Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-895/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxsin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Fides” Vəkil Bürosunun vəkili Nümayəndə2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, C.Əliyev küçəsi, döngə 1, ev 25-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundarı sonra CM-nin) 178.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmündən Müdafiəçi və zərərçəkmiş Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib ayrı-ayrı zərərçəkmiş şəxslərə xeyli, külli və xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətmişdir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “işbirliyi”adı altında sərmayə qoymağı təklif edəcəyi vətəndaşları inandırmaq üçün yalandan özünü daxili və xarici turizm bazarlarında turizm və ekskursiya yollayışlarının satışı, habelə turizmekskursiya fəaliyyətinin təşkili üzrə digər xidmətlər göstərən “BFQroup” şirkətlər qrupunun rəhbəri, uzun müddət turizm sektorunda işlədiyi üçün bu sahədə geniş təcrübə və imkanlara malik etibarlı tərəfdaş kimi təqdim edib müxtəlif şəxslərə bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəkləri pulun müqabilində gələcəkdə özünün həyata keçirəcəyi səyahətlərin təşkili, turistlər üçün sərnişin biletləri və mehmanxanalarda yerlərin sifarişi və digər əməliyyatlardan əldə ediləcək gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər riskinin olmadığına dair yalan vəd verməklə onların inam və etibarını qazanmış, bu məqsədlə Təqsirləndirilən şəxs onun həqiqi niyyətindən xəbərsiz olan tanışı Zərərçəkmiş şəxs6 özünün həyata keçirdiyi turizm fəaliyyətinə sərmayəşə klində pul qoyacağı halda gələcəkdə əldə olunacaq qazancdan yüksək gəlir verəcəyini bildirib bu adla Zərərçəkmiş şəxs6 2017-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən «Paxlava» çay evinin qarşısında 60.000 ABŞ dolları və 2017-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində 94.000 ABŞ dolları olmaqla ümumilikdə həmin dövrün məzənnəsi ilə 261.879 manat təşkil edən 154.000 ABŞ dolları məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “işbirliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi vətəndaşları inandırmaq üçün yalandan özünü daxili və xarici turizm bazarlarında turizm və ekskursiya yollayışlarının satışı, habelə turizmekskursiya fəaliyyətinin təşkili üzrə digər xidmətlər göstərən “BF Qroup” şirkətlər qrupunun rəhbəri, uzun müddət turizm sektorun da işlədiyi üçün bu sahədə geniş təcrübə və imkanlara malik etibarlı tərəfdaş kimi təqdim edib müxtəlif şəxslərə bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəkləri pulun müqabilində gələcəkdə özünün həyata keçirəcəyi səyahətlərin təşkili, turistlər üçün sərnişin biletləri və mehmanxanalarda yerlərin sifarişi və digər əməliyyatlardan əldə ediləcək gəlirdən şişirdilmiş məbləğlər də həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər riskinin olmadığına dairyalan vəd verməklə onların inam və etibarını qazanmış, bu məqsədlə Təqsirləndirilən şəxs onun həqiqi niyyətindən xəbərsiz olan tanışı Zərərçəkmiş şəxs2 özünün rəhbəri olduğu “BFQroup” şirkətlər qrupuna daxil olan “Evro Flay” şirkəti vasitəsilə həyata keçirdiyi turizm fəaliyyətinə sərmayə şəklində pul qoyacağı halda gələcəkdə əldə olunacaq qazancdan yüksək gəlir verəcəyini bildirib bu adla Zərərçəkmiş şəxs2 2018-ci ilin aprel ayının sonlarında həmin dövrün məzənnəsi ilə 299.200 manat təşkil edən 176.000 ABŞ dolları məbləğində pulu Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən «Paxlava» çay evinin qarşısında etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “işbirliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi vətəndaşları inandırmaq üçün yalandan özünü daxili və xarici turizm bazarlarında turizm və ekskursiya yollayışlarının satışı, habelə turizmekskursiya fəaliyyətinin təşkili üzrə digər xidmətlər göstərən “BF Qroup” şirkətlər qrupunun rəhbəri, uzun müddət turizim sektorunda işlədiyi üçün bu sahədə geniş təcrübə və imkanlara malik etibarlı tərəfdaş kimi təqdim edib müxtəlif şəxslərə bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəkləri pulun müqabilində gələcəkdə özünün həyata keçirəcəyi səyahətlərin təşkili, turistlər üçün sərnişin biletləri və mehmanxanalarda yerlərin sifarişi və digər əməliyyatlardan əldə ediləcək gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər riskinin olmadığına dair yalan vəd verməklə onların inam və etibarını qazanmış, bu məqsədlə Təqsirləndirilən şəxs onun həqiqi niyyətindən xəbərsiz olan tanışı Zərərçəkmiş şəxs4 özünün həyata keçirdiyi turizm fəaliyyətinə sərmayə şəklində pul qoyacağı halda gələcəkdə əldə olunacaq qazancdan yüksək gəlir verəcəyini bildirib bu adla Zərərçəkmiş şəxs4 2018-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən «Bizim market» mağazasının yanında 31.647 ABŞ dolları, 2018-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən «Araz market» mağazasının qarşısında 29.000 ABŞ dolları, 2018-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən «Günəş Petrol» yanacaqdoldurma məntəqəsinin yanında öz sürücüsü Şahid8 vasitəsilə 24.700 ABŞ dolları, 2018-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən «Mado» restoranının qarşısında 32.300 ABŞ dolları, 2018-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən «İçəri şəhər» metro stansiyasının yaxınlığında 24.000 ABŞ dolları və 2018-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsində yerləşən «Lexus» avtomobil salonunun qarşısında 100.000 ABŞ dolları olmaqla ümumilikdə həmin dövrün məzənnəsi ilə 410.800 manat təşkil edən 241.647 ABŞ dolları məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıbələ keçirərək Zərərçəkmiş şəxs4 külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “işbirliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi vətəndaşları inandırmaq üçün yalandan özünü daxili və xarici turizm bazarlarında turizm və ekskursiya yollayışlarının satışı, habelə turizmekskursiya fəaliyyətinin təşkili üzrə digər xidmətlər göstərən “BF Qroup” şirkətlər qrupunun rəhbəri, uzun müddət turizm sektorunda işlədiyi üçün bu sahədə geniş təcrübə və imkanlara malik etibarlı tərəfdaş kimi təqdim edib müxtəlif şəxslərə bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəkləri pulun müqabilində gələcəkdə özünün həyata keçirəcəyi səyahətlərin təşkili, turistlər üçün sərnişin biletləri və mehmanxanalarda yerlərin sifarişi və digər əməliyyatlardan əldə ediləcək gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər riskinin olmadığına dairyalan vəd verməklə onların inam və etibarını qazanmış, bu məqsədlə Təqsirləndirilən şəxs onun həqiqi niyyətindən xəbərsiz olan tanışı Zərərçəkmiş şəxs1 özünün həyata keçirdiyi turizm fəaliyyətinə sərmayə şəklində pul qoyacağı halda gələcəkdə əldə olunacaq qazancdan yüksək gəlir verəcəyini bildirib bu adla Zərərçəkmiş şəxs1 2018-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən «Babək Plaza» biznes mərkəzində 450.000 manat, 2018-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən Zərərçəkmiş şəxs1 məxsus ofisdə 184.000 manat, 2018- ci ilin dekabr ayının əvvəllərində Sumqayıt şəhərində yerləşən «Sumqayıt Plaza» mehmanxanasında 164.000 manat, həmin tarixdə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində yerləşən «Hyaatt Regency» mehmanxanasının yaxınlığında 108.800 manat, 2018-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən Zərərçəkmiş şəxs1 məxsus ofisdə 30.000 manat və həmin dövrün məzənnəsi ilə 493.952 manat təşkil edən 290.560 ABŞ dolları olmaqla ümumilikdə 1.430.752 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “işbirliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi vətəndaşları inandırmaq üçün yalandan özünü daxili və xarici turizm bazarlarında turizm və ekskursiya yollayışlarının satışı, habelə turizmekskursiya fəaliyyətinin təşkili üzrə digər xidmətlər göstərən “BF Qroup” şirkətlər qrupunun rəhbəri, uzun müddət turizim sektorunda işlədiyi üçün bu sahədə geniş təcrübə və imkanlara malik etibarlı tərəfdaş kimi təqdim edib müxtəlif şəxslərə bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəkləri pulun müqabilində gələcəkdə özünün həyata keçirəcəyi səyahətlərin təşkili, turistlər üçün sərnişin biletləri və mehmanxanalarda yerlərin sifarişi və digər əməliyyatlardan əldə ediləcək gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər riskinin olmadığına dair yalan vəd verməklə onların inam və etibarını qazanmış, bu məqsədlə Təqsirləndirilən şəxs onun həqiqi niyyətindən xəbərsiz olan tanışı Zərərçəkmiş şəxs3 özünün həyata keçirdiyi turizm fəaliyyətinə sərmayə şəklində pul qoyacağı halda gələcəkdə əldə olunacaq qazancdan yüksək gəlir verəcəyini bildirib bu adla Zərərçəkmiş şəxs3 2018-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən «Lucca» kafesində həmin dövrün məzənnəsi ilə 1.142.700 manat təşkil edən 672.176 ABŞ dolları, 2018-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən «Lucca» kafesində 690.000 manat və 2018-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən «Lucca» kafesində həmin dövrün məzənnəsi ilə 355.300 manat təşkil edən 209.000 ABŞ dolları olmaqla ümumilikdə 2.188.000 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “işbirliyi” adı altında sərmayə qoymağı təklif edəcəyi vətəndaşları inandırmaq üçün yalandan özünü daxili və xarici turizm bazarlarında turizm və ekskursiya yollayışlarının satışı, habelə turizmekskursiya fəaliyyətinin təşkili üzrə digər xidmətlər göstərən “BF Qroup” şirkətlər qrupunun rəhbəri, uzun müddət turizim sektorunda işlədiyi üçün bu sahədə geniş təcrübə və imkanlara malik etibarlı tərəfdaş kimi təqdim edib müxtəlif şəxslərə bu biznesin genişləndirilməsi üçün sərmayə şəklində verəcəkləri pulun müqabilində gələcəkdə özünün həyata keçirəcəyi səyahətlərin təşkili, turistlər üçün sərnişin biletləri və mehmanxanalarda yerlərin sifarişi və digər əməliyyatlardan əldə ediləcək gəlirdən şişirdilmiş məbləğlərdə həftəlik və aylıq qazanc verəcəyinə, bu işdə heç bir zərər riskinin olmadığına dairyalan vəd verməklə onların inam və etibarını qazanmış, bu məqsədlə Təqsirləndirilən şəxs onun həqiqi niyyətindən xəbərsiz olan tanışı Zərərçəkmiş şəxs5 özünün həyata keçirdiyi turizm fəaliyyətinə sərmayə şəklində pul qoyacağı halda gələcəkdə əldə olunacaq qazancdan yüksək gəlir verəcəyini bildirib bu adla Zərərçəkmiş şəxs5 2018-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, X.Rüstəmov küçəsində yerləşən «Bulvar hotel» mehmanxanasında həmin dövrün məzənnəsi ilə 21.760 manat təşkil edən 12.800 ABŞ dolları məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıbələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(101)-86/2021 saylı hökmü ilə (sədrlik edən R.A.Allahverdiyeva, hakimlər N.A.Kərimov və R.Ə.Sadıxovdan ibarət tərkibdə) Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona CM-nin 178.4-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 09 avqust 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, zərərçəkmiş Zərərçəkmiş şəxs2 mülki iddiasının qismən təmin edilməsi, 299200 (iki yüz doxsan doqquz min iki yüz) manat maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ödənilməsi, zərərçəkmiş Zərərçəkmiş şəxs4 mülki iddiasının qismən təmin edilməsi, 410.800 (dörd yüz on min səkkiz yüz) manat maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs4 Nürəddin oğluna ödənilməsi, mülki iddianın mənəvi zərərə aid olan 10.000 (on min) manat hissəsinin baxılmamış saxlanılması və mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olmasının izah edilməsi, iş üzrə maddi sübut kimi tanınmış BMCMİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş, məhkəmənin sorğusuna əsasən tələb edilərək cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd “İPHONE X” markalı mobil telefon aparatı və üzərində olan ***-***-**-** azercell danışıq kartının Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılması hökm edilmiş, cinayət işi üzrə məhkəmə xərcinin olmamasının nəzərə alınması qeyd edilmişdir. Hökmdən Müdafiəçi apelyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(101)-86/2021 saylı hökmünün Təqsirləndirilən şəxs 178.4-cü maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilməsi, Təqsirləndirilən şəxs Şirmməd oğluna Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə bəraət verilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edərək, məhkəmə iclas zalından azad edilməsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddiaların baxılmamış saxlanılması barədə qərar qəbul edilməsi, apelyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını xahiş etmişdir. Müdafiəçi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs AR CM-nin 178.4-cü maddəsi ilə təqsiri sübuta yetirilməmişdir.Bundan başqa iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin və şahidlərin verdiyi ifadələrdən də Təqsirləndirilən şəxs AR CM-nin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmədiyi aydın olur.Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin etibarından sui-istifadə etməsi və ya onları aldadaraq hər hansı özgə əmlakını əvəzi olaraq ələ keçirməsi sübut olunmur.Belə ki onlar arasında biznes münasibətləri olmuş və dəfələrlə Aydın həmin şəxslərə biznesdən əldə etdiyi pulladan külli miqdarda gəlir ödəmişdir.Hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirləndirilməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələrində təsbit olunmuş cinayət mühakimə icraatının vəzifələri, əsas prinsipləri və şərtləri barədə müddəalarının, eləcə də həmin Məcəllənin 145-cı (sübutların qiymətləndirilməsi), 146- cı (sübutların kifayət etməsi) maddələrinin tələblərinə uyğun deyildir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 müdafiəçinin apelyasiya şikayətinə etiraz verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(101)-86/2021 saylı hökmünün qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən zərərçəkmiş Zərərçəkmiş şəxs4 apelyasiya şikayəti verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(101)- 86/2021 saylı hökmündən CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların xaric olunması və ona təyin edilmiş cəzanın təqsirli bilindiyi maddənin sanksiyasının yuxarı həddinədək artırılması, həmçinin mülki iddianın tam təmin edilməsi, eləcə də iş üzrə məhkum olunmuş şəxsin atası X1 adına olan (mülkiyyətində olan) Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küəsi, 6-cı döngə, 15 C nömrəli evin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 14C saylı sahə, 0,12 ha torpaq sahəsinin, məhkumun qardaşı Şahid2 adına olan (mülkiyyətində olan) Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küç, 4-cü döngə, 18C nömrəli ev və ünvan 1 ünvanında yerləşən 22B nömrəli mənzilin müsadirə olunaraq vurulmuş zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməyi özünə peşə kimi seçmiş, Təqsirləndirilən şəxs ona məxsus 241.647 ABŞ dolları məbləğində pulu nəinki ödəməmiş, hətta ödənilməsi ilə bağlı heç bir cəhd, təşəbbüs belə göstərməmişdir.Buna baxmayaraq məhkəmə öz hökmündə Təqsirləndirilən şəxs əməllərinə “hüquqi don” geyindirmək üçün guya ona və digər Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəməklə bağlı cəhd göstərdiyini qeyd etmiş, həmçinin vurulmuş ziyanın 85 faizini ödəməsini, eləcə də anasını onkoloji xəstə olmasını nəzərə alıb Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edilməsi qənaətinə gəlmişdir.Halbuki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tələbinə görə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi üçün təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların mövcudluğu əsas şərtlər hesab olunur.Lakin məhkum Təqsirləndirilən şəxs hərəkətlərində göstərilən halların heç biri mövcud deyildir.Göründüyü kimi cinayətin törədilməsi zamanı məhkum Təqsirləndirilən şəxs niyyəti və hərəkətləri ona məxsus əmlakı ələ keçirməyə yönəldiyi üçün onun cinayətin törədilməsi zamanı davranışı ilə bağlı hər hansı müstəsna halın olmasından ümumiyyətlə söhbət belə gedə bilməz. Həmçinin cinayət işinin ona aid epizodunda cinayətin törədilməsindən sonrakı davranışı ilə bağlı da hər hansı müstəsna hal baş verməmişdir.Belə ki, törədilən əməlin xarakterini nəzərə alaraq əməlin mülkiyyət əleyhinə cinayət əməli olduğu üçün təqsirkar şəxsin (məhkumun) davranışı ilə bağlı müstəsna hallar hər bir zərərçəkmişə münasibətdə vurulmuş zərərin tamamilə ödənilməsində ifadə olunmalıdır.O cümlədən təqsirkar şəxsin davranışı də tağlı müstəsna hal şübhəsiz və qərəzsiz olmaqla iş üzrə bütün zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə yönəlməlidir.Məhkum Təqsirləndirilən şəxs tərəfindən cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hər hansı halın olması müəyyən olunmur.Təkcə iş üzrə digər Zərərçəkmiş şəxs2lə bərabər ona vurulmuş ziyanın (hal hazıradək ödənilməyən) məbləği 700.000 manat olaraq qalmaqdadır.Belə olduğu təqdirdə Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azaldılması istisna olunur.Odur ki, məhkum Təqsirləndirilən şəxs nə ibtidai istintaq nə də ki, məhkəmə dövründə ona vurduğu maddi ziyanı ödəməmiş, hətta cəhd belə etməmişdir. Hesab edir ki, məhum Təqsirləndirilən şəxs ondan və digər şəxsləri aldatmaqla cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri hesabına ailə üzvlərinin adlarına müəyyən əmlaklar əldə etmişdir.Belə ki, məhkumun atası X1 adına (mülkiyyətində) yaşayış evi və torpaq sahəsi, məhkum qardaşı Şahid2 adına (mülkiyyətində) isə yaşayış evi və Bakı şəhəri ərazisində qeydiyyatdadır.Lakin işə baxan birinci instansiya məhkəməsi göstərilən xüsusatlara səthi yanaşaraq müsadirə olunmalı əmlakları müəyyən etməmişdir.Bundan başqa məhkum Təqsirləndirilən şəxs onu aldadıb külli miqdarda pulunu ələ keçirməklə maddi cəhətdən əziyyət çəkmiş, həm də ötən illər ərzində onun bu hərəkətlərində mənəvi iztirablar çəkmişdir.Bu iztirabların qarşılığı olaraq mənəvi ziyanı da ödəməsi üçün məhkum Aydın Əhmmədova qarşı mülki iddia qaldırsa da məhkəmə mənəvi ziyanı saymamışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənib, apelyasiya şikayətlərinin dəlillərini müzakirə edib, tərəflərin çıxışlarını dinləyib, hesab edir ki, birinci instaniya məhkəməsinin hökmü dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-in 397-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır.Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin 29.03.2021-ci il tarixli, 1(101)-86/2021 saylı hökmünün Təqsirləndirilən şəxs Azərbacyan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilməsi, X3 Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə bəraət verilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edərək, məhkəmə iclas zalından azad edilməsi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddiaların baxılmamış saxlanılması barədə Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs, hökmdən CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların xaric olunması və ona təyin edilmiş cəzanın təqsirli bilindiyi maddənin sanksiyasının yuxarı həddinədək artırılması, həmçinin mülki iddianın tam təmin edilməsi, eləcə də iş üzrə məhkum olunmuş şəxsin atası X1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küəsi, 6-cı döngə, 15 C nömrəli evin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 14C saylı sahə, 0,12 ha torpaq sahəsinin, məhkumun qardaşı Şahid2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küç, 4-cü döngə, 18C nömrəli ev və ünvan 1 ünvanında yerləşən 22B nömrəli mənzilin müsadirə olunaraq vurulmuş zərərin ödənilməsi barədə qərar qəbul edilməsinə dair zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 və zərərçəkmiş Zərərçəkmiş şəxs2, müdafiəçinin apelyasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxsin apelyasiya şikayətinin cəza hissəsində təmin edilməsinə birinci instansiya məhkəməsində iştirak edən dövlət ittihamçısının mövqeyi nəzərə alınmaqla etiraz etmədiyi, apelyasiya şikayətinin mülki idda hissəsində isə qanunamüvafiq qərar qəbul edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, müdafiəçinin apelyasiya şikayəti təmin edilməməli, zərərçəkmiş şəxsin apelyasiya şikayəti qismən təmin edilməli, bununla da hökm dəyişdirilməlidir. Belə ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir.Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri Cinayət Məcəlləsinin Xüsusi hissəsində formalaşdırılmışdır.Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir. Müdafiəçi apelyasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(101)-86/2021 saylı hökmünün Təqsirləndirilən şəxs 178.4-cü maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə bəraət verilməsini xahiş etsə də birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin sübutların məcmusuna qiymət verməklə, haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib ayrı-ayrı zərərçəkmiş şəxslərə xeyli, külli və xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətini törətməsi tam sübut olunmuşdur.Onun həmin əməli Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə tövsif edilmiş və ona həmin maddə ilə cəza təyin edilməsi zəruri sayılmışdır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən şəxsin ifadəsinin faktiki hissəsinin zərərçəkmiş şəxslərin ifadəsinin eynilik təşkil edən hissəsi ilə, habelə şahid ifadələri ilə, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş başqa sübutlarla tamamilə təkzib olunduğu nəzərə alaraq, düzgün olaraq hesab etmişdir ki, onun tərəfindən irəli sürülmüş həmin dəlillər yalnız onun özünü müdafiə etmə üsulu və xüsusilə ağır cinayət əməlinə görə məsuliyyətdən boyun qaçırmaq və ya məsuliyyəti yüngülləşdirməyə cəhd etmə kimi qiymətləndirilməlidir. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Məhkəmə kollegiyası Müdafiəçi apelyasiya şikayətinin birinci instansiya məhkəməsinin hökmünün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilməsi, Təqsirləndirilən şəxs Şirmməd oğluna Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə bəraət verilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edərək, məhkəmə iclas zalından azad edilməsi barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə təsdiq edilərək tam sübuta yetirilmişdir.Birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin müdafiəçinin apelyasiya şikayətinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddiaların baxılmamış saxlanılması barədə dəlillərini də əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs2 299200 (iki yüz doxsan doqquz min iki yüz) manat məbləğində, zərərçəkmiş Zərərçəkmiş şəxs4 241.647 ABŞ dolları olmaqla ümumilikdə həmin dövrün məzənnəsi ilə 410.800 (dörd yüz on min səkkiz yüz) manat ziyan vurulması və həmin ziyanın vurulmasının öz təsdiqini tapdığını qeyd edərək, haqlı olaraq vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxslərə ödənilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş Zərərçəkmiş şəxs4 apelyasiya şikayətinin cəza təyini ilə bağlı dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, onun şəxsiyyətini düzgün nəzərə almamış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz cəza təyin etmiş, həmçinin hökmdə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı kifayət qədər əsaslandırmamış və məhkəmənin gəldiyi nəticə bu hissədə qanunverciliyin tələblərinə cavab verməmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə altı nəfər zərərçəkmiş şəxsdən dörd nəfər (Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6) zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam həcmdə ödəyərək onlarla barışıq əldə etməsi, həmin zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmaması, digər iki nəfər zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə cəhd etməsi, anasının onkoloji xəstəlikdən əziyyət çəkməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olması, əvvəllər məkum olunmaması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən təqsirləndirilən şəxsin barəsində olan cəzanı yüngülləşdirən halları, xüsusilə, cinayət işi üzrə vurulmuş ümumilikdə 4.612.391 manat məbləğində maddi ziyandan 3.902.391 manat məbləğində olan hissəsini ödəməklə iş üzrə altı nəfər zərərçəkmiş şəxsdən dördü ilə barışıq əldə etməsini, anasının onkoloji xəstəlikdən əziyyət çəkməsini, digər iki nəfər zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini, məhkəmə istintaqı zamanı davranışlarını, habelə təqsirləndirildiyi maddənin sanksiyasında yalnız azadlıqdan məhrum etmə cəzasının olmasını və təyin ediləcək cəzanın ona və ailəsinə təsirini nəzərə alaraq hesab etmişdir ki, təqsirləndirilən şəxs daha az müddətə cəmiyyətdən təcrid olunmaqla da islah və yenidən tərbiyə oluna bilər. Buna görə də birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də aşağı həddə cəza təyin edilməsini qanuni və ədalətli hesab etmişdir. Beləliklə birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə barəsində olan yüngülləşdirici halları məcmu halda, eləcə də cinayət işi üzrə vurulmuş ziyanın əksər hissəsini (təxminən 85 faizini) ödəməklə iş üzrə altı nəfər zərərçəkmiş şəxsdən dördü ilə barışıq əldə etməsini, anasının onkoloji xəstəlikdən əziyyət çəkməsini müstəsna hal kimi nəzərə alaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini və təqsirləndirildiyi maddənin sanskiyasında nəzərdə tutulmuş, qanunvericiliyin tələbinə əsasən təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin etməyi onun islah və yenidən tərbiyə olunmasına, cəzanın məqsədlərinə cavab verəcəyi qənaətinə gəlmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plunumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarının 8-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunla birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirdiyi halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plunumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarında əksini tapmış məhkəmələrə tövsiyyərdən müəyyən edilir ki, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə görə xüsusi hissənin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Mübahisələndirilən hökmdən müəyyən olunur ki, iş üzrə altı nəfər zərərçəkmiş şəxsdən dördü ilə barışıq əldə etməsi, digər iki nəfər zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə cəhd etməsi, habelə təqsirləndirilən şəxsin anasının onkoloji xəstəlikdən əziyyət çəkməsi müstəsna hal kimi nəzərə alınmış və məhz bu əsaslara istinad edilməklə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi mümkün sayılmışdır. Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü çıxarılarkən cəza təyini ilə bağlı hissədə maddi hüquq normaların tələblərinə düzgün riayət edilməmişdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən cəzanı yüngülləşdirən hallara sadəcə formal istinadla kifayətlənmiş, həmin halların törədilmiş cinayətin ictimai təhlükəliliyinə təsiri, törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığı, qeyd edilən cəzanı yüngülləşdirən həmin halların cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlılığı müəyyən olunmaqla onların müstəsna xarakterə malik olması, bununla bərabər törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi, xarakteri, məhkumun şəxsiyyəti düzgün nəzərə alınmamış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz cəza təyin etmiş, bunun səbəbli əlaqəsi kimi Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsi tətbiq edilməklə hökmlə təyin edilmiş cəza qanunauyğun qaydada əsaslandırılmamışdır. Belə olduğu təqdirdə zərərçəkmiş şəxsin apelyasiya şikayətinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.4-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmünün, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinin tətbiqi ilə bağlı müddəaların hökmdən xaric olunmasına dair dəlilləri əsaslı olmuşdur. Odur ki, yuxarıda qeyd edilənləri məhkəmə kollegiyası nəzərə alıb belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı hökm çıxarılarkan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsi ilə bağlı qanunvericinin müəyyən etdiyi tələblərə riayət edilməmiş və cinayət qanununun norması düzgün tətbiq olunmamışdır. Belə olan halda məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o, cümlədən zərərçəkmiş şəxslərə vurulmuş zərər məbləğini qismən ödənilməklə törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz bu baxımdan əhəmiyyətli dərəcədə azalması ilə bağlı yanlış nəticəyə gəlmiş, bu kimi hallara düzgün qiymət verilməmiş, törədilən cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən ədalətsiz cəza təyin edilmişdir. Bu əsasla təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində tətbiq olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin müddəaları hökmdən xaric edilməli, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin etmir. Bu Məcəllənin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göründüyü kimi, apelyasiya şikayəti ilə müraciət edən zərərçəkmiş şəxs apelyasiya şikayətində həmçinin mülki iddiasının tam təmin edilməsini xahiş etimişdir. İşdən müəyyən olunur ki, birinci instansiya məhkəməsi zərərçəkmiş Zərərçəkmiş şəxs4 Nurədddin oğlunun verdiyi mülki iddianın mənəvi ziyanla bağlı hissəsini müzakirə edərək iddianın bu hissəsinin əsasları müəyyən edilmədiyindən, bu əsaslar göstərildikdə isə onun təsdiq olunması üçün sübutlar təqdim olunmadığından mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin təmin edilməməsi qənaətinə gəlsə də, sonra qeyd etmişdir ki, Zərərçəkmiş şəxs4 Nurədddin oğlu ona mənəvi sarsıntı və psixi iztirab keçirməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Nəticə olaraq isə mülki iddianın mənəvi zərərə aid olan 10.000 (on) min manat hissəsi baxılmamış saxlanılmış və mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilmişdir. Məhkəmənin bu yanaşması Azərbaycan Respublikası CPM-nin 179-181-ci maddələrin tələblərinə cavab verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən icratına qəbul etdiyi iddia tələbi üzrə hissəvi olaraq əsasların müəyyən etmədiyindən, bu əsaslar göstərildikdə isə onun təsdiq olunması üçün sübutlar təqdim olunmadığından mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin təmin edilməməsi qənaətini hökmün təsviri-əsaslandırıcı hissəsində qeyd edib zərərçəkmiş Zərərçəkmiş şəxs4 Nurədddin oğlu ona mənəvi sarsıntı və psixi iztirab keçirməsi ilə bağlı məhkəməyə sübut təqdim etməməsini vurğulayaraq mülki iddianın mənəvi zərərə aid olan hissəsini hökmün nəticəvi hissəsində baxılmamış saxlamaqda haqlı olmamışdır. Baxmayaraq ki cinayət əməllərinə məruz qalan zərərçəkmiş şəxslər həmin cinayət əməlləri nəticəsində fiziki və mənəvi sarsıntı, iztirab keçirməsi və bunun da nəticəsi olaraq mənəvi zərərin vurulması (ittiham hökmü çıxarılarkən) aşkar göründüyündən məhkəmənin gəldiyi nəticə bu hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir.Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X4rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs4 münasibətdə mülkiyyət əleyhinə aid edilən cinayətin törətməsi sübut olunduğundan və ittiham hökmü çıxarılanadək maddi zərərin ödənilməməsi ilə əlaqədar qaçılmaz narahatlıq hissləri, yaşanan streslər, əzab və əziyyətlərin həcmi ilə bağlı dəqiq meyar mövcud olmadığından pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün ağlabatan hesab edilən 2000 manat həcmində mənəvi zərər tutulmalı və iddia tələbi bu hissədə qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası hökmdən apeylasiya şikayəti vermiş zərərçəkmiş Zərərçəkmiş şəxs4 apelyasiya şikayətinin iş üzrə məhkum olunmuş şəxsin atası X1 adına olan (mülkiyyətində olan) Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küəsi, 6-cı döngə, 15 C nömrəli evin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 14C saylı sahə, 0,12 ha torpaq sahəsinin, məhkumun qardaşı Şahid2 adına olan (mülkiyyətində olan) Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küç, 4-cü döngə, 18C nömrəli ev və ünvan 1 ünvanında yerləşən 22B nömrəli mənzilin müsadirə olunaraq vurulmuş zərərin ödənilməsinə dair dəlillərini əsassız hesab edərək bu barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır, mülkiyyət hüququnun toxunulmazlığını diqqətə çatdırmaqla tələbi həmin hissədə qanunauyğun hesab etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, müdafiəçinin apelyasiya şikayəti təmin edilməməli, zərərçəkmiş şəxsin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs barəsində tətbiq olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin müddəaları hökmdən xaric edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qaldırılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 09 avqust 2018-ci il tarixdən hesablanmalı, zərərçəkmiş Zərərçəkmiş şəxs4 mülki iddiası qismən təmin edilməli, 410.800 (dörd yüz on min səkkiz yüz) manat maddi ziyan və 2000 (iki min) manat mənəvi ziyan Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs4 ödənilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinin tələbinə görə cinayət qanunun normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının tətbiq edilməməsi və ya tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.4, 399.1.2, 399.1.4, 401, 403 və 407-409 maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Q Ə R A R A A L Dİ: Müdafiəçi apelyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2021-ci il tarixli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində tətbiq olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin müddəaları hökmdən xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qaldırılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 09 avqust 2018-ci il tarixdən hesablansın. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 mülki iddiası qismən təmin edilsin. 410.800 (dörd yüz on min səkkiz yüz) manat maddi ziyan və 2000 (iki min) manat mənəvi ziyan Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs4 ödənilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Elmar Rəhimov Hakimlər Faiq Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-895/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-895/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver