gətirilməsini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs PŞ-də olan zaman Sabunçu RPİ-nin 12-ci PŞ-nin rəis müavini Süleyman Abbasovun, PPXB-nin əməkdaşları Cəmil və Məhəmməd adlı şəxslərin orada ona məxsus olmayan narkotik maddəni boynuna götürməsini tələb etmələrini, bununla razı olmadığı üçün ona qarşı fiziki güc tətbiq etmələrini, rezin dəyənəklə döyərək sonunda məcbur qaldığı üçün həmin narkotik maddəni boynuna götürməsini qeyd etmişdir... Təqsirləndirilən şəxs izahatında ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi lə ittiham irəli sürüləcəyi bildirilsə də, sonradan Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ittiham elan edilməsini, istintaqın düzgün aparılmamasına etiraz olaraq xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin MSY-də olan zaman kəsici alətlə, ülgüclə qollarına və qarın nahiyəsinə xəsarətlər yetirmişdir. Material üzrə izahatı alınmış X4 Təqsirləndirilən şəxs izahatında göstərdiklərinin tamamilə yalan olduğunu, ona qarşı hər hansı zorakılıq və pis rəftar göstərilmədiyini qeyd etmişdir. Qərardan görünür ki, Sabunçu RPİ-nin MSY-nin xx.xx.2022-ci il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 12-ci PŞ-nin əməkdaşları tərəfindən Sabunçu RPİ-nin MSY-nə təhvil verilmiş və sonuncunun üzərinə baxış zamanı onun bədəni üzərində heç bir xəsarətin, eləcə də, qadağan olunmuş əşyanın aşkar edilməsi müşahidə edilməmişdir. Material üzrə izahatı alınmış Sabunçu RPİ-nin MSY-nin növbətçisi, polis serjantı X7 xx.xx.2022-ci il tarixli aktın doğruluğunu təsdiq edərək, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə BİT-dən Sabunçu RPİ-nin MSY-nə gətirilərək orada saxlanan zaman xx.xx.2023-cü il tarixdə istintaqın gedişatına etiraz olaraq alışqanın dəmiri ilə özünə xəsarət yetirdiyini və bu barədə müvafiq akt tərtib edildiyini göstərmişdir. Bundan başqa, müdafiə tərəfinin vəsatəti əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 7952/2022 saylı məhkumun tibb kitabçası əldə edilərək birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmişdir. Həmin kitabçada göstərilənlərə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra ilkin tibbi müayinədən keçirilmiş, həm özünün deməsinə, həm də müayinəyə əsasən üzərində hər hansı yeni zədə və xəsarət izləri aşkar olunmamış, hər hansı şikayəti olmamışdır. Habelə, Bakı şəhəri, Sabunçu RPİ-nin MSY-nin növbətçisi, polis serjantı Şirxan Mirzəyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı onda heç bir xəsarət aşkar olunmamışdır. Bakı şəhəri, Sabunçu RPİ-nin MSY-nin növbətçisi, polis baş serjantı X12 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 14:50-də Bakı İstintaq Təcridxanasında Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Cavid Əhmədovun qərarı ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə saxlanılan vət. Pənahov X8 RPİ-nin MSY-ə köçürülmüşdür. xx.xx.2023-cü il tarixdə, saat 10:10-da MSY-də saxlanıldığı kamerada özünə xəsarət yetirmiş, ona dərhal müdaxilə edilərək ilkin tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs özünə nə səbəbə xəsarət yetirməsi soruşulduqda o, istintaqın aparılmasına etiraz əlaməti olaraq özünə xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmiş, əksinə onun polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonrakı müddətdə üzərində hər hansı xəsarətin olmamasına dair kifayət qədər mötəbər hesab edilən sübutlar hər hansı digər sübutlarla inkar edilə bilməmişdir. Bundan başqa, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində xx.xx.2023-cü il tarixdə aşkar edilmiş xəsarətlərin onun özü tərəfindən barəsində aparılan ibtidai istintaqın gedişinə etiraz əlaməti olaraq yetirilməsi nəzərə alınmalıdır Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 nömrəli qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən, müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası narkotik vasitələrin istehlakı və satışı ilə bağlı çoxsaylı smsmesaj mətnləri və yazışmaları ilə bağlı məsələyə də münasibət göstərməyi zəruri bilir. Belə ki, "xxxx" MMC-dən təqdim edilmiş CD diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən **********50 saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 00:42:49-da “Ramin menem ceyhundu.setdende cixmisan eger bugun alinmiyacaqsa indiden de men bilim. sora ozumde agrida qalaram.eger bugun alinmiyacaqsa de mene”, xx.xx.2022-ci il tarixdə, saat 04:08:40-da ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil nömrəyə “Vahid biyaqdan niye nala mixa vurursan niyr yene mene yalan deyirsen deyirem ne qeder pulun vae deyirsen 15 var niye yalan danisrsan 50 yasin var”, xx.xx.2022-ci il tarixdə, saat 18:11:01-də ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəyə “Ziyad menem ceyhundu qaqa patıda var orda”, xx.xx.2022-ci il tarixdə, saat 17:51:31-də ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəyə “qaqa menem ceyhundu qudretgilden cixiram dediler elsennen cixdi.yiguram qaqa ver qudrete qadanalaram.yada denen meni yigsin.qaqa qedrete de menenn oyun o”, xx.xx.2022-ci il tarixdə, saat 09:33:16-da ***-***-**-** saylı mobil telefon nömrəsindən ***- ***-**-** saylı mobil telefon nömrəsinə “Emi 1 qramın mrne necije bersrn”, xx.xx.2022-ci il tarixdə, saat 04:06:50-də ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “aqryiram saat onda teli qeri qoturecem”, xx.xx.2022-ci il tarixdə, saat 04:06:49-da ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “qaqaw utanerem zenk elef demaya mesaj atdim 15 manat qoturajeydim vermediler bayax 50 manat boruc verdim o aqore seher daat ona kimi telefonmu saxlem ola”, xx.xx.2022-ci il tarixdə, saat 04:06:49-da ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “rmi aqryiram saat onda teli qeri qoturecem”, xx.xx.2022-ci il tarixdə, saat 02:33:38-də 077-591-80- 50 saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə “AXSMİ.XEYR.KARTİV.KOD.ATMENE.SABA.ONKD.TELFON.ACK.SAXL.PUL.A.TACXL” məzmununda narkotik vasitələrin istehlakı və satışı ilə bağlı çoxsaylı sms-mesaj mətnləri və yazışmalar müəyyən edilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Eyni zamanda, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş telefonun anten dairəsi saxlanılan zaman ***-***-**-** GPRS xx.xx.2022-ci il tarixdə, saat 11:04:45də 1284 LABS 0322O3/LABS0322 Dekorativ tingli 2 “Yeni Ramana yaşayış massivi” Sabunçu olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “mobil telefonundan aşkar edilmiş smslərin onun tərəfindən deyil, Vahid adlı artıq vəfat etmiş şəxs tərəfindən yazılması və daha sonra sonuncu tərəfindən silindiyindən həmin mesajların məzmunu barədə məlumatının olmaması” və müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 bağlı ifadəsinə dair göstərilmiş xüsusatları və dəlilləri əsassız hesab edərək aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi düzgün olaraq şahid qismində dindirilmiş X11 ifadəsinə tənqidi yanaşmış və Habil Seyidovun özünün də bildirdiyi kimi narkotik vasitələr və psixotrop maddələrdən istifadə etməsini, guya Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon ilə məhz artıq vəfat etmiş Vahid adlı şəxslə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmasını inandırıcı hesab etməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmünün 35-ci bəndində göstərilənlərə əsasən həmin mobil telefon nömrəsinin mütəmadi olaraq məhz Təqsirləndirilən şəxs istifadəsində olması, sonuncunun əsasən müxtəlif tanışları ilə danışması və yazışması müəyyən edilməklə, hətta qeyd edilən mobil telefon nömrəsinin hansısa müddət ərzində başqa şəxsə verildiyi təqdirdə belə Habil Seyidovun məhz həmin vaxtlarda Vahidlə yazışmasına dair ifadəsi absurd olmaqla işin faktiki halları ilə tam inkar edilir. Məhkəmə kollegiyası Habil Seyidovun həmin ifadəsi ilə əslində həqiqətdə olmayan halları qeyd etməklə qonşusu Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə məsuliyyətdən azad olunmasına cəhdi kimi qiymətləndirir. Eyni zamanda Habil Seyidov ifadəsində göstərdiyi kimi Vahid adlı şəxsin istifadəsində kifayət qədər yüksək dəyəri olan “smartfon” mobil telefonun olmasına baxmayaraq, özünə məxsus ayrıca mobil telefon nömrə almamasının səbəbini izah edə bilməmişdir. X5 ifadəsində guya məhz artıq ölmüş şəxs kimi Vahid adlı şəxslə yazışmasını bildirməsi, hökmün 35-ci bəndində qeyd edilmiş xx.xx.2022-ci il tarixdə, saat 04:08:40-da ***-***-**-** saylı mobil telefon nömrəsindən ***- ***-**-** saylı mobil nömrəyə “Vahid biyaqdan niye nala mixa vurursan niyr yene mene yalan deyirsen deyirem ne qeder pulun vae deyirsen 15 var niye yalan danisrsan 50 yasin var” sms-mesaj mətni ilə də tamamilə inkar edilir. Belə ki, həmin smsin məzmunundan da göründüyü kimi Təqsirləndirilən şəxs Vahid adlı şəxsə müraciət edərək 50 yaşı olmasına baxmayaraq, ona yalan danışmasını irad bildirir. Başqa sözlə ***-***-**-** mobil telefon nömrəsinin Vahidin istifadəsində olması qəbul edilsə, onun özü-özünə mesaj yazması məntiqə uyğun olmamaqla tamamilə absurddur. Bununla yanaşı həmin smsin mətnindən də göründüyü kimi Vahid adlı şəxsin istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Həmin faktı Təqsirləndirilən şəxs ifadəsində təsdiq etmişdir. Məhkəmə hesab edir ki, məhz müdafiə tərəfinin vəsatəti əsasında istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə ötürülmüş məlumatlar mobil operatordan məhkəmə qərarı ilə əldə edilərək baxış keçirilmiş, baxış zamanı sonuncunun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair çoxsaylı sms-mesajların müəyyən edilməsindən sonra isə müdafiə tərəfi həmin sms-mesajların guya ölmüş Vahid adlı şəxs tərəfindən yazılmasını iddiasını irəli sürmüşdür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayətində smslərin məhz müdafiə tərəfinin vəsatəti əsasında əldə edildiyini, əgər belə smslərin olduğu təqdirdi bu cür vəsatətin onlar tərəfindən verilməsinin ağlabatan olmamasını əsas gətirərək həmin smslərin məhz Təqsirləndirilən şəxs aid olmamasına istinad etmişlər. Məhkəmə kollegiyası müdafiə tərəfinin bu dəlilini də əsassız hesab edərək bildirir ki, iş üzrə ittihamı təsdiq edən smslərə bunların istər müdafiə tərəfinin vəsatəti, istərsə də ittiham tərəfinin təşəbbüsündən aslı olmayaraq onlara hüquqi qiymət verilməlidir. Yəni, müdafiə tərəfinin vəsatəti əsasında bu məzmunlu smslərin üzə çıxması həmin halların olmaması və ya sübut kimi qiymətləndirilməməsi barədə apellyasiya şikayətinin dəlilləri absurtdur. Bundan başqa, müdafiə tərəfinin bu məzmunlu smslərin olmasını diqqətdən qaçıraraq bu barədə vəsatət verməsi də mümkündür. Məhkəmə kollegiyası şahid qismində dindirilmiş Şahid3 və Şahid2 məhkum edilmiş şəxsin lehinə verdiyi ifadələrinə aid apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən bu dəlillərə ətraflı şəkildə qiymət verildiyindən məhkəmə kollegiyası təkrar bu hallara münasibət bildirməyi zəruri hesab etmir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində iş materialları ilə, eləcə də hazırda məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddələri ilə bəraət verilə bilməz, eləcə də, onun əməlinin Azərbaycan Respublikası CM-in 234.1 və ya 234.1-1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar mövcud deyil. Göstərilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətinin dəlillərini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, məhkum edilmiş şəxsin törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Bundan başqa, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyini və əsaslığını müzakirə edərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamənin xx.xx.2022-ci il tarixli cavabından və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətər Məhkəməsinin 1(101)-269/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti bitdiyindən Bakı Şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılmışdır. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi düzgün olaraq təqsirləndirilən şəxsin himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, məcburi köçkün həyatı keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış və cəzasını ağırlaşdıran hal isə müəyyən etməmişdir. Cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələbləri nəzərə alınaraq birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə cinayət əməlinin tövsifi məsələsi düzgün həll edilməklə, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58, 59 və 61-ci maddələrinin tələblərinə düzgün əməl edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddələrinin sanksiyası hüdudlarında apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslı cəza təyin edilmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə Müdafiəçi3 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi “Verdiktum” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398 və 399-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə Müdafiəçi3 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi “Verdiktum” Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qaraqurbanlı Hakimlər Mirzəli Abbasov Anar İbrahimov
Məhkəmə qərarları › İş №1(103)-888/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-888/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver