Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-900/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyaları məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Əbdülkərim oğlunun, Zərərçəkmiş şəxsin nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Mərəndskiy və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1968-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli hökmündən zərərçəkmiş Zərərçəkmiş şəxs Əbdülkərim oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(101)-926/2017 saylı hökmü ilə (sədrlik edən hakim X8, hakimlər X6 və X2 ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həbsdə və ev dustaqlığında olduğu 7 ay 5 gün müddəti nəzərə alınaraq hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 6 il 4 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilərək ona 2 il sınaq müddəti təyin edilmiş, sınaq müddəti ərzində üzərinə cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Hökmə əsasən, Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, 2012-ci ilin sentyabr ayında X5 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs 2002-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş qardaşı X3 və onun qaynı X1 çəkilməmiş qalan cəzadan azad olunmalarını 24000 manat müqabilində iki ay ərzində həll edəcəyini vəd edib onu inandıraraq bu məqsədlə Zərərçəkmiş şəxs Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində 2012-ci ilin sentyabr ayının axırlarında 8000 manat, 2012-ci ilin oktyabr ayının birinci on günündə 5000 manat, xx xxxxxxx 2012-ci ildən xx xxxxxxx 2012-ci ilə kimi müddət ərzində 5000 manat, xx xxxxxxx 2012-ci ildə 4000 manat, sonuncu dəfə 2012-ci ilin oktyabr ayının axırlarında Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanın yaxınlığında 2000 manat - cəmi 24000 manat pul alaraq vədinə əməl etməməklə vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin külli miqdarda pulunu ələ keçirərək dələduzluq etmişdir. Hökmdən zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)- 468/2018 nömrəli xx xxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Qədim Babayev, hakimlər Mirzəli Abbasov və Vaqif Mursaqulovdan ibarət tərkibdə) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunmasına dair müddəalar saxlanılmaqla onun Azərbaycan Respublikası CM-in 178.3.2ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həbsdə və ev dustaqlığında olduğu 07 (yeddi) ay 05 (beş) gün müddəti nəzərə alınaraq hökmlə təyin edilmiş cəzasına hesablanmaqla ona qəti olaraq 02 (iki) il 04 (dörd) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Qərardan narazı qalan zərərçəkmiş Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi1 birgə verdikləri kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-124/2019 nömrəli xx xxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Tahir Kazımov, hakimlər Hafiz Nəsibov və Əli Seyfəliyevdən ibarət tərkibdə) zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2018-ci il tarixli qərarı zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-918/2019 nömrəli xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Həsən Əhmədov, hakimlər Habil Məmmədov və İlqar Murquzovdan ibarət tərkibdə) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunmasına dair müddəalar saxlanılmaqla onun Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həbsdə və ev dustaqlığında olduğu 07 (yeddi) ay 05 (beş) gün müddəti nəzərə alınaraq hökmlə təyin edilmiş cəzasına hesablanmaqla ona qəti olaraq 02 (iki) il 04 (dörd) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi1 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-704/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən İ.M.Nəsirov, Ə.C.Seyidov və Ə.Ə.Əliyevdən ibarət tərkibdə) Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi1 birgə verdikləri kassasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Kassasiya instansiyası məhkəməsi həmin qərarı onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarında göstərdiyi xüsusatları araşdırmamış və məhkum Təqsirləndirilən şəxs barəsində CM-in 70- ci maddəsinin tətbiqini saxlayarkən onun zəruriliyini təsdiqedici sübutlarla əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri nizamlayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları, o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiq edilərkən, Cinayət Məcəlləsinin yalnız bu maddəsində sadalanan hallar deyil, cəzanın təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün normaların tələbləri nəzərə alınmalıdır. Həmçinin təqsirə görə məsuliyyət (CM-nin 7-ci maddəsi), ədalət (CM-nin 8-ci maddəsi), humanizm (CM-nin 9-cu maddəsi) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin tələblərinə riayət olunmalıdır. Həmçinin şərti məhkum etmə tətbiq edilərkən törədilmiş əməlin qəsdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi, cinayətin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və ya xüsusilə ağır cinayətlər kateqoriyasına aid olması (CM-nin 15-ci maddəsi), təqsirkarın şəxsiyyəti, təyin edilmiş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3-cü maddəsi), cəzanı yüngülləşdirən (CM-nin 59-cu maddəsi) və ağırlaşdıran (CM-nin 61-ci maddəsi) hallar nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında təsbit edilmişdir. Yəni, məhkəmənin qərarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-nin 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış, 145 və 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan, müvafiq sübutlarla təsdiq edilməyən mülahizə xarakteri daşımamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında da məhkəmələrə tövsiyə olunur ki, onlar CM-in 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırsınlar. Kollegiya qeyd edir ki, cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Kollegiya qeyd edir ki, şərh olunan qanun normalarının mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmənin tətbiqini şərtləndirən əsas kimi çıxış etməlidir. Belə nəticəyə gəlinərkən isə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün qiymətləndirilib nəzərə alınmalıdır. Yuxarıda şərh edilənlərə əməl edildikdə cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilər və cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etmiş olar. Hökmdən müəyyən edilir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödənilməsini CM-in 59.1.10-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, zərərçəkmiş şəxsin hazırda ondan şikayətçi olmamasını və iş üzrə cəzanı ağırlaşdıran halın olmamasını nəzərə almış və onun barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini qanuni və əsaslı hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hər iki dəfə məhkumun barəsində CM-in 70-ci maddəsinin tətbiqini əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiya məhkəmələrinin məhkumun barəsində CM-in 70-ci maddəsinin tətbiqinə əsas verən istinad etdikləri yeganə halın (zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödənilməsi) əsaslı olması təsdiq edilmir Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs xx xxxx 2017-ci il tarixli ərizəsində ona dəymiş maddi ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs Əbdülkərim oğlu və onun nümayəndəsi, Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri Zərərçəkmiş şəxs vurduğu ziyanı ödəyəcəklərini öhdələrinə götürdüyündən o, ərizə yazmış, lakin vurulmuş ziyan ödənilməmişdir. Əgər zərər ödənilibsə zərərçəkmiş şəxsin hökmdən apellyasiya şikayəti verərək zərərin ödəniməsini real təmin edilməsinin tələb etməsinin səbəbi nədir? Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr məhkuma təyin edilmiş cəzanın şərti tətbiq edilməsi qənaətinə gələrkən Zərərçəkmiş şəxs vurulmuş zərərin real olaraq ödənilməsini araşdırmamış və cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqları halları əsaslandırmamışlar. İslah olunma perspektivləri baxımından cinayət törədənin şəxsiyyətinin düzgün qiymətləndirilməsi üçün onun cinayətin törədilməsindən sonrakı davranışının, xüsusilə törətdiyi əmələ münasibətinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır. Çünki, təqsirkar şəxsin əməlini etiraf edərək peşmançılığını bildirməsi, əməlinin zərərli nəticələrinin aradan qaldırması onun cinayətə tənqidi münasibətini ifadə etməklə, cinayətin törədilməsindən sonrakı davranışının müsbət yöndə inkişaf etdiyini, islah olunma perspektivləri baxımından ümidverici olduğunu göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin cinayətin xarakterini və ictimai təhlükəliliyini xarakterizə edən halların Təqsirləndirilən şəxs cəza çəkmədən islah oluna bilməsinə inam yaratmasına dair qənaətinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlardan irəli gəlmədiyini, məhkəmə tərəfindən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 139.0.5-ci maddəsinə əməl olunmadığını göstərir. Belə ki, CPM-in 139.0.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar sübut edilməli halların sırasına daxildir. Məhkəmə kollegiyasının qənaətinə görə bu qaydada təyin edilmiş şərti məhkum etmə nə təqsirkar şəxsin özünə münasibətdə cəzanın islahedici funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə və cinayət mühakimə icraatının məqsədlərinin həyata keçirilməsini təmin edə bilməz. Azərbaycan Respublikası CPM-in 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Kollegiya qeyd edir ki, baxılan cinayət işinin yekunu olaraq cinayət törətmiş şəxsə təyin edilən cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların keyfiyyətinə adekvat olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində vurğulanmışdır ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxıb yekun nəticəyə gələrkən məhkum Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş zərərin real olaraq ödənilib-ödənilməməsini araşdırmalı, iş üzrə cəzanı yüngüləşdirən halları düzgün müəyyən etməli və əsaslandırılmış qərar qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası hazırki halda apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinin əsası kimi apellyasiya məhkəməsi tərəfindən göstərilən qanun normalarının müddəalarının pozulmasını görür. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq zərərçəkmiş şəxsin və nümayəndəsinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019cu il tarixli qərarından birgə verdikləri kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır, onları əsaslı hesab edir və belə nəticəyə gəlir ki, kassasiya şikayətinin qismən təmin edilməsi, göstərilən qərarın kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi əsaslı və məqsədəmüvafiqdir. Hökmdən narazı qalan zərərçəkmiş Zərərçəkmiş şəxs Əbdülkərim oğlu apelyasiya şikayəti verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumları ona dəymiş ziyanın ödənilməsi barədə söz versələr də, ona dəymiş ziyan bu günə kimi ödənilmədiyindən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökümünün dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasına dair müddəaların hökmdən xaric olunmaqla Təqsirləndirilən şəxs barəsində 7 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, apelyasiya şikayətinin dəlillərini müzakirə edib, dövlət ittihamçısının, zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, təqsirləndirilən şəxs və onun müdafiəçisinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə apelyasiya şikayəti qismən təmin edilməli, hökm dəyişdirilməlidir. Belə ki, Azəbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət hərəkətlərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Lakin məhkəmə kollegiyası onu da qeyd edir ki, xx xxxxxx 2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində qeyd edilmişdir ki, bu Məcəllənin 177-187, 189 və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, üç min manatdan on min manatadək olan məbləğ, “külli miqdar” dedikdə isə on min manatdan artıq olan məbləğ başa düşülür. xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən həmin Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində qeyd edirlir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cu maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, ya cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ümumilikdə 24000 manat məbləğində pulu alıb özgə əmlakını ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs Əbdülkərim oğluna xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə görə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əməli cinayət xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli 816-VQD saylı Qanununun təsiri altına düşdüyündən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə tövsif edilməli və ona təyin edilən cəza həmin maddənin sanksiyası daxilində olmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasına dair müddəaların hökmdən xaric olunması ilə bağlı dəlilləri ilə razılaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin ictimai təhlükəliliyini onun barəsində Azərbaycan Respublikası CM-in 70ci maddəsinin tətbiqini zəruri edəcək qədər əhəmiyyətli dərəcədə azaldan hər hansı bir hal müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd edildiyi kimi, “Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir”. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə qanunla müəyyən olunmuş azadlıqdan məhrum etmənin yuxarı həddi yeddi ildən artıq deyil, yəni həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-in 75.1.2-ci maddəsinə əsasən, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi istisna edilir. Azərbaycan Respublikası CPM-in 44.2.1-ci maddəsinə görə, bu Məcəllənin 39.1.3cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarılır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü xx xxxxxx 2017-ci il tarixdə elan edilmiş, həmin hökmdən apelyasiya şikayətləri verildiyindən hökm qanuni qüvvəyə minməmiş, buna görə də Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin axımı dayanmamışdır. Nəticədə, həmin əməllərə görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti 2019ci ilin oktyabr ayının axırlarında bitdiyindən, Təqsirləndirilən şəxs bu Məcəllənin 178.2.4cü maddəsi ilə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinin tələbinə görə cinayət qanunun normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının tətbiq edilməməsi və ya tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Odur ki, məhkəmə kollegiyası hesab edir apelyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilərək ona 2 il sınaq müddəti təyin edilməsinə dair müddəalar hökmün nəticəvi hissəsindən xaric edilməli, hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs bu Məcəllənin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 399.1.4, 404 və 407-409-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli hökmü dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilərək ona 2 il sınaq müddəti təyin edilməsinə dair müddəalar hökmün nəticəvi hissəsindən xaric edilsin. Hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilsin, Təqsirləndirilən şəxs bu Məcəllənin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Elmar Rəhimov Hakimlər: Faiq Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №1(103)-900/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-900/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver