Məhkəmə qərarları › İş №1(103)-894/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-894/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-894/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyaları məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun iştirakları ilə xx xxxxxxxx 1985-ci ildə Türkmənistan Respublikasının Krasnovodsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evlihimayəsində iki nəfər azyaşlı uşaqları olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Masallı rayonu, Masallı şəhəri, Seybətin küçəsi, ev 42-də qeydiyyatda olan, 28 noyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 noyabr 2019-cu il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs1, xx xxx 1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 84/1, mənzil 51-də qeydiyyatda olan, 28 noyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 noyabr 2019-cu il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs2 və təqsirləndirilən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin hökmünə görə, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə tanışları baxılan iş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, eyni məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyriləri naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 25,362 qram çəkidə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsini, külli miqdarda – 30,250 qram metafetamin psixotrop maddəsini, 55,424 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsini, Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə daxil olan, həblərin təsiredici maddəsinin ümumi miqdarı - 1,2 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan üç ədəd konvalyutda 30 həb metadon dərman preparatını və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxil olan preqabalin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 33,75 qram olan 15 ədəd konvalyutda 225 ədəd kapsulada “Pregabalin 150” adlı dərman vasitəsini əldə edib daşımaqla Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qeyrisinin birgə kirayədə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 94, mənzil 15-ə gətirib bir hissəsini həmin mənzildə, digər hissəsini isə üstlərində saxlamışlar. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən 28 noyabr 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 həmin gün saat 13.00-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq baxış keçirilərkən o, əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda - 15,246 qram çəkidə narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün saat 13.55-də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 kirayə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 94, mənzil 15-də saxlanılmış və üzərlərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda - 10,116 qram çəkidə heroin narkotik vasitəsi, Təqsirləndirilən şəxs3 isə əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda – 30,250 qram çəkidə psixotrop maddə metafetamini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, bundan başqa Təqsirləndirilən şəxs3 təqdim etdiyi həmin mənzilin yataq otağında çarpayıda olan balışların altından bir ədəd polietilen torbada 55,424 qram çəkidə qurudulmuş marixuana narkotik vasitəsi, 30 həb təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən metadon narkotik vasitəsi və 225 ədəd kapsula preqabalin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda - 33,75 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən “Pregabalin 150” dərman preparatı aşkar edilib götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli tarixli, 1(101)-134/2021 saylı hökmü ilə (hakim C.İ.Hüseynovun sədrliyi, hakimlər E.H.İsmayılov və S.İ.Əliyevdən ibarət tərkibdə) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə, CM-nin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 28 noyabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməsi və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə, CM-nin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun cəza çəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 28 noyabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsi və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs3 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmiş, onun tərəfindən birinci instansiya məhkəməsinin hökmü mübahisələndirilməmişdir. Qeyd edilən hökmlə iş üzrə maddi sübutlara dair məsələnin aşağıdakı qaydada həll edilməsi hökm edilmişdir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalan, beş ədəd kağız paketdə qablaşdırılan 15,196 qram və 10,066 qram çəkidə narkotik vasitə heroin, 30,200 qram çəkidə psixotrop maddə metafetamin, 55,404 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 210 həb güclü təsir edən maddə preqabalin və 27 həb narkotik vasitə metadon hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Həmçinin iş üzrə məhkəmə məsrəfləri – 65 (altmış beş) manat məbləğində ekspertiza xərcinin məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 21,70 (iyirmi bir manat 70 qəpik) manat olmaqla müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi hökm edilmiş, iş üzrə mülki iddianın olmadığı, əmlak üzərinə həbs qoyulmadığı qeyd edilmişdir. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs2 apelyasiya şikayəti verərək göstərmişdir ki, məhkəmənin hökmü ilə razı deyil. Məhkəmə ona ağır cəza vermiş, obyektiv və tam araşdırma aparmamış, onun hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişdirib cəzasının yüngülləşdirilməsini xahiş edir. Hökmdən narazı qalan təqsirləndirilən Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 apelyasiya şikayəti vermiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli tarixli, 1(101)-134/2021 saylı hökmünü ləğv edərək Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə təqsirləndirilən şəxsə həmin maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi4 apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsin nə digər təqsirləndirilən şəxslərlə, nə də cinayət işində sadalanan narkotik vasitələrlə heç bir əlaqəsi olmamış, o, yalnız narkotik vasitələrin istifadəçisi və aludəçisidir. Üzərindən aşkar edilən cüzi miqdarda narkotik vasitəni də bu fakt açıqlayır. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən tamamilə qanunsuz olaraq Şahbaz Ramalov AR CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilir.Halbuki hüquqlarını müdafiə etdiyi şəxsin törətdiyi yeganə cinayət əməli şəxsi istifadə məqsədi ilə narkotik vasitəni əldə etməkdən ibarətdir.Lakin birinci instansiya məhkəməsi bu kimi xüsusatlara ümumiyyətlə hüquqi qiymət verməmişdir.Hazırki məhkəmə hökmü bir növ ittiham aktı rolunu oynayır. İstintaq orqanının təqdim etdiyi və təqsirləndirilən şəxsə qarşı irəli sürülən əsassız ittihamı gücləndirəcək sübutlar məhkəmə tərəfindən daha da qabardılaraq təqdim edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən bir-biri ilə heç bir əlaqəsi olmayan üç təqsirləndirilən şəxsin bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz saxlanması, daşınması və satışını həyata keçirdiyinə əsaslanmışdır. Halbuki Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində məhkəməyədək icraat zamanı onun adından yazılan ifadənin həqiqəti əks etdirməməsini və həmin ifadələrin təzyiq altında yazılaraq ona imzaladıldığını dəfələrlə bildirmişdir.Bakı Ağır Cinayətlər Məhkəməsi bu kimi xüsusatları nəzərə almayaraq ifadələrin “mötəbər” sübutlarla təkzib olunduğunu qeyd etmişdir.Birinci instansiya məhkəməsinin mötəbər sübutlar kimi qiymət verdikləri isə təqsirləndirilən şəxslərin saxlanılması əməliyyatını həyata keçirən əməliyyat müvəkkillərinin verdikləri ifadələrdən ibarətdir.Edilən telefon danışıqlarına isə hüquqlarını müdafiə etdiyi şəxsin verdiyi ifadə ilə aydınlıq gətirilir.Belə ki, yalnızca narkotik vasitələrinin istifadəçisi və alıcısı olan Təqsirləndirilən şəxs1 narkotik vasitələri Nərmin adlı şəxsdən almış və həmin şəxs də hər görüşəndə hüquqlarını müdafiə etdiyi şəxsin telefonu vasitəsi ilə Nərmin adlı şəxs müəyyən zənglər etmişdir.Hazırda birinci instansiya məhkəməsinin həmin telefon zənglərinə əsaslanıb Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməsi qənaətinə gəlməsi sözün əsl mənasında absurddur. Həmçinin hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 istintaq dövründə adından yazılan və edilən təzyiqlər nəticəsində şəxsə imzaladılan ifadələrin heç bir hüquqi qüvvəsi yoxdur.Bu səbəbdən də Təqsirləndirilən şəxs1 məhkəmə prosesində daha əvvəl verdiyi ifadələri təsdiq etmədiyini və əslində sadəcə narkotik vasitələrin istifadəsi ilə məşğul olduğunu bildirmişdir.Bakı Ağır Cinayətlər Məhkəməsi isə bitərəf arbitr mövqeyini unudaraq sanki ittihamçı kimi Təqsirləndirilən şəxs1 istintaq dövründə təzyiqlər altında verdiyi ifadəni əsas götürmüş və nəticədə kobud qanun pozuntusuna yol vermişdir.Göründüyü kimi cinayət işinin materialları açıq-aşkar ziddiyyətli məqamlarla əhatə olunmuşdur.Nə ibtidai istintaq zamanı, nə də birinci instansiya məhkəməsində ziddiyyətlər aradan götürülməmişdir.Bu isə qanunun tələbinə əsasən birbaşa təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalı idi. Məhkəmə kollegiyası, proses iştirakçılarının çıxışlarını dinləyib, aşağıdakı əsaslara görə hesab edir ki, apelyasiya şikayətləri təmin olunmamalı, hökm dəyişdirilmədən saxlanılmalıdır. Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda təqsirli olmaları, şahid ifadələri, ekspertiza rəyləri, cinayət işinin digər materialları ilə təsdiq edilərək sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmələrinin məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən CM-nin qeyd edilən müvafiq maddələri ilə düzgün ixtisaslaşdırılması, ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib cəzalandırılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında düzgün qiymət vermiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı qeyri-etirafedici və ziddiyyətli ifadələrini onların ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmələri üçün seçmiş olduqları müdafiə taktikası kimi qiymətləndirmiş, təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi üçün gətirdikləri dəlillərin məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunduğu və əksinə, onların təqsirliliyini təsdiq etdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri Cinayət Məcəlləsinin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 apelyasiya şikayətində hökmü dəyişdirib cəzasının yüngülləşdirilməsini xahiş etsə də məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsinə əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətlərə hüquqi qiymət verməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən təqsirləndirilən Təqsirləndirilən şəxs1 himayəsində 2 nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alıb, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar, onların hər ikisinin əməllərində Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməməsini nəzərə alaraq onlara törətdiyi cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun təqsirli bilindiyi maddələrin sanksiyası daxilində cəza təyin etmişdir. Cəzanın məqsədi CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Məhkəmə kollegiyası Müdafiəçi4 apelyasiya şikayətinin Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli tarixli, 1(101)-134/2021 saylı hökmünü ləğv edərək Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikması CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə təqsirləndirilən şəxsə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin edilməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətləri (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) nəzərə almaqla sözü gedən cinayət əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif etməklə gəldiyi nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Eyni zamanda qeyd edilir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, işdə təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəzanı yüngülləşdirən halların olması, təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halların olmaması və onların hər ikisinin cəzalarını ağırlaşdıran halların olmaması nəzərə alınmaqla onların şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya insitansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apellyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, hökm dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilmələrinə aid hissədə dəyişdirilmədən, təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Müdafiəçi4 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Faiq Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar