Məhkəmə qərarları › İş №1(103)-916/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-916/2020

16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-916/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Mən, Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu Bakı Apellyasiya Məhkəməsinin binasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,179.3.2 və 32.5,313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X1 və X3 özü-özlərinə etdikləri etiraza baxaraq m ü ə y y ə n e t d i m: Bakı Ağır Cinayətlər Məhkəməsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,179.3.2 və 32.5,313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxan hakimlər X2 və X4 özü-özlərinə etiraz etmiş, həmin etiraz həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hakimlər etirazı onunla əsaslandırmışlar ki, Təqsirləndirilən şəxs hakim Allahverdiyeva Ramella Allahverdi qızının sədrliyi, X1 və X3 iştirakı ilə baxılan və xx xxxxxx 2020-ci il tarixdə ittiham hökmü çıxarılan Şahid1 və qeyrilərinin təqsirləndirilməsinə dair 1(101)-79/2020 saylı cinayət işində köməkçi qismində iştirak etdiyi, hazırki cinayət işinin həmin cinayət işinin epizodlarından biri olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs iştirakı ilə törədilən Şahid1 və qeyrilərinin təqsirləndirilməsinə dair cinayət işinin baxılmasında iştirak etdiklərindən, qeyd olunan halın cinayət prossesual qanunvericiliyin tələbləri baxımından özü-özünə etiraz etmək üçün əsas olduğunu nəzərə alıb hakimlər (X1 və X4) özləri-özlərinə etiraz etmişdir. Etirazın dəlillərini araşdırıb, aşağıdakı əsaslara görə hesab edirəm ki, etiraz təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.2-ci maddəsinə görə bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, hakim özü-özünə etiraz etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etməsi hakimə etirazın əsası kimi sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.3.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etiraza, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etiraza apellyasiya instansiyası məhkəməsinin hakimi tərəfindən baxılır. Beləliklə, hesab edirəm ki, etirazda göstərilənlər Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 109-cu maddəsinə əsasən hakimlərin öz-özlərinə etdikləri etiraz üçün birbaşa əsas olmasa da gələcəkdə çıxarılacaq qərarı şübhə altına qoymamaq məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,179.3.2 və 32.5,313-cü maddələrilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X1 və X3 özü-özlərinə etdikləri etirazın təmin edilməsi məqsədə müvafiqdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.1 və 109.3.3-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l ı r a m: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,179.3.2 və 32.5,313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X1 və X3 özü-özlərinə etdikləri etiraz təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin hakimi: Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar