Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-925/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən, məruzəçi hakim), Babayev Zəki Baba oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi X14, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X15, Mülki iddiaçı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X9, Məhkum edilmiş şəxs X2, Müdafiəçi- Bakı şəhəri “Kaspian” Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsini tətbiq etməklə, onun həmin məcəllənin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 1(005)-21/2022 saylı qərarından zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti və apellyasiya şikayətinə əlavəyə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 1(005)-21/2022 saylı qərarı ilə (sədrlik edən hakim X19) xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 200- 1.2.1, 200- 1.2.2, 200- 1.2.3, 206.3.1, 206.3.2, 32.3, 206.3.3 və 32.3, 308.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 03 il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 06 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsi tətbiq edilməklə X6 həmin Məcəllənin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi, X6 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv olunması, mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mülki cavabdeh X3 qarşı mülki iddiasının təmin olunmaması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 550 (beş yüz əlli) manatın X1 tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut- Aeterna Pharma” MMC-nin sahibkarlıq fəaliyyətinə dair ilkin mühasibat sənədləri cinayət işinin materiallarında saxlanılması, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 5(004)-665/2020 nömrəli, 23 oktyabr 2020-ci il tarixli qərarı ilə "xxxx" MMC-nə məxsus normativ- texniki sənədlərin tələblərinə cavab verən, dövlət qeydiyyatından keçmiş və hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan 100 ədəd UB-202 təzyiqölçən cihazı, 40 ədəd UA- 888 təzyiqölçən cihazı (tonometr), 30 ədəd UA- 777-M təzyiqölçən cihazı, 60 ədəd UA 604 təzyiqölçən cihazı, 200 ədəd UA-200 təzyiqölçən cihazı, 56 ədəd CN 233 təzyiqölçən cihazı, 540 ədəd UA - 100 təzyiqölçən cihazı, 16800 ədəd Ayset spris 2,5ml, 240 ədəd LD 81 təzyiqölçən cihazı, 200 ədəd LD 60 təzyiqölçən cihazı, 200 ədəd Pro 39 təzyiqölçən cihazı, 120 ədəd Med 53 təzyiqölçən cihazı, 180 ədəd Pro 33 təzyiqölçən cihazı, 80 ədəd Med 55 təzyiqölçən cihazı, 80 ədəd Pro 35 təzyiqölçən cihazı, 220 ədəd Pro 30 təzyiqölçən cihazı, 84 ədəd CN 231 inqalyator, 260 ədəd UA 777 L təzyiqölçən cihazı, 200 ədəd PRO 115 təzyiqölçən cihazı, 1360 ədəd LD 60 təzyiqölçən cihazı, 1680 ədəd LD 81 təzyiqölçən cihazı, 16 ədəd CN 212 inqalyator, 100 ədəd -UA 888 END təzyiqölçən cihazı, 930 ədəd WM 63 S təzyiqölçən cihazı, 720 ədəd LD 71 təzyiqölçən cihazı, 400 ədəd LD 71 A təzyiqölçən cihazı, 114 ədəd CN 232 inqalyator, 140 ədəd -UB 202 təzyiqölçən cihazı, 36 ədəd LD 212 ingalyator, 1208 ədəd Countour plus (şəkər ölçən cihaz), 77 ədəd U 77 1100 təzyiqölçən cihazı, 260 ədəd UA 888 M təzyiqölçən cihazı, 1600 ədəd LD 502L təzyiqölçən cihazı, 160 ədəd LD 20 təzyiqölçən cihazı, 6400 ədəd LD 71 təzyiqölçən cihazı, 2896 ədəd Regual inqalyator kompressornıy (RG-332C), 1836 ədəd Regual inqalyator kompressornıy (RG-312C) olmaqla, ümumilikdə 468 007 manat dəyərində tibbi ləvazimatların üzərinə qoyulmuş həbs götürülməsi qərara alınmışdır. İşin halları: İstintaq orqanı tərəfindən X6 "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin (MMC) fəaliyyətinə rəsmi olaraq rəhbərlik edərək, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla, rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 103, 104.1, 105.1, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1-ci maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə təqdim etdiyi bəyannamələrə təhrif edilmiş məlumatlar daxil edərək, ümumilikdə xüsusilə külli miqdar təşkil edən, 536909,40 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, X7 hüquqi ünvanı ünvan 3i Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən “Aeterna Pharma" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisi (ƏDV) bəyannamələrində 2016-cı ilin sentyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 5503,07 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 12038,90 manat olduğunu göstərməklə, 6535,83 manat ƏDV-ni az; oktyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 9472,60 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 13339,45 manat olduğunu göstərməklə, 3866,85 manat ƏDV-ni az; noyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsinin 82412,22 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 14834,20 manat, büdcədən qaytarılan ƏDV olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 74405,38 manat, büdcəyə ödənilməli olan ƏDV-nin 13392,97 manat, büdcədən qaytarılan ƏDVnin olmadığını göstərməklə, 1441,23 manat ƏDV-ni az; dekabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsinin 13733,61 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 2472,05 manat, büdcədən qaytarılan ƏDV olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 2094,11 manat olduğunu göstərməklə, 4566,16 manat ƏDV-ni az; 2017-ci ilin yanvar ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 58722,35 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 145827,25 manat olduğunu göstərməklə, 87104,90 manat ƏDV-ni az; fevral ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsinin 6247,0 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 1124,46 manat, büdcədən qaytarılan ƏDV olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyə və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 9279,23 manat olduğunu göstərməklə, 10403,69 manat ƏDV-ni az; mart ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsinin 225018,38 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 40503,31 manat, büdcədən qaytarılan ƏDV olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 190664,61 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 34319,63 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 6183,68 manat ƏDV-ni az; aprel ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsinin 185331,55 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 33359,68 manat, büdcədən qaytarılan ƏDV olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 87588,72 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 15765,97 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 17593,71 manat ƏDV-ni az; may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsinin 157430,11 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ıin 28337,42 manat, büdcədən qaytarılan ƏDV olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 58689,88 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 10654,18 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 17683,24 manat ƏDV-ni az; iyun ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV- nin olmadığını, büdcədən qaytarılan ƏDV-rin 8027,03 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 6648,92 manat olduğunu göstərməklə, 1378,11 manat ƏDV-ni artıq; iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsinin 268,22 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 48,28 manat, büdcədən qaytarılan ƏDV olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDVnin 7544,96 manat olduğunu göstərməklə, 7593,24 manat ƏDV-ni az; avqust ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDVnin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 10454,62 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDVnin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 16393,61 manat olduğunu göstərməklə, 5938,99 manat ƏDV-ni az; sentyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDVnin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 20322,74 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDVnin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 29059,18 manat olduğunu göstərməklə, 8736,44 manat ƏDV-ni az; oktyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsinin 22661,27 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-rin 4079,03 manat, büdcədən qaytarılan ƏDVnin olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDVnin 5398,80 manat olduğunu göstərməklə, 9477,83 manat ƏDV-ni az; noyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsinin 478206,55 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 86077,18 manat, büdcədən qaytarılan ƏDV- nin olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 347881,88 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 62618,74 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 23458,44 manat ƏDV-ni az; dekabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDVnin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 44473,66 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDVnin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 50669,47 manat olduğunu göstərməklə, 6195,81 manat ƏDV-ni az; 2018-ci ilin yanvar ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 11002,18 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 18705,46 manat olduğunu göstərməklə, 7703,28 manat ƏDV-ni az; fevral ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 33858,98 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 39913,01 manat olduğunu göstərməklə, 6054,03 manat ƏDV-ni az; mart ayı üzrə əlavə dəyər vergisi tıtulan dövriyyəsinin 105235,33 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 18942,36 manat, büdcədən qaytarılan ƏDV- nin olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 55261,83 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 9947,13 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 8995,23 manat ƏDV-ni az; aprel ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV- nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 6148,98 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 15370,73 manat olduğunu göstərməklə, 9221,75 manat ƏDV-ni az; may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 44451,38 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-rin 8001,25 manat, büdcədən qaytarılan ƏDVnin olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDVnin 3233,08 manat olduğunu göstərməklə, 11234,33 marat ƏDV-ni az; iyun ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV- nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 1896,91 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 30540,39 manat olduğunu göstərməklə, 28643,48 manat ƏDV-ni az; iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 66303,83 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 11934,69 manat, büdcədən qaytarılan ƏDV- nin olmadığını göstərməli olduğu halda, nəmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 36051,88 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 6489,34 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 5445,35 manat ƏDV-ni az; avqust ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 105640,22 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 19015,24 manat, büdcədən qaytarılan ƏDV- nin olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 44364,83 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 7985,67 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 11029,57 manat ƏDV-ni az; sentyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyə 269780,94 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 48560,57 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 240094,22 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 43216,96 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 5343,61 manat ƏDV-ni az; oktyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 227689,88 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 40984,18 manat, büdcədən qaytarılan ƏDV- nin olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 206757,38 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 37216,33 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 3767,85 manat ƏDV-ni az; noyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDVnin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 10514,89 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDVnin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 15431,22 manat olduğunu göstərməklə, 4916,33 manat ƏDV-ni az; dekabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDVnin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 3195,88 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 7032,20 manat olduğunu göstərməklə, 3836,32 manat ƏDV-ni az; 2019-cu ilin yanvar ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 30273,13 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 29381,10 manat olduğunu göstərməklə, 892,03 manat ƏDV-ni artıq; fevral ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 195688,22 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 35223,88 manat, büdcədən qaytarılan ƏDV- nin olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 179058.83 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 32230,59 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 2993,23 manat ƏDV-ni az; mart ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV- nin olmadığını, büdcədən qaytarılan ƏDV-rıin 6049,73 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 11938,05 manat olduğunu göstərməklə, 5888,32 manat ƏDV-ni az; aprel ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV- nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 2139,20 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 5963,07 manat olduğunu göstərməklə, 3823,87 manat ƏDV-ni az; may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 134634,72 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 24234,25 manat, büdcədən qaytarılan ƏDV- nin olmadığını göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 111187,88 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 20013,82 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 4220,43 manat ƏDV-ni az; iyun ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV- nin olmadığını, büdcədən qaytarılan ƏDV-rin 3847,0 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 11300,07 manat olduğunu göstərməklə, 7453,07 manat ƏDV-ni az; iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV- nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 33966,33 manat olduğunu göstərməli olduğu halda, həmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin və büdcəyə ödənilməli olan ƏDV-nin olmadığını, büdcədən qaytarılan ƏDV-nin 37128,93 manat olduğunu göstərməklə, 3162,60 manat ƏDV-ni az; avqust ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 259991,38 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin 46798,45 manat, büdcədən qaytarılan ƏDV- nin olmadığını göstərməli olduğu halda, nəmin dövr üzrə əlavə dəyər vergisi tutulan dövriyyənin 237105,66 manat, həmin dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 42679,02 manat, büdcədən qaytarılan ƏDV-nin olmadığını göstərməklə, 4119,43 manat ƏDV-ni az hesablamaqla, cəmi 354632,18 manat ƏDV-ni dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Bundan başqa, X7 faktiki olaraq müəssisənin fəaliyyətinə rəhbərlik edərək, "xxxx" MMCnin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2017-ci il ərzində əldə etdiyi çəlirləri 3429108,00 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 2857590,00 manat, vergiyə cəlb olunan mənfəəti 571518,00 manat, həmin mənfəətdən 20 faiz dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisini 114303,60 manat göstərməli olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına həmin dövr üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində əldə etdiyi gəlirləri 336209,40 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 280174,50 manat, vergiyə cəlb olunan mənfəəti 56034,90 manat, həmin mənfəətdən 20 faiz dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisini 11206,98 manat göstərməklə, 103096,62 manat məbləğində mənfəət vergisini az; 2018-ci il ərzində əldə etdiyi gəlirləri 2869084,99 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 2390904,16 manat, vergiyə cəlb olunan mənfəəti 478180,83 manat, həmin mənfəətdən 20 faiz dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisini 86072,55 manat göstərməli olduğu halda, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına həmin dövr üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində əldə etdiyi gəlirləri 229731,66 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri 191443,05 manat, vergiyə cəlb olunan mənfəəti 38288,61 manat, həmin mənfəətdən 20 faiz dərəcə ilə büdcəyə ödənilməli olan mənfəət vergisini 6891,95 manat göstərməklə, 79180,60 manat məbləğində mənfəət vergisini az hesablamaqla, cəmi 182277,22 manat mənfəət vergisi olmaqla, 536909,40 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır.Bununla da, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Apellyasiya şikayətinin, apellyasiya şikayətinə əlavənin və apellyasiya protestinin dəlilləri: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 1(005)-21/2022 saylı qərarından mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)-21/2022 nömrəli qərarını ləğv edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsi, X6 tərəfindən 534.639,26 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması nəticəsində vurulan həmin məbləğdə ziyanın (verginin) tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavənin dəlilləri qismində aşağıdakılar göstərilmişdir: Aşağıda qeyd edilən səbəblərə görə Nərimanov rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə razı deyilik: Bildiririk ki, işə üzrə birinci instansiya məhkəməsinin istintaqı zamanı araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, məhkəmə həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, Cinayət- Prosessual Məcəllənin 125-ci, 127.3-cü, 144-cü və 145-ci maddələrinin tələbləri pozulmaqla cinayət işi üzrə yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən iş üzrə məhkəmə istintaqı dövründə keçirilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təkrar məhkəmə mühasibat ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/4306 nömrəli və xx.xx.2021 -ci il tarixli, 9/7900 nömrəli rəylərini mötəbər sübut kimi qəbul etmişdir. Lakin əsassız və prosessual pozuntularla verilmiş rəylər mötəbər sübut kimi qəbul edilə bilməz və belə sübutlar əsasında verilmiş qərarlar da tam qanuni və əsaslı hesab oluna bilməz. İlk öncə bildirmək istəyirik ki, ekspertlər qarşısında hansı məbləğdə vergilərdən yayınmanın olması, vergi ödəyicisinin optika məhsullarının idxalına və satışına dair rəsmi sənədlərin materiallarda öz əksini tapması kimi suallar qoyulsa da ekspertlər tərəfindən qoyulmuş suallar ətrafında deyil, daha çox öz səlahiyyətlərinə aid olmayan hüquqi rəy verilmişdir. Ekspertərin bu cür hüquqi rəy verməsi qanunaziddir. Çünki, qanunun tətbiqi ilə bağlı mübahisəni həll etmək səlahiyyəti yalnız məhkəməyə verilmişdir. Məhkəmənin də öz növbəsində həmin rəyi sübut kimi qiymətləndirməsi və ekspert rəyində istinad edilmiş fikirlərlə razılaşması qəbul edilmiş qərarın əsassızlığını göstərir. Eskpert rəylərində vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməsinə baxmayaraq vergi orqanı tərəfindən mal qalıqları barədə aktlar və qara mühasibatlıq sənədləri də nəzərə alınmaqla orta satış qiymətləri müəyyən edilməklə əlavə vergi məbləği hesablandığı, mühasibat uçotu haqqında qanunvericilikdə və Vergi Məcəlləsində “qara mühasibatlıq" anlayışının verilmədiyi, VM-nin 67-ci və 83-cü maddələrinin təlblərində də "qara mühasibatlıq” sənədləri ilə bağlı hər hansı qeyd və ya istinad nəzərdə tutulmadığı, orta satış qiyməti əsas götürülməklə satış həcmi müəyyən olunaraq hesablama aparılması VM-də nəzərdə tutulmadığı, satış qiymətinin müəyyən edilməsinin VM-nin 14-cü maddəsində öz əksini tapdığını, həmin maddədə də orta satış qiyməti əsas götürülməklə satış həcminin müəyyən edilməsinin nəzərdə tutulmadığını qeyd edimişdir. Göründüyü kimi ekspertlər qarşısında hansı vergilərin nə qədər məbləğdə yayındırılması, bununla bağlı müvafiq hesablamaların aparılması sualı qoyulsa da, ekspertlər yalnız hansı maddənin necə tətbiq edilməsi, hansı anlayışın hansı qanunvericilikdə nəzərdə tutulub-tutulmaması barədə hüquq rəylər verərək öz səlahiyyətlərini aşmışlar. Ekspert rəylərində qeyd edilənlər və məhkəmə tərəfindən də təsdiqlənən xüsusatlarla bağlı bildirmək istəyirik ki, "qara mühasibatlıq" sənədlərinin mötəbər sübut kimi qiymətləndirilməsi ekspertin deyil, məhkəmənin səlahiyyətindədir. Belə ki, hər hansı halın, faktın, sənədin, hərəkət və ya hərəkətsizliyin qanunauyğun olub-olmamasını müəyyən etmək məhkəmə-mühasibatlıq ekspertizasını aparan ekspertin deyil, məhkəmənin səlahiyyətidir. Məhkəmə “qara mühasibatlıq” sənədlərinin mötəbərliyini qəbul edib həmin sənədləri ekspertizaya təqdim etdiyi halda ekspert tərəfindən həmin fayllarda əks olunmuş məlumatlar əsasında hesablama aparılmalı idi. Lakin göründüyü kimi məhkəmə tərəfindən "qara mühasibatlıq" sənədləri ekspertizaya təqdim olunmasına baxmayaraq ekspert tərəfindən hər hansı hesablama aparılmamış, əksinə səlahiyyət həddi aşılaraq hüquqi rəy verilmişdir. Məhkəmə - mühasibatlıq ekspertizasının əsas vəzifəsi onun hesabatlarda və hesabat prosesində neqativ kənarlaşmanın müəyyən edilməsi məqsədi ilə təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsinin vəziyyətini öyrənməkdən ibarətdi. Hesab edirik ki, ümumiyyətlə iş üzrə yalnız məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə əsas olmasa da, belə bir əsas olduğu qənaətinə gəlinmişdirsə hazırkı ekspert rəyi mötəbər sübut hesab edilməməli və işin həlli üçün məhkəmə tərəfindən ekspert rəyinin müstəsna əhəmiyyət təşkil etdiyi nəticəsinə gəlindiyi təqdirdə həmçinin məhkəmə- əmtəəşünaslıq ekspertizası təyin edilməli və optika mallarının yoxlanılan dövr üzrə həqiqi satış qiyməti müəyyən edilməli idi. Eyni zamanda bildirməyi zəruri hesab edirik ki, barəsində şikayət olunan qərardakı hüquqi mövqelərdə daxili ziddiyyətlər mövcuddur. Belə ki, məhkəmə vergi orqanının sübut olaraq təqdim etdiyi və vergilərin hesablarması üçün əsas olan elektron fayllarda əks olunan cədvəlləri bir tərəfdən sübut hesab edərək mötəbərlik üzrə qiymətləndirməmiş, digər tərəfdən isə məhkəmə istintaqı zamanı dindirilmiş, xx.xx.2021-ci il tarixli rəyin verilməsində iştirak etmiş ekspert X21 izahatında təqsirləndirilən şəxsin kompüterindən götürülmüş sənədlərin heç birində möhür olmadığından həmin sənədlərin rəsmi xarakterli olmadığı üçün onların mümkünlüyünə, yəni həqiqiliyinə şübhə kimi toxunmuş, məhkəmə də ekspertlə eyni mövqedən çıxış etmişdir. Məhkəmə nəzərə almamışdır ki, sübutlar aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiyməlləndirilərkən, sübut mümkün hesab edilmədikdə əsaslandırılmalı, daha sonra isə həmin məlumat və ya sənədin mötəbərlik üzrə qiymətləndirilməsi həyata keçirilməməlidir. Bu faktın özü məhkəmənin ədalətli məhkəmə araşdırması hüququnu ciddi pozduğuna işarədir. Belə ki, ibtidai istintaq dövründə verilmiş eskpertiza rəyi heç bir halda əsassız və qanunsuz ola bilməz və onun mötəbərliliyi şübhə doğurmur. Belə ki, qeyd edilən rəy ekspert qarşısında qoyulmuş suallar və təqdim edilmiş bütün sənədlər əsasında aparılmışdır. Ekspert tərəfindən də qanunvericiliklə üzərinə düşən vəzifələri icra edilmiş və ona verilən suallar və materiallar əsasında rəy verilmişdir. Əksinə, məhkəmə istintaqı dövrünüdə isə ekspertlər onlar qarşısında qoyulmuş suallara konkret cavab verməmiş, məhkəmə mühasibatlıq rəyindən daha çox səlahiyyətlərini aşaraq hüquqi rəy vermişdir. Yuxarıda qeyd edildiyi kimi hər hansı halın, faktın, sənədin, hərəkət və ya hərəkətsizliyin qanunauyğun olub-olmamasını müəyyən etmək məhkəmə-mühasibatlıq ekspertizasını aparan ekspertin deyil, məhkəmənin səlahiyyətidir. Məhkəmə “qara mühasibatlıq” sənədlərinin mötəbərliyini qəbul edib həmin sənədləri ekspertizaya təqdim etdiyi halda ekspert tərəfindən həmin fayllarda əks olunmuş məlumatlar əsasında hesablama aparılmalı idi. Lakin göründüyü kimi məhkəmə tərəfindən “qara mühasibatlıq” sənədləri ekspertizaya təqdim olunmasına baxmayaraq ekspert tərəfindən hər hansı hesablama aparılmamış, əksinə səlahiyyət həddi aşılaraq hüquqi rəy verilmişdir. Birinci instansiya məhkəməsinin qərarından dövlət ittihamçısı apellyasiya protesti verərək, X2 Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərarının ləğv edilərək, onun CM-in həmin maddəsi ilə təqsirli bilinib cəzasının həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə qəti əsas və əlavə cəzaya məhkum edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısının apellyasiya protestinin dəlilləri qismində aşağıdakılar göstərilmişdir: aşağıdakı əsaslara görə hesab edirəm ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərarı ləğv edilərək, İlqar İskəndərlinin CM-nin 213.3-cü maddəsi ilə təqsirli bilinib ona cəzanın həddi ilə bağlı etdiyim tək.ifə uyğun hədlərdə qəti və əsas cəza təyin edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə X25nın aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 16.1.1 və 16.1,3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək və qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələridir. Cinayət işnin materiallarından göründüyü kimi vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş vəzifələr tam olaraq icra edilməmiş, o cümlədən vergitutma obyektlərinin uçotunu aparmamışdır. Belə ki, vergi orqanı tərəfindən aparılan X25 zamanı İlqar İsgəndərimin rəhbərlik etiyi "xxxx" MMC-dən götürülmüş məlumatlara, yəni əldə edilmiş mənbəyi bəlli olan məlumatlara əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş bir sıra malların faktiki satış qiymətinin aşağı qiymətə rəsmiləşdirildiyi və ya bəzi hallarda ümumiyyətlə rəsmiləşdirilmədiyi müəyyən edilmişdir. Buna görə də vergi orqanı tərəfindən haqlı olaraq VM-nin 67.1.9-cu maddəsinin tələblərinə əsasən vergi orqanının müəssisədə keçirilmiş X25 zamanı əldə etdiyi mənbəyi bəlli olan məlumatlardan da istifadə etməklə dövlər, büdcəsinə ödənilməli olan vergi məbləği hesablanmış və qeyd olunan məlumatlar 31 mart 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində də tədqiq edilmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı dindirilmiş ekspert X21 və X11 izahatlarında hansı səbəbdən VM-nin 67.1.9-cu maddəsinin tələblərini nəzərə almadan X25 zamanı İlqar İsgəndərlinin rəhbərlik etiyi "xxxx" MMC-dən götürülmüş məlumatları mənbəyi bəlli olan məlumatlar kimi qəbul etmədiklərini izah edə bilməmişlər. Odur ki, məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilən zaman tədqiqatı düzgün aparılmayan, lazımi və zəruri olan vergi orqanının müəssisədə keçirilmiş operativ vergi nəzarəti tədbirləri (o cümlədən X25) zamanı əldə etdiyi mənbəyi bəlli olan məlumatlar tədqiq olunmadan verilmiş, obyektivliyi əks etdirməyən 9/4306 nömrəli 02 avqust 2021-ci il tarixli və 16 dekabr 2021-ci il tarixli, 9/7900 nömrəli rəyə istinad etməsi əsassız və qanunsuzdur. Beləliklə də məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla kifayət qədər sübuta yetirilmişdir ki, X12 cğlu "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin (MMC) fəaliyyətinə rəsmi olaraq rəhbərlik edərək, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla, rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 103, 104.1, 105.1, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1-ci maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə təqdim etdiyi bəyannamələrə təhrif edilmiş məlumatlar daxil edərək, ümumilikdə xüsusilə külli miqdar təşkil edən, 536909,40 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Göründüyü kimi, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə təqsirliliyi toplanmış sübutlarla tam sübuta yetirilsə də, məhkəmə tərəfindən işin faktiki hallarına uyğun gəlməyən qanunsuz və əsassız qərar çıxarılmışdır. Apellyasiya şikayətinə, apellyasiya şikayətinə əlavəyə və apellyasiya protesinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X22 verilmiş apellyasiya protestinin dəlilərinə uyğun çıxış edərək apelyasiya protestinin və Dövlət Vergi Xidmətinin Bakı şəhəri X24 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri X24 üzrə Baş İdarəsinin nümayəndəsi (mülki iddiaçının nümayəndəsi) X17 verilmiş apelyasiya şikayətinin (əlavə) dəlilərinə uyğun çıxış edərək apelyasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ayrı-ayrılıqda çıxış edən X6 və müdafiəçi X18 apellyasiya protestinin və mülki iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir əsasın olmadığını bildirib, qeyd olunan protest və şikayətin təmin edilmədən saxlanmasını xahiş etdilər. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin, apellyasiya şikayətinə əlavənin və apellyasiya protestinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12 may 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası məhkəmə baxışını qismən məhkəmə istintaqı ilə aparmaqla cinayət işinin materiallarını araşdırıb, əlavə ilə birlikdə apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti (əlavə) və apellyasiya protesti təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 1(005)- 21/2022 saylı qərarı qanuni və əsaslı olduğundan mülki iddiaçının əlavə ilə birlikdə verdiyi apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qismən məhkəmə istintaqı ilə keçirilən məhkəmə baxışı zamanı daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin komisyon məhkəməm-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/4657 nömrəli rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixli, **********191142 nömrəli X25nın əhatə etdiyi dövr ərzində vergilər (ƏDV və mənfəət) üzrə yoxlama ilə aparılmış əlavə hesablamaların düzgünlüyü (79052,52 manat ƏDV məbləği istisna olmaqla) müəyyən olunmur. Hazırkı tədqiqatla təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən X25nın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 79052,52 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən olunur. Həmçinin qeyd edilir ki, Həmçinin qeyd edilir ki, "Aeterna Pharma’' Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra - MMC) vergi orqanları tərəfindən aparılmış sentyabr 2016 - avqust 2019 **********191142 nömrəli 02 mart 2020-ci il tarixli X25 Aktı əsasında hesablanmış əlavə vergilər və onlara tətbiq edilmiş maliyyə sanksiyaları ilə əlaqədar aşağıdakılar müəyyən edilir: Yoxlanlan dövrlər üçün təqdim edilmiş bəyannamələr (2016, 2017 və 2018-ci illər üçün Mənfəət və Əmlak vergiləri, sentyabr 2016-avqust 2019-cu illər üçün ƏDV, 2016-cı ilin 3-cü, 4-cü, 2017-ci ilin 1-ci, 2-ci, 3-cü, 4-cü, 2018-ci ilin 3-cü, 4-cü, 2019-cu ilin 1-ci, 2-ci rübləri üzrə MÖMV və ÖMV bəyannamələri) üzrə ümumilikdə 268749.02 manat vergi hesablanmış, 219675.14 manat vergi məbləği isə dövlət büdcəsinə ödənilmişdir. Araşdırma zamanı X20 əsasında ƏDV məqsədləri üçün təkrar əvəzləşdirilmiş 79052.52 manat ƏDV məbləği istisna olmaqla digər hallar üzrə kənarlaşmalar müəyyən edilməmişdir. X25 Aktında qeyd olunan xx.xx.2019-cu il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı optika mallarının (mal qalıqları barədə aktlar, qara mühasibatlıq sənədləri) faktiki satış qiymətlərindən aşağı rəsmiləşdirilməsi müəyyən edilməsi ilə 911386.10 manat əlavə dövriyyənin necə müəyyən edilməsi və bunun əsasında əlavə vergilərin hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsi və digər qanunvericilik aktlarında necə təsbit olunması haqqında heç bir məlumat və ya istinad qeyd edilməmişdir. Eyni zamanda istər mühasibatlıq haqqında, istərsə də Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında (X25nın əhatə etdiyi dövrdə qüvvədə olan) qara mühasibatlıq haqqında hər hansı bir anlayş barədə məlumat müəyyən edilməmişdir. Yəni, yuxarıda göstərilən səbəblərdən X25 aktında göstərilənlər tam şəkildə nəzərə alınaraq tədqiqat aparılması mümkün deyildir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: "xxxx" MMC-nin Təsisçisinin 02 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin baş direktoru X6 02 sentyabr 2019-cu il tarixdən cəmiyyətin icraçı direktoru vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, X2 barəsində Dövlət Gömrük Komitəsinin icraatında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 200-12.2, 200-1.2.3-cü maddələri ilə cinayət işi vardır. "xxxx" MMC-nin 01 sentyabr 2010-cu il tarixdə təsdiq edilmiş nizamnaməsinin surətindən görünür ki, cəmiyyət Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-665/2020 nömrəli, 23 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə istintaq zərurəti ilə əlaqədar olaraq, "xxxx" MMC-nə məxsus normativ- texniki sənədlərin tələblərinə cavab verən, dövlət qeydiyyatından keçmiş və hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan 100 ədəd UB-202 təzyiqölçən cihazı, 40 ədəd UA- 888 təzyiqölçən cihazı (tonometr), 30 ədəd UA-777-M təzyiqölçən cihazı, 60 ədəd UA 604 təzyiqölçən cihazı, 200 ədəd UA-200 təzyiqölçən cihazı, 56 ədəd CN 233 təzyiqölçən cihazı, 540 ədəd UA - 100 təzyiqölçən cihazı, 16800 ədəd Ayset spris 2,5ml, 240 ədəd LD 81 təzyiqölçən cihazı, 200 ədəd LD 60 təzyiqölçən cihazı, 200 ədəd Pro 39 təzyiqölçən cihazı, 120 ədəd Med 53 təzyiqölçən cihazı, 180 ədəd Pro 33 təzyiqölçən cihazı, 80 ədəd Med 55 təzyiqölçən cihazı, 80 ədəd Pro 35 təzyiqölçən cihazı, 220 ədəd Pro 30 təzyiqölçən cihazı, 84 ədəd CN 231 inqalyator, 260 ədəd UA 777 L təzyiqölçən cihazı, 200 ədəd PRO 115 təzyiqölçən cihazı, 1360 ədəd LD 60 təzyiqölçən cihazı, 1680 ədəd LD 81 təzyiqölçən cihazı, 16 ədəd CN 212 inqalyator, 100 ədəd -UA 888 END təzyiqölçən cihazı, 930 ədəd WM 63 S təzyiqölçən cihazı, 720 ədəd LD 71 təzyiqölçən cihazı, 400 ədəd LD 71 A təzyiqölçən cihazı, 114 ədəd CN 232 inqalyator, 140 ədəd -UB 202 təzyiqölçən cihazı, 36 ədəd LD 212 ingalyator, 1208 ədəd Countour plus (şəkər ölçən cihaz), 77 ədəd U 77 1100 təzyiqölçən cihazı, 260 ədəd UA 888 M təzyiqölçən cihazı, 1600 ədəd LD 502L təzyiqölçən cihazı, 160 ədəd LD 20 təzyiqölçən cihazı, 6400 ədəd LD 71 təzyiqölçən cihazı, 2896 ədəd Regual inqalyator kompressornıy (RG-332C), 1836 ədəd Regual inqalyator kompressornıy (RG-312C) olmaqla, ümumilikdə 468 007 manat dəyərində tibbi ləvazimatların üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühasibat ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/4763 nömrəli rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və ekspert qarşısında qoyulmuş sual üzrə qərarın təsviri hissəsində göstərilənlər, həmçinin vergi ödəyicisinin optik məhsullarının qiymətlərinə dair özünün vermiş olduğu məlumatlar, o cümlədən X25nda göstərilənlərin əsaslılığı istintaq orqanı tərəfindən subuta yetirildiyi təqdirdə "xxxx" MMC tərəfindən 2017- 2018-ci illər üzrə 182277,22 manat mənfəət vergisi, 2016-cı ilin sentyabr - 2017-ci ilin may, iyul-2018-ci ilin dekabr, 2019-cu ilin fevral - 2019-cu ilin avqust ayları üzrə 354632,18 manat əlavə dəyər vergisi az, 2017-ci ilin iyun, 2019-cu ilin yanvar ayları üzrə 2270,14 manat əlavə dəyər vergisi artıq hesablanmaqla, ümumilikdə 534639,26 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilir. “Sübutların qiymətləndirilməsi haqqında” 16 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsindən həmin məcəllənin 213.3-cü maddəsinə tövsif edilmiş və X4 həmin maddə ilə ittiham elan edilmişdir. ********* nömrəli cinayət işi üzrə mülki iddia 534639,26 manat məbləğində tanınmış, iş üzrə məhkəmə-mühasibat ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/4763 nömrəli rəyi, bank sənədləri, dindirmə və üzləşdirmə protokolları sübut kimi qiymətləndirilmişdir. "xxxx" MMC-nin sahibkarlıq fəaliyyətinə dair ilkin mühasibat sənədləri maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 19 aprel 2021-ci il tarixli qərardan görünür ki, X2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-61/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, X6 Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 32.3, 206.3.3 və 32.3, 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2 və 32.3, 206.3.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.3, 308.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə X3 03 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən X2 10 aprel 2020-ci il tarixdən 18 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 11 (on bir) ay 8 (səkkiz) gün müddət ona təyin edilmiş əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən X3 təyin olunmuş 06 (altı) il 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə əsas cəzası şərti hesab edilməklə ona 3 (üç) il 6 (altı) ay sınaq müddəti təyin edilsin.X2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-265/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, dövlət ittihamçısının apellyasiya protestinin qismən təmin edilməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2021-ci il tarixli 1(100)-61/2021 saylı hökmünün dəyişdirilməsi, həmin hökmdən təqsirləndirilən şəxs X3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab ediməsi ilə bağlı müddəaların çıxarılması, X3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2 və 32.3, 206.3.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 3 ilə endirilməsi, Məhkum İ.Q.İskəndərliyə CM-nin 32.3 308.2-ci maddəsi ilə əsas cəza qismində təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 ilə endirilməsi, Hökmlə İ.Q.İskəndərliyə CM-nin 200-1.2.1, 200-1.2.2 və 200- 1.2.3-cü maddələri ilə təyin edilmiş əsas və əlavə cəzalar, habelə CM-nin 32.3 308.2-ci maddəsi ilə təyin edilmiş əlavə cəza dəyişdirilməməsi, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanılmaqla İ.Q.İskəndərliyə üç il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 69.3cü maddəsinə əsasən İ.Q.İskəndərlinin 10 aprel 2020-ci il tarixdən 18 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 11 ay 8 gün əsas cəzasından çıxılmaqla onun üzərində qəti olaraq üç il müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 il 6 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejiimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 19 noyabr 2021-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş idarəsinin Təşkilat analitik və preventiv tədbirlr idarəsinnin məlumatların göndərilməsi haqqında xidməti məktubundan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar sorğunun icrası ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsində keçirilmiş SVY üzrə xx.xx.2020-ci il tarixdə çıxarılmış VÖ VQ pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərara əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 904 525,17 manat hesablama, 23 512,82 manat ödəniş və 163 971,69 manat azalma edilməsi bildirilir. xx.xx.2021-ci il tarixə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində vergilər üzrə 522877,43 (o cümlədən, əsas vergilər üzrə 271501,28 manat, faiz üzrə 34278,92 manat, maliyyə sanksiyası üzrə 216 697,23 manat, İnzibati cərimə üzrə 400,0 manat) dövlət büdcəsinə borcu mövcuddur. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı hər iki tərəfin (ittiham və müdafiə) vəsatəti təmin edilmiş və iki dəfə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin təkrar məhkəmə mühasibat ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/4306 nömrəli və xx.xx.2021-ci il tarixli, 9/7900 nömrəli rəylərindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixli, **********191142 nömrəli X25nın əhatə etdiyi dövr ərzində vergilər (ƏDV və mənfəət) üzrə yoxlama ilə aparılmış əlavə hesablamaların düzgünlüyü (79052,52 manat ƏDV məbləği istisna olmaqla) müəyyən olunmur. Hazırkı tədqiqatla təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən X25nın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 79052,52 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən olunur. Həmçinin qeyd edilir ki, ekspertiza təyini haqqında məhkəmənin qərarında göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən hesablanmış vergilər dövlət büdcəsinə 265408,12 manat məbləğində ödənilmişdir. Təqdim edilmiş iş materiallarından da göründüyü kimi, vergi ödəyicisi tərəfindən hesablanmış 265408,12 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apellyasiya şikayəti (əlavə) və protestində X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 1(005)-21/2022 saylı qərarının ləğv edilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ibtidai istintaq və məhkəmə istintaqı zamanı əldə edilmiş ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş və şəxsin təqsirləndirildiyi cinayət əməli üzrə onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-ci maddəsindən, həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsini tətbiq etmək qənaətinə gələrək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edərək, iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarmışdır. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, məhkəmənin qərarından verilmiş apellyasiya şikayətinin, apellyasiya şikayətinə əlavənin və protestinin əsaslandığı və özlüyündə yalnız məhkəmə istintaqı zamanı təyin edilməklə keçirilmiş məhkəmə ekspertizasına münasibətdə ibtidai istintaq zamanı keçirilmiş ekspertiza tədqiqatları nəticəsində əldə edilmiş ekspertiza rəylərinin daha mötəbər olmasına dəlalət edən dəlillərinin artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda qərarın məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayət (əlavə ilə birlikdə) və protestin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Apellyasiya şikayəti, əlavəsi və apellyasiya protestində qeyd edilən ümumi dəlil və ifadələrə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamaqla, sübutlar özlüyündə digər sübutlarla qarşılıqlı şəkildə tədqiq edilərək təsdiq edildikdə mötəbər sübut kimi qəbul oluna bilər. Həm apellyasiya şikayətinin, apellyasiya şikayətinə əlavənin və həm də apellyasiya protestinin dəlillərindən göründüyü kimi məhkəmənin qərarının əsassız olması məhkəmə ekspertiza rəylərinin sübut kimi mötəbərliyinin mübahisələndirilməsi, yəni istintaq zamanı keçirilmiş və ittihamın əsasına qoyulmuş xx.xx.2021-ci il tarixli 9/4763 nömrəli ekspert rəyinin daha mötəbər olması və məhkəmə tərəfindən bu halın düzgün qiymətləndirilməməsi və bunun əsasında da birinci instansiya məhkəməsi tərəfindən yekunda düzgün nəticəyə gəlinməməsi qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi cinayət işi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə malik şəxsin apardığı tədqiqatın nəticəsi olsa da, həmin sübut məhkəmə tərəfindən digər sübutlarla yanaşı yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir, yəni ekspert rəyi məhkəmə üçün məcburi qüvvəyə malik deyil. Bununla əlaqədar olaraq məhkəmə birinci instansiya məhkəməsinin ibtidai istintaq zamanı təyin edilmiş və təqsirləndirilən şəxsə qarşı külli miqdarda vergiləri ödəməkdən yayınma ilə bağlı ittihamın irəli sürülməsi üçün əsas olan, ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə mühasibat ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/4763 nömrəli rəyini mötəbər sübut kimi qəbul etməməsinə dair mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, göstərilən rəyin tədqiqat hissəsində qeyd edilir ki, X25nın əhatə etdiyi dövr ərzində MMC-də aparılmış əməliyyatlarla bağlı dövlət büdcəsinə hesablanmalı olan vergi məbləğinin konkret hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmamış və X25 ilə elektron məlumatlar (qara mühasibat) əsas götürülməklə hesablamaların aparılması qüvvədə olan mühasibat uçotu haqqında Qanunda və vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Lakin ekspert qarşısında qoyulmuş sual üzrə, yəni qərarın təsviri hissəsində göstərilənlər, həmçinin vergi ödəyicisinin optik məhsulların qiymətlərinə dair özünün vermiş olduğu məlumatları, o cümlədən X25nda göstərilənlərin əsaslılığı istintaq orqanı tərəfindən sübuta yetirildiyi təqdirdə əsas götürərək nəticədə ümumilikdə 534639,26 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktını müəyyən etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, "Mühasibat uçotu haqqında" 29 iyun 2004-cü il tarixli 716-İİQ saylı Azərbaycan Respublikası Qanununun, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005- ci il tarixli 192 nömrəli Fərmanının və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin tələblərinə görə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 30 yanvar 2017-ci tarixdə Q-01 nömrəli “X5 Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilmişdir. Qaydaların 2.1.14-ci bəndində ilkin uçot sənədlərinin anlayışı verilmişdir. Belə ki, ilkin uçot sənədləri - maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Qaydaların 7-ci bölməsində ilkin uçot sənədlərinin və mühasibat uçotu registrlərinin tərtibi qaydası göstərilmişdir: 7.1 Mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. 7.2 İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və mühasibat uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. Göründüyü kimi, mühasibat uçotu haqqında qanunvericilikdə “qara mühasibatlığa” dair hər hansı bir qeyd və istinad mövcud deyildir. Bununla yanaşı Azərbaycan Respublikasının Vergi Məcəlləsində də “qara mühasibatlıq” anlayışı nəzərdə tutulmamışdır. O cümlədən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci (Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları) və 83-cü (Vergi orqanları tərəfindən vergilərin hesablanması) maddələrinin tələblərində də “qara mühasibatlıq” sənədləri ilə bağlı hər-hansı bir qeyd və ya istinad mövcud deyil. Həmçinin Vergi Məcəlləsində mühasibat sənədləri təqdim edilsə də, vergi orqanı tərəfindən əlavə olaraq hesablanmış vergilərin mal qalıqları barədə aktlar və qara mühasibat sənədləri də nəzərə alınmaqla orta satış qiyməti əsas götürülməklə satış həcmi müəyyən olunaraq hesablanma aparılması nəzərdə tutulmamışdır. Belə ki, satış qiymətinin müəyyən edilməsi Vergi Məcəlləsinin 14-cü maddəsində öz əksini tapmışdır ki, həmin maddədə orta satış qiyməti əsas götürülməklə satış həcminin müəyyən olunması nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizası ilkin sənədlərin məlumatları əsasında aparılan tədqiqatdır. İş materiallarında sənədlər (elektron qaimə fakturalar, elektron VHF-lər, kassa mədaxil orderləri, kassa qəbzləri, bank sənədləri, müqavilələr, YGB və s.) mövcuddur və həmin sənədlərə əsasən vergi orqanı tərəfindən əlavə olaraq hesablanmış ƏDV və mənfəət vergisinin az hesablanması öz təsdiqini tapmır. Belə ki, Vergilərin müəyyən edilməsinin əsas şərtləri Vergi Məcəlləsinin 12-ci maddəsində təsbit olunmuşdur. Belə ki, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 1. vergitutma obyekti; 2. vergitutma bazası; 3. vergi dövrü; 4. vergi dərəcəsi; 5. verginin hesablanması qaydası; 6. verginin ödənilməsi qaydası və müddəti (maddə 12.1). Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin), ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (maddə 12.3). Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir (maddə 12.4). Məhkəmə istintaqı zamanı keçirilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/4306 nömrəli və xx.xx.2021-ci il tarixli, 9/7900 nömrəli rəyləri ilə isə X25 ilə əlavə hesablanmış vergilərin Vergi Məcəlləsinin 12-ci maddəsinə uyğunluğu müəyyən edilməmişdir. Həmçinin istintaq zamanı keçirilmiş ekspertiza zamanı tədqiqata mühasibat sənədləri təqdim edilsə də, vergi orqanı tərəfindən əlavə olaraq hesablanmış vergilər mal qalıqları barədə aktlar və qara mühasibat sənədləri də nəzərə alınmaqla orta satış qiyməti müəyyən olunmaqla hesablanmışdır. Sadalananlara əsasən məhkəmə ekspert rəylərini mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə belə bir qənaətə gəlir ki, istintaq zamanı ilkin keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası zamanı qanunvericiliyin tələblərinə zidd olaraq vergilər mal qalıqları barədə aktlar və qara mühasibat sənədləri də nəzərə alınmaqla orta satış qiyməti müəyyən olunmaqla hesablanmış, həmçinin əsaslılığı birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı keçirilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizalarının və apellyasiya icraatı zamanı keçirilmiş komisyon məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə təkzib edilən X25 aktı əsas götürülmüşdür. Göstərilənlər isə istintaq zamanı ilkin keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyinin mötəbər, əsaslı və qanuni olmasını şübhə altına alır. Beləliklə, ibtidai araşdırma orqanının X2 CM-in 213.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair topladığı sübutlarla, yəni məhkəmə mühasibat ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/4763 nömrəli rəyi ilə bağlı məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəisnə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Birinci instansiya məhkəməsi sadalanan normaların tələblərini rəhbər tutaraq təkrar məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/4306 nömrəli və xx.xx.2021-ci il tarixli, 9/7900 nömrəli rəylərini mötəbər sübut kimi qiymətləndirib hesab etmişdir ki, həmin sübutlar ittihamın düzgün, tam və hərtərəfli həlli üçün üstün hüquqi qüvvəyə malikdir. Həmin rəylərlə dövlət büdcəsinə ödənilməkdən yayındırılan vergilərin məbləği 79052,52 manat müəyyən edilmişdir ki, göstərilən məbləğ külli miqdar hesab edilə bilməz. Yəni təqsirləndirilən şəxsin əməli CM-in 213.3-cü maddəsindən həmin Məcəllənin 213.1-ci maddəsinə (xeyli miqdarda vergilri ödəməkdən yayınma) tövsif olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşaq, apellyasiya icraatı zamanı qismən məhkəmə istintaqı keçilməklə əldə edilmiş komisyon məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/4657 nömrəli rəyi ilə, daha əvvəl birinci instansiya məhkəməsində ittiham tərəfinin vəsatəti əsasında keçirilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq verilmiş xx.xx.2021-ci il tarixli, 9/4306 nömrəli və xx.xx.2021-ci il tarixli, 9/7900 nömrəli rəylərdə qeyd edilənlərlə bir daha təsdiq edilmişdir ki, bu hal da özlüyündə həmin qeyd edilən ekspert rəylərinin sübut olaraq mötəbərliyinə dəlalət edən haldır. Cinayət işi materiallarına, apellyasiya protestinin və apellyasiya şikayətinin (əlavənin) dəlillərinə əsasən, birinci instansiya məhkəməsində keçirilmiş 2 ekspertiza rəyi ilə razılaşmayan dövlət ittihamçısı da birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi və ekspert qarşısında “Vergi ödəyicisinin onda olan malların, o cümlədən optik məhsulların qiymətlərinə dair özünün vermiş olduğu məlumatlar, o cümlədən X25nda göstərilənlər nəzərə alınaraq "xxxx" MMC-də yayındırılmış vergilərin tədiyyə növü üzrə dövrü, növü və məbləği nə qədərdir ?” suallarının təkrarən qoyulması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə dövlət ittihamçısının vəsatəti təmin edilməklə, təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertlər qarşısında tərəfin vəsatində təqdim etdiyi suallar qoyulmuşdur. Müvafiq tədqiqatın nəticəsi olaraq təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli 9/7900 nömrəli rəyi verilmişdir. Həmin ekspert rəylərdən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixli, **********191142 nömrəli X25nın əhatə etdiyi dövr ərzində vergilər (ƏDV və mənfəət) üzrə yoxlama ilə aparılmış əlavə hesablamaların düzgünlüyü (79052,52 manat ƏDV məbləği istisna olmaqla) müəyyən olunmur. Hazırkı tədqiqatla təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən X25nın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 79052,52 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən olunur. Həmçinin qeyd edilir ki, ekspertiza təyini haqqında məhkəmənin qərarında göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən hesablanmış vergilər dövlət büdcəsinə 265408,12 manat məbləğində ödənilmişdir. Təqdim edilmiş iş materiallarından da göründüyü kimi, vergi ödəyicisi tərəfindən hesablanmış 265408,12 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilmişdir. Cinayət işi materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən ibtidai istintaq və məhkəmə istintaqı zamanı verilmiş ekpert rəylərindəki ziddiyyətlərin aradan qaldırılması üçün təkrar məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/4306 nömrəli rəyinin verilməsində iştirak etmiş ekspert X16 məhkəmə iclasında iştirakı təmin edilərək izahatı alınmışdır. Belə ki, o, izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixli X25nın əhatə etdiyi dövr ərzində vergilər üzrə yoxlama ilə aparılmış əlavə hesablamaların düzgünlüyü müəyyən olunmur. Müəssisə tərəfindən dövlət büdcəsinə 79052,52 manat ödənilməlidir. Təqdim edilmiş iş materiallarından da göründüyü kimi, vergi ödəyicisi tərəfindən hesablanmış 265408,12 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilmişdir.Mənfəətin az hesablanması hissəsi müəyyən edilməyib. Ona görə ki, Vergi Məcəlləsində qara mühasibatlığa aid heç nə olmadığından mənfəətin az hesablanması müəyyən edilə bilməz. Operativ nəzarət yoxlamasında qara mühasibatlığın sənədlərini əsas götürüblər. Biz ilkin mühasibatlıq sənədlərini əsas götürmüşük. Vergi Məcəlləsində orta satış qiyməti anlayışı yoxdur. Yalnız bazar qiymətini müəyyən etmək olur. Təqsirləndirilən şəxsin kompüterindən götürülən məlumatlara istinad edilə bilməz, çünki heç birində möhür yoxdur. Həmçinin, təkrar məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/7900 nömrəli rəyinin verilməsində iştirak etmiş ekspert X8 da məhkəmə iclasında iştirakı təmin edilərək izahatı alınmışdır ki, o da izahatında göstərmişdir ki, tədqiqatla təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən X25 ilə əlavə olaraq hesablanmış (təkrar əvəzləşdirmə) manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olunmuşdur. X25nın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 79052,52 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən olunmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, mühasibat uçotu haqqında qanunvericilikdə “qara mühasibatlığa” dair hər hansı bir qeyd və istinad mövcud deyildir. Həmçinin satış qiymətinin müəyyən edilməsi Vergi Məcəlləsinin 14-cü maddəsində öz əksini tapmışdır ki, həmin maddədə orta satış qiyməti əsas götürülməklə satış həcminin müəyyən olunması nəzərdə tutulmamışdır. Bundan başqa, apellyasiya icraatı zamanı qismən məhkəmə istintaqı ilə keçirilən məhkəmə baxışı zamanı məhkəmə kollegiyasının təşəbbüsü ilə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin komisyon məhkəməmmühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/4657 nömrəli rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən xx.xx.2020-ci il tarixli, **********191142 nömrəli X25nın əhatə etdiyi dövr ərzində vergilər (ƏDV və mənfəət) üzrə yoxlama ilə aparılmış əlavə hesablamaların düzgünlüyü (79052,52 manat ƏDV məbləği istisna olmaqla) müəyyən olunmur. Hazırkı tədqiqatla təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən X25nın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 79052,52 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən olunur. Həmçinin qeyd edilir ki, "Aeterna Pharma’' Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra - MMC) vergi orqanları tərəfindən aparılmış sentyabr 2016 - avqust 2019 **********191142 nömrəli 02 mart 2020-ci il tarixli X25 Aktı əsasında hesablanmış əlavə vergilər və onlara tətbiq edilmiş maliyyə sanksiyaları ilə əlaqədar aşağıdakılar müəyyən edilir: Yoxlanlan dövrlər üçün təqdim edilmiş bəyannamələr (2016, 2017 və 2018-ci illər üçün Mənfəət və Əmlak vergiləri, sentyabr 2016-avqust 2019-cu illər üçün ƏDV, 2016-cı ilin 3-cü, 4-cü, 2017-ci ilin 1-ci, 2-ci, 3cü, 4-cü, 2018-ci ilin 3-cü, 4-cü, 2019-cu ilin 1-ci, 2-ci rübləri üzrə MÖMV və ÖMV bəyannamələri) üzrə ümumilikdə 268749.02 manat vergi hesablanmış, 219675.14 manat vergi məbləği isə dövlət büdcəsinə ödənilmişdir. Araşdırma zamanı X20 əsasında ƏDV məqsədləri üçün təkrar əvəzləşdirilmiş 79052.52 manat ƏDV məbləği istisna olmaqla digər hallar üzrə kənarlaşmalar müəyyən edilməmişdir. X25 Aktında qeyd olunan xx.xx.2019-cu il tarixdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı optika mallarının (mal qalıqları barədə aktlar, qara mühasibatlıq sənədləri) faktiki satış qiymətlərindən aşağı rəsmiləşdirilməsi müəyyən edilməsi ilə 911386.10 manat əlavə dövriyyənin necə müəyyən edilməsi və bunun əsasında əlavə vergilərin hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsi və digər qanunvericilik aktlarında necə təsbit olunması haqqında heç bir məlumat və ya istinad qeyd edilməmişdir. Eyni zamanda istər mühasibatlıq haqqında, istərsə də Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında (X25nın əhatə etdiyi dövrdə qüvvədə olan) qara mühasibatlıq haqqında hər hansı bir anlayş barədə məlumat müəyyən edilməmişdir. Yəni, yuxarıda göstərilən səbəblərdən X25 aktında göstərilənlər tam şəkildə nəzərə alınaraq tədqiqat aparılması mümkün deyildir. Göründüyü kimi, istintaq zamanı toplanmış materiallara nisbətdə daha dolğun və hərtərəflilik təəssüratı yaradan birinci instansiya və apellyasiya icraatında məhkəmə istintaqı zamanı keçirilmiş hər 3 ekspertiza tədqiqatının nəticəsində verilmiş 08 avqust 2021-ci il tarixli, 9/4306 nömrəli rəy, 16 dekabr 2021-ci il tarixli 9/7900 nömrəli rəy və sonda 29 iyul 2022-ci il tarixli 9/4657 nömrəli rəylərdə istinad edilən hallar bir-biri ilə uzlaşmaqla, yekunda X6 tərəfindən ittihamda göstərilən dövr üzrə ittihamda qeyd edilən vergi ödənişlərini ödəməkdən yayınmasının sübut edilmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri, həmçinin iş üzrə müvafiq ekspertiza tədqiqatlarını aparmış hər bir ekspertin birinci instansiya məhkəməsində şahid qismində ətraflı şəkildə dindirilməklə sonuncuların ifadələrində göstərdikləri halları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, mötəbərliyinə heç bir şübhə doğurmayan 08 avqust 2021-ci il tarixli, 9/4306 nömrəli rəy, 16 dekabr 2021-ci il tarixli 9/7900 nömrəli rəy, 29 iyul 2022-ci il tarixli 9/4657 nömrəli rəyləri iş üzrə düzgün nəticəyə gəlinməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33cü maddəsi). Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən isə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bundan başqa təqsirləndirilən şəxs X2 CM-in 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması, onun etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Apellyasiya icraatında məhkəmə istintaqı zamanı cinayət işi materialları ilə müəyyən edildiyi kimi, təqsirləndirilən şəxs X6 vergi ödəyicisi kimi hesablanmış 265408,12 manat məbləğində vergiləri dövlət büdcəsinə ödənilmişdir. Yəni onun tərəfindən dövlət büdcəsinə ödəməkdən yayındığı və Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə əsas olan 79052,52 manat vergi ödənilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 73-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 209 və 213-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 40.4-cü maddəsinə əsasən şəxsin iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs X2 əməli Cinayət Məcəlləsinin 213.3-cü maddəsindən həmin Məcəllənin 213.1-ci maddəsinə tövsif edilməli, cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödənməsi və prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəaları nəzərə alınaraq barəsində Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsi tətbiq olunmalı, təqsirləndirilən şəxs X2 CM-in 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ibtidai istintaq zamanı əldə olunmuş ekspert rəyinin ittihamın əsasını təşkil edən sübut kimi qəbul edilməməsi barədə gəldiyi qənaət cinayət və cinayət prosessual qanunvericiliyin prinsip və normalarına uyğun olmuşdur. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin və apllyasiya şikayətinə əlavənin dəlilləri qismində qeyd edilən mülki iddiaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi apellyasiya şikayətində və apellyasiya şikayətinə əlavədə 534639,26 manat məbləğində ziyanın (vergi məbləğinin) mülki cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməsini təmin etməyi xahiş etmişdir. Cinayət işi materialları ilə mülki cavabdeh X2 dövlət büdcəsinə ödəməkdən yayındığı vergi məbləğinin 79052,52 manat olması və həmin məbləğin onun tərəfindən dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin dəlilləri qismində göstərilən mülki iddia tələbinin təmin edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərməlidir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 138.1-ci maddəsinə görə sübut etmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət qanununa əsasən xeyli miqdarda vergiləri ödəməkdən yayınma CM-nin 213.1-ci maddəsi ilə, xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma isə həmin Məcəllənin 213.3cü maddəsi ilə məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-nin 213-cü maddəsinin qeyd hissəsinə əsasən bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinməli olması və həmin məcəllənin 73-2.1-ci maddəsi tətbiq edilməklə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi qanuni və əsaslı olmaqla, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla kifayət qədər sübuta yetirilmişdir və halhazırki apellyasiya baxışı zamanı da bir daha öz təsdiqini tapdı. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin, apellyasiya şikayətinə əlavənin və apellyasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin, apellyasiya şikayətinə əlavənin və apellyasiya protestinin təmin edilməsinə dair mülki iddiaçının nümayəndəsinin, dövlət ittihamçısının çıxışlarını, məhkəmə qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin, apellyasiya şikayətinə əlavənin və apellyasiya protestinin isə təmin edilmədən saxlanılması barədə təqsirləndirilən şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyib apellyasiya şikayətinin, apellyasiya şikayətinə əlavənin və apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayətinin, apellyasiya şikayətinə əlavənin və apellyasiya protestinin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti və apellyasiya şikayətinə əlavə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsi tətbiq edilməklə, onun həmin məcəllənin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 1(005)-21/2022 saylı qərarı zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti, apellyasiya şikayətinə əlavəyə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında məhkum edilmiş şəxs X2 müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407 və 410cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDİ: Apellyasiya protesti və apellyasiya şikayəti ilə əlavəsi təmin edilməsin. X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsi tətbiq edilməklə, onun həmin məcəllənin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 1(005)-21/2022 saylı qərarı mülki iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti (əlavəsi) və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(103)-925/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-925/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver