Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-921/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əhmədovun sədrliyi və məruzəsilə, Habil Çingiz oğlu Məmmədov və İlqar Mustafa oğlu Murquzovdan ibarət tərkibdə, Altay Eldəniz oğlu Səfərəliyevin katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, Məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-ci maddələri ilə məhkum olunmasına və xx xxxxxx 1987-ci ildə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum olunmasına dair 01 aprel 2021-ci il tarixli, 1(101)-306/2021 saylı hökmündən məhkum Təqsirləndirilən şəxs2 oğlu və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-yarılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 04 dekabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə ona narkomaniyadan məcburi müalicə təyin olunması, Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 04 dekabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə ona narkomaniyadan məcburi müalicə təyin olunması, mülki iddianın qismən təmin edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada Zərərçəkmiş şəxs MMC-nin xeyrinə 71985 (yetmiş bir min doqquz yüz səksən beş) manat oğurlanmış malların məbləği və 30 manat dövlət rüsumun tutulması, qalan hissədə mülki iddianın baxılmamış saxlanılması, maddi sübutlar- Bakı şəhər, Yasamal RPİ-də saxlanılan 0,620 qram narkotik vasitə olan heroin müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, 01 ədəd DVD-R və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması, 72 ədəd rusiya istehsalı olan “CYFRAL 2HO” markalı audio dəstəklərin, 20 ədəd rusiya istehsalı olan “CYFRAL KM2” markalı audio dəstəklərin, 7 ədəd rusiya istehsalı olan “CYFRAL” markalı kommutasiya blokları, 4 ədəd rusiya istehsalı olan “SMD” markalı kommutasiya blokların, 1 top (500 metr) rusiya istehsalı olan “KSPB” markalı 0,4 ölçülü kabelin, 1 ədəd rusiya istehsalı olan 300 mənzil üçün “SMD” markalı çağırış blokun, 1 ədəd rusiya istehsalı olan 100 mənzil üçün “SMD” (X9) markalı çağırış blokunun və 2 ədəd ÖZCAN markalı türkiyə istehsalı olan çilçıraqların, 128 ədəd çin istehsalı olan “Smart Home” markalı 200 kq dartmaq gücünə malik qapı qaytarıcısının və 71 ədəd rusiya istehsalı olan “NOTEDO” markalı 100 kq dartmaq gücünə malik qapı qaytarıcılarının və 10 top hər biri 500 metr uzunluğunda olan “KSPB 0,4” markalı kabelin Nümayəndə təhvil verilməsinin nəzərə alınması hökm edilmişdir. Birinci instansiya məhkəməsi məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup şəxs halında vahid niyyətlə 15 noyabr 2019-cu il tarixdən 27 noyabr 2019cu il tarixədək olan müddət ərzində Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 49B ünvanında yerləşən binanın Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən anbar kimi istifadə edilən otağının giriş qapısını özləri ilə gətirdikləri vint açan və kəlbətinlə zədələyib açmaqla binaya qanunsuz daxil olaraq orada saxlanılan həmin MMC-yə məxsus hər biri 160 manat dəyərində olmaqla 16 ədəd cəmi 2560 manat dəyərində 2015-ci il istehsalı olan “Stroy master domofon” markalı “SMD-2011” modelli **********4 seriyalı çağırış blokunu, hər biri 180 manat dəyərində olmaqla 96 ədəd cəmi 17280 manat dəyərində 2014-cü il istehsalı olan “Stroy master domofon” markalı “SMD-2011” modelli **********0 seriyalı çağırış blokunu, hər biri 120 manat dəyərində olmaqla cəmi 96 ədəd 11520 manat dəyərində 2018-ci il istehsalı olan “CYFRAL” markalı CCD 294 modelli çağırış blokunu, hər biri 40 manat dəyərində olmaqla 90 ədəd cəmi 3600 manat dəyərində “NOTEDO” markalı DC-100 modelli qapı qaytarıcısını, hər biri 100 manat dəyərində olmaqla 128 ədəd cəmi 12800 manat dəyərində “Smart Home” markalı NB-8 modelli qapı qaytarıcısını, hər biri 45 manat dəyərində olmaqla 50 ədəd cəmi 2250 manat dəyərində 2018-ci il istehsalı olan “Stroy master domofon” markalı “KM-SMD 100x3” modelli **********6 seriyalı kommutasiya bloklarını, hər biri 45 manat dəyərində olmaqla 19 ədəd cəmi 855 manat dəyərində olan 2018-ci il istehsalı olan “CYFRAL” markalı, “KMQ100” modelli kommutasiya bloklarını, hər biri 12 manat dəyərində olmaqla 192 ədəd cəmi 2304 manat dəyərində 2019-cu il istehsalı olan “Stroy master domofon” markalı “UKP-SMD-7” modelli audio dəstəkləri, hər biri 10 manat dəyərində olmaqla 960 ədəd cəmi 9600 manat dəyərində 2019-cu il istehsalı olan “CYFRAL” markalı “KM-2” modelli audio dəstəkləri, hər biri 15 manat dəyərində olmaqla 96 ədəd cəmi 1440 manat dəyərində 2016-cı il istehsalı olan “CYFRAL” markalı “KM-2HO” modelli audio dəstəkləri, hər biri 12 manat dəyərində olmaqla 3 ədəd cəmi 36 manat dəyərində “Smart Home” markalı “KV-B.H2015” modelli çıxış düyməsini, hər metri 0,18 manat dəyərində olmaqla cəmi 7380 manat dəyərində ümumilikdə 41.000 metr uzunluğunda olan 82 top “KSPB” markalı 0,4 ölçülü kabeli və hər biri 120 manat dəyərində olmaqla 3 ədəd cəmi 360 manat dəyərində 2014-cü il istehsalı olan “Özcan” markalı “5005-7” modelli beş lampalı çılçıraqları gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 71.985 (yetmiş bir min doqquz yüz səksən beş) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1, 03 dekabr 2019-cu il tarixdə axşam saatlarında Bakı şəhəri Yasamal rayonu “Alatava” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofandan olan bükümdə ümumi təmiz çəkisi 0,670 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 04 dekabr 2019-cu il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxsnə məxsus saxlanc yerindən-anbarından külli miqdarda əmlakın oğurlanmasında şübhəli olduğu üçün əməliyyat axtarış tədbirləri ilə əlaqədar Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanı qarşısında saxlanılaraq həmin polis bölməsinin inzibati binasına gətirilmiş, inzibati binada onun üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan açıq qəhvəyi rəngli dəri materialdan tikilmiş gödəkçənin sol yan cibindən həmin narkotik vasitə, yəni bir ədəd şəffaf rəngli sellofandan olan bükümdə olmaqla ümumi təmiz çəkisi 0,670 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayəti verərək, Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs2 oğlunun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs2 əsassız olaraq məsuliyyətə cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham verilmidir. Birinci instansiya məhkəməsi də iş üzrə mühüm əhəmiyyət kəsb edən işin bütün hallarını tam və hərtərəfli araşdırmadan sonuncuya həmin maddə ilə ağır cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi hökmdə Ələkbərovun təqsirlilik məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 338.1.2-ci maddəsinə əsasən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməli olduğu halda, qanunun həmin tələbini kobud şəkildə pozaraq, yalnız ittiham aktında yazılmış ittiham tərəfinin mülahizələrinə istinad etmiş və nəticədə müdafiə etdiyim şəxs qanunsuz, və əsassız olaraq təqsirli bilinib, etmədiyi əmələ görə ağır cəzaya məhkum edilmişdir. Aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin hökmü işin faktiki hallarına uyğun olmaması ilə çıxarılmış hökmdür, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyi halda Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmış və etmədiyi əmələ görə ona ağır cəza təyin edilmişdir. Hüquqlarını müdafiə ediyi şəxsin əməlində ittiham olunduğu oğruluq cinayətinin tərkibi yoxdur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Yəni cinayət qanunvericiliyi təqsirin iradəvi momentıni xarakterizə edən əlamətlər kimi ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə \ol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl dıərəkəi və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Bütün bunları nəzərə alaraq müdafiə tərəfi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə mötəbər sübutlara yox, mülahizələrə əsaslanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki. "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır". Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki. törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin (ciııavəıiıı obyektinin; cinayətin obyektiv cəhətinin; cinayətin subyektinin; cinayətin subyektiv cəhətinin) bütövlükdə hamısının (həm də eyni vaxt ərzində) mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini 3şş onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Həmin Məcəllənin 7-ci maddəsinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində göstərilmişdir ki. '‘şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır”. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uy ğ un gələ n mötəbər s ü b utları 11 məcm ııs u ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərnə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüxü. mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Ona görə də cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr Təqsirləndirilən şəxs2 xeyrinə həll olunmalıdır. Eləcə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs2 oğlu apellyasiya şikayəti verərək hökmlə razı olmadığını, iş üzrə düzgün araşdırma aparılmadığını, hüquqlarının pozulduğunu, məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ona bəraət verilməli olduğu halda, barəsində ittiham hökmü çıxarıldığını, ona görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmünün ləğv edilməsi və onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Həmin hökmdən məhkum Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, zərərçəkmiş tərəf apellyasiya şikayəti, dövlət ittihamçısı apellyasiya protesti verməmişlər. Apellyasiya baxışı zamanı məhkum Təqsirləndirilən şəxs2 oğlu və onun müdafiəçisi Müdafiəçi4 apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətlərinin təmin edilməsi, həmin apellyasiya şikayətlərində göstərilən əsaslarla, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmünün məhkum Təqsirləndirilən şəxs2 oğluna münasibətdə ləğv edilməsi, Təqsirləndirilən şəxs2 oğlunun barəsində bəraət hökmü çıxarılmasını iəhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X4 məhkum Təqsirləndirilən şəxs2 oğlu və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-yarılıqda verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətlərinin əsassız olduğundan təmin olunmaması, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmünun məhkum Təqsirləndirilən şəxs2 oğluna münasibətdə dəyişidirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-ci maddələri məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(101)-306/2021 saylı hökmü Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsində məhkum Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkumluq həyatı yaşamışdır, 2015-ci ildə 15 saylı cəzaçəkmə müəsisəsində cəza çəkərkən orada Təqsirləndirilən şəxs1 ilə dostluq münasibəti yaranmışdır, o, Elçinlə cəmi bir dəfə birlikdə Sədərək bazarına malları apamış və həmin malların oğurluq olduğunu bilməmişdir. Malları təhvil verəndən sonra Elçin ona 1 cüt ayaqqabı almışdır. Biləndən sonra oranı tərk etmiş və Elçinə bildirmişdir ki, bir daha onu belə işlərə qatmasın. Onlar Elçinlə “Sədərək” bazarından qayıdandan sonra Elçin ona top halda olan şunurları vermişdir və demişdir ki, zəng vurub gəlib şunurları ondan götürəcəklər. Bir neçə gündən sonra polis əməkdaşları ona zəng vurmuş və o, könüllü olaraq həmin şunurları təhvil vermişdir. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o əvvəllər narkotik vasitə əldə edib istifadə etdiyinə görə iki dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2018-ci ilin avqust ayında o həbsdən azad olunmuşdur. O, əvvəllər Bakı şəhəri H.Cavid pr. 55 ünvanında yaşamışdır. Həmin ev onun ata evidir. Kiçik qardaşı ailə qurduqdan sonra o həmin evdən köçmüşdür. O, 2003-cü ildən etibarən narkotik vasitədən istifadə edir, Bakı şəhərində “Kubinka” adlanan ərazidən, həmçinin Yasamal rayonu ərazisində tanımadığı şəxslərdən narkotik vasitə olan heroin alıb istifadə etmişdir. 15 noyabr 2019-cu il tarixdə axşam saatlarında heroin əldə edib ondan istifadə etmək üçün sakit, kimsəsiz bir yer axtararaq əvvəllər yaşadığı məhəlləyə Bakı şəhəri, H.Cavid prospekti 49 ünvanına getmiş, həmin ünvanında yerləşən iki mərtəbəli yaşayış evinin yanından keçən vaxt həmin evə daxil olub damın üstünə çıxıb evin ikinci mərtəbəsinin pəncərəsinin qarşısına çıxmış, əli ilə itələyib pəncərəni açmış və evin içərisinə daxil olmuş, narkotik vasitəni hazırlayıb, istifadə etmişdir. Sonra o, evin birinci mərtəbəsinə düşmüş, dəmir qapısı olan bir otağın olduğunu görmüşdür, o, həmin otağın qapısının sol tərəfində olan oyuqdan alışqanın işığını salmış, otaqda qutularda əşyaların olduğunu görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir və gedib kirayədə qaldığı evdən vint açan və kəlbətin götürüb cibinə qoymuş, təxminən bir iki saat sonra evdən çıxıb Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 49B ünvanına getmişdir, saat 23:30 radələrində yenidən damın üstünə çıxıb plastik pəncərədən evə daxil olmuş, qutuda əşyaların olduğu otağın dəmir qapısını vint açan və kəlbətinlə açıb otağa daxil olmuşdur. O, qutulardan bir ikisini açıb baxmış, onların içərisində müxtəlif növ, müxtəlif firmalara aid, audio dəstəklər, qapı qaytarıcıları, kommutator aparatları, çağırış bloklarının olduğunu, torbaların içərisində ağ rəngli kabellərin olduğunu görmüşdür, sonra o, həmin əməllərini davam etdirərək 16 noyabr 2019-cu il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu H.Cavid prospekti 49B ünvanına qayıtmış, içərisində dörd ədəd kabel olan torbaları, ümumilikdə iyirmi torba olmaqla cəmi səksən ədəd kabeli pəncərənin qarşısına yığmışdır. Sonra o, evə daxil olduğu pəncərədən çıxıb evinə getmiş, 17 və 18 noyabr 2019-cu il tarixlərində də həmin ünvana gedib evə daxil olaraq oradan əşyaları bir-bir evin pəncərəsindən qarşısında olan damın üstünə yığmış, oğurladığı əşyaları damın üstündən yerə atmışdır. Sonra o, oğurladığı səksən top kabeli və beş qutu qapı qaytarıcını bir-bir daşıyıb orada olan uçmuş evin barısının yanına yığmış, küçəyə çıxmış, tanımadığı taksini saxlatdırıb, səkkiz qutu qapı qaytarıcını və bir top kabeli götürüb Nəsimi rayonu ərazisində yerləşən təzə bazara aparmış, oğurladığı qapı qaytarıcılarından bir ədəd göy rəngli, bir ədəd ağ rəngli qutuda olanını və bir top kabeli götürüb təzə bazara daxil olmuşdur. Bazarda qapı qaytarıcının alış qiymətini öyrənmiş, qapı qaytarıcının hər ikisini orada 12 manat alırmışlar. Təzə bazarda orta hissədə təsərrüfat mallarının satışı ilə məşğul olan adı ona sonradan məlum olan, Orxan adlı şəxslə danışıb qapı qaytarıcılarının hər birini 12 manata satmağa razılaşmış, Orxan səkkiz qutu qapı qaytarıcını ondan almış və ona ümumilikdə doqquz yüz altmış manat vermişdir. O, Orxana həmin maldan yenə olduğunu və istəsə gətirə biləcəyini demiş, Orxan həmin əşyaların oğurluq olmasını bilməmiş, sonuncuya həmin əşyaları işlədiyi yerdən pul əvəzi aldığını və avadanlıqların özünə məxsus olduğunu demişdir. Sonra o əldə etdiyi 960 manat pulu, Xırdalan şəhərində yerləşən oteldə yeyib-içməyə, qızlarla əylənməyə və narkotik vasitə almağa xərcləmişdir. O, noyabr ayının 19-da saat 22 radələrində yenə pəncərədən həmin evə daxil olmuş, doqquz qutu qapı qaytarıcını bir-bir evin ikinci mərtəbəsinə yığmış, sonra çıxıb getmişdir. Həmin günün səhəri gün günorta saatlarında o, yenidən həmin evə pəncərədən qanunsuz daxil olmuş, 9 qutu qapı qaytarıcını pəncərədən damın üstünə yığmış, sonra o özü də pəncərədən damın üstünə keçmişdir. Damın üstündən qapı qaytarıcıları yerə atmış, qutuları yol tərəfə aparmış, tanımadığı taksini saxladıb, oğurladığı doqquz qutu qapı qaytarıcıları taksiyə yükləyib təzə bazara getmişdir. Sonra fəhlələrin köməkliyi ilə həmin qutuları Orxanın yanına aparmış, Orxan 90 ədəd qapı qaytarıcı üçün ona 1080 manat pul vermişdir. Bir neçə gün sonra, yəni 26 noyabr 2019-cu il tarixdə o axşam saat 20 radələrində H.Cavid pr. 49B ünvanında yerləşən evə gəlib pəncərədən daxil olmuş, qutuda olan audio dəstəklər olan iki qutunu ikinci mərtəbəyə qaldırmış, evin ikinci mərtəbəsində otaqda olan iki ədəd çıl-çırağı da o götürüb pəncərənin qarşısına qoymuş və evə getmişdir. Həmin günün səhəri gün yəni 27 noyabr 2019-cu il tarixdə o, əvvəllər onunla cəza çəkmə müəssisəsində cəza çəkmiş, tanışı Təqsirləndirilən şəxs2 usub oğluna zəng etmiş və sonuncu ilə görüşmüş, Sakitə həmin avadanlıqları satmaq istədiyini demişdir. Sakitə özünə məxsus damafon avadanlıqlarının və kabelin olduğunu demiş və sonuncudan həmin avadanlıqları “Sədərək” ticarət mərkəzinə aparmaqda ona köməklik göstərməsini xahiş etmişdir. Sakit həmin avadanlıqların oğurluq olmasını bilməmişdir. O taksi saxlatmış və oğurladığı əşyaları Sakitlə birlikdə taksiyə yığmış, bir torbada olan 4 ədəd kabeli də taksiyə qoymuş və onlar “Sədərək” ticarət mərkəzinə getmişlər. Oğurladığı audiodəstək, kabel, kommutator, ümumiyyətlə bütün əşyalardan bir ədəd götürüb “Sədərək” ticarət mərkəzində yerləşən mağazalara göstərmək üçün Sakitlə ticarət mərkəzinə getmişlər. O, mağazalardan birinə girən vaxt adı ona sonradan məlum olan Davud adlı şəxs onun damafon avadanlıqlarını satmaq istədiyini görmüş, həmin avadanlıqları onlardan almaq istədiyini bildirmişdir. Davud onun audio dəstəkləri ucuz qiymətə satdığını görüb ondan əşyaların oğurluq olub-olmamasını soruşmuş, o, Davuda avadanlıqların oğurluq olmadığını, həmin avadanlıqları iş yerindən pul əvəzi ona verildiyini və özünə məxsus olduğunu demişdir. Sonra o, Sakit və Davudla birlikdə oğurladığı avadanlıqları taksidən Davudun gəldiyi taksiyə yığmışlar. Həmin gün o iki ədəd çıl-çırağı hər biri on manat olmaqla, iki qutu cəmi 96 ədəd audio dəstəyi hər biri üç manata Davuda satmışdır. Davud ona cəmi 300 manat pul verib, qalan pulu isə avadanlıqları satıb verəcəyini bildirmişdir. O bir torba 4 ədəd kabeli və oğurladığı digər avadanlıqları da Davuda vermişdir ki, satmaq üçün göstərsin. Həmin gün o otuz manata Sakitə bir cüt ayaqqabı almışdır. Bundan sonra o Sakitdən ayrılıb evə getmiş, sonuncu isə gəldikləri taksi avtomobilində öz evinə getmişdir. Həmin vaxt oun evdən oğurladığı üç torba cəmi 10 top kabel Sakitin getdiyi taksi avtomobilində qalmış, həmin əşyaları Davud ondan götürməmişdir. Sakit isə həmin əşyaları öz evinə aparmışdır. Bir müddət sonra o Sakitlə məhəlləsində görüşmüş və orada söhbət vaxtı Sakitə demişdir ki, sonuncu ilə birlikdə aparıb satdığı həmin əşyaları oğurlamışdır, o, Sakitə həmin evdə yenə də avadanlıqların olduğunu bildirmiş və sonuncudan avadanlıqlardan bir hissəsini oğurlamaqda ona köməklik etməsini xahiş etmişdir. Sakit ona oğurluqda iştirak etməyəcəyini və onu bu işlərə qatmamağını demişdir. Həmin gün o, yenə də evin ikinci mərtəbəsinin pəncərəsindən evə daxil olmuş, 4 qutu qapı qaytarıcısını, üç-dörd qutu audiodəstəklər olan qutunu, damafon avadanlıqlarının bir hissəsini orada olan torbaya yığıb aparıb ikinci mərtəbəyə pəncərənin qarşısına yığmışdır. Həmin günün səhəri gün o günorta saatlarında həmin evə gedib pəncərədən qanunsuz daxil olmuş, oğurladığı əşyaları pəncərədən damın üstünə, oradan isə yerə yığmışdır. Sonra isə yolun kənarına aparıb, oradan taksiyə yığıb təzə bazara aparıb 4 qutu qapı qaytarıcını Orxana satmışdır və Orxandan 480 manat pul almışdır. Sonra o 29 noyabr 2019-cu il tarixdə günorta saatlarında Davudla Gənclikdə olan 5 saylı xəstəxananın qarşısında görüşmüş, oğurladığı digər əşyaları da Davuda vermiş, Davud da ona 100 manat pul vermişdir. 03 dekabr 2019-cu il tarixdə axşam saatlarında “Alatava” deyilən yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manat ödəməklə bir bükülüdə “Kokos” deyilən narkotik maddə almış, həmin narkotik vasitəni sonradan istifadə etmək üçün əynindəki gödəkçənin cibinə qoymuşdur. 04 dekabr 2019-cu il tarixdə səhər saatlarında o əvvəllər yaşadığı Bakı şəhərinin H.Cavid prospektindəki evə tərəf gəlmiş, saat 10 radələrində o yaşadığı evin qarşısında olarkən tanımadığı şəxslər ona yaxınlaşıb polis işçiləri olduğunu demişlər və onu oğurluq cinayəti törətməkdə şübhəli bilindiyi üçün polis bölməsinə dəvət etmişlər. O, oğurluq etdiyini və narkotik maddələrdən istifadə etdiyini, eyni zamanda hazırda da üstündə narkotik maddə olduğunu demişdir. Ona 28-ci PB-də üzərinə şəxsi axtarış və götürmə keçirəcəklərini bildirmişlər və ondan üzərində qanunsuz saxladığı əşya və olub-olmadığını soruşmuşlar. O bir daha polis əməkdaşlarına demişdir ki, xəstə olduğu üçün narkotik vasitə olan “kokos”dan istifadə edir və hazırda da üzərində narkotik vasitə vardır. Sonra o, əynindəki gödəkçənin sol yan cibində saxladığı şəffaf sellofana bükülmüş bir ədəd bükülünü cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, şirkətə məxsus külli miqdar təşkil edən domofon sisteminin quraşdırılması üçün zəruri avadanlıqları oğurlanaraq şirkətə ziyan vurulmuşdur. Oğurlanmış avadnlıqların bir hissəsi geri qaytarılmışdır. Məhkəməyə mülki iddia ilə müraciət edərək təqsirləndirilən şəxslər tərəfindən Zərərçəkmiş şəxs MMC-nin xeyrinə 71985 manat,dövlət rüsumu olaraq ödədikləri 30 manat, avadanlıqların satılması nəticəsində əsassız varlanma ilə bağlı həmin məbləğin 8 faizi məbləğində,yəni 5759 manat faiz məbləğinin ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o 2015-ci iyul ayından etibarən Zərərçəkmiş şəxs MMC-nin kommersiya direktoru vəzifəsində işləyir. Həmin MMC-nin fəaliyyəti Bakı şəhərində yerləşən hündür mərtəbəli köhnə və yeni tikili binalara çağırış bloklarının quraşdırılmasından və həmin binalara texniki xidmət göstərilməsindən ibarətdir. Onların MMC-nin ofisi Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 11-də yerləşir. Həmin binada onların MMC-nin əsas anbarı yerləşir. Zərərçəkmiş şəxs MMC-nin istifadə etdiyi binalarda quraşdırdığı avadanlıqlar çox olduğu üçün onlar köməkçi anbardan da istifadə edirlər. Belə ki, MMC-nin rəhbəri Nümayəndə Bakı şəhəri Yasamal rayonu H.Cavid pqospekti 49B ünvanında iki mərtəbəli təmirsiz yaşayış evi var, həmin mənzili şirkətin köməkçi anbarı kimi istifadə etmək qərarına gəlmişlər. 2015-ci ilin iyul ayından etibarən onlar şirkətə məxsus avadanlıqların bir hissəsini həmin mənzilə yığırmışlar. Zərərçəkmiş şəxs MMC üçün avadanlıqları əsasən Rusiya və Çin Respublikasından müqavilə əsasında alırlar. 29 noyabr 2019-cu il tarixdə saat 15 radələrində avadanlığa ehtiyac olduğu üçün o Şahid2lə birlikdə Bakı şəhəri H.Cavid prospekti 49B ünvanında yerləşən anbara getmişlər. O açarla mənzilin əsas giriş qapısını açıb Xanlarla içəri daxil olmuşdur. Həmin vaxt o evin birinci mərtəbəsində olan anbar kimi istifadə etdikləri və içərisində müxtəlif növ avadanlıqlar olan otağın dəmir qapısının açıq olduğunu görmüş, otaqda qutuda olan avadanlıqların çox hissəsinin yerində olmadığını, müəyyən avadanlıqların isə yerdə olduğunu görmüşdür. O, evin ikinci mərtəbəsinin soldan üçüncü otağının sol tərəfdə yerləşən plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşlər. O naməlum şəxslərin həmin pəncərədən anbara qanunsuz daxil olaraq oradan oğurluq etdiklərini düşünmüş və bu barədə dərhal zəng edib şirkətin rəhbəri Nümayəndə məlumat vermişdir. Təxminən 10-15 dəqiqə keçdikdən sonra Nurlan həmin anbara gəlmişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər, əl-barmaq izləri götürmüş və hadisə yerinin foto şəkillərini çəkmişlər. O, H.Cavid pr.49B ünvanında qalan avadanlıqları saydı və məlum oldu ki, mənzilin birinci mərtəbəsində yerləşən anbardan 16 ədəd 100 mənzil üçün nəzərdə tutulan, hər biri 150 manat olmaqla cəmi 2400 manat dəyərində rusiya istehsalı olan “SMD” markalı çağırış bloku, 96 ədəd 300 mənzil üçün nəzərdə tutulan, hər biri 170 manat olmaqla cəmi 16320 manat dəyərində rusiya istehsalı olan “SMD” markalı çağırış bloku, 96 ədəd 200 mənzil üçün nəzərdə tutulan, hər biri 117 manat olmaqla cəmi 11232 manat dəyərində rusiya istehsalı olan “CYFRAL” markalı çağırış bloku, 90 ədəd 100 kq dartma gücü olan, hər biri 120 manat olmaqla cəmi 10800 manat dəyərində rusiya istehsalı olan “NOTEDO” markalı qapı qaytarıcısı, 120 ədəd 200 kq dartma gücü olan, hər biri 150 manat olmaqla cəmi 18000 manat dəyərində çin istehsalı olan “Smart Home” markalı qapı qaytarıcısı, 50 ədəd hər biri 40 manat olmaqla cəmi 2000 manat dəyərində rusiya istehsalı olan “SMD” markalı kommutasiya blokları, 192 ədəd hər biri 13 manat olmaqla cəmi 2496 manat dəyərində rusiya istehsalı olan “SMD-7” markalı audio dəstəklər, 960 ədəd hər biri 10 manat olmaqla cəmi 9600 manat dəyərində rusiya istehsalı olan “CYFRAL” markalı audio dəstəklər, 96 ədəd hər biri 15 manat olmaqla cəmi 1440 manat dəyərində rusiya istehsalı olan “CYFRAL 2HO” markalı audio dəstəklər, 3 ədəd hər biri 12 manat olmaqla cəmi 36 manat dəyərində çin istehsalı olan “Smart Home” markalı çıxış düyməsi, hər topda 500 metr olmaqla, 82 top, hər metri 0,18 manat olmaqla cəmi 7380 manat dəyərində rusiya istehsalı olan “KSPB” markalı 0,4 ölçülü kabel, bundan başqa evin ikinci mərtəbəsində birinci otaqda olan 3 ədəd hər birinin 150 manat qiyməti olan, cəmi 450 manat dəyərində çılçıraqlar oğurlanmaqla, ümumilikdə şirkətə 82914 (səksən iki min doqquz yüz on dörd) manat maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, hündürmərtəbəli binalara quraşdırılmış təhlükəsizlik sistemlərinə texniki xidmət göstərir, sıradan çıxmış avadanlıqları təmir edir. O əsasən istifadə etdiyi avadanlıqları “Sədərək” ticarət mərkəzindən alır. 27 noyabr 2019-cu il tarixdə o bəzi avadanlıqlar lazım olduğu üçün, günorta saat 16 radələrində taksi ilə “Sədərək” ticarət mərkəzinə gedib, orada təsərrüfat mallarının satışı ilə məşğul olan mağazalara girmişdir. Mağazada olarkən adları sonradan ona məlum olan Elçin və Sakit adlı şəxsləri görmüş, Elçin əlində “CYFRAL” markalı, ağ rəngli audiodəstəyi təklif etmişdir, lakin həmin mağazada sonuncunun təklif etdiyi avadanlığı almamışlar. Həmin vaxt o, satıcıya “əgər sizə lazım deyilsə, mən həmin avadanlığı almaq istəyirəm” demiş və satıcı etiraz etməmişdir. O, Elçinin əlində olan audisodəstəyə almaq istədiyini demiş və onlar sonuncuların gəldiyi taksinin yanına gəlmişlər. O, taksidə iki ədəd 5 ədəd ağ rəngli şarları olan qara rəngdə çıl-çıraq və iki qutu cəmi 96 ədəd “CYFRAL” markalı ağ rəngli audio dəstəklərin olduğunu görmüş, çıl-çıraqların birini otuz manata, birini isə sınıq olduğu üçün on manata, audiodəstəklərin hər birini isə 5 manata razılaşıb alıb, Elçinə ilkin olaraq 200 manat verib, pulun qalan hissəsini sonra verəcəyinə söz vermişdir. Bir gün sonra o yenidən X2 metrostansiyasının yaxınlığında görüşüb Elçinə əlavə olaraq 170 manat vermiş, 29 noyabr 2019-cu il tarixdə Elçinlə zəngləşib 5 saylı şəhər xəstəxanasının qarşısında görüşüb Elçinə 100 manat pul vermişdir. Həmin vaxt Elçin ona 48 ədəd “CYFRAL” markalı ağ rəngli audio dəstəklər, 4 top kabel vermişdir. O, audio dəstəklərin hər birini 3 manata, kabelin hər topunu isə 25 manata almağa razılaşmışdır. Sonra Elçin ona torbada bəzi avadanlıqlar gətirdiyini bildirmişdi.r Həmin avadanlıqları göstərib satmaq üçün ona vermişdir. O, torbada olan avadanlıqlara baxıb, orada 2 ədəd “Smart home” markalı çağırış bloku, 2 ədəd “Smart Home” markalı audio dəstək, 7 ədəd “CYFRAL” markalı kommutator, 1 ədəd “Smart home” markalı stabilizator, 4 ədəd “Smarthome” markalı kommutator, 12 ədəd qara rəngli işlənmiş vəziyyətdə olan trubkaları almışdır. 05 dekabr 2019-cu il tarixdə onu cinayət yolu ilə əldə olunmuş əmlakı almaqda şübhəli bilindiyi üçün Yasamal rayon polis idarəsinin 28-ci polis bölməsinə dəvət etmişlər və könüllü olaraq Elçindən aldığı avadanlıqların bir hissəsini polisə təqdim etmişdir. O, Sədərək ticarət mərkəzindən Elçindən avadanlıqları alarkən, sonuncudan həmin avadanlıqların oğurluq olub-olmamasını dəfələrlə soruşmuş və sənəd tələb etmişdir. Elçin üzərində sənədinin olmadığını, həmçinin satdığı əşyaların oğurluq olmadığını, özünə məxsus olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, Bakı şəhəri Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “Təzə Bazar” adlanan ticarət mərkəzində köşk icarəyə götürüb orada təsərrüfat mallarını topdan “Sədərək” ticarət mərkəzindən götürüb nisbətən baha qiymətə satır. O, qapı qaytarıcılarını “Sədərək” ticarət mərkəzindən 12-15 manata alır, işlədiyi bazarda 20 manata satır. Adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs1 usta kimi tanıyır, sonuncunu bir neçə dəfə işlədiyi bazarda görmüşdür. 2019-cu ilin noyabr ayının dəqiq xatırlamadığı günündə Elçin günorta saatlarında onun işlədiyi bazarda ona yaxınlaşmış, əlində saxladığı 1 ədəd çin istehsalı olan “Smart Home” markalı 200 kq dartmaq gücünə malik qapı qaytarıcısını və 1 ədəd rusiya istehsalı olan “NOTEDO” markalı 100 kq dartmaq gücünə malik qapı qaytarıcısını ona göstərib həmin mallardan sonuncuda bir neçə qutu olduğunu, işlədiyi yerdə pul əvəzinə verildiyini və həmin malları satmaq istədiyini ona bildirmişdir. Həmin qapı qaytarıcılarını biri 12 manata almağa razılaşmışlar. Elçin həmin qapı qaytarıcılarından səkkiz qutu bazarın qarşısında olan avtomaşında olduğunu demiş, bazarda işləyən fəhlələr gedib səkkiz qutu, cəmi 80 ədəd qapı qaytarıcısını gətirmişlər. O, 960 manat pulu Elçinə vermişdir. Təxminən iki-üç gün sonra Elçin yenidən onun yanına gəlib, 9 qutu, hər qutuda 10 ədəd olmaqla 90 ədəd qapı qaytarıcı vermişdir. O, 1080 manat Elçinə pul vermişdir. Bir iki gün sonra Elçin yenidən onun yanına gəlib 3 qutu, iki qutuda 10 ədəd, bir qutuda 9 ədəd cəmi 29 ədəd qapı qaytarıcısını hər biri 12 manat olmaqla satmışdı. Beləliklə Elçin ona ümumilikdə 128 ədəd çin istehsalı olan “Smart Home” markalı 200 kq dartmaq gücünə malik qapı qaytarıcısı və 71 ədəd rusiya istehsalı olan “NOTEDO” markalı 100 kq dartmaq gücünə malik qapı qaytarıcısı, cəmi 199 ədəd qapı qaytarıcısı satmışdı. O, həmin qapı qaytarıcılarının Elçin tərəfindən oğurlandığını bilməmişdir. O, həmin əşyaları könüllü olaraq polisə təqdim etmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 yanvar 2020-ci il tarixli, 30545 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş təzə vəziyyətdə olan malların nümunələr əsasında 2019-cu ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 71185,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir: -16 ədəd hər biri 160 manat dəyərində olmaqla ümumi qiyməti 2560 manat olan 2015-ci il istehsalı olan “Stroy master domofon” markalı “SMD-2011” modelli **********4 seriyalı çağırış bloku; -96 ədəd hər biri 180 manat dəyərində olmaqla ümumi qiyməti 17280 manat olan 2014-cü il istehsalı olan “Stroy master domofon” markalı “SMD-2011” modelli **********0 seriyalı çağırış bloku; -96 ədəd hər biri 120 manat dəyərində olmaqla ümumi qiyməti 11520 manat olan 2018-ci il istehsalı olan “CYFRAL” markalı CCD 294 modelli çağırış bloku; -90 ədəd hər biri 40 manat dəyərində olmaqla ümumi qiyməti 3600 manat olan “NOTEDO” markalı DC- 100 modelli qapı qaytarıcısı; -120 ədəd hər biri 100 manat dəyərində olmaqla ümumi qiyməti 12000 manat olan “Smart Home” markalı NB-8 modelli qapı qaytarıcısı; -50 ədəd hər biri 45 manat dəyərində olmaqla ümumi qiyməti 2250 manat olan 2018-ci il istehsalı olan “Stroy master domofon” markalı “KM-SMD 100x3” modelli **********6 seriyalı kommutasiya bloku; -19 ədəd hər biri 45 manat dəyərində olmaqla ümumi qiyməti 855 manat olan 2018-ci il istehsalı olan “CYFRAL” markalı, “KMQ100” modelli kommutasiya bloku; -192 ədəd hər biri 12 manat dəyərində olmaqla ümumi qiyməti 2304 manat olan 2019-cu il istehsalı olan “Stroy master domofon” markalı “UKP- SMD-7” modelli audio dəstək; -960 ədəd hər biri 10 manat dəyərində olmaqla ümumi qiyməti 9600 manat dəyərində 2019-cu il istehsalı olan “CYFRAL” markalı “KM-2” modelli audio dəstək; -96 ədəd hər biri 15 manat dəyərində olmaqla ümumi qiyməti 1440 manat olan 2016-cı il istehsalı olan “CYFRAL” markalı “KM-2HO” modelli audio dəstək; -3 ədəd hər biri 12 manat dəyərində olmaqla ümumi qiyməti 36 manat olan “Smart Home” markalı “KV-B.H2015” modelli çıxış düyməsi; -Hər metri 0,18 manat dəyərində olmaqla ümumi qiyməti 7380 manat olan ümumilikdə 41.000 metr uzunluğunda olan “KSPB” markalı 0,4 ölçülü kabel; 3 ədəd hər biri 120 manat dəyərində olmaqla ümumi qiyməti 360 manat olan 2014-cü il istehsalı olan “Özcan” markalı “5005-7” modelli beş lampalı çilçıraqlar. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 30 iyun 2020-ci il tarixli, 1198 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 hazırkı vəziyyətdə və ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəsətlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmni dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 oğurluq barədə məlumatının olmadığı və sonradan oğurluq olduğunu bildiyi, Təqsirləndirilən şəxs2 isə “Sədərək” ticarət mərkəzinə apardığı malların oğurluq olduğunu bilmədiyi barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələri düzgün olaraq cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətlənmişdir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində göstərmişdir ki, o, oğurladığı audiodəstək, kabel, kommutator, ümumiyyətlə bütün əşyalardan bir ədəd götürüb Sədərək ticarət mərkəzində yerləşən mağazalara göstərmək üçün ticarət mərkəzinə getmişdir. Sakit də onun yanında idi. O, bir-iki mağazaya göstərmiş, lakin heç bir mağaza ondan həmin əşyaları almamışdır. O, mağazalardan birinə girən vaxt adı ona sonradan məlum olan Davud adlı şəxsi orada görmüşdür. Davud onun damafon avadanlıqlarını satmaq istədiyini görmüşdür. O Sakitlə mağazadan çıxan vaxt Davud gəlib onlara yaxınlaşmış və həmin avadanlıqları onlardan almaq istədiyini bildirmişdir. Davud ondan audio dəstəkləri və digər avadanlıqları hansı qiymətə satmaq istədiyini soruşmuşdur. O, audiodəstəkləri üç manata satmağa razı olmuşdur. Davud onun audio dəstəkləri ucuz qiymətə satdığını görüb ondan əşyaların oğurluq olub-olmamasını soruşmuşdur. O, Davuda avadanlıqları oğurladığını və ondan heç kimə bu barədə bir söz deməməsini xahiş etmişdir. Sonra o, Sakit və Davudla birlikdə taksinin yanına gəlmişlər. O,oğurladığı avadanlıqları taksidən Davudun gəldiyi taksiyə yığmışdır. Həmin taksi ilə onlar şəhərə gəlmişlər. Həmin gün o iki ədəd çıl-çırağı hər biri on manat olmaqla, iki qutu cəmi 96 ədəd audio dəstəyi hər biri üç manat olmaqla Davuda satmışdır. Davud ona cəmi 300 manat pul verib, qalan pulu isə avadanlıqları satıb verəcəyini bildirmişdir. O, bir torba 4 ədəd kabeli və oğurladığı digər avadanlıqları da Davuda vermişdir ki, satmaq üçün göstərsin. Həmin gün o otuz manata Sakitə bir cüt ayaqqabı almış və 20 manat pul vermişdir. Bundan başqa o, evdən oğurladığı üç torba cəmi 10 top kabeli də satması üçün Sakitə vermişdir. Söhbət vaxtı Sakit onun həmin əşyaları oğurladığını bilmişdir. O, Sakitə həmin evdə yenə də avadanlıqların olduğunu bildirmiş və sonuncudan avadanlıqlardan bir hissəsini oğurlamaqda ona köməklik etməsini xahiş etmişdir. Həmin gün axşam saatlarında o, Sakitlə Bakı şəhəri H.Cavid prospekti 49B ünvanında yerləşən evə getmişdir. O, Sakitə onu aşağıda gözləməsini, o əşyaları oğurlayıb evdən çölə çıxardan vaxt pəncərədən aşağı atacağını demiş, sonra isə həmin əşyaları sonuncunun kənara yığacağını bildirmişdir. Sakit razılaşmışdır. O yenə də evin ikinci mərtəbəsinin pəncərəsindən evə daxil olmuşdur. O, birinci mərtəbədə olan otağa girmiş, alışqanın işığında 4 qutu qapı qaytarıcısının olduğunu görmüşdür. O, bir-bir həmin qutuları yuxarı pəncərənin qarşısına yığmışdır. Bundan başqa o, üç-dörd qutu audiodəstəklər olan qutunu da ikinci mərtəbəyə pəncərənin qabağına yığmışdır. Sonra o, otaqda olan damafon avadanlıqlarının bir hissəsini orada olan torbaya yığıb aparıb ikinci mərtəbəyə pəncərənin qarşısına yığmışdır. O, pəncərədən baxanda Sakitin olmadığını görmüşdür. O, Sakitə zəng edib hara getdiyini soruşmuşdur, Sakit ona özünü piss hiss etdiyini, oğurluq etmək istəmədiyi üçün çıxıb getdiyini bildirmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə birlikdə Sədərək ticarət mərkəzində təsərrüfat malları satan mağazalara yaxınlaşıb həmin avadanlıqları satmaq istədiklərini demişlər, lakin heç bir satıcı həmin avadanlıqları almamışdır. Onlar mağazaların birində olan vaxt adı onlara sonradan məlum olan Davud orada olmuşdur. Onlar mağazadan çölə çıxan vaxt Davud onlara yaxınlaşıb həmin avadanlıqları almaq istədiyini bildirmişdir və Elçin Davudla danışıb razılaşmışdır. Sonra onlar taksidə olan avadanlıqları Davudun gəldiyi taksiyə yığıb şəhərə getmişlər. Elçin Davuda iki ədəd çılçıraq, audio dəstəklər və müxtəlif növ adlarını bilmədiyi damafon avadanlıqları satmışdır. O, Elçinin Davudla hansı qiymətə razılaşdığını bilməmişdir. Davud Elçinə 200 manat pul vermişdir. Elçin ona bir cüt ayaqqabı almışdır, çünki, o, Elçinə köməklik edən vaxt ayaqqabısı cırılmışdır. Həmin gün Elçin ona 3 torbada cəmi 10 top kabeli verib, ondan həmin kabeli evə aparmağını, Davud zəng edib istəyəndə isə həmin kabeli sonuncuya verməyini xahiş etmişdir. O, 10 top kabeli aparıb evə qoymuşdur. Həmin gün axşam saatlarında o Yasamal rayonu H.Cavid pr.-də yerləşən köhnə məhəllədə Elçinlə görüşmüşdür. Elçin Davuda satdığı malların oğurluq olduğunu bildirmiş və ona həmin məhəllədə olan iki mərtəbəli evi göstərib həmin evdən oğurladığını bildirmişdir. Sonra ona həmin evdə yenə də damafon avadanlıqlarının olduğunu bildirmiş və ondan onunla birlikdə həmin evdən oğurluq etməyini təklif etmişdir. O, əvvəlcə sonuncu ilə razılaşmışdır. Elçin ona demişdir ki, “mən evin ikinci mərtəbəsindən pəncərədən evə daxil olacam, sən pəncərənin ağzında məni gözlə, mən evdən oğurladığım əşyaları sənə atacam, sən də həmin əşyaları aparıb kənara yığarsan, sonra taksi ilə apararsan”. O, razılaşmışdır. Elçin damın üstünı çıxıb evin ikinci mərtəbəsindən pəncərədən evə qanunsuz daxil olmuşdur. O, özünü piss hiss etdiyi üçün, həmçinin oğurluq etmək istəmədiyi üçün Elçini çağırmış, Elçin pəncərədən baxmış, o sonuncuya “Elçin mən qorxuram, mən oğurluq etmək istəmirəm, mən getdim” demiş və çıxıb getmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 10 və 11-ci bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn,şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması birinci instansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun özünün ibtidai araşdırma və birinci instansiya məhkəməsində verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin və məhkəmə iclasının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmiş və birinci instansiya məhkəməsi toplanmış həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə, iş üzrə mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs2 oğlunun qeyd edilən həmin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə tövsif edilməli olması və kifayət qədər sübuta yetirilməsi barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlunun barəsində iş materialları ilə, eləcə də məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, və onun törətdiyi qeyd edilən cinayət əməli kifayət qədər sübuta yetirildiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə bəraət verilə bilməz və ona bəraət verilməsi barədə məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, verilmiş apellyasiya şikayətlərinin dəlilləri müdafiə xarakterli olmaqla, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs2 təyin edilmiş cəza məsələsinə də münasibət bildirərək, onun cəzasının yüngülləşdirilməsi üçün də hər hansı əsas görmür. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfındən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami rayon məhkəməsinin 22 may 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 22 may 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkumluğu götürülmədiyi üçün Təqsirləndirilən şəxs2 törətdiyi əməl cinayətin resdivi hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əməlində cinayətlərin residivinin cəzasını ağırlaşdıran hal kimi nəzərə almış, cəzasını yüngülləşdirən halları müəyyən etməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə kollegiyası cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs2 törətdiyi qeyd edilən cinayət əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə tövsifi məsələsi düzgün həll edilməklə, ona təyin edilmiş cəza onun şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur, ona cəza təyin edilərkən, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2, 56.1.2, 58, 59, 61 və 65.2-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyası hüdudlarında və cinayət qanununun tələblərinə uyğun, cəzanı ədalətli fərdiləşdirməklə onun məqsədlərini təmin edən, qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq qərara alır: Məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-ci maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(101)-306/2021 saylı hökmü Təqsirləndirilən şəxs2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən hakim Həsən Əhmədov Hakimlər Habil Məmmədov İlqar Murquzov
Məhkəmə qərarları › İş №1(103)-921/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-921/2021
13.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver