Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-893/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X5 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi - X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin prokuroru X3, Məhkum - Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 1(101)-596/2022 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 1(101)-596/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 20 iyul 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunması, onun ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, barəsində xüsusi müsadirə tətbiq edilməsi, iş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş təmiz çəkisi 30,255 qram olan psixotrop maddə metamfetaminin tədqiqatdan sonra 30,155 qram qalığı və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertiza tədqiqatının dəyəri - 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməsi hökm edilmişdir. Məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən təmiz çəkisi külli miqdar təşkil edən 30,255 qram psixotrop maddə metamfetamini satış məqsədilə əldə edib özündə saxlamaqla daşımış, Nəsimi RPİnin 21-ci PB-nin, Nəsimi RPİ-nin CAŞ-ın və Nəsimi RPİ-nin NMB-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20.07.2021-ci il tarixdə saat 12:50-də ünvan 2 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinə gətirilmiş, polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 bükümdə ümumi təmiz çəkisi 30,255 qram təşkil edən külli miqdarda həmin psixotrop maddə metamfetamin və əynindəki şalvarın sol yan cibindən psixotrop maddənin satışında istifadə etmək məqsədilə saxladığı 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin hökmdən narazı qalan Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xəstəliyinin, ailə vəziyyətinin ağırlığının, oğullarını 44 günlük “Vətən Müharibəsində” döyüşlərdə iştiraklarını və Prezident tərəfindən medallarla təltif olunmalarını nəzərə almamışlar, ona qarşı haqsızlıq və ədalətsizlik olunmuşdur. Məhkəmə iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X10 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 1(101)-596/2022 saylı hökmünün dəyişdirilərək cəzasını yüngülləşdirilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin prokuroru X8 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 1(101)-596/2022 saylı hökmünün məhkum Təqsirləndirilən şəxs barəsində dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 1(101)-596/2022 saylı hökmü isə məhkum Təqsirləndirilən şəxs barəsində dəyişdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs, ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin 02.06.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon Məhkəməsinin 27.12.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nəsimi rayon Məhkəməsinin 16.12.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05.12.2016-cı il Xəzər rayon Məhkəməsinin qərarı ilə 04 ay 19 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs oğlu X9 44 günlük Vətən Müharibəsində iştirak etmiş və Zəngilanın azad olunmasına görə medalı ilə təltif olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs övladı X4 44 günlük Vətən Müharibəsində iştirak etməsi və medal ilə təltif olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs övladı X4 44 günlük Vətən Müharibəsində iştirak etməsini və medal ilə təltif olunması yüngülləşdirən hal kimi nəzərə alır və belə hesab edir ki, bu hal məhkəmə tərəfindən nəzərə alınmalı idi və məhkum Təqsirləndirilən şəxs daha aşağı müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədə müvafiq olardı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 405.1.1-ci maddəsinə görə, cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 1(101)-596/2022 saylı hökmü isə məhkum Təqsirləndirilən şəxs barəsində dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2 və 398.1.4-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 1(101)-596/2022 saylı hökmü məhkum Təqsirləndirilən şəxs barəsində onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 1(101)-596/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təyin edilmiş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Vaqif Mursaqulov Hakimlər X5 X9
Məhkəmə qərarları › İş №1(103)-893/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-893/2022
12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver