Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-913/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi - X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X3, Məhkum edilmiş şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, üzərində ödənilməmiş məhkumluğu olan, işləməyən, Bakı şəhəri, Səbail rayonu, İ.Ağayev küçəsi, ev 3, mənzil 132-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin "xxxx" Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-116/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-116/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən (hakimlər Məmmədov Əli İrfan oğlunun sədrliyi ilə, X6 və X2 ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 13 may 2022-ci il tarixdən 14 may 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə həmçinin, maddi sübut və ekspertiza xərci məsələləri də həll edilmişdir. İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu inzibati ərazisində yerləşən “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,033 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 04:00 dəqiqədə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermədə şübhəli bilinən və narkotik vasitəni qəbul etmək üçün getdiyi tanışı Şahid5 yaşadığı ünvan 1 ünvanında saxlanılmış, həmin vaxt mənzilə keçirilən baxış zamanı qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşımaqla saxladığı narkotik vasitə hesab edilən külli miqdarda heroinin təmiz çəkisi 2,432 qram təşkil edən hissəsi giriş hissədə yerləşən masanın üzərindən aşkar olunaraq götürülmüş, bundan sonra əməliyyataxtarış tədbirlərinin davamı olaraq gətirildiyi Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-in inzibati binasında həmin gün saat 07:00 dəqiqədə üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşımaqla saxladığı narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 0,601 qram təşkil edən digər hissəsi əynində olan şalvarının sol arxa cibindən aşkar olunaraq götürülmüşdür. Hökmdən narazı qalan Dövlət ittihamçısı1 apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi haqqında 26 fevral 2024-cü il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona cinayət qanununun müddəalarına uyğun, həmin maddənin sanksiyası həddində cəza təyin edilməsinə dair yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək ibtidai istintaq zamanı təzyiq altında üzərində narkotik vasitə aşkar olunarkən həmin narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində axtarış aparılarkən ibtidai istintaq zamanı vermiş olduğu ifadələrdən fərqli məzmunda ifadə verərək məsuliyyətdən yaxa qurtarmaq istəmişdir. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının zorakılığına məruz qaldığını və törətmədiyi cinayəti fiziki təzyiq altında etiraf etdiyini bildirsə də, ibtidai istintaq zamanı zorakılığa məruz qaldığını, polis əməkdaşları tərəfindən döyüldüyünü, başqa sözlə, işgəncəyə məruz qaldığını bildirməmiş, qeyd edilənlərlə bağlı heç bir hüquq mühafizə orqanına, o cümlədən məhkəməyə müraciət etməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs istintaq təcridxanasına qəbul olunarkən bədəni üzərində xəsarət olmamış, iş məhkəmədə olarkən ibtidai istintaqa prosessul rəhbərliyi həyara keçirən prokuror tərəfindən Təqsirləndirilən şəxs təzyiq göstərilməsi və döyülməsi ilə bağlı araşdırma aparmış, göstərilən hallar təsdiq olunmadığından cinayət işi başlanması rədd olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini, məhkəmə istintaqı zamanı isə ümumiyyətlə, üzərində narkotik vasitə olmamasını bildirsə də məhkəmə bu ziddiyyətə, narkotik vasitənin külli miqdarda olmasına, şahidlərin ifadələrinə, təqsirləndirilən şəxsin üzərində axtarış aparılması protokoluna, ekspertiza rəylərinə diqqət yetirməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadəsini əsas götürərək həmin halları digər sübutların məcmusu üzrə düzgün qiymətləndirməmiş, sonda da işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsi hökmündə təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən CMin 234.1-ci maddəsinə tövsif edərək işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Hökmdən həmçinin narazı qalan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, ona təyin olunan cəzanı əsassız hesab edərək apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı X5 apellyasiya protestinin dəlillərini müdafiə edərək təmin edilməsini, eyni zamanda məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını, apellyasiya protestinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, barəsində bəraət hökmü çıxarılmasını, apellyasiya protestinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası verilmiş apellyasiya protesti və apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya protesti və apellyasiya şikayəti əsassız olduqlarından təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-116/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Apellyasiya protestində məhkumun əməlinin tövsifi mübahisələndirilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona cinayət qanununun müddəalarına uyğun, həmin maddənin sanksiyası həddində cəza təyin edilməsinə dair yeni ittiham hökmü çıxarılması xahiş edilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən həmin dəlilləri əsassız hesab edir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 82-84) görünür ki, həmin gün müdafiəçilərin iştirakı ilə Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt Şahid5 üzərindən 01 bükümdə 1,07 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə, Şahid6 üzərindən 01 bükümdə 1,04 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə, Təqsirləndirilən şəxs üzərindən 01 bükümdə 1,10 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2754 nömrəli rəyindən (cild 1, iş vərəqə 98- 100) görünür ki, tədqiqata təqdim olunmuş üzərində Şahid5 məxsus 02 bükümdə ümumilikdə təmiz çəkiləri 3,855 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şahid6 məxsus 02 bükümdə ümumilikdə təmiz çəkiləri 4,033 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs məxsus 02 bükümdə ümumilikdə təmiz çəkiləri 3,033 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin heroin kütlələri komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim edilmiş Şahid5 məxsus şpris və iynə ucluqlarında nəzarətdə olan maddələrə məxsus izlər aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 40-42) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməklə ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 36-cı bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin cavab məktubundan (cild 2, iş vərəqə 161) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması, həmçinin kiməsə narkotik vasitələri bağışlaması halları əməliyyat yolu ilə yoxlanılmış, lakin heç bir nəticə verməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsin 6899 saylı rəyindən (cild 2, iş vərəqə 188-189) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin istifadəçisi olmuşdur. Lakin o, heç vaxt satış məqsədilə narkotik vasitələr əldə etməmişdir. Hadisə baş verən zaman, yəni polis əməkdaşları tərəfindən tutulduğu evdə onun üzərində və həmin evdə narkotik vasitələr olmamışdır. Doğrudur o, həmin gün narkotik vasitə istifadə etdikdən sonra Sahibin evinə getmiş, lakin Sahibin evində narkotik vasitə istifadə etməmişdir. Çünki həmin evdə narkotik vasitələr olmamışdır. O, hadisəni daha ətraflı təsvir edərək bildirmişdir ki, hadisə baş verən gün gecə saatlarında mobil telefonunun enerjisi bitmək üzrə olmuş və ona görə də mobil telefonu enerji yığması üçün Sahib adlı tanışının yaşadığı evə getmişdir. O, Sahiblə eyni məhəllədə yaşamış və bildiyi qədərilə həmin ev heç Sahibə də məxsus olmamışdır. Eyni zamanda o, Sahibin yaşadığı evin kimə məxsus olduğunu da bilmir. O, hadisə baş verən gün Sahibin yaşadığı evə gedərək mobil telefonunu enerji yığması üçün zaryatkaya qoşmuşdur. Bir müddət sonra polis əməkdaşı Anar adlı şəxs Sahibin yaşadığı evə gəlmişdir. Sonra Anar adlı şəxs mobil telefonu vasitəsilə onun tanımadığı şəxslərə zəng etmişdir. Qısa müddət sonra bir neçə polis əməkdaşı da Sahibin yaşadığı evə gəlmişdir. Polislər Sahibin evinə gəldikdən sonra əvvəlcədən qurduqları ssenari üzrə hərəkət etmişlər, yəni əvvəlcə Sahibi yaşadığı evdən çölə çıxarmışlar. Polislər elə etmişlər ki, guya əvvəlcə Sahibi küçədə saxlamışlar və həmin vaxt Sahibin üzərindən narkotik vasitələr aşkar edilmiş, sonra Sahib polis əməkdaşlarına yaşadığı evdə də narkotik vasitələr saxladığını bildirmiş və bunun əsasında da polislər Sahibin yaşadığı evə baxış keçirmək üçün gəlmişlər. Çünki polislər Sahibi evdə əməlli başlı döymüşlər. Bütün bunlar əvvəlcədən qurulmuş və bir-bir icra edilmiş plan olmuşdur. Çünki polislər Sahibi çöldə tutmamışlar. Əksinə polislər evə gələn zaman Sahib evdə olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman Sahibin yaşadığı evdə onlar 3 (üç) nəfər olmuşlar. Hadisə günü Sahibin evində Rafael, Sahib və o, olmuşdur. Hər üçü əvvəllər azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişlər. Həmin polis əməkdaşları Sahibin evinə gəldikdən sonra onu döyməyə başlamışlar, sonra qarşısına narkotik vasitələr qoyaraq həmin narkotik vasitələrin Sahibə məxsus olmasını bildirməsini ondan tələb etmişlər. Onların üçünü də polislər tərəfindən döyülmüşdür. Onlar bu barədə prokurorluq orqanına şikayət də etmişlər. Onun əvvəllər 2 (iki) dəfə narkotik vasitələrdən istifadəyə görə təqsirli bilinməsi ilə əlaqədar məhkumluğu olmuşdur. Hazırkı iş üzrə barələrində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar onlar məhkəmə qarşısına çıxarılmalı olmuşlar. Lakin onlar prokurorluq əməkdaşlarına polis əməkdaşları tərəfindən döyülmələri ilə bağlı tibbi ekspertiza keçirildikdən sonra həbsin seçilməsinə razı olacaqlarını bildirmişlər. Buna görə də əvvəlcə onların barəsində həbs deyil, ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. O, barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi andan barəsində seçilmiş qətimkan tədbirinin icrasına nəzarət edən müvafiq icra orqanının çağırışına vaxtı-vaxtında gedibgəlmişdir. Lakin sonra onun barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən 30 gün müddətə inzibati tənbeh tədbiri seçilmişdir. Barəsində inzibati həbs seçildiyinə və 30 gün müddətində həsbdə saxlanıldığına görə o, ev dustaqlığına nəzarət edən müvafiq icra orqanının heç bir çağırışına gedə bilməmişdir. Bundan sonra ibtidai istintaq orqanı tərəfindən onun axtarışa verilməsi barədə qərar qəbul edilmişdir. Barəsində qəbul edilmiş 30 günlük inzibati həbsin vaxtı bitdikdən sonra ona məlum olmuşdur ki, barəsində axtarış elan edilmişdir. O, müvafiq icra orqanına yaxınlaşan zaman axtarışda olduğunu ona bildirmişlər və bundan sonra onu məhkəmə qarşısına çıxarmışlar. Məhkəmə tərəfindən də onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Onlar Sahibin evində saxlanılan zaman polis əməkdaşları tərəfindən hər üçünün qarşısına müəyyən qədər narkotik vasitələr qoyulmuşdur. Onun qarşısına qoyulan narkotik vasitənin çəkisinin azaldılması üçün o, 1-2 dəqiqəlik boşluqdan istifadə edərək həmin narkotik vasitənin bir hissəsini yerə boşaltmışdır. Həmin narkotik vasitələri onların boynuna Anar adlı polis əməkdaşı qoymuşdur. Daha sonra Sahibin evindən onları Polis bölməsinə aparmışlar. Polis bölməsində polis əməkdaşları ona demişlər ki, videoçəkiliş zamanı o, narkotik vasitənin ona məxsus olduğunu bildirsə və bu barədə təqdim edilən sənədlərə imza çəksə, onun barəsində daha yüngül maddə üzrə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi açılacaq. O, barəsində daha ağır maddə üzrə cinayət işinin açılmasından və polis əməkdaşlarının daha ağır təzyiq göstərə biləcəyindən qorxduğu üçün narkotik vasitənin ona məxsus olduğunu bildirmiş, eləcə də təqdim edilən sənədləri imzalamışdır. Lakin sonradan ona məlum olmuşdur ki, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə deyil, əksinə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Birinci instansiya məhkəməsinin qənaətinə görə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması, habelə xx.xx.2022-ci il tarixdə onun üzərindən külli miqdarda, yəni təmiz çəkisi 3,033 qram olan narkotik vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən məhkəmə istintaqı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş - satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etməsi, üzərində saxlaması və daşıması cinayəti sübuta yetirilməmiş, yəni narkotik vasitənin satışını törətməsini təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Bu halda Təqsirləndirilən şəxs 3,033 qram narkotik vasitə heroinin aşkar olunması onun əməlinin satış məqsədilə törədilən əməl kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin miqdar əlaməti, onun narkotik vasitəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, psixotrop maddələrin hazırlanması və bölüşdürülməsi üçün avadanlığın olması isə ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs üzərindən qeyd edilən çəkidə narkotik vasitənin aşkar olunması ilə bağlı xüsusatlar, yəni şəxsin üzərində külli miqdarda narkotik vasitə aşkar olunması, digər şəxslərlə sövdələşmənin olmaması məhkum edilmiş şəxsin narkotik vasitənin satışı ilə məşğul olması və bu məqsədlə üzərində gəzdirməsi anlamına gəlmir və bunu təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, ittiham aktının məzmunundan görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsinə əsas vermiş yeganə əsas “külli miqdar” anlayışı olmuşdur ki, başqa sübutlarla əhatə olunmayan bu əsas ibtidai istintaq orqanının ehtimallarına əsaslanmış və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli bu hissədə düzgün tövsif edilməmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli qərarından da göründüyü kimi təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı təklikdə şəxsin əməlinə hüquqi qiymət verməyə kifayət etmir və bu zaman narkotik vasitələrin miqdarı ilə yanaşı, həm başqa sübutlarların da olması, eyni zamanda istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri onun barəsində bəraət hökmü çıxarılmasından ibarətdir. Məhkəmə kollegiyası bu barədə apellyasiya şikayətinin dəlillərini aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsində işin halları araşdırılarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan ibtidai istintaqın sonunadək eyni məzmunlu ifadə verərək ondan aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu və həmin vasitəni satmaq kimi məqsədinin olmadığını bildirmişdir. Lakin o, məhkəmə istintaqında ifadə verərək ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmiş, polis əməkdaşları tərəfindən ona qarşı göstərilmiş təzyiq nəticəsində ifadə verdiyini qeyd etmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs polis əməkdaşlarının zorakılığına məruz qaldığını və törətmədiyi cinayəti fiziki təzyiq altında etiraf etdiyini bildirsə də, ibtidai istintaq zamanı zorakılığa məruz qaldığını, polis əməkdaşları tərəfindən döyüldüyünü, başqa sözlə, işgəncəyə məruz qaldığını bildirməmiş, qeyd edilənlərlə bağlı heç bir hüquq mühafizə orqanına, o cümlədən məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs həmin ifadələri özünümüdafiə və cinayət məsuliyyətindən yayınmaq xarakteri daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ittihamla ona qarşı irəli sürülmüş cinayət əməlini təqsirli olaraq törətməsi birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla kifayət qədər sübuta yetirilmişdir və birinci instansiya məhkəməsi toplanmış həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli olması barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində iş materialları ilə, eləcə də məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən və onun törətdiyi qeyd edilən cinayət əməli kifayət qədər sübuta yetirildiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilə bilməz və ona bəraət verilməsi barədə müdafiə tərəfinin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cəza təyin edilməsinin ümumi prinsipləri nəzərə alınmaqla məhkum edilmiş şəxsə ittiham olunduğu maddənin sanksiyasının hüdudları daxilində qanuni və əsaslı cəza təyin edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanin növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardir. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən epilepsiya xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, həmçinin əməlində cinayətin residivinin olmasını isə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal hesab etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə və cəzasının sonu ilə cəzadan azad olunsa da, məhkumluğu ödənilmədiyi və götürülmədiyi 2 (iki) illik müddət ərzində yenidən qəsdən az ağır cinayət törətmişdir. Bu da öz növbəsində cinayətlərin sadə residivini təşkil edir. Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət əməlinin törədilməsi sadə residiv sayılır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən sadə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs üzərində yaranmış məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda yenidən cinayət törətməsini də nəzərə alaraq, onun barəsində ittiham olunduğu maddənin sanksiyası həddində qanuni və əsaslı olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Məhkəmə kollegiyası, cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə tam uyğundur. Birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona təqsirli bilinib məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası hüdudunda, cəzanın məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-116/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü apellyasiya protesti və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 15 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi2 90 manat (15x6) məbləğində əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 398.1.1 maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası QƏRARA ALDİ: Apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-116/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqi yardım göstərdiyinə görə vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-913/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-913/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver