Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-91/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri-Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Məmmədov Habil Çingiz oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi–Məmmədov Rüstəm mirhadı oğlunun, Dövlət ittihamçısı - Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 və X1, məhkum Təqsirləndirilən şəxs1 və müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi4, məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi - Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: Fikrət Qəribov) xx xxxxxx 1964-cü il taixdə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləmiş, hazırda təqaüdçü, Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti ev 41 mənzil 3/8-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxx 1975-ci il tarixdə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küşəsi ev 71-də qeydiyyatda olan və Hacıqabul şəhəri Məhsəti Gəncəvi küçəsi ev 1-də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 barələrində olan 28 avqust 2020-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti və ona edilmiş əlavəyə, eləcə də Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2, 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 04 il müddətinə və Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, həmin cəzalar qismən toplanılmaqla, 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən ona təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq olunmuş və ona 02 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Hökmün icrasına nəzarət yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə həvalə edilmiş, sınaq müddətində üzərinə cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuş və cəzasının əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 04 il müddətinə və Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, həmin cəzalar qismən toplanılmaqla, ona 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Onun ibtidai istintaq dövründə həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, cəzasının əvvəli 28 avqust 2020-ci il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə onun üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə edərək tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəsinə məxsus əmlakı vahid niyyət ilə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 22 aprel 2014-cü ildən 4 may 2016-cı il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş polis idarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəis müavini vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakı ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 2015-ci ilin yanvar ayının əvvəllərində sonuncu vasitəsilə özünə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsidə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən 22 noyabr 2014-cü ildə həbs qətimkan tədbiri seçilmiş X2 əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə, sonuncunun həbsdən azad etdirilməsində köməklik göstərilməsi üçün müraciət edən Əlibaba Axundovun qardaşı Təqsirləndirilən şəxs2 tanışı olan Şahid2 özünün Azərbaycan Respublikası DİN-də işləməklə Nazirliyin səlahiyyətli yüksək vəzifəli şəxsləri ilə yaxın münasibəti olmasını, həmin vəzifəli şəxs vasitəsi ilə cinayət işi üzrə Əlibaba Axundovun əməlinin tövsifi və həbsdən azad olunmasında köməklik göstərmək imkanında olmasını bildirib aldatmaqla, məsələnin müsbət həlli üçün vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Əlibaba Axundovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət kimi verilməsinin zəruri olmasını yalandan deyib aldatmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid2 inam və etibarını qazanıb razılığını almaqla sövdələşib, həmin adla sonuncudan 15 yanvar 2015-ci ildə ünvan 1 ünvanın qarşısında 2.500 manat və 2015-ci ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs2 vasitəsi ilə ünvan 2 ünvanın qarşısında 2.500 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.961 manat, 2015-ci ilin mart ayında Təqsirləndirilən şəxs2 vasitəsilə Hacıqabul rayonu ərazisində üç dəfəyə hissə-hissə olmaqla cəmi 7.500 manat, 2015-ci ilin aprel ayında Təqsirləndirilən şəxs2 vasitəsilə Bakı şəhəri Xətai rayonu Y.Səfərov küçəsi 45 ünvanın qarşısında 5.000 manat olmaqla, cəmi 16.961 manat pulu alıb Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid2 16.961 manat pulu vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişlər, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs kimi vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə bağlı Əlibaba Axundovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət kimi verilməsinə Şahid2 təhrik etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 05 may 2016-cı il tarixdən 16 noyabr 2019-cu il tarixə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Səbail rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi vəzifəsində işləyərkən, təkrarən öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında, 2016-cı ilin yanvar ayının əvvəllərində sonuncu vasitəsilə özünə oğlu Şahid3 Səbail rayon polis idarəsinə polis nəfəri kimi işə düzəldilməsində köməklik göstərilməsi üçün müraciət edən Təqsirləndirilən şəxs2 tanışı Şahid1 özünün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləyən səlahiyyətli vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin vəzifəli şəxslər vasitəsilə Şahid3 bu məsələdə köməklik göstərmək imkanında olmasını aldatmaqla deyib məsələnin müsbət həlli üçün vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə bağlı Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 6.000 manatın rüşvət kimi verilməsinin zəruri olmasını qabaqcadan əlbir olan bir qrup şəxs halında yalandan bildirib aldatmaqla Şahid1 inam və etibarını qazanıb razılığını alaraq onunla sövdələşib, həmin adla sonuncudan Təqsirləndirilən şəxs2 vasitəsi ilə 16 iyun 2016-cı ildə Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayonda yerləşən “Sarı market” ərzaq mağazasının yaxınlığında 2000 manat, 20 iyun 2016-cı ildə Bakı şəhəri Nərimanov rayonu Atatürk parkında 2.000 manat, 25 iyun 2016-cı ildə "xxxx" ASC-nin ünvan 3 ünvanda yerləşən “Yasamal” filialının qarşısında 2.000 manat, cəmi 6.000 manat pulu almaqla Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyib qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 6.000 manat pulunu vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, təkrar Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifə- sinin icrası ilə bağlı Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə Şahid1 təhrik etmişlər. Məhkəmənin hökmüilə razılaşmayan məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək, məhkəmə istintaqı zamanı müdafiə etdiyi şəxsin hər hansı cinayət əməli törətməkdə təqsirli olması barədə heç bir sübut tədqiq edilmədiyi halda, məhkəmənin onun barəsində CPM-nin 42.1.2, 350.2, 351.2 və 144-145-ci maddələrinin tələblərinə zidd olaraq ittiham hökmünün çıxardığını göstərməklə, Təqsirləndirilən şəxs1 barəsində məhkəmə hökmünün ləğv olunmasını və bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə hökmü ilə razılaşmayan məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək, Şahid2 məxsus 6.000 manat və 2.500 ABŞ dolların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən qaytarıldığından Şahid2 onlara qarşı heç bir iddiasının və şikayətinin olmadığını, lakin məhkəmə CM-nin 59.1.1.-59.1.14-cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal kimi CM-nin 59.2.-ci maddəsinin mövqeyinə görə almalı olduğu halda almadığını, vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə istintaqı keçiriməklə Şahid2, Şahid1, Şahid3 və Şahid4 yenidən dindirilməklə onlara vurulmuş maddi ziyanın tam ödənilməsinin müəyyən olunmasını, müdafiə etdiyi şəxsin ailəli olmaqla himayəsində İİİ qrup əlil həyat yoldaşının, üç övladının, övladlarından birinin hazırda döyüş bölgəsində hərbi xidmətdə olmasını və qoca anasının olmasını göstərməklə, məhkəmə hökmünün dəyişdirilməsi və Təqsirləndirilən şəxs2 cəzasının əhəmiyyətli dərəcədə yüngülləşdirilməsini xahiş etmişdir. Eyni zamanda, məhkəmənin hökmündən məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 öz apellyasiya şikayətinə verdiyi əlavəsində eyni xahişlə eyni məzmunlu dəlilləri və əsasları irəli sürməklə, müdafiə etdiyi Təqsirləndirilən şəxs2 hökmlə təyin olunmuş cəzasının əhəmiyyətli dərəcədə yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmənin hökmündən narazı qalan Dövlət ittihamçısı apellyasiya protesti verərək, hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs1 münasibətdə Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməli, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cinayət qanununun normasının düzgün tətbiq olunmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs1 müharibə veteranı olmasını məhkəmə cəzasını yüngülləşdirən hal kimi nəzərə alması qanuni deyildir. Məhkəmənin hökmündə şablon şəklində sadəcə bir fikirdən ibarət mövqe kimi qeyd etdiyi həmin xüsusatdan isə Təqsirləndirilən şəxs1 hansı müharibənin iştirakçısı olması, həmin halın nə ilə təsdiq edilməsi və sair hallar hökmdən görünmür. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal qismində nəzərə almaqda, məhkəmənin mövqeyi düzgün olmamış, xarakter şəxsiyyət üçün tipik şəraitdə üzə çıxan və şəxsiyyətin bu şəraitə olan münasibəti ilə müəyyən edilən özünə məxsus fərdi-psixoloji xüsusiyyətlərin məcmusudur, yəni hər bir şəxs müxtəlif münasibətlər kontekstində fərqli formada (müsbət və ya mənfi) xarakterizə edilə bilər. Məhkəmə hökmdə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsinə istinad etsə də, onun müsbət xasiyyətləndirilməsinin konkret nədə ifadə olunmasını və bunun nə ilə sübut olunmasını göstərməmiş, məhkəmə sadəcə CPM-nin 139.0.5-ci maddəsinin tələbini nəzərə almadan, həmin xüsusatları sadəcə formal sadalanmışdır. Bundan başqa, hökmdə Təqsirləndirilən şəxs1 uzun illər (40 ildən artıq) DİO-da qüsursuz xidmət etməsi və DİO-da xidmət zamanı “qüsursuz xidmətə görə” 1, 2 və 3-cü dərəcəli medallarla təltif olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda da məhkəmənin mövqeyi düzgün olmamışdır. DİN-nin 11.09.2019-cu il tarixli 023-3603-1219 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə məhkum edilmiş müəmmalı həyat tərzi keçirən Təqsirləndirilən şəxs2la xidməti ilə bağlı olmayan əlaqələr yaratmış və onunla cinayətlər törətmişlər. Həmin nöqsanlara yol verdiyinə görə DİN-nin 26.06.2019-cu il tarixli Ə485-001-19 nömrəli əmri ilə Təqsirləndirilən şəxs1 “xidməti vəzifəyə tam uyğun olmamasına dair xəbərdarlıq” elan edilərək intizam məsuliyyətinə cəlb edilmişdir. Eyni ilə, məhkəmə nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməllərini məhz X7 yüksək vəzifələrdə işləyərkən törətmiş, cinayətlərin törədilməsində ifşa edən mötəbər sübutlara baxmayaraq özünü təqsirli bilməmiş, müxtəlif fərziyələrlə yayındırmağa çalışmışdır. Qeyd edilən faktorun özü şəxsin törətdiyi əmələ olan sosial münasibətini və əməlinə tənqidi yanaşmamasını göstərməklə bərabər onun fərdi mənəvi keyfiyyətlərini də ortaya çıxarır. Digər tərəfdən, uzun müddət DİN-də işləmiş bir şəxs tərəfindən, sanki müsbət bir əməl kimi, dələduzluq və rüşvət verilməsinə təhrik etmənin cəmiyyətin digər üzvləri üçün hansı səviyyədə təhrikedici rola malik olmasının, bunun isə nə dərəcədə təhlükəli olmasının əlavə şərhə ehtiyacı yoxdur. Bu mənada, hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs1 barəsində CM-nin 70-ci maddəsinin tətbiqi cəzanın xəbərdaredici funksiyasının süqutu kimi qəbul edilə bilər. Məhkəmə CM-nin 59.1.13-cü maddəsinə əsasən, bütün cinayət əməlləri üzrə vurulmuş ziyanın könüllü və tam şəkildə ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Belə ki, 17.08.2020-ci ildə məhkəmədə dindirilən Şahid2 ibtidai istintaqda verdiyi ifadələrini və üzləşmədə qeyd edilənləri təsdiq edib əlavə olaraq bildirmişdir ki, 2018-ci ilin mart ayında DİN-ə şikayət etdikdən sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 vasitəsilə onunla əlaqə saxlamaqla aldığı pulu tam qaytarmasını göstərsə də, bunu Təqsirləndirilən şəxs1 pulu tam ödəməsi barədə verdiyi vədə inanıb tutulmaması üçün demişdir. Həqiqətdə isə Təqsirləndirilən şəxs1 ona vurulmuş ümumi ziyandan 2500 manat hissəsini ödəməmişdir. Həmin pulun ödənilməsini xahiş edir. Məhkəmə hökmdə Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini olduğu kimi hökmə köçürmüş və nəticədə Təqsirləndirilən şəxs1 ona vurulmuş ümumi ziyandan 2500 manat hissəsinin ödənilməməsini hökmdə əks etdirməmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 36-cı bəndində göstərilmişdir ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Eyni zamanda, həmin qərarda vurğulanmışdır ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir və bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfmə alınır. Lakin iş materialında təqsirləndirilən şəxslərin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfınə alınması müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində ziyanın könüllü olaraq tam ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Hökmdən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, yəni təqsirləndirilən şəxslərin cinayət yolu ilə əldə etdiyi pulun və ya digər əmlakın (əmlak mövcud deyilsə, dəyərinin) CM-nin 99-1.1.2-ci maddəsinə əsasən, xüsusi müsadirənin predmeti kimi dövlət nəfmə alınması üçün tədbirlərin görülməsi müəyyən edilməmiş, ona görə məhkəmənin Təqsirləndirilən şəxs1 münasibətdə yüngülləşdirici hal kimi götürdüyü hallar əsassız, qanunsuz və işin xarakterinə uyğun olmayan hallar olmuş, məhkəmə bu xüsusatlara səthi yanaşmış, formallıqdan kənara çıxa bilməmiş, obyektiv sübutlar və qanun normaları ilə təkzib olunan hallara yüngülləşdirici hal kimi yanaşaraq qanunsuz olaraq barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün düzgün olmayan əsaslar yaratmış və maddəni tətbiq etməklə, cəmiyyətdən təcrid olunmalı olan şəxsi azadlıqda saxlamışdır. Məhkəmə hazırkı halda nəinki hüququn aliliyinin mövcudluğunu təmin etməmiş, əksinə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Təqsirləndirilən şəxs1 məhkəmənin hökmü ilə törətdiyi dələduzluq cinayətini öz qulluq mövqeyindən istifadə edərək törətməsini, vəzifəli şəxs kimi rüşvət verməyə təhrik etmə cinayətinin törədilməsini müəyyən edən məhkəmə CM-nin 46.2-ci maddəsi buna imkan verdiyi halda, cinayətin xarakterini və ictimai təhlükəliliyini, onun şəxsiyyətini nəzərə alaraq, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab etməli olduğu halda həmin cəzanın əlavə cəza kimi təyin edilməli olmasını hökmündə heç toxunmamışdır. Bundan başqa, hökmün 16-cı səhifəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 Nizami rayon Məhkəməsinin 30.09.2010-cu il tarixli hökmü ilə CM-nin 306.1-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum edilmiş, həbsdə saxlandığı müddət nəzərə alınıb cəzasını çəkmiş hesab edilməklə məhkəmə iclas zalından azad edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 26.12,2013-cü il tarixli hökmü ilə CM-nin 263.2-ci maddəsi ilə 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdir (cild 01, i.v. 62-66). Onun birinci məhkumluğu ödənilsə də, ikinci məhkumluğu ödənilməmiş və əməlində cinayətlərin residivi mövcuddur. CM-nin 65.2-ci maddəsinə görə cəza təyin edilməlidir. Hökmün 17-ci səhifəsində göstərilmişdir ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən, şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar yoxdur, cinayətlərin residivini törətməsi CM-nin 61.1.1-ci maddəsi ilə nəzərdə tutulan cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə CM-nin 61.1.1 -ci maddəsinə əsasən cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə almaqla cinayət qanunun tələblərini pozmuşdur. CM-nin 18.1ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs2 isə ehtiyatsızlıqdan törəmişdir. Belə olan halda, məhkəmə onun əməlində CM-nin 61.1.1 -ci maddəsinə əsasən cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə almaqla səhvə yol vermişdir. CMnin 61.1.3-ci maddəsinə əsasən isə, onların cəzasını ağırlaşdıran hal kimi-rüşvət verməyə təhrik etmə cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələrini onların cəzasını ağırlaşdıran hal kimi nəzərə almamaqda haqlı olmamışdır. Bu səbəbdən, hökm Təqsirləndirilən şəxs1 münasibətdə CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəa hökmdən xaric edilməli, ona və Təqsirləndirilən şəxs2 münasibətdə isə cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını verilmiş apellyasiya şikayətləri və apellyasiya protestinin dəlilləri ilə birlikdə əlaqəli araşdıraraq və cinayət prosesi iştirakçıların fikirlərini dinləməklə hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin edilməməli, lakin birinci instansiya məhkəməsinin hökmü verilmiş apellyasiya protestinə münasibətdə qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən və məhkəmə iclaslarının protokollarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə edərək tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə məxsus əmlakı vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq törətmələri; habelə, təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmələri cinayətləri törətmələri ibtidai istintaq dövründə və məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü cinayətlərin törədilməsində təqsirli bilməməsinə baxmayaraq, faktiki olaraq verdiyi ifadələrinin məzmunu ilə yanaşı; onun və Təqsirləndirilən şəxs2, onların hər birinə ayrı-ayrılıqda verilmiş ittihamlar üzrə təqsirləri digər məhkum Təqsirləndirilən şəxs2 etirafedici, o cümlədən özü və məhkum Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq zamanı və məhkəmə baxışında verdiyi çoxsaylı ifşaedici ifadələri ilə; ibtidai istintaq dövründə və məhkəmə baxışında dindirilmiş çoxsaylı şahidlərin ifadələri ilə; baxış, götürmə, müayinə, üzləşdirmə və digər istintaq hərəkətlərin protokolları ilə; cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş çoxsaylı başqa mötəbər subutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamda özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, 1986-ci ildən X7 xidmətə başlamış, 1994-cü ildə DİN-nin polis Akademiyasını fərqlənmə diplomu ilə bitirdikdən sonra Nəqliyyatda Baş polis idarəsinin İstintaq şöbəsinə müstəntiq təyin olunmuşdur. 2002-ci ilin fevral ayından 2005-ci ilin dekabr ayınadək Su Nəqliyyatında polis idarəsinin İstintaq bölməsinin və 2005-2011-ci illərdə Nəqliyyatda Baş polis idarəsin İstintaq şöbəsinin rəisi, 2012-2016-cı illər ərzində Bakı şəhər Baş polis idarəsinin İstintaq və Təhqiqat idarəsinin rəis müvini, 2016-2019-cu illər ərzində Səbail RPİnin İstintaq şöbəsinin rəisi vəzifəsində işləmişdir. 2019-cu ilin noyabr ayından 34 il 11 ay 25 gün təqvim ili, 40 il 25 gün imtiyazlı olmaqla yaş həddi ilə bağlı təqaüdə çıxmışdır. Xidmət illərində üç dəfə qüsursuz xidmətinə görə medalla təltif olunmuşdur. Qarabağ müharibəsi veteranı, Prezident təqaüdçüsü və evlidir, iki övladı və iki nəvəsi var. Təqsirləndirilən şəxs2 2008 və ya 2009-cu illərdən tanımış, tanışlığına səbəb mərhum qardaşına məxsus Vaz və Mercedes markalı avtomobilləri satması üçün ona verməyi olmuş, Təqsirləndirilən şəxs2 həmin avtomobilləri satsa da bu günə kimi pulunu ödəməmişdir. Təqsirləndirilən şəxs2 avtomobilləri satdıqdan sonra iki il müddətində axtarsa da tapa bilməmişdir. 2012-ci ilnin əvvəllərində Təqsirləndirilən şəxs2 özü onunla əlaqə yaradaraq tutulduğu üçün onun pulunu ödəyə bilmədiyini, maddi durumunun yaxşı olmadığını, evinin bankda girovda olduğunu və bank tərəfindən evinin əlindən alınma təhlükəsi olduğunu bildirmiş və Hacıqabul rayonunda evini sataraq banka borcunu və ona olan borcunu ödəyəcəyini bildirmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs2 onunla mütəmadi əlaqə saxlamış, hətta çörək pulu adı ilə ondan pul almışdır. 2012-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs2 onun işlədiyi Bakı şəhər Baş polis idarəsinin qarşısına gələrək, övladlarının məktəbə getmələri üçün pulu olmadığını deyərək Volksvagen Passat markalı avtomobilini 6000 manata satdığını, 1200 manat ödəməklə ondan almağını, avtomobilin dəyərinin qalan hissəsini isə borcdan çıxmağını xahiş etdikdə, razılaşaraq pulunun bir hissəsinin qaytarılmasını nəzərə alaraq Təqsirləndirilən şəxs2 1200 manat ödəməklə həmin avtomobili ondan almış, lakin sonradan məlum olmuşdur ki, həmin avtomobil başqa şəxsə məxsus olduğundan ona etibarnamə verə bilmir. Buna görə də dəfələrlə Təqsirləndirilən şəxs2 barəsində qanuni tədbir görülməsi üçün müraciət edəcəyini bildirdikdə, ondan ailəsini, uşaqlarını nəzərə almağını qısa müddətdə evini sataraq pulunu ödəyəcəyini deyib onu inandırmışdır. 2013-cü ilin yaz aylarında Təqsirləndirilən şəxs2 ondan həmin avtomobili götürərək qısa müddətdə pulunu ödəyəcəyini demiş, avtomobili ondan götürdükdən on gün sonra zəng edərək avtomobillə yol nəqliyyat hadisəsi törətdiyi, hadisə nəticəsində bir nəfərin öldüyü, həyat yoldaşı isə ağır xəsarət aldığını, ona görə də bir müddət pulunu ödəyə bilməyəcəyini, o cümlədən evini sataraq pulunu ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 pulunu ödəməsə də daim onunla əlaqə saxlamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs2 ödəmə qabiliyyətinin olmadığını, aldandığının səhvi olduğunu anlayıb barəsində tədbir görülməsi üçün aidiyyəti orqana müraciət etməmişdir. 2014-cü ilin noyabr ayının sonu və ya dekabr ayının əvvəllərində yenə də Təqsirləndirilən şəxs2 onunla telefonla əlaqə saxlayaraq onunla təcili görüşmək istədiyini bildirmiş, nahar fasiləsinə çıxanda narkotik vasitələrin satışına görə tanışının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin işçiləri tərəfindən saxlandığını deyib kömək etməyini xahiş etmiş, kömək edə bilməyəcəyini və onun da bu işlərə qarışmamağını məsləhət görmüşdür. 2016-cı ilin yay aylarında artıq Səbail RPİ-nin İstintaq şöbəsinin rəisi vəzifəsində işləyərkən, Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayaraq vəkil tapmaqda köməklik etməyini xahiş etmişdir. Həmin vaxt tanıdığı Qubad adlı vəkil İstintaq şöbəsində olduğuna görə Təqsirləndirilən şəxs2la görüşməsini xahiş etmişdir. Sonradan Qubad müəllim bildirmişdir ki, Yaqubla müqavilə bağlamışlar. 2016-cı ilin sonunda əvvəllər tanımadığı Hüseyn adlı şəxs onun mobil telefonuna zəng edib qardaşının həbsdən buraxılması üçün Yaquba pul verdiyini və həmin pulu Yaqubun ona çatdırdığını deyəndə, Təqsirləndirilən şəxs2 heç bir məbləğdə ona pul vermədiyini, belə bir hal olubsa aidiyyəti üzrə müraciət etməsini ona bildirərək bir daha ona zəng etməməsini tələb etmişdir. Bundan sonra Hüseyn adlı şəxs onunla əlaqə saxlamamış, pul tələb etməmişdir. Ona verilmiş 17 dekabr 2019-cu il tarixli cəlb qərarına əsasən, guya 2015-ci ildə Şahid2 cəmi 16.961 manat pul almışdır. Lakin Şahid2 ifadəsində 2500 ABŞ dollarını 2015-ci ilin fevral ayında Təqsirləndirilən şəxs2 verdiyini və Təqsirləndirilən şəxs2 Bakı şəhər Baş Polis İdarəsinin qarşısında deyil, İnzibati binaya daxil olaraq onun xidməti otağında verdiyini göstərmişdir. Həmçinin Şahid2 ifadəsində 5000 manatın 2015-ci ilin aprel ayında Təqsirləndirilən şəxs2 verdiyini və sonuncunun Baş Polis idarəsinin qarşısında deyil, İnzibati binaya daxil olaraq onun xidməti otağında verdiyini göstərmişdir. Baş Polis idarəsinin inzibati binasına daxil olmaq üçün xidmət rəisi tərəfindən sifariş verilməli və əsasında buraxılış vərəqəsi yazılaraq şəxs binaya müşayət olunmaqla daxil ola bilər. Şahid2 ifadəsi ilə cəlb qərarında qeyd olunanlar ziddiyət təşkil etdiyindən araşdırılmasını xahiş edir. Şahid2 ifadəsində guya Təqsirləndirilən şəxs2la Səbail rayonu “Azneft” dairəsinin yaxınlığında onunla görüşmüş və 9000 manat ona qaytarmış, qalan pulu qaytarmadığına görə 2018-ci ilin mart ayında DİN rəhbərliyinə şikayət etdikdən sonra Təqsirləndirilən şəxs2 vasitəsi ilə qalan pulu qaytarmışdır. Lakin bildirir ki, 2019-cu ilin iyun ayının ortalarında Baş prokurorluq DİN rəhbərliyinə müraciət etdikdən sonra, araşdırma aparılarkən, rəhbərliyin tapşırığı ilə 2400 ABŞ dolları və 5600 manatı Təqsirləndirilən şəxs2 vasitəsilə deyil, başqa şəxslə Şahid2 göndərmişdir. Şahid2 heç bir vaxt heç bir məbləğdə pul ödənilməmiş, Axundovla “Azneft” dairəsi yaxınlığında görüşüb-görüşməmələrini yoxlamaq üçün telefonlarının anten dairəsinin çıxarılmaqla yoxlanılmasını, Şahid2 ifadəsində qeyd etdikləri təsdiqini tapmadıqda yalan ifadə verdiyinə görə CM-nin 297 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlər görülməsini, rüşvət kimi verdiyi, lakin sonra qaytarılmış pulların dövlət nəfinə keçirilməsi məsələsinə baxılmasını xahiş edir. İkinci epizod üzrə 2016-cı ilin iyun ayında Məmmədov Səbail RPİ-yə gələrək tanışının polis orqanlarında işə düzəlməsinə köməklik etməyini xahiş etdikdə, həmin işlərin ona aidiyyəti olmadığını, DİN rəhbərliyi tərəfindən sıra baxışından sonra polis orqanlarına qəbul olunduğunu və qəbulla bağlı kütləvi informasiya vasitələrində elanların verildiyini bildirmişdir. 2017-ci ilin qış və ya yaz aylarında Səbail RPİ-də xidməti otağında olarkən idarənin giriş qapısında nəzarət buraxılış məntəqəsindən ona telefonla bildirmişlər ki, bir xanım qəbulunuza gəlmək istəyir. Həmin Zərifə adlı xanımı qəbul etmiş, qadın Yaqub adlı şəxsin ondan oğlunu polis orqanlarında işə düzəltmək adı ilə 6000 manat alaraq ona verməsini bildirdikdə, Zərifə adlı qadına Təqsirləndirilən şəxs2 hər kimi isə polis orqanlarında işə düzəldilməsi üçün ona pul vermədiyini və polis orqanlarında işə qəbulun onun səlahiyyətlərinə aid olmadığını, belə bir hal varsa aidiyyəti üzrə polis orqanlarına müraciət etməsini bildirmişdir. Bundan sonra, Yaqubla telefonla əlaqə saxlayaraq, bir daha yanına gəlməməsini, ondan heç nə xahiş etməməsini və borcunu qısa müddətdə qaytarmasını tələb etmişdir. Həmin vaxtdan sonra onun Yaqubla heç bir əlaqə və münasibəti olmamışdır. Ancaq bir dəfə Yasamal RPİ-nin İstintaq şöbəsində axtarışla tutulub gətirilərkən üzləşmə vaxtı görmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs2la onun görüşü Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində olmuş, bundan sonra Təqsirləndirilən şəxs2 mütəmadi ona çox saylı zənglər etmişdir. Onun cəlb qərarında guya 2016-cı ilin yanvar ayının əvvəllərində Yaqubla əlbir olaraq Şahid1 oğlunu polis orqanlarında işə düzəltmək üçün 6000 manat müqabilində razılaşaraq 16 iyun 2016-cı ildə Binəqədi rayonu 6-cı mikrorayon “Sarı market” mağazasının yaxınlığında 2000 manat, 20 iyun 2016-cı ildə Nərimanov rayonunda Atatürk parkında 2000 manat, 25 iyun 2016-cı ildə "xxxx" ASC-nin Yasamal rayonu İnşaatçılar prospekti 16 saylı ünvanda Yasamal filialı qarşısında 2000 manat, cəmi 6000 manatını ələ keçirmişdir. Lakin Məmmədov ifadəsində 2016-cı ilin iyun ayında Şahid1 aldığı 2000 manatı “Sarı market” mağazasının yaxınlığında deyil, Səbail RPİ-nin inzibati binasında xidməti otaqda, Şahid1 aldığı 2000 manatı 20 iyun 2016-cı ildə deyil, 10 gün sonra Nərimanov rayonu Atatürk parkında yox, yaşadığı evin qarşısında, aldığı 2000 manatı 25 iyun 2016-cı ildə deyil təxmini 15-20 gün sonra "xxxx" ASC-nin Yasamal filialının qarşısında deyil, yaşadığı evin qarşısında ona verdiyini göstərmişdir. Həmin epizod üzrə cinayət məsuliyyətinə cəlb olunması yalnız Təqsirləndirilən şəxs2 ifadəsi əsasında olmuş, ona görə də Təqsirləndirilən şəxs2 ifadəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarda göstərilənlər ziddiyət təşkil etdiyindən araşdırılmasını xahiş edir. Təqsirləndirilən şəxs2 heç bir vaxt Şahid1 aldığı 6000 manatın qaytarılması barədə ona deməmişdir. Şahid4 ifadəsinin giriş hissəsində göstərmişdir ki, onunla 2000-ci ildən Dəmiryol Nəqliyyatında polis idarəsində işləyən vaxtdan tanışdır, lakin ifadəsinin sonunda onu 2010-cu ildən tanıdığını, ona borca pul verdiyini və pulu vaxtında qaytardığına görə etibarını qazandığını bildirmişdir. Heç bir vaxt Dəmir yolu Nəqliyyatında Polis idarəsində işləməmiş və Hacıqabul-Bakı yolunda taksi fəaliyyəti ilə məşğul olaraq 5-10 manat qazanan şəxsdən borc alması mümkün deyildir. Bununla yanaşı, həmin epizodlar üzrə ona pul verilməməsini yoxlamaq məqsədi ilə telefonlarının anten dairəsinin çıxarılmalı, Şahid4 ifadəsində qeyd etdikləri təsdiqini tapmadıqda bilə-bilə yalan ifadə verdiyinə görə CM-nin 297-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalıdır. 2019-cu ilin iyun ayının ortalarında məlum olmuşdur ki, Yasamal rayon prokurorluğunda CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanmış və istintaq aparılması üçün Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmiş ********* saylı cinayət işinin Baş prokurorluğu vasitəsilə Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilməsi üçün qərar qəbul olunaraq Baş prokurorluğa təqdim olunmuş, lakin həmin qərar ləğv edilərək iş üzrə yazılı göstəriş verilmiş və onun barəsində DİN-nin rəhbərliyinə müraciət olunmuşdur. Müraciət əsasında DİN-nin daxili Təhqiqatlar İdarəsində araşdırma aparılaraq əvəllər dəfələrlə məhkum olunmuş, müəmmalı həyat tərzi keçirən Təqsirləndirilən şəxs2la əlaqələri olduğuna görə intizam məsuliyyətinə cəlb olunmuşdur. DİN-nin Daxili Təhqiqatlar idarəsi tərəfindən aparılan araşdırma zamanı rəhbərliyin tapşırığına əsasən Hüseyn adlı şəxsə 2400 ABŞ dolları və 5600 manat, Zərifəyə 6000 manat göndərmişdir. Cinayət işinin istintaqı zamanı ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, cinayət işinin 2018-ci ilin aprel ayında başlansa da, CPM-in 48-ci maddəsinin tələbləri pozularaq süründürməçiliyə yol verilmiş, cinayət işinin 2019-cu ilin iyun ayında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi barədə qərar qəbul olunaraq Baş prokurorluğa təqdim olunmuş, lakin həmin qərar ləğv edilərək yazılı göstəriş verilmiş, cinayət işi Baş prokurorluğunun yazılı göstərişi olmasına baxmayaraq Yasamal RPİ-nin istintaq şöbəsində göstəriş cinayət-prossesual qanunvericiliyinin tələblərinə zidd cinayət işinin materiallarına əlavə edilməmiş, zəruri sənədlər cinayət işinin materiallarından çıxarılaraq bir il üç aydan sonra Baş prokurorluq vasitəsilə deyil, birbaşa 02 avqust 2019-cu ildə Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilmişdir. 02 avqust 2019-cu ildə süni istintaq müddəti yaratmaq üçün cinayət işi Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində X8 barəsində CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3, 32.4, 312.2 və 313-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə CPM-nin 49-cu maddəsinə zidd olaraq bir icraatda birləşdirilmişdir. 17 dekabr 2019-cu ildə Vüqar Abbasovun barəsində və digər faktlar üzrə CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 311.3.2, 311.3.3, 32.4, 312.2 və 313-cü maddələri ilə ********* saylı cinayət işindən ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və ********* nömrəli cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Qeyd etdiklərinə əsasən, 2018-ci ilin aprel ayında Yasamal rayon prokurorluğu tərəfindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanmış və istintaq aparılması üçün Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmiş ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş qərarlarla tərtib olunmuş müvafiq uçot kartlarının uyğunluğunun yoxlanılması üçün DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə sorğu göndərilməsini, istintaq müddəti olmadığı halda, istintaq hərəkətlərinin yerinə yetirilməsinə hüquqi qiymətin verilməsi, habelə qeyd edilən cinayət işlərinin bir icraatda birləşdirilməsinin və ayrılmasının cinayət-prosessual qanunvericiliyin tələblərinə, o cümlədən normativ aktlara uyğunluğunun yoxlanılmasını xahiş edir. Yaqubu 2008-2009-cu illər ərzində onda olan avtomaşınları satan zaman tanımışdır. Yaqub onun adından pul başqalarından almış, Zərifə adlı xanıma 6.000 manat qaytarmamışdır. Şikayəti Zərifə xanım Yaqubdan etmiş, 9.000 manat söhbəti olmamışdır. Axundovla heç bir münasibəti olmamış, ona pulu özü bir nəfərlə göndərmişdir. Rəşadı tanımamış və ondan pul almamışdır. Birinci instansiya məhkəməsində dindirilmiş Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Hacıqabul rayonunda 17-il “Dəmir Yol” vağzalının kassasında bilet kassiri işləmiş, həmin ərəfədə Təqsirləndirilən şəxs1 Bakı “Dəmir Yol” vağzalında işləmiş, bilet satışları ilə Təqsirləndirilən şəxs1lə həmin vaxtdan münasibəti yaranmış, Təqsirləndirilən şəxs1lə təxminən 15-20 il tanışlığı yaranmışdır. Evdə olarkən Hüseyin Axundov evinə gələrək, qardaşının həbs olunduğunu və qardaşına kömək edəcək adam varsa xahiş etmişdir ki, onlara kömək etsin. Telefonla Təqsirləndirilən şəxs1 zəng vuraraq Hüseyin Axundovun ona danışdığı məsələni Təqsirləndirilən şəxs1 danışaraq nə dərəcədə kömək edə biləcəyini soruşduqda cavabında Namiq maraqlanıb xəbər deyəcəyini bildirmişdir. Təxminən bir həftə sonra Təqsirləndirilən şəxs1 təkrarən telefonla zəng edib Bakı şəhərinə gəlmişlər və Təqsirləndirilən şəxs1lə görüşmüşlər. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, nə köməklik olunsa ancaq məhkəmədə oluna bilər və həmin vaxt onlara heç bir köməklik etməmiş, Təqsirləndirilən şəxs1 köməkliyi onlara məhkəmə vaxtı etmişdir. Məhkəmə vaxtı Təqsirləndirilən şəxs1 gedib məhkəmədə hakimlə görüşmələrini demiş, hakimin adını xatırlamır. Məhkəmədə onlara köməklik olunmuş, sonra iş gəlmişdir Ali məhkəməyə, Ali məhkəmədə bir adam var imiş, Hüseyin Axundov gedib görüşməli imiş, lakin görüşməmişdir. 6.000 manat və 2.500 ABŞ dolları verilib və qaytarılıbdır. Həmin 6.000 manat və 2.500 dollar pulu alıb özündə saxlamış və işin yekununu gözləmiş, ona görə ki, Təqsirləndirilən şəxs1lə kimlərəsə söz vermişlər. 6.000 manat və 2.500 ABŞ dollarından müəyyən hissəsini öz xərclərini ödəmək üçün xərcləmiş, düzü onu bildirmək istəyir ki, X9 Qocayevlə görüşməyə getmişlər, pulu vermişlər, iş düzəlibdir, ondan sonra pulu geri istədikdə, Təqsirləndirilən şəxs1 pulu geri qaytarmamış, Təqsirləndirilən şəxs1 köməkliyi ondan ibarət olacaqdır ki, məhkəmədə olan cinayət işində maddə dəyişiləcəkmiş, bu işlə bağlı Təqsirləndirilən şəxs1 müraciət etdikdə, köməkliyin yalnız məhkəmədə olacağını bildirmiş, Təqsirləndirilən şəxs1, Axundov Hüseyin və özü ilk görüşlərində Axundov Hüseyin 2.500 ABŞ dolları vermiş, pulu özü götürmüş, Təqsirləndirilən şəxs1 vaistəsilə köməklik olunacaq, Təqsirləndirilən şəxs1 isə köməkliyin məhkəmədə olacağını bildirmişdir. Axundov Hüseyin və Təqsirləndirilən şəxs1 onun vaistəsilə danışmışlar. Əlavə pul lazım olduğunu məhkəmədə demişlər. Birinci, appeliyasiya məhkəməsində və Ali məhkəmədə iş həll olunmalı idi. 16.000 manatı təsdiq etmir. 6.000 manat və 2.500 ABŞ dollarını təsdiq edir. Axundov Hüseyini əvvəllərdə tanımış, pulun bir qismini Təqsirləndirilən şəxs1 evlərinə gedərək, 2.000 manat vermiş, ona görə vermişdir ki, özündə saxlasa xərcləyəcəkmiş, Təqsirləndirilən şəxs1 qalmasını istəmiş, vaxtı gəldikdə götürüb lazım olan yerə aparıb verəcək, pul qaytarılmasında iştirak etməmiş, Lənkəran Ağır cinayətlər məhkəməsi və apeliyasiya məhkəməsini həll etməyi üzərinə götürmüşdür, Ali məhkəməni onlar özləri həll edəcəkmiş, Ali məhkəmə işi ləğv etmişdir. Təqsirləndirilən şəxs1 10-15 ildir tanıyır. Təqsirləndirilən şəxs1 tanıdığı vaxt ərzində ilk dəfə işi həll etmək üçün onunla əlaqə saxlamışdır. İlk dəfə Təqsirləndirilən şəxs1 müraciət etdikdə Namiq Qoraddeldə işləmiş, ilk dəfə Qoraddeldə görüşmüşlər. İlk dəfə Axundov Hüseyinlə görüşə getmişdir. Təqsirləndirilən şəxs1lə bu işlə əlaqədar Azneft dairəsində və Hacıqabul rayonunda görüşləri olmamışdır. Təqsirləndirilən şəxs1lə telefon danışıqları olmuş, oda işlə bağlı olmuşdur. Təqsirləndirilən şəxs1, Hüseyin Axundovdan pul almamış özü almışdır. 9.000 manatı onlar almamışlar. Axundov Hüseyin 9.000 manatı onlardan istəməmiş, onlara 6.000 manat və 2.500 ABŞ dollar pul verilmiş, geri qalan pullar isə onlara gəlib çatmamışdır. Bütün pullar geri qaytarılıbdır. 6.000 manat və 2.500 ABŞ dolları Namiq X5ytarıbdır. Axundov Hüseyinə işi həll etmək üçün nə qədər pul lazım olduğunu deməmiş, ona deyilən pulu Axundov Hüseyinə demişdir. Qiyməti məhkəmə işin həll olunması üçün nə qədər lazım olduğu demişdir. Məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Polisə düzələn adam isə baxışa getməli idi, Təqsirləndirilən şəxs1 zəng edib xahiş etdilər, Təqsirləndirilən şəxs1 demişdir sənədlərə baxmaq lazımdır, ondan sonra Təqsirləndirilən şəxs1 bildirmişdir ki, işin yolunu və izini göstərər, ondan sonra həmən adamlardan üç dəfə olmaqla 2000 manat məbləğində pul almış, həmin puldan Təqsirləndirilən şəxs1 pul verməmiş, həmin pulu özü xərcləmiş, sonra isə xərclədiyi pulu geri qaytarmışdır. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid5 öz ifadəsində göstərmişdir ki, qardaşı Şahid3 polis işçisi kimi işə düzəlmək istəmiş, dayısı oğlu Şahid4 Təqsirləndirilən şəxs2 adlı adamın müəyyən miqdar pul qarşılığında qardaşını polis işçisi kimi işə düzəldə biləcəyini demiş və Yaquba ilk dəfə Şahid3 2.000 manatı yaşadıqları binanın giriş qapısında vermiş, bunu yaşadıqları binanın pəncərəsindən baxaraq görmüşdür. Sonra Təqsirləndirilən şəxs2 2.000 manat yenə verilmiş, lakin pulun verildiyi vaxt və ünvanı dəqiq xatırlamır. Uzun müddət keçdiyi üçün pulun verilmə tarixini dəqiq xatırlamır, xatırladığı qədəri ilə 2016-cı il olmuşdur. Yaqubu tanımır, sadəcə olaraq bir rayondan olduqları üçün onun haqqında eşitmişdir. Yaqub sistemdə işləyən dostu olduğunu və polisə adam düzəldə biləcəyini demişdir. Yaqub baxış olacağını və baxışdan sonra düzələcəyini demiş, işlədiyi yerdə bir nəfər tanıdığı polis işçisindən maraqlanmış, ona bildirmişdir ki, xeyir baxış bir neçə dəfə olmuş və qurtarmış, Yaqubun qardaşı Cavidi polisə hansı vəzifəyə düzəldəcəyini bilmir. Rəşad onun dayısı oğludur, Hacıqabul rayonunda taksi fəaliyyəti ilə məşğul olur. Yaqubun bildiridyi sistemdə işləyən adamı dayısı oğlu Rəşadın görüb görmədiyini bilmir. Yaqubun işi düzəltdirəcəyi adam əgər yanılmırsa Səbail rayonunda hansısa sistem işində işləmiş. Yaquba zəng edib onları aldatdığını dəfələrlə olduğunu bildirmiş, pulu geri maması və qardaşı götürmüş, lakin kimdən və necə götürdüklərini dəqiq bilmir. Şikayət olunduqdan uzun müddət sonra pul qaytarılmışdır. Dayısı oğlu Rəşad pul veriləndə və alanda orada olmamış, sadəcə Yaqubla onların arasında vasitəçi olmuş, şikayəti maması etmişdir. Onlara dəyən zərər ödənilmüş, pullar Yaquba verilmişdir. Pul verilməmişdən öncə Yaqubla söhbət aparılmasında iştirak etməmiş, Söhbətlə sonradan pul verilməsi arasında qısa müddət keçmişdir. Yaqub qardaşı Cavidi işə düzəldə bilmədiyi bilmiş, ilk dəfə 2.000 manat verilərkən, Yaqubun yanında bir nəfər də olmuşdur. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid3 ifadəsində qeyd etmişdir ki, polis işçisi kimi işə düzəlmək istəmiş, dayısı oğlu Rəşad ona demişdir ki, Yaqub adında bir şəxs sənə köməklik edə bilər. Dayısı oğlu Rəşad onları Təqsirləndirilən şəxs2la tanış etmiş, ondan sonra maması, özü və Yaqub iş barəsində danışmışlar. Yaquba əvvəlcədən 2.000 manat verəcəklərini, qalan hissəsini isə iş düzəldikdən sonra verəcəklərini bildirmişlər. Yaquba ilk dəfə pul verilərkən anası ilə olmuş və Təqsirləndirilən şəxs2 2.000 manat vermişlər və həmən an bacısı evlərinin pəncərəsindən onlara baxmışdır. İki gün keçdikdən sonra Təqsirləndirilən şəxs2 yenidən 2.000 manat istəmiş, Təqsirləndirilən şəxs2 istədiyi 2.000 manatı ona vermiş, bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxs2 zəng edərək pulun qalan hissəsini istədikdə vermişdir. Seçimlərin olacağını demiş, uzun müddət keçdikdən sonra xəbər gəlmədiyindən Təqsirləndirilən şəxs2 sənədlərini və pullarını götürmək istəmişlər. Sənədlərini götürmüşlər, pulu isə götürə bilməmişlər. Təqsirləndirilən şəxs2 pulu istədikdə pulu Namiq müəllimə verdiyini və ondan pulu aldıqda bizə qaytaracağını bildirmişdir. Lakin, pul gəlmədiyi üçün anası polisə şikayət etmişdir. Şikayət etdikdən sonra pul qaytarılmışdır. Lökbatan dairəsində bir xanımla görüşmüş, anası ilə getmiş və qadınla idarəyə gedib şikayətlərini geri götürdükdən sonra pulları geri qaytarılmışdır. Lökbatan dairəsində onlara yaxınlaşan xanım Namiq müəllimin tanışı olduğunu bildirmiş, polis işçisi kimi işə düzəlmək üçün pul vermişlər. Yaqub onu işə Namiq müəllim vasitəsilə düzəldə- cəyini demişdir. Yaqub işə düzəltmək müddəti deməmiş, sadəcə 1-2 aya seçimlər olacağını demişdir. Pullar Yaquba hissəhissə verilmiş, cəmi 6.000 manatın yarı hissəsi onun, yarı hissəsi isə anasına məxsus olmuşdur. Yaqubdan pulu tələb etdikdə, pulu Namiq müəllimə verdiyini və Namiq müəllimin pulu vermədiyini demişdir. Onu Lökbatan dairəsinə anası zəng edib çağırmış, həmin an işdə olmuşdur. Lökbatan dairəsinə anası ilə gəldikdə xanım onlara yaxınlaşmış, onun onları necə tanıdğını bilməmişlər. Xanım bildirmişdir ki, Namiq müəllimin tanışıdır, ondan sonra danışmışlar və şikayəti geri götürmüşlər. Lökbatan dairəsində onların yanına yaxınlaşan xanım onlar şikayəti geri götürmək üçün Daxili İşlər Nazirliyinə getdikdə, anası idarəyə girmiş xanim isə onunla birlikdə DİN-nin həyətində dayanmış, anası şikayətini götürüb onların yanına gəldikdən sonra xanım onların pulunu qaytarmışdır. Rəşad onun dayısı oğludur. Rəşad telefon zəngi ilə bildirdikən 2-3 gün sonra Yaqubla görüşmüşlər. Əvvəllər Yaqubla görüşməmişdir. Təqsirləndirilən şəxs2 Namiq müəllimin vasitəsilə işi düzəldəcəyini bildirmiş, Namiq müəllimlə danışmamışdır. Şikayət etməmişdən əvvəl Yaqubdan pullarını tələb etmişlər, Yaqub pulun Namiq müəllimdə olduğunu bildirmişdir. Özü Veysəloğlu MMCdə işləyir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Birinci instansiya məhkəməsində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, oğlu C+avid Bağırov əsgərlikdən gəldikdən sonra ona rayonda iş axtarsalarda tapa bilməmişlər. Qohumu Rəşaddan xahiş etmişdir ki, tanışları varsa oğlunu işə düzəltməyinə köməklik etsin. Rəşad ona demişdir ki, onun Yaqub adında dostunun tanışı var onun əli çatan bir iş olsa deyər düzəldə bilər. Bir neçə gün keçdikdən sonra Rəşad ona demişdir ki, “Yaqubla danışmaq istəyirsənsə nömrəsini verim danış.” Rəşad Yaqubun nömrəsini ona vermiş, Yaqubla danışmış, Yaqub demişdir ki, Namiq müəllimlə danışıb ona deyər. Bir gündən sonra Yaqub ona əvvəlcədən 2000 manat verməyini, pulun qalan hissəsini isə oğlu Cavidin əmri verildikdən sonra alacağını demiş və oda Yaqubun dedikləri ilə razılaşmışdır. Bu işi düzəlməsinin müqabilində Yaquba cəmi 6.000 manat verməli idi, 2.000 manatı ilk əvvəlldən, pulun qalan hissəsini isə oğlu Cavidin əmri verildikdən sonra verməli, onların Yaqubla danışığı bu qaydada ollmuş, Yaquba ilk əvvəldən 2.000 manat verdikdən iki gün keçməmiş, Yaqub ona telefonla zəng edib sənədlərin yoxlamaya getdiyi üçün 2.000 manatı təcili çatdırmağını demiş, işdə olduğu üçün 2.000 manatı oğlu Cavidlə Yaquba göndərmişdir. İki gün keçmiş Yaqub yenidən telefonla zəng edərək qalan 2.000 manatı da verməyini istəmiş, Yaqubun ondan sonuncu dəfə istədiyi 2.000 manatı Yaquba vermək üçün, oğlu Cavidin bankda olan ABŞ dolları məzənnəsində pulunu bankdan çıxardaraq Yaquba vermişlər. Yaqubun istədiyi cəmi 6.000 manatı versələrdə, Yaquba hər telefon zəngi etdiklərində, Yaqub onlara darıxmamalarını yaxşı olacağını desə də, nəticəsi olmamışdır. Belə olduğu üçün Səbail rayonu istintaq idarəsinin rəisi Namiq müəllimin qəbuluna gedib baş vermiş hadisələri ətraflı qaydada danışmışdır. Namiq müəllimə tək qadın olduğunu, özünün əziyyətlə işləyib iki övlad saxladığını, vəziyyətinin yaxşı olmadığını bildirib, pulunu verməsini və pulunu aldıqdan sonra çıxıb gedəcəyini demişdir. Namiq müəllim ona bildirmişdir ki, onda pul yoxdur və onun yanında Yaquba zəng edib telefonla danışmış, lakin onların telefon danışıqlarından heç nə anlamamışdır. Namiq müəllimin otağından çıxdıqdan sonra qohumu Rəşada zəng edərək onu aldatdıqlarını bildirmişdir. Nə edəcəyini pulunu necə geri alacağını bilmədiyindən polis mühafizə orqanlarına ərizə ilə şikayət edərək, pulunun geri qaytarılmasını tələb etmiş və nəticədə 6.000 manat ona geri qaytarılmışdır. Oğlu Cavidi polis mühafizə orqanlarına serjant vəzifəsi ilə işə düzələcəyinə onlara vəd verilmişdir. 6.000 manat üç hissə ilə verilmişdir. Yaquba pul verdikdə, pulun Namiq müəllimə çatacağını demiş, Namiq müəllimin qəbuluna getdikdə, Namiq onda pul olmadığını və heç kimin ona pul vermədiyini demişdir. Yaquba deyəndə, Namiq müəllim deyir ki, məndə pul yoxdur, ona pul verilməmiş, Yaqub ona demişdir ki, Namiq müəllim özü helə deyir. Yaqub pulu Namiq müəllimə verdiyin təsdiq etmişdir. 102 xidmətinə zəng edib şikayət etmişdir. Axundov Hüseyin ona zəng etdikdə, Namiq müəllimin pulu ödəmək istədiyini demişdir. Lökbatan dairəsində olarkən orada Namiq müəllimin adından gələn xanım şikayəti geri götürdükdən sonra pulu ona verəcəyini bildirmişdir. Riyaziyyat müəlliməsi işləyir. Rəşaddan soruşduqda Rəşad ona demiş ki, elə insan deyil deyibsə həll edəcək. Pul verilməsində Rəşad iştirak etməmiş, hazırda hər iki təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İlk əvvəldən Yaquba pul verdikləri zaman onların yanında heç kimlə telefonla danışmamış, pulu aldıqdan sonra çıxıb getmişdir. Onların razılığı belə olmuşdur ki, ilk əvvəl 2.000 manatı verəcəkmişlər, iş həll olunduqdan sonra isə qalan 4.000 manat verəcəkmişlər. Yaqubla danışıqlar apararkən Namiq müəllimlə danışmaq istəsədə Yaqub buna şərait yaratmamış, Namiq müəllimin qəbulunda olarkən Namiq müəllim bildirmişdir ki, pul və sənəd götürməmiş, ondan sonra Yaquba zəng edib “sən nəyə görə belə edirsən, hər gün bir adam gəlir üzərimə, sən pul alırsan adamlardan”. Yaqubla oğlu sənədləri götürmək üçün Səbail rayon polis idarəsinə getdikləri zaman, Yaqubun sənədləri haradan girib götürdüyünü kimdən götürüdüyünü bilmir. Sənədləri Səbail rayon polis idarəsindən götürmüşlər. Namiq müəllimin qəbulunda olarkən Yaqub otaqda onların yanında olmamışdır. Oğlu Yaqubnan sənədləri götürmək üçün Səbail rayon polis idarəsinə getmişlər, oğlu aşağıda gözləmiş, Yaqub idarəyə girib geri gəldikdə isə sənədləri oğluna vermişdir. Sənədləri götürmək üçün Səbail rayon polis idarəsinə getməmiş, məlumatları və hadisənin gedişaatını oğlu demiş və evdə oturmuşdur. Şahid2 ona telefon vasitəsilə zəng edərək onların pulu ona vermək istədiyini və onun Bakıya getməyini orada bir qadınla görüşəcəyini demişdir. Bakıya gəldikdən sonra oğluna zəng etmiş, Lökbatan dairəsinə getmişlər, Hüseyn də həmən an onların yanında olmuşdur. Lökbatan dairəsində əvvəllər tanımadığı xanım yaxınlaşaraq Namiq müəllimin onu göndərdiyini demiş və onunla polis idarəsinə gedərək şikayətini geri götürməyini, bunun müqabilində pulunu ona geri qaytaracağını demiş və xanımın bildirdiyi kimi polis idarəsinə gedib şikayətini geri götürdükdən sonra 6.000 manat ona geri qaytarılmışdır. Yanlarına gələn xanmı tanımamış, lakin Hacıqabul rayonundan olduğunu bilmişdir. Şikayəti yoxdur, ziyan tam ödənilmişdir. İfadəsini təsdiq edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək, öz ifadəsində məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərilən xüsusatları bir daha olduğu kimi təsdiq etmişdir. Birinci instansiya məhkəməsində tədqiq edilmiş Azercell və Bakcell MMC-dən daxil olan CD disklərdə olan məlumatlara 16 dekabr 2019-cu il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində ***-***-**-** nömrəsi arasında müxtəlif tarixlərdə qarşılıqlı danışıqlar aparılmışdır. Belə ki, 01 sentyabr 2015-ci ildə saat 10:24-də 39 saniyə, həmin tarixdə saat 11:53-də 65 saniyə, saat 11:56-da 23 saniyə, saat 12:04-də 43 saniyə, saat 12:46-da 20 saniyə, saat 12:46-da 97 saniyə, 07 sentyabr tarixdə saat 08:30-da 23 saniyə, həmin tarixdə saat 14:27-də 58 saniyə, saat 14:50-də 335 saniyə, 17 sentyabr 2015-ci il tarixdə saat 16:20-də 13 saniyə, saat 16:27-də 45 saniyə, saat 16:32-də 29 saniyə, 20 sentyabr 2015-ci il tarixdə saat 13:33-də 43 saniyə, 21 sentyabr 2015-ci il tarixdə saat 21:24-də 37 saniyə, həmin tarixdə 21:44-də 92 saniyə, 25 sentyabr 2015-ci ildə saat 12:12-də 40 saniyə, həmin tarixdə saat 12:14-də 49 saniyə, 28 sentyabr 2015-ci ildə saat 09:17-də 33 saniyə, 08 oktyabr 2015-ci ildə saat 13:45-də 87 saniyə, 12 oktyabr 2015-ci ildə saat 12:27-də 87 saniyə, 21 oktyabr 2015-ci ildə saat 11:44-də 101 saniyə, 21 oktyabr 2015-ci ildə saat 13:59-da 53 saniyə, həmin tarixdə saat 14: 54-də 47 saniyə, saat 15:40-da 06 saniyə, saat 19:05-də 32 saniyə, 22 oktyabr 2015-ci ildə saat 15:14-də 41 saniyə, həmin tarixdə saat 16:44-də 109 saniyə, saat 18:51-də 27 saniyə, saat 18:52-də 46 saniyə, 21:57-də 37 saniyə, 23 oktyabr 2015-ci il saat 11:05-də 80 saniyə, həmin tarixdə saat 13:56 da 67 saniyə, saat 17:05-də 33 saniyə, saat 17:07-də 200 saniyə, 27 oktyabr 2015-ci il tarixdə saat 12:13-də 21 saniyə, həmin tarixdə saat 15:39-da 275 saniyə, 28 oktyabr 2015-ci il tarixdə saat 17:03-də 104 saniyə, 29 oktyabr 2015-ci ildə saat 11:49da 55 saniyə, 29 oktyabr 2015-ci il tarixdə saat 15:10-da 26 saniyə, 30 oktyabr 2015-ci il tarixdə saat 08:56-da 22 saniyə, həmin tarixdə saat 10:54-də 34 saniyə, saat 13:28-də 65 saniyə, saat 13:40-da 112 saniyə, 02 yanvar 2016-cı il tarixdə saat 12:02-də 29 saniyə, 04 yanvar 2016-cı ildə 11:58-də 61 saniyə, 05 yanvar 2016-cı ildə saat 12:11-də 14 saniyə, həmin tarixdə saat 19:55-də 26 saniyə, saat 21:14-də 15 saniyə, 06 yanvar 2016-cı ildə saat 13:43-də 53 saniyə, 11 yanvar 2016-cı il tarixdə saat 12:26-da 54 saniyə, 03 fevral 2016-cı ildə saat 14:44-də 30 saniyə müddətində danışıqlar aparılmış, 01 iyun 2017-ci il tarixədək mütəmadi olaraq qarşılıqlı zənglər edilmişdir. Bundan başqa, "xxxx" MMC-dən 05.12.2019-cu il tarixli 23340/19 nömrəli məktubla daxil olmuş 01 ədəd CD diskə 16 dekabr 2019-cu il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid1 istifadəsində olan ***- ***-**-** mobil nömrəsi arasında qarşılıqlı danışıqlar aparılmışdır. Belə ki, 12 iyun 2016-cı il tarixdə saat 20:41-də 23 saniyə, 13 iyun 2016-cı il tarixdə saat 16:00-da 63 saniyə, həmin tarixdə saat 16:46-da 25 saniyə, 04 iyul 2016-cı il tarixdə 08 saniyə, 04 sentyabr 2016-cı il tarixdə saat 22:31də 75 saniyə, 06 noyabr 2016-cı il tarixdə saat 13:29-da 60 saniyə, 07 noyabr 2016-cı il tarixdə saat 09:34-də 21 saniyə, 29 noyabr 2016-cı il tarixdə saat 09:53-də 64 saniyə, 05 dekabr 2016-cı il tarixdə saat 15:06-da 62 saniyə, 06 dekabr 2016-cı il tarixdə saat 14:08-də 65 saniyə, həmin tarixdə saat 19:47-də 62 saniyə, 07 dekabr 2016-cı il saat 11:33-də 57 saniyə, 08 dekabr 2016-cı il tarixdə saat 16:04-də 65 saniyə, 08 dekabr saat 21:28-də 431 saniyə, 22 dekabr 2016-cı il saat 11:53-də 26 saniyə, 22 dekabr 2016-cı il tarixdə saat 18:15-də 48 saniyə, həmin tarixdə saat 18:19da 88 saniyə, 26 dekabr 2016-cı il tarixdə saat 10:55-də 89 saniyə, 23 yanvar 2017-ci il tarixdə saat 11:20-də 82 saniyə, 28 yanvar 2017-ci il tarixdə saat 11:14-də 187 saniyə, 11 fevral 2017-ci il tarixdə saat 22:31-də 131 saniyə müddətində danışıqlar aparılmış, 31 may 2017-ci il tarixədək mütəmadi olaraq qarşılıqlı danışıqların aparılması müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid2 istifadəsində olan ***- ***-**-** nömrəsi arasında müxtəlif tarixlərdə qarşılıqlı danışıqların aparıldığı müəyyən edilmişdir. Belə ki, 29 sentyabr 2015-ci il tarixdə saat 14:46-da 400 saniyə, 02 oktyabr 2015-ci il tarixdə saat 17:29-da 14 saniyə, 06 oktyabr 2015-ci il tarixdə saat 21:21-də 90 saniyə, həmin tarixdə saat 21:27-də 64 saniyə, 09 oktyabr 2015-ci il tarixdə, saat 12:35-də 240 saniyə, 12 oktyabr 2015-ci il tarixdə saat 13:28-də 229 saniyə, 12 oktyabr 2015-ci il tarixdə, saat 13:58-də 83 saniyə, həmin tarixdə saat 21:17-də 837 saniyə, saat 21:33-də 261 saniyə, 26 oktyabr 2015-ci il tarixdə saat 10:16-da 229 saniyə, 28 oktyabr 2015-ci il tarixdə saat 08:38-də 180 saniyə, 01 iyun 2016-cı il tarixdə saat 11:31-də 87 saniyə, həmin tarixdə saat 20:17-də 100 saniyə, 03 iyun 2016-cı il tarixdə saat 17:05-də 69 saniyə, 06 iyun 2016-cı il tarixdə saat 15:08-də 250 saniyə, həmin tarixdə saat 15:26-da 23 saniyə, saat 15:33-də 179 saniyə, 09 iyun 2016-cı il tarixdə saat 17:45-də 103 saniyə, 11 avqust 2016-cı il tarixdə saat 15:01-də 113 saniyə, 21 avqust 2016-cı il tarixdə saat 11:39-da 67 saniyə, 22 avqust 2016-cı il tarixdə saat 17:02-də 70 saniyə, 05 sentyabr 2016-cı il tarixdə saat 13:55-də 30 saniyə, 29 sentyabr 2016-cı il tarixdə saat 13:43-də 180 saniyə, 03 noyabr 2016-cı il tarixdə saat 08:38-də 43 saniyə, həmin tarixdə saat 08:56-da 55 saniyə, 05 noyabr 2016-cı il tarixdə saat 12:16-da 437 saniyə, həmin tarixdə saat 13:29-da 180 saniyə, 07 noyabr 2016-cı il tarixdə saat 10:32-də 99 saniyə müddətində danışıqlar aparılmış, 01 iyun 2017ci il tarixədək mütəmadi olaraq qarşılıqlı danışıqların olması müəyyən edilmişdir. Baxış zamanı, həmçinin Təqsirləndirilən şəxs2 ***-***-**-** nömrəsi ilə Şahid4 ***-***-**-** nömrəsi arasında qarşılıqlı danışıqların aparılması müəyyən edilmişdir. Belə ki, 03 sentyabr 2015ci ildə saat 21:34-də 41 saniyə, 06 sentyabr 2015-ci ildə saat 11:39-da 83 saniyə, həmin tarixdə saat 13:19-da 12 saniyə, 07 sentyabr 2015-ci ildə saat 12:10-da 26 saniyə, 08 sentyabr 2015-ci ildə saat 11:28-də 15 saniyə, 12 sentyabr 2015-ci ildə saat 12:00-da 44 saniyə, 17 sentyabr 2015-ci ildə saat 10:35-də 20 saniyə, həmin tarixdə saat 13:32-də 63 saniyə, 29 sentyabr 2015-ci ildə saat 12:32-də 10 saniyə, 01 oktyabr 2015-ci ildə saat 12:17-də 82 saniyə, 02 oktyabr 2015-ci ildə saat 16:25-də 80 saniyə, 08 oktyabr 2015-ci il tarixdə saat 10:01-də 43 saniyə, 20 oktyabr 2015-ci ildə saat 19:28-də 68 saniyə, həmin tarixdə saat 20:32-də 104 saniyə, 21 oktyabr 2015-ci ildə saat 08:40-da 39 saniyə, həmin tarixdə saat 08:56-da 47 saniyə, saat 20:25-də 164 saniyə, 01 noyabr 2015-ci ildə saat 09:50-də 63 saniyə, həmin tarixdə saat 11:43-də 12 saniyə müddətində danışıqlar aparılmış, 01 iyun 2017-ci il tarixə kimi mütəmadi qarşılıqlı danışıqların aparılması müəyyən edilmişdir (c-02, i.v. 104-106). Birinci instansiya məhkəməsində tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Daxili Təhqiqatlar idarəsindən daxil olan 023-3603-1219 saylı 11 sentyabr 2019-cu il tarixli məktuba əsasən, Səbail RPİ-in İstintaq şöbəsinin rəisi Təqsirləndirilən şəxs1 barəsində aparılmış xidməti yoxlama vaxtı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə məhkum edilmiş müəmmalı həyat tərzi keçirən Təqsirləndirilən şəxs2la xidməti zərurətlə bağlı olmayan əlaqələr yaratmış, 2015-ci ildə Bakı şəhər BPİ-nin İstintaq və Təhqiat idarəsinin rəis müavini vəzifəsində xidmət edərkən, sonuncunun xahişi ilə öz vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələyə müdaxilə edərək, BMCMİ-nin istintaq şöbəsində Əlibaba Axundov barəsində CM-nin 234.4.3-cü maddəsi ilə istintaq olunmuş cinayət işinin həllinə təsir etməyə cəhd göstərmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16.03.2015-ci il tarixli hökmü ilə Əlibaba Axundov həmin maddə ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 2016-cı ilin iyun ayında anoloji qəbahətlərə yol verərək Təqsirləndirilən şəxs2la tanışı Şahid3 DİO-da xidmətə qəbul olunaraq Səbail RPİ PPXB-yə polis nəfəri vəzifəsinə təyin edilməsinə dair danışıqlar aparmışdır. Həmin nöqsanlara yol verdiyindən, DİN-nin 26.06.2019-cu il tarixli Ə485-001-19 saylı əmri ilə Təqsirləndirilən şəxs1 “xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam məsuliyyətinə cəlb edilmişdir. (c-2, i.v. 08-14). Birinci instansiya məhkəməsində tədqiq edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2015-ci il tarixli hökmünə əsasən, X6 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir (c-02, i.v. 111-115). Göstərilənlərdən əlavə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2, 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətmələri Təqsirləndirilən şəxs1 özünü cinayətlərin törədilməsində təqsirli bilməməsinə baxmayaraq, faktiki olaraq verdiyi ifadələrinin məzmunu ilə yanaşı; onun və Təqsirləndirilən şəxs2, onların hər birinə ayrı-ayrılıqda verilmiş ittihamlar üzrə təqsirləri digər məhkum Təqsirləndirilən şəxs2 etirafedici, o cümlədən özünü və məhkum Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifşaedici ifadələri ilə yanaşı; başqa istintaq hərəkətlərin protokolları ilə; cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə də, birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş çoxsaylı mötəbər sübutları əlaqəli şəkildə və məcmuyu halda qiymətləndirməklə hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə edərək tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəsinə məxsus əmlakı vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmələri; habelə, təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmələri cinayətləri törətmələri ibtidai istintaq dövründə və məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü cinayətlərin törədilməsində təqsirli bilməməsinə baxmayaraq, faktiki olaraq verdiyi ifadələrinin məzmunu ilə yanaşı; onun və Təqsirləndirilən şəxs2, onların hər birinə ayrı-ayrılıqda verilmiş ittihamlar üzrə təqsirləri digər məhkum Təqsirləndirilən şəxs2 etirafedici, o cümlədən özü və məhkum Təqsirləndirilən şəxs1 barəsində ibtidai istintaq zamanı və məhkəmə baxışında verdiyi çoxsaylı ifşaedici ifadələri ilə; ibtidai istintaq dövründə və məhkəmə baxışında dindirilmiş çoxsaylı şahidlərin ifadələri ilə; baxış, götürmə, müayinə, üzləşdirmə və digər istintaq hərəkətlərin protokolları ilə; cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş çoxsaylı başqa mötəbər subutlarla öz təsdiqini tapdığından, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.4,312.2, 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.4,312.2, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə hər biri cəzalandırılmalıdır. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs1 ifadələrində özünü iki epizoddan ibarət cinayətlərin törədilməsində təqsirli bilməməsi, Şahid2 hər hansı məbləğdə pul almaması, onunla telefon vasitəsi ilə danışmaması, Əlibaba Axundovun əməlinin tövsif edilməsi və həbsdən azad olunması üçün digər məhkum Təqsirləndirilən şəxs2 heç bir məbləğdə pul almaması, Şahid3 Bakı şəhəri Səbail rayon polis idarəsinə polis nəfəri kimi işə düzəlməsi ilə bağlı Təqsirləndirilən şəxs2 heç bir məbləğdə pul almaması, Şahid4lə bu məsələ ilə əlaqədar danışmaması və öz ifadələrində göstərdiyi digər dəlillər özünü mdafiə xarakterli ifadələr kimi qəbul edilməklə dindirilmiş şahidlərin ifadələri ilə, üzləşdirmə protokolları ilə, götürülmüş telefon danışıqlarına dair məlumatlarla, baxış, götürmə, müayinə və başqa istintaq protokolları ilə, toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı digər mötəbər sübutlarla tam təkzib edildiyini nəzərə alaraq, onun ifadələrinə tənqidi yanaşmış və əsaslı olaraq elan edilmiş ittihamı təkzib edən sübutlar kimi qəbul etməməklə, onun həmin ifadələrini yalnız cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs2 öz ifadələrində şahidlər - Şahid1 və Şahid2 aldatmaq niyyəti olmaması, Təqsirləndirilən şəxs1 inandığı üçün həmin şəxslərdən pul alması və ifadələrində öz müdafiəsinə yönəlmiş digər dəlillər toplanmış və yuxarıda göstərilən çoxsaylı mötəbər sübutlarla təkzib edildiyini nəzərə alaraq, həmin hissədə onun ifadələrinə tənqidi yanaşmış və əsaslı olaraq elan olunmuş ittihamı təkzib edən sübutlar qismində qəbul etməməklə, onun həmin ifadələrini yalnız cəzasının yüngülləşdirilməsi məqsədi ilə irəli sürülən dəlillər kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90.7.10 və 91.5.10-cu maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmə və ya verməkdən imtina etmək, haqqında irəli sürülən ittihama dair ifadə (izahat) vermək və ya verməkdən imtina etmək hüququna malikdir. Göstərilən normaların tələbləri isə ona dəlalət edir ki, şübhəli şəxs və ya təqsirləndirilən şəxs istədiyi kimi öz müdafiəsini mümkün olan və zəruri hesab etdiyi bütün vasitələrdən istifadə etməklə həyata keçirmək hüququna malikdir, yəni ifadə vermək və ya ifadə verməkdən imtina etmək və yaxud hər hansı bir məzmunda ifadə vermək onun vəzifəsi deyil, birbaşa hüququdur. Belə olan halda, ibtidai istintaq zamanı və ya məhkəmədə hər hansı məzmunda ifadə verməsi yalnız onun müdafiə hüququ kimi qəbul olunaraq qiymətləndirməklə nəzərə alınmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış biri digərini tamamlayan mötəbər və mümkün sübutları müqayisəli şəkildə tədqiq edib araşdıraraq onlara məcmu şəkildə qiymət verərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs1 öz ifadələrində irəli sürülən dəlillər yalnız onun cinayət məsuliyyətindən yayınmağa cəhd kimi və məhkum Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsində irəli sürdüyü dəlillər yalnız cəzasının yüngülləşdirilməsi məqsədi ilə irəli sürülən dəlillər kimi qiymətləndirilməklə nəzərə alınmalıdır. Beləliklə də, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.4,312.2, 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.4,312.2, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətmələri çoxsaylı mötəbər sübutlarla tam təsdiq edilmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs1 bəraət verilməsi barədə onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillərlə razılaşmır və həmin dəlillər cinayət işi üzrə toplanmış çoxsaylı mötəbər sübutlara təkzib edildiyindən və işin faktiki hallarına uyğun olmadığından, irəli sürülən dəlillərə tənqidi yanaşır və verilmiş apellyasiya şikayətinin təmin olunması üçün əsas tapmır. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 05 dekabr 2019cu il tarixli 23340/19 nömrəli məktubla daxil olmuş 01 ədəd CD disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 05 noyabr 2019-cu il tarixli 30289 nömrəli məktubla daxil olmuş 01 ədəd CD disk istintaq zərurəti ilə bağlı cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən, 16 dekabr 2019-cu il tarixli qərarla maddi sübut kimi tanınmışdır (c-2, i.v. 67-69, 101-103, i.v.107-110). İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs2 əvvəllər: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 30 sentyabr 2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlandığı müddət nəzərə alınmaqla, cəzasının çəkmiş hesab edilib məhkəmə iclas zalından azad edilmişdir. Bundan başqa, Sumqayıt şəhər Məhkəməsinin 26 dekabr 2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinb 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci məhkumluğu ödənilsədə, ikinci məhkumluğu ödənilmədiyindən, onun əməlində cinayətlərin sadə residivi olduğundan, ona cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs2 təyin olunacaq cəza məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3, 18.1 və 83.3.3cü maddələrin tələblərini rəhbər tutaraq hesab etmişdir ki, onun cəzasını yüngülləşdirən halların olmaması ilə yanaşı, cinayətlərin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirməklə nəzərə alınmalıdır. Nəticədə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkum Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.4,312.2, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi və Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ayrı-ayrılıqda müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş həmin cəzalar qismən toplanılmaqla, cinayətlərin məcmusu üzrə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq dövründə həbsdə saxlandığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, cəzasının əvvəli tutulduğu tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə onun üzərində qəti cəza saxlanılmışdır. İş materialında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs1 əvvəllər: məhkum olunmamışdır. Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar idarəsindən daxil olmuş 023-3603-1219 nömrəli 11 sentyabr 2019-cu il tarixli məktubuqdan görünür ki, 08 dekabr 1986-ci il tarixdən X7 çalışır, 04 may 2016-cı il tarixli 1238Ş\h-001-16 əmrlə 05 may 2016-cı il tarixdən Bakı şəhər Baş polis idarəsinin İstintaq və Təhqiat idarəsinin rəis müavini vəzifəsindən azad edilmiş, Bakı şəhəri Səbail RPİ-nin İstintaq şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. DİN-nin Kadrlar idarəsindən daxil olmuş 27 noyabr 2019-cu il tarixli məktuba əsasən, 16.11.2019-cu il tarixli Ə3605ş/h-001-19 nömrəli əmrlə X7n xaric edilmişdir. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs1 təyin olunacaq cəza məsələsini müzakirə edərkən, onun cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı; vurulmuş maddi ziyanı könüllü olaraq tam şəkildə ödəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, uzun illər ərzində (40 ildən artıq) X7 qüsursuz xidmət etməsini və xidmət etdiyi dövr ərzində “qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif olunmasını, müharibə veteranı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-cü maddələrinə əsasən, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə nəzərə almışdır. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, cəzasını yüngülləşdirən halların toplusunu nəzərə alaraq, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi məqsədə müvafiqdir. Bu səbəbdən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 32.4,312.2, 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrlə ayrı-ayrılıqda azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla, cinayətlərin məcmusu üzrə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunmaqla, ona sınaq müddəti müəyyən olunmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli, hökmün icrasına nəzarət yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılmalı, sınaq müddəti ərzində üzərinə cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və cəzasının əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinin tələbinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət əməli törətmiş təqsirləndirilən şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası və məhkumun islah edilməsi, həm məhkumlar və həm başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin olunacaq cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakteri və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə, insan ləyaqətini alçaltma məqsədi daşıya bilməz. Başqa sözlə, cəza bir qayda olaraq «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxma və ya qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda, ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələbinə əsasən, təqsirləndirilən şəxsə cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarin şəxsiyyəti, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, həmçinin ona təyin ediləcək cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. «İnsan Hüquqları və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilən vaxt və ona cinayət ittihamı irəli sürülərkən qanunla yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddət ərzində işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəzanın həddini və növünü təyin edərkən məhkum olunmuş şəxslərin törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlik dərəcəsini, cəza təyin etmənin ümumi əsaslarını, cəzalarını ağırlaşdıran və yüngülləşdirən halları, şəxsiyyətlərini, onların hər birinə təyin olunacaq cəzanın islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə almaqla yanaşı, onlara maddələrin sanksiyası həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olaraq lazımi cəzalandırma tədbirini təmin edir, məhkumların islah və tərbiyə edilməsinə köməklik göstərir, onların və başqa şəxslərin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi ilk olaraq cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs2 cəzasının əhəmiyyətli dərəcədə yüngülləşdirilməsinə dair onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətində və ona edilmiş əlavədə irəli sürülən dəlillər işin faktiki hallarına ümumiyyətlə uyğun olmadığından və cinayət işi üzrə toplanmış çoxsaylı mötəbər sübutlarla təkzib edildiyindən, verilmiş apellyasiya şikayətində irəli sürülən dəlillərlə razılaşmır və bu səbəbdən cəzasının yüngüllışdirilməsi üçün əsas iapmır. Bununla yanaşı, məhkəmə kollegiyası Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestində irəli sürülən dəlillərlə aşağıda göstərilənlər xüsusatlara görə qismən razılaşır. Belə ki, birinci instansiya məhkəməsi verilmiş ittihamlar üzrə məhkum Təqsirləndirilən şəxs1 müvafiq maddələrlə təqsirli bilsə də, əsassız olaraq cinayət əməlləri üzrə dəymiş ziyanı könülllü olaraq tam ödəməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, uzun illər (40 ildən artıq) X7 qüsursuz xidmət etməsi və xidmət etdiyi zaman “qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif edilməsi, müharibə veteranı olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi kimi halları onun cəzasını yüngülləşdirici hallar kimi nəzərə almaqla yanaşı, heç bir əsaslandırma aparmadan onun barəsində təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını 02 il sınaq müddəti ilə şərti hesab etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin məhkum Təqsirləndirilən şəxs1 təyin etdiyi azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, şərti tətbiq edərkən, bunun nə ilə şərtləndirməsini öz hökmündə göstərmədən və əsaslandırma aparmadan belə bir nəticəyə gəlməsinin səbəbləri aydın olmadığından, təyin etdiyi azadlıqdan məhrum etmə cəzasını şərti olaraq tətbiq edərkən, cəza təyini qaydalarını pozmuşdur. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Göstərilən Məcəllənin 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməsi və cəza təyin olunarkən törədilən cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirinin nəzərə alınması isə Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit edilmiş imperativ normadır. Azərbaycan Respublikası Cinayət Prosessvual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlər sırasında göstərmiş, yəni məhkəmə qərarlarında cəzanı yüngülləşdirən müstəsna və ağırlaşdırıcı hallar barədə nəticələri müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı və əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Birinci instansiya məhkəməsi cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təyin etdiyi azadlıqdan məhrum etmə cəzasını şərti tətbiq edərkən, cəza təyini qaydalarını pozmuş və yüngülləşdirici hal kimi nəzərə aldığı halları qanunsuz və əsassız olaraq sübut edilmiş kimi qəbul etmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsas kimi istinad etməsi əsassızdır. Bu Məcəllənin 70.2-ci maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Həmin Məcəllənin 59.1.1-ci maddəsinə görə, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır əməlin törədilməsi cəzanı yüngülləşdirən haldır. Maddənin mənasına əsasən bu növ cinayətin törədilməsi bütün hallarda deyil, yalnız hadisələrin təsadüfi axarı zəminində və ilk dəfə baş verdikdə yüngülləşdirici hal kimi qiymətləndirilməlidir. Göründüyü kimi, cinayət qanununun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alması və göstərilən halın hadisələrin qabaqcadan düşünülən, hazırlaşılan deyil, təsadüf nəticəsində ilk dəfə baş verməsi ilə əlaqədar olması və cinayəti törədən şəxsin fərdi-mənəvi əlamətlərinə, onun ictimai-təhlükəliliyinə birbaşa təsir göstərməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsində göstərilmişdir ki, cinayəti törətmiş şəxsə cəza təyin olunarkən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələri ilə göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər, yəni həmin maddənin mənasına əsasən, göstərilməyən halları məhkəmə cəzanı yüngülləşdirən hal kimi nəzərə ala bilər. Lakin, həmin normada nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallardan hər hansı birinin əlamətlərinin təhrif edilməsinə qanun birmənalı imkan vermir. Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsi hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsini cəzanı yüngülləşdirən hal kimi müəyyən etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinə əsasən, məhkəmələrə hər bir konkret halda şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşılması, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri izah edilmişdir. Həmin Qərarın 1-ci bəndində cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi və üsulu, zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Hazırkı cinayət işi üzrə məhkumların törətdiyi cinayətlərdən Cinayət Məcəlləsinin 312.4-cü maddəsi ilə olan əməli böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər sırasına deyil, bu Məcəllənin 15.4-cü maddəsinə əsasən, obyekti dövlət hakimiyyətinin və dövlət qulluğunun normal həyata keçirilməsinin təmin edən ictimai münasibətlər olan ağır cinayətlərdir. Məhkum Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vuraraq təkrar dələduzluq etməsində ifadə edilən cinayət əməlləri birbaşa qəsdən və qabaqcadan törədilən cinayət əməli olmaqla CM-nin 15.3-cü maddəsinə əsasən obyekti mülkiyyət münasibətləri olmaqla az ağır cinayətlərdir. Bu cinayətlər birbaşa qəsdlə törədilmiş, yəni təqsirli şəxslər cinayət əməllərinin törədilməsinin ictimai təhlükəli olduğunu dərk etməklə yanaşı, belə cinayət əməlini törətmələrini arzu etmişlər. Bununla yanaşı, Qərarın 4-cü bəndinə əsasən, Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, cəza təyini zamanı maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər və belə halların cəzanın yüngülləşdirən hallar kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Lakin, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinin tələblərinə əməl etməməklə, sübut edilməli olan həmin halları öz hökmündə əsaslandırmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin məhkum Təqsirləndirilən şəxs1 müharibə veteranı olmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə alması əsaslı hesab edilə bilməz. Onun nə ilə təsdiq edilməsi, hansı müharibənin iştirakçısı olması və sair hallar hökmdən görünmür. Bundan başqa, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını ona münasibətdə cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda da məhkəmənin mövqeyi düzgün olmamışdır. Birinci instansiya məhkəməsi onun müsbət xasiyyətləndirilməsinin konkret olaraq nədə ifadə olunmasını və bunun nə ilə sübut olunmasını göstərməmiş, formal yazılmışdır. Bundan başqa, birinci instansiya məhkəməsinin hökmündə məhkum Təqsirləndirilən şəxs1 uzun illər (40 ildən artıq) X7 qüsursuz xidmət etməsi və xidmət zamanı “qüsursuz xidmətə görə” 1ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif olunmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə almaqda da, məhkəmənin mövqeyi düzgün olmamışdır. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin Daxili Təhqiqatlar idarəsindən daxil olmuş 023-3603-1219 nömrəli 11 sentyabr 2019-cu il tarixli məktubdan görünür ki, Bakı şəhəri Səbail rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi Təqsirləndirilən şəxs1 barəsində aparılmış xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, əvvəllər dəfələrlə məhkum edilmiş müəmmalı həyat tərzi keçirən Təqsirləndirilən şəxs2la xidməti zərurətlə bağlı olmayan əlaqə yaratmış, 2015-ci ildə Bakı şəhər Baş polis idarəsinin İstintaq və Təhqiqat İdarəsinin rəis müavini vəzifəsində işləyərkən, sonuncunun xahişi ilə vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələyə müdaxilə edib BMCMİ-nin istintaq şöbəsində Əlibaba Axundov barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq edilmiş cinayət işinin həllinə təsir etməyə cəhd etmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2015-ci il tarixli hökmü ilə Əlibaba Axundov bu maddə ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni ilə Təqsirləndirilən şəxs1 2016-cı ilin iyun ayında anoloji qəbahətlərə yol verərək, Təqsirləndirilən şəxs2la tanışı Şahid3 X7 xidmətə qəbul edilib Səbail rayon polis idarəsi post patrul xidməti bölməsinə işə düzəlməsinə dair danışıqlar aparmışdır. Nöqsanlara yol verdiyi üçün, Ə485-001-19 saylı 26 iyun 2019-cu il tarixli əmrlə Təqsirləndirilən şəxs1 “xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” elan olunmaqla, intizam məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qabaqcadan əlbir olan bir qrup şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəsinə məxsus əmlakı vahid niyyətlə ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar olaraq dələduzluq etmiş, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə bağlı qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət kimi verilməsinə qeyrisini təhrik etmiş, bununla da qulluğun və idarəçiliyin əsaslarını sarsıdan, işlədiyi qurumun nüfuzunu əhali arasında hörmət və nüfuzdan salan, cəmiyyətdə sosial bəlaya çevrilmiş korrupsiyanın ən təhlükəli formalarından biri olan rüşvət verməyə təhrik etmə əməlini törədən Təqsirləndirilən şəxs1 uzun müddət əmək haqqı almaqla dövlət qurumunda işləməsini, əsassız olaraq şəxsiyyətinin fərdi-mənəvi keyfiyyətlərini tam ortaya qoyması nəticəsinə gəlmiş, hansı xidmətlərinə görə “qüsursuz xidmətə görə” 1, 2 və 3-cü dərəcəli medallarla təltif edilməsi, uzun müddət qüsursuz xidmətin nədə ifadə edilməsində cəzanı yüngülləşdirməyə imkan verən amilin nə olmasını hökmündə əsaslandırmamışdır. Hətta təqsirli bilindiyi cinayətləri məhz X7 yüksək vəzifələrdə işləyərkən törətməsi, cinayət əməllərini törətməkdə ifşa edən mötəbər sübutlara baxmayaraq, özünü həmin əməlləri törətməkdə təqsirli bilməmiş, istintaq orqanını və məhkəməni yayındırmağa çalışmışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi hökmündə Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi cinayətlər üzrə dəymiş ziyanın könüllü olaraq tam ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamışdır. Belə ki, 17 avqust 2020-ci ildə məhkəmə iclasında Şahid2 istintaq zamanı verdiyi ifadələrini və üzləşdirmədə göstərilənləri təsdiq edərək, əlavə olaraq qeyd etmişdir ki, istintaqda 2018-ci ilin mart ayında DİN-ə şikayət etdikdən sonra, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 vasitəsilə onunla əlaqə saxlayaraq aldığı pulu tam qaytarmasını göstərsə də, bunu Təqsirləndirilən şəxs1 ona pulu tam ödəməsi barədə verdiyi vədə inanaraq sonuncunun tutulmaması üçün demişdir. Həqiqətdə isə Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ümumi ziyandan 2500 manat məbləğində olan hissəsi ona ödənilmədiyindən, həmin pulun ona ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə Şahid2 istintaq zamanı verdiyi ifadəsini olduğu kimi hökmə köçürmüş, nəticədə Təqsirləndirilən şəxs1 sonuncuya vurduğu ümumi ziyandan 2500 manat olan hissəsinin ödənilməməsini hökmdə əks etdirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 07 saylı 11 iyun 2015-ci il tarixli qərarının 36-cı bəndində göstərilmişdir ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu cinayət əməllərinin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Həmin qərara əsasən, məhkəmələrə izah edilmişdir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və yaxud etibarından sui-istifadə edilmiş və əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərərçəkmiş qısa və ya uzun müddətdən sonra, həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağız və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs maddi nemətin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Eyni zamanda, həmin qərarda göstərilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin və yaxud hərəkətsizliyin edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə əməli həm dələduzluq və rüşvət verməyə təhrik etmə kimi qiymətləndirilir və bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, əmlakın dəyəri) Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinin tələblərinə əsasən, xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır. Lakin, iş materialında məhkumların cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın həmin maddənin tələbinə əsasən, xüsusi müsadirənin predmeti kimi dövlət nəfınə alınması və dövlət nəfinə alınması üçün tədbirlərin görülməsi ümumiyyətlə müəyyən edilməmiş və hökmdə göstərilməmişdir. Nəticədə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsinin tətbiqi üçün düzgün olmayan əsaslar yaratmış və bu səbəbdən qeyd edilən maddəni tətbiq etməklə, cəmiyyətdən təcrid olunmalı olan şəxsi azadlıqda saxlamışdır. Bunlar isə məhkəmənin ədalət mühakiməsinin həyata keçirilməsində obyektivliyinə və qərəzsizliyinə, cəmiyyətdə ədalətin və hüququn aliliyinin təmin edilməsində prinsipiallığına təsir göstərməklə, onun həyata keçirdiyi mühüm funksiyalara ziddir. Məhkəmə isə hazırkı halda hüququn aliliyinin mövcudluğunu təmin etməmiş, əksinə cinayət qanunu normalarını düzgün tətbiq etməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 məhkəmənin gəldiyi nəticə üzrə törətdiyi dələduzluq cinayətini öz qulluq mövqeyindən istifadə etməklə törətməsini, habelə vəzifəli şəxs kimi rüşvət verməyə təhrik etmə əməlini törətməsini müəyyən edən birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 46.2-ci maddəsi buna imkan verdiyi halda, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini, onun şəxsiyyətini nəzərə alaraq, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququn saxlanılmasını qeyri-mümkün hesab etməli olduğu halda, cəzanın əlavə cəza kimi təyin edilməli olmasına öz hökmündə toxunmamış və bunu qiymətləndirməmişdir. Göstərilənlərdən əlavə, birinci instansiya məhkəməsi hökmünün 16-cı səhifəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 30 sentyabr 2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlandığı müddət nəzərə alınaraq cəzasının çəkmiş hesab olunmuş və məhkəmə iclas zalından azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 26 dekabr 2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrum edilmişdir. Onun birinci hökm üzrə məhkumluğu ödənilsə də, ikinci hökm üzrə ödənilməmiş və cinayətlərin residivi olduğundan, ona cəza həmin Məcəllənin 65.2-ci maddəsi ilə nəzərdə tutulan qaydalar üzrə təyin edilməlidir. Məhkəmənin hökmünün 17-ci səhifəsində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət əməli törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal yoxdur, cinayətlərin residivi isə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən, cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin olması və ona Cinayət Məcəlləsinin 65.2-ci maddəsində nəzərdə tutulan qaydalar üzrə cəza təyin edilməsi barədə nəticəyə gəlməsi və Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, onun cinayət əməlində cinayətlərin sadə residivinin olmasının cəzasını ağırlaşdıran hal kimi nəzərə almaqla, cinayət qanununun tələblərini pozmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum edilmiş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Məhkum Təqsirləndirilən şəxs2 isə Sumqayıt şəhər Məhkəməsinin 26 dekabr 2013-cü il tarixli hökmü ilə CM-nin 263.2-ci maddəsi ilə məhkum edilmiş və Cinayət Məcəlləsinin 24 və 26cı maddələrinin tələbinə əsasən, təqsirin ehtiyatsızlıqla törədilməsi formasına aiddir. Belə olan halda birinci instansiya məhkəməsi onun əməlində cinayətin residivini müəyyən edərək həmin halı cəza təyin edərkən nəzərə almasını göstərməklə, onun əməlində CM-nin 61.1.1-ci maddəsinə görə cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi səhv nəzərə almışdır. Lakin, CM-nin 61.1.3cii maddəsinə əsasən, onların hər birinin rüşvət verməyə təhrik etmə cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələrini cəzalarını ağırlaşdıran hal kimi nəzərə almamaqda səhvə yol vermiş və düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs2 barəsində cinayətlərin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almaqla səhvə yol verdiyindən, bununla bağlı Dövlət ittihamçısının verdiyi apellyasiya protestində irəli sürdüyü dəlillə razılaşır. Digər tərəfdən məhkəmə kollegiyası məhkumların hər birinin rüşvət verməyə təhrik etmə cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələrini onların cəzalarını ağırlaşdıran hal kimi nəzərə alınmasında Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestində irəli sürülən dəlillərlə aşağıda göstərilənlərə görə razılaşmır və əsasız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.3-ci maddəsinə əsasən, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi cəzanı ağırlaşdıran haldır. Lakin, Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin olunarkən, təkrarən nəzərə alına bilməz. Belə olan halda, cinayət əməllərinin məhkumlar tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında örədilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən, onların hər birinin cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Digər tərəfdən, birinci instansiya məhkəməsi cinayət işi üzrə maddi sübutlar qismində tanınmış və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərindən 23340/19 nömrəli 05 dekabr 2019-cu il tarixli məktubla daxil olmuş 01 ədəd CD disk və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərindən 30289 nömrəli 05 nömrəli 2019-cu il tarixli məktubla daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı; məhkumlar: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə göstərilən hüquqi yardımla bağlı Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil bürosunun vəkilləri - Müdafiəçi1 və Müdafiəçi2 Vəkil Bürosunun hesabına hər biri üçün ayrıayrılıqda 480 manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-cü maddəsinin tələbinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq olunmaması birinci instansiya məhkəməsinin hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə səbəb olan əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.2, 178,2.4 və 32.4,312.2-ci maddələri ilə məhkum edilmələrinə dair 28 avqust 2020-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs1 münasibətdə həmin Məcəllənin 70-ci maddəsinin onun barəsində tətbiqinə dair müddəalar hökmdən xaric olunmalı və cinayət qanununun norması düzgün tətbiq edilməli, habelə məhkum Təqsirləndirilən şəxs2 münasibətdə isə eyni qaydada cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası, q ə r a r a a l ı r: Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi4 və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri; habelə məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayətinə edilmiş əlavə təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan 28 avqust 2020-ci il tarixli hökmü dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinin tətbiqinə dair müddəalar məhkəmənin hökmündən xaric edilsin. Məhkum Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalında həbsə alınsın. Məhkum Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 04 il müddətinə və təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən, əsas və əlavə cəzalar qismən toplanılmaqla və toplanılan əlavə cəza toplanılan əsas cəzaya birləşdirilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzasının əvvəli tutulduğu 12 avqust 2021-ci il tarixdən hesablanmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivinin məhkum Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmasına dair müddəa hökmdən xaric edilsin. \ Məhkəmənin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsi ilə göstərilən müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər: 1.(sədrlik edən) İlqar Murquzov
2. Habil Məmmədov
3. Həsən Əhmədov