Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-915/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X11, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 294.1, 32.4, 308.1, 32.4, 309.1, 32.4, 313, 32.4, 320.1, 320.2-ci maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-655/2024 nömrəli hökmündən məhkum edilmiş şəxsin birinci instansiya məhkəməsindəki müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-655/2024 nömrəli hökmü ilə (hakim X24 Ağa oğlunun sədrliyi, hakimlər X6 və X7 ibarət tərkibdə) xx xxxx 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Xəzər Rayon Məhkəməsinin 22 noyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib 4.000 manat cərimə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 oktyabr 2014-cü il tarixli, 7(003)- 254/2014 nömrəli qərarına əsasən təyin edilmiş cərimə cəzası islah işləri növündə cəza ilə əvəz edilərək, ona qazancından 15% pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 7(003)-1820/2023 nömrəli qərarı ilə sonuncuya Xəzər Rayon Məhkəməsinin 22 noyabr 2013-cü il tarixli hökmü ilə (sonuncu dəfə Xəzər Rayon Məhkəməsinin 16 oktyabr 2014- cü il tarixli qərarı ilə) təyin edilmiş cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 32.4, 309.1, 32.4, 320.1, 32.4, 308.1, 32.4, 313, 320.2 və 294.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 308.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 309.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 313-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 320.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən təyin edilmiş əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbsə alınması, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin hökm elan edildiyi və həbsə alındığı 09 fevrval 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs cəzasının ümumi rejimli rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin tətbiq edilməməsi, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil şəbəkə operatorundan daxil olmuş, içərisində telefon danışıqları məlumatlarının əks olunduğu 01 ədəd “CD” disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mobil şəbəkə operatorundan daxil olmuş, içərisində telefon danışıqları məlumatlarının əks olunduğu 01 ədəd “CD” disk, Şağan bələdiyyəsinin 08 fevral 2007-ci il tarixli, 07 nömrəli icarə müqaviləsi, Şağan bələdiyyəsinin 23 iyun 2022-ci il tarixli, 25 nömrəli məktubu, Şağan bələdiyyəsinin 24 iyun 2022-ci il tarixli, 100 nömrəli arayışı, 01 ədəd möhür, Əzizbəyov rayon X15 İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli, 16 nömrəli qərarı, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 19 iyun 2023-cü il tarixli, 21323 saylı məktubunun surətlərinin sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilməsi, 01 ədəd möhürün isə ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmasının nəzərə alınması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 197 (yüz doxsan yeddi) manatın Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs ittham verilmişdir ona görə ki, Təqsirləndirilən şəxs keçmiş Əzizbəyov rayon X9 İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli, 13 saylı qərarı ilə Zərərçəkmiş şəxs1 ev tikmək məqsədilə ayrılmış həmin vaxt Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisinə, hazırda isə Şağan qəsəbəsinin ərazisinə düşən qərarda 750 m² göstərilsə də faktiki istifadəsində 1040 m² olan 156.000 (bir yüz əlli altı min) manat dəyərində torpaq sahəsinə mülkiyyət hüququnun başqasına məxsus olduğunu bilə-bilə həmin torpaq sahəsini aldatma yolu ilə əldə etmək məqsədilə 2022-ci ilin aprel ayında qeriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi niyyətə uyğun olaraq, 2022-ci ilin may ayında Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnaməyə əsasən yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablamaq, yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri üzrə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri yerinə yetirən inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi Xəzər rayonu, Şağan bələdiyyəsinin vergi müfəttişi Şahid4 və sonuncu vasitəsilə Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli, 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” Əsasnaməyə əsasən yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablamaq, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirmək, yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qorumaq, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin etmək, müəyyən olunmuş müddətdə yerli (bələdiyyə) vergilərin və ödənişlərin toplanılması haqqında bələdiyyələrə hesabatlar və məlumatlar vermək, bələdiyyələrin qərarlarını icra etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətləri üzrə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri yerinə yetirən inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi həmin Bələdiyyənin Yerli büdcəyə nəzarət və Vergi şöbəsinin müdiri Şahid3 müraciət edib Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən faktiki olaraq Zərərçəkmiş şəxs1 sahibliyində olan 1040 m² torpaq sahəsinin Şahid2 babasından miras kimi sonuncuya keçdiyini, lakin Şahid2 həmin torpaq sahəsinin sənədini itirdiyini yalandan bildirməklə, həmin torpaq sahəsinə dair sənəd verilməsinə köməklik göstərilməsi ilə əlaqədar 1.200 manat məbləğində pul vəsaiti təklif edib, Şahid4 və Şahid3 razılığını alaraq 2022-ci ilin may ayında qeyriləri ilə sövdələşməklə, vəzifəli şəxsi qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərini aşmağa və qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi və möhürü istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamağa təhrikləri əsasında qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi niyyətə uyğun olaraq, həmin tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan bələdiyyəsinin inzibati binasında “İcarədar” kimi sabiq bələdiyyə sədri X12 və “İcarəçi” kimi Şahid2 göstərildiyi Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən 1040 m² torpaq sahəsinin sonuncuya bağçılıq təsərrüfatı və ev tikmək məqsədilə 60 il müddətinə icarəyə verilməsi görüntüsünü yaradan 08 fevral 2007-ci il tarixli, 07 nömrəli icarə müqaviləsini istifadələrində olan kompüterdə qeyd edilən ərəfədə tərtib edib printer vasitəsilə çap edərək üzərinə istintaqa məlum olmayan tarixdə və şəraitdə hazırlanmış daxilində “Azərbaycan Respublikası Bakı Şəhəri Əzizbəyov Rayonu Şağan Bələdiyyəsi” yazıları olan saxta möhürü vurmaqla və “Tərəflərin imzası” qrafasında “X19” yazısının və müqaviləyə əlavə edilmiş torpaq sahəsinin sxemində “Təsdiq edirəm Şağan bələdiyyəsinin sədri A.S.Pənahov” yazısının qarşısındakı imzaları və sxemdə mövcud olan “yol, qonşu, 28,4 və 36,60” yazı və rəqəmlərini qabaqcadan əlbir olan bir qrup şəxs halında olmaqla birlikdə qəsdən fərqli formada icra etməklə saxtalaşdırıb hazırladıqları həmin saxta icarə müqaviləsini 2022-ci ilin may ayında Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən Şağan bələdiyyəsinin inzibati binasının qarşısında özlərinə təqdim edilməsindən sonra bunun müqabilində 1.200 manat pul vəsaitini Şahid4 verib, bundan sonra cinayətkar niyyətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 özünə məxsus torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsi ilə bağlı müraciəti üzrə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində aparılan ilkin yoxlama zamanı hüquqi əsasın olması görüntüsü yaratmaq və xeyrinə qanunsuz prosessual qərar qəbul edilməsinə nail olmaqdan ötrü qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid4 və Şahid3 saxtalaşdırmaqla hazırladıqları 08 fevral 2007-ci il tarixli, 07 nömrəli icarə müqaviləsini və müqaviləyə əlavə edilmiş sxemi bilə-bilə istifadə etmək məqsədilə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsində barələrində araşdırılan C-316/22 saylı ilkin yoxlama materialına əlavə edilməsindən ötrü 17 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov 9 ünvanında yerləşən Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasında təqdim etməklə, cinayətkar niyyətlərini davam etdirib 24 iyun 2022-ci il tarixdə yenidən yuxarıda qeyd edilən inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi Xəzər rayonu, Şağan bələdiyyəsinin vergi müfəttişi Şahid4 və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 23 mart 2000-ci il tarixdə qeydiyyata alınmış Xəzər rayonu Şağan bələdiyyəsinin üzvlərinin 12 fevral 2000-ci il tarixli, 02 saylı iclasının qərarı ilə təsdiq edilmiş “Bakı şəhəri, Əzizbəyov rayonunun X1”nə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyəyə təsdiq edilmək və baxılmaq üçün təqdim edilən büdcə, plan, proqram və qərar layihələrinin hazırlanması, bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi, bələdiyyənin qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsinin təşkili, bələdiyyə mülkiyyəti və bələdiyyənin istifadəsinə verilmiş başqa mülkiyyətin idarə edilməsi, bələdiyyə əmlakının texniki inventarizasiyasının aparılması, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən vətəndaşların müraciətlərinə mahiyyəti üzrə baxılıb cavab verilməsi, fiziki və hüquqi şəxslərə arayış verilməsi və digər səlahiyyətlərin daşıyıcısı olan hüquqi şəxsin təşkilatisərəncamverici funksiyaları yerinə yetirməklə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən, yaxud nəticələnə bilən hərəkətləri etmək hüququna malik vəzifəli şəxs kimi Xəzər rayonu, Şağan bələdiyyəsinin sədri vəzifəsini icra edən Şahid5 Şahid2la birlikdə müraciət edib sonuncunun Şağan qəsəbəsi ərazisində 1040 m² torpaq sahəsinin mövcud olmasını yalandan bildirməklə buna dair Şahid2la Şağan bələdiyyəsi arasında bağlanılmış 08 fevral 2007-ci il tarixli, 07 nömrəli icarə müqaviləsi əsasında Şahid2 Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1040 m² torpaq sahəsinin icarəyə verilməsi və vergi ödəyicisi kimi torpaq vergisini tam ödəməsi görüntüsünü yaratmaqda köməklik etmək məqsədilə arayış verilməsinə dair Şahid5 və Şahid4 razılığını alaraq 24 iyun 2022-ci il tarixdə sövdələşməklə, vəzifəli şəxsi qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədə şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrikləri əsasında qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi niyyətə uyğun olaraq, Şahid2 ilə Şağan bələdiyyəsi arasında 08 fevral 2007-ci il tarixli 7 nömrəli icarə müqaviləsi əsasında ona Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1040 m² torpaq sahəsinin icarəyə verilməsi və vergi ödəyicisi kimi torpaq vergisini tam ödəməsi görüntüsünü yaratmaqda köməklik etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Şahid2 Xəzər rayonu Şağan bələdiyyəsi tərəfindən hər hansı torpaq sahəsinin mülkiyyətə, icarəyə və istifadəyə verilməsinə dair Bələdiyyənin arxivində hər hansı iclas protokolunun, bələdiyyə qərarının və digər arxiv sənədinin olmamasına və həmçinin araşdırma zərurəti ilə əlaqədar Şağan bələdiyyəsi tərəfindən Şahid2 Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində torpaq sahəsi ayrılıb-ayrılmaması barədə Şağan bələdiyyəsinə Xəzər rayon prokurorluğu tərəfindən ünvanlandırılmış 17 iyun 2022-ci il tarixli, xid- 893/22 saylı sorğu məktubuna 23 iyun 2022-ci il tarixli, 25 saylı məktubla sonuncuya Şağan qəsəbəsi ərazisində hər hansı bir məqsədlə torpaq sahəsinin verilməsinə dair Bələdiyyədə arxiv sənədinin aşkar edilməməsi əks olunmuş rəsmi cavabın verilməsinə baxmayaraq, 24 iyun 2022ci il tarixdə Şahid5 və Şahid4 özlərinə təqdim etmək üçün qeyd edilən ərəfədə Xəzər rayonu Şağan bələdiyyəsinin inzibati binasında torpaq sahəsinin Şahid2 məxsus olma və həmin torpaqdan vergi ödəməklə istifadə etmə hüquq verən rəsmi sənəd hesab edilən 24 iyun 2022-ci il tarixli 100 nömrəli arayışı tərtib edib məzmununa bilə-bilə yalan məlumatları, yəni Şahid2 08 fevral 2007-ci il tarixdə Torpaq icarəsi haqqında qanunun 6-cı maddəsinə uyğun olaraq Şağan bələdiyyəsi ilə 07 saylı icarə müqaviləsini bağlaması, həmin müqaviləyə əsasən ona Şağan qəsəbəsi “Yeni sahə” yaşayış massivində 60 il müddətə 1040 m² torpaq sahəsi icarəyə verilməsi, vergi ödəyicisi kimi Bələdiyyənin vergi qeydiyyatına alınması və torpaq vergisini tam ödəməsinə dair məlumatları Şahid5 və Şahid4 kompüter vasitəsilə daxil edib Şağan Bələdiyyəsinin sədr əvəzi kimi özünə aid hissədə öz imzası ilə Bələdiyyənin vergi agenti Şahid4 isə özünə aid hissədə imzaladıqdan sonra Şahid5 təhkim edilmiş üzərində “Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Şağan Bələdiyyəsi” yazıları olan möhürlə birbaşa olaraq şəxsən təsdiq edib elə həmin tarixdə Şağan bələdiyyəsinin inzibati binasında özlərinə təqdim edilməsi ilə barələrində araşdırılan material əsasında 18 iyul 2022-ci il tarixdə Xəzər rayon prokurorluğunda başlanmaqla Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə istintaq zamanı hüquqi əsasın olması görüntüsü yaratmaq və xeyrinə qanunsuz prosessual qərar qəbul edilməsinə nail olmaqdan ötrü qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Şahid5 və Əli Cahagirovun qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı əsasında hazırladıqları 24 iyun 2022-ci il tarixli 100 nömrəli arayışı 12 abqust 2022-ci il tarixdə ünvan 5 ünvanında yerləşən Xəzər rayon Polis İdarəsinin inzibati binasında təqdim edərək cinayət işinə əlavə edilməsinə nail olub, cinayətkar niyyətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 özünə məxsus torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsi ilə bağlı Bakı şəhəri Xəzər rayon məhkəməsinə 25 iyul 2022-ci il tarixdə etdiyi müraciəti üzrə həmin məhkəmə tərəfindən baxılan mülki işdə iştirak edən cavabdeh şəxs kimi hüquqi əsasın olması görüntüsü yaratmaq və Bakı şəhəri Xəzər rayon məhkəməsi tərəfindən xeyrinə qanunsuz məhkəmə qətnaməsinin çıxarılmasına nail olmaqdan ötrü qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxtalaşdırıb hazırladıqları 08 fevral 2007-ci il tarixli, 07 nömrəli icarə müqaviləsi və həmin müqaviləyə əlavə edilmiş sxemi və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı əsasında hazırladıqları 24 iyun 2022-ci il tarixli 100 nömrəli arayışı çıxarılacaq yekun məhkəmə qərarının mahiyyətinə bilavasitə təsir göstərən sübutları həmin saxta sənədlər və uydurma dəlilləri ilə saxtalaşdırmaq niyyəti ilə 28 sentyabr 2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən Xəzər rayon məhkəməsinin inzibati binasında təqdim etməklə Bakı şəhəri Xəzər rayon məhkəməsinin icraatında olan, iddiaçı Zərərçəkmiş şəxs1 cavabdehlər Şahid2 və Təqsirləndirilən şəxs qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair 2(003)-2743/2022 saylı mülki iş üzrə iddia icraatı müddətində və ********* saylı cinayət işi üzrə aparılan istintaq zamanı Zərərçəkmiş şəxs1 çoxsaylı şikayətləri, sonuncunun Şahid2 və Təqsirləndirilən şəxs qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair 2(003)-2743/2022 saylı mülki iş üzrə iddiasının Xəzər rayon məhkəməsi tərəfindən təmin edilməsi, həmçinin həmin məhkəmə tərəfindən əməllərində cinayətin əlamətlərinin aşkara çıxarılması barədə Xəzər rayonu Şağan bələdiyyəsinin sədri vəzifəsini icra edən Şahid5 və həmin Bələdiyyənin vergi agenti Şahid4 barəsində xüsusi qərar çıxarılması, həmçinin Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılan ********* saylı iş üzrə qəbul edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında 05 sentyabr 2022-ci il tarixli qərarın Xəzər rayon prokurorluğu tərəfindən 06 oktyabr 2022-ci il tarixdə ləğv edilib iş üzrə icraat təzələnməsi ilə əlaqədar bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 məxsus 156.000 manat dəyərində torpaq sahəsini qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində külli miqdarda ziyan vurmaqla dələduzluq yolu il ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxan hərəkətlər edərək hüquqi şəxsin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmağa, qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə bilə-bilə hüquq verən rəsmi sənədi və möhürü istifadə etmək məqsədilə vahid niyyətlə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamağa, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədə şəxsi niyyətlə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etmiş,qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində saxta sənədlərdən vahid niyyətlə təkrarən bilə-bilə istifadə etmiş, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə mülki iş üzrə işdə iştirak edən şəxs kimi sübutları saxtalaşdırmışdır. Apellyasiya şikayətinin dəlilləri və etirazlar: Həmin hökmdən məhkum olunmuş şəxsin birinci instansiya məhkəməsindəki müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)- 655/2024 nömrəli hökmünü ləğv edib, bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yeddi maddəsi üzrə irəli sürülmüş ittihamın heç biri məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Belə ki, Məhkəmə iclasında dindirilmiş iş üzrə güya zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs1 bildirdi ki, o əvvələr Təqsirləndirilən şəxs tanımamışdır və Təqsirləndirilən şəxs ona şəxsən heç bir ziyan vurmamışdır, o həmçinin məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbinin olmadığını bildirdi (bu məhkəmə iclasının video çəkilişində də öz əksini tapmışdır.) Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi tanınmış Şağan bələdiyyəsinin nümayəndəsi Nümayəndə ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs tanımır və Şağan bələdiyyəsinin ona qarşı heç bir iddia və tələbi yoxdur (bu məhkəmə iclasının video çəkilişində də öz əksini tapmışdır,). Bundan başqa Şağan bələdiyyəsinin vəzifəli işçiləri Şahid3, Şahid4, Şahid5, Şahid6 məhkəmə iclasında ifadə verərək təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsən tanımadığlarını, bu şəxs tərəfindən onlara hansısa cinayət törədilməsinə heç bir təhrik edici hərəkətlərin edilmədiyini bildirdilər (bu məhkəmə iclasının video çəkilişində də öz əksini tapmışdır.). Bundan başqa iş üzrə torpaqla bağlı əsas əməliyyatlar aparmış Şahid2 (torpaq sahəsini Öz istifadəsində olduğu üçün satan şəxs) məhkəmə iclasında xəstə olduğu üçün ifadə verə bilməmişdir və Şahid1 (torpaq sahəsini alaraq onda müəyyən tikinti işləri aparmış şəxs) məhkəmədə bildirdi ki, Təqsirləndirilən şəxs Şağan kəndində “makler” kimi tanımış və Təqsirləndirilən şəxs yalnız onu “makler” kimi Şahid2la tanış etmişdir, Təqsirləndirilən şəxs hər hansı bir sənədin saxtalaşdırılmasında iştirak etməmiş, kimdənsə sənəd alıb ona verməmiş, kimi isə hər hansı cinayətin törədilməsinə təhrik etməmişdir. İş materiallarında Təqsirləndirilən şəxs hər hansı bir şəxsi vəzifə cinayətinin törətməsinə təhrik etməklə bağlı heç bir telefon danışığı mətni və ya səs yazısı mövcud deyildir. İttiham orqanı Təqsirləndirilən şəxs qarşı sürdüyü ittihamı iş üzrə şahidlərin bir birinə zənglərin intensivliyi ilə sübut etməyə çalışmışdır. Bunların məhkəmə tərəfindən iş üzrə sübut kimi qəbul edilməsi yolverilməzdir. Ümumiyyətlə şəxsə qarşı AR CM-nin bir neçə maddəsi ilə, o cümlədən ağır maddə ilə (AR CM 178.3.2) ittihamlar verilməsinə baxmayaraq məhkəmə iclasında iş materiallarında bir çox qüsurların oldıığu müəyyən edilmişdir (cinayət işi cildlərində uyğunsuzluqlar, ittiham aktının məzmununun qeyri-müəyyənliyi, ittiham aktının nəticəvi hissəsi altı vərəqdən ibarət olsa da bir cümlə təşkil edir və s.). Məhkəmə kollegiyası bunlara müşavirə otağında qiymət verəcəyini bildirmişdir. Bir daha qeyd edilir ki, Təqsirləndirilən şəxs əməlində heç bir cinayət tərkibi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə İclasında qeyd etdi ki, o, arabir makler kimi fəaliyyət göstərdiyindən iş üzrə şahid kimi cəlb edilmiş Şahid2 və Şahid1 “makler” xidməti göstərmişdir, kimisə aldatmaq niyyəti olmamışdır, heç bir sənəd hazırlanmasında iştirak etməmişdir və belə bir sənədlərdən heç bir yerdə istifadə etməmişdir. Zərəçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs1 və Şağan Bələdiyyəsi (nümayəndəsi vasitəsi ilə) notarial qaydada təsdiq edilmiş ərizələrinə əsasən belə göstərirlər ki, hər iki tərəfin Mirzəməməd Məmmədova qarşı heç bir şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxs kimi tanınmış hər ikisi, yəni Zərərçəkmiş şəxs1 və Şağan Bələdiyyəsi (Nümayəndə, hökm-səhifə 6) Təqsirləndirilən şəxs şikayətçi olmadıqlarını məhkəmə iclasında da bildimişlər və bu barədə ərizə təqdim etmişlər. Məhkəmə araşdırma zamanı bütün Şağan bələdiyyə işçilərinin iştirakı və alıcının və satıcının indiki notariat kontorda verdiyi ərizələr kimi məhkəmədə də öz sözlərini deməyinə baxmayaraq, hakim bunları nəzərə almamışdır, iş materiallarında heç bir sübutedici qiymətləndirmə olmadan, alqı-satqı olmadan torpağa dair 156 000 manat qiymət əsassız olaraq yazılmışdı. Bundan başqa iş materiallarından görünür ki, X16 Əzizbəyov icra hakimiyyəti tərəfindən verilmiş 750 kv.m torpaq sahəsinin hansı sahədə yerləşməsinə dair bu günədək təsdiqedici heç bir sənəd yoxdur, Məhkəmə və istintaq zamanı bu barədə ekspertiza belə keçirilməyib ki, Zərərçəkmiş şəxs1 torpaq sahəsinin harada yerləşməsi (kordinatları) barədə məlumat yoxdur. Hökmdən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. İşdə iştirak edən şəxslərin çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)- 655/2024 nömrəli hökmünün ləğv edilməsini və müdafiə etdiyi şəxsin barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-655/2024 hökmünün ləğv edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-655/2024 hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş materiallarında olan sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, müdafiə tərəfinin apellyasiya şikayətində əsaslandırdığı halları artıq hökmündə tədqiq etməklə, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 309.1, 320.1, 308.1, 313, 320.2 və 294.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilmişdir. Qeyd edilməlidir ki, məhkum edilmiş şəxs özünü ittiham olunduğu müvafiq maddələrlə təqsirli bilməsə də, verilmiş ittihamda göstərilən xüsusatlar şahidlərin, zərərçəkmiş şəxsin,zərərçəkmiş hüquqi şəxsin ifadələri və işin digər materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsi belə qənaətə gələrkən aşağıdakı sübutları tədqiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən X2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Qarabağ Müharibəsi iştirakçısı olmuşdur, polis əməkdaşları onu qapının ağzından tutmuşlar. Polis əməkdaşları idarədə ona təzyiq göstərərək narkotiki boynuna qoymuşlar. Onları tanıyan hamı onların narkotikdən uzaq olduğunu bilir. O, su maşını işlədirmiş, maşının sahibini də tutmuşlar. Onu da həmin şəxsin işində şahid qismində göstərmişlər və maşının sahibi olan şəxs barəsində başqa cür ifadə verməyi təklif etmişlər. O, tutulmamışdan 1 gün əvvəl qapının ağzında səhər saat 11 radələrində maşına mindirilərək idarəyə gətirilmiş, idarəyə təzyiq altında ifadəsi alınmışdır. Ailədə 4 nəfərdirlər, ondan başqa 2 qardaşı da var, qardaşlarının da narkotikə aidiyyatı yoxdur. Onun tutulma səbəbi işlətdiyi su maşınının sahibi tutulan zaman o işdə şahid qismində ifadə verməkdən imtina etməsi olmuşdur. Maşının sahibinin tutulması hadisəsi təxminən aprel ayında baş vermişdir. İdarədə ifadə verən zaman təzyiq olduğu üçün polislər dediyi kimi ifadə vermişdir. Onu ayın 12-si saat 11 radələrində yaşadığı evin qapısının ağzında saxlamışlar. Saxlayan zaman 3 nəfər polis əməkdaşı olmuşdur. Çəkiliş zaman vəkil də iştirak etmişdir, lakin heç nə soruşmamışdır. Vəkili polislər özləri seçmişdir. Elə vəkil gətirmişlər ki, problem çıxarmasın. Cibindən çıxan narkotiki polislər özləri əvvəlcədən cibinə qoymuşlar, üzərində narkotikdən başqa 86 manat pul, metro kartı və Samsung A10 markalı telefon da olmuşdur. ********** nömrə həmin Samsung A10 markalı telefonda olmuşdur. 2010 və 2022-ci ildə Məşəd ziyarətində olmuşdur. Ziyarətdə olmağı ilə bağlı ona hədə, təhdid olmamışdır. Ona ancaq narkotiki boynuna alması üçün təzyiq etmişlər. Heç vaxt narkotik və ya psixotoprop maddə qəbul etməmişdir. Ona psixoloji təzyiq göstərib boynuna almayacağı təqdirdə döyməklə hədələmişlər. O da qorxaraq qəbul etmişdir. Cinayət işinin 1-ci cild 1-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X8 24 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edildiyindən, sonuncu barəsində hazırki cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 32.4, 309.1, 32.4, 320.1, 32.4, 308.1, 32.4, 313, 320.2 və 294.1-ci maddələri ayrıca cinayət işi ayrılmışdır. Cinayət işinin 1-ci cild 15-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, sonuncu Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, Əzizbəyov Rayon X9 qərarı ilə ona verilmiş Şağan qəsəbəsində yerləşən torpaq sahəsində başqa şəxslər tərəfindən tikinti işlərinin aparılması barədə məlumat vermişdir. Cinayət işinin 2-ci cild 115-116-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər İcra Hakimiyyəti Aparatından daxil olmuş 26 aprel 2023-cü il tarixli, 3-52/2-2207/2023 nömrəli məktubdan və məktuba əlavə edilmiş sənəddən görünür ki, Zərərçəkmiş şəxs1 torpaq sahəsi ayrılmasına dair olan Əzizbəyov rayon X15 İcraiyyə Komitəsinin 13 sentyabr 1990-cı il tarixli, 16 nömrəli qərarı arxivdə mövcuddur. Cinayət işinin 3-cü cild 121-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş 19 iyun 2023-cü il tarixli, 21323 saylı məktubdan görünür ki, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən ərazidə torpaq sahəsinin 0.01 ha üçün bazar dəyəri 12.000-15.000 (on iki min – on beş min) manat civarında dəyişir. Cinayət işinin 3-cü cild 101-104-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər rayonu Şağan bələdiyyəsinin 16 yanvar 2020-ci il tarixli 01 nömrəli iclas protokolundan görünür ki, Şahid5 həmin iclasın qərarı ilə bələdiyyə üzvü kimi səlahiyyəti tanınmışdır. Cinayət işinin 3-cü cild 105-106-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər rayonu Şağan bələdiyyəsinin 04 aprel 2022-ci il tarixli 03 nömrəli iclas protokolundan görünür ki, Şahid5 həmin iclasın qərarı ilə Şağan bələdiyyəsinin sədr müavini seçilmişdir. Cinayət işinin 3-cü cild 107-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər rayonu Şağan bələdiyyəsinin sədri Lalə Əsədullayevanın 22 aprel 2022-ci il tarixli 03 nömrəli əmrindən görünür ki, Şahid5 həmin əmrlə Şağan bələdiyyəsinin sədr müavini təyin olunmuşdur. Cinayət işinin 3-cü cild 108-111-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər rayonu Şağan bələdiyyəsinin 25 aprel 2022-ci il tarixli 04 nömrəli iclas protokolundan görünür ki, Şahid5 həmin iclasın qərarı ilə Şağan bələdiyyəsinin sədri səlahiyyətlərinin icrası həvalə olunmuşdur. Cinayət işinin 3-cü cild 112-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər rayonu Şağan bələdiyyəsinin sədri Lalə Əsədullayevanın 25 aprel 2022-ci il tarixli 05 nömrəli əmrindən görünür ki, Şahid5 həmin əmrlə Şağan bələdiyyəsinin sədrinin səlahiyyətlərini icra edən vəzifəsinə təyin olunmuşdur. Cinayət işi işinin 3-cü cild 162-164-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid5 sosial arayışından görünür ki, o, 04 aprel 2022-ci il tarixdən Şağan bələdiyyəsinin sədr müavini vəzifəsində işləyir. Cinayət işinin 3-cü cild 54-58-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər rayonu Şağan Bələdiyyəsinin 05 iyun 2023-cü il tarixli, 108 saylı məktubuna əlavə edilmiş 12 oktyabr 2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, Şahid3 həmin tarixdən Şağan bələdiyyəsinin Yerli büdcəyə nəzarət və Vergi şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, Şağan Bələdiyyəsinin 17 oktyabr 2022-ci il tarixli, 18 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Cinayət işinin 3-cü cild 42-47-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər rayonu Şağan Bələdiyyəsinin 05 iyun 2023-cü il tarixli, 108 saylı məktubuna əlavə edilmiş 13 iyun 2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, Şahid4 həmin tarixdən Şağan bələdiyyəsinin vergi müfəttişi vəzifəsinə təyin olunmuş, Şağan Bələdiyyəsinin 13 iyul 2022-ci il tarixli, 07 nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Cinayət işinin 3-cü cild 156-158-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid3 sosial arayışından görünür ki, o, 12 oktyabr 2018-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixədək Şağan bələdiyyəsinin Yerli büdcəyə nəzarət və Vergi şöbəsinin müdiri vəzifəsində işləmişdir. Cinayət işinin 3-cü cild 159-161-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid4 sosial arayışından görünür ki, o, 15 noyabr 2017-ci il tarixdən 13 iyul 2022-ci il tarixədək Şağan bələdiyyəsinin vergi müfəttişi vəzifəsində işləmişdir. Cinayət işinin 1-ci cild 37-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər rayonu Şağan bələdiyyəsindən daxil olmuş 23 iyun 2022-ci il tarixli, 25 nömrəli məktubun kserosurətindən görünür ki, Şahid2 torpaq sahəsinin verilməsi haqqında hər hansı sənəd Şağan bələdiyyəsinin arxivində aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 66-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər rayonu Şağan bələdiyyəsi tərəfindən təsdiq olunmuş 24 iyun 2022-ci il tarixli, 100 nömrəli arayışın kserosurətindən görünür ki, “Torpaq icarəsi haqqında” Qanunun 6-cı maddəsinə uyğun olaraq Şağan Bələdiyyəsi ilə Şahid2 arasında 08 fevral 2007-ci il tarixdə 07 saylı icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən Şahid2 Şağan qəsəbəsi “Yeni sahə” yaşayış massivində 60 il müddətinə 1040 m² torpaq sahəsi icarəyə verilmiş, vergi ödəyicisi kimi Bələdiyyənin vergi qeydiyyatına alınmışdır və torpaq vergisini tam ödəmişdir. Cinayət işinin 3-cü cild 129-137-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, “Əmr kitabı”nda 2015 və 2022-ci illəri əhatə edən dövrə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin kitabın cildinin üzərində çap üsulu ilə latın qrafikasında “ƏMR KİTABİ” yazısı, əlyazma latın qrafikası ilə “Şağan bələdiyyəsi” sözləri, yazılmışdır. Kitab 50 vərəqdən ibarətdir. Kitabın “1” nömrəli səhifəsindən başlayaraq müvafiq əmrlərin nömrələri və tarixləri əlyazma latın qrafikası ilə yazılmaqla qeydiyyat aparılmışdır. Həmin əmrlər barədə qeydiyyat 2015-2022-ci illəri əhatə etməklə kitabın “41”-ci səhifəsinədək aparılmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, kitabın “17”-ci səhifəsində Şahid3 12 oktyabr 2018-ci il tarixli, 01 nömrəli əmrlə “Yerli büdcəyə nəzarət və Vergi şöbəsinin müdiri” vəzifəsinə təyin olunması barədə əmr qeydiyyata alınmışdır. Kitabın “36”-cı səhifəsində Şahid5 22 aprel 2022-ci il tarixli, 03 nömrəli əmrlə “Bələdiyyə sədrinin müavini” vəzifəsinə təyin olunması barədə əmr qeydiyyata alınmışdır. Kitabın “37”-ci səhifəsində Şahid5 25 aprel 2022-ci il tarixli, 05 nömrəli əmrlə “Bələdiyyənin sədr səlahiyyətlərini icra edən” vəzifəsinə təyin olunması barədə əmr qeydiyyata alınmışdır. Kitabın “39”-cu səhifəsində Şahid4 13 iyul 2022-ci il tarixli, 09 nömrəli əmrlə vəzifəsindən azad edilməsi barədə əmr qeydiyyata alınmışdır. Cinayət işinin 2-ci cild 242-250-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış baxış keçirilməsi haqqında 01 iyun 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, baxış keçirilən torpaq sahəsi Xəzər rayonu Şağan qəsəbəsi ərazisində yerləşir. Torpaq sahəsinin dörd tərəfi də mişar daşı ilə hasarlanmış, yola tərəf olan hissəsində qapı qoyulması üçün açıq yer vardır. Həmin yerdə mişar daşları səliqəli formada üstüstə düzülmüşdür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin torpaq sahəsi keçmiş X10 Soveti İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli 16 saylı qərarı ilə ona verilmişdir. Hazırda onun ölçüsü 1040 m²- dir. Həmin torpaq sahəsi sonradan zəbt olunaraq içərisində yarımtikili tikilmiş və hasarın hündürlüyü qaldırılmışdır. Cinayət işinin 2-ci cild 79-84-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, iş üzrə götürülmüş “2006-2010 Audit aktı” kitabına baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin kitabın cildinin üzərində əlyazma latın qrafikası ilə “2006- 2010 Audit aktı” sözləri yazılmışdır. Kitabın vərəqələrinin yuxarı sağ küncünə səhifə nömrələri yazılaraq nömrələnmişdir. Kitab “163” vərəqdən ibarətdir. Kitabda Bələdiyyənin müvafiq dövrlərə uyğun olaraq maliyyə təsərrüfat fəaliyyətini əks etdirən hesabların auditi aparılmış və buna dair müvafiq rəylər tərtib edilərək ona əlavə edilmiş müvafiq sənədlərlə birlikdə siyahılanmaqla cildlənmişdir. Kitabın 117-ci səhifəsində 24 yanvar 2010-cu il tarixli Auditor rəyi vardır. Həmin rəydən görünür ki, 22 yanvar 2009- cu il tarixli AP seriyalı 031784 saylı müqaviləyə əsasən bələdiyyənin 01 yanvar 2009-cu il tarixdən 01 yanvar 2010-cu il tarixədək olan dövrdə maliyyə təsərrüfat fəaliyyətini əks etdirən hesabların auditi aparılmış və müvafiq sənədlər rəyə əlavə edilmişdir. Həmin dövr üçün “Şağan” bələdiyyəsinin sədr əvəzi X3 olmuşdur. Həmin kitabın 127-ci səhifəsindən görünür ki, “Bakı şəhəri Əzizbəyov rayon “Şağan” bələdiyyəsi tərəfindən verilmiş İcarə Torpaqları haqqında məlumat” siyahısı qeyd olunan Auditor rəyinə əlavə edilmişdir. Həmin siyahının 16-cı bəndində Şahid2 bağçılıq və ev tikmək məqsədilə icarəyə 1000 m² torpaq sahəsini götürməsinə dair 19 mart 2006-cı il tarixli icarə müqaviləsinin verilməsinə dair məlumat vardır. Həmin siyahıda Şahid2 haqqında başqa məlumatın, yəni başqa torpaq sahəsinə dair icarə müqaviləsinin olmaması müəyyən edilmişdir. “2006-2010 Audit aktı” adlı kitaba baxış keçirilməsi zamanı 2006-2010 dövrləri əhatə edən sənədlər toplusunda Şahid2 adına 08 fevral 2007-ci il tarixli 07 saylı icarə müqaviləsinin olmaması, həmin tarixli və nömrəli icarə müqaviləsinin X5 adına 700 m² torpaq sahəsinə görə olması müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 1-6-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 mart 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, iş üzrə götürülmüş 2007 – 2009-cu illəri əhatə edən kitaba baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin kitabın cildinin üzərində əlyazma latın qrafikası ilə “ŞAĞAN BƏLƏDİYYƏSİNİN PROTOKOL KİTABİ 2007-2009” sözləri yazılmışdır. Kitab “100” vərəqdən ibarətdir. Kitabdakı qeydə alınmış protokollara baxış zamanı müəyyən olunmuşdur ki, kitabda Şağan bələdiyyəsinin üzvləri tərəfindən keçirilmiş iclasların nəticələrinə dair məlumatlar əks olunmuşdur. Həmin məlumatlara baxış zamanı 2007 – 2009-cu illər ərzində Şahid2 hər hansı məqsədlə torpaq ayrılmasına dair iclas protokolunun mövcud olmaması müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 113-119-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən görünür ki, “Vətəndaşlara verilən arayışların qeydiyyat kitabı”nda 2015– 2023-cü illəri əhatə edən həmin kitaba baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin kitabın cildinin üzərində çap üsulu ilə latın qrafikasında “XƏZƏR RAYONU ŞAĞAN BƏLƏDİYYƏSİ”, “Vətəndaşlara verilən arayışların qeydiyyat KİTABİ” yazıları yazılmışdır. Kitab 60 vərəqdən ibarətdir. Kitabın birinci səhifəsindən başlayaraq sıra nömrəsi, tarixi, verilən şəxsin soyadı, adı, atasının adı, təqdim olunacaq yer qrafaları üzrə müvafiq arayışlara dair əlyazma latın qrafikası ilə məlumatlar qeyd olunmuşdur. Kitabda “100” sıra nömrəsi ilə qeyd olunmuş sətrdən görünür ki, 24 iyun 2022-ci il tarixdə Şahid2 adına arayış verilməsinə dair müvafiq qeyd aparılmışdır. Cinayət işinin 1-ci cild 257-268-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı Zərərçəkmiş şəxs1 cavabehlər Şahid2 və Təqsirləndirilən şəxs qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xəzər rayon məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(003)- 2743/2022 nömrəli qərardadından görünür ki, məhkəmə iclasında izahat vermiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Şahid5 bildirmişdir ki, Şahid2 təqdim etdiyi icarə müqaviləsi və həmin icarə müqaviləsinin bağlanmasına əsas verən bələdiyyə üzvlərinin yığıncağına dair protokol və qərarı bələdiyyənin arxivində aşkar edilməmiş, 2000-ci ildən sonra arxivə demək olar ki, hər hansı sənəd verilməmişdir. Lakin sonradan məhkəməyə Xəzər rayonu Şağan bələdiyyəsinin sədr əvəzi Şahid5 tərəfindən imzalanmış və bələdiyyənin möhürü ilə təsdiq edilmiş 24 iyun 2022-ci il tarixli, 100 nömrəli arayış təqdim edilmiş, həmin arayışda Şahid2 Şağan qəsəbəsi “Yeni sahə” yaşayış massivində 60 il müddətinə 1040 m² torpaq sahəsi icarəyə verilməsi, vergi ödəyicisi kimi Bələdiyyənin vergi qeydiyyatına alınması və torpaq vergisini tam ödəməsi göstərilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, qeyd olunan torpaq sahəsinin müvafiq səlahiyyətlər olmadan üçüncü şəxslərə icarəyə verilməsi ilə bağlı Şağan bələdiyyəsinin hazırki vəzifəli şəxslərinin hərəkətlərində vəzifə səlahiyyətlərini aşma cinayətinin əlamətlərinin olması aşkara çıxarılmış və bu barədə Azərbaycan Respublikasının Baş prokuroruna məlumat verilməklə xüsusi qərar çıxarılmışdır. Zərərçəkmiş şəxs1 cavabehlər Şahid2 və Təqsirləndirilən şəxs qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş Bakı şəhəri Xəzər rayon məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(003)- 2743/2022 nömrəli qətnaməsindən görünür ki, icraat zamanı iş materiallarına Şağan bələdiyyəsinin sabiq sədri X12 ilə Şahid2 arasında “Sahə” adlanan ərazidə 1040 m² torpaq sahəsinin 60 il müddətinə icarəyə verilməsi ilə bağlı müvafiq icarə müqaviləsi təqdim edilmişdir. Cinayət işinin 1-ci cild 269-280-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2023-cü il tarixli, 2(103)-1957/2023 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Şahid2 tərəfindən Bakı şəhəri Xəzər rayon məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(003)-2743/2022 nömrəli qətnaməsindən şikayət verilmiş, şikayətində mübahisəli torpaq sahəsinin 2007-ci ildə Bələdiyyə tərəfindən 60 illik icarə müqaviləsi əsasında ona verildiyini bildirmiş, buna görə Xəzər rayon məhkəməsinin müvafiq qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Həmçinin qətnamədən görünür ki, Şahid2 şikayəti təmin edilməmiş, Xəzər rayon məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(003)-2743/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 3-cü cild 141-144-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, mülki iş 2(003)-2743/2022 saylı olmaqla Bakı şəhəri, Xəzər rayon məhkəməsində baxılmış, iş üzrə qəbul edilmiş qətnamədən apelyasiya şikayəti verilməsi ilə əlaqədar iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 iddiaçı qismində “torpaq sahəsindən çıxarılma” tələbi ilə Xəzər rayon məhkəməsinə 25 iyul 2022-ci il tarixdə müraciət edərək Şahid2 və Təqsirləndirilən şəxs torpaq sahəsindən çıxarılmalarını xahiş etmişdir. Bundan başqa, həmin mülki iş üzrə 28 sentyabr 2022-ci il tarixdə Xəzər rayon məhkəməsinin inzibati binasında hakim Zaur Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclası zamanı cavabdeh qismində iştirak edən Şahid2 tərəfindən müvafiq torpaq sahəsinə dair 08 fevral 2007-ci il tarixli 07 saylı icarə müqaviləsi və 24 iyun 2022-ci il tarixli, 100 nömrəli arayış təqdim olunmuşdur. İş materiallarından görünür ki, Xəzər rayonu, Şağan bələdiyyəsi ilə Şahid2 arasında bağlanılmış 08 fevral 2007-ci il tarixli, 07 saylı icarə müqaviləsi və Xəzər rayonu, Şağan bələdiyyəsi tərəfindən tərtib edilmiş 24 iyun 2022-ci il tarixli, 100 nömrəli arayışı mülki iş materiallarında mövcuddur. Cinayət işinin 3-cü cild 61-66-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin sənədlərin texniki ekspertizası üzrə 12 iyun 2023-cü il tarixi 5/744 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 08 fevral 2007-ci il tarixli, 07 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədə, Şağan qəsəbəsində vətəndaş Şahid2 müqavilə yolu ilə ayrılan torpaq sahəsinin sxemi və baş plandan çıxarışda olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur; Tədqiqata təqdim edilmiş 08 fevral 2007-ci il tarixli, 07 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədə, Şağan qəsəbəsində vətəndaş Şahid2 müqavilə yolu ilə ayrılan torpaq sahəsinin sxemi və baş plandan çıxarışda olan möhür əksləri ekspertizaya təqdim edilmiş 10 may 2006-cı il tarixli 1, 2, 3 nömrəli, 20 noyabr 2006-cı il tarixli 13 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrdə olan Bakı şəhəri, Əzizbəyov rayonu, Şağan bələdiyyəsinin möhürünün sərbəst nümunələri ilə eynilik təşkil etmirlər; Tədqiqata təqdim edilmiş 08 fevral 2007-ci il tarixli, 07 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədə, Şağan qəsəbəsində vətəndaş Şahid2 müqavilə yolu ilə ayrılan torpaq sahəsinin sxemi və baş plandan çıxarışda olan möhür əksləri təqdim edilmiş möhürdən ekspert tərəfindən çıxarılmış eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Cinayət işinin 1-ci cild 31-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 fevral 2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında 07 nömrəli, 08 fevral 2007-ci il tarixli müqavilənin kserosurətindən görünür ki, həmin müqavilədə icarədar kimi Şağan bələdiyyəsinin sədri X12, icarəçi qismində Şahid2 qeyd edilmiş, məzmununa əsasən Şağan qəsəbəsi ərazisindəki 1040 kv.m torpaq sahəsi icarəçiyə verilir. Müqavilənin sonunda icarədər və icarəçi adlarının qarşısında imzalar icra edilmiş, üzərində Azərbaycan Respublikası Bakı şəhəri Əzizbəyov rayonu Şağan Bələdiyyəsi yazılan möhür həkki vardır. Cinayət işinin 3-cü cild 122-128-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə – xətşünaslıq ekspertizasının 12 iyun 2023-cü il tarixi 4/901 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 08 fevral 2007-ci il tarixli, 07 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədə “İcarəçi tərəfindən” qrafasındakı imza – Şahid2 tərəfindən icra olunmuşdur; Ekspertizaya təqdim olunmuş 08 fevral 2007-ci il tarixli, 07 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədə “İcarədar tərəfindən” qrafasındakı imza və torpaq sahəsinin sxemi və baş plandan çıxarışda “Təsdiq edirəm sağan bələdiyyəsin sədri:”qrafasındakı imza – X12 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; Ekspertizaya təqdim olunmuş 08 fevral 2007-ci il tarixli, 07 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə aid torpaq sahəsinin sxemi və baş plandan çıxarışda “yol”, “qonşu”, “36.60”, “28.4” rəqəmli yazıları – Şahid5 tərəfindən yox, Şahid3 tərəfindən yox, Təqsirləndirilən şəxs tərəfindən yox, Şahid6 tərəfindən yox, Şahid4 tərəfindən yox, Şahid2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşur; Ekspertizaya təqdim olunmuş 08 fevral 2007-ci il tarixli, 07 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə aid torpaq sahəsinin sxemi və baş plandan çıxarışda “yol”, “qonşu”, “36.60”, “28.4” rəqəmli yazıları ilə 20 noyabr 2006-cı tarixli 13 nömrəli müqaviləyə aid torpaq sahəsinin sxemi və baş plandan çıxarışda “yol”, “qonşu”, “boş sahə”, “30”, “56.80” rəqəmli yazıları – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Cinayət işinin 2-ci cild 89-109-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 aprel 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş “CD” diskə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir; - Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında hər hansı danışıq həyata keçirilmədiyi halda, həmin ilin mart ayı ərzində 04, aprel ayı ərzində 27, may ayı ərzində isə 80, iyun ayı ərzində 70, iyul ayı ərzində 80, avqust ayı ərzində 24 danışıq həyata keçirilmişdir. - Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 2022-ci ilin may ayı ərzində 01, iyun ayı ərzində 60, iyul ayı ərzində 28, avqust ayı ərzində 49, sentyabr ayı ərzində 32, oktyabr ayı ərzində 27, noyabr ayı ərzində 6, dekabr ayı ərzində isə 10 danışıq həyata keçirilmişdir: - Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında danışıq həyata keçirilmişdir: - Təqsirləndirilən şəxs istifadəsində olan 050-411-10- 26 saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan 077- ***-**-** saylı mobil telefon nömrələri arasında 2022-ci il ərzində yanvar ayında 35, fevral ayında 69, mart ayında 115, aprel ayında 103, may ayında 200, iyun ayında 104, iyul ayında 199, avqust ayında 67 danışıq həyata keçirilmişdir. -Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələri arasında 2022-ci ilin aprel ayında 4, may ayında 47, iyun ayında 35, iyul ayında 12, avqust ayında 20 danışıq həyata keçirilmişdir. - Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 2022-ci il ərzində iyun ayında 20, avqust ayında 01, sentyabr ayında 08, oktyabr ayında 04 danışıq həyata keçirilmişdir. Cinayət işinin 3-cü cild 11-13-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş “CD” diskə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir; - Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 2022-ci ilin may ayı ərzində 08, iyul ayı ərzində 02, avqust ayı ərzində 08, sentyabr ayı ərzində 05, oktyabr ayı ərzində 02, noyabr ayı ərzində 01 danışıq həyata keçirilmişdir. Cinayət işinin 2-ci cild 196-197-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 may 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə Şahid3 məxsus “Samsung” markalı mobil telefon cihazına baxış keçirilərkən, mobil telefona quraşdırılmış +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “WhatsApp” tətbiq proqramına daxil olduqda içərisində istifadəçi tərəfindən mətn, səsli mesajların göndərilməsi və qəbul edilməsi, həmçinin zənglərin həyata keçirilməsi ilə bağlı məlumatların olması müşahidə edilmişdir. “WhatsApp” tətbiq proqramının “Mesaj” bölümünə baxış keçirildikdə Şahid1 məxsus +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə 12-13 may 2023-cü il tarixlərində aralarında səsli mesajarın göndərilməsi müşahidə edilmişdir. Həmin səsli mesajların iş üzrə həmiyyət kəsb edənlərinin məzmunu aşağıdakı kimidir: -**********(Şahid1): o bir dənə o sözü işlədir ki, ortada, mən ona görə bir az çəkinirəm, deyir ki, Ruslana vermişəm pulu, mən onun üçün sıxıla-sıxıla qalmışam, indi onu ayırd edəcəklər, sən mənim qardaşımsan, dostumsan, yoldaşımsan, mən istəmirəm sənin başından tük əskik olsun, məcburiyyət qarşısından bunu edirəm. -Şahid3: Qələt edir, o, mənə nə pul, nə sənəd, o mənə nəyə görə pul verməlidir, mənim başım çıxmadı mənə nəyə görə pul verməlidir, bəyəm torpaq satmışıq, sənəd vermişik, o, uje söhbəti fırladıb deyəsən, başı deyəsən bədəninə ağırlıq edir, yekə adamdı, bu nə danışıqdı, Ruslana nə veribdi, qələt edir, heç yerə heç nə verməyib, özünü təmizə çıxardır. -**********(Şahid1): ikincisi də ay mənim əziz qardaşım, sənəd məndədir, göndərəcəklər ekspertizaya, nə var hamısını deyəcəklər, bundan heç kəs qaça bilməz. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid2 ona müraciət edərək atasından qalma torpaq barədə demiş, o da makler kimi fəaliyyət göstərdiyindən, onu Şahid1la əlaqələndirmiş, o, torpağın başqasının olduğunu bilməmiş, hansısa sənədi görməmişdir. Məhkəmə kollegiyası hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkum edilmiş şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, eksperti rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, məhkum edilmiş şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 294.1, 308.1, 309.1, 313, 320.1, 320.2-ci maddələri ilə təqsirli olmaları tam sübuta yetirilmişdir. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayətində məhkəmənin hökmünün qanunsuz və əsassız olduğunu, hər hansı bir sənədin saxtalaşdırılmasında iştirak etməmiş, kimdənsə sənəd alıb ona verməmiş, kimi isə hər hansı cinayətin törədilməsinə təhrik etməmişdir. İş materiallarında Təqsirləndirilən şəxs hər hansı bir şəxsi vəzifə cinayətinin törətməsinə təhrik etməklə bağlı heç bir telefon danışığı mətni və ya səs yazısı mövcud olmadığını qeyd etsə də, məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dəlillər sadəcə ümumi sözlərdən ibarət olmaqla heç bir mötəbər sübuta əsaslanmır. Belə ki, müdafiəçinin apellyasiya şikayətində istinad etdiyi xüsusatlara dair müdafiə tərəfindən hər hansı sübut ibtidai istintaq, birinci instansiya məhkəməsində məhkəmə istintaqı və apellyasiya baxışı zamanı təqdim edilməməklə yanaşı, həmin halları təsdiq edən hər hansı zərərçəkmiş şəxs və ya şahid ifadələrinə də iş materiallarında rast gəlmək mümkün olmamışdır. Göründüyü kimi, məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla iş materialları ilə öz təsdiqini tapmadığından və qanunvericiliyin müvafiq müddəaları ilə təkzib olunduğundan məhkəmə kollegiyası həmin şikayətin təmin edilməsi üçün əsas görmür. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəlincə, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğunun olunmasını, Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışığın əldə edilməsini cəzasını yüngülləşdirən hallar kimi və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həmçinin təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, o cümlədən, yuxarıda sadalanan yüngülləşdirici halları və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 294.1, 308.1, 309.1, 313, 320.1, 320.2-ci maddələrinin sanksiyası daxilində ədalətli və qanuni cəza təyin etmişdir. Bununla yanaşı, apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibətdə məhkəmə kollegiyası həmin dəlili birbaşa təkzib edən şəxslərin ifadələrinin tədqiq edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə bütün hallarının araşdırılmasına və mahiyyətcə düzgün və əsaslı olan yekun nəticəyə gəlinməsinə təsir edə biləcək, nə ibtidai istintaq orqanı tərəfindən, nə də ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 294.1, 32.4, 308.1, 32.4, 309.1, 32.4, 313, 32.4, 320.1, 320.2-ci maddələri ilə məhkum olunmasına dair xx.xx.2024-cü il tarixli, 1(101)-655/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 294.1, 32.4, 308.1, 32.4, 309.1, 32.4, 313, 32.4, 320.1, 320.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-655/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edimiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 10 saat üçün cəmi 60 manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri 2 saylı Vəkil Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-915/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-915/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver