Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-926/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğu DİMİ-nin Apellyasiya instansiyaları məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Yetkinlik yaşına çatmayan məhkum edilmiş şəxsin qanuni nümayəndəsiQanuni nümayəndə1, Yetkinlik yaşına çatmayan məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Gürcüstan Respublikası, Dmanisi rayonu, İpnari kəndində anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Gürcüstan Respublikası, Dmanisi rayonu, İpnari kəndində pasport qeydiyyatında olan və Bakı şəhəri, Suraxanı rayonu, Südçülük sovxozunda nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən yetkinlik yaşına çatmayan məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim X5, hakimlər X4 və X1 ibarət tərkibdə) yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs xx xxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixində, saat 02:00 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, «Gürcüstanlılar məhəlləsi» adlanan ərazidə tanışı Şahid1 həmin ərazidə yaşayan Zərərçəkmiş şəxs1 evlərinə ötürməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı üstündə gəzdirdiyi, təyinatı istintaqla müəyyən edilməmiş bıçaqla Zərərçəkmiş şəxs1 qarın və döş qəfəsi nahiyələrinə qəsdən iki dəfə vurmaqla ona sol Xİİ qabırğanın kəsilməsi, qara ciyərin sol payının zədələnməsi və sol tərəfli hemotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası və qarnın ön divarında solda boşluğa işləyərək qaraciyərin sol payını zədələyən bir ədəd daxilə nüfuz edən deşilmiş kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya və bel nahiyəsinin əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bundan başqa o, təkrarən, xx xxxxxx 2019-cu il tarixində, saat 22:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 104-106 ünvanında yerləşən yaşayış binasının arxasında həmin gün tanış olduğu Zərərçəkmiş şəxs2 ilə qarşılıqlı razılaşma əsasında oral yolla cinsi əlaqədə olduqdan sonra sonuncuya cüzi səbəb kimi niyə belə etdiyini irad tutaraq xuliqanlıq niyyəti ilə heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb üzərində gəzdirdiyi, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs2 sağ döş qəfəsi nahiyəsinə bir dəfə və sağ sağrı nahiyəsinə bir dəfə vuraraq, ona döş qəfəsinin sağ tərəfli daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya və sağ sağrının kəsilmiş-deşilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Hökmdən narazı qalan yetkinlik yaşına çatmayan məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilərək onun əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2 və 126.1-ci maddələrinə tövsif edilməklə həmin maddənin sanksiyalarına uyğun olaraq həbslə bağlı olmayan cəzanın təyin edilməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində istinad edilmiş nəticəyə gələrkən məhkəmə ona elan edilmiş ittiham məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq, ekspert rəyləri və digər subut növü kimi qəbul edilmiş sənədlərlə tam subuta yetirildiyini və ona cəza təyin edilərkən zərərçəkmiş şəxslərlə barışması, axırıncıların ona qarşı şikayətləri və tələblərin olmaması, əməlini ağırlaşdıran halların müəyyən edilməməsini əsas olaraq götürmüşdür. Yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək əməlindən peşiman olduğunu və istintaq zamanı zərərçəkmiş şəxslərlə barışdığını göstərmİşdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməllərin ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilməməsinə diqqət yetirməmişdir. Belə ki, yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə elan edilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 02.00 radələrində yaşadığı Bakı şəhəri Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxosu, "Gürcüstanlılar məhəlləsi" adlanan ərazidə tanışı Şahid1 həmin ərazidə yaşayan Zərərçəkmiş şəxs1 evlərinə ötürməsi səbəbindən aralarında yaranmış münaqişə zamanı üstündə gəzdirdiyi, təyinatı istintaqla müəyyən edilməmiş bıçaqla Zərərçəkmiş şəxs1 qarın və döş qəfəsi nahiyyələrinə qəsdən iki dəfə vurmaqla dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya və yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, daha sonra isə təkrarən xx xxxxxx 2019-cu il tarixdə saat 22.30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, 104-106 saylı ünvanda yerləşən yaşayış binasının arxasında həmin gün tanış olduğu Zərərçəkmiş şəxs2 ilə qarşılıqlı razılaşma əsasında oral yolla cinsi əlaqədə olduqdan sonra sonuncuya cüzi səbəb kimi niyə belə etdiyini irad tutaraq xuliqanlıq niyyəti ilə heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb üzərində gəzdirdiyi mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs2 sağ döş qəfəsi nahiyyəsinə bir dəfə və sağ sağrı nahiyyəsinə bir dəfə vuraraq,ona döş qəfəsinin sağ tərəfli daxilə nufuz edən kəsilmiş-deşilmiş yarası kimi dərəcəsinə görə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya və yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Halbuki qanunvericiliyin tələblərinə görə təqsirləndirilən şəxsin əməli o halda ümümi təhlükəli usulla (yandırmaqla, partlatmaqla, zəhərləməklə, qəzalar törətməklə, kütləvi nizamsız atəş açmaqla və s.) törədilmiş hesab olunur ki, tətbiq edilən usul nəyinki zərərçəkmiş şəxsin, həm də başqa şəxsin (şəxslərin) həyatı və sağlamlığı üçün təhlükə törədir. O cümlətən qanunun tələbinə görə törədilmiş əməl o halda xuliqanlıq niyyəti ilə törədilmiş hesab edilər ki, təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq ehtinasızlıq göstərmə və özünü etrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəmində başqa şəxsə ağır zərər vurmaqla ifadə olunur. İş materialları və məhkəmə istintağı zamanı araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 xəsarət yetirərkən, yetirməmişdən əvvəl və sonra o, həmin cinayət əməlini hər hansı bir ümümi təhlükəli usulla və xiliqanlıq niyyəti ilə törətməsi müəyyən edilməmiş, hadisə sırf onların şəxsi münasibətlər zəmində baş vermİşdİr. Belə olduğu halda müdafiə hesab edir ki, həmin epizod üzrə də Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə yox, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi tövsif edilməli idi. Bu əsasla da müdafiə hesab edir ki, məhkəmənin şəxsi mülahizələrinə və ehtimallara əsaslanaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə dair gəldiyi nəticə əsaslı qanuni hesab edilmələlidir. Yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs şəxsiyyətinə gəldikdə isə o, ilk gündən törətdiyi əməli könüllü etiraf edərək əməlindən peşman olduğunu bildirmiş, zərərçəkmişlərlə barışıq əldə etmiş, uşaqlıqdan əsəb xəstəliyindən əziyyət çəkməsi və mütəmadi olaraq müalicə olunması müəyyən edilmiş, onun əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir, tam ödənilməsi kimi əməli yüngülləşdirən halların olan, əməlini ağırlaşdıran halların olmayan bir şəxs olması müəyyən edilmişdir. Belə olduğu halda məhkəmənin ona azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən işin bu hallarını nəzərə almamışdır. Odur ki, yuxarıda istinad edilmiş hallar nəzərə alınmaqla Təqsirləndirilən şəxs birinci insyansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza dəyişdirilməli, həmin cəza həbslə bağlı olmayan cəza ilə əvəz edilməlidir. Məhkəmə kollegiyasının iclasında yetkinlik yaşına çatmamış məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və onun müdafiəçisi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası həmin şəxslərin iştirakları olmadan verilmiş apellyasiya şikayəti üzrə işin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, yetkinlik yaşına çatmamış məhkum edilmiş şəxsin, onun qanuni nümayəndəsinin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayəti təmin olunmamalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessaul Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında qanuni nümayəndənin və müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2017-ci ildən dostu İsmayılın bacısı Günelin vasitəsi ilə tanıdığı və aralarında sevgi münasibətləri olan Şahid1 ilə xx xxxxxx 2019-cu il tarixində saat 15:00 radələrində məhəllədə olan zaman baş vermiş söz-söhbət nəticəsində sözlə mübahisə etmişlər. Həmin gün saat 22:00 radələrində dostu İsmayılın yaşadığı evin qarşısna getmiş, İsmayılgilin evinin qarşısında özü tək olduğu vaxt Turay ilə aralarında olan söz-söhbətdən hirsləndiyinə görə sağ və sol əllərinin bilək nahiyələrini üzərində olan lezviya ilə kəsmiş və küçədə çöməlib oturmuşdur. Şahid1 onun yanından keçən zaman biləklərindən qan gəldiyini görmüş və ona heç nə demədən Günelgilin evinə getmişdir. Bir qədər sonra İsmayıl evdən çıxıb ona yaxınlaşmış, ona su gətirmişdir. Həmin vaxt küçə ilə keçən Zərərçəkmiş şəxs1 onu, İsmayılı və Turayı görüb salamlaşmış və dayanmadan getmişdir. Bir müddətdən sonra Turay Fəxrinin evinə gedəcəyini bildirmiş, o da birlikdə getməyi təklif etmişdir. O, Turayın arxasınca Fəxrinin evinin qarşısına qədər getmiş, Turay evə daxil olmuş, o özü isə çöldə Turayı gözləmişdir. Bir-neçə dəqiqədən sonra Fəxri evdən çıxıb onu evə dəvət etmişdir. O, evə daxil olanda Fəxri və Turaydan başqa Vüsal və Fəxrinin dostu Qara ləqəbli Abil adlı şəxsin olduğunu, onların əyləşib çörək yeyərək pivə içdiklərini görmüşdür. O, əyləşib bir qədər çörək yeyib bir stəkan pivə içmiş və təxminən bir saatdan sonra hamı evə getmək üçün ayağa qalxmışdır. Fəxrinin evinin qarşısında Turay Fəxriyə onunla birlikdə şəkil çəkdirmək istədiyini demiş, Turay ilə Fəxrinin şəkil çəkdirdiklərini görüb hirslənib inciyərək oradan getmişdir. xx xxxxxx 2019-cu il tarixində saat 00:10 radələrində o, bir qədər getdikdən sonra gecə qaranlıqda Turayın evə tək getməməsi üçün geri qayıdıb onu evlərinə kimi yola salmağı düşünmüşdür. Geri qayıdan zaman görmüşdür ki, Turay tək gedir və onun arxası ilə də Vüsal hərəkət edir, Abil isə onlardan da arxada getmişdir. O, həmin vaxt Vüsala yaxınlaşıb geri qayıtmasını, özünün Turayı evinə yola salacağını bildirmiş, Vüsal isə ona heç nə demədən yumruq atmışdır. O, yumruqdan yayındığına görə yumruq dəyməmiş və Vüsal üzərində gəzdirdiyi açılıb-bağlanan bıçaq çıxardaraq onun üstünə gəlmişdir. Bu zaman Turay onların arasına girərək onu kənara çəkmiş və bıçağı yerə atmasını Vüsala demişdir. Vüsal onu bıçaqla vurmaq istəyən zaman Abil Vüsalı saxlamışdır. Turay onu kənara çəkmiş və o, Turayın əlindən tutub birlikdə bir qədər getdikdən sonra Vüsal arxadan nalayiq söyüşlər söyərək qaça-qaça gəlib onlara çatmış və onun qolundan tutaraq saxlamışdır. Vüsala tərəf dönən zaman Vüsalın sağ əlində tiyəsi açıq şəkildə yumruğunun içində tutduğu bıçağı görmüş və həmin an Vüsal bıçağın deşici və kəsici hissəsi ilə onu vurmaq istəyən zaman əlləri ilə Vüsalın qol və əlindən tutub bıcağın zərbəsinin qarşısını almaq üçün fiziki güc tətbiq edərək Vüsalın əlini bükmüşdür. Bu zaman Vüsalın əlində olan bıçaq onun özünün sol tərəfinə bir dəfə batmış və Vüsal yerə yıxılmışdır. O, bunu görüb qaçıb öz yaşadığı evə getmişdir. Səhərsi gün eşidib bilmişdir ki, Vüsalı xəstəxanaya aparıblar. Vüsalın xəstəxanaya aparılması barədə ona Turay mobil telefonda məlumat vermiş, Vüsalın vəziyyətinin ağır olduğunu bildirmiş və niyə belə etdiyini ondan soruşmuşdur. O, istəmədən belə hadisə baş verdiyini demişdir. Turay onu polislərin axtardığını bildirmiş, o da fikirləşmişdir ki, evdə qalsa polislər gəlib onu tutacaqlar. O, evdən pasportunu götürüb məhəllədə olan yarım tikilmiş evdə gedib gizlənərək bir gün orada qalmış və sonra başqa yarım tikilmiş evə getmiş və orada bir neçə gün gizlənmişdir. xx xxxxxx 2019-cu il tarixində Gürcüstan Respublikasına keçmiş və orada olduğu zaman Dmanisi polis idarəsinin əməkdaşı gələrək Azərbaycanda axtarıldığını demişdir. Bundan sonra o, xx xxx 2019-cu il tarixində Gürcüstan-Azərbaycan sərhəddinin “Şıxlı” buraxılış məntəqəsindən keçən zaman Azərbaycan hərbiçiləri tərəfindən saxlanılıb polisə təhvil verilmişdir. Adını «Vüsal» kimi bildiyi Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır, aralarında heç bir münasibət, ədavət, düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs2 birinci dəfə xx xxxxxx 2019-cu il tarixində təxminən saat 20:00 radələrində N.Nərimanov parkında «vikinq» adlanan atraksionun yanında görmüşdür. Belə ki, həmin vaxt o, atraksionun yanında tək dayanmış və Adil ona yaxınlaşıb salamlaşmış, adını «Vüsal» kimi təqdim edib onunla hal əhval tutub söhbət etmişdir. Adil ona yaxınlaşanda ondan spirt iyi gəlmiş, hərəkətlərindən də sərxoş olduğu hiss olunmuşdur. Zərərçəkmiş şəxs2 əvvəlcə ondan yaşını soruşmuş, o da 17 yaşı olduğunu bildirmişdir. Söhbət edərkən tanışı Şahid5 da təsadüfən onlara yaxınlaşmış və söhbətlərinə qoşulmuşdur. Təxminən 5-10 dəqiqə söhbət etdikdən sonra Adil təklif etmişdir ki, kafeyə gedib çay, pivə içsinlər. Adil hesabı özünün ödəyəcəyini bildirdiyindən onun təklifi ilə razılaşmış və birlikdə parkın yaxınlığında yerləşən, adını xatırlamadığı kafeyə gedib orada təxminən 1 saat vaxt keçirmişlər. Kafedə olarkən o, 2 bokal pivə içkisi, Nihad da çay içmişdir. Adil özü də bir ədəd dəmir qabda olan adını bilmədiyi spirtli içki içmiş, hesabı da Adil özü ödəmişdir. Kafedən çıxdıqdan sonra N.Nərimanov parkına getmiş və oradakı oturacaqlardan birində əyləşib ümumi məzmunlu söhbətlər etmişlər. Həmin vaxt Nihadın mobil telefonuna Altay adlı dostu «whatsapp» proqramı ilə mesaj yazıb görüşməyi təklif etdiyindən Nihad onlarla sağollaşıb getmişdir. Nihat getdikdən 1-2 dəqiqə sonra Adil bir qədər gəzişməyi təklif etmişdir. O razılaşmış və birlikdə parkdan çıxıb yaxınlıqdakı yaşayış binaları olan əraziyə getmişlər. Oradakı yaşayış binalarından birinin arxa tərəfinə çatdıqda Adil onunla üzbəüz dayanıb şalvarının üzərindən əli ilə cinsi orqanını sığallamağa başlamış, sonra isə dizləri üstə çökmüşdür. O, şalvarının zəncirini açıb cinsi orqanını çıxarmış və Adillə oral yolla cinsi əlaqədə olub boşalmışdır. Adilin hərəkətləri onu ehtiraslandırdığından xoşuna gəlsə də, sonra niyə belə hərəkət etdiyini soruşmuş, Adil də onu nalayiq söyüşlə söyüb yaxşı etdiyini bildirmişdir. O, Adildən söyüşlə danışmamasını tələb etdikdə yaxşı etdiyini bildirib üzünü çevirərək ondan uzaqlaşmağa başlamışdır. Adilin hərəkətləri onu hirsləndirdiyindən sağ tərəfdən şalvarının kəmər nahiyəsinə taxdığı bıçağı çıxarıb onun arxasınca getmiş və bıçaqla Zərərçəkmiş şəxs2 sağ sağrı nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Adil üzünü ona tərəf çevirdikdə bıçaqla bir dəfə də onun sağ döş qəfəsi nahiyəsinə vurmuşdur. Adil onu bıçaqla vurduğunu görüb qaçaraq uzaqlaşmış, o da etdiyi hərəkətə görə həyəcanlanıb tez həmin ərazidən uzaqlaşmış və parka tərəf getmiş, yolda gedərkən bıçağın tiyəsini ağacdan qırdığı yarpaqla silmiş və bıçağı əvvəlki kimi şalvarının kəmər hissəsinə taxmışdır. Parka daxil olduqda təsadüfən yenə də Nihadla rastlaşmış və ona hadisə barədə gülə-gülə danışıb məlumat vermişdir. Nihad isə onun hərəkətlərindən narahat olmuş və qorxmuşdur. O, evə getməyi Nihada təklif etmiş, bu məqsədlə də metroya daxil olub «Koroğlu» stansiyasına, oradan da hərəsi 1 manat ödəməklə taksi ilə Binə qəsəbəsinə getmişlər. Binə qəsəbəsində «Ülvi inşaat» adlanan mağazanın qarşısında taksidən düşdükdən sonra Nihadı atası maşınla qarşılamış, Nihat sağollaşıb getmişdir, o da öz yaşadığı evə getmişdir. Gecə evdə yatmış, növbəti gün, yəni xx xxxxxx 2019-cu il tarixində səhər saatlarında evin həyətindən səs gəldiyindən çölə çıxmış və evin qarşısına polis əməkdaşları gəldiyini bilmişdir. Polis əməkdaşları hadisə barədə məlumat verib ondan şübhələndiklərini bildirdiklərindən etdiyi əməli etiraf etmiş və Zərərçəkmiş şəxs2 xəsarət yetirdiyi bıçağı polis əməkdaşlarına təqdim etmiş, onlarla birlikdə 18-ci Polis şöbəsinə getmişdir. O, daha sonra göstərmişdir ki, əməllərindən peşimandır və zərərçəkmiş şəxslərlə barışmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında ədavət, düşmənçilik olmamışdır. xx xxxxxx 2019-cu il tarixində saat 00:30 radələrində qohumu yəni, anasının bibisi nəvəsi Günelgilin Gürcüstanlılar məhəlləsində yerləşən evlərinin qonşuluğunda yaşayan dostu Fəxrigilə getmişdir. Yolda Günelgilin evlərinin qarşısında Turay ilə Zaur və Günelin qardaşı İsmayılın dayanaraq söhbət etdiklərini görmüş, onlarla salamlaşıb yaxınlıqda olan Fəxrinin evinə getmişdir. O, Fəxrinin evinə daxil olanda orada Fəxri ilə onun qonşusu Qara ləqəbli adını bilmədiyi oğlanın evdə oturub pivə içdiklərini görmüş və onlarla salamlaşıb birlikdə əyləşmiş və bir qədər pivə içmişdir. Ondan təxminən 3- 4 dəqiqə sonra Turay və Zaur da ora gəlmişlər. Turayla Zaur hər ikisi onlarla görüşmüş və Fəxri onları evə dəvət etmişdir. Turay ilə Zaur evə daxil olub onlarla birlikdə əyləşmişvə pivə içmişlər. Təxminən bir saat sonra hamı dağılışmaq üçün durmuşdur. Həmin vaxt TurayFəxridən onunla birlikdə şəkil çəkdirməyi xahiş etmiş və Fəxri Turay ilə şəkil çəkdirən zaman Zaurinciyib hamıdan tez çıxıb getmişdir. Turay Zaurun tez getdiyini görüb ondan evlərinə kimi ötürməsini xahiş etmiş və o da razılaşmışdır. O, Turay ilə Fəxrinin evindən çıxıb bir qədər piyadagetdikdən sonra Zaur qışqıra-qışqıra gələrək Turayı özünün evə yola salacağını demişdir. Turayhəmin vaxt Zaura «Vüsal məni evə yola salacaq» ifadəsini işlətmiş və həmin vaxt Zaur Turayıəlləri ilə itələmiş, Turay da yerə yıxılmışdır. O, Zaura niyə belə etdiyini demiş və həminvaxtonların arasında mübahisə yaranmışdır. Zaur ilə o, əlləri ilə birbirini itələməyə başlamışlar vəhəmin vaxt Turay yerdən ayağa qalxaraq aralarına girib onları ayırmışdır. O, həmin gün Zaurunbelində, kəmərinin altında düymə ilə açılıb bağlanan bıçaq gördüyü üçün hadisə vaxtısonuncunun üzərində bıçaq olduğunu bilmişdir. Turayonları ayırandansonrao, Zaurayaxınlaşıbonunlasöhbətetməkvə niyə belə etdiyinibilməkistəmişdir. Həminvaxtonlarbirqədərpivə içdikləri üçünsərxoş olmuşlar. O, Zaurayaxınlaşanzaman əlləriniyuxarı qaldırmışdırki, Zauronun əlində heç nə olmadığını görsünvə sonuncuyasöhbətetməkistədiyini, dalaşmaq istəmədiyini demişdir. O, Zaura yaxınlaşdıqda Turay araya girib onları aralamaq istədiyi zaman Zaur onu əli ilə tutub kənara itələyib sağ əlində tutduğu bıçaqla qəfil ona hücum etmiş, o, bıçaqdan yayınmaq istəmiş, lakin Zaur həmin bıçaqla ona iki dəfə zərbə yetirmişdir. Bıçaq zərbələrindən biri onun döş qəfəsinə dəymiş və yerə yıxılmışdır. Həmin vaxt qaranlıq olduğundan Zaurun bıçağı haradan çıxardığını görməmişdir. Yerə yıxılanda sinəsində istilik hiss etmiş və yaradan qanaxdığını anlayıb əliilə sinəsindən tutmuş və həmin vaxt Turay ona tərəf əyilmiş, Zaur isə oradan uzaqlaşmışdır. Turay ona yardım etmək istəmiş, həmin vaxt Qara da orada olmuş və Qarakömək çağırmaq üçünFəxrigilə qaçmışdır. Turay isə onun başını tutaraq saxlamışdır. Fəxri ora gəldikdən sonra Qaranı daha orada görməmiş və Fəxri ilə Turay ona kömək edərək Fəxrigilin evinə aparmışlar. Orada Fəxri köynəyini cırıb yarasına baxmış və yaranın üzərinə dəsmal qoyaraq əli ilə sıxmışdır. Turay isə təcili yardıma zəng edib həkim çağırmaq istəmiş, lakin təcili yardıma olduqları yeri izah edə bilməmişdir. Fəxri ilə Turay onun çiyinlərinə qollarını salaraq onu yerdən qaldırıb küçəyə çıxmışlar və bir qədər getdikdən sonra küçədə DİN-nin Post Patrul Xidmətinin xidməti avtomaşınını görüb onlardan kömək istəmişlər və onu həmin Post Patrul Xidmətinin avtomaşınına mindirmişlər. Turay ilə Fəxri də həmin avtomaşına oturmuş, onu mərkəzi küçələrdən birinə çıxardıqdan sonar təcili yardım avtomaşını gəlmiş və o, huşunu itirdiyinə görə bundan sonra nə baş verdiyini xatırlamır. Zaurun ona xəsarət yetirdiyi bıçaq qara dəstəkli, düymə ilə açılan formalı olmuşdur. Lakin onu vurduqdan sonra Zaurun bıçağı üzərində saxladığını və ya kənara atdığını bilmir. Hadisə baş verən zaman Turay və Fəxrinin qonşusu Qara kimi tanıdığı şəxs orada olmuş və həmin hadisə sonuncuların gözlərinin qarşısında baş vermişdir. Gecə vaxtı olduğundan küçədə başqa heç kim olmamış və səsə küçəyə başqa heç kim çıxmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu Qaracəmirli kəndində qeydiyyatda olsa da uzun müddətdir Bakı şəhərində yaşayır, daimi yaşayış yeri olmadığından müxtəlif ünvanlarda gecələyir. Cinsi azlığın nümayəndəsi olduğundan öz istəyi ilə kişilərlə cinsi əlaqədə olur. Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə Nərimanov parkında görmüş olsa da, aralarında heç bir tanışlıq, münasibət olmamışdır. xx xxxxxx 2019cu il tarixində kafelərdən birində özü tək «Go» adlanan spirtli içki qəbul etdikdən sonra Nərimanov parkına getmişdir. Təxminən saat 20:00 radələrində parkda olarkən «Viking» adlanan atraksionun yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq salamlaşmış, 1-2 dəqiqə söhbət etdikdən sonra Zaurun Nihad adlı tanışı da onlara yaxınlaşmışdır. O, Zaur və Nihada birlikdə kafeyə getməyi təklif etmiş və demişdir ki, hesabı özü ödəyəcəkdir. Bundan sonra Zaur və Nihadla birlikdə parkın yaxınlığındakı kafelərdən birinə getmiş, kafeyə daxil olmamışdan öncə mağazadan özü üçün bir ədəd «Go» adlanan spirtli içki almış, kafedə həmin içkini özü içmişdir. Zaur isə kafedə 2 bokal pivə, Nihad da çay içmişdir. Kafedə təxminən 1 saat oturub spirtli içki qəbul edə-edə söhbət etmişlər, daha sonra o, hesabı ödəmiş və kafedən çıxıb parka qayıtmışlar. Parkda olarkən Nihadın telefonuna mesaj gəldiyindən onlardan uzaqlaşıb getmişdir. Nihad uzaqlaşdıqdan sonra Zaura təklif etmişdir ki, yaxınlıqda sakit bir yerə getsinlər və onunla cinsi əlaqədə olsun. Zaur onun təklifi ilə razılaşmış və onlar Nərimanov rayonu Ə.Orucəliyev küçəsi 104-106 ünvanında yerləşən yaşayış binasının arxa tərəfinə getmişlər. Həmin ərazidə gediş-gəliş olmadığından və ərazi işıqlandırılmadığından hasarın yanında dayanmışlar və Zaur şalvarının zəncirini açıb cinsi orqanını çölə çıxarmış və dizlərini yerə qoyub oral formada cinsi əlaqədə olmuşdur. Zaur boşaldıqdan sonra şalvarının zəncirini bağlamış və o, ayağa qalxaraq Zaura həmin yerdən getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs isə onun cinsi azlıq olmasını irad bildirib niyə belə etdiyini soruşmuş, o da öz işi olduğunu, yaxşı etdiyini bildirmişdir. O, üzünü çevirib bir neçə addım ataraq həmin yerdən uzaqlaşmaq istədikdə qəfildən sağ sağrı nahiyəsinə deşici alətlə zərbə vurulmasını hiss etmişdir. O, arxaya çevrildikdə Zaurun əlində bıçaq görmüş və Təqsirləndirilən şəxs qəfildən onun sinəsinin sağ nahiyəsinə də bir dəfə bıçaqla vurmuşdur. Zaurun bıçaqla yenə də zərbə vuracağından ehtiyat etdiyindən qaçaraq oradan uzaqlaşmış və yoldan keçən tanımadığı şəxsdən köməklik etməsini xahiş etmişdir. Həmin şəxs də TTY-a zəng vurub məlumat vermiş, bir qədər sonra oraya TTY avtomobili gəlmiş və onu xəstəxanaya aparmışlar. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Günelin vasitəsi ilə tanımışdır. xx xxxxxx 2019-cu il tarixində saat 22:00 radələrində Günel Əliyeva zəng edərək onların evinə gəlməsini xahiş etmiş, o da yaşadığı evdən çıxıb Günelin yaşadığı ev istiqamətdə getmiş, Günelgilin evinin qapısına çatanda Zaurun küçədə oturduğunu və hər iki əlindən qan gəldiyini görmüşdür. O, Zaurdan nə baş verdiyini soruşduqda Zaur ona cavab verməmiş və o, Zaura əhəmiyyət vermədən Günelgilin qapısını döymüş, Günel darvazanı açmış və o, içəri keçmişdir. Güneldən Zaurun əllərindən niyə qan gəldiyini soruşmuş, Günel ona heç nədən xəbəri olmadığını demişdir. O, Günel ilə evlərinə keçmiş və Günel ona sevdiyi adamla xx xxxxxx 2019-cu il tarixində qoşulub qaçacağını demişdir. O, Güneldən kiminlə qoşulub qaçaçağını soruşmuş, Günel ona kiminlə qaçmaq istədiyini deməmiş və ondan bu barədə heç kimə deməməsini və onun üçün təmiz paltarlar gətirməsini xahiş etmişdir. O da razılaşmış və Günellə bir qədər söhbət etdikdən sonra Günelin qardaşı İsmayılın harada olmasını soruşmuş, İsmayıl televizoru onun yaşadığı evə aparmalı olduğundan Günelgildə oturub İsmayılı gözləmiş və İsmayılın gəlmədiyini görüb Günelgildən çıxmışdır ki, gedib İsmayılı tapsın. O, Günelgilin həyət darvazasından çıxan zaman Zaur ilə Vüsalın dayanaraq sakitcə söhbət etdiklərini görmüş, onlardan İsmayılı soruşmuş, onlar görmədiklərini demiş və bir qədər axtarsa da tapa bilməmiş və geri Günelgilə qayıtmışdır. Həmin vaxt İsmayıl evdə olmuş və o, İsmayıldan televizoru aparmasını xahiş etmiş, çölə çıxıb getmək istəyərkən Zaurun orada dayandığını görmüşdür. İsmayıl ondan hara gedəcəyini soruşarkən o, Zaurun yaxında olduğunu görüb fikirləşmişdir ki, əgər evə getsə Zaur dalınca gələcəkdir və İsmayıla qonşuluqda yaşayan Fəxrigilə getdiyini demişdir. O, Fəxrigilə gedəndə Zaur onun dalınca gəlmişdir. O, Fəxrinin evinə daxil olmuş, orada Fəxri, dostu Qara ləqəbli Abil və Vüsalın əyləşdiklərini görmüşdür. O, həmin vaxt ac olmuş və masada yemək olduğunu görüb Fəxrini çoxdan tanıdığı üçün çörəyi götürüb həmin yeməkdən yeyən zaman Fəxri ondan onlara niyə qonaq gəlməyi barədə soruşmuşdur. O, Fəxriyə Zaurun dalınca düşdüyünü və ona görə də bura gəldiyini demişdir. Fəxri də ona Zauru evə çağırmasını demişdir. O, Fəxriyə Zaur ilə münasibət saxlamaq istəmədiyini demiş və bu səbəbdən Fəxrigil özləri Zauru içəri dəvət etmiş, Zaur da evə daxil olub onlarla əyləşmişdir. Təxminən bir saat keçdikdən sonra hamısı durub evə getmək üçün Fəxrigildən çıxmışlar. O, hamıdan qabaq getmiş, Abil, Zaur və Vüsal ondan arxada gəlmiş və sonra Abil onlardan ayrılaraq öz evinə tərəf getmişdir. Həmin vaxt Vüsal gəlib ona çatmış, onu evə ötürmək istədiyini bildirmiş, o da Vüsala lazım olmadığını, özünün evə gedəcəyini demişdir. Həmin vaxt Zaur da gəlib onlara çatmış, onun əlindən tutaraq evə yola salacağını demişdir. O, Zaura lazım olmadığını, özünün gedəcəyini demiş və həmin vaxt Vüsal Zaurun üzərinə gedərək nalayiq söyüşlər ilə Zauru söymüşvə Zaurun üzərinə getmiş, Zaur Vüsalın üzərinə getmək istəyən zaman o, araya girib onlarıayırmağa başlamışdır. Həmin vaxt Vüsal, Zaura yumruq atmış, o, araya girib Zaur və Vüsalıayırmışdır. Həmin vaxt orada səs-küy yaranmış və o, Zauru kənara çəkərək onunla gəlməsinidemişdir. Zaur ilə bir qədər getdikdən sonra Vüsal arxadan nalayiq söyüşlər söyə-söyə itiaddımlar ilə gəlib onlara çatmış, əynində olan gödəkçəsini çıxarmışdır. Zaur ilə Vüsal dava etməkistəyən zaman o, araya girib onları ayırmağa çalımış, Vüsala artıq gec olduğunu, səhər söhbətetmələrini demişdir. Vüsal isə onu kənara itələyərək çəkilməsini demiş və o, yerə yıxılmışdır.Həmin vaxt Vüsal və Zaur bir-biriləri ilə əlbəyaxa olmuş və o, ayağa qalxıb onları ayırmaq istəyən zaman Vüsal yerə yıxılmış, Zaur isə oradan uzaqlamışdır. O, Vüsalın köynəyinin üzərindən sinə hissəsindən qan gəldiyini görüb başa düşmüşdür ki, Zaur onu deşici alətlə vurmuşdur. Həmin vaxtQara ləqəbli Abil də ora gəlmiş və sonra Fəxrinin arxasınca qaçıb onu çağırmışdır. Fəxrigəlib onakömək etmiş və Vüsalı Fəxrinin evinin qarşısına aparmışlar. Orada Fəxri dəsmalı Vüsalınyarasının üzərinə qoymuş, o, isə təcili yardıma zəng etmiş, onlar ünvanı bilmədiyindən Fəxri vəAbil ilə birlikdə Vüsalı yolla aparan zaman PPX-nin avtomaşınını görmüşlər. O, tez həminavtomaşına tərəf qaçıb onlardan kömək istəmiş, baş vermiş hadisəni danışmış, Vüsalıavtomaşına mindirmişlər və Binə qəsəbəsinin mərkəzinə getmişlər. Oradan təcili yardım çağırmışvə təcili yardım avtomaşını gəldikdən sonra Vüsalı təcili yardım avtomaşınına qoymuşlar və Fəxrionunla xəstəxanaya getmişdir. Onunla Abil isə orada qalmışlar. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır, sonuncu onun yaşadığı məhəllədə böyümüşdür və aralarında ədavət və düşmənçilik yoxdur, Təqsirləndirilən şəxs isə əvvələr tanımamışdır, onunla münasibəti olmamışdır, sadəcə bilmişdir ki, Zaur onun yaşadığı Gürcüstanlılar qəsəbəsində yaşayır, əvvələr tanışlığı olmasa da bir-birini görəndə salamlaşmışlar. xx xxxxxx 2019-cu il tarixində saat 00:30 radələrində Abil adlı, “Qara” ləqəbli Gürcüstanlılar məhəlləsində yaşayan dostu onun yaşadığı evə bir butulka, yəni 0,5 litr həcmində “Xırdalan” pivəsi alıb gəlmiş, həmin vaxt özü evdə tək olmuşdur. O Abillə əyləşib pivə içib söhbət edən zaman Vüsal qapıdan içəri girərək onlarla əyləşmiş və pivə içmək istəyərkən o, Vüsala pivə içməsinə icazə verməmişdir. Təxminən 5 dəqiqə sonra qapıdan Turay adlı qız içəri baxmış və onlarla görüşmüşdür. Turay içəri keçib onlarla pivə içmiş və Zaurun onu qapıda gözlədiyini demişdir. O, da Turaya yaxşı olmadığını, qapıda gözlətməməsini, ona içəri gəlməsini ya da onu gözləməməsini Turaya demişdir. Turay da Zauru içəri dəvət etmiş və Zaur içəri gələrək onlarla görüşmüşdür. Zaur da əyləşib pivə içmək istəyərkən o, Zaurun azyaşlı olduğunu bildiyinə görə onun pivə içməsinə icazə verməmişdir. Evdə həmin vaxt dostu Abil, Turay, Vüsal və Zaur olmuşdur. Təxminən saat 02:00 radələrində onlar hamısı durub evlərinə getmək üçün qapıdan çıxmışlar və o, gedənlərin hamısını yola salmaq üçün çölə çıxıb hamısı ilə sağollaşmışdır. Zaur hamıdan öncə, yəni bir neçə saniyə qabaq getmişdir və həmin istiqamətdə Vüsal, Turay və Abil də getmişlər. O, evinə keçmiş və təxminən 15 dəqiqə sonra Abil qaçaraq həyacanlı vəziyyətdə onun evinin qarşısına gəlib səsləyərək onu çağırmışdır. O, həyətə düşdükdə Abil ona Zaurun bıçaqla Vüsalın ürək nahiyəsindən vuduğunu demişdir. O, Abilə inanmamış və onu həmin yerə aparmasını demişdir. Onlar qaranlıq küçə ilə 100 metr getdikdən sonar qaranlıqda birinin yerdə oturduğunu, digər şəxsin isə onu tutduğunu görüb onlara yaxınlaşmışlar. Oturan şəxs Vüsal, onu tutan isə Turay olmuşdur. Nə baş verdiyini soruşduqda Turay ona Zaur ilə Vüsalın arasında mübahisə yarandığını və Zaurun bıçaqla Vüsalı vurub harasa getdiyini demişdir. O, Turayla köməkləşərək Vüsalı yaşadığı evə aparmışdır. O, Vüsalın köynəyini ön tərəfdən cırıb döş qəfəsinin sol tərəfində aşağı hissəsində cırılmış yara görmüş və evdə olan dəsmalı götürüb Vüsalın həmin hissəsinə qoyub sıxmışdır. Həmin vaxt Turay təcili yardıma zəng etmiş, lakin ona istiqaməti başa sala bilmədiyi üçün Vüsalı yola qədər aparmağı, yoldan bir avtomaşın saxlatdırıb xəstəxanaya çatdırmağı qərara almışlar. Onlar evdən küçəyə çıxdıqda ərazidə xidmətdə olan PPX-nin xidməti avtomaşınını görmüşlər. Turay polis əməkdaşlarını köməyə çağırmış və onlara baş verənləri demişlər. Polis əməkdaşları Vüsalı xidməti avtomaşına qoymuşlar və onunla Turay və Abil də həmin avtomaşına əyləşib Binə qəsəbəsinin mərkəzinə getmişlər və orada təcili yardım avtomaşını gəldiyindən Vüsalı təcili yardım avtomaşınına mindirərək 3 saylı xəstəxanaya getmişlər. Xəstəxanada Vüsalı dərhal cərrahiyyə otağına salmışlar. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2019-cu ilin avqust ayından tanıyır, onunla eyni məhəllədə yaşayır. xx xxxxxx 2019-cu il tarixində günortadan sonra Təqsirləndirilən şəxs xatırlamadığı ortaq tanışlarından birinin telefonu ilə onun mobil telefonuna mesaj yazaraq, ya da zəng edərək axşam Nərimanov parkına gələcəyini bildirmiş və təklif etmişdir ki, görüşüb evə birlikdə qayıtsınlar. Həmin gün saat 20:00 radələrində işdən çıxdıqdan sonra Nərimanov parkına gedib oradakı «vikinq» atraksionunun yanında Zaurla görüşmüş, görüşərkən Zaurun yanında əvvəllər tanımadığı, şəxsiyyəti sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 da olmuşdur. Zaur Zərərçəkmiş şəxs2 ona «Vüsal» adı ilə təqdim etmiş, 1-2 dəqiqə söhbət etdikdən sonra Zərərçəkmiş şəxs2 təklifi ilə parkın yaxınlığındakı kafelərdən birinə gedib əyləşmişlər. Kafedə olarkən özü çay, Zaur isə 2 bokal pivə içmişdir. Zərərçəkmiş şəxs2 isə əvvəlcədən mağazadan aldığı, dəmir bankada olan və adını bilmədiyi spirtli içki və kafedən sifariş etdiyi bir bokal pivə içmişdir. Kafedətəxminən 40-50 dəqiqə əyləşdikdən sonra Zərərçəkmiş şəxs2 hesabı ödəmiş və birlikdə kafedən çıxıbNərimanov parkına daxil olmuşlar. Parkda Adil və Zaur oturacaqlardan birində əyləşmiş, o dahəmin şəxslərin yanında ayaq üstdə dayanıb telefonunda Altay adlı tanışı ilə «whatsapp»proqramı ilə yazışmışdır. Altay adlı tanışı ilə görüşməli olduğundan Zaura 10-15 dəqiqəyəqayıdacağını bildirmiş, Zaur da həmin yerdə onu gözləyəcəyini demişdir. O, Zaur və Adildəntəxminən 100 metr məsafədə, parkın digər tərəfində Altayla görüşmüş, 10-15 dəqiqə dayanıbsöhbətləşdikdən sonra Zaurgilin əyləşdiyi oturacağa tərəf getmiş, amma Zaur və Adilin oradaolmadığını görmüşdür. Zaur mobil telefondan istifadə etmədiyindən elə orada dayanıb gözləməyidüşünmüşdür. Təxminən 5-10 dəqiqə gözlədikdən sonra Altaydan xahiş etmişdir ki, mağazayagedib siqaret alıb gəlsin. Altay mağazaya tərəf getdikdən 1 dəqiqə sonra Zaur qaça-qaça vəhəyəcanlı formada ona tərəf gəlmiş, arxasınca polis gəldiyini bildirib demişdir ki, tez metroyadüşsünlər. Nə baş verdiyini soruşduqda Zaur demişdir ki, Adillə cinsi əlaqədə olduqdan sonrabıçaqla sinəsindən və yanından vurmuşdur. Həmin vaxt Zaur həyəcanlı olduğundan Adili bıçaqlavurduğunu deyərkən həm də gülmüşdür. Zaurun xahişi ilə sürətli addımlarla metro istiqamətdəhərəkət etmişlər, metroya daxil olub qatarla «Koroğlu» stansiyasına, oradan da hərəsi 1 manatödəməklə taksi ilə Binə qəsəbəsinə gedib «Ülvi inşaat» mağazasının yanında taksidəndüşmüşlər. Atası həmin yerə gəlib onu qarşılamış və o, Zaurla sağollaşıb oradanuzaqlaşmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayında təxminən saat 23:00 radələrində Bakı şəhəri Nərimanov rayonu ərazisində, metronun «N.Nərimanov» stansiyasının yaxınlığında yerləşən çayxanaların birindən çıxıb yaşadığı evə gedərkən Nərimanov rayon Polis İdarəsinin yaxınlığındakı ara məhəllədən keçəndə əvvəllər tanımadığı, şəxsiyyəti sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 «kömək edin» deməsini eşidib ona yaxınlaşmışdır. Zərərçəkmiş şəxs2 həmin vaxt yaşayış binasının arxa tərəfindəki səkidə daşın üzərində əyləşmiş vəziyyətdə olmuşdur. O, Zərərçəkmiş şəxs2 yaxınlaşdıqda mobil telefonunun işığını yandırmış və onun sinə nahiyəsindən qan gəldiyini görmüşdür. Zərərçəkmiş şəxs2 bıçaqla vurulduğunu bildirdiyindən o, dərhal DİN-in 102 Xidmətinə və təcili tibbi yardıma zəng edib məlumat vermiş, polis əməkdaşları gələnə qədər hadisə yerində dayanıb gözləmiş, polis əməkdaşları və təcili tibbi yardım gəldikdən sonra isə oradan getmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qohumu olmaqla yanaşı Gürcüstanlılar məhəlləsində yaşayır və aralarında ədavət və düşmənçilik yoxdur, Təqsirləndirilən şəxs də onun yaşadığı Gürcüstanlılar məhəlləsində yaşayır və onunla dost olduğundan evinə tez-tez gəlmişdir. xx xxxxxx 2019-ci il tarixində saat 00:30 radələrində o, yaşadığı evə gedən zaman Turayın onlara gəldiyini görmüş və bir qədər onunla qapıda durub söhbət edən zaman Zaur da ora gəlmişdir. Zaur Turayı kənara çəkib özləri 4-5 dəqiqə söhbət etdikdən sonra Turay onu yanlarına çağırmış və onların arasında mübahisəli söhbətin getdiyini görmüşdür. Turay həmin vaxt Zaura onunla niyə savaşdığını və barışmaq istədiyini demişdir. Həmin zaman Vüsal onların yanından keçib getmiş və onlarla salamlaşmış, lakin yaxınlaşmamışdır. Sonra o, yaşadığı evə keçmiş və daha sonra nə baş verdiyini bilməmişdir. xx xxxxxx 2019-cu il, saat 09:00 radələrində evdə yuxudan qalxdıqdan sonra bilmişdir ki, Vüsalı Zaur bıçaqla vurmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır, Vüsal onunla eyni qəsəbədə yaşayır, aralarında ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs isə əvvələr tanımamış, onunla münasibəti olmamışdır. Zauru ilk dəfə xx xxxxxx 2019-cu il tarixində Fəxrinin evində görmüşdür. Həmin gün saat 00:30 radələrində Gürcüstanlılar məhəlləsində yaşayan dostu Fəxrinin yaşadığı evə bir butulka, yəni 0,5 litr həcmində “Xırdalan” pivəsi alıb getmiş, evdə ondan və Fəxridən başqa heç kəs olmamışdır. Fəxri ilə əyləşib pivə içib söhbət edən zaman Vüsal qapıdan içəri girərək onlarla görüşüb əyləşmişdir. O, həmin vaxt evdən çölə siqaret çəkməyə çıxmış və icəri qayıdan vaxt Fəxri, Vüsal pivə içmək istəyərkən Vüsala icazə verməmişdir ki, pivə içsin. Vüsal gələndən təxminən 5 dəqiqə sonra qapıdan əvvəllər tanımadığı Turay adlı qız içəri baxmış və onlarla görüşmüşdür. Turay icəri keçib onlarla pivə içmiş və Zaurun onu qapıda gözlədiyini demişdir. Fəxri Turaya “yaxşı deyil, qapıda gözlətmə de ya gəlsin içəri ya da səni gözləməsin” bildirmişdir. Turay Zauru içəri dəvət etmiş vəZaur içəri gələrək onlarla görüşüb əyləşmişdir. Zaur pivə içmək istəsə də Fəxri ona icazəverməmişdir. Fəxri Zaura azyaşlı olduğunu, ona pivə içməyə icazə olmadığını demişdir. Evdə həmin vaxt dostu Fəxri, Turay, Vüsal və Zaur olmuşdur. Təxminən saat 02:00 radələrində onlar hamısı durub evlərinə getmək üçün qapıdan çıxmış və Fəxri onları yola salmaq üçün qapıya çıxmışdır. Fəxri ilə sağollaşdıqdan sonra Zaur, Turay və Vüsalla eyni istiqamətdə piyada getmişlər, sonra onun yolu ayrı olduğundan küçədə onlarla sağollaşıb ayrılaraq digər küçə ilə bir qədər getdikdən sonra onlar getdikləri istiqamətdə səs-küy gəldiyini eşitmiş və buna görə də geri qayıtmışdır. Geri qayıdıb Vüsalın yerdə uzandığını, Turayın isə Vüsalın başının üzərində çömələk oturduğunu görmüşdür. O, yaxınlaşdıqda telefonunun işığını yandırmış və Vüsalın sinəsinin, köynəyinin üzərinin qan olduğunu görüb onun vurulduğunu başa düşmüşdür. Ətrafa baxdıqda Zauru orda görməmiş və Turaydan nə baş verdiyini soruşduqda Turay ona Vüsalı Zaurun vurub qaçdığını demişdir. O, tez Fəxrinin evinə qaçıb ona baş verənləri danışmış və Fəxri ilə küçəyə çıxıb Vüsalın yanına getmişlər, Vüsalı oradan götürüb Fəxrinin evinin qarşısına gətirmişlər. Fəxri Vüsalın sinəsinə dəsmal qomuş, təcili yardımı ora çağırmaq istəsələr də ünvanı bilməmişlər və bu səbəbdən Turay, Fəxri ilə Vüsalı yola tərəf aparmışlar. Məhəllə arası yolda PPX-nin xidmnəti avtomaşınını görmüşlər, Turay həmin polis avtomaşınına tərəf qaçıb avtomaşını onların yanına sürdürmüşdür, Vüsalı avtomaşına mindirmiş və xəstəxanaya aparmışlar. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri özünün ifadəsi ilə yanası, zərərşəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə təsdiq olunaraq, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan sübutlar əsasında məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə qeyd olunan cinayət əməlini törətməməsinə dair həm özünün, həm də müdafiəçisinin göstərdikləri xüsusatlar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Buna görə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini özünümüdafiə xarakteri daşıyan ifadələr kimi qiymətləndirib onları hissəvi rədd etmiş, törədilmiş cinayətin bütün hallarını təsdiq edən sübutların məcmusunu hökmün əsasına qoymuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara birgə qiymət verərək, məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətində göstərilən dəlillərini qəbul edilməz hesab edir və hökmün ləğv edilərək Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2 və 126.1-ci maddələrinə tövsif edilməsinə heç bir əsas görməyərək müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini mümkün hesab edir. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılmaması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyаsının qənаətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 58.3-cü mаddəsinin tələblərinə riаyət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş növdə aşağı həddə cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun cəza təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Bundan əlavə apellyasiya şikayətinin baxışı mərhələsində də məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən hər hansı bir yeni hal müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayəti təmin olunmamalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü isə qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l ı r: Yetkinlik yaşına çatmayan məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Qədim Babayev Hakimlər: Əli Seyfəliyev Rəşad Abdulov
Məhkəmə qərarları › İş №1(103)-926/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-926/2020
15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver