Məhkəmə qərarları › İş №1(103)-935/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(103)-935/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(103)-935/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 İlham oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə, Nəcəfova Lamiə Amil qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 Təqsirləndirilən şəxs X1 və onun müdafiəçisi Bakı şəhəri “De Fendo” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-119/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 1(005)- 119/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılması və ona qəti olaraq 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli hökmü ilə həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması hökm edilmişdir. Həmin qərardan təqsirləndirilən şəxs X3 apellyasiya şikayəti verərək ona daha az cəza verilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı zamanı təqsirləndirilən şəxs X3 məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ərizəsini müzakirə edib, dövlət ittihamçısının fikirlərini dinləyərək hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 1(005)-119/2024 saylı hökmündən təqsirləndirilən şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına təqsirləndirilən şəxsin apellyasiya şikayətindən imtina etməsi əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 396-cı maddəsinə görə apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz apellyasiya tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X3 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli 1(005)-119/2024 saylı hökmündən imtina etdiyindən, həmin hökmdən digər proses iştirakçılarının apellyasiya şikayətləri və ya apellyasiya protesti olmadığından, cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə əsasən, verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 396 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-119/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən təqsirləndirilən şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətindən təqsirləndirilən şəxsin imtinasına dair ərizəsi təmin edilsin və həmin apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs X1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 06 (altı) saat üçün cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov Hakim: Emin Mehdiyev Elmar Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar